Məhkəmə qərarları › İş №2(1-8)-1253/2026

Ali Məhkəmə Qərardad — İş №2(1-8)-1253/2026

08.05.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(1-8)-1253/2026 08.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı İddiaçı cavabdeh Cavabdeh İstehsalat Birliyi Bakı Regional qaz İstismarı Departamentinə qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARDADI (Açar sözlər: kassasiya şikayətinin qaytarılması barədə ərizə, kassasiya şikayətinin qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh İstehsalat Birliyi Bakı Regional qaz İstismarı Departamentinə qarşı “qazın verilməsinin təmin edilməsi və qaz sayğacının bərpa edilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2 *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsindən cavabdeh Cavabdeh İstehsalat Birliyi (vəkil Vəkil Əliyar oğlu) tərəfindən verilmiş kassasiya şikayətinə # ### 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Müəyyən etdi: İddiaçı İddiaçı cavabdeh Cavabdeh İstehsalat Birliyi Bakı Regional qaz İstismarı Departamentinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun istifadəsində olan ünvan 2 ünvanında yerləşən iki otaqlı mənzilin qazlaşdırılması və hesabat qaz sayğacının quraşdırılmasının cavabdeh Cavabdeh İB Bakı Regional Qaz İstismarı idarəsinə həvalə olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ######## 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilərək, iddiaçı İddiaçı yaşadığı ünvan 3 ünvanında yerləşən mənzilin qazlaşdırılması və qaz sayğacının quraşdırılması vəzifəsinin cavabdeh Cavabdeh İstehsalat Birliyinin üzərinə qoyulması qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin ## ######## 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin ## ######## 2025-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh Cavabdeh İB (vəkil Vəkil Əliyar oğlu) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsinin ləğv edilərək iddiaçının ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin qazlaşdırılması vəzifəsinin cavabdeh Cavabdeh İB-yə həvalə edilməsi tələbinə dair iddiasının təmin olunmamasını xahiş etmişdir. kassasiya şikayətinin icraata qəbul edilməsi barədə qərardad işdə iştirak edən şəxslərə göndərilənə kimi cavabdeh Cavabdeh İB-nin nümayəndəsi və vəkili Vəkil elektron kabinet vasitəsi ilə # ### 2026-cı il tarixdə Ali Məhkəməyə müraciət edərək, ərizədə qeyd etmişdir ki, Cavabdeh İB kassasiya şikayətindən imtina edir və bu səbəbdən kassasiya şikayətinə mahiyyəti üzrə baxılmadan geri qaytarılmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 404-1.3-cü maddəsinə əsasən kassasiya şikayətinin icraata qəbul edilməsi barədə qərardad işdə iştirak edən şəxslərə göndərilənə kimi şikayəti verən şəxsdən onun geri qaytarılması barədə ərizə daxil olduqda kassasiya instansiyası məhkəməsi şikayətin geri qaytarılması barədə qərardad qəbul edir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin icraata qəbul edilməsi barədə qərardad işdə iştirak edən şəxslərə göndərilənə kimi cavabdeh Cavabdeh İB kassasiya şikayətinin geri qaytarılmasını xahiş etdiyindən, kassasiya şikayəti cavabdeh Cavabdeh İB-nə geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 404-1.3-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsindən cavabdeh Cavabdeh İstehsalat Birliyi tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar