Məhkəmə qərarları › İş №2(1-8)-1301/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1301/2026

16.06.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1301/2026 16.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar iddiaçı2 və iddiaçı1 oğlunun cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı iş üzrə QƏRARİ Açar sözlər: əsassız varlanma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı iddiaçı2 və iddiaçı1 oğlunun cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı pul tələbinə dair Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə ## #### 2026-cı il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları

1. iddiaçı1 oğlu cavabdeh cavabdeh1 etibarnamə əsasında 9000 manata Bakı şəhəri Ramana Südçülük sovxozu ərazisində yerləşən 0,03 hektar torpaq sahəsini və həmin 0,03 hektar torpaq sahəsinin üzərində 3 otaqlı yaşayış evini almışdır.

2. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2023-cü il tarixli qətnaməsi ilə, iddiaçı X1 cavabdeh iddiaçı2 qarşı, cavabdeh2 və cavabdeh1 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə, pul tələbinə dair mülki iş üzrə iddia tələbi təmin edilmiş, cavabdeh iddiaçı2 15000 manat pul və 135 manat dövlət rüsumunun iddiaçı X1 xeyrinə tutulması qət edilmişdir. Məhkəmənin müəyyən etdiyi hal isə cavabdeh iddiaçı2 həmin torpağa dair hər hansı hüquqmüəyyənedici sənəd olmadan, etibarnamə əsasında satmaq adı ilə iddiaçı X1 15000 manat pulu almış, torpağın faktiki sahibi iddiaçı ilə heç bir hüquq münasibətləri olmadığı üçün onu həmin torpaq sahəsinə buraxmamış və bunun nəticəsində iddiaçı 15000 manat məbləğində ziyana düşmüş, cavabdeh iddiaçı2 isə həmin məbləğdə varlanmışdır. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin ******-****/**** nömrəli, ## #### 2024-cü il tarixli qətnaməsi ilə qüvvədə saxlanılmışdır.

3. cavabdeh1 cavabdeh2 mülkiyyətində olan 0,10 hektar həyətyanı torpaq sahəsinin 0,03 hektar torpaq sahəsindən istifadə etmək səlahiyyətini iddiaçı1 oğluna vermişdir.

4. iddiaçı1 oğlu cavabdeh2 mülkiyyətində olan 0,10 hektar həyətyanı torpaq sahəsinin 0,03 hektar torpaq sahəsindən istifadə etmək səlahiyyətini X1 vermişdir.

5. Sabunçu RPI-nin Istintaq şöbəsinin müstəntiqinin ## ####### 2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarına əsasən, araşdırma zamanı dindirilmiş, cavabdeh1 izahatında cavabdeh2 mülkiyyətində olan 0,10 hektar həyətyanı torpaq sahəsinin 0,03 hektar torpaq sahəsini iddiaçı1 oğluna 9000 manata satmasını qeyd etməmişdir. Ümumiyyətlə araşdırma zamanı cavabdeh1 qeyd edilən torpaq sahəsini iddiaçı1 oğluna 9000 manata satması, iddiaçı1 oğlunun həmin torpaq sahəsində təmir işlərinin aparması, evin təmirinə görə 6000 (altı min) manat, digər xərclərə görə 4000 (dörd min) manat xərc çəkməsi halı istintaq orqanı tərəfindən müəyyən edilməmişdir. Istintaq orqanı iddiaçı1 oğlunun və iddiaçı2 izahatlarına uyğun nəticəyə gəlməmiş, onların göstərdiyi xüsusatlar öz təsdiqini tapmamışdır.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. Iddiaçılar iddiaçı2 və iddiaçı1 oğlu cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh cavabdeh1 verilmiş pula görə 9000 (doqquz min) manat, cavabdeh cavabdeh2 evin təmirinə görə 6000 (altı min) manat, digər xərclərə görə 4000 (dörd min) manat pulunun alınıb onlara verilməsi barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş etmişdir.

7. Iddia tələbi onunla əsaslandırılmışdır ki, onlar aldıqları evi təmir edərək xərc çəkmişlər. Belə ki, evin su sistemini, dam örtüyünü dəyişmiş və hasar çəkmişlər. Bundan sonra iddiaçı iddiaçı1 oğlu vicdanlı əldə edən kimi həmin evi X1 15000 manata satmışdır. Aralarındakı razılaşmaya uyğun olaraq onlar evi X1 təhvil vermişlər. X1 evi onlardan satın almış və öz əşyalarında həmin evə yığmışdır. X1 həmin evdə yaşamadığına görə cavabdeh cavabdeh2 aradakı hasarı sökmüş və evə dair cavabdeh cavabdeh1 vermiş olduğu etibarnaməni ləğv etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ###### 2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, mübahisəli 0,03 hektar torpaq sahəsi üçüncü şəxs cavabdeh2 faktiki sahibliyində olmuşdur. cavabdeh2 üçüncü şəxs cavabdeh1 həmin torpaq sahəsindən təyinatla istifadə etməsinə sair səlahiyyətlərə dair etibarnamə vermişdir. cavabdeh1 isə etibarnamə əsasında eyni səlahiyyətlərlə # ###### 2021-ci il tarixli etibarnamə əsasında iddiaçı1 oğluna vermişdir. iddiaçı1 oğlu ## ######## 2021-ci il tarixli etibarnamə əsasında səlahiyyətləri X1 vermişdir. Qeyd edilən etibarnamə əsasında cavabdeh1 9000 manat məbləğində pul vəsaitini iddiaçı1 oğlundan, iddiaçı1 oğlu isə 15000 manat məbləğində pul vəsaitini X1 almışdır. cavabdeh1 8000 manat pulu cavabdeh2 verməsini bildirmiş, sonuncu inkar etmişdir. Hazırda cavabdeh2 torpaq sahəsinə sahiblik edir. cavabdeh1 Sabunçu Rayon Polis Şöbəsində verdiyi izahatında həmin torpaq sahəsini 8000 manat pula cavabdeh2 almasını, 9000 manata satmasını bildirmişdir. Bütün bunlara əsasən iddianın təmin edilməsini xahiş etmişlər.

8. Məhkəmə iclasında iştirak edən cavabdeh cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, Bakı şəhəri, Ramana Südçülük sovxozu ərazisində ona məxsus 0,10 hektar həyətyanı torpaq sahəsi vardır. Həmin həyətyanı torpaq sahəsinin 0,03 hektar hissəsində 3 otaqlı yaşayış evi tikilmişdır. 2020-ci ildə oğlu cavabdeh1 qızı ilə nişanlanmasına görə o, sonuncuya həmin torpaq sahəsinə və üzərində tikilmiş evə istifadəyə dair etibarnamə vermişdir. Ancaq oğlunun cavabdeh1 qızı ilə evlənmələri baş tutmadığına görə həmin etibarnaməni ləğv etdirmişdir. Hal-hazırda da 0,03 hektar torpaq sahəsini və həmin 0,03 hektar torpaq sahəsinin üzərində 3 otaqlı yaşayış evi onun sahibliyindədir. Ona görə də iddianın rədd edilməsini xahiş edir.

9. Göygöl Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Mübariz Məmmədov), iddianın rədd olunması qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi mövqeyi ilə bağlı qeyd etmişdir ki, iddiaçılar cavabdehlərə qarşı qeyd edilən iddia ərizəsi ilə müraciət edərək, cavabdeh cavabdeh1 verilmiş pula görə 9000 manat, cavabdeh cavabdeh2 evin təmirinə görə 6000 manat, digər xərclərə görə 4000 manat pulun alınıb onlara verilməsini tələb etsələr də, həmin halları təsdiq edən hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmiş, iddia tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir.

11. Məhkəmə həmin nəticəyə gələrkən, Mülki Məcəllənin 385.1, 442, 445.2, 1091.1 və 1091.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88 və 216-220-ci maddələrinə istinad etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsində icraat

12. Iddiaçılar apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, faktiki olaraq işdə olan sənədlərdən də göründüyü kimi işin hallarına dair məlumatları özündə əks etdirən Sabunçu Rayon Məhkəməsinin *(***)- ****/**** saylı, ##.##.2023-cü il tarixli artıq qüvvəyə minmiş qətnaməsi vardır. Qətnamədə bütün bu hallar öz təsdiqini tapmışdır. Digər tərəfdən iddiaya da əlavə edilmiş Sabunçu RPI Istintaq Şöbəsinə verdiyi izahatdan da göründüyü kimi cavabdeh cavabdeh1 etiraf edir ki, o mübahisəsi gedən torpaq sahəsini 2020-ci ildə qonşusu cavabdeh2 8000 manata almış, 2021ci ilin avqust ayında 9000 manata iddiaçı2 satmışdır. Satarkən cavabdeh2 adından verilmiş etibarnaməyə uyğun olaraq Oqtayın atası iddiaçı1 etibarnamə vermişdir. Yəni, hazırda cavabdeh cavabdeh2 iddianı qəbul etməməsi də gülünc görsənir. Necə ola bilər ki, cavabdehin ərazisində illərlə tikililər olsun, ona dair etibarnamələr verilsin, orda başqa şəxslər yaşasın, yeni tikili tikilsin və təmir işləri aparılsın, amma özünün razılığı olmasın. Hətta digər cavabdeh cavabdeh1 qeyd edilənləri təsdiq edir və göstərir ki, o həmin torpağı və üzərindəki tikilini cavabdeh2 almış və iddiaçı olaraq bizə satmışdır. Qeyd edilməlidir ki, torpaq sahəsi, həmçinin üzərindəki tikili satılarkən cavabdeh1 qızı hamilə idi və cavabdeh2 oğlu ilə nişanlı olması tam yalandır. Onu da vurğulamaq yerinə düşər ki, cavabdeh2 özü də oğlu ilə bərabər arada olan qapının yerinin hörülməsində iştirak etmiş, qapının yeri şəxsən cavabdeh1 hamilə qızının əri, yəni kürəkəni Vüqar tərəfindən hörülmüşdür. Bu barədə aramızda akt imzalanmışdır.

14. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-578/2025 nömərli ## ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakimlər – Fikrət Mehtiyev (sədrlik edən və məruzəçi), Rəhman Muradov və Mustafa Mustafayev) iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə çıxarılmışdır. Iddia qismən təmin edilərək, cavabdeh cavabdeh1 9000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olan 110 manat məbləğində pul alınaraq iddiaçılar iddiaçı2 və iddiaçı1 oğluna verilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir.

15. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun olmamışdır. Məhkəmə süıbutlara maddi və prosessual hüquq normalarına uyğun qiymət verməmiş və bununla da həmin normaların tələblərini pozmuşlar

16. Işin müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçı iddiaçı2 ilə cavabdeh cavabdeh1 arasında daşınmaz əmlakın satılmasını özündə ehtiva edən hər hansı etibarlı müqavilə bağlanmamış, cavabdeh cavabdeh1 özünə məxsus olması müəyyən edilməyən Ramana qəsəbəsi, Südçülük sovxozu ünvanında yerləşən sahəsi 300 kv metr olan torpaq sahəsini müvafiq məbləğ müqabilində ##.##.2021-ci il tarixli etibarnamə əsasında iddiaçının sahibliyinə verməyi, iddiaçı isə müqabilində 9000 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. Iddiaçının mübahisəli torpaq sahəsinin sahibliyinə verilməsi üçün 9000 manat məbləğində pul ödədiyi, müqabilində isə torpaq sahəsinin verilmədiyi işin mübahisələndirilməyən hallarındandır. Mübahisəli torpaq sahəsinə cavabdeh cavabdeh1 hər hansı aidiyyəti müəyyən edilməmiş, o, bu əmlakın nə əvvəlki, nə də indiki sahibi deyildir.

17. Belə ki, iddiaçı iddiaçı2 iddiasının əsası kimi polis orqanının qərarını birinci instansiya məhkəməsinə təqdim etmişdir. Bundan başqa, polis orqanlarında aparılmış araşdırma zamanı cavabdeh cavabdeh1 iddiaçı iddiaçı2 9000 manat pul aldığını və buna görə də mübahisəli torpaq sahəsinin sonuncun istifadəsinə verilməsi barədə etibarnamə verdiyini qeyd etmişdir.

18. Məhkəmə qeyd etmişdir ki, daşınmaz əmlakla bağlı müəyyən hərəkətlərin həyata keçirilməsinə dair verilmiş etibarnamə alqı-satqı müqaviləsinin baş tutmasının sübutu kimi qəbul edilməsi yolverilməzdir. Çünki, etibarnamənin təyinatı fərqlidir və əmlakın adına özgəninkiləşdirilməsinə dair hər hansı öhdəliyin nə cavabdeh, nə də torpağın qanuni sahibi tərəfindən üzərinə götürülməsi həmin etibarnamədə göstərildiyi müəyyən edilməmişdir. Belə olan halda isə iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 1091.1-ci maddəsi təşkil edir.

19. Beləliklə, cavabdeh qaytarılmamış məbləğ həddində iddiaçının hesabına əsassız olaraq varlanmışdır. Iddiaçı da həmin əmlakdan məhrum olan şəxs olaraq əsassız varlanmaya əsasən “varlanmış” borclunun hüquqi əsas olmadan artmış əmlakın əvvəlki vəziyyətə qaytarılmasını tələb etmək hüququna malikdir. Belə ki, cavabdeh cavabdeh1 məhrum olan kreditorun hesabına heç bir hüquqi əsas olmadan varlanmış şəxsdir.

20. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi cavabdeh cavabdeh2 münasibətdə təmin edilməməlidir. Çünki, iddiaçılar tərəfindən cavabdeh2 onlardan pul alması barədə məhkəməyə sübutlar təqdim edilməmişdir.

21. Həmçinin, iddiaçılar evə xərclər çəkdiyini və buna görə də 10000 manat məbləğində maddi ziyan dəydiyini bildirsələr də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim olunmamışdır.

22. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni əsasldırarkən, Mülki Məcəllənin 1091.1, 1092.1, 1096.1 və 1097.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88 və 216-220-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. Cavabdeh cavabdeh1 (vəkil Vəkil) kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-cü il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən apellyasiya instansiyası məhkəmsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi mövqe tamamilə yanlışdır. Belə ki, məhkəmə qətnaməsində qeyd etmişdir ki, iddiaçı iddiaçı2 ilə cavabdeh cavabdeh1 arasında daşınmaz əmlakın satılmasını özündə ehtiva edən hər hansı etibarlı müqavilə bağlanmamışdır. Bunu heç kəs inkar etmir və məlum məsələdir ki, tərəflər arasında müqavilənin bağlanmasını iddia edən də yoxdur. Tərəflər də izahatlarında bildirirlər ki, cavabdeh1 özünə məxsus olması müəyyən edilməyən Ramana qəsəbəsi, Südçülük sovxozu ünvanında yerləşən sahəsi 300 kv.m olan torpaq sahəsini müvafiq məbləğ müqabilində ##.##.2021-ci il tarixli etibarnamə əsasında iddiaçının sahibliyinə verməyi, iddiaçı isə müqabilində 9000 manat məbləğində pul ödəməyi öhdəsinə götürmüşdür. Belə olan halda, alqı-satqı müqaviləsinin olmamasını əsas gətirərək pulun geri qaytarılmasını tələb etmək tamamilə əsassızdır. Cavabdeh cavabdeh1 pulu almış, öz öhdəliyini də icra etmişdir. Bundan sonra, cavabdeh2 qanunsuz hərəkətləri nəticəsində iddiaçı və digər şəxsin mənafeyinə zidd hərəkətlər baş verirdisə hüquqlarının pozulmasının qarşısını almaq üçün hüquq mühafizə orqanlarına müraciət etməli idi. Lakin onlar bunu etməmiş, cavabdeh2 qanunsuz əməllərindən özlərini qorumamış, əsassız olaraq pul tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişlər. cavabdeh2 özü izahatında qeyd edir ki, həmin torpaq sahəsini və tikilini hazırkı cavabdeh cavabdeh1 vermişdir. Bunu hansı əsasla verməsini sübut edə bilməmişdir. Lakin o fakt sübut edilmişdir ki, o həqiqətən tikilini cavabdehin sahibliyinə vermişdir. Pulla və yaxud pulsuz bu məsələnin ikinci tərəfidir. Bundan sonra özbaşına olaraq həmin torpaq sahəsini və tikilini zəbt etməsi qanunsuz və əsassızdır. Bu səbəbdən onun əməllərinə hüquqi qiymət verilməli, əslində pul tələbi ona münasibətdə təmin edilməli idi.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

26. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

27. Maddə 14.2.7. Əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır.

28. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

29. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

30. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

31. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

32. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

33. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.

34. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

35. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

36. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

42. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

43. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

Kassasiya baxışının hədləri

44. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

45. Hazırkı kassasiya şikayətində cavabdeh tərəfindən qətnamə bütövlükdə mübahisələndirildiyindən apellyasiya məhkəməsinin aktı tam yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. 47.

48. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-nin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

49. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı: Cavabdeh cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-***/**** nömrəli iş üzrə ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar