Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1272/2026 25.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının və Reyestri" X1 ** saylı Ucar Ərazi Idarəsinə qarşı iddiasına dair iş üzrə QƏRARİ (Açar sözlər: irəli sürülmüş tələbin mülki məhkəmə icraatı qaydasında baxılması yolverilməməzliyi, icraata xitam) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh "xxxx" X1 ** saylı Ucar Ərazi Idarəsinə qarşı “müayinə aktının etibarsız hesab olunması” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2026-cı il # ##### tarixli *(*-**)-***/**** nömrəli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları:
1. Iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin ** saylı Ərazi Idarəsi tərəfindən Göyçay rayon XDS-nin ##.##.1993-cü il tarixli, ** saylı protokolu əsasında Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs adına verilmiş müayinə (baxış) aktının etibarsız hesab olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları:
a) Birinci instansiya məhkəməsində icraat:
2. Iddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Göyçay rayon Aqrar Islahat Komissiyasının ##.##.1998-ci il tarixli qərarı ilə X2 mülkiyyətinə 0,11 ha torpaq sahəsi verilmiş, bununla bağlı “noyabr 2003-cü il” tarixli JN-***F nömrəli (kod 40812018) “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə hazırlanmışdır. X2 həmin torpaq sahəsini ##.##.2005-ci il tarixli müqavilə əsasında X4 və həmin alqı-satqı müqaviləsi əsasında onun mülkiyyət hüququ dövlət qeydiyyatına alınaraq adına çıxarış və torpaq sahəsinin planı-ölçüsü sənədi verilmişdir. X4 ## #### 2008-ci il tarixdə DƏDRX-nin ** saylı Ərazi Idarəsi tərəfindən verilmiş ##.##.2008-ci il tarixli MH ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa və plan-ölçüyə əsasən Göyçay rayonu Potu kəndində yerləşən 0,11 ha torpaq sahəsini 16550 manat ödəməklə alqı-satqı müqaviləsinə əsasən almışdır. Həmin alqısatqı müqaviləsi ## #### 2008-ci il tarixdə Ucar rayon Dövlət Notariat Kontorunun Dövlət Notariusu E.Ə.Cəlalov tərəfindən imzalanaraq təsdiq edilmişdir. Həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün DƏDRX-nin ** saylı Ərazi Idarəsinə müraciət etmişdir. Lakin, sonuncu Göyçay rayonu Potu kəndində yerləşən 0,11 ha torpaq sahəsi üzərində mübahisəli halların olduğunu əsas gətirərək ## #### 2015-ci il tarixli, ************ nömrəli məktubla mülkiyyət hüququnu dövlət qeydiyyatına almaqdan imtina etmişdir. Hüququnun qeydə alınmamasından narazı qalaraq cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ** saylı Ərazi Idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək «## #### 2008-ci il tarixdə notariat qaydada alqı-satqı müqaviləsi yolu ilə əldə etdiyi Göyçay rayonu Potu kəndi ərazisində yerləşən 0,11 ha həyətyanı təyinatlı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şəki Inzibati Məhkəməsinin ## ####### 2015-ci il tarixli, *-*(**)- ***/**** saylı qərarı ilə iddia tələbi təmin edilərək, Göyçay rayonu Potu kəndi ərazisində yerləşən 0,11 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ** saylı Ərazi Idarəsinin üzərinə qoyulmuşdur. Şəki Inzibati Məhkəməsinin ## ####### 2015-ci il tarixli, 2- *(**)-***/**** saylı qərarı bugünədək icra olunmamışdır. Belə ki, “xxxx” PHŞ-nın ** saylı Ucar Ərazi Idarəsi məhkəmə qərarını icra etməməsinə səbəb kimi Şəki Inzibati Məhkəməsinin icraatında Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs iddiası üzrə baxılan *-*(***)-****/**** saylı inzibati iş olmasını göstərir. Şəki Inzibati Məhkəməsinin icraatında olan *-*(***)-****/**** saylı inzibati iş üzrə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin ** saylı Ərazi Idarəsi tərəfindən Göyçay rayon XDSnin ##.##.1993-cü il tarixli, ** saylı protokolu əsasında verilmiş müayinə (baxış) aktı sübut kimi təqdim olunmuşdur. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin ** saylı Ərazi Idarəsi tərəfindən Göyçay rayon XDS-nin ##.##.1993-cü il tarixli, ** saylı protokolu əsasında verilmiş müayinə (baxış) aktının onun mülkiyyətində olan torpaq sahəsinə işlənildiyini iddia edir. Bu səbəbdən də, o Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin ** saylı Ərazi Idarəsi tərəfindən Göyçay rayon XDSnin ##.##.1993-cü il tarixli, ** saylı protokolu əsasında verilmiş müayinə (baxış) aktının etbarsız hesab olunması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd etməyi zəruri hesab edir ki, həmin müayinə baxış aktı hüquqlarını pozmaqla bərabər həm də, qanunsuz olaraq verilmişdir. Belə ki, həmin müayinə baxış aktının verilməsi əsası kimi Göyçay rayon XDS-nin ##.##.1993-cü il tarixli, ** saylı protokolu qeyd olunmuşdur. Göyçay rayon XDS-nin ##.##.1993-cü il tarixli, ** saylı qərarı ilə isə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs 0.06 ha başqa torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsi üzərində onun mülkiyyət hüququ dövlət qeydiyyatına alınaraq adına 0.06 ha torpaq sahəsinə dair ************ reyestr nömrəli çıxarış verilmişdir. Hazırda mübahisələndirdiyi müayinə-baxış aktındakı torpaq sahəsinin ölçüsü isə 0.11 ha-dır. Yəni, başqa ərazidə yerləşən 0.06 ha torpaq sahəsinə dair verilmiş Göyçay rayon XDS-nin ##.##.1993-cü il tarixli, ** saylı qərarınından qanunsuz olaraq istifadə olunmuş, torpaq sahəsinin ölçüsü qərardakı ölçüdən artıq qeyd olunmuş və notarial qaydada təsdiq edilmiş alqısatqı müqaviləsi əsasında əldə etdiyi torpaq sahəsinə dair müayinə-baxış aktı tərtib edilmişdir. Həmin müayinə baxış aktının rəqəmsal kadastr xəritəsindən çıxarış hissəsində 4 döngə nöqtəsinin qeyd olunmasına baxmayaraq, 1 döngə nöqtəsinin koordinatı qeyd olunub. Həmin müayinə baxış aktında tarix qeyd olunmamışdır. Məlum olduğu kimi hər bir sənədin önəmli rekvizitlərindən biri tarixdir. Həmin müayinə baxış aktının tərtib olunmasına əsas olmuş ilkin texniki sənəd mövcud deyil. Hüquqlarını pozduğu üçün Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin ** saylı Ərazi Idarəsi tərəfindən tərtib edilmiş həmin müayinə (baxış) aktının etibarsızlığı ilə bağlı tədbir görməyi barədə həmin qurumun hüquqi varisi olan “xxxx” PHŞ-nın ** saylı Ucar Ərazi Idarəsinə müraciət etmiş, lakin “xxxx” PHŞ-nın ** saylı Ucar Ərazi Idarəsi əsassız olaraq, ərizəsinin icrasından imtina etmişdir.
3. Göyçay Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim G.İ.Qurbanova) iddiaçı İddiaçı cavabdeh "xxxx" X1 ** saylı Ucar Ərazi Idarəsinə qarşı Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin ** saylı Ərazi Idarəsi tərəfindən Göyçay rayon XDSnin ##.##.1993-cü il tarixli, ** saylı protokolu əsasında Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs adına verilmiş müayinə (baxış) aktının etibarsız hesab olunmasına dair iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat:
4. Qətnamədən narazı qalan iddiaçı İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ##### 2026-cı il 2(3-10)- 134/2026 tarixli nömrəli qərardadı ilə (hakimlər T.V. Musayev (sədrlik edən və məruzəçi), E.M.Mehdiyev, E.B.Isayev) iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş və iş üzrə Göyçay Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi, ödənilmiş 100 manat dövlət rüsumu dövlət büdcəsindən iddiaçı İddiaçı qaytarılması qərara alınmışdır.
6. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, işin müəyyən edilmiş hallarından görünür ki, Göyçay rayonu, XDS-nin ##.##.1993-cü il tarixli, ** saylı protokolundan çıxarışına əsasən Göyçay rayonu, Potu kəndində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi ************ reyestr nömrəsi ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs adına qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu Layihə Tədqiqat Mərkəzinin ** saylı Ərazi Idarəsi tərəfindən Göyçay rayon XDS-nin ##.##.1993-cü il tarixli, ** saylı protokolu əsasında Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs adına Göyçay rayonu, Potu kəndində 0.11 ha torpaq sahəsinin müayinə (baxış) aktı verilmişdir.
7. Işdə olan Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx publik hüquqi şəxsi ** saylı Ucar Ərazi Idarəsinin ##.##.2023-cü il tarixli **/**** nömrəli məktubundan görünür ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin ** saylı Ərazi Idarəsi tərəfindən 0.11 ha torpaq sahəsinə tərtib edilmiş “Müayinə (baxış) aktının etibarsızlığı ilə bağlı tədbir görülməsi barədə ## ###### 2023-cü il tarixli **/**** saylı məktuba ** saylı Ucar Ərazi Idarəsində baxılmış, 0,11 ha torpaq sahəsinə tərtib edilən “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə baxış aktı” sözügedən torpaq sahəsinin texniki göstəricilərini özündə əks etdirir və ** saylı Ucar Ərazi Idarəsi tərəfindən hazırlanmamışdır.
8. Işdə olan Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xxxx publik hüquqi şəxsi ** saylı Ucar Ərazi Idarəsinin ##.##.2023-cü il tarixli **/*** nömrəli məktubundan görünür ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin ** saylı Ərazi Idarəsi tərəfindən verilmiş müayinə (baxış) aktında hüquqmüəyyənedici sənəd kimi Göyçay rayon XDS-nin ##.##.1993-cü il tarixli, ** saylı protokolu əsas götürülüb. Lakin hansı texniki sənəd əsassında tərtib edilməsi barədə məlumat qeyd edilməyib. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin ** saylı Ərazi idarəsi tərəfindən verilmiş müayinə (baxış) aktları texniki sənəd hesab olunur.
9. Mülki Prosessual Məcəllənin 5.1-ci maddəsində təsbit edilmişdir ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır.
10. Mülki prosessual qanunvericiliyin istinad olunan müddəasının mənasından göründüyü kimi iki halda məhkəmədə mülki işə başlamaq mümkündür-pozulmuş hüququn bərpası üçün və ya qanunla qorunan hüququn yaxud mənafenin təsdiqi üçün. Hazırkı iş isə özünün xarakteri etibarilə pozulmuş hüququn bərpasına dair mübahisəyə aiddir. Belə ki, iddiaçı mübahisələndirilən aktın tərtib edilməsi nəticəsində hüquqlarının pozulduğunu güman edir. Ona görə də, aktın qanuniliyi və əsaslılığı yoxlanılmadan öncə ümumiyyətlə, həmin aktın mübahisələndirilməsinin mümkünlüyünün yol verilən olması aydınlaşdırılmalıdır. Mübahisələndirilmənin mümkünlüyü isə tərtib edilmiş aktın iddiaçının hər hansı güman edilən hüququnun pozuntusu nəticəsini yaradıb-yaratmamasının müəyyən olunmasından asılıdır.
11. Kollegiya hesab etmişdir ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin ** saylı Ərazi Idarəsi tərəfindən tərtib edilmiş müayinə aktı özlüyündə iddiaçının hər hansı hüququna müdaxilə təşkil etmir. Belə ki, həmin akt keçirilmiş baxış nəticəsində aşkar edilən hallara dair dövlət orqanının əməkdaşlarının mövqeyini əks etdirir. Beləliklə, mübahisələndirilən aktın tərtib edilməsi nəticəsində Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs hər hansı hüquqi nəticə əldə etməmiş, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Göyçay rayonu, Potu kəndində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnu Göyçay rayonu, XDS-nin ##.##.1993-cü il tarixli, ** saylı protokolundan çıxarışına əsasən əldə etmişdir. Iddiaçının hazırda mübahisələndirdiyi müayinə aktı sadəcə texniki sənəd olmaqla, həmin aktda yalnız dövlət orqanının əməkdaşlarının aşkar etdikləri halların təsviri əks olunmuşdur və müstəqil hüquqi nəticə doğurmur. Müvafiq olaraq iddiaçı da məhz hüquqi nəticə yaradan qərarı mübahisələndirməlidir. Çünki aktın tərtib edilməsi və həmin aktın məlumatları nəzərə alınmaqla hər hansı şəxs barəsində hüquqmüəyyənedici qərarın qəbul edilməsi iki ayrı mərhələdir. Aktın tərtib edilməsinə baxmayaraq hüquqi nəticə doğuran qərar qəbul edilməyə də bilər. Hazırkı iş materialları ilə müəyyən olunur ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Göyçay rayonu, Potu kəndində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnu mübahisələndirilən müayinə aktının əsasında deyil, Göyçay rayonu, XDS-nin ##.##.1993-cü il tarixli, ** saylı protokolundan çıxarışına əsasən əldə etmişdir.
12. Şəxsin hüquqi vəziyyətinin strukturunu bir-biri ilə qarşılıqlı əlaqədə olan şəxsin hüquqları, azadlıqları, hüquqi vəzifələri və məsuliyyəti təşkil edir. Hüquqa müdaxilədən və bunun nəticəsində güman edilən pozuntudan yalnız şəxsin hüquqi vəziyyətinin (statusunun) dəyişməsi halında söz edilə bilər. Yalnız elə hallar şəxsin hüquqi vəziyyətinə təsir edən hallar kimi qəbul edilə bilər ki, onların nəticəsində hüquqlara qoyulmuş məhdudiyyətlər götürülsün və ya yeni məhdudiyyətlər qoyulsun, şəxs əvvəllər üzərinə qoyulmuş vəzifələrdən azad edilsin və ya onun üzərinə yeni vəzifələr qoyulsun və s.
13. Bu mənada, kollegiya hesab ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin ** saylı Ərazi Idarəsi tərəfindən tərtib edilmiş müayinə aktı özlüyündə iddiaçı ilə bağlı hər hansı yeni hüquqi status (vəziyyət) yaratmadığına, dəyişdirmədiyinə və ya xitam etmədiyinə görə onun qəbul edilməsi nəticəsində iddiaçının hər hansı hüququnun pozuntusu nəticəsinə də gəlmək mümkün deyildir. Belə olan halda isə aktın özünün mübahisələndirilməsi ayrıca məhkəmə mübahisəsinin predmetini təşkil edə bilməz. Iddiaçı yalnız akta əsaslanmaqla onun barəsində qəbul edilmiş hüquqi nəticə doğuran qərarı mübahisələndirə və həmin icraatın gedişində aktın əsassızlığına dair dəlillərini təqdim edə bilər. Hazırkı vəziyyətdə aktın özünün mübahisələndirilməsi iddiaçının hüquqi marağına uyğun deyildir. Şəxsin hüquqlarının təminatı üçün hər hansı mübahisəyə məhkəmədə o halda baxıla bilər ki, bunu zəruri edən hüquqi marağın mövcudluğu müəyyən olunsun. Şəxsin hüquqi müdafiəsinin məhkəmə vasitəsinə isə müvafiq hüquqi marağının müəyyən olunması halında ehtiyac yaranır.
14. Аzərbаycаn Respublikаsı MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır.
15. Həmin Məcəllənin 262.3-cü maddəsinə görə 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir.
16. Göstərilən müddəaların mənasından göründüyü kimi, iş məhkəmədə baxılmalı olmadıqda iş üzrə icraata xitam verilməlidir. Mülki mühakimə icraatı zamanı işin məhkəmədə baxılmalı olmaması əsası ilə üç halda işin icraatına xitam verilə bilər – iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati və ya inzibati xətalara dair işlər üzrə icraat) baxılmalı olduqda, iş məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olduqda və iş ümumiyyətlə, şəxsin hər hansı hüququnun və qanunla qorunan mənafeyinin pozuntusuna səbəb olmayan hərəkətin (hərəkətsizliyin), aktın və s. mübahisələndirilməsinə yönəlmiş mülki mühakimə icraatı qaydasında baxılmasına yol verilməyən iddianın qaldırılmasına aid olduqda.
17. Beləliklə, hazırkı halda müayinə aktının etibarsızlığı tələbinə münasibətdə mülki mühakimə icraatı qaydasında baxılmasına yol verilməyən iddia qaldırıldığı üçün birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilməlidir.
18. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etməmişdir.
19. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 261.0.1, 262.1, 262.2, 262.3, 384.0.5, 385 və 391-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
a) Kassasiya şikayətinin dəlilləri:
20. Iddiaçı İddiaçı (vəkil-Vəkil) kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərardadının ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, toplanılmış bütün sübutlar həmin müayinə baxış aktının qanunsuz və əsassız olaraq, saxtalaşdırma yolu ilə tərtib olunmasını sübuta yetirməsinə, əksini təsdiq edən heç bir halın mövcud olmamasına baxmayaraq, hakim qərəzli şəkildə icraata xitam vermişdir. Elə bu səbəbdəndir ki, qəbul etdiyi qətnamədə hakim işin hallarına dəxlisiz söz yığınından istifadə edərək, heç bir sübuta istinad edə bilməmişdir. Hər bir hüquqi və texniki sənədin alt sənədləri mövcud olmalıdır. Bu müayinə baxış aktının heç bir alt sənədi mövcud deyildir. Onun verilməsi əsası kimi qeyd olunan Göyçay rayon XDS-nin ##.##.1993-cü il tarixli, ** saylı qərarı ilə isə iş üzrə 3-cü şəxsin 0.06 ha ölçüdə başqa torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınıb və həmin torpaq sahəsini başqa bir şəxsə satıb. Bu halı 1-ci instansiya məhkəməsinə və onlara cavabdehin verdiyi etirafedici cavablar təsdiq edir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmələrdə istifadə etdiyi müayinə baxış aktının qanunsuz verildiyi məhkəməyə məlum olduğu üçün nə 1-ci instansiya məhkəməsi tərəfindən qəbul olunmuş qətnaməni qüvvədə saxlaya bildi, nə də bizə məlum olmayan səbəbdən iddia tələbini təmin edə bildi. Məhkəmə işə qərəzsiz yanaşırdısa və icraata xitam verirdisə, hansı səbəbə ##.##.2026-cı il tarixdə keçirdiyi prosesdə qərardadını qəbul etmədi və ##.##.2026-cı il tarixə növbəti proses təyin etməyi zəruri edən hal nə idi? Bu müayinə baxış aktının iddiaçının hüquqlarını pozmasını istər məhkəmə prosesi gedişatında, istərsə də iddia ərizəsində kifayət qədər əsaslandırmışıq. Müayinə baxış aktının hazırlanmasından bəhs edərkən isə həmin texniki sənədin Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs üçün hüquqmüəyyənedici sənəd sayılmamasına baxmayaraq, onun iddiaçının torpaq sahəsinə iddia etməsinə əsas yaratmasını(məhkəmə proseslərində texniki sənəd kimi istifadə edir) məhkəməyə dəfələrlə izah etməyimizə baxmayaraq, yenə də icraata xitam verildi.
22. Tam əminliklə qeyd edə bilər ki, məhkəmə apellyasiya şikayətini oxumayıb, məhkəmədə verdiyim izahları isə ümumiyyətlə, dinləməyib. Oxusaydı və dinləsəydi, qəbul etdiyi qətnamənin 5ci səhifəsinin sonuncu abzasında bunları qeyd etməzdi: “müayinə aktının özlüyündə iddiaçının hər hansı hüququna müdaxilə təşkil etmir. Həmin akt keçirilmiş baxış nəticəsində aşkar edilən hallara dair dövlət orqanının əməkdaşlarının mövqeyini əks etdirir. Mübahisələndirilən aktın tərtib edilməsi nəticəsində Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs hər hansı hüquqi nəticə əldə etməmiş, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Göyçay rayonu, Potu kəndində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnu Göyçay rayonu, XDS-nin ##.##.1993-cü il tarixli, ** saylı protokolundan çıxarışına əsasən əldə etmişdir. Iddiaçının hazırda mübahisələndirdiyi müayinə aktı sadəcə texniki sənəd olmaqla, həmin aktda yalnız dövlət orqanının əməkdaşlarının aşkar etdikləri halların təsviri əks olunmuşdur və müstəqil hüquqi nəticə doğurmur. Müvafiq olaraq iddiaçı da məhz hüquqi nəticə yaradan qərarı mübahisələndirməlidir. Çünki aktın tərtib edilməsi və həmin aktın məlumatları nəzərə alınmaqla hər hansı şəxs barəsində hüquqmüəyyənedici qərarın qəbul edilməsi iki ayrı mərhələdir. Aktın tərtib edilməsinə baxmayaraq hüquqi nəticə doğuran qərar qəbul edilməyə də bilər. Hazırkı iş materialları ilə müəyyən olunur ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Göyçay rayonu, Potu kəndində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnu mübahisələndirilən müayinə aktının əsasında deyil, Göyçay rayonu, XDS-nin ##.##.1993-cü il tarixli, ** saylı protokolundan çıxarışına əsasən əldə etmişdir.” Bu cür səthi yanaşmanı qəbuledilməz hesab edir. Belə ki: 1. “Müayinə aktının özlüyündə iddiaçının hər hansı hüququna müdaxilə təşkil etmir. Həmin akt keçirilmiş baxış nəticəsində aşkar edilən hallara dair dövlət orqanının əməkdaşlarının mövqeyini əks etdirir.” -- Müayinə aktı özlüyündə iddiaçının hər hansı hüququna necə müdaxilə təşkil etmir ki, həmin müayinə baxış aktını cavabdeh inzibati orqan və məhkəmələr torpaq sahəsinin yerini göstərən texniki sənəd kimi qəbul edirlər və Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs bu texniki sənəddən istifadə edərək, iş üzrə iddiaçıya qarşı məhkəmə mübahisələri açır. Həmçinin, iş üzrə mülkiyyətçiyə məxsus torpaq sahəsinə iddia edir. 2. “Müvafiq olaraq iddiaçı da məhz hüquqi nəticə yaradan qərarı mübahisələndirməlidir.” – Bu cümlənin özü məhkəmənin ümumiyyətlə, necə araşdırma aparmasını sübut edir. Iddia ərizəsində və məhkəmədə dəfələrlə izah etmişik ki, Göyçay rayon XDS-nin ##.##.1993-cü il tarixli, ** saylı qərarı ilə iş üzrə 3-cü şəxs olan Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs 0.06 ha ölçüdə BAŞQA torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınıb və həmin torpaq sahəsini başqa bir şəxsə satıb. Göyçay rayon XDSnin ##.##.1993-cü il tarixli, ** saylı qərarından qanunsuz şəkildə istifadə edərək, başqa ərazidə (Esmiranın iddiasına əsasən iddiaçının mülkiyyətində olan torpaq sahəsinə) yerləşən 0.11 ha torpaq sahəsinə dair mübahisələndirdiyimiz müayinə baxış aktını düzəldiblər. Göyçay rayon XDS-nin ##.##.1993-cü il tarixli, ** saylı qərarı iddaçının hansı hüququnu pozur ki, həmin qərarı mübahisələndirsin? Həmin qərarla 0.06 ha torpaq sahəsi ayrılıb və o torpaq sahəsinin mübahisə ilə əlaqəsi yoxdur.
23. Məhkəmə iş üzrə icraata xitam verdikdən sonra cavabdehin hüquqlarının müdafiə olunması və qanunsuz şəkildə verilmiş müayinə baxış aktının etibarsızlığı ilə bağlı hansı orqana müraciət etməli olmasını göstərməyib. Halbuki, Аzərbаycаn Respublikаsı MPM-nin 262.3-cü maddəsi imperativ xarakterlidir.
24. Göyçay rayon XDS-nin ##.##.1993-cü il tarixli, ** saylı qərarından istifadə edərək, torpaq sahəsinin ölçüsünü qərarda qeyd olunan ölçüdən 2 dəfə artıq qeyd etməklə, başqa şəxsin torpaq sahəsinə dair müayinə baxış aktı tərtib edilməsi ilə bağlı xüsusi qərardad çıxarmalı olduğu halda bunu da etməmişdir.
25. Azərbaycan Respublikasının Ali Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-***/**** saylı qərarında texniki sənədin etibarsızlığına münasibətdə yanaşma ilə hazırda kassasiya şikayəti verdikləri Şəki Apellyasiya Məhkəməsinin qərardadındakı yanaşma tamam fərqlidir. Belə ki, Gəncə Apellyasiya Məhkəməsinin # ###### 2021-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbi təmin edilmiş, 1987-ci il tarixli 1790 inventar nömrəli texniki pasportda Cavabdeh1 xeyrinə edilmiş düzəliş etibarsız sayılmışdır. Həmin qətnamədən verilən kassasiya şikayətinə Azərbaycan Respublikasının Ali Məhkəməsində baxılaraq, ##.##.2023-cü il tarixli, *(***)-***/**** saylı qərar çıxarılmış və Gəncə Apellyasiya Məhkəməsinin # ###### 2021-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi Şəki Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** saylı qərardadında qeyd olunan yanaşma məhkəmə təcrübəsinin vahidliyinin pozulması ilə bərabər gələcəkdə, bir çox vətəndaşın oxşar mövzuda pozulmuş hüquqlarının bərpa olunmasına maneə yarada biləcək praktika formalaşdrmağa zəmin yarada bilər.
26. Kassasiya şikayətinin əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 60, 129, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 261.0.1, 262.1, 263.3 və 265.4cü maddələrinə istinad edilmişdir.
b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir: 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə;
32. Maddə 262.3. Bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir.
33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində
34. nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
35. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
36. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
Kassasiya baxışının hədləri:
37. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
38. Hazırkı kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
40. Məhkəmə kollegiyası kassasiya şikayətinin məhkəmənin başqa şəxsin torpaq sahəsinə dair müayinə baxış aktı tərtib edilməsi ilə bağlı xüsusi qərardad çıxarmalı olduğu halda bunu da etmədiyi barədə dəlili ilə əlaqədar qeyd edir ki, Azərbaycan Respublikasının MPM-in 265.4-cü maddəsinə əsasən məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Lakin iş materialları ilə apellyasiya instansiyası məhkəməsinin xüsusi qərardad qəbul edilməsi üçün əsaslar müəyyən etdiyi təsdiqlənmir. Digər tərəfdən xüsusi qərardadın çıxarılmaması məhkəmənin qərardadının qanuni və əsaslı olmaması kimi qəbul edilə bilməz.
41. Kassasiya şikayətinin digər dəlillərinə əsasən kassasiya kollegiyası bildirir ki, iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin ** saylı Ərazi Idarəsi tərəfindən Göyçay rayon XDS-nin ##.##.1993-cü il tarixli, ** saylı protokolu əsasında Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs adına verilmiş müayinə (baxış) aktının etibarsız hesab olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
42. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin ** saylı Ərazi Idarəsi tərəfindən tərtib edilmiş müayinə aktı özlüyündə iddiaçının hər hansı hüququna müdaxilə təşkil etmir. Belə ki, həmin akt keçirilmiş baxış nəticəsində aşkar edilən hallara dair dövlət orqanının əməkdaşlarının mövqeyini əks etdirir. Beləliklə, mübahisələndirilən aktın tərtib edilməsi nəticəsində Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs hər hansı hüquqi nəticə əldə etməmiş, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Göyçay rayonu, Potu kəndində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnu Göyçay rayonu, XDS-nin ##.##.1993-cü il tarixli, ** saylı protokolundan çıxarışına əsasən əldə etmişdir. Iddiaçının hazırda mübahisələndirdiyi müayinə aktı sadəcə texniki sənəd olmaqla, həmin aktda yalnız dövlət orqanının əməkdaşlarının aşkar etdikləri halların təsviri əks olunmuşdur və müstəqil hüquqi nəticə doğurmur. Müvafiq olaraq iddiaçı da məhz hüquqi nəticə yaradan qərarı mübahisələndirməlidir. Çünki aktın tərtib edilməsi və həmin aktın məlumatları nəzərə alınmaqla hər hansı şəxs barəsində hüquqmüəyyənedici qərarın qəbul edilməsi iki ayrı mərhələdir. Aktın tərtib edilməsinə baxmayaraq hüquqi nəticə doğuran qərar qəbul edilməyə də bilər. Hazırkı iş materialları ilə müəyyən olunur ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Göyçay rayonu, Potu kəndində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnu mübahisələndirilən müayinə aktının əsasında deyil, Göyçay rayonu, XDS-nin ##.##.1993-cü il tarixli, ** saylı protokolundan çıxarışına əsasən əldə etmişdir. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin ** saylı Ərazi Idarəsi tərəfindən tərtib edilmiş müayinə aktı özlüyündə iddiaçı ilə bağlı hər hansı yeni hüquqi status (vəziyyət) yaratmadığına, dəyişdirmədiyinə və ya xitam etmədiyinə görə onun qəbul edilməsi nəticəsində iddiaçının hər hansı hüququnun pozuntusu nəticəsinə də gəlmək mümkün deyildir. Belə olan halda isə aktın özünün mübahisələndirilməsi ayrıca məhkəmə mübahisəsinin predmetini təşkil edə bilməz. Iddiaçı yalnız akta əsaslanmaqla onun barəsində qəbul edilmiş hüquqi nəticə doğuran qərarı mübahisələndirə və həmin icraatın gedişində aktın əsassızlığına dair dəlillərini təqdim edə bilər. Hazırkı vəziyyətdə aktın özünün mübahisələndirilməsi iddiaçının hüquqi marağına uyğun deyildir. Şəxsin hüquqlarının təminatı üçün hər hansı mübahisəyə məhkəmədə o halda baxıla bilər ki, bunu zəruri edən hüquqi marağın mövcudluğu müəyyən olunsun. Şəxsin hüquqi müdafiəsinin məhkəmə vasitəsinə isə müvafiq hüquqi marağının müəyyən olunması halında ehtiyac yaranır.
43. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi işdəki sübutları araşdırmış, onlara, habelə kassasiya şikayətində göstərilən digər hallara mülki prosessual hüquq normalarına əsasən hüquqi qiymət verməklə yuxarıdakı qənaətə gəlmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas təşkil etmir.
45. Ona görə də kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası
qərara aldı:
Iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.