Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1316/2026 28.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Sumqayıt Şəhər Icra Hakimiyyəti yanında Mənzil Kommunal Təsərrüfatı Istehsalat Birliyinə qarşı iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): əmlak tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Sumqayıt Şəhər Icra Hakimiyyəti yanında Mənzil Kommunal Təsərrüfatı Istehsalat Birliyinə qarşı əmlak tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə ## #### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları
1. Sumqayıt şəhəri Nəsimi adına Mədəniyyət və Istirahət Parkı (şahid2) ilə Abdullayev Allahverdi Yavər oğlu arasında bağlanmış ##.##.2016-cı il tarixli müqaviləyə əsasən, 6156,81 manat dəyərində “Şən Aşırım” attraksionunun alqı-satqısı olmuş və həmin pul vəsaiti Abdullayev X10 adına Sumqayıt şəhər Mədəniyyət və Isirahət parkının hesabına ödənilmişdir.
2. Abdullayev Allahverdi Yavər oğlunun ##.##.2021-ci il tarixdə ölümü ilə əlaqədar miras qalmış əmlakın qəbuluna dair İddiaçı ##.##.2022-ci il tarixdə verdiyi ərizəsi əsasında Sumqayıt “ASAN xidmət” mərkəzi notariat ofisində vərəsəlik işi açılmış və İddiaçı vərəsələr sırasına daxil edilmişdir.
3. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin məlumat bazasına əsasən Gürcüstan Respublikasından gətirilmiş attraksionun idxalı ilə bağlı ##.##.2005-ci il tarixdə X1 (statistik kod – 10494014) adına rəsmiləşdirilmiş 00100/5060803 sorğu nömrəli yük gömrük bəyannaməsi vardır.
4. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X9 Görülməsi və X5 Agentliyi tərəfindən verilmiş ##.##.2019-cu il tarixli, A-***** saylı çıxarışa əsasən Abdullayev Allahverdi Yavər oğlu tərəfindən istismar edilən təhlükə potensiallı obyektlər (“Şən təpəciklər” attraksionu, “Fil qatarı” attraksionu, “Vikinq” attraksionu) “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq, təhlükə potensiallı obyektlərin dövlət reyestrində ##.##.2019-cu il tarixdə qeydiyyata alınmışdır.
5. Fövqəladə Hallar Nazirliyi X9 Görülməsi və X5 Agentliyi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli, A-***** saylı çıxarışa əsasən, şahid1 tərəfindən istismar edilən təhlükə potensialı obeyktlər (“Şən təpəciklər” attraksionu) “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq təhlükə potensiallı obyektlərin dövlət reyestrində ##.##.2024-cü il tarixdə qeydiyyata alınmışdır.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
6. Iddiaçı İddiaçı cavabdeh Sumqayıt Şəhər Icra Hakimiyyəti yanında Mənzil Kommunal Təsərrüfatı Istehsalat Birliyinə qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Sumqayıt şəhəri Nəsimi adına mədəniyyət və Istirahət parkı ərazisində yerləşən Şən təpəciklər attraksionunun ona geri qaytarılmasına dair qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir.
7. Iddia tələbi onunla əsaslandırılmışdır ki, ##.##.2024-cü il tarixdə Sumqayıt şəhər Icra hakimiyyətinin nümayəndələri tərəfindən mülkiyyətində olan attraksionun işığı kəsilmiş, ##.##.2024-cü il tarixdə isə qanunsuz olaraq həmin attraksion əlindən alınmışdır. Ora halhazırda icra hakimiyyətinin nümayəndələri tərəfindən idarə edilərək fəaliiyət göstərir. Lakin onun mülkiyyətində olan attraksiona onu yaxın buraxmırlar, istifadə etməyə icazə vermirlər.
8. Cavabdeh Sumqayıt Şəhər Icra Hakimiyyətinin yanında Mənzil-Kommunal Təsərrüfatı Istehsalat birliyi iddia tələbinə etiraz edərək bildirmişdir ki, Sumqayıt şəhəri Nəsimi adına Mədəniyyət və Istirahət parkında fəaliyyət göstərən “Şən aşırım" attraksionu barədə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən dəfələrlə Prezident Administrasiyasına, eləcə də Sumqayıt Şəhər Icra Hakimiyyəti yanında Mənzil Kommunal Təsərrüfatı Istehsalat Birliyinə və digər orqanlara çoxsaylı şikayətlər daxil edilmişdir. Həmin məsələ ilə bağlı yaranmış narazılıqların və Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs çoxsaylı şikayətlərini nəzərə alaraq komissiya yaradılmışdır. Komissiya üzvləri həmin əraziyə getmiş və hər iki tərəflə, yəni Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs və şahid1 iştirakı ilə araşdırma aparmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, sözügedən obyektin yerləşdiyi Nəsimi adına Mədəniyyət və Istirahət parkı əvvəlcə Mədəniyyət və Turizm Nazirliyinin nəzdində olub, lakin ## ### 2013-cü il tarixində Sumqayıt şəhər Icra Hakimiyyəti başçısının sərəncamı ilə Mənzil-Kommunal Təsərrüfatı Istehsalat Birliyinin idarəçiliyinə verilmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs şikayətində sözügedən attraksionun ilk sahibi olduğunu, Gürcüstandan gətirərək əvvəlcə Bakı şəhəri Xətai rayonunda quraşdırıb uzun müddət işlətdiyini, 2011-ci ildən isə Sumqayıt şəhərində fəaliyyətini davam etdirdiyini bildirmişdir və bu barədə gömrük sənədlərini (invoys) MKTIB-yə təqdim etmişdir. Bunu əsas tutaraq həmin obyektin ona qaytarılmasında köməklik edilməsini xahiş etmişdir. Bu səbəbdən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs təqdim etdiyi Gömrük bəyannaməsi onun dediklərini təsdiq etmişdir. Sözügedən obyekt üzərində çoxsaylı mübahisələrin baş verməsi, ərazidə gigiyenik təmizlik işlərinin qaydasında olmaması və müqavilə şərtlərinin pozulmasını nəzərə alaraq alt qurum olan Nəsimi parkının müdiriyyəti tərəfindən şahid1la bağlanmış müqaviləyə xitam verilmiş, eyni zamanda MKTIB tərəfindən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ilə icarə müqaviləsi bağlanmışdır. şahid1 təqdim etdiyi “çıxarış” adlı sənəd təhlükə potensialı obyektlərə FHN-nin müvafiq şöbəsi tərəfindən verilmiş sənəddir. Bu da mülkiyyət hüququnu təsdiq edən sənəd sayılmır. şahid1 dediyinə görə həmin obyekti alqısatqı yolu ilə əldə etmişdir, halbuki sözügedən əmlak Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs tərəfindən ölkəyə gətirilmişdir və MKTIB-nin idarəçiliyindədir, bu səbəbdən alqı-satqı obyekti ola bilməzdi. 2011-2016-cı illər ərzində Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs sözügedən istirahət parkında park müdiri vəzifəsində işləmişdir. 2016-cı ildə o, tutduğu vəzifədən azad olduqdan sonra həmin parka yeni təyin edilmiş müdir şahid1 qardaşı şahid2 ##.##.2016-cı ildə “Şən aşırım” attraksionunu əvvəlcə qanunsuz olaraq Abdullayev Allahverdi Yavər oğlunun adına * saylı müqavilə ilə vermiş və həmin tarixdə də sözügedən şəxsə 6752 manata satmışdır. Sonra isə həmin müqaviləni öz qardaşı şahid1 adına keçirmişdir. Bu işlə əlaqədar şahid1 Inzibati Məhkəmə qarşısında iddia qaldırmış, işə məhkəmədə baxılmış və iddiası təmin olunmamışdır. Həmin qətnamədən şikayət verilmiş, apellyasiya məhkəməsi isə qətnaməni qüvvəsində saxlamışdır. İddiaçı Sumqayıt şəhər Icra Hakimiyyətinin idarəçiliyində olan Sumqayıt şəhəri Nəsimi adına Mədəniyyət və Istirahət parkında fəaliyyət göstərən “Şən aşırım” attraksionuna dair heç bir mülkiyyət sənədi olmadan həmin obyektə mülkiyyət hüququ iddia edir. Belə ki, “Şən aşırım” attraksionu şahid1 adına müqavilə ilə verildiyi üçün İddiaçı bu işlə heç bir əlaqəsi yoxdur.
9. Məhkəmə iclaslarında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs izahatında bildirmişdir ki, attraksionları Gürcüstan Respublikasından yeznəsinin adına gətirmişdir. Həmin şəxs bacısı qızının həyat yoldaşıdır. Onun adına gətirməsinin səbəbi həmin şəxsin Gürcüstan Respublikasının vətəndaşı olmasıdır. Quruculuq işləri aparıldığı üçün bütün attraksionlar sökülmüşdür. Həmin attraksionları Xaçmaz rayonuna aparmışlar. Attraksionların hamısı orada idi. Bakı şəhəri Xətai rayonu icra başçısı ona yer verəcəyini bildirmişdir. Buna görə də bildirmişdir ki, attraksionu müvəqqəti olaraq haradasa yerləşdirsin. O isə attraksionu qardaşının bazasına qoymuşdur. Attraksionu 2 il ərzində Xırdalan şəhərində işlətmişdir. Daha sonra ürək nahiyyəsindən açıq əməliyyat olunmuşdur. Səhhəti düzəldikdən sonra Prezident Aparatına qəbula yazılmışdır. Onu Sumqayıtın kuratoru qəbul etmişdir. O isə məsələnin həll edilməsi üçün Sumqayıt Şəhər Icra Hakimiyyətinin başçısı ilə əlaqə saxlamışdır. 2 dəfə icra başçısının qəbulunda olmuşdur. Məsələnin həll edilməsi üçün Gündüz müəllimə və bacısı oğluna tapşırıq vermişdir. Lakin yenə də məsələ öz həllini tapmamışdır. Daha sonra bütün sənədləri ilə birlikdə icra başçısının qəbulunda olmuşdur. Icra başçısı bütün sənədlərinin düz olduğunu bildirmişdir.
10. Məhkəmə iclasında şahid qismində iştirak edən şahid2 izahatında bildirmişdir ki, İddiaçı parkdan tanıyır, Vətən Müharibəsi qazisi olmuşdur. 2013-2014-cü illərdə park təmirdə olmuşdur. Təxmini 2016-2017-ci illərdə atraksionları işlətmək üçün parkın maliyyə büdcəsi kifayət etmirdi. Daha sonra karusellərin istifadəsi üçün Abdullayev Allahverdi tərəfindən təqribən 7000 manat bank hesabına ödəniş ediləndən sonra, rəsmi formada onun adına keçirilmişdir. 2014-cü ildə parkın işçiləri müqavilə əsasında atraksionları işlədirdilər, əldə olunan gəlir parkın hesabına köçürüldü və parkın xərcləri üçün istifadə edilirdi. Parkın idarəsi Mədəniyyət və Turizm Nazirliyinin balansında idi, daha sonra Mənzil-Kommunal Təsərrüfatı Istehsalat Birliyinə keçmişdir. Atraksionlar parkın balansında idi, hal-hazırda da eyni qaydada mövcuddur. Parkın sahibkar tərəfindən müqavilə bağlanılaraq istifadə edilməsi barədə məlumat verilmişdir ki, bundan sonra icazə verilmişdir. Digər atraksionlar parkın balansında qalmışdır. Attraksion satılarkən parkın, park isə Mənzil-Kommunal Təsərrüfatı Istehsalat Birliyinin balansında idi alqı-satqısı Mənzil-Kommunal Təsərrüfatı Istehsalat Birliyinin adından həyata keçirilmişdir. Atraksion satılıb, pul isə parkın balansına keçmişdir. Bu puldan parkın abadlaşdırılması üçün, kommunal xərclərin ödənilməsinə, gülçiçəklərin alınmasına sərf edilmişdir. Vəzifəyə təyin olunan zaman inventarizasiya aparılmışdır. “Şən Təpəciklər” atraksionu texniki cəhətdən nasaz vəziyyətdə idi. Daha sonra parkın büdcəsindən istifadə etməklə atraksionlar təmir edilmişdir.
11. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Vəfa Şirəliyeva) iddia tələbi rədd edilmişdir.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı irəli sürdüyü iddia tələbinə münasibətdə məhkəmə müdafiəsi hüququna malik olsa da, həmin tələb buna cavab verməli olan şəxsə qarşı yönəldilmədiyindən təmin edilə bilməz. Tələb olunan əmlak Mənzil-Kommunal Təsərrüfatı Istehsalat Birliyininin deyil, parkın keçmiş müdiri X4 olması iş materialları ilə müəyyən edilir, əsl cavabdeh X4r, iddiaçıya ilk cavabdehin əsl cavabdeh ilə əvəz olunması təklif olunsa da, iddiaçı bundan imtina etmişdir. Iddianın əsaslılığı məsələsinə gəldikdə isə iddiaya cavab verməli olan subyektə qarşı tələb irəli sürüldüyü təqdirdə məhkəmə iddianın təmin olunmasına dair müvafiq qərar verə bilər.
13. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 152.1, 152.5, 157.4, 181.1, 181.2, 324.1, 324.2, 324.4, 324.5, 324.6, 337.1, 337.2, 337.3, 337.4 və 357-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsində icraat
14. Iddiaçı İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti iddia ərizəsi ilə analoji məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, mübahisə predmeti olan attraksionu atası və şahid1 ortaq şəkildə işlətmişlər. Atası vəfat edəndən sonra bu işlərlə daha çox şahid1 məşğul olmuşdur. Torpaq sahəsi Nəsimi adına X13 balansındadır. Həmin torpaq sahəsinin icarəyə götürülməsi ilə bağlı may ayında icarə müqaviləsi bağlanmışdır. Daha sonra avqust ayında cavabdeh təşkilatın nümayəndələri attraksiona yaxınlaşaraq icarə müqaviləsinə xitam verildiyini və onların oradan çıxmalarını bildirmişdir. Halbuki, onlar tərəfindən cavabdeh quruma daimi ödənişlər edilmişdir. Qanunsuz istifadənin qadağan olunması ilə bağlı Sumqayıt Inzibati Məhkəməsinə müraciət etmişdirlər. Torpağı deyil, atraksionu mübahisələndirdikləri üçün Sumqayıt Inzibati Məhkəməsində öhdəlik qoyulması kimi məsələdən söhbət getməyəcəyi qərarına gəlinmiş və bundan sonra yerli məhkəməyə müraciət etmişdir. Mübahisəli attraksion 2016-cı il tarixdə alınmışdır. 2016-cı ildən sonra “Şən Təpəciklər” attraksionunun təhlükə potensialı olduğu üçün Fövqəladə Hallar Nazirliyi X7 Görülməsi və X6 Agentliyindən attraksionun idarə edilməsi ilə bağlı çıxarış əldə etmişdir. Iddia tələbi ilə məhkəməyə müraciət etməmişdən əvvəl attraksionun dayandırılması ilə bağlı müvəqqəti təminat tədbiri ilə bağlı məhkəməyə müraciət etmişdir. Ərizə təmin edilməmiş, ərizədən apellyasiya şikayəti vermişdir. Apellyasiya məhkəməsi isə şahid1 subyektiv hüququ olmadığını bildirmişdir. Mübahisəli atrraksion 1984-cü il tarixdə verilmişdir. X16 mülkiyyətində olmamışdır. Qarşı tərəfin təqdim etdiyi sənəddə 2005-ci il tarixdə daxil olan attraksion qeyd olunmuş, lakin həmin attraksionun adı qeyd edilməmişdir. Alğı-satqının həyata keçirilməsi ilə bağlı qəbzləri vardır. Əgər attraksion Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs məxsusdursa, bu halda həmin şəxs məhkəməyə müraciət edə bilər. Sözügedən çıxarışlardan biri onun atasına verilmişdir. Atası vəfat etdikdən sonra isə çıxarış şahid1 adına verilmişdir. Alğı-satqı iddiaçının atası ilə olmuşdur. Iddiaçı bu işlərlə məşğul olmamışdır. Obyekti şahid1 istifadə etməsinə icazə verilməsi ilə üçün vərəsəliklə bağlı sənədlər Fövqəladə Hallar Nazirliyinə təqdim edilmişdir. Bundan başqa sözügedən qətnamədə göstərilmişdir ki, məhkəmə tərəfindən ona cavabdehin əsl cavabdehlə əvəz edilməsi təklif edilmiş, lakin o, cavabdehin Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs olması ilə razılaşmamış və onu cavabdeh qismində qoymaq niyyətinin olmadığını bildirmişdir. Lakin ona Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs cavabdeh qismində işə cəlb edilməsi təklif edilməmişdir. Belə ki, həmin attrakasionun ərazisi Sumqayıt Şəhər Icra Hakimiyyətinin yanında Mənzil-Kommunal Təsərrüfatı Istehsalat birliyi balansındadır və həmin ərazidən də cavabdeh orqan tərəfindən çıxarılmışdır. Attraksionu həmin ərazidən götürməyə imkan verməyən Sumqayıt Şəhər Icra Hakimiyyətinin yanında Mənzil-Kommunal Təsərrüfatı Istehsalat birliyidir.
16. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli ## ###### 2026-cı il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli, qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər – Fuad Məmmədov (sədrlik edən və məruzəçi), Səyyad Qafari və Almaz Süleymanova).
17. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, bilavasitə əşyanı tələb edən iddiaçının hazırkı tələbi ona cavab verməli olan şəxsə qarşı yönəldilmədiyindən təmin edilə bilməz. Iddianın əsaslılığı məsələsinə gəldikdə isə iddiaya cavab verməli olan subyektə qarşı tələb irəli sürüldüyü təqdirdə məhkəmə müvafiq qərar verə bilər.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
18. Iddiaçı (vəkil Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin mahiyyəti üzrə baxılması üçün yenidən Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
19. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayəti ilə analoji məzmunda əsaslandırılmışdır.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
21. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
22. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
23. Maddə 152.3. Istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Istifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
24. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
25. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
26. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.
27. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
28. Maddə 188.1. Daşınar əşyaya mülkiyyət hüququnun əldə edənə verilməsi üçün mülkiyyətçi əşyaya sahibliyi həqiqi hüquq əsasında ona verməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
32. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
33. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
34. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
35. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
38. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
39. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
Kassasiya baxışının hədləri
40. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
41. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
43. Iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri iddia ərizəsində, apellyasiya şikayətində və işə aşağı instansiya məhkəmələrində baxılan zaman qeyd edilmiş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
44. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPMin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
45. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı: Iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli iş üzrə ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.