Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1296/2026 09.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı İddiaçı cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: maneənin aradan qaldırılması və pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı “maneənin aradan qaldırılması və pul” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsindən cavabdeh cavabdeh4 kassasiya şikayətinə ## #### 2026-cı il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti başçısının ## #### 2007-ci il tarixli *** saylı sərəncamına əsasən, Neapol küçəsində ** saylı binanın həyətində tikilmiş mövcud 24 kv.m ölçüdə qaraj cavabdeh3 adına rəsmiləşdirilmişdir.
2. Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti başçısının ## #### 2007-ci il tarixli *** saylı sərəncamına əsasən, Neapol küçəsində ** saylı binanın həyətində tikilmiş mövcud 24 kv.m ölçüdə qaraj cavabdeh4 adına rəsmiləşdirilmişdir.
3. Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti başçısının ## ###### 2013-cü il tarixli *** saylı sərəncamına əsasən, Gəncə prospekti ** saylı binanın yaxınlığında yerləşən 75 kv.m ölçüdə məntəqə İddiaçı adına rəsmiləşdirilmişdir.
4. ##.##.2014-cü il tarixli etibarnaməyə əsasən, İddiaçı cavabdeh4 adından əqdlər bağlamaq, sənədlər almaq, vermək, işlər görmək, əmlakı və ya pulu almaq hüququ ilə icra vərəqəsini təqdim etmək, məhkəmədə işlər aparmaq tapşırığının icrası ilə əlaqədar hərəkətləri etməyi ##.##.2064-cü il tarixədək etibar etmişdir.
5. İddiaçı “xxxx” ASC tərəfindən ## ####### 2016-cı il tarixdə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 34 ünvanında yerləşən qeyri yaşayış sahəsinə dair istilik təchizatı üçün texniki şərt verilmişdir.
6. Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti başçısının ## ####### 2016-cı il tarixli *** saylı sərəncamına əsasən, Neapol küçəsində ** saylı binanın qarşısında yerləşən 91 kv.m ölçüdə məntəqə cavabdeh1 adına rəsmiləşdirilmişdir.
7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli *(***)-***/**** saylı qətnaməsinə əsasən, cavabdeh4 İddiaçı qarşı pul tələbinə dair iddiası təmin edilərək, İddiaçı 600.000 manat pulun alınaraq cavabdeh4 ödənilməsi qət edilmişdir.
8. Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti başçısının Aparatının ##.##.2023-cü il tarixli məktubunda qeyd olunmuşdur, sifarişçisi cavabdeh4 adına olan 2013-cü və 2014-cü illərdə Gəncə prospekti ** saylı binanın yaxınlığında yerləşən məntəqələrin eskiz layihələri Rayon İcra Hakimiyyəti tərəfindən razılaşdırılmamış və bu məntəqələrin verilməsinə dair əsas olan sənədlər barədə Rayon İcra Hakimiyyətinə məlumat qeydə alınmamışdır.
9. “xxxx” ASC tərəfindən təqdim edilmiş məktubda qeyd olunmuşdur ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 34 ünvanında İddiaçı ilə su və kanalizasiya təchizatından istifadəyə görə ##.##.2004-cü il tarixdə ******** saylı müqavilə (abonent kodu: 084411) bağlanmış, ##.##.2014-cü il tarixində “Alfasu” markalı ******** nömrəli su sayğacı quraşdırılmış və müxtəlif vaxtlarda müxtəlif həcmdə su sərf edilmişdir.
10. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ##.##.2024-cü il tarixli *(***)-***/**** saylı qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2023-cü il tarixli qətnaməsi ləğv olunmuş və iş üzrə yeni qətnamə çıxarılaraq, cavabdeh4 İddiaçı qarşı "pulun ödənilməsi" tələbi qismən təmin edilmiş, İddiaçı 349.094 manatın alınaraq cavabdeh4 verilməsi, cavabdeh4 iddia tələbinin qalan hissədə təmin olunmaması, ekspertiza tədqiqatının dəyəri olan 200 manatın 100 manatının cavabdeh4, 100 manatının İddiaçı alınıb Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.
11. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının *(***)-***/**** saylı ##.##.2025-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ##.##.2024-cü il tarixli, *(***)-***/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
12. İddiaçı İddiaçı (bundan sonra həmçinin “iddiaçı”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti ** saylı binanın yaxınlığında yerləşən, Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti *** nömrəli, ##.##.2013-cü il tarixli Sərəncamına əsasən iddiaçıya məxsus olan 3 mərtəbəli qeyri-yaşayış sahəsinin və ünvan 1 23-cü binanın qarşısında, azyaşlı uşaqların baxçasının 3-5 metr yaxınlığında yerləşən “Qəbələ” Məhəllə Restoranının cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 hesabına boşaldılması və cavabdehlərin qanunsuz sahibliyindən geri alınaraq onun sahibliyinə qaytarılması və həmin qeyri-yaşayış sahələrinə istifadə və sahibliklə bağlı cavabdehlər tərəfindən olan maneələrin aradan qaldırılması, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti ** saylı binanın yaxınlığında yerləşən qeyri-yaşayış sahəsinin və Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi 23-cü binanın qarşısında, azyaşlı uşaqların baxçasının 3-5 metr yaxınlığında yerləşən “Qəbələ” Məhəllə Restoranının 2019-cu ilin dekabr ayından 2023-ci ilin fevral ayına qədər icarəyə verilməsindən əldə olunmuş 380.000 manat pul vəsaitinin, həmçinin 2023-cü ilin fevral ayından etibarən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti ** saylı binanın yaxınlığında yerləşən qeyri-yaşayış sahəsinin və ünvan 1 23-cü binanın qarşısında, azyaşlı uşaqların baxçasının 3-5 metr yaxınlığında yerləşən “Qəbələ” Məhəllə Restoranının cavabdehlərin qanunsuz sahibliyindən geri alındığı vaxta qədər aylıq icarə haqlarının müştərək qaydada cavabdehlərdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər ailəlikcə 1999-cu ildə Rusiya Federasiyasına Həştərxana getmişlər. Orada uzun illərdir ki, əkinçiliklə məşğul olmuşlar. Maddi imkanları daha böyük idi. Mütəmadi olaraq hər il Azərbaycana gəlib-gedirdilər. Azərbaycana müxtəlif vaxtlarda hissə-hissə 800000 ABŞ dollar gətirmişlər. Bunu demək kifayət edər ki, Azərbaycanda tək iddiaçının adına “Land Cruiser” markalı avtomobil, qaynının adına “Nissan Teana” markalı avtomobil almışlar. Tərəflər gələcəkdə uşaqları ilə Azərbaycana qayıtmaq, Rusiya Federasiyasında qazandığı pulları Azərbaycanda sərmayə qoyub qeyri-yaşayış obyekti inşa etmək, iş yeri açmaqla qazanc götürmək niyyətindədirlər. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində ** saylı binanın yaxınlığında, içərisində 75 kv.metr tikili olan torpaq sahəsini görüb bəyənmişlər. Orada layihəyə əsasən müasir üslubda obyekt tikməyə qərar vermişlər. Odur ki, iddiaçı Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə müraciət etmiş və onun müraciətinə də əsasən Xətai rayon İcra Hakimiyyəti *** nömrəli, ##.##.2013-cü il tarixli Sərəncamı ilə Gəncə prospekti ** saylı binanın yaxınlığında mövcud 75 kv.m ölçüdə məntəqənin (tikilinin) iddiaçının adına sənədləşdirilməsini və təqdim etdiyi layihəyə əsasən sökülüb müasir üslabda yenidən tikilməsinə icazə verilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş ”xxxx MMC”-nin Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində ** saylı binanın yaxınlığındakı qeyri-yaşayış obyektinə dair “Mühəndis qurğuları Elektrik işıqlandırma, yangın siqnalizasiyasının işçi layihəsindən, həmçinin Su sayğacının quraşdırılması ilə bağlı xxxx ASCnin ##.##.2014-cü il tarixli Aktından, Su təhcizatı və kanalizasiya şəbəkələrinə qoşulma işlərinin icrası barədə ##.##.2014-cü il tarixli Razılaşmadan və İstilik təhcizatı üçün ##.##.2016-cı il tarixli Texniki şərtdən də görünür ki, obyektin sifarişçisi və sahibi iddiaçıdır. Bu obyektin faktiki ölçüsü 520 kv.metr təşkil edir. Xocalı rayonundan olan, Daxili İşlər Nazirliyində Polis əməkdaşı işləyən həmkəndlisi, həm də iddiaçının qardaşı Cəlilin yaxın dostu olan cavabdeh4 2013-cü ildə söhbət zamanı iddiaçının həyat yoldaşı X1 olisdə işlədiyini, Azərbaycanda “əli-qolunun olduqca geniş olmasını, “pul sizdən, mən də sizə krişalıq edim Bakıda sizin adınıza obyekt tikilməsinə köməklik edim, nəzarət edim” demişdir. İddiaçı da ailəlikcə cavabdeh4 həmkəndliləri olduğuna və Polis orqanlarında işləməyinə görə ona tam şəkildə inanmış və etibar edərək 2013-cü ildən başlayaraq 2018-ci ilədək hissə-hissə xırda məbləğlər də daxil olmaqla ümumilikdə cavabdeh4 obyekt tikintisi üçün 360.000 (üç yüz altmış min) ABŞ dolları məbləğində pulu təqdim eləmişdir. İddiaçının əri X1 da böyük məbləğdə ilk olaraq 2013-cü ilin avqust ayında cavabdeh4 118000 ABŞ dolları və 180000 ABŞ dolları vermişdi. İddiaçının 939 dövlət nömrə nişanlı “Land Cruiser” markalı avtomobilinin satışından əldə olunan 69500 dollar pul məbləğini və “Nissan Teana” avtomobilin satışından əldə olunan 10000 manat pulu da obyektlərin tikintisi üçün cavabdeh4 vermişlər. Zirzəmi sahəsi ilə 3 mərtəbəli obyekt tikilmiş və fəaliyyət göstərməyə başlamışdır. Avtomobillərinin satışından əldə olunan pul vəsaiti nəzərə alınarsa iddiaçının əri X2 rayonu Gəncə prospektində ** saylı binanın yaxınlığındakı həmin obyektin-qeyri-yaşayış sahəsinin tikinti-təmir işlərini aparmaq üçün cəmi 4395000 manat pul vəsaitini cavabdeh4 vermişlər. cavabdeh4 ilə əvvəlcədən razılaşmışlar ki, Xətai rayonu Gəncə prospekti ** saylı ünvandakı 3 mərtəbəli obyektimin aylıq icarə pulları ilə ünvan 1 23-cü binanın qarşısında, iddiaçının adına “Qəbələ” Məhəllə Restoranını inşa etsin, həmin tapşırıqları icra etməsi ilə əlaqədar Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində 34 ünvanında yerləşən obyektdən və Xətai rayonu Neapol küçəsi 23-cü binanın qarşısındakı X3 aylıq icarə haqlarından gələn gəlirin 1/3 hissəsi cavabdeh4, qalan 2/3 hissəsi də əri ilə iddiaçıya aid olsun. Obyektlərin icarə pulundan 1/3 hissəsini cavabdeh4 verməyə həm də ona görə razılaşmışlar ki, Xətai rayonu Neapol küçəsi 23-cü binanın yaxınlığındakı sahədə əvvəllər qaraj, sabun sexi və avtoyuma kimi istifadə etdikləri obyektlərin yanında iddiaçının adına obyekt “Qəbələ” Məhəllə Restoranını inşa etsin, həm də cavabdeh4 dediyinə görə 2011-ci ildə 2 nəfərin ölümünə səbəb olmuş avto-qəza hadisəsi törətməsi ilə əlaqədar yaranmış borcunu bağlaya bilsin, həbs olunmasın, polisdən-işdən çıxarılmasın. Odur ki, iddiaçı əri Hikmətlə uzun illər ərzində cavabdeh4 obyektlərdən əldə olunan aylıq icarə haqlarını tələb etməmişlər. Ailəlikcə hər il yay-payız aylarında Azərbaycana gələndə cavabdeh4 deyirdi ki, obyektlər tərəfə gedilməsin, Rusiyada yaşadıqlarını, iş adamı olduqlarını, onlarda pul olduğunu bilirlər və bilsələr ki, gəliblər, müxtəlif vasitə ilə həbs edib pullarını alacaqlar. Digər cavabdehlər də belə söyləyirdilər. Bu minvalla da cavabdehlər vaxt uzadırmış. Cavabdehlər təxminən 9 ildir ki, obyektlərindən əldə edilən təxminən 5.000 manat aylıq icarə pullarını mənimsəyib, iddiaçıya həmin pulları ödəməkdən yayınmışlar. Qeyri-yaşayış sahələrinin iddiaçının adına sənələşdirilməsi üçün cavabdeh4 ##.##.2014-cü il tarixdə Bakı şəhəri ** saylı Notariat Ofisində etibarnamə də vermişdir. İddiaçının və ərinin tapşırığı ilə cavabdeh4 iddiaçının obyektinin aylıq icarə pulları ilə ünvan 1 23-cü binanın qarşısında, azyaşlı uşaq baxçasının 3-5 metr yaxınlığında əvvəllər qaraj, sabun sexi və avtoyuma kimi istifadə etdikləri obyeklərin yanında X3 inşa etdi və bu gün də həmin restoran və Gəncə prospektində ** saylı binanın yaxınlığındakı 3 mərtəbəli obyekt cavabdehlərin qanunsuz sahibliyində fəaliyyət göstərir. İddiaçı Xətai rayonu, Neapol küçəsi 23-cü binanın yaxınlığındakı qarajların cavabdehlərdən cavabdeh3 və cavabdeh4 adına sənədləşdirilməsinə dair Xətai rayon İcra Hakimiyyəti Başçısının ##.##.2007ci il tarixli və ##.##.2007-ci il tarixli Sərəncamlarından Çıxarışların surətini məhkəməyə təqdim etmişdir. Son vaxtlar cavabdeh4 obyektin tikintisi üçün ona verdikləri 360000 ABŞ dolları məbləğindəki nağd pulun, iddiaçının avtomobillərinin satışından əldə etdiyi pulun və iddiaçının qeyri-yaşayış obyektlərindən hər ay təqribən əldə olunan 5000 manat aylıq icarə pullarını hara, nə qədər sərf elədiyi barədə hesabat verməsini, həmçinin mübahisənin predmetini təşkil edən qeyri-yaşayış sahələrinə mülkiyyət hüquqlarımı təsdiq edən çıxarış verilməsini, obyektlərini əri ilə iddiaçıya təhvil verilməsini tələb edəndə cavabdeh4 “bu gün, gələn həftə verərəm” deməklə, xərclər barədə qeydiyyat apardığı dəftəri tapa bilmədiyini, onu tapıb hesabat verəcəyəni, obyektləri mülkiyyətinə keçirmək üçün sənədlər toplamağa başladığını və sair müxtəlif bəhanələr gətirməklə işin əsil mahiyyətindən uzaqlaşır, vaxt uzadır, obyektləri, onlara aid olan sənədləri iddiaçıya təhvil verməməklə obyektlərin aylıq icarə haqlarını ailə üzvləri ilə mənimsəyir. İddiaçı bu səbəbdən cavabdeh4 verdiyi etibarnaməni onu xəbərdar etməklə ləğv etmişdir. Obyektlərin, onlara aid olan sənədlərin geri qaytarılması üçün Piriyev Vəkil Bağman oğluna etibarnamə vermişdir. Obyektləri, onlara aid olan sənədləri geri qaytarması ilə bağlı tərəfindən Eldar Orucoav şifahi və rəsmi xəbərdarlıqlarlar edilmiş, bildirişlər verilmişdir. Cavabdehlər isə həmin tələblərə əməl etmir, mübahisənin predmetini təşkil edən obyektlərdən istifadəyə, onlara sahiblik etməyə də maneələr yaradırlar. İddiaçı əri ilə Xətai rayonu Gəncə prospektində ** saylı ünvandakı qeyri-yaşayış obyektinə aldığı ofis mebellərini və diyər əşyaları ünvan 1 23-cü binanın qarşısında, azyaşlı uşaqların baxçasının 3-5 metr yaxınlığındakı X3 aparıb orada istifadə edirlər. cavabdeh4 ona verdiyi etibarnamənin qüvvədə oldugu müddətdə mübahisə predmetini təşkil edən qeyri-yaşayış sahələrini iddiaçının mülkiyyətinə rəsmiləşdirilməsindən yayınmış, əri ilə iddiaçının pul vəsaiti ilə inşa edilərək fəaliyyət göstərən obyektləri iddiaçı tərəfindən etibarnamə ləğv etdirildikdən sonra isə özünün və yaxınları olan cavabdeh cavabdeh3 və cavabdeh1 mülkiyyətinə keçirməyə, bununla “aradan çıxmağa” cəhd etmiş və bu məqsədlə də sənədləşmə işlərinə start vermişdir. Cavabdehlərin sözü gedən obyektləri öz yaxınlarının adına özgəninkiləşdirmək niyyətində olduğu aşkar bəllidir. Bu hal məhkəməyə təqdim edilmiş, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində ** saylı binanın yaxınlığındakı qeyri yaşayış obyektinə dair cavabdeh3, cavabdeh1 adına sənədləşdirilmiş memarlıq planlaşdırma bölməsinin layihələri ilə bir daha təsdiq olunur. Bundan başqa, cavabdehlər iddiaçıya məxsus mübahisəli qeyri-yaşayış binasını ələ keçirmək üçün iddiaçıya məxsus mübahisəli binaya çəkilmiş tikinti və təmir xərcinin bazar dəyərinin guya 601.507 manat təşkil etməsi barədə “xxxx” MMC qiymətləndirmə şirkətindəki tanışından ##.##.2022-ci il tarixli qiymətləndirmə hesabatı əldə edərək Daşınmaz Əmlakın Reyestr Xidmətinə qarşı Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 34 ünvanında yerləşən ümumi sahəsi 480,8 kvm. olan qeyri-yaşayış sahəsinə tikintiyə onun mülkiyyət hüququnun tanınması və buna dair çıxarışın (şəhadətnamənin) verilməsi vəzifəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Reyestr Xidmətinə həvalə edilməsi barədə Bakı şəhər Xətai rayon Məhkəməsinə iddia ərizəsi vermiş və belə dəlil irəli sürmüşdür ki, iddiaçının adına qeyriyaşayış sahəsi inşa edib icarəyə verib sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə əri Hikmət Quliyev ona 2013-cü ildə 180 min ABŞ dolları borc pul göndərmiş, bu pulun müqabilində təminat kimi sənədləşdirməni iddiaçının adına etmiş və digərlərindən də borc pullar almaqla obyektin tikintisini başa çatdırmışdır. Yəni obyekti borc pullar müqabilində özü üçün inşa etdiyini uydurmaqla reyestr xidmətindən mülkiyyət hüququ barədə çıxarış almaq niyyətində olmuşdur. Ağlabatan mühakimənin nəticəsi olmayan belə bir iddia tələbinə görə ifşa olunacağından ehtiyatlanaraq ##.##.2022-ci il tarixdə iddia tələbinin dəyişdirilməsi barədə ərizə verib iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin tikintisi və əlavə xərclərlə əlaqədar özünə yalançı şahidlər tutmaq yolu ilə guya xərclədiyi cəmi 600.000 manat pulun iddiaçıdan alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hansı ki, cavabdeh4 obyektin tikintisi üçün iddiaçının ona verdiyi külli miqdar pulun az bir hissəsini mübahisəli obyektin tikinti-təmir işlərinə sərf etmişdir. Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində 34 ünvanında yerləşən obyektlərin 2014-cü ildən fəaliyyət göstərdiyi, cavabdehlərin deməsinə görə obyektlərin aylıq 5000 manata icarəyə verildiyi nəzərə alınarsa və Xətai rayonu Neapol küçəsi 23-cü binanın qarşısında, azyaşlı uşaqların baxçasının 3-5 metr yaxınlığındakı sahədəki X3 çəkilmiş xərclərin təxminən 300.000-350.000 manat məbləğində oldugu, həmin obyektlərin də aylıq icarə haqqları minimum 5000 manat olduğu halda 2019-cu ilin dekabr ayından hazırkı vaxta qədər– 3 il 2 aydır ki, obyektlərin hər birindən əldə edilən təxminən 5000 manat aylıq icarə pullarını, cəmi (38 ay x 10000 manat) 380000 manatını cavabdehlər mənimsəyib, iddiaçıya həmin pul vəsaitini ödəməkdən yayınır, iddiaçının əmlakı hesabına varlanırlar. 380000 manat pul vəsaiti cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya verilməlidir. Son zamanlar artıq cavabdeh4 ilə münasibətləri gərginləşib. cavabdeh4 deyir “əgər, siz məndən obyekti, obyektin səbədlərini və ya aylıq icarə pullarını tələb etsəniz, pul verəcəm tanış adama sizi və övladlarınızı öldürtdürəcəm”. cavabdeh4 iddiaçını öldürəcəyi ilə təhdit edir, onlara hədəqorxular gəlir. R cavabdeh4 vəzifə və səlahiyyətlərindən sui-istifadə edərək iddiaçının ailəsinə qarşı elədiyi qanunsuz və özbaşına hərəkətləri barəsində qanuni tədbir görülməsi, iddiaçının obyektlərinin boşaldılması, obyektin sənədlərinin və aylıq icarə pullarının alınıb verilməsinə köməklik göstərilməsi üçün aidiyyatı orqanlara da müraciətlər edilmişdir. Hazırkı halda mübahisəli qeyri-yaşayış obyekti üzərində cavabdehin heç bir hüquqverici sənədləri olmadığından onun tərəfindən iddiaçının məruz qaldığı məhrumetmə qanunsuz hesab edilməlidir. İnsanı əmlakından qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsi Azərbaycan Respublikası Konstitusiyası ilə bütün şəxslərə qadağan edilir. Mübahisə predmetini təşkil edən qeyri-yaşayış sahələri əri ilə iddiaçının pul vəsaiti hesabına tikilib-təmir edilmiş, bu qeyri-yaşayış sahəsi olan obyektlər dövlət idarələri tərəfindən su, işıq, qaz, telefonla təchiz edilmişdir. Həmin obyektlərin qanuni sahibi iddiaçıdır. Ona görə də həmin qeyri-yaşayış sahəsi olan obyektlər üzərində iddiaçıların hüquqlarının əmlak hüquqları kimi qiymətləndirilməsi, məsələyə məhz bu konteksdən yanaşılması əsaslı olardı.
14. Birinci instansiya məhkəməsində cavabdeh Eldar və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Merdiyeva İlhamə Əziz qızı iddia tələbini qəbul etmədiklərini bildirmişl, iddia təmin ediləcəyi təqdirdə onun Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsi ilə eyni vaxtda icra edilməsini xahiş etmişdir.
15. İddiaçının vəkilinin vəsatəti əsasında məhkəmə iş üzrə kompleks (tikinti-texniki və əmtəəşünaslıq) ekspertizası təyin etmişdir.
16. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## #### 2024-cü il tarixli ekspert rəyinə əsasən, Bakı şəhəri Xətai rayonu Gəncə prospekti ** saylı binanın yaxınlığında yerləşən 2 mərtəbəli qeyri-yaşayış sahəsinin eskiz lahiyəsi üzrə ümumi və ayrılıqda hər mərtəbə üzrə sahəsi aşağıdakı kimidir: Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti ** saylı binanın yaxınlığında İddiaçı adına qeyri-yaşayış obyektinin tikintisinə dair memarlıq planlaşdırma bölməsi hazırlanmışdır. Layihə sənədlərinə əsasən qeyri-yaşayış sahəsinin tikinti altı sahəsi 30,0 kv.m. (5,0x6,0m), 1 mərtəbəli olmaqla daxili sahəsi 25.76 (4.6x5.6m) kv.m. təşkil edir; Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti ** saylı binanın yaxınlığında cavabdeh4 sifarişi əsasında qeyri-yaşayış sahəsinin (məntəqənin) eskiz layihəsi hazırlanmışdır. Layihə sənədlərinə əsasən qeyri-yaşayış sahəsinin ümumi sahəsi 49,28 kv.m., o, cümlədən 1-ci mərtəbəsinin sahəsi 18.9 kv.m. (4.2x4.5m), ikinci mərtəbənin sahəsi 30.38 kv.m. (4.9x6.2m) təşkil edir. Bakı şəhəri Xətai rayonu Gəncə prospekti ** saylı binanın yaxınlığında yerləşən 2 mərtəbəli qeyri-yaşayış sahəsinin faktiki ümumi sahəsi 395.25 kv.m. təşkil edir. ünvan 1 23-cü binanın qarşısında yerləşən qeyri-yaşayış sahəsi olan “Qəbələ” Məhəllə Restoranının "Google Earth" proqramının ortofoto (aerokosmik çəkilişlər “Google Earth” proqramı vasitəsi ilə) görüntüləri əsasında 2008-ci il tarixdən tikinti olduğu müəyyən olunmuşdur. Lakin “Google Earth” proqramı vasitəsi ilə əlavə tikinti işlərinin aparılmasını və eləcə də sahəsini dəqiqliklə müəyyən etmək mümkün olmadığından, həmçinin aparılmış tikinti işlərinin hansı müddətdə aparılmasının müəyyən olunmasına dair metodika olmadığından, X3 nə vaxt inşa edilməsini və sonuncu bərpa işləri hansı dövrü əhatə etməsini və həmin təmir bərpa işlərinə nə qədər vəsait sərf edilməsini müəyyən etmək mümkün deyil. Ekspertiza təyini haqqında qərardadda qeyd edilən, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 34 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin və ona oxşar şəraitli sahələrin aylıq icarə haqqının 2023-cü il tarixə orta bazar qiyməti təxminən 4500,00 manat müəyyən edilir. Tələb və təklifdən, həmçinin tərəflərin qarşılıqlı razılaşmasından asılı olaraq müəyyən edilmiş qiymətdə qismən dəyişiklik olması istisna edilmir. 2019-cu il tarixlərə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 34 ünvanında və bu ünvana yaxın (uyğun) ərazidə yerləşən qeyri-yaşayış sahəsinin icarə haqqının məbləği barədə məlumat əldə etmək mümkün olmamışdır. Həmin dövrdə Mərkəzdə bu barədə tədqiqata aparılmadığından baza məlumatlar mövcud deyil.
17. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-*(***)-**/**** saylı ## ### 2025-ci il tarixli qərardadı ilə iddiaçı İddiaçı cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı “maneənin aradan qaldırılması və pul” tələbinə dair e-*(***)-**/**** saylı mülki iş üzrə iddia tələbinin Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti ** saylı binanın yaxınlığında yerləşən qeyriyaşayış sahəsinin 2019-cu ilin dekabr ayından 2023-ci ilin fevral ayına qədər icarəyə verilməsindən əldə olunmuş 380000 manat pul vəsaitinin müştərək qaydada cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 alınaraq iddiaçıya verilməsi hissəsində icraata xitam verilmişdir.
18. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-**/**** saylı qətnaməsi ilə iddianın qismən təmin edilmiş, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti ** saylı binanın yaxınlığında yerləşən, Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti *** nömrəli, ##.##.2013-cü il tarixli Sərəncamına əsasən iddiaçı İddiaçı məxsus olan 3 mərtəbəli qeyriyaşayış sahəsinin cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 hesabına boşaldılması və cavabdehlərin qanunsuz sahibliyindən geri alınaraq iddiaçı İddiaçı sahibliyinə qaytarılması, iddia tələbinin qalan hissədə rədd edilməsi, dövlət rüsumunun əvəzi olaraq 100 (bir yüz) manat pulun cavabdeh cavabdeh4 alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə, iş üzrə keçirilmiş ekspertiza xərci olan olan 100 (bir yüz) manatın iddiaçı İddiaçı alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin Dövlət xəzinədarlığı Agentliyindəki hesabına (VÖEN: **********, Hesab: AZ34CTRE00000000000002088501) ödənilməsi qət edilmişdir. (hakim Aygün Həsənova)
19. Birinci instansiya məhkəməsi iddia tələbinin Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti ** saylı binanın yaxınlığında yerləşən, Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti *** nömrəli, ##.##.2013-cü il tarixli Sərəncamına əsasən iddiaçıya məxsus olan 3 mərtəbəli qeyriyaşayış sahəsinin cavabdehlərin qanunsuz sahibliyindən geri alınaraq onun sahibliyinə qaytarılması və həmin qeyri-yaşayış sahələrinə istifadə və sahibliklə bağlı cavabdehlər tərəfindən olan maneələrin aradan qaldırılması hissəsini əsaslı hesab edərək qeyd etmişdir ki, iş materiallarına əsasən həmin qeyri-yaşayış sahəsi sərəncam əsasında iddiaçıya məxsusdur. Lakin hal-hazırda cavabdehin sahibliyi və istifadəsindədir. Odur ki, əmlakın cavabdehin sahibliyində saxlanması üçün hər hansı qanuni əsas mövcud olmadığından, iddia bu hissədə təmin edilərək əmlak iddiaçının sahibliyinə geri qaytarılmalı, cavabdeh cavabdeh4 və onun ailə üzvləri olan digər cavabdehlərin əmlakdan iddiaçının istifadəsinə yaradılan maneələr aradan qaldırılaraq əmlak cavabdehlərin hesabına boşaldılıb iddiaçıya təhvil verilməlidir.
20. Birinci instansiya məhkəməsi iddia tələbinin ünvan 1 23-cü binanın qarşısında, azyaşlı uşaqların bağçasının 3-5 metr yaxınlığında yerləşən X3 cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 hesabına boşaldılması və cavabdehlərin qanunsuz sahibliyindən geri alınaraq onun sahibliyinə qaytarılması hissəsinə münasibətdə qeyd etmişdir ki, iddia bu hissədə əsassızdır. Belə ki, iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməsi üçün qanuni əsasının olduğunu aşkar etmək mümkün olmamışdır. Belə ki, iddiaçı əmlakın ona məxsus olmasını bildirsə də buna dəlalət edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Odur ki, iddia bu hissədə rədd edilməlidir.
21. Birinci instansiya məhkəməsi iddia tələbinin Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti ** saylı binanın yaxınlığında yerləşən qeyri-yaşayış sahəsinin və ünvan 1 23-cü binanın qarşısında, azyaşlı uşaqların baxçasının 3-5 metr yaxınlığında yerləşən X3 2019-cu ilin dekabr ayından 2023-ci ilin fevral ayına qədər icarəyə verilməsindən əldə olunmuş 380.000 (üç yüz səksən min) manat pul vəsaitinin müştərək qaydada cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 alınaraq iddiaçıya verilməsi hissəsinə münasibətdə göstərmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti ** saylı binanın yaxınlığında yerləşən qeyri-yaşayış sahəsinə münasibətdə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ##.##.2024-cü il tarixli *(***)-***/**** saylı qətnaməsi ilə əmlakın kirayəsindən əldə edilən məbləğ nəzərə alınaraq iddiaçıdan cavabdehin xeyrinə vəsait tutulmuşdur (....tikintisinə və təmirinə 582.583 manat sərf edilmiş obyektin inşası üçün iddiaçının xərclədiyi məbləğin 375.761 manat (582.583 206.822) olduğu qəbul edilməli, obyekti icarəyə verməsindən əldə etdiyini bildirdiyi 40.000 manatın 1/3 hissəsinin (13 333 manat) ona zəhmət haqqı kimi ödəniləcəyinin razılaşdırıldığı (cavabdehin bildirməsinə görə) nəzərə alınaraq, 349.094 manat (375 761 26 667) cavabdehdən onun xeyrinə tutulmalıdır...). Odur ki, istinad olunan məsələyə təkrar qiymət verilməsi qanuni hesab edilmədiyi üçün həmin iddia tələbinə ## ### 2025-ci il tarixli qərardadla xitam verilmişdir.
22. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ünvan 1 23-cü binanın qarşısında, azyaşlı uşaqların baxçasının 3-5 metr yaxınlığında yerləşən X3 münasibətdə isə yuxarıda qeyd olunan əsaslandırmaya əsasən iddia bu hissədə də təmin edilə bilməz.
23. Birinci instansiya məhkəməsi iddia tələbinin 2023-cü ilin fevral ayından etibarən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti ** saylı binanın yaxınlığında yerləşən qeyri-yaşayış sahəsinin və ünvan 1 23-cü binanın qarşısında, azyaşlı uşaqların bağçasının 3-5 metr yaxınlığında yerləşən X3 cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 qanunsuz sahibliyindən geri alındığı vaxta qədər aylıq icarə haqlarının cəmi məbləği müştərək qaydada cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 alınaraq iddiaçıya verilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, iddia tələbi bu hissədə qeyri-müəyyən olduğundan təmin edilə bilməz. Belə ki, müddət konkret olaraq göstərilmədiyindən, hansı obyektə görə hansı vəsaitin cavabdehlərdən alınması qeyd edilmədiyindən iddia bu hissədə rədd edilməlidir.
24. Birinci instansiya məhkəməsi cavabdehin vəkilinin hazırkı qətnamənin Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsi ilə eyni vaxtda icra edilməsinə dair yazılı vəsatətinə münasibətdə hesab etmişdir ki, hazırkı vəsatətin təmin edilməsi qanunauyğun olmadığından vəsatət rədd edilməlidir.
25. Birinci instansiya məhkəməsi mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsinə də qiymət verərək qeyd etmişdir ki, İddiaçı Xocalı rayonundan məcburi köçkün olduğundan o, dövlət rüsumunun ödənilməsindən azaddır. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertiza xərci 100 manat təşkil edir. Odur ki, iddia tələbi qismən təmin edildiyindən, cavabdehdən 100 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməli, eyni zamanda ekspert tədqiqatının dəyərini təşkil edən 100 manat iddiaçı İddiaçı alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin Dövlət xəzinədarlığı Agentliyindəki hesabına ödənilməlidir.
26. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 157.4, 389.1, 442, 448.1-ci, “Dövlət rüsumu haqqında” Qanunun 9.1.2, 9.4-cü, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırılmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat
27. İddiaçı İddiaçı apellyasiya şikayəti verərək qətnamənin dəyişdirilərək və iddia tələbinin 2023-cü ilin fevral ayından etibarən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti ** saylı binanın yaxınlığında yerləşən qeyri-yaşayış sahəsinin və ünvan 1 23-cü binanın qarşısında, azyaşlı uşaqların bağçasının 3-5 metr yaxınlığında yerləşən X3 cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 qanunsuz sahibliyindən geri alındığı vaxta qədər aylıq icarə haqlarının müştərək qaydada cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 alınaraq iddiaçıya verilməsi və Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi 23-cü binanın qarşısında, azyaşlı uşaqların bağçasının 3-5 metr yaxınlığında yerləşən X3 cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 hesabına boşaldılması və cavabdehlərin qanunsuz sahibliyindən geri alınaraq iddiaçının sahibliyinə qaytarılması hissələrində təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
28. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbinin rədd edilməsi hissəsində qətnamə qərəzli hesab olunmalı və iddia tələbi həmin hissədə də təmin edilməlidir. Qətnamədən görünür ki, cavabdeh4 iddiaçıya qarşı pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli *(***)***/**** saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, İddiaçı 600.000 manat pulun alınaraq cavabdeh4 ödənilməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ##.##.2024-cü il tarixli *(***)-***/**** saylı qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-***/**** saylı iş üzrə ## #### 2023-cü il tarixli qətnaməsi ləğv olunmuş və iş üzrə yeni qətnamə çıxarılmış, cavabdeh4 İddiaçı qarşı "pulun ödənilməsi" tələbi qismən təmin edilmiş, İddiaçı 349.094 manatın alınaraq cavabdeh4 verilməsi, cavabdeh4 iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir. Həmin qətnamə ilə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti ** saylı binanın yaxınlığında yerləşən qeyri-yaşayış sahəsinə münasibətdə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ##.##.2024-cü il tarixli *(***)- ***/**** saylı qətnaməsi ilə əmlakın kirayəsindən əldə edilən məbləğ nəzərə alınaraq iddiaçıdan cavabdehin xeyrinə vəsait tutulmuşdur. Məhkəmə sözügedən qətnaməyə əsaslansa da, həmin iş üzrə bəzi xüsusatları nəzərə almamışdır. Belə ki, məhkəməyə təqdim olunmuş sübutlar və ekspert rəylərindən göründüyü kimi, həmin qeyri-yaşayış sahəsi 2013-2014-cü illərdə inşa edilmiş, sonradan həmin qeyri-yaşayış sahəsi icarəyə verilərək təxminən aylıq 5.000 (beş min) manat həcmində gəlir əldə edilmişdir. Göründüyü kimi, təxminən 9 (doqquz) il ərzində aylıq icarə haqqı ilə bağlı təxminən 540.000 (beş yüz qırx min) manat həcmində gəlir əldə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin icraatında olan *(***)-***/**** saylı mülki iş üzrə apellyasiya məhkəməsinin icraatında olarkən 2 dəfə ekspertiza təyin olunması haqqında qərar qəbul olunmuş və iş üzrə ##.##.2024-cü il tarixli *-**-**/*-**/****-*/**** saylı və ##.##.2024-cü il tarixli *-**-**/*-**/**** saylı müvafiq rəylər alınmışdır. ##.##.2024-cü il tarixli *-**-**/*-**/****-*/**** saylı rəydən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 34 ünvanında yerləşən qeyriyaşayış sahəsinin ümumi sahəsinin 395,2 kv metr, həmin qeyri-yaşayış sahəsinin tikintisinə sərf olunan materialların və digər xərclərin 2013-2014-cü illərdə 304.042,44 manat olduğu, həmin qeyri-yaşayış sahəsinin 2021-ci il tarixə aylıq icarə haqqı məbləğinin 4200,0 manat, 2022-2023-cü il tarixə isə aylıq icarə haqqı məbləğinin 4500,0 manat olduğu qeyd olunmuş, 2023-cü il tarixli qətnamə ləğv olunmuş və iş üzrə yeni qətnamə çıxarılmış, cavabdeh4 İddiaçı qarşı "pulun ödənilməsi" tələbi qismən təmin edilmiş, İddiaçı 349.094 (üç yüz qırx doqquz min doxsan dörd) manatın alınaraq cavabdeh4 verilməsi, cavabdeh4 iddia tələbinin qalan hissədə təmin olunmaması, ekspertiza tədqiqatının dəyəri olan 200 manatın 100 (yüz) manatının cavabdeh4, 100 (yüz) manatının İddiaçı alınıb Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Həmin qətnamə ilə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti ** saylı binanın yaxınlığında yerləşən qeyri-yaşayış sahəsinə münasibətdə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ##.##.2024-cü il tarixli *(***)-***/**** saylı qətnaməsi ilə əmlakın kirayəsindən əldə edilən məbləğ nəzərə alınaraq iddiaçıdan cavabdehin xeyrinə vəsait tutulmuşdur (....tikintisinə və təmirinə 582.583 manat sərf edilmiş obyektin inşası üçün iddiaçının xərclədiyi məbləğin 375.761 manat (582.583 206.822) olduğu qəbul edilməli, obyekti icarəyə verməsindən əldə etdiyini bildirdiyi 40.000 manatın 1/3 hissəsinin (13333 manat) ona zəhmət haqqı kimi ödəniləcəyinin razılaşdırıldığı (cavabdehin bildirməsinə görə) nəzərə alınaraq, 349.094 manat (375.761 26.667) cavabdehdən onun xeyrinə tutulmalıdır...). ##.##.2024-cü il tarixli rəydə sözügedən qeyri-yaşayış sahəsinin aylıq icarə haqqı məbləği 2021-ci il üzrə 4200,0 manat, 2022-2023-cü il üzrə isə 4500,0 manat olduğu təqdirdə, ##.##.2024-cü il tarixdə sözügedən qeyri-yaşayış sahəsinin ümumi sahəsi 554,0 kv metr qeyd olunduğu üçün, bu halda aylıq icarə haqqı məbləği də yeni müəyyən olunmuş sahəyə uyğun hesablanmalıdır. Sonuncu rəy ilk rəydən 158,8 kv.metr ümumi sahə üzrə və 278.540,56 manat isə tikintiyə sərf olunan xərc üzrə fərqlənir. Belə olan halda qeyri-yaşayış sahəsinin aylıq icarə haqqı məbləği də fərqlilik təşkil edir və yenidən müəyyən olunmalı idi. Apellyasiya məhkəməsindəki proses zamanı əldə olunmuş ##.##.2024-cü il tarixli 3-16-16/2-10/7286 */**** saylı rəydən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 34 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ümumi sahəsinin 395,2 kv metr, həmin qeyri-yaşayış sahəsinin tikintisinə sərf olunan materialların və digər xərclərin 2013-2014-cü illərdə 304.042,44 manat təşkil edir. Lakin, ##.##.2024-cü il tarixli *-**-**/*-**/**** saylı rəydə isə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 34 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ümumi sahəsinin 554,0 kv.metr, həmin qeyri-yaşayış sahəsinin tikintisinə sərf olunan materialların və digər xərclərin 2013-2014-cü illərdə 582.583,0 manat olduğu qeyd olunmuşdur. Hazırkı işdə tərəflər qismən eyni olsa da, iddia predmeti və əsaslar fərqlidir. Əvvəlki işdə yalnız pul tələbi olub. İndiki işdə əməkdaşlıq sahiblərinin əmlaka qanunsuz sahiblikdən çıxarılması, maneələrin aradan qaldırılması və müxtəlif dövrləri əhatə edən yeni pul tələbləri vardır. Həmçinin, əvvəlki qətnamə yalnız 2019–2023-cü illəri əhatə edir, halbuki yeni iddia 2023-cü ildən sonrakı dövr üzrə icarə haqları və fərqli cavabdehlərlə bağlıdır. Məhkəmə əvvəlki qətnamənin yalnız mövcudluğunu əsas gətirməklə, yeni təqdim olunmuş dəlilləri (2023-cü ildən sonrakı icarə dövrü) nəzərə almamış, çəkişmə şəraitində araşdırma aparmamış, tərəflərə bu hissənin ayrıca qiymətləndirilməsi üçün imkan verməmiş, əlavə sübutlar tələb edilmədən iddianın 2023-cü ilin fevral ayından etibarən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti ** saylı binanın yaxınlığında yerləşən qeyri yaşayış sahəsinin və ünvan 1 23-cü binanın qarşısında, azyaşlı uşaqların bağçasının 3-5 metr yaxınlığında yerləşən X3 cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 qanunsuz sahibliyindən geri alındığı vaxta qədər aylıq icarə haqlarının cəmi məbləğinin müştərək qaydada cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 alınaraq iddiaçıya verilməsi hissəsində rədd edilməklə qərəzli qərar qəbul olunmuşdur. Tikili və mülkiyyətin mənsubiyyəti ilə bağlı nəticə faktiki hallarla ziddiyyət təşkil edir. Məhkəmə qeyd etmişdir ki, iddiaçının mülkiyyət hüququnu təsdiqləyən sənəd təqdim edilməmişdir. Lakin iddiaçı təqdim etdiyi sənədlərlə (elektrik layihəsi, istilik, su təchizatı texniki şərtləri, “xxxx” MMCnin layihə sənədləri və b.) sübut etmişdir ki, həmin obyektlərin sifarişçisi, maliyyələşdirəni və faktiki inşa etdirəni məhz özüdür. Nəticə etibarilə, məhkəmə formal mülkiyyət sənədinin olmamasını əsas götürərək, faktiki sahiblik, sərmayə və tikinti əlaqələrini tamamilə nəzərə almamışdır ki, bu da işin real hallarına uyğun gəlmir. Gəlirin ödənilməsi tələbinin “qeyrimüəyyən” kimi qiymətləndirilməsi sübutlarla ziddiyyət təşkil edir. Məhkəmə 380000 manat və aylıq icarə gəliri tələbinin müddət və obyekt baxımından qeyri-müəyyən olduğunu bildirmişdir. Lakin iddia ərizəsində və iş materiallarında müddət konkret olaraq göstərilmişdir (2019-cu ilin dekabrından 2023-cü ilin fevral ayına qədər). Həmçinin obyektlər ayrıca və ünvanları ilə birlikdə (ünvan 2) qeyd olunmuşdur. Gəlir mənbəyinin icarə verilməsi, “restoran fəaliyyəti”, “kommersiya məqsədli istifadə” formasında izahı verilmişdir. Bu işə faktiki halların dərin və hərtərəfli araşdırılmaması, sübutların qiymətləndirilməsində birtərəfli yanaşma deməkdir. Cavabdehlərin obyektlərə faktiki sahibliyi sübut olunduğu halda mülkiyyətin rədd edilməsi ziddiyyət təşkil edir. İş materiallarında cavabdehlərin obyektlərdən istifadə etməsi, onları icarəyə verməsi və bu ərazidə fəaliyyət göstərməsi faktiki olaraq sübuta yetirilmişdir. Bu halda, mülkiyyət hüququndan asılı olmayaraq, qanunsuz zəbt etmə, faktiki sahibliyin və istifadə hüququnun pozulması, maneənin aradan qaldırılması və istifadə haqlarının ödənilməsi tələbini doğurur. Bütün bu hallarda məhkəmənin nəticəyə gəlməkdə əsaslandığı hüquqi dəyərləndirmə faktiki vəziyyətlə uzlaşmır və bu, qətnamənin nəticələrinin işin halları ilə uyğunsuzluğunu göstərir.
29. Cavabdeh cavabdeh4 da apellyasiya şikayəti verərək qətnamənin dəyişdirilərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin hazırki qətnaməsinin eyni vaxtda icra olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
30. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işin bir sıra faktiki hallarını tam araşdırmamış və nəzərə almamışdır. Belə ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti ** saylı binanın yaxınlığında yerləşən, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin *** nömrəli, ##.##.2013-cü il tarixli sərəncamına əsasən iddiaçı İddiaçı məxsus olan 3 mərtəbəli qeyri-yaşayış sahəsinin cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 tərəfindən boşaldılacağı təqdirdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-***/**** saylı, ##.##.2024-cü il tarixli qətnaməsi ilə (pulun qaytarılması və qeyri-yaşayış sahəsinin boşaldılması) eyni vaxtda icra edilməsini xahiş etmişlər. Lakin vəsatətin təmin edilməsi qanunauyğun olmadığı hesab edilərək rədd edilmişdir. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisə olduğundan, məhkəmə bu hissədə düzgün nəticəyə gəlməmişdir, yəni məhkəmə qətnamə çıxaran zaman Bakı Apellyasiya Məhkəməsinin MK-nın *(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli qətnaməsində İddiaçı 349.094 (üç yüz qırx doqquz min doxsan dörd) manat pulun alınaraq cavabdeh4 verilməsi ilə, hazırki qətnamənin eyni vaxtda icra olunması zərurətini də nəzərə alınmalı idi. Çünki hər iki işin icrası bir-biri ilə sıx əlaqəlidir. Belə ki, hər iki tərəfin tələbinin eyni vaxtda yerinə yetirilməsi mübahisələrə birdəfəlik son qoyulması demək olardı. Məntiqə uyğun olaraq, əslində belə də olmalıdır. Çünki qeyri-yaşayış sahəsini tərəflərdən biri boşalda bilər, ancaq digər tərəfə çatası pul məbləği qəsdən ona verilməyə də bilər. Belə olan halda mübahisə icra edilməmiş qala bilər. Bu isə məsələnin yarımçıq həlli demək olardı. Qeyd edilənlərdən aydın olur ki, mübahisənin ən düzgün və birdəfəlik həlli yolu eyni zamanda həm qeyri-yaşayış sahəsinin boşaldılmasından və digər tərəfin başqa tərəfə olan pul borcunun ödənməsindən ibarətdir. Göründüyü kimi, mübahisənin həllinə düzgün və obyektiv yanaşılmadığı üçün çıxarılmış qətnamə birtərəflidir və hər iki tərəfin mənafeyini müdafiə etmir. Ona görə də işə təzədən baxılmalı və hər iki tərəfin mənafeyini müdafiə edən yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikaı Mülki Məcəllənin 449-cu maddəsinə əsasən tələblərin eyni vaxtda yerinə yetirilməsi qarşılıqlı müqavilə öhdəlikləri olan hallarda tətbiq olunur. Əgər müqavilə bağlayan tərəflər bir-birinə qarşı eyni cinsli öhdəliklər daşıyırsa (məsələn, biri pul ödəyir, digəri əmlak verir), bu öhdəliklər eyni vaxtda icra edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən, qarşılıqlı öhdəliklər eyni vaxtda icra olunmalı öhdəliklər kimi qiymətləndirilir. Bu baxımdan hesab etmişdir ki, obyektin boşaldılması və pulun ödənilməsi birbiri ilə bağlıdır və həmin öhdəliklər eyni vaxtda həyata keçirilməlidir.
31. Apellyasiya baxışında iddiaçı İddiaçı nümayəndəsi (vəkili) İbadov Vüsal Cəbrayıl oğlu iddiaçının apellyasiya şikayətini müdafiə edib, cavabdehin apellyasiya şikayəti ilə razılaşmayaraq göstərmişdir ki, iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət etdiyi zaman ilkin olaraq tələbləri cavabdehlərin Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti ** saylı binanın yaxınlığında yerləşən qeyri-yaşayış sahəsindən və Bakı şəhəri, Xətai rayonu, Neopal küçəsi ** saylı binanın yaxınlığında yerləşən Qəbələ Məhəllə adlı restoranın cavabdehlərin sahibliyindən iddiaçıya geri qaytarılması və eyni zamanda bu qeyri-yaşayış sahələrindən keçən müddət ərzində əldə olunan icarə haqlarının iddiaçıya geri qaytarılması olmuşdur. Barəsində şikayət verilən hazırki qətnamə ilə yalnız bir qeyri-yaşayış sahəsi Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti ** saylı binanın yaxınlığında yerləşən qeyri-yaşayış sahəsi cavabdehlərin qanunsuz sahibliyindən geri alınaraq iddiaçıya qaytarılması qət edilmişdir. Apellyasiya şikayəti iddia ərizəsindəki tələblərin təmin edilməsi ilə əlaqədar yazılmışdır. Eyni zamanda cavabdeh tərəfindən də hüquqlarını müdafiə etdiyi şəxsə qarşı iddia qaldırılmış və həmin iş üzrə də yekun məhkəmə aktı qəbul edilmişdir. Həmin işdə hazırki iş üzrə cavabdeh Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti ** saylı binanın yaxınlığında yerləşən qeyri-yaşayış sahəsinin tikilib başa çatdırılması üçün xərclər qoyduğunu iddia etmiş, həmin tələb təmin edilmiş, qətnamə də qüvvəyə minmişdir. Qeyd etdiyi iddianın qaldırılması və qətnamənin qəbul edilməsi Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti ** saylı binanın yaxınlığında yerləşən qeyri-yaşayış sahəsinin hüquqlarını müdafiə etdiyi şəxsin sahibliyində olması faktını təsdiq edir. Həmin iş üzrə ekspertiza keçirilmiş, ekspert rəyləri də hazırki mülki işin materiallarında mövcuddur. Hər iki qeyri-yaşayış sahəsi səhv etmirsə 2013-cü ildən istifadəyə verilmişdir. Bu dövrdən iddia ərizəsi ilə məhkəməyə müraciət edilən dövrədək müəyyən icarə haqqının olduğu da ekspert rəylərindən aydın olur. Hüquqlarını müdafiə etdiyi şəxs iddia edir ki, Gəncə prospektindəki qeyriyaşayış sahəsinə hazırki iş üzrə cavabdeh isə bir növ tapşırıq müqaviləsi əsasında işi icra edib, qeyri-yaşayış sahəsini hazırki vəziyyətinə gətirib və daha sonra icarəyə verib, icarədən əldə olunan gəlirlə isə iddia ərizəsində göstərilən digər qeyri-yaşayış sahəsinin tikintisinə sərf olunub, sonra hər iki qeyri-yaşayış sahələrindən icarə haqlarını əldə edib və iddiaçıya heç bir vəsait verməyib. Ekspert rəylərindən də aydın olur ki, obyektlərin hər ikisi də istifadədədir və müəyyən bir icarə haqqı məbləği də ekspert tərəfindən qeyd olunub. Onlar Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qətnaməsinin ləğv olunaraq iddialarının tam təmin edilməsini xahiş edirlər. Qarşı tərəfin apellyasiya şikayəti həm hüquqi, həm də məntiqi baxımdan əsassızdır. Çünki qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən aydın olur ki, qeyri-yaşayış sahələrinə sahiblik hüququ hüquqlarını müdafiə etdiyi şəxsə məxsusdur. Həmin iş üzrə qarşı tərəf 600.000 manat pul tələb etsə də, məhkəmə 350.000 manat hissəsində iddianı təmin edib ki, həmin hissədə də iddia tərəflərin etirafına görə əsaslı hesab edilib. Hər iki obyektdən aylıq icarə haqlarının alınması, həmin icarə haqqlarının məbləği müəyyən edilmişdir. İddiaçının istəyi bundan ibarətdir ki, qarşı tərəfin xeyrinə nəticələnən 350.000 manat pulun tutulması barədə qətnaməyə münasibətdə iddiaçının bir yaşayış yeri var. Hesab edir ki, həmin qətnamə dolayı yolla iddiaçının sahiblik hüququnu təsdiq edir və icraya yönəldiyi halda obyektlər iddiaçıya geri qaytarılmalıdır. Qətnamə hazırda icraya da yönəldilib, hətta iddiaçı axtarışa da verilib, Azərbaycan Respublikasında yaşamır. Əmlaklar qaytarılsın, indi iddiaçı öz əmlakını satacaq ya bağışlayacaq müəyyən bir vəsait əldə edəcək, iddiaçı əldə olunan vəsaiti də qarşı tərəfə ödəyəcək və bununla da mübahisə bitəcəkdir. Qarşı tərəf də buna razıdırsa o, bu barədə barışığa razılıq verə bilər. Qətnamə qanuni qüvvəyə minib, həmin vəsait cavabdehə verilməlidir. Sadəcə evlə bağlı hissədə razılaşdırılmalıdır ki, pul verilib qurtarana kimi evə toxunulmasın, pul bağlandıqdan sonra evi sahibinə qaytarılsın, mübahisə də bitsin. Düşünür ki, onlar bununla razılaşa bilərlər. Onlar apellyasiya şikayəti verməsəydilər də, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qətnaməsi icraya yönəldilsəydi, həmin obyektlər qaytarılacaqdı. Digər qətnamə də pulla bağlı hissədə ayrıca icra olunacaqdı. İddiaçı həmin əmlaklara dair mülkiyyət hüququ əldə etsə, digər qətnamənin pulla bağlı hissədə icra olunması bu əmlaklara yönəldiləcək. Yəni bunlar ayrı-ayrı predmetlərdir, ayrı-ayrılıqda da icra olunacaqdır. Cavabdeh də həmin qətnaməni qismən icra etdirib, 350.000 manat tələbin 180.000 manat hissəsinə münasibətdə ev şəklində iddiaçıdan almış, 170.000 manat pul qalmışdır. Məsələ belədir ki, istənilən halda bu qətnamə icra olunub, obyektlər qaytarılmalıdır. İddiaçı həmin qətnamə ilə müəyyən edilən 350.000 manatı hissə-hissə icra etmək istəyir, həmin qətnamə də istənilən halda icra ediləcəkdir. Onun buna nə aidiyyəti vardır? Daşınmaz əmlakın faktiki sahibliyi cavabdehdədir. İddiaçı hesab edir ki, cavabdeh ayda oradan 5.000 manat icarə haqqı alır. 5000 manat bu gün iddiaçının cibinə gəlsə, obyektlər onun sahibliyində olsa o pulla ödəyə bilər, yaxud sənədləşdirib satışından əldə olunan pulla ödəyə bilər. Bu gün iddiaçının həm əmlakları əlindən alınıb, həm özü axtarışa verilib, ona görə də, iddiaçı deyir ki, qarşı tərəfin pulunu istənilən halda qaytarmalıdır, amma gərək onun da əlinə nəisə keçsin. Pula bağlı qətnamənin icra edilməməsi cinayət məsuliyyəti yaradır, iddiaçının bir yaşayış əmlakı da əlindən çıxıb. O istəyir ki, pulu ödəyib barışıq eləsin və məsələ bitsin. Amma bugünkü gün onun əlində heç nəyi yoxdur. Bu gün həmin obyekt girov təminatı da deyil, nə də ipoteka predmeti deyil ki, deyilsin ki, pul veriləndə əmlak qaytarılsın.
32. Apellyasiya baxışında cavabdeh cavabdeh4 nümayəndəsi (vəkili) Merdiyeva İlhamə Əziz qızı öz apellyasiya şikayətini müdafiə edib, iddiaçının apellyasiya şikayəti ilə razılaşmayıb göstərmişdir ki, hər iki qətnamənin eyni vaxtda icra edilməsini xahiş edirlər. Çünki, İddiaçı tapmaq olmur, o, Bakıdan çıxıb getmiş, ona görə də istəyirlər ki, qətnamələr bir yerdə icra olunsun. İddiaçının burada əmlakı vardır, əmlakının üzərinə həbs qoyulmuşdur. Müəyyən olunmuşdur ki, iddiaçının başqa digər yaşayış sahəsi, torpaq sahəsi vardır. İcra mərhələsində torpağa qoyulan qiymət 175.000 manat təşkil edir, lakin Bakı Apellyasiya Məhkəməsinin qətnaməsinə əsasən Elnarədən Eldarın xeyrinə 349.000 manat tutulmalıdır. Əgər obyekt boşaldılsa, cavabdeh4 İddiaçı pulunu ala bilməyəcək. Sonuncu məhkəmə iclasından sonra iddiaçı tərəflə münasibətlərində hansısa dəyişiklik olmamışıdr. Onlar birinci instansiya məhkəməsinin çıxardığı qətnamə ilə razıdırlar, sadəcə iddiaçı tərəfindən cavabdehə ödənilməli olan pul ilə obyektdən çıxmanın bir vaxtda icra edilməsini istəyirlər. Qarşı tərəf icarə haqqını istəyir, amma bu barədə Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi var. Onlar heç vaxt həmin sahəni icarəyə verməmişlər, necə varsa ora elə də qalıb. Hesab edir ki, pulun verilməsi ilə obyektin boşaldılması eyni vaxtda icra edilməlidir. İddiaçı burada yaşamır, onlar iddiaçını tapıb pullarını ala bilmirlər. İcra mərhələsində tutma yönəldilən əmlak hələ satılmamışdır.
33. Apellyasiya baxışında cavabdeh cavabdeh4 nümayəndəsinin (vəkilinin) izahatını təsdiq edib göstərmişdir ki, Nərimanov rayon İcra şöbəsindən zəng edilərək məhkəmənin qərarına əsasən ona pul verməli olduğu və mənzilin boşaldılması bildirilmişdir. Ona verilməli olan məbləğ 350.000 manatdır. İddiaçı icra şöbəsinin rəisinə bildirmişdir ki, o, Rusiya Federasiyası vətəndaşıdır, Azərbaycan Respublikası vətəndaşlığından çıxmışdır. Əgər iddiaçı gəlməsə o, pulu kimdən alacaqdır. İddiaçıya məxsus əmlaka dair icra mərhələsində qiymətləndirmə keçirilmiş və 175.000 manat qiymət qoyulmuşdur. İddiaçının iki əmlakı vardır. Ona sadəcə birinin verilə biləcəyini bildirmişlər. O, axırıncı dəfə iddiaçı tərəflə “Skype” vasitəsi ilə danışmışdır. 2007-ci ildə anasının adına tikdirdiyi kafeni iddiaçı deyir ki, guya icarə puluna tikdirmişdir. İş üç ilə yaxın ekspertizada qalmışdır və onlar da yeddi il əvvəl tikilən əmlakı ortaya çıxartmışdırlar. O, obyekti verməyə razıdır, lakin birdən iddiaçı pulunu verməsə necə olacaq. İddiaçı deyir ki, obyekti satır, o, etiraz etmir, gəlsin onun yanında satsın. O, 349.000 manat pul tutulması barədə qətnamə ilə obyektlərin boşaldılmasının bir vaxtda icra edilməsini istəyir. Çünki iddiaçı Rusiya Federasiyasında yaşayır, bura, ümumiyyətlə, gəlmir. Fərz etsinlər ki, obyektlər qaytarıldı, onda o, pulunu kimdən alacaqdır. Obyektlərin dəyəri 1.200.000 manatdır. İddiaçıdan onların xeyrinə 349.000 manat pul tutulması barədə qətnamə çıxarılmışdır. Həmin puldan heç bir ödəniş edilməmişdir. İcra mərhələsində həmin pulun 175.000 manat hissəsinin əvəzində ona ev təklif edilmişdir. Mübahisəli obyektlərdə əvvəllər salon və meyvə-tərəvəz satılan yer kimi istifadə edilmişdir. Pandemiya dövründə istifadə olunmamışdır. Yuxarı mərtəbə idman zalı kimi istifadə olunmuşdur. İki ay idman zalı kimi istifadəyə verilmişdir. 4500 manat icarə haqqı aylıq deyil, illikdir. Həmin obyektlərin qarşısında avtobus yolu salındığından maşın saxlamaq olmadığından, bundan sonra obyektlər daha işləməmişdir. Ancaq obyektin yuxarı mərtəbəsi işləmişdir. Obyekt yoldan baxanda iki mərtəbəlidir, arxadan baxanda isə zirzəmi ilə birlikdə üç mərtəbəlidir. O, obyektin üçüncü mərtəbəsini bir nəfərə vermişdir, icarə kimi deyildir, heç bir manat da ordan pul ala bilmir. Qəbələ restoranı 2007-ci ildən tikilmişdir, balaca kafedir. Kafeni özü tikmişdir, kafenin tikildiyi torpaq sahəsinin ayrılması barədə sənədlər isə anasının adınadır. Bu gün də Qəbələ restoranından istifadə edir.
34. Bakı Apellyasiya Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli icra sənədi üzrə Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin ##.##.2026-cı il tarixli məktubu ilə apellyasiya instansiyasına təqdim olunan icra işi ilə bağlı sənədlərdən aşağıdakılar müəyyən olunmuşdur: - Xocalı rayon İcra və probasiya şöbəsinin ##.##.2025-ci il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli icra sənədinin aidiyyəti üzrə icra olunması üçün Nərimanov rayon İcra şöbəsinə göndərilməsi qərara alınmışdır; - Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin ##.##.2025-ci il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2024-cü il tarixli icra sənədi üzrə icra icraatına bağlanılaraq borclu İddiaçı icra sənədinin könüllü icrası üçün 10 gün vaxt müəyyən edilmişdir; - “xxxx” MMC-in ##.##.2025-ci il tarixli ** nömrəli hesabatından müəyyən olunur ki, Nərimanov rayon İcra şöbəsinin sifarişi əsasında borclu İddiaçı mülkiyyətində olan Bakı şəhəri Nizami rayonu B.Nuriyev küçəsi ** saylı evin ** saylı mənzilinin qiymətləndirilməsi aparılaraq bazar dəyərinin 175.000 manat olması müəyyən edilmişdir; - “xxxx” MMC-in ##.##.2025-ci il tarixli ** nömrəli hesabatından müəyyən olunur ki, Nərimanov rayon İcra şöbəsinin sifarişi əsasında borclu İddiaçı Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsində yerləşən 0,1170 ha torpaq sahəsinin qiymətləndirilməsi aparılaraq bazar dəyərinin 55.000 manat olması müəyyən edilmişdir; - “xxxx” MMC-in ##.##.2025-ci il tarixli **-* nömrəli hesabatından müəyyən olunur ki, Nərimanov rayon İcra şöbəsinin sifarişi əsasında borclu İddiaçı Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsində yerləşən 0,0055 ha torpaq sahəsinin qiymətləndirilməsi aparılaraq bazar dəyərinin 2600 manat olması müəyyən edilmişdir; - İcra sənədi üzrə tələbkar cavabdeh4 Nərimanov rayon İcra şöbəsinə təqdim etdiyi ##.##.2025-ci il tarixli ərizəsindən müəyyən olunmuşdur ki, o, ona təklif olunan borclu İddiaçı məxsus Bakı şəhəri Nizami rayonu B.Nuriyev küçəsi ** saylı evi və Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsində yerləşən 0,1170 ha torpaq sahəsini 230.000 manat bazar dəyəri ilə qəbul etməyə razı olmasını bildirmişdir; - Nərimanov rayon İcra şöbəsinin icra məmuru S.Qurbanova tərəfindən tərtib olunan ##.##.2025-ci il tarixli aktdan müəyyən olunur ki, borclu İddiaçı məxsus Bakı şəhəri Nizami rayonu B.Nuriyev küçəsi ** saylı evin ** saylı mənzili tələbkar cavabdeh4 qiymətləndiricinin hesabatına əsasən bazar dəyəri 175.000 manat borc əvəzi olaraq təklif edilmiş, sonuncu daşınmaz əmlakı bazar dəyəri ilə qəbul etməyə razı olmasını imzası ilə təsdiq etmişdir; - Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin Notariat qeydiyyat və reyestr baş idarəsinə ünvanlanan ##.##.2025-ci il tarixli məktubundan müəyyən olunur ki, borclu İddiaçı məxsus Bakı şəhəri Nizami rayonu B.Nuriyev küçəsi ** saylı evin ** saylı mənzilinin tələbkar cavabdeh4 adına rəsmiləşdirilməsi ilə bağlı şəhadətnamə verilməsi xahiş olunmuşdur.
35. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi ilə cavabdeh cavabdeh4 apellyasiya şikayəti təmin edilməmiş, iddiaçı İddiaçı apellyasiya şikayəti qismən təmin olunaraq, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi – “iddiaçı İddiaçı 2023cü ilin fevral ayından etibarən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti ** saylı binanın yaxınlığında yerləşən qeyri-yaşayış sahəsinin qanunsuz sahiblikdən geri alındığı vaxta qədər aylıq icarə haqlarının cəmi məbləğinin müştərək qaydada cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 alınaraq ona verilməsinə dair” iddianın təmin edilməyən hissəsində ləğv edilərək həmin hissədə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin qismən təmin edilməsi, cavabdeh cavabdeh4 2023-cü ilin fevral ayından hesablanmaqla Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti ** saylı binanın yaxınlığında yerləşən qeyri-yaşayış sahəsinin qanunsuz sahiblikdən geri alındığı vaxta qədər hər ay üçün vurulmuş maddi ziyana görə 4.500 (dörd min beş yüz) manat pul vəsaitinin iddiaçı İddiaçı xeyrinə tutulması qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Səadət Səlimova (sədrlik edən və məruzəçi), Akif İsgəndərov, Azad İmanov)
36. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qanuni qüvvəsini alan Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ##.##.2024 cü il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə müəyyən edilmişdir ki: “tərəflərin bildirdikləri əsasında müəyyən olunur ki, onların arasında borc münasibəti deyil, tapşırıq müqaviləsindən irəli gələn münasibətlər yaranmış, iddiaçı cavabdehin (onun həyat yoldaşının) tapşırığı əsasında və cavabdehin (onun həyat yoldaşının) verdiyi pul hesabına cavabdeh üçün qeyri-yaşayış sahəsi tikməyi öhdəsinə götürmüşdür. Belə olan halda, iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin tapşırıq müqaviləsi ilə bağlı müddəaları (§ 58-67) nəzərdən keçirilə bilər və nəzərə alınmalıdır ki, tapşırığın yerinə yetirilməsi üçün iddiaçıya cəmi 439.500 manat verildiyini sübutetmə yükü cavabdehin, tapşırığın icrası zamanı özünün də vəsait xərclədiyini sübutetmə yükü isə iddiaçının üzərinə düşür. Qeyd olunmalıdır ki, bütün müqavilə öhdəliklərində olduğu kimi tapşırıq müqaviləsi üzrə də hər bir tərəf mübahisə halında öz öhdəliyini icra etdiyini sübut etməlidir. Bu baxımdan da mövcud iş üzrə vəkalət alan olaraq iddiaçı vəkalət verən cavabdehin tapşırığını icra etdiyini və buna görə xərclər çəkdiyini sübut etmək yükü daşıyır, vəkalət verən olaraq cavabdeh isə həmin xərcləri ödəmiş olduğunu sübutetmə yükü daşıyır. ...İddiaçı, cavabdehin müvafiq tapşırığını yerinə yetirmək üçün ondan (onun həyat yoldaşından) 180.000 ABŞ dolları (142.000 manat), avtomobillərin satışı nəticəsində 69.500 ABŞ dolları (həmin dövrdə dolların manat məzənnəsi nəzərə alınmaqla 54.822 manat (69.500 x 0,7888)) və 10.000 manat aldığını (cəmi 206.822 manat) etiraf etdiyindən, cavabdeh həmin hissədə sübutetmə yükündən azad olunmuş sayılır (§ 83). Həmçinin nəzərə alınmalıdır ki, iddiaçı iddia ərizəsində, tikintini müəyyən fasilələrlə ayrı-ayrı sahibkarlara icarəyə verdiyini və təxminən 40.000 manat icarə haqqı aldığını bildirir. ... Beləliklə, müəyyən olunan odur ki, tikintisinə və təmirinə 2013-2015-ci illərin orta bazar qiymətləri nəzərə alınmaqla 582.583 manat sərf edildiyi ekspert rəyi ilə müəyyən olunan obyektin inşa edilməsini iddiaçıya tapşıran cavabdeh (onun həyat yoldaşı) tərəfindən iddiaçıya ümumilikdə 206.822 manat verilmiş, sonradan iddiaçı obyektin icarəyə verilməsindən özünün bildirməsinə görə 40.000 manat gəlir əldə etmişdir. İddiaçıya daha artıq məbləğdə pul verildiyi, həmçinin onun, obyekti icarəyə verərək daha artıq gəlir əldə etdiyi isə sübuta yetirilməmişdir. ... Belə olan halda kollegiya o, qənaətə gəlir ki, tikintisinə və təmirinə 582.583 manat sərf edilmiş obyektin inşası üçün iddiaçının xərclədiyi məbləğin 375.761 manat (582.583– 206.822) olduğu qəbul edilməli, obyekti icarəyə verməsindən əldə etdiyini bildirdiyi 40.000 manatın 1/3 hissəsinin (13.333 manat) ona zəhmət haqqı kimi ödəniləcəyinin razılaşdırıldığı (cavabdehin bildirməsinə görə) nəzərə alınaraq, 349.094 manat (375.761– 26.667) cavabdehdən onun xeyrinə tutulmalıdır.” .
37. İddiaçı apellyasiya şikayətində “Qəbələ” Məhəllə Restoranının cavabdehlər Orucov cavabdeh1 hesabına boşaldılması və cavabdehlərin qanunsuz sahibliyindən geri alınaraq onun sahibliyinə qaytarılmasına dair iddia tələbinin də təmin edilməli olmasını bildirsə də, araşdırma zamanı iddiaçının bu tələbi irəli sürməsi üçün subyektiv hüququnun yaranmasına dair üç elementin məcmusu kimi qiymətləndirilə bilən öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququnun mövcud olması müəyyən olunmur.
38. Tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək apellyasiya instansiyası məhkəməsi iddiaçının bu tələbini təmin etməyən birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşaraq qeyd etmişdir ki, araşdırma zamanı “Qəbələ” Məhəllə Restoranının iddiaçıya məxsus olması, həmin tikiliyə dair hər hansı bir hüququnun yaranması, tikilinin cavabdehlərdən tələb etməkdə haqlı olması öz təsdiqini tapmamışdır. Əksinə, qanuni qüvvəsini alan məhkəmə aktı ilə iddiaçı İddiaçı cavabdeh cavabdeh4 Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 34 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (obyektin) tikintisi və təmirini tapşırması müəyyən olunmuşdur.
39. Buna görə də apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətini Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi 23-cü binanın qarşısında, azyaşlı uşaqların bağçasının 3-5 metr yaxınlığında yerləşən X3 cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 hesabına boşaldılması, cavabdehlərin qanunsuz sahibliyindən geri alınaraq iddiaçının sahibliyinə qaytarılması, 2023-cü ilin fevral ayından etibarən X3 cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 qanunsuz sahibliyindən geri alındığı vaxta qədər aylıq icarə haqlarının cəmi məbləğinin müştərək qaydada cavabdehlər cavabdeh4, cavabdeh3Telman qızından, cavabdeh2 və cavabdeh1 alınaraq iddiaçıya verilməsinə dair hissədə əsassız hesab etmişdir.
40. Apellyasiya instansiyası məhkəməsi iddiaçının 2023-cü ilin fevral ayından etibarən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti ** saylı binanın yaxınlığında yerləşən qeyri-yaşayış sahəsinin qanunsuz sahiblikdən geri alındığı vaxta qədər aylıq icarə haqlarının cəmi məbləğinin müştərək qaydada cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 alınaraq ona verilməsinə dair iddiaçıya verilməsinə dair apellyasiya şikayətinin dəlilləri üzrə qeyd etmişdir ki, bu tikilinin cavabdehlərin qanunsuz sahibliklərində olması hazırkı mülki iş üzrə tərəflərin mübahisələndirmədikləri haldır. Qanuni qüvvəsini alan məhkəmə aktı ilə cavabdeh4 həmin tikilidən istifadə etməsi və gəlir əldə etməsi müəyyən olunmuşdur. Apellyasiya baxışında da cavabdeh4 həmin tikilidən meyvə tərəvəz satılması yeri, idman zalı kimi istifadə olunmasını izahatında qeyd etmişdir.
41. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qanuni qüvvəsini alan məhkəmə aktı ilə iddiaçıya aid olması, yəni onun tapşırığı əsasında cavabdeh4 tərəfindən inşa olunması müəyyən olunan, hazırda cavabdehlərin qanunsuz sahibliklərində olması mübahisləndirilməyən tikilinin özgəsinin qanunsuz sahibliyindən geri tələb edərkən haqlı olduğu kimi, əmlaka sahibliyinin qanunsuz olduğunu bilən cavabdeh4 əmlakın onda olduğu bütün vaxt ərzində bu cavabdehin götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb etməkdə iddiaçı haqlıdır.
42. Apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının 2023-cü ilin fevral ayından etibarən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti ** saylı binanın yaxınlığında yerləşən qeyri-yaşayış sahəsinin qanunsuz sahiblikdən geri alındığı vaxta qədər aylıq icarə haqlarının cəmi məbləğinin cavabdeh cavabdeh4 tutularaq ona ödənilməsinə dair tələbini rədd edərkən işin hallarına uyğun olmayan nəticəyə gəlmiş, bu tələbi cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı hissədə rədd edərkən isə düzgün əsaslandırma aparmamış sonda maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir.
43. Apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətinin bu dəlili üzrə sübutları tədqiq edib qeyd etmişdir ki, araşdırma zamanı cavabdeh cavabdeh4 iddiaçıya məxsus tikilinin inşası başa çatdıqdan sonra bu tikilidən istifadə edərək gəlir əldə etməsi müəyyən olunduğundan, cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 iddiaçı İddiaçı məxsus tikilidən cavabdeh cavabdeh4 istifadəsi nəticəsində birgə borclu olaraq müştərək qaydada məsuliyyət daşımalarına dair sübutlar məhkəməyə təqdim edilmədiyindən, iş üzrə birinci instansiya məhkəməsi tərəfindən keçirilən ekspertiza tədqiqatı ilə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 34 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin və ona oxşar şəraitli sahələrin aylıq icarə haqqının 2023-cü il tarixə orta bazar qiymətinin təxminən 4500,00 manat olması müəyyən edildiyindən, tərəflər ekspert rəyinin mötəbərliyini şübhə altına ala biləcək hər hansı bir sübutlarını məhkəməyə təqdim etmədiklərindən iddiaçı İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək “Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)- **/**** nömrəli qətnaməsi– “iddiaçı İddiaçı 2023-cü ilin fevral ayından etibarən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti ** saylı binanın yaxınlığında yerləşən qeyri-yaşayış sahəsinin qanunsuz sahiblikdən geri alındığı vaxta qədər aylıq icarə haqlarının cəmi məbləğinin müştərək qaydada cavabdehlər cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 alınaraq ona verilməsinə dair” iddianın təmin edilməyən hissəsində ləğv edilərək həmin hissədə yeni qətnamə qəbul edilib iddiaçının bu iddia tələbi qismən təmin edilərək cavabdeh cavabdeh4 2023-cü ilin fevral ayından hesablanmaqla Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti ** saylı binanın yaxınlığında yerləşən qeyri-yaşayış sahəsinin qanunsuz sahiblikdən geri alındığı vaxta qədər hər ay üçün vurulmuş maddi ziyana görə 4.500 (dörd min beş yüz) manat pul vəsaitinin iddiaçı İddiaçı xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməlidir.
44. Apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətinin dəlilləri üzrə qeyd etmişdir ki, qanunda və tərəflər arasında bağlanan müqavilədə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Borclu öhdəliyin pozulmasına görə o, halda məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan yaranmasını sübuta yetirsin. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir.
45. Apellyasiya instansiyası məhkəməsi eyni zamanda qeyd etmişdir ki, göründüyü kimi qanuni qüvvəsini alan məhkəmə aktına əsasən verilmiş icra sənədi üzrə borclunun (hazırkı işdə iddiaçının) tələbkara (hazırkı işdə cavabdehə) ödəməli olduğu pul vəsaitini vaxtında qaytarmaması halı, cavabdehin hüquqi əsası olmadan özündə saxladığı iddiaçıya (icra sənədi üzrə borcluya) məxsus əmlakın sonuncunun icra sənədi üzrə pul öhdəliyini icra edənədək tələbkar tərəfindən özündə saxlaması üçün deyil, yuxarıda istinad olunan maddi və prosessual hüquq normalarının tələblərinə əsasən kreditorun borcludan vurulmuş ziyanın tələb edilməsi üçün əsas olduğundan birinci instansiya məhkəməsi cavabdehin, yalnız öz maraqlarına uyğun qaydada, yəni məhkəmə aktlarının eyni vaxtda icra edilməsinə dair, icra üsulunun müəyyən edilməsi barədə vəsatətini təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də cavabdehin apellyasiya şikayəti təmin edilə bilməz.
46. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 21.1, 21.2, 152, 157, 158, 387, 390, 443, 445, 449, 752, 777, 782-ci Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
47. Cavabdeh cavabdeh4 (vəkil Merdiyeva İlhamə Əziz qızı) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, Bakı şəhəri, Xətai rayonu, Gəncə pr-ti 34 ünvanında yerləşən qeyri yaşayış sahəsinin qanunsuz sahiblikdən geri alındığı vaxta qədər hər ay üçün vurulmuş maddi ziyana görə 4.500 manat pul vəsaitinin iddiaçının xeyrinə tutulması hissədə iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
48. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında adı çəkilən Bakı şəhəri, Xətai rayonu, Gəncə pr-ti ** saylı binanın yaxınlığında yerləşən qeyriyaşayış sahəsinin və Bakı şəhəri, Xətai rayonu Neapol küçəsi 23-cü binanın qarşısında, azyaşlı uşaq baxçısının 3-5 metr yaxınlığında yerləşən X3 icarəyə götürülməsi ilə bağlı icarə müqaviləsi olmamış, iddiaçıya məxsus həmin obyektlərin kimlərə isə cavabdeh tərəfindən icarəyə verilməklə hər hansı bir gəlir əldə edilməmiş və gəlir əldə olunması barədə hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır. 2019-2023-cü illərdə və sonrakı illər ərzində qeyd qeyd olunan obyektlərin hansı fəaliyyətlə məşğul olması və həmin illərdə hər ay hansı məbləğdə gəlir əldə etmələri barədə məhkəmədə Azərbaycan Respublikası Vergilər Nazirliyinin məlumatı olmamışdır. Bakı şəhəri, Xətai rayonu, Gəncə pr-ti ** saylı binanın yaxınlığında yerləşən qeyr-yaşayış sahəsindən əvvəl salan, sonra isə meyvə tərəvəz satılan yer kimi, ikinci mərtəbədən qısa müddət idman zalı kimi istifadə olunmuş, müştəri az olduğundan və obyektin qarşısında avtobus yolu salındığından obyekt işləməmişdir. Hər ay 4.500 manat gəlir əldə edilməsi mümkün deyildir, olsa-olsa il ərzində həmin məbləğdə gəlir əldə etmək olardı, hər bir halda gəlirin məbləği ekspert rəyi ilə deyil, qeyd olunduğu kimi obyektin gəlirləri haqqında Vergilər Nazirliyinin məlumatı əsasında müəyyən oluna bilərdi ki, bu hal məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Əksinə, həmin obyektlərin tikintisinə və təmirinə cavabdeh tərəfindən çəkilmiş 349.094 manat vəsaitin iddiaçı İddiaçı tutulması Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli 2(103)- ***/**** №-li qətnaməsi ilə qət olunmuşdur. Adı çəkilən obyektlərin cavabdeh tərəfindən icarəyə götürülməsi və ya üçüncü şəxslərə icarəyə verilməsi barədə tərəflər arasında nə bir razılaşma, nə də yazılı icarə müqaviləsi olmamışdır. İddiacı tərəfindən cavabdehin adına verilmiş ##.##.2014-cü il və ##.##.2015-ci tarixli etibarnamələr göstərilən obyeklərdə işlərin aparılması ilə əlaqədar olmuşdur, yəni adı çəkilən obyeklərə görə cavabdehlə iddiaçı qarşısında münasibətlər yalnız təmir və tikinti işləri ilə bağlı olmuşdur.
49. Apellyasiya məhkəməsi aşağıdakı səbəblərdən qanunsuz qərar qəbul etmişdir: 1. Faktiki halların düzgün qiymətləndirilməməsi: Məhkəmə obyektin işləmədiyini və icarəyə verilmədiyini nəzərə almamışdır. Faktiki olaraq gəlirin əldə olunması mümkün olmayıb. 2. Ekspert rəyinin düzgün qiymətləndirilməməsi: Ekspert rəyində yalnız obyektin potensial icarə haqqı müəyyən olunub, amma faktiki gəlir mövcud deyil. Məcburi tutulma yalnız real gəlir əsasında mümkündür. 3. Sübutların qiymətləndirilməsində səhv: Mülki Məcəllənin 21-ci maddəsinə görə, zərər real zərərdən və əldən çıxmış faydadan ibarətdir. Əldən çıxmış faydanın tutulması üçün gəlirin real və əsaslandırılmış ehtimalı sübuta yetirilməlidir. Hazırkı işdə belə bir hal mövcud deyil. 4. Hüquqi əsasların düzgün tətbiq edilməməsi: Məhkəmə yalnız potensial gəlir əsasında cavabdehlərdən icarə haqqı tutulması barədə qərara gəlib, bu isə qanunsuzdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
50. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 152.1. Mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.2. Sahiblik hüququ- əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.3. İstifadə hüququ- əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 152.4. Sərəncam hüququ- əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.2. əmlakdan istifadə hüququ; Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 387.1. Öhdəlikdə onun tərəflərindən hər biri kreditor və ya borclu kimi bir şəxs və ya eyni zamanda bir neçə şəxs iştirak edə bilər. Öhdəlikdə borclunun tərəfində iştirak edən şəxslərdən birinə qarşı kreditorun tələblərinin etibarsızlığı, eləcə də bu cür şəxsə qarşı tələb üzrə iddia müddətinin keçməsi özlüyündə kreditorun belə şəxslərin qalanlarına qarşı tələblərinə toxunmur. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Maddə 443.4. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Maddə 449.4. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər bu Məcəllədə və ya müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Maddə 777.4. Bu Məcəlləyə uyğun olaraq müqavilələrin hər hansı növünə aid olan müqavilələrə, o cümlədən podrat müqaviləsinə tapşırıq müqaviləsi haqqında qanunvericilik yalnız subsidiar şəkildə (əlavə vasitə kimi) tətbiq edilir. Maddə 782.1. Vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya baxışının hədləri
51. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
52. Kassasiya şikayətində qətnamə hər ay üçün 4.500 manat pul vəsaitinin iddiaçının xeyrinə tutulması hissəsində mübahisələndirilib. Bu səbəbdən məhkəmə kollegiyası qətnaməni həmin hissədə yoxlayır.
53. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə mübahisələndirilən hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
55. Məhkəmə kollegiyası kassasiya şikayətini şikayətin dəlilləri əsasında yoxlayaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə düzgün nəticəyə gəlmişdir.
56. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə hazırki qərarın 40-43-cü bəndlərində əks edilən qiymətləndirməsi ilə razılşaır.
57. Həmin bəndlərdə əks edilənlərdən görünür ki, apellyasiya məhkəməsi həmin hissədə iddia tələbi üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, tələb üzrə işin faktiki hallarını işdəki sübutlar, o cümlədən ekspert rəyi və tərəflər arasındakı başqa bir mübahisə üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, sübutları düzgün qiymətləndirmiş, sübutetmə yükünü düzgün müəyyənləşdirmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, nəhayət, qanuni və əsaslı qətnamə qəbul etmişdir.
58. Bu baxımdan qiymət verilməli məsələ kassasiya şikayətinin dəlilləridir.
59. Bakı şəhəri, Xətai rayonu, Gəncə pr-ti ** saylı binanın yaxınlığında yerləşən qeyriyaşayış sahəsinin və Bakı şəhəri, Xətai rayonu Neapol küçəsi 23-cü binanın qarşısında, azyaşlı uşaq baxçısının 3-5 metr yaxınlığında yerləşən “Qəbələ” Məhəllə Restoranının icarəyə götürülməsi ilə bağlı icarə müqaviləsinin olmaması, iddiaçıya məxsus həmin obyektlərin kimlərə isə cavabdeh tərəfindən icarəyə verilməklə hər hansı bir gəlir əldə edilməməsi, gəlir əldə olunması barədə hər hansı bir sübut məhkəməyə təqdim olunmaması barədə kassasiya şikayətinin dəlillərinə gəldikdə, əvvəla qeyd edilməlidir ki, “Qəbələ” Məhəllə Restoranının icarəyə götürülməsi ilə bağlı cavabdehdən hər hansı məbləğdə pul tutulmayıb. Buna görə də bu hissədə kassasiya şikayətinin dəlili qətnamənin nəticə hissəsi ilə təkzib edilir.
60. Bundan başqa, Bakı şəhəri, Xətai rayonu, Gəncə pr-ti ** saylı binanın yaxınlığında yerləşən qeyri-yaşayış sahəsinin icarədə olmasına dair sübutlar olmaması, müqavilə təqdim edilməməsi barədə dəlil də əsasızdır. Çünki həmin hissədə apellyasiya instansiyası məhkəməsi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində müəyyən edilmiş hala istinad edib və elə cavabdehin öz izahatına əsasən müəyyən edib ki, həmin qeyri-yaşayış sahəsi hazırda da onun istifadəsində olmaqla həmin yerin icarəsindən cavabdeh faydalanır.
61. Nəzər alınsa ki, Mülki Məcəllənin 1092.1 və 1092.1.1-ci maddələrinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır və qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya da şamil edilir, belə olan halda, apellyasiya instansiyası məhkəməsi mübahisələndirilən hissədə düzgün nəticəyə gəlib.
62. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, qeyd edir ki, onun mübahisələndirilən hissədə qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, həmin hissədə apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Buna görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.
63. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
64. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Cavabdeh cavabdeh4 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.