Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1344/2026 28.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): əsassız varlanma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(*-**)-**/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə ## #### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları
1. Cavabdeh 2023-cü ilin müxtəlif vaxtlarında İddiaçı biznes qurmaq və əldə ediləcək gəlirdən ona da verəcəyi adı ilə 55000 manat məbləğində pul vəsaiti almış, lakin iş alınmadığına görə 10000 manat pulu qaytarmış, qalan 45000 manatı bir ay ərzində qaytaracağını ##.##.2024-cü il tarixli iltizamla öhdəsinə götürmüşdür. Iltizam Cavabdeh tərəfindən imzalanmamışdır.
2. ## ###### 2024-cü il tarixli videoçəkilişə əsasən, Cavabdeh İddiaçı 45000 manat pul borclu olduğunu və hər ayın axırı ona 4000-5000 manat ödəyəcəyinə söz verdiyini bildirmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
3. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 45000 manat borc və dövlət rüsumu üçün ödədiyi 225 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ona Bakı şəhərində restoranlarda müğənnilik etdiyini, musiqi və səhnə avadanlıqlarının alqı-satqısı ilə məşğul olduğunu bildirmişdir. Cavabdehlə onu ortaq tanışları X1 tanış etmişdir. Cavabdeh biznes qurmaq adı ilə ondan ## ###### 2023-cü il tarixdən # ####### 2023-cü il tarixə kimi ayrı-ayrı vaxtlarda 55000 manat almış, lakin heç bir qazanc vermədiyini gördükdə pulunu geri qaytarmasını tələb etmişdir. Cavabdeh pulun 10000 manatını hissə-hissə qaytarmış, indiyədək 45000 manat borcu qalmışdır. Hər dəfə pulunu tələb etdikdə müxtəlif bəhanələr gətirərək və pulu aldığını etiraf edərək hissə-hissə qaytaracağını bildirmişdir. Cavabdeh öz təşəbbüsü ilə ## ###### 2024-cü ildə borcunun olduğunu video görüntü vasitəsilə etiraf etmiş, hər ayın axırı həmin borcundan 4-5 min manat qaytaracağını öhdəsinə götürmüşdür. Cavabdeh verdiyi vəddən sonra heç bir pul qaytamadığını gördükdə təkrar onunla əlaqə saxlamışdır. O da borcunun olmasını etiraf edərək qaytaracağını təkrar söz vermiş və onun yanında etibar qazanmaq üçün öz aralarında ## #### 2024-cü ildə borcunun etirafı barədə əlyazma ilə cavabdeh və o, iltizam yazmışdır. Dəfələrlə cavabdeh barəsində polis orqanlarına şikayət etmiş, Bakı şəhəri Nizami Rayon Polis Idarəsinin Istintaq şöbəsində şikayəti araşdırılmış, cavabdehin izahatı alınmış, həmin izahatında ona borclu olduğunu etiraf etmişdir. Araşdırma nəticəsində cavabdehin əməlində cinayət tərkibi olmadığı nəticəsinə gəlinərək haqqında Bakı şəhəri Nizami RPI-nin Istintaq Şöbəsinin müstəntiqinin ## ###### 2024-cü il tarixli cinayət işinin başlanılması rədd edilmiş, mübahisə mülki xarakterli olduğundan məhkəməyə iddia ərizəsilə müraciət etməyi ona izah olunmuşdur.
5. Ağsu Rayon Məhkəməsinin # ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir (hakim Anar Əsgərov).
6. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehin iddiaçıya 45000 manat məbləğində pul borclu olması iş materiallarına əlavə edilmiş video çəkilişlə və iltizamla öz təsdiqini tapmışdır.
7. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1, 1091.2, 1092.1 və 1092.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsində icraat
8. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir.
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tələbini məhkəmədə ətraflı açıqlamamış və 55000 manat pulun nə zaman və harada verilməsi barədə aydınlıq gətirməmişdir. Məhkəmə tərəfindən cavabdehin borcunun məbləğinin dəqiqləşdirilməsi üçün iddiaçının polis orqanlarında verdiyi izahatı nəzərə alınmalı idi. Belə ki, iddiaçı izahatında göstərmişdir ki, ilk olaraq 1700 manat vermişdir və əvəzində 1900 manat ona qaytarılmışdır. Bundan sonra iddiaçı ##.##.2023-cü il tarixdə 8000 manat və 500 manat cavabdehə vermişdir. Həmin 8500 manatın əvəzinə cavabdeh ona 10000 manat qaytarmışdır. Daha sonra iddiaçı 27000 manat və ##.##.2025-ciil tarixində 6000 manat məbləğində pul cavabdehə vermişdir. Iddiaçı ##.##.2023-cü il tarixində 3000 manat və 2500 manat pulu cavabdehin bank hesabına köçürmüşdür. Cavabdeh ##.##.2023-cü il tarixində iddiaçının “Leobank” kart hesabına 3000 manat köçürmüşdür. Bundan sonra oktyabr ayında iddiaçı 15000 manat və 1300 manat məbləğində pulu cavabdehə vermişdir. Cavabdeh 2023cü ilin dekabr ayında iddiaçının “Leobank” kart hesabına 8400 manat məbləğində pul köçürmüşdür. Beləliklə, iddiaçı İddiaçı öz izahatına əsasən verdiyi pul 65000 (1700+8500+27000+6000+3000+2500+15000+1300) manat təşkil edir. Cavabdeh Cavabdeh tərəfindən iddiaçıya qaytarılan pul 23300 (1900+10000+3000+8400) manat təşkil edir. Iddiaçı İddiaçı polis orqanlarında verilmiş izahatına əsaslanılsa belə borcun məbləği 65000-23300=41700 manat təşkil edir. Lakin məhkəmədə iddiaçı daha yüksək məbləği tələb etmişdir. Cavabdeh isə polis bölməsində 20980 manat məbləğində borcun qalması barədə izahat vermişdir. Polis orqanlarında düzgün izahat vermiş cavabdeh başqa yerdə digər məbləği göstərməsi məntiqə uyğun deyildir. Beləliklə, birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən sübütları nəzərə almamışdır. Məhkəmə qətnaməsini əsaslandırarkən istinad etdiyi maddi hüquq normalarını yanlış təvsir edərək mübahisəyə tətbiq etmişdir.
10. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(*-**)-**/**** nömrəli ## ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakimlər – Elman Isayev (sədrlik edən və məruzəçi), Elçin Mehdiyev və Taleh Musayev) apellyasiya şikayəti təmin edilməmiş, Ağsu Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh Cavabdeh iddiaçı İddiaçı 45000 manat məbləğində pul almasının nə qanuni, nə də müqavilə əsası olmamışdır. Ona görə də, iddiaçı 45000 manat məbləğində pul vəsaitini cavabdeh Cavabdeh geri tələb etməyə haqlıdır. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
12. Cavabdeh (vəkil nümayəndə2) kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsinin *(*-**)-**/**** saylı ## ###### 2026-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələblərinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
13. Kassasiya şikayəti apellyasiya şikayəti ilə analoji məzmunda əsaslandırılmışdır.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
15. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
16. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
17. Maddə 1092.1. varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə də şamil edilir.
18. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
22. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
23. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
24. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
25. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
26. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
27. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
28. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
29. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
Kassasiya baxışının hədləri
30. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
31. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
33. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətində və işə aşağı instansiya məhkəmələrində baxılan zaman qeyd edilmiş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
34. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPMin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
35. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(*-**)-**/**** nömrəli iş üzrə ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.