Məhkəmə qərarları › İş №2(1-8)-1482/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1482/2026

01.07.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1482/2026 01.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri almaq tələbi (vindikasiya tələbi)) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “qanunsuz tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq iddiaçının qanuni istifadəsinə qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. İddiaçı üçüncü şəxs Cavabdeh və cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin * saylı Bakı Ərazi Idarəsinə qarşı “qeydiyyatın qismən ləğv edilməsi, çıxarışın, plan və ölçünün verilməsi” tələbinə dair iddiası Bakı Inzibati Məhkəməsinin ## #### 2023-cü il tarixli, e-2 *(***)-***/**** nömrəli qərarı ilə təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi,*** nömrəli Bağ-Tikinti Kooperativinin ərazisində olan bağ sahələrinin Yerləşmə Sxeminə zidd olaraq, daşınmaz əmlakın dövlət reyestrində **** nömrəli bağ sahəsinə dair Cavabdeh adına aparılmış qeydiyyatın **** nömrəli bağ sahəsinə düşən hissəsində (437,0 kv.m ölçüdə) ləğv edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi *** nömrəli Bağ-Tikinti Kooperativinin ərazisində olan 0,12 ha. ölçüdə **** nömrəli bağ sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Hüquqi şəxsinin * saylı Bakı Ərazi Idarəsinə həvalə edilmişdir.

2. Birinci instansiya məhkəməsinin həmin qərarı Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## #### 2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.

3. Həmin qərardan Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmamışdır.

4. Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən tərtib olunmuş ##.##.2024-cü il tarixli “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən verilmiş ##.##.2024-cü il tarixli, ********** nömrəli çıxarışla Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi,*** nömrəli Bağ Tikinti Kooperativinin ərazisində 0,12 ha. ölçüdə **** nömrəli bağ sahəsi (Yeni qaydalarla AZ1059, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Pərviz Səmədov küçəsi, giriş 69) üzərində İddiaçı xüsusi mülkiyyət hüququ tanınmışdır.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

5. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona məxsus torpaq sahəsi boşaldılaraq qanuni istifadəsinə qaytarılması, torpaq sahəsində qanunsuz inşa edilmiş özbaşına tikilinin sökülməsi və 100 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

6. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər Icra Hakimiyyətinin ##.##.1992-ci il tarixli, **** nömrəli Sərəncamı və həmin Sərəncam əsasında verilmiş ** nömrəli orderlə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində yerləşən *** nömrəli Bağ-Tikinti Kooperativi (BTK) ərazisində 0,12 ha. ölçüdə **** nömrəli bağ sahəsi İddiaçı ayrılmışdır. Bağ sahələrinin yerləşmə sxeminə əsasən bütün bağ sahələri, o cümlədən 1843, 1844, 1845, **** nömrəli və digər bağ sahələri ərazidən keçən bağlararası yola perpendikulyar, yəni 25 metrlik hissəsi yola paralel, 48 metrlik hissəsi perpendikulyar yerləşmişdir. Buna baxmayaraq, *** nömrəli, BTKnın **** nömrəli bağ sahəsinə dair hüquqlar qeydiyyata alınarkən və seriya MH ******* nömrəli çıxarış və torpaq sahəsinin plan və ölçüsü Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin * saylı Bakı Ərazi Idarəsi tərəfindən cavabdeh Cavabdeh adına tərtib edilərkən bağ sahələrinin yerləşmə sxeminin əksinə olaraq, sözügedən **** nömrəli bağ sahəsi öz ərazisi də daxil olmaqla əlavə olaraq 1844 və **** nömrəli bağ sahələrinin üzərinə işlənmişdir. Belə ki, cavabdehə ayrılmış **** nömrəli bağ sahəsinin 0,12 ha. sahəsinin cəmi 99 kv.metr hissəsi sxem üzrə özünə aid olan hissəyə, yerdə qalan 562 kv.metr hissəsi **** nömrəli bağ sahəsinə və 498 kv.metr hissəsi isə **** nömrəli bağ sahəsinin üzərinə işlənilmişdir. Hüquqların bu formada əsassız qeydiyyatı ona gətirib çıxarmışdır ki, **** nömrəli bağ sahəsinin **** nömrəli bağ sahəsi ilə qonşuluğu yaranmışdır. Halbuki, *** nömrəli BTK-nın ərazisində olan bağ sahələrinin yerləşmə sxeminə əsasən bu iki bağ sahəsi arasında 50 metrlik məsafə olmaqla, 1844 və **** nömrəli bağ sahələri mövcuddur. İddiaçı üçüncü şəxs Cavabdeh və cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin * saylı Bakı Ərazi Idarəsinə qarşı “qeydiyyatın qismən ləğv edilməsi, çıxarışın, plan və ölçünün verilməsi” tələbinə dair iddiası Bakı Inzibati Məhkəməsinin ## #### 2023-cü il tarixli, e-2 *(***)-***/**** nömrəli qərarı ilə təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi,*** nömrəli Bağ-Tikinti Kooperativinin ərazisində olan bağ sahələrinin yerləşmə sxeminə zidd olaraq, daşınmaz əmlakın dövlət reyestrində **** nömrəli bağ sahəsinə dair Cavabdeh adına aparılmış qeydiyyatın **** nömrəli bağ sahəsinə düşən hissəsində (437,0 kv.m ölçüdə) ləğv edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi *** nömrəli Bağ-Tikinti Kooperativinin ərazisində olan 0,12 ha. ölçüdə **** nömrəli bağ sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Hüquqi şəxsinin * saylı Bakı Ərazi Idarəsinə həvalə edilmişdir. Birinci instansiya Məhkəməsinin həmin qərarı Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## #### 2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan Cavabdeh tərəfindən verilmiş kassasiya mümkün sayılmamışdır. Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən tərtib olunmuş ##.##.2024-cü il tarixli “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən verilmiş ##.##.2024-cü il tarixli, ********** nömrəli çıxarışla Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi,*** nömrəli Bağ-Tikinti Kooperativinin ərazisində 0,12 ha. ölçüdə **** nömrəli bağ sahəsi (Yeni qaydalarla AZ1059, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Pərviz Səmədov küçəsi, giriş 69) üzərində İddiaçı Baladay oğlunun xüsusi mülkiyyət hüququ tanınmışdır. Lakin hazırda Cavabdeh əvvəllər etdiyi zəbt və faktiki qanunsuz olaraq inşa etdiyi özbaşına tikililər torpaq sahəsindən istifadəni mümkünsüz etməklə onun mülkiyyət hüquqlarını pozur.

7. İddiaçı nümayəndəsi - vəkil vəkil3 ##.##.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən, İddiaçı məxsus torpaq sahəsinin boşaldılaraq qanuni istifadəsinə qaytarılması, torpaq sahəsində qanunsuz inşa edilmiş bütün özbaşına tikililərin cavabdehin öz hesabına sökülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

8. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi vəkil vəkil1 iddia tələbini qəbul etməyərək, ekspert rəyi ilə razı olmadıqlarını və tələbin rədd edilməsini xahiş etmişdir.

9. Məhkəmə Ekspertiza Mərkəzinin **/**** nömrəli ## ###### 2025-ci il tarixli rəyinə əsasən göstərilən torpaq sahəsi (**** nömrəli bağ sahəsi) sənəd üzrə 0.1117 ha olsa da faktiki olaraq 0.068 ha təşkil edir (0.0437 ha ləğv edilib). Iddiaçı İddiaçı məxsus torpaq sahəsinin sərhədləri Ləhiş bağ sahəsi, **** nömrəli bağ sahəsinin planı və ölçüsündə öz əksini tapmışdır. Iddiaçıya məxsus **** nömrəli bağ sahəsi ilə cavabdehə verilmiş **** nömrəli bağ sahəsinin məhkəmə qətnaməsi əsasında ləğv edilmiş 0.0437 ha hissəsində üst-üstə düşmə olmuşdur (sənəd üzrə 0.0437 ha hissəsi ləğv edildikdən sonra üst-üstə düşmə yoxdur). Iddiaçıya məxsus **** nömrəli bağ sahəsi qeydiyyata alındıqdan sonra cavabdehin mişar daşı ilə hasarı sökülməmiş qalmışdır. Cavabdehin məhkəmə qətnaməsi əsasında ləğv edilmiş 0.0437 ha hissəsinə düşən 45.0 metr uzunluğunda hasarı iddiaçının ************ reyestr nömrəli çıxarışa əsasən **** nömrəli bağ sahəsinə düşməsi müəyyən edilmişdir.

10. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli e-*(***)- ****/**** nömrəli qətnaməsi ilə (hakim R.Mirzəliyev) iddia tələbinin təmin edilməsi, iddiaçı İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində (Yeni qaydalarla: AZ 1059, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Pərviz Səmədov küçəsi, giriş 69) qanunsuz inşa edilmiş bütün özbaşına tikililərin Cavabdeh hesabına sökülməsi, torpaq sahəsinin boşaldılaraq iddiaçının qanuni istifadəsinə qaytarılması, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq, iddiaçıya qaytarılması, 50 (əlli) manat ekspertiza xərcindən 25 manat iddiaçıdan, 25 manat isə cavabdehdən tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iş üzrə keçirilmiş ekspert rəyi ilə təsdiq edilir ki, cavabdeh tərəfindən aparılmış tikililər iddiaçıya məxsus sahədə yerləşir. Rəyi tərtib etmiş mütəxəssislər iddiaçının qanuni istifadəsində olan torpaq sahəsinin koordinat məlumatları əsasında müvafiq ekspertiza keçirmiş və iddiaçıya məxsus **** nömrəli bağ sahəsi qeydiyyata alındıqdan sonra cavabdehin mişar daşı ilə hasarı sökülməmiş qalmışdır. Cavabdehin məhkəmə qətnaməsi əsasında ləğv edilmiş 0.0437 ha hissəsinə düşən 45.0 metr uzunluğunda hasarı iddiaçının ************ reyestr nömrəli çıxarışa əsasən **** nömrəli bağ sahəsinə düşməsi müəyyən edilmişdir.

12. Həmçinin iş materiallarına əlavə edilmiş Bakı Inzibati Məhkəməsinin qərarından da göründüyü kimi cavabdehə məxsus sahənin bir hissəsi iddiaçıya aid torpaq sahəsinə düşdüyündən, həmin torpaq sahəsində aparılmış tikinti işləri onun tərəfindən sökülməlidir.

13. Eyni zamanda iddia tələbinin dəqiqləşdirilməsi barədə verilmiş ərizədən göründüyü kimi iddiaçı tərəfindən torpaq sahəsində heç bir tikinti işi aparmadığından qeyd olunan torpaq sahəsində olan bütün tikililərin cavabdeh tərəfindən sökülərək, sahənin ona təhvil verilməsini xahiş etmişdir.

14. Birinci instansiya məhkəməsi keçirilmiş ekspertiza rəyinə münasibət bildirərək qeyd etmişdir ki, rəydə 45 metr daş hasarın iddiaçıya məxsus sahəyə düşdüyü göstərilsə də, məhkəmə araşdırması zamanı həmin tikili sahələrinin 45 metrdən çox olduğu müəyyən edilmiş və iddiaçı qeyd olunan torpaq sahəsində olan bütün özbaşına tikililərin sökülərək, sahənin ona təhvil verilməsini xahiş etdiyindən iddia təmin edilməlidir.

15. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 152.1, 152.2, 152.3, 152.4, 157.2, 157.4-ci, Torpaq Məcəlləsinin 111.1, 111.3, MPM-in 14.2, 77.1, 217.3 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Cavabdeh apellyasiya şikayəti verərək həmin Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilərək, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh vicdansız sahib olmamışdır və iddiaçının göstərilən torpaq sahəsini qanunsuz zəbt etməmişdir. Belə ki, iş materiallarında olan Bakı Inzibati Məhkəməsinin e-2-1(112) ***/**** nömrəli ##.##.2023-cü il tarixli Qərarından da aydın olur ki, cavabdeh mübahisə obyekti olan torpaq sahəsindən istifadəyə və sahibliyə başlamamışdan öncə həmin ərazi, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsində cavabdehin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Bundan sonra o ərazi üzrə tikinti işləri aparmış və de yure və de fakto sahibliyi həyata keçirmişdir. Bu səbəbdən Mülki Məcəllənin 157-ci maddəsinin müvafiq bəndləri cavabdehə şamil edilməli idi. Faktiki olaraq cavabdehin göstərilən torpaq sahəsində bir neçə tikilisi var və düzgün ekspertiza keçirilsə idi, onlar müəyyən edilməli, eyni zamanda həmin ərazinin abadlaşdırılması və görülən işlərlə bağlı, yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər, qarşılıqlı iddia ilə məhkəməyə müraciət ediləcəkdir.

18. Bundan başqa Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008) ****/**** nömrəli ##.##.2025-ci il tarixli qərardadına əsasən mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuşdur. Məhkəmə Ekspertiza Mərkəzinin **/**** nömrəli ## ###### 2025-ci il tarixli rəyinə əsasən göstərilən torpaq sahəsi (**** nömrəli bağ sahəsi) sənəd üzrə 0.1117 ha olsa da, faktiki olaraq 0.068 ha təşkil edir (0.0437 ha ləğv edilib). Iddiaçı İddiaçı məxsus torpaq sahəsinin sərhədləri Ləhiş bağ sahəsi, **** nömrəli bağ sahəsinin planı və ölçüsündə öz əksini tapmışdır. Iddiaçıya məxsus **** nömrəli bağ sahəsi ilə cavabdehə verilmiş **** nömrəli bağ sahəsinin məhkəmə qətnaməsi əsasında ləğv edilmiş 0.0437 ha hissəsində üst üstə düşmə olmuşdur (sənəd üzrə 0.0437 ha hissəsi ləğv edildikdən sonra üst-üstə düşmə yoxdur). Iddiaçıya məxsus **** nömrəli bağ sahəsi qeydiyyata alındıqdan sonra cavabdehin mişar daşı ilə hasarı sökülməmiş qalmışdır. Cavabdehin məhkəmə qətnaməsi əsasında ləğv edilmiş 0.0437 ha hissəsinə düşən 45.0 metr uzunluğunda hasarı iddiaçının ************ reyestr nömrəli çıxarışa əsasən **** nömrəli bağ sahəsinə düşməsi müəyyən edilmişdir. Absurd, ekspertiza rəyi barədə qaydalara əməl edilməyən və standart sözlərdən ibarət ekspert rəyi məhkəmənin qanuni qərar çıxarmasına mane olmuşdur. Belə ki, ekspertiza keçirilmiş torpaq sahəsinə heç bir ekspert tərəfindən baxış keçirilməmiş və sadəcə hansısa mütəxəssis rəyinin nüsxəsini eyniləşdirərək rəy formasına salınmışdır. Faktiki olaraq söküntü ərazisi və onun orda olan tikililəri heç biri nəzərə alınmamışdır. Göstərilən əsaslara görə, iş üzrə əlavə ekspertizanın keçirilməsi zərurəti vardır. Əks halda məhkəmənin ədalətli qərar verilməsi üçün faktiki hallar tam araşdırılmamış qalır və bu da özlüyündə vətəndaşın konstitusion hüququ olan mülkiyyət hüququnun birbaşa pozuntusudur. Qeyd edilən hallar üzrə, torpaq üzərində faktiki tikililərin ekspertiza tərəfində müəyyən edilməməsi və onların hüquqi taleyi ilə bağlı araşdırılma aparılmayıb, qiymətləndirilməməsi məhkəmənin ədalətli nəticəyə gəlməməsinə səbəb olmuşdur.

19. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) *(***)-****/**** nömrəli mülki iş üzrə ## ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakimlər X.Mərdanova (sədrlik edən və məruzəçi), V.Sadıqov və R.Səmədov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin ## ######## 2025-ci il tarixli e-2(008)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun apellyatorun özünə aid edilməsi qət edilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi (Yeni qaydalarla: AZ 1059, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Pərviz Səmədov küçəsi, giriş 69) İddiaçı xüsusi mülkiyyətindədir.

21. Həmçinin birinci instansiya məhkəməsi baxışı zamanı iş üzrə keçirilmiş ekspert rəyi ilə təsdiq edilir ki, cavabdeh tərəfindən aparılmış tikililər iddiaçıya məxsus sahədə yerləşir.

22. Hazırda cavabdeh apellyasiya şikayətində əlavə ekspertizanın keçirilməsinin zəruri olmasını bildirsə də, apellyasiya şikayətində cavabdeh özü qeyd etmişdir ki, göstərilən torpaq sahəsində bir neçə tikilisi mövcuddur. Başqa sözlə, apellyator konkret sökülməli olan tikilinin müəyyən olunmalı olmasını istəyir.

23. Məhkəmə kollegiyası hesab etmişdir ki, işdə müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi sxemlə və inzibati iddia üzrə araşdırma zamanı cavabdehin konkret zəbt etdiyi sahə müəyyən edildiyindən qətnamənin icrası da bu sənədlər üzrə həyata keçiriləcəkdir. Belə olan halda əlavə ekspertiza keçirilməsinə zərurət olmamışdır (i.v.43).

24. Həmçinin apellyasiya instansiyası məhkəməsi tərəfindən keçirilən yerində müayinə zamanı da iddiaçının mülkiyyətində olan sahənin cavabdehin istifadəsində olması öz təsdiqini tapmışdır.

25. Digər tərəfdən cavabdeh yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsi barədə apellyasiya şikayətinin dəlilləri əsassızdır, çünki MPM-in 372.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. Belə olan halda cavabdeh yaxşılaşdırma üçün xərclər çəkdiyini iddia edirsə bununla bağlı ayrıca iddia ilə məhkəməyə müraciət edə bilər.

26. Işin faktiki hallarından da göründüyü kimi cavabdehə məxsus sahənin bir hissəsi iddiaçıya aid torpaq sahəsinə düşdüyündən, həmin torpaq sahəsində aparılmış tikinti işləri onun tərəfindən sökülməlidir.

27. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, rəydə 45 metr daş hasarın iddiaçıya məxsus sahəyə düşdüyü göstərilsə də, birinci instansiya məhkəməsi baxışı zamanı həmin tikili sahələrinin 45 metrdən çox olduğu müəyyən edilmiş və iddiaçı qeyd olunan torpaq sahəsində olan bütün özbaşına tikililərin sökülərək, sahənin ona təhvil verilməsini xahiş etdiyindən birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur.

28. Kollegiya bu qənaətə gələrkən İddiaçı üçüncü şəxs Cavabdeh və cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin * saylı Bakı Ərazi Idarəsinə qarşı “qeydiyyatın qismən ləğv edilməsi, çıxarışın, plan və ölçünün verilməsi” tələbinə dair iddiası üzrə işə baxan Bakı Inzibati Məhkəməsinin təyin etdiyi ekspertiza rəyinin və özünün də ## #### 2023- cü il tarixli, e-2 *(***)-***/**** nömrəli qərarı ilə müəyyən edilmiş halları nəzərə almışdır.

29. Beləliklə də, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. Belə ki, apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

31. Məhkəmə Kollegiyası hesab etmişdir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29cu, Mülki

32. Məcəllənin 152.1, 152.2, 152.3, 152.4, 157.2, 157.4-cü, MPM-in 14.2, 76, 77.1, 80, 88, 103.1, 106.1, 217.1, 217.2, 217.3, 218.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

33. Cavabdeh (vəkil vəkil1) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli mülki iş üzrə ## ###### 2026-cı il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

34. Kassasiya şikayəti Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.5, 157.6, 157.7-ci, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77, 78.1, 88, 97, 99, 101ci maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, İddiaçı üçüncü şəxs Cavabdeh və cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin * saylı Bakı Ərazi Idarəsinə qarşı "qeydiyyatın qismən ləğv edilməsi, çıxarışın, plan və ölçünün verilməsi" tələbinə dair iddiası Bakı Inzibati Məhkəməsinin ## #### 2023-cü il tarixli, e-2 *(***)- ***/**** nömrəli qərarı ilə təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, *** nömrəli Bağ-Tikinti Kooperativinin ərazisində olan bağ sahələrinin Yerləşmə Sxeminə zidd olaraq, daşınmaz əmlakın dövlət reyestrində **** nömrəli bağ sahəsinə dair Cavabdeh adına aparılmış qeydiyyatın **** nömrəli bağ sahəsinə düşən hissəsində (437,0 kv.m ölçüdə) ləğv edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi *** nömrəli Bağ-Tikinti Kooperativinin ərazisində olan 0,12 ha. ölçüdə **** nömrəli bağ sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Hüquqi şəxsinin * saylı Bakı Ərazi Idarəsinə həvalə edilmişdir. Birinci instansiya məhkəməsinin həmin qərarı Bakı Apellyasiya Məhkəməsinin Inzibati Kollegiyasının ## #### 2024-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmamışdır. Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi tərəfindən tərtib olunmuş ##.##.2024-cü il tarixli "Torpaq sahəsinin planı və ölçüsü"nə əsasən verilmiş ##.##.2024-cü il tarixli, ********** nömrəli çıxarışla Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi,*** nömrəli Bağ Tikinti Kooperativinin ərazisində 0,12 ha. ölçüdə **** nömrəli bağ sahəsi (Yeni qaydalarla AZ1059, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Pərviz Səmədov küçəsi, giriş 69) üzərində İddiaçı xüsusi mülkiyyət hüququ tanınmışdır. Hazırda iddiaçı mülkiyyət hüququ əsasında ona məxsus torpaq sahəsində cavabdeh tərəfindən qanunsuz olaraq tikilmiş tikililərin sökülməsi və torpaq sahəsinin boşaldılmasını xahiş edir. Birinci instansiya məhkəməsində icraat Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona məxsus torpaq sahəsi boşaldılaraq qanuni istifadəsinə qaytarılması, torpaq sahəsində qanunsuz inşa edilmiş özbaşına tikilinin sökülməsi və 100 manat dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir

35. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli e*(***)- ****/**** nömrəli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, iddiaçı İddiaçı xüsusi mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsində (Yeni qaydalarla: AZ 1059, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Pərviz Səmədov küçəsi, giriş 69) qanunsuz inşa edilmiş bütün özbaşına tikililərin Cavabdeh hesabına sökülməsi, torpaq sahəsinin boşaldılaraq iddiaçının qanuni istifadəsinə qaytarılması, ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq, iddiaçıya qaytarılması, 50 (əlli) manat ekspertiza xərcindən 25 manat iddiaçıdan, 25 manat isə cavabdehdən tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.

36. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh vicdansız sahib olmamış və iddiaçının göstərilən torpaq sahəsini qanunsuz zəbt etməmişdir. Belə ki, iş materiallarında olan Bakı Inzibati Məhkəməsinin e-2-1(112) ***/**** nömrəli ##.##.2023-cü il tarixli Qərarından da aydın olur ki, cavabdeh mübahisə obyekti olan torpaq sahəsindən istifadəyə və sahibliyə başlamamışdan öncə həmin ərazi, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsində cavabdehin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Bundan sonra o ərazi üzrə tikinti işləri aparmış və de yure və de fakto sahibliyi həyata keçirmişdir. Bu səbəbdən Mülki Məcəllənin 157-ci maddəsinin müvafiq bəndləri cavabdehə şamil edilməli idi. Faktiki olaraq cavabdehin göstərilən torpaq sahəsində bir neçə tikilisi var və düzgün ekspertiza keçirilsə idi, onlar müəyyən edilməli, eyni zamanda həmin ərazinin abadlaşdırılması və görülən işlərlə bağlı, yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər, qarşılıqlı iddia ilə məhkəməyə müraciət ediləcəkdir.

37. Bundan başqa Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qərardadına əsasən mülki iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuşdur. Məhkəmə Ekspertiza Mərkəzinin **/**** nömrəli ## ###### 2025-ci il tarixli rəyinə əsasən göstərilən torpaq sahəsi (**** nömrəli bağ sahəsi) sənəd üzrə 0.1117 ha olsa da, faktiki olaraq 0.068 ha təşkil edir (0.0437 ha ləğv edilib). Iddiaçı İddiaçı məxsus torpaq sahəsinin sərhədləri Ləhiş bağ sahəsi, **** nömrəli bağ sahəsinin planı və ölçüsündə öz əksini tapmışdır. Iddiaçıya məxsus **** nömrəli bağ sahəsi ilə cavabdehə verilmiş **** nömrəli bağ sahəsinin məhkəmə qətnaməsi əsasında ləğv edilmiş 0.0437 ha hissəsində üst-üstə düşmə olmuşdur (sənəd üzrə 0.0437 ha hissəsi ləğv edildikdən sonra üst-üstə düşmə yoxdur). Iddiaçıya məxsus **** nömrəli bağ sahəsi qeydiyyata alındıqdan sonra cavabdehin mişar daşı ilə hasarı sökülməmiş qalmışdır. Cavabdehin məhkəmə qətnaməsi əsasında ləğv edilmiş 0,0437 ha hissəsinə düşən 45.0 metr uzunluğunda hasarı iddiaçının ************ reyestr nömrəli Çıxarışa əsasən **** nömrəli bağ sahəsinə düşməsi müəyyən edilmişdir.

38. Absurd ekspert rəyi barədə qaydalara əməl edilməyən və standart sözlərdən ibarət ekspert rəyi məhkəmənin qanuni qərar çıxarmasına mane olmuşdur. Belə ki, ekspertiza keçirilmiş torpaq sahəsinə heç bir ekspert tərəfindən baxış keçirilməmiş və sadəcə hansısa mütəxəssis rəyinin nüsxəsini eyniləşdirərək rəy formasına salınmışdır. Faktiki olaraq söküntü ərazisi və orada olan tikililərinin heç biri nəzərə alınmamışdır.

39. Göstərilən əsaslara görə, iş üzrə əlavə ekspertizanın keçirilməsi zərurəti vardır. Əks halda məhkəmənin ədalətli qərar verilməsi üçün faktiki hallar tam araşdırılmamış qalır və bu da özlüyündə vətəndaşın konstitusion hüququ olan mülkiyyət hüququnun birbaşa pozuntusudur. Qeyd edilən hallar üzrə torpa üzərində faktiki tikililərin ekspertiza tərəfindən müəyyən edilməməsi və onların hüquqi taleyi ilə bağlı araşdırılma aparılmayıb qiymətləndirilməməsi məhkəmənin ədalətli nəticəyə gəlməməsinə səbəb olmuşdur.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

40. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

41. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.

42. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

43. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

44. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

47. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

48. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

49. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

50. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

51. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

52. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində

53. nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

54. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

55. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

Kassasiya baxışının hədləri

56. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

57. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi

58. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək belə qənaətə gəlmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələbini pozmuş və düzgün olmayan qətnamə qəbul etmişdir.

59. Belə ki, iş materialları ilə təsdiq edilir ki, sökülməsi tələb edilən tikililərin yerləşdiyi torpaq sahəsi əvvəlcə daşınmaz əmlakın dövlət reyestrində cavabdehin adına qeydiyyata alınmış və Bakı Inzibati Məhkəməsinin ## #### 2023-cü il tarixli, e-2 *(***)-***/**** nömrəli qərarı ilə iddi təmin edilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi,*** nömrəli Bağ- Tikinti Kooperativinin ərazisində olan bağ sahələrinin Yerləşmə Sxeminə zidd olaraq, daşınmaz əmlakın dövlət reyestrində **** nömrəli bağ sahəsinə dair Cavabdeh adına aparılmış qeydiyyatın **** nömrəli bağ sahəsinə düşən hissəsində (437,0 kv.m ölçüdə) ləğv edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi *** nömrəli Bağ-Tikinti Kooperativinin ərazisində olan 0,12 ha. ölçüdə **** nömrəli bağ sahəsi üzərində İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Hüquqi şəxsinin * saylı Bakı Ərazi Idarəsinə həvalə edilmişdir.

60. Cavabdeh qeyd edilən torpaq sahəsi onun adına qeydiyyatda olarkən tikintilər apardığını bildirmişdir. Belə olan halda iş üzrə qanuni və əsaslı nəticəyə gəlinməsi üçün apellyasiya instansiyası məhkəməsi tərəfindən o hal araşdırılıb hüquqi qiymət verilməli idi ki, cavabdeh torpaq sahəsində tikinti işlərini vicdanlı olaraq , yəni, tikinti işlərini özünə məxsus torpaq sahəsində apardığını hesab edərəkmi aparıb, ya yox. Tikinti işlərinin vicdanlı olaraq aparıldığı müəyyən ediləcəyi təqdirdə həmin tikililərin torpaq sahəsinin hazırkı mülkiyyətçisinin özünün və torpaq sahəsinin təyinatının məqsədləri üçün istifadə edilə bilib-edilə bilinməyəcəyi müəyyən edilməli, əgər belə məqsədlər üçün istifadə edilə bilərsə, o halda kompensasiya verilmədən tikililərin sökülməsini tələb etməyin hüquqdan sui-istifadə olub-olmamasına hüquqi qiymət verilməli idi.

61. Lakin apellyasiya instansiyası məhkəməsi bu istiqamətdə lazımi araşdırma və hüquqi dəyərləndirmə aparmamışdır.

62. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.

63. Həmin Məcəllənin 560.1 və 560.2-ci maddələrinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

64. Digər tərəfdən iş üzrə məhkəmələr tərəfindən tədqiq edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin **/**** nömrəli ## ###### 2025-ci il tarixli rəyinə əsasən cavabdehin məhkəmə qətnaməsi əsasında ləğv edilmiş 0.0437 ha hissəsinə düşən 45.0 metr uzunluğunda hasarı iddiaçının ************ reyestr nömrəli çıxarışa əsasən **** nömrəli bağ sahəsinə düşməsi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi həmin rəyə istinad etməklə bərabər qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı həmin tikili sahələrinin 45 metrdən çox olduğu müəyyən edilmiş və iddiaçı qeyd olunan torpaq sahəsində olan bütün özbaşına tikililərin sökülərək, sahənin ona təhvil verilməsini xahiş etdiyindən iddia təmin edilməli olması nəticəsinə gəlinmiş, apellyasiya instansiyası məhkəməsi də bununla razılaşmışdır.

65. Göstərilənlər, əlavə tikililər ekspert rəyində göstərilmədiyi bir şəraitdə ekspert rəyinin mötəbərliyinə şübhə yaradır.

66. Lakin, birinci instansiya məhkəməsi tərəfindən 45 metrdən çox olan tikili sahələrinin necə müəyyən olunduğu, hansı tikililərdən ibarət olduğu məlum olmur. Apellyasiya instansiyası məhkəməsi də 45 metrdən çox olan tikili sahələrinin nədən ibarət olduğunu, həmin tikililərin təyinatını prosessual imkanlardan istifadə edib araşdırmamış və işin hallarına uyğun hüquqi dəyərləndirmə aparmamışdır.

67. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının MPM-in 102.1 və 102.2-ci maddələrinə əsasən ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər.Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.

68. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir.

69. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» ## ###### 2005-ci il tarixli * saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

70. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2008-ci il tarixli qərarı).

71. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2006-cı il tarixli qərarı).

72. Yuxarıda qeyd edilənlərə görə də cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilməli, iş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Işə apellyasiya instansiyası məhkəməsi tərəfindən yenidən baxılarkən şərh edilən nöqsanlar aradan qaldırılmalı, maddi və prosessual hüquq normalarının tələbinə uyğun, qanuni və əsaslı məhkəmə aktı qəbul edilməlidir.

73. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilsin. Iş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar