Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1429/2026 04.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): ər-arvadın birgə mülkiyyəti (nikah dövründə ümumi vəsait hesabına əlavə edilmiş əşyalar) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı “pul” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)- ****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə # ###### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları
1. X1 ilə X8 ## ##### 2019-cu il tarixdə rəsmi nikah münasibətinə girməklə ailə qurmuşlar. Onların ## ######## 2020-ci il tarixdə X6 adlı bir övladı olmuşdur.
2. “Toyota Rav4”markalı **-KJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ##.##.2020ci il tarixdən ##.##.2024-cü il tarixədək X1 mülkiyyətində olmuşdur.
3. X9 # ### 2024-cü il tarixli etibarnamə əsasında X1 məxsus “Toyota Rav-4” markalı **- KJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 12000 manata X2.
4. X1 Orxan Zahid oğlu tərəfindən verilmiş ## ### 2024-cü il tarixli nəqliyyat vasitəsinə sərəncam hüququ verən etibarnamə əsasında sonuncunun mülkiyyətində olan “Kia Soul” minik markalı ** ST *** dövlət qeydiyyat nişanlı avtomobili ##.##.2024-ü il tarixdə almışdır.
5. X1 # #### 2024-cü il tarixdə vəfat etmişdir.
6. Iddiaçının qaynatası, iş üzrə cavabdeh cavabdeh1 ##.##.2024-cü il tarixdə “Kia Soul” minik markalı ** ST *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin birinci sahibi, yəni X7 müraciət edərək ondan yeni etibarnamə almaqla avtomobili iddiaçının qaynanası, iş üzrə digər cavabdeh cavabdeh2 mülkiyyətinə keçirmişdir.
7. Iddiaçının qaynanası, iş üzrə cavabdeh cavabdeh2 “Kia Soul” minik markalı ** ST *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini ##.##.2024-cü il tarixli alqı-satqı müqaviləsi əsasında X12. Müqavilədə avtomobilin satış qiymətinin oxunması mümkün olmamışdır.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. Iddiaçı İddiaçı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, **-ST-*** dövlət qeydiyyat nişanlı “Kia Soul” minik markalı avtomobilinin onun mərhum əri X1 ilə ümumi birgə mülkiyyəti hesab edilməklə, mərhum X1 4 nəfər birinci növbə vərəsələri olması nəzərə alınmaqla, ondan miras qalmış **-ST-*** dövlət qeydiyyat nişanlı “Kia Soul” minik markalı avtomobilinin cavabdeh cavabdeh2 tərəfindən X12 əldə olunmuş vəsaitdən birinci növbə vərəsə kimi ona və onun 10 sentaybr 2020-ci il təvəllüdlü övladı X6 dörddə üç (1/2+1/8+1/8=3/4) hissə pay hesabına cavabdehlər cavabdeh1 və cavabdeh2 müştərək qaydada 15000 manat pulun, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 120 manat məbləğində pul vəsaitinin alınıb iddiaçıya verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Iddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına uyğun əsaslandırılmaqla qeyd edilmişdir ki, iddiaçının mərhum əri ”ZIĞ” Gəmi Təmiri və Tikinti Zavodunun üzən tərsanə bölməsində növbə elektromexaniki peşəsində uzun illər çalışmış və aldığı əmək haqqı yüksək olmuşdur. Iddiaçı mərhum ərinin valideynləri ilə birgə yaşamış, mütəmadi olaraq cavabdehlər, yəni qaynanası cavabdeh2 və qaynatası cavabdeh1 tərəfindən müxtəlif psixoloji təsirlərə, təzyiqlərə məruz qalmışdır. Övladının ölümündən 3 gün sonra iş üzrə cavabdeh - iddiaçının qaynatası cavabdeh1 iddiaçının xəbəri olmadan, onun mərhum əri ilə birgə nikah dövründə qazandıqları vəsait hesabına əldə etdikləri “Kia Soul” minik markalı ** ST *** dövlət qeydiyyat nişanlı avtomobilin birinci sahibi, yəni X7 müraciət edərək ondan ##.##.2024-cü il tarixdə yeni etibarnaməni almaqla avtomobili qaynanası, iş üzrə digər cavabdeh cavabdeh2 mülkiyyətinə keçirmişdir. ##.##.2024-cü il tarixdə cavabdehlər iddiaçının xəbəri və razılığı olmadan sonuncunun mərhum əri ilə birgə nikah dövründə əldə etdikləri avtomobili alqı-satqı yolu ilə X12, əldə etdikləri pulu öz şəxsi məqsədləri üçün xərcləmişlər. Daxili Işlər Nazirliyinin Baş Dövlət Yol Polisi Idarəsi ##.##.2024-cü il tarixli 3-13- 16/2.******/**** saylı məktubunda qeyd edilmişdir ki, normativ hüquqi sənədlərin tələblərinə görə (Nazirlər Kabinetinin ## #### 1999-cu il tarixli ** nömrəli qərarı) nəqliyyat vasitəsinin qeydiyyat hərəkətlərinin aparılmasına əsas olmuş sənədlərin (alqı-satqı müqaviləsi və s.) surətini almağa yalnız təhqiqat, istintaq, məhkəmə orqanlarının hüququ vardır. Buna görə də, “Kia Soul” minik markalı ** ST *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsini əldə etmək etmək və nəqliyyat vasitəsinin hansı qiymətə satılmasını müəyyən etmək mümkün olmamışdır. Internet məlumatlarına əsasən “Kia Soul” minik markalı ** ST *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin dəyəri 2024-cü ilin bazar qiymətlərinə müvafiq olaraq 20000 manat dəyərində müəyyən edilmişdir.
10. “xxxx” MMC tərəfindən verilən mütəxəssis rəyi ilə “Kia Soul” minik markalı, **- ST-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin 2024-cü il üçün real bazar qiyməti tələblətəklifin qarşılıqlı təsiri nəticəsində orta hesabla nəzəri qaydada təxminən 16800 manat müəyyən edilmişdir.
11. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, # ######## 2025-ci il tarixli qətnaməsi ilə (hakim Ilkin Əliyev) iddianın qismən təmin edilməsi, cavabdeh cavabdeh2 12600 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı İddiaçı ödənilməsi, iddia tələbinin təmin edilmiş hissəsinə münasibətdə 100,8 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.
12. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının ##.##.2024-cü il tarixdə vəfat etmiş əri X1 iddiaçı ilə birgə nikah dövründə əldə edilmiş “Toyota Rav 4” minik markalı avtomobilini ##.##.2024-cü il tarixdə X9. Avtomobilin etibarnamə əsasında məhz həmin şəxsə satılmış olması sonradan həmin avtomobilin X9 etibarnamə əsasında digər şəxsə özgəninkiləşdirməsindən məlum olur. “Toyota Rav 4” minik markalı avtomobilin hansı qiymətə satılması müəyyən edilməsə də, iş materiallarında olan ər-arvad arasındakı yazışmalardan bundan sonra yeni avtomobil alınmasının planlaşdırıldığı aşkardır. Bundan 7 gün sonra, yəni ##.##.2024-cü il tarixdə iddiaçının mərhum əri X7 etibarnamə əsasında “Kia Soul” minik markalı avtomobili almışdır. Avtomobilin məhz alqı-satqı niyyəti ilə Orxan Şahbazova verilməsi, sonradan satıcı X7 mərhumun atası cavabdeh1 ##.##.2024-cü il tarixdə nəqliyyat vasitəsinə dair sərəncam verilməsi barədə etibarnamə verilməsindən müəyyən olunur. Yəni satıcı Gülalıyev Orxan “Kia Soul” markalı avtomobili satmaq niyyəti ilə mərhum Şahbazov Orxana etibarnamə verməmiş olsaydı, sonradan mərhumun atasına nəqliyyat vasitəsinə dair sərəncam verilməsi barədə etibarnamə verməyinin heç bir məntiqli izahı olmazdı.
13. Bundan başqa həmin nəqliyyat vasitəsinin məhz mərhumun istifadə və sahibliyində olması işin mübahisəsiz halıdır, eyni zamanda həmin avtomobilin alınması üçün ödənilən vəsaitin ər-arvadın ümumi birgə mülkiyyəti hesab edilməsi üçün qanuni prezumpsiya da mövcuddur. Belə ki, onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər ər-arvadın ümumi birgə mülkiyyəti hesab edilir. Bunun əksini iddia edən cavabdeh isə hər hansı sübut təqdim etməmişdir. Belə ki, cavabdeh həmin avtomobilin alınması üçün pulun onun tərəfindən mərhum oğluna verildiyini, məhz avtomobilin onun üçün alındığını, bundan əvvəlki “Toyota Rav 4” markalı avtomobilin də onun tərəfindən alındığını, həmin avtomobilin satılmasından əldə olunan vəsaitin iddiaçı tərəfindən götürüldüyünü bildirsə də, bu barədə hər hansı mötəbər sübut təqdim etməmişdir.
14. Bununla belə, cavabdehlər “Kia Soul” minik markalı avtomobilin onlara məxsus olmadığını bilə-bilə, təmsilçinin şəxsən özü barədə əqd bağlaya bilməməsi barədə məhdudiyyəti nəzərə almadan ər-arvadın ümumi birgə gəlirləri hesabına alınmış avtomobili öz adına keçirtməklə özgəninkiləşdirmiş və iddiaçıya hər hansı məbləğ verilməmişdir. Halbuki, həmin avtomobil ər-arvadın ümumi birgə gəlirləri hesabına əldə edilmişdir, dolayısı ilə iddiaçının həm birgə mülkiyyətçi kimi, həm də qanun üzrə vərəsə kimi həmin əmlakın satışından əldə olunan vəsaitə mülkiyyət hüququ olmuşdur. Hansı ki, işin mübahisəsiz hallarından biri də odur ki, mərhum X1 qanun üzrə birinci növbədən 4 (atası, anası, oğlu, arvadı) vərəsəsi vardır.
15. Məhkəmə hesab etmişdir ki, iddiaçının “Kia Soul” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə olunan vəsaitə həm birgə mülkiyyətçi kimi ½ hüququ, həm də digər ½ hissədə qanun üzrə vərəsə olaraq özünün və digər vərəsə yetkinlik yaşına çatmayan X6 qanuni nümayəndəsi kimi vərəsəlik hüququ tanınmalı və avtomobilin satışından əldə olunan vəsaitin ¾ (1/2+1/8+1/8) hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Avomobilin satış qiyməti ##.##.2024-cü il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi ilə müəyyən edilmədiyindən və adətən Dövlət Yol Polisi Idarəsində alqı-satqı qiymətləri formal olaraq göstərildiyindən, məhkəmə tərəfindən mütəxəssis rəyi alınmış və nəqliyyat vasitəsinin satış tarixinə olan bazar qiymətinin 16800 manat olduğu müəyyən edilmişdir. Beləliklə həmin məbləğ 12600 (16800x3/4) təşkil edir. Eyni zamanda avtomobilin satıcısı cavabdeh cavabdeh2 olduğundan və avtomobilin satışından əldə olunan vəsait onun sərəncamına verildiyindən iddiaçının xeyrinə tutulmalı olan məbləğ də məhz ondan alınmalı, iddia digər cavabdehə münasibətdə əsassız hesab edilməlidir.
16. Məhkəmə gəldiyi nəticəni Ailə Məcəlləsinin 32.1, 32.2.1, 32.2.2, 36.1, 36.3, 36.4, 37.1, Mülki Məcəllənin 225.1, 225.2, 1151.1, 1159.1, 1162, “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli № */**** qərarına, Mülki Prosessual Məcəllənin 14.2, 106.1, 119.1 və 216- 220-ci maddələrinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsində icraat
17. Cavabdeh cavabdeh2 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayəti ounun əsaslandırılmışdır ki, iş üzrə şahidlərinin olmasını məhkəməyə bildirsə də, əhəmiyyət verilməmiş, şahidləri dindirilməmişdir. Yəni məhrum oğlunun istifadəsinə verdikləri “Toyota Rav-4” markalı **-KJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi cavabdehlərin vəsaiti hesabına alınmış, birlikdə eyni evdə yaşadıqlarına görə ailəyə xidmət üçün nəzərdə tutulmuşdur. Mübahisə predmeti olan “Kia Soul” markalı, **- ST-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi X7 əvvəlcə X1 ## ### 2024-cü il tarixdə nəqliyyat vasitəsinə sərəncam hüququ verən etibarnamə vermiş, sonradan isə nəqliyyat vasitəsinin sahibi ## #### 2024-cü il tarixində cavabdeh1 nəqliyyat vasitəsinə sərəncam hüququ verən etibarnamə yazmışdır. Göründüyü nəqliyyat vasitəsinin mülkiyyətçisi X7 həm mərhum X1, həm də cavabdeh1 əvvəldən tanımış və sonradan ona da sərəncam hüququ ilə etibarnamə verməsinin səbəbi mübahisə predmeti olan nəqliyyat vasitəsinin alınmasında iştirak etməsi, həmçinin də ödənişin cavabdeh1 tərəfindən edilməsi olmuşdur. Bundan sonra “Kia Soul” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi X7 ilə cavabdeh2 arasında ## #### 2024-cü il tarixdə alğı-satqı müqaviləsi bağlanmış, avtomobil sonuncunun adına rəsmiləşdirilməklə, mülkiyyətə dair qeydiyyat şəhadətnaməsi verilmişdir. Məhkəmə araşdırması zamanı qonşuların təsdiq etdikləri aktı, mərhum oğlunun işlədiyi müddətdə aldığı əmək haqqı barədə arayışı məhkəməyə təqdim edə bilməmiş, həmçinin də iş üzrə şahidlərinin dindirilməsi mümkün olmamışdır.
19. Məhkəmə iclasında iştirak edən cavabdeh cavabdeh2 və onun nümayəndəsivəkili qonşuları X4 və X3 iş üzrə şahid qismində dindirilməsini xahiş etmiş və bildirmişlər ki, şahidlər iddiaçının və ərinin onlarla birgə yaşadıqlarını, avtomobilin ailəyə məxsus olmasını təsdiq edə bilərlər.
20. Lakin şahidlər avtomobilin alınması üçün maliyyə mənbəyi barədə məlumatsız olduqlarından vəsatət təmin edilməmişdir.
21. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi ilə (hakimlər - Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Səməd Rəşidov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli iş üzrə ## ######## 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
22. Apellyasiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehlərin oğlu ilə nikaha daxil olmuşdur. Birgə nikah müddətində “Toyota Rav 4” markalı avtomobil alınmış, sonradan həmin avtomobil satılaraq əvəzinə “Kia Soul” markalı avtomobil baş etibarnamə əsasında əldə edilmişdir. Iddiaçının əri-cavabdehlərin oğlu öldükdən bir neçə gün sonra cavabdeh cavabdeh1 mülkiyyətçidən öz adına baş etibarnamə almış, həmin etibarnamə əsasında avtomobili cavabdeh cavabdeh2 adına özgəninkiləşdirmiş, sonuncu da öz növbəsində avtomobili alqı-satqı müqaviləsi əsasında başqa şəxsə satmaqla pul əldə etmişdir. Hazırda iddiaçı həmin məğbləğdən vərəsə kimi öz payını tələb edir. Apellyator cavabdeh isə hər iki avtomobilin iddiaçının deyil, cavabdehlərin vəsaiti hesabına əldə edildiyini qeyd edərək, iddiaçıya düşən payı ödəməkdən imtina edir.
23. Işin mübahisəsiz hallarından biri də odur ki, mərhum X1 qanun üzrə birinci növbədən dörd (atası, anası, oğlu, arvadı) vərəsəsi vardır.
24. “xxxx” MMC tərəfindən verilmiş mütəxəssis rəyinə görə avtomobilin 2024-cü il üçün real bazar qiyməti 16800 manat müəyyən edilmişdir.
25. Iddiaçı və onun əri birgə təsərrüfat nəticəsində əldə edilmiş daşınar əşyanın satılmasından əldə olunmuş gəlirə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, 16800 manatın ½ hissəsi iddiaçının öz payı, digər ½ payı isə bütün vərəsələr arasında bölünməlidir.
26. Belə olduqda avtomobilin dəyərinin yarısı hər biri vərəsəyə münasibətdə 2100 manat müəyyən edilməlidir (8400:4).
27. Bundan əlavə iddiaçı vərəsə - yetkinlik yaşına çatmayan X6 qanuni nümayəndəsi kimi avtomobilin satışından əldə olunan vəsaitin 2100 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
28. Avtomobilin satıcısı cavabdeh cavabdeh2 olduğundan və avtomobilin satışından əldə olunan vəsait onun sərəncamına verildiyindən iddiaçının xeyrinə tutmaqda birinci instansiya məhkəməsi haqlı olmuşdur.
29. Cavabdehin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, avtomobilin alınmasına görə ödənilən məbləğin məhz cavabdehlər tərəfindən ödənilməsi barədə hər hansı sübut təqdim edilməmişdir.
30. Məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur, cavabdehin dəlilləri əsassızdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
31. Cavabdeh (vəkil vəkil1) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
32. Kassasiya şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyasının “nikah dövründə əldə olunmuş (qazanılmış) əmlakın ər-arvadın birgə vəsaiti hesabına əldə edilməsinə və birgə mülkiyyəti sayılmasına dair qanuni prezumpsiyaya istinad etməsi mübahisənin real həllinə uyğun deyil və iş üzrə maddi hüquq norması düzgün tətbiq edilməmişdir. Həmçinin qeyd edilməlidir ki, iddiaçı anoloji qaydada “Whatsapp” yazısı ilə digər iddia qaldıraraq guya qızıllarının evdə qaldığını iddia etmiş, sonradan yazının planlı şəkildə hazırlandığı aşkar edildiyindən iddiadan imtina edilmişdir. Bu səbəbdən istinad edilən yazışmalar möhtəbər sübut sayıla bilməz, yəni Prezumpsiya bu hissədə istisna edilir.
33. Həmçinin “Kia Soul” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi X7 həm mərhum X1, həm də cavabdeh1 əvvəldən tanımışdır. Sonradan ona da sərəncam hüququ ilə etibarnamə verməsinin səbəbi mübahisə predmeti olan nəqliyyat vasitəsinin alınmasında onun da iştirak etməsi, həmçinin ödənişin cavabdeh1 tərəfindən edilməsi olmuşdur. Yəni etibarnamə mülkiyyət hesab olunursa, hər iki tərəfə münasibətdə qiymət verilməlidir. Göründüyü kimi iddiaçı və cavabdehlər, o cümlədən mərhum X1 eyni evdə, bir damın altında yaşamışlar və ailə təsərrüfatı bir olmuşdur.
34. Eyni zamanda birinci instansiya məhkəməsində vəkilsiz iştirak etdiyinə görə iş üzrə mövcud şahidlərin dindirilməsi ilə bağlı istəyinə əhəmiyyət verilməmiş, vəkili tərəfindən bununla bağlı verilmiş vəsatət isə təmin edilməmişdir. Ona görə də, hesab edir ki, mübahisə predmeti olan avtomobil onun adına qanuni əsaslarla keçirilmiş, onun mülkiyyətində olmuş və o da qanuni şəkildə həmin avtomobili sataraq ailədə gəlir gətirən şəxs olmadığından (həyat yoldaşım II dərəcəli əlildir) əldə olunan vəsait hesabına mərhum oğlunun yas mərasimlərinə, qəbirüstü abidəsinə və bunula bağlı digər məclislərin yola verilməsinə xərcləmişdir. Əlavə olaraq, mərhum oğlunun vəfatı ilə bağlı sığorta ödənişi də tam şəkildə iddiaçıya ödənilmiş və müəssisə mərhumun övladının 18 yaşınadək təminatını öz himayəsinə götürmüşdür. Bundan başqa, mübahisə predmeti olan “Kia Soul” markalı, **-ST-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi X7 və həmin maşının alınmasında usta kimi iştirak etmiş ünvan 1 ünvanında yaşayan şəxs X5 iş üzrə məlumatlı şəxslər olaraq dindirilmələrinə şərait yaradılmamış və buna hüquqi qiymət verilməmişdir. Göründüyü kimi məhkəmə maddi hüquq normalarını düzgün tətbiq etməyərək, təqdim olunmuş sənəd və sübutlara hüquqi qiymət verməmiş, bununla da cavabdehin məhkəmə müdafiəsi təminatı hüquqları pozulmuşdur.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
35. Iddiaçı kassasiya şikayətinə etiraz edərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
36. Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.
37. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.
38. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.
39. Maddə 1157. Əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. Bu əmlakdan sonuncu xəstəliyi zamanı miras qoyana qulluq və onun müalicəsi, dəfn, mirasın mühafizəsi və idarə edilməsi, əmək haqqı verilməsi və vəsiyyətin icrası üçün lazımi xərclər ödənilə bilər. Bu tələblər mirasın dəyərindən, həm də bütün başqa tələblərə, o cümlədən ipoteka və digər girovla təmin edilmiş tələblərə nisbətən üstün qaydada ödənilməlidir.
40. Maddə 1157-1.1. Miras şərikləri mirasın bölüşdürülməsinə qədər onu birgə idarə edirlər. Idarəçiliklə bağlı qərarlar vərəsələr tərəfindən onların miras paylarına mütənasib surətdə sadə səs çoxluğu ilə qəbul edilir.
41. Maddə 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.
42. Maddə 1162. Sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir.
Azərbaycan Respublikasının Ailə Məcəlləsi
43. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
44. Maddə 32.2.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir.
45. Maddə 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ərarvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir.
46. Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.
47. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
48. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
50. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
51. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
52. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
53. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
54. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
55. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
56. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
57. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
58. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
Kassasiya baxışının hədləri
59. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
60. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
61. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
62. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazında, apellyasiya şikayətində və işə aşağı instansiya məhkəmələrində baxılan zaman qeyd edilmiş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
63. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
64. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Cavabdeh cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli iş üzrə ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.