Məhkəmə qərarları › İş №2(1-8)-1210/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1210/2026

11.06.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

AzərbaycanțRespublikasıțadından Qərar Bakıțşəhəri İşț№ț2(1-8)-1210/2026 11.06.2026 ALIțMƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: iddianın dəyişdirilməsi, iddia tələbinin yönəldiyi şəxsin cavabdehlik daşımaması Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgülțoğluț(məruzəçi),țX6țvəțƏhmədovțƏhmədțAbbasțoğlundanțibarətțtərkibdə iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “pul” tələbinə dair mülki iş üzrə Naxçıvan MR Ali Məhkəməsinin Mülki kollegiyasının 2026-cı il ## ###### tarixli *(*-*)- **/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş kassasiya şikayətinə dair işə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıțqərarıțqəbulțetdi.ț Işin halları

1. Nərimanov Rayon Polis Idarəsinin Istintaq Şöbəsinin 2024-cü il ## ######## tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Savalan yaşayış massivində yaşayan İddiaçı ərizə ilə Nərimanov rayon Polis Idarəsinə müraciət edərək göstərmişdir ki, cavabdeh2, X5 və cavabdeh1 ona hədə-qorxu gələrək itmiş qızıl-zinət əşyalarının əvəzinə 28.000 manat dəyərində "BMW" markalı avtomobilini Bakı şəhəri, Nərimanov rayonu, X1 küçəsində yerləşən “Şərq Bazarı"nın qarşısında ələ keçirmiş və həmințavtomobiləțgörəțcavabdeh1țmülkițetibarnaməțvermişdir.

2. Materiala əlavə edilmiş qəbzin surəținə əsasən X5 tərəfindən İddiaçı dəymiş ziyan bütövlükdə ona qaytarılmışdır və ona görə də İddiaçı heç kimdən şikayət və tələbi yoxdur. Beləliklə, aparılmış araşdırma ilə müəyyən edilmişdir ki, İddiaçı özünə məxsus "BMW" markalı **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə cavabdeh1 adına etibarnamə vermiş, sonuncu tərəfindən həmin avtomobil "Turbo.az" saytına elan yerləşdirməklə satılmış, lakin sonradan İddiaçı dəymiş ziyan bütövlükdə ona qaytarılmışdır və ona görə də İddiaçı heç kimdənțşikayətțvəțtələbițolmamışdır.

3. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən, İddiaçı müraciəti əsasında toplanmışțmaterialțüzrəțcinayətțişinințbaşlanılmasıțrəddțedilmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

4. Iddiaçı İddiaçı (bundan sonra – iddiaçı) cavabdehlər cavabdeh2, cavabdeh1 və X5 (bundan sonra – cavabdehlər və ya ad, soyad) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona dəymiş olan 30.000 manat ziyanın cavabdehlərdən müştərək qaydada tutularaq onațödənilməsițbarədəțqətnaməțçıxarılmasınıțxahişțetmişdir.

5. Iddia tələbi işin yuxarıda sadalanan faktiki hallarına istinad olunmaqla belə əsaslandırılmışdır ki, iddiaçı “xxxx” MMC-də, “Laçın” Ticarət Mərkəzində usta vəzifəsində işləmiş, sonradan cavabdehlərin göstərişi əsasında avadanlıqlarla birlikdə “Şərq bazarı” ərazisinə köçürülmüşdür. Köçürülmə zamanı iddiaçı dəyəri 38.000 manat olan qızılını dəzgahın alt hissəsində saxlamış, sonradan isə həmin qızılın itdiyi məlum olmuşdur. Iddiaçının kamera görüntülərinə baxmaq tələbi cavabdehlər tərəfindən təmin edilməmiş, sexdə müşahidə kameralarının olmaması səbəbindən qızılın kim tərəfindən götürüldüyü müəyyən edilə bilməmişdir. Iddiaçının bildirdiyinə görə, cavabdehlər onu hüquq-mühafizə orqanlarına müraciət etməkdən çəkindirmiş, itmiş qızılın dəyərini ödəməyə məcbur etmiş, psixoloji təzyiq və hədə-qorxu altında ona məxsus **-UN-*** dövlət qeydiyyat nişanlı, 2015-ci il istehsalı BMW markalı avtomobilin verilməsini tələb etmişlər. Bu məqsədlə cavabdeh cavabdeh1 adına həmin avtomobilə dair etibarnamə rəsmiləşdirilmişdir. Bundan əlavə, iddiaçı iş yerini itirməmək məqsədilə cavabdehlərə 30.000 manat məbləğində pul vermiş, lakin sonradan nə avtomobil, nə də həmin pul ona qaytarılmışdır. Iddiaçının hüquq-mühafizə orqanlarına müraciəti əsasında aparılmış araşdırma zamanı avtomobilin “Turbo.az” internet saytında satıldığı müəyyən edilmiş, cavabdeh Çingiz Cəfərov tərəfindən avtomobilin satışından əldə edilmiş 20.000 manat məbləğində vəsait iddiaçıya ödənilmişdir. Bununla da avtomobillə bağlı mübahisə aradan qalxmış, lakin cavabdehlər tərəfindən alınmış 30.000 manat məbləğində pul vəsaiti geri qaytarılmamışdır. Iddiaçı qeyd etmişdir ki, göstərilən pul vəsaitinin hədə-qorxu və təzyiq altında alınmasıțhallarıțşahidlərțX2țvəțX3țifadələrițiləțtəsdiqțolunațbilər.

6. Iddiaçının vəkil-nümayəndəsi X4 ##.##.2025-ci il tarixdə ərizə təqdim edərək bildirmişdir ki, iddiaçı ilə cavabdeh Çingiz Cəfərov arasında razılıq əldə olunduğundan, iddiaçı sonuncuya qarşı irəli sürdüyü iddia tələbindən imtina etmişdir. Bununla əlaqədar, işə yalnız 30.000 manat məbləğində maddi ziyanın cavabdehlər cavabdeh2 və cavabdeh1 müştərək qaydadațtutulmasınațdairțdəqiqləşdirilmişțiddiațtələbițüzrəțbaxılmasıțxahişțedilmişdir.

7. Şərur Rayon Məhkəməsinin protokol qaydasında qəbul etdiyi qərardadla işə dəyişdirilmişțiddiațtələblərițhüdudundațbaxılmasıțqərarațalınmışdır.ț

8. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X4 izahatında və verilmiş suallara cavablarında iddia ərizəsində göstərilən halları təsdiq edərək bildirmişdir ki, iddiaçıya məxsus avtomobil cavabdehlər tərəfindən alınaraq satılmış, sonradan isə iddiaçıdan 30.000 manat pul alındıqdan sonra avtomobilin satışından əldə edilmiş vəsait ona qaytarılmışdır. Vəkilin sözlərinə görə, iddiaçının itmiş qızılın taleyi barədə məlumatı olmamış, onu kimin götürdüyü də müəyyən edilməmişdir. Həmçinin qeyd etmişdir ki, itmiş qızılların aid olduğu “xxxx” MMCnin rəhbəri Çingiz Cəfərov olmuş, iddiaçının avtomobili isə cavabdehlər tərəfindən alınmışdır. Eyni zamanda, iddiaçının nümayəndəsi iddia predmeti olan 30.000 manat məbləğində pul vəsaitinin konkret olaraq hansı cavabdehə verilməsi barədə məhkəmənin sualını cavablandıra bilməmişdir.

9. Məhkəmə iclasında iştirak edən cavabdehlərin nümayəndəsi-vəkili vəkil1 izahatında göstərmişdir ki, qızıl iddiaçıya təhvil verilmiş, iddiaçı isə onu dəzgahın alt hissəsində saxladığını özü etiraf etmişdir. Həmçinin avtomobilin dəyərinin iddiaçıya qaytarıldığını və bu hissədə tərəflər arasında mübahisənin olmadığını qeyd etmişdir. Vəkilin mövqeyinə görə, iddiaçı yalnız itmiş qızıla görə ödədiyini bildirdiyi 30.000 manat məbləğində vəsaiti tələb edir. Iddiaçı ümumi dəyəri 38.000 manat olan itmiş qızıllara görə cavabdehlərə 30.000 manat ödəməklə həmin qızılların onda olmasını öz hərəkətləri ilə təsdiq etmişdir. Həmçinin bildirmişdir ki, iddiaçının bununla bağlı etirazı olmuşdursa, o, həmin vaxt hüquq-mühafizə orqanlarına müraciət etməli idi. Iddiaçının polisə müraciətinin isə yalnız avtomobilin əlindən alınması faktı ilə bağlı olduğu qeyd edilmiş və iddiaçının cavabdehlərdən 30.000 manat pul tələb etməsini təsdiq edən hər hansı sübut təqdim etmədiyi vurğulanaraq, iddianın rədd edilməsițməhkəmədənțxahişțolunmuşdur.

10. Məhkəmə tapşırığı əsasında Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsində dindirilmiş şahidlər X3 (iddiaçının qayınatası) və X2 (iddiaçının əmisi) ifadələrində bildirmişlər ki, müəssisənin köçürülməsi zamanı 38.000 manat dəyərində qızıl itmiş, həmin qızıl iddiaçının məsuliyyətində olduğundan cavabdehlər onun dəyərinin ödənilməsini tələb etmişlər. Tərəflər arasında əldə edilmiş şifahi razılaşmaya əsasən iddiaçıya məxsus avtomobil etibarnamə əsasında girov saxlanılmış, sonradan iddiaçı bankdan götürdüyü 30.000 manat məbləğində krediti cavabdehlərə ödəsə də, avtomobil ona qaytarılmamışdır. Daha sonra avtomobilin üçüncü şəxsə 28.000 manata satıldığı müəyyən edilmiş, həmin məbləğin 20.000 manatı iddiaçıya qaytarılmış, 8.000 manatı isə cavabdehlərdə qalmışdır. Şahidlər həmçinin bildirmişlər ki, qızılın itməsi ilə bağlı müşahidə kameralarının araşdırılması tələb olunsa da, bu həyata keçirilməmişdir.

11. Naxçıvan MR Şərur Rayon Məhkəməsinin (hakim A.E.Orucəliyev) 2025-ci il ## ######## tarixli e-*(***)-***/****țnömrəlițqətnaməsițiləțiddiațtələbițtəmințedilməmişdir.

12. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə bağlı gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı cavabdehlərin işlədiyi “xxxx” MMC-də usta kimi fəaliyyət göstərmiş, MMC-nin faktiki rəhbəri və mülkiyyətçisi isə Çingiz Cəfərov olmuşdur. Iş fəaliyyəti zamanı MMC-yə məxsus 38.000 manat dəyərində qızıl xammalın itdiyi və iddiaçının öz izahatına əsasən həmin zərərin əvəzi olaraq 30.000 manat məbləğində vəsaiti MMC-nin sahibi Çingiz Cəfərova ödədiyi müəyyən edilmişdir. Cavabdehlər cavabdeh2 və cavabdeh1 MMC-də çalışan şəxslər olmuş, itmiş əmlakın mülkiyyətçisi və ya zərərçəkən tərəf qismində çıxış etməmişlər. Mülki Məcəllənin 1096-cı maddəsinə görə, zərərin əvəzinin ödənilməsi hüququ zərər vurulmuş şəxsə məxsusdur. Bu baxımdan, iddiaçının ödədiyi vəsaitin məhz əmlakın mülkiyyətçisi olan şəxsə verilməsi onun zərərin əvəzinin ödənilməsi üzrə öhdəliyinin icrası kimi qiymətləndirilməlidir.

13. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən ödənilmiş 30.000 manat məbləğində vəsaitin cavabdehlərdən tələb edilməsi hüquqi əsasdan məhrumdur. Belə ki, həmin şəxslərin göstərilən vəsaiti qəbul etmələri, ondan faydalanmaları və ya zərərçəkən şəxs qismində çıxış etmələrițişțmateriallarıțiləțtəsdiqțolunmur.

14. Məhkəmə həmçinin nəzərə almışdır ki, iddiaçı məhkəmə baxışı zamanı Çingiz Cəfərov ilə razılıq əldə etmiş və ona qarşı irəli sürdüyü iddia tələbindən imtina etmişdir. Bu hal zərərin ödənilməsi ilə bağlı əsas hüquq münasibətinin məhz həmin şəxslə mövcud olduğunu təsdiqțetmişdir. Bundan başqa, iş materiallarında iddiaçının 30.000 manat məbləğində vəsaiti hədəməcburiyyət və ya digər qanunsuz təsir altında verməsini təsdiq edən mötəbər və qorxu,15. kifayət qədər sübutlar mövcud deyildir. Iddiaçı tərəfindən cavabdehlərin həmin vəsaiti aldıqları, onu mənimsədikləri və ya əsassız varlandıqları da sübuta yetirilməmişdir. Əksinə, iş üzrə müəyyən edilmiş hallar vəsaitin iddiaçının öz izahatına uyğun olaraq itmiş əmlakın dəyərinin qismən ödənilməsi məqsədilə verildiyini göstərmişdir. Beləliklə, iş materialları ilə cavabdehlər tərəfindən iddiaçıya zərər vurulması, onun pul vəsaitinin qanunsuz əldə edilməsi və ya cavabdehlərin əsassız varlanması halları təsdiq olunmadığından, iddia tələbinin təmin edilməsi üçünțhüquqițəsaslarțmüəyyənțedilməmişdir.

16. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – MM) 1091, 1092, 1097.5-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88, 119.1, 217.4-cü maddələrinə istinadțedərəkțəsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsində icraat

17. Iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi və 270 manat dövlət rüsumlarının cavabdehlərə aid edilməsi barədə yeni qətnamə çıxarılmasınıțxahişțetmişdir.ț

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən yalnız cavabdehlərin mövqeyinə istinad etmiş, şahid ifadələrini və iş üzrə təqdim edilmiş sübutları nəzərə almamışdır. Belə ki, Çingiz Cəfərov ilə “WhatsApp” mobil tətbiqi vasitəsilə aparılmış yazışmalar və səs yazıları mövcuddur və həmin sübutlar məhkəməyə təqdim edilmişdir. Lakin məhkəmə bu sübutları qiymətləndirməmiş, mobil telefonun həmin dövrdə nasaz olması və təmirə ehtiyacı barədə məlumat verilməsinə baxmayaraq, bu hal məhkəmə tərəfindən nəzərə alınmamışdır. Iddiaçının mövqeyinə görə, pul vəsaiti mülkiyyətçiyə vurulmuş ziyanın könüllü ödənilməsi kimi qiymətləndirilsə də, əslində həmin məbləğ hədə-qorxu nəticəsində **-UN-*** dövlət qeydiyyat nişanlı, 2015-ci il buraxılışlı BMW markalı avtomobilin qaytarılması məqsədilə Çingiz Cəfərova verilmişdir. Bu isə iddiaçının təqsir etirafı kimi qiymətləndirilə bilməz. Şikayətdə həmçinin göstərilmişdir ki, sonradan avtomobilin cavabdehlər tərəfindən satıldığı müəyyən edilmişdir. Iş üzrə dindirilmiş şahidlərin ifadələri məhkəmə tərəfindən nəzərə alınmamış, bu isə əsassız və qanunsuz qətnamənin qəbulțedilməsinəțsəbəbțolmuşdur.

19. Naxçıvan MR Ali Məhkəməsi Mülki kollegiyasının (hakimlər – M.D.Allahverdiyev (sədrlik edən və məruzəçi), Z.X.Əliyev və S.M.Qarayev ) 2026-cı il ## ###### tarixli *(*-*)- **/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinințqətnaməsițdəyişdirilmədənțsaxlanılmışdır.

20. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçının bir cavabdeh Çingiz Cəfərova qarşı tələbdən imtinası ilə bağlı məsələ üzrə ayrıca prosessual qaydada icraata xitam verilməli olduğu halda, birinci instansiya məhkəməsi bu prosessual hərəkəti ayrıca qərardadla rəsmiləşdirməmişdir. Bununla belə, həmin hal iş üzrə qəbul edilmiş yekun nəticənin mahiyyətinəțtəsirțgöstərmədiyindənțqətnamənințləğvițüçünțəsasțhesabțedilmir.

21. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edilmişdir ki, “WhatsApp” yazışmaları Çingiz Cəfərov ilə bağlıdır və onun barəsində iddia artıq rədd edilmişdir. Bundan əlavə, həmin sübutlar birinci instansiya məhkəməsinə təqdim olunmamış, onların gec təqdim edilməsinin üzrlü səbəbi əsaslandırılmamışdır. Iddiaçının mobil telefonun nasaz olması ilə bağlı dəlili hər hansı mötəbər sübutla təsdiqlənmədiyindən, bu hal sübutların gec təqdim olunmasını əsaslandıran səbəb kimi qiymətləndirilə bilməz. Şahid ifadələri də iddiaçının pul vəsaitinin məhz hazırkı cavabdehlərə verilməsini təsdiq etmir və mübahisənin əsas faktiki hallarınațbirbaşațsübutțxarakterițdaşımır.

22. Bundan başqa, iddiaçının pul vəsaitini hədə-qorxu altında verməsi barədə dəlillər də iş materialları ilə təsdiq olunmur. Bu barədə təqdim olunan izahatlar ümumi xarakter daşıyır və konkret hüquqpozmanı təsdiqləmir. Iddiaçının hüquq-mühafizə orqanlarına müraciətlərində 30.000 manatın hədə-qorxu ilə alınması barədə məlumat verməməsi onun hazırkı dəlillərinin inandırıcılığınıțazaldır.

23. Işin hallarına əsasən, pul vəsaiti itmiş əmlakın əvəzinin ödənilməsi məqsədilə verilmişdir. Bu isə iradə ifadəsinin mövcud mülki münasibətlər çərçivəsində həyata keçirildiyini göstərir. Beləliklə, iddiaçının hədə-qorxu və ya məcburiyyət nəticəsində pul verməsi barədə dəlillərițsübutațyetirilməmişdir.

24. Apellyasiya məhkəməsi öz mövqeyini MM-in 439.4, 1091.1, 1091.2, 1092.1, 1093.1ci, MPM-in 14.1, 77.1, 88, 217.2, 217.3, 217.4, 372.1, 372.2, 384.0.1, 385.2-ci maddələrinə, Avropa Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə” 2007-ci il ## #### tarixli, “Qavazov Bolqarıstana qarşı iş üzrə” 2008-ci il # #### tarixli və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülkiprosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il ## #### tarixli Qərarlarına istinad edərək əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlillər

25. Iddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, qətnamənin ləğv olunması və işə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərar qəbul olunmasını xahişțetmişdir.

26. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya məhkəməsi iddiaçının Çingiz Cəfərova qarşı tələbdən imtina etməsini onun əsas mübahisə subyekti ilə hüquqi münasibəti aradan qaldırması kimi qiymətləndirmişdir. Kassatorun mövqeyinə görə isə cavabdehlər birgə fəaliyyət göstərmiş, itmişțqızılınțdəyərițiddiaçıdanțhərțüçțcavabdehțtərəfindənțtələbțolunmuşdur.

27. Şikayətdə həmçinin qeyd edilmişdir ki, Nərimanov Rayon Polis Idarəsində aparılmış araşdırma zamanı avtomobilin qaytarılması ilə bağlı mübahisə üzrə Çingiz Cəfərov ilə razılıq əldə edilmiş, araşdırma nəticəsində avtomobilin məhz onun tərəfindən satıldığı və satışdan əldə olunmuş vəsaitin onda olduğu müəyyən edilmişdir. Kassatorun iddiasına görə, Çingiz Cəfərov yalnız avtomobilin satışı ilə bağlı özündə saxladığı məbləğə görə məsuliyyət daşımış, iddiaçı tərəfindən ödənilmiş 30.000 manat məbləğində vəsait isə digər cavabdehlərdə qalmışdır. Məhz bu səbəbdən iddia tələbi dəqiqləşdirilmiş və həmin məbləğin göstərilən cavabdehlərdənțtutulmasıțtələbițiləțməhkəməyəțmüraciətțedilmişdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlillər

28. Kassasiyațşikayətinəțdairțetirazțdaxilțolmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

29. Maddə 439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraqțgerițtələbțediləțbilər.

30. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadanțbaşqațşəxsinț(məhrumțolanın)țhesabınațəmlakțəldəțetsin.

31. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralarțaradanțqalxmışțəsasațsöykənir.

32. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

33. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsințəməlițgözlənilənțməqsədəțuyğunțolmadıqdațverdiyinițgerițtələbțedəțbilər.

Azərbaycan Respublikası Mülki ProsessualțMəcəlləsi

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardanțistifadəțetməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübutțetməlidir.

36. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəməțüçünțqabaqcadanțmüəyyənțedilmişțqüvvəsițyoxdur.

37. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarınațuyğunțçıxarılmalıdır.

38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinəțuyğunțəsaslandırılmalıdır.

39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasınațistinadțetməyəțyolțverilmir.

40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindənțmaddițvəțprosessualțhüquqțnormalarınınțdüzgünțtətbiqțedilməsinițyoxlayır.

41. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətințhədlərindənțvəțdəlillərindənțasılıțolmayaraqțyoxlanılmalıdır.

Kassasiya baxışının hədləri

42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiyaținstansiyasıțməhkəməsinințfaktikițhallarıțaraşdırmasıțkimițqiymətləndirilməməlidir.

43. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdəțyoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

45. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycanațqarşı”țişițüzrə).ț

46. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər olmuş və apellyasiya məhkəməsi tərəfindən kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarınțnəticələrițiləțrazılaşmaqțvəțtəsdiqițiləțkifayətlənməkțmümkündür.ț

47. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyițnəticəțvəțəsaslandırmațiləțrazılaşır.țț

48. Belə ki, apellyasiya instansiya məhkəməsi iddiaçının dəlillərinə münasibətdə qeyd etmişdir ki, iş materiallarında iddiaçının 30.000 manat məbləğində vəsaiti hədə-qorxu, məcburiyyət və ya digər qanunsuz təsir altında verməsini təsdiq edən mötəbər və kifayət qədər sübutlar mövcud deyildir. Iddiaçı tərəfindən cavabdehlərin həmin vəsaiti aldıqları, onu mənimsədikləri və ya əsassız varlandıqları da sübuta yetirilməmişdir. Əksinə, iş üzrə müəyyən edilmiş hallar vəsaitin iddiaçının öz izahatına uyğun olaraq itmiş əmlakın dəyərinin qismən ödənilməsi məqsədilə verildiyini göstərmişdir. Beləliklə, iş materialları ilə cavabdehlər tərəfindən iddiaçıya zərər vurulması, onun pul vəsaitinin qanunsuz əldə edilməsi və ya cavabdehlərințəsassızțvarlanmasıțhallarıțtəsdiqțolunmur.ț

49. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgünțtətbiqțedilib-edilmədiyinițyoxlayır.

50. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki hallarının araşdırılmaması və sübutların düzgün qiymətləndirilməməsi ilə bağlıdır. Qeyd edilməlidir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.Ibrahimovun şikayəti üzrə ## ##### 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasınațistinadțetməyəțyolțverilmir.ț

51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiyațşikayətinințdəlillərițqətnamənințləğvțedilməsițüçünțəsasțtəşkilțetmir.

52. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrinițrəhbərțtutaraq,ț

qərara aldı:

Kassasiyațşikayətițtəmințedilməsin. Naxçıvan Müxtar Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının *(*-*)-**/**** nömrəli, ## ###### 2026-cıțilțtarixlițqətnaməsițdəyişdirilmədənțsaxlanılsın. țțțțțțțQərarțqəbulțedildiyițandanțqüvvəyəțminir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar