Məhkəmə qərarları › İş №2(1-8)-1460/2026

Ali Məhkəmə Qərardad — İş №2(1-8)-1460/2026

21.05.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(1-8)-1460/2026 21.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi - maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X1 (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Iş üzrə məhkəmə icraatı

1. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən yaşayış və qeyri-yaşayış sahəsinin sənədlərinin rəsmiləşdirilməsinin dayandırılması və cavabdeh tərəfindən vurulmuş maddi ziyanın əvəzi qismində 500 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Gəncə Şəhər Məhkəməsinin (hakim – C.Quliyev)2025-ci il ## ###### tarixli e-*(***)- ****/**** nömrəli qərardadı ilə, iddiaçının cavabdehə qarşı “rəsmiləşdirmənin dayandırılması və pul tələbinə” dair iddiasının “cavabdeh Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən yaşayış və qeyri-yaşayış sahəsinin sənədlərinin rəsmiləşdirilməsinin dayandırılması” hissəsində xitam verilməsi qərara alınmışdır.

3. Qərardaddan narazı qalan iddiaçı şikayətlə məhkəməyə müraciət edərək qərardadın ləğv olunmasını xahiş etmişdir.

4. Gəncə Şəhər Məhkəməsinin 2026-cı il ## ###### tarixli e-*(***)-****/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 269-cu maddəsinə əsasən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir.

5. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (sədrlik edən – R.Məcidov, hakimlər – İ.Həsənov və Ş.Rzaquliyev)2026-cı il ## ###### tarixli *(*-*)-***/**** nömrəli qərardadı ilə iddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməmiş, Gəncə Şəhər Məhkəməsinin 2025-ci il ## ###### tarixli e-*(***)-****/**** nömrəli qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

6. Qərardaddan narazı qalan iddiaçı İddiaçı (vəkili Nümayəndə) kassasiya şikayəti vermiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2026-cı il ## ###### tarixli *(*- *)-***/**** nömrəli qərardadının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

7. Kassasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına göndərilmişdir.

Tətbiq edilən hüquq:

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 404-1. Kassasiya şikayətinin mümkünlüyünün yoxlanılması ... 404-1.2. işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. ...”

“Maddə 407. Kassasiya şikayətinin forması, məzmunu və əlavə edilən sənədlər 407.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən kassasiya şikayətində aşağıdakılar göstərilməlidir: ... 407.1.4. şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması; ... 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. ...”

“Maddə 408. Kassasiya şikayətinin qaytarılması 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: ... 408.1.5. kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə; ...” Maddə 409. Işin kassasiya instansiyası məhkəməsinə göndərilməsi Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

14. Kassasiya şikayəti və iş materialları öyrənilərkən müəyyən olunmuşdur ki, kassasiya şikayəti Azərbaycan Respublikasının MPM-in 407-ci maddəsində müəyyən olunmuş forma və məzmun tələblərinə uyğun tərtib olunmamışdır.

15. Belə ki, MPM-in * saylı Əlavəsinin 5 və 6-cı bəndindən aydın olur ki, müvafiq cədvəlin sol sütununda pozulduğu və ya düzgün tətbiq edilmədiyi iddia olunan hər bir maddi və prosessual hüquq norması sıralanmaqla göstərilməli, sağ sütununda isə göstərilmiş hər bir normanın qarşısında pozuntunun və ya düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna və bu halların nə ilə nəticələndiyinə dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir.

16. Hazırkı kassasiya şikayətinin “Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər” hissəsinin sol sütununda Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin İ bəndini, 71-ci maddəsinin İ, II bəndlərini; MPM-in 4.1-ci maddəsini, “Inzibati icraat haqqında” Qanununun 1-ci maddəsini göstərsə də, sağ sütununda həmin normaların məzmunu ifadə olunmuş, işin faktiki halları sadalanmış, hüquq pozuntusunun və ya düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna və bu halların nə ilə nəticələndiyinə dair mövqeni aydın şəkildə ifadə edən izah verilməmişdir.

17. Bundan başqa, kassasiya şikayətinin “Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər” hissəsində olan cədvəlin sol sütununda MPM-in 8.1, 8.2, 8.3, 14.2, 77 və 88-ci maddələri qeyd olunsa da, sağ sütununda həmin normaların pozulmasına dair dəlillər əvəzinə, yalnız bu normaların məzmunu qeyd olunmuşdur.

18. Bu səbəbdəndir ki, kassasiya şikayətinin müvafiq cədvəlinin sağ sütununda göstərilən dəlillər lazımi qaydada (konkret normalar üzrə) ifadə edilməmişdir.

19. Beləliklə, MPM-in 408.1, 408.1.1 və 408.1.5-ci maddələrinin tələblərinə görə, kassasiya şikayəti bu Məcəllənin 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, o cümlədən maddi və prosessual hüquq normasının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişdirsə, apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

20. Hazırkı halda isə apellyasiya instansiyası məhkəməsi sözügedən kassasiya şikayətini geri qaytarmaq əvəzinə, istinad olunan normaların tələblərini pozaraq şikayəti baxılmaq üçün kassasiya məhkəməsinə göndərmişdir.

21. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadığına görə kassasiya şikayəti qeyri-mümkün hesab edilməlidir.

22. Nəzərə alınmalıdır ki, kassasiya qaydasında işə baxmaq üçün prosessual əsasların olmamasına görə kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən kassasiya şikayətinin geri qaytarılması kimi hüquqi nəticəyə səbəb olur.

23. Yuxarıda göstərilən hallarda kassasiya şikayətinin geri qaytarılması apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti olduğuna görə, kassasiya şikayəti müvafiq prosessual hərəkətlərin edilməsi üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

24. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 404-1.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2026-cı il ## ###### tarixli *(*-*)- ***/**** nömrəli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qeyrimümkün hesab edilsin. Kassasiya şikayəti müvafiq prosessual hərəkətlərin edilməsi üçün mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar