Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1450/2026 04.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): əsassız varlanma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı "vurulmuş ziyanın ödənilməsi" tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə # ###### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları
1. ##.##.2023-cü il tarixdə iddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh arasında əmək müqaviləsi bağlanmış və cavabdeh satıcı-kassir kimi işə qəbul olunmuşdur.
2. ##.##.2025-ci il tarixdə cavabdehin iştirakı olmadan inventarizasiya keçirilmiş və onun nəticələrinə dair üzləşdirmə aktı tərtib edilmişdir. Aktda göstərilmişdir ki, kassir vəzifəsində çalışan cavabdehin əmək funksiyalarını düzgün yerinə yetirməməsi nəticəsində “xxxxMarket” mağazasına 35000 manat miqdarda ziyan vurulmuşdur. Akt iddiaçı, X5, X1 və X2 tərəfindən imzalanmışdır.
3. Tərəflər arasında bağlanmış əmək müqaviləsinə ##.##.2025-ci il tarixdə Əmək Məcəlləsinin 70-cı maddəsinin “ç” (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) bəndinə əsasən xitam verilmişdir.
4. Iddiaçı mağazadan cavabdeh tərəfindən iki ay müddətində 54000 manat pulun oğurlanması ilə bağlı hüqüq mühafizə orqanlarına müraciət etmiş, sonuncunun müraciəti Tovuz RPŞ-nin TB tərəfindən araşdırılmış və ## ##### 2025-ci il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Araşdırma zamanı iddiaçı ərizəsinə uyğun izahat vermiş, cavabdeh isə izahatında qeyd olunanları təkzib etmişdir. Araşdırma nəticəsində əməldə cinayət tərkibinin olmadığı qənaətinə gəlinmiş, tərəflərə mübahisənin həlli üçün məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.
5. Iddiaçı pretenziya ilə cavabdehə müraciət edərək xxxxMarketə 35000 manat məbləğində borcunun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə cavabdehə xəbərdarlıq etmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
6. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən vurulmuş ziyana görə cavabdehdən 35000 manat əsas məbləğ və 195 manat dövlət rüsumunun cavabdeh Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, Tovuz rayonunda yerləşən ”xxxxmarket”in müdiridir və Aşağı Quşçu kəndində yaşayır. Cavabdeh Cavabdeh ilə 2023-cü il # ######## tarixdə əmək müqaviləsi bağlamaqla onu satıcı işinə təyin etmişdir. 2025-ci il # ###### tarixdə inventarizasiya keçirilmə nəticəsində çatışmazlıqlar müəyyən edilmişdir. Əmək müqaviləsi əsasında satıcı-kassir vəzifəsində çalışan Cavabdeh əmək funksiyasını düzgün yerinə yetirməməsi nəticəsində xxxxmarket mağazasına 35000 manat miqdarında maddi ziyan vurması aşkar edilmişdir. Bununla bağlı onlar akt tərtib etmişlər. Aktı imzalayanlar İddiaçı Arif oğlu (özü), X5, X1 və X2r. Həmin vaxt aktın doğruluğunu onlar imzalamışlar, cavabdeh isə aktı imzalamaqdan imtina etmişdir. O, qeyd edir ki, cavabdehlə öz otağında səmimi söhbət apararkən, həmin məbləğin onun tərəfindən götürülməsini və özü üçün istifadə etməsini bildirmiş, hissə-hissə mağazaya ödəyəcəyini söyləmişdir. Bunu sübut etmək üçün kamera çəkilişləri var. Həmçinin cavabdehin davamlı şəkildə pulları kassadan götürərək cibinə qoyması faktını təsdiq edən görüntüləri də ərizəsinə əlavə etmişdir. O, həmin məbləğin ödənilməsi ilə bağlı cavabdeh haqqında Tovuz Rayon Polis Şöbəsinə şikayət etmişdir. Tovuz RPŞ-dən ona izah olunmuşdur ki, mülki qaydada məhkəməyə müraciət etsin. Ona görə də, hazırkı iddia ilə məhkəməyə müraciət edir.
8. Cavabdehin nümayəndəsi izahatında bildirmişdir ki, iddia tələbi ilə bağlı məhkəməyə heç bir tutarlı sübut təqdim edilməmişdir. Iddiaçı tərəfindən təqdim edilmiş görüntülərdə də cavabdehin 35000 manat pulu qaytaracağının konkret olaraq bildirməsi, həmçinin həmin məbləğdə pulun cavabdeh tərəfindən götürülməsi əks olunmamışdır. Mağazada keçirilmiş inventarlaşdırma və sayım isə cavabdehin məlumatı və iştirakı olmadan keçirilmiş, mağazada çalışan və iddiaçıdan asılı olan digər şəxslər tərəfindən aparılmış və təsdiqlənmişdir. Digər tərəfdən sayım nəticəsində iddiaçının malı əskik gəlmişdir ki, kassir vəzifəsində çalışan cavabdeh əskik gələn mala görə məsuliyyət daşımamalıdır. Cavabdeh işlədiyi müddətdə kassa hər gün iş vaxtının sonunda sayılaraq iddiaçı tərəfindən təhvil alınmışdır. Iddia əsassız olduğu üçün rədd edilməlidir.
9. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 bildirmişdir ki, marketin yerləşdiyi binanı İddiaçı icarəyə vermişdir. 2025-ci ilin əvvəllərində cavabdeh Cavabdeh anası və xalası onu həmin mağazanın səhibi zənn edərək Cavabdeh xxxxmarketdə çalışdığı dövrdə yaranmış 35000 manat borcu ilə bağlı güzəşt etməyi xahiş etmişlər. O, həmin şəxslərə heç bir fikir bildirməmişdir. Sonradan həmin şəxslər yalnız mağazanın nəzarət kameralarına düşmüş məbləği qaytaracaqlarını bildirmişlər.
10. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 bildirmişdir ki, 7 ildir xxxxmarketdə mühasib kimi çalışır. # ###### 2025-ci il tarixdə mağazada inventarlaşdırma aparılmış və 35000 manat dəyərində malın əskik olması müəyyən olunmuşdur. Bunun səbəbini müəyyənləşdirmək üçün kamera görüntülərinə baxış keçirilmiş və kassir vəzifəsində çalışmış Cavabdeh satılmış malların pulunu ələ keçirməsi aşkar olunmuşdur. Bundan sonra baş verənlərdən məlumatı yoxdur.
11. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, xxxxmarketdə 2024-cü ilin sonlarından etibarən kassir vəzifəsində çalışır. # ###### 2025-ci il tarixdə mağazada keçirilmiş inventarlaşdırmada iştirak etmiş və konfet məhsullarının sayımını həyata keçirmişdir. Sayımın sonunda mağazada 35000 manat dəyərində malın əskik olması müəyyən olunmuşdur.
12. X3 ifadəsində bildirmişdir ki, xxxxmarketin Aşıq Əkbər küçəsində yerləşən filialında satıcı kimi çalışır. Cavabdeh mağazada işlədiyi vaxt tanımışdır. 2025-ci ilin əvvəllərində işdə olarkən özünü Cavabdeh bacısı kimi təqdim edən şəxs mağazaya gəlmiş və müdiri İddiaçı ilə danışmaq istədiyini bildirmişdir. Onlar danışmaq üçün mağazanın anbar hissəsinə getmişdir. Müdiri İddiaçı tapşırığı ilə o, kənar şəxsin içəri girməməsi üçün anbarın qapısının ağzında durmuşdur. Bu zaman eşitmişdir ki, Cavabdeh bacısı 35000 manat borcunun qarşılığında 4000 manat verməyi, borcun qalan hissəsini isə maaş almadan mağazada çalışaraq ödəməyi təklif etmişdir.
13. Iddiaçı tərəfindən təqdim edilmiş və məhkəmə iclasında tədqiq edilmiş diskdə olan “etiraf” adlı qovluqda WhatsApp Video 2025-09-12 at 13.41.37 (1).mp4 və WhatsApp Video 2025-09-12 at 13.41.37.mp4 adlı video fayllar mövcuddur. Həmin video görüntülərdə iddiaçı İddiaçı və başqa bir şəxsin Cavabdeh ilə tənbeh və təhdid xarakterli danışığı qarşılığında Cavabdeh yalnız “özüm ödəyəcəm”, “özüm gətirib qaytaracam” ifadələri bildirməsi müəyyən olunmuşdur. “Mallar” adlı digər qovluqda “Видео WhatsApp 2024-10-22 в 00.52.07_840c4fa0.mp4, Видео WhatsApp 2024-10-22 в 00.53.00_a9e181d7.mp4, Видео WhatsApp 2024-10-22 в 00.53.00_ed45107a.mp4, Видео WhatsApp 2024-10-22 в 00.59.19_d71119f3.mp4, Видео WhatsApp 2024-10-22 в 01.09.06_744c8bbe.mp4, Видео WhatsApp 2024-10-22 в 01.09.06_3359f971.mp4, Видео WhatsApp 2024-10-22 в 01.42.39_b726dcef.mp4, Видео WhatsApp 2024-10-22 в 01.44.30_36adaca8.mp4, Видео WhatsApp 2024-10-22 в 01.48.54_cbc6285f.mp4, Видео WhatsApp 2024-10-22 в 02.09.56_2826bf30.mp4, Видео WhatsApp 2024-10-22 в 02.09.56_c71db8fd.mp4, Видео WhatsApp 224-10-22 в 02.16.22_2a6b2545.mp4, Видео WhatsApp 2024-10-22 в 02.22.03_b25f0924.mp4, Видео WhatsApp 2024-10-22 в 02.24.59_1d7b5f50.mp4” adlı video fayllar mövcuddur. Həmin görüntülərdə mağazanın kassasında əyləşən Cavabdeh müxtəlif şəxslərə mal satışı etməsi və aldığı pulları kassaya qoyması müəyyən olunmuşdur. “Pul” adlı digər qovluqda Видео WhatsApp 2024-10-22 в 01.16.28_d83afde4.mp4, Видео WhatsApp 2024-10-22 в 01.40.37_7ba2f180.mp4, Видео WhatsApp 2024-10-22 в 01.40.37_b43cb461.mp4, Видео WhatsApp 2024-10-22 в 01.52.43_926907f9.mp4, Видео WhatsApp 2024-10-22 в 02.19.53_71d65fff.mp4 adlı video fayllar vardır. Həmin görüntülərdə Cavabdeh kassadan pul əskinası götürüb mağazanın anbarına gedib geri qayıtması görünür.
14. Iddiaçı tərəfindən təqdim edilmiş digər diskdə olan WhatsApp Audio 2025-09- 12 at 15.55.20.mp3 adlı faylda İddiaçı, Cavabdeh və onun anasının danışığı (məhkəmə iclasında tərəflərin ifadələrinə əsasən) əks olunmuşdur. Söhbət əsnasında İddiaçı və cavabdehin anasının pulun aqibəti barədə suallarına Cavabdeh “peşmanam”, “qələt etmişəm” kimi ifadələrlə qarşılıq verir.
15. Tovuz Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi (hakim Süleyman Hacıyev) ilə, iddianın rədd edilməsi, ödənilmiş 195 manat məbləğdə dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
16. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qanunsuz hərəkətləri nəticəsində işlətdiyi mağazaya 35000 manat məbləğdə ziyan vurulduğunu iddia etmiş, bunu təsdiq etmək üçün məhkəməyə özü və mağazanın digər iştirakçıları tərəfindən imzalanmış ##.##.2025-ci il tarixli inventarizasiya nəticələrinə dair üzləşdirmə aktını təqdim etmişdir. Həmin aktda yalnız kassir vəzifəsində çalışan Cavabdeh əmək funksiyalarını düzgün yerinə yetirməməsi nəticəsində “xxxxMarket” mağazasına 35000 manat miqdarda ziyan vurulmasının aşkar edilməsi əks etdirilmişdir. Lakin iddiaçı tərəfindən təqdim olunmuş materiallar inventarizasiya nəticələrinin obyektiv və etibarlı hesab olunması üçün zəruri tələbləri ödəmir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdə əvvəlki inventarizasiyanın nə vaxt aparıldığı, yoxlamanın hansı dövrü əhatə etdiyi, malların əvvəlki qalıq göstəriciləri, son sayım zamanı faktiki müəyyən edilmiş miqdar və onların müqayisəsinə imkan verən məlumatlar öz əksini tapmamış, şahid qismində ifadə vermiş şəxslər də bu barədə məlumat verməmişlər. Sayımın hansı qaydada aparıldığı, cavabdehə bu barədə məlumat verilib-verilmədiyi də sübut olunmamışdır. Həmçinin iddia olunan çatışmazlıqlarla bağlı cavabdehin mövqeyinin öyrənilməsi üçün ondan hər hansı yazılı izahat da alınmamışdır. Bu hallar inventarizasiyanın nəticələrinin mötəbərliyini ciddi şəkildə şübhə altına alır və nəticə etibarilə təqdim edilmiş sübutlar mağazaya ziyan vurulmasını və ziyanın məbləğinin 35000 manat olmasını təsdiq edən yetərli sübut kimi qiymətləndirilə bilməz. Həmçinin polis şöbəsində araşdırma zamanı, o cümlədən təqdim edilmiş səs yazılarında iddiaçının vurulmuş məbləği 54000 manat ifadə etməsi bununla bağlı ziddiyyəti bir daha ortaya qoyur. O da qeyd edilməlidir ki, təqdim edilmiş videogörüntülər və səs yazıları da cavabdeh Cavabdeh tərəfindən iddiaçıya 35000 manat məbləğdə ziyan vurulmasını hesab etməyə kifayət etmir.
17. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 18, 21.2, 1096.1, 1096.2 və 1097.1-ci maddələrinə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 191.1, 191.2, 199, 200.1, 202.1 və 205.2-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88, 107, 119.1, 216-220, 233, 357 və 360-cı maddələrinə istinad etmişdir
b) Apellyasiya instansiyası məhkəməsində icraat
18. Iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə edilməsini xahiş etmişdir.
19. Birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, işin faktiki hallarından, cavabdehin səs yazısı olan səs yazısından, eyni zamanda təqdim edilmiş videogörüntülərdən də görünür ki, cavabdeh iddiaçıya məxsus olan mağazada kasssir işləyərkən pulları götürmüş və səs yazısında da nəinki 35000 manat, hətta 54000 manat ziyan vurduğunu etiraf etmişdir. Iddiaçı da məhkəmədə 54000 manatın ilkin olaraq necə yaranmasını izah etmiş və cavabdehin əldə olan video görüntülərə əsasən hər gün kassadan 200 manat götürsə, işlədiyi 9 ay müddətində təxminən aya 6000 manat olmaqla ümümilikdə 54000 manat ziyan vura biləcəyini təxmin etmişdir. Daha sonra inventarizasiya aparılmış və cavabdehin ümumilikdə 35000 manat ziyan vurduğu aşkar edilmiş və eyni tələblə məhkəməyə müraciət edilmişdir. Cavabdehin qohumlarının da cavabdeh tərəfindən vurulmuş ziyanın ödənilməsi ilə bağlı danışıqlar aparması səbəbindən iddiaçı əvvəl mağzada yoxlama aparmamış və daha sonra cavabdehin pulu qaytarmaq niyyətinin olmadığını anlayıb inventarizasiya aparmış və dəymiş zərəri dəqiqliklə müəyyən etmişdir. Məhkəmə yuxarıda sadalanan maddələrə istinad etsə də qətnamə qəbul edərkən səhv nəticəyə gəlmişdir.
20. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, izahatında bildirmişdir ki, cavabdehlə onun arasında əmək müqaviləsi bağlanmışdır. Bundan sonra onunla tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. Lakin hazırkı müqaviləni ondan istəmədikləri üçün birinci instansiya məhkəməsinə təqdim etməmişdir. Cavabdeh kassada işlədiyi zaman malları satıb pulu kassaya qoymamış və mənimsəmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
21. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi bildirmişdir ki, hazırkı mülki işə sonradan qoşulmuş, buna görə də tam maddi məsuliyyət haqqında müqavilənin iş materiallarında mövcud olduğunu zənn etmişdir. Lakin müqavilə iş materiallarında olmadığı üçün apellyasiya məhkəməsinə təqdim etmişdir.
22. Məhkəmə iclasında iştirak edən cavabdeh bildirmişdir ki, o, 2023-cü ilin yanvar ayından iddiaçı ilə işləməyə başlamış və onunla əmək müqaviləsi bağlanmamışdır. Iddiaçı tərəfindən təqdim edilmiş tam maddi məsuliyyət haqqında müqavilə onun tərəfindən imzalanmamışdır. O, 2024-cü ilin sentyabr ayında Gəncə şəhərində universitetə daxil olmuş və bu səbəbdən də sentyabt ayından yalnız şənbə və bazar günləri işləmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
23. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi ilə (hakimlər - Rüfət Məcidov (sədrlik edən və məruzəçi), Şamil Rzaquliyev və Islam Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, Tovuz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
24. Apellyasiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında ##.##.2023-cü il tarixdə əmək müqaviləsi bağlanmış, cavabdeh satıcı-kassir işinə qəbul edilmişdir. Iddiaçı ##.##.2025-ci il tarixli inventarizasiya nəticələrinə dair üzləşdirmə aktına istinad edərək cavabdehin əmək funksiyalarını düzgün yerinə yetirməməsi nəticəsində mağazaya 35000 manat məbləğində maddi ziyan vurduğunu bildirmiş və həmin məbləğin tutulmasını tələb etmiş, lakin keçirilmiş inventarizasiyada cavabdehin iştirakını təmin etməmişdir.
25. Iddiaçı tərəfindən sübut kimi yalnız ##.##.2025-ci il tarixli üzləşmə (inventarizasiya) aktı təqdim edilmiş, üzləşmə aktında əksik malların adları, çeşidi, qiyməti və s. barədə məlumatlar daxil edilməmişdir.
26. Qeyd edilməlidir ki, maddi məsuliyyət məsələsinin düzgün həlli üçün aşağıdakı prosedur hərəkətlərin həyata keçirilməsi zəruri idi:
27. Ilk növbədə, mübahisəli dövr ərzində malların dövriyyəsi barədə ilkin mühasibat və uçot sənədləri – qaimələr, fakturalar, elektron qaimə-fakturalar, təhvil-təslim aktları, anbar çıxarışları, gündəlik kassa hesabatları və digər sənədlər məhkəməyə təqdim edilməli idi. Həmin sənədlər vasitəsilə iddia olunan əskikliyin hansı dövrdə, hansı mal çeşidləri üzrə və hansı məbləğdə yarandığı konkret şəkildə müəyyən edilməli idi.
28. Bundan əlavə, inventarizasiya prosesinin hansı qaydada aparıldığı, onun hansı dövrü əhatə etdiyi, əvvəlki inventarizasiya nəticələri ilə müqayisəli təhlilin aparılıbaparılmadığı, faktiki qalıqların uçot göstəriciləri ilə necə tutuşdurulduğu barədə sübutlar təqdim edilməli idi. Inventarizasiya nəticəsində müəyyən edilmiş fərqin konkret olaraq cavabdehin maddi məsuliyyətində olan mal-materiallara aid olub-olmaması aydınlaşdırılmalı idi.
29. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş ##.##.2025-ci il tarixli inventarizasiya aktında 35000 manat məbləğində ziyanın aşkar edildiyi göstərilsə də, həmin aktın obyektiv və etibarlı sübut kimi qiymətləndirilməsi üçün zəruri olan məlumatlar – əvvəlki inventarizasiya tarixləri, yoxlamanın hansı dövrü əhatə etməsi, əvvəlki qalıq göstəriciləri, faktiki sayım nəticələri, əksik mallar haqda məlumatlar və müqayisəli hesablamalar iş materiallarından öz əksini tapmamışdır. Sayımın aparılma qaydası, cavabdehin inventarizasiya prosesində iştirakı və ya bu barədə məlumatlandırılması sübuta yetirilməmişdir. Yalnız, sonuncunun tərtib edilmiş aktı imzalamaqdan imtina etməsi qeyd edilmişdir.
30. Məhkəmə qeyd etmişdir ki, yalnız inventarizasiya aparılmasına dair aktın tərtib edilməsi, özü-özlüyündə ziyanın mövcudluğunu və onun konkret işçinin təqsirli hərəkətləri nəticəsində baş verdiyini təsdiq edən yetərli sübut deyildir. Aktın birtərəfli qaydada tərtib edilməsi və digər ilkin uçot sənədləri ilə təsdiq olunmaması şəraitində, həmin sənəd ziyanın real məbləğini və səbəblərini müəyyən etməyə imkan vermir.
31. Maddi ziyanın faktiki məbləği Əmək Məcəlləsinin 202-ci maddəsinə əsasən faktiki itkilər üzrə müəyyən edilməlidir. Faktiki itkilərin isə müvafiq maliyyə və mühasibat sənədləri ilə təsdiqi zəruridir. Belə sənədlərin təqdim olunmaması, ziyanın yaranma mexanizminin və məbləğinin sübuta yetirilməməsi işçinin maddi məsuliyyətə cəlb edilməsini istisna edir.
32. Eyni zamanda, iddiaçı tərəfindən təqdim edilmiş video görüntülər və səs yazıları da məhkəmə tərəfindən araşdırılmışdır. Video görüntülərdə cavabdehin kassada işləməsi, pul vəsaitlərini kassadan götürərək anbar istiqamətində hərəkət etməsi əks olunsa da, həmin hərəkətlərin qanunsuz mənimsəmə məqsədi daşıması, konkret olaraq 35000 manat məbləğində vəsaitin götürülməsi və ya ziyanın məhz həmin məbləğdə olması barədə birbaşa və aydın nəticəyə gəlmək mümkün olmamış və anbardan qayıdan cavabdeh yenidən kassada fəaliyyətini davam etdirmişdir ki, götürülmüş vəsaitin mənimsənilməsinə dair görüntü mövcud deyildir.
33. Bundan başqa, cavabdehin kassada satış həyata keçirdiyi zaman iddiaçının iddia etdiyi kimi satılmış malların dəyərini mənimsədiyini təqdim edilmiş video görüntülər təsdiq etmir və həmin görüntülərdə iddiaçının iddia etdiyi hallar müəyyən olunmur.
34. Səs yazılarında cavabdehin “peşmanam”, “qələt etmişəm”, “özüm ödəyəcəm” kimi ifadələr işlətməsi ziyanın konkret məbləğini, onun yaranma mexanizmini və səbəbli əlaqəni sübuta yetirən mötəbər etiraf kimi qiymətləndirilə bilməz. Bundan əlavə, iş materiallarından görünür ki, müxtəlif mərhələlərdə iddiaçı tərəfindən 54000 manat və 35000 manat məbləğlər göstərilmiş, bu isə iddia edilən ziyanın məbləği ilə bağlı ziddiyyət yaratmışdır. Bununla bağlı qeyd edilməlidir ki, belə olan hallarda ziyanın məbləğinin faktiki itkilər üzrə müəyyən edilməsi olduğunu (Əmək Məcəlləsinin 202-ci maddə 1-ci hissəsi) nəzərə alınaraq, belə qeyri-müəyyənlik şəraitində ziyanın dəqiq məbləğinin müəyyən edildiyi qənaətinə gəlmək mümkün deyildir.
35. Bunlardan başqa, iddiaçının təqdim etdiyi video görüntüdə iddiaçı, cavabdeh və iddiaçı tərəfdən bir şəxsin görüntüsündə cavabdeh “özüm ödəyəcəm”, “özüm gətirib qaytaracam” kimi ifadələr səsləndirir. Həmin görüntüdə konkret məbləğdən söhbət getmir. Bundan başqa görüntüdə cavabdehin basqı altına olması da aşkarldır.
36. Bu ifadələrin basqı altında səsləndirməsi, sonradan polis orqanına və məhkəmədə verdiyi izahatlarda onun pul götürməməsi ilə bağlı sərbəst ifadələri ilə də təsdiq olunur. Belə ki, iddiaçının təsirindən kənarda oduğu yerlərdə cavabdeh mənimsəməni etiraf etmir. Bundan başqa cavabdehin anası ilə iddiaçının telefon danışığında cavabdehin anasının “bu pulları” neynəmisən sualına cavabdehin cavabları da zərərin məbləğini və zərərin həqiqətən vurulduğunu təsdiq etmir.
37. Belə ki, səs yazısından iddiaçı tərəfin bildirdikləri nəticəsində cavabdehin anasının emosional vəziyyəti səsindən aydın olur və bu gərgin vəziyyətdə cavabdehin bildirdikləri qorxu hissi nəticəsində bildirdiklərindən başqa bir şey deyildir. Eyni zamanda həmin cavabdeh ziyanın vurulduğunu və ziyanın məbləğini təsdiq etmir.
38. Qeyd olunan səs və video görüntülərlə bağlı oda qeyd olunmalıdır ki, öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz (Konstitusiya maddə - 32).
39. Iddiaçı və digər şəxs tərəfindən cavabdehin danışdırılmasına və eyni zamanda cavabdehin anası ilə aparılmış telefon danışığına dair təqdim edilmiş səs və video görüntülərdən səsin və görüntünün aparılmasına dair həmin materiallarda iddiaçı tərəfindən bəyanın verildiyi təsdiq olunmur ki, belə vəziyyətdə həmin səs və video gizli hərəkətin nəticəsidir. Belə olan halda isə həmin sübutlar Konstitusiyanın tələblərinin pozulması ilə əldə edilmişdir ki, prosessual qanunvericiliyin tələblərinə əsasən sübut kimi qəbul edilə bilməz.
40. Digər tərəfdən, şahid ifadələri də iddia tələbinin təmin edilməsi üçün yetərli və birbaşa sübut kimi qiymətləndirilə bilməz. Şahidlərin ifadələri əsasən inventarizasiya aparılması (yalnız subyektiv ifadələri ilə təsdiq edilmiş) və sonradan tərəflər arasında danışıqların olması ilə bağlıdır. Lakin həmin ifadələr cavabdehin konkret olaraq 35000 manat məbləğində ziyan vurduğunu, bu ziyanın onun qanunsuz hərəkətləri nəticəsində yarandığını və əməl ilə nəticə arasında birbaşa səbəbli əlaqənin mövcudluğunu birmənalı təsdiq etmir.
41. Qeyd edilməlidir ki, şahid işin nəticəsində şəxsi marağı olmayan və mübahisə ilə bağlı hər hansı məlumata malik olan şəxsdir.
42. Dindirilmiş şahid X2 ifadəsində bildirmişdir ki, marketin yerləşdiyi binanı İddiaçı icarəyə vermişdir. 2025-ci ilin əvvəllərində cavabdeh Cavabdeh anası və xalası onu həmin mağazanın səhibi zənn edərək Cavabdeh “xxxx“marketdə çalışdığı dövrdə yaranmış 35000 manat borcu ilə bağlı güzəşt etməyi xahiş etmişlər. O, həmin şəxslərə heç bir fikir bildirməmişdir. Sonradan həmin şəxslər yalnız mağazanın nəzarət kameralarına düşmüş məbləği qaytaracaqlarını bildirmişlər.
43. Göründüyü kimi, şahidləh iddiaçını müəyyən maddi maraqlar birləşdirir. Şahid əmlakını icarəyə verərək iddiaçıdan icarə haqqı şəklində qazanc əldə edir və iddiaçı şahidin qeyri-yaşayış sahəsindən istifadə edərək sahibkarlıq fəaliyyətini həyata keçirir ki, şahidin icarəçinin xeyrinə ifadə verməsi mümkündür. Bundan başqa şahidin birdirdikləri iş materialları o, cümlədən cavabdehin anası və xalası tərəfindən təsdiq olunmadığından şahidin ifadəsinin sübutu əhəmiyyəti yoxdur.
44. Digər şahid X5 ifadəsində bildirmişdir ki, 7 ildir “Aura” marketdə mühasib kimi çalışır. # ###### 2025-ci il tarixdə mağazada inventarlaşdırma aparılmış və 35000 manat dəyərində malın əskik olması müəyyən olunmuşdur. Bunun səbəbini müəyyənləşdirmək üçün kamera görüntülərinə baxış keçirilmiş və kassir vəzifəsində çalışmış Cavabdeh satılmış malların pulunu ələ keçirməsi aşkar olunmuşdur. Bundan sonra baş verənlərdən məlumatı yoxdur.
45. Göründüyü kimi, şahid iddiaçının tabeliyində çalışan əməkdaşıdır və o, işin nəticəsində maraqlı tərəfdir. Ifadəsində göstərdiyi xüsusatlar isə iş materialları və digər mötəbər sübutlarla təsdiq olunmur ki, qeyd edilən hallara görə şahidin ifadəsi hazırki mübahisənin həllində sübut kimi qəbul edilə bilməz.
46. Digər şahid X1 ifadəsində bildirmişdir ki, “xxxx“marketdə 2024-cü ilin sonlarından etibarən kassir vəzifəsində çalışır. # ###### 2025-ci il tarixdə mağazada keçirilmiş inventarlaşdırmada iştirak etmiş və konfet məhsullarının sayımını həyata keçirmişdir. Satımın sonunda mağazada 35000 manat dəyərində malın əskik olması müəyyən olunmuşdur.
47. Göründüyü kimi, şahid iddiaçının tabeliyində çalışan əməkdaşıdır və o, işin nəticəsində maraqlı tərəfdir. Ifadəsində göstərdiyi xüsusatlar isə iş materialları və digər mötəbər sübutlarla təsdiq olunmur ki, qeyd edilən hallara görə şahidin ifadəsi hazırki mübahisənin həllində sübut kimi qəbul edilə bilməz.
48. Digər X3 ifadəsində bildirmişdir ki, “xxxx“marketin Aşıq Əkbər küçəsində yerləşən filialında satıcı kimi çalışır. Cavabdeh mağazada işlədiyi vaxt tanımışdır. 2025-ci ilin əvvəllərində işdə olarkən özünü Cavabdeh bacısı kimi təqdim edən şəxs mağazaya gəlmiş və müdiri İddiaçı ilə danışmaq istədiyini bildirmişdir. Onlar danışmaq üçün mağazanın anbar hissəsinə getmişdir. Müdiri İddiaçı tapşırığı ilə o, kənar şəxsin içəri girməməsi üçün anbarın qapısının ağzında durmuşdur. Bu zaman eşitmişdir ki, Cavabdeh bacısı Cavabdeh 35000 manat borcunun qarşılığında 4000 manat verməyi, borcun qalan hissəsini isə maaş almadan mağazada çalışaraq ödəməyi təklif etmişdir.
49. Göründüyü kimi, şahid digər şahidlər kimi iddiaçının tabeliyində çalışan əməkdaşıdır və o, işin nəticəsində maraqlı tərəfdir ki, ifadəsində bildirdiyi hallar iş materialları ilə təsdini tapmır. Belə olan halda isə bu şahidin ifadəsi də sübutu əhəmiyyətə malik deyildir.
50. Beləliklə şahid ifadələri birbaşa ziyanın vurulmasını və bu ziyanın məhz cavabdeh tərəfindən təsdiq etmir və şahidlər işin nəticəsində maraqlı olan şəxslərdir ki, məhkəmə onların ifadələrini hazırki mübahisənin həllinə təsir edəcək sübut qismində qəbul etmir.
51. Beləliklə, iddiaçı tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş prosedur tələblərinə riayət edilmədən, ziyanın mənbəyi və miqdarı ilkin uçot sənədləri ilə əsaslandırılmadan və cavabdehin təqsiri konkret sübutlarla təsdiq edilmədən maddi məsuliyyət tələbinin irəli sürülməsi hüquqi cəhətdən əsaslı deyildir. Bu səbəbdən birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmaqla, apellyasiya şikayətinin dəlilləri həmin nəticəni təkzib etmir.
52. Bundan başqa məhkəmə iddiaçı tərəfindən apellyasiya baxışında yeni sübut olaraq təqdim edilmiş “işçi ilə işəgötürən arasında bağlanmış tam maddi məsuliyyət haqqında” müqaviləyə münasibətdə qeyd etməyi zəruri hesab etmişdir ki, prosessual qanunvericilik apellyasiya icraatında yeni sübutların qəbulunun mümkünlüyünü müəyyən halların mövcudluğu ilə şərtləndirmişdir. Buna baxmayaraq, iddiaçı tərəf apellyasiya instansiyasında təqdim etdiyi sübutu birinci instansiya məhkəməsində işə baxılması zamanı təqdim edilməməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandıra bilməmişdir.
53. Iddiaçı bununla bağı məhkəmənin sualına cavab olaraq bildirdi ki, bu sübut ondan tələb olunmadığından təqdim edə bilməmişdir ki, məhkəmə qeyd edilən əsaslandırmanı qəbul etmir.
54. Belə ki, sübutları təqdim etmək və öz müdafiəsini qurmaq tərəflərin işidir. Məhkəmə işə baxılan zaman öz təşəbbüsü ilə sübutları toplamır və sebutları əldə etmir. Birinci instansiyası məhkəməsi tərəflərə hüquq və vəzifələrin izahına dair bildiriş göndərmiş və həmin bildirişdə MPM-in 47-ci maddəsinin tələbləri tərəflərə izah edilmişdir. 106. Bu səbəbdən təqdim edilmiş “işçi ilə işəgötürən arasında bağlanmış tam maddi məsuiyyət haqqında” müqaviləni gecikmiş sübut kimi qiymətləndirir və hazırki mübahisənin həllində ona sübut kimi qiymət verməmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
55. Iddiaçı (vəkil vəkil1) kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)- ****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsinin ləğv edilməsini, mülki işin yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.
56. Kassasiya şikayəti onunla əsaslandırmışdır ki, işin faktiki hallarından cavabdehin səs yazısından, eyni zamanda təqdim edilmiş videogörüntülərdən görünür ki, cavabdeh iddiaçıya məxsus olan mağazada kassir işləyərkən pulları götürmüş və səs yazısında da nəinki 35000 manat, hətta 54000 manat ziyan vurduğunu etiraf etmişdir. Iddiaçı da məhkəmədə 54000 manatın ilkin olaraq necə yaranmasını izah etmiş və cavabdehin əldə olan videgörüntülərə əsasən hərgün kassadan 200 manat götürsə, işlədiyi 9 ay müddətində təxminən aya 6000 manat olmaqla, ümümilikdə 54000 manat ziyan vura biləcəyini təxmin etmişdir. Daha sonra inventarizasiya aparılmış və cavabdehin ümumilikdə 35000 manat ziyan vurduğu aşkar edilmiş və eyni tələblə məhkəməyə müraciət edilmişdir. Cavabdehin qohumlarının da cavabdeh tərəfindən vurulmuş ziyanın ödənilməsi bağlı danışıqlar aparması səbəbindən iddiaçı əvvəl mağazada yoxlama aparmamış, daha sonra cavabdehin pulu qaytarmaq niyyətinin olmadığını anlayıb inventarizasiya aparmış və dəymiş zərəri dəqiqliklə müəyyən etmişdir. Hesab edilsə ki, məhkəmənin mövqeyi doğrudur və iddiaçı tərəfindən sübut məhkəməyə gec təqdim olunmuşdur, bu halda məhkəmə ən azından Əmək Məcəlləsinin 198-ci maddəsinə əsasən cavabdeh işlədiyi dövrdəki orta aylıq əmək haqqına uyğun iddianı qismən təmin edə bilərdi. Göründüyü kimi apellyasiya instansiya məhkəməsi də işə baxarkən səhv nəticəyə gəlmişdir.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
57. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
58. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsi tələb edə bilər, bir şərtlə ki, qanunla və ya müqavillədə zərərin əvəzinin daha az miqdarla ödənilməsi nəzərdə tutumasın.
59. Maddə 21.2. Zərəz dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakdan məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
60. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmində ödənilməlidir.
Azərbaycan Respublikasının Əmək Məcəlləsi
61. Maddə 10 (“ç” bəndi). Işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindəndir.
62. Maddə 191. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda.
63. Maddə 192 (1 hissə). Tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır.
64. Maddə 192 (2 hissə). Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar.
65. Maddə 194 (1-ci hissə). Ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur.
66. Maddə 194 (2-ci hissə). Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir.
67. Maddə 199 (1-ci hissə). Işçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə; c) inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda; ç) əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda; d) alkoqol, toksik (zəhərli), psixotrop maddələrdən və ya narkotik vasitələrdən sərxoş vəziyyətdə ziyan vurulduqda; e) işəgötürənin kommersiya sirrini yaydıqda; ə) işəgötürənin şəxsiyyətini ləkələyən, şərəf və ləyaqətini alçaldan, habelə həqiqətə uyğun olmayan böhtanlı və təhqirli iftiralar, yalan məlumatlar yaymaqla onun sahibkarlıq fəaliyyətinə ciddi xələl gətirmiş mənəvi ziyan vurulduqda.
68. Maddə 200 (1-ci hissə). Istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər.
69. Maddə 202 (1-ci hissə). Işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir.
70. Maddə 203 (1-ci hissə). Işəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçininhərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır.
71. Maddə 203 (2-ci hissə). Araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. Işəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir.
72. Maddə 205 (1-ci hissə). Işəgötürənə vurduğu ziyanın məbləği işçinin orta əmək haqqından çox deyildirsə, onun tutulması işəgötürənin əmri (sərəncamı, qərarı) ilə həyata keçirilir.
73. Maddə 205 (2-ci hissə). Əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər.
74. Maddə 205 (3-ci hissə). Işçi ziyanın ödənilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) ilə razı olmadıqda o, ərizə ilə işəgötürənə və müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər.
75. Maddə 206. Əgər tərəflərdən birinə ziyanın vurulması ilə istər işçinin, istərsə də işəgötürənin hərəkət və ya hərəkətsizliyi nəticəsində cinayət tərkibi yaranmışdırsa, onda məhkəmə cinayət işi başlayaraq qanunvericiliklə müəyyən olunmuş qaydada istintaqın aparılmasının və ziyanın ödənilməsinin təmin olunması üçün müvafiq prosessual tədbirlər görür.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
76. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
78. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
79. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
80. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
81. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
82. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
83. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
84. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
85. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
86. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
Kassasiya baxışının hədləri
87. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
88. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
89. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
90. Iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri iddia ərizəsində, apellyasiya şikayətində və işə aşağı instansiya məhkəmələrində baxılan zaman qeyd edilmiş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
91. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPMin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
92. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Iddiaçı Qasımov Ağasi Arif oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli iş üzrə ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.