Məhkəmə qərarları › İş №2(1-8)-1191/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1191/2026

03.06.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1191/2026 03.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətə qəsd, maneələrin aradan qaldırılması (neqator tələb), ekspert rəyi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlundan və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “yolun açılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsindən cavabdeh Cavabdeh kassasiya şikayətinə ## #### 2026-cı il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. İddiaçı mülkiyyətində ünvan 1 ndə yerləşən iki həmsərhəd bağ sahəsi var: - Sahəsi 0,12 ha olan ***a №-li (daşınmaz əmlakın reyestr nömrəsi 005013035976, qeydiyyat nömrəsi 1120069153, qeydiyyat tarixi ##.##.2020); - Sahəsi 0,12 ha olan *** №-li bağın 5/24 hissəsi (daşınmaz əmlakın reyestr nömrəsi 005013035975, qeydiyyat nömrəsi 1121063156, qeydiyyat tarixi ##.##.2021).

2. xxx qızının xüsusi mülkiyyətində ***a №-li bağ sahəsi ilə həmsərhəd 0,25 ha ölçüdə olan *** №-li bağ sahəsi olmuşdur (daşınmaz əmlakın reyestr nömrəsi 005013003697, qeydiyyat nömrəsi 1120064618, qeydiyyat tarixi ##.##.2020).

3. ##.##.2020-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * №-li Bakı Ərazi Idarəsi tərəfindən iddiaçının ərizəsinə əsasən «bölgü sxemi daşınmaz əmlakın qeydiyyata alınması üçün əsas deyil» qeydi ilə bölgü sxemi tərtib edilmişdir. Həmin bölgü sxemində hər üç bağ sahəsinin yola çıxması üçün keçid nəzərdə tutulmuşdur. Lakin sonradan xxx qızı onun mülkiyyətində olan *** №-li bağ sahəsinə bitişik keçid kimi nəzərdə tutulmuş, ölçüsü 0,1096 ha olan sahəni *** №-li bağ sahəsi kimi öz mülkiyyətinə keçirtmiş (daşınmaz əmlakın reyestr nömrəsi 005013038931, qeydiyyat nömrəsi 1121016936, qeydiyyat tarixi ##.##.2021) və daha sonra hər iki bağ sahəsini (407 və *** №-li) vahid əmlak kimi, sahəsi 0,3596 ha olan *** №-li bağ sahəsi kimi daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət kimi 005013039443 reyestr nömrəsi, 1121023356 qeydiyyat nömrəsi ilə ##.##.2021-ci il tarixdə qeydiyyata aldırmışdır.

4. Bununla da İddiaçı yola çıxışı bağlanmış və iddiaçının bağ sahəsi digər torpaq sahələrinin arasında qaldığından iddiaçı yola çıxmaq imkanından məhrum olmuşdur. Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. Iddiaçı İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh xxx qızı tərəfindən zəbt olunmuş torpaq sahəsinin sonuncunun vəsaiti hesabına boşaldılaraq əvvəlki vəziyyətə gətirilməsi, mülkiyyətindəki ünvan 1 və ***a №-li bağ sahələrinə keçid yolunun bərpa olunması, əmlaklarından istifadə etməyinə yaradılan maneələrin qanunsuz hesab edilməsi və həmin maneələrin yenidən törədilməsinin cavabdehə və digər şəxslərə qadağan olunması, pozulmuş hüquqlarının bərpası üçün ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Iddia tələbini onunla əsaslandırılmışdır ki, ünvan 1 və ***a №-li bağ sahələri iddiaçının xüsusi mülkiyyətindədir. *** №-li bağ sahəsi cavabdehə məxsus olan *** №-li bağ sahəsi ilə həmsərhəddir. Cavabdeh iddiaçıya məxsus olan sahədən daha artıq sahə zəbt etmiş, nəticədə mülkiyyətində olan bağ sahələrinə olan keçid yolunu bağlamışdır. Cavabdehin mövcud olan keçid yolunun qanunsuz bağlaması səbəbindən iddiaçı xüsusi mülkiyyətində olan əmlaklarından istfadə edə bilməyərək hüquqlarından məhrum olmuşdur. Cavabdehə müraciət edərək zəbt etdiyi sahəni boşaldaraq keçid yolunun bərpa edilməsini tələb etsə də, bunların nəticəsi olmamışdır. Cavabdeh Xaliyə Şükürova zəbt etdiyi torpaq səhəsini könüllü boşaltmayaraq keçid yolunu bərpa etmədiyindən zəbt olunmuş sahə məhkəmə qaydasında boşaldılaraq keçid yolu bərpa edilməli, yaradılmış həmin maneələr qanunsuz hesab edilməklə yenidən törədilməsi cavabdehə və digər şəxslərə qadağan edilməlidir.

7. Birinci instansiya məhkəməsi tikinti-texniki ekspertiza təyin etmişdir.

8. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * №-li Bakı Ərazi Idarəsi tərəfindən təqdim edilmiş ##.##.2024-cü il tarixli mütəxəssis və Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən təqdim edilmiş ##.##.2024-cü il tarixli ekspert rəylərinə əsasən 406, 406a və *** №-li bağ sahələrinin faktiki yerləşməsi vahid elektron kadastr baza məlumatlarına uyğundur, kənarlaşma yoxdur, qeyd olunan 406 və ***a №-li bağ sahələrinə keçid yolu cənub hissədə digər fiziki şəxs tərəfindən tutularaq hasara alınmış qeydiyyatdan keçməyən sahədən verilə bilər, iddiaçının sözlərinə görə əvvəldə gediş-gəliş yolu buradan olmuş, iddiaçının həmin sahədə hovuzu olmuş, 406 və ***a №-li bağ sahələrinə keçidin cənub tərəfdən verilməsi mövcud dalan daha yaxın olması ilə üstünlük təşkil edir. Mütəxəssis rəyinə 406 və ***a №-li bağ sahələrinə mövcud vəziyyətdə nəzərdə tutula biləcək keçidə dair baş planı hazırlanmış, digər fiziki şəxs tərəfindən tutularaq hasara alınmış qeydiyyatdan keçməyən sahə»nin koordinatları göstərilmiş (X-414738.9716 Y-4490267.7606 X-414739.0394 Y- 4490232.4225 X-414736.0415 Y-4490232.3110 X-414735.4852 Y-4490267.4528), ölcüsünün 0,0577 ha olduğu müəyyən edilmiş, həmin sahədən nəzərdə tutulan 3,50 metr eni və 35,34 metr uzununda keçidin sxemi tərtib edilmişdir (faktiki olaraq 0,12369 ha).

9. Ekspert rəyi məhkəməyə təqdim ediləndən sonra iddiaçının xahişi ilə əsl olmayan cavabdeh əsl olan cavabdeh Cavabdeh (bundan sonra həmçinin “cavabdeh”) ilə əvəz edilmiş, iddiaçı tərəfindən əsl olan cavabdehə qarşı aşağıdakı iddia tələbi irəli sürülmüşdür: cavabdeh tərəfindən mişar daşları ilə hasara alınmış 0.0577 ha-dan ibarət torpaq sahəsi üzrə ekspert və xxxx publik hüquqi şəxsi 1 sayl Bakı Ərazi Idarəsinin ##.##.2024-cü il tarixli mütəxəssis rəylərinə əsasən iddiaçının mülkiyyətində olan Naradaran qəsəbəsi, 406 və ***a №-li bağ sahələrinə cənub tərəfdən X-414738.9716 Y-4490267.7606 X-414739.0394 Y- 4490232.4225 X-414736.0415 Y- 4490232.3110 X-414735.4852 Y-4490267.4528 koordinatlar üzrə 3.50 metr, dalan tərəfdən isə 3.50 metr ölçülərdə daş hasarın cavabdehin vəsaiti hesabına sökülməsi, həmin hissədən nəzərdə tutulmuş 0.0123 ha-dan ibarət sahənin cavabdeh tərəfindən tam boşaldılaraq iddiaçının bağ sahələrinə keçid yolunun bərpa edilməsi və pozulmuş hüquqlarının bərpası üçün tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun və digər məhkəmə xərclərinin cavabdehdən alınaraq xeyrinə ödənilməsi barədə.

10. Sonuncu məhkəmə hazırlıq iclasında cavabdeh tərəfindən mübahisəli torpaq sahəsində iki tikilinin inşa edilməsinə başladığı məlum olmuşdur. Bundan sonra iddiaçı tərəfindən aşağıdakı məzmunda artırılmış tələb irəli sürülmüşdür: cavabdeh Cavabdeh tərəfindən iddiaçıya məxsus ünvan 1 və ***a saylı bağ sahələrinin cənub hissəsində zəbt edilmiş 0.0577 ha.-dan ibarət torpaq sahəsində cavabdeh tərəfindən qanunsuz inşa edilmiş evin, o cümlədən ekspert və DƏDRX-nin 1 sayl Bakı Ərazi Idarəsinin ##.##.2024-cü il tarixli mütəxəssis rəylərindəki kordinatlar (əvəllki tələbindəki) və müəyyən olunmuş ölçülər üzrə mülkiyyətindəki həmin bağ sahələrinə keçid yolu kimi qeyd edilmiş həmin sahədə inşa edilmiş 2 (iki) tikilinin cavabdehin vəsaiti hesabına sökülməsi.

11. Iddiaçı cavabdeh Cavabdeh qarşı iddiasını onunla əsaslandırmışdır ki, məhkəmənin ##.##.2023-cü il tarixli qərardadına əsasən məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ##.##.2024-cü il tarixli mütəxəssis və ##.##.2024-cü il tarixli ekspert rəylərinə əsasən *** №-li bağ sahəsi *** №-li bağ sahəsi ilə birləşdirildiyi, *** №-li bağ sahəsinin özəl sahə kimi xxx qızına məxsus olması; 406 və ***a №-li bağ sahələrinə keçid yolunun cənub hissədən digər fiziki şəxs tərəfindən tutularaq hasara alınması, keçid yolunun həmin qeydiyyatdan keçməmiş həmin sahədən verilməsi bildirilmiş və bununla bağlı kordinatları əks etdirən izahlı sxem də təqdim edilmişdir. Bağ sahələrinə cənub hissədən keçid yolu isə Cavabdeh tərəfindən zəbt olunmuş və həmin sahə mişar daşı ilə qanunsuz olaraq hasara alınmışdır. Tərtib edilmiş bölgü sxemindən əvvəl bağ sahələrinə gedişgəliş yolu həmin yerdən olmuşdur. Iddiaçının mülkiyyətində olan bağ sahələrindən maneəsiz, sərbəst istifadə olunmasının təmin edilməsi məqsədilə cavabdeh Cavabdeh tərəfindən zəbt olunaraq hasara alınmış sahənin rəylərə əlavə olunan sxemdə (planda) qeyd olunmuş ölçü və koordinatlar üzrə daş hasar Cavabdeh vəsaiti hesabına sökülməli və bağ sahələrinə keçid yolu bərpa edilməlidir.

12. Birinci istansiya məhkəməsində cavabdeh Cavabdeh iddiaya etiraz edərək göstərmişdir ki, gənc yaşlarından gecə-gündüz işləyib həmin torpaq sahəsini almış və üzərində ev inşa etdirmişdir. Maddi imkanı çıxarışlı torpağın alınmasına yol vermədiyindən həmin torpaq sahəsini bələdiyyədən almış, bələdiyyədə vergi ödəyicisici kimi qeydiyyata alınmış, bələdiyyənin işçiləri gəlib həmin torpaq sahəsini ölçüb ona təhvil vermişlər. Iddiaçı öz evini inşa etdirən zaman onun evi artıq mövcud olmuş və iddiaçı ilk göstərdiyi yoldan gediş-gəliş üçün istifadə etmiş, inşaat materiallarını məhz həmin yoldan gətirib-aparmışdır. Sonradan həmin qonşu çıxış yolunu bağlamış və iddiaçı hazırda onun torpağından yol istəyir. Onun torpağının eni 14 metrdir, ev inşa edilib 10 metr sahədə, onun topağından 3,50 metr kəsildiyi zaman inşa ediləsi hasar onun evinə birləşəcək. O, körpə uşağı ilə orada yaşayır. O, Google Maps vasitəsilə mübahisəli ərazinin 2017-2024-cü illər üzrə xəritəsini çıxartmış, həmin xəritədən görünür ki, iddiaçı 2017-ci ildən 2024-cü ilədək başqa yoldan istifadə etmiş, o isə 2019-cu ildə inşaata başlamış, həmin vaxt iddiaçının tikilisi mövcud olmamış və iddiaçı başqa yoldan torpaq sahəsinə getmək üçün keçiddən istifadə etmiş, 2021-ci ildə iddiaçı evini inşa etdirmiş və həmin zaman da qeyd olunan keçid mövcud olmuş və yalnız 2024cü ildə həmin keçid bağlanmışdır. O, heç kimin torpaq sahəsini zəbt etməmiş, özünə məxsus sahədə ev inşa etdirmişdir. Istifadəsində olan torpaq sahəsinin mütəxəssis rəyinə əsasən 0,0577 ha təşkil etməsinin səbəbələri barədə məlumatı yoxdur, bələdiyənin əməkdaşları tərəfindən həmin torpaq sahəsi ona ölçülüb verilib, artıq olan 0,0067 ha sahəsinin verilməsinə etiraz etmir.

13. Birinci instansiya məhkəməsi tərəfindən mübahisə obyektinə yerində baxış keçirilmiş, baxışda iştirak edən iddiaçı bildirmişdir ki, o, bağ sahəsində evini inşa etdirərkən qeyd olunan bolgü sxemində göstərilən keçiddən istifadə etmiş, işçilər həmin keçiddən keçərək inşaat materiallarını gətirmiş, evi hazır olduqdan və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra 407 bağ sahəsinin mülkiyyətçisi həmin keçidi bağlamış, bu əsasdan onun tərəfindən hazırki iddia verilmiş və işin gedişatında həmin keçidin artıq xüsusi mülkiyyətdə olduğunu bilmişdir.

14. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli işi üzrə ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmiş, dövlət rüsumu kimi ödənilmiş 100 manat pul və digər məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir. (hakim Tahirə Əsədova)

15. Birinci instansiya məhkəməsində müəyyən edilmişdir ki, Cavabdeh ilə Nardaran Bələdiyyəsi arasında «Sabunçu rayonu Nardaran Bələdiyyəsi ərazisində sənədsiz istifadədə olan torpaq və əmlak sahəsinə görə ödəniləcək vergi üçün yerli vergi ödəyicisinin uçota alınması haqqında» ##.##.2019-cu il tarixli *** №-li müqavilə bağlanmışdır. Həmin müqavilədə vergiyə cəlb olunası torpağın sahəsi 510 kv metr, fərdi yaşayış evinin sahəsi 173 kv.metr, ödəniləcək torpaq vergisinin 3,06 manat, əmlak vergisinin 45,76 manat olduğu müəyyən edilmişdir;##.##.2019-cu il tarixdə Nardaran Bələdiyyəsi tərəfindən Cavabdeh «Yerli (bələdiyyə) büdcənin vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında Şəhadətnamə» verilmiş, həmin şəhadətnamədə qeyd olunan torpaq sahəsinin yerləşmə yeri göstərilmişdir; - Nardaran Bələdiyyəsi tərəfindən verilmiş ##.##.2020-ci il tarixli ***** №-li arayışa əsasən Cavabdeh istifadəsində olan Nardaran qəsəbəsi, Mübariz Ibrahimov küçəsində 510 kv metr torpaq sahəsi və bağ evinə görə 2020-ci ilə qədər Nardaran Bələdiyyəsinə vergi borcu olmamışdır; - Cavabdeh ilə «Azəriqaz» IB arasında ##.##.2020-ci il tarixli müqavilə bağlanılmış, eyni zamanda abonent kimi «xxxx»ASC-də qeydiyyata alınmışdır.

16. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı hazırda iddia etdiyi torpaq sahəsinin onun qanuni keçidi olmasına dair sübutlar məhkəməyə təqdim etməmişdir. Iddiaçı evini inşa etdirərkən başqa bir keçiddən istifadə etmiş, həmin zaman və sonradan iddiaçı əmlakını dövlət qeydiyyatına aldırtdığında cavabdeh Cavabdeh evi mövcud olmuş və buna dair iddiaçının hərhansı bir iradı olmamışdır.

17. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh həmin torpaq sahəsini zəbt etməmiş, inzibati orqan sayılan Nardaran Bələdiyyəsi onun həmin torpağa olan hüququnu tanımışdır. Həmin torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid olmamasına cavabdeh məsuliyyət daşımır.

18. Birinci instansiya məhkəməsi bildirmişdir ki, cavabdeh onun istifadəsində olan torpaq sahəsi və inşa etdirdiyi evə dair vergi ödəyicisi kimi qeydiyyata alınıb və qanunda nəzərdə tutulan vergiləri ödəyir. Belə olan halda, iddiaçının etimad hüququ qorunmalıdır, belə ki, onun etimadı qanunsuz hərəkətlərə əsaslanmır.

19. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh iddiaçının əvvəlki hərəkətinə (yəni, iddiaçı başqa bir keçiddən istifadə edərək torpaq sahəsinə girib-çıxmışdır) güvənərək rahatlıqla öz istifadəsində olan torpaq sahəsində inşaat aparmışdır və hazırda iddiaçı cavabdehdən torpaq sahəsini istəməklə ona ziyan vurur, bu da yolverilməzdir.

20. Birinci instansiya məhkəməsi onu da diqqətə çatdırmışdır ki, cavabdeh tərəfindən Google Maps vasitəsilə mübahisəli ərazinin 2017-2024-cü illər üzrə xəritəsi çıxarılmışdır. Həmin xəritəyə əsasən iddiaçı 2017-ci ildən 2024-cü ilədək başqa yoldan istifadə etmiş, cavabdeh 2019-cu ildə inşaata başlamış, həmin vaxt iddiaçının tikilisi mövcud olmamış və o, başqa yoldan torpaq sahəsinə getmək üçün keçiddən istifadə etmiş, 2021-ci ildə iddiaçı evini inşa etdirmiş və həmin zaman qeyd olunan keçid mövcud olmuş və yalnız 2024-cü ildə həmin keçid bağlanmışdır.

21. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin istifadəsində olan torpaq sahəsi 0,051 ha olsa da, mütəxəssis rəyinə əsasən həmin sahə 0,0577 ha təşkil edir.

22. Birinci instansiya məhkəməsi bu ziddiyyətin araşdırılmasını zəruri hesab etməyərək göstərmişdir ki, artıq olan 0,0067 ha sahəsi iddiaçını qane etmir.

23. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının da hazırda hüquqları pozulub, o, mülkiyyətində olan əmlakdan istifadə edə bilmir, belə ki, onun yola olan çıxışı bağlanmışdır. Odur ki, iddiaçı servitut hüququndan istifadə edərək qonşularnının birindən servitut istəyə bilər.

24. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 180.1, 180.2, 180.3, 180.4, 255.1, 255.2, 255.4, 255.5, 255.6, 256.1, 256.2, 560.1, 560.2, 560.3-cü, “Inzibati icrat haqqında» Qanunun 13-cü və Mülki Prosessual Məcəllənin 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

25. Iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

26. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tələb üzrə işə baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etməyərək 406a və *** saylı bağ (torpaq) sahələrinin 1960-cı illərdən hazıradək mülkiyyətində olmasını, 407 və *** saylı bağ sahələrinin xüsusi mülkiyyət hüququ üzrə xxx qızına məxsus olmasını, dövlət mülkiyyətində olan torpaq sahəsinin hər hansı şəxsə satılmasına, həmin sahəni zəbt edərək orada özbaşına tikinti aparmış şəxslə hər hansı əqdlərin bağlanılmasına bələdiyyənin hüququnun olmadığını, işin məhkəmə baxışına təyin olunduqdan sonra, mübahisə gedə-gedə zəbt olunmuş sahədə ona məxsus olmuş hovuzu sökərək verilməli olan keçid yolunda (ön və arxa hissələrdə) cavabdeh tərəfindən qəsdən 2 tikilinin də inşa edilməsini, qanuni keçid yolunun cavabdehin zəbt etdiyi həmin torpaq sahəsindən olmasını və məhz həmin yerdən keçid yolunun verilməsinin məhkəmə tərəfindən təyin edilərək alınmış mütəxəssis və ekspert rəyləri ilə tam sübuta yetirildiyini, əvvəlki keçid yolunun cavabdeh tərəfindən zəbt olunmasına etiraz etməyini torpaq sahələrinə olan mülkiyyət hüququnun həmin sahədə evin inşa olunmasından asılı olmayaraq qanunla qorunduğunu, torpaq sahəsini zəbt etmiş, orada özbaşına tikinti aparmış şəxsin həmin sahəyə və tikiliyə hüququnun tanınmasının qanunla qadağan olunmasını, bu hərəkətlərə (hərəkətsizliyə) görə də cavabdehin birbaşa məsuliyyət daşımasını görə-görə və bilə-bilə bütün bunları nəzərə almamışdır. Məhkəmə cavabdeh tərəfindən zəbt olunmuş torpaq sahəsinin bələdiyyədən satın almasını, sonradan aralarında “sənədəsiz istifadədə olan torpaq” kimi qəbul edilərək həmin sahə üzrə qanunsuz əqd bağlanılmasını, zəbt olunmuş sahəyə cavabdehin hər hansı hüququnun olmamasını və zəbt olunmuş sahə üzrə bağlanılmış olan müqavilələrin əhəmiyyətsiz olmasını, vəsatəti üzrə işə 3-cü şəxs qismində cəlb olunmuş Nardaran Bələdiyyəsindən zəruri sənədlərin tələb etmədiyi, mövcud olmuş keçid yolunun 2024-cü ildə deyil, 2020-ci ildən bağlanılaraq “blokada”-da qalmış əmlak hüquqlarından məhrum edilməyini, əmlak mülkiyyətçisinin razılığı olmadan ona məxsus sahədən keçid yolu kimi istifadənin mümkün olmamasını, məhkəmə baxışından sonra zəbt olunmuş torpaq sahəsindən verilməli olan keçid yolunda cavabdehin (ön və arxa hissələrdə) qəsdən mövcud olan hovuzunu sökərək orada 2 tikili inşa etməsini, dövlət qeydiyyatına alınaraq blokadada qalmış mülkiyyət hüququndan suiistifadə tərəfindən deyil, torpaq sahəsini hüququ olmayan bələdiyyənin dəstəyi ilə zəbt edən və orada qanunusuz tikililər inşa edən cavabdeh tərəfindən edildiyini, məhkəmə baxışında cavabdeh tərəfindən verilərək sübut əhəmiyyəti olmayan “Google Maps”-ın görüntülərinin mütəxəssis və ekspert rəylərindən üstün olmadığını, zəbt olunmuş sahəyə dair səlahiyyəti olmayan bələdiyyə tərəfindən cavabdehin hüququnun tanınmasına görə torpaq sahəsinin zəbt hesab edilmədiyini düzgün qiymətləndirməmiş, torpaq sahəsini zəbt edərək orada qanunsuz tikililər inşa etmiş şəxsin hüquqlarını dövlət qeydiyyatına alınmış mülkiyyət hüquqlarından üstün tutaraq maddi və prosessual hüquq normalarının tələblərini, o cümlədən konstitusion hüquqlarını pozmuşdur. Bundan başqa məhkəmə cavabdehin hər hansı mötəbər sübutla təsdiq olunmayan ifadələrini qəbul edib onlarla razılaşmış, lakin iş üzrə tikinti-texniki ekpertizası təyin edərək müvafiq rəy almasına və rəyi vermiş eksperti məhkəməyə dəvət etməsinə baxmayaraq qəbul etmiş olduğu qətnaməsində həmin ekspertiza rəyinə heç bir hüquqi qiymət verilmədən əsaslı tələbini rədd etmişdir. Bundan əlavə iş üzrə digər ekspertizanın təyin olunması haqqında vəsatətinin təmin olunmasını cavabdeh də razılığını bildirmiş, lakin məhkəmə əsaslı vəsatətini rədd edərək, ədalətli məhkəmə araşdırılmasının aparılmasını təmin etməmişdir. Cavabdeh tərəfindən zəbt olunmuş torpaq sahəsinin bələdiyyədən satın alması, sonra aralarında “sənədsiz istifadədə olan torpaq” kimi qəbul edilrək edilməsini, zəbt olunmuş sahəyə cavabdehin hər hansı hüququnun olmamasını və hüquqları olmadığı təqdirdə zəbt olunmuş sahə üzrə bağlanmış olan müqavilələr əhəmiyyətsiz olmaqla mülkiyyətçilərin hüquqlarını pozan özbaşınalıqları isə nədənsə məhkəmənin diqqətindən kənarda qalmışdır. Iddianı əsassız olaraq rədd edən məhkəmə tərəfindən mülki qanunvericilikdə müəyyən olunmuş hüquqlarının bərpası təmin olunmamış, hüquqların mühafizə olunmalı olduğu halda həmin hüquqlarının pozulmasının davam etdirilməsinə məhkəmə tərəfindən şərait və imkan yaradılmışdır.

27. Apellyasiya icraatı zamanı Bakı şəhəri Nardaran Bələdiyyəsi, “xxxx Publik hüquqi şəxsinin * saylı Bakı Ərazi Idarəsi, Bakı şəhəri mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5, qonşu torpaq sahələrinin istifadəçiləri mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, X3 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir.

28. Apellyasiya instansiyası məhkəməsi ##.##.2025-ci il tarixli qərardadla Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx Publik hüquqi şəxsinin * saylı Bakı Ərazi Idarəsindən ixtisaslı mütəxəssis cəlb edilməklə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılmasını Məhkəmə Ekspertizası Mərkəzinə həvalə etmişdir.

29. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx Publik hüquqi şəxsinin * saylı Bakı Ərazi Idarəsi tərəfindən təqdim edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, X1 faktiki istifadəsində olan torpaq sahəsinə hüquqi sahibliyinə dair məlumat aşkarlanmayıb. Cavabdehin faktiki ümumi istifadəsində olan 0.0577 ha hissədən 0.0123 ha keçid kimi iddia olunur (cavabdehə qalir 0.0454 ha). Cavabdehin fərdi yaşayış evi keçid kimi iddia olunan yerdən 3.5-4.0 metr aralıda yerləşir . Iddia olunan keçidə düşən cavabdehin həyət tikilisi və hasarı maneə ola bilər. Iddiaçının sözlərinə görə “əvvəllərdə gediş-gəliş yerimiz” buradan olub (cənub tərəfdən). Həmin sahədə hovuzumuz olub. Qeyd olunan 406 və ***a saylı bağ sahələrinə keçidin cənub tərəfdən verilməsi mövcud dalana daha yaxın olması ilə üstünlük təşkil edir.

30. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli ekspertizanın aparılmasından imtina edilməsi barədə məlumatda qeyd edilmişdir ki, ekspertizanın aparılması Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin (bundan sonra — Xidmət) mütəxəssisləri cəlb olunmaqla Mərkəzin ekspertlərinə tapşırılmışdır. Məlumdur ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci II12 may tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş 'Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi"nin 4.0.7-ci bəndinə əsasən Xidmət öz vəzifələrini yerinə yetirmək üçün fəaliyyət istiqamətləri üzrə rəy vermək, təhlillər ümumiləşdirmələr, monitorinqlər və tədqiqatlar aparmaq, analitik materiallar hazırlamaq hüquqlarına malikdir. Bundan əlavə "xxxx" publik hüquqi şəxsin Nizamnaməsinin 3.1.38-ci bəndinə əsasən məhkəmələr tərəfindən təyin edilən ekspertizanın aparılması ilə bağlı ödənişli əsaslarla daşınmaz əmlakın yerində müayinə olunması və mütəxəssis rəyinin verilməsi qurumun vəzifəsi olaraq müəyyən olunmuşdur. Həmçinin, nəzərə alınmalıdır ki, "Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında" Qanunun 6-cı maddəsinə görə dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsas hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 60-cı maddəsinə əsasən qanunla nəzərdə tutulmuş hallarda məhkəmə qətnamə çıxaranadək onlara tapşırılmış vəzifələrin həyata keçirilməsi, fiziki şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin, habelə dövlət və ictimai mənafelərin müdafiəsi məqsədi ilə iş üzrə rəy vermək üçün dövlət orqanlarını və yerli özünüidarə orqanlarını prosesdə iştirak etməyə cəlb edə bilər. Qeyd olunan normativ sənədlərin tələblərindən aydın olur ki, Xidmət dövlət orqanı kimi rəy vermək səlahiyyətinə malikdir və həmin rəylər dövlət orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən qərar qəbul edilməsi üçün əsas hesab oluna bilər. Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən GPS naviqasiya sistemi vasitəsilə ölçü işləri apardıqdan sonra, xəritə materialları və elektron baza məlumatlarına əsasən mütəxəssis rəyi tərtib edilir. Belə olan şəraitdə məhkəmə ekspertinin tədqiqata, o cümlədən yerli baxışda iştiraka cəlb edilməsi formal xarakter daşıyır və Mərkəzdə elektron baza məlumatları olmadığına görə ekspert özünün xüsusi bilikləri əsasında hər hansı bir tədqiqat aparmır.Göstərilənlərə əsasən, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə və “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat”ın 3.2-ci bəndinə görə qərardad icra edilmədən iş materialları geri qaytarılır.

31. Apellyasiya baxışında iddiaçının nümayəndəsi-vəkili vəkil4 əlavə olaraq mütəxəssis rəyi ilə də cavabdeh tərəfindən keçid yolunun qanunsuz olaraq zəbt edildiyinin təsdiq edildiyini, ümumiyyətlə cavabdehin həmin torpaq sahəsinə dair mülkiyyət hüququnu təsdiq edəcək hər hansı sənədin mövcud olmadığını, əvvəllər digər ərazidən keçidi həyata keçirmək imkanına malik olmasına baxmayaraq artıq o ərazilərin başqaların mülkiyyətində olaraq artıq qanuni tikililərlə əhatə olunduğunu qeyd etmiş, həmçinin iddia tələbinin hasarın sökülməsinə münasibətdə cavabdehə güzəştə getdiyini, lakin yerdə qalan hissədə müdafiə edərək apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməsini xahiş etmişdir.

32. Apellyasiya baxışında cavabdeh Cavabdeh həmin bağ sahəsini dəyəri ödənilməklə Nardaran Bələdiyyəsindən aldığını, əvvəllər iddiaçının başqa keçiddən istifadə edərək öz bağ sahəsinə getdiyini qeyd etmiş, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir.

33. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-***/**** saylı işi üzrə ##.##.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddia tələbinin qismən təmin edilməsi, cavabdeh Cavabdeh tərəfindən iddiaçıya məxsus ünvan 1 və ***a saylı bağ sahələrinin cənub hissəsində zəbt edilmiş 0.0577 ha.-dan ibarət torpaq sahəsinin (X-414738.9716 Y-4490267.7606 X-414739.0394 Y- 4490232.4225 X-414736.0415 Y-4490232.3110 X-414735.4852 Y-4490267.4528 koordinatlar üzrə 0.0123 ha-dan ibarət) 3,50 metr eni və 35,34 metr uzununda olan hissəsində qanunsuz inşa edilmiş, iddiaçının mülkiyyətindəki bağ sahələrinə keçid yolu kimi qeyd edilmiş həmin sahədə inşa edilmiş 2 (iki) tikilinin cavabdehin vəsaiti hesabına sökülməsi qət edilmişdir. (hakimlər Fuad Talışinski (sədrlik edən və məruzəçi), Günel Abbasova, Məmməd Məmmədov)

34. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 76, 77, 80-82, 106.2, 217.4, 385-390-cı maddələrinə istinadən hesab etmişdir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmiş, qətnamə maddi və prosessual hüquq normalarının tələbləri pozulmaqla çıxarılmışdır. Şikayətin dəlilləri qismən əsaslıdır.

35. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdehin faktiki olaraq istifadəsində olan torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədləri mövcud deyildir. Həmçinin iş üzrə Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx Publik hüquqi şəxsinin * saylı Bakı Ərazi Idarəsi tərəfindən təqdim edilmiş mütəxəssis rəyində qeyd edilir ki, cavabdehin özbaşına zəbt etdiyi və tikinti işləri apardığı sahənin ümumi keçid üçün nəzərdə tutulduğu istisna edilmir.

36. Məhkəmə icraatı zamanı müəyyən edilmişdir ki, Cavabdeh ilə Nardaran Bələdiyyəsi arasında «Sabunçu rayonu Nardaran Bələdiyyəsi ərazisində sənədsiz istifadədə olan torpaq və əmlak sahəsinə görə ödəniləcək vergi üçün yerli vergi ödəyicisinin uçota alınması haqqında» ##.##.2019-cu il tarixli *** №-li müqavilə bağlanmışdır. Həmin müqavilədə vergiyə cəlb olunası torpağın sahəsi 510 kv metr, fərdi yaşayış evinin sahəsi 173 kv metr, ödəniləcək torpaq vergisinin 3,06 manat, əmlak vergisinin 45,76 manatdır. Yəni bu bələdiyyə vergisinin verilməsi sənədsiz istifadədə olan torpaq və əmlaka cavabdeh tərəfindən hüquqlara malik olmasını müəyyən etməmişdir. Digər tərəfdən, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * №-li Bakı Ərazi Idarəsi tərəfindən təqdim edilmiş ##.##.2024-cü il tarixli mütəxəssis və Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən təqdim edilmiş ##.##.2024-cü il tarixli ekspert rəylərinə əsasən 406, 406a və *** №-li bağ sahələrinin faktiki yerləşməsi vahid elektron kadastr baza məlumatlarına uyğun olduğu, kənarlaşma olmadığı, bağ sahələrinə keçid yolu cənub hissədə digər fiziki şəxs tərəfindən tutularaq hasara alınmış qeydiyyatdan keçməyən sahədən mümkün olduğu, (iddiaçının sözlərinə görə əvvəldə gediş-gəliş yolu buradan olduğu, iddiaçının həmin sahədə hovuzu olduğu) bağ sahələrinə keçidin cənub tərəfdən verilməsi mövcud dalan daha yaxın olması ilə üstünlük təşkil etdiyi, mövcud vəziyyətdə nəzərdə tutula biləcək keçidə dair baş planı hazırlanmış, digər fiziki şəxs tərəfindən tutularaq hasara alınmış qeydiyyatdan keçməyən sahə»nin koordinatları göstərilmiş (X- 414738.9716 Y-4490267.7606 X-414739.0394 Y4490232.4225 X-414736.0415 Y-4490232.3110 X-414735.4852 Y-4490267.4528), ölcüsünün 0,0577 ha olduğu müəyyən edilmiş, həmin sahədən nəzərdə tutulan 3,50 metr eni və 35,34 metr uzununda keçidin sxemi tərtib edilmiş (faktiki olaraq 0,12369 ha); Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx Publik hüquqi şəxsinin * saylı Bakı Ərazi Idarəsi tərəfindən təqdim edilmiş ## ####### 2025-ci il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, X1 faktiki istifadəsində olan torpaq sahəsinə hüquqi sahibliyinə dair məlumat aşkarlanmayıb. Cavabdehin faktiki ümumi istifadəsində olan 0.0577 ha hissədən 0.0123 ha keçid kimi iddia olunur (cavabdehə qalır 0.0454 ha). Cavabdehin fərdi yaşayış evi keçid kimi iddia olunan yerdən 3.5-4.0 metr aralıda yerləşdiyi, iddia olunan keçidə düşən cavabdehin həyət tikilisi və hasarı maneə ola bildiyi, 406 və ***a saylı bağ sahələrinə keçidin cənub tərəfdən verilməsi mövcud dalana daha yaxın olması ilə üstünlük təşkil etdiyi müəyyən edilmişdir.

37. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəlləsinin 139.1, 139.3, 152.5, 152.6, 152.7, 157.4, 170.1, 171.1, 171.2, 171.3, 175.1, 175.2, 175.3, 178.1, 180.1, 180.2, 180.3, 180.4, 560.1-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 7.1, 7.2-ci maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il # ####### tarixli *** nömrəli qərarına istinadla əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

38. Cavabdeh (vəkil X2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

39. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, özgənin sahibliyində olan sahədən zəruri yol və keçid verilməsi ilə bağlı müddəaları tətbiq edərkən apellyasiya instansiyası məhkəməsi keçidin Cavabdeh məxsus torpaq sahəsindən verilməsinin nə dərəcədə yolverilən olduğunu, habelə digər qonşu torpaq sahələrindən keçidin təşkil edilməsinin mümkün olub-olmadığını araşdırmamışdır. Apellyasiya instansiyası məhkəməsi işin hallarını nəzərə almadan zəruri keçidin məhz cavabdehin torpaq sahəsindən verilməsi barədə nəticəyə gəlmişdir. Halbuki, iş materiallarında, o cümlədən Google Maps platformasından əldə edilmiş və müxtəlif illəri əhatə edən xəritədən görünür ki, iddiaçının torpaq sahəsinin ətrafında digər qonşu torpaq sahələri mövcuddur və həmin sahələrin əksəriyyəti boş və tikilisiz düzənlik ərazilərdən ibarətdir. Belə olan halda zəruri keçidin məhz cavabdehin istifadə etdiyi yaşayış sahəsindən keçirilməsi hüquqi baxımdan əsaslandırılmamışdır. Əksinə, həmin görüntülərdən və iş materiallarından aydın olur ki, iddiaçı uzun müddət – təxminən 2017- 2024-cü illər ərzində öz torpaq sahəsinə başqa bir yoldan istifadə etməklə daxil olmuşdur. Cavabdeh isə yalnız 2019-cu ildə həmin torpaq sahəsində tikinti işlərinə başlamış və bu zaman iddiaçı tərəfindən hər hansı etiraz irəli sürülməmişdir. Hətta iddiaçı 2021-ci ildə öz tikilisini inşa etdirərkən də həmin alternativ keçid mövcud olmuşdur. Apellyasiya instansiyası məhkəməsi nə digər qonşu torpaq sahələrindən keçidin mümkünlüyünü araşdırmış, nə də cavabdehə və digər qonşulara dəyə biləcək zərərin müqayisəli qiymətləndirilməsini aparmışdır. Nəticədə məhkəmə zəruri keçidin müəyyən edilməsində əsas hüquqi meyar olan qarşılıqlı mənafelərin balansı prinsipini nəzərə almamışdır. Beləliklə, iş materiallarından aydın olur ki, iddiaçıya zəruri keçidin məhz cavabdehin torpaq sahəsindən verilməsi Mülki Məcəllənin 175-ci maddəsində nəzərdə tutulan hüquqi şərtlərə uyğun deyildir. Apellyasiya instansiyası məhkəməsi bu halları araşdırmadan və digər alternativ keçid imkanlarını qiymətləndirmədən iddianı təmin etməklə maddi hüquq normasını düzgün tətbiq etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

40. Iddiaçı X5 qızı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, şikayətin təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərara qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Maddə 152.7. Istifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə 180.1.Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Maddə 180.4.Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Maddə 239.1. Fiziki şəxslər dövlət və bələdiyyə mülkiyyətində olan, hamının buraxılması üçün açıq torpaq sahələrində heç bir icazə almadan sərbəst ola bilər və həmin sahələrdə olan təbiət obyektlərindən qanunvericiliyin, habelə müvafiq torpaq sahəsi mülkiyyətçisinin yol verdiyi hədlərdə istifadə edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 84 (1-ci hissə) Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Maddə 111 (1, 2 və 3-cü hissələr). Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4 cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

41. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

42. Kassasiya şikayətində iddiaçılar apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirib. Bu baxımdan, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.

43. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

45. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlib.

46. Iddia tələbi mülkiyyətdən istifadəyə yaradılan maneələrin aradan qaldırılması barədə olmaqla, neqator tələbidir.

47. Iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.4-ci maddəsi təşkil edir.

48. Qeyd edilən normanın tələbinə görə mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

49. Bu iddianın təmin edilməsinin şərti həqiqətən də iddiaçıların mülkiyyətindən istifadəyə cavabdehin maneə törətməsi halının müəyyən edilməsidir.

50. Işin ekspert rəyinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən hallarına görə də iddiaçıya məxsus torpaq sahəsinə gedən yol cavabdeh tərəfindən tutulub, cavabdeh tərəfindən tutulan həmin hissə cavabdehin mülkiyyətində deyil.

51. Göründüyü kimi, apellyasiya instansiyası işin müəyyən edilmiş halına uyğun olaraq düzgün nəticəyə gəlmişdir.

52. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.

53. Belə ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəflərin təqdim etdikləri sübutları ətraflı araşdırmış, hansı sübutun mötəbər, hansının isə qeyri mötəbər olduğunu prosessual normalara əsasən müəyyən etmiş, bu barədə gəldiyi nəticəni əsaslandırmış, düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsaslarını düzgün müəyyən etmişdir.

54. Həmçinin apellyasiya instansiyası ekspert və mütəxəssis rəylərini də Mülki Prosessual Məcəllənin 88 və 103.1-ci maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir.

55. Kassasiya şikayətinin dəlillərinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, bu dəlillər əsassızdır. Belə ki, məhz iddiaya etirazın əsasını təşkil edən həmin dəlillərə qiymət verməklə apellyasiya instaniyası məhkəməsi iddianı yuxarıda göstərilən qaydada qismən təmin etmişdir.

56. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

57. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı Cavabdeh Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi vaxtdan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar