Məhkəmə qərarları › İş №2(1-8)-1299/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1299/2026

23.06.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1299/2026 23.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARI (Açar sözlər: pul tələbi, əsassız varlanma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “pul” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsindən cavabdeh cavabdeh2 (vəkil vəkil2) tərəfindən verilmiş kassasiya şikayətinə ## #### 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları:

1. “Toyota Prius” minik markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi cavabdeh2 adına qeydiyyata alınmışdır.

2. cavabdeh2 özünə məxsus olan “Toyota Prius” minik markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini taksi fəaliyyəti ilə məşğul olması üçün cavabdeh1 icarəyə vermişdir.

3. İddiaçı tərəfindən ##.##.2023-cü il tarixdə cavabdeh1 12.000 manat məbləğində vəsait ödənilərək “Toyota Prius” minik markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin alğı-satqısı razılaşdırılmışdır.

4. cavabdeh2 İddiaçı özünə məxsus “Toyota Prius” minik markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücülük hüququ olduqda idarə etmək, ipoteka qoymaq, qeydiyyata salmaq, bağışlamaq, sərəncam vermək səlahiyyətlərini özündə 11 ay 29 gün müddətinə əks etdirən ##.##.2023-cü il tarixli etibarnamə verilmiş, daha sonra həmin etibarnamə ##.##.2024-cü il tarixdə cavabdeh2 tərəfindən ləğv edilmişdir.

5. İddiaçı ilə X1 arasında ##.##.2023-cü il tarixdə həmin avtomobilin sonuncuya 14.700 manata satılması barədə razılaşma olmuş, X1 etibarnamə əsasında 6 ay 7 gün müddətinə sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, onun üzərində sərəncam vermək və s. səlahiyyətlər verilmişdir.

6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qətnaməsi ilə iddiaçı X1 cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilərək, cavabdeh İddiaçı 14.700 manat, dövlət rüsumu kimi ödənilmiş 146 manat, cəmi 14.846 manat məbləğində pulun tutularaq iddiaçı X1 ödənilməsi qət edilmişdir.

7. Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsi tərəfindən Bakı şəhəri ** saylı Vəkil Bürosuna ünvanlanmış sorğuya cavab məktubunda qeyd olunmuşdur ki, İddiaçı ərizə və Baş Idarədə verdiyi izahatında göstərmişdir ki, ##.##.2023-cü il tarixdə tanışı vasitəsilə cavabdeh1 2010-cu il istehsalı olan **-BG-*** dövlət qeydiyyat nişanlı, “Toyota Prius” markalı avtomobili almışdır. Avtomobil həmin vaxt cavabdeh1 istifadəsində olmuş, avtomobilin mülkiyyətçisi cavabdeh2 əvvəllər tanımamış və o, avtomobilin dəyərini cavabdeh1 ödədikdən sonra cavabdeh2 tərəfindən mobil notariat üzərindən ona nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair etibarnamə verilmişdir. cavabdeh2 və cavabdeh1 izahatlarından, həmçinin izahatlara əlavə olunmuş sənədlərdən müəyyən olunmuşdur ki, sözügedən avtomobilin hissəvi ödənişlə əldə olunması məqsədilə ##.##.2023cü il tarixdə cavabdeh2la cavabdeh1 arasında borc müqaviləsi bağlanmışdır. Lakin razılaşdırılmış şərtlərə sonradan əməl edilməməsi və cavabdeh1 pul vəsaitlərini ödəməməsi səbəbindən o, 2024-cü ilin fevral ayında cavabdeh1la avtomaşının geri qaytarılması şərtilə borcunun silinməsi barədə razılığa gəlmişdir.

8. - cavabdeh1 ##.##.2024-cü il tarixli izahatında bildirmişdir: “ - Elnurla aralarında olan danışığa əsasən həmin avtomobili hissə-hissə ödənişlə ümumilikdə 19.000 manata ona satması ilə bağlı razılıq əldə edib. Həmin avtomobil üçün 1.000 manat ilkin ödənişlə edib və 24 ay müddətinə 750 manat Elnura pul ödəməli olub. O, həmin avtomobillə özü taksi fəaliyyəti ilə məşğul olaraq aylıq ödənişlərini edib. Daha sonra Elnurdan Toyota “Prius” markalı **-BG-*** dövlət nömrə nişanlı avtomobil götürərək tanışlarına icarəyə verəcəyi barədə razılığa gəlmişdir. Lakin sonradan götürdüyü avtomobildə problemlər olduğundan Elnura bu barədə bildirib. Elnurla aralarında olan danışıqlar əsasında avtomobili satmaq qərarına gəliblər. O, əvvəllər tanıdığı Rafiq adlı şəxslə avtomobili satmaq barədə razılıq əldə edib. Rafiq ona həmin avtomobili əmisi oğlu İddiaçı almaq istədiyini bildirmişdir. O, Elnurla avtomobili 12.000 manata almaq istəyən olduğunu bildirərək onunla razılaşıb. Rafiq əmisi Emildən götürdüyü 12.000 manat pulu ona verdikdən sonra o, avtomobilə sərəncam verilməsi barədə etibarnamə verməsi üçün Elnura İddiaçı şəxsiyyət vəsiqəsinin şəkilini göndərib. X2 Xidmətində işlədiyinə görə onunla bütün prosesləri telefon vasitəsilə danışaraq razılaşdırmışdır. Avtomobili Rafiqin əmisi oğluna satdıqdan sonra o, ondan aldığı pulun bir hissəsini təxminən 4.000 manatını Elnurla görüşərək ona verib, geri qalan 8.000 manatı isə şəxsi ehtiyacları üçün özünə götürməyi və Elnura hissə-hissə qaytarmağı ondan xahiş edib. Elnur onunla razılaşdı. Lakin bir müddət sonra maddi sıxıntıları olduğundan Elnura olan borclarının ödənilməsində çətinliklər yarandı. Bu səbəbdən Elnurla görüşərək birinci avtomobil və avtomobilin satışından əldə etdiyi borc pulla birlikdə ümumilikdə ona 30.000 manat borcunun olması barədə razılıq əldə edib. ## ###### 2023-cü ildə Elnurla arasında 30.000 manat borcun hissə-hissə qaytarılması barədə borc müqaviləsi bağlayıb. Müqaviləyə əsasən 30.000 manat pulu 28 ay müddətinə aylıq 1.071 manat olmaqla ödəməli idi. Lakin həmin müqaviləsindən sonra yenə o aylıq ödəməli olduğu 1.071 manatı ödəyə bilməyib. Elnur yenə onunla görüşərək istifadəsində olan **-DB-*** və satdığı **-BG-*** qeydiyyat nömrəli Toyota “Prius” markalı avtomobilləri ona qaytaracağı halda borclarını sıfırlayacağını bildirib. O, onunla razılaşıb və Elnurla aralarında hər hansı borcun olması barədə razılıq ərizəsi yazıblar. Bundan sonra istifadəsində olan avtomobili Elnurun qardaşına təhvil verib. Lakin digər avtomobili satdığı üçün Elnura təhvil verə bilməyib. Sonradan ona məlum olmuşdur ki, İddiaçı satdığı avtomobili geri götürməsi Elnur etibarnaməni ləğv edərək avtomobilin tapılması üçün polisə məlumat vermişdir.”

9. cavabdeh2 izahatında bildirmişdir: “ - cavabdeh1 ilə etibarnamə ilə istifadəsinə verdiyi Toyota “Prius” markalı **-BG-*** dövlət nömrə nişanlı avtomobilin icarə haqqının ödənilməsi ilə bağlı aramızda mübahisələr yaranmışdır. Bundan sonra Məhəmmədlə aramızda olan razılaşmaya əsasən aylıq 750 manat pul ödəməklə 32 aydan sonra sözügedən avtomobil onun mülkiyyətinə veriləcək. Lakin bir müddət sonra Məhəmməd mənə zəng vuraraq özünün pula ehtiyacı olduğunu bildirdi. O, pula ehtiyacı olduğundan sözügedən avtomobili sataraq əldə etdiyi pulu öz ehtiyaclarına xərcləməyi və aylıq olaraq avtomobilin icarə haqqı olan 750 manat pulu ödəyəcəyi barədə öhdəliyi üzərinə götürəcəyini bildirdi..Mən onunla razılaşdıqdan sonra ## #### 2023-cü ildə onun xahişi ilə İddiaçı nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında etibarnamə vermişəm. Məhəmmədin avtomobili kimə, hansı qiymətə satması barədə məlumatım olmamışdır. Məhəmməd mənimlə əlaqə saxlamış və avtomobili başqa şəxsə sataraq pulunu onun götürməsi müqabilində 32 ay müddətinə aylıq 750 manat olmaqla ümumilikdə mənə 24.000 manat verməsi barədə razılaşmışam..Borc müqaviləsinə əsasən həmin avtomobil və digər borclarla birlikdə cavabdeh1 mənə 30.000 manat borcu olmuşdur. Avtomobilimi geri götürməklə mən ona olan bütün borcları silmiş və bu barədə ərizə yazmışam.” Iş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

10. Iddiaçı İddiaçı (bundan sonra iddiaçı) nümayəndəsi və vəkili Nümayəndə cavabdehlər cavabdeh2 və cavabdeh1 (bundan sonra cavabdehlər, yaxud ad, soyadı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən “Toyota Prius” markalı, **-BG- *** dövlət qeydiyyat nişanlı avtomobilin alınması üçün ödənilmiş 12.000 manat pul məbləğinin və 126 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamənin qəbul olunmasını xahiş etmişdir.

11. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “Toyota Prius” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobili ##.##.2023-cü il tarixdə cavabdeh1 vasitəsilə cavabdeh2 almışdır. Belə ki, cavabdeh cavabdeh2 razılığı ilə avtomobilin tam pulunu, yəni 12.000 manatı cavabdeh1 verdikdən sonra cavabdeh2 tərəfindən iddiaçıya 11 ay 29 gün müddətinə sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, qeydiyyata salmaq, qeydiyyatdan çıxartmaq, ərizə vermək, sərəncam vermək və digər hərəkətlər etmək kimi səlahiyyətlər verən etibarnamə verilmişdir. Iddiaçı avtomobilin alışı zamanı gözlə görünməyən və idarə etdikcə üzə çıxan bir neçə nasazlıqları aradan qaldırmaq üçün Bakı şəhərində fəaliyyət göstərən müxtəlif avtomobil təmiri məntəqələrində ümumilikdə 3.000 manatdan artıq məbləğdə pul vəsaiti xərcləmişdir. Iddiaçı avtomobili 6 aya yaxın bir vaxt idarə etdikdən sonra onu 14.700 manata Nicat Əliyevə satmışdır. Iddiaçı tərəfindən avtomobil 14.700 manata satılsa da, sonradan Nicat Əliyevin müraciəti ilə avtomobildə yaranmış nasazlığın aradan qaldırılması üçün ona 200 manat pulu qaytarmış və beləliklə də, Nicat Əliyev avtomobil üçün 14.700 manat yox, 14.500 manat vermişdir. Iddiaçının adına verilmiş etibarnamə ##.##.2024-cü il tarixdə avtomobilin mülkiyyətçisi cavabdeh2 tərəfindən ləğv etdirilmişdir. Ona görə də avtomobil Nicat Əliyevdən alınaraq mülkiyyətçiyə qaytarılmışdır. Avtomobilə cavabdeh2 tərəfindən verilmiş etibarnamə ləğv edildikdən sonra iddiaçı cavabdeh1, cavabdeh2 və Nicat Əliyevi bir araya gətirərək bu məsələyə aydınlıq gətirmək istədikdə, cavabdeh1 cavabdeh2la aralarında borc münasibətlərinin olmasını etiraf etmiş, lakin həmin borc məsələsi bitmiş və bununla əlaqədar cavabdeh2 tərəfindən ərizəni təqdim etmişdir, cavabdeh2 da bu halı təsdiq etmişdir. Nicat Əliyev bütün bu proseslərin bilavasitə iştirakçısı olmuşdur. Bundan sonra X1 İddiaçı qarşı “pulun qaytarılması və vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən “Toyota Prius” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə ödədiyi 14.700 manatın, vurulmuş mənəvi ziyanın kompensasiyası kimi 3.500 manatın, yüksək keyfiyyətli hüquqi yardım alınması ilə bağlı vəkilə ödədiyi 300 manat məbləğində pulun, həmçinin dövlət rüsumu üçün ödənilmiş 146 manatın, ümumilikdə 18.646 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qətnaməsi ilə iddiaçı X1 cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair iddiasının qismən təmin edilməsi, cavabdeh İddiaçı 14.700 manat, dövlət rüsumu kimi ödənilmiş 146 manat, cəmi 14.846 manat məbləğində pul tutularaq iddiaçı X1 ödənilməsi qət edilmişdir. Iddiaçı hər iki cavabdehə “Toyota Prius” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün ödənilmiş məbləğin geri qaytarılması barədə müraciət etsə də, cavabdehlər heç bir ödəniş etməmişlər. Həmçinin sözügedən avtomobil də ona geri qaytarılmamışdır.

12. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər cavabdeh2 və cavabdeh1 “Toyota Prius” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün ödənilmiş 12.000 manat pul məbləğinin, 126 manat dövlət rüsumunun və hüquqi yardıma görə vəkil bürosuna ödənilmiş 320 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

13. Məhkəmə iclasında cavabdeh cavabdeh2 nümayəndəsi və vəkili vəkil2 iddia tələbinə etiraz etmiş və izahatında bildirmişdir ki, cavabdeh2 İddiaçı tanımır və ona heç bir maşın satmamışdır. cavabdeh2 ümumiyyətlə satmaq niyyəti olmayıb. Həmin avtomobil faktiki olaraq cavabdeh Məhəmmədin istifadəsində olub. Məhəmməd Elnura demişdir ki, avtomobilin istifadəsinə görə icarə pulunu verə bilmir. Buna görə də avtomobili başqa şəxsə vermək istəyir. O, demişdir ki, avtomobili lizinq şirkətində işləyən Emil adlı şəxsə verəcək. Elnur Məhəmmədin dediyinə əsasən Emil adlı şəxsə etibarnamə vermişdir. Elnurla Məhəmməd öz aralarında bununla bağlı borc müqaviləsi də bağladılar. Lakin Məhəmməd borcunu ödəməmişdir. Ümumilikdə Məhəmməd belə qaydada Elnurun iki avtomobili götürüb. Avtomobillərdən biri Elnurun adından çıxarıldığından onun geri qaytarılması mümkün olmamışdır. Digərini isə mübahisə predmeti olan avtomobili Elnur etibarnaməni ləğv etmək yolu ilə özünə qaytarmışdır. Məhəmməd pulu ödəyə bilmədiyindən avtomobilin etibarnaməsini Elnur Məhəmmədin razılığı ilə ləğv etmişdir.

14. Məhkəmə iclasında cavabdeh cavabdeh1 iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, maddi çətinliyi olduğundan Elnurdan 12.000 manat borc pul istəmişdir. Elnur pulunun olmadığını demişdir və o təklif etmişdir ki, Elnurun “Toyota Prius” markalı avtomobilini 12.000 manat satıb bu pulu kredit şəklində versin ki, Məhəmməd də ona 23.000-24.000 manatı kredit kimi ödəsin. Onlar bununla bağlı razılaşdılar. “Toyota Prius” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobili özü Elnurun razılığı ilə Emilə satıb, bunun müqabilində 12.000 manat pul alıb. Həmin puldan 2.500-3.000 manat Elnura verib, qalanın özünə saxlayıb. Elnurla onun arasında yazılı şəkildə 30.000 manat borca dair müqavilə bağlanıldı. Indi Elnur ona borcunu bağışladığını deyib.

15. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) e-*(***)-****/**** nömrəli, ## ######## 2025-ci il tarixli qətnaməsi ilə (hakim Aynur Abdullayeva) iddia qismən təmin edilmiş, 12.000 manat pul məbləği, 200 manat hüquqi yardıma görə ödənilmiş pul vəsaiti və 126 manat dövlət rüsumunun cavabdeh cavabdeh2 tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

16. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “Toyota Prius” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin özgəninkiləşdirilməsinə cavabdeh2 tərəfindən razılıq verilmişdir. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsi tərəfindən məhkəməyə ünvanlanmış ##.##.2025-ci il tarixli sorğuya cavab məktubunda qeyd edilmiş cavabdeh2 ##.##.2024-cü il tarixli izahatından da görünür ki, cavabdeh2 cavabdeh1 borc verməyə razılaşaraq, avtomobilin istənilən hər hansı şəxsə satılmasını, əldə olunan pulun isə borc olaraq cavabdeh1 verilməsinə və sonradan cavabdeh1 tərəfindən hissə-hissə qaytarılmasına razılıq vermişdir. Bununla da avtomobili iddiaçıya təqdim edərkən, cavabdeh2 tapşırığı ilə hərəkət edən cavabdeh cavabdeh1 hərəkətləri (avtomobilin təqdim olunması hissəsində) özü-özlüyündə qanuna zidd olmamışdır. Lakin avtomobilin satışının şifahi razılaşma və etibarnamənin verilməsi yolu ilə rəsmiləşdirilməsi qanunvericiliyin tələblərinə zidd olduğundan, avtomobilə mülkiyyət hüquqları cavabdeh2 qalaraq, alğı-satqı baş tutmamışdır.

17. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdehlər arasında yaranmış borc münasibətləri hazırkı iddia tələbləri çərçivəsində araşdırılmır. Belə ki, avtomobilin özgəninkiləşdirilməsi barədə cavabdeh1 tapşırıq verən və avtomobilə dair etibarnaməni rəsmiləşdirən cavabdeh2 sonradan avtomobilə dair etibarnaməni ləğv edərək, avtomobili geri qaytarması nəticəsində iddiaçıya maddi ziyan dəymişdir. Belə ki, avtomobilin iddiaçıya təqdim edilməsi müqabilində cavabdeh1 ödənilmiş 12.000 manat pulu götürə biləcəyi halda, cavabdeh2 bunu etməyərək həmin pula dair sərəncam vermişdir və bu pulun cavabdeh1 tərəfindən borc kimi qəbul edilməsini sonuncu ilə razılaşdırmışdır. Faktiki olaraq cavabdeh2 iddiaçının pulunu qəbul edərək, həmin məbləği cavabdeh1 borc vermişdir. Borc qaytarılmadıqda isə avtomobilini geri almışdır. Bununla da cavabdeh cavabdeh2 iddiaçının ödədiyi 12.000 manat pul məbləği həcmində əsassız varlanmışdır. Buna görə də həmin məbləğ cavabdeh2 alınaraq iddiaçıya qaytarılmalıdır.

18. cavabdeh2la cavabdeh1 borc razılaşmaları iddiaçı üçün hər hansı hüquqi nəticələr (öhdəliklər) yaratmamışdır. Iddiaçı cavabdehlərin arasında razılaşdırılmış borc müqaviləsinin tərəfi olmamışdır və cavabdeh1 aldığı borcu tam və ya qismən öz vəsaitləri hesabına ödəmək öhdəliyi götürməmişdir. Buna görə də iddia tələbi qismən təmin edilərək, iddiaçıya dəymiş 12.000 manat maddi ziyan cavabdeh cavabdeh2 tutularaq iddiaçı İddiaçı ödənilməlidir. Digər cavabdeh cavabdeh1 aid hissədə iddia təmin edilməməlidir.

19. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin ***.1, ***.2, 329.2, 329.3, 386.1, 442, 739.1, 739.2, 740.1, 740.2, 742.1, 1091.1, 1091.2, 1092.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 106.1, 107, 119.1, 119.2, 121.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

20. Cavabdeh cavabdeh2 nümayəndəsi və vəkili vəkil2 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin qismən - iddianın təmin olunan hissəsində ləğv edilməsini və həmin hissədə iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

21. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, **-BG-*** dövlət qeydiyyat nişanlı, “Toyota Prius” markalı avtomobili ona məxsus olmuşdur. Iş üzrə cavabdeh olan cavabdeh1la aralarında olan razılaşmaya əsasən o həmin avtomobili aylıq icarə haqqını ödəmək şərti ilə ona idarə etməyə vermişdir. Həmçinin ona avtomobili idarə etmək üçün etibarnamə də vermişdir. Məhəmməd aylıq icarə haqqını ödəməkdə çətinlik çəkdiyindən demişdir ki, “ailə problemləri var, avtomobili idarə edib aylığı ödəməyə vaxt edə bilmir, mümkünsə onun dediyi adama etibarnamə versin, onunla birgə idarə etsinlər, aylıq icarə haqqını isə ödəməyi Məhəmməd öz üzərinə götürür”. Məhəmməd həmçinin, onun seçəcəyi şəxsə etibarnaməni “xxxx” verməyini istədi. Bunun səbəbini soruşduqda o dedi ki, şəxsin lizinq şirkətində tanışları var, o, “xxxx” etibarnaməni təqdim edərsə, ona pul ayrılacaq və ona əvvəlki qalıq qalmış ödənişlərini tamamlaması mümkün olacaqdır. Məhəmməd ona Emil adlı şəxsə məxsus şəxsiyyət vəsiqəsi göndərdi və o, “xxxx” etibarnamə verdi. Bununla belə, o, Məhəmmədə avtomobili alıcı olarsa satmaq niyyətini də bildirmişdi. Bundan sonra, Məhəmməd yenə də avtomobilə dair aylıq ödənişləri ödəmədi. Onunla dəfələrlə görüşmüş, yığılıb qalmış ödənişlərin ödənilməsini tələb etmişdir. Məhəmməd isə aylıq ödənişləri ödəyəcəyini bildirmişdir. Sonda o, Məhəmmədlə görüşmüş və yığılıb qalmış qalıq ödənişlərin bir borc müqaviləsi bağlamaqla ödənilməsi barədə razılığa gəlmişlər. Borc müqaviləsi bağlanandan bir-neçə ay keçsə də, yenə də Məhəmməd ödəniş etməmişdir. Sonda onunla görüşmüş, verdiyi avtomobili geri qaytarmasını, yığılıb qalmış ödənişlərdən də imtina edəcəyimi bildirmişdir. Bu anda Məhəmməd avtomobili başqa bir şəxsə satdığını və qarşılığında pul aldığını söyləmişdir. O da bunun ona aidiyyətinin olmadığını, şəxsi məsələsi olduğunu, etibarnamələri ləğv edib avtomobilini geri alacağını bildirmişdir. Məhəmməd də razılıq verdiyindən o, verdiyi etibarnamələri ləğv edib avtomobil barəsində DIN-də axtarış vermişdir. Həmin vaxt aydın olmuşdur ki, Məhəmməd ondan verilməsini tələb etdiyi etibarnamə əsasında avtomobili Emil adlı şəxsə satmış, onu aldatmışdır. Halbuki onun etibarnaməni verərkən Məhəmmədin avtomobili faktiki satmaq niyyəti güddüyünü anlamamış, bilməmişdir. Neçə ildir tanıdığı insanın onu aldadaraq avtomobili satacağını düşünməmişdir. İddiaçı tanımır və ona heç bir nəqliyyat vasitəsi satmamışdır, “Toyota Prius” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini şifahi razılaşmaya əsasən 2023-cü ilin iyun ayında 1.000 Azərbaycan manatı ilkin ödəniş və hər ay 750 Azərbaycan manatı ödəmək müqabilində cavabdeh1 vermişdir. cavabdeh1 yalan məlumat verməklə onu aldadaraq adına rəsmiləşdirilmiş “Toyota Prius” markalı, 77-BG*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini pula ehtiyacı olması səbəbindən və ödənişlərini etmək üçün “nəqliyyata sərəncam" etibarnaməsinə əsasən İddiaçı verməyini xahiş etmiş və sözügedən nəqliyyat vasitəsi üçün nəzərdə tutulmuş aylıq 750 Azərbaycan manatının ödənişini öz öhdəliyinə götürəcəyini bildirmişdir. O, Məhəmmədin təkidi və istəyi ilə avtomobili Emil adlı şəxsə etibarnamə vermişdir. Nə Emili, nə də Nicatı tanımır. Məhəmmədlə onlar arasındakı sövdələşmələrdən və razılaşma şərtlərindən ümumiyyətlə xəbəri olmayıb. Məhkəmə yanlışlığa yol verərək münasibətə Azərbaycan Respublikası Mülki Məcəllənin “tələbin güzəşti” ilə bağlı normalarına, borc müqaviləsi ilə bağlı normalarına istinad etmiş, hansı münasibət üzrə tələbin güzəşt olunduğu, hansı münasibətin borc olduğunu, maddələrin hansı münasibətə tətbiq edildiyini qeyd etməmişdir. Həmçinin məhkəmə “əsassız varlanmadan irəli gələn maddəni” düzgün seçsə də, bu maddənin tətbiq ediləcəyi hüquq münasibətini düzgün seçməmiş, düzgün tətbiq etməmişdir. Hazırkı iş üzrə əsassız varlanmadan irəli gələn hüquq münasibətləri iddiaçı ilə onun arasında deyil, iddiaçı ilə digər cavabdeh Məhəmməd arasında qurulmuşdur ki, maddə həmin münasibətə tətbiq edilməli idi və əsassız varlanan şəxs statusunda Məhəmmədin olması müəyyən edilməli idi. Işin faktiki halları bunu açıq-aşkar təsdiq edir. Hesab edir ki, verilmiş iddia əsassız olduğundan qətnamə ləğv edilməli, qətnamə onun xeyrinə qəbul edilməli, qətnamə ilə məhkəmə xərclərinin bölüşdürülməsi məsələsinə də baxılmalı, hüquqi yardım göstərilməsi üçün Bakı şəhəri * saylı Vəkil Bürosuna tərəfindən hər iki mərhələdə ödənilmiş 300 manat məbləğində pul iddiaçı İddiaçı xeyrinə tutulmalıdır Məhkəmənin iş üzrə münasibətlərin müəyyən edilməsi ilə bağlı yanaşması tamamilə yanlışdır, işin hallarına uyğun deyildir. Belə ki, Məhəmmədə avtomobilin istənilən şəxsə satılması barədə razılıq verildiyi düşünülsə belə, Məhəmməd avtomobilin alğı-satqısını həyata keçirməmişdir. Məhkəmə özü qətnamədən müəyyən etmişdir ki, “Toyota Prius” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin özgəninkiləşdirilməsinə cavabdeh2 tərəfindən razılıq verilmişdir. Məhəmmədlə olan razılaşma avtomobilin satılması (özgəninkiləşdirilməsi) üzərində qurulmuşdursa, Məhəmməd avtomobillə bağlı alğı-satqı müqaviləsi bağlayıb məbləğ əldə edərdisə, həmin məbləğ tərəfindən Məhəmmədə borc olaraq verilməsi nəzərdə tutulan məbləğ ola bilərdi. Indiki halda Məhəmməd razılaşmadan kənara çıxaraq onunla razlaşdırılmış şərtlərdən kənar avtomobili qeyri-qanuni (səlahiyyəti olmadan, alğı-satqı müqaviləsi bağlamadan) sataraq iddiaçıdan pul almış, həmin pulun alınması onların arasında olan şifahi şərtləşmədən irəli gəlmişdir ki, burada onun iradəsi olmamışdır. Məhəmməd avtomobili kiməsə alğı-satqı etməsi üçün tərəfindən ya ona avtomobilin satılması səlahiyyətini verən etibarnamə verilməli idi, ya da o özü alıcı ilə birbaşa alğı-satqı müqaviləsi bağlamalı idi. Məhəmmədlə iddiaçı arasında aparılan danışıqlar və şifahi razılaşdırılmış şərtlər ona aid deyildir və o Məhəmmədə şifahi olaraq avtomobilini istənilən şəxsə və normal qiymətə sata biləcəyi barədə niyyətini bildirsə də, bu satqı qanunla müəyyən edilmiş qaydada olmalı idi. Məhəmməd isə onu aldadaraq gecikmiş ödənişlərini tamamlamaq üçün istifadə edilməsi məqsədi ilə ondan öz tanışına “xxxx” etibarnamə verilməsini istəmiş, bununla avtomobili satacağını və qarşılığında pul alacağını bildirməmiş, bundan onun xəbəri olmamışdır. Bununla da cavabdeh olaraq o yox, Məhəmməd iddiaçının ödədiyi 12.000 manat pul məbləği həcmində əsassız varlanmışdır. Məhkəmə iş üzrə əhəmiyyətli halların və mübahisə üzrə münasibətlərin müəyyən edilməsində yanlışlığa yol vermiş, bu yanlış yanaşma yanlış qənaət ilə nəticələnmişdir. Həmçinin onunla cavabdeh1 arasında borc münasibətləri yaranmamışdır. Bu işin faktiki halları ilə açıq-aşkar müəyyən olunur. Öhdəlik münasibətləri o zaman yaranmış olardı ki, avtomobil verilən qanuni səlahiyyət əsasında Məhəmməd tərəfindən qanuni yolla – alğı-satqı müqaviləsi əsasında satılardı, satışdan məbləğ əldə olunardı. Bu şərtlərə əməl olunmadığından Məhəmmədin iddiaçıya qarşı özbaşına və qanuni əsas olmadan etdiyi hərəkətlər onun üçün hər hansı hüquqi nəticələr (öhdəliklər) yarada bilməz. O, Məhəmmədlə borc münasibətlərinin tərəfi olmadığı kimi, iddiaçı ilə də aralarında razılaşdırılmış hər hansı bir münasibətin tərəfi olmamışdır. Məhəmməd avtomobili verdiyi səlahiyyət əsasında satmış və qarşılığında məbləğ almış olsaydı belə, avtomobilin satışından əldə edilən məbləği ona qaytarması borc münasibəti üzrə deyil, nümayəndəlik (təmsilçilik) münasibəti üzrə realizə edilməli idi. Indiki halda Məhəmmədin iddiaçı ilə formalaşmış hüquq münasibəti məhkəmənin də müəyyən etdiyi kimi qanundan kənar yarandığından bu Məhəmmədin qanunsuz hərəkətindən yaranan risk hesab olunur və özü iddiaçı qarşısında mülki öhdəlik daşıyır. Həmçinin məhkəmə iclasında müəyyən edilmişdir ki, mübahisə üzrə Məhəmməd tərəfindən alınan və iddiaçı tərəfindən tələb olunan məbləğ 12.000 manatdır. Məhkəmənin yanaşması ilə deyilsə, 12.000 manatın tərəfimdən Məhəmmədə borc verilən məbləğ olduğunu düşünmək tamamilə absurd yanaşmadır. Aydın olduğu kimi borc müqaviləsinin iki tərəfi olur – borc verən və borc alan. Həmçinin borc verilən məbləğ 3.000 manatdan yuxarı olduğu təqdirdə, həmin müqavilənin yazılı formasına əməl edilməsi qanunvericiliyin tələbidir. Indiki halda məhkəmə 12.000 manat məbləğində pulun tərəfindən Məhəmmədə borc verilməsi yanaşmasını nümayiş etdirməklə mülki qanunvericiliyin həmin tələbini də pozmuş sayılır.

22. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) *(***)-****/**** nömrəli ## ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakimlər Məhəmməd Rüstəmli (sədrlik edən və məruzəçi) Fərrux Qasımov və Günay Axundova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

23. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, işdən müəyyən olunur ki, cavabdeh cavabdeh2 mülkiyyətində olmuş “Toyota Prius” markalı, **-BG- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi digər cavabdeh cavabdeh1 sahibliyinə və istifadəsində olmuşdur. Həmin nəqliyyat vasitəsi cavabdeh2 razılığı ilə və etibarnamə təqdim edilməklə cavabdeh1 tərəfindən iddiaçı İddiaçı sahibliyinə verilmiş, iddiaçı isə bunun müqabilində cavabdeh1 12.000 manat məbləğində vəsait ödəmişdir. Tərəflər bu formada nəqliyyat vasitəsinin alğı-satqısını rəsmiləşdirmişlər. Göstərilənlər cavabdeh cavabdeh2 Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş Idarəsində verdiyi izahatı ilə təsdiq olunur. Bundan başqa, həmin izahatdan həmçinin müəyyən olunur ki, nəqliyyat vasitəsinə görə iddiaçı İddiaçı tərəfindən ödənilmiş 12.000 manat məbləğində vəsait cavabdeh2 razılığı ilə cavabdeh1 özündə saxlamış, həmin məbləğin hissə-hissə cavabdeh1 tərəfindən cavabdeh2 qaytarılacağı razılaşdırılmışdır. Başqa sözlə, iddiaçı tərəfindən nəqliyyat vasitəsinə görə ödənilmiş məbləğ cavabdeh cavabdeh2 tərəfindən digər cavabdeh cavabdeh1 təqdim edilmiş, cavabdeh1 isə həmin məbləğin hissə-hissə cavabdeh2 qaytarılacağı barədə üzərinə öhdəlik götürmüşdür. cavabdeh1 digər borcları da nəzərə alınmaqla onlar arasında ##.##.2023-cü il tarixli yazılı borc müqaviləsi də bağlanmışdır.

24. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iddiaçı İddiaçı ilə cavabdeh cavabdeh2 arasında nəqliyyat vasitəsinin alğı-satqısı qanunvericiliklə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilmədiyinə görə, həmin əqd etibarsız olmuşdur. Cavabdeh cavabdeh2 tərəfindən iddiaçıya verilmiş etibarnamə ##.##.2024-cü il tarixində ləğv edilərək nəqliyyat vasitəsi onun sahibliyinə qaytarılsa da, iddiaçı tərəfindən həmin nəqliyyat vasitəsinə görə ödənilmiş 12.000 manat məbləğində vəsait cavabdeh cavabdeh2 tərəfindən ona qaytarılmamışdır. Bu isə iddiaçının hüquqlarının pozulmasına, cavabdeh cavabdeh2 əsassız varlanmasına gətirib çıxarmışdır. Halbuki mülki qanunvericiliyin normalarına əsasən əqd etibarsız olduqda, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmaq öhdəliyi daşıyır.

25. Apellyasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi Mülki Məcəllənin 337.1, 337.5, 650-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il ## #### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamənin 1.2, 1.5, 1.5-cı bəndlərinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

26. Qətnamədən cavabdeh cavabdeh2 (vəkil vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin təkrar apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

27. Kassasiya şikayəti onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi iş üzrə hüquq münasibətlərini düzgün müəyyən etməmiş, işin faktiki hallarını tam araşdırmadan maddi hüquq normalarını yanlış tətbiq etmişdir.

28. Iş materiallarından görünür ki, cavabdeh cavabdeh2la cavabdeh1 arasında borc münasibətləri yaranmamışdır. cavabdeh1 iddiaçıdan qəbul etdiyi 12.000 manat pul vəsaiti cavabdeh cavabdeh2 iradəsi və razılığı əsasında əldə edilməmiş, həmin məbləğ cavabdeh1la iddiaçı arasında yaranmış hüquq münasibətlərindən irəli gəlmişdir. Bu səbəbdən həmin münasibətlər cavabdeh cavabdeh2 üçün hər hansı mülki-hüquqi öhdəlik yarada bilməz.

29. Məhkəmənin 12.000 manat məbləğin guya cavabdeh cavabdeh2 tərəfindən cavabdeh1 borc verildiyi barədə nəticəsi iş materialları ilə təsdiq olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1 və 739.2-ci maddələrinin tələblərinə görə borc müqaviləsinin yaranması üçün tərəflərin qarşılıqlı iradəsi mövcud olmalı, məbləğ 3.000 manatdan artıq olduqda isə müqavilə yazılı formada bağlanmalıdır. Işdə belə bir müqavilə və ya həmin hüquq münasibətini təsdiq edən hər hansı sübut mövcud deyildir.

30. Iş üzrə müəyyən olunmuş hallardan görünür ki, cavabdeh cavabdeh2 razılığı avtomobilin yalnız qanunla müəyyən edilmiş qaydada özgəninkiləşdirilməsinə aid olmuşdur. cavabdeh1 isə alğı-satqı müqaviləsi bağlamadan, müvafiq səlahiyyətlər çərçivəsindən kənara çıxaraq iddiaçıdan pul qəbul etmişdir. Bu hərəkətlər cavabdeh cavabdeh2 iradəsindən kənarda baş verdiyindən onların hüquqi nəticələri onun üzərinə qoyula bilməz. Hətta avtomobil qanuni qaydada satılmış olsaydı belə, cavabdeh1 cavabdeh cavabdeh2 qarşısında öhdəliyi borc münasibətlərindən deyil, nümayəndəlik münasibətlərindən irəli gələcəkdi. Mülki Məcəllənin 782.1-ci maddəsinə əsasən nümayəndə tapşırığın icrası nəticəsində əldə etdiklərini təmsil olunana verməyə borcludur. Buna görə də həmin hüquq münasibətlərinin borc münasibəti kimi qiymətləndirilməsi qanunun tələblərinə uyğun deyildir.

31. Bundan başqa, apellyasiya məhkəməsi əsassız varlanma institutunu düzgün hüquq münasibətinə tətbiq etməmişdir. Mülki Məcəllənin 1091 və 1092-ci maddələrinin tələblərinə əsasən, hüquqi əsas olmadan başqasının hesabına əmlak əldə edən şəxs əsassız varlanan hesab olunur və əldə etdiklərini qaytarmalıdır. Iş materialları ilə müəyyən olunur ki, iddiaçının ödədiyi 12.000 manat məbləği faktiki olaraq cavabdeh1 qəbul etmiş və həmin vəsait onun sərəncamında qalmışdır. Bu baxımdan əsassız varlanma münasibətləri cavabdeh cavabdeh2 və iddiaçı arasında deyil, iddiaçı ilə cavabdeh1 arasında yaranmışdır və müvafiq maddi hüquq normaları da məhz həmin hüquq münasibətlərinə tətbiq edilməli idi.

32. Eyni zamanda, iddia təmin edilmədiyi halda cavabdeh cavabdeh2 hüquqi yardım və dövlət rüsumu ilə bağlı çəkdiyi məhkəmə xərcləri də MPM-in 119 və 121-ci maddələrinin tələblərinə uyğun olaraq iddiaçıya aid edilməlidir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

33. Kassasiya şikayətinə qarşı iddiaçının nümayəndəsi Nümayəndə etiraz verərək, kassasiya şikayətinin təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

34. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

35. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

36. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

37. Maddə 650. Rəsmi reyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyalara daşınmaz əşyaların alğı-satqısı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir.

38. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

39. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

40. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il ## #### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə.

41. Bənd 1.2. Mülkiyyət və təşkilati- hüquqi formasından asılı olmayaraq bütün hüquqi və fiziki şəxslər (bundan sonra "nəqliyyat vasitələrinin mülkiyyətçiləri”) onlara məxsus olan:

42. 1) mühərrikinin işçi həcmi 50 kub. santimetr və daha çox, konstruktiv maksimal sürəti saatda 50 km-dən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrini, onların qoşqularını və yarımqoşqularını Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyində dövlət qeydiyyatına alınırlar.

43. Bənd 1.5. Nəqliyyat vasitələrinin qeydiyyata alınması və təkrar qeydiyyata alınması, uçotdan çıxarılması, nəqliyyat vasitəsinin ipotekası ilə əlaqədar sənədləşdirilməsi, texniki-uçot göstəricilərinin dəyişdirilməsi və sair hallarla bağlı əməliyyatların aparılması bundan sonra "qeydiyyat hərəkətləri" adlanır.

44. Bənd 1.6. Nəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqanlar nəqliyyat vasitələrinin dövlət qeydiyyatı üzrə uçota alınması işi ilə bağlı aşağıdakıları həyata keçirirlər: nəqliyyat vasitələrinin qeydiyyatını, özgəninkiləşdirilməsinin sənədləşdirilməsini, nəqliyyat vasitəsinin ipotekası haqqında müqavilənin və sonrakı ipoteka haqqında müqavilənin dövlət qeydiyyatının, habelə qanunla müəyyən edilmiş hallarda ipotekanın əlavə dövlət qeydiyyatının aparılmasını, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanlarının verilməsini; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

46. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

47. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

49. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

50. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

51. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

52. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində

53. nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

54. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

55. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

56. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

57. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh cavabdeh2 tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

58. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

59. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

60. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

61. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

62. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.Ibrahimovun şikayəti üzrə ## ##### 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

63. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

64. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

65. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar