Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1479/2026 01.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı Iddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ Açar sözlər: pul tələbi, sübutetmə yükü Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlundan və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları:
1. Işin hallarına görə Iddiaçı Cavabdeh 2023-2024-cü illərdə müxtəlif məbləğlərdə borc vermiş, sonuncu isə həmin vəsaitin bir hissəsini qaytarmışdır.
2. Belə ki, ## #### 2024-cü il tarixli qəbzə əsasən 416973******** saylı bank kartına 1200 manat ödəniş edilmişdir.
3. Həmçinin, Bank hesabından çıxarışa əsasən ## #### 2024-cü il tarixdə 1200 manat, ## #### 2024-cü il tarixdə 800 manat, ## #### 2024-cü il tarixdə 150 manat vəsait Iddiaçı bank hesabına ödənilmişdir.
4. ## ###### 2024-cü il tarixli qəbzə əsasən 416973******** saylı bank kartından Iddiaçı D***** adına olan kart hesabına 100 manat ödəniş edilmişdir.
5. ## #### 2025-ci il tarixli qəbzə əsasən ******** saylı kart hesabından Iddiaçı D***** adına olan kart hesabına 100 manat ödəniş edilmişdir.
6. Hazırkı mübahisə Cavabdeh Iddiaçı qalan borcu barəsindədir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları:
a) Birinci instansiya məhkəməsində icraat
7. Iddiaçı Iddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 14000 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Iddia onunla əsaslandırılmışdır ki, cavabdeh ilə tanışlığı hər ikisinin də işlədiyi Avrasiya Hospitalında olmuşdur. Tanışlıqdan bir müddət sonra cavabdeh ona yaxınlaşaraq maddi vəziyyətinin pis olmasını və qaytarmaq şərti ilə borca pul lazım olduğunu bildirmişdir. Cavabdehi tanıdığı üçün onun səmimiyyətinə inanaraq və köməklik məqsədi ilə ona borca pul verməyə başlamışdır. Təqdim etdiyi bank çıxarışlarından da göründüyü kimi borcu qaytarmasını görüb davamlı olaraq ona müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə borca pul verməyə başlamışdır. Amma cavabdeh borcun bir hissəsini qaytarsa da, hazırda onun 5000 manat borcu qalmışdır. Sonuncu dəfə isə 2024-cü ilin iyul ayında cavabdehə ümumi olaraq 9000 manat məbləğində borc pul vermişdir. Pulu da başqa bir xanımdan öz adına borc alaraq vermişdir. Belə ki, iyul ayının 5-də cavabdehə 4000 manat verib, bu 4000 manatın elə bil 700 manat faiz borcu olduğu üçün cavabdeh ona deyib ki, 4000 manatdan faiz borcu kimi 700 manatı çıx, həmin 700 manatı borc aldığı xanıma, 3300 manatı isə ona göndər. O da cavabdehin dediyi kimi etmişdir. Yəni iyul ayın 5-nə cavabdeh ondan ümumi olaraq 4000 manat pul götürmüşdür. 5000 manatı isə cavabdeh iyul ayının 8-də səhər saat 7-də evinə gələrək götürmüşdür. Yenə də, 5000 manat puldan 400 manat çıxılmış, yerdə qalan 4600 manatı cavabdeh götürmüşdür. Hazırda cavabdehin əvvəlki 5000 manat borcu da nəzərə alınsa, ümumilikdə onun 14000 manat məbləğində borcu vardır. Cavabdehə verdiyi pulları tanış bir xanımdan borc alıb vermişdir. Hazırda həmin xanım da ondan borc pulunu istəyir. Dəfələrlə cavabdehdən pul vəsaitlərinin geri qaytarmalarını tələb etsə də, heç bir müsbət nəticə olmamışdır. Cavabdeh borcu qaytarmaqdan imtina edir və borcu olmamasını bildirmişdir. Bu yaxınlarda ona məlum olmuşdur ki, cavabdeh ondan polisə şikayət etmişdir. Bakı şəhəri Nəsimi rayon Polis Idarəsinin 20-ci Polis Bölməsində olarkən izahatları alınan zaman cavabdeh özü təhqiqatçının yanında ondan 9000 manat borc aldığını özü etiraf etmişdir.
9. Cavabdeh iddiaya etiraz edərək bildirmişdir ki, iddiaçı ilə o, iş yoldaşı olmuşlar. Iddiaçını faizə pul verən şəxs kimi tanıdığından işlədikləri müddət ərzində anasının müalicəsi üçün ondan dəfələrlə faizə pul götürmüş və qaytarmışdır. Onun 2023-cü ilin sentyabr ayından 2024-cü ilin iyul ayınadək faizə hissə-hissə götürdüyü ümumi 35000 manat əvəzinə 45000 manatdan artıq pul qaytarmışdır. O, iddiaçıdan 2024-cü ilin iyul ayında 9000 manat faizə pul götürdüyü etiraf etmişdir. Iddiaçı kart nömrəsi 416073....8352-dir. Həmin ilin iyul ayının 1-də Iddiaçı 4000 manat faizə pul götürmüş, həmin puldan 700 manat faiz hesablayaraq götürmüş, ona cəmi 3300 manat pul vermişdir. Iddia ərizəsində göstərilən guya 9000 manatdan əlavə əvvəlki borc olaraq 5000 tələbi yalandır. O, iddiaçıya əvvəl aldığı pulları faizi ilə birlikdə qaytardığına görə ona yenidən faizə pulu vermiş və faizlərin bir qismini də əvvəlcədən götürmüşdür. Bir neçə gün sonra ondan 5000 manat faizə pul götürmüş, həmin puldan 400 manatını Iddiaçı faiz olaraq götürmüş və ona 4600 manat nağd pul vermişdir. Beləliklə, Iddiaçı ona cəmi 7900 manat pul vermişdi. ## #### 2024-cü il tarixində saat 23:14 dəqiqədə cavabdeh Cavabdeh Iddiaçı bank kart hesabına 1200 manat pul göndərmişdir. Bundan sonra ## #### 2024-cü il tarixdə Iddiaçı 416073....**** nömrəli bank kartına 808 manat (0.8 manat komissiya haqqı) və ## #### 2024-cü il tarixdə yenə də həmin karta 151,50 manat (1,50 manat komissiya haqqı) pul köçürmüşdür. Bundan sonra maddi imkanı pisləşdiyindən əlavə pul qaytarmaq imkanı olmamışdır. Lakin ona pulu qaytarmaq üçün möhlət verilməsini xahiş etsə də razılaşmamış və onu hər bir formada hədələmişdir. Ona görə də 20-ci X1suz hərəkətləri barəsində şikayət etmişdir. Iddia tələbini 5750 manat məbləğində qəbul etmişdir.
10. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi ilə (hakim S.Məmmədova) iddia tələbi qismən təmin edilərək, 5550 manat pulun və dövlət rüsumu kimi ödənilmiş pulun 75,5 manat hissəsinin cavabdeh Cavabdeh tutularaq iddiaçı Iddiaçı ödənilməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı tələbinin həqiqətən də 14000 manat təşkil etdiyini sübuta yetirə bilməmiş, yalnız cavabdeh tərəfin özünün etirafı ilə iddiaçıdan hissə-hissə olmaqla 9000 manat pul alındığı, həmin puldan ilk dəfə verilən 4000 manatın 700 manatı çıxılmaqla, cavabdehə cəmi 3300 manat, sonradan isə 5000 manat verilməsi, həmin puldan 400 manatını Iddiaçı faiz olaraq götürdüyü, cavabdehə cəmi 4600 manat nağd pul verildiyi, həm iddia ərizəsinin məzmunu, həmçinin də cavabdeh tərəfin izahatı, etirazı ilə təsdiqlənir.
12. Faktiki götürülən cəmi 7900 manat məbləğdən isə cavabdeh - 1200 manat ## #### 2024-cü il tarixdə, ## #### 2024-cü il tarixdə Iddiaçı 416073....**** nömrəli bank kartına 808 manat (0.8 manat komissiya haqqı) və ## #### 2024-cü il tarixdə yenə də həmin karta 151,50 manat (1,50 manat komissiya haqqı), ## ###### 2024-cü il tarixdə 100 manat və ## #### 2025ci il tarixdə 100 manat, ümumilikdə 2350 manat pul köçürülmüşdür.
13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 1091.1, 1091.2 və 1092.1-ci, Mülki Prosessual Məcəllənin 4.1, 9.1, 9.3, 77.1, 78.1, 217.4 və 220.4-cü maddələrinə; Insan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə ## #### 2007-ci il tarixli qərarındakı hüquqi mövqeyə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsində icraat
14. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh özü izahatında göstərmişdir ki, ondan 2023-cü ilin sentyabr ayından 2024-cü ilin iyul ayınadək faizə hissəhissə ümumi 35000 manat pul götürmüşdür. Bildirsə də ki, həmin 35000 manatı ödəyib, lakin həmin 35000 manat pulun ödənilməsi barədə hər hansı qəbz işə əlavə etməmişdir. Ona görə ki, cavabdeh əslində 2024-cü il tarixdən öncə də pul götürdüyünü özü etiraf etmişdir. O isə iddia ərizəsində göstərmişdir ki, onun öncəki borcundan 5000 manat qalıb. Cavabdeh isə birmənalı özü öz izahatında göstərmişdir ki, 2023-cü il tarixdə ondan pul götürmüşdür. Həmin pulların tam ödənilməsi barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə isə işi birtərəfli apararaq ondan bunu tələb etməmişdir. Onun artıq 2023-cü il tarixdə cavabdeh tərəfindən götürülmüş pulla bağlı sübut təqdim etməyə ehtiyac qalmamışdır. Ona görə ki, artıq cavabdeh özü bunu etiraf etmişdir. Cavabdeh 2024-cü ilin iyul ayından sonra da 9000 manat faizə pul götürdüyü etiraf etmişdir. Bununla bağlı sübuta ehtiyac qalmamışdır. Ona görə də o, bununla bağlı da sübutların təqdim olunmasına ehtiyac olmamasını bildirmişdir. Həmçinin cavabdeh özü Nəsimi rayonu 20-ci Polis bölməsinə də müraciət etdikdə orada da ona borcunun olduğunu etiraf etmişdir. Məhkəmə bu hissədə də düzgün araşdırma aparmamışdır. Ona görə ki, 1200 manat ona ## #### 2025-ci il tarixdə atılmışdır. O, isə 9000 manat pulu ## #### 2025-ci il tarixdə vermişdir. Ona 1200 manat pulu 35000 manat borcdan atmışdır. Həmçinin 808 manat pulu da ona 35000 manat borcdan ödəmişdir. Bununla bağlı sübutları vardır. Cavabdeh ona sonuncu dəfə götürdüyü 9000 manat puldan bir qəpik də ödəniş etməmişdir. O, sistemə kartdan çıxarışlar əlavə etsə də, məhkəmə həmin sübutlara qiymət verməmişdir. Ona görə ki, bütün pul əməliyyatları kart vasitəsilə olunmuşdur. Hətta bunu cavabdeh özü də etiraf etmişdir. O, sonuncu dəfə 9000 manat puldan cavabdehə cəmi 5000 manat pulu əlbəəl vermişdir və cavabdeh də bunu etiraf etmişdir. O, 4000 manat puldan 700 çıxdı, 3300 götürdü. 5000 manat puldan 400 çıxdı, 4600 götürdü. 7900 manat pul qaldı. Cavabdeh özü də etiraf etmişdir ki, faizi ona ödəməmişdir. Cavabdeh kimə faiz ödəyibsə gedib onunla söhbətini eləsin. Həmin puldan 5000 manatı iddiaçı tələb etsə də, məhkəmə 5000 manat pulun tələbinə hər hansı qiymət verməmişdir. Ancaq 9000 manat pulun hissəsində işə baxmış və qətnamədə qeyd etmişdir ki, 5000 manat pulu o, sübut edə bilməmişdir. Lakin məhkəmə diqqət yetirməmişdir ki, cavabdeh özü zatən 35000 manat pulu götürdüyünü etiraf edib. Lakin qaytardığını bildirsə də həmin pulların qaytarmağı barədə sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə də bu hissəyə göz yumaraq qiymət verməmişdir.
16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim C.Musayevanın sədrliyi və məruzəsi ilə, hakimlər F.Babayev və F.Abdıyev) iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi “tutulmalı olan məbləğ” hissəsində dəyişdirilmiş, iddia qismən təmin edilərək, cavabdeh Cavabdeh 11650 manat məbləğində pulun tutularaq iddiaçı Iddiaçı xeyrinə ödənilməsi, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən dövlət rüsumu olaraq ümumilikdə ödənilmiş 198 manatın 164 manatının cavabdeh Cavabdeh tutularaq iddiaçı Iddiaçı xeyrinə ödənilməsi, qətnamənin digər hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
17. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normalarını düzgün tətbiq etsə də, iddia üzrə hesablamanı düzgün aparmamışdır.
18. Belə ki, iş materialları ilə müəyyən olunmuşdur ki, tərəflər arasında faiz qarşılığında borc pul verilməsi barədə razılaşma mövcud olmuş və borcun məhz razılaşdırılmış şərtlərə qaytarılması nəzərdə tutulmuşdur. Qeyd edilənlər hər iki tərəf tərəfindən təsdiq edilmişdir. Bu baxımdan məhkəmə kollegiyası Mülki Məcəllənin 390.1-ci maddəsinə əsaslanaraq qeyd etmişdir ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlmişdir ki, tərəflər arasında əldə olunmuş razılaşmanın predmeti məhz 9000 manat məbləğində pulun qaytarılmalı olmasından ibarət olmuşdur.
19. Bundan başqa, birinci instansiya məhkəməsi iddiaçının 9000 manat verilməzdən əvvəl cavabdehin ona 5000 manat borclu olmasını iddia etdiyini, habelə cavabdehin tərəflər arasında borc münasibətlərinin 2023-cü ilin sentyabr ayından 2024-cü ilin iyul ayınadək davam etməsini, faiz ödənişləri ilə birlikdə hissə-hissə götürdüyü ümumilikdə 35000 manat məbləğini 45000 manatdan artıq pul ödəməklə qaytartadığını etiraf etdiyini, ## #### 2024 nəzərə almamışdır.
20. Məhkəmə həmçinin nəzərə almamışdır ki, cavabdehin ## #### 2024-cü il tarixdə (iddiaçının dediyinə görə ## #### 2024-cü il tarixdə) 4000 manat pul götürdüyü halda, həmin gün 1200 manat köçürməsinin bu məbləğin verilməsi ilə yaranmış borcun qaytarılması kimi qiymətləndirilməsi ağlabatan deyildir. Həmin köçürmənin məhz 4000 manatın qaytarılması məqsədilə həyata keçirildiyini təsdiq edən hər hansı sübut iş materiallarında mövcud deyildir.
21. Bu səbəbdən apellyasiya kollegiyası belə qənaətə gəlmişdir ki, iddiaçının cavabdehə qaytarılmaq şərti ilə ümumilikdə 14000 manat məbləğində pul verdiyi iş materialları ilə sübuta yetirilmişdir.
22. Pulun verilməsi faktı təsdiq olunduğundan, onun qaytarıldığını sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Lakin, cavabdeh yalnız 2350 manat məbləğinin qaytarıldığını təsdiq edən sübutları təqdim etmiş, qalan hissədə öhdəliyin lazımi qaydada və tam icra edildiyini təsdiq edən mötəbər sübutlar təqdim edə bilməmişdir.
23. Buna görə də, borcun həmin hissədə icra edilmədiyi və iddiaçının əmlak mənafelərinin pozulduğu müəyyən olunur.
24. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 324.1, 324.2, 386.1, 1091.1, 1091.2-ci, Mülki Prosessual Məcəllənin 14.1, 14.2, 88, 217.1, 217.3, 385.1.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
25. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılması haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir.
26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 739.1, 739.2-ci, Mülki Prosessual Məcəllənin 77.1, 386-cı maddələrinin tələbləri pozulmuşdur.
27. Belə ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticənin qanunsuzluğu ondan ibarətdir ki, guya cavabdeh izahat verərək göstərmişdir ki, iddiaçıdan 14000 manat məbləğində borc almış və həmin borcdan 2350 manat məbləğini qaytarılmasını təsdiq edən sübutlar təqdim etmişdir. Cavabdeh hesab edir ki, apellyasiya məhkəməsinin gəldiyi bu nəticə işin faktiki halları ilə təsdiq edilmir. Belə ki, cavabdeh heç vaxt iş üzrə izahat verməmiş, onu məhkəmədə nümayəndə və vəkil olaraq vəkil2 təmsil etmişdir. Iddiaçının pulun qaytarılmasına görə cavabdehə olan qanunsuz təsirlərinin qarşısını almaq üçün Nəsimi rayon Polis Idarəsinin 20-ci Polis Şöbəsinə şikayəti də cavabdeh Cavabdeh etmiş və orada verdiyi izahatında iddiadan 9000 manat borc alaraq bir hissəsini ödədiyini bildirmişdir. Nə birinci instansiya məhkəməsi, nə də Bakı Apellyasiya Məhkəməsinin işə baxan kollegiyası 20-ci Polis Şöbəsindən həmin araşdırma materiallarını sorğu əsasında əldə edə bilməmiş, lakin məhkəmə prosesində araşdırmadan əsassız olaraq belə nəticəyə gəlmişdir ki, guya cavabdeh Cavabdeh izahatında iddiaçıdan 14000 manat məbləğində borc aldığını etiraf etmişdir. Məhkəmə araşdırmamışdır ki, Mülki Məcəllənin 739-cu maddəsinə əsasən borc məbləği 3000 manatdan artıq olduğundan nə üçün tərəflər arasında borc müqaviləsi notariat orqanında bağlanmamış, tərəflər arasında faiz məbləği nə qədər olmuş və borcun hansı müddətə qaytarılması müəyyən olunmuşdur? Əgər qanun norması 3000 manatdan artıq məbləğdə borc müqaviləsinin bağlanmamasına təminat vermirsə və bu məbləğin verilməsi iddiaçı tərəfindən sübuta yetirilə bilmirsə məhkəmə hansı əsasla öz mülahizəsi əsasında iddiaçının tələbini əsaslı hesab etmişdir. Apellyasiya məhkəməsində işə baxılarkən cavabdehdən 14000 manat borc tələbini irəli sürsə də, həmin məbləğin 5000 manatın nə vaxt və harada verməsinə dair sübut edə bilməmişdir. Lakin, apellyasiya kollegiyası yalnız iddia ərizəsində yazılanlara istinad edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi barədə qətnamə qəbul etmişdir.Apellyasiya instansiyası məhkəməsinin işə baxan kollegiyası işin faktiki hallarını tam araşdırmamış, şikayətin dəlillərinin təkzib edən sübutlara birinci instansiya məhkəməsində prosessual qanunvericiliyin tələblərinə tam əməl olunmaqla qəbul edilmiş qətnaməni “tutulmalı olan pul məbləği” hissəsində dəyişməklə özü maddi və prosessual normaları düzgün tətbiq etməmişdir.
28. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
29. Kassasiya şikayətinə qarşı etiraz daxil olunmamışdır.
Kassasiya baxışının hədləri
30. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
31. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirmədiyindən, hazırkı kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin iddianın həmin məhkəmə tərəfindən təmin olunan (dəyişdirilən) hissəsində yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq:
32. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Mülki Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
33. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. Belə ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparmış, iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verərək (bənd 17-24) cavabdehin iddiaçıya ödənilməmiş öhdəliyinin məbləğini müəyyən etmişdir.
36. Izah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
37. Işin hallarının araşdırılmaması, sübutların düzgün qiymətləndirilməməsi və gəlinən nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlı kassasiya şikayətinin dəlilləri üzrə qeyd olunmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.Ibrahimovun şikayəti üzrə ## ##### 2004cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
38. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılmalıdır.
39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi iddianın təmin olunan hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.