Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1485/2026 04.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdehlər cavabdeh1 və Bakı şəhəri ** saylı Notariat Ofisinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqaviləsi üzrə ödənilməmiş pulun tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdehlər cavabdeh1 və Bakı şəhəri ** saylı Notariat Ofisinə qarşı “bağ sahəsinin ümumi dəyəri üzrə ödənilməmiş pul vəsaitinin üzərində iddiaçının 1/2 hissədə pay hüququnun müəyyən edilməsi və iddiaçının pay hüququ olduğu hissə üzrə pul vəsaitinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə ## ###### 2026-cı il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. X1 ilə cavabdeh1 arasında ## ##### 2022-ci ildə ilkin alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, G.Rzayeva ünvan 2 ünvanında yerləşən 0,077 ha torpaq sahəsini cavabdeh1 81,000 manat qiymətə satmağı öhdəsinə götürmüşdür.
2. Müqavilənin 2.3-cü bəndinə əsasən müqavilənin 2.2-ci bəndində nəzərdə tutulmuş əsas müqavilə üzrə alqı-satqı obyektinin satış dəyərini təşkil edən 81.000 manat məbləğində puldan 1000 manat məbləği cavabdeh1 bu müqavilənin qüvvəyə mindiyi tarixdə G.Rzayevaya nəğd şəkildə ödəyir, qalan 80.000 manatı isə 3 ay müddətinə ödəməyi öhdəsinə götürür.
3. Müqavilənin 2.4-cü bəndinə əsasən əsas müqavilə əmlaka dair mülkiyyət hüququ haqqında sənədlər əldə edildikdən sonra 3 ay müddətinə bağlanmalıdır.
4. Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** saylı qərarına əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi X1 ilə İddiaçı birgə nikah dövründə əldə edilmiş əmlakı hesab edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı İddiaçı (bundan sonra həmçinin “iddiaçı”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1/2 hissədə pay sahibi olduğu ünvan 2 ünvanında yerləşən bağ sahəsinin ümumi dəyəri üzrə cavabdeh tərəfindən ödənilməmiş 75.000 manat məbləğində pul vəsaitinin üzərində 1/2 hissədə (37.500 manat) pay hüququnun müəyyən edilməsi, cavabdeh cavabdeh1 (bundan sonra həmçinin “cavabdeh”) 37.500 manat məbləğində pul vəsaitinin və 204 manat dövlət rüsumunun, eyni zamanda digər cavabdeh ** saylı Notariat Ofisindən (bundan sonra “Notariat ofisi”) 20.000 manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Rzayeva (Nəsirova) Günel Rizvan qızı (bundan sonra həmçinin “üçüncü şəxs”) iddia ərizəsi üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxsdir.
7. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının üçüncü şəxs X1 ilə nikahı Xətai Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. İddiaçı keçmiş həyat yoldaşı olan X1 ilə birgə nikah dövründə, lakin iddiaçının öz vəsaiti hesabına birgə nikah dövründə əldə etdiyi ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 231.30 kv/m olan fərdi yaşayış evi və onun altı və həyətyanı sahəsində mövcud olan, ümumi sahəsi 0.077 ha olan torpaq sahəsinin satılmasına dair X1 ilə cavabdeh1 arasında bağlanmış ##.##.2022-ci il tarixli, AN-İ №******* saylı əsas alqı-satqı və 7E-**** reyestr nömrəli, ##.##.2022-ci il tarixli ilkin alqı-satqı müqaviləsi üzrə ümumi dəyərinin 456.000 (dörd yüz əlli altı min) manat məbləğdə razılaşdırılaraq alqı-satqısı həyata keçirilmiş, sonuncuya satılmışdır. Həmin zaman hazırki cavabdeh cavabdeh1 pul vəsaitinin 375.000 manatını nağd formada ödəyib, vəsaitin 81.000 manat hissəsinin isə 3 ay müddətində ödəmək şərti ilə ilkin müqavilə imzalamışdır. İlkin müqavilənin şərtlərindən də müəyyən olunduğu kimi, həmin pul vəsaitinin 1000 (min) manat məbləğdə hissəsi müqavilə qüvvəyə mindiyi zaman nağd şəkildə ödənilməsi, qalan 80.000 (səksən min) manat məbləğdə pul vəsaitinin isə 3 ay müddətində satıcıya ödənilməsi nəzərdə tutulmuşdur. Lakin alqı-satqı üzrə alıcı və hazırki cavabdeh tərəfindən qalan 80.000 manat məbləğdə pul vəsaitinin yalnız 5000 manat məbləğdə hissəsi sonradan ödənilmiş, yerdə qalan 75.000 (yetmiş beş min) manat məbləğdə hissəsi ödənilməmişdir. Həmin əmlakln 3-cü şəxslə birgə nikah dövründə əldə edilmiş olması və 1/2 hissədə iddiaçının mülkiyyət hüququnun olması faktı Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qətnaməsi ilə təsdiq edilmiş, daha sonra Ali Məhkəmənin qərarı ilə təsdiqlənmilşdir. Buna görə də iddiaçı ilə 3-cü şəxsin birgə nikah dövründə əldə etdiyi ünvan 2 ünvanında yerləşən bağ sahəsinin (torpaq sahəsi ilə birlikdə) cavabdehə satılmasına dair ##.##.2022-ci il tarixli alqı-satqı müqaviləsi üzrə alıcı tərəfindən ödənilməmiş 75.000 (yetmiş beş min) manat məbləğdə pul vəsaitinin üzərində iddiaçının 1/2 hissədə pay hüququnun müəyyən edilməsi və 37.500 (otuz yeddi min beş yüz) manat məbləğdə pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi mütləq və zəruridir. Həmin bağ sahəsinin tərəflərin (iddiaçı və 3-cü şəxsin) birgə nikah dövründə əldə etdiyi əmlak olması Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli və həmin qərarın qüvvədə saxlanmasını qərara alan Ali Məhkəmənin qərarı ilə təsdiqlənmiş və həmin bağ sahəsinin hazırki cavabdehlə aralarında alqı-satqıdan əldə edilmiş pul vəsaitinin 1/2 (hazırki cavabdehin qismən ödədiyi) hissəsinə hüququ tanınmış, eyni zamanda həmin əmlakın 1/2 hissəsinin mülkiyyətçisinin hazırki iddiaçı olduğu təsdiqlənmişdir. Bu səbəbdən həmin birgə nikahdan əldə edilmiş əmlakın özünə pay hüququna mütənasib şəkildə, eyni zamanda alqı-satqısından əldə edilməli olan pul vəsaitinə dair hazırki iddiaçının 1/2 hissədə pay hüququ mövcuddur və hazırki cavabdehin pozduğu öhdəlik yalnız 3-cü şəxsə münasibətdə deyil, bağ sahəsinin 1/2 hissədə pay sahibi olan iddiaçıya da aid olması zərurətini yaradır.
8. Cavabdehin nümayəndəsi-vəkili iddiaya etiraz edərək göstərmişdir ki, sözügedən torpaq sahəsi cavabdehin xüsusi mülkiyyətində deyildir. Həmin torpaq sahəsi dövlətin mülkiyyətindədir. İddiaçı eyni zamanda iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. İddia həm də bu əsasla da təmin edilməməlidir.
9. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməməsi, ödənilən dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. (hakim İlkin Rüstəmli)
10. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, X1 ilə cavabdeh1 arasında bağlanmış ## ##### 2022-ci il tarixli ilkin alqı-satqı müqaviləsinə əsasən tərəflər razılaşmışlar ki, G.Rzayeva ünvan 2 ünvanında yerləşən 0,077 ha torpaq sahəsini cavabdeh1 81,000 manat qiymətə satmağı öhdəsinə götürmüşdür. Müqavilə bağlanan zaman cavabdeh1 tərəfindən 1000 manat məbləğində ödəniş edilmiş və qalan məbləğin 3 ay müddətində ödənilməsi razılaşdırılmışdır. Sonradan isə cavabdeh1 tərəfindən 5000 manat məbləğində də ödəniş edilmişdir. Tərəflər eyni zamanda razılaşmışdırlar ki, əsas müqavilə əmlaka dair mülkiyyət hüququ haqqında sənədlər əldə edildikdən sonra 3 ay müddətinə bağlanmalıdır.
11. Birinci instansiya məhkəməsi iddia tələbinin cavabdeh tərəfindən ödənilməmiş 75.000 manat məbləğində pul vəsaitinin üzərində iddiaçının 1/2 hissədə (37.500 manat) pay hüququnun müəyyən edilməsi, cavabdehdən 37.500 manat məbləğində pul vəsaitinin tutulması” hissəsini əsassız sayaraq göstərmişdir ki, müqavilənin etibarsız hesab edilməsi üçün mülki qanunvericilikdə hallar konkret olaraq müəyyən edilmişdir. Əqdin (müqavilənin) etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd anlaşır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlər deyə iki qrupa bölünür.
12. Hazırda ünvan 2 ünvanında yerləşən 0,077 ha torpaq sahəsinin hüquqmüəyyənedici sənədləri mövcud deyildir. Qanunvericiliyin tələbinə əsasən tərəflər arasında müqavilə bağlanarkən Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtlərə riayət edilməlidir. İddiaçı onun keçmiş arvadı ilə cavabdehin bağlamış olduğu müqavilənin ilkin alqı-satqı müqaviləsi olduğunu qeyd etsə də, müqavilənin mahiyyətindən görünür ki, həmin müqavilə faktiki olaraq alqı-satqı müqaviləsi olaraq bağlanmışdır. Belə ki, tərəflərin müqavilə bağlanan zaman əsas niyyətləri əmlakın alqı-satqısını həyata keçirmək olmuşdur. Tərəflər bununla yanaşı, müqavilənin predmetinin qiymətini də müəyyənləşdirmiş və müqavilə bağlanan zaman cavabdeh1 həmin məbləğdən G.Rzayevaya 1000 manat məbləğində ödəniş də etmişdir. Bu səbəbdən sözügedən ilkin alqı-satqı müqaviləsinin əslində faktiki olaraq alqı-satqı müqaviləsi qismində bağlandığı müəyyən edilir. Alqı-satqı müqaviləsi bağlanan zaman isə qanunvericilikdə nəzərə tutulmuş şərtlərə riayət edilməmişdir. Belə ki, müqavilə bağlanan zaman mübahisəli torpağa dair satıcının xüsusi mülkiyyət hüququnu təsdiq edən heç bir sənəd mövcud olmamışdır. Qanunvericiliyin tələbini gözləməməklə bağlanan əqd isə etibarsız əqddir. Hazırki işdə iddiaçının istinad etdiyi həmin alqı-satqı müqaviləsi isə öz-özlüyündə əhəmiyyətsiz əqd olmaqla tərəflər üçün heç bir hüquqi nəticə yaratmır. Bu səbəbdən iddiaçının əhəmiyyətsiz əqdə istinad edərək, cavabdehdən həmin əqd üzrə ödənilməli olan pulun yarı hissəsini tələb etmək barədə iddiası əsassızdır.
13. Birinci instansiya məhkəməsi sözügedən müqavilənin iddaçı tərəfindən ilkin alqı-satqı müqaviləsi kimi tanınması ilə bağlı məsələyə münasibətdə ilkin alqı-satqı müqaviləsi institutunun mahiyyətinə izah verməyi zəruri hesab edərək qeyd etmişdir ki, sözügedən müqavilə hətta ilkin alqısatqı müqaviləsi kimi müəyyən edilsə idi belə, hazırki tələb əsassız hesab edilməli idi.
14. Belə ki, müqavilənin məzmunundan da göründüyü kimi tərəflər öz aralarında əmlaka dair mülkiyyət hüququ haqqında sənədlər əldə edildikdən sonra 3 ay müddətində əsas müqavilə bağlayacaqlarının razlaşdırmışlar. İlkin müqavilənin mahiyyəti əsas müqavilədə qeyd oluncaq predmet və şərtləri özündə əks etdirmək və əsas müqavilənin hansı müddətdə bağlanacağını müəyyən etməkdir. İlkin alqı-satqı müqaviləsində isə əsas müqavilənin 3 ay müddətində bağlanacağı razılaşdırılmasına baxmayaraq, həmin müddət keçdikdən sonra əsas müqavilə bağlanmamışdır. Bu isə ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərin xitamı deməkdir.
15. Bundan başqa, iddiaçının iddiasının əsası kimi istinad etdiyi hallardan biri ünvan 2 ünvanında yerləşən 0,077 ha torpaq sahəsinin onunla keçmiş həyat yoldaşı X1 ilə birgə nikah dövründə əldə edilmiş əmlak olması və bu faktın məhkəmə qərarı ilə müəyyən edilməsidir. Halbuki işdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** saylı Qərarından görünür ki, ünvan 2 ünvanında yerləşən 0,077 ha torpaq sahəsi deyil, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi X1 ilə İddiaçı birgə nikah dövründə əldə edilmiş əmlakı hesab edilmişdir.
16. Göründüyü kimi, iddiaçının istinad etdiyi bu halın da heç bir əsası yoxdur.
17. Birinci instansiya məhkəməsi iddia tələbinin Notariat Ofisindən 20.000 manat pulun iddiaçının xeyrinə tutulması” hissəsini də əsassız sayaraq göstərmişdir ki, iddia ərizəsinin məzmununa görə də iddiaçı tələbin bu hissəsinə dair heç bir hüquqi və ya faktiki əsasa istinad etməmiş, sadəcə 20000 manat məbləğində pulun Notariat Ofisindən tutulmasını xahiş etmişdir. Halbuki işdən görünür ki, Notariat Ofisinin hazırki işə aidiyyatı yalnız ondan ibarətdir ki, G.Rzayeva ilə cavabdeh1 arasında bağlanmış ilkin alqı-satqı müqaviləsi həmin notariat ofisində təsdiqlənmişdir. Notariat ofisinin hansı qanunsuz hərəkəti nəticəsində iddiaçıya zərər vurmuş olduğu isə iş materialları ilə müəyyən edilmir.
18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 324.1, 324.5, 326, 328.1, 329.2, 337.1, 402.1, 402.3, 402.5, 404.1, 567-ci, Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
19. İddiaçı (vəkili və nümayəndəsi Nümayəndə) apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş etmişdir.
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının aidiyyatı 1/2 hissədə pay hüququnun mövcud olduğu Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2024-сü il tarixli qətnaməsi ilə təsdiq edilmiş və daha sonra Ali Məhkəmənin qərarı ilə təsdiq edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən əmlakın ümumi bazar dəyərinin qiyməti həmin vaxt yalnız tikilinin 400.000 manatdan yuxarı olmasını nəzərə almadan yerdə qalan pulu iddia tələbi çərçivəsində təmin etməmişdir və buna əsas olaraq sübut təqdim olunmadığı qeyd olunmuşdur. Məhkəmə ##.##.2022ci il tarixli, AN-İ №******* saylın əsas alqı-satqı və 7E-**** reyestr nömrəli ilkin alqı-satqı müqaviləsini subyektiv sübut kimi tanımamışdır. Hansı ki, həmin alqı-satqı müqaviləsi üzrə yekun ödəniş edilmədiyi halda notariat orqanı tərəfindən təsdiqlənmiş və qanunsuz olaraq icra edilmişdir. Sözügedən bağ sahəsinə dair ödənilməli olan qalıq 81.000 manat tam şəkildə ödənilmədiyi halda yekun alqı-satqı müqaviləsini təsdiqlədikdən sonra digər cavabdehlər birlikdə hazırkı iddiaçıya maddi ziyan vurmuşlar. Hansı ki, Notariat ofisi nisyə alqı-satqı üzərindən ödənilməyən ödəniş üzrə öhdəlik müəyyən etməli olduğu halda, digər cavabdehin xeyrinə hərəkətlər etməklə hazırki iddiaçıya münasibətdə cavabdeh cavabdeh1 öhdəliyinin icra etməməsinə bir növ şərait yaratmışdır. Bununla da, Bakı şəhəri Notariat ofisi həmin alqı-satqını "nisyə alqı-satqı" adı altında rəsmiləşdirərkən, "Notariat haqqında” Qanun, "Notariat hərəkətlərinin aparılmasına dair Təlimat”ın və digər qanunların tələblərini kobud formada pozmuşdur. AN-İ№******* saylı əsas alqı-satqı və 7E-**** reyestr nömrəli, ##.##.2022-ci il tarixli ilkin alqı-satqı müqaviləsi üzrə bağın ümumi dəyərinin 456.000 (dörd yüz əlli altı min) manat məbləğdə razılaşdırılaraq alqı-satqısı həyata keçirilmiş, sonuncuya satılmışdır. Həmin zaman hazırki cavabdehlərdən olan cavabdeh1 pul vəsaitinin 375.000 manatının nağd formada ödəyib, vəsaitin 81.000 manat hissəsinin 3 ay müddətində ödəmək şərti ilə digər müqavilə imzalamışdır. Müvafiq müqavilənin şərtlərindən də müəyyən olunduğu kimi, həmin pul vəsaitinin 1000 (min) manat məbləğdə hissəsi müqavilə qüvvəyə mindiyi zaman nağd şəkildə ödənilməsi, qalan 80.000 (səksən min) manat məbləğdə pul vəsaitinin isə 3 ay müddətində satıcıya ödənilməsi nəzərdə tutulmuşdur. Lakin alqı-satqı üzrə alıcı və hazırki cavabdeh cavabdeh1 tərəfindən qalan 80.000 manat məbləğdə pul vəsaitinin yalnız 5000 manat məbləğdə hissəsi sonradan ödənilmiş, yerdə qalan 75.000 (yetmiş beş min) manat məbləğində hissəsi ödənilməmişdir. Eyni zamanda, məhkəmə qiymətləndirmə barədə vəsatəti təmin etməyib ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 231.30 kv.m olan fərdi yaşayış evinin ümumi bazar dəyərini müəyyən etməklə bağlı qiymətləndirici ekspertiza keçirməmişdir və bu hissədə araşdırılma aparmamışdır. Belə ki, məhkəmə iddiaçının müvafiq sübutlarının yalnız məhkəmə tərəfindən mümkünlüyünü nəzərə alınmadan iddia rədd edilmiş, sübutların əldə edilməsi istiqaməti məhdudlaşdırılmışdır. Məhkəmə maddi hüquq normalarını nəzərə almadan Notariat ofisinin qanunsuz hərəkətlərinə düzgün hüquqi qiymət verməmiş və həmin hissədə iddianı əsassız hesab etmişdir. İlkin olaraq iddia müddətini ötürmək, daha sonra isə ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 231.30 kv.m olan fərdi yaşayış evi və onun altı və həyətyanı sahəsinin dövlət mülkiyyətində olduğunu əsaslandırmışdır. Halbuki, bu gün ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 231.30 kv.m olan fərdi yaşayış evi və onun altı və həyətyanı sahəsi faktiki olaraq cavabdeh1 istifadəsindədir və texniki pasporta uyğun olaraq bağın ayrılmaz hissəsi kimi istifadə edilməkdədir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ## #### 2026cı il21. tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Rəşid Səmədov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova, Vahid Sadıqov )
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmış və apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, iddiaçı İddiaçı Bakı şəhəri ** saylı Notariat ofisində həmin alqı-satqının bağlanması zamanı şəxsən iştirak etmiş, notarial qaydada təsdiq edilmiş razılıq ərizəsi vermişdir. Alqı-satqı müqaviləsi bağlanan zaman isə qanunvericilikdə nəzərə tutulmuş şərtlərə riayət edilməmişdir. Belə ki, müqavilə bağlanan zaman mübahisəli torpağa dair satıcının xüsusi mülkiyyət hüququnu təsdiq edən heç bir sənəd mövcud olmamışdır. İddiaçının keçmiş arvadı X1 ilə “birgə əmlakı” hesab etdiyi torpaq sahəsi ilə bağlı ilkin müqavilə ilə müəyyən edilmiş öhdəliyini yerinə yetirmədiyi səbəbindən İddiaçı da tələb irəli sürmək hüququ yaranmamışdır. Buna görə iddiaçının dəlili əsassızdır.
23. Bundan əlavə, Notariat ofosindən 20.000 manat pulun tutularaq iddiaçıya ödənilməsi tələbinə gəldikdə, Notariat ofisinin qanunsuz hərəkəti nəticəsində iddiaçıya zərər vurmuş olduğu iş materialları ilə müəyyən edilməmişdir. Belə olan halda, iddiaçının bu dəlili də əsassız hesab edilməlidir.
24. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 324.1, 324.5, 326, 328.1, 329.2, 337.1, 402.1, 402.3, 402.5, 404.1, 567-ci, Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
25. İddiaçı İddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv, iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
26. Kassasiya şikayəti iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə istinadən əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə təcrübəsində torpaq sahələri ilə bağlı qanunvericiliyin tətbiqinin bəzi məsələləri haqqında” qərarında məhkəmələrə izah edilmişdir ki, torpaq sahəsi üzərində yerləşən bina, tikili və qurğular həmin torpaq sahəsi ilə vahid əmlak kompleksi təşkil edir və onların hüquqi taleyi bir-birindən ayrı həll edilə bilməz. Plenum qeyd etmişdir ki, torpaq sahəsinə dair hüquqlar müəyyən edilərkən həmin torpaq üzərində yerləşən daşınmaz əmlakın hüquqi statusu da eyni zamanda nəzərə alınmalıdır və yaşayış evinin hüquqi rejimi torpaq sahəsindən təcrid olunmuş qaydada qiymətləndirilə bilməz. Hazırkı iş üzrə isə apellyasiya məhkəməsi bir tərəfdən Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi,ev 421 H ünvanında yerləşən fərdi yaşayış evinin tərəflərin birgə nikah dövründə əldə edilmiş əmlak olduğunu qəbul etmiş, digər tərəfdən isə həmin evin yerləşdiyi 0,077 ha torpaq sahəsini ayrıca hüquqi obyekt kimi qiymətləndirərək birgə nikah əmlakı saymamışdır. Bu yanaşma Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda göstərilən hüquqi mövqeyinə ziddir. Çünki fərdi yaşayış evi həmin torpaq sahəsindən ayrılıqda mövcud ola bilməz və torpaq sahəsi yaşayış evinin hüquqi cəhətdən ayrılmaz hissəsi hesab edilir. Həmçinin məhkəmə tərəfindən Mülki Prosessual Məcəllənin 254.0.1-ci maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. Apellyasiya icraatı zamanı müəyyən olunmuşdur ki, hazırkı mübahisə ilə birbaşa əlaqəli olan hüquqi məsələyə dair Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət edərək, Mülki Məcəllənin 402-ci maddəsi və “Notariat haqqında” Qanunun 74-cü maddəsinin 4-cü hissəsinin müqayisəli şəkildə şərh edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının ## #### 2025-ci il tarixli qərardadından görünür ki, müvafiq müraciət artıq icraata qəbul edilmişdir. İddia predmetinin mahiyyətini ilkin müqavilə və ondan irəli gələn notariat hərəkətləri təşkil etdiyindən, iddiaçı tərəfindən ##.##.2026-cı il tarixdə iş üzrə icraatın dayandırılması barədə yazılı vəsatət təqdim edilmişdir. Lakin məhkəmə, Konstitusiya Məhkəməsinin şərhinin hazırkı iş üzrə hüquqi qiymətləndirməyə birbaşa təsir imkanını nəzərə almayaraq, MPM-in 254.0.1-ci maddəsinin tələblərinə zidd olaraq vəsatəti rədd etmiş və ##.##.2026cı il tarixdə yekun qətnamə qəbul etmişdir. Məhkəmə iclasında işin icraatının dayandırılması məsələsi müzakirəyə çıxarılarkən iddiaçının nümayəndəsi (vəkili) icraatın dayandırılmasına etiraz etməmiş, əlavə olaraq bu müddət ərzində tərəflər arasında mübahisəyə dair barışıq əldə olunma ehtimalının olmasını bildirmişdir. Buna baxmayaraq, məhkəmə prosessual normanın imperativ tələblərini yerinə yetirməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. cavabdeh1 və vəkili vəkil4 kassasiya şikayətinə etiraz edərək təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Maddə 326. Birtərəfli əqd onu bağlamış şəxs üçün vəzifələr yaradır. Əqd başqa şəxslər üçün yalnız bu Məcəllədə və ya həmin şəxslərlə razılaşmada müəyyənləşdirilmiş hallarda vəzifələr yarada bilər; Maddə 328.1. Əgər tərəflər hüquq və vəzifələrin əmələ gəlməsini baş verib-verməyəcəyi məlum olmayan hallardan asılı etmişlərsə, əqd şərtlə bağlanmış sayılır; Maddə 329.2. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır; Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 402.1. İlkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər. Maddə 402.3. İlkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir. Maddə 402.5. Əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını
28. yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
29. Kassasiya şikayətində qətnamə tam mübahisələndirilib. Bu səbəbdən məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.
30. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
32. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi, eləcə də apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.
33. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hüquqi dəyərləndirməsi ilə razılaşır.
34. Belə ki, işdən görünür ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi işin hallarını, o cümlədən iddia tələbi, iddia tələbinə etirazın və apellyasiya şikayətinin dəlilləri ilə bağlı xüsusatları, sübutları qanunvericiliyin tələbinə uyğun qiymətləndirmiş, iş üzrə gəldiyi nəticəni də maddi və prosessual hüquq normaları baxımından əsaslandırmışdır.
35. İşdən görünür ki, iddiaçı icrasını tələb etdiyi müqavilə üzrə müqavilə tərəfi deyil, həmçinin müəyyən edilmişdir ki, ilkin müqavilədə göstərilən öhdəlik satıcı qismində çıxış edən iddiaçının keçmiş arvadı tərəfindən yerinə yetirilməyib.
36. İşə baxılan zaman mübahisə ilə bağlı məsələ üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin icraatında iş olduğu üçün hazırki icraatın dayandırmalı olmasına baxmayaraq, işin baxılmasını davam etdirilərək qətnamə çıxarlması barədə kasasiya şikayətini dəlilləri əsassızdır. Belə ki, hazırki işin müəyyən edilmiş halları (iddiaçının icrasını tələb etdiyi müqavilə üzrə müqavilə tərəfi olmaması) qeyd edilən əsasla işin dayandırılmasını şərtləndirməmişdir.
37. Məhkəmə kollegiyası kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni olan digər dəlillər üzrə isə apellyasiya məhkəməsinin araşdırmasını yetərli hesab edərək, qeyd edir ki, onun gəldiyi nəticə ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də iddia tələbi, iddia tələbinə etirazın və apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Buna görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Qeyd edildiyi kimi məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
38. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.
39. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı: İddiaçı İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ## #### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.