Məhkəmə qərarları › İş №2(1-8)-1226/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1226/2026

01.07.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1226/2026 01.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı İddiaçı İsmayıl qızının cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: maddi və mənəvi zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, # ###### 2026-cı il tarixli qətnaməsindən cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə # #### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “Dövlət müəssisələrinə tibbi xidmətə göndəriş vərəqəsin”dən görünür ki, Sumqayıt şəhəri * saylı xəstəxanası tərəfindən İddiaçı İsmayıl qızına “sinusun digər polipləri” diaqnozu qoyulmuşdur.

2. Sumqayıt Tibb Mərkəzi PHŞ-nin * nömrəli xəstəxanası tərəfindən aparılmış paranazal sinus KT müayinəsinin nəticəsinin surətindən görünür ki, İddiaçı İsmayıl qızında hər iki burun boşluğunu dolduran, hər iki maksillar, frontal, sfenoidal sinusları və etmoidal hücrələri əhatə edən polipoid toxuma mövcud olmuşdur. Maksillar və sfenoidal sinusların divarlarının qalınlaşdığı, bilateral olaraq osteomeatal komplekslərin və lateral reseslərin açıq olduğu müəyyən edilmişdir. Burun çəpərində sağa deviasiya izlənilmişdir. Bilateral olaraq konxaların təbii olduğu qeyd edilmişdir. Ətraf sümüklərdə KT müayinəsinə əsasən destruktiv və litik proses aşkar edilməmişdir. Hər iki tərəfdə mastoid hücrələrin pnevmatizasiyasının adi olduğu müəyyən edilmişdir.

3. “Liman Klinikası”nın tibbi sənədlərindən, o cümlədən TQS №*** saylı xəstəlik tarixindən görünür ki, ##.##.1970-ci il təvəllüdlü İddiaçı İsmayıl qızı ##.##.2024-cü il tarixdə burun tənəffüsünün çətin olması, ağızla nəfəs alma və bronxial astma şikayətləri ilə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciət etmişdir. Həmin tibb müəssisəsində ona “burun boşluğu polipi, polipoz sinus degenerasiyası, maksillar, frontal, etmoidal və sfenoidal polipoz, sol tərəfli daxili çəpgözlük” diaqnozu qoyulmuşdur. ##.##.2024-cü il tarixdə həmin MMC-nin həkimi cavabdeh1 tərəfindən ümumi intubasion anesteziya altında “ESC, ikitərəfli intranazal, endoskopik antrumotomiya”, “ESC, ikitərəfli intranazal, endoskopik frontal sinusostomiya”, “ESC, ikitərəfli intranazal, endoskopik etmoidotomiya” və “ESC, ikitərəfli intranazal, endoskopik sfenoidotomiya” cərrahi əməliyyatları icra edilmişdir.

4. İddiaçı İsmayıl qızının ##.##.2024-cü il tarixli “Liman Klinikasında cərrahi müdaxiləyə razılıq” ərizəsindən görünür ki, o, cərrahi əməliyyatın həcmi və mümkün riskləri barədə məlumatlandırılmış və həmin risklərlə bağlı razılıq vermişdir.

5. Sumqayıt şəhər prokurorluğunun böyük müstəntiqi, R X4 tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ##.##.2024-cü il tarixli qərardan görünür ki, komisyon məhkəmə-tibb ekspertizasının ##.##.2024-cü il tarixli, ***/KEŞ saylı rəyinə əsasən, “Liman Klinika”sında İddiaçı İsmayıl qızının adına tərtib edilmiş tibbi sənədlərə görə ona “polipoz sinus degenerasiyası, etmoid, alın və əsas ciblərin polipozu” diaqnozu aparılmış müvafiq müayinələrə əsasən düzgün təyin edilmişdir. Həmin diaqnoza uyğun olaraq onun üzərində “ESC, ikitərəfli intranazal, endoskopik antrumotomiya”, “ESC, ikitərəfli intranazal, endoskopik frontal sinusostomiya”, “ESC, ikitərəfli intranazal, endoskopik etmoidotomiya” və “ESC, ikitərəfli intranazal, endoskopik sfenoidotomiya” cərrahi əməliyyatlarının aparılmasına tibbi göstəriş olmuşdur.

6. Ekspert rəyinə əsasən, əməliyyat zamanı etmoidal cibin lateral, göz yuvasının medial divarında destruksiya, yəni sol xəlbir sümüyünün kağız səhifəsinin mexaniki zədələnməsi səbəbindən göz alması daxilə doğru yerini dəyişmişdir. Bu hal əməliyyatın qüsurlu icrası ilə əlaqədar olmuşdur. Bununla əlaqədar olaraq səhiyyə sistemində qüvvədə olan AR Səhiyyə Nazirliyinin ##.##.2012-ci il tarixli, ** saylı əmri ilə təsdiq edilmiş “Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatı”nın “Həkimotorinolarinqoloqun nümunəvi vəzifə təlimatı”nın 24.1-ci bəndinin, yəni “ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata keçirilməməsinə” dair tələblərinin pozulduğu müəyyən edilmişdir. Qeyd olunan pozuntuya görə məsul şəxs cərrahi əməliyyatı qüsurlu icra etmiş həkim-otorinolarinqoloq, yəni LOR həkimi olmuşdur. Tibbi manipulyasiyalarda sağlamlığa zərərvurmanın dərəcəsinin təyininin nəzərə alınmadığı qeyd edilmişdir.

7. Azərbaycan Tibb Universitetinin X5 tərəfindən verilmiş məlumatın surətindən görünür ki, 1970-ci il təvəllüdlü İddiaçı İsmayıl qızı ##.##.2024-cü il tarixdə ATU X5 üz-çənə cərrahiyyəsi şöbəsində “sol orbitanın aşağı və içəri divarının titan torlu lövhə ilə rekonstruksiyası” əməliyyatına məruz qalmışdır. Xəstə tərəfindən əməliyyatönü müayinələrə görə 74 manat, xəstəxanada stasionar müalicə xidmətlərinə görə 350 manat ödənilmişdir. Orbitaya yerləşdirilən orbital implantat setinin sifarişi üçün xəstə tərəfindən 2650 manat ödəniş edilmişdir.

8. Azərbaycan Tibb Universitetinin X5 tərəfindən verilmiş ##.##.2024-cü il tarixli “Kompüter tomoqrafiya müayinə protokolu”ndan görünür ki, ##.##.1970-ci il təvəllüdlü İddiaçı İsmayıl qızının paranazal sinuslar və burun cibləri üzrə KT müayinəsi aparılmışdır. Müayinənin nəticəsinə əsasən sol orbitanın medial divarında, solda anterior etmoid hücrələrə açılan 4 mm ölçüdə sümük defekti, solda medial rektus əzələsinin defektə doğru çəkilməsi və buna bağlı olaraq sol orbitanın mediala doğru yerdəyişməsi müəyyən edilmişdir. Bundan başqa, sağ maksillar sinusun medial divarında burun boşluğunun sağ yarısına açılan 17 mm ölçüdə, sol maksillar sinusun medial divarında isə burun boşluğunun sol yarısına açılan 19 mm ölçüdə sümük defekti aşkar edilmişdir. Hər iki maksillar sinusda, sfenoid sinusun hər iki yarısında və hər iki tərəfdə etmoid hücrələrdə daxilində sərbəst hava qabarcıqlarının izlənildiyi maye yığıntısı müəyyən edilmişdir. Hər iki frontal sinusu dolduran qatı maye yığıntısı, burun çəpərində minimal S-varı deviasiya, hər iki orta və alt konxanın postoperasion rezeksiyası qeyd edilmişdir.

6. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MəhkəməTibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” X1 ##.##.2025-ci il tarixli rəyindən görünür ki, 1970-ci il təvəllüdlü İddiaçı İsmayıl qızının adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara, özünün məhkəmə-tibbi və mütəxəssis müayinəsinə əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komissiyası aşağıdakı nəticəyə gəlir: Nuridə Zülfiqarovanın mütəxəssis müayinəsi zamanı hazırda onun “Sümük defektinin bərpası və sıxılan medial rectum əzələsinin azad olunması” cərrahiyyə əməliyyatına ehtiyacı olduğu müəyyən edilmişdir. Cərrahiyyə əməliyyatına sərf olunacaq vəsaitin miqdarının təyini məhkəmə-tibbi ekspert komissiyasının səlahiyyətlərinə aid deyil. Qeyd olunan cərrahiyyə əməliyyatının Azərbaycan Respublikasında fəaliyyət göstərən tibb müəssisələrində icrasının mümkün olub-olmamasının təyini məhkəmə-tibbi ekspert komissiyasının səlahiyyətlərinə aid deyil.

İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı İddiaçı İsmayıl qızı (bundan sonra- iddiaçı) cavabdehlər “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə və cavabdeh1 (bundan sonra- cavabdehlər) qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10.000 manat maddi zərərin, 40.000 manat mənəvi zərərin, 240 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi işin faktiki hallarına istinad edilərək əlavə olaraq onun əsaslandırılmışdır ki, ##.##.2024-cü il tarixdə “Liman Klinikası”nın həkimi cavabdeh1 tərəfindən iddiaçı üzərində ikitərəfli intranazal endoskopik antrumotomiya, endoskopik etmoidotomiya və endoskopik sfenoidotomiya əməliyyatı aparılmışdır. İddiaçı narkozdan ayıldıqdan sonra sol gözünün görmə qabiliyyətində problem yaranmış, gözləri və üzü olduqca şişmiş, şiddətli ağrılar səbəbindən gözünü hərəkət etdirə bilməmişdir. cavabdeh1 bunun səbəbi soruşulduqda, sonuncu gözdə “yüngülvari çəplik” olduğunu bildirmişdir. İddiaçı və onun yaxınları həkimə gözdə yaranan çəpliyin yüngül olmayıb dərin olduğunu, sol gözün burun tərəfə sürüşdüyünü bildirdikdə, cavabdeh1 onlara dərman yazacağını, əməliyyatla əlaqədar üz və göz nahiyəsində şişkinlik yarandığını, şişlər çəkildikdən sonra gözün də düzələcəyini və yazdığı dərmanın 1 ay müddətində istifadə edilməli olduğunu bildirmişdir. Bundan sonra iddiaçı ##.##.2024-cü il və ##.##.2024-cü il tarixlərində cavabdeh cavabdeh1 yanına həkim müayinəsinə getmişdir. Sonuncu hər şeyin yaxşı olacağını bildirmiş və iddiaçıya əlavə dərmanlar yazmışdır. Şişlər çəkildikdən sonra iddiaçı gözündə yaranmış çəpliyin düzəlmədiyini görmüş və ##.##.2024-cü il tarixdə sonuncu dəfə cavabdeh1 yanına həkim müayinəsinə getmişdir. Burada iddiaçı etiraz etdikdə, cavabdeh1 çəpliyin düzəlməsinin 4 ay çəkəcəyini bildirmişdir. Bundan sonra iddiaçı digər həkimlərə müraciət etmiş, KT müayinəsindən keçmiş və məlum olmuşdur ki, əməliyyat zamanı göz yuvasının divarı zədələnmişdir və yaranmış çəplik yalnız əməliyyat yolu ilə aradan qaldırıla bilər. İddiaçı İsmayıl qızı cavabdeh1 qanunsuz əməlləri ilə bağlı Sumqayıt şəhər prokurorluğuna müraciət etmişdir. Bununla bağlı komisyon məhkəmə-tibb ekspertizası təyin edilmişdir. Komisyon məhkəmə-tibb ekspertizasının ##.##.2024-cü il tarixli rəyi ilə müəyyən edilmişdir ki, əməliyyat zamanı etmoidal cibin lateral, göz yuvasının medial divarında destruksiya, yəni sol xəlbir sümüyünün kağız səhifəsinin mexaniki zədələnməsi səbəbindən göz alması daxilə doğru yerini dəyişmişdir və bu hal əməliyyatın qüsurlu icrası ilə əlaqədar olmuşdur. Bununla əlaqədar səhiyyə sistemində qüvvədə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ##.##.2012-ci il tarixli, ** saylı əmri ilə təsdiq edilmiş “Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatı”nın 24.1-ci bəndinin, yəni ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata keçirilməməsinə dair tələblərinin pozulduğu müəyyən edilmişdir. Buna məsul şəxs cərrahiyyə əməliyyatını qüsurlu icra edən həkim-otorinolarinqoloq, yəni LOR həkimi olmuşdur. Həkim səhvinin nəticələrinin aradan qaldırılması məqsədilə İddiaçı İsmayıl qızı ##.##.2024-cü il tarixdə Azərbaycan Tibb Universitetinin X5 üz-çənə cərrahiyyəsi şöbəsində “Sol orbitanın aşağı və içəri divarının titan torlu lövhə ilə rekonstruksiyası” əməliyyatına məruz qalmışdır. İddiaçı tərəfindən əməliyyatönü müayinələrə görə 74 manat, xəstəxanada stasionar müalicə xidmətlərinə görə 350 manat ödənilmişdir. Orbitaya yerləşdirilən orbital implant setinin sifarişi üçün 2650 manat ödəniş edilmişdir. Dərmanlar və müayinələr üçün müxtəlif vaxtlarda 74 manat, 53 manat, 34 manat və 60 manat məbləğində ödənişlər edilmişdir. Həmçinin gələcəkdə yenidən əməliyyatların aparılması üçün ən azı 4000 manat məbləğində vəsaitə ehtiyac olduğu bildirilmişdir. Ümumilikdə, iddiaçıya həkim səhvi nəticəsində 10.000 manatdan çox maddi ziyan dəymişdir. Göstərilənlərə əsasən, 10.000 manat maddi zərərin, 40.000 manat mənəvi zərərin və 240 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

9. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilərək, 40.000 manat maddi zərərin, 10.000 manat mənəvi zərərin, 240 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçı İddiaçı İsmayıl qızına ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

10. Cavabdeh cavabdeh1 iddia tələblərinə etiraz təqdim edərək onunla əsaslandırmışdır ki, İddiaçı İsmayıl qızı ##.##.2024-cü il tarixdə “Liman” klinikasına müraciət etmişdir. Bundan öncə ##.##.2024-cü il tarixdə Sumqayıt şəhər * saylı xəstəxanada burunətrafı ciblərin kompüter tomoqrafiyası müayinəsindən keçmişdir. Müayinədə bütün burun boşluğunu və burunətrafı cibləri dolduran və burun tənəffüsünü tam pozan poliplər aşkar olunmuşdur. Bu müayinənin nəticəsi İlə İddiaçı İsmayıl qızı bir neçə həkimə müraciət etmiş və xəstəliyin ağırlıq dərəcəsini nəzərə alaraq digər həkimlər öhdəlik götürməmişdirlər. İddiaçı “Liman” klinikasına müraciət etmişdir və cavabdeh ona İTS-dan göndərişlə gəlməsini tövsiyə etmişdir. ##.##.2024-cü il tarixdə İddiaçı İsmayıl qızı klinikaya gəlmiş və ona deyildiyi kimi burunətrafı ciblərin kompüter tomoqrafiyasi müayinəsinin diskini də gətirmişdir. Qeyd etmək istəyir ki, İddiaçı İsmayıl qızı allerqoloji xəstədir ve xroniki bronxial astma xəstəsi olduğundan uzun illərdir fasiləsiz yüksək dozada qlükokortikpsteroidler qəbul edir. Kompüter tomoqrafiya diskinin incələnməsi zamanı radioloqun rəydə qeyd etdiyindən əlavə olaraq, rəydə öz əksini tapmayan ve xəstənin uzun müddət aldığı qlükokortikosteroid müalicəsi nəticəsi olaraq bütün sümüklərdə əhəmiyyətli dərəcəli incəlmə ve sol xəlbir sümüyünün kağız səhfəsinin kiçik deffekti və polipin bu deffektə birləşməsi aşkar olunmuşdur. Bu barədə İddiaçı İsmayıl qızına məlumat vermiş, eyni zamanda icra olunacaq əməliyyatın sümüklərdə nazilmə olması səbəbindən gözyuvası daxili və qanaxma kimi ağırlaşmaların olma riski barədə məlumat vermişdir. Xəstə bu barədə şifahi və yazılı razılıq vermişdir. ##.##.2024-cü it tarixdə “FESC-ikiterefli intranazal antrumotomiya, ikitərəfli sfenoidotomiya, ikitərəfli etmoidotomiya" cərrahı əməliyyatı icra olunmuş və əməliyyatın gedişində bütün burun boşluğu və burunətrafı ciblər polipoz toxumalardan tam təmizlənmiş, burun tənəffüsü tam bərpa olunmuşdur. Əməliyyatın gedişində polipoz toxuma sol xəlbir sümüyünün kağız səhfəsinə çox sıx birləşdiyindən xəstəliyin gözlənilən əməliyyat daxili orbital ağırlaşması yumşaq toxumanın poliplə birlikdə burun boşluğuna doğru yerdəyişməsi və nəticə kimi zəif daxili çəplik əmələ gəlmişdir. Bu xüsusat görməni pozmur. Əməliyyatdan sonrakı dövrdə xəstəyə təyinat verilmişdir və xəstənin dediyinə görə mədəsi ağrıdığından dərmanları qabul etməmişdir. Sumqayıt şəhər Prokurorluğu tərəfindən şikayət materialları məhkəmə tibbi ekspertizaya göndərilərkən ekspert qarşısında qoyulan sualın hər birində “gözün zədələnməsi, görmə qabiliyyətinin zəifləməsi” şikayətlərinin əməliyyatla bağlılığı vurğulanmışdır ki, bu da şikayətçinin doğru olmayan ifadəsinin nəticəsidir. Məhkəmə-Tibbi Ekspertiza zamanı xəstə ilə yanaşı ancaq kompüter tomoqrafiyaların rəylərinə baxılmış və yaranmış çəpliyin xəstəliyin ağırlıq dərəcəsinə müvafiq gözlənilən tibbi risk kimi deyil, icra olunmuş cərrahı əməliyyatın qüsurlu icrası kimi qiymətləndirilmişdir. O, uzun illərdir ki, həkim kimi fəaliyyət göstərir. Bu cür hal ilk dəfədir baş vermişdir. Bununla əlaqədar olaraq “xxxx” X1 və Sumqayıt şəhər Prokurorluğuna müraciət etmişdir. “xxxx” X1 cavab məktubunda bildirilmişdir ki, rəylə razı olmadıqları halda təkrar ekspertizanın keçirilməsi barədə müraciət edilməsi bildirilmişdir. Ekspertiza keçirilən vaxt tərəfindən suallar verilməsinə icazə verilməmişdir. Ekspert rəyi natamam olmuş, düzgün araşdırılma aparılmamışdır. Sumqayıt şəhər Prokurorluğu tərəfindən şikayət materialları Məhkəmə-tibbi ekspertizaya göndərilərkən ekspert qarşısında qoyulan sualın hər birində “gözün zədələnməsi, görmə qabiliyyətinin zəifləməsi” şikayətlərinin əməliyyatla bağlılığı vurğulanmışdır ki, bu da şikayətçinin doğru olmayan ifadəsinin nəticəsidir. Məhkəmə-tibbi ekspertiza zamanı xəstə ilə yanaşı ancaq kompüter tomoqrafiyaların rəylərinə baxılmış və yaranmış çəpliyin xəstəliyin ağırlıq dərəcəsinə müvafiq gözlənilən tibbi risk kimi deyil, icra olunmuş cərrahi əməliyyatın qüsurlu icrası kimi qiymətləndirilmişdir.

11. Məhkəmə sorğusuna cavab olaraq “İstanbul NS” Klinikasının cavab məktubunda qeyd edilmişdir ki, İddiaçı İsmayıl qızı Klinikaya müraciət etməmiş və bu səbəbdən də sözügedən şəxsə “sümük defektinin bərpası və sıxılan medial rectum əzələsinin azad olunması” cərrahi əməliyyatı klinikada aparılmadığından onun dəyərinin və məsrəflərinin xərci barədə məlumat verilməsi imkan xaricindədir.

12. Göz xəstəlikləri üzrə mütəxəssis prof. Dr. Şafak Karslıoğlu tərəfindən ##.##.2025-ci il tarixdə İddiaçı İsmayıl qızının müayinəsi nəticəsinə əsasən Nuridə Zülfiqarova keçirdiyi əməliyyatdan sonra sol gözündə ciddi anoftalmiya və hərəkətin demək olar ki, tamamilə məhdudlaşdırılması inkişaf edən xəstənin müayinəsində və görüntüləmələrin təhlilində sol göz almasının orbitanın daxili alt divarı ilə birləşdiyi yerdə tam şəkildə yapışdığı müşahidə olunmuşdur. Xəstəyə orbitotomiya + sınığın bərpası + yapışmaların aradan qaldırılması üçün öz piy toxumasının köçürülməsi planlaşdırılır. Təxmini xərc 15.000 ABŞ dolları civarında olacaqdır.

13. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** saylı qətnaməsi ilə (hakim Şəbnəm Həxiyeva) iddia qismən təmin edilərək, cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətdən 28.574 manat maddi və 3.000 manat mənəvi zərərin, habelə 184,72 manat dövlət rüsumunun əvəzinin alınaraq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə və cavabdeh cavabdeh1 münasibətdə təmin edilməməsi qət edilmişdir.

14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “Liman Klinika”sında keçirilən əməliyyatın qüsurlu icra edilməsi nəticəsində iddiaçının (baxmayaraq ki, ATU X5 üz-çənə cərrahiyyəsi şöbəsində “Sol orbitanın aşağı və içəri divarının titan torlu lövhə ilə rekonstruksiyası” əməliyyatı olunub) təkrar cərrahi əməliyyata ehtiyacı olduğu müəyyən edilmişdir. Həmçinin, göz xəstəlikləri üzrə mütəxəssis prof. Dr.Şafak Karslıoğlu tərəfindən ##.##.2025-ci il tarixdə İddiaçı İsmayıl qızının müayinəsi nəticəsinə əsasən xəstəyə orbitotomiya+sınığın bərpası + yapışmaların aradan qaldırılması üçün öz piy toxumasının köçürülməsi əməliyyatının təxmini xərcinin 15.000 ABŞ dolları civarında olması müəyyən edilmişdir.

15. İddia tələbinin mənəvi ziyanın ödənilməsi hissəsi ilə bağlı birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, iddiaçının xeyrinə 3000 (üç min) manat məbləğində mənəvi zərərin əvəzinin tutulması ağlabatan və eyni zamanda ədalətlidir.

16. Həmçinin cavabdeh cavabdeh1 həkim-otorinolorinqoloq kimi Mülki Məcəllənin 1099.2ci maddəsinin tələbləri baxımından digər cavabdeh olan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin işçisidir. Burada cavabdeh cavabdeh1 əmək müqaviləsi, yaxud mülki hüquqi müqavilə əsasında hansısa şəxsin işçisi olmasının da iddianın əsaslılığına hər hansı bir təsiri yoxdur, yetər ki, o müvafiq hüquqi, yaxud fiziki şəxsin tapşırığı ilə və onun nəzarəti altında işlərin təhlükəsiz aparılması üzrə fəaliyyət göstərmiş olsun. Ona görə də həkim cavabdeh1 məhz Mülki Məcəllənin 1099.1-ci maddəsinin məcburi tələblərinə əsasən hazırkı iddiaya cavab verməli olan şəxs deyil və bu iddia üzrə törətdiyi mülki hüquq pozuntusu üçün məsuliyyət daşımır və etmiş olduğu əməliyyat nəticəsində iddiaçıya vurulan zərərin əvəzini işçisi olduğu “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ödəməlidir. Əlbəttə ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti də Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən həkim cavabdeh1 vurduğu zərəri ödəmiş şəxs kimi sonuncuya qarşı əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququna malikdir.

17. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini AR Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1, 1099.1, 1099.2, 1112, 1113.1, 1113.2, 1114.1-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair”Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ### 2002-ci il tarixli qərarına və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2008-ci il tarixli, ** saylı qərarının tələblərinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. Cavabdeh “xxxx” Məhdud MMC apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin qismən- iddianın təmin edilən hissəsində ləğv edilməsi, hazırkı iddia tələbinin tamamilə təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən iddiaçının xeyrinə 3000 (üç min) manat məbləğində mənəvi zərərin əvəzinin tutulması ağlabatan və eyni zamanda ədalətli olduğunu hesab edir. Qeyd edir ki, milli qanunvericilikdə mənəvi zərərin məbləğinin hesablanması üçün konkret, riyazi formula və ya tarif cədvəli mövcud deyil, bu sahədə məhkəmə bu qiymətləndirməni yalnız faktlara əsaslanan, məntiqli və yoxlanıla bilən əsaslandırma ilə həyata keçirilə bilər. Belə olan halda, məhkəmə hansı meyarları tətbiq edərək, hansı sübutları üstün tutaraq və hansı ölçülər əsasında məhz bu məbləğə gəldiyini aydın göstərməlidir: zərərin xarakteri və ağırlığı, təsirin müddəti və intensivliyi, şəxsin psixoloji durumuna, sosial həyatına və gündəlik fəaliyyətinə real təsiri, müalicə zərurəti və s. Halbuki, qərarda bu meyarların heç biri konkretləşdirilməmiş, seçilmiş məbləğin faktiki hallarla əlaqəsi qurulmamış, “nəyə görə məhz bu rəqəm?” sualına hüquqi cavab verilməmişdir. İddianın həcmi ilə bağlı qeyd edilməlidir ki, dəymiş zərərin məbləğinin dəqiq müəyyənləşdirilməsi baxımından məhkəmə hər hansı hüquqi nəticə doğura biləcək addım atmamışdır. Belə ki, məhkəmənin ##.##.2025-ci il tarixli qərardadı ilə təyin edilmiş məhkəmə-tibbi ekspertizasının qarşısında cərrahiyyə əməliyyatına sərf olunacaq vəsaitin məbləğini və qeyd olunan əməliyyatın Azərbaycan Respublikasında fəaliyyət göstərən tibb müəssisələrində həyata keçirilməsinin mümkün olub-olmadığını müəyyən etmək məsələsi qoyulsa da, ekspertlər bu sualların onların səlahiyyətlərinə aid olmadığını bildirmişlər. Bu hal onu göstərir ki, məhkəmə ekspertiza təyin edərkən düzgün növü müəyyənləşdirməmişdir. Bundan sonra isə cavabsız qalan mühüm sualları aydınlaşdırmaq məqsədilə zəruri olan digər ekspertiza növü təyin olunmamış və ekspertizanın təyin edilməsinə dair təqdim edilmiş əsaslandırılmış vəsatət əsassız şəkildə rədd edilmişdir. Məhkəmə iddianın təmin olunmasını aşağıdakı arqumentə əsaslandırmışdır: “Göz xəstəlikləri üzrə mütəxəssis Prof. Dr. Şəfaq Karslıoğlunun ##.##.2025-ci il tarixli rəyi əsasında İddiaçı İsmayıl qızının müayinəsi nəticəsində orbitotomiya, sınığın bərpası, yapışmaların aradan qaldırılması və piy toxumasının köçürülməsi əməliyyatlarının ümumi dəyərinin təxminən 15.000 (on beş min) ABŞ dolları olduğu müəyyən edilmişdir.” Bu rəylə bağlı bildirmişdir ki, burada qeyd edilən məbləğ dəqiq rəqəm deyil, sadəcə təxmini dəyər olaraq göstərilmişdir. Məhkəmənin təxmini qiymətə əsaslanaraq ziyanın həcmini müəyyən etməsi hüquq və ədalət prinsiplərinə ziddir. Belə ki, bu qiymət real məbləğdən xeyli az və ya çox ola bilər. Burada qeyri-müəyyənlik vardır. Məhkəmənin məqsədi həqiqətə varmaqdır, təxmini ehtimallarla razılaşmaq deyil. Digər tərəfdən, bu məbləğ yalnız bir həkimin subyektiv qiymətləndirməsinə əsaslanır. Mümkündür ki, həmin həkim yüksək reputasiyalı və əməliyyatları yüksək qiymətə həyata keçirən bir mütəxəssisdir, halbuki digər ixtisaslaşmış həkimlər eyni əməliyyatı daha aşağı məbləğə yerinə yetirə bilərlər. Həmçinin, göstərilən qiymət əməliyyatın Türkiyə Respublikasında həyata keçirilməsi şərti ilə müəyyən olunmuş məbləğdir. Halbuki Azərbaycan Respublikasında bu əməliyyatın həyata keçirilməsi zamanı tələb olunacaq xərc əhəmiyyətli dərəcədə aşağı ola bilər. İddia üzrə ziyanın məbləğinin müəyyənləşdirilməsi sahəsində məhkəmənin nümayiş etdirdiyi hərəkətsizlik ədalət mühakiməsinin təməl prinsiplərini kobud surətdə pozur. Azərbaycan Respublikasında fəaliyyət göstərən yerli tibb müəssisələrində konkret hansı məbləğə başa gələcəyinin rəsmi sorğular, ixtisaslaşmış (münasib növdə) ekspert rəyləri və müqayisəli təhlillər əsasında araşdırılması ümumiyyətlə həyata keçirilməmişdir. Nəticə etibarilə, zərərin həcmi kağız üzərində, yerli reallıqdan qopuq, xarici göstəricilərə söykənən fərziyyələrlə formalaşdırılmış, halbuki məbləğ məhz Azərbaycan reallıqları, yerli tibbi xidmətlərin faktiki tarifləri, aidiyyəti klinikalardan toplanmış hesabfakturalar və lokal şərtləri nəzərə alan müvafiq ekspertizanın qiymətləndirməsi əsasında, dəqiqliklə və şübhəyə yer qoymadan hesablanmalı idi. Bu ciddi prosessual boşluqlar ədalətli araşdırmanı formal prosedura çevirmiş, nəticədə iddianın həcminin obyektiv və real şəkildə təsbiti mümkünsüzləşdirilmiş və ədalətli qərarın qəbuluna əngəl törədilmişdir. Bu isə açıq şəkildə göstərir ki, məhkəmə prosesi birtərəfli şəkildə, zərərin həqiqi miqyasının müəyyən olunmasına deyil, işi formallıq xatirinə yekunlaşdırmağa yönəlmişdir. Məhkəmənin ziyanın məbləğini xarici ölkə göstəricilərinə söykənən subyektiv rəy əsasında təxminən formalaşdırması, Azərbaycan reallığını əks etdirən hüquqi-normativ çərçivəni tamamilə gözardı etməsidir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli, * nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi” açıq şəkildə göstərir ki, 2.6.239 sıra ilə, xəstəlik kodu 16.02 olan “orbital implantın taxılması ilə birlikdə orbitotomiya” əməliyyatının xərci 1000 (min) AZN məbləğində müəyyən edilmişdir və bu xidmət icbari tibbi sığorta çərçivəsində yerli tibb müəssisələrində həyata keçirilir. Deməli, əməliyyatın həm yerli şəraitdə icrası mümkündür, həm də onun dəyəri üçün dövlət tərəfindən normativ istinad mənbəyi mövcuddur. Belə olan halda məhkəmə lokal bazar və normativ tariflər üzrə obyektiv qiymət təyini üçün müvafiq (məhkəmə–tibbi deyil, tibbi-iqtisadi/profilinə uyğun) ekspertiza təyin etməyi, aidiyyəti klinikalara rəsmi sorğular göndərməyi və “Xidmətlər Zərfi”nin müvafiq bəndini qiymətləndirmə meyarı kimi tətbiq etməyi həyata keçirməli idi. Bu hərəkətsizlik nəticəsində zərərin həcmi real Azərbaycan bazar göstəricilərindən qoparılmış, normativ müəyyən edilmiş 1000 AZN-lik tarifdən xəbərsiz kimi, əsassız inflasiyaya məruz qalmışdır. Məhkəmə qətnaməsində göstərilir ki, iddiaçı İddiaçı İsmayıl qızı üzərində ##.##.2024 tarixində ATU X5 üz çənə cərrahiyyəsi şöbəsində “Sol orbitanın aşağı və içəri divarının titan torlu lövhə ilə rekonstruksiyası” əməliyyatı olunub. Xəstə tərəfindən əməliyyatönü müayinələrə 74 manat, xəstəxanada stasionar müalicə xidmətlərinə 350 manat ödənilib. Orbitaya yerləşdirilən orbital implantat setinin sifarişi üçün xəstə tərəfindən 2650 manat ödəniş edilib. Ümumi məbləğ 3074 manat təşkil edir. Lakin həmin xərcin cavabdeh cavabdeh1 (dolayısı ilə “xxxx” MMC) ilkin müdaxiləsi ilə adekvat və kəsintisiz səbəbiyyət əlaqəsi məhkəmə tərəfindən inandırıcı şəkildə sübut edilməmişdir. Belə ki, əgər rekonstruksiya əməliyyatı məhz ilkin (qüsurlu olduğu iddia edilən) müdaxilənin fəsadlarını aradan qaldırmaq üçün icra edilibsə, məhkəmə bu məqsədin hansı nəticə göstəriciləri ilə əldə olunduğunu və ya nəyə görə əldə olunmadığını tibbi ekspert rəyləri ilə aydınlaşdırmalı idi. Bu araşdırma aparılmadan xərci ilkin müdaxilə ilə əlaqələndirmək hüquqi əsasdan məhrumdur. Əgər rekonstruksiya əməliyyatı nəticə verməyibsə (yəni fəsadları aradan qaldırmayıbsa), bu halda həmin müdaxilə onu icra edən ayrı tibb subyekti tərəfindən həyata keçirilmiş müstəqil tibbi hərəkət kimi qiymətləndirilir və onun uğursuzluğu üzrə məsuliyyət ilkin cavabdehin üzərinə avtomatik yüklənə bilməz. Belə bir yüklənmə üçün əməliyyatın tibbi baxımdan qaçılmazlığı, uyğunluğu və yalnız ilkin qüsurun proksimal nəticəsi olması ekspertiza ilə sübuta yetirilməlidir. Cavabdeh cavabdeh1 (dolayısı ilə “xxxx” MMC-nin) nə icrası, nə də nəzarəti altında olmayan üçüncü bir əməliyyatın mümkün xərclərinin “xxxx” MMC-ə yüklənməsi üçün açıq, adekvat və kəsintisiz səbəbiyyət əlaqəsi sübuta yetirilməlidir. Bundan başqa, İddiaçı İsmayıl qızına ##.##.2024 tarixində ATU X5 üz-çənə cərrahiyyəsi şöbəsində icra edilən “sol orbitanın aşağı və içəri divarının titan torlu lövhə ilə rekonstruksiyası” əməliyyatına görə ödənişlərin müvafiq qaydada təsdiqlənməsi üçün zəruri sənədlər: ödəniş qəbzi, ödəniş tapşırığı, kassa mədaxil qəbzi, bank hesabından çıxarış və s. iş materiallarına əlavə edilməmişdir. “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.4-cü maddəsinin 12- ci hissəsinə əsasən, Bu Qanunun 3.3-cü maddəsinin müddəalarından asılı olmayaraq tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlər üzrə bir əməliyyat çərçivəsində (bir nəzarət-kassa aparatının çeki üzrə) beş yüz manatdan artıq olan ödənişlər yalnız nağdsız qaydada həyata keçirilir. Bu baxımdan 2650 manat məbləğində “orbital implantat seti” üzrə göstərilən ödəniş açıq-aşkar 500 manat həddini aşdığından nağdsız qaydada icra olunmalı və bunun bank köçürməsi, ödəniş tapşırığı, POS çeki, bank çıxarışı ilə təsdiqi təqdim edilməli idi. Belə sənədlər təqdim edilmədiyindən, həmin xərc etibarlı sübutla təsdiq edilməmiş sayılır. Həmçinin cavabdeh cavabdeh1 tərəfindən kompleks məhkəmətibb ekspertizasının təyin olunması barədə vəsatət verilmişdir. Belə ki, Sumqayıt şəhər Prokurorluğu tərəfindən ekspertiza təyin edilən zaman ekspertlər qarşısında qoyulmuş suallar natamam olmuşdur. Hansı ki, cavabdeh cavabdeh1 bildirir ki, aparılmış əməliyyat qüsurlu icra olunmamış, baş vermiş hadisə xəstəliyin gözlənilən əməliyyat daxili orbitral ağırlaşması-yumşaq toxumanın poliplə birlikdə burun boşluğuna doğru yerdəyişməsi və nəticəsi olmuşdur. Cavabdeh tərəfindən iddiaçıya müvafiq tibbi preparatlarının müvafiq dövr ərzində istifadə edilməsi nəticəsində həmin problemlərin aradan qalxacağı bildirilmişdir. Lakin Sumqayıt şəhər Prokurorluğu tərəfindən ekspertiza təyin edilən zaman bu halların aydınlaşdırılması üçün zəruri suallar ekspert qarşısında qoyulmamışdır. Nəticədə ekspertlər yalnız onlara təqdim edilmiş suallar çərçivəsində araşdırma aparmış və hadisənin obyektiv, tam və hərtərəfli qiymətləndirilməsi təmin edilməmişdir. Halbuki, qeyd edilən halların aydınlaşdırılması üçün ekspertlər qarşısına uyğun suallar qoyulsaydı, aparılmış araşdırmaların nəticələri hazırda mövcud olan ##.##.2024-cü il tarixli rəyin məzmunundan fərqli ola bilərdi. Obyektiv məhkəmə araşdırmasının təmin edilməsi məqsədilə əlavə məhkəmə tibbi ekspertizası təyin edilməli idi. Çünki qeyd edilənlər mövcud ekspert rəyinin natamam və qeyri-obyektiv olduğunu göstərir: 1. Xəstə uzun illər yüksək dozada qlükokortikosteroid preparatların qəbul etmişdir, həmin preparatların qəbulu nəticəsində sümüklərin incəlməsi baş verir, lakin ekspert tərəfindən rəy verilərkən sümüklərin incəlməsini (radioloq konsultasiyası olmadığından) qiymətləndirilməmişdir, hansı ki, bu dərəcə sümük incəlməsi xəstəliyin əməliyyatdaxili ağırlaşma olma riskini artırır. 2. İcra olunmuş əməliyyatın burun tənəffüsünü nə dərəcədə bərpa etməsi və burunətrafı ciblərin əməliyyatdan sonrakı vəziyyəti müqayisəli qiymətləndirilməsi aparılmamışdır. (burun tənəffüsü əməliyyatdan sonra tam bərpa olunmuşdur və bu da əməliyyatın qüsurlu olmasını rədd edir). 3. Oftalmoloq tərəfindən konsultasiya aparılmamış və xəstənin yalan olaraq ifadə verdiyi, görmə zəifliyinin cərrahi əməliyyatla bağlılığının təsdiqi və ya inkarı aparılmamışdır. Xəstə uzun illər qlükokortikoidlər qəbul etdiyindən onda inkişaf edən steroid (subkapsulyar) katarakta araşdırılma aparılmamışdır.

20. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli iş üzrə # ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakimlər Fuad Məmmədov (sədrlik edən, məruzəçi), Səyyad Qafari və Almaz Süleymanova) apellyasiya şikayətləri təmin edilməmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

21. Məhkəmə kollegiyası ilk növbədə qeyd etmişdir ki, Sumqayıt şəhər prokurorluğunun böyük müstəntiqi tərəfindən qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” ##.##.2024-cü il tarixli qərarda göstərilmişdir ki, iddiaçının üzərində aparılmış əməliyyat qüsurlu icra olunsa da, bu hal cinayət məsuliyyətinə səbəb olmamışdır.

22. Belə ki, iş üzrə keçirilmiş komisyon məhkəmə-tibb ekspertizasının ##.##.2024-cü il tarixli, rəyinə görə, “Liman Klinika”sında İddiaçı İsmayıl qızının adına tərtib edilmiş tibbi sənədlərə əsasən ona “Polipar sinus defenerasiyası. Etmoid, ang, alın və əsas ciblərin polipozu” diaqnozu aparılmış müvafiq müayinələrə əsasən düzgün təyin edilmişdir. Diaqnoza uyğun olaraq onun üzərində “ESC, ikitərəfli intranazal, endoskopik antrumotomiya”, “ESC, ikitərəfli intranazal, endoskopik frontal sinusostomiya”, “ESC, ikitərəfli intranazal, endoskopik etmoidotomiya”, “ESC, ikitərəfli intranazal, endoskopik sfenoidotomiya” cərrahiyyə əməliyyatlarının aparılmasına tibbi göstəriş olmuşdur. Əməliyyat zamanı etmoidal cibin lateral, göz yuvasının medial divarındakı destruksiya, yəni sol xəlbir sümüyünün kağız səhifəsinin mexaniki zədələnməsi səbəbindən göz alması daxilə doğru yerini dəyişmiş və bu hal əməliyyatın qüsurlu icrası ilə əlaqədar olmuşdur. Bununla əlaqədar səhiyyə sistemində qüvvədə olan Səhiyyə Nazirliyinin ##.##.2012-ci il tarixli, ** saylı əmri ilə təsdiq edilmiş “Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatı”nın “Həkim-otorinolarinqoloqun nümunəvi vəzifə təlimatı”nın 24.1-ci bəndinin, yəni “ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata keçirilməməsinə” dair tələbləri pozulmuşdur. Buna məsul şəxs cərrahiyyə əməliyyatını qüsurlu icra etmiş həkimotorinolarinqoloq, yəni LOR həkimi olmuşdur. Tibbi manipulyasiyalarda sağlamlığa zərərvurmanın dərəcəsinin təyini nəzərə alınmamışdır.

23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, iddiaçının üzərində cavabdeh klinikada cavabdeh həkim tərəfindən aparılmış əməliyyatın qüsurlu icra edilməsi iş materiallarında olan mötəbər sübutlarla öz təsdiqini tapmışdır.

24. Əlavə edilmiş “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X1 ## ###### 2025-ci il tarixli məktubunda göstərilmişdir ki, “Sümük defektinin bərpası və medial rectum əzələsinin azad olunması” əməliyyatının icrası üçün tələb olunan bir sıra tibbi xidmətlər “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə təminata alınmışdır. Qeyd edilənlər nəzərə alınaraq, vətəndaşın həmin xidmətlərdən TƏBİB-in tabeliyində olan tibb müəssisələrində tibbi göstəriş əsasında icbari tibbi sığorta çərçivəsində yararlana biləcəyi bildirilmişdir.

25. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi nümayəndə1 izahatında qeyd etmişdir ki, Azərbaycan Respublikasında bu əməliyyatın icrası mümkün deyildir. Burada müxtəlif həkimlərin qəbulunda olsalar da, heç bir savadlı həkim bu əməliyyatı üzərinə götürməmiş və artıq iddiaçının əməliyyat üçün gecikdiyi bildirilmişdir.

26. ATU X5 məktubunda qeyd edilmişdir ki, iddiaçının üzərində ##.##.2024-cü il tarixdə ATU X5 üz-çənə cərrahiyyəsi şöbəsində “Sol orbitanın aşağı və içəri divarının titan torlu lövhə ilə rekonstruksiyası” əməliyyatı olunmuşdur. Xəstə tərəfindən əməliyyatönü müayinələrə 74 manat, xəstəxanada stasionar müalicə xidmətlərinə isə 350 manat ödənilmişdir. Orbitaya yerləşdirilən orbital implantat setinin sifarişi üçün xəstə tərəfindən 2650 manat ödəniş edilmişdir. Ümumi məbləğ 3074 manat təşkil etmişdir.

27. Məhkəmə kollegiyası qeyd etmişdir ki, AR Səhiyyə Nazirliyi, xxxx X1 ##.##.2025-ci il tarixli rəyində həmçinin göstərilmişdir ki, 1970-ci il təvəllüdlü iddiaçının adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara, onun məhkəmə-tibbi və mütəxəssis müayinəsinə əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun olaraq ekspert komissiyası aşağıdakı nəticəyə gəlmişdir: mütəxəssis müayinəsi zamanı hazırda iddiaçının “Sümük defektinin bərpası və sıxılan medial rectum əzələsinin azad olunması” cərrahiyyə əməliyyatına ehtiyacı olduğu müəyyən edilmişdir. Cərrahiyyə əməliyyatına sərf olunacaq vəsaitin miqdarının təyini məhkəmə-tibbi ekspert komissiyasının səlahiyyətlərinə aid olmamışdır. Qeyd olunan cərrahiyyə əməliyyatının Azərbaycan Respublikasında fəaliyyət göstərən tibb müəssisələrində icrasının mümkün olub-olmamasının təyini də məhkəmə-tibbi ekspert komissiyasının səlahiyyətlərinə aid olmamışdır.

28. Beləliklə, cavabdeh klinikada keçirilmiş əməliyyatın qüsurlu icra edilməsi nəticəsində iddiaçının təkrar cərrahi əməliyyata ehtiyacının olduğu müəyyən edilmiş və bu tələbin təmin edilməsi üçün hüquqi əsas yaranmışdır.

29. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iş materiallarında olan göz xəstəlikləri üzrə mütəxəssis prof. Dr. Şafak Karslıoğlunun ##.##.2025-ci il tarixli məktubunda iddiaçıya orbitotomiya, sınığın bərpası, yapışmaların aradan qaldırılması və öz piy toxumasının köçürülməsi əməliyyatı üçün göstərilmiş xərc məbləğini əsas götürərək iddia tələbini qismən təmin etmişdir.

30. Baxılan iş üzrə mövcud tələb cavabdeh müəssisənin hərəkətləri, yəni qüsurlu cərrahiyyə əməliyyatı nəticəsində iddiaçıya vurulmuş zərərin əvəzinin ödənilməsi olmuşdur. İddiaçının tələb etdiyi məbləğin real olması da öz təsdiqini tapmışdır.

31. Məhkəmə kollegiyası iddiaçının öz sağlamlığını bərpa etmək üçün hər hansı tibb müəssisəsini müstəqil olaraq seçmək hüququnun iddiaçının özünə məxsus olduğunu və bu seçimin üçüncü şəxsdən asılı ola bilməyəcəyini nəzərə alaraq hesab etmişdir ki, iddiaçının icbari tibbi sığorta hesabına təkrar əməliyyat olunmasının mümkünlüyü barədə cavabdehin apellyasiya şikayətinin dəlili əsaslı hesab edilə bilməz.

32. Məhkəmə kollegiyası iddia tələbinin mənəvi zərərə dair hissəsi ilə bağlı qeyd etmişdir ki, cavabdeh tərəfin qüsurlu əməliyyatı nəticəsində iddiaçının zahiri görünüşünə və sağlamlığına zərər vurulması, bununla əlaqədar iddiaçının mənəvi sarsıntı keçirməsi mübahisəsiz olmuşdur. Qanunverici isə bu halda mənəvi ziyanın pul məbləğində ifadə olunmasını mümkün saymışdır. Odur ki, birinci instansiya məhkəməsinin bu hissədə gəldiyi nəticə də işin mahiyyətinə uyğun olaraq düzgün olmuşdur.

33. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini AR Mülki Məcəlləsinin 21.1, 21.2, 459,459.1, 1096.1, 1097, 1097.2, 1097.3, 1097.5,1099, 1112, 1113, 1114, 1115-ci, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4, 385.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Kassasiya məhkməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

34. Cavabdeh MMC (vəkil vəkil1) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

35. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə ekspertiza təyin edərkən onun düzgün növünü müəyyənləşdirməmişdir. Bundan sonra isə cavabsız qalmış mühüm sualların aydınlaşdırılması məqsədilə zəruri olan digər ekspertiza növü təyin edilməmiş və ekspertizanın təyin edilməsinə dair təqdim edilmiş əsaslandırılmış vəsatət əsassız şəkildə rədd edilmişdir. Məhkəmə apellyasiya şikayətinin təmin olunmamasını və iddianın təmin edilməsini aşağıdakı arqumentlə əsaslandırmışdır: “Göz xəstəlikləri üzrə mütəxəssis prof. Dr. Şəfaq Karslıoğlunun ##.##.2025ci il tarixli rəyi əsasında İddiaçı İsmayıl qızının müayinəsi nəticəsində orbitotomiya, sınığın bərpası, yapışmaların aradan qaldırılması və piy toxumasının köçürülməsi əməliyyatlarının ümumi dəyərinin təxminən 15.000 (on beş min) ABŞ dolları olduğu müəyyən edilmişdir.” Bu rəylə bağlı ilk növbədə bildirilmişdir ki, burada qeyd edilən məbləğ dəqiq rəqəm deyil, sadəcə təxmini dəyər kimi göstərilmişdir. Məhkəmənin təxmini qiymətə əsaslanaraq ziyanın həcmini müəyyən etməsi hüquq və ədalət prinsiplərinə zidd olmuşdur. Belə ki, bu qiymət real məbləğdən xeyli az və ya çox ola bilərdi. Burada qeyri-müəyyənlik mövcud olmuşdur. Məhkəmənin məqsədi həqiqətə varmaq olmuş, təxmini ehtimallarla razılaşmaq olmamışdır. Digər tərəfdən, bu məbləğ yalnız bir həkimin subyektiv qiymətləndirməsinə əsaslanmışdır. Mümkün olmuşdur ki, həmin həkim yüksək reputasiyalı və əməliyyatları yüksək qiymətə həyata keçirən bir mütəxəssis olsun, halbuki digər ixtisaslaşmış həkimlər eyni əməliyyatı daha aşağı məbləğə yerinə yetirə bilərdilər. Həmçinin, göstərilən qiymət əməliyyatın Türkiyə Respublikasında həyata keçirilməsi şərti ilə müəyyən olunmuş məbləğ olmuşdur. Halbuki Azərbaycan Respublikasında bu əməliyyatın həyata keçirilməsi zamanı tələb olunacaq xərc əhəmiyyətli dərəcədə aşağı ola bilərdi. İddia üzrə ziyanın məbləğinin müəyyənləşdirilməsi sahəsində məhkəmənin nümayiş etdirdiyi hərəkətsizlik ədalət mühakiməsinin təməl prinsiplərini kobud surətdə pozmuşdur. Ziyanın məbləği, yəni iddianın həcmini formalaşdıran həlledici element konkret faktlara, real bazar qiymətlərinə və məhz yerli şəraitə söykənərək dəqiq və obyektiv qaydada hesablanmalı olduğu halda, məhkəmə bunun əvəzinə ümumi, qeyrimüəyyən və xarici ölkələrin, xüsusilə də Türkiyə Respublikasının göstəricilərinə əsaslanan subyektiv rəylə kifayətlənmişdir. Bu, təkcə metodoloji yanlışlıq deyil, həm də işin hərtərəfli, tam və obyektiv araşdırılması, sübutların toplanması və qiymətləndirilməsi üzrə məhkəmənin üzərinə düşən vəzifələrdən açıq-aşkar yayınma olmuşdur. Çünki ziyanın məbləği müəyyən edilərkən ən elementar və eyni zamanda qaçılmaz addım — əməliyyatın Azərbaycan Respublikasında fəaliyyət göstərən yerli tibb müəssisələrində konkret hansı məbləğə başa gələcəyinin rəsmi sorğular, ixtisaslaşmış və münasib növdə ekspert rəyləri, habelə müqayisəli təhlillər əsasında araşdırılması — ümumiyyətlə həyata keçirilməmişdir. Nəticə etibarilə, zərərin həcmi kağız üzərində, yerli reallıqdan qopuq və xarici göstəricilərə söykənən fərziyyələrlə formalaşdırılmışdır. Halbuki müəyyən edilməli olan məbləğ məhz Azərbaycan reallıqları, yerli tibbi xidmətlərin faktiki tarifləri, aidiyyəti klinikalardan toplanmış hesab-fakturalar və lokal şərtləri nəzərə alan müvafiq ekspertizanın qiymətləndirməsi əsasında dəqiqliklə və şübhəyə yer qoymadan hesablanmalı olmuşdur. Bu ciddi prosessual boşluqlar ədalətli araşdırmanı formal prosedura çevirmiş, nəticədə iddianın həcminin obyektiv və real şəkildə təsbiti mümkünsüzləşdirilmiş və ədalətli qərarın qəbuluna əngəl törədilmişdir. Məhkəmənin ziyanın məbləğini xarici ölkə göstəricilərinə söykənən subyektiv rəy əsasında “təxminən” formalaşdırması Azərbaycan reallığını əks etdirən hüquqi-normativ çərçivənin tamamilə gözardı edilməsi olmuşdur. Halbuki Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020ci il tarixli, * nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi” açıq şəkildə göstərmişdir ki, 2.6.239 sıra nömrəsi ilə, xəstəlik kodu 16.02 olan “orbital implantın taxılması ilə birlikdə orbitotomiya” əməliyyatının xərci 1000 (min) manat məbləğində müəyyən edilmiş və bu xidmət icbari tibbi sığorta çərçivəsində yerli tibb müəssisələrində həyata keçirilmişdir. Deməli, əməliyyatın həm yerli şəraitdə icrası mümkün olmuş, həm də onun dəyəri üçün dövlət tərəfindən normativ istinad mənbəyi mövcud olmuşdur. Belə olan halda məhkəmə ən elementar prosessual hərəkəti — lokal bazar və normativ tariflər üzrə obyektiv qiymət təyini üçün müvafiq, yəni məhkəmə-tibbi deyil, tibbi-iqtisadi və ya profilinə uyğun ekspertiza təyin etməyi, aidiyyəti klinikalara rəsmi sorğular göndərməyi və “Xidmətlər Zərfi”nin müvafiq bəndini qiymətləndirmə meyarı kimi tətbiq etməyi — həyata keçirməli olmuşdur. Bu hərəkətsizlik nəticəsində zərərin həcmi real Azərbaycan bazar göstəricilərindən qoparılmış, normativ qaydada müəyyən edilmiş 1000 manatlıq tarif nəzərə alınmadan əsassız “inflyasiya”ya məruz qalmışdır. Hüquqi nəticə etibarilə, məhkəmənin yerli və normativ istinadları araşdırmaması ədalətli araşdırma prinsiplərini pozmuş, sübutların hərtərəfli toplanması öhdəliyindən yayınma təşkil etmiş və ziyanın məbləğinin obyektiv təyininə mane olmuşdur. Bu isə həmin hissədə qərarın ləğvini və işin düzgün ekspertiza növü təyin edilməklə, “Xidmətlər Zərfi”nin 2.6.239 bəndi, yəni xəstəlik kodu 16.02 əsasında yeni, real və əsaslandırılmış məbləğlərlə yenidən araşdırılmasını zəruri etmişdir. Bundan başqa, iş materiallarına əlavə edilmiş “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X1 ## ###### 2025-ci il tarixli məktubunda göstərilmişdir ki, “Sümük defektinin bərpası və medial rectum əzələsinin azad olunması” əməliyyatının icrası üçün tələb olunan bir sıra tibbi xidmətlər “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə təminata alınmışdır. Qeyd edilənlər nəzərə alınaraq, vətəndaşın həmin xidmətlərdən TƏBİB-in tabeliyində olan tibb müəssisələrində tibbi göstəriş əsasında icbari tibbi sığorta çərçivəsində yararlana biləcəyi bildirilmişdir. Lakin Sumqayıt Apellyasiya Məhkəməsi həmin sübutu yalnız formal şəkildə sadalamaqla kifayətlənmiş, ona hüquqi qiymət verməmiş və sübutların qiymətləndirilməsi ilə bağlı qanunvericiliyin tələblərini pozmuşdur. Halbuki qeyd edilən sənəd ziyanın real məbləğinin müəyyənləşdirilməsi üçün birbaşa əhəmiyyət kəsb edən, işin düzgün həlli baxımından həlledici sübut xarakteri daşımışdır. Bu sübuta hüquqi qiymət verilməməsi məhkəmənin sübutların hərtərəfli və obyektiv araşdırılması öhdəliyindən yayınması kimi qiymətləndirilməli olmuş və qəbul edilmiş məhkəmə aktının qanuniliyinə və əsaslılığına ciddi şübhə yaradan hal kimi nəzərə alınmalı olmuşdur. Qeyd edilmişdir ki, milli qanunvericilikdə mənəvi zərərin məbləğinin hesablanması üçün konkret riyazi formula və ya tarif cədvəli mövcud deyildir. Bu sahədə məhkəmə qiymətləndirməni yalnız faktlara əsaslanan, məntiqli və yoxlanıla bilən əsaslandırma ilə həyata keçirə bilərdi. Belə olan halda, məhkəmə hansı meyarları tətbiq edərək, hansı sübutları üstün tutaraq və hansı ölçülər əsasında məhz bu məbləğə gəldiyini aydın göstərməli olmuşdur. Buraya zərərin xarakteri və ağırlığı, təsirin müddəti və intensivliyi, şəxsin psixoloji durumuna, sosial həyatına və gündəlik fəaliyyətinə real təsiri, müalicə zərurəti və digər hallar aid olmuşdur. Halbuki qərarda bu meyarların heç biri konkretləşdirilməmiş, seçilmiş məbləğin faktiki hallarla əlaqəsi qurulmamış və “nəyə görə məhz bu rəqəm?” sualına hüquqi cavab verilməmişdir. Bu isə məhkəmənin əsaslandırma borcunun pozulması olmuşdur.

Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

36. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

37. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

38. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

39. Maddə 459.1. Zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir.

40. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

41. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

42. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları.

43. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

44. Maddə 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər.

45. Maddə 1099. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.

46. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

47. Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.

48. Maddə 1112. Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuşzərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir.

49. Maddə 1113.1. Birlikdə mülki hüquq pozuntusu törətmiş şəxslər vurulmuş zərər üçün zərərçəkən qarşısında birgə məsuliyyət daşıyırlar.

50. Maddə 1114.1. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.

51. Maddə 1114.2. Birlikdə vurulmuş zərərin əvəzini ödəmiş zərərvuran digər zərərvuranların hər birindən zərərçəkənə ödədiyi əvəzin həmin zərərvuranın təqsirinin dərəcəsinə uyğun məbləğdə hissəsini tələb edə bilər. Təqsirin dərəcəsini müəyyənləşdirmək mümkün olmadıqda hissələr bərabər sayılır.

52. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

Azərbaycan Respublikasının “xxxx” Qanunu

53. Maddə 13. Özəl tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan şəxslərin göstərdiyi tibbi yardıma görə ödəniş bilavasitə xəstələrlə bağlanmış müqavilələr; üçüncü şəxsin (pasiyentin) xeyrinə müəssisə və vətəndaşlarla müqavilələr; icbari və könüllü tibbi sığorta üzrə göstərilən tibbi yardıma görə sığortaçılar ilə bağlanmış müqavilələr; xeyriyyə proqramları üzrə bağlanmış müqavilələr əsasında həyata keçirilir.

54. Maddə 16. Özəl tibbi praktika ilə məşğul olan şəxslərin vəzifələri aşağıdakılardır: tibbi yardımın şərtlərinə və qaydalarına əməl etmək; təxirəsalınmaz tibbi yardıma ehtiyacı olan şəxslərə pulsuz tibbi yardım göstərmək; özəl tibb müəssisəsində vətəndaş üçün zəruri olan ixtisaslaşdırılmış tibbi yardımın göstərilməsi mümkün olmadıqda, müəssisənin müalicə həkimi tərəfindən həmin şəxsi bu yardımı göstərən dövlət tibb müəssisəsinə və ya şəxsin istəyinə uyğun olaraq digər özəl tibb müəssisəsinə göndərmək; xəstənin sağlamlıq vəziyyətini, ona göstərilən tibbi xidmətlərin həcmini və onların nəticələrini əks etdirən tibbi sənədləşmələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada həyata keçirmək; tibbi statistik hesabatları qanunvericilikdə müəyyən olunmuş qaydada və vaxtında təqdim etmək; xəstəyə onun sağlamlıq vəziyyəti, müalicənin müddəti, forma və məqsədləri, göstərilən xidmətlərin həcmi və qiyməti, habelə gözlənilən nəticələr və müəyyən riskin mümkünlüyü barədə məlumat vermək; özəl tibbi praktikanın həyata keçirilməsinə hüquqi əsas verən sənədlərlə xəstəni tanış etmək; həkim sirrinə əməl etmək; zəruri hallarda xəstənin vəziyyəti barədə başqa mütəxəssislərlə məsləhətləşmək, xəstəni tibbmüəssisəsinə göndərmək; qanunvericiliklə müəyyən olunmuş müddətlərdə öz vəsaiti hesabına, göstərilən tibbi yardım maliyyələşdirilən müəssisələrlə müqavilələrdə bu nəzərdə tutulmayıbsa, öz ixtisasını artırmaq və ya yenidən hazırlıq keçmək; qanunvericiliyə uyğun olaraq tədrisə cəlb olunmaq və sertifikasiyadan keçmək.

55. Maddə 19. Bu Qanunu pozan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

56. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

57. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

58. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

59. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

60. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

61. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

62. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

Kassasiya baxışının hədləri

63. Qanunun tələbinə görə, kassasiya məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

64. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh “xxxx” MMC tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya məhkəməsinin aktı bütövlüklə yoxlanıldı.

Kassasiya məhkəməsinin hüquqi mövqeyi

65. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, cavabdeh “xxxx” MMC kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

66. Cavabdeh “xxxx” MMC kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

67. Belə ki, apellyasiya məhkəməsi, birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq müəyyən etmişdir ki, komisyon məhkəmə-tibb ekspertizasının ##.##.2024-cü il tarixli rəyinə əsasən cavabdeh MMC iddiaçının adına tərtib edilmiş tibbi sənədlərə əsasən ona “Polipar sinus defenerasiyası. Etmoid, ang, alın və əsas ciblərin polipozu” diaqnozu aparılmış müvafiq müayinələrə əsasən düzgün təyin edilmişdir. Diaqnoza uyğun olaraq onun üzərində “ESC, ikitərəfli intranazal, endoskopik antrumotomiya”, “ESC, ikitərəfli intranazal, endoskopik frontal sinusostomiya”, “ESC, ikitərəfli intranazal, endoskopik etmoidotomiya”, “ESC, ikitərəfli intranazal, endoskopik sfenoidotomiya” cərrahiyyə əməliyyatlarının aparılmasına tibbi göstəriş olmuşdur. Əməliyyat zamanı etmoidal cibin lateral, göz yuvasının medial divarındakı destruksiya, yəni sol xəlbir sümüyünün kağız səhifəsinin mexaniki zədələnməsi səbəbindən göz alması daxilə doğru yerini dəyişmiş və bu hal əməliyyatın qüsurlu icrası ilə əlaqədar olmuşdur. Bununla əlaqədar səhiyyə sistemində qüvvədə olan Səhiyyə Nazirliyinin ##.##.2012ci il tarixli, ** saylı əmri ilə təsdiq edilmiş “Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatı”nın “Həkim-otorinolarinqoloqun nümunəvi vəzifə təlimatı”nın 24.1-ci bəndinin, yəni “ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata keçirilməməsinə” dair tələbləri pozulmuşdur. Buna məsul şəxs cərrahiyyə əməliyyatını qüsurlu icra etmiş həkim-otorinolarinqoloq, yəni LOR həkimi olmuşdur. Tibbi manipulyasiyalarda sağlamlığa zərərvurmanın dərəcəsinin təyini nəzərə alınmamışdır.

68. Apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, iddiaçının üzərində cavabdeh klinikada həkim tərəfindən aparılmış əməliyyatın qüsurlu icra edilməsi iş materiallarında olan mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Həmçinin “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X1 ## ###### 2025-ci il tarixli məktubunda göstərilmişdir ki, “Sümük defektinin bərpası və medial rectum əzələsinin azad olunması” əməliyyatının icrası üçün tələb olunan bir sıra tibbi xidmətlər “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfin”də təminata alınmışdır. Qeyd edilənlər nəzərə alınaraq, vətəndaşın həmin xidmətlərdən TƏBİB-in tabeliyində olan tibb müəssisələrində tibbi göstəriş əsasında icbari tibbi sığorta çərçivəsində yararlana biləcəyi bildirilmişdir.

69. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi nümayəndə1 izahatında qeyd etmişdir ki, Azərbaycan Respublikasında bu əməliyyatın icrası mümkün deyildir. Burada müxtəlif həkimlərin qəbulunda olsalar da, heç bir savadlı həkim bu əməliyyatı üzərinə götürməmiş və artıq iddiaçının əməliyyat üçün gecikdiyi bildirilmişdir.

70. ATU X5 məktubunda qeyd edilmişdir ki, iddiaçının üzərində ##.##.2024-cü il tarixdə ATU X5 üz-çənə cərrahiyyəsi şöbəsində “Sol orbitanın aşağı və içəri divarının titan torlu lövhə ilə rekonstruksiyası” əməliyyatı olunmuşdur. Xəstə tərəfindən əməliyyatönü müayinələrə 74 manat, xəstəxanada stasionar müalicə xidmətlərinə isə 350 manat ödənilmişdir. Orbitaya yerləşdirilən orbital implantat setinin sifarişi üçün xəstə tərəfindən 2650 manat ödəniş edilmişdir. Ümumi məbləğ 3074 manat təşkil etmişdir.

71. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, AR Səhiyyə Nazirliyi, xxxx X1 ##.##.2025-ci il tarixli rəyində göstərilmişdir ki, 1970-ci il təvəllüdlü iddiaçının adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edilmiş məlumatlara, onun məhkəmə-tibbi və mütəxəssis müayinəsinə əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun olaraq ekspert komissiyası aşağıdakı nəticəyə gəlmişdir: mütəxəssis müayinəsi zamanı hazırda iddiaçının “Sümük defektinin bərpası və sıxılan medial rectum əzələsinin azad olunması” cərrahiyyə əməliyyatına ehtiyacı olduğu müəyyən edilmişdir. Cərrahiyyə əməliyyatına sərf olunacaq vəsaitin miqdarının təyini məhkəmə-tibbi ekspert komissiyasının səlahiyyətlərinə aid olmamışdır. Qeyd olunan cərrahiyyə əməliyyatının Azərbaycan Respublikasında fəaliyyət göstərən tibb müəssisələrində icrasının mümkün olub-olmamasının təyini də məhkəmə-tibbi ekspert komissiyasının səlahiyyətlərinə aid olmamışdır.

72. Beləliklə, cavabdeh klinikada keçirilmiş əməliyyatın qüsurlu icra edilməsi nəticəsində iddiaçının təkrar cərrahi əməliyyata ehtiyacının olduğu müəyyən edilmiş və bu tələbin təmin edilməsi üçün hüquqi əsas yaranmışdır.

73. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iş materiallarında olan göz xəstəlikləri üzrə mütəxəssis prof. Dr. Şafak Karslıoğlunun ##.##.2025ci il tarixli məktubunda iddiaçıya orbitotomiya, sınığın bərpası, yapışmaların aradan qaldırılması və öz piy toxumasının köçürülməsi əməliyyatı üçün göstərilmiş xərc məbləğini əsas götürərək iddia tələbini qismən təmin etmişdir.

74. Baxılan iş üzrə mövcud tələb cavabdeh müəssisənin hərəkətləri, yəni qüsurlu cərrahiyyə əməliyyatı nəticəsində iddiaçıya vurulmuş zərərin əvəzinin ödənilməsi olmuşdur. İddiaçının tələb etdiyi məbləğin real olması da öz təsdiqini tapmışdır.

75. Apellyasiya məhkəməsi iddiaçının öz sağlamlığını bərpa etmək üçün hər hansı tibb müəssisəsini müstəqil olaraq seçmək hüququnun iddiaçının özünə məxsus olduğunu və bu seçimin üçüncü şəxsdən asılı ola bilməyəcəyini nəzərə alaraq hesab etmişdir ki, iddiaçının icbari tibbi sığorta hesabına təkrar əməliyyat olunmasının mümkünlüyü barədə cavabdehin apellyasiya şikayətinin dəlili əsaslı hesab edilə bilməz.

76. Apellyasiya məhkəməsi iddia tələbinin mənəvi zərərə dair hissəsi ilə bağlı qeyd etmişdir ki, cavabdeh tərəfin qüsurlu əməliyyatı nəticəsində iddiaçının zahiri görünüşünə və sağlamlığına zərər vurulması, bununla əlaqədar iddiaçının mənəvi sarsıntı keçirməsi mübahisəsiz olmuşdur. Qanunverici isə bu halda mənəvi ziyanın pul məbləğində ifadə olunmasını mümkün saymışdır. Odur ki, birinci instansiya məhkəməsinin bu hissədə gəldiyi nəticə işin mahiyyətinə uyğun olaraq düzgün olmuşdur.

77. Göstərilənlərə əsasən, kassasiya məhkəməsi cavabdeh “xxxx” MMC kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

78. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya məhkəməsi

Q ə r a r a aldı: Cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının # ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar