Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1193/2026 10.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı İddiaçı cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARI (Açar sözlər: pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı “pul” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı (vəkil vəkil2) tərəfindən verilmiş kassasiya şikayətinə ## #### 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Cavabdeh cavabdeh2, rəhbəri olduğu “xxxx” MMC ilə iddiaçı İddiaçı arasında malların nisyə alğı-satqısına dair əməliyyatlar aparılmış, son olaraq iddiaçının cavabdeh cavabdeh2 181.859 manat məbləğində borcunun olması əvvəlki məhkəmə qətnaməsi ilə öz təsdiqini tapmışdır. İddiaçı borcuna görə “X2 Pro” Lazer aparatını cavabdeh2 göstərişi ilə onun kürəkəni cavabdeh1 istifadəsinə vermişdir. 2017-ci ilin fevral ayında isə iddiaçı lazer aparatını geri götürmüşdür.
2. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi C.V.Rəhimovun “maddi sübut kimi tanımaq və saxlanca təhvil vermək barədə” ##.##.2018-ci il tarixli qərarına əsasən, qərarın təsviri hissəsində göstərilənlərə əsasən – 9914-9014-1441 seriyalı, “X2 Pro” Lazer epilyasiya aparatı vətəndaş İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi üzrə maddi sübut kimi tanınması və saxlanılmasından ötrü iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış vətəndaş cavabdeh2 təhvil verilməsi qərara alınmışdır. Həmin qərardan görünür ki, baxış zamanı məlum olmuşdur ki, salonda başqa bir “X2 Pro” aparat da, ABŞ istehsalı olmaqla seriya nömrəsi 9914-9015-1314-dür.
3. cavabdeh2 ##.##.2018-ci il tarixli iltizamına əsasən, “X2 Pro” Lazer aparatını məhkəmənin hökmü qanuni qüvvəyə minənə qədər satmayacağını, dəyişməyəcəyini, bağışlamayacağını, öz sərəncamında və istifadəsində saxlayacağını qeyd etmişdir.
4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, # ### 2019-cu il tarixli hökmünə əsasən, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinmiş, lakin cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən ona cəza təyin olunmamış, İddiaçı barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilmiş, İddiaçı ekspertiza tədqiqatlarının dəyərinin 710 manat pul tutularaq dövlət büdcəsinə keçirilməsi, cinayət işi üzrə maddi sübut kimi tanınmış 9914-9015-1441 seriyalı, “X2 Pro” Lazer epilyasiya aparatının zərərçəkmiş şəxs cavabdeh2 istifadəsində saxlanılması, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsinə təhvil verilmiş “Əminəm” gözəllik salonunun giriş qapısının silindrik mexanizmi və üzərlərində “Kale” və “Apeka” sözləri yazılmış açar nüsxələrinin isə ünvan 1 ünvanında yerləşən “Əminəm” gözəllik salonunun icarədarı X3 qaytarılması hökm edilmişdir.
5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2019-cu il tarixli hökmünə əsasən apellyasiya şikayəti təmin olunmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin İddiaçı haqqındakı # ### 2019-cu il tarixli hökmü ləğv olunmuş, İddiaçı əməlində cinayət tərkibi olmadığından ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1-ci maddəsi ilə bəraət verilmiş, cavabdeh2 istifadəsində saxlanılan və cinayət işi üzrə maddi sübut kimi tanınmış olan 9914-9015-1441 seriyalı, “X2 Pro” Lazer epilyasiya aparatının ondan alınıb İddiaçı qaytarılması, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsinə təhvil verilmiş “Əminəm” gözəllik salonunun giriş qapısının silindrik mexanizmi və üzərlərində “Kale” və “Apeka” sözləri yazılmış açar nüsxələrinin isə ünvan 1 ünvanında yerləşən “Əminəm” gözəllik salonunun icarədarı X3 qaytarılması hökm edilmişdir.
6. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2019-cu il tarixli hökmü ## ###### 2020-ci il tarixdə icraya yönəlmişdir.
7. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının *(***)-***/**** nömrəli, ##.##.2020-ci il tarixli qərarına əsasən kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edilməmiş, İddiaçı barəsində Bakı Apellyasiya Məhkəməsinin ## ###### 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır.
8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin MTT(***)-**/**** nömrəli, ## ###### 2021-ci il tarixli qərardadına əsasən ərizə qismən təmin edilərək, iddiaçılar cavabdeh2 və “xxxx” MMCnin cavabdeh İddiaçı qarşı cavabdeh İddiaçı “X2 Pro” markalı, 9914-9015-1441 seriyalı lazer epilyasiya aparatının alınaraq iddiaçı cavabdeh2 verilməsi və əşyanın sonuncunun mülkiyyəti hesab edilməsi, iddiaçı “xxxx” MMC-nin xeyrinə cavabdehdən 101.859 manat məbləğində pul vəsaitinin, mənəvi zərərə görə iddiaçı cavabdeh2 xeyrinə cavabdehdən 10.000 manat məbləğində pul vəsaitinin tutulması iddiasına dair mülki işə məhkəmədə baxılıb yekun qərar qəbul olunanadək, mübahisə predmeti olan “X2 Pro” markalı, 9914-9015-1441 seriyalı lazer epilyasiya aparatının üzərinə həbs qoyulmaqla, həmin aparatdan istifadə cavabdeh İddiaçı və üçüncü şəxslərə qadağan edilməsi, iddiaçılar cavabdeh2 və “xxxx” MMC-nin cavabdeh İddiaçı qarşı -cavabdeh İddiaçı “X2 Pro” markalı, 9914-9015-1441 seriyalı lazer epilyasiya aparatının alınaraq iddiaçı cavabdeh2 verilməsi və əşyanın sonuncunun mülkiyyəti hesab edilməsi, iddiaçı “xxxx” MMC-nin xeyrinə cavabdehdən 101.859 manat məbləğində pul vəsaitinin, mənəvi zərərə görə iddiaçı cavabdeh2 xeyrinə cavabdehdən 10.000 manat məbləğində pul vəsaitinin tutulması iddiasına dair mülki işə məhkəmədə baxılıb yekun qərar qəbul olunanadək, İddiaçı mülkiyyətində olan “xxxx” markalı, **-KB-*** dövlət qeydiyyat nişanlı avtomobilin özgəninkiləşdirilməsinin cavabdeh İddiaçı qadağan edilməsi, qərardadın dərhal icra edilməsi qərara alınmışdır.
9. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının MTT(***)-**/**** nömrəli, ## #### 2022-ci il tarixli qərardadına əsasən şikayət qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-MTT(***)-**/**** nömrəli, ## ###### 2021-ci il tarixli qərardadı “X2 Pro” markalı, 9914-9015-1441 seriyalı Lazer epilyasiya aparatından istifadə edilməsinin cavabdeh İddiaçı və üçüncü şəxslərə qadağan edilməsi” hissəsində ləğv edilmiş, müvəqqəti təminat tədbiri barədə ərizə həmin hissədə təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-MTT(***)-**/**** nömrəli, ## ###### 2021-ci il tarixli qərardadı qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
10. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2023-cü il tarixli qətnaməsinə əsasən cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, hazırkı iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ##### 2022-ci il tarixli qətnaməsi – mübahisələndirilən hissədə ləğv edilərək, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia həmin hissədə təmin edilməmişdir. Həmin qətnamədə məhkəmə kollegiyası mövqeyi ilə bağlı etmişdir ki, cavabdeh2, onun rəhbəri olduğu “xxxx” MMC ilə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olan İddiaçı arasında müxtəlif malların alğı-satqısı (nisyə alğı-satqısı) əməliyyatları baş vermişdir. Yəni tərəflər arasında alğısatqı müqaviləsindən irəli gələn mülki hüquqi münasibətlər mövcud olmuşdur. Cavabdehin “xxxx” MMC-yə satılmış mallara görə 2015-ci ilin mart ayına 230.766,0 manat məbləğində borcu yaranmışdır. İddiaçı borcunu etiraf etmiş və 2015-ci ilin mart ayında 2015-ci ilin iyul ayınadək 160.766,0 manat, 2015-ci ilin noyabr ayında isə 70.000,0 manat məbləğində pulu qaytarmalı idi. Lakin o, 2015-ci ilin oktyabr ayınadək cəmi 41.000,0 manat məbləğində pulu cəmiyyətə geri ödədi. Daha sonra, o, özünə məxsus “X1 Pro” lazer aparatını borcuna görə cavabdeh2 kürəkəni cavabdeh1 istifadəsinə vermişdir. 2015-ci ilin oktyabr ayından 2017-ci ilin fevral ayınadək o, cəmiyyətə olan borcundan əlavə olaraq 10-13 min manat məbləğində pul ödəmişdir. 2017-ci ilin fevral ayında isə o, lazer aparatını iddiaçı cavabdeh2 qardaşı Rasim Tanırverdiyev ilə razılaşaraq geri götürdü. İddiaçı barəsində cinayət işinin istintaqı zamanı keçirilmiş məhkəmə ekspertizası nəticəsində tərtib edilmiş ##.##.2018-ci il tarixli, **** nömrəli ekspert rəyinə əsasən, İddiaçı, ona ##.##.2009-cu il tarixindən ##.##.2017-ci il tarixədək verilmiş müxtəlif növ maşın ehtiyat hissələri üzrə 181.859,0 manat məbləğində borcunun olduğu müəyyən edilmişdir. İşin bu halları cavabdehin məhkəmə iclasında verdiyi ifadələr, İddiaçı barəsində olan *(***)-**/**** nömrəli cinayət işi üzrə materiallarında, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2019-cu il tarixli hökmündə göstərilmiş özünə məxsus izahatlardan müəyyən edilir. Bununla da, cavabdehin iddiaçıya 181.859,0 manat məbləğində borcunun olması tədqiq edilmiş sübutlarla öz təsdiqini tapir.
11. Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Günay Abbaszadə, tələbkar İddiaçı, mütəxəssis Ziya Qafarov, borclunun nümayəndəsi Nümayəndə və digər icra məmuru X4 tərəfindən tərtib olunmuş ##.##.2025-ci il tarixli akta əsasən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2019-cu il tarixli icra vərəqəsinə əsasən cavabdeh2 istifadəsində saxlanılan və cinayət işi üzrə maddi sübut kimi tanınmış “X2 Pro” markalı, 9914-9015-1441 seriyalı lazer epilyasiya aparatı ondan alınıb İddiaçı qaytarılması ilə bağlı icraat zamanı ##.##.2025-ci il tarixdə saat 14:00 radələrində borclu cavabdeh2 etibarnamə üzrə nümayəndəsi Nümayəndə qeyd olunan lazer aparatını Yasamal Rayon İcra Şöbəsinin yerləşdiyi Yasamal Rayon Məhkəməsinin inzibati binasının qarşısına gətirərək tələbkara təqdim etmişdir. Aparat maşından aşağı endirilərək İddiaçı dəvət etdiyi lazer mütəxəssisi kimi təqdim etdiyi Ziya Qafarovun və onların iştirakı ilə lazer aparatına baxış keçirilmiş, tələbkara təklif olunmuşdur. Tələbkar İddiaçı bildirmişdir ki, birka və emblem dəyişdirilib. Buna sübut olaraq cinayət işində çəkilən 9914-9015-1441 və 9914-9015-1314 seriyalı aparatın birka və emblemi aydın görünüşü və tərtibi, ona təklif edilən aparatın birka və embleminə uyğun deyil, sübut kimi üç foto şəkli akta əlavə edir. ##.##.2025-ci il tarixdə göstərilən aparat ##.##.2023-cü il tarixdə gətirilən aparatdır. Həmin vaxt aparata tam müdaxilə olunduğu, daxili ehtiyat hissələri orijinal olmadığı müəyyən edilmişdir. Bu səbəbdən aparatı qəbul etməkdən imtina edir. Ona məxsus olan aparatın borclu cavabdeh2 alınıb ona təhvil verilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
12. İddiaçı İddiaçı (bundan sonra iddiaçı) nümayəndəsi və vəkili vəkil2 cavabdeh cavabdeh1 və cavabdeh2 (bundan sonra cavabdehlər, yaxud ad, soyadı) qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh cavabdeh1 ## ######## 2015-ci il tarixdən ## ###### 2017-ci il tarixədək olan müddət üçün hesablanmış 46.300 manat məbləğində əsas borcun, həmin ödənilməmiş əsas borcun Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsinə əsasən hesablanmış 33.788 manat faiz borcun, cəmi 80.078 manat məbləğində pulun, cavabdeh cavabdeh2 ## ###### 2017-ci il tarixdən ## ###### 2024-cü il tarixədək olan müddət üçün hesablanmış 504.000 manat əsas borcun, həmin ödənilməmiş əsas borcun Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsinə əsasən hesablanmış 185.323 manat faiz borcun, cəmi 689.323 manat məbləğində pulun, habelə ödənilmiş 1.060 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
13. İddia tələbini onuna əsaslandırılmışdır ki, cavabdeh cavabdeh2 2017-ci ildən etibarən hüquq mühafizə orqanlarına İddiaçı tərəfindən 190.000 manat pulun mənimsənilməsi, dələduzluqla talan olması, “X2 Pro” markalı, 9914-9015-1441 seriyalı lazer epilyasiya aparatının oğurlanması barədə çoxsaylı şikayətləri ilə müraciət etsə də, nəticə etibarı ilə əməlində hər hansı cinayətin tərkibi olmadığı üçün, iddiaçının haqqında bəraətverici əsaslarla cinayət işinin icraatına xitam verilmişdir. Həmin hökmlə məhkəmə cinayət işi üzrə maddi sübut kimi tanınmış “X2 Pro” markalı, 9914-9015-1441 seriyalı lazer epilyasiya aparatının zərər çəkmiş şəxs cavabdeh2 istifadəsində saxlanılmasını müəyyən etmişdir. Lakin, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2019-cu il tarixli hökmünə əsasən iddiaçının apellyasiya şikayəti təmin olunaraq, Nəsimi Rayon Məhkəməsinin İddiaçı haqqında çıxartdığı # ### 2019-cu il tarixli hökmü ləğv olunmuş, İddiaçı əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 322.1 maddəsi ilə bəraət verilmişdir. Eyni zamanda yeni hökmlə cavabdeh2 istifadəsində saxlanılan cinayət işi üzrə maddi sübut kimi tanınmış olan “X2 Pro” markalı, 9914-9015-1441 seriyalı lazer epilyasiya aparatının İddiaçı qaytarılması qərara alınmışdır. Göründüyü kimi cavabdeh tərəfin nəinki pul vəsaitinin talanması epizodu, həmçinin lazer aparatının ələ keçirilməsi, oğurlanması hissəsində də iddia və ittihamları öz təsdiqini tapmamışdır. Lakin bütün bunlara baxmayaraq iddiaçıya mülkiyyət hüququ ilə məxsus olan “X2 Pro” markalı, 9914-9015-1441 seriyalı lazer epilyasiya aparatı qanunsuz olaraq cavabdeh cavabdeh2 istifadəsində saxlayır. Beləliklə, cavabdeh cavabdeh2 “X2 Pro” markalı, 9914-9015-1441 seriyalı lazer epilyasiya aparatının mülkiyyət hüququ ilə iddiaçıya məxsus olmasını bilə-bilə, artıq 2018-ci ilin ## ###### tarixindən qanunsuz olaraq özündə saxlayır və dəfələrlə müraciət etməyinə baxmayaraq, götürülmüş aparatı iddiaçıya təhvil verməkdən boyun qaçırır. Cavabdeh nəinki iddiaçının, hətta icra məmurunun bununla bağlı qanuni göstərişlərinə əməl etmir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin ##.##.2019-cü il tarixli hökmü ilə “X2 Pro” markalı, 9914-9015-1441 seriyalı lazer epilyasiya aparatının iddiaçıya təhvil verilməsi barədə icra sənədi verilərək icra olunması üçün Sabunçu rayon İcra şöbəsinə göndərilmiş, cavabdehin qeydiyyatı Goranboy rayonu olduğu üçün icra işi sonradan Goranboy rayon İcra şöbəsinə göndərilmişdir. Lakin cavabdehin guya Goranboy rayonunda yaşamamasını bəhanə gətirərək icra işi aidiyyəti üzrə Yasamal rayon İcra şöbəsinə göndərilmişdir. Çox təəssüf olsun ki, sözügedən məhkəmə qərarı cavabdeh2 icra etməməsi və icra məmurlarının hərəkətsizliyi, “göz yumması” nəticəsində bu günə kimi icrasız qalmışdır. Beləliklə, iddiaçıya mülkiyyət hüququ ilə məxsus olan “X2 Pro” markalı, 9914-9015-1441 seriyalı lazer epilyasiya aparatı qanunsuz və əsassız olaraq cavabdeh cavabdeh2 faktiki sahiblik və istifadəsindədir. Hesab edir ki, bu hal iddiaçıya külli miqdarda maddi zərər vurmaqla bərabər, onun mülkiyyətindən maneəsiz istifadə hüququnun məhdudlaşdırılması və mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilməlidir. “xxxx firması (ABŞ) tərəfindən istehsal edilmiş “X2 Pro” markalı cihazın epilyasiya aparatının orta aylıq icarə haqqı təxminən 4.500-5.000 manat olarsa təbii ki aparatı icarəyə götürən şəxsin gəliri artıq olacaqdır. Yəni əldə olunan gəlir həm aparatın aylıq icarə haqqını ödəməyə imkan verir, həmdə ki, əlavə olaraq icarəyə götürən şəxsə aylıq 2.000-3.000 manat məbləğində gəlir gətirir. Buradan belə bir nəticəyə gəlmək olar ki, “xxxx” firması (ABŞ) tərəfindən istehsal edilmiş “X2 Pro” markalı cihazın epilyasiya aparatının aylıq gəliri minimal olaraq 7.000-8.000 manat məbləğindədir. İddiaçıya məxsus ABŞ istehsalı 9914-9015-1441 seriyalı “X2 Pro” markalı lazer epilyasiya aparatını iddiaçı, # #### 2017-ci il tarixdən ## ###### 2017-ci il tarixə qədər olan müddətdə istifadə etmiş, ## ###### 2017-ci ildə Xətai Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, # ###### 2017-ci il tarixli qərarı ilə iddiaçıya məxsus ABŞ istehsalı, 9914-9015-1441 seriyalı “X2 Pro” markalı lazer epilyasiya aparatının Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin müstəntiqi Ceyhun Rəhimov tərəfindən protokol tərtib edərək Xətai rayon, Əhmədli metro stansiyası yaxınlığında yerləşən “Şəms” gözəllik salonundan götürülmüşdür. Nəzərə alaraq ki, iddiaçıya mülkiyyət hüququ ilə məxsus olan “X2 Pro” markalı, 9914-9015-1441 seriyalı Lazer epilyasiya aparatının istifadəsi hər ay minimal olaraq 6.000 manat miqdarında gəlir gətirir.
14. Cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə ##.##.2025-ci il tarixdə AZEMİS elektron kabinet vasitəsilə iddia tələbinə etiraz təqdim edərək bildirmişdir ki, iddia ərizəsi tam əsassızdır və rədd edilməlidir. İddiaçının əsaslarına cavab olaraq bildirmişdir ki, guya Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2019-cu il tarixli hökmünə əsasən İddiaçı şikayəti təmin edilmiş hökm ləğv edilərək ona bəraət verilmiş və eyni zamanda da “X2 Pro” markalı 9914-9015-1441 seriyalı lazer epilyasiya aparatının İddiaçı qaytarılması qərara alınmışdır. cavabdeh2 qərardan kassasiya şikayəti verilmiş və təmin edilməmişdir. Bu barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2020-ci il tarixli qərarı çıxarılmışdır. Lakin buna baxmayaraq iddiaçı iddia edir ki, ona mülkiyyət hüququ ilə məxsus olan “X2 Pro” markalı 9914-9015-1441 seriyalı lazer epilyasiya aparatı qanunsuz olaraq cavabdeh cavabdeh2 özündə saxlayır. Mülki Məcəllənin 449-cu maddəsini və “X2 Pro” markalı 9914-9015-1441 seriyalı lazer epilyasiya aparatının guya hər aya olan 6.000 manat gəlirini nəzərə alaraq ##.##.2018-ci il tarixdən hesablayaraq Mərkəzi Bankın müəyyənləşdirdiyi bank uçot dərəcəsinə uyğun olaraq faiz borcu ilə birlikdə 689.323 manat miqdarında zərər vurulmuşdur. İddia tələbinin bu əsasına cavab olaraq qeyd olunmalıdır ki, iddiaçı sözügedən aparatın cavabdeh2 borcuna münasibətdə əvəzləşdirilməsi və dəyərinin borcundan çıxılması üçün vermiş və bu özünün məhkəmə qərarlarındakı ifadəsində də öz əksini tapır. Bu səbəbdən də cavabdeh cavabdeh2 aparat hazırkı iddiaçı İddiaçı Tərəfindən aparıldığından şikayət etmiş, və nəticədə ilkin olaraq ##.##.2018-ci il tarixli maddi sübut kimi tanıma və saxlanca vermə barədə Qərar əsasında 9914-9015-1441 seriyalı, “X2 Pro” markalı Lazer epilyasiya aparatının cavabdeh2 saxlancına verilmişdir. Məhkəmə gedişatı isə cinayət işi üzrə ##.##.2020-ci il tarixinədək davam etmişdir. Həmin müddətdə də qeyd edilən aparat mübahisəli olduğu üçün istifadəsiz saxlancda qalmış və gəlir əldə edilməmişdir. Həmin aparat bu günə kimidə saxlancda istifadəsiz olaraq da qalmışdır. Artıq qeyd edilən aparatın hazırkı iddiaçıya verilməli olduğunu biləndən sonra cavabdeh2 Xətai rayon Məhkəməsində cavabdeh olan İddiaçı qarşı ilkin olaraq cavabdeh tərəfindən könüllü verilmiş 9914-9015-1441 seriyalı, “X2 Pro” markalı Lazer epilyasiya aparatının iddiaçı olan cavabdeh2 mülkiyyəti hesab edilməsi və pul tələbi ilə bağlı Xətai rayon Məhkəməsində iddia qaldırılmış, iddia tələbi qismən təmin edilmiş və bu barədə *(***)-***/**** nömrəli, ##.##.2022-ci il tarixli qətnamə çıxarılmışdır. Həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2022-ci il tarixli qətnaməsi çıxarılmış və şikayət qismən təmin edilmiş qətnamə ləğv edilmiş, iddia tələbi yenə də qismən təmin edilmişdir. Daha sonra cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayəti *(***)- ****/**** nömrəli, ##.##.2023-cü il tarixli qərarı ilə qismən təmin edilmiş və iş baxılması üçün yenidən Apellyasiya baxışına geri qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsi qətnaməni ləğv edərək iddia müddətini tətbiq edərək iddianı təmin etməmişdir. Həmin qətnamədən kassasiya şikayəti verilmiş və Ali Məhkəmənin *(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli Qərarı ilə şikayət təmin edilməmişdir. Eyni zamanda da Xətai rayon Məhkəməsinin qeyd edilən iddia üzrə iddianın təmin tədbiri ərizəsi verilmiş və Xətai Rayon Məhkəməsinin MTT(***)-**/**** nömrəli, ##.##.2021-ci il tarixli qərardad çıxarılmışdır. Həmin qərardadla hazırda baxılan iş üzrə yekun qərar çıxarılana kimi 9914-9015-1441 seriyalı, “X2 Pro” markalı Lazer epilyasiya aparatının üzərinə həbs qoyulmaqla, həmin aparatdan istifadə cavabdeh İddiaçı və üçüncü şəxslərə qadağan edilmişdir. Həmin məhkəmənin qərardadı olduğu halda da hazırkı iddia üzrə iddiaçı İddiaçı aparat olsa belə istifadə edib hər hansı pul vəsaiti əldə edə bilməzdi ki, həmin dövrləri də tələb etməsi qanunsuz və əsassızdır. Bundan əlavə olaraq Yasamal rayon icra şöbəsi tərəfində sonda onlara icra sənədinin icrası ilə bağlı bildiriş göndərilmiş, cavabdeh olan borclu cavabdeh2 tərəfindən 9015-1441 seriyalı, “X2 Pro” markalı Lazer epilyasiya aparatı İcra şöbəsinə təqdim edilmiş, lakin tələbkar aparatı onun olmadığını qeyd edərək əmlakı götürməkdən imtina etmişdir. İcra məmuru bu barədə AKT-da tərtib etmiş və işi belə olan halda icra etmədən icra sənədini geri qaytarmışdır. Bu günə kimidə iddiaçı bu barədə hər hansı addım atmamışdır. Bununla da məhkəmənin nəzərinə çatdırmışdır ki, tələb olunan dövrlər ərzində cinayət işi üzrə məhkəmə davam edib və yekun nəticə ##.##.2020-ci il tarixdə bəlli olmuş, daha sonra da Xətai Rayon Məhkəməsinin ##.##.2021-ci il tarixli, MTT (***)-**/**** saylı Qərardadı ilə həbs qoyulmuşdur ki, buda 9914-9015-1441 seriyalı, “X2 Pro” markalı Lazer epilyasiya aparatının qanunsuz və əsassız olaraq özündə saxlamağı anlamına gəlmir. Belə olan halda da həmin dövrlər ərzində heç bir sübutla aylıq gəliri sübut olunmayan, hətta aparatın istifadəyə yararlı olub olmadığı müəyyən edilmədən hər ayı 6.000 manatdan hesablanmaqla və Mərkəzi Bankın müəyyənləşdirdiyi bank uçot dərəcəsinə uyğun olaraq faiz borcu ilə birlikdə pul tələb etməsi əsassızdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Hazırda da nə iş materialında nə də ki, iddiaçıda 9914-9015-1441 seriyalı, “X2 Pro” markalı Lazer epilyasiya aparatının cavabdehlər tərəfindən istifadə edilməsi və gəlir əldə etməyi barədə sübut yoxdur, olması da mümkün deyil, çünki həmin əmlak saxlancda və üzərinə həbs qoyulmaqla istifadəyə qadağa qoyulmuşdur. Mülki Prosessual Məcəllənin 154.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs iddiaya qarşı etirazını və mülahizəsini onlara əlavə olunmuş sənədlərlə birlikdə, kommersiya mübahisələri üzrə isə mülahizənin digər tərəfə göndərilməsi barədə sübutları işə baxılana kimi, ona qarşı izahat verilə bilən müddətdə məhkəməyə təqdim etməyə haqlıdır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə ## #### 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Yuxarıda qeyd edilənlərə əsasən iddiaçı İddiaçı cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı “pul tələbinə dair” iddia ərizəsi qanunsuz və əsassız olduğu üçün iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
15. Cavabdehlərin nümayəndəsi və vəkili Nümayəndə ##.##.2025-ci il tarixdə AZEMİS elektron kabinet vasitəsilə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə müraciət edərək bildirmişdir ki, iddia tələbinin bir hissəsi ondan ibarətdir ki, cavabdeh cavabdeh1 ## ######## 2015-ci il tarixdən ## ###### 2017-ci il tarixədək olan müddət üçün hesablanmış 46.300 manat məbləğində əsas borcun, həmin ödənilməmiş əsas borcun Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsinə əsasən hesablanmış 33.788 manat faiz borcun, cəmi 80.078 manat məbləğində pulun tutulmasıdır. Digər tələb isə cavabdeh cavabdeh2 ## ###### 2017-ci il tarixdən ## ###### 2024-cü il tarixədək olan müddət üçün hesablanmış 504.000 manat əsas borcun, həmin ödənilməmiş əsas borcun Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsinə əsasən hesablanmış 185.323 manat faiz borcun, cəmi 689.323 manat məbləğində pulun, habelə ödənilmiş 1.060 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi tələbidir. Tələbin əsası isə ilkin olaraq mübahisəli əmlakın verildiyi 2015-ci ilə və ondan həmin illərə aid olan gəlir pulu tələbinə aid olduğundan, digər cavabdehə qarşı isə tələb ## ###### 2017-ci il tarixdən mübahisəli əmlakın ondan Pİ-i tərəfindən baxış keçirilərək alınmasından, cavabdehə saxlanca təhvil verilməsindən və davamlı olaraq yaranan mübahisənin başlanma müddəti ilə bağlı olmuşdur. Bildirmişdir ki, onlar cavabdeh olaraq iddia tələbini ümumilikdə qəbul etmir, bunu etiraz ərizəsində də əsaslandırmışlar, bundan əlavə olaraq hesab edir ki, eyni zamanda da iddia ərizəsində iddiaçının cavabdeh cavabdeh1 qarşı 2015-ci il tarixdən digər cavabdeh cavabdeh2 münasibətdə isə 2017-ci ildən mübahisələndirdiyi tarix və hesablanma vaxtını nəzərə alsaq belə iddia müddəti ötürülmüşdür. Mülki Məcəllənin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Mülki Məcəllənin 376-cı maddəsinə əsasən əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Yuxarıda göstərilənləri nəzərə alaraq iddiaçı İddiaçı cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı “pul tələbinə dair” iddia ərizəsi üzrə əlavə olaraq iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir.
16. “xxxx” MMC-nin QXM-*** saylı, ##.##.2023-cü il tarixli hesabatına əsasən İddiaçı məxsus “X2 Pro” markalı alexandrite lazer epilyasiya avadanlığının aylıq gəlir gətirmə qabiliyyəti orta hesabla 8.000 – 12.000 manat, illik gəlir gətirmə qabiliyyəti isə orta hesabla 100.000 – 150.000 manat müəyyən edilmişdir. “X2 Pro” markalı alexandrite lazer epilyasiya avadanlığının 2015-2018-ci illərdə aylıq icarə haqqının bazar dəyəri orta hesabla 5.000 manat, 2018-2019-cu illərdə 4.500 manat, 2020-ci ildən bu günədək isə 3.000 – 4.000 manat müəyyən edilmişdir.
17. “X5 Mərkəzi” MMC-nin YDQM ***-***/**** saylı, ##.##.2025-ci il tarixli hesabatına əsasən “X2 Pro” markalı, 9914-9015-1441 seriyalı alexandrite lazer epilyasiya aparatından 2015-2024-cü illər üzrə hər il ayrı-ayrılıqda göstərilməklə gəlir gətirmə qabiliyyəti 2015-2017-ci illər üzrə 197.489 manat, 2018-ci il üzrə 139.904 manat, 2019-cu il üzrə 124.730 manat, 2020ci il üzrə 76.298 manat, 2021-2024-cü illər üzrə 92.030 manat təşkil etmişdir.
18. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) *(***)-****/** nömrəli, ## ####### 2025-ci il tarixli qətnaməsi ilə (hakim Gülnar Babazadə) iddia rədd edilmişdir.
19. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh cavabdeh1 dair hissədə iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, işin araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı “xxxx” MMC-yə və onun təsisçisi və direktoru cavabdeh cavabdeh2 borcu olduğundan ## ######## 2015-ci il tarixdə özünəməxsus lazer aparatını cavabdeh cavabdeh1 istifadəsinə vermişdir. Cavabdeh cavabdeh1 tərəfindən aparat cavabdeh2 olan borca görə onun razılığı ilə cavabdeh1 verilmişdir. Daha sonra isə iddiaçı tərəfindən aparat geri götürülmüşdür. Göründüyü kimi, cavabdeh cavabdeh1 tərəfindən hazırkı halda qanunsuz istifadənin olduğu və əsassız varlanmanın yarandığı müəyyən edilmir. İddiaçı tərəfindən aparat cavabdeh1 öz razılığı ilə verilmiş və sonradan geri götürülmüşdür. Digər cavabdeh cavabdeh2 münasibətdə də məhkəmə iddianı əsassız hesab edir və təmin edilməməsi qənaətinə gəlir. Belə ki, işin halları ilə müəyyən olundu ki, cavabdeh cavabdeh2 iddiaçı tərəfindən borcun qarşılığında 85.000 manata qiymətləndirilərək onun mülkiyyətinə verildiyini əsas gətirərək iddiaçı tərəfindən götürülmüş lazer aparatı ilə hüquq mühafizə orqanlarına şikayət etmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2019-cu il tarixli hökmünə əsasən apellyasiya şikayəti təmin olunmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin İddiaçı haqqındakı # ### 2019-cu il tarixli hökmü ləğv olunmuş, İddiaçı əməlində cinayət tərkibi olmadığından ona Cinayət Məcəlləsinin 322.1-ci maddəsi ilə bəraət verilmiş, cavabdeh2 istifadəsində saxlanılan və cinayət işi üzrə maddi sübut kimi tanınmış olan 9914-9014-1441 seriyalı, “X2 Pro” Lazer epilyasiya aparatının ondan alınıb İddiaçı qaytarılması hökm edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının *(***)- ***/**** nömrəli, ##.##.2020-ci il tarixli qərarına əsasən kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edilməmiş, İddiaçı barəsində Bakı Apellyasiya Məhkəməsinin ## ###### 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Hökm icraya yönəldilmiş, icra sənədi üzrə borclu tərəfindən maddi sübut kimi tanınmış olan 9914-9014-1441 seriyalı, “X2 Pro” Lazer epilyasiya aparatının ondan alınıb İddiaçı qaytarılması tələbkara verilsə də, lakin tələbkar aparatın orijinal aparat olmadığından qəbul etməkdən imtina etmişdir. Tələbkar həmin aparat olmadığından dəyərinin alınması barədə “icra üsulunun dəyişdirilməsi” ərizəsi ilə müraciət etmiş və ərizə təmin olunmamışdır.
20. Göründüyü kimi, “X2 Pro” Lazer epilyasiya aparatı Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi C.V.Rəhimovun “maddi sübut kimi tanımaq və saxlanca təhvil vermək barədə ##.##.2018-ci il tarixli qərarı ilə cavabdeh cavabdeh2 saxlancına verilmişdir. Son olaraq hökm qüvvəyə mindikdən sonra icraya yönəldilmiş və icra mərhələsində borcu tərəfindən təqdim edilsə də, tələbkar tərəfindən maddi sübutun qəbulundan imtina edilmişdir. Bu barədə müvafiq akt da tərtib edilmişdir. Göründüyü kimi, mübahisə predmeti olmuş lazer aparatı cavabdeh cavabdeh2 saxlancında qanunsuz əsaslarla olmamışdır. Eyni zamanda, həmin müddətdə cavabdehin istifadəsində olması və gəlir əldə etməsi də hazırkı icraatda sübuta yetirilməmişdir.
21. Bundan əlavə məhkəmə qeyd etmişdir ki, tərəflər arasında əvvəlki illər ərzində mülki icraat qaydasında da pul tələbinə dair mübahisə olmuş, həmin mübahisə getdiyi müddətdə müvəqqəti təminat tədbiri ilə lazer aparatının istifadəsinə qadağa qoyulmuşdur. Üzərinə həbs qoyulmuş avadanlıqdan istifadə etməsi qeyri-mümkündür. Eyni zamanda, iddiaçı cavabdeh2 və “xxxx” MMC-nin cavabdeh İddiaçı qarşı maddi və mənəvi zərərə görə pul tələbi iddia müddətinin tətbiqi ilə rədd olunmuşdur, lakin məhkəmə tərəfindən İddiaçı cavabdeh2 181.859 manat məbləğində borcun olması, borca görə iddiaçının cavabdehə lazer aparatını verməsi müəyyən olunmuşdur.
22. Məhkəmə onu da qeyd etmişdir ki, iddiaçı tərəfindən cavabdehlərin hesabına hər hansı əsassız varlanmanın baş verdiyini təsdiqləyən sənəd və ya fakt təqdim edilməmişdir. Bundan başqa iddiaçı İddiaçı barəsində birinci, apellyasiya və kassasiya baxışları zamanı qəbul olunmuş sonuncu qərar Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının *(***)-***/**** nömrəli, ##.##.2020-ci il tarixli qərarıdır. İddiaçı qəbul olunmuş sonuncu qərardan sonra məhkəməyə müraciət etmək hüququndan istifadə edə bilərdi, lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1095-ci maddəsində qeyd olunmuş iki illik müddəti ötürərək, iddia ərizəsi ilə ##.##.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir.
23. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 14, 21, 152, 157, 1091, 1095-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 9, 82.3-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
24. İddiaçının nümayəndəsi və vəkili vəkil2 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
25. Apellyasiya şikayəti iddia tələbində qeyd olunanlara uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı barəsində olan cinayət işi üzrə qanuni qüvvəsini almış bəraət hökmü vardır. Bu o deməkdir ki, cavabdeh cavabdeh2 şikayətləri əsassız olmuş və o, əmlakından qanunsuz olaraq məhrum olmuşdur. Pozulmuş mülkiyyət hüququ bu günə kimi bərpa olunmamışdır. Cavabdeh tərəfindən istintaq zamanı götürülmüş və şəkilləri çəkilmiş aparat deyil, başqa bir aparat təqdim edilir. Bu hallar icra zamanı tərtib edilmiş aktla, video görüntü ilə, mütəxəssis rəyi ilə təsdiq olunur. Cavabdeh orijinal aparatı təqdim etmədiyi üçün icra üsulunun dəyişdirilməsi ilə əlaqədar məhkəməyə müraciət edib.
26. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli (hakimlər Akif İsgəndərov (məruzəçi), Səadət Səlimova və Azad İmanov) qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
27. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı “xxxx” MMC-yə və onun təsisçisi və direktoru cavabdeh cavabdeh2 borcu olduğundan ## ######## 2015-ci il tarixdə özünə məxsus lazer aparatını cavabdeh cavabdeh1 istifadəsinə vermişdir. Cavabdeh cavabdeh1 tərəfindən aparat cavabdeh2 olan borca görə onun razılığı ilə cavabdeh1 verilmişdir. Daha sonra isə iddiaçı tərəfindən aparat geri götürülmüşdür. Göründüyü kimi, cavabdeh cavabdeh1 tərəfindən hazırkı halda qanunsuz istifadənin olduğu və əsassız varlanmanın yarandığı müəyyən edilmir. İddiaçı tərəfindən aparat cavabdeh1 öz razılığı ilə verilmiş və sonradan geri götürülmüşdür.
28. Həmçinin, əsassız varlanma faktı sübut olunsaydı belə, iddianın cavabdeh1 qarşı hissədə təmin olunması üçün yetərli deyildi.
29. İddia tələbi cavabdeh cavabdeh1 dair hissədə 2015–2017-ci illər üzrə “əsassız varlanma” tələbinə dair ##.##.2025-ci il tarixdə verilmişdir ki, bu da “əsassız varlanma” tələbi üzrə iki illik iddia müddətinin bitdiyini göstərir.
30. İddiaçı tərəfindən cavabdehlərin hesabına hər hansı əsassız varlanmanın baş verdiyini təsdiqləyən sənəd və ya fakt təqdim edilməmişdir. Bundan başqa, iddiaçı İddiaçı barəsində birinci, apellyasiya və kassasiya baxışları zamanı qəbul olunmuş sonuncu qərar Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının *(***)-***/**** nömrəli, ##.##.2020-ci il tarixli qərarıdır. İddiaçı qəbul olunmuş sonuncu qərardan sonra məhkəməyə müraciət etmək hüququndan istifadə edə bilərdi, lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1095-ci maddəsində qeyd olunmuş iki illik müddəti ötürərək, iddia ərizəsi ilə ##.##.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir.
31. Bundan əlavə, cavabdeh cavabdeh2 iddiaçı tərəfindən borcun qarşılığında 85.000 manata qiymətləndirilərək onun mülkiyyətinə verildiyini əsas gətirərək iddiaçı tərəfindən götürülmüş lazer aparatı ilə hüquq mühafizə orqanlarına şikayət etmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2019-cu il tarixli hökmünə əsasən apellyasiya şikayəti təmin olunmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin İddiaçı haqqındakı # ### 2019-cu il tarixli hökmü ləğv olunmuş, İddiaçı əməlində cinayət tərkibi olmadığından ona Cinayət Məcəlləsinin 322.1-ci maddəsi ilə bəraət verilmiş, cavabdeh2 istifadəsində saxlanılan və cinayət işi üzrə maddi sübut kimi tanınmış olan 9914-9014-1441 seriyalı, “X2 Pro” Lazer epilyasiya aparatının ondan alınıb İddiaçı qaytarılması hökm edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının *(***)-***/**** nömrəli, ##.##.2020-ci il tarixli qərarına əsasən kassasiya şikayəti və kassasiya şikayətinə əlavə təmin edilməmiş, İddiaçı barəsində Bakı Apellyasiya Məhkəməsinin ## ###### 2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Hökm icraya yönəldilmiş, icra sənədi üzrə borclu tərəfindən maddi sübut kimi tanınmış olan 9914-9014-1441 seriyalı, “X2 Pro” Lazer epilyasiya aparatının ondan alınıb İddiaçı qaytarılması tələbkara verilsə də, lakin tələbkar aparatın orijinal aparat olmadığından qəbul etməkdən imtina etmişdir. Tələbkar həmin aparat olmadığından dəyərinin alınması barədə “icra üsulunun dəyişdirilməsi” ərizəsi ilə müraciət etmiş və ərizə təmin olunmamışdır. Göründüyü kimi, “X2 Pro” Lazer epilyasiya aparatı Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi C.V.Rəhimovun “maddi sübut kimi tanımaq və saxlanca təhvil vermək barədə ##.##.2018-ci il tarixli qərarı ilə cavabdeh cavabdeh2 saxlancına verilmişdir. Son olaraq hökm qüvvəyə mindikdən sonra icraya yönəldilmiş və icra mərhələsində borclu tərəfindən təqdim edilsə də, tələbkar tərəfindən maddi sübutun qəbulundan imtina edilmişdir. Bu barədə müvafiq akt da tərtib edilmişdir. Göründüyü kimi, lazer aparatı cavabdeh cavabdeh2 saxlancında qanunsuz əsaslarla olmamışdır. Eyni zamanda, həmin müddətdə cavabdehin istifadəsində olması və gəlir əldə etməsi də icraatda sübuta yetirilməmişdir.
32. Beləliklə, iddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində zərərə məruz qaldığını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Cinayət işində təqdim edilmiş hökm və apellyasiya instansiyasının qərarlarına əsasən, sadəcə olaraq aparatın mənsubiyyəti məsələsi həll edilmişdir.
33. Məhkəmə kollegiyası sonda hesab etmişdir ki, iddia tələbi üzrə hər hansı mötəbər sübut məhkəməyə təqdim edilmədiyindən iddia tələbi əsaslı sayıla və təmin edilə bilməz və birinci instansiya məhkəməsi bu əsasla iddianı rədd etməkdə haqlı olmuşdur.
34. Apellyasiya instansiyası məhkəməsi mövqeyini əsaslandırarkən Mülki Məcəllənin 5.3, 14.1, 14.2.1, 21.1, 21.2, 1091, 1095-ci və Mülki Prosessual Məcəllənin 4.1, 9, 14.2, 77.1, 88, 82.3-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
35. Qətnamədən iddiaçı (vəkili vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
36. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində olan 9914- 9015-1441 seriyalı “xxxx GentleLase” markalı lazer-epilyasiya aparatı Nazim Tanrıverdiyevin əsassız şikayəti əsasında başlanmış cinayət işi ilə əlaqədar ##.##.2017-ci ildə götürülərək Nəsimi rayon Polis İdarəsinin inzibati binasına aparılmışdır. Nəsimi rayon Polis İdarəsinin ##.##.2018-ci il tarixli qərarı ilə “xxxx GenteLase Pro” lazer epilyasiya aparatının cinayət işi üzrə maddi sübut kimi tanınması və saxlanılmasından ötrü iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış cavabdeh2 təhvil verilməsi qərara alınmışdır. cavabdeh2 həmin tarixdə iltizam yazaraq, “xxxx GentleLase Pro” lazer aparatının məhkəmənin qanuni qüvvəyə minmiş hökmü çıxana qədər satmayacağını, dəyişməyəcəyini, bağışlamayacağını, öz sərəncamında və istifadəsində saxlayacağını bildirmişdir. Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2019-cu il tarixli hökmü ilə qeyd edilən aparatın iddiaçıdan alınaraq saxlanılması üçün Nazim Tanrıverdiyevə verilməsi qanunsuz hesab edilərək həmin aparatın iddiaçıya qaytarılması göstərilmişdir. İcra prosesində 2023-cü ildə borclu cavabdeh2 “xxxx GentleLase Pro” markalı lazer epilyasiya aparatını tələbkara verilməsi üçün icra şöbəsinə gətirməyə məcbur edilmişdir. Yasamal rayon İcra şöbəsində mütəxəssisin iştirakı ilə lazer aparatına baxış keçirilmiş və müəyyən edilmişdir ki, aparatın üzərində olan seriya nömrəsi və adı məhkəmə qərarına uyğun olsa da, təqdim olunan aparat iddiaçıya məxsus olan “xxxx GentleLase Pro” markalı, 9914-9015-1441 seriyalı lazer epilyasiya aparatı deyil. Ona görə də iddiaçı lazer aparatını götürməkdən imtina etmişdir. İcra zamanı video çəkiliş aparılmış və həmin disk iş materiallarına əlavə edilmişdir.
37. Həm birinci instansiya məhkəməsi, həm də apellyasiya məhkəməsi tərəfindən iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi düzgün aparılmamış, düzgün olmayan maddi hüquq normaları tətbiq edilmişdir. Məhkəmələr Mülki Məcəllənin 1095-ci maddəsinə, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşməsinə istinad edərək iddia müddətini tətbiq etməklə iddia tələbinin rədd edilməsində səhv nəticəyə gəlmişdir.
38. Məhkəmələr hesab etmişlər ki, iddiaçı İddiaçı barəsində birinci, apellyasiya və kassasiya baxışları zamanı qəbul olunmuş sonuncu qərar Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının *(***)-***/**** nömrəli, ##.##.2020-ci il tarixli qərarıdır. İddiaçı qəbul olunmuş sonuncu qərardan sonra məhkəməyə müraciət etmək hüququndan istifadə edə bilərdi, lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1095-ci maddəsində qeyd olunmuş iki illik müddəti ötürərək, iddia ərizəsi ilə ##.##.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Lakin nəzərə alınmamışdır ki, mübahisə predmeti olan Lazer epilyasiya aparatının sahibinə qaytarılması barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı olsa da, cavabdeh cavabdeh2 tərəfindən həmin aparat müxtəlif bəhanələrlə qaytarılmır. Bu gün də İddiaçı qanuni əmlakını geri almaq üçün mübarizə aparır və mülkiyyət hüququ pozulmaqda davam edir. Bu halları təsdiq edən kifayət qədər sübutlar vardır.
39. Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2019-cu il tarixli hökmü ilə qeyd edilən aparatın iddiaçıdan alınaraq saxlanılması üçün Nazim Tanrıverdiyevə verilməsi qanunsuz hesab edilərək həmin aparatın iddiaçıya qaytarılması göstərilmişdir. Lakin bu günə kimi cavabdeh cavabdeh2 əsassız olaraq “xxxx GentleLase Pro” markalı epilyasiya aparatını qaytarmır, icra sənədi icra olunmamış qalmışdır. Nəticədə İddiaçı iddia tələbində qeyd edilən məbləğdə maddi ziyan vurulmuşdur. Bundan başqa cavabdeh Nazimin qardaşı Rasimə borcu olduğuna görə İddiaçı “xxxx GentleLase Pro” Lazer aparatını cavabdeh2 kürəkəni cavabdeh1 istifadəsinə vermişdir. Lazer epilyasiya aparatı 2015-ci ilin sentyabr ayından ## ###### 2017ci il tarixinə qədər olan müddət ərzində də qarşılıqlı razılığa əsasən cavabdeh cavabdeh1 istifadəsində olmuşdur ki, həmin avadanlıqları işlədib gəlir əldə etməklə Rasimə olan borcu ödəsin. Lakin cavabdeh cavabdeh1 46.300 manat məbləğində ödənişlər etməmiş və İddiaçı olan borcunu özü ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
40. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
41. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
42. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarıdır.
43. Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
44. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
45. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
46. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
47. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.
48. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
49. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
50. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.
51. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.
52. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər.
53. Maddə 1093.2. Aşağıdakı hallarda qaytarma tələbi istisna edilir: 1093.2.1. əgər məqsədə çatılması əvvəlcədən qeyri-mümkün idisə və verən bunu bilirdisə;
54. 1093.2.2. əgər verən məqsədə çatmağa vicdansızcasına mane olmuşsa.
55. Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
56. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
57. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
58. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
59. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
60. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
61. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
62. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
63. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
64. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində
65. nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
66. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
67. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri:
68. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
69. Hazırkı kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən, məhkəmə aktı bütövlüklə qismən yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
70. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsini iddianın “cavabdeh cavabdeh1 pulun tutulmasına” münasibətdə təmin edilməməsi hissəsində dəyişdirmədən saxlayan apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilsə də, kassasiya şikayətində mübahisələndirilən “cavabdeh cavabdeh2 pulun tutulmasına” münasibətdə iddianın rədd edilməsi hissəsində maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamış, həmin hissədə düzgün qətnamə qəbul edilməmişdir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsi “cavabdeh cavabdeh2 pulun tutulmasına” münasibətdə iddianın rədd edilməsi hissəsində ləğv edilməli və mülki iş qeyd olunan hissədə yenidən baxılması üçün həmin apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
71. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsi yoxlanılarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmur. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
72. İşin birinci və apellyasiya məhkəməsi tərəfindən müəyyən olunan hallarından görünür ki, cavabdeh cavabdeh2, rəhbəri olduğu “xxxx” MMC ilə iddiaçı İddiaçı arasında malların nisyə alğı-satqısına dair əməliyyatlar aparılmış, son olaraq iddiaçının cavabdeh cavabdeh2 181.859 manat məbləğində borcunun olması əvvəlki məhkəmə qətnaməsi ilə öz təsdiqini tapmışdır. İddiaçı borcuna görə “X2 Pro” Lazer aparatını cavabdeh2 göstərişi ilə onun kürəkəni cavabdeh1 istifadəsinə vermişdir. 2017-ci ilin fevral ayında isə iddiaçı lazer aparatını geri götürmüşdür. Daha sonra Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi C.V.Rəhimovun ##.##.2018-ci il tarixli qərarı ilə “X2 Pro” Lazer aparatı cavabdeh cavabdeh2 təhvil verilmişdir. Cavabdeh cavabdeh2 ##.##.2018-ci il tarixdə müstəntiqə iltizam verərək Lazer aparatını məhkəmənin hökmü qanuni qüvvəyə minənə qədər satmayacağını, dəyişməyəcəyini, bağışlamayacağını, öz sərəncamında və istifadəsində saxlayacağını qeyd etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının *(***)-****/**** saylı, ## ###### 2019-cu il tarixli hökmünə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin İddiaçı haqqındakı # ### 2019-cu il tarixli hökmü ləğv olunmuş, İddiaçı əməlində cinayət tərkibi olmadığından ona Cinayət Məcəlləsinin 322.1-ci maddəsi ilə bəraət verilmiş, cavabdeh2 istifadəsində saxlanılan və cinayət işi üzrə maddi sübut kimi tanınmış olan 9914-9015-1441 seriyalı, “X2 Pro” Lazer epilyasiya aparatının cavabdeh2 alınıb İddiaçı qaytarılması hökm edilmiş və hökm ## ###### 2020-ci il tarixdə icraya yönəlmişdir. İcra mərhələsində lazer aparatı tələbkar tərəfindən götürülməsi üçün təqdim edilmiş, lakin tələbkar İddiaçı aparatın üzərində olan seriya nömrəsi və adının məhkəmə qərarına uyğun orada qeyd olunan birkaya müdaxilə olunduğunu, cinayət işi üzrə ondan götürülən 9914-9015-1441 seriyalı aparatın birkası və emblemasının ona təqdim olunan aparatın birka və embleması ilə eyni olmadığını, orijinal aparat olmadığını bildirərək qəbul etməkdən imtina etmişdir.
73. Hazırkı iş üzrə iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işin həmin hallarına istinad etmiş, eyni zamanda ona məxsus olan “X2 Pro” markalı, 9914-9015-1441 seriyalı lazer epilyasiya aparatının ## ######## 2015-ci il tarixdən ## ###### 2017-ci il tarixədək müddət ərzində cavabdeh cavabdeh1 və ## ###### 2017-ci il tarixdən ## ###### 2024-cü il tarixədək olan müddət ərzində cavabdeh cavabdeh2 tərəfindən qanunsuz olaraq istifadə edildiyini, hazırda da cavabdeh cavabdeh2 faktiki sahiblik və istifadəsində olmasını, bunun nəticəsində ona külli miqdarda maddi zərər vurulmaqla bərabər, onun mülkiyyətindən maneəsiz istifadə hüququnun məhdudlaşdırılması və mülkiyyət hüququnun pozulmasını qeyd edərək, cavabdeh cavabdeh1 ## ######## 2015-ci il tarixdən ## ###### 2017-ci il tarixədək olan müddət üçün hesablanmış 46.300 manat məbləğində əsas borcun, həmin ödənilməmiş əsas borcun Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsinə əsasən hesablanmış 33.788 manat faiz borcun, cəmi 80.078 manat məbləğində pulun, cavabdeh cavabdeh2 ## ###### 2017-ci il tarixdən ## ###### 2024-cü il tarixədək olan müddət üçün hesablanmış 504.000 manat əsas borcun, həmin ödənilməmiş əsas borcun Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsinə əsasən hesablanmış 185.323 manat faiz borcun, cəmi 689.323 manat məbləğində pulun, habelə ödənilmiş 1.060 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
74. Birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən, mübahisə predmeti olmuş lazer aparatının cavabdeh cavabdeh2 saxlancında qanunsuz əsaslarla olmadığını, eyni zamanda, həmin müddətdə cavabdehin istifadəsində olması və gəlir əldə etməsinin də hazırkı icraatda sübuta yetirilmədiyini, tərəflər arasında əvvəlki illər ərzində mülki icraat qaydasında da pul tələbinə dair mübahisə olmasını, həmin mübahisə getdiyi müddətdə müvəqqəti təminat tədbiri ilə lazer aparatının istifadəsinə qadağa qoyulmasını, üzərinə həbs qoyulmuş avadanlıqdan istifadə etməsinin qeyri-mümkün olmasını, iddiaçı cavabdeh2 və “xxxx” MMCnin cavabdeh İddiaçı qarşı maddi və mənəvi zərərə görə pul tələbinin iddia müddətinin tətbiqi ilə rədd olunmasını, lakin məhkəmə tərəfindən İddiaçı cavabdeh2 181.859 manat məbləğində borcun olması, borca görə iddiaçının cavabdehə lazer aparatını verməsinin müəyyən olunmasını, iddiaçı tərəfindən cavabdehlərin hesabına hər hansı əsassız varlanmanın baş verdiyini təsdiqləyən sənəd və ya fakt təqdim edilməməsini, iddiaçı İddiaçı barəsində birinci, apellyasiya və kassasiya baxışları zamanı qəbul olunmuş sonuncu qərarın Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının *(***)-***/**** nömrəli, ##.##.2020-ci il tarixli qərarı olmasını, iddiaçının qəbul olunmuş sonuncu qərardan sonra məhkəməyə müraciət etmək hüququndan istifadə edə bilməsini, lakin Mülki Məcəllənin 1095-ci maddəsində qeyd olunmuş iki illik müddəti ötürərək iddia ərizəsi ilə ##.##.2025-ci il tarixdə məhkəməyə müraciət etməsini qeyd etmişdir.
75. Apellyasiya instansiyası məhkəməsi isə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaq barədə nəticəyə gələrkən, həmin məhkəmənin əsaslandığı hallara istinad etmiş, həmçinin qeyd etmişdir ki, iddiaçı “xxxx” MMC-yə və onun təsisçisi və direktoru cavabdeh cavabdeh2 borcu olduğundan ## ######## 2015-ci il tarixdə özünə məxsus lazer aparatını cavabdeh cavabdeh1 istifadəsinə vermişdir. Cavabdeh cavabdeh1 tərəfindən aparat cavabdeh2 olan borca görə onun razılığı ilə cavabdeh1 verilmişdir. Daha sonra isə iddiaçı tərəfindən aparat geri götürülmüşdür. Göründüyü kimi, cavabdeh cavabdeh1 tərəfindən hazırkı halda qanunsuz istifadənin olduğu və əsassız varlanmanın yarandığı müəyyən edilmir. İddiaçı tərəfindən aparat cavabdeh1 öz razılığı ilə verilmiş və sonradan geri götürülmüşdür. Həmçinin, əsassız varlanma faktı sübut olunsaydı belə, iddianın cavabdeh1 qarşı hissədə təmin olunması üçün yetərli deyildi. İddia tələbi cavabdeh cavabdeh1 dair hissədə 2015–2017-ci illər üzrə “əsassız varlanma” tələbinə dair ##.##.2025-ci il tarixdə verilmişdir ki, bu da “əsassız varlanma” tələbi üzrə iki illik iddia müddətinin bitdiyini göstərir.
76. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iddiaçı Mülki Məcəllənin 1095-ci maddəsində qeyd olunmuş iki illik müddəti ötürərək, iddia ərizəsi ilə ##.##.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Bundan əlavə, lazer aparatı cavabdeh cavabdeh2 saxlancında qanunsuz əsaslarla olmamışdır. Eyni zamanda, həmin müddətdə cavabdehin istifadəsində olması və gəlir əldə etməsi də icraatda sübuta yetirilməmişdir. Beləliklə, iddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində zərərə məruz qaldığını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Cinayət işində təqdim edilmiş hökm və apellyasiya instansiyasının qərarlarına əsasən, sadəcə olaraq aparatın mənsubiyyəti məsələsi həll edilmişdir.
77. Kassasiya instansiyası məhkəməsi ilk olaraq iddianın “cavabdeh cavabdeh1 pulun tutulmasına” münasibətdə rədd edilməsinə qiymət verərək qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi həmin hissədə iddia tələbini rədd etmiş birinci instansiya məhkəməsi ilə razılaşarkən qeyd etmişdir ki, iddiaçı “xxxx” MMC-yə və onun təsisçisi və direktoru cavabdeh cavabdeh2 borcu olduğundan ## ######## 2015-ci il tarixdə özünə məxsus lazer aparatını cavabdeh cavabdeh1 istifadəsinə vermişdir. Cavabdeh cavabdeh1 tərəfindən aparat cavabdeh2 olan borca görə onun razılığı ilə cavabdeh1 verilmişdir. Daha sonra isə iddiaçı tərəfindən aparat geri götürülmüşdür. Göründüyü kimi, cavabdeh cavabdeh1 tərəfindən hazırkı halda qanunsuz istifadənin olduğu və əsassız varlanmanın yarandığı müəyyən edilmir. İddiaçı tərəfindən aparat cavabdeh1 öz razılığı ilə verilmiş və sonradan geri götürülmüşdür. İddiaçı kassasiya şikayətində qətnaməni iddianın təmin edilmədiyi hissəsində mübahisələndirsə də, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinə qarşı bu hissədə apellyasiya şikayətində qeyd olunanlardan fərqli konkret dəlillər irəli sürmədiyindən, habelə apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasının nədə ifadə olunduğunu əsaslandıra bilmədiyinə görə, kassasiya instansiyası məhkəməsi qətnaməni qeyd olunan hissədə qanuni, iddiaçının kassasiya şikayətinin dəlillərini isə əsassız hesab edir.
78. Məhkəmə kollegiyası eyni zamanda “cavabdeh cavabdeh2 pulun tutulmasına” münasibətdə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və qiymətləndirmə ilə razılaşmayaraq onu da qeyd edir ki, işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmaması və iş materiallarında olan mövcud sübutlara düzgün hüquqi qiymət verilməməsi səbəbindən, iddianın qeyd olunan hissədə rədd edilməsi barədə apellyasiya məhkəməsinin gəldiyi nəticə düzgün olmamışdır.
79. Belə ki, hər bir halda işə baxan məhkəmə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatlarını iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
80. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi həmin nəticə ilə bağlı onu da qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.
81. Belə ki, tələbin qanuni əsası dedikdə qanunun elə müddəası başa düşülür ki, o, bir tərəfə qarşı tərəfdən nəyisə etməyi və ya nəyəsə etməməyi tələb etməyə imkan verir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. Məhkəmənin vəzifəsi ilk növbədə qanunun mətni ilə işdən, yəni ayrı-ayrı tələblərin qanuni əsaslarının tapılmasından, onların dispozisiya şərtlərinin müəyyənləşdirilməsindən və lazım olduğu halda onların hüquqi mənasını təfsirin köməkliyi ilə aydınlaşdırmaqdan ibarətdir. Sonrakı mərhələdə məhkəmə qanunda yetərincə mücərrəd və ümumi formulə edilmiş dispozisiya şərtlərini konkret hala tətbiq etməlidir.
82. Mülki Prosessual Məcəllənin 9, 14 və 88-ci maddələrinə əsasən belə olan halda tam hüquqlu məhkəmə kimi işə baxan apellyasiya instansiyası məhkəməsi öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalı, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalı, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir.
83. İddiaçı konkret tələblə məhkəməyə o halda müraciət edə bilər ki, bu onun qanunla qorunan hüquq və azadlıqlarını pozmuş olsun, yaxud maraqlarına toxunsun.
84. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri).
85. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
86. Azərbaycan Respublikasının MPM-in 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir.
87. Kassasiya instansiyası məhkəməsi qeyd edir ki, işdən müəyyən edildiyi kimi, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqinin “maddi sübut kimi tanımaq və saxlanca təhvil vermək barədə” ##.##.2018-ci il tarixli qərarına əsasən, iddiaçıya məxsus olan “X2 Pro” 9914-9015-1441 seriyalı Lazer epilyasiya aparatının cinayət işi üzrə maddi sübut kimi tanınaraq, saxlanılmasından ötrü iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış cavabdeh cavabdeh2 təhvil verilməsi qərara alınmış, cavabdeh2 ##.##.2018-ci il tarixli iltizamına əsasən, Lazer aparatını məhkəmənin hökmü qanuni qüvvəyə minənə qədər satmayacağını, dəyişməyəcəyini, bağışlamayacağını, öz sərəncamında və istifadəsində saxlayacağını qeyd etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının *(***)- ****/**** nömrəli, ## ###### 2019-cu il tarixli hökmünə əsasən 9914-9015-1441 seriyalı Lazer epilyasiya aparatının cavabdeh2 alınıb İddiaçı qaytarılması hökm edilərək, hökm icraya yönəldilsə də, hal-hazırkı vaxtadək həmin lazer epilyasiya aparatı iddiaçıya qaytarılmamışdır.
88. Həmçinin müəyyən edilir ki, tərəflər arasında olmuş başqa məhkəmə çəkişməsi üzrə 9914-9015-1441 seriyalı Lazer epilyasiya aparatının üzərinə həbs qoyulmaqla, həmin aparatdan istifadəsinin cavabdeh İddiaçı və üçüncü şəxslərə qadağan edilməsi barədə Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən MTT(***)-**/**** nömrəli, ## ###### 2021-ci il tarixli qərardad qəbul edilsə də, həmin qərardad, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının MTT(***)-**/**** nömrəli, ## #### 2022-ci il tarixli qərardadına əsasən qeyd olunan hissəsində ləğv edilmişdir.
89. Göründüyü kimi 9914-9015-1441 seriyalı Lazer epilyasiya aparatının cavabdeh2 alınıb İddiaçı qaytarılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı (hökmü) bu günə kimi icra edilməmiş, ## ###### 2021-ci il tarixdən ## #### 2022-ci il tarixə kimi olan müddət nəzərə alınmasa Lazer epilyasiya aparatı ##.##.2018-ci il tarixdən bugünkü tarixədək, cavabdeh cavabdeh2 sahiblik və istifadəsindədir. Belə ki, istintaq orqanı tərəfindən Lazer epilyasiya aparatı maddi sübut kimi tanınaraq cavabdeh cavabdeh2 saxlanılması üçün təhvil verilərkən, aparatın sonuncu tərəfindən istifadə edilməsinə hər hansı qadağa qoyulmamışdır. Cavabdeh də Lazer epilyasiya aparatının hazırda onda olmasını bildirir.
90. Məhkəmə kollegiyasının mövqeyinə görə, apellyasiya instansiyası məhkəməsi istintaq orqanı tərəfindən mübahisəli 9914-9015-1441 seriyalı Lazer epilyasiya aparatının cavabdeh cavabdeh2 sahiblik və istifadəsinə verilməsindən sonra sonuncunun istifadəsində olunması ilə bağlı işin hallarını araşdırmamış, lazer aparatının mübahisəli olduğu üçün istifadəsiz saxlancda qalması, gəlir əldə edilməməsi, aparatın bu günə kimidə saxlancda istifadəsiz olaraq da qalması barədə cavabdeh cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə izahatına hüquqi qiymət verməmiş, cavabdeh cavabdeh2 üzərinə həbs qoyulmuş 9914-9015- 1441 seriyalı avadanlıqdan istifadə etməsinin qeyri-mümkün olması barədə səhv nəticəyə gəlmişdir.
91. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı mübahisəni həll edərkən Mülki Məcəllənin əsassız varlanma ilə bağlı normalarına istinad edərkən, həmin normaları düzgün tətbiq etsə də, mübahisə predmeti olan 9914-9015-1441 seriyalı Lazer epilyasiya aparatının hazırkı vaxta kimi cavabdeh cavabdeh2 qalmasına, sonuncunun sahiblik və istifadəsində olmasına düzgün hüquqi qiymət verməməklə yanaşı, iddiaçının məhkəməyə müraciət etdiyi müddətdən əvvəlki iki ilə münasibətdə tələbə iddia müddətinin tətbiq edilməsi zamanı Mülki Məcəllənin 373 və 375-ci maddələrinin tələblərinə münasibətdə düzgün hüquqi qiymətləndirmə aparmamışdır.
92. Halbuki Mülki Məcəllənin 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.
93. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi işdə iştirak edən şəxslərin izahatlarını müqayisəli şəkildə tədqiq edib düzgün yoxlamamış, 9914-9015-1441 seriyalı Lazer epilyasiya aparatının ## ###### 2021-ci il tarixdən ## #### 2022-ci il tarixə kimi olan müddət nəzərə alınmasa, ##.##.2018-ci il tarixdən bugünkü tarixədək, cavabdeh cavabdeh2 sahiblik və istifadəsində olması ilə bağlı işdə olan sübutlara, tərəflərin verdikləri izahatlarına hüquqi qiymət verməmiş, icra zamanı iddiaçıya məhz 9914-9015-1441 seriyalı Lazer epilyasiya aparatının təqdim edilib-edilməməsini aydınlaşdırmamış, həmçinin işdə olan digər sübutlara obyektiv baxıb onlara MPM-nin 88, 106.1-ci maddələrinin tələbləri baxımından hüquqi qiymət verməmiş və ən əsası məhkəmə icraatı üzrə həqiqəti müəyyən etmədən, iddia tələbini qismən təmin etmək barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmamışdır.
94. Göstərilən halları araşdırmadan və qiymətləndirmədən apellyasiya instansiyası məhkəməsinin iddiaçının “cavabdeh cavabdeh2 pulun tutulmasına” münasibətdə iddiasının rədd edilməsi haqqında gəldiyi nəticə tam və əsaslı deyildir.
95. Belə ki, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
96. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində məhkəmə işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.
97. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını ziddiyyətli olaraq müəyyən etmiş, nəticədə “cavabdeh cavabdeh2 pulun tutulmasına” münasibətdə mübahisə düzgün həllini tapmamışdır.
98. Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə ## ###### 2015-ci il və F.Şirinovun şikayəti üzrə ## ###### 2016-cı il tarixli Qərarlarında qeyd olunmuşdur ki, məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır.
99. Avropa İnsan Hüquqları Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə ## ##### 1994-cü il tarixli qərarında sübutların qiymətləndirilməsi, onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.
100. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.
101. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, kassasiya qismən təmin olunmalı, qətnamə birinci instansiya məhkəməsinin qətnaməsinin - iddiaçının cavabdeh cavabdeh2 qarşı “pul” tələbinə dair iddia tələbinin rədd edilməsi” hissəsində ləğv edilərək, mülki iş qeyd olunan hissədə yenidən baxılması üçün həmin apellyasiya instansiyası məhkəməsinə göndərilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
102. İşə yenidən baxılarkən məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, işin müəyyən edilmiş hallarına uyğun olaraq hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq və iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılması üçün lazım olan bütün tədbirləri görməli, o cümlədən istintaq orqanı tərəfindən 9914-9015-1441 seriyalı Lazer epilyasiya aparatının cavabdeh cavabdeh2 sahiblik və istifadəsinə verilməsindən sonra sonuncunun istifadəsində olunması ilə bağlı işin hallarını araşdıraraq işdə olan sübutlara, eyni zamanda tərəflərin izahatlarına hüquqi qiymət verməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının, həmçinin iddia müddətinin düzgün tətbiq olunmasını təmin etməli, müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 106.1, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, qanuni və əsaslı yekun məhkəmə aktı qəbul etməlidir.
103. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi, - “Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qətnaməsinin - iddiaçı İddiaçı cavabdeh cavabdeh2 qarşı “pul” tələbinə dair iddia tələbinin rədd edilməsi” hissəsində ləğv edilsin və mülki iş qeyd olunan hissədə yenidən baxılması üçün həmin apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.