Məhkəmə qərarları › İş №2(1-8)-1283/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1283/2026

01.07.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

AzərbaycaņRespublikası̧adından Qərar Bakı̧şəhəri İş̧№̧2(1-8)-1283/2026 01.07.2026 ALI̧MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açaŗsözlər:̧tikiliniņsökülməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarəţtərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə # #### 2026-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı̧qəbuļetdi.̧ İşin halları

1. Bakı şəhəri Binəqədi Rayon Xocasən Bələdiyyəsinin **/** saylı, ##.##.2005-ci il tarixli qərarı ilə Binəqədi rayon Xocasən Bələdiyyəsinin ərazisində, Binəqədi Rayon İcra Hakimiyyətinin Memarlıq xidməti ilə razılaşdırılmış cizgi ilə müəyyənləşdirilmiş ölçü və ünvana uyğun olaraq, fərdi yaşayış evinin tikintisi üçün 600 kv.m torpaq sahəsinin alğı-satqı yolu ilə X5 mülkiyyətinə̧verilməsi̧qərara̧alınmışdır.

2. ##.##.2005-ci il tarixli kassa mədaxil orderinin surətinə əsasən, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 tərəfindən torpaq haqqı kimi 2.400.000 manaţödəniş̧edilmişdir.

3. Torpaqların alğı-satqısına dair akta əsasən, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 Xocasən Bələdiyyəsinə torpaq sahəsinin alınması barədə müraciət etmiş, Bakı şəhəri Binəqədi rayonu Xocasən Bələdiyyəsinin ərazisində 600 kv.m torpaq sahəsinin satılması barədə ##.##.2005-ci il tarixli, **/** saylı qərar qəbul edilmişdir. Bunun müqabilində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 tərəfindəņ2.400.000̧manaţödəniş̧edilmişdir.

4. ##.##.2012-ci il tarixli etibarnamənin surətindən görünür ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 İddiaçı Bakı şəhəri Binəqədi Rayon Xocasən Bələdiyyəsinin **/** saylı, ##.##.2005-ci il tarixli qərarı əsasında Bakı şəhəri, Binəqədi rayonu, Xocasən Bələdiyyəsinin ərazisində fərdi yaşayış evi tikmək üçün ona ayrılmış 600 kv.m torpaq sahəsini özəlləşdirməyi, sərəncam verməyi, satmağı, bağışlamağı və sair hərəkətlər etməyi ##.##.2092-ci̧ilədəķetibaŗetmişdir.

5. ##.##.2013-cü il tarixli etibarnamənin surətindən görünur ki, etibar edilmiş şəxs etibaretmə qaydasında İddiaçı bacısı X2 600 kv.m torpaq sahəsindən 300 kv.m sahəni satmağa,̧bağışlamağa,̧dəyişməyə̧və̧saiŗhərəkətləŗetməyə̧etibarnamə̧vermişdir.

6. Bakı şəhəri, Binəqədi rayon Xocasən Bələdiyyəsi tərəfindən verilmiş *** saylı, ##.##.2004cü il tarixli çıxarış-qərarın surətindən görünür ki, Binəqədi Rayon İcra Hakimiyyətinin Memarlıq xidmətinin fərdi yaşayış evlərinin tikintilərinə aid razılığının və Yerli iqtisadi inkişaf daimi komissiyasının ##.##.2004-cü il tarixli rəyinə əsasən, aşağıda adları qeyd edilən vətəndaşlara fərdi ev tikintisi üçün müvafiq yerlərin ayrılması məqsədəuyğun hesab edilmiş və Binəqədi rayon Xocasən Bələdiyyəsinin ərazisində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 600 kv.m torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün alğı-satqı yolu̧ilə̧ayrılması̧qərara̧alınmışdır.

7. Torpaqların alğı-satqısına dair aktdan görünür ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Xocasən Bələdiyyəsinə torpaq sahəsinin alınması barədə ##.##.2004-cü il tarixdə müraciət etmiş, Bakı şəhəri Binəqədi rayonu Xocasən Bələdiyyəsinin ərazisində 600 kv.m torpaq sahəsinin satılması barədə ##.##.2004-cü il tarixli, *** saylı qərar qəbul edilmişdir. Bunun müqabilində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyəņüçüncü̧şəxs2̧tərəfindəņ2.400.000̧manaţödəniş̧edilmişdir.

8. Xocasən Bələdiyyəsinin sədri tərəfindən verilmiş google-cizgisinə dair xəritədən görünür ki, Cavabdeh kommunikasiya xətlərinə qoşulması üçün fərdi yaşayış evi 40.416289/49.****** saylı̧koordinatlaŗdaxilində̧yerləşir.̧

İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yaşadığı fərdi yaşayış evinin cavabdeh tərəfindən uçurulmuş hasarının onun öz hesabına bərpa edilməsi, cavabdehin onun evinin pəncərəsinə bitişik inşa etdiyi hasarın onun öz hesabına sökülməsi və həyətyanı sahənin sərhəddinə kimi boşaldılması̧barədə̧qətnamə̧qəbuļedilməsini̧xahiş̧etmişdir.

10. İddia tələbi işin faktiki hallarına istinad edilərək, əlavə olaraq onunla əsaslandırılmışdır ki, özü 2-ci qrup əlil olmuş və 1-ci qrup əlil olan bacısı Lalə Cəfərova ilə birlikdə ərizəsində göstərdiyi fərdi yaşayış evində yaşamışdır. Yaşadıqları evin altındakı 300 kv.m torpaq sahəsini 2012-ci ildə faktiki alğı-satqı qaydasında, əvəzli olaraq əldə etmiş və həmin sahənin üzərində bir mərtəbəli fərdi yaşayış evi inşa etmişdir. Uzun müddət həmin evdə yaşamışdır. Həyətin hasarı pud daşlardan ibarət olmuşdur. Cavabdeh onun evdə bir müddət yaşamamasından istifadə edərək, evin arxasındakı pud daşlardan ibarət hasarı özbaşına sökmüşdür. Mərzi dəyişmiş və hasarını onun pəncərəsinə bitişik olaraq çəkmişdir. Eyni zamanda hasarın hündürlüyünü evinin damına qədər qaldırmışdır. Həmçinin onun evinə aid torpaq sahəsinin əhəmiyyətli hissəsini zəbt etmişdir. Nəticədə evə günəş şüası düşməmiş, hava axımının qarşısı alınmış və pəncərəsindən görüntü tam məhdudlaşmışdır. Binəqədi Rayon İcra Hakimiyyətinə və digər səlahiyyətli orqanlara yazılı olaraq dəfələrlə şikayət etmişdir. Lakin inzibati orqanlar vəzifələrini̧yerinə̧yetirməķəvəzinə,̧ona̧məhkəməyə̧müraciəţetməyi̧tövsiyə̧etmişdir.

11. İddiaçı əlavə olaraq onu da qeyd etmişdir ki, torpaq sahəsini Rafiq adlı şəxsdən 6 sot olaraq etibarnamə ilə almışdır. Həmin vaxt Rafiq özü də qeyd etmişdir ki, torpaq sahəsi sənəddə 6 sot olsa da, əslində 7 sot olmuşdur. Gələcəkdə sənədləşmə olacağı təqdirdə, artıq olan sahənin ödənişini edib ala biləcəklərini düşünmüşdür. Torpağın daha sonra 3 sotunu bacısına vermişdir. Özünün evini tikdiyi yerlə hasar arasında 1,5 metr məsafə olmuşdur. Cavabdehin hasarı bəyənməyərək sökmək fikri olmuşdursa, onunla razılaşmaqla hasarı söküb əvvəlki yerindən tikməsi mümkün olmuşdur. Lakin cavabdeh ondan xəbərsiz hasarı sökmüş, təzəsini isə düz onun evinin divarına bitişik tikməklə pəncərəsinin qabağını bağlamışdır. Rafiqin 6 sotdan əlavə hansısa hissəni zəbt etmiş olması ehtimalı düşünülməmişdir. Kosmosdan olan görüntüdə və bələdiyyənin məlumatına əsasən, həmin sahə onun öz sahəsi olmuşdur. Mütəxəssis rəyi ilə də razılaşmamışdır. Mütəxəssisin xərcini özü qarşılamışdır. Lakin mütəxəssis ona “xala, sən düz deyirsən” demiş, sənəddə isə başqa rəy vermişdir. Cavabdehin torpaq sahəsində tikdiyi evlə hasarı arasında məsafə 2,5 metr olmuşdur. Cavabdeh sırf 2,5 metr məsafə olsun deyə köhnə hasarı sökmüş və onun torpağına daxil olmuşdur. Son sözü bu olmuşdur ki, ya hasarı söküb öz ərazisindən çəksin, ya da oranı tamamilə söküb açıq ərazi etsin.̧Hasarıņhündürlüyü̧2,20̧metŗolmuş̧olarsa,̧onuņevinə̧işıq̧düşə̧bilmişdir.

12. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək qeyd etmişdir ki, torpaq sahəsini satan şəxs öz sahəsini yaxşı qiymətə satmaq üçün onun faktiki sahəsini çox göstərə bilər. Lakin sənədlərdən görünür ki, torpaq sahəsi 6 sotdur. Mütəxəssis rəyindən də görünür ki, cavabdehin faktiki sahibliyində olan torpaq sahəsi 590 kv.m-dir. Yəni, cavabdeh tərəfindən əlavə sahənin zəbt edilməsindən söhbət gedə bilməz. Ümumiyyətlə, iddiaçının torpaq sahəsinə 1 metr belə keçilməklə hasar çəkilməmişdir. Hesab etmişdir ki, ev tikilərkən hasardan aralı tikilməli və tikinti normalarına əməl edilməli idi. Hasarın hündürlüyü 3 metrdir. Hasarın hündürlüyünün iddiaçının hüquqlarına zidd olub-olmaması məsələsini İcra Hakimiyyəti araşdırmalıdır.

13. Məhkəmə iclasında iştirak edən Binəqədi Rayon Xocəsən Bələdiyyəsinin nümayəndəsi X1 izahatında bildirmişdir ki, hər iki torpaq sahəsinə dair qərarlar bələdiyyənin arxivində mövcuddur.

14. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli ekspert rəyinə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsində iddiaçıya məxsus fərdi yaşayış evinin pəncərəsinin qarşısında cavabdeh tərəfindən inşa olunan hasarın hündürlüyünün 4 metr olduğu nəzərə alınaraq, həmin hasarın hündürlüyünün Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 73.1-ci maddəsinin tələblərinə uyğun olmadığı̧müəyyəņedilmişdir.

15. “xxxx” MMC tərəfindən verilmiş ##.##.2025-ci il tarixli mütəxəssis rəyinə əsasən, mübahisəli hasarın iş materiallarında olan Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən Bələdiyyəsinin ##.##.2005-ci il tarixli, **/** saylı və ##.##.2004-cü il tarixli, *** saylı qərarlarına əsasən ayrılmış hər iki torpaq sahəsinin dəqiq sərhədində çəkildiyi müəyyən edilmişdir. Mübahisəli hasarın 1-ci sualın cavabına uyğun olaraq sağ qonşuda 0,06 ha, yəni cavabdeh Cavabdeh məxsus torpaq sahəsi ilə, solda isə 0,03 ha + 0,03 ha = 0,06 ha olmaqla iddiaçı İddiaçı̧məxsuştorpaq̧sahəsi̧ilə̧dəqiq̧sərhəddə̧çəkildiyi̧qeyḑedilmişdir.

16. AR Milli Arxiv İdarəsi Dövlət Arxivinin Bakı Filialı məhkəmənin ##.##.2025-ci il tarixli sorğusuna cavab olaraq ##.##.2025-ci il tarixli məktubunda qeyd etmişdir ki, Binəqədi rayon Xocəsən Bələdiyyəsinin arxiv fondu üzrə ##.##.2005-ci il tarixli, **/** saylı və ##.##.2004-cü il tarixli, *** saylı qərarlar Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin həmin qərarlarda vətəndaş̧İddiaçı̧və̧Cavabdeḩbarədə̧heç̧biŗməlumaţyoxdur.

17. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ####### 2025-ci il tarixli (hakim İlkin Əliyev) qətnaməsi ilə iddia qismən təmin edilərək, Bakı şəhəri Binəqədi rayonu, Xocasən Bələdiyyəsinin ##.##.2005-ci il tarixli, **/** saylı və ##.##.2004-cü il tarixli, *** saylı qərarlarına əsasən ayrılmış torpaq sahələrinin sərhəddində inşa edilmiş mübahisəli hasar AR Şəhərsalma və Tikinti Məcəlləsinin 73.1-ci maddəsinin tələblərinə uyğun olmayan hissədə cavabdeh Cavabdeh hesabına sökülməsi, iddianın qalan hissədə təmin ediməməsi qət edilmişdir.̧

18. Məhkəmə ilk növbədə qeyd etmişdir ki, iddiaçı və cavabdehin faktiki sahibliyində olan torpaq sahələri qonşudur. Belə ki, hər iki torpaq sahəsini bir-birindən hasar ayırır. İddiaçı faktiki mövcud olan hasarın sökülərək əvvəlki vəziyyətə və yerinə qaytarılmasını tələb etmiş və bunu əsaslandırmışdır. Cavabdeh isə mövcud hasarın qanunvericiliyə uyğun və hər iki torpaq sahəsinin sərhədində çəkildiyini bildirməklə iddiaya etiraz etmişdir. Qonşu torpaq sahələrinə dair başqa şəxslərin adına ayrı-ayrı bələdiyyə qərarlarının olması, torpaq sahələrində yerləşən fərdi yaşayış evlərinin tərəflərin faktiki sahiblik və istifadələrində olması, mövcud hasarın sonradan çəkilməsi, yeni hasarın faktiki olaraq iddiaçının istifadə və sahiblik etdiyi fərdi yaşayış evinin çöl divarına çox yaxın, təxminən bitişik olması, hündürlüyünün 4 metr olması işin mübahisəsiz halıdır. Ekspert və mütəxəssis rəylərinə əsasən müəyyən edilmişdir ki, hasarın hündürlüyü şəhərsalma və tikinti normalarına uyğun deyildir, mövcud hasar hər iki torpaq sahəsiniņdəqiq̧sərhədində̧yerləşir.

19. Məhkəmə onu da qeyd etmişdir ki, tərəflərin istifadə və sahibliyində olan torpaq sahələrinə dair mülkiyyət hüququ yoxdur, həmin torpaq sahələrində inşa edilən tikililər də faktiki olaraq özbaşına tikili statusundadır. Bununla belə, həmin yaşayış sahələri bir iqtisadi dəyər kimi̧mövcudduŗvə̧şəxsləriņmənziļehtiyacını̧qarşılayır.

20. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, torpaq sahəsi iddiaçının faktiki istifadə və sahibliyinə keçən zaman həmin torpaq sahəsinin 6 sotdan ibarət olduğu, əlavə 1 sotun isə zəbt edildiyi ona məlum olmuşdur. Bununla belə, iddiaçı lazımi ehtiyatlılıq göstərməyərək, bələdiyyə qərarı ilə ayrılan torpaq sahəsinin dəqiq sərhədini müəyyən etmədən, faktiki vəziyyətin onun maraqlarına uyğun olduğu mövqeyindən yanaşaraq fərdi yaşayış evini inşa etmişdir. Həmin vəziyyətin digər şəxsin də maraqları ilə kəsişdiyi sonradan bəlli olmuşdur. Belə ki, cavabdeh də eyni qaydada onun istifadə və sahibliyinə verilmiş torpaq sahəsi ilə qonşu torpaq sahəsinin dəqiq sərhədini müəyyən etməklə mövcud hasarın yerini özbaşına dəyişmişdir. Məhkəmə cavabdehin hərəkətlərini ona görə qadağan edilmiş özbaşınalıq̧saymışdıŗki,̧bu̧zamaņfaktiki̧sahibiņiradəsi̧olmamışdır.

21. Məhkəmə hesab etmişdir ki, iddiaçının sahibliyin müdafiəsi ilə bağlı, yəni torpaq sahəsiniņboşaldılması̧barədə̧tələb̧irəli̧sürməsi̧üçüņsubyektiv̧hüququ̧vardır.

22. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab etmişdir ki, hazırkı mübahisəyə çıxıntılı binalar haqqında qaydaların tətbiqi və məsələyə servitut kimi yanaşılması ona görə mümkün deyildir ki, sözügedən tikililər daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır.

23. AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Kollegiyasının “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması qaydaları”nın və “Qanunvericilikdə nəzərdə tutulmuş normadan hündür hasarların inşasına yol verilən hallar”ın təsdiq edilməsi haqqında ##.##.2012ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qanunvericilikdə nəzərdə tutulmuş normadan hündür hasarların inşasına yol verilən hallar” AR Şəhərsalma və Tikinti Məcəlləsinin 73.1-ci maddəsinin və “AR Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” AR 2012-ci il ## #### tarixli Qanununun tətbiqi barədə AR Prezidentinin 2012-ci il # ######## tarixli, *** nömrəli Fərmanının 3.2-ci bəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və tikinti obyektlərində hündürlüyü 2 metr 20 santimetrdən çox nəzərdə tutulan hasarların layihələndirilməsi və inşa edilməsi hallarını müəyyəņetmişdir.

24. Hündürlüyü 2 metr 20 santimetrdən çox olan hasarların yalnız aşağıdakı hallarda inşa edilməsi nəzərdə tutulmuşdur: Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və Müdafiə Sənayesi Nazirliyinin obyektlərinin ərazilərinin sərhədində; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin obyektlərinin ərazilərinin sərhədində; Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin obyektlərinin ərazilərinin sərhədlərində; Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin obyektlərinin ərazilərinin sərhədlərində; Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin, Azərbaycan Respublikasının Strateji X8 Agentliyinin obyektlərinin ərazilərinin sərhədlərində; təhlükə potensiallı və dövlət əhəmiyyətli obyektlərin ərazilərinin sərhədlərində; penitensiar müəssisələrin və məhkəmə binasının ərazilərinin sərhədində; səsdən mühafizə məqsədilə yaşayış məntəqələrinin ərazilərindən keçən dövlət əhəmiyyətli avtomobil yollarının təhkim zolağının sərhədində; yaşayış məntəqəsi ərazisində inşa olunan yanğın əleyhinə funksiyalı hasarlarda; xarici ölkələrin diplomatik nümayəndəliklərinin obyektlərinin ərazilərinin sərhədində. Həmin sənədin 4-cü hissəsində qeyd olunan dövlət orqanlarının obyektlərinə həmin dövlət orqanlarının aparatlarının inzibati binaları aid edilməmişdir. Həmin sənədin 4-cü hissəsində qeyd olunmayan obyektlərin ərazisinin hündürlüyü 2 metr 20 santimetrdən yüksək olan divarla hasarlanması məqsədilə layihələndirilməsinə və inşasına həmin obyektlərin bu siyahıya̧daxiļedilməsindəņsonra̧yoļverildiyi̧qeyḑedilmişdir.

25. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab etmişdir ki, iddia qismən təmin edilməli, Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən Bələdiyyəsinin ##.##.2005-ci il tarixli, **/** saylı və ##.##.2004-cü il tarixli, *** saylı qərarlarına əsasən ayrılmış torpaq sahələrinin sərhədində inşa edilmiş mübahisəli hasar AR Şəhərsalma və Tikinti Məcəlləsinin 73.1-ci maddəsinin tələblərinə uyğun olmayan hissədə cavabdehin hesabına sökülməli,̧iddia̧qalaņhissədə̧təmiņedilməməlidir.

26. Məhkəmə öz mövqeyini AR Mülki Məcəllənin 157.8., 164.1, 164.2, 165.1, 165.2, 166.3, 170.1, 170.2, 172.3, 172.4, 180.1, 180.4-cü, AR Şəhərsalma və Tikinti Məcəlləsinin 73.1-ci maddələri̧ilə̧əsaslandırmışdır.̧

Apellyasiya məhkəməsindəki icraat

27. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsiniņləğv̧edilməsi̧və̧iş̧üzrə̧qanuni̧qətnamə̧qəbuļedilməsini̧xahiş̧etmişdir.

28. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisəli hasar AR Şəhərsalma və Tikinti Məcəlləsinin 73.1-ci maddəsinin tələblərinə uyğun inşa edilmədiyinə görə sökülməlidir. Lakin məhkəmə həmin iddia tələbini irəli sürən iddiaçının subyektiv hüququnun olubolmamasını araşdırmadan belə bir qanunsuz nəticəyə gəlmişdir. Belə ki, həmin torpaq sahəsi etibarnamə əsasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 tərəfindən İddiaçı etibar edilmişdir. ##.##.2012-ci il tarixli etibarnamənin surətindən görünür ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 Bakı şəhəri, Binəqədi Rayon Xocəsən Bələdiyyəsinin **/** saylı, ##.##.2005-ci il tarixli qərarı əsasında Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən Bələdiyyəsinin ərazisində fərdi yaşayış evi tikmək üçün ona ayrılmış 600 kv.m torpaq sahəsini özəlləşdirməyi, sərəncam verməyi, satmağı,̧bağışlamağı̧və̧saiŗhərəkətləŗetməyi̧##.##.2092-ci̧ilədəķİddiaçı̧etibaŗetmişdir.

29. Ona görə də etibarnamə bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət sayılmışdır. Belə olan halda, etibarnamənin təmsilçilik funksiyasını yerinə yetirməsi, hazırkı iş üzrə də iddiaçı İddiaçı etibarnamə əsasında yuxarıda qeyd olunan sahəyə dair müəyyən hərəkətlər etmək hüququ əldə etməsi onun həmin sahəyə dair iddia qaldırmaq hüququnuņolması̧anlamına̧gəlməmişdir.

30. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakimlər - Rəşid Səmədov (sədrlik edən, məruzəçi), Xumar Mərdanova və Vahid Sadıqov) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, 2(001)-540/2025-ci il tarixli qətnaməsi mübahisələndiriləņhissədə̧dəyişdirilmədəņsaxlanılmışdır.

31. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etmişdir ki, iddiaçının Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən yaşadığı fərdi yaşayış evinə və evin yerləşdiyi torpağa dair mülkiyyət hüququ olmasa da, iş materialları ilə sübut olunur ki, həmin ev və torpaq sahəsi iddiaçının faktiki istifadəsində və sahibliyindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Belə olan halda, məhkəmə kollegiyası iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququnun olduğunu̧bildirmiş̧və̧cavabdehiņbu̧dəlilini̧əsassız̧hesab̧etmişdir.

32. Cavabdeh apellyasiya şikayətində həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfindən inşa edilmiş hasarın cavabdehin hansı hüquqlarının pozulması ilə̧nəticələndiyini̧araşdırmamış̧və̧buna̧qiyməţverməmişdir.

33. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan biri kimi qeyd etmişdir ki, tərəflərin istifadə və sahibliyində olan torpaq sahələrinə dair mülkiyyət hüquqları yoxdur, həmin torpaq sahələrində inşa edilən tikililər də faktiki olaraq özbaşına tikili statusundadır. Bununla belə, həmin yaşayış sahələri bir iqtisadi dəyər kimi mövcuddur və şəxslərin mənzil ehtiyacını qarşılayır. Özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin müvafiq normaları şəxslərin özbaşına tikintidə yaşamalarına və oradan istifadə etmələrinə birbaşa qadağa qoymur. İşin müəyyən edilmiş faktiki halları baxımından məhkəmə belə qənaətə gəlmişdir ki, iddia tələbinin hüquqi əsasını sahibliyin müdafiəsi̧və̧özbaşına̧tikililəriņnəticələri̧təşkiļetmişdir.

34. Bundan əlavə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, torpaq sahəsi iddiaçının faktiki istifadə və sahibliyinə keçən zaman həmin torpaq sahəsinin 6 sotdan ibarət olduğu, əlavə 1 sotun isə zəbt edildiyi ona məlum olmuşdur. Bununla belə, iddiaçı lazımi ehtiyatlılıq göstərməyərək, bələdiyyə qərarı ilə ayrılan torpaq sahəsinin dəqiq sərhədini müəyyən etmədən, faktiki vəziyyətin onun maraqlarına uyğun olduğu mövqeyindən yanaşaraq fərdi yaşayış evini inşa etmişdir. Həmin vəziyyətin digər şəxsin də maraqları ilə kəsişdiyi sonradan bəlli olmuşdur. Belə ki, cavabdeh də eyni qaydada onun istifadə və sahibliyinə verilmiş torpaq sahəsi ilə qonşu torpaq sahəsinin dəqiq sərhədini müəyyən etməklə mövcud hasarıņyerini̧dəyişmişdir.

35. Həmçinin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı fərdi yaşayış evi inşa edərkən lazımi diqqət göstərməmiş və faktiki olaraq başqa şəxsə ayrılmış torpaq sahəsində olan hasarı öz tikilisinə münasibətdə ara məsafəsi üçün istinad nöqtəsi seçmişdir. Mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, faktiki mövcud olan hasar qonşu torpaq sahələriniņdəqiq̧sərhədində̧yerləşir.

36. Məhkəmə kollegiyası qeyd etmişdir ki, qanunvericiliyin tələbinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməli, öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Buna görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab etmişdir ki, hasarın yerinin əvvəlki vəziyyətə qaytarılması mülki hüquq subyektlərinin bərabərliyi prinsipi baxımından yolverilməzdir və başqa şəxsə ayrılmış torpaq sahəsinin mənimsənilməsi ilə nəticələnə̧bilər.

37. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini bu hissədə təmin etməməklə haqlı olmuşdur. Belə ki, iddiaçının digər tələbi cavabdeh tərəfindən tikilmiş hasarın şəhərsalma və tikinti normalarına uyğun olmayan hissədə sökülməsi barədə olmuşdur.

38. Cavabdeh tərəfindən inşa edilmiş hasarın hündürlüyü yuxarıda sadalanan və icazə verilən halların əhatə dairəsinə düşməmiş, hündürlüyü səbəbindən iddiaçının evinə gün işığının düşməsinə və normal hava axınına maneə olmaqla iddiaçının maraqlarına toxunmuşdur.

39. Belə olan halda, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab etmişdir ki, mübahisəli hasar Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 73.1-ci maddəsinin tələblərinə uyğun olmayan hissədə cavabdehin öz hesabına̧sökülməlidir.

40. Apelyasiya məhkəməsi öz hüquqi mövqeyini AR Mülki Məcəllənin 157.8, 164.1, 164.2, 165.1, 165.2, 166.3, 170.1, 170.2, 172.3, 172.4, 180.1, 180.4-ci, AR Şəhərsalma və Tikinti Məcəlləsiniņ73.1-ci̧maddələrini̧rəhbəŗtutaraq̧əsaslandırmışdır.

Kassasiya məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

41. Cavabdeh (vəkil X3) kassasiya şikayəti verərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsinin ləğv edilməsi və iş̧üzrə̧iddia̧tələbiniņrədḑedilməsi̧barədə̧yeni̧qəraŗçıxarılmasını̧xahiş̧etmişdir.

42. Kassasiya şikayəti apellyasiya şikayətinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, mübahisəli etibarnamə bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət sayılmışdır. Belə olan halda, etibarnamənin təmsilçilik funksiyasını yerinə yetirməsi, hazırkı iş üzrə də iddiaçı İddiaçı etibarnamə əsasında yuxarıda qeyd olunan sahəyə dair müəyyən hərəkətlər etmək hüququ əldə etməsi onun həmin sahəyə dair iddia qaldırmaq hüququnun olması anlamına gəlməmişdir. Göründüyü kimi, həm birinci instansiya məhkəməsi, həm də məhkəmə kollegiyası iddiaçının hazırkı iddia tələbini irəli sürməkdə subyektiv hüququnun olub-olmaması məsələsinə ümumiyyətlə qiymət verməmiş və mübahisəli hasarın mövcud olması ilə iddiaçının hansı hüquqlarının pozulduğunu qətnamədə dəqiq göstərməmişdir. Nəticədə mübahisəyə tətbiq edilməli olan maddi hüquq normalarının müddəaları tətbiq edilməmişdir. Yəni, birinci instansiya məhkəməsi tərəfindən mübahisəyə tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinə baxmayaraq, məhkəmə kollegiyası da buna əhəmiyyət verməmişdir. Bu isə öz növbəsində cavabdehin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində nəzərdə tutulmuş hüququnun pozulmasına gətirib çıxarmışdır. Bundan əlavə, həm birinci instansiya məhkəməsi, həm də məhkəmə kollegiyası müəyyən etmişdir ki, torpaq sahəsi iddiaçının faktiki istifadə və sahibliyinə keçən zaman həmin torpaq sahəsinin 6 sotdan ibarət olduğu, əlavə 1 sotun isə zəbt edildiyi ona məlum olmuşdur. Bununla belə, iddiaçı lazımi ehtiyatlılıq göstərməyərək, bələdiyyə qərarı ilə ayrılan torpaq sahəsinin dəqiq sərhədini müəyyən etmədən, faktiki vəziyyətin onun maraqlarına uyğun olduğu mövqeyindən yanaşaraq fərdi yaşayış evini inşa etmişdir. Həmin vəziyyətin digər şəxsin də maraqları ilə kəsişdiyi sonradan bəlli olmuşdur. Yəni, iddiaçı fərdi yaşayış evini inşa edərkən evi cavabdehin hasarına yaxın tikmiş və bilərəkdən hazırkı mübahisəli vəziyyəti yaratmışdır. Halbuki iddiaçı fərdi yaşayış evini inşa edərkən həmin evi qonşu hasarından aralı tikməli və əvvəlcədən evinə günəş şüasının düşməsi məsələsinə diqqət yetirməli idi. Həmçinin məhkəmələr müəyyən etmişdir ki, cavabdeh də eyni qaydada onun istifadə və sahibliyinə verilmiş torpaq sahəsi ilə qonşu torpaq sahəsinin dəqiq sərhədini müəyyən etməklə mövcud hasarın yerini dəyişmişdir. Halbuki belə hal baş verməmiş və ekspert rəyindən də göründüyü kimi, hasar məhz torpaq sahələrinin tən ortasından çəkilmişdir. Yəni, hasar çəkilərkən qonşu torpaq sahəsi zəbt edilməmişdir. Göründüyü kimi, məhkəmələr iş materiallarına deyil, iddiaçının formal mülahizələrinə istinad etməklə qeyd olunan nəticəyə gəlmişdir. Torpaq sahəsi etibarnamə əsasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 tərəfindən İddiaçı etibar edilmişdir. ##.##.2012-ci il tarixli, AR-İ seriyalı, ****** saylı etibarnamənin surətindən görünür ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 Bakı şəhəri, Binəqədi Rayon Xocəsən Bələdiyyəsinin **/** saylı, ##.##.2025-ci il tarixli qərarı əsasında Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən Bələdiyyəsinin ərazisində fərdi yaşayış evi tikmək üçün ona ayrılmış 600 kv.m torpaq sahəsini özəlləşdirməyi, sərəncam verməyi, satmağı, bağışlamağı və̧saiŗhərəkətləŗetməyi̧##.##.2092-ci̧ilədəķİddiaçı̧etibaŗetmişdir.

Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

43. Kassasiya̧şikayətinə̧qarşı̧etiraz̧daxiļolmamışdır.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

27. Maddə. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə̧nəzərdə̧tutulaņəsasla̧əmlaka̧sahibliķedəņşəxsə̧də̧mənsubdur;̧

28. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindəņçəkinməlidir;̧

29. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir;

30. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir;

31. Maddə 165.2. Qadağan edilmiş özbaşınalıq üzrə iddiaya yalnız o halda yol verilir ki, sahib qəsdin və təqsirkarın ona məlum olmasından dərhal sonra əşyanın qaytarılmasını və ya pozuntunun aradan qaldırılmasını tələb etsin. İddia müddəti, hətta qəsd və təqsirkar sahibə sonralaŗda̧məlum̧olarsa,̧məhrumetmə̧və̧ya̧pozuntu̧anındaņbaşlayaraq̧biŗiļtəşkiļedir;̧

32. Maddə 166.3. Yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər;̧

33. Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz̧əmlaķqonşunuņsahəsi̧və̧ya̧əmlakı̧sayılır;

34. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, birbirinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səsküyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə̧qanunsuz̧təsirləri̧qadağandır;

35. Maddə 172.3. Əgər torpaq sahəsinin mülkiyyətçisi tikinti zamanı qonşu sahənin sərhədlərini qərəzsiz pozarsa, həmin sahənin mülkiyyətçisi, pozuntu aşkar edilməzdən qabaq və ya aşkar edilən kimi pozucuya etiraz bildirildiyi hallardan başqa, həmin pozuntuya dözməlidir. Sərhədi pozmuş qonşu pul kompensasiyası ödəməli və bundan sonra onu hər il ödəməlidir;̧

36. Maddə 172.4. Qonşuluq hüququnun göstərişlərini pozan binalara çıxıntılı binalar haqqında̧qaydalaŗtətbiq̧edilir;̧

37. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş̧yaşayış̧evi,̧digəŗtikili,̧qurğu̧və̧ya̧başqa̧daşınmaz̧əmlaķözbaşına̧tikinti̧sayılır;̧

38. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə̧qəbuļedilmiş̧məhkəməniņqərarı̧əsasında̧sökülə̧bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardaņistifadə̧etməlidir.

40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuţetməlidir.

41. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə̧üçüņqabaqcadaņmüəyyəņedilmiş̧qüvvəsi̧yoxdur.̧

42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə̧yoļverilmir.

43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindəņmaddi̧və̧prosessuaļhüquq̧normalarınıņdüzgüņtətbiq̧edilməsini̧yoxlayır.

44. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətiņhədlərindəņvə̧dəlillərindəņasılı̧olmayaraq̧yoxlanılmalıdır.

Kassasiya baxışının hədləri

45. Qanunun tələbinə görə, kassasiya məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya məhkəməsinin faktiki halları̧araşdırması̧kimi̧qiymətləndirilməməlidir.

46. Hazırkı kassasiya şikayətində apellyasiya məhkəməsinin qətnaməsi cavabdeh Cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya məhkəməsinin aktı bütövlükdə yoxlanıldı.

Kassasiya məhkəməsinin hüquqi mövqeyi

47. Kassasiya məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmişdir və işdə, cavabdeh Cavabdeh kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya̧dəyişdirilməsi̧üçüņəsaslaŗyoxdur.

48. Cavabdeh Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri̧ilə̧razılaşmır.

49. Belə ki, apellyasiya məhkəməsi, birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq müəyyən etmişdir ki, iddiaçının Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən yaşadığı fərdi yaşayış evinə və evin yerləşdiyi torpağa dair mülkiyyət hüququ olmasa da, iş materialları ilə sübut olunur ki, həmin ev və torpaq sahəsi iddiaçının faktiki̧istifadəsində̧və̧sahibliyindədir.̧

50. AR Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də̧mənsubdur.̧

51. Belə olan halda, apellyasiya məhkəməsi iddiaçının hazırkı iddianı qaldırmaq üçün subyektiv hüququnun olduğunu bildirmiş və cavabdeh Cavabdeh bu dəlilini əsassız hesab etmişdir.

44. Cavabdeh Cavabdeh apellyasiya şikayətində həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfindən inşa edilmiş hasarın cavabdehin hansı hüquqlarının pozulması̧ilə̧nəticələndiyini̧araşdırmamış̧və̧buna̧qiyməţverməmişdir.

45. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallardan biri kimi qeyd etmişdir ki, tərəflərin istifadə və sahibliyində olan torpaq sahələrinə dair mülkiyyət hüquqları yoxdur, həmin torpaq sahələrində inşa edilən tikililər də faktiki olaraq özbaşına tikili statusundadır. Bununla belə, həmin yaşayış sahələri bir iqtisadi dəyər kimi mövcuddur və şəxslərin mənzil ehtiyacını qarşılayır. Özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin müvafiq normaları şəxslərin özbaşına tikintidə yaşamalarına və oradaņistifadə̧etmələrinə̧birbaşa̧qadağa̧qoymur.̧

46. İşin müəyyən edilmiş faktiki halları baxımından apellyasiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddia tələbinin hüquqi əsasını sahibliyin müdafiəsi və özbaşına tikililərin nəticələri təşkiļetmişdir.

47. Bundan əlavə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, torpaq sahəsi iddiaçının faktiki istifadə və sahibliyinə keçən zaman həmin torpaq sahəsinin 6 sotdan ibarət olduğu, əlavə 1 sotun isə zəbt edildiyi ona məlum olmuşdur. Bununla belə, iddiaçı lazımi ehtiyatlılıq göstərməyərək, bələdiyyə qərarı ilə ayrılan torpaq sahəsinin dəqiq sərhədini müəyyən etmədən, faktiki vəziyyətin onun maraqlarına uyğun olduğu mövqeyindən yanaşaraq fərdi yaşayış evini inşa etmişdir. Həmin vəziyyətin digər şəxsin də maraqları ilə kəsişdiyi sonradaņbəlli̧olmuşdur.̧

48. Belə ki, cavabdeh Cavabdeh da eyni qaydada onun istifadə və sahibliyinə verilmiş torpaq sahəsi ilə qonşu torpaq sahəsinin dəqiq sərhədini müəyyən etməklə mövcud hasarın yerini̧dəyişmişdir.

49. Həmçinin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı fərdi yaşayış evi inşa edərkən lazımi diqqət göstərməmiş və faktiki olaraq başqa şəxsə ayrılmış torpaq sahəsində olan hasarı öz tikilisinə münasibətdə ara məsafəsi üçün istinad nöqtəsi seçmişdir. Mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, faktiki mövcud olan hasar qonşu torpaq sahələriniņdəqiq̧sərhədində̧yerləşir.

50. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, qanunvericiliyin tələbinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməli, öz mülkiyyət hüququnu həyata keçirəņhəŗkəşqonşunuņmülkiyyətinə̧cürbəcüŗhədsiz̧təsirlərdəņçəkinməlidir.̧

51. Buna görə də apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, hasarın yerinin əvvəlki vəziyyətə qaytarılması mülki hüquq subyektlərinin bərabərliyi prinsipi baxımından yolverilməzdir və başqa şəxsə ayrılmış torpaq sahəsiniņmənimsənilməsi̧ilə̧nəticələnə̧bilər.

52. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini bu hissədə̧təmiņetməməklə̧haqlı̧olmuşdur.̧

53. Belə ki, iddiaçının digər tələbi cavabdeh Cavabdeh tərəfindən tikilmiş hasarın şəhərsalma̧və̧tikinti̧normalarına̧uyğuņolmayaņhissədə̧sökülməsi̧barədə̧olmuşdur.

54. Cavabdeh Cavabdeh tərəfindən inşa edilmiş hasarın hündürlüyü yuxarıda sadalanan və icazə verilən halların əhatə dairəsinə düşməmiş, hündürlüyü səbəbindən iddiaçının evinə gün işığının düşməsinə və normal hava axınına maneə olmaqla iddiaçının maraqlarına toxunmuşdur.

55. Belə olan halda, apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, mübahisəli hasar AR Şəhərsalma və Tikinti Məcəlləsinin 73.1-ci maddəsinin tələblərinə uyğun olmayan hissədə cavabdeh Cavabdeh öz hesabına̧sökülməlidir.

56. Göstərilənlərə əsasən, kassasiya məhkəməsi cavabdeh Cavabdeh kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədəņsaxlanılmalıdır.

57. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya məhkəməsi

Q ə r a r a aldı: Cavabdeh Cavabdeh kassasiya̧şikayəti̧təmiņedilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)- ****/****̧saylı̧qətnaməsi̧dəyişdirilmədəņsaxlanılsın. Qəraŗqəbuļedildiyi̧andaņqanuni̧qüvvəyə̧minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar