Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1306/2026 15.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: barışıq sazişinin etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə ## #### 2026-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Masallı Rayon İcra Hakimiyyətinin Masallı şəhəri üzrə nümayəndəliyinin ##.##.1998-ci il tarixli, *** saylı sərəncamından və torpaqayırma komissiyasının ## ####### 1998-ci il tarixli aktından görünür ki, İddiaçı Masallı şəhəri Dadva yaşayış məntəqəsindən 600 kv.metr torpaq sahəsi ayrılmışdır.
2. ## ###### 2015-ci il tarixdə Cavabdeh ilə İddiaçı nümayəndəsi İslamov Nicat Qurbanəli oğlu arasında bağlanmış barışıq sazişindən görünür ki, tərəflər Masallı şəhəri, Dadva məhəlləsində yerləşən mübahisəli torpaq sahəsinin yarıya bölünməsinə və torpaq sahəsinin planı və ölçü sənədinin yeni bölgüyə uyğun olaraq dəyişdirilməsinə razılıq vermişlər. Əlavə olaraq barışıq sazişinin 2-ci bəndində göstərilir ki, “Cavabdeh torpaq bölgüsündən sonra İddiaçı tərəfdən deyil, digər tərəfdən yol kimi istifadə edəcəkdir” cümləsi qeyd edilmişdir.
3. Şirvan Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi kollegiyasının ## #### 2015-ci il tarixli qərarından görünür ki, İddiaçı Reyestr Xidmətinin * saylı Ərazi İdarəsinə qarşı torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi tələbi üzrə verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, əvvəlki qərarlar dəyişdirilmədən saxlanılmışdır.
4. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2015-ci il tarixli qərardadından görünür ki, Cavabdehla İddiaçı arasında bağlanmış barışıq sazişi təsdiq edilmişdir. Sazişə əsasən: tərəflər torpaq sahəsinin yarıya bölünməsinə razılıq vermişlər, torpaq sahəsinin planı və ölçüsü sənədi yeni bölgüyə uyğun olaraq dəyişdirilmiş və torpaq sahəsinin bölgüsündən sonra yol istifadəsi yalnız digər tərəfdən nəzərdə tutulmuşdur.
5. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin ## #### 2014-cü il tarixli qərarı ləğv etmiş, iş üzrə icraata xitam vermişdir.
6. Şirvan İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli qərarından görünür ki, ## ###### 2015-ci il tarixli barışıq sazişi üzrə icraata başlanılması və icra sənədinin Masallı rayon İcra və Probasiya şöbəsinə göndərilməsi qərara alınmışdır.
7. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının ## #### 2025-ci il tarixli qərarından görünür ki, Cavabdehla İddiaçı arasında bağlanmış barışıq sazişi üzrə kassasiya şikayəti qəbul edilməmişdir.
8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Masallı rayon İcra və Probasiya Şöbəsinin ## ##### 2025-ci il tarixli qərarı ilə icraata başlanılması və ## #### 2025-ci il tarixli qərarla icraata xitam verilməsi qərara alınmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı İddiaçı (bundan sonra- iddiaçı) cavabdeh Cavabdeh (bundan sonra- cavabdeh) qarşı “barışıq sazişinin etibarsız hesab edilməsi” tələbi ilə məhkəməyə müraciət edərək, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2015-ci il tarixli qərardadı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddia tələbi işin faktiki hallarına uyğun olaraq onunla əsaslandırılmışdır ki, Masallı Rayon İHB-nın Masallı şəhəri üzrə nümayəndəsinin ## ####### 1998-ci il tarixli, *** saylı sərəncamı və torpaqayırma komissiyasının ## ###### 1998-ci il tarixli aktı əsasında ona Masallı şəhəri, Dadva yaşayış məntəqəsindən 600 kv.metr torpaq sahəsi ayrılmışdır. Həmin yerin qonşuluğunda cavabdehə də torpaq sahəsi ayrılmışdır. Onlardan öncə həmin ərazidə ancaq Alxan Qarayev və bacısı Münəvvər Qarayevanın torpaqları olmuşdur. O, Alxan Qarayev ilə cavabdeh isə Münəvvər Qarayeva ilə qonşu olmuşdu. Həmçinin, onun qonşusu kimi B.Abbasov göstərilmişdir ki, onun nə sənəd üzrə, nə də faktiki qonşuluğunda belə adam olmamışdır. Bu isə onunla cavabdehin torpaqlarının fərqli ərazilər olduğunu göstərmişdir. Lakin, sonradan cavabdehin adına torpaq sahəsinin plan və ölçü sənədi tərtib edilmişdir. Həmin sənədin koordinatları səhvən onun ərazisinə tərtib edilmişdir. Cavabdeh qeyd olunan sənədə istinad edərək ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və onun torpaq sahəsindən çıxarılmasını və orada olan evinin sökülməsini tələb etmişdir. Onun bu tələbi Masallı Rayon Məhkəməsinin ## ### 2013-cü il tarixli qətnaməsi ilə təmin edilməmiş və həmin qətnamədən cavabdehin verdiyi apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. Cavabdehin adına olan plan-ölçü sənədinin koordinatlarının ona ayrılmış torpağa tərtib edildiyini bildikdən sonra o, həmin sənədin ləğv edilməsi barədə, cavabdeh isə ona torpaqayırma sənədlərinin ləğvi barədə Şirvan İnzibati-İqtisadi məhkəməsinə ayrı-ayrılıqda iddia ərizələri ilə müraciət etmişlər. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin ## #### 2014-cü il tarixli qərarı ilə Cavabdeh iddiası təmin edilməmişdir. Onun iddiası isə həmin Məhkəmənin ## #### 2015-ci il tarixli qərarı ilə təmin edilərək, Cavabdeh adına tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədi ləğv edilmişdir. Qeyd olunan qərarların hər ikisindən Cavabdeh apellyasiya şikayəti vermiş və Şirvan İnzibati-İqtisadi Məhkəməsinin ## #### 2014-cü il tarixli qərarından Cavabdeh verdiyi apellyasiya şikayəti üzrə iş Şirvan Apellyasiya Məhkəməsində olarkən nümayəndəsi vasitəsi ilə Cavabdeh ilə razılıq əldə edilmiş və barışıq sazişi imzalanmışdır. Həmin barışıq sazişi Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2015-ci il tarixli qərardadı ilə təsdiq edilmiş və iş üzrə icraata xitam verilmişdir. Qeyd olunan barışıq sazişinə görə mübahisəli torpağın yarıya bölünməsi, plan-ölçü sənədinin koordinatlarının torpağın bərabər bölgüsünə uyğun dəyişdirilməsi və Cavabdeh həmin torpaq sahəsinə başqa yoldan istifadə etməsi ilə bağlı razılaşmışdılar. Lakin, Cavabdeh razılaşmanın şərtlərinə əməl etməmiş və özünə aid plan-ölçü sənədində heç bir düzəliş etməmiş və ona yolun başqa hissədən verilməsi istiqamətində heç bir addım atmamışdı. Nəticədə razılaşmadan 2 ay yarım sonra Şirvan Apellyasiya Məhkəməsində Cavabdeh plan-ölçü sənədinin ləğvi ilə bağlı məsələyə baxılmış və həmin sənədin ləğvi barədə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanaraq Cavabdeh şikayəti təmin edilməmişdir. Bu yaxınlarda məlum olmuşdur ki, Cavabdeh müraciəti əsasında Şirvan Apellyasiya Məhkəməsində təsdiq edilmiş barışıq sazişi üzrə Şirvan İnzibati Məhkəməsi tərəfindən icra vərəqi verilmişdir. Barışıq sazişini nümayəndəsi imzaladığından həmin barışıq sazişinin surəti onda olmamış və müraciəti əsasında Şirvan İnzibati Məhkəməsindən götürmüşdür. Bundan sonra aydın olmuşdur ki, qeyd olunan barışıq sazişi qanuna uyğun olmamış və icrası mümkün deyildir. Belə ki, iddia tələbi Cavabdeh tərəfindən Masallı rayon İHB-nın Masallı şəhər ərazi nümayəndəliyinə qarşı yönəlmişdi, cavabdeh isə həmin inzibati orqan olduğu halda, sazişi yalnız iddiaçı ilə həmin iş üzrə üçüncü şəxs qismində iştirak etdiyi nümayəndəsi imzalamışdır, cavabdeh olan inzibati orqan isə həmin sazişi imzalamamışdır. Bundan əlavə sazişdə torpağının yarısını Cavabdeh verməyi göstərsələr də, sənəd üzrə və ya faktiki torpaqdan bəhs olunmamış, konkret hansı ölçüdə torpağın, hansı hissədən verilməsi qeyd edilməmişdir ki, bu da sazişin qeyri-müəyyən olmasını göstərmişdir. Həmçinin, sazişin icra müddəti də göstərilməmişdir. Saziş tərtib edilərkən ərazi boş olsa da, ötən 10 il ərzində həmin ətrafda bir çox şəxslərə həyətlər verildiyindən Cavabdeh onun həyətinin yanından başqa yolu qalmamışdır. Halbuki, sazişə görə cavabdeh onun tərəfində olan yoldan istifadə etməməli və özünə başqa yerdən yol almalı idi. Həmin vaxt bu mümkün olsa da, hazırda mümkün deyildi. Eləcə də sazişdə nəzərdə tutulmuş həyətinin yanından olan yoldan istifadə edilməməklə yolun onun istifadəsində qalması da mümkün deyildir. Yol ümumi olduğundan onun şəxsi mülkiyyətə verilməsi mümkün deyil. Həmçinin, sazişə əsasən Cavabdeh özünə aid plan-ölçü sənədinin koordinatlarında düzəliş etdirməli idi. Lakin, o, bunu etməmişdir, onun plan-ölçü sənədi məhkəmə qərarı ilə ləğv edilmişdir. Həmin sənəd ləğv edildiyindən ona düzəliş edilməsi mümkün deyil. Beləliklə həm barışıq sazişi qanuna uyğun olmamış, həm icrası mümkün olmamışdır, həm də sazişin tərəfi olan Cavabdeh saziş üzrə üzərinə düşən öhdəlikləri icra etməmişdir. Hazırda həmin sazişə əsasən torpağının yarısının ondan alınması mülkiyyət hüququnun pozuntusu sayılır. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
11. Cavabdeh iddia tələbinə qarşı etirazını onunla əsaslandırmişdır ki, barışıq sazişi düzgün bağlanmışdır və onun etibarsız hesab edilməsinə razı deyil. O, sazişin icra edilməsində maraqlıdır və buna etiraz etmir. İcra məmurunun icra sənədini gəlib icra etməsinə razıdır. Barışıq sazişi imzalandıqdan sonra işi ilə əlaqədar uzun müddət Bakı şəhərində yaşadığından barışıq sazişinin icrası ilə bağlı maraqlanmamışdır. Qeyd edilən torpaq sahəsi bölünəcəyi halda, gediş-gəliş üçün özünə alternativ yol tapacaqdır. Hazırda həmin torpaq sahəsinə faktiki olaraq bir yolun olması barışıq sazişinin icrası üçün maneə sayıla bilməz.
12. Masallı Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə (hakim Coşqun Abdullayev) tərəflər arasında bağlanmış Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2015-ci il tarixli, *-*(***)**/**** saylı qərardadı ilə təsdiq edilmiş ## ###### 2015-ci il tarixli barışıq sazişinin etibarsız hesab edilməsi baridə iddiası təmin edilmişdir.
13. Məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında məhkəmə mübahisələrinin yaranmasına səbəb mübahisə predmeti olan torpaq sahəsinin onlara məxsus ilkin torpaqayırma sənədlərinə əsasən məkan göstəricilərinin üst-üstə düşməsi, yəni eyni ərazi olması olmuşdur. İş materiallarına əlavə edilmiş Şirvan Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının qərarları öyrənilərkən müəyyən edilmişdir ki, Cavabdeh mülki qaydada torpaq sahəsindən çıxarılma tələbi ilə əvvəlcə Masallı Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmədə işə baxılmış və torpaq sahəsinin torpaqayırma sənədləri əsasında İddiaçı məxsus olduğu müəyyən edildiyindən, məhkəmənin ## ### 2011-ci il tarixli qətnaməsi ilə onun iddiası təmin edilməmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilmiş və Şirvan Apellyasiya məhkəməsinin qətnaməsi ilə Masallı Rayon Məhkəməsinin qətnaməsi ləğv edilmiş və iddia təmin edilmişdir. AR Ali Məhkəməsi Mülki kollegiyasının ## ###### 2014-cü il tarixli qərarı ilə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Əlavə olaraq, İddiaçı Reyestr Xidmətinin * saylı Ərazi İdarəsinə qarşı üçüncü şəxs Cavabdeh adına tərtib edilmiş “torpaq sahəsinin plan və ölçü sənədinin” ləğv edilməsi tələbinə dair inzibati məhkəməyə müraciət etmiş, onun iddiası təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsi İnzibati kollegiyasının ##.##.2016-cı il tarixli qərarı ilə Şirvan İnzibati Məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Həmin qərardan Ali Məhkəməyə şikayət verilməmişdir. Həmin müddətlərdə Cavabdeh da Masallı Rayon İcra Hakimiyyəti başçısının Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə qarşı iddia ilə inzibati məhkəməyə müraciət etmiş, İddiaçı torpaq sahəsinin ayrılması ilə bağlı “aktın və sərəncamın ləğv edilməsi” barədə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Şirvan İnzibati Məhkəməsinin ## #### 2014-cü il tarixli, *-*(**)-**/**** saylı qərarı ilə iddia rədd edilmiş, həmin qərardan apellyasiya qaydasında şikayət verilmişdir. Apellyasiya iəhkəməsində işə baxılarkən iddiaçı ilə üçüncü şəxs qismində çıxış edən İddiaçı arasında sözügedən barışıq sazişi bağlanmış və işin icraatına xitam verilmişdir.
14. Barışıq sazişinin şərtləri aşağıdakı kimi olmuşdur: 1. Tərəflər mübahisə predmeti olan torpaq sahəsinin yarıya bölünməsinə razılaşmışlar; 2. Cavabdeh onun adına tərtib edilmiş torpaq sahəsinin plan və ölçü sənədinin yeni bölgüyə uyğun olaraq dəyişdirilməsinə razılıq vermişdir. 3.Cavabdeh bölgüdən sonra İddiaçı tərəfindən deyil, digər tərəfdən yol kimi istifadə edəcəyini bildirmişdir.
15. İddiaçının tələbinin əsasları aşağıdakılardan ibarət olmuşdur: Barışıq sazişinin təsdiq edildiyi inzibati iş üzrə cavabdeh Masallı ərazi nümayəndəliyi olsa da, həmin nümayəndəlik barışıq sazişinin təsdiqində iştirak etməmişdir. Barışıq sazişi iddiaçı Cavabdehla üçüncü şəxs qismində iştirak edən İddiaçı arasında bağlanmışdır. Barışıq sazişi üzrə torpağın yarı-yarıya bölünməsi nəzərdə tutulmuş olsa da, torpağın faktiki olaraq necə bölünməsi, düzünə və ya yanakı bölünməsi göstərilməmişdir. Faktiki olaraq torpaq yerində ölçülərək bölünməmişdir. Bu hal sazişin qeyri-müəyyən olduğunu göstərmişdir. Saziş tərtib edilərkən ərazi boş olmuşdur. Lakin ötən 10 il ərzində həmin ətrafda bir çox şəxslər ev tikmiş, nəticədə Cavabdeh torpaq sahəsinə gedib-gəlmək üçün yolu qalmamışdır. Halbuki sazişdə onun İddiaçı yolundan istifadə etməyəcəyi ilə bağlı razılaşma olmuşdur. Cavabdeh üzərinə plan və ölçü sənədinin barışıq sazişində qeyd edilən yarı-yarı paya uyğun olaraq dəyişdirilməsi öhdəliyi qoyulmuş olsa da, o, həmin öhdəliyini icra etməmişdir.
16. Məhkəmə qeyd etmişdir ki, tərəflər mübahisə predmeti olan daşınmaz əmlakla bağlı barışıq razılaşması əldə etsələr də, daşınmaz əmlakla bağlı bağlanan əqdlərin forma və məzmununa riayət etmədiklərindən barışıq sazişi etibarsız hesab edilməlidir. Çünki tərəflər arasında bağlanmış barışıq sazişi notarial qaydada təsdiq edilmədiyindən həmin əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması mümkün olmamışdır.
17. Belə ki, ## ###### 2015-ci il tarixdə tərəflər arasında bağlanmış barışıq sazişi məhkəmə qaydasında təsdiq edilsə də, İddiaçı hələ barışıq sazişi bağlanmamışdan əvvəl barışıq sazişində bölünməsi razılaşdırılmış torpaq sahəsinə dair Cavabdeh adına tərtib edilmiş “torpaq sahəsinin plan və ölçü sənədinin ləğv edilməsi” tələbi ilə məhkəməyə müraciət etmişdir. Şirvan İnzibati Məhkəmənin ## #### 2015-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, plan və ölçü sənədinin ləğv edilməsi qərara alınmışdır. Sonradan həmin qərardan cavabdeh Dövlət Reyestr Xidmətinin * saylı Ərazi İdarəsi və üçüncü şəxs qismində iştirak edən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin ## #### 2016-cı il tarixli qərarı ilə, barışıq sazişi bağlandıqdan sonra, şikayət təmin edilməmiş və Şirvan İnzibati Məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
18. Barışıq sazişinin bağlanmasında məqsəd tərəflər arasında mövcud olan mübahisəni sonlandırmaq olmuşdur. Lakin tərəflər imzaladıqları barışıq sazişinin yaratdığı hüquqi nəticələri ciddiyə almadan yenə də mübahisəli torpaq sahəsinə dair sənədləri məhkəmə qaydasında mübahisələndirməyə davam etmişlər. ## #### 2016-cı il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən barışıq sazişinin tərəfləri, aralarında barışıq sazişi bağlanmış olmasına baxmayaraq, müvafiq mübahisə üzrə izahatlar vermiş və öz tələblərini müdafiə etmişlər. Hazırda həmin qərar qanuni qüvvəyə minmişdir.
19. Bununla yanaşı, həmin qərarın yuxarı hissəsində qərarın qəbul olunma tarixi ## #### 2015-ci il kimi göstərilmişdir. Lakin qərarın təsviri hissəsində ## #### 2015-ci il tarixli qərardan verilmiş şikayətə baxıldığı qeyd edilmişdir. Belə ki, ## #### 2015-ci il tarixli qərardan verilmiş şikayətə əvvəlki tarixdə, yəni ## #### 2015-ci il tarixdə baxılması heç bir halda mümkün olmamışdır. Həmin qərarın tərəflərə göndərilməsi ilə bağlı məktubda da ## #### 2016-cı il tarixli qərarın göndərildiyi göstərilmişdir. Görünür, qərarın qəbul olunma tarixinin qeyd edilməsində texniki yanlışlığa yol verilmiş və tarix səhvən ## #### 2015-ci il kimi göstərilmişdir.
20. Məhkəmə onu da qeyd etmişdir ki, razılaşdırılmış şərtlər natamam olmaqla icrası zamanı müəyyən mübahisələrin yaranması istinsa edilmir. Belə ki, tərəflər torpaq sahəsinin yarıya bölünməsi ilə bağlı razılıq əldə etsələr də, mübahisəli torpaq sahəsinin konkret olaraq bölgü üsulunu, yəni üfüqi və ya şaquli istiqamətdə, hansı istiqamətin kimə veriləcəyi ilə bağlı şərtlər göstərilməmişdir. Bu halın özü də gələcəkdə tərəflər arasında yeni mübahisələrin yaratmasını istisna etmir. Əgər tərəflərin arasında əldə edilmiş razılaşma sonradan yeni mübahisələrin yaratmasına şərait yaradırsa, onda hesab etmək olar ki, tərəflərin razılaşmasında onların hüquqi iradə ifadəsi tam təfsilatlı şəkildə əks olunmamış və onlar niyyətlərinə çata bilməmişlər.
21. Məhkəmə aktından şikayət vermək imkanı barışıq sazişinin özünün etibarsızlığına dair maddi hüquqi əsaslarla iddia qaldırmaq hüququna təsir etməmişdir. Çünki barışıq razılaşması tərəflərin anlaşması ilə bağlanır və məhkəmənin bu barədə, yəni barışığın daxili tərəfinə dair verilmiş bir qərarı olmur. Barışığın daxili tərəfini təşkil edən razılaşma (saziş) ancaq maddi hüquq əsasında yoxlanıla bilər.
22. Ona görə də iradəsi zədələnmiş, yaxud digər əsasla barışıq sazişinin etibarsızlığını irəli sürən şəxs, bu halların təsbit olunması üçün ayrıca iddia qaldırmaq hüququna malikdir. Belə iddiaya məhkəmə tərəfindən ümumi qaydada baxılmaqla barışıq razılaşmasının etibarsız sayılıb-sayılmamasına hüquqi qiymət verilməlidir.
23. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini AR Mülki Məcəlləsinin 139.1, 139.2, 139.3, 139- 1.1, 139-1.1.3, 324.1, 324.4, 324.5, 337.1, 337.2, 337.4, 421.1, 421.2, 881.1, 881.2, 881.3, 404.1, 404.2, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “məhkəmə qərarı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsızlığı barədə iddianın mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə”## ###### 2024-cü il tarixli qərardadının 34, 35, 54, 55-ci bəndlərinə, habelə AR MPM-nin 14.2, 217.4, 218.3, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsində icraat
24. Cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
25. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, qəbul edilmiş qətnamə tamamilə qanunsuz və əsassızdır. İddia tələbinin təmin olunması ilə əlaqədar məhkəmə tərəfindən qətnaməsinin əsaslandırılması ilə bağlı qeyd olunan əsaslar Hazırkı iddia tələbinin təmin olunması üçün əsaslar mövcud olmamışdır. Belə ki, ## ###### 2015-ci il tarixdə Cavabdeh ilə İddiaçı nümayəndəsi İslamov Nicat Qurbanəli oğlu arasında bağlanmış barışıq sazişi biri ali təhsilli hüquqşünas-vəkil olmaqla iki yetkin şəxs arasında bağlanılmış saziş olmuşdur. Bu saziş iki yetkin şəxsin iradə ifadəsi olmuşdur. Həmin şəxslərin psixi problemlərinin olması müəyyən edilməmiş və onlar məhkəmə tərəfindən anlaqsız elan olunmamışdır. İkincisi, mübahisə predmeti olan barışıq sazişi Şirvan Apellyasiya Məhkəməsinin ## ###### 2015-ci il tarixli, *- *(***)-**/**** saylı qərardadı, yəni yekun məhkəmə aktı ilə təsdiq edilmişdir. Həmin vaxt iş üzrə tərəflər qeyd olunan məhkəmə aktından şikayət verməmiş və həmin aktı mübahisələndirməmişlər. Bu hal bir daha sübut etmişdir ki, mübahisə predmeti olan barışıq sazişi tərəflərin qarşılıqlı razılığı əsasında bağlanmış və tərəflərin həmin sazişlə bağlı heç bir etirazı olmamışdır. Üçüncü məsələ ondan ibarət olmuşdur ki, Masallı Rayon Məhkəməsi yuxarı instansiya məhkəməsi olmamışdır ki, qəbul olunmuş yekun məhkəmə aktı ilə təsdiqlənmiş hər hansı aktı və ya sazişi etibarsız hesab etmiş olsun. Əgər işlə bağlı yeni hallar müəyyən edilmişdirsə, istənilən şəxs bununla bağlı yeni açılmış hallar üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinə müraciət edə bilərdi. İddiaçı isə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməklə öz işini asanlaşdırmaq istəmişdir. Halbuki məhkəmə aktı ilə təsdiqlənmiş akt yalnız həmin məhkəmədən yuxarı instansiya məhkəməsi tərəfindən ləğv edilməklə etibarsız sayıla bilərdi. Bu səbəbdən də hazırkı iddia Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152-153-cü maddələrinə əsasən geri qaytarılmalı idi. Lakin qanunun tələbləri pozulmaqla iddia icraata qəbul edilmiş və ədalətsiz məhkəmə aktı qəbul olunmuşdur. Həmçinin məhkəmə qəbul etdiyi bu qətnamə ilə başqa bir məhkəmə aktının, yəni Şirvan Apellyasiya Məhkəməsinin ## ###### 2015-ci il tarixli, *-*(***)-**/**** saylı qərardadının icrasını sual altında qoymuş və onun icrasını mümkünsüz etmişdir. Bu hal qanunazidd olmuşdur. Çünki qanunun tələbinə görə qəbul edilmiş məhkəmə aktları hamı üçün məcburi olmuş və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra edilməli olmuşdur. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnmişdir. Məhkəmə aktları maraqlı şəxslərin mənafelərinə toxunduqda isə həmin aktların məcburiliyi işdə iştirak etməyən maraqlı şəxslərin öz hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün məhkəməyə müraciət etmək imkanını istisna etməmişdir. Dördüncüsü, Şirvan Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının ## ###### 2015-ci il tarixli, *-*(***)-**/**** saylı qərardadı ilə iddiaçı Cavabdeh ilə üçüncü şəxs İddiaçı arasında bağlanmış ## ###### 2015-ci il tarixli barışıq sazişi təsdiq olunmuşdur. Bununla da iddiaçı Cavabdeh cavabdeh Masallı Rayon İcra Hakimiyyəti başçısının Masallı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə qarşı “aktın və sərəncamın ləğv edilməsi” barədə iddiası baxılmamış saxlanılmışdır. Həmin iddianın baxılmamış saxlanılması o dövrdə üçüncü şəxs qismində tərəf olmuş hazırkı iddiaçının maraqlarına uyğun olmuşdur. Eləcə də, iddiaçı iddia tələbində cavabdehin barışıq sazişinin tələblərinə əməl etmədiyini dəfələrlə qeyd etmişdir. Buradan belə sual yaranmışdır ki, iddiaçı qeyd olunan barışıq sazişinin icrası ilə bağlı hansı addımı atmışdır. Nə üçün barışıq sazişinin tərəfi olan iddiaçı həmin sazişin icrası ilə bağlı heç bir addım atmamışdır? Yəni iddiaçı bilmişdir ki, ətrafda, o cümlədən qonşuluqda olan torpaq sahələri başqa şəxslərə satılmış olarsa, cavabdeh özünə məxsus torpaq sahəsinə gedişgəliş üçün alternativ yol tapa bilməyəcəkdir. İddiaçı bunu bildiyi halda bu istiqamətdə heç bir addım atmamışdır. Halbuki o, cavabdehi bu məsələ ilə bağlı xəbərdar edə bilərdi. Eləcə də ötən 10 il ərzində iddiaçı barışıq sazişinin icrası ilə maraqlanmamış və heç bir addım atmamışdır. Deməli, barışıq sazişinin icra olunmamasında cavabdeh qədər iddiaçı da məsuliyyət daşımışdır.
26. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək, iş üzrə Masallı Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ləğv edilmiş, iddia təmin edilməmişdir.
27. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi barışıq sazişinin etibarsız hesab edilməsi barədə iddia tələbinin təmin olunmasını əsaslandırarkən sazişin qeyrimüəyyən olması, gələcəkdə yeni mübahisələr yarada bilməsi və saziş üzrə nəzərdə tutulmuş plan-ölçü sənədinin sonradan ləğv edilməsi səbəbindən icranın mümkün olmaması kimi arqumentlərə istinad etmişdir. Kollegiya hesab etmişdir ki, bu arqumentlər işin faktiki hallarına, mövcud sübutlara və qüvvədə olan hüquqi mövqelərə uyğun olmamışdır.
28. Apellyasiya məhkəməsi xüsusilə qeyd etmişdir ki, Masallı Rayon İcra və Probasiya Şöbəsinin ##.##.2025-ci il tarixli icraata xitam verilməsi haqqında qərarından aydın şəkildə görünmüşdür ki, Şirvan İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(**)-**/**** nömrəli icra sənədində göstərilən tələblər icra edilmişdir. Bu faktın özü də barışıq sazişinin icrasının mümkün olmaması barədə arqumentin əsassız olduğunu təsdiq etmişdir. Hüquqi baxımdan icra edilmiş, hüquqi nəticələr doğurmuş barışıq sazişinin sonradan “qeyri-müəyyən” və ya “icrası mümkün olmayan” razılaşma kimi qiymətləndirilməsi ziddiyyətli olmuşdur və hüquqi məntiqə uyğun gəlməmişdir.
29. Əgər iddiaçı tərəfindən göstərilən hallar həqiqətən sazişin icrasını qeyri-mümkün edən obyektiv maneələr kimi mövcud olmuş olsaydı, Şirvan İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(**)-**/**** saylı icra sənədində nəzərdə tutulmuş tələblərin icra edildiyinin müəyyən edilməsi və həmin icra sənədi üzrə icraata xitam verilməsi barədə müvafiq qərarın qəbul edilməsi üçün hüquqi əsas yaranmamış olardı.
30. Nəzərə alınmalıdır ki, icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarı nə tələbkar, nə də borclu tərəfindən mübahisələndirilmişdir.
31. Eyni zamanda, birinci instansiya məhkəməsi sazişin icrası ilə sazişin etibarsızlığı anlayışlarını eyniləşdirməklə maddi hüquq baxımından səhvə yol vermişdir. Barışıq sazişinin icrası zamanı yarana biləcək çətinliklər, o cümlədən icranın mümkün olmaması və ya texniki məsələlər sazişin etibarsızlığı üçün əsas təşkil etməmişdir. Əqdin etibarsızlığı yalnız maddi hüquq normalarında nəzərdə tutulmuş konkret əsaslar mövcud olduğu halda mümkün olmuşdur.
32. Birinci instansiya məhkəməsinin “saziş gələcəkdə yeni mübahisələr yarada bilər” qənaəti də hüquqi baxımdan əsassız olmuşdur.
33. Apellyasiya məhkəməsi həmçinin qeyd etmişdir ki, barışıq sazişinin etibarsızlığı maddi hüquqi institut olmaqla, yalnız maddi hüquq normaları əsasında qiymətləndirilməli və müvafiq hüquqi əsasların mövcudluğu ilə müəyyən edilməli idi. Sazişin icrası, habelə icra mərhələsində yarana biləcək çətinliklər, qeyri-müəyyənliklər və ya mübahisələr isə sazişin etibarsızlığı anlayışı ilə eyniləşdirilə bilməmişdir. Bu cür hallar icra prosesində meydana çıxan məsələlər olmaqla, ayrıca hüquqi qiymətləndirmə tələb etmiş və müvafiq olaraq prosessual hüquq normaları ilə tənzimlənmişdir. Bundan əlavə, iddiaçının barışıq sazişinin icrasının qeyrimüəyyən olması ilə bağlı əsas arqumentinin faktiki olaraq aradan qalxdığı da diqqətdən kənarda qalmamalı idi. Çünki saziş icra olunmuş, icraata xitam verilmiş və bu qərar qanunvericilikdə nəzərdə tutulmuş qaydada mübahisələndirilməmişdir. Belə olan halda, artıq mövcud olmayan bir hüquqi problemin əsas götürülərək sazişin etibarsız sayılması hüquqi məntiqə uyğun gəlməmişdir.
34. Apellyasiya məhkəməsi qeyd etməyi zəruri hesab etmişdir ki, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli sorğusu əsasında əldə edilmiş, Şirvan İnzibati Məhkəməsinin icraatında olmuş *-*(**)-**/**** saylı mülki işin materiallarında, işin 200-cü səhifəsində olan etibarnamədən aydın şəkildə görünmüşdür ki, İddiaçı tərəfindən İslamov Nicat Qurbanəli oğluna Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 74cü maddəsində nəzərdə tutulmuş bütün prosessual hüquqlardan istifadə etmək səlahiyyəti verilmişdir. Həmin etibarnamə ilə nümayəndəyə məhkəmələrdə, hüquq-mühafizə orqanlarında və digər dövlət qurumlarında hüquqların müdafiəsi, iddia tələbinin dəyişdirilməsi, əlavə olunması, iddia ərizəsinin imzalanması, eləcə də barışıq sazişinin bağlanması hüquqları açıq və birmənalı şəkildə ötürülmüşdür. Etibarnamə həm zaman, həm də məzmun baxımından barışıq sazişinin bağlanması üçün tələb olunan hüquqi şərtlərə tam cavab vermişdir. Bu səbəbdən barışıq sazişinin nümayəndə tərəfindən imzalanmasının səlahiyyətsiz olması barədə iddialar hüquqi əsasa malik olmamışdır.Bundan başqa, kollegiya məhkəmənin barışıq sazişini təsdiq etməsi və ya bundan imtina etməsi, eləcə də bu barədə çıxarılmış qərardaddan şikayət verilməsi prosessual xarakter daşıyan hərəkətlərdir və şikayət icraatında aparılan araşdırmanın həddi yalnız müvafiq məhkəmə aktının prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması ilə məhdudlaşır. Barışıq sazişinin daxili tərəfi, yəni maddi-hüquqi məzmunu bu mərhələdə qiymətləndirilmir.
35. Hazırkı iş üzrə isə iddiaçı İddiaçı tərəfindən barışıq sazişinin etibarsızlığı üçün maddi hüquq normalarında nəzərdə tutulmuş heç bir əsas sübuta yetirilməmişdir. Əksinə, iş materialları barışıq sazişinin səlahiyyətli nümayəndə tərəfindən bağlandığını, icra edildiyini və hüquqi nəticələr doğurduğunu təsdiq etmişdir. İddiaçı tərəfindən irəli sürülmüş arqumentlərdən biri ondan ibarət olmuşdur ki, iddia tələbi Cavabdeh tərəfindən Masallı Rayon İcra Hakimiyyəti başçısının Masallı şəhər ərazi nümayəndəliyinə qarşı yönəldilmiş, cavabdeh həmin inzibati orqan olduğu halda, barışıq sazişi yalnız iddiaçı ilə həmin iş üzrə üçüncü şəxs qismində iştirak edən nümayəndə arasında imzalanmış, cavabdeh olan inzibati orqan isə sazişi imzalamamışdır. İddiaçı bu halı barışıq sazişinin etibarsızlığı üçün əsas kimi təqdim etmişdir.
36. Apellyasiya məhkəməsi bu arqumenti hüquqi baxımdan əsassız hesab etmişdir. Belə ki, barışıq sazişinin məhkəmə tərəfindən təsdiqi zamanı ilkin olaraq onun prosessual normativ tələblərə uyğunluğu yoxlanılır və bu yoxlama zamanı məhkəmə barışıq sazişinin tərəflər tərəfindən bağlanıb bağlanmadığını, səlahiyyətli şəxslər tərəfindən imzalanıb-imzalanmadığını və tərəflərin iradə ifadəsinin mövcud olub-olmadığını qiymətləndirir. Bu mərhələdə sazişin yalnız iş üzrə barışıq bağlamaq səlahiyyətinə malik olan şəxslər tərəfindən imzalanması kifayət edir.
37. Barışıq sazişi iddiaçı və üçüncü şəxs qismində iştirak edən, lakin mübahisənin həlli baxımından müstəqil maddi hüquqi marağı olan tərəfin səlahiyyətli nümayəndəsi tərəfindən bağlanmışdır. İş materiallarında olan etibarnamədən də aydın görünmüşdür ki, nümayəndə barışıq sazişi bağlamaq səlahiyyətinə malik olmuşdur. Bu baxımdan sazişin səlahiyyətli şəxslər tərəfindən imzalanması prosessual tələblərə tam cavab vermişdir.
38. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh qismində çıxış edən inzibati orqanın barışıq sazişini mütləq şəkildə imzalaması barədə qanunvericilikdə tələb nəzərdə tutulmamışdır və bu hal sazişin etibarsızlığına səbəb ola bilməmişdir. Əks yanaşma barışıq institutunun mahiyyətinə və prosessual hüququn məqsədlərinə zidd olmaqla, məhkəmə icraatında barışıq mexanizminin tətbiqini əsassız şəkildə məhdudlaşdırmış olardı.hazırkı iş üzrə bağlanmış barışıq sazişi daşınmaz əmlak üzərində mülkiyyət hüququnun bilavasitə yaranmasına və ya ötürülməsinə yönəlmiş ayrıca mülki-hüquqi əqd deyil, məhkəmə icraatı çərçivəsində mövcud mübahisənin həllinə dair razılaşmadır.
39. Apellyasiya məhkəməsi vurğulamışdır ki, barışıq sazişi ilə tərəflər arasında daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması məsələsi avtomatik olaraq həll edilməmişdir və bu, barışıq sazişinin etibarlılıq şərti olmamışdır. Notarial qaydada təsdiq və dövlət reyestrində qeydiyyat tələbi mülkiyyət hüququnun rəsmiləşdirilməsi mərhələsinə aid olmuşdur və sazişin icrası ilə bağlı olan texniki-prosessual məsələ kimi qiymətləndirilmişdir. Bu hal barışıq sazişinin özünün etibarsızlığına səbəb kimi çıxış edə bilməmişdir.
40. Apellyasiya məhkəməsi öz hüquqi mövqeyini AR Mülki Məcəlləsinin 324.1, 324.4, 324.5, 337.1, 337.2, 337.4, 881.1, 881.2, 881.2.1, 881.2.2, 881.3-cü, habelə MPM-nin 82.3-cü maddəsinə istinad etməklə əsaslandırmışdır.
Kassasiya məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
41. İddiaçı İddiaçı Xaliq oğlu kassasiya şikayəti verərək, iş üzrə apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh ilə torpaq sahəsinin yarıyarıya
42. bölünməsi ilə bağlı razılıq əldə edilmiş olsa da, mübahisəli torpaq sahəsinin konkret bölgü üsulu, yəni üfüqi və ya şaquli istiqamətdə bölünməsi, habelə hansı istiqamətin kimə veriləcəyi ilə bağlı şərtlər göstərilməmişdir. Bu halın özü də gələcəkdə tərəflər arasında yeni mübahisələrin yaranmasını istisna etməmişdir. Əgər tərəflər arasında əldə edilmiş razılaşma sonradan yeni mübahisələrin yaranmasına şərait yaratmışdırsa, onda hesab etmək olar ki, tərəflərin razılaşmasında onların hüquqi iradə ifadəsi tam və təfsilatlı şəkildə əks olunmamış və onlar niyyətlərinə çata bilməmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Məhkəmə qərarı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsızlığı barədə iddianın mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” ## ###### 2024cü il tarixli qərardadının 34-cü bəndində qeyd edilmişdir ki, iddia icraatında məhkəmənin barışıq razılaşmasını təsdiq etməsi iki növ hüquqi ehtiyacı qarşılamışdır. Birincisi, barışıq sazişi bağlayan tərəflər özləri həmin razılaşmanın qüvvəyə minməsi, yəni hüquqi müstəvidə etibarlı bir əqd kimi əmələ gəlməsi üçün onun məhz məhkəmə tərəfindən təsdiq olunmasını razılaşdıra bilmişlər. Belə razılaşma mediasiyada bağlanan sazişdə də nəzərdə tutula bilmişdir. Yəni tərəflər sazişi imzalasalar da, razılaşma yalnız məhkəmənin təsdiqindən sonra qüvvəyə minmiş və hüquqi nəticə yaratmışdır. Bu zaman məhkəmə təsdiqetmə üçün zəruri olan prosessual məsələləri, o cümlədən sazişi imzalayan şəxslərin səlahiyyətlərini, barışığın qanuna zidd olubolmamasını, üçüncü şəxsin hüquqlarını pozub-pozmamasını və sair halları yoxlamışdır. Həmin xüsusatlar məhkəməyə təqdim olunmuş məlumat və sənədlər əsasında aydınlaşdırılmışdır. Təsdiqə mane olan hallar aşkar edilmədikdə barışıq məhkəmə tərəfindən təsdiqlənmişdir. Məhkəmənin barışıq sazişini qərardadla təsdiq etməsi həmin əqdin əmələ gəlməsinin tamamlayıcı ünsürü kimi çıxış etmişdir. Bu halda məhkəmə təsdiqi sazişin yaranmasını, yəni əqdin qüvvəyə minməsini təmin etməklə yanaşı, mülki prosesi tamamlayan və işin icraatına xitam verən prosessual nəticə əmələ gətirmişdir. Həmin qərardadın 55-ci bəndində göstərilmişdir ki, məhkəmə aktından şikayət vermək imkanı barışıq sazişinin özünün etibarsızlığına dair maddi hüquqi əsaslarla iddia qaldırmaq hüququna təsir etməmişdir. Çünki barışıq razılaşması tərəflərin anlaşması ilə bağlanmış və məhkəmənin bu barədə, yəni barışığın daxili tərəfinə dair verilmiş bir qərarı olmamışdır. Barışığın daxili tərəfini təşkil edən razılaşma, yəni saziş ancaq maddi hüquq əsasında yoxlanıla bilmişdir. Ona görə də iradəsi zədələnmiş, yaxud digər əsasla barışıq sazişinin etibarsızlığını irəli sürən şəxs bu halların təsbit olunması üçün ayrıca iddia qaldırmaq hüququna malik olmuşdur. Belə iddiaya məhkəmə tərəfindən ümumi qaydada baxılmaqla barışıq razılaşmasının etibarsız sayılıb-sayılmamasına hüquqi qiymət verilməli olmuşdur. Şərh olunan hüquq normalarına əsaslanaraq birinci instansiya məhkəməsi haqlı olaraq cavabdehlə aralarında bağlanmış və Şirvan Apellyasiya Məhkəməsi tərəfindən təsdiq edilmiş barışıq sazişini etibarsız hesab etmişdir. Lakin Şirvan Apellyasiya Məhkəməsi işə baxarkən göstərilən halları nəzərə almamış, nəticədə qeyd olunan hüquq normalarını pozmuşdur. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mübahisəli barışıq sazişini bağlayaraq torpağımın yarısını qarşı tərəfə verməkdə məqsədim mübahisənin bitməsi və onun məni narahat etməməsi, həmçinin yolun torpağımın yanından keçən hissəsindən qarşı tərəfin istifadə etməməklə həmin hissənin mənim istifadəmdə qalması idi. Bunun üçün qarşı tərəf özünə alternativ yol əldə etməli, torpağa dair plan-ölçü sənədində müvafiq düzəliş etdirməli idi. Ancaq o, bunların heç birini etməmişdir. Onun torpağımın yarısını əldə etməklə yanaşı, həmin torpağın yanından keçən yoldan da istifadəsi həmin hissənin mənim sərəncamımda qalması ilə bağlı ümid etməyə haqqım çatanlardan məhrum olmağımı göstərir.
43. Kassasiya şikayətinə AR MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
44. Kassasiya şikayətinə qarşı etiraz ərizəsi daxil olmamışdır.
Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi
45. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
46. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir.
47. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
48. Maddə 881.1. Barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər.
49. Maddə 881.2. Barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur. Ayrı şərt haqqında razılaşma olmadıqda:
50. Maddə 881.2.1. hər hansı iddiaya aid təminat və üstünlük hüquqları, məsələn, girov hüquqları, mülkiyyət və zaminlik hüquqlarının saxlanması haqqında qeyd-şərt qüvvədə qalır, bu şərtlə ki, belə iddia barışıq razılaşması ilə təsdiqlənsin;
51. Maddə 881.2.2. barışıq razılaşmasının qüvvəsi barışıq razılaşması məqamında müqavilənin iştirakçısına məlum olmayan iddialara şamil edilmir.
52. Maddə 881.3. Barışıq razılaşmasının bağlanması üçün forma tələb olunmur. Lakin əgər barışıq razılaşmasında hər hansı formanın gözlənilməsini tələb edən əqdlər vardırsa, razılaşma bu əqdlər üçün tələb edilən forma üzrə tərtib olunmalıdır, amma barışıq razılaşmasının məhkəmə qaydasında protokol şəklində tərtib olunduğu hallar istisna təşkil edir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
53. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
54. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
55. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
56. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
57. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
58. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
Kassasiya baxışının hədləri:
59. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
60. İddiaçının kassasiya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən, apellyasiya məhkəməsinin qətnaməsinin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanıldı.
Kassasiya məhkəməsinin hüquqi mövqeyi
61. Kassasiya məhkəməsi, apellyasiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmişdir və işdə, iddiaçının kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
62. İddiaçı kassasiya şikayətində apellyasiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
63. Belə ki, apellyasiya məhkəməsi, birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi barışıq sazişinin etibarsız hesab edilməsi barədə iddia tələbinin təmin olunmasını əsaslandırarkən, sazişin qeyri-müəyyən olması, gələcəkdə yeni mübahisələr yarada bilməsi və saziş üzrə nəzərdə tutulmuş plan-ölçü sənədinin sonradan ləğv edilməsi səbəbindən icranın mümkün olmaması kimi arqumentlərə istinad etmişdir.
64. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, bu arqumentlər işin faktiki hallarına, mövcud sübutlara və qüvvədə olan hüquqi mövqelərə uyğun olmamışdır. Belə ki, Masallı Rayon İcra və Probasiya Şöbəsinin ##.##.2025-ci il tarixli icraata xitam verilməsi haqqında qərarından aydın şəkildə görünür ki, Şirvan İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli icra sənədində göstərilən tələblər icra edilmişdir. Bu faktın özü də barışıq sazişinin icrasının mümkün olmaması barədə arqumentin əsassız olduğunu təsdiq edir. Hüquqi baxımdan icra edilmiş, hüquqi nəticələr doğurmuş barışıq sazişinin sonradan “qeyri-müəyyən” və ya “icrası mümkün olmayan” razılaşma kimi qiymətləndirilməsi ziddiyyətli olmuşdur və hüquqi məntiqə uyğun gəlməmişdir. Əgər iddiaçı tərəfindən göstərilən hallar həqiqətən sazişin icrasını qeyri-mümkün edən obyektiv maneələr kimi mövcud olmuş olsaydı, Şirvan İnzibati Məhkəməsinin ##.##.2025ci il tarixli icra sənədində nəzərdə tutulmuş tələblərin icra edildiyinin müəyyən edilməsi və həmin icra sənədi üzrə icraata xitam verilməsi barədə müvafiq qərarın qəbul edilməsi üçün hüquqi əsas yaranmamış olardı.
65. Nəzərə alınmalıdır ki, icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun qərarı nə tələbkar, nə də borclu tərəfindən mübahisələndirilmişdir. Eyni zamanda, birinci instansiya məhkəməsi sazişin icrası ilə sazişin etibarsızlığı anlayışlarını eyniləşdirməklə maddi hüquq baxımından səhvə yol vermişdir. Barışıq sazişinin icrası zamanı yarana biləcək çətinliklər, o cümlədən icranın mümkün olmaması və ya texniki məsələlər sazişin etibarsızlığı üçün əsas ola bilməz. Əqdin etibarsızlığı yalnız maddi hüquq normalarında nəzərdə tutulmuş konkret əsaslar mövcud olduğu halda mümkün sayıla bilər.
66. Birinci instansiya məhkəməsinin “saziş gələcəkdə yeni mübahisələr yarada bilər” qənaəti də hüquqi baxımdan əsassız olmuşdur. Çünki, barışıq sazişinin etibarsızlığı maddi hüquqi institut olmaqla, yalnız maddi hüquq normaları əsasında qiymətləndirilməli və müvafiq hüquqi əsasların mövcudluğu ilə müəyyən edilməli idi. Sazişin icrası, habelə icra mərhələsində yarana biləcək çətinliklər, qeyri-müəyyənliklər və ya mübahisələr isə sazişin etibarsızlığı anlayışı ilə eyniləşdirilə bilməmişdir. Bu cür hallar icra prosesində meydana çıxan məsələlər olmaqla, ayrıca hüquqi qiymətləndirmə tələb etmiş və müvafiq olaraq prosessual hüquq normaları ilə tənzimlənmişdir. Bundan əlavə, iddiaçının barışıq sazişinin icrasının qeyrimüəyyən olması ilə bağlı əsas arqumentinin faktiki olaraq aradan qalxdığı da diqqətdən kənarda qalmamalı idi. Çünki saziş icra olunmuş, icraata xitam verilmiş və bu qərar qanunvericilikdə nəzərdə tutulmuş qaydada mübahisələndirilməmişdir. Belə olan halda, artıq mövcud olmayan bir hüquqi problemin əsas götürülərək sazişin etibarsız sayılması hüquqi məntiqə uyğun gəlməmişdir.
67. Apellyasiya məhkəməsi qeyd etməyi zəruri hesab etmişdir ki, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli sorğusu əsasında əldə edilmiş, Şirvan İnzibati Məhkəməsinin icraatında olmuş *-*(**)-**/**** saylı mülki işin materiallarında işin 200-cü səhifəsində olan etibarnamədən aydın şəkildə görünür ki, iddiaçı tərəfindən nümayəndə Nicat İslamova AR MPM-nin 74-cü maddəsində nəzərdə tutulmuş bütün prosessual hüquqlardan istifadə etmək səlahiyyəti verilmişdir. Həmin etibarnamə ilə nümayəndəyə məhkəmələrdə, hüquq-mühafizə orqanlarında və digər dövlət qurumlarında hüquqların müdafiəsi, iddia tələbinin dəyişdirilməsi, əlavə olunması, iddia ərizəsinin imzalanması, eləcə də barışıq sazişinin bağlanması hüquqları açıq və birmənalı şəkildə ötürülmüşdür. Etibarnamə həm zaman, həm də məzmun baxımından barışıq sazişinin bağlanması üçün tələb olunan hüquqi şərtlərə tam cavab vermişdir. Bu səbəbdən barışıq sazişinin nümayəndə tərəfindən imzalanmasının səlahiyyətsiz olması barədə iddialar hüquqi əsasa malik olmamışdır.
68. Bundan başqa, apellyasiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin barışıq sazişini təsdiq etməsi və ya bundan imtina etməsi, eləcə də bu barədə çıxarılmış qərardaddan şikayət verilməsi prosessual xarakter daşıyan hərəkətlərdir və şikayət icraatında aparılan araşdırmanın həddi yalnız müvafiq məhkəmə aktının prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması ilə məhdudlaşır. Barışıq sazişinin daxili tərəfi, yəni maddi-hüquqi məzmunu bu mərhələdə qiymətləndirilmir. Hazırkı iş üzrə isə iddiaçı tərəfindən barışıq sazişinin etibarsızlığı üçün maddi hüquq normalarında nəzərdə tutulmuş heç bir əsas sübuta yetirilməmişdir.
69. Əksinə, iş materialları barışıq sazişinin səlahiyyətli nümayəndə tərəfindən bağlandığını, icra edildiyini və hüquqi nəticələr doğurduğunu təsdiq etmişdir. İddiaçı tərəfindən irəli sürülmüş arqumentlərdən biri ondan ibarət olmuşdur ki, iddia tələbi cavabdeh tərəfindən Masallı Rayon İcra Hakimiyyəti başçısının Masallı şəhər ərazi nümayəndəliyinə qarşı yönəldilmiş, cavabdeh həmin inzibati orqan olduğu halda, barışıq sazişi yalnız iddiaçı ilə həmin iş üzrə üçüncü şəxs qismində iştirak edən nümayəndə arasında imzalanmış, cavabdeh olan inzibati orqan isə sazişi imzalamamışdır. İddiaçı bu halı barışıq sazişinin etibarsızlığı üçün əsas kimi təqdim etmişdir.
70. Apellyasiya məhkəməsi bu arqumenti hüquqi baxımdan əsassız hesab etmişdir. Belə ki, barışıq sazişinin məhkəmə tərəfindən təsdiqi zamanı ilkin olaraq onun prosessual normativ tələblərə uyğunluğu yoxlanılır və bu yoxlama zamanı məhkəmə barışıq sazişinin tərəflər tərəfindən bağlanıb bağlanmadığını, səlahiyyətli şəxslər tərəfindən imzalanıb-imzalanmadığını və tərəflərin iradə ifadəsinin mövcud olub-olmadığını qiymətləndirir. Bu mərhələdə sazişin yalnız iş üzrə barışıq bağlamaq səlahiyyətinə malik olan şəxslər tərəfindən imzalanması kifayət edir.
71. Barışıq sazişi iddiaçı və üçüncü şəxs qismində iştirak edən, lakin mübahisənin həlli baxımından müstəqil maddi hüquqi marağı olan tərəfin səlahiyyətli nümayəndəsi tərəfindən bağlanmışdır. İş materiallarında olan etibarnamədən də aydın görünmüşdür ki, nümayəndə barışıq sazişi bağlamaq səlahiyyətinə malik olmuşdur. Bu baxımdan sazişin səlahiyyətli şəxslər tərəfindən imzalanması prosessual tələblərə tam cavab vermişdir.
72. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh qismində çıxış edən inzibati orqanın barışıq sazişini mütləq şəkildə imzalaması barədə qanunvericilikdə tələb nəzərdə tutulmamışdır və bu hal sazişin etibarsızlığına səbəb ola bilməmişdir. Əks yanaşma barışıq institutunun mahiyyətinə və prosessual hüququn məqsədlərinə zidd olmaqla, məhkəmə icraatında barışıq mexanizminin tətbiqini əsassız şəkildə məhdudlaşdırmış olardı.hazırkı iş üzrə bağlanmış barışıq sazişi daşınmaz əmlak üzərində mülkiyyət hüququnun bilavasitə yaranmasına və ya ötürülməsinə yönəlmiş ayrıca mülki-hüquqi əqd deyil, məhkəmə icraatı çərçivəsində mövcud mübahisənin həllinə dair razılaşmadır.
73. Apellyasiya məhkəməsi vurğulamışdır ki, barışıq sazişi ilə tərəflər arasında daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması məsələsi avtomatik olaraq həll edilməmişdir və bu, barışıq sazişinin etibarlılıq şərti olmamışdır. Notarial qaydada təsdiq və dövlət reyestrində qeydiyyat tələbi mülkiyyət hüququnun rəsmiləşdirilməsi mərhələsinə aid olmuşdur və sazişin icrası ilə bağlı olan texniki-prosessual məsələ kimi qiymətləndirilmişdir. Bu hal barışıq sazişinin özünün etibarsızlığına səbəb kimi çıxış edə bilməz.
74. Göstərilənlərə əsasən, kassasiya məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
75. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya məhkəməsi
Q ə r a r a aldı: İddiaçı İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.