Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1275/2026 18.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı Iddiaçı cavabdehlər cavabdeh2, cavabdeh3 və cavabdeh1 qarşı “maddi ziyan” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ Açar sözlər: mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr, maddi ziyanın ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlundan və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-**/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları:
1. XXX rayonu XXX kənd ərazisində yerləşən 0,5237 ha və 0,0984 ha torpaq sahələri Iddiaçı mülkiyyətindədir.
2. “xxxx” MMC tərəfindən verilmiş rəyə əsasən Iddiaçı məxsus olan pay torpağında quraşdırılmış istilikxanaya dəymiş ziyanın ümumi məbləği 45936 manat təşkil edir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları:
a) Birinci instansiya məhkəməsində icraat
3. Iddiaçı Iddiaçı cavabdehlər cavabdeh2, cavabdeh1 və cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 45936 manat maddi ziyan və ödənilmiş 227,81 manat dövlət rüsumunun alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Iddia onunla əsaslandırılmışdır ki, cavabdehlər mərhum qardaşı XXX in keçmiş həyat yoldaşının qohumlarıdır. Cavabdehlər XXX rayonu, XXX kəndində yerləşən iddiaçıya məxsus istilikxananı 2022-ci ilin mart ayında iddiaçının xəbəri olmadan söküb materiallarını satmışlar. 102 xidmətinə müraciət etdiyinə görə Şəmkir rayon X1 əməkdaşları hadisə yerinə gələrək araşdırma aparmışlar. Cavabdehlər iddiaçıya 45936 manat ziyan vurmuşdur.
5. Cavabdeh cavabdeh1 birinci instansiya məhkəməsində iddia tələbinə etiraz edərək göstərmişdir ki, iddiaçının sökülməsini mübahisələndirdiyi istilikxananın yerləşdiyi torpaq sahəsi onun mülkiyyətindədir və istilikxana ona məxsus olmuşdur. O, özünə məxsus olan istilikxananın sökülməsi üçün cavabdeh2 və cavabdeh3 sifariş vermiş, onlar da həmin istilikxananı onun göstərişinə əsasən sökmüşlər. Öz mülkiyyətində olan əmlakı sökdüyü üçün iddiaçının qarşısında hər hansı öhdəlik daşımır və iddiaçıya ziyan vurmamışdır.
6. Cavabdeh cavabdeh2 iddia tələbinə etiraz edərək göstərmişdir ki, onun iddiaçı ilə heç bir münasibəti olmamış, isitilikxananın sökülməsində onun təqsiri olmamışdır. Belə ki, sökmüş olduqları istilikxananın sahibi kimi həmkəndliləri cavabdeh1nu tanımış, sonuncunun sifarişi əsasında cavabdeh3 ilə birlikdə istilikxananın materiallarını sökmüşdür. O, istilikxananın sökülməsində fəhlə kimi işləmişdir.
7. Cavabdeh cavabdeh3 iddiaya etiraz edərək, cavabdeh cavabdeh2 ilə oxşar məzmunlu izahat vermişdir. Birinci instansiya məhkəməsində alınmış Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ** saylı Şəmkir Ərazi Idarəsi tərəfindən verilmiş ## ##### 2023cü il tarixli
8. mütəxəssis rəyinə əsasən sökülməsi mübahisələndirilən istilikxananın 0,1177 ha hissəsi bələdiyyə, 0,0984 ha hissəsi ********** qeydiyyat nömrəli, ##.##.2022-ci il tarixli qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında Iddiaçı adına qeydə alınmış 0,0984 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri daxilində, 0,1805 ha hissəsi isə ********** qeydiyyat nömrəli, ##.##.2022ci il tarixli qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında Iddiaçı adına qeydə alınmış 0.5237 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri daxilində yerləşir.
9. Şəmkir Rayon Məhkəməsinin ## ### 2023-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim K.Məmmədov) iddia tələbi təmin edilmişdir.
10. Birinci instansiya məhkəməsi iş materiallarının müqayisəli tədqiqi nəticəsində müəyyən etmişdir ki, cavabdehlər iddiaçının razılığı olmadan qanunsuz olaraq ona məxsus olan istilikxananı sökmüşlər. Istilikxananın iddiaçıya məxsus olması məhkəmə iclası zamanı tədqiq edilmiş sənədlərlə müəyyən edilmişdir. Cavabdeh cavabdeh1 istilikxanın ona məxsus olmasını iddia etsə də, bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir.
11. Iddiaçı iddia ərizəsində ona ümumilikdə 45936 manat ziyan dəyməsini iddia etmiş və ziyanın məbləği ilə bağlı müvafiq rəy təqdim etmişdir. Məhkəmə təqdim edilmiş mütəxəssis rəyini mötəbər sübut kimi qəbul edir və iddianın tam təmin edilməsi qənaətinə gəlmişdir.
12. Məhkəmə iclasında araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək məhkəmə hesab etmişdir ki, cavabdehlərin təqsirli hərəkətləri nəticəsində iddiaçıya 45936 manat məbləğində maddi ziyan dəymişdir.
13. Lakin, cavabdehlər həmin ziyanı hazırkı vaxtadək ödəməmiş və iddiaçı əlverişsiz vəziyyətə düşmüşdür.
14. Ona görə də iddiaçının cavabdehlərə qarşı tələb hüququ yaranmışdır.
15. Məhkəmə iddiaçının vəkalətli nümayəndəsinin, cavabdehlərin izahatının və iş materiallarının müqayisəli tədqiqi nəticəsində müəyyən etmişdir ki, iddiaçı cavabdehlərin təqsiri üzündən maddi zərər çəkmişdir. Ziyanın məbləği məhkəmə iclası zamanı tədqiq edilmiş sübutlarla, işdə olan sənədlər və digər iş materialları ilə təsdiq olunur.
16. Birinci instansiya məhkəməsi nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 385, 390.1, 425.1, 1096.1, 1096.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1, 88, 124.1, 213, 216-220, 233 və 360-cı maddələrinə istinad etmişdir.
b) Apellyasiya instansiyası məhkəməsində icraat
17. Cavabdehlər cavabdeh2, cavabdeh3 və cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilmiş məhkəməəmtəəşünaslıq
18. ekspertizası üzrə “xxxx” MMC-nin ## ###### 2025-ci il tarixli qiymətləndirmə rəyinə əsasən qiymətləndirmə prosesi zamanı mütəxəssislər tərəfindən əmlaka baxış keçirilərkən və araşdırmalar nəticəsində məlum olmuşdur ki, sözügedən ərazidə söküntüdən əvvəl ümumilikdə 12 ədəd istilikxana olmuşdur. 12 ədəd istilikxanadan 10 ədədi sökülmüş və 2 ədəd istilikxana sökülməmiş qalmışdır. Sözügedən ərazidə sökülmüş olan 10 ədəd istilikxananın yerində yeni istilikxana tikilmiş və 2 ədəd köhnədən sökülməmiş qalan istilikxanada mövcuddur. Iddiaçı dəymiş ziyan sökülmüş 10 ədəd istilikxanaya hesablanmışdır. Hər birinin eni 8 metr, uzunluğu 35 m olan 10 ədəd istilikxananın sökülməsi nəticəsində (istilikxananın inşası üçün sərf olunan bütün növ mal-materiallar və quraşdırılması üçün usta xərci nəzərə alınmaqla) dəymiş ziyanın dəyəri 51179 manat təşkil edir.
19. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ilə (hakim R.Muradovun sədrliyi və məruzəsi ilə, hakimlər M.Mustafayev və Ə.Qəhrəmanov) cavabdehlər cavabdeh2 və cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Şəmkir Rayon Məhkəməsinin ## ### 2023-cü il tarixli, *(***)- ***/**** nömrəli qətnaməsi 45936 manat ziyanın, eləcə də ödənilmiş dövlət rüsumunun əvəzi qismində 227,81 manatın müştərək qaydada cavabdehlər cavabdeh2 və cavabdeh3 alınıb iddiaçı Iddiaçı verilməsi hissədə ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək, iddiaçı Iddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh3 müştərək qaydada 45936 manat ziyan, eləcə də ödənilmiş dövlət rüsumunun əvəzi qismində 227,81 manatın alınaraq ona verilməsi barədə iddiası təmin edilməmiş, cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəmkir Rayon Məhkəməsinin ## ### 2023-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi cavabdeh cavabdeh1ndan 45936 manat dəymiş ziyan, eləcə də ödənilmiş dövlət rüsumunun əvəzi qismində 227,81 manatın alınaraq iddiaçı Iddiaçı verilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır.
20. Apellyasiya kollegiyasının qənaəti bundan ibarət olmuşdur ki, irəli sürülən iddia tələbinə münasibətdə iddiaçı məhkəmə müdafiəsi hüququna (vurulmuş zərərin əvəzini tələb etmək) malik olsa belə, lakin tələbin yönəldiyi cavabdehlərdən cavabdeh2 və cavabdeh3 iddia tələbinə cavab verməli olan subyektlər deyil. Birinci instansiya məhkəməsi isə cavabdeh2 və cavabdeh3 münasibətdə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı yanlış nəticəyə gələrək onlara aid hissədə də iddianı təmin etmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehlər cavabdeh2 və cavabdeh3 münasibətdə ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilərək iddia həmin hissədə təmin edilməməlidir.
21. Cavabdeh cavabdeh1na münasibətdə isə kollegiya hesab etmişdir ki, iddianı təmin etməkdə birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur.
22. Iddiaçı Iddiaçı iddia ərizəsində istilikxanaların sökülməsi nəticəsində ona 45936 manat zərər vurulduğunu qeyd etmişdir. Iddia tələbinin əsaslılığının araşdırılması bəzi xüsusi bilik tələb edən sualların cavablandırılmasını tələb etdiyi halda, birinci instansiya məhkəməsi hər hansı bir qiymətləndirmə (ekspertiza təyin etmədən) dəymiş zərərin məbləğinin iddia ərizəsində qeyd olunmuş miqdarda olması qənaətinə gəlmişdir. Sökülməsi mübahisələndirilən istilikxanaların iddiaçı Iddiaçı mülkiyyətində olan torpaqda yerləşməsi iş materialları ilə təsdiq olunur. Cavabdeh cavabdeh1 istilikxanaların atasının vəsaiti hesabına tikildiyini qeyd etsə də, lakin bu baradə məhkəməyə hər hansı bir möhtəbər sübut verməmişdir. Onun göstərişi əsasında istilikxanaların sökülməsi və sökülən materiallarında onun özü tərəfindən götürülərək başqa şəxslərə satılması iş materialları ilə təsdiq olunur. Işin qeyd olunan bu halı onun özünün nümayəndəsi (anası) XXXnın, digər nümayəndəsi nümayəndə1, eləcədə cavabdeh2 və cavabdeh3 izahatları ilə təsdiq olunur.
23. Iş üzrə cavabdehlər hər birinin eni 8 metr, uzunluğu 35 metr olan istilikxana söküldüyünü bildirsə də, lakin “xxxx” MMC-nin ## ###### 2025-ci il tarixli qiymətləndirmə rəyində qeyd olunmuşdur ki, baxış zamanı müəyyən olunmuşdur ki, hər birinin eni 8 metr, uzunluğu 35 metr olan 10 ədəd istilikxana sökülmüş və bu söküntü zamanı dəymiş ziyan (onların bərpası üçün) 51,179 manat təşkil edir. Iddiaçı isə istilikxanaların sökülməsi nəticəsində ona 45936 manat ziyan dəydiyini qeyd edərək cavabdehlərdən həmin məbləğin alınıb ona verilməsini məhkəmədən xahiş etmişdir.
24. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 21.2, 21.2, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
25. Iddiaçı Iddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin edilməmiş hissəsində ləğv edilməsi və iddia tələbinin cavabdehlər cavabdeh2, cavabdeh3 və cavabdeh1 münasibətdə tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.2-ci maddələrinin tələbləri pozulmuşdur.
27. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin həqiqi halları düzgün araşdırılmadan tətbiq edilən maddi hüquq normaları pozulmuşdur. Belə ki, yuxarıda qeyd edilən maddi hüquq normalarına görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl olduğu və delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıdığı halda məhkəmə tərəfindən cavabdehlər cavabdeh2 və cavabdeh3 törətdiyi qanunsuz əməllərə düzgün qiymət verilməmiş və onlar mülki hüquqi məsuliyyətdən azad edilmişlər. Halbuki, həm birinci instansiya məhkəməsinin iclaslarında, həm də apellyasiya məhkəməsinin iclaslarında cavabdehlər istilikxananın onlar tərəfindən söküldüyünü etiraf etmişlər. Məhkəmə yalnız onların müdafiə xarakterli digər cavabdeh cavabdeh1 tapşırığı ilə həmin işi gördükləri barədə izahatlarında istinad edərək, iddia tələbini onlara aid hissədə təmin etməmişdir. Halbuki, hər iki cavabdeh fəhlə deyil, iddiaçının qardaşının arvadının qohumları olmaqla qərəzli olaraq ona maddi ziyan vurmuşlar. Məhkəmə sübutları, faktları, tərəflərin təqdim etdiyi dəlilləri, onların izahatlarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb qiymətləndirməmişdir.
28. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
29. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Kassasiya baxışının hədləri
30. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
31. Iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini iddianın cavabdehlər cavabdeh2 Vəlayət oğluna və cavabdeh3 qarşı təmin olunmayan hissəsində mübahisələndirdiyindən, hazırkı kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq həmin qətnamənin qanuniliyinin mübahisələndirilən hissədə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq:
32. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehlərin apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış, o cümlədən iş üzrə mütəxəssis cəlb edilmiş, səlahiyyətləri çərçivəsində işdə olan sübutlara müfəssəl və dəqiq hüquqi qiymət verilməklə, yuxarıda qeyd olunan nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razılaşır.
36. Iddiaçının kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsinin tələblərinə görə yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən mülki hüquq pozuntusu sayıla bilər: törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. (“xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ##### 2021-ci il tarixli qərarı).
37. Hazırkı işdə iddiaçıya ziyanın vurulması işin mübahisəli olmayan halı olsa da, cavabdehlər cavabdeh2 Vəlayət oğlunun və cavabdeh3 bunla bağlı təqsirli hərəkətlərin (hərəkətsizliklərin) olması müəyyən olunmamışdır.
38. Izah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
39. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, sübutların mahiyyətinə qiymətin verilməsi, işin hallarının düzgün müəyyən edilməməsi kassasiya icraatının baxış predmeti ola bilməz. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.Ibrahimovun şikayəti üzrə ## ##### 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
40. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Iddiaçı Iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)- **/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.