Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1290/2026 09.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş mülki hüquq pozuntusundan irəli gələn mübahisələr; delikt, maddi zərərin əvəzinin ödənilməsi, təqsir) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “vurulmuş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(*-*)-**/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı kassasiya şikayətinə ## #### 2026-cı il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. “Kia Rio” markalı, **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh (bundan sonra cavabdeh) mülkiyyətindədir, ##.##.2023-cü il tarixdə onun tərəfindən verilmiş etibarnaməyə əsasən həmin avtomobilin idarə edilməsi ##.##.2031-ci il tarixədək X2 etibar edilmişdir.
2. Həmin avtomobil ##.##.2024-cü il tarixdə, saat 18:30 radələrində Əliyev Emil Mahir oğlu tərəfindən idarə edilən zaman İddiaçı idarə etdiyi “BMW 528” markalı, **-OZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Əliyev Emil Mahir oğlu bu avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etmişdir.
3. Hadisə ilə bağlı cinayət işi başlamış və nəticədə Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli hökmünə əsasən Əliyev Emil Mahir oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci və 264-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, hər maddə ilə təyin edilmiş əsas və əlavə cəzalar qismən toplanılaraq Əliyev Emil Mahir oğlu 02 il 10 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.4 və 66.5-ci maddələrinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı hökmü ilə təyin edilmiş cəza hazırki hökm üzrə təyin edilmiş əsas və əlavə cəzalarla qismən toplamaq yolu ilə qəti olaraq üzərində 03 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, “Kia Rio” markalı, **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh və “BMW 528” markalı, **-OZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin İddiaçı qaytarılması nəzərə alınmış, zərəçəkmiş şəxs İddiaçı dəymiş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Hökm qanuni qüvvəsini almışdır.
4. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin ##.##.2024-cü il tarixli, ** nömrəli qüsur aktına əsasən İddiaçı məxsus “BMW 528” markalı, 90- OZ-598 dövlət qeydiyyat nişanlı avtomobilə 6.715 manat məbləğdə ziyan dəymişdir. Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. Iddiaçı İddiaçı (bundan sonra həmçinin “iddiaçı”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh (bundan sonra həmçinin “cavabdeh”) 6.715 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 88 manat olmaqla, cəmi 6.803 manat məbləğində pulun tutularaq ona verilməsini xahiş etmişdir.
6. Iddia tələbi onunla əsaslandırılmışdır, hadisədə təqsirli bilinən Emil Əliyev özündə qalmaq və gündəlik 25 manat cavabdehə ödəmək şərti ilə sonuncuya məxsus “Kia Rio” markalı, **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobili istifadə etmişdir. Yüksək təhlükə mənbəyinin faktiki sahibi cavabdeh olduğundan vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini də sonuncu daşımalıdır.
7. Cavabdeh iddiaya qarşı etirazında bildirmişdir ki, “Kia Rio” markalı, **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobil ##.##.2021-ci il tarixli etibarnamə əsasında X2 idarə etmək üçün verilmişdir. Həmin avtomobilin ##.##.2024-cü il tarixdə Əliyev Emil Mahir oğlu tərəfindən idarə edilərkən yol nəqliyyat hadisəsinin törədilməsində onun heç bir təqsiri olmamışdır.
8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia rədd edilmiş, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilmişdir. (hakim Aytəkin Əsədzadə)
9. Birinci instansiya məhkəməsi sübutlara hüquqi qiymət verərək qeyd etmişdir ki, mülkiyyətçi (cavabdeh) avtomobili qanuni əsaslarla digər şəxsin – Malik Dadaşovun sahibliyinə və istifadəsinə vermiş, sonuncu avtomobili hadisəni törədən Emil Əliyevə vermiş, bu sonuncu razılaşmadan cavabdehin məlumatı olmamış, etibarnamədə səlahiyyətlərin başqa şəxsə verilə bilməməsi xüsusi olaraq göstərilmişdir.
10. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi başqa şəxslərin qanunsuz hərəkətləri nəticəsində (nəqliyyat vasitəsini qaçırma və s.) mənbənin onun sahibliyindən çıxdığı halda vurulmuş zərərə görə məsuliyyət daşımır. Qeyd edilən şərtlər daxilində isə cavabdehin hadisə törədilən vaxt avtomobil üzərində hakimiyyətə malik olması istisna olur ki, buna görə də yüksək təhlükə mənbəyi mülkiyyətçisinin zərəri qarşılamaq öhdəliyi yaranmır.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 14, 21, 1096-1097, 1108ci, Mülki Prosessual Məcəllənin 14, 77.1, 82.4, 217-ci maddələri və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ##.##.2022-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. Iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Iddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır. Lakin istər mülki hüquq nəzəriyyəsində, istərsə də qanunvericilikdə bəzi hallar üçün təqsirsiz olaraq da mülki hüquq məsuliyyətinin yaranmasının mümkünlüyü qəbul edilmişdir Bu halda şəxs təqsirli olaraq törətmiş olduğu əmələ görə deyil, yaranmış olan zərərli nəticələrə görə müəyyən şərtlər daxilində mülki hüquqi məsuliyyətli hesab edilir. Yüksək təhlükə mənbəyi sahibinin məsuliyyətinin əsasını təqsir deyil, sahiblik etdiyi əşyanın və ya fəaliyyətin təhlükəliliyi təşkil edir. Şəxsin yüksək təhlükəli mənbəyin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və sair olmasıdır. Qeyd edilənlər yüksək təhlükə mənbəyi sahibliyinin hüquqi əsasını təşkil edir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir. O da nəzərə alınmalıdır ki, zərər yüksək təhlükə mənbəyinin fəaliyyəti zamanı məhz onun təhlükəli xüsusiyyətlərindən irəli gələrək baş vermiş olmalıdır. Beləliklə, ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi təqsirindən asılı olmayaraq həmin mənbəyin fəaliyyəti nəticəsində vurulmuş zərərin əvəzini ödəməyə borcludur. Bu qaydadan bəzi istisnalar mövcuddur: - ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi başqa şəxslərin qanunsuz hərəkətləri nəticəsində (nəqliyyat vasitəsini qaçırma və s.) mənbənin onun sahibliyindən çıxdığı halda vurulmuş zərərə görə məsuliyyət daşımır; - dəymiş zərər zərərçəkmişin qəsdi nəticəsində yaranmış olarsa, onun əvəzinin yüksək təhlükə mənbəyinin sahibi tərəfindən ödənilməsi vəzifəsi yaranmır; - ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi zərərin qarşısıalınmaz qüvvənin (fövqəladə və qaçınılmaz hallar (Mülki Məcəllənin 379.1.1-ci maddəsi) təsiri nəticəsində vurulduğunu sübut etdikdə məsuliyyətdən azad edilir. Göstərilənlər nəzərə alınmaqla, nəqliyyat vasitəsinin idarə edilməsi nəticəsində vurulmuş zərərin kim tərəfindən qarşılanmalı olması məsələsinin həlli üçün, ilk növbədə, ətrafdakılar üçün yüksək təhlükə mənbəyinin sahibi başqa şəxslərin qanunsuz hərəkətləri nəticəsində (nəqliyyat vasitəsini qaçırma və s.) mənbənin onun sahibliyindən çıxması halının mövcud olub-olmaması aydınlaşdırılmalıdır. Iş materiallarında olan Abşeron Rayon Məhkəməsinin hökmündən görünür ki, təqsirləndirilən şəxs qismində dindirilən Əliyev Emil Mahir oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam, həmin Məcəllənin 264-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək, istintaqda verdiyi ifadəsini təsdiq edərək, əlavə olaraq qeyd etmişdir ki, törətdiyi hadisə zamani istifadəsində olmuş nəqliyyat vasitəsi Cavabdeh məxsus olmuşdur. Belə ki, o, həmin şəxsi ögey qardaşı Malik Dadaşov vasitəsilə tanımışdır ki, sonuncu özündə qalmaq şərtilə gündəlik 25 manat Cavabdeh verərək, ona məxsus Kia Rio markalı, **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobili alaraq, istifadə etmişdir. Məhkəmə bu qənaətə gələrkən Emil Əliyevin cinayət işində vermiş olduğu ifadələrə heç bir münasibət bildirməmişdir. Həmçinin, məhkəmə cavabdehin avtomobildən Emil Əliyevin hər hansı qanunsuz hərəkətləri nəticəsində (nəqliyyat vasitəsini qaçırma və s.) onun sahibliyindən çıxması halını müəyyən etməmişdir. X1 cavabdehlə ögey qardaşı vasitəsilə tanış olduğunu günlük olaraq cavabdehə 25 manat pul verdiyini bildirmiş, mülki işin materiallarında isə bunun əksini inkar edən hər hansı bir mötəbər sübut mövcud olmamıdır. Cavabdehin bildirdikləri isə özünü müdafiə xarakteri daşımaqla məsuliyyətdən boyun qaçırılmasına cəhd kimi dəyərləndirilməlidir. Belə olan halda, Emil Əliyev cavabdehin razılığı və məlumatı əsasında sahiblik etdiyi nəqliyyat vasitəsi ilə törətdiyi deliktə görə hazırda cavabdeh qismində də məsuliyyət daşıyır və bu anlamda iddia tam əsaslıdır. Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)- ***/**** nömrəli hökmündə qeyd olunanlara heç bir münasibət bildirməmiş, təqsirləndirilən şəxs qismində dindirilən Əliyev Emil Mahir oğlunun törətdiyi hadisə zamanı istifadəsində olmuş nəqliyyat vasitəsi Cavabdeh məxsus olmuşdur. Belə ki, o, həmin şəxsi ögey qardaşı Malik Dadaşov vasitəsilə tanımışdır ki, sonuncu özündə qalmaq şərtilə gündəlik 25 manat Cavabdeh verərək, ona məxsus Kia Rio markalı, **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobili alaraq, istifadə etdiyini aydınlaşdırmamışdır. Məhkəmə avtomobili qanuni əsaslarla digər şəxsin – Malik Dadaşovun sahibliyinə və istifadəsinə verdiyini, sonuncunun avtomobili hadisəni törədən Emil Əliyevə verməsindən məlumatının olmadığını göstərsə də, Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, 1(012)- ***/**** nömrəli hökmündə göstərilənlər bunun tam əksini göstərmişdir.
14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(*-*)-**/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. (Hakimlər Fuad Abdıyev (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva, Fuad Babayev)
15. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, cavabdeh mülkiyyətində olan “Kia Rio” markalı, **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edilməsi üçün məhz X2 vermiş və bu zaman etibarnamə üzrə səlahiyyətlərin başqa şəxsə verilməsinin mümkünlüyü qeyd edilməmişdir. Cavabdeh tərəfindən Əliyev Emil Mahir oğluna, ümumiyyətlə, belə bir səlahiyyət verilməmişdir.
16. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, yol-nəqliyyat hadisəsi baş verən zaman bu avtomobili idarə edən Əliyev Emil Mahir oğlunun buna nəinki səlahiyyəti, ümumiyyətlə heç hüququ olmamışdır. Hüquqi nəticə etibarı ilə həmin vaxt avtomobilin qanuni sahibi Əliyev Emil Mahir oğlunun ögey qardaşı X2muş, avtomobil də məhz onun tərəfindən, müəyyən tapşırıqlarının icrası məqsədi ilə idarə edilməsi üçün Əliyev Emil Mahir oğluna verilmişdir. Bu hal Əliyev Emil Mahir oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat çərçivəsində təqsirləndirilən şəxs Əliyev Emil Mahir oğlunun və cavabdehin ifadəsi ilə öz təsdiqini tapır.
17. Belə ki, Əliyev Emil Mahir oğlu öz ifadəsində avtomobilin qalmaq şərti ilə gündəlik 25 manat müqabilində cavabdeh tərəfindən ona deyil, ögey qardaşı olan Malik Dadaşovun istifadəsinə verildiyini, yol-nəqliyyat hadisəsi baş verən günü avtomobili qardaşının tapşırığına əsasən Məhəmmədi kəndinə getmək məqsədi ilə idarə etdiyini bildirmişdir. Cavabdeh də öz ifadəsində yuxarıda göstərilən şərtlərlə avtomobili idarə etmək üçün məhz Dadaşov Malikə verdiyini, hadisə baş verən günü avtomobilin Əliyev Emil tərəfindən idarə edilməsindən xəbərsiz olduğunu söyləmişdir. Başqa sözlə, hadisə günü avtomlobilin nəinki cavabdehin razılığı ilə idarə olunmadığını, hətta onun, ümumiyyətlə, bu barədə məlumatlı olmadığını Əliyev Emil şəxsən özü təsdiq edir. Bunun əksini təsdiq edən hər hansı hal da müəyyən edilmir. Hər bir halda, həmin avtomobilin bu şəxs tərəfindən idarə edilməsi ilə bağlı cavabdehin razılığı olsa idi, bu səalhiyyətlər ən azı etibarnamə əsasında ona ötürülərdi.
18. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, “Kia Rio” markalı, **-XY- *** dövlət qeydiyyat nişanlı avtomobil onun mülkiyyətçisi olan cavabdeh tərəfindən günlük 25 manat pulun ödənilməsi qarşılığında Əliyev Emil Mahir oğluna deyil, qanuni əsaslarla X2 istifadə və sahibliyinə verilmişdir. Bu baxımdan iddiaçıya məxsus avtomobilə maddi zərərin vurulmasına səbəb olmuş yol-nəqliyyat hadisəsi zamanı “Kia Rio” markalı, **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdehin (mülkiyyətçinin) iradəsi xaricində və həmin vaxt onun qanuni sahibi olan X2 razılığı və tapşırığı əsasında Əliyev Emil Mahir oğlunun istifadəsində olmuşdur ki, bu halın mövcudluğu da mülkiyyətçinin vurulmuş zərərə görə hər hansı məsuliyyət daşımasını istisna edilir. Başqa sözlə, yol nəqliyyat hadisəsi nəticəsində iddiaçıya dəymiş zərəri qarşılamaq öhdəliyi cavabdehin üzərinə qoyula bilməz.
19. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 1096, 1097.1, 1108.1, 1108.2-ci maddələri və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2022-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
20. Iddiaçı İddiaçı (vəkil Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
21. Kassasiya şikayəti onunla əsaslandırmışdır ki, həm birinci instanisya məhkəməsi, həm də apellyasiya məhkəməsi cavabdehin avtomobili qanuni əsaslarla digər şəxsin – Malik Dadaşovun sahibliyinə və istifadəsinə verdiyini, sonuncunun avtomobili hadisəni törədən Emil Əliyevə verməsindən məlumatının olmadığını göstərsə də, Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli hökmündə göstərilənlər bunun tam əksini göstərmişdir. Belə olan halda, Emil Əliyev tərəfindən avtomobilin idarə olunmasında cavabdehin razılığı və məlumatı olmuş, cavabdehin mülkiyyətində olan nəqliyyat vasitəsi ilə törətdiyi deliktə görə hal-hazırda cavabdeh qismində də məsuliyyət daşıyır və bu anlamda iddia tam əsaslıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə obyektiv araşdırma aparılmamış, qətnamə mötəbər sübutlarla əsaslandırılmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21.1.Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Maddə 21.2.Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; Maddə 1096.Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır; Maddə 1097.1.Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; Maddə 1108.1.Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; Maddə 1108.2.Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2022-ci il tarixli qərarı Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; zərər ilə hüquqazidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Yüksək təhlükə mənbəyinin sahibinin üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyi hüquq nəzəriyyəsində “təhlükə məsuliyyəti” adlandırılır. “Təhlükə məsuliyyəti” anlayışı cəmiyyətdə elm və texnikanın, sənayenin inkişafı nəticəsində insanların qanunla qorunan mənafelərinin pozulma riskinin də artması ilə əlaqədar formalaşmışdır. Obyektiv, fiziki xüsusiyyətlərindən irəli gələrək ətrafdakılara zərər yetirmək təhlükəsi, ehtimalı yüksək olan əşya, habelə fəaliyyət növü sahibləri təqsirsiz olsalar belə, bu fəaliyyətdən, əşyanın istifadəsindən irəli gələn zərərlərə görə məsuliyyət daşıyırlar. Qanunverici ətrafdakılar üçün təhlükəli olan əşyanın sahibinin və ya fəaliyyət növü ilə məşğul olan şəxsin bu təhlükədən məlumatlı olmasına baxmayaraq, riski öz üzərinə götürərək əşyadan istifadə etməsi və ya fəaliyyət növü ilə məşğul olması səbəbindən üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyinin də onun üzərinə qoyulmasını məqsədəmüvafiq hesab etmişdir. Yüksək təhlükə mənbəyi sahibinin məsuliyyətinin əsasını təqsir deyil, sahiblik etdiyi əşyanın və ya fəaliyyətin təhlükəliliyi təşkil edir. Şəxsin yüksək təhlükəli mənbəyin sahibi kimi məsuliyyətə cəlb edilməsi üçün ilkin şərt onun həmin mənbəyə mülkiyyət hüququnun, icarə hüququnun, nəqliyyat vasitəsini idarə etməyə dair etibarnaməsinin və s. olmasıdır. Qeyd edilənlər yüksək təhlükə mənbəyi sahibliyinin hüquqi əsasını təşkil edir. Digər zəruri şərt isə maddi şərt olmaqla yüksək təhlükə mənbəyi üzərində hakimiyyətə malik olmanı, habelə yüksək təhlükə mənbəyi ilə bağlı mənfəəti olmanı və ondan yararlanmanı nəzərdə tutur. Maddi şərt təmin olunmadan şəxsin yüksək təhlükə mənbəyinin sahibi hesab olunması yolverilməzdir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
23. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
24. Kassasiya şikayətində qətnamənin ləğvi xahiş edildiyindən məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.
25. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. Məhkəmə kollegiyası kassasiya şikayətini şikayətin dəlilləri əsasında yoxlayaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlmiş, iddiaçının dəlillərinə tam qiymət vermişdir.
28. Iddia tələbi delikt nəticəsində dəymiş ziyanın (maddi və mənəvi) ödənilməsi barədədir.
29. Iddiaçı cavabdehdən yüksək təhlükə mənbəyinin sahibi kimi digər şəxsin vurduğu zərərin əvəzinin ödənilməsini tələb edir və tələbinin faktiki əsası kimi ona istinad edir ki, cavabdeh mülkiyyətində olan avtomobili sürücülük hüququ olmayan şəxsə vermiş və həmin şəxs də avtomobili idarə edərkən onun avtomobili ilə toqquşaraq ona maddi zərər yetirmişdir.
30. Tələbin hüquqi əsasını təşkil edən Mülki Məcəllənin 1108.2-ci maddəsinə görə yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.
31. Qeyd olunan norma əsasında iddia tələbi o halda təmin edilən bilərdi ki, cavabdeh avtomobilin digər şəxsin, yəni hadisədə təqsirli bilnimiş şəxsin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirə bilməsin. Lakin hazırki işdə cavabdeh avtomobilin hadisədə təqsirli olan şəxsin sahibliyinə keçməsində təqsirinin olmamasını sübut edə bilib. Işdən görünür ki, cavabdeh avtomobili hadisədə təqsirli olan şəxsin ögey qardaşına etibarnamə əsasında vermişdir. Başqa sözlə, cavabdeh təhlükə mənbəyi olan avtomobilin digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində onun sahibliyindən çıxdığını sübuta yetirə bilib. Cavabdehin məsuliyyətini müəyyən edən başqa hər hansı hal da müyyən edilməyib.
32. Məhkəmə kollegiyası onu da qeyd edir ki, məhkəmə mülki iş üzrə icraat zamanı yalnız tərəflərin təqdim etdiyi sübutlardan istifadə etməklə müəyyən nəticəyə gəlir. Iddia tələblərinin təmin edilməsi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir. Mülki mühakimə icraatında da sübutetmə yükü bir qayda olaraq, inkar edənin deyil, iddia edənin üzərinə düşür.
33. Iddiaçı ona zərərin ödənilməsində cavabdehin öhdəlik daşımasını bildirsə də, işdəki sübutlarla, o cümlədən qanuni qüvvəyə minmiş hökmlə bu hal təkzib edilib.
34. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 15-18-ci bəndlərində əks edilən qiymətləndirməsi ilə razılaşır.
35. Həmin bəndlərdə əks edilənlərdən görünür ki, apellyasiya məhkəməsi iddia tələbi üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, tələb üzrə işin faktiki hallarını işdəki sübutlarla müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, sübutları düzgün qiymətləndirmiş, sübutetmə yükünü düzgün müəyyənləşdirmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, nəhayət, qanuni və əsaslı qətnamə qəbul etmişdir.
36. Kassasiya şikayətinin dəlilləri də iddia ərizəsi və apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda olmaqla, avtomobilin məhz cavabdeh tərəfindən sürücülük hüquq olmayan şəxsə verilməsi barədədir.
37. Məhkəmə kollegiyası kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, qeyd edir ki, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmiş, cavabdehin deliktə görə məsuyyət daşımalı olmadığı müəyyən olunmuşdur. Buna görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.
38. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
39. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq,
Qərara aldı: Iddiaçı İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(*-*)-**/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.