Məhkəmə qərarları › İş №2(1-8)-1281/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1281/2026

18.06.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1281/2026 18.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Selvi Erdinçin cavabdeh Cavabdeh Məhdud Məsuliyyət Cəmiyyətinə qarşı iddiası barədə mülki iş üzrə QƏRARİ (Açar sözlər: “məlumatın internet informasiya ehtiyatından silinməsi”; Mülki mübahisənin kateqoriyası: Şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi ilə bağlı mübahisələr; Sübutetmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X12 (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə iddiaçı Selvi Erdinçin cavabdeh Cavabdeh Məhdud Məsuliyyət Cəmiyyətinə qarşı “məlumatın internet informasiya ehtiyatından silinməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2026-cı il # ###### tarixli *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı Selvi Erdinçin kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları:

1. Iddiaçı Erdinç Selvlin vəkili və nümayəndəsi Vəkil tərəfindən “xxxx” MMC-yə ünvanlanmış pretenziya məktubundan görünür ki, Azərbaycanda 100 min manatlıq şirkətə rəhbərlik edən 69 yaşlı Erdinç Selvi kimdir? yazısını internet informasiya ehtiyatından silməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyini bildirmişdir.

2. ##.##.2025-ci il tarixli “xxxx.com” saytının cavab məktubunda göstərilmişdir ki, “pretenziya”da qeyd olunan iradlarla razı deyillər. Yazıda qeyd olunan məlumatların hamısı açıq kateqoriyalı məlumatlar hesab olunur və bu səbəbdən onların haqqında bəhs olunan yazıda yer alması qanunla qadağan deyil.

3. “xxxx.com” saytında dərc olunmuş “Azərbaycanda 100 min manatlıq şirkətə rəhbərlik edən 69 yaşlı Erdinç Selvi kimdir?” adlı məqalədə qeyd edilir: “Bu ilin iyun ayının 11-də 100 min manat nizamnamə kapitalı olan “X13 Industry and Foreign Trade” MMC (VÖEN – 3105150311) adlı şirkət dövlət qeydiyyatına alınıb. xxxx.com xəbər verir ki, yeni yaranan şirkətin hüquqi ünvanı Xırdalan şəhəri, ünvan 1 km.-də yerləşir. Şirkətin qanuni təmsilçisi Türkiyə vətəndaşı Erdinç Selvidir. Məlumat üçün bildirək ki, X7 Britaniyada yerləşən “xxxx” adlı şirkətin təsisçisi və rəhbəridir. 1955-ci il təvəllüdlü Erdinç Selvi hazırda Londonda “86-90 Paul Street, London, EC2A 4NE” ünvanında qeydiyyatda olan aşağıdakı şirkətlərin direktoru vəzifəsini icra edir. ## ###### 2022-ci ildə qeydiyyata alınan “X10 X2 X14 Ltd”; ## ###### 2022-ci ildə qeydiyyat alınan “X11 X3 Logistics Ltd”; # #### 2019-cu ildə qeydiyyata alınan “X8 X16 X4”; ## ###### 2018-ci ildə qeydiyyat alınan “X17 X1”. “xxxx”in rəsmi HYPERLINK "https://dilesholding.com/" vebHYPERLINK "https://dilesholding.com/" -HYPERLINK "https://dilesholding.com/" saytında qeyd olunur ki, şirkət Avropada, ABŞ-də yerli ofisləri və Türkiyə, Azərbaycanda istehsalat fabrikləri olan Londonda yerləşən korporativ müəssisədir. “xxxx” Azərbaycanda geyim biznesi ilə də məşğul olur. Holdinqə bağlı olan HYPERLINK "https://dilesholding.com/about-the-elegances/" “The HYPERLINK "https://dilesholding.com/about-the-elegances/" Elegances HYPERLINK "https://dilesholding.com/about-the-elegances/" Club HYPERLINK "https://dilesholding.com/about-the-elegances/" Baku” premium qadın və kişi geyimlərinin dizayneri, istehsalçısı və topdansatışçısıdır. Qeyd edək ki, “xxxx”in HYPERLINK "https://dilesholding.com/our-brands/" saytında onlara məxsus “Olives Britannia” adlı brendin də olduğu bildirilir. Lakin, açıq internet resurslarda belə bir brend haqqında heç bir məlumat mövcud deyil.”

4. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin internet informasiya səhifəsindən çıxarılmış kommersiya qurumlarının dövlət reyestri məlumatlarının verilməsi barədə pəncərəsindən görünür ki, “X13 Industry and Foreign Trade” MMC-nin qanuni təmsilçisi Erdinç Selvidir, nizamnamə kapitalı 10000 manat təşkil edir.

5. “Vergilər” sosial-iqtisadi onlayn qəzetin surətinə əsasən, qəzetdə kommersiya qurumlarının dövlət reyestri məlumatları əks etdirilmiş, həmin məlumatlardan biri “X13 Industry and Foreign Trade” MMC barəsindədir. Məlumata əsasən, MMC-nin nizamnamə kapitalı 10000 manat təşkil edir. Maliyyə ili 01 yanvar 31 dekabr. Qanuni təmsilçisi Selvi Erdinçdir. ##.##.2024-cü il tarixdə dövlət qeydiyyatına alınıb. Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat:

6. Iddiaçı cavabdeh Cavabdeh Məhdud Məsuliyyət Cəmiyyətinə (bundan sonra mətndəcavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azərbaycanda 100 min manatlıq şirkətə rəhbərlik edən 69 yaşlı Erdinç Selvi kimdir?” yazısını internet informasiya ehtiyatından silmək öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir.

7. Iddia tələbi onunla əsaslandırılmışdır ki, yazıda iddiaçıya və şirkətlərinə aid yanlış, həqiqəti əks etdirməyən məlumatlar, o cümlədən razılığı olmadan fərdi məlumatları dərc olunmuşdur. Iddiaçının və yazıda qeyd olunan şirkətlərinin zeytun istehsalı və satışı ilə heç bir əlaqəsi yoxdur. Həmin yazıya əsasən “xxxx” Azərbaycanda geyim biznesi ilə də məşğul olur.” Halbuki bu həqiqəti əks etdirmir. O Türkiyədə və Avropada yalnız qida və tekstil məhsullarının istehsalı ilə məşğul olur, istehsal sahələrinə yatırım edən bir sərmayəşçi kimi tanınır, heç bir ticarətlə də məşğul deyil. Istinad olunan yazıda göstərilmişdir: “Qeyd edək ki, “xxxx”in saytında onlara məxsus “Olives Britannia” adlı brendin də olduğu bildirilir. Lakin, açıq internet resurslarda belə bir brend haqqında heç bir məlumat mövcud deyil.” Yazıdakı bu qeyd isə onun, şirkərləri və “Olives Britannia” adlı brend barədə oxucuda şübhə yaradır. Ilk dəfə internet informasiya ehtiyatında linkini görüb “xxxx” xəbər saytına müraciət etmiş və yazıda kiçik dəyişiklik edilib, “Azərbaycanda 100 min manatlıq şirkətə rəhbərlik edən 69 yaşlı Erdinç Selvi kimdir? yazısı kimi yayımlanmışdır. Onu da internet informasiya ehtiyatından silməyi tələb etmişdir, lakin “xxxx” xəbər saytı adından ##.##.2025-ci il tarixli cavab məktubunda rədd cavabı almışdır. Yazıda qeyd olunanlar bir sərmayəçi olaraq iddiaçının işgüzar nüfuzuna zərər vurur və ona görə də internet informasiya ehtiyatından silinməlidir. Bundan əlavə, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən (maddə 18.1) kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlarlar məxfi məlumatlardır və heç bir halda açıqlana bilməz.

8. Cavabdeh yazılı etirazına əsasən, iddiaçının iddia ərizəsində istinad etdiyi hallar və əsas gətirdiyi dəlillər əsassız və qeyri-qanuni olduğundan iddia ərizəsinə etiraz verməsi zərurət yaranmışdır. Hesab edib ki, iddia ərizəsi hüquqi və faktiki əsaslardan məhrumdur və əsassızdır.Belə ki, həmin yazıda iddiaçının işgüzar nüfuzuna xələl gətirən və ya onu ticarətlə məşğul olan şəxs kimi göstərən heç bir söz, ifadə və ya məlumat yoxdur. Yazıda yalnız iddiaçı qanuni təmsilçi olduğu şirkətlər barədə qısa və ictimai mənbələrə istinad edən məlumat yer alıb. Həmçinin, iddiaçı və onun vəkili iddia ərizəsində kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatların məxfi olduğunu bildirmişdir. Lakin, Azərbaycan Respublikası qanunvericiliyi (xüsusilə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanun) belə məlumatların dövlət qeydiyyatında açıq və ictimai xarakter daşıdığını müəyyən edililb. Cavab məktubunda da qeyd olunduğu kimi, iddiaçının istinad etdiyi qanun və maddədə tamamilə əks norma əks olunub - yəni bu məlumatlar istənilən maraqlı şəxs tərəfindən əldə edilə bilər. Bundan başqa, yazıda iddiaçının hansı şirkətdə təsisçi olması və ya nizamnamə kapitalındakı payı barədə ümumiyyətlə, heç bir məlumat əks olunmayıb. Beləliklə, kommersiya sirri təşkil edən məlumatların yayılması ilə bağlı iddianın hüquqi əsası yoxdur. Yazıda yalnız açıq mənbələrdə (məsələn, vergi orqanının internet resurslarında) mövcud olan məlumatlardan istifadə olunub. Iddiaçı və onun vəkili pretenziyada və iddia ərizəsində şirkətlərin zeytun istehsalı və satışı ilə məşğul olmadığını iddia etmişlər. Halbuki yazıda belə bir məlumat ümumiyyətlə yer almamışdır. Əvvəllər bu cür məlumat yazıda əks olunmuş olsa da, iddiaçının müraciəti əsasında artıq tam şəkildə silinmişdir və hazırda yazıda yoxdur. Bu barədə də iddiaçı tərəfə dəfələrlə məlumat verilmişdir. Bununla yanaşı, cavabdeh olaraq saytın fəaliyyətində məlumatların düzgünlüyünə, qərəzsizliyinə və obyektivliyinə əməl olunmasını, eyni zamanda Azərbaycan Respublikasının qanunvericiliyinə və şəxsin şərəf və ləyaqətinin qorunması prinsiplərinə hörmətlə yanaşılmasını təmin etməyi öz üzərlərinə götürmüşlər. Iddiaçının təqdim edəcəyi istənilən əlavə məlumat və izahlar isə tərəflərin bərabər hüquqlu şəkildə məlumatlandırılması prinsipinə uyğun olaraq qanunvericiliyə əsasən şəffaf və ədalətli qaydada nəzərdən keçiriləcəkdir. Həmçinin qeyd edib ki, təqdim olunan yazıda iddiaçının ticarət fəaliyyəti ilə məşğul olduğuna dair heç bir ifadə və ya məlumat yer almamışdır. Yazıda yalnız “xxxx”in Azərbaycanda geyim biznesi ilə məşğul olduğu barədə ictimai, rəsmi mənbədən götürülmüş məlumat əks etdirilmişdir. Həmin məlumat iddiaçının şəxsi və ya peşəkar nüfuzuna xələl gətirmək məqsədi daşımıyıb və yalnız ictimai marağın təmin olunmasına və açıq mənbələrin obyektiv şəkildə yayılmasına xidmət edib. Təqdim olunan yazının məzmununa diqqətlə baxıldıqda, orada iddiaçının şərəf və ləyaqətini ləkələyən və ya mənfi təqdim edən heç bir məlumat və ya ifadənin yer almadığı aydın olur. Yazıda yalnız açıq və obyektiv mənbələrdən əldə edilmiş məlumatlardan idtifadə olunmuş, həmin məlumatlar faktiki xarakter daşıyaraq iddiaçının nüfuzuna xələl gətirən hər hansı fikir və ya mülahizə ilə müşayiət olunmamışdır. Odur ki, göstərilənləri nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Iddiaçının nümayəndəsi və vəkil Vəkil izahatında bildirmişdir ki, “xxxx”, “Hocanın Blogu”, “X9” saytlarında iddiaçı barədə informasiya paylaşılmışdır, hər üçünə pretenziya göndərilmiş, “xxxx”dan başqa digərləri pretenziyanı qəbul edərək, bu informasiyanı silmişlər, lakin link şəklində durub. Ona görə də bu iddia “xxxx” saytına qarşı qoyulub. Bu məlumatlar qanunvericiliyin tələbləri pozulmaqla paylaşılmışdır. Onlarla əlaqə saxlanılıb, özünü cavabdehin nümayəndəsi kimi tanıdan şəxs qeyd etmişdir ki, araşdırıb geri dönəcəklər. 1 gün sonra artıq başlıq dəyişmişdir. 1-ci halda təsisçi barədə və onun təsis payları barədə məlumat yayılmışdı. Bu qanunsuz idi. 2-ci bir məsələ odur ki, iddiaçı qeyd edib ki, zeytun biznesi ilə məşğul deyil. Iki şirkətdən biri tikiş işləri ilə məşğuldur, digəri isə qida sənayesi ilə bağlı olacaq. Buna görə də iddiaçı hesab edib ki, həm onun haqqında məlumatlar təhrif olunub, həm də fərdi məlumatlar onun xəbəri olmadan paylaşılıb. “Oliver” adlı brend haqqında isə qeyd ediblər ki, heç belə bir şey yoxdur. Şəxsin yaşı ilə bağlı məlumatlar da yanlışdır.

10. Cavabdehin nümayəndəsi X18 izahatıdna bildirmişdir ki, “xxxx” saytının təsisçisi cavabdeh MMC-dir. Iddiaçının silinməsini tələb etdiyi informasiyada səsləndirilən iradların heç biri yoxdur. Əvvəlki məqalədə işlədilən “Şirkət açıbdır” sözü sonra “xxxx” sözüylə əvəz edildi. Bu hadisə 1 il əvvəl olub. Yazıda şirkətin ümumi nizamnamə kapitalı yazılmışdır ki, bunu da hər yerdən tapmaq olar. Məxfi məlumat olsa idi, əldə etmək olmazdı. “Oliver” adlı brend məsələsinə gəldikdə isə qeyd edir ki, bu barədə açıq internet saytlarında məlumat tapa bilməyiblər. Mətbuat olaraq bu cür informasiyalar verməyə borcludurlar. Iddianın heç bir əsası yoxdur. Ona görə də yazı silinməməlidir. Xəbərin silinməsi alçaldıcı münasibətdir.

11. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra birinci-instansiya məhkəməsi) ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim H.N. Miriyeva) iddiaçı Selvi Erdinçin cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı məlumatın internet informasiya ehtiyatından silinməsi tələbinə dair iddiasının təmin edilməməsi və ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət etmişdir.

12. Birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “xxxx.com” saytında “Azərbaycanda 100 min manatlıq şirkətə rəhbərlik edən 69 yaşlı Erdinç Selvi kimdir?” başlıqlı məqalənin dərc edilməsi işin mübahisəsiz halıdır.

13. Iddiaçı Erdinç Selvi həmin yazıda ifadə olunan məlumatların, həqiqətə uyğun olmayan və ona məxsus fərdi məlumatlar olmaqla, onun işgüzar nüfuzunu ləkələdiyini əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

14. Iddianın təmin olunması, yəni qeyd olunan məlumatların yayılmasına görə cavabdehin mülki məsuliyyətinin yaranması üçün, həmin məlumatların yalan olması və cavabdeh tərəfindən qanuna zidd yayılması müəyyən edilməlidir.

15. Məlum olduğu kimi, şəxsiyyət haqqına müdaxilə, o cümlədən şərəf və ləyaqətin, işgüzar nüfuzun ləkələnməsi mülki hüquq pozuntusu sayılır və belə iddiaların qanuni əsası kimi həm də delikt normaları çıxış edir. Cavabdehin istinad olunan hərəkətinin mülki hüquq pozuntusu sayılması və bu səbəbdən onun iddiaçı qarşısında məsuliyyət daşıması üçün həmin əməlin hüquqa zidd olması müəyyən edilməlidir. Əməlin hüquqa zidd olması dedikdə, onu törədən şəxs tərəfindən qanunvericiliyin normalarını pozan hərəkət və ya hərəkətsizliyin edilməsi başa düşülür. Başqa sözlə, törədilmiş əməl qanunvericiliklə qadağan edilmiş və ya yol verilən qanuni hədləri aşmış olmalıdır. Odur ki, qadağan edilməyən davranış, yaxud Azərbaycan Respublikasının Konstitusiyasında və qanunlarında nəzərdə tutulmuş hüququn həyata keçirilməsi hüquqa zidd əməl sayıla bilməz.

16. Iddiaçı “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlarların məxfi məlumatlar olması və heç bir halda açıqlana bilməməsi ilə bağlı normasına (maddə 18.1) əsaslanmaqla, yazıda ona aid məxfi məlumatların əks olunduğunu iddia edir. Halbuki sözügedən yazıda iddiaçının “X13 Industry and Foreign Trade” MMC-nin qanuni təmsilçisi olması və şirkətin nizamnamə kapitalı barədə məlumat göstərilmiş, habelə onun direktoru olduğu şirkətlərin adları sadalanmışdır ki, bu halda iddiaçının bildirdiyi kimi ona məxsus şirkətlərin təsisçiləri (iştirakçıları) və onların həmin şirkətlərdəki payları barədə hər hansı məlumat müəyyən edilmir.

17. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” AR Qanununun 2.0.14-cü bəndinə əsasən qanuni təmsilçi nizamnaməsinə (əsasnaməsinə) müvafiq olaraq qurumu təmsil etmək səlahiyyətinə malik olan şəxs və ya şəxslərdir. Mülki Məcəllənin 47-ci maddəsinə əsasən isə təsisçi hüquqi şəxsi yaratmış və həmin hüquqi şəxsin nizamnaməsini təsdiq edən şəxsdir. Göründüyü kimi qanunvericilikdə qanuni təmsilçi və təsisçi anlayışları fərqləndirilmiş, sözügedən Qanunda açıqlanması qadağan edilən məlumatlar isə şirkətin qanuni təmsilçisi və nizamnamə kapitalı barədə deyil, məhz hüquqi şəxsin təsisçisi və onun nizamnamə kapitalındakı payı barədə məlumatlardır.

18. O da qeyd olunmalıdır ki, cavabdeh tərəfindən təqdim edilmiş “Vergilər” sosial iqtisadi onlayn qəzetində, həmçinin hamının istifadəsi üçün açıq olan AR Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin internet informasiya səhifəsindəki “Kommersiya qurumlarının dövlət reyestri məlumatlarının verilməsi” pəncərəsində “X13 Industry and Foreign Trade” MMCnin qanuni təmsilçisinin Erdinç Selvi, nizamnamə kapitalının 100000 manat olması öz əksini tapmışdır ki, bu da həmin məlumatın məxfi olması ilə bağlı iddiaçının dəlillərini bir daha təkzib edir. Həmçinin “Fərdi məlumatlar haqqında” Qanunun 13.2-ci maddəsində də açıq kateqoriyalı fərdi məlumatların subyektin razılığı olmadan verilməsinin mümkün olduğu təsbit edilmişdir.

19. Iddiaçının digər dəlili ondan ibarətdir ki, həmin yazıda qeyd olunan şirkətlərin zeytun istehsalı və satışı ilə heç bir əlaqəsi yoxdur. Halbuki yazıda şirkətlərin zeytun istehsalı ilə məşğul olmasına dair hər hansı məlumat göstərilməsi ümumiyyətlə müəyyən olunmur.

20. Bundan başqa iddiaçı həmin yazıda “xxxx”in Azərbaycanda geyim biznesi ilə də məşğul olmasına dair həqiqətə uyğun olmayan məlumatın dərc edildiyini bildirir. Iddiaçının dəlilinə münasibət olaraq cavabdehin nümayəndəsi şirkətin rəsmi veb-saytı olan “dilesholding.com”-dan çıxarılmış məlumatlara istinadən müvafiq məlumatın verildiyini bildirmiş, eyni zamanda müvafiq saytdan olan məlumatları məhkəməyə təqdim etmişdir. Təqdim olunan məlumatlarda “xxxx” şirkətlər qrupunun tərkibinə daxil olan “X5 Baku” şirkətinin qadın və kişi geyimlərinin istehsalçısı və topdan satıcısı olması barədə yazı öz əksini tapmışdır.

21. Göründüyü kimi, “xxxx.com” saytında dərc edilmiş məqalədə iddiaçının işgüzar nüfuzuna xələl gətirən və ya digər qeyri-maddi nemətlərə hüquqazidd müdaxilə hesab olunan hər hansı söz, ifadə və ya məlumat yoxdur. Yazıda yalnız Erdinç Selvinin qanuni təmsilçi olduğu şirkətlər barədə qısa və ictimai mənbələrə istinad edən məlumat yer alır.

22. Beləliklə, məhkəmə qeyd etmişdir ki, yuxarıda qeyd olunan məqalədə qeyd olunan məlumatlar iddiaçının işgüzar nüfuzunu ləkələyən məlumatlar hesab edilmir. Şərəf, ləyaqət, şəxsi və işgüzar nüfuzu ləkələyən məlumat və ifadələrin bildirilməsi və ya hərəkətlərin edilməsi ilə bağlı mənəvi zərərin ödənilməsini tələb edən iddiaçı onların cavabdeh tərəfindən ifadə edildiyini və (və ya) yayıldığını, eləcə də ona münasibətdə şərəf və (və ya) ləyaqətini, şəxsi və (və ya) işgüzar nüfuzunu ləkələyən xarakter daşıdığını, cavabdeh isə ifadə edilmiş və (və ya) yayılmış məlumatların həqiqətə uyğun olduğunu sübut etməlidir. Qeyd olunan məqalənin dərc edilməsi nəticəsində iddiaçının zərərə məruz qalmasını təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Iddia tələbinin əsasını tərəfin gümanları və düşüncələri deyil, mötəbər sübutlar təşkil etməlidir. Iddiaçı isə belə bir mötəbər sübutun olmasını təsdiq edən yazılı sənədləri məhkəməyə təqdim edə bilməmiş, yəni sübutetmə vəzifələrini yerinə yetirməmişdir. Bu səbəbdən iddiaçının iddia tələbi əsassız olduğundan təmin edilə bilməz.

23. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiya 46-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1, 23.2, 23.4, 1096.1, 1097.1-ci maddələrinə, «Media haqqında» Azərbaycan Respublikasının Qanununun 14.1, 14.1.7, 14.1.8, 14.1.9, 18.1-ci maddələrinə, “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1 , 1.1.1., 1.1.2, 1.1.3, 2.1.1, 5.3, 13.2, 13.2.1, 13.2.2, 13.2.3-cü maddələrinə, “Məlumat azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 8, 9-cu maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» * №-li ## ### 1999-cu il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88,107, 119.1,217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat:

24. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, birinci-instansiya məhkəməsi ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnamənin ləğv edilməsini, iddianın təmin olunmasını xahiş etmişdir.

25. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. Belə ki, məhkəmə araşdırmanı birtərəfli aparmış və fərdi məlumatların qorunması ilə bağlı qanunvericililiyin tələbləri ila müqayişədə "Media haqqında” qanunun tələblərinə daha çox üstünlük vermişdir. Mətbuatın azadlığı prinsipinə qətnaməsində geniş yer verən məhkəmə iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasında təsbiq olunmuş şəxsi toxunulmazlıq hüququna məhəl qoymamış və nəticədə qanunsuz qətnamə çıxarmışdır. Iddiaçının Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilmiş aşağıdaki hüquqları məhkəmə tərəfindən nəzərinə alınmamışdır: Hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır, hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır, öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz, qanunla müəyyən edilmiş hallar istisna olmaqla, hər kəs onun haqqında toplanmış məlumatlarla tanış ola bilər. Hər kəsin onun barəsində toplanmış və həqiqətə uyğun olmayan, tam olmayan, habelə qanunun tələblərini pozulmaqla əldə edilmiş məlumatların düzədilməsini va ya çıxarılmasını (ləğv edilməsini) tələb etmək hüququ vardır, qanunla müəyyən edilmiş hallar istisna olmaqla, üçüncü şəxslər haqqında məlumat almaq məqsədi ilə elektron formada və ya kağız üzərində aparılan informasiva ehtiyatlarına daxil olmaq qadağandır, məlumatın aid olduğu şəxsin buna razılığını aşkar ifada etdiyi hallar, ayrıseçkiliyə yol verməmək şərti anonim xarakterli statistik məlumatların əmah və qanunun yol verdiyi digər hallar istisna olmaqla, informasiva texnologiyalarından şəxsi həyata, o cümlədən əqidəyə, dini və etnik mənsubiyyətinə dair məlumatların açıqlanması üçün istifadə edilə bilməz, fərdi məlumatların dairəsi, habelə onların emalı, toplanması, ötürülməsi, istifadəsi və mühafizəsi şərtləri qanunla müəyyən edilir. Haqsız reklama, gizli reklama yol verilmir. Müxtəlif vasitəsilər və (və ya) üsullarla bazar rəqibinin şərəf və layəqəti, işgüzar nüfuzu aşağılandıqda. Əmtəə barədə bilərəkdən həqiqətə uyğun olmayan reklam verildikda reklam haqsız hesab edilir. Reklam istehlakçısının şüuruna təsir göstərməklə, diqqətini reklam obyektinə cəlb etmək üçün reklam daşıyıcılarında reklam qismində təqdim edilme, "reklam” "reklam hüququ əsasında "sponsorluq və ya "tərəfdaşlıq " geydi olmadan verilən məlumat gizli reklamdır; Gizli reklama yol verilmir. Birinci instansiya məhkəməsi bu qanunun tələblərini nəzərə almamışdır. Qanunun tələblərinə əsasən fərdi məlumatların subyekti (i) özü başqasına fərdi məlumatların toplanılmasına və işlənilməsini qadağan qoyulmasını tələb etmək; informasiya sistemində özü barasində toplanılmış və işlənilən fərdi məlumatların əldə edilməsi mənbələri barədə məlumat almaq, həmin məlumatların qanuniliyinin sübuta yetirilməsini tələb etmək; fərdi məlumatların toplanılmasının və işlədilməsinin qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi xarakter daşıdığı hallar istisna olmaqla, onun barəsində olan məlumatların toplanılmasına və işlenilməsinə etiraz etmək; onun barəsində fərdi məlumatların qanunsuz toplanılması va işlənilməsi, mühaiüzasiniı-ı təmin edilməməsi, habelə Qanunun tələblərinə əməl olunmaması nəticəsində onun hüquqlarının pozulduğu hallarda müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə şikayət etmək, habelə ona vurulmuş mənəvi və maddi ziyanın ödənilməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Lakin məhkəmə qarar verərkən, qanunvericilyin fərdi məlumatların əldə edilməsi, qorunması ilə bağlı qanunvericilyin tələblərini nəzərə almamışdır.Qətnəmə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Ona aid konfidensial fərdi məlumatların (konkret olaraq doğum tarixim, vətəndaşlığı) məqalədə açıqlanmasının qanunvericiliyə zidd olmadığını birinci instansiya məhkəməsinin qətnaməsində əsaslandırmamış, onun məqalədə sadalanan hüququ şəxslərinin təsisçisi və rəhbəri olmağı müəyyənləşdirilməmişdir. NəticƏdə düzgün olmayan qətnamə qəbul edilmişdir. Birinci instansiya məhkəməsi müvafiq icra hakimiyyət orqanları olan Azərbaycan Dövlət Reklam Agentliyini va Azərbaycan Mətbuat Şurasını mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər kimi bu mülki işə cəlb etməli idi. Müvafiq sahələrdə nəzarət orqanları olaraq Azərbaycan Dövlət Reklam Agentliyinin və Azərbaycan Mətbuat Şurasının qanunvericiliyə cavabdeh tərəfindən əməl olunması ilə bağlı bu mülki işdə iştirakını labüd hesab edib.

26. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin əsaslı olduğunu, cavabdehin nümayəndəsi Allahverdi Cəfərov isə apellyasiya şikayətinin əsassız olduğunu bildirmişdir.

27. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) ##.##.2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakimlər- N.Cəfərov (sədrlik edən), İ.Şirinov və F.Abdıyevdən) apellyasiya şikayəti təmin edilməmiş, Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

28. Məhkəmə kollegiyası mövqeyini onunla əsaslandırmışdır ki, iddia ərizəsində qeyd olunub ki, həmin məqalədəki məlumatlar iddiaçının işgüzar nüfuzuna zərər vurur. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, məqalədə iddiaçının işgüzar nüfuzunu ləkələyən məlumatlar olmadığına görə, işgüzar nüfuzun müdafiəsi barədə tələb təmin oluna bilməz.

29. Iddia ərizəsində qeyd olunub ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 18.1-ci maddəsinə görə, kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar məxfi məlumatlardır və heç bir halda açıqlana bilməz. Məhkəmə qeyd etmişdir ki, 18.1-ci maddəyə görə, kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları, habelə benefisiar mülkiyyətçiləri, siyasi partiyaların üzvlərinin reyestri barədə məlumatlar istisna olmaqla, hər bir şəxs dövlət reyestrindəki yazılarla tanış olmaq, dövlət reyestrindən çıxarışı və qeydiyyat üçün təqdim olunmuş sənədlərin surətlərini tələb etmək hüququna malikdir. Məqalədə yazılıb ki, iddiaçı Böyük Britaniyada yerləşən “xxxx” adlı şirkətin təsisçisi və rəhbəridir. Iddiaçının istinad etdiyi 18.1-ci maddə başqa dövlətin ərazisində yerləşən hüquqi şəxslərə şamil olunmur. Belə ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə, bu Qanun Azərbaycan Respublikasının ərazisində hüquqi şəxslərin dövlət qeydiyyatının və dövlət reyestrinin aparılmasının hüquqi və təşkilati əsaslarını müəyyən edir. Azərbaycan Respublikasının ərazisindəki hüquqi şəxslərə münasibətdə həmin Qanunun 18.1-ci maddəsinin tələbinin pozulduğu müəyyən edilmir.

30. Iddia ərizəsində qeyd olunub ki, “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə, fərdi məlumatların subyekti özü barəsində fərdi məlumatların toplanılmasına və işlənilməsinə qadağan qoyulmasını tələb etmək, informasiya sistemində özü barəsində toplanılmış və işlənilən fərdi məlumatların əldə edilməsi mənbələri barədə məlumat almaq, həmin məlumatların qanuniliyinin sübuta yetirilməsini tələb etmək, fərdi məlumatların toplanılmasının və işlənilməsinin qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi xarakter daşıdığı hallar istisna olmaqla, subyekt onun barəsində olan məlumatların toplanılmasına və işlənilməsinə etiraz etmək hüquqlarna malikdir. Məhkəmə qeyd etmişdir ki, həmin məqalədə “Fərdi məlumatlar haqqında” Qanunun tələbləri pozulmayıb. Belə ki, Qanunun 5.3-cü maddəsinin 2-ci və 3-cü cümlələrində qeyd olunub: “Şəxsin adı, soyadı və atasının adı daimi açıq fərdi məlumatdır. Açıq kateqoriyalı fərdi məlumatların konfidensiallığının təmin edilməsi tələb olunmur”. Odur ki, məqalədə iddiaçının adı və soyadının qeyd edilməsi pozuntu sayılmır. Iddiaçının təvəllüdü barədə məlumata münasibətə isə cavabdeh bildirib ki, iddiaçıya məxsus şirkətlər qeydiyyata alınan zaman o, özü barədə məlumatları, o cümlədən təvəllüdünü öz razılığı ilə müvafiq qurumlara təqdim edib. Məsələn, ##.##.2019-cu ildə iddiaçının direktoru olduğu “X8 X6 X14 Ltd” adlı şirkət rəsmi dövlət orqanı olan X19 Evi tərəfindən 11857774 nömrəsi ilə qeydiyyata alınıb. Qeydiyyat sənədində iddiaçının 1955-ci ilin fevral ayında anadan olduğu göstərilir. Digər şirkətlərin qeydiyyat sənədlərdində də iddiaçının təvəllüdü qeyd olunub. Məhkəmə qeyd etmişdir ki, “Fərdi məlumatlar haqqında” Qanunun 5.3-cü maddəsinin 1-ci cümləsində göstərilib: “Açıq fərdi məlumatlar kateqoriyasına müəyyən olunmuş qaydada adsızlaşdırılmış, subyekt tərəfindən açıq elan olunmuş və ya ümumi istifadə üçün yaradılmış informasiya sisteminə subyektin razılığı ilə onun barəsində daxil edilmiş məlumatlar aiddir”. Iddiaçının təvəllüdü barədə məlumat ümumi istifadə üçün yaradılmış informasiya sisteminə iddiaçının razılığı ilə daxil edildiyinə görə, açıq fərdi məlumatlar kateqoriyasına aiddir. Ona görə də məqalədə iddiaçının təvəllüdü barədə məlumat qeyd edilərkən “Fərdi məlumatlar haqqında” Qanunun tələbləri pozulmayıb.

31. Beləliklə, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlib, qətnamənin ləğv edilməsi üçün əsas yoxdur.

32. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinə, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 1 və 18.1 maddələrinə, “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun 5.3, 7 maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri:

33. Iddiaçı (vəkil - Vəkil Məmmədağa oğlu) kassasiya şikayəti verərək, apelyasiya instansiya məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsini ləğv etməyi və işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərməyi məhkəmədən xahiş etmişdir.

34. Kassasiya şikayəti apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etməklə əlavə olaraq belə əsaslandırılmışdır ki, cavabdehin internet informasiya ehtiyatında dərc etdiyi məqalədə iddiaçının xaricdə hüquqi şəxslərdə təsisçi olması, onun qeydiyyat ünvanı qeyd olunub (açıqlanmıdır). Bu məlumat Azərbaycan Respublikasının qanunvericiliyinə görə açıq məlumat deyil və cavabdeh bunu açıqlamalımalı idi. Iddiaçının Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilmiş hüquqları məhkəmə tərəfindən nəzərə alınmamışdır. Ona görə də apellyasia instansiya məhkəməsinin qətnaməsi “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasını Ali Məhkəməsi Plenumunun ##.##.2025-ci il tarixli 20№ qərarında təsbit olunmuş məhkəmə təcrübəsi ilə ziddiyyət təşkil edir. Müxtəlif vasitələr və (və ya) üsullarla bazar rəqibinin şərəf və ləyaqəti, işgüzar nüfuzu aşağılandıqda; Əmtəə barədə bilərəkdən həqiqətə uyğun olmayan reklam verildikdə reklam haqsız hesab edilir. Reklam istehlakçısının şüuruna təsir göstərməklə, diqqətini reklam obyektinə cəlb etmək üçün reklam daşıyıcılarında reklam qismində təqdim edilmədən, “reklam”, “reklam hüququ əsasında”, “sponsorluq” və ya “tərəfdaşlıq” qeydi olmadan verilən məlumat gizli reklamdır; Gizli reklama yol verilmir (“Reklam haqqıbda qanun”, maddə 8). Təəssüflə bildirirəm ki, apellyasiya instansiya məhkəməsi bu qanunun tələblərini ümumiyyətlə nəzərə almamışdır. Cavabdehin yayımladığı yazıda “Qeyd edək ki, “xxxx”in saytında onlara məxsus “Olives Britannia” adlı brendin də olduğu bildirilir. Lakin, açıq internet resurslarda belə bir brend haqqında heç bir məlumat mövcud deyil. Mübahisə olunan yazıda reklam yayıçısı kimi çıxış edərək cavabdeh, hesab edirik ki, “Reklam haqqında“qanunun tələblərini də kobud şəkildə pozmuşdur. Lakin apellyasiya instansiyası məhkəməsi qərar verərkən, qanunvericilyin fərdi məlumatların əldə edilməsi, qorunması ilə bağlı media haqqında qanunvericilyin tələblərini nəzərə almamışdır. Apellyasiya instansiyası məhkəməsi qanunun bu imperativ tələbinə nəzərə almamışdır. Iş materiallarında cavabdehin iddiaçıya aid açıq olmayan fərdi məlumatı, konkret olaraq onun doğum tarixini ehtiva edən yaşı barədə məlumatı haradan götürməsi barədə mənbə/mötəbər sübut yoxdur. Halbuki, istinad olunan qanunun tələblərinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada fərdi məlumatların məcburi şəkildə toplanılması və işlənilməsi halları istisna olmaqla, hər hansı şəxs barəsində fərdi məlumatların toplanılmasına və işlənilməsinə yalnız subyekt tərəfindən verilmiş yazılı, o cümlədən gücləndirilmiş elektron imzalı elektron sənəd formasında razılıq və ya özünün yazılı təqdim etdiyi məlumatlar əsasında yol verilir. Iddiaçı isə cavabdehə belə bir razılıq verməmişdir. Qanunun tələblərinə əsasən nəzərdə tutulmuş hallar istisna olmaqla, fərdi məlumatların üçüncü şəxslər tərəfindən mülkiyyətçiyə və ya operatora, eləcə də onlar tərəfindən fərdi məlumatların istənilən üçüncü şəxsə verilməsinə yalnız subyektin yazılı (o cümlədən X21 Sistemi üzərindən) razılığı ilə yol verilir. Həmin qanuna əsasən fərdi məlumatların yayılması fərdi məlumatların media, habelə informasiya sistemləri ilə açıqlanması və ya fərdi məlumatlarla şəxslərin hər hansı digər üsulla tanış olmasına imkan yaradılmasını ehtiva etdiyindən cavabdeh iddiaçının razılığı olmadan ona aid açıq olmayan fərdi məlumatı, konkret olaraq doğum tarixini və ona əsasən onun yaşı barədə məlumatı əldə edə və yayımlaya bilməz. Cavabdeh birinci instansiya məhkəməsində təqdim etmədiyi halda apellyasiya instansiyası məhkəməsinə Erdinc Selvının təvəllüdü/yaşı barədə məlumatı hansısa açıq mənbədən götürməsi barədə ”sübut” təqdim etmişdir (həmin sübutun mötəbərliyi yoxlanılmamlşdır). Lakin o, bunu birinci instansiya məhkəməsində təqdim etməməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırmamışdır. Buna baxmayaraq, məhkəmə həmin “sübutu” qəbul etmişdir. Halbuki, tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır. Həm də həmin “sübut” əsasında apellyasiya instansiyası məhkəməsi şikayətimizi təmin etməmişdir.

35. Kassasiya şikayyətinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Konstitusiyası 32-ci maddəsinə, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 18-ci maddəsinə, Azərbaycan Respublikasının Reklam haqqında qanunun 6 və 8-ci maddələrinə, “Media haqqında” Azərbaycan Respublikasının Qanunun 2-ci maddəsinə, Azərbaycan Respublikasının “Fərdi məlumatlar haqqında” Qanunun 5.1, 5,3, 7, 8,1, 8,3-ci maddələrinə, Azərbaycan Respublikasnın MPM-nin 372.2, 380.1-ci maddəsinə istinad etmişdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

36. Cavabdeh MMC kassasiya şikayətinə qarşı etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, iddiaçı iddia ərizəsində qeyd edib ki, "xxxx.com" saytında yer alan xəbərdə ona və şirkətlərinə aid yanlış məlumatlar, o cümlədən onun razılığı olmadan fərdi məlumatları – 1955-ci il təvəllüdlü olmaqla 69 yaşının açıqlanması, eləcə də şirkətlərin təsisçisi və rəhbəri olması barədə təhrif olunmuş məlumatlar dərc edilib. Bildiriblər ki, "xxxx.com" saytı media orqanı olaraq fəaliyyətini "Media haqqında" Qanunun tələblərinə uyğun həyata keçirir. Qanunun 14-cü maddəsində - "Mediada dərc olunan və (və ya) yayımlanan informasiyaya dair tələblər”də mediada yayımlanan məlumatlara dair tələblər açıq şəkildə təsbit olunub. Həmin maddənin 14.1.8-ci bəndində göstərilir ki, şəxsin ailə və şəxsi həyatına aid sirr olan məlumatların yayılmasına yol verilmir. "Fərdi məlumatlar haqqında" Qanunun 5-ci maddəsində "açıq kateqoriyalı fərdi məlumatlar"-ın konfidensiallığının tələb olunmadığı qeyd olunub. Qanunun 5.3-cü maddəsində açıq fərdi məlumatların kateqoriyasına subyekt tərəfindən açıq elan edilmiş və ya ümumi istifadə üçün yaradılmış informasiya sisteminə daxil edilmiş məlumatların aid olduğu nəzərdə tutulur. Iddiaçı Selvi Erdinç kassasiya şikayətində yazıb ki, Avropa və Türkiyədə ona məxsus bir neçə şirkət olsa da, həmin şirkətlərə aid heç bir internet informasiya resursunda onun adı və şəxsi məlumatları açıqlanmır. Bildirilib ki, iddiaçı Selvi Erdinç bir daha bilərəkdən (ya da bilmədən) məhkəməyə həqiqətə uyğun olmayan məlumat verməyə cəhd edib. Halbuki şirkətlər qeydiyyata alınan zaman o, özü barədə məlumatları, o cümlədən təvəllüdünü öz razılığı ilə müvafiq qurumlara təqdim edib. X15 təvəllüdü ilə bağlı məlumat mənbəyləri də həmin qurumların rəsmi məlumatlarıdır. Məsələn, ##.##.2019-cu ildə Selvi Erdinçin direktor olduğu "X5 X6 X14 LTD" adlı şirkət X19 Evi (Rəsmi dövlət orqanıdır) tərəfindən 11857774 nömrəsi ilə qeydiyyata alınıb. Qeydiyyat sənədində Selvi Erdinçin 1955ci ilin fevral ayında anadan olduğu açıq şəkildə göstərilir və bu məlumat X19 Evinin rəsmi internet resurslarında açıq şəkildə paylaşılıb. Digər şirkətlərin qeydiyyat sənədlərində də iddiaçının təvəllüdü qeyd olunub. Bu səbəbdən iddiaçının "doğum tarixini və yaşımı açıq elan etməmişəm” iddiası həqiqətə uyğun deyil. Bu məlumatı X19 Evinin rəsmi veb-saytından əldə etdiyimiz təsdiq etmək üçün hər kəsə açıq olan "e-ünvanını" (linkini) da buraya əlavə ediblər HYPERLINK "https://find-andupdate.companyinformation.service.gov.uk/company/11857774/officers" https://find-andupdate.companyinformation.service.gov.uk/company/11857774/officers. Onu da bildiriblər ki, beynəlxalq praktikada, o cümlədən də Azərbaycanda ali dövlət orqanlarının rəsmi elektron informasiya ehtiyatlarında rəhbər şəxslərin və ictimai-siyasi nüfuzu olan şəxslərin təvəllüdü açıq şəkildə göstərilir. Ümumiyyətlə hər hansı şəxs barədə məlumat verilərkən onun təvəllüdünün qeyd edilməsi rəsmi məlumatlarda və mediada ən geniş yayılmış hallardandır. Bu səbəbdən iddiaçı Selvi Erdinçin xəbərdə təvəllüdünün qeyd edilməsini əsas gətirərək məhkəmə iddiası qaldırması onun cavabdehə qarşı qərəzinin olduğunu açıq şəkildə göstərir. Iddiaçı Selvi Erdinç tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

37. Maddə 23.1. Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir.

38. Maddə 23.2. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar mediada yayılmışdırsa, həmin mediada da təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir.

39. Maddə 23.3. Mediada hüquqlarına və ya qanunla qorunan mənafelərinə toxunan məlumatlar dərc edilmiş (yayımlanmış) fiziki şəxsin həmin mediada öz cavabının dərc edilməsi (yayımlanması) hüququ vardır.

40. Maddə 23.4. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır.

41. Maddə 23.5. Əgər fiziki şəxsin şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatları yaymış şəxsi müəyyənləşdirmək mümkün deyildirsə, barəsində bu cür məlumatlar yayılmış şəxsin ixtiyarı var ki, həmin məlumatların həqiqətə uyğun olmayan məlumatlar sayılmasını tələb etsin.

42. Maddə 23.6. Bu maddənin fiziki şəxsin işgüzar nüfuzunun müdafiəsinə dair qaydaları müvafiq olaraq hüquqi şəxsin işgüzar nüfuzunun müdafiəsinə də tətbiq edilir.

“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu:

43. Maddə 1. Bu Qanun Azərbaycan Respublikasının ərazisində hüquqi şəxslərin dövlət qeydiyyatının və dövlət reyestrinin aparılmasının hüquqi və təşkilati əsaslarını müəyyən edir.

44. Maddə 18.1. Kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları, habelə benefisiar mülkiyyətçiləri, siyasi partiyaların üzvlərinin reyestri barədə məlumatlar istisna olmaqla, hər bir şəxs dövlət reyestrindəki yazılarla tanış olmaq, dövlət reyestrindən çıxarışı və qeydiyyat üçün təqdim olunmuş sənədlərin surətlərini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı istənilən maraqlı şəxsin tələbi ilə hüquqi şəxsin dövlət qeydiyyatına alınması və ya alınmaması barədə məlumat verməlidir. Siyasi partiyaların üzvlərinin reyestri barədə məlumatlar sorğu əsasında bu Qanunun 15.9.1-ci, 15.9.2-15.9.4-cü və 15.9.7-ci maddələrində nəzərdə tutulmuş hallarda verilir.

“Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanunu:

45. Maddə 5.3. Açıq fərdi məlumatlar kateqoriyasına müəyyən olunmuş qaydada adsızlaşdırılmış, subyekt tərəfindən açıq elan olunmuş və ya ümumi istifadə üçün yaradılmış informasiya sisteminə subyektin razılığı ilə onun barəsində daxil edilmiş məlumatlar aiddir. Şəxsin adı, soyadı və atasının adı daimi açıq fərdi məlumatdır. Açıq kateqoriyalı fərdi məlumatların konfidensiallığının təmin edilməsi tələb olunmur.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

48. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

49. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

50. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

51. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

52. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

53. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

54. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

Kassasiya baxışının hədləri:

55. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

56. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

58. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi işdəki sübutları araşdırmış, onlara, eləcə də kassasiya şikayətinin dəlillərində göstərilən hüquqi məsələlərə mülki prosessual hüquq normalarına əsasən hüquqi qiymət verməklə yuxarıdakı qənaətə gəlmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

59. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

60. Yuxarıda qeyd edilənlərə görə də iddiaçı Selvi Erdinç tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

61. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası

qərara aldı:

Iddiaçı Selvi Erdinç tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar