Məhkəmə qərarları › İş №2(1-8)-1388/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1388/2026

24.06.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1388/2026 24.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Əqdin mübahisələndirilməsi; öhdəliklər; sübutetmə yükü; pul tələbi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi hakim), Şamayev Elşad Yaquboviç və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının # ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Tərəflər arasında müxtəlif tarixlərdə yazılı iltizam formasında borc müqavilələri bağlanılmış, müqavilələrə əsasən cavabdeh iddiaçıdan müxtəlif məbləğlərdə borc pul götürərək həmin pul məbləğlərini ödəməyi öhdəsinə götürmüşdür.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

2. Iddiaçı İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdeh Cavabdeh 73355 (yetmiş üç min üç yüz əlli beş) manat pul məbləğinin, hüquqi yardımın göstərilməsi ilə əlaqədar Xırdalan Vəkil Bürosuna ödədiyi 300 (üç yüz) manat pul vəsaitinin və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 310 (üç yüz on manat) manat məbləğində dövlət rüsumunun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Iddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh Cavabdeh 3 il əvvəl bir qonaqlıqda tanış olmuş, onunla tanış olduqdan sonra dostluq münasibətləri yaranmışdır. Sonra müntəzəm olaraq çay evlərində, kafe və restoranlarda görüşmüşlər. Aralarında olan dostluq münasibətləri o qədər möhkəmlənmişdir ki, ailəlikcə bir-birinin evinə gedib gəlməyə başlamışlar. O, istifadə edilmiş avtomobillərin alqı-satqısı ilə məşğul olmuşdur. Saray qəsəbəsində bir avtosalon işlədirdi. Görüşlərin birində cavabdeh onun nə qədər pul qazanmağı ilə maraqlanmış, real vəziyyəti ona danışanda o, özünün məşğul olduğu, işlədiyi sahədə kifayət qədər qazancın olduğunu bildirmiş və əgər pul qoyarsa birlikdə yaxşı qazanc əldə edəcəklərini demişdir. Onun dediyi yaxşı təklifləri bəyənmiş və əvvəl 5000 AZN, bir müddət keçdikdən sonra əlavə olaraq 10000 AZN ona pul vermişdir. Aralarında belə bir razılıq da olmuşdur ki, əldə edilmiş qazanc verdiyi pula uyğun olaraq bölünəcək. Birgə gördükləri işdən əvvəl verilmiş pulu, sonra isə qazancı böləcəklərini söz versə də ümumiyyətlə heç nə qaytarmamışdır. Cavabdeh yaxın dostu olmasına, ailəlikcə dəfələrlə onun onlarda olmağına görə həm etibar etmiş, həm də inanmışdır. Cavabdeh isə son iki il ərzində müxtəlif bəhanələr ilə aldadaraq və etibarından sui-istifadə edərək ondan pul alıb qaytarmamağı qarşısına məqsəd qoymuşdur. Elə həmin ərəfədə cavabdeh onun satmaq üçün aldığı Land Rover markalı avtomobilini tanıdğı adamlara satmağı və pulunu ona verməyi xahiş etmişdir. Ona guya pullarını qaytarmadığına görə təzyiqlər edildiyi, məcburiyyət qarşısında ona ağız açdığını demişdir. Cavabdehin ona borcu olduğuna görə əlavə olaraq pul vermək istəməmiş. Amma o, təkid etmişdir ki, guya onu öldürəcəklər və s. ailəlikcə yaxın olmağını və ona həddən artıq inamına görə özünə məxsus olan Land Rover markalı avtomobili satıb 21300 AZN ona pul vermişdir ki, borcunu bağlaya bilsin. Amma sonra ona məlum olmuşdur ki, ona heç kim hədə qorxu gəlməmişdir. Əsas məqsədi aldatmaqla pulunu ələ keçirmək olmuşdur. O həmin avtomobilin pulundan 10900 AZNi ödəsə də qalanını -10400 manatı maddi imkanı olmadığı bəhanəsinə görə ödəməmişdir. ## #### 2023-cü il tarixdə cavabdeh Cavabdeh ona özünün ipoteka ilə aldığı Sumqayıt şəhəri 9cu MKR Sərvər Bədəlbəyli küçəsində inşa edilmiş 2-ci bina, 1- ci blok 13-cü mərtəbə, *** nömrəli 2 otaqlı mənzili satmaq istədiyini bildirmişdir. O, cavabdehə verilmiş ipoteka şərtləri altında mənzili almaq istədiyini bildirmişdir. Aralarında ilkin ödəniş kimi 21000 manat ödəniş edəcəyini, ayda isə 848.82 manat qrafik üzrə ödəniş edəcəyi barədə razılığa gəlmişlər. Həyat yoldaşı Məhərrəmova Nurdanə Iltizam qızı Sumqayıt * saylı Notariat ofisinə gedərək Sumqayıt şəhəri 9-cu MKR Sərvər Bədəlbəyli küçəsində inşa edilmiş 2-ci bina, 1-ci blok 13-cü mərtəbə, *** nömrəli 2 otaqlı mənzili satmasına razılıq bildirilən ərizəyə imza etmişlər. Onlar razılıq ərizəsini və evin sənədlərini də götürüb Abşeron Kristal ASC-nin ofisinə getmişlər. Orada rəsmiləşdirmə üçün onlardan 3000 AZN pul tələb etmişlər. O qədər pul həmin vaxt olmadığına görə onlar belə qərara almışlar ki, hələlik cavabdeh Cavabdeh adında qalsın və o ödənişləri davam etdirsin. ## #### 2023-cü il tarixdən ## ### 2024-cü il tarixədək 13555 manat Azərbaycan Beynəlxalq Bankın hesabına Sumqayıt şəhəri 9-cu MKR Sərvər Bədəlbəyli küçəsində inşa edilmiş 2-ci bina, 1-ci blok 13-cü mərtəbə, *** nömrəli 2 otaqlı mənzilə görə ödəniş etmişdir. 2024-cü ilin uyun ayında cavabdeh həmin mənzili başqa adama satmasını bildirmişdir. O, aralarında olan razılaşmanı, evin ona məxsus olmasının vacibliyini bildirdikdə isə özünə pul lazım olduğu üçün satdığını bildirmişdir. Bundan başqa 2024-cü ilin iyun ayında cavabdeh ona zəng edərək Xaçmaz rayonunda olan torpaq sahəsinin əlindən çıxacağını bildirmiş, təcili pul tapıb verməyini, əks halda meyvə bağlarının əlindən çıxacağını demişdir. O eyni zamanda ona meyvə bağlarının yaxşı qazanc gətirdiyini, ona da onu şərik etmək istədyini, amma əvvəlcə həmin daşınmaz əmlakın əlindən çıxmaması üçün pul tapıb verməyini bildirmişdir. Onun yalan sözlərinə və şirin vədinə bu dəfə də aldanmış və dostu Vüqarın yanında 8400 manat pul vermişdir. Cavabdeh nə həmin pulu qaytarmış, nə də həmin torpaq sahəsinə şərik etmişdir. 2023-cü ilin avqust ayında A4 formalı kağızlar almaq və onu birlikdə satılması ilə bağlı bir biznesə girmişlər. Kağızları almaqda məqsədləri ondan ibarət olmuşdur ki, iki aya onların qalxmasını proqnozlaşdırmışlar, daha doğrusu cavabdeh kağız, kserokopiya sahəsində işlədiyinə görə demişdir. Ümimilikdə 31500 AZN pul vermişlər. Onu satdıqdan sonra 5000 manatlıq A4 kağızı qalmışdır. Cavabdeh həmin kağızları şəhərin bir neçə yerində surətçıxarma işi ilə məğul olma səbəbindən özü götürmüşdür. 5000 AZN-i iki aya qaytaracağına söz vermişdir. Lakin digər yaranmış sözləri və vədləri kimi bu da yalan olmuşdur. Son iki il ərizində dəfələrlə aldatsa da həmişə ona etibar etmiş və inanmışdır. Ümumulikdə cavabdeh Cavabdeh aldadaraq aldığı pulu, Land Rover markalı avtomobilini satdırıb pulu verdiyinə, torpaq sahəsinin əldən çıxmaması üçün verdiyi 7300 AZN və Sumqayıt şəhəri 9-cu MKR Sərvər Bədəlbəyli küçəsində inşa edilmiş 2-ci bina, 1-ci blok 13-cü mərtəbə, *** nömrəli 2 otaqlı mənzilə görə ödədiyi 73000 manat pul borclu qalmışdır. Sonrakı müddətdə dəfələrlə pulların qaytarılmasını xahiş etsə də ödəmək istəməmişdir. Ona görə məhkəmə yolu ilə pulun tələb etməyi qərara almışdır.

4. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, cavabdehdən iddia ərizəsidə göstətilən aldığı pulları ödəməmişdir. Ev üçün onu tərəfində hər ay ödənilməli olan pul məbləğini maddi sıxıntıları olduğuna görə bir neçə ay banka ödəniş edə bilməmişdir. Lakin sonradan həmin pulları da ödəmişdir. Təxminən 12-13 ay ərzində evə görə hər ay 850 manat ödəmişdir. Borclar barədə silinən (üzərindən xətt çəkilən) yazılı iltizamlar ödənilən məbləğdir. Lakin kağız biznesindən qalan 5000 manat borcu cavabdeh ödəməmişdir, həmin borc barədə yazılı iltizamın üzərindən nə üçün xətt çəkdiyini bilmir. Cavabdehlə aralarında faiz məsələsi olmamış, ona faizə pul verməmiş, almamış, aralarında biznes şərikliyi olmuşdur. Cavabdeh ona verilən 15000 manat puldan heç bir ödəniş etməmişdir. Avtomobili satıb 21300 manat pul cavabdehə verilib, bu barədə cavabdehin özünün yazdığı qəbz var. Həmin puldan 10900 manat ödəniş edib, 10400 manat borclu qalıb. cavabdeh kserekopiya işi ilə, A4 kağızlarının satışı ilə məşğul olur. Ona da A4 kağız satışı təklif etmiş, o öz pulundan 31500 manat vermiş, kağızları cavabdehin evinə yerləşdirmişlər, bunu təsdiq edəcək şahidləri də var. Ondan başqa, bir dostunu da bu işə cəlb etmiş, kağızları sataraq qazancını özü xərcləmişdir. O, 31500 manat pulu özü qoyub qazanc əldə etmək məqsədilə kağız almışdır. Cavabdeh A4 kağızlarını onun pulu ilə alınmasına baxmayaraq kağızları satıb mənimsəmişdir. Cavabdehin hazırda A4 kağızlarından qalan borcu 5000 manatdır. Cavabdeh ondan öz məqsədləri üçün istifadə etmişdir. Cavabdehə 10000 manat verdiyi puldan əldə etdiyi qazancları vermiş, 5000 manat da əlavə verdiyi puldan qazanc ödəyəcək idi. Başqa şəxsə də A4 kağızı satılıb, onun pulu da cavabdehə verilmişdir, Nəsrəddin adlı şəxs idi. Cavabdeh həmin pulu Xaçmaz rayonundakı evlərinə yatırım etmişdir. Nəsrəddin Əliyevin bu barədə xəbəri olduqdan sonra cavabdehdən pulunu tələb etmişdir. Nəsrəddinin pulunu qaytarmaq üçün ona məxsus “Range Rover” markalı avtomobilini satıb, 21300 manat pulu cavabdehə borc kimi vermişdir. Avtomobilin pulundan 10400 manat borclu qalmışdır. Cavabdehin 4 evi olmuş, demişdir ki, satıb A4 kağızı alacaq, kağızın qiyməti 6 manatdan baha olacaq. Onu bu fikrindən yayındırmaq istəmiş, uşaqları olduğunu bildirmiş, lakin fikrini dəyişməmişdir. Evin ikisini satmışdır. Həmçinin, təklif etmişdir ki, evi ona satsın, evi 21000 manata satmış, həmin evdə özü kirayə qalmaq istəmiş, o da razılaşmışdır. O, 12-13 ay evin pulunu ödəmişdir. Cavabdehin kredit borcları olduğundan maddi vəziyyəti çətin olmuş, qaldığı, yəni onun aldığı evin işıq borcunu ödəmədiyi üçün işığını kəsmişlər. Onun əvəzinə 3-4 min manat işıq borcunu o ödəmişdir. Cavabdeh evi əşyaları ilə birlikdə satmış, soyuducunu da sonradan vermişdir. Evin aylıq ödənişlərini etmiş, 12-13 ay Azərbaycan Beynəlxalq Banka ödəmiş, 2023-cü ildən 2024-cü ilə qədər bankomatdan ödəmişdir. Hər ay 850 manat ödəmiş, ödəniş edəndə Təbriz də yanında olmuşdur. Rayondan torpaq almışlar, cavabdeh yenə də ona müraciət etmiş, Təbrizə demişdir ki, artıq borcla çox yüklənmişdir, əlavə borc yaranmasın, xahiş etmişdir ki, ona çox kömək etmişdir, razılaşmışdır, 8400 manat pul vermiş, pulu cavabdehə verməyə başqa bir dostu ilə getmişdir. Cavabdehin başqa şəxslərə də borcları olmuş, həmin şəxslərin hərəsi bir yolla borclarını geri almışlar. O isə cavabdehə inanmışdır. A4 kağız satışından qazanc əldə etməmişlər. 8400 manat pulu əvvəldən Təbirzə sayıb vermiş, torpaq satan adam pulu Təbrizdən almışdır.

5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə edərək bildirmişdir ki, cavabdeh artıq neçənci dəfədir ki, müxtəlif bəhanələr göstərərək məhkəmə iclaslarında iştirak etmir, hesab edir ki, onun iştirakı olmadan məhkəmə iclası keçirilməlidir. Cavabdeh özü əvvəlki məhkəmə iclasında iştirak edərkən borclu olduğu məbləğləri etiraf etmişdir. Cavabdeh iddiaçıya ödənişlər etməsi barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Evə görə olan borca aid hissədə şahid ifadələri və yazılı iitizamla təsdiq olunmuşdur ki, iddiaçı cavabdehə 21000 manat ödəmişdir. Torpaq üçün iddiaçı tərəfindən cavabdehə 8400 manat pul verilmişdir. Cavabdehin sms yazışmalarda göstərdiyi məbləğlər kağız biznesinə aid ödənilən məbləğlərdir və iddiaçı özü də etiraf edir ki, həmin pullar kağız biznesi ilə əlaqədar cavabdehin ona etdiyi ödənişlərdir və o iddia tələbindən həmin pulları cavabdehdən tələb etməmişdir. Iddianın təmin edilməsini xahiş edir. kağız alverində qeydləri var, cavabdeh satdıqca pulu ödəmişdir. Iddiaçı 30000 manat pul vermiş, birgə biznesləri olmuşdur. Cavabdehin təqdim etdiyi “WhatsApp” yazışmaları ancaq kağızlara görə olan borca aiddir, digər borclara aid deyil. 30000 manat puldan, kağız satışından 5000 manat borc qalıb, həmin pulu tələb edirlər. Bu hadisələrin hamısı 2 il ərzində baş verib. Cavabdeh pulu aldıqdan sonra iflasa uğramışdır, borcu qaytarmaq imkanı olmamışdır. Cavabdeh borca verilmiş 15000 manatdan heç bir ödəniş etməmişdir.

6. Cavabdeh iddia tələbinə qarşı etiraz ərizəsində göstərmişdir ki, onun iddiaçıya borcu yoxdur. Iddiaçı onun 73355 manat borcunun olduğunu göstərmişdir. Iddiaçıya görə həmin borc məbləği aşağıdakılardan ibarətdir. 1. Land Rover markalı avtomaşına görə 10400 manat, 2. Xaçmaz rayonunda olan torpaq sahəsinə görə 7300 manat, 3. Sumqayıt şəhəri, 9-cu mikrorayon, Sərvər Bədəlbəyli küçəsi, 2-ci bina, ev 104 №- li evdə 2 otağa görə 73000 manat,

4. A4 formalı kağıza görə 5000 manat. Iddiaçının iddia etdiyi A4 formalı kağızlara görə pul tələbinə cavab olaraq bildirir ki, iddiaçı ilə şərikli işləmişdir. Şifahi razılaşmaya görə qazanılan qazanc və ziyan bərabər bölünüb. Bu səbəbdən də o A4 kağızlarına görə yaranan zərərə cavabdehlik daşımır və bu hissədə iddia tələbini rədd edir. Həmçinin bildirir ki, “Land Rover” markalı avtomaşına görə və Xaçmaz rayonunda yerləşən torpaq sahəsinə görə iddiaçıya olan borcları onun kart hesabına və nəğd şəkildə ödəmişdir. Sumqayıt şəhəri, 9-cu mikrorayon ünvanında olan 2 otaqlı mənzil mülkiyyət hüququ ilə ona məxsus olub, iddiaçıya heç bir aidiyyatı yoxdur. Həmçinin onun iddiaçı ilə birgə qazanc götürmək məqsədilə A4 formalı kağızlar almaq və onları satmaq barədə razılıqları olmuşdur. Həmin fəaliyyət nəticəsində əldə edilən gəlir bərabər bölünmüş, xərcləri hər ikisinə aid olmuşdur. Bu barədə iddiaçının 5000 manat pul tələbi tam əsassızdır. Bir daha bildirir ki, birgə fəaliyyətlə əlaqədar gəlirlər və xərcləri iddiaçı və cavabdeh arasında bərabər şəkildə bölünmüşdür. Eyni zamanda bildirir ki, iddiaçı iddia etdiyi 73355 manat borcun təsdiqi barədə hər hansı bir sənədi iddia ərizəsinə əlavə etməmişdir. Halbuki Mülki Prosessual Məcəlləyə görə iddiaçı iddia tələbini sübut etməlidir. Iddiaçı borcu təsdiq edən hər hansı bir yazılı sənədi məhkəməyə təqdim etməmişdir. Həmçinin yuxarıda qeyd etdiyi kimi avtomaşına və torpaq sahəsinə görə borcu iddiaçıya ödəmişdir. Iddiaçı məhkəməyə təqdim etdiyi əlyazmalarını öz dəst-xətti ilə yazaraq göstərmişdir ki, cavabdehin avtomaşına görə ona 6000 manat borcu qalmışdır. Həmçinin iddiaçı göstərmişdir ki, cavabdeh ondan ##.##.2024-cii il tarixinə qədər qaytarmaq şərtilə 5000 manat borca pul almışdır. Iddiaçının etiraf etdiyi həmin 6000 (altı min) manatı və 5000 (beş min) manatı onun kart hesabına və əlbəəl nəğd şəkildə ödəmişdir. Qeyd edilən məbləğlərdən başqa onun iddiaçıya borcu olmamışdır və həmin borcu yuxarıda qeyd etdiyi kimi ona ödəmişdir. Bundan əlavə məhkəmənin nəzərinə çatdırır ki, o, iddiaçı İddiaçı xxxx 4724997590095737 və digər kart hesablarına ayrı-ayrı vaxtlarda pul köçürmüşdür. Hesab edir ki, “xxxx”xxxx” ASC, “xxxx” ASC və digər banklara sorğu verilərsə onun iddiaçıya ona ödəniş etdiyi təsdiq olunar. O, cümlədən iddiaçının özü ayrı-ayrı günlərdə ümumilikdə 15800 (on beş min səkkiz yüz) manatı işlədiyi yerdən gəlib götürmüşdür. Bunu şahidlər də sübut edə bilər.

7. Məhkəmə iclasında cavabdeh göstərmişdir ki, iddianı qismən qəbul edir. Iddiaçı ilə aralarında 3 ilə yaxın dostluq münasibətləri olmuşdur. Iddiaçı ona pulu faizlə verib, 3 ilə yaxın faizlə iddiaçıya hissə-hissə olmaqla pul vermişdir. Sumqayıt şəhərindəki evini, avtomobilini satıb iddiaçıya vermişdir. Ümumilikdə 10000 manat iddiaçıya borcu qalmışdır. Iddiaçıya pulu əlbəəl vermiş, kartına pul köçürmüşdür. Iddiaçı mağazaya gəlib pulu ondan almışdır. Iddiaçıdan nağd şəkildə 15000 manat pul alımışdır. Avtomobilə görə ona 21300 manat yox, 15000 manat pul verilib, 11000 manata yaxın pulu qaytarmış, 3000-4000 manat borcu qalmışdır. Ev üçün 15000 manat pul almış, iddiaçı 6000 manat köhnə borcdan onun üzərinə gələrək 21000 manat hesablamışdır. Iddiaçı ev üçün 11 aya yaxın hər ay 840 manat ödəniş edib, həmin pulu qaytarmışdır. 8400 manat meyvəyə görə almış, borcu qaytarmışdır. Kağıza görə borcu qalmamış, 2000 manat ziyan olmuş, ziyanı da özü qarşılamışdır.

8. Məhkəmə iclasında şahid şahid1 ifadəsində göstərmişdir ki, tərəflərlə düşmənçiliyi və ya ədavəti yoxdur. 2023-cü ildə onun yanında Orxan evə görə 21000 manat pul sayıb Təbrizə vermişdir, onlar dost olmuşlar. Razılaşma olmuşdur ki, 42 ay ərzində hər ay 850 manat olmaqla Orxan ödəniş edəcək idi, müqavilə əsasında ev Təbrizdən alınmışdır. Bir dəfə Orxan onun yanında evəin aylıq borcuna görə 4000 manat ödəniş etmişdir. Təbriz onun özündən də dəfələrlə borc alıb. Təbriz onların yanında demişdir ki, qaldığı evin işıq pulu ödəmədiyi üçün işığı kəsiblər, 3 ay ardıcıl ödəniş etməmişdir. Buna görə də Təbrizə Orxan bir dəfəyə böyük məbləğdə ödəniş etmişdir. Orxanın övladı yoxdur. Təbriz Orxanın zəif yeri kimi bundan istifadə edərək Orxana demişdir ki, onun uşağı olsa Orxana verəcək. Işi olmayıb evinin bazarlığına pul toplayıb vermişlər, hər hansı bir çətinliyinə görə pul lazım olubsa Təbrizə köməklik etmişlər. Borc verdikləri pulları sonradan onlara qaytarmışdır. Təbrizə verilən 21000 manat pul 100 manat və 50 manatlar olmaqla verilmişdir. 4300 manat pul “Azərbaycan Beynəlxalq Bankı”n terminalından evə görə ödəniş olmuş, pulu Orxan ödəmiş, lakin qəbzdə Təbrizin adından qeyd olunmuşdur.

9. Məhkəmə iclasında şahid şahid3 ifadəsində göstərmişdir ki, tərəflərlə düşmənçiliyi və ya ədavəti yoxdur. Torpağın alınmasında iştirak etmiş, Siyəzən rayonunda Orxan onun yanında Təbrizə 8400 manat pulu vermiş, pul yüzlük əskinazlarla verilib, pul onun yanında sayılmışdır. Təbrizin avtomobilində əyləşmişlər. Təbrizi əvvəldən tanımış, ortaq dostları vasitəsilə tanış olmuşlar. Təbrizin ona da borcu olmuşdur. “Range Rover” markalı avtomobili də Bakı şəhərində bir yerdə satmışlar, təxminən 31000 manata satılmışdır. Onlar Sumqayıtdan 3 nəfər gəlmişlər, Siyəzənə çatarkən Orxan pulu sayıb Təbrizə vermiş, torpağı satan adam gələndən sonra Təbriz 8400 manat pulu həmin adama vermişdir.

10. Məhkəmə iclasında şahid şahid2 ifadəsində göstərmişdir ki, avtomobilin satılmasında iştirak etmiş, Orxanın atası ilə yaxın münasibətləri var. Avtomobili satanda sənəd işində iştirak etmişdir. Təbriz Orxan və o olmuşdur. 21300 manat pulu alıb Təbrizə vermişdir, “Range Rover” markalı avtomobilin alqı-satqısı olmuşdur. Təbriz pulu ayın sonuna kimi qaytaracağını vəd etmiş, qaytarmamışdır. Avtomobili o satıb pulu almışdır.

11. Xaçmaz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdeh Cavabdeh 68455 manat məbləğində pul, hüquqi yardıma görə ödənilmiş 300 manat pul və ödənilmiş dövlət rüsumunun 295.36 manat hissəsinin alınaraq iddiaçı İddiaçı verilməsi, ödənilmiş dövlət rüsumunun qalan hissəsinin iddiaçıya aid edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir (Hakim Aynur Əliyeva).

12. Birinci instansiya məhkəməsi hüquqi mövqeyinin əsaslandırılması baxımından ilk növbədə müəyyən etmişdir ki, tərəflər arasında mövcud olan mübahisəli hüquq münasibətləri 2023-2024-cü ilin müxtəlif vaxtlarında (##.##.2023, ##.##.2023, ##.##.2024 və s) yarandığından bu münasibətlərə müvafiq olaraq, Azərbaycan Respublikasının hər iki (2023-cü il #######ın #-dək qüvvədə olan və 2023-cü il #######ın #-dən qüvvədə etibarən) Mülki Məcəlləsinin maddi hüquq normaları tətbiq olunmalıdır.

13. Məhkəmə işin faktiki halları baxımından müəyyən etmişdir ki, iddiaçı iddia tələbində cavabdehin ona ümumilikdə 73355 manat məbləğdə borcunun olduğunu bildirsə də, təqdim etdilmiş sənədlər və tərəflərin izahatı ilə cavabdehin iddiaçıya ümumilikdə 68455 manat məbləğdə borcunun olduğu müəyyən edilmişdir. Belə ki, yazılı iltizamlara əsasən, iddiaçı cavabdehə ##.##.2023-cü il tarixdə 10000 AZN, ##.##.2023-cü il tarixdə 21000 AZN (evlə əlaqədar), ##.##.2024-cü il tarixdə 5000 AZN, ##.##.2024-cü il tarixdə 21300 AZN (avtomobilin satışından əldə olunan) məbləğdə pul vermiş, həmçinin, ödəniş qəbzləri və cavabdehin etirafı ilə müəyyən edildi ki, tərəflər arasında iddiaçıya satılması razılaşdırılmış evin aylıq ödənişləri olaraq iddiaçı tərəfindən banka ümumilikdə 13655 AZN ödənilmiş, əlavə olaraq, iddiaçı cavabdehə meyvə biznesi ilə əlaqədar cavabdehin də etiraf etdiyi 8400 AZN məbləğdə pul vermişdir. Qeyd olunan məbləğlərdən iddiaçının etirafına görə özünə məxsus avtomobilin satışından əldə olunaraq cavabdehə verilmiş puldan (21300 manatdan) 10900 AZN məbləğdə pul cavabdeh tərəfindən ona qaytarılmışdır.

14. Məhkəmə həmçinin müəyyən etmişdir ki, məhkəmənin hazırlıq iclasında cavabdeh iddiaçıdan borc olaraq 15000 manat aldığını etiraf etmiş, lakin həmin pulu qaytardığını bildirsə də, məhkəməyə bu faktı təsdiq edən hər hansı sübut təqdim etməmişdir, Belə olan halda məhkəmə hesab edir ki, iddia bu hissədə təmin edilməlidir. Məhkəmə həmçinin müəyyən etmişdir ki, bundan başqa, cavabdeh iddiaçının satdığı avtomobilin pulundan ona cəmi 15000 manat məbləğdə pul verildiyini və həmin puldan 3000- 400015.manat məbləğdə borucunun qaldığını bildirsə də, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş yazılı iltizamda cavabdeh avtomobilin satışından əldə olunan 21300 manat məbləğdə pulu iddiaçıdan aldığını qeyd etmişdir. Həmçinin, cavabdeh həmin pulu qaytardığını bildirsə də, məhkəməyə bu faktı təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qeyd olunan borcun qaytarılmasına münasibətdə, iddiaçının 10900 manat məbləğdə pulun qaytarılmasına dair etirafı sübut kimi qiymətləndirilməli və iddia bu hissədə də təmin edilməlidir.

16. Məhkəmə həmçinin müəyyən etmişdir ki, bundan başqa, cavabdeh ona məxsus evin satılması ilə əlaqədar iddiaçıdan cəmi 15000 manat pul aldığını bildirsə də, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş yazılı iltizamda cavabdeh satılması razılaşdırılmış evin müqabilində 21000 manat məbləğdə pulu iddiaçıdan aldığını qeyd etmişdir. Cavabdeh həmçinin, həmin evin ipoteka ödənişi ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş aylıq pulları iddiaçıya qaytardığını bildirsə də, məhkəməyə bu faktı təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia bu hissədə də təmin edilməlidir.

17. Məhkəmə həmçinin müəyyən etmişdir ki, bundan başqa, cavabdeh meyvə biznesi ilə əlaqədar iddiaçıdan aldığı 8400 manat məbləğdə pulu qaytardığını bildirsə də, məhkəməyə bu faktı təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia bu hissədə təmin edilməlidir.

18. Məhkəmə həmçinin müəyyən etmişdir ki, bundan başqa, iddiaçı kağız biznesi ilə əlaqədar cavabdehin ona 5000 manat borcunun qaldığını bildirsə də, məhkəməyə təqdim etdiyi yazılı iltizamın üzərindən xətt çəkildiyi müəyyən edilmiş, iddiaçı izahatında üzərindən xətt çəkilən (silinən) iltizamlara dair borcların ödənildiyini bildirmişdir. Cavabdeh isə iddiaçıdan kağız biznesi ilə əlaqədar aldığı pulu qaytardığını və borcunun qalmadığını bildirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tərəflər arasındakı kağız biznesi ilə əlaqədar cavabdehin iddiaçıya 5000 manat borcunun qalmasını təsdiq edən başqa hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən iddia bu hissədə təmin edilməməlidir.

19. Məhkəmə qeyd etmişdir ki, cavabdeh tərəfindən məhkəməyə göndərilən və iddiaçı ilə “sms” yazışlmaları əks etdirən fotoşəkillər natamam olduğundan qaytarılan ümumilikdə 14870 manat məbləğdə pulun hansı borcla əlaqədar olduğunu müəyyən etmək mümkün olmamışdır. Iddiaçı isə həmin “sms” yazışmaların kağız biznesi ilə əlaqədar olduğunu, qaytarılan pulların həmin borca aid olduğunu və iddia tələbində qeyd olunan məbləğləri mübahisələndirmədiyini bildirmişdir. Cavabdeh məhkəmənin növbəti hazırlıq iclasları və baxış iclaslarında iştirak etmədiyindən qeyd olunan halın aydınlaşdırılması və çəkişmə prinsipinin tam təmin edilməsi mümkün olmamışdır.

20. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 427, 442, 448, 739 və 740-cı; Mülki Prosessual Məcəlləsinin 14.2, 76, 77.1, 88, 106.3, 119.1 və 217-ci maddələrinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

21. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin 10.000 manat hissədə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən iddia tələbini tam araşdırmamışdır. Belə ki, iddiaçı cavabdehdən ümumilikdə 73355 manat pul tələb etmişdir. Cavabdeh iddianı qəbul etməsə də, məhkəmə iş materiallarında olan iltizamlarda mövcud olan məbləğləri ümumi hesablayaraq iddiaçının özünün qəbul etdiyi cavabdeh tərəfindən ödənilmiş olan 10900 manat məbləği həmin məbləğdən çıxaraq qalan hissədə iddianı təmin etmişdir. Məhkəmə işə bir tərəfli baxmış iş üzrə obyektiv araşdırma aparmamışdır. Məhkəmə qətnamə qəbul edərkən sübutlara obyektiv qiymət verməmişdir. Belə ki, işdə mövcud olan iltizamların mötəbər sübut olub-olmamasını araşdırmamış, cavabdehin borcunu etiraf etməməsini nəzərə almayaraq iş üzrə ekspertiza təyin etmədən qərar qəbul etmişdir. Iltizamı qiymətləndirərkən belə birtərəfli qərar vermiş, iddiaçının tələbinə münasibətdə iltizamları “mübahisəsiz” hal kimi qiymətləndirmiş, cavadehə münasibətdə isə iddiaçının etiraf etməsinə baxmayaraq telefon yazışmalarını tam qiymətləndirməyin mümkün olmadığını bidlirmişdir. Belə ki, cavabdeh məhkəməyə 14870 manat məbləğin ödənməsinə dair “sms” yazışmalarını təqdim etsə də, məhkəmə bunun hansı borcla bağlı olduğunu müəyyən etməyin imkansız olduğunu bidlrimişdir. Digər tərəfdən isə cavabdehə məxsus mənzil üçün ödənilmiş 13655 manat məbləğin heç bir əsaslı sübut təqdim edilməsə belə iddiaçıya aid olduğu qənaətinə gəlmişdir. Məhkəmə bir tərəfdən iddiaçının kağız biznesi ilə məşğul olması ilə bağlı 5000 manat borc verilməsinə dair iddiasını qəbul etmir. Digər tərəfdən isə cavabdeh tərəfindən ödənilmiş 14870 manat pulun kağız biznesi ilə əlaqədar ödənişlər olduğunu qəbul edir. Yəni məhkəmə özü ilə ziddiyyətə düşür. Cavabdeh ilə iddiaçı arasında tərtib edilmiş digər iltizamda maşınla bağlı cavabdehin 6000 manat borcunun qalmasına dair iltizam olsa da, məhkəmə yenə qeyriobyektiv yanaşaraq maşın satışından qalmış borcun 10400 manat olmasını irəli sürür. Bütün bunlar məhkəmənin işə birtərəfli yanaşmasının göstəricisidir. Halbuki, o, iş üzrə ümumi borcunun 10000 manat olmasını bildirmişdir. Iddia da yalnız bu hissədə təmin edilməli idi. Xaçmaz Rayon Məhkəməsi qətmamə qəbul edərkən AR MMnin 739-cü maddəsinə istinad etmişdir. Həmin maddəyə əsasən 3000 manat məbləğindən çox borca görə fiziki şəxslər arasında müqavilə mütləq yazılı şəkildə olmalıdır. Bu imperativ normadır. Fiziki şəxslər arasında bu normaya əsaslanan borc müqaviləsi yoxdursa, o zaman bu münasibətlərə borc münasibətlərinə dair müddaları tətbiq etmək olmaz. Bu baxımdan qətnamə ləğv edilməlidir. Mülki porosessual qanunvericiliyin tələblərinə əsasən qətnamə qəbul edilərkən məhkəmələr qüvvədə olan maddi hüquq normalarına uyğun qətnamə qəbul etməlidirlər. Xaçmaz Rayon Məhkəməsində işə baxılarkən məhkəmə iş üzrə mövcud olan halları ətraflı araşdırmamışdır. Iş üzrə dəlillərə təktərəfli baxmış, sübutlara iddiaçının mənafeyi istiqamətində qiymət vermiş və iddianı qismən təmin etmişdir. Məhkəmə özünün iddianın təmin edilməsini əsaslandırdığı iltizamda cavabdehin leyhinə olan ödənişləri nəzərə almamışdır. Bundan başqa cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sms yazışmalarına iddiaçının bildirdiyi əsassız yanaşma üzrə qiymət vermiş və ödənilmiş 14870 manat ödənişi nəzərə almamışdır.

23. Cavabdehin nümayəndəsi və vəkili vəkil1 ##.##.2026-cı il tarixdə elektron kabinet vasitəsi ilə apellyasiya şikayətinə əlavə göndərərək göstərmişdir ki, məhkəmə qətnaməsində 14870 manat ödəniş olmasını bildirsə də və bunun kağız satışından əldə edilən gəlirə aid olduğunu qeyd etsə də, ##.##.2025-ci il tarixli məhkəmə baxış iclasında iddiaçı kağız satışından gəlir əldə etmədiklərini bildirir. Elə həmin məhkəmə baxışı iclasında iddiaçı və onun nümayəndəsi məhkəməyə sübut kimi təqdim edilmiş həmin yazışmanı mübahisələndirmir və nəticə etibari ilə həmin ödənişlər nəzərə alınmalı idi. Ancaq məhkəmə bu məbləği nəzərə almamışdır. Məhkəmə həmin məbləğin qazancdan əldə edilən məbləğ kimi qiymətləndirmiş və nəticədə ödənilmiş məbləğ düzgün hesablanmamışdır. Iş üzrə ikinci müəmmalı xüsus odur ki, iddiaçı ## #### 2023-cü ildə cavabdehə 21000 manat pul verərək mənzili aldığını və etibarnamə üzrə sənədləşməni həyata keçirirərkən yüksək məbləğ tələb edildiyini və bu baxımdan mənzili rəsmiləşdirmədiklərini bildirsə də əl yazısına dair sübut ##.##.2023-cü ildə tərtib edilmişdir. Bundan əlavə etibarnamə və müvafiq razılaşma ərizəsi 30 oktyabr tarixinə aiddir. Ancaq işdə mövcud olan və prosessual qanunvericiliyin tələbləri pozularaq işə əlavə edilmiş ödəniş qəbzlərindən iyul, avqust, sentyabr aylarına dair ödənişlər olmuşdir. Iddiaçı keçmiş tarixə necə ödəniş etmişdir!? Halbuki, bu mümkün deyil. Məhkəmə həmin sənədləri düzgün tədqiq etməmiş və səhv nəticəyə gəlmişdir. Əslində ümumiyyətlə həmin məbləğ tərəfə verilməmiş faizə götürdüyü məbləğə dair ödənişlərə görə borc ödənilsə həmin mənzilin geri qaytarılması qərarlaşdırılmışdır. Yəni cavabdeh əvvəl aldığı 15000 və 21300 manat məbləği geri qaytarmasa mənzil iddiaçıya verilməli idi. Cavabdeh ümumi olaraq iddiaçıdan 21300 və 15000 manat pul borca almışdır. Həmin məbləğin 14870 manatın qaytarılmasına dair işdə iddiaçı tərəfindən cavabdehə göndərilmiş sosial media yazışmaları vardır. 10900 manat məbləğin qaytarılmasını isə iddiaçı iddia ərizəsində etiraf edir. Cavabdeh Xaçmaz Rayon Məhkəmısində verdiyi izahatında onun təxmini 10000 manata yaxın borcunun olmasını etiraf etmişdir. 363000 manat alınmış borca görə ümumi olaraq 25770 manat ödəniş etmiş (14870+10900) və nəticə etibari ilə cavabdehin 10570 manat borcu qalmışdır. Cavabdeh bu müddət ərzində 14870 manat ödəniş etdiyinə görə mənzili başqa şəxsə satmışdır. Çünki aralarındakı razılaşma bu şəkildə olmuşdur. Iddia ərizəsində göstərilən 8400 manat verilməsi iddiası isə ümumiyyətlə əsassızdır. Belə ki, həmin iddia tələbi heç bir sübutla öz əksini tapmır. Hər xırda ödənişi rəsmiləşdirən iddiaçı nədənsə 8400 manata dair heç bir yazılı sənəd almamışdır. Birinci instansiya məhkəməsində işə baxılarkən həmin ödənişin olunduğuna dair yalnız bir şahiddən izahat alınmışdır. Həmin şahidə verilən suallar isə yönləndiriici və primitiv suallar olmuşdur. Nəticə etibari ilə həmin hissəyə dair heç bir əsaslı sübut mövcud deyildir. Yəni o hissədə iddia tələbi sübut edilmir. Apellyasiya şikayətinin təmin olunması və iddia tələbinin rədd edilmısi barədə qətnamə qəbul edilməsi xahiş olunur.

24. Iddiaçı apellyasiya şikayətinin qəbul etməyərək şikayətin təmin olunmamasını məhkəmədən xahiş etmişdir.

25. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qətnamsəinin dəyişdirilmədən saxlanılması qət edilmişdir (Hakim Almaz Məhərrəm qızı Süleymanovanın sədrliyi və məruzəsi, Hakimlər X1 və X2 ibarət tərkibdə).

26. Birinci instansiya məhkəməsinin mübahisəyə dair hüquqi mövqeyinin bütün yönləri ilə razılaşan məhkəmə kollegiyası öz mövqeyinə həmçinin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qanunvericiliyin verdiyi bütün mümkün imkanlardan istifadə etməklə işi tam, hərtərəfli və obyektiv araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.

27. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qətnamənin ləğvi və ya dəyişdirilməsi, şikayətin təmin olunması üçün əsaslı sayıla bilməz.

28. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 385, 386.1, 442, və 739-cu; Mülki Prossesual Məcəlləsinin 14.2, 77.1, 88, 372, 384 və 402-ci maddələrinə istinadla əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

29. Cavabdeh həmin qətnamədən kassasiya şikayəti verərək (vəkil vəkil1) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

30. Kassasiya şikayəti iddia ərizəsinin dəlillərinə qarşı verilmiş etirazın həmçinin apellyasiya şikayətinin dəlilləri ilə oxşarlıq təşkil etmiş və əlavə olaraq bildirilmişdir ki, məhkəmələrin imperativ qanun tələbini kənara qoyaraq 8400 manat məbləğində borcun verilməsini mütləq yazılı sübut olmadan, sadəcə şahid ifadəsi ilə sübuta yetirilmiş hesab etməsi Ali Məhkəmənin formalaşdırdığı vahid məhkəmə təcrübəsinə və qanunun birbaşa tələbinə ziddir. Məhkəmə qətnaməsində 14870 manat ödəniş olmasını bildirsə də və bunun kağız satışından əldə edilən gəlirə aid olduğunu qeyd etsə də ##.##.2025-ci il tarixli məhkəmə baxış iclasında iddiaçı kağız satışından gəlir əldə etmədiklərini bildirir. Elə həmin məhkəmə baxışı iclasında iddiaçı və onun nümayəndəsi məhkəməyə sübut kimi təqdim edilmiş həmin yazışmanı mübahisələndirmir və nəticə etibari ilə həmin ödənişlər nəzərə alınmalı idi. Ancaq məhkəmə bu məbləği nəzərə almamışdır. Məhkəmə həmin məbləğin qazancdan əldə edilən məbləğ kimi qiymətləndirmiş və nəticədə ödənilmiş məbləğ düzgün hesablanmamışdır. Iş üzrə ikinci müəmmalı xüsus odur ki, iddiaçı ## #### 2023-cü ildə cavabdehə 21000 manat pul verərək mənzili aldığını və etibarnamə üzrə sənədləşməni həyata keçirirərkən yüksək məbləğ tələb edildiyini və bu baxımdan mənzili rəsmiləşdirmədiklərini bildirsə də əl yazısına dair sübut ##.##.2023-cü ildə tərtib edilmişdir. Bundan əlavə etibarnamə və müvafiq razılaşma ərizəsi 30 oktyabr tarixinə aiddir. Ancaq işdə mövcud olan və prosessual qanunvericiliyin tələbləri pozularaq işə əlavə edilmiş ödəniş qəbzlərindən iyul, avqust, sentyabr aylarına dair ödənişlər olmuşdir. Iddiaçı keçmiş tarixə ödənişlər edə bilməzdi və bu mümkün deyildi. Məhkəmə həmin sənədləri düzgün tədqiq etməmiş və səhv nəticəyə gəlmişdir. Əslində ümumiyyətlə həmin məbləğ tərəfə verilməmiş faizə götürdüyü məbləğə dair ödənişlərə görə borc ödənilsə həmin mənzilin geri qaytarılması qərarlaşdırılmışdır. Yəni cavabdeh əvvəl aldığı 15000 və 21300 manat məbləği geri qaytarmasa mənzil iddiaçıya verilməli idi. Cavabdeh ümumi olaraq iddiaçıdan 21300 və 15000 manat pul borca almışdır. Həmin məbləğin 14870 manatın qaytarılmasına dair işdə iddiaçı tərəfindən cavabdehə göndərilmiş sosial media yazışmaları vardır. 10900 manat məbləğin qaytarılmasını isə iddiaçı iddia ərizəsində etiraf edir. Cavabdeh Xaçmaz Rayon Məhkəmısində verdiyi izahatında onun təxmini 10000 manata yaxın botcunun olmasını etiraf etmişdir. 36300 manat alınmış borca görə ümumi olaraq 25770 manat ödənmiş etmiş (14870+10900) və nəticə etibari ilə cavabdhein 10570 manat borcu qalmışdır. Cavabdeh bu müddət ərzində 14870 manat ödəniş etdiyinə görə mənzili başqa şəxsə satmışdır. Çünki aralarındakı razılaşma bu şəkildə olmuşdur. Iddia ərizəsində göstərilən 8400 manat verilməsi iddiası isə ümumiyyətlə əsassızdır. Belə ki, həmin iddia tələbi heç bir sübutla öz əksini tapmır. Hər xırda ödənişi rəsmiləşdirən iddiaçı nədənsə 8400 manata dair heç bir yazılı sənəd almamışdır. Birinci instansiya məhkəməsində işə baxılarkən həmin ödənişin olunduğuna dair yalnız bir şahiddən izahat alınmışdır. Həmin şahidə verilən suallar isə yönləndiriici və primitiv suallar olmuşdur. Nəticə etibari ilə həmin hissəyə dair heç bir əsaslı sübut mövcud deyildir. Yəni o hissədə iddia tələbi sübut edilmir. Məhkəmə, cavabdehin iddiaçıya ev üçün edilən ipoteka ödənişlərini (13655 AZN) borc kimi qəbul etmişdir. Halbuki, məhkəmə iddiaçının ## #### 2023-cü ildə mənzillə bağlı cavabdehə ilkin 21000 manat verdiyini əsas götürsə də, işə təqdim edilən əlyazma sübutu iddia edilən tarixdən aylar sonra - ##.##.2023-cü ildə, etibarnamə və razılaşma ərizəsi isə 30 oktyabr tarixində tərtib edilmişdir. Bundan başqa cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sms yazışmalarını iddiaçının bildirdiyi əsassız yanaşma üzrə qiymət vermiş və ödənilmiş 14870 manat ödənişi nəzərə almamışdır. Cavabdeh tərəfindən iddiaçıya müxtəlif vaxtlarda ümumilikdə 14.870 manat məbləğində pulun ödənilməsini birmənalı təsdiq edən "sms" yazışmaları və bank köçürmələri barədə sübutlar məhkəməyə təqdim edilmişdir. Apellyasiya instansiyası məhkəməsi həmin yazışmaları "tamamlanmamış" hesab edərək və pulun hansı borcla əlaqədar olduğunu müəyyən etməyin mümkünsüzlüyünü bəhanə gətirərək həmin 14.870 manatlıq real ödənişi borcdan çıxmamışdır. Halbuki, ##.##.2025-ci il tarixli birinci instansiya məhkəmə iclasında iddiaçı və onun nümayəndəsi bu yazışmaları mübahisələndirməmiş və "A4 kağız satışı biznesindən" gəlir əldə etmədiklərini bəyan etmişdirlər. Iddiaçının kağız biznesinə dair 5000 manatlıq tələbi məhkəmə tərəfindən rədd edildiyi (iltizamın üstündən xətt çəkildiyi) halda, cavabdehin etdiyi 14.870 manatlıq real ödənişin havada saxlanılması və cavabdehin leyhinə hesablanmaması AR MPM-nin 217.3cü (Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun olmalıdır) maddəsinin kobud pozuntusudur.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Iddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraz ərizəsi məhkəmənin elektron idarəetmə sisteminə daxil olmuşdur. Ərizədə kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

32. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

33. .Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.

34. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.

35. .Maddə 324.5. Iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

36. Maddə 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır.

37. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

38. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

39. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

40. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

41. Maddə 339.4. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə təsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır.

42. Maddə 354.2. Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.

43. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

44. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

45. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

46. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.

47. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

48. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

49. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

50. Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.

51. Maddə 882.5. Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

52. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

53. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

54. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

55. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

56. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

57. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Kassasiya baxışının hədləri

58. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

59. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

60. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

61. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmədiyi, maddi hüquq normalarının düzgün tətbiq edilmədiyi və prosessual hüquq normalarının tələblərinin pozulduğu barədə dəlilləri əsassızdır.

62. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

63. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

64. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.Ibrahimovun şikayəti üzrə ## ##### 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

65. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

66. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

67. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

68. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası,

qərara aldı

Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, # ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar