Məhkəmə qərarları › İş №2(1-8)-1211/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1211/2026

11.06.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1211/2026 11.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdehlər cavabdeh3 Məhdud Məsuliyyətli Cəmiyyətinə, Bakı Şəhər Icra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Birliyinin ** saylı MKIS-nə, Bakı Şəhər Icra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin * saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinə, cavabdeh2 və cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri almaq tələbi (vindikasiya tələbi), orderin ləğvi və hüquqi nəticələrinin tətbiq edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X5 (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdehlər cavabdeh3 Məhdud Məsuliyyətli Cəmiyyətinə, Bakı Şəhər Icra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Birliyinin ** saylı MKIS-nə, Bakı Şəhər Icra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin * saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinə, cavabdeh2 və cavabdeh1 qarşı “orderin ləğvi və hüquqi nəticələrinin tətbiq edilməsi və s.” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsindən iddiaçı iddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Azərbaycan Respublikası Qaçqınların və xxxx üzrə Dövlət Komitəsi tərəfindən vətəndaş iddiaçı2 ünvanlanan ##.##.2018-ci il tarixli, **/**** saylı məktubda göstərilir: Sizin, mülkiyyətinizdə olan mənzildə məskunlaşmış məcburi köçkün ailəsinin başqa yaşayış sahəsi ilə təmin olunmasına köməklik göstərilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidentinə ünvanlanmış, Azərbaycan Respublikasının Qaçqınların və xxxx üzrə Dövlət Komitəsinə daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, Azərbaycan Respublikasının Prezidentinin 2011-ci ilin ## ###### tarixli Sərəncamı ilə “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğun artırılması üzrə Dövlət Proqramı”na Əlavələr təsdiq edilmişdir. Həmin “Əlavə”lərin 1.4-cü bəndində Bakı və Sumqayıt Şəhərlərində başqalarına məxsus mənzillərdə məskunlaşmış məcburi köçkün ailələrin köçürülməsi nəzərdə tutulmuşdur. “Dövlət Proqramı”na edilmiş “Əlavələr” icra olunarkən müraciətinizə qanunla nəzərdə tutulan qaydada baxılacaqdır.

2. Azərbaycan Respublikası Bakı Şəhər Icra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən verilən ##.##.2023-cü il tarixli məktubdan görünür ki, iddiaçı1 Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi, * saylı evin ** saylı mənzilinə kirayə müqaviləsinin bağlanılması barədə müraciətinə baxılmış, həmin ünvanda yerləşən keçmiş yataqxana binasının əvvəllər məxsus olduğu cavabdeh3 X2 Cəmiyyəti tərəfindən qeyd edilən mənzilə dair digər şəxsin adına ##.##.2003-cü il tarixli, ***a saylı orderin verildiyi qeyd edilir.

3. cavabdeh3 Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilən ##.##.1990-cı il tarixli, **** saylı arayışda göstərilir ki, iddiaçı1 Kirov qəsəbəsi, Kamo küçəsi, İ döngə, yataqxana 9, mənzil 70 ünvanında qeydiyyatda olmaqla yaşayır.

4. Kirov Rayon JEK (MKIS) tərəfindən Binəqədi rayon Icraiyyə Komitəsinə ünvanlanan ##.##.1990-cı il tarixli vəsatətdən görünür ki, Kirov rayon MKIS boş olan xidməti mənzilin işçi iddiaçı1 Qadir qızına ayrıldığını, eyni zamanda hazırda iddiaçı1 Qadir qızının B.Sərdarov adına zavodun balansında olan yataqxanada özü və 3 övladı ilə birlikdə yaşadığını qeyd edir.

5. ИТ-İ seriyalı, ******* saylı əmək kitabçasının (1980-1993 ixtisarla) surətindən görünür ki, iddiaçı2 1991-ci ildə xxxxnda şkaturçu vəzifəsinə keçirilmişdir,1993-cü ildə isə köçürülmə ilə əlaqədar işdən azad olunmuşdur.

6. ИТ-İ seriyalı, ******* saylı iddiaçı1 əmək kitabçasının surətindən görünür ki, o, 1987-ci ildə müvəqqəti olaraq Kirov rayonunda sanitarka vəzifəsinə götürülmüş, daha sonra xadiməçi vəzifəsinə müvəqqəti keçirilmiş, 1988-ci ildə öz ərizəsi ilə *** nömrəli məktəbə köçürülmüş, 1988ci ildə texniki işçi vəzifəsindən azad edilmiş, 1989-cu ildə * nömrəli zavoda “dvornik” vəzifəsinə qəbul edilmiş, ##.##.1990-cı il tarixindən işçi kimi köçürmə yolu ilə Kirov rayon * saylı JEK-ə işə qəbul edilmiş, daha sonra Jek-dən ** nömrəli MIS-ə keçirilmiş və1993-cü ilin iyul ayında öz ərizəsi ilə işdən azad edilmişdir. Daha sonra başqa vəzifələrdə çalışmışdır.

7. ** saylı MKIS tərəfindən verilən ##.##.2018-ci il tarixli, *** saylı arayışdan görünür ki, iddiaçı2 Z.Qəmbərov küçəsində * saylı evdə qeydiyyatdadır (həyat yoldaşı, qızları və oğlu isə qeydiyyatsızdılar).

8. ##.##.1990-cı il tarixli, **** saylı arayışdan görünür ki, iddiaçı1 Qadir qızı ##.##.1989-cu ildən Kirov qəsəbəsi, Kamo küçəsi, İ döngə, yataqxana 9 ünvanında, xxxxna məxsus binada qeydiyyatdadır, ailəsi 4 nəfərdən ibarətdir.

9. Musayev Vəkil Abbas oğlu, X3 və X8 tərəfindən tərtib edilən ##.##.2016-cı il tarixli aktda göstərilir: bu aktı tərtib edirik ondan ötəri ki, biz Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Zahid Qəmbərov küçəsi, yataqxana ev 9, 3-cü mərtəbə, mənzil 70-in (305 in) həqiqətən iddiaçı2, iddiaçı1 məxsus olduğuna, mənzilin tabeçiliyində olmasına, kommunal sərfiyyatların onun tərəfindən ödənildiyinə, bu gün də və yəni 27 ildir mənzilində qaçqın olduğuna, mənzilində faktiki yaşaya bilmədiyinə, mənzilinə qaçqın girməzdən öncə 1979-cu il tarixdən etibarən 70-ci mənzildə yaşadığına, 70-ci mənzildə yaşadığı müddətdə 3 övladı olduğuna, mənzilinə qaçqın girdiyi üçün də adına Order almamış olduğuna, indi həmin mənzilə dair sənədləri vaxtilə işləmiş olduğu və işlədiyi B.Sərdarov adına zavoddan ona " itmişdir" deyilməsinə, qeyd olunan ünvandakı 70-ci mənzilə dair "Order"in hökmən onun adına verilməli olduğuna, onun təcili olaraq 70-ci mənzilin içərisində yaşaması bərpa olunmalı olduğuna, MIKS-dən verilmiş olan ##.##.1990-cı il tarixli, forma-2 tipli arayış sadalanan həqiqətə uyğun olduğuna, onun 1979-cu ildən etibarən faktiki həmin ünvanda qeydiyyatda olduğuna və 30 il sahiblik etdiyi 70-ci mənzilin tam hüquqlu mülkiyyətçisi olduğuna şahidlik edirik.

10. cavabdeh3 TSC tərəfindən “Bakı Poladtökmə” ATSC-nin məktubu əsasında cavabdeh1 verilən ***a saylı orderin surətindən görünür ki, “Bakı Poladtökmə” ATSC-də usta işlədiyi üçün yaşayış sahəsi ilə təmin olunması məqsədilə ona ailəvi yataqxanada M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi, ev 9, ünvanında mərtəbə 3, otaq 305-ə dair order verilmişdir.

11. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Ərazi Idarəsi tərəfindən Bakı Inzibati Məhkəməsinə ünvanlanan ##.##.2021-ci il tarixli məktubda göstərilir: Sizin Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi, * saylı binanın 70-ci (yeni nömrə 305) mənzilinə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı barədə məlumatın, qeydiyyat aparıldığı halda həmin qeydiyyatın aparılmasına əsas olmuş sənədlərin və Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi, * saylı binada olan mənzillərə dair daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışların surətinin təqdim edilməsi ilə bağlı müraciətinizə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi Idarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, Bakı şəhəri, M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi, ev 9, *** saylı mənzil *** nömrəli, ##.##.2019-cu il tarixli forma 2 arayışına, Bakı şəhər Icra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən verilmiş **/* nömrəli, ##.##.2018- ci il tarixli sərəncamına, ***a nömrəli, ##.##.2003-cü il tarixli orderə, Azərbaycan Respublikası * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin *-*(**)-****/**** nömrəli, ##.##.2018-ci il tarixli qərarına əsasən ##.##.2019-cu il tarixində cavabdeh2 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.

12. Azərbaycan Respublikası Bakı Şəhər Icra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti * saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin məhkəmənin ##.##.2024-cü il tarixli sorğusuna cavab olan ##.##.2024-cü il tarixli, 3-52- **-**/*-***/**** saylı məktubunda göstərilir: Bildiririk ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi, * saylı bina (keçmiş yataqxana) Bakı Şəhər Icra Hakimiyyəti Başcısının ##.##.2008-ci il tarixli, *** saylı Sərəncamına əsasən * saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına mövcud vəziyyətdə əvəzsiz olaraq verilmişdir və Birliyin tabeliyində olan ** saylı Mənzil-Kommunal Istismar Sahəsinin xidməti ərazisində yerləşir. Aidiyyəti üzrə MKIS-nin verdiyi ##.##.2024-cü il tarixli, **/** saylı məlumata əsasən iddiaçı iddiaçı2, iddiaçı1 1984-cü ildə həmin ünvana pasport qeydiyyatına düşərkən Forma "A" blankında hər-hansı bir mənzil və ya otaq nömrəsi göstərilməmişdir. Yataqxana binası balansa qəbul edilərkən şikayətçi orada yaşamırdı. iddiaçı2 iddia etdiyi ** saylı otaq indiki 305-ci mənzil olmuşdur və həmin mənzildə yaşayan cavabdeh2 adına özəlləşdirilmişdir.

13. Bakı Inzibati Məhkəməsinin 2-1(112)-122/2023-cü il tarixli ##.##.2023-cü il tarixli qərardadından görünür ki, iddiaçı2 və iddiaçı1 cavabdeh Mənzil-Kommunal Təsərrüfatı Departamentinə qarşı kirayə müqaviləsinin bağlanılması tələbinə dair iddia ərizəsi iddiaçıların subyektiv hüquqlarının olmaması əsası ilə mümkün sayılmamışdır.

14. Qərardadda iş materialı kimi göstərilir: Cavabdehin tabeliyində olan birlik tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2019-cu il tarixli məktubda qeyd edilmişdir ki, iddiaçı ##.##.1984-cü il tarixdən yaşayış yeri üzrə həmin yataqxanada qeydiyyatdadır, lakin qeydiyyat zamanı hər hansı otaq göstərilməmişdir. Eyni zamanda, iddiaçı həmin yataqxanada bina təhvil verilərkən yaşamamış, həmin sahəyə dair onun adına order mövcud olmamışdır. Ümumiyyətlə yataqxana balansa götürüləndə ** saylı mənzil olmamışdır. ** saylı MKIS tərəfindən Departamentə ünvanlanmış və həmin Departament tərəfindən ##.##.2021-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş sənəddən görünür ki, bina balansa qəbul edilərkən otaq nömrələri 1-ci mərtəbə üzrə 100-119, 2-ci mərtəbə üzrə 201-224, 3-cü mərtəbə üzrə 301-319, 4-cü mərtəbə üzrə 401- 416, 5-ci mərtəbə üzrə 501-519 kimi olmuşdur. Həmin sənəddə göstərilir ki, 31 ədəd order yataqxanda faktiki yaşayan mənzil sahiblərinə qaytarıldığından əsli Istismar Sahəsində mövcud deyil. Mənzil Istismar Sahəsinin ## ###### 2023-cü il tarixli məktubundan görünür ki, *** saylı mənzildə məcburi köçkün məskunlaşmamış, bina balansa qəbul edilərkən üçüncü şəxslər orada yaşamış, mənzillər balansa qəbul edilərkən 3 rəqəmli nömrələnmə həmin mənzillər üçün xarakterik olmuş, ** saylı mənzil nömrəsi olmamışdır.

15. Qərardadda məhkəmə tərəfindən işin müəyyən edilmiş halları kimi göstərilir: Iddiaçıların ** saylı mənzilin *** saylı mənzil olması barədə hər hansı təsdiqedici sənəd mövcud olmamışdır. Belə ki, həmin binada yerləşən mənzillərə dair bina təhvil alınarkən, ümumiyyətlə nömrələnmə 3 rəqəmli aparılmışdır. Məhkəmə sorğusuna əsasən əldə edilən digər mənzillərə dair orderlərin surəti də həmin halı təsdiq etməkdədir. Ümumiyyətlə, iddiaçılar məhz ** saylı mənzilə qeydiyyatının olmaları barədə mövqe bildirsə də, işin hallarından da görünür ki, həmin şəxslər binaya qeydiyyatda olmuş, ** saylı mənzillə bağlı hər hansı qeydiyyat məlumatı daxil olmamışdır. Məhkəmə, həmçinin qeyd edir ki, ** saylı mənzil olub-olmaması, ** saylı mənzil mövcud olmuşdursa həmin mənzilin üçüncü şəxslərin yaşadığı *** saylı mənzil olub-olmaması barədə əlavə araşdırmanın aparılması ilə bağlı yerli baxış da həyata keçirilmişdir. Bina sakinlərinin iştirakı ilə yerli baxış zamanı isə məlum olmuşdur ki, istər Iddiaçıların orada yaşadığını qeyd etdiyi dövr sakinlərindən, istərsə də sonrakı dövrdə orada yaşayan sakinlərdən heç biri iddiaçıları tanımamışdır. Eyni zamanda, iddiaçılardan sonra iddiaçıların iddia etdiyi *** saylı mənzildə məcburi köçkünlərin yaşaması halı da həmin mərtəbədə uzun müddətdir ki, yaşayan qonşular tərəfindən təkzib edilmiş, üçüncü şəxslərdən əvvəl belə həmin mənzildə hər hansı məcburi köçkünün yaşamaması barədə məlumat verilmişdir. Iddiaçı ilə birgə yerli baxışda iştirak etmək istəyən şəxs belə zavodda iddiaçı ilə birgə işlədiyini təsdiq etsə də, göstərilən binada yerləşən mənzildə onların yaşayış-yaşamaması barədə məlumat verə bilməmişdir. ** saylı mənzilin adının çəkildiyi **** saylı 1990-cu il tarixli arayışın isə hazırkı mərhələdə işin digər halları və iş materiallarında olan sənədlərlə ziddiyyət təşkil etməsi məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, adıçəkilən mənzilin hansı mənzil olması, mənzil nömrələnməsinin 3 rəqəmli həyata keçirilməsinə baxmayaraq həmin mənzilin 2 rəqəmli nömrələnməsi barədə heç bir sənəd sübut aşkar edilə bilməmişdir ki, həmin sənədin mötəbərliyindən, məhkəməyə şahidliklə bağlı təqdim edilmiş ərizənin mötəbərliyi kimi məhkəmə hesab edir ki, söhbət gedə bilməz.

16. Azərbaycan Respublikası * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin ##.##.2018-ci il tarixli, *-*****-****/**** saylı qərarından görünür ki, Bakı şəhəri, ünvan 4, *** saylı mənzilin cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi Idarəsinə həvalə olunması qərara alınmışdır.

17. Azərbaycan Respublikası Bakı Şəhər Icra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinn ##.##.2018-ci il tarixli, **/* saylı sərəncamdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi, * saylı evin yaşayış sahəsi 18,0 kv.m olan 1 otaqlı *** saylı mənzilinə 2 nəfər ailə üzvü ilə (özü və oğlu) cavabdeh2 adına kirayə müqaviləsi bağlanılması və onun həmin mənzilə kirayəçi hesab olunması qərara alınmışdır.

18. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən olan ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri, ünvan 4, *** saylı mənzil xüsusi mülkiyyət hüququ ilə cavabdeh2 adına ##.##.2019-cu il tarixində qeydiyyatdan keçmişdir.

19. Bakı Inzibati Məhkəməsi tərəfindən Binəqədi Rayon Məhkəməsinə ünvanlanan ##.##.2024-cü il tarixli, *-*(**)-****/**** saylı məktubda göstərilir: Bakı Inzibati Məhkəməsinə daxil olmuş *(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli müraciətinizə baxılmışdır. Bildirilir ki, * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin 2-1(81)- ****/**** nömrəli, ##.##.2018-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəri, ünvan 4, *** saylı mənzilin cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi Idarəsinə həvalə olunmuşdur. Ərizəçilər iddiaçı1 və iddiaçı2 üçüncü şəxs qismində cəlb edilməklə *-*(**)-****/**** nömrəli inzibati iş üzrə qəbul edilmiş qərarın ləğv edilməsinə dair ərizə ilə Bakı Inzibati Məhkəməsinə müraciət etmişdirlər. Bakı Inzibati Məhkəməsinin 2-1(81)- ****/**** nömrəli, ##.##.2023-cü il tarixli qərardadı ilə iddiaçı1 və iddiaçı2 iddiaçı cavabdeh2 cavabdeh AR ƏMDK yanında DƏDRX-nin * saylı Bakı Ərazi Idarəsinə qarşı "çıxarışın verilməsi barədə iddia tələbinə dair iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsindən imtina edilmişdir. Bakı Inzibati Məhkəməsinin *-*(**)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli qərardadından ərizəçilər tərəfindən apellyasiya şikayəti verilmiş və iş aidiyyəti üzrə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. "Elektron Məhkəmə sistemindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qərardadı ilə ərizəçilərin apellyasiya şikayəti təmin edilməmiş, Bakı Inzibati Məhkəməsinin *-*(**)-****/**** nömrəli, ## #### 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

20. Iddiaçılar iddiaçı2 və iddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yaşayış sahəsinin boşaldılması, evdən məhrum edilməyə qədər mövcud olmuş vəziyyətin bərpası, qanunsuz yazılmış əmrin silinməsi, ekspertin müəyyən etdiyi vəsaitin xxxx1 verilməsi, əmək kitabçasının düzəldilərək, təqdim olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, daha sonra tələbi dəqiqləşdirməklə məhkəmədən ünvan 1 ünvanındakı zavodun ailəvi yataqxanası olan(sonradan yaşayış evi) binanın keçmiş otaq nömrəsi 70, hazırki nömrəsi 305 olan mənzilə dair cavabdeh1 adına verilmiş ***a nömrəli, ##.##.2003-cü il tarixli orderin ləğv edilməsi və onun yaratdığı hüquqi nəticələrin etibarsız hesab edilərək həmin mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

21. Iddia belə əsaslandırılmışdır ki, uzun müddət iddiaçılar iddiaçı1 və həyat yoldaşı iddiaçı2 B. Sərdarov adına Maşınqayırma zavodunda işləmiş və ev növbəsində olmuşlar. Həmin vaxt onlara ünvan 3 ünvanındakı zavodun ailəvi yataqxanası olan(sonradan yaşayış evi) binanın keçmiş otaq nömrəsi 70, hazırki mənzil nömrəsi 305 olan mənzil onların istifadəsinə verilmiş və 1993-cü ilədək həmin mənzildə yaşamışlar. 1993-cü ildə məlum hadisələrlə bağlı evdə olmadıqları müddətdə onların mənzillərinə və digər mənzillərə məcburi köçkünlər daxil olmuş və yaşamağa başlamışlar. Bundan sonra Ölkə başçısının məcburi köçkünlərin məskunlaşdığı mənzillərdə çixarılmasının dayandırılması barədə sərəncamı olduğundan məcburi köçkünlərin çıxarılması mümkün olmamışdır. Lakin, bu yaxınlarda məlumat almışlar ki, mənzillərindəki məcburi köçkünlər evi tərk etmiş cavabdeh2 onların mənzilini zəbt edərək saxta sənədlər əsasında mənzili özəlləşdirmişdir. Belə ki. cavabdeh2 adına order verilmədən heç bir hüquqi əsası olmayan sərəncam verilmişdir ki, həmin sərəncam inzibati qaydada məhkəmədə mübahisələndirilmişdir. Təqdim olunan sənədlərdən aydın olur ki, onlara aid olan *** nömrəli mənzil ***a nömrəli orderlə cavabdeh1 adına yazılmışdır.

22. Məhkəmə iclasında iştirak edən cavabdeh cavabdeh2 nümayəndəsi X6 izahatında bildirmişdir ki, *** saylı mənzildə 2000-ci ildən əvvəl, təqribi olaraq özü 6-7-ci sinifdə oxuduğu dövrdən yaşayırlar. O, doğulmamışdan əvvəl atası zavodda işləyib.

23. Məhkəmə iclasında iştirak edən cavabdeh cavabdeh2 nümayəndəsi X6 izahatında bildirmişdir ki, atası cavabdeh3 MMC-nin işçisi olmuşdur. Mübahisəli mənzil order əsasında iddiaçının qeyd etdiyi tarixdən əvvəl atasına verilmişdir. Lakin mənzildə məcburi köçkün ailəsi məskunlaşdığından onları mənzildən çıxara bilməmişlər. Həmçinin məcburi köçkün ailəsi özləri də mənzildən çıxacaqlarını bildirmişdilər. O ailə qurduqdan sonra evləri kiçik olduğundan atası zavodun rəhbərliyinə müraciət edərək, hansı formada olursa olsun, mənzillə təmin olunmağı xahiş etmişdir. Bundan sonra 2008-ci ildə məcburi köçkünlər mənzildən çıxdılar və həmin ildə mənzili onlara verdilər. Mənzili yüngül təmir etdikdən sonra 2009-cu ildə mənzilə köçmüşlər. Inzibati Məhkəmədə çıxarılan bütün qərarlar onun xeyrinə çıxarılmışdır. Bundan başqa bir nəfər qonşu belə mənzilin iddiaçılara məxsus olması faktını təsdiq etməmişdir. Iddiaçıların apellyasiya və kassasiya şikayətləri də təmin olunmamışdır. Mənzil onlara verilən zaman atası cavabdeh3 MMC-də işləyirdi. Həmçinin bildirmək istəyir ki, cavabdeh3 MMC bağlandıqdan sonra işçilərin əksəriyyətini “xxxx” MMC-də işlə təmin olundular və atası da hazırda “xxxx” MMCdə işləyir. Mübahisəli bina əvvəllər subaylar binası deyə tanınıb. Bunu hələ orada lap əvvəldən yaşayanlardan öyrənmişdir. Binanın 1-3 mərtəbələrində subaylar yaşamışlar. Bir otaqda 3-4 nəfər yaşamışlar. Yuxarı mərtəbələrdə isə ailələr yaşamışdır. Atası zavodda işləyəndən orada ev növbəsinə dayanır, bir neçə ev təklif ediləsə də, razılaşmır. Sonuncu dəfə yataqxanadan təklif edilir və atası razılaşır. Əlavə otaq kimi *** saylı otaq verilir. Atasına verilən *** saylı mənzilin orderi 2003-cü ildən yazılsa da, 2008-də verilib. Belə ki, ailənin genişləndiyinə görə ikinci otaq verilməli idi. Lakin zavod qaçqınların boşalmasından sonra veriləcəyini bildirmişdir. Orderin nömrəsini bilmir. 637 a kimi mənzlin göstərilməsinə əsas bir adama iki mənzilin verildiyi zaman həmin mənzilləri A-B deyə ayırırdılar.

24. Məhkəmə iclasında iştirak edən cavabdeh ** saylı MKIS-nin sahə nəzarətçisi xxxx2 izahatında bildirmişdir ki, 1998-ci ildən ** saylı MKIS-də işləyir. Sözügedən binanı 2014-cü ildə balansa qəbul etmişlər. xxxx3 dövründən qalma adətə görə işləmək üçün yataqxana qeydiyyatı tələb olunurdu. Işləmək istəyən adamlar binanın özünə qeydiyyata düşürdülər. Mənzilə qeydiyyata yox. Həmin dövrdə orderi olanlarda, olmayanlar da və hətta qaçqınlar da məskunlaşmış olduğundan orderləri olanları baxıb onları vətəndaşlara geri qaytarmışlar. Belə ki, özəlləşmə ilə bağlı məsələləri tənzimləmək başqa cür mümkün olmayacaqdı. Həmçinin vətəndaşlar özləri, orderlərini aiddiyyəti qurumlara vermək üçün tələb edirdilər. Onlarda Forma A adlanan sənəd var ki, həmin sənəddən şəxsin binaya qeydiyyatının olub-olmadığı aydın görünürdü. Orderi olanlarda isə mənzil nömrəli dəqiq göstərilirdi. Iddiaçını həmin binada ümumiyyətlə görməyib. Binada 70-ci otaq kimi otaq olmayıb. Hər mərtəbədə 20 otaq olmuşdur.

25. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ilə (hakim İ.Əliyev) əsasən iddia rədd olunmuşdur.

26. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı2 və iddiaçı1 xxxxnun işçisi olmuşlar. ** saylı MKIS tərəfindən verilən ##.##.2018-ci il tarixli, *** saylı arayışa görə iddiaçı2 (qeydiyyata alındığı tarix qeyd edilməmişdir), xxxx tərəfindən verilən ##.##.1990-cı il tarixli, **** saylı arayışa görə isə iddiaçı1 Qadir qızı ##.##.1989-cu ildən Kirov qəsəbəsi, Kamo küçəsi, İ döngə, yataqxana 9 ünvanında, xxxxna məxsus binada qeydiyyatda olmuşlar. Belə ki, cavabdeh3 Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilən ##.##.1990-cı il tarixli, **** saylı arayışda göstərilir ki, iddiaçı1 Kirov qəsəbəsi, Kamo küçəsi, İ döngə, yataqxana 9, mənzil 70 ünvanında qeydiyyatda olmaqla yaşayır. iddiaçı1 əmək kitabçasına görə is, o, ##.##.1990-cı il tarixindən işçi kimi köçürmə yolu ilə Kirov rayon * saylı JEK-ə işə qəbul edilmişdir. JEK1-in rəisi Bakı şəhəri Kirov rayonu xxxx4 Icraiyyə Komitəsi qarşısında iddiaçı1 xidməti mənzil ayrılması barədə ##.##.1990-cı il tarixdə vəsatət qaldırmışdır Həmin vəsatətdə iddiaçı1 B.Sərdarov adına zavodun yataqxanasında 4 ailə üzvü ilə birlikdə yaşadığı və ona boşalmış mənzillərdə xidməti mənzil ayrılması xahiş edilmişdir. Iddiaçının özü də, bu faktı etiraf etməklə bildirir ki, 1992- ci ildə ona *** saylı mənzillə bağlı order verilmişdir. 2000-ci ilin əvvəllərində isə həmin mənzili özəlləşdirməklə satmışdır. Rayon Icraiyyə Komitəsinin arayışına görə, iddiaçı1 həqiqətən 1992-ci ildən 8-ci mkrda yerləşən *** saylı mənzildə qeydiyyatda olmuşdur. Iddiaçılar xxxxna məxsus keçmiş Kirov qəsəbəsi, Kamo küçəsi, İ döngə, yataqxana 9 ünvanında yerləşən binada qeydiyyatda olduqlarını göstərən arayışlara və cavabdeh3 Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilən **** saylı 1990-cı il tarixli arayışa istinad etməklə, keçmiş otaq nömrəsi 70, hazırki nömrəsi 305 olan mənzilin onlara məxsus olduğunu iddia edirlər. Azərbaycan Respublikası Bakı şəhər Icra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti * saylı Xüsusi Təyinatlı Mənzil- Kommunal Təsərrüfatı Birliyinin məhkəmənin ##.##.2024-cü il tarixli sorğusuna cavab olan ##.##.2024-cü il tarixli, 3-52- 13-14/2- ***/**** saylı məktubuna görə iddiaçı2 iddia etdiyi ** saylı otaq indiki 305-ci mənzil olmuş olsa da, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi, * saylı bina (keçmiş yataqxana) Bakı Şəhər Icra Hakimiyyəti Başcısının ##.##.2008-ci il tarixli, *** saylı Sərəncamına əsasən * saylı Xüsusi Təyinatlı MənzilKommunal Təsərrüfatı Birliyinin balansına qəbul edilərkən şikayətçi (yəni iddiaçılar) orada yaşamırdı. Sözü gedən mənzil isə orada yaşayan cavabdeh2 adına özəlləşdirilmişdir. Məhkəmə mübahisəsi dövründə müəyyən edilir ki, iddiaçılar ilk olaraq "xxxx"xxxx" Törəmə ASC-yə qarşı (üçüncü şəxs: Bakı şəhəri Icra Hakimiyyəti Başçısı Aparatının Mənzil-Kommunal Təsərrüfatı Departamenti * saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfat Birliyi) iddia ərizəsi ilə Bakı Inzibati Məhkəməsinə müraciət edərək (yaşadığı əvvəl 70-ci (otaq), mənzil olub) mənzilə dair onunla cavabdeh arasında Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Zahid Qəmbərov küçəsi, yataqxana ev 9, 3-cü mərtəbədə yerləşən (faktiki nömrəsi 305 olmuş) həmin mənzilə mənzil-kirayə müqaviləsi bağlanması (Order verilməsi) vəzifəsinin cavabdeh təşkilata həvalə olunması, eyni zamanda həmin mənzilə dair sənəd almış vətəndaş qanunsuz olduğu üçün sərəncamın etibarsız hesab edilməsi, qeydiyyat vəsiqələrinin və daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydlərin ləğv edilməsi, ona mülkiyyət hüququnun tanınması və bununla bağlı daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışın verilməsi, mənzildən oranı qanunsuz tutmuş vətəndaşların çıxarılması, onun qeyd edilən 305-li mənzilə köçürülməsini məhkəmədən xahiş etmişlər. Bakı Inzibati məhkəməsinin 2-1(112)-122/2023-cü il tarixli ##.##.2023-cü il tarixli qərardadından görünür ki, iddianın mümkünlüyü araşdırılan zaman Məhkəmə, ** saylı mənzil olub-olmaması, ** saylı mənzil mövcud olmuşdursa həmin mənzilin üçüncü şəxslərin yaşadığı *** saylı mənzil olubolmaması barədə əlavə araşdırmanın aparılması ilə bağlı yerli baxış da həyata keçirmiş, bina sakinlərinin iştirakı ilə yerli baxış zamanı isə məlum olmuşdur ki, istər Iddiaçıların orada yaşadığını qeyd etdiyi dövr sakinlərindən, istərsə də sonrakı dövrdə orada yaşayan sakinlərdən heç biri iddiaçıları tanımamışdır. Eyni zamanda, iddiaçılardan sonra iddiaçıların iddia etdiyi *** saylı mənzildə məcburi köçkünlərin yaşaması halı da həmin mərtəbədə uzun müddətdir ki, yaşayan qonşular tərəfindən təkzib edilmiş, üçüncü şəxslərdən əvvəl belə həmin mənzildə hər hansı məcburi köçkünün yaşamaması barədə məlumat verilmişdir. Hətta iddiaçı ilə birgə yerli baxışda iştirak etmək istəyən şəxs belə zavodda iddiaçı ilə birgə işlədiyini təsdiq etsə də, göstərilən binada yerləşən mənzildə onların yaşayış-yaşamaması barədə məlumat verə bilməmişdir. ** saylı MKIS tərəfindən Departamentə ünvanlanmış və həmin Departament tərəfindən ##.##.2021-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş sənədə görə isə bina balansa qəbul edilərkən otaq nömrələri 1-ci mərtəbə üzrə 100-119, 2-ci mərtəbə üzrə 201-224, 3- cü mərtəbə üzrə 301-319, 4-cü mərtəbə üzrə 401-416, 5-ci mərtəbə üzrə 501-519 kimi olmuşdur. Həmin sənəddə göstərilir ki, 31 ədəd order yataqxanda faktiki yaşayan mənzil sahiblərinə qaytarıldığından əsli Istismar Sahəsində mövcud deyil. Mənzil Istismar Sahəsinin ## ###### 2023-cü il tarixli məktubuna görə isə *** saylı mənzildə məcburi köçkün məskunlaşmamış, bina balansa qəbul edilərkən üçüncü şəxslər orada yaşamış, mənzillər balansa qəbul edilərkən 3 rəqəmli nömrələnmə həmin mənzillər üçün xarakterik olmuş, ** saylı mənzil nömrəsi olmamışdır. Hazırda isə iddiaçılar Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, əslində B.Sərdarov adına zavodda işçi kimi ev növbəsində olduqlarını, onlara xidməti mənzil kimi, ** saylı mənzilin verildiyini, 1976-cı ildən(ziddiyyətli ifadələrlə) 1993-cü ilədək mübahisəli mənzildə yaşadıqlarını, 1990 və 1993-cü illərdə mənzillərinə qaçqınların girməsi səbəbində evdən çıxarıldıqlarını, mənzilə dair (özlərində olmasa belə) onlara order verildiyini, qüvvədə olan orderləri olmasına baxmayaraq, qanunsuz olaraq, cavabdeh cavabdeh1 adına ***a nömrəli, ##.##.2003-cü il tarixli order verildiyini bildirməklə, həmin orderin ləğvini, nəticələrinin etibarsız hesab edilməklə, mənzilin boşaldılmasını tələb edirlər. Məhkəmə tərəfindən sözügedən orderin mövcudluğunu müəyyən etmək üçün ##.##.2025-ci il tarixli, *(***)-**/**** saylı qərardad ilə cavabdeh cavabdeh3 MMC-dən zavodun işçilərinə mənzillərin, orderlərin verilməsinə dair məlumatları özündə əks etdirən 1988-1989-cu illəri əhatə edən jurnallar tələb edilmiş, MMC tərəfindən qərardadın icrası ilə bağlı bildirilmişdir ki, adı gedən yataqxana və onunla əlaqəli bütün sənədlər ## ### 2014-cü il tarixli təhvil-təslim aktı ilə Bakı şəhəri Mənzil-Kommunal Təsərrüfatı Departamnetinin * saylı Xüsusi Təyinatlı MənzilKommunal Təsərrüfatı Birliyinə təhvil verilmişdir. Cəmiyyətdə adı gedən yataqxana ilə bağlı heç bir sənəd qalmamışdır. Bundan başqa məhkəmə tərəfindən mübahisəli mənzilin hüquqi vəziyyətinin aydınlaşdırılması üçün aidiyyəti dövlət orqanına ünvanlanmış sorğuya cavab olaraq təqdim edilən sübutlarla müəyyən edilir ki, Bakı şəhər Icra Hakimiyyəti Mənzil-Kommunal Departamentinin ##.##.2018-ci il tarixli, **/* saylı sərəncamı ilə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi, * saylı evin yaşayış sahəsi 18,0 kv.m olan 1 otaqlı *** saylı mənzilinə 2 nəfər ailə üzvü ilə (özü və oğlu) cavabdeh2 adına kirayə müqaviləsi bağlanması qərara alınmış, Azərbaycan Respublikası * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin ##.##.2018-ci il tarixli, *-*****-****/**** saylı qərarı ilə Bakı şəhəri, ünvan 4, *** saylı mənzil cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və xüsusi mülkiyyət hüququ ilə sonuncunun adına ##.##.2019-cu il tarixində qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin ##.##.2018-ci il tarixli, *-*****-****/**** saylı qərarında qeyd edilir ki, mübahisəli daşınmaz əmlak Bakı şəhər Icra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamentinin **/* saylı, ##.##.2018-ci il tarixli Sərəncamı əsasında cavabdeh2 ayrılsa da, həmin mənzil iddiaçının qaynatası cavabdeh1 cavabdeh3 TSC tərəfindən 2003-cü il tarixli order əsasında verilmiş, cavabdeh2 cavabdeh1 oğlu, X6 ilə ##.##.2008-ci il tarixdə rəsmi nikaha daxil olmuş və o, 2008-ci ildən həmin ünvanda yaşadığından, cavabdeh2 mübahisəli mənzilə hüquqları ##.##.2018-ci il tarixdən deyil, ## ####### 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin qüvvəyə mindiyi tarixdən əvvəl yaranmışdır.

27. Işin müəyyən edilmiş hallarından görünür ki, mübahisə xxxxnun balansında olmuş ünvan 2 ünvanında yerləşən keçmiş yataqxana binasında *** nömrəli mənzillə bağlıdır. Belə ki, iddiaçılar uzun müddət B.Sərdarov adına zavodda işlədiklərinə görə həmin mənzilin order əsasında məhz onlara verildiyini, evdə məcburi köçkünlərin məskunlaşdığına görə çıxmaq məcburiyyətində qaldıqlarını, daha sonra həmin mənzilin saxta order əsasında cavabdehə verildiyini iddia edirlər və tələblərini onlara verilən orderin ləğv edilmədən yeni orderin verilməsinin qanunsuzluğu ilə əsaslandırırlar. Bundan əlavə tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, ünvan 2 ünvanında yerləşən keçmiş yataqxana binasının *** nömrəli mənzili iş materiallarında olmayan order əsasında cavabdeh1 verilmişdir, sonuncuya ailə tərkibinin artması ilə bağlı 637 a nömrəli order əsasında *** saylı mənzil də verilmişdir. 2008-ci ildən mənzildə yaşayan cavabdeh1 gəlini cavabdeh2 ilə kirayə müqaviləsinin bağlanmasına dair Mənzil Kommunal Təsərrüfat Departamenti tərəfindən ##.##.2018-ci il tarixli **/* saylı sərəncam verilmişdir. Hansı ki, cavabdeh2 sonradan həmin mənzilə dair məhkəmə qərarına əsasən çıxarış almışdır. Qeyd edilən sərəncam iddiaçılar tərəfindən inzibati qaydada mübahisələndirilmiş və yuxarıda göstərilən qərarlar qəbul edilmişdir.

28. Əvvəla qeyd edilməlidir ki, Azərbaycan SSR ərazisində olan yaşayış evləri, habelə başqa tikililərdəki yaşayış sahələri mənzil fondunu təşkil edirlər və mənzil fonduna isə dövlət mənzil fondu, ictimai mənzil fondu, mənzil tikinti kooperativi fondu, fərdi mənzil fondu daxildir. Dövlət mənzil fondu yerli xalq deputatları Sovetlərinin (yerli Sovetlərin mənzil fondu) və nazirliklərin, dövlət komitələrinin və baş idarələrin (idarə mənzil fondu) ixtiyarındadır. Tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, qeyd edilən yataqxana idarə mənzil fonduna aiddir(bax iş materiallarında Mənzil Kommunal Təsərrüfatı Departamentinin ##.##.2018-ci il tarixli, 37/6 sərəncamı). Yataqxanalarda mənzil sahəsi iş dövründə yaşamaq üçün verilir və əmək müqaviləsinə xitam verildikdə işçilər başqa yaşayış sahəsi verilmədən yataqxanadan çıxarılır. Xidməti yaşayış sahələrində də eyni qaydalar tətbiq edilir və əmək münasibətlərinə xitam verilməsi xidməti yaşayış sahəsindən çıxarılma üçün əsasdır.

29. Məhkəmənin qənaəti ondan ibarətdir ki, iddiaçılara əgər qeyd edilən yataqxanada yaşamaq üçün otaq və ya xidməti mənzil ayrılmışdırsa, onlar başqa işə keçirilən zaman ya başqa yaşayış sahəsi verilmədən, ya da başqa yaşayış sahəsi verilməklə müvafiq olaraq yataqxanadan və xidməti yaşayış sahəsindən onsuz da çıxarılmalı idilər. Hansı ki, tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı iddiaçı1 1990-cı ildə köçürülmə yolu ilə JEK1-ə işə qəbul edilmiş və JEK1-in rəisi Bakı şəhəri Kirov rayonu xxxx4 Icraiyyə Komitəsi qarşısında iddiaçı1 xidməti mənzil ayrılması barədə 1990-cı ildə vəsatət qaldırmışdır. Iddiaçının etirafına və tədqiq edilmiş sübutlarla da təsdiq olunur ki, 1992-ci ildə iddiaçıya 8- ci mikrorayon ərazisində 2 otaqlı xidməti mənzil verilmişdir. Hansı ki, iddiaçı sonradan həmin mənzili özəlləşdirmiş və daha sonra başqa şəxsə satmışdır. Yəni iddiaçının dəlillərinin əsassızlığı burdan da aydın olur ki, iş yeri dəyişən şəxsə dövlət mənzil fondundan əvvəlki yaşayış sahəsi saxlanılmaqla başqa yaşayış sahəsinin verilməsi mümkün ola bilməzdi.

30. Bundan əlavə tədqiq edilmiş sübutlarla iddiaçılara həmin mənzilə dair hər hansı orderin verilməsi öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçıların işlədikləri yerin yataqxanasına qeydiyyata düşmələri, sübut olunmasa belə müvəqqəti olaraq qeyd edilən mənzildə yaşamaları, Icraiyyə Komitəsi qarşısında vəsatət qaldırılması ilə bağlı yaşayış barədə arayış almaları orderin verildiyini təsdiq etmir. Məhkəmə hesab edir ki, iddiaçıların qeyd edilən mənzilə dair sonrakı orderin mübahisləndirilməsi ilə bağlı subyektiv hüququ yoxdur.

31. Məhkəmə gəldiyi nəticəni (1982-ci ildə təsdiq edilmiş) 2009-cu ilədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 35, 44, 45, 48, 49, 100, 103, 104, 106, 107, 108-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 119.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

32. Iddiaçı iddiaçı1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

33. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsassızdır, qanunsuz və işin hallarına uyğun olmadığından ləğv edilməlidir. Belə ki, iddiaçılar iddiaçı1 və həyat yoldaşı iddiaçı2 uzun müddət xxxxnda işləmiş və ev növbəsində olmuşlar. Həmin vaxt onlara ünvan 4 ünvanındakı zavodun ailəvi yataqxanası olan (sonradan yaşayış evi) binanın keçmiş otaq nömrəsi 70, hazırkı mənzil nömrəsi 305 olan mənzil onların istifadəsinə verilmiş və 1993-cü ilədək həmin mənzildə yaşamışlar. 1993-cü ildə məlum hadisələrlə bağlı evdə olmadıqları müddətdə onların mənzillərinə və digər mənzillərə məcburi köçkünlər daxil olmuş və yaşamağa başlamışlar. Bundan sonra ölkə başçısının məcburi köçkünlərin məskunlaşdığı mənzillərdən çixarılmasının dayandırılması barədə Sərəncamı olduğundan məcburi köçkünlərin çıxarılması mümkün olmamışdır. Lakin bu yaxınlarda məlumat almışlar ki, mənzillərindəki məcburi köçkünlər evi tərk etmiş, cavabdeh2 onların mənzilini zəbt edərək saxta sənədlər əsasında mənzili özəlləşdirmişdir. Belə ki, cavabdeh2 adına order verilmədən heç bir hüquqi əsası olmayan Sərəncam verilmişdir ki, həmin Sərəncam inzibati qaydada məhkəmədə mübahisələndirilmişdir. Təqdim olunan sənədlərdən aydın olur ki, onlara aid olan *** nömrəli mənzil ***a nömrəli orderlə cavabdeh1 adına yazılmışdır. Lakin məhkəmə araşdırması zamanı qeyd olunan * saylı binanın keçmiş otaq nömrəsi 70, hazırkı mənzil nömrəsi 305 olan mənzilin, həmçinin də həmin binanın 206-cı mənzilinin iddiaçılara verilməsinə dair müvafiq hüquqmüəyyənedici sənədlər təqdim olunmasına baxmayaraq, məhkəmə tərəfindən hüquqi qiymət verilməmişdir. Belə ki, məhkəməyə daimi pasport qeydiyyatı ilə bağlı f-2 arayış və digər sənədlər təqdim edilsə də, məhkəmə orderin verilməməsini əsas gətirərək, iddianı təmin etməməmişdir. Işlədikləri zavodun rəhbərliyi tərəfindən qeyd olunan mənzillərin iddiaçılara verilməsinə dair rəsmi sənədlər təqdim olunmasına baxmayaraq, məhkəmə onların vəsatəti əsasında ##.##.2025-ci il tarixli icrası dərhal olan qərardad qəbul edərək, cavabdeh cavabdeh3 MMC-dən zavodun işçilərinə mənzillərin, orderlərin verilməsinə dair məlumatları özündə əks etdirən 1988-1989-cu illəri əhatə edən jurnalları tələb etmiş, lakin qərardad icra olunmamış, jurnallar məhkəməyə təqdim edilməmişdir. Hesab edir ki, qətnamə birbaşa iddiaçıların mənafelərinə uyğun deyildir, maddi və prosessual pozuntularla qəbul edildiyindən qüvvədə ləğv edilməlidir. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müvafiq maddələrinin tələblərinə riayət etməmiş, qanunvericiliyin tələblərini pozmuş və maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.

34. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) *(***)-****/**** nömrəli mülki iş üzrə ## ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakimlər F.Qasımov (sədrlik edən və məruzəçi), G.Axundova və M.Rüstəmli) iddiaçı iddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

35. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya şikayətində hər hansı yeni bir dəlil irəli sürülməmiş, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, həmçinin qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün digər bir əsas qeyd olunmamışdır. Şikayət iddiaçının birinci instansiya məhkəməsində irəli sürdüyü dəlillərlə əsaslandırılmış, həmin dəlillər əsasında isə məhkəmə tərəfindən ətraflı araşdırma və qiymətləndirmə aparılmışdır.

36. Işin müəyyən edilmiş hallarından görünür ki, mübahisə xxxxnun balansında olmuş ünvan 2 ünvanında yerləşən keçmiş yataqxana binasında *** nömrəli mənzillə bağlıdır. Belə ki, iddiaçılar uzun müddət B.Sərdarov adına zavodda işlədiklərinə görə həmin mənzilin order əsasında məhz onlara verildiyini, evdə məcburi köçkünlərin məskunlaşdığına görə çıxmaq məcburiyyətində qaldıqlarını, daha sonra həmin mənzilin saxta order əsasında cavabdehə verildiyini iddia edirlər və tələblərini onlara verilən orderin ləğv edilmədən yeni orderin verilməsinin qanunsuzluğu ilə əsaslandırırlar. Bundan əlavə tədqiq edilmiş sübutlarla müəyyən edilir ki, ünvan 2 ünvanında yerləşən keçmiş yataqxana binasının *** nömrəli mənzili iş materiallarında olmayan order əsasında cavabdeh1 verilmişdir, sonuncuya ailə tərkibinin artması ilə bağlı 637 a nömrəli order əsasında *** saylı mənzil də verilmişdir. 2008-ci ildən mənzildə yaşayan cavabdeh1 gəlini cavabdeh2 ilə kirayə müqaviləsinin bağlanmasına dair Mənzil Kommunal Təsərrüfat Departamenti tərəfindən ##.##.2018-ci il tarixli **/* saylı sərəncam verilmişdir. Hansı ki, cavabdeh2 sonradan həmin mənzilə dair məhkəmə qərarına əsasən çıxarış almışdır. Qeyd edilən sərəncam iddiaçılar tərəfindən inzibati qaydada mübahisələndirilmiş və yuxarıda göstərilən qərarlar qəbul edilmişdir.

37. Iddiaçılara əgər qeyd edilən yataqxanada yaşamaq üçün otaq və ya xidməti mənzil ayrılmışdırsa, onlar başqa işə keçirilən zaman ya başqa yaşayış sahəsi verilmədən, ya da başqa yaşayış sahəsi verilməklə müvafiq olaraq yataqxanadan və xidməti yaşayış sahəsindən onsuz da çıxarılmalı idilər. Hansı ki, tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı iddiaçı1 1990cı ildə köçürülmə yolu ilə JEK1-ə işə qəbul edilmiş və JEK1-in rəisi Bakı şəhəri Kirov rayonu xxxx4 Icraiyyə Komitəsi qarşısında iddiaçı1 xidməti mənzil ayrılması barədə 1990-cı ildə vəsatət qaldırmışdır. Iddiaçının etirafına və tədqiq edilmiş sübutlarla da təsdiq olunur ki, 1992-ci ildə iddiaçıya 8-ci mikrorayon ərazisində 2 otaqlı xidməti mənzil verilmişdir. Hansı ki, iddiaçı sonradan həmin mənzili özəlləşdirmiş və daha sonra başqa şəxsə satmışdır. Yəni iddiaçının dəlillərinin əsassızlığı burdan da aydın olur ki, iş yeri dəyişən şəxsə dövlət mənzil fondundan əvvəlki yaşayış sahəsi saxlanılmaqla başqa yaşayış sahəsinin verilməsi mümkün ola bilməzdi.

38. Birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddiaçıların işlədikləri yerin yataqxanasına qeydiyyata düşmələri, sübut olunmasa belə müvəqqəti olaraq qeyd edilən mənzildə yaşamaları, Icraiyyə Komitəsi qarşısında vəsatət qaldırılması ilə bağlı yaşayış barədə arayış almaları orderin verildiyini təsdiq etmir.

39. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır və qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

40. Məhkəmə gəldiyi nəticəni 2009-cu ilədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 35, 44, 45, 48, 49, 100, 103, 104, 106, 107, 108-ci, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.5, 157.2-ci, Azərbaycan Respublikasının MPM-in 14.2, 77.1, 217.1, 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

41. Iddiaçı iddiaçı1 (vəkil vəkil1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qərar çıxarılmasını xahiş etmişdir.

42. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.2, 9.3 və 85.2-ci maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, iddiaçılar Azərbaycan Respublikası Bakı şəhər Icra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti * saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin məhkəmənin ##.##.2024-cü il tarixli sorğusuna cavab olan ##.##.2024-cü il tarixli, 3-52- 13- **/*-***/**** saylı məktubuna görə iddiaçı2 iddia etdiyi ** saylı otaq indiki 305-ci mənzil olmuş olsa da, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Z.Qəmbərov küçəsi, * saylı bina (keçmiş yataqxana) Bakı Şəhər Icra Hakimiyyəti Başcısının ##.##.2008-ci il tarixli, *** saylı Sərəncamına əsasən * saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına qəbul edilərkən şikayətçi (yəni iddiaçılar) orada yaşamırdı. Sözü gedən mənzil isə orada yaşayan cavabdeh2 adına özəlləşdirilmişdir.

43. Iddiaçı iddiaçı2 və iddiaçı1 dövlətə məxsus, yəni AR-sı Bünyad Sərdarov adına “xxxx” MMC-nin sabiq işçiləridir. Iddiaçılardan iddiaçı2 həmin zavodda (1976–2006-cı illərədək) işləmiş və işlədiyi dövrdə maaşından zavodun işçiləri üçün nəzərdə tutulmuş, dövlətə məxsus Kamo küçəsi, yataqxana ev 9-da yerləşən və ## ###### 1979-cu ildən hal-hazırda daimi qeydiyyatda olduğu evə dair tutulmalar aparılmış və o, həmin evin kirayəçisi olmuşdur. Işdə olduğu zaman onun evinə məlum hadisələrlə bağlı məcburi köçkün yerləşdirilmiş və bu səbəbdən o, evinə daxil ola bilməmiş, həmin vaxtdan bu günədək küçədə qalmışdır.

44. Ona həmin yataqxana binasından 1984-cü ildə mənzil verilmişdir. Bu zaman onun qeydiyyatı daimi olmuş, özü isə artıq 2 uşaq atası idi və 3-cü uşağı 1986-cı ildə dünyaya gəlmişdir. Ailə üzvlərinin sayı 5 nəfər olmuş və birlikdə həmin evdə yaşamışlar. Mənzil verilərkən otaq və mənzil sayı ailə tərkibinə uyğun müəyyən edilmişdir. Bu zaman həmin evə dair onun adına order yazılmış və qeydiyyata alınmışdır. Yataqxana təhvil verilərkən bütün sənədlər BŞIH-nin MKTDnin * saylı MKTB-nə təhvil verilmiş və bundan sonra onun orderi də həmin sənədlərlə birlikdə gizlədilmişdir. Tələb etdikdə isə order ona təqdim edilməmişdir. Bu səbəbdən orderini almaq üçün N. Sadıqov Bakı Inzibati Məhkəməsinə müraciət etmişdir, lakin bu günədək order ona verilməmişdir. Işə baxmış hər iki məhkəmənin hakimləri bu məsələdə ciddi nöqsanlara yol vermişdir və bu səbəbdən Ali Məhkəmə işi yenidən araşdırmalıdır. Həmçinin iddiaçı iddiaçı1 həmin zavod tərəfindən 1989-cu ildə mənzil verilmiş, ##.##.1989-cu il tarixdən birbaşa daimi qeydiyyata alınmış və həmin evdə 1993-cü ilə qədər yaşamışdır. Sonradan isə onun evinə də qaçqın yerləşdirilmiş və o da evinə daxil ola bilməmiş, hazırda küçədə qalmışdır. Bu hal yolverilməzdir və məsələ Ali Məhkəmə tərəfindən həll edilməlidir.

45. Ali Məhkəmə bilməlidir ki, həmin zavod 2009-cu ildə təhvil verilməli idi və bu zaman özəl şirkət hələ mövcud olmadığı halda cavabdehə 2003-cü ildə necə order verilə bilər? Bu halda cavabdehin həmin vaxt orada yaşaması barədə sənədlər, order və əmək kitabçası sual yaradır və etibarsız hesab edilərək ləğv edilməlidir. Iddiaçıya verilmiş 206–305-ci mənzillərin həmin zavod tərəfindən 2003-cü ildə, zavod fəaliyyət göstərdiyi halda, 2018-ci ildə həmin evləri zəbt etmiş X7 zavodun adından özəl şirkət tərəfindən order verilməsi tamamilə əsassızdır. Bu halda işə baxan hakimlər bilmədən ciddi səhvlərə yol vermiş və ailəni küçədə qoymuşlar. Ali Məhkəmə bilməlidir ki, zavod 2003-cü ildə fəaliyyət göstərdiyi halda cavabdehin orderindəki imza, möhür və ştamp niyə özəl şirkətə məxsusdur və order niyə əl ilə yazılmayıb? Bu onu göstərir ki, dövlət zavodunun adından cavabdehin orderi sonradan tərtib edilmiş, tarix isə əvvəlki tarix kimi göstərilmişdir. Bununla qanunsuz hərəkətlər edilmiş, hakimlər aldadılmış, məhkəmə sorğularına verilən cavablarda pozuntular olmuşdur. Bu səbəbdən işin gedişi pozulmuş və iş Ali Məhkəmə qaydasında tamamilə ləğv edilərək yenidən baxılmalıdır.

46. Iddiaçılar həmin zavodun sabiq işçiləridir və onlara verilmiş əsaslar zavodun özünə məxsus sənədlərdir. Zavod bu sənədləri verdiyi üçün məlumdur ki, cavabdehə belə bir order verilməmişdir. Cavabdeh Q. Məmmədqulu 2003-cü ildən əvvəl zavodun işçisi olub həmin yataqxanada ən azı 5 il yaşamış olsaydı, ona mənzil zavod tərəfindən verilərdi. 2003-cü ildə zavod fəaliyyət göstərirdi və ona mənzil vermək üçün əlavə əsaslara ehtiyac olmazdı. Orderdə zavodun verdiyi əsaslar qeyd olunardı və order əl ilə yazılardı. Bu isə onu göstərir ki, cavabdehə 2003-cü ildə dövlət yataqxanasından order verilməmiş və həmin orderlər sonradan qondarma şəkildə tərtib edilmişdir. Iddiaçıların həmin evdə yaşamasını təsdiq edən arayışlar mövcuddur və bu arayışlar zavodun yataqxanasının nəzdində fəaliyyət göstərmiş MKIS tərəfindən verilmişdir. Bu halda işə baxmış hakimlər cavabdehin orderinin saxtalığını yoxlamalı, onu ləğv etməli və iddiaçıların dərhal evlərinə qaytarılmasını təmin etməli idilər. Eyni zamanda cavabdehdən 2003cü ildən əvvəlki rəsmi əsaslar tələb edilməli idi. Lakin bu edilməmiş, iş uzadılmış və iddiaçılar küçədə qalmışdır.

47. Ali Məhkəmə bilməlidir ki, 1976–2006-cı illərdə fasiləsiz 30 il həmin zavodda işləmiş və ## ###### 1979-cu ildən etibarən həmin * saylı yataqxana evdə 47 il daimi qeydiyyatda olan iddiaçı iddiaçı2 və ailəsi evlərinə yerləşdirilmiş şəxslərə görə bu günədək küçədə qalmışdır. Bundan əlavə, son 6 il ərzində işə baxmış hakimlər 2018-ci ildə həmin evə daxil olmuş Q. Məmmədqulunu iddiaçıların mənzilində saxlamış, iddiaçıları isə ailə üzvləri ilə birlikdə küçədə qoymuşlar.

48. Apellyasiya insatnsiyasında cavabdehlərin bir qismi iştirak etməmişdir.

49. Məhkəmə orderlə bağlı arxiv sorğuları verməmişdir.

50. Məhkəmə ədalətli məhkəmə araşdırılması hüququnu pozmuş, işi hərtərəfli araşdırmamışdır. Iş materiallarında məhkəmə Rayon Icraiyyə Komitəsinə təqdim olunmaq üçün verilmiş arayışdakı ünvanın hansı mənzil olduğunu araşdırmamışdır (Kirov qəsəbəsi, Kamo küçəsi, yataqxana 9, mənzil 70). Məhkəmə belə hesab etmişdir ki, yataqxana tipli binada mənzillərin nömrələnməsi mərtəbələrə uyğun olaraq (2 ci mərtəbə 201-lə başlayır, 3- cü mərtəbə 301-lə başlayır və s.) təşkil olunursa deməli orda ** saylı mənzildə yoxdur. Aydın məsələdir ki, binalarda nömrələnmə sistemi və qaydası dəyişdirilə bilər, müxtəlif formalarda təşkil oluna bilərdi. Nəzərə alınmalı idi ki, birgə iddiaçı iddiaçı2 daimi qeydiyyatı qeyd olunan ünvanadır. Vətəndaşların qeydiyyatının aparılması qaydalarına əsasən müvafiq əsaslar olmalıdır ki, vətəndaş müəyyən bir ünvana qeydiyyata düşsün. Digər bir vacib məsələ isə qeydiyyat ünvanının yazılış formasıdır. iddiaçı2nən qeydiyyat ünvanından “9-cu otaq” kimi qeyd olunmuşdur. Bu da həmin yataqxanada nömrələmə sisteminin sonradan dəyişdirildiyini təsdiq edir. Fikrimi yekunlaşdırsam, “Kamo küçəsi, Yataqxana 9” ünvanında mənzil nömrələmə sistemi dəyişdirilmişdir. Iddiaçı iddiaçı2 həmin ünvanda qediyyatdadır. Birgə iddiaçılara ailə üzvləri 5 nəfər olduqda “Kamo küçəsi, Yataqxana 9” ünvanında yeni mənzil verilmişdir. Arxivdə * saylı evə dair MKIS-in 1991-ci ildən əvvəlki illərin qeydiyyat jurnalları tələb edilib baxılmalı idi və 1979–1991ci illərə qədər, yəni Komo küçəsinə dair verilmiş orderlərin qeydiyyat jurnalları da tələb edilib baxılmalı idi. Iddiaçılar həmin order əsasında daimi qeydiyyata alınmışlar.

51. Məhkəmə həmçinin mübahisəli hüquq münasibətlərinin aid olduğu dövrdə mövcud olan Mənzil Məcəlləsinin bir sıra tələblərini diqqətdən qaçırmışdır. Baxılan iş üzrə aşağı instansiya məhkəmələri birgə iddiaçıların qeydiyyatının cavabdeh1 adına ***a nömrəli, ##.##.2003-cü il tarixli order verildiyi tarixədək hansı ünvana olmasını müəyyən etməli, yaşayış sahəsinin boş olubolmamasını müəyyən etməli idi.

Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

52. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

53. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

54. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

55. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

# ####### 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

56. Maddə 35. Vətəndaşlar aşağıdakı hallarda uçotdan çıxarılırlar: 1) mənzil şəraiti yaxşılaşdırıldıqda və buna görə uçotda olmaq üçün əsaslar qalmadıqda; 2) daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə; 3) iş yerində uçotda olan vətəndaş, bu Məcəllənin 34-cü maddəsinin 2-ci və 3-cü bəndlərində nəzərdə tutulmuş hallardan başqa, müəssisə, idarə, təşkilat ilə əmək müqaviləsini pozduqda; 4) mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olduğu haqqında vətəndaş həqiqi vəziyyətə uyğun gəlməyən məlumat təqdim etdikdə yaxud uçota götürülmək məsələsinin həllində vəzifəli şəxslər hüquqa zidd hərəkətlər etdikdə; 5) altı aydan artıq müddətə azadlıqdan məhrum olunmağa məhkum edildikdə, məhkum edildikdə. Uçotdan çıxarmanı vətəndaşları uçota götürmək haqqında qərar qəbul etmiş orqanlar həyata keçirirlər. Qəbul olunmuş qərar haqqında vətəndaşa yazılı şəkildə məlumat verilir.

57. Maddə 44. Yerli xalq deputatları Sovetlərinin mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara icraiyyə komitəsi yanında mənzil məsələləri üzrə Sovetlərin deputatlarından, ictimai təşkilatların, əmək kollektivlərinin nümayəndələrindən yaradılan ictimai komissiyanın iştirakı ilə rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xxxx4 icraiyyə komitəsi tərəfindən verilir.

58. Maddə 45. Idarə mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xxxx4 icraiyyə komitəsi tərəfindən təsdiq edilmiş birgə qərarı üzrə, SSRI Nazirlər Sovetinin nəzərdə tutduğu hallarda isə müəssisənin, idarənin, təşkilatın müdiriyyətinin və həmkarlar ittifaqı komitəsinin birgə qərarı üzrə verilir və köçürülmək üçün yaşayış sahəsi verilməsi haqqında sonra müvafiq xxxx4 icraiyyə komitəsinə məlumat verilir.

59. Maddə 48. Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xxxx4 icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Orderin formasını Azərbaycan SSR Nazirlər Soveti müəyyən edir. SSR Ittifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarına uyğun olaraq hərbi şəhərciklərdə yaşayış sahələri orderləri SSR Ittifaqı qanunvericiliyində nəzərdə tutulmuş qaydada verilir.

60. Maddə 49. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacları haqqında vətəndaşların həqiqi vəziyyətə uyğun gəlməyən məlumat təqdim etdikləri, orderdə göstərilmiş yaşayış sahəsi üçün başqa vətəndaşların və ya təşkilatların hüquqlarının pozulduğu, yaşayış sahəsi verilməsi məsələsinin həllində vəzifəli şəxslərin hüquqa uyğun olmayan hərəkətlər etdikləri hallarda, habelə yaşayış sahəsi verilməsi qaydasının və şərtlərinin pozulduğu başqa hallarda yaşayış sahəsi orderi məhkəmə qaydasında etibarsız hesab oluna bilər. Orderi etibarsız hesab etmək haqqında tələb orderin verildiyi kündən etibarən üç il ərzində irəli sürülə bilər.

61. Maddə 100. Xidməti yaşayış sahəsi əmək münasibətlərinin xarakterinə görə iş yerində və ya onun yaxınlığında yaşamalı olan vətəndaşların köçməsi üçündür. Yaşayış sahəsi xidməti yaşayış sahəsi sırasına rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə daxil edilir. Xidməti yaşayış sahəsi kimi, bir qayda olaraq, ayrıca mənzil ayrılır.

62. Maddə 103. Xidməti yaşayış sahəsi verilməsi və ondan istifadə qaydası SSR Ittifaqı qanunvericiliyi, bu Məcəllə və Azərbaycan SSR-in digər qanunvericiliyi ilə müəyyən edilir. Xidməti yaşayış sahəsi verilməsi haqqında qərar ixtiyarında xidməti yaşayış sahəsi olan müəssisənin, idarənin, təşkilatın müdiriyyəti, kolxozun idarə heyəti, digər kooperativ təşkilatlarının, onların birliklərinin idarə orqanları, həmkarlar ittifaqı orqanları və başqa ictimai təşkilatlar, qoşun hissəsinin komandanlığı tərəfindən qəbul edilir. Qəbul edilən qərara müvafiq olaraq xidməti yaşayış sahəsi istifadə üçün rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin orderi üzrə verilir. Xidməti yaşayış sahəsini tutmaq üçün orderin formasını Azərbaycan SSR Nazirlər Soveti müəyyən edir. Xidməti yaşayış sahəsindən istifadə üçün yaşayış sahəsini icarə müqaviləsi haqqında bu Məcəllənin 51-62, 82, 83-cü maddələri ilə müəyyən olunmuş qaydalar tətbiq edilir.

63. Maddə 104. Müəssisə, idarə, təşkilat ilə əmək münasibətlərini kəsmiş fəhlələr və qulluqçular, habelə kolxoz üzvlüyündən xaric edilmiş və ya kolxozdan öz arzusu ilə çıxmış vətəndaşlar onlarla bir yerdə yaşayan bütün şəxslərlə birlikdə digər yaşayış sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarılmalıdırlar.

64. Maddə 106. Fəhlələrin, qulluqçuların, tələbələrin, məktəblilərin, habelə digər vətəndaşların iş və ya təhsil dövründə yaşaması üçün yataqxanalardan istifadə edilə bilər. Yataqxanalar xüsusi tikilmiş və ya həmin məqsədlər üçün yenidən qurulmuş yaşayış evlərində yerləşdirilir. Yataqxanalar orada qalan vətəndaşların yaşaması, məşğul olması və istirahəti üçün lazım olan mebellə, digər ev müxəlləfatı və mədəni-məişət predmetləri ilə komplektləşdirilir. SSR Ittifaqı qanunvericiliyinə uyğun olaraq yataqxanalar haqqında nümunəvi əsasnaməni müvafiq həmkarlar ittifaqı və komsomol orqanları ilə razılaşdırmaqla Azərbaycan SSR Nazirlər Soveti, SSRI nazirlikləri, dövlət komitələri və baş idarələri təsdiq edirlər.

65. Maddə 107. Yataqxanalarda mənzil sahəsi verilməsi və ondan istifadə qaydası SSR Ittifaqı qanunvericiliyi, bu Mədəllə və Azərbaycan SSR-in digər qanunvericiliyi ilə müəyyən edilir. Yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara, tələbələrə, məktəblilərə və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qərarı ilə verilir. Ətrafdakıları vərəmlə yoluxdurmaq təhlükəsi olan xəstələri yataqxanalarda yerləşdirmək qadağandır. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada mənzil sahəsini tutmaq üçün müdiriyyət tərəfindən. order verilir. Yataqxanada mənzil sahəsi tutmaq üçün order formasını Azərbaycan SSR Nazirlər Soveti müəyyən edir. Müddətli hərbi xidmətə. çağırılmaqla əlaqədar yataqxanadan getmiş şəxslər hərbi xidmətini başa vurduqdan sonra həmin müəssisəyə, idarəyə, təşkilata və ya məktəbə qayıtdıqda, yataqxanada onlara yenə də mənzil sahəsi verilməlidir.

66. Maddə 108. Işi dayandırmış mövsümi, müvəqqəti işçilər və müddətli əmək müqaviləsi əsasında işləmiş şəxslər, habelə məktəblərdə oxumuş və oradan getmiş şəxslər iş və ya təhsil ilə əlaqədar yer aldıqları yataqxanadan digər yaşayış sahəsi verilmədən çıxarılmalıdırlar. Müəssisələrin, idarələrin, təşkilatların işlə əlaqədar olaraq yataqxanada yer almış başqa işçiləri üzürlü səbəblər olmadan öz arzusu ilə, əmək intizamını pozduğuna və ya cinayət etdiyinə görə işdən çıxarıldıqda digər yaşayış sahəsi verilmədən çıxarıla bilərlər. Başqa əsaslara görə işi dayandırmış şəxslər, habelə bu Məcəllənin 105-ci maddəsində göstərilən şəxslər yalnız digər yaşayış sahəsi verilməklə çıxarıla bilərlər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

67. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

68. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

69. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

70. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

71. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

72. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

73. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

74. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

75. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

76. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

77. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

78. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

Kassasiya baxışının hədləri

79. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

80. Hazırki kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

81. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

82. Məhkəmə kollegiyası kassasiya şikayətinin işin fakitiki hallarının araşdırılmaması barədə olan dəlilləri ilə əlaqədar qeyd edir ki, işin faktiki hallarının və sübutların qiymətləndirilməsi ilə bağlı məsələ işə mahiyyəti üzrə baxan birinci və apelyasiya instansiyaları məhkəmələrinin səlahiyyətinə aiddir. Kassasiya instansiyası məhkəməsi isə işin faktiki hallarının, habelə sübutların düzgün və səhv qiymətləndirilməsini deyil, sübutların prosessual qanunvericiliyə uyğun qaydada təqdim edilməsi və toplanması, onların tədqiq edilməsi, təqdim edilmiş sübutlara qiymət verilib-verilməməsi və s. bununla bağlı prosessual qaydalara riayət edilib-edilməməsini yoxlayır.

83. Həmçinin nəzərə alınmalıdır ki, MPM-in 407.2 və 416.1-ci maddələrinin birgə təfsirinə görə kassasiya şikayətində işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı dəlillərə istinad edilə, kassasiya instansiyası məhkəməsi isə belə dəlilləri yoxlaya bilməz.

84. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il ## ###### tarixli Qərarında da qeyd edilmişdir ki, ...kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apelyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyi xatırlanmalıdır ki, kassasiya məhkəməsi apelyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.Ibrahimovun şikayəti üzrə 2004-cü il ## ##### tarixli Qərarı).

85. Məhkəmə kollegiyası kassasiya şikayətinin apellyasiya insatnsiyasında cavabdehlərin bir qisminin iştirak etmədiyi barədə dəlili ilə əlaqədar qeyd edir ki, iş materialları ilə təsdiq edilir ki, apellyasiya məhkəməsi tərəfindən işdə iştirak edən şəxslər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış, ## ###### 2026-cı il tarixli məhkəmə iclasına iddiaçı iddiaçı1 nümayəndəsi gəlmiş, digər işdə iştirak edən şəxslər gəlməmiş, məhkəmə digər tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinin birinci cümləsində qeyd edilmişdir ki, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası onu da qeyd edir ki, məhkəmə iclasında iştirak edib-etməmək tərəflərin, o cümlədən cavabdehlərin hüququdur.

86. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi işdəki sübutları araşdırmış, onlara, eləcə də kassasiya şikayətinin dəlillərində göstərilən hüquqi məsələlərə mülki prosessual hüquq normalarına əsasən hüquqi qiymət verməklə yuxarıdakı qənaətə gəlmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

87. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

88. Yuxarıda qeyd edilənlərə görə də iddiaçı iddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

89. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası

qərara aldı:

Iddiaçı iddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar