Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1169/2026 24.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı “X1” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Ələskərova Səadət Bala qızına və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətindən imtina barədə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə ## #### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxılarkən, onun kassasiya şikayətindən imtina barədə ərizəsinə baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin # ##### 2025-ci il tarixli, e-*(***)-***/**** saylı qətnaməsi ilə iddiaçı “X1” Məhdud Məsuliyyətli Cəmiyyətin cavabdeh Cavabdeh və digərlərinə qarşı ilk iddia ərizəsi təmin, Cavabdeh “X1” Məhdud Məsuliyyətli Cəmiyyətə qarşı qarşılıqlı iddia ərizəsi rədd edilərək, “X1” MMC tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin payçısı olan Ələskərova Səadət Bala qızının paylı mülkiyyətinə uyğun olan 184.76 kv.m sahənin əvəzinə “X1”MMC tərəfindən həmin ünvanda (yeni tikiləcək yaşayış binasının ünvanı Bakı şəhər İcra Hakimiyyəti başçısının ## ####### 2023-cü il tarixli, *** saylı sərəncamında “Bakı şəhəri, Nəsimi rayonu, Ş.Abdullayev küçəsi ilə Bül-bül prospektinin arasında, 382-ci məhəllədə yerləşən ərazi” kimi qeyd edilib) inşa olunacaq binanın 4-cü blok, 2-ci mərtəbəsində ümumi sahəsi 228 kv.m olan 4 otaqlı, *** saylı təmirli mənzilin Cavabdeh təhvil verilməsi ilə mülkiyyət hüququna xitam verilməsi qət edilmişdir.
2. Cavabdehlər Cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı1 qətnamədən apellyasiya şikayətləri vermişlər.
3. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** saylı qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin # ##### 2025-ci il tarixli, e-*(***)-***/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
4. Cavabdeh Cavabdeh kassasiya şikayəti verərək, iş üzrə apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, qarışlıqlı iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
5. ## #### 2026-cı il tarixdə cavabdeh Cavabdeh Ali Məhkəməyə kassasiya şikayətindən imtina etməsinə dair notarial qaydada təsdiq edmiş ## ##### 2026-cı il tarixli ərizəsi daxil olmuşdur.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
6. Maddə 410.1. Kassasiya şikayəti vermiş şəxs kassasiya qərarı çıxarılana kimi ondan imtina etməyə haqlıdır.
7. Maddə 410.2. Məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulmuş əsaslarla şikayətdən imtinanı qəbul etməməyə və işə kassasiya qaydasında baxmağa haqlıdır. İşdə iştirak edən başqa şəxslər qətnamə və qərardaddan şikayət verməmişlərsə və məhkəmə kassasiya şikayətindən imtinanı qəbul edirsə, kassasiya instansiyasında icraata xitam verilir.
8. Maddə 410.3. Kassasiya instansiyasında icraata xitam verilməsi barədə kassasiya məhkəməsi qərar çıxarır.
Kassasiya məhkəməsinin hüquqi mövqeyi
9. Kassasiya məhkəməsi, cavabdeh Cavabdeh iş üzrə apellyasiya məhkəməsinin qətnaməsindən verdiyi kassasiya şikayətindən imtina barədə ## ##### 2026-cı il tarixli ərizəsini nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməli, onun apellyasiya məhkəməsinin qətnaməsindən verdiyi kassasiya şikayətindən imtinası qəbul edilməli və kassasiya instansiyasında icraata onun kassasiya şikayətinə münasibətdə xitam verilməlidir.
10. Belə ki, sözügedən ərizədən görünür ki, cavabdeh Cavabdeh iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən verdiyi kassasiya şikayətindən ## ##### 2026-cı il tarixli ərizəsi ilə iş üzrə kassasiya məhkəməsində qərar çıxarılanadək imtina etmişdir.
11. Kassasiya məhkəməsi mülki iş materiallarını, habelə cavabdeh Cavabdeh kassasiya şikayətindən imtina barədə ərizəsini nəzərdən keçirib hesab edir ki, onun kassasiya şikayətindən imtina etməsi qanuna zidd deyil, hər hansı bir şəxsin hüququnu və qanunla qorunan mənafeyini pozmur.
12. Belə ki, AR MPM-nin 410.1 və 410.3-cü maddələrinin mənasına görə, kassasiya şikayəti vermiş şəxs kassasiya qərarı çıxarılana kimi ondan imtina etməyə haqlıdır. Kassasiya instansiyasında icraata xitam verilməsi barədə kassasiya məhkəməsi qərar çıxarır
13. Göstərilənlərə əsasən, kassasiya məhkəməsi hesab edir ki, cavabdeh Cavabdeh kassasiya şikayətindən imtina etməsinin qəbul olunmaması üçün AR Mülki Prosessual Məcəllənin 191-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığına, habelə kassasiya şikayətindən imtina etməsi onun hüququ sayıldığına və işdə, onun kassasiya şikayətindən imtina etməsini istisna edən hallar olmadığına görə, cavabdeh Cavabdeh ərizəsi təmin edilməli, hazırkı iş üzrə kassasiya instansiyasında icraata onun kassasiya şikayətinə münasibətdə xitam verilməlidir.
14. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya məhkəməsi
Qərara aldı: Cavabdeh Cavabdeh ərizəsi təmin edilsin, onun iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən verdiyi kassasiya şikayətindən imtinası qəbul olunsun. Hazırkı iş üzrə kassasiya instansiyasında icraata cavabdeh Ələskərova Səadət Bala qızının kassasiya şikayətinə münasibətdə xitam verilsin. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.