Məhkəmə qərarları › İş №2(1-8)-1493/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1493/2026

01.07.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1493/2026 01.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı Istehsalat Birliyinin cavabdeh Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: “dəymiş maddi zərərin əvəzinin ödənilməsi”; Mülki mübahisənin kateqoriyası: Istehlak münasibətlərindən irəli gələn mübahisələr; Təbii qazdan istifadə ilə bağlı mübahisələr; Sübutetməyükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (məruzəçi), Şamayev Elşad Yaquboviç və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə iddiaçı İddiaçı Istehsalat Birliyinin cavabdeh Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2026-cı il ## ###### tarixli *(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı Istehsalat Birliyi tərəfindən kassasiya şikayəti Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları:

1. Paylayıcı İddiaçı Istehsalat Birliyi (bundan sonra mətndə - iddiaçı IB) ilə istehlakçı Cavabdeh arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə **/***** nömrəli, ##.##.2017-ci il tarixli müqaviləsinə, həmin müqavilə paylayıcının ünvanına müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi haqqında bağlanılmışdır.

2. Təbii X2nın pozulması haqqında ##.##.2017-ci il tarixli, ******* nömrəli aktda abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməsi göstərilmişdir.

3. Təbii X2nın pozulması haqqında ##.##.2018-ci il tarixli, ******* nömrəli aktda abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməsi göstərilmişdir.

4. Təbii X2nın pozulması haqqında ##.##.2018-ci il tarixli, ******* nömrəli aktda abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməsi göstərilmişdir.

5. Təbii X2nın pozulması haqqında ##.##.2018-ci il tarixli, ******* nömrəli aktda abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməsi göstərilmişdir.

6. Təbii X2nın pozulması haqqında ##.##.2018-ci il tarixli, ******* nömrəli aktda abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməsi göstərilmişdir.

7. ## ######## 2017-ci il tarixli dəymiş ziyanın hesablanması barədə tələbnaməsinə əsasən, 1207 m3 həcmində qazın itirilməsi qeyd edilmişdir.

8. ## ###### 2018-ci il tarixli dəymiş ziyanın hesablanması barədə tələbnaməsinə əsasən, 2143 m3 həcmində qazın itirilməsi qeyd edilmişdir.

9. ## #### 2018-ci il tarixli dəymiş ziyanın hesablanması barədə tələbnaməsinə əsasən, 778 m3 həcmində qazın itirilməsi qeyd edilmişdir.

10. ## ##### 2018-ci il tarixli dəymiş ziyanın hesablanması barədə tələbnaməsinə əsasən, 1232 m3 həcmində qazın itirilməsi qeyd edilmişdir.

11. Abonentin saldosuna əsasən, verilən qaz xətti üzrə *************** nömrəli abonent koduna (abonent Cavabdeh (bundan sonra mətndə - cavabdeh)) 23924,10 manat borc hesablanmışdır.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat:

12.Iddiaçı IB cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən iddiaçıya vurulmuş 23924,22 manatın, hüquqi yardım üçün ödənilmiş 400 manat məbləğində pulun, iddiaçı tərəfindən ödənilmiş 162,98 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 24487,2 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçın bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 13.Iddiaçı tələbini belə əsaslandırılmışdır ki, iddiaçi ilə cavabdeh arasında ##.##.2017-ci il tarixində **-**** nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə” imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında iddiaçı abonent cavabdehə məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana iddiaçının Bakı Regional Qazın Satışı Departamenti tərəfindən *************** nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə Zenner Mexaniki G-4 ******** nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X2”nın tələblərinə əməl etmək) və “X2”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. Iddiaçinın əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X2nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aşağıdakı aktlar əsasında ümumilikdə 22540,02 manat məbləğində iddiaçiya maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur: 1. 2016-ci il üzrə 2 akt olmaqla cəmi 327,90 manat, 2. 2017-ci il üzrə 6 akt olmaqla cəmi 1500,40 manat, 3. 2018-ci il üzrə 12 akt olmaqla cəmi 2226,80 manat, 4. 2019-ci il üzrə 12 akt olmaqla cəmi 1200,60 manat, 5. 2020-ci il üzrə 7 akt olmaqla cəmi 2253,60 manat, 6. 2021-ci il üzrə 12 akt olmaqla cəmi 4053,60 manat, 7. 2022-ci il üzrə 11 akt olmaqla cəmi 6216,48 manat, 8. 2023-ci il üzrə 8 akt olmaqla cəmi 4760,64 manat. Ümumilikdə 22540,02 manat məbləğində iddiaçıya maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur (sözügedən aktlar iddia ərizəsinə əlavə edilir). Cavabdehin yuxarıda göstərilən borc məbləğindən əlavə olaraq “iddiaçıya 1384,2 manat məbləğində qaz sərfiyatı borcu olmuşdur. Cavabdeh tərəfindən iddiaçıya ödənilməli borc məbləği (itirilmiş təbii qazın dəyəri üzrə) hazırda ümumi olaraq 23924,22 manat təşkil etməkdədir. 14.Məhkəmə tərəfindən cavabdehə borc məbləği yazılmış ünvan 1 ünvanına ##.##.2024-cü il tarixdə yerli baxış keçirilmiş, həmin ünvanda yaşayışın olmadığı müəyyən edilmişdir. 15.Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, ünvan 1 ünvanında yaşamadığını, həmin mənzilin yaşamaq üçün yararsız olduğunu, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, “Qress” adlanan ərazidə yaşadığını bildirmişdir. 16.Şahid qismində dindirilmiş Şahid məhkəmə iclasında Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, “Qress” adlanan ərazidə yaşadığını bildirmiş, cavabdehin onun qonşusu və qohumu olduğunu bildirmişdir.

17. Iddiaçı IB-nin nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

18. Bakı şəhər Xəzər Rayon Məhkəməsinin (bundan sonra birinci-instansiya məhkəməsi) ##.##.2024-cü il tarixli, e-*(***)-****/**** nömrəli (hakim Ə.S.Qəhrəmanov) qətnaməsi ilə iddiaçı IB-nin cavabdehə qarşı "dəymiş maddi zərərin əvəzinin ödənilməsi" tələbinə dair iddiası rədd edilmişdir.

19. Birinci instansiya məhkəməsi mövgeyini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yaşamamışdır. Buna görə də həmin ünvana yazılmış borc məbləğinin cavabdehə aid olması sübuta yetirilməmişdir.

20. Birinci instansiya məhkəməsi qeyd edib ki, iddiaçı tərəfindən tərtib edilmiş aktlar cavabdeh tərəfindən imzalanmamış, həmin aktlar iddiaçı təşkilatın əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmiş, həmin aktların tərtib edilməsinə hal şahidləri cəlb edilməmişlər.

21. Birinci instansiya məhkəməsi həmçinin qeyd edib ki, yuxarıda göstərilən qaydalara uyğun olaraq tərtib edilmiş aktların bir nüsxəsinin iddiaçı tərəfindən cavabdehə təqdim edilməsi, habelə ondan vurulmuş zərərin tələb edilməsi barədə sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir.

22. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ** saylı, ##.##.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «X2»nın 3.1.7-ci bəndinə əsasən, qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməli. Istehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Həmin Qaydaların 6.5 və 6.7-ci bəndlərinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir

23. Qanunun tələbindən göründüyü kimi akt 2 nüsxədən ibarət olmaqla tərtib olunmalı və aktın bir nüsxəsi istehlaçıya təqdim edilməlidir. Lakin iş materiallarında olan müvafiq akt istehlakçıya təqdim edilməmişdir.

24. Araşdırma zamanı müəyyən edilmişdir ki, zərərin hesablanmasına əsas olmuş aktlar tərtib edilərkən cavabdeh tərəfindən imzalanması barədə xüsusi qeyd edilməmiş, abonentin və ya ailə üzvlərindən hər hansı bir şəxsin iştirakı təmin edilməməklə aktların bir surəti digər tərəfə təqdim edilməmiş, formal olaraq abonentin imtina etməsi qeyd edilmişdir.

25. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11.6-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2011-ci il tarixli ** saylı qərarının 1.3, 1.4, 2.5, 2.12, 3.1.7, 3.4, 3.4.1, 3.4.4, 6.5, 6.6, 6.7-ci bəndlərinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat:

26. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin ##.##.2024-cü il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin dəyişdirilərək iddianın tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

27. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, iddiaçı İddiaçı IB əməkdaşları tərəfindən qanunvericiliyin tələblərinə uyğun hazırlanmış aktlar cavabdeh tərəfindən birliyə vurulmuş zərərləri sübut edir. Həmçinin aktların əsaslığı həqiqiliyini məhkəmə yerli baxış zamanı müşahidə etsə də, qətnaməsində tam olaraq etinasız yanaşmışdır. Belə ki, hər vaxt olduğu kimi cavabdeh yerli baxış zamanı sayğacsız qeydiyyata alınmayan şəkildə istifadə etmiş və istifadə etməsini imkansızlığı ilə əlaqələndirmişdir. Məhkəmə isə cavabdeh tərəfindən qətnamədə təbii qazın talanmasını dəstəkləmişdir. O cümlədən hazırkı icraat zamanı da yerli baxış təyin edilsə yuxarıda qeyd edilən halları açıq aşkar müəyyən edəcəkdir. Məhkəmə, aktların abonent tərəfindən imzalanmamasını əsas gətirmişdir, lakin iddiaçinın əməkdaşları tərəfindən tərtib edilmiş aktlar qanunvericiliyin tələblərinə uyğun hazırlanmışdır məhkəmə isə bu halları iddia müddətini keçməsini əlaqələndirsə də, hazırkı təbii qazın talamasın heç bir hüquqi münasibət bildirməmiş və bu da iddia müddəti keçməmiş aktların təmin edilməməsinə əsas vermir. Bundan əlavə olaraq aktlar tərtib olunarkən çəkilən fotoşəkillərdə açıq-aşkar görünür ki, qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulma mövcuddur. Cavabdeh nəinki istifadə etdiyi təbii qazın həcmini ödəməmiş bundan əlavə sayğacsız təbii qazdan istifadə edərək iddiaçı IB-nə külli miqdarda ziyan vurmuşdur. Göründüyü kimi təqdim olunmuş sübutlara– aktlara hərtərəfli və tam baxılmamış və hakim təqdim edilmiş sübutları nəzərə almamış, qətnamə qəbul edərkən lazımi qaydada əsaslandırmamışdır. Məhkəmə nədənsə cavadehdən sübut təqdim edilməsini tələb etməmiş və sübutsuz işə baxaraq əsassız qətnamə qəbul etmişdir. Eyni zamanda məhkəmə yerli müayinə zamanı qaz xəttinə müdaxiləni görsə də, qətnamə qəbul edərkən talamanın faktını qətnaməsində nəzərə almamışdır. Bundan başqa cavabdehin qeyd etdiyi halları təsdiq və ya sübut etmək məqsədilə məhkəmə qanunverciliyin tələblərinə uyğun olaraq öz təşəbbüsü ilə ekspertiza təyin edə bilərdi. Həmçinin məhkəmə qətnamədə öz mülahizəsi ilə abonent tərəfindən təbii qazın talanmasını hesablamışdır. Halbuki qətnamənin əsaslı olması üçün məhkəmə-mühaasibatlıq ekspertizasını təyin edə bilərdi.

28. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) ##.##.2026-cı il tarixli *(***)-***/**** nömrəli qətnaməsi ilə (hakimlər- X.A.Mərdanova (sədrliyi və məruzəsi), V.N.Sadıqov və R.Ə.Səmədov) iddiaçı İddiaçı Istehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli, e-2(003)- ****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun apellyatorun özünə aid edilməsi, apellyasiya baxışı zamanı aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq cəmi 185 (65+120) manat məbləğində pulun iddiaçı İddiaçı Istehsalat Birliyindən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir.

29. Apellyasiya məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir.

30. Belə ki, iş materiallarında olan, Paylayıcı İddiaçı Istehsalat Birliyi ilə istehlakçı Cavabdeh arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə **/***** nömrəli, ##.##.2017-ci il tarixli müqavilədən görünür ki, həmin müqavilə paylayıcının ünvanına müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməsi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməsi haqqında bağlanılmışdır.

31. Bundan başqa təbii X2nın pozulması haqqında tərtib edilmiş ünvan 1 ünvanına dair 2017-2019-cu illəri əhatə edən 21 ədəd aktlarda abonent Cavabdeh təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməsi göstərilmişdir.

32. Abonentin saldosundan görünür ki, verilən qaz xətti üzrə *************** nömrəli abonent koduna (abonent Cavabdeh) borc hesablanmışdır.

33. Hazırda iddiaçı tələbində cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talamasına istinad etmişdir.

34. Birinci instansiya məhkəməsi isə iddia tələbini rədd edərkən belə nəticəyə gəlmişdir ki, cavabdeh Cavabdeh ünvan 1 ünvanında yaşamamışdır. Buna görə də həmin ünvana yazılmış borc məbləğinin cavabdehə aid olması sübuta yetirilməmişdir. Həmçinin araşdırma zamanı müəyyən edilmişdir ki, zərərin hesablanmasına əsas olmuş aktlar tərtib edilərkən cavabdeh tərəfindən imzalanması barədə xüsusi qeyd edilməmiş, abonentin və ya ailə üzvlərindən hər hansı bir şəxsin iştirakı təmin edilməməklə aktların bir surəti digər tərəfə təqdim edilməmiş, formal olaraq abonentin imtina etməsi qeyd edilmişdir.

35. Eyni zamanda birinci instansiya məhkəməsi baxışı zamanı məhkəmə tərəfindən cavabdeh Cavabdeh borc məbləği yazılmış ünvan 1 ünvanına ##.##.2024-cü il tarixdə yerli müayinə keçirilmiş, mübahisəli ünvanda qeyri-qanuni xəttin aşkar olunmadığı və qaz avadanlıqlarının mövcud olmadığı müəyyənləşdirilmişdir.

36. Bununla belə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri həmçinin ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi tərəfindən təbii qazın talanmasına heç bir hüquqi münasibət bildirməmişdir.

37. Iddiaçı cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talamasına istinad etməklə dəymiş zərəri tələb etdiyindən cavabdehə məxsus ünvana aid qaz xəttində qanunsuz qoşulmanın olub-olmamasının müəyyən edilməsi işin obyektiv həlli üçün zəruri olmuşdur.

38. Həmçinin də apellyasiya baxışı zamanı cavabdeh Cavabdeh izahatında bildirmişdir ki, iddiaçı tərəf qazın alqı-satqısı barədə **/***** nömrəli, ##.##.2017-ci il tarixli müqaviləyə istinad etsə də, həmin müqavilədəki imza ona məxsus deyil və o iddiaçı ilə qazın alqı-satqısı barədə müqavilə bağlamamışdır.

39. Iddiaçı ##.##.2017-ci il tarixində **-**** nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”yə əsasən Cavabdeh məxsus fərdi yaşayış evinin təbii qazla təchiz edilməsinə istinad etsə də cavabdeh həmin müqaviədəki imzanın ona aid olmamasını bildirdiyinə görə paylayıcı İddiaçı Istehsalat Birliyi ilə istehlakçı Cavabdeh arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə **/***** nömrəli, ##.##.2017-ci il tarixli müqavilədəki imzanın Cavabdeh tərəfindən icra olunub-olunmamasının müəyyən edilməsi zəruri olduğundan iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası, eyni zamanda məhkəmə-trasoloji ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin ## ##### 2025-ci il tarixli */*** saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş sayğacın, borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilmədi. Qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilmədi. Məhkəmə Ekspertiza Mərkəzinin ## ###### 2025-ci il tarixli, */*** saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş mülki işin 143-cü vərəqində olan qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında bağlanmış qazın alqı-satqısı barədə müqavilənin sonunda istehlakçı qrafasındakı imza Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.

40. Bundan başqa abonentin saldosundan görünür ki, verilən qaz xətti üzrə *************** nömrəli abonent koduna (abonent Cavabdeh) 23924,10 manat borc hesablanmışdır. Aktlara əsasən hesablanmış zərərin miqdarının hesablanması üçün apellyasiya baxışı zamanı iş üzrə mütəxəssis (ekspert) rəyi alınması və rəyin verilməsinin Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin Tənzimləmə Agentliyinə həvalə olunması qərara alınmışdır. Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin Tənzimləmə Agentliyinin ## ###### 2025-ci il tarixli, *-**-*-*/*-****/**** saylı məktubu ilə daxil olmuş mütəxəssis rəyindən görünür ki: 1. Cavabdeh tərəf, qazpaylayıcı xəttə özbaşına qoşulmaqla təbii qazdan qanunsuz Istifadə etməsi faktı ilə bağlı barəsində aktların tərtib edildiyi dövrü əhatə edən 2016-cı il üzrə 2 akt, 2017-ci il üzrə 6 akt, 2018-ci il üzrə 12 akt, 2019-cu il üzrə 12 akt, 2020-ci il üzrə 20 akt, 2021-ci il üzrə 12 akt, 2022-ci il üzrə 11 akt, 2023cü ildə 8 akt üzrə ona məxsus ünvanda təbii qazdan qaz sayğacı vasitəsilə 5109.12 manat məbləğində təbii qazdan istifadə etmiş lakin heç bir ödəniş etməmişdir. 2. 2023-cü ilin ## #### tarixinədək istehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması məsələləri həmin dövrdə qüvvədə olan qanunvericilikdə tənzimlənmirdi. Qeyd olunan münasibətlərin tənzimlənməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2011-ci il ## ### tarixli ** nömrəli Qərarı ilə təsdiq olunmuş "X2"na dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2023-cü il tarixli *** nömrəli Qərarı ilə müəyyən edilmişdir. Bu baxımdan da, analogiya üzrə həmin Qaydaların 6.5-ci, 6.5-1-ci və 6.5-3 bəndlərinə əsaslanaraq, iddiaçının yaşayış evində hal-hazırda istifadə olunan 1 ədəd PQ-4 məişət tipli qaz plitəsinin maksimal saatlıq qaz sərfi 1.2 m³, 1 ədəd dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m³, 1 ədəd qeyri standart su qızdırıcısının maksimal qaz sərfi 1.5 m³ işləmə rejimi qış aylarında PQ-4 və dəmir soba 12 saat, qeyri standart su qizdırıcısının 6 saat, yay aylarında isə PQ-4 12 saat, qeyri standart su qızdırıcısının 6 saat nəzərə alınaraq qaz paylayıcısına vurulmuş zərərin miqdarının hesablanması aşağıdakı qaydada aparıla bilər: 2018-ci ilin yay aylan üzrə aylıq qaz sərfiyyatı: 1 ədəd PQ-4 məişət tipli qaz plitəsi üçün - 1.2 m³ * 12 saat x 168 gün = 2419.2 m³; 1 ədəd qeyri standart su qızdırıcısı üçün - 1.5 m³ * 6 saat x 168 gün = 1512 m³; Cəmi 3931.20 m³ (2419.2 + 1512 = 3931.2) təşkil edə bilər. 2018-ci ilin qış ayları üzrə aylıq qaz sərfiyyatı: 1 ədəd PQ-4 məişət tipli qaz plitəsi üçün - 1.2 m³ * 12 saat x 46 gün = 662.4 m³; 1 ədəd qeyri standart su qızdırıcısı üçün - 1.5 m³ * 6 saat x 46 gün = 414 m³; 1 ədəd dəmir soba üçün 1.4 m³ * 12 saat x 46 gün = 772.80 m³; Cəmi 1849.20 m³ ( 662.4 + 414 + 772 772.80-1849.20) təşkil edə bilər. Ümumi olaraq 2018-ci il üçün itirilmiş qaz sərfi (3931.20+1849.20 m³ = 5780.4 ) məbləği 986.08 manat təşkil edə bilər. 2019-cu ilin yay aylan üzrə aylıq qaz sərfiyyatı: 1 ədəd PQ-4 məişət tipli qaz plitəsi üçün 1.2 m³ x 12 saat x 151 gün = 2174.4 m³; 1 ədəd qeyri standart su dizdırıcısı üçün - 1.5 m³ * 6 saat x 151 gün = 1.359 m³. 1 ədəd qeyri standart su qızdırıcısı üçün - 1.5 m³ x 6 saat x 151 gün = 1359 m³; Cəmi 3533.40 m³ (2174.40+1359-3533.40) təşkil edə bilər. 2019-cu ilin qış ayları üzrə aylıq qaz sərfiyyatı: 1 ədəd PQ-4 məişət tipli qaz plitəsi üçün - 1.2 m³ x 12 saat x 214 gün = 3081.6 m³ 1 ədəd qeyri standart su qızdırıcısı üçün - 1.5 m³ x 6 saat x 214 gün = 1926 m³; 1 ədəd dəmir soba üçün - 1.4 m³ * 121 saat x 214 gün 3595.20 m³; Cəmi 8602.80 m³ (3081.60+1926+3595.20-8602.80) təşkil edə bilər. Ümumi olaraq 2019-cu il üçün itirilmiş qaz sərfi (3533.40+8602.80= 12136.2 m³) məbləği 2257.24 manat təşkil edə bilər. 2020-ci ilin yay aylan üzrə aylıq qaz sərfiyyatı: 1 ədəd PQ-4 məişət tipli qaz plitəsi üçün - 1.2 m³ * 12 saat x 151 gün = 2174.4 m³; 1 ədəd qeyri standart su qızdırıcısı üçün - 1.5 m³ * 6 saat x 151 günn= 1359 m³: Cəmi 3533.40 m³ (2174.4 + 1359 = 3533.4 ) təşkil edə bilər. 2020-ci ilin qış ayları üzrə aylıq qaz sərfiyyatı: 1 ədəd PQ-4 məişət tipli qaz plitəsi üçün - 1.2 m³ x 12 saat x 214 gün = 3081.6 m³ 1 ədəd qeyri standart su qızdırıcısı üçün - 1.5 m³ x 6 saat x 214 gün = 1926 m³; 1 ədəd dəmir soba üçün - 1.4 m³ * 12 saat x 214 gün = 3595.2 m³, Cəmi 8602.80 m³ (3081.60+1926+3595.20=8602.80) təşkil edə bilər. Ümumi olaraq 2020-ci il üçün itirilmiş qaz sərfi (3533.40+8602.80- = 12136.2 m³) məbləği 2257.24 manat təşkil ede biler. 2021-ci ilin yay ayları üzrə aylıq qaz sərfiyyatı: 1 ədəd PQ-4 məişət tipli qaz plitəsi üçün - 1.2 m³ * 12 saat x 151 gün = 2174.4 m³ 1 ədəd qeyri standart su qızdıncısı üçün - 1.5 m³ x 6 saat x 151 gün = 1359 m³ Cəmi 3533.40 m³ (2174.40+1359-3533.40) təşkil edə bilər. 2021-ci ilin qış ayları üzrə aylıq qaz sərfiyyatı 1 ədəd PQ-4 məişət tipli qaz plitəsi üçün 1.2 m³ * 12 saat x 214 gün = 3081.6 m³; 1 ədəd qeyri standart su qızdırıcısı üçün - 1.5 m³ * 6 saat x 214 gün = 1926 m³ 1 ədəd dəmir soba üçün - 1.4 m³ * 12 saat x 214 gün = 3595.20 m³ Cəmi 8602.80 m³ (3081.60+1926+3595.20-8602.80) təşkil edə bilər. Ümumi olaraq 2021-ci il üçün itirilmiş qaz sərfi (3533.40+8602.80= 12136.20 m³) məbləği 2637.38 manat təşkil edə bilər. 2022-ci ilin yay aylan üzrə aylıq qaz sərfiyyatı: 1 ədəd PQ-4 məişət tipli qaz plitəsi üçün – 12 m³ * 12 saat x 151 gün = 2174.4 m³; 1 ədəd qeyri standart su qızdırıcısı üçün - 1.5 m³ x 6 saat x 151 gün = 1359 m³ Cəmi 3533.40 m³ (2174.4 + 1359 = 3533.4) təşkil edə bilər. 2022-ci ilin qış ayları üzrə aylıq qaz sərfiyyatı: 1 ədəd PQ-4 məişət tipli qaz plitəsi üçün - 1.2 m³ * 12 saat x 214 gün = 3081.6 m³; 1 ədəd qeyri standart su qızdırıcısı üçün - 1.5 m³ x 6 saat x 214 gün = 1926 m³; 1 ədəd dəmir soba üçün - 1.4 m³ * 12 saat x 214 gün = 3595.2 m³ 1 ədəd iran sobası üçün 1 - 1.5 m³ * 12 saat x 214 gün = 3852 m³ Cəmi 12454.80 m3 (3081 .60 + 1 926+3595 .20+3852=12454.80) təşkil edə bilər. Ümumi olaraq 2022-ci il üçün itirilmiş qaz sərfi (3533.40+12454.80=15988.20 m³) məbləği 3776.05 manat təşkil edə bilər. 2023-cü ilin yay ayları üzrə aylıq qaz sərfiyyatı: 1 ədəd PQ-4 məişət tipli qaz plitəsi üçün - 1.2 m³ x 12 saat x 176 günn = 2534.4 m³ 1 ədəd qeyri standart su qızdırıcısı üçün – 1.5 m³ x 6 saat x 176 gün = 1584 m³; Cəmi 4118.40 m³ (2534.4 + 1584 = 3533.4) təşkil edə bilər. 2023-cü ilin qış ayları üzrə aylıq qaz sərfiyyatı: 1 ədəd PQ-4 məişət tipli qaz plitəsi üçün - 1.2 m³ x 12 saat x 189 gün = 2721.6 m³; 1 ədəd qeyri standart su qızdırıcısı üçün - 1.5 m³ x 12 saat x 189 gün = 3402 m³ 1 ədəd dəmir soba üçün - 1.4 m³ x 12 saat x 189 gün = 3175.20 m³; 1 ədəd iran sobası üçün - 1.5 m³ x 12 saat x 189 gün = 3402 m³; Cəmi 12454.80 m³ (2721.6+3402+3175.2+3402-12700.80) təşkil edə bilər. Ümumi olaraq 2023cü il üçün itirilmiş qaz sərfi (4118.40+12700.80 30 = 16819.2 m³ ) məbləği 3983.80 manat təşkil edə bilər. 2024-cü ilin yay aylan üzrə aylıq qaz sərfiyyatı: 1 ədəd PQ-4 məişət tipli qaz plitəsi üçün - 1.2 m³ x 12 saat x 15 gün = 216 m³; 1 ədəd qeyri standart su qızdırıcısı üçün 1.5 m³ x 12 saat x 15 gün = 270 m³; Cəmi 486 m³ (216+270=351) təşkil edə bilər. 2024-cü ilin qış ayları üzrə aylıq qaz sərfiyyatı 1 ədəd PQ-4 məişət tipli qaz plitəsi üçün - 1.2 m³x 12 saat x 44 gün = 633.6 m³; 1 ədəd qeyri standart su qızdıncısı üçün - 1.5 m³ x 12 saat x 44 gün = 792 m³; 1 ədəd dəmir soba üçün - 1.4 m³ x 12 saat x 44 gün = 739.2 m³ 1 ədəd iran sobası üçün - 1.5 m³ x 12 saat x 44 gun = 792 m³ Cəmi 2956.80 m³ (633.6+792+739.2+792-2560.80) təşkil edə bilər. Ümumi olaraq 2024-cü il üçün itirilmiş qaz sərfi (485 + 2956.8 = 3442.8 m³) məbləği 639.70 manat təşkil edə bilər. Yekun olaraq 2018-ci ildən 2024-cü ilin ilk 4 ayına qədər ümumi itirilmiş qazın məbləği 986.08+2257.24+2257.24- 2637.38+3776.05+3983.80+639.70=16537.49 manat təşkil edə bilər.

41. Məhkəmə Kollegiyası ilk olaraq qeyd etmişdir ki, apellyasiya baxışı zamanı təyin edilmiş ekspertizanın nəticələrinə əsasən cavabdeh tərəfindən qaz xəttinə qaz sayğacından kənar qeyri-qanuni xətlə qoşulması halı öz təsdiqini tapmamışdır.

42. Eyni zamanda qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmanın mövcud olması barədə şikayətin dəlilləri öz təsdiqini tapmamasına dair ekspert rəyini şübhə altına alan və ala biləcək hər hansı halla bağlı iddiaçı tərəf hər hansı sübut təqdim etməmişdir.

43. Bundan əlavə, məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırki halda iddiaçı tərəfindən tərtib edilmiş aktların qəbul edilməsi üçün əsas olmuş halları, aktların və hesablanmış borcun doğruluğunu sübut etmək vəzifəsi bu aktları qəbul etmiş orqanın üzərinə düşdüyündən və həmin aktların qəbul edilməsi üçün əsas olmuş hallar, eləcə də həmin halların mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmədiyindən həmin aktlar üzrə hesablanmış zərər də istehlakçı tərəfindən ödənilə bilməz.

44. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddia tələbi üzrə sübutetmə yükünün iddiaçı İddiaçı IB-nin üzərində olması nəzərə alınmaqla iddiaçı tərəfindən nə birinci instansiya məhkəməsində, nə də apellyasiya şikayəti üzrə işə baxılan zaman müvafiq borc məbləğinin əsaslı və qanuni olmasını təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir.

45. Məhkəmə kollegiyası eyni zamanda qeyd etmişdir ki, cavabdeh Cavabdeh qazın alqı-satqısı barədə **/***** nömrəli, ##.##.2017-ci il tarixli müqavilədəki imzanın ona məxsus olmaması və onun iddiaçı ilə qazın alqı-satqısı barədə müqavilə bağlamaması kimi dəlili iş materiallarında olan kollegiya tərəfindən təyin olunmuş məhkəmə-xətşünaslıq ekspertizasının rəyi ilə də təsdiq edilmişdir.

46. Digər tərəfdən birinci instansiya məhkəməsi eləcə də apellyasiya baxışı zamanı işin faktiki halları ilə müəyyən edilmişdir ki, cavabdeh Cavabdeh ünvan 1 ünvanında 2017-2019-cu illərdə və sonrakı vaxtlarda da yaşamamışdır.

47. Apellyasiya instansiyası məhkəməsinin əvvəlki iclasında cavabdeh verdiyi izahatında göstərmişdir ki, mübahisəli ünvanda 2008-2009-cü illərdə qısa müddət ərzində yaşamışdır. Bundan sonra Binə qəsəbəsi, Qresdə yerləşən evə köçmüş və hazırki vaxtadək həmin ünvanda yaşayır.

48. Cavabdehin bu dəlilinin yoxlanılması məqsədi ilə apellyasiya baxışı zamanı kollegiya tərəfindən “xxxx” ASC-yə müvafiq verilmiş sorğuya təqdim edilmiş 2011- 2025-ci illləri əhatə edən abonent saldosundan görünür ki, cavabdehin adına quraşdırılmış elektrik sayğacı ünvan 2 **** saylı ünvanda quraşdırılmışdır.

49. Belə olan halda məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, mübahisəli ünvana cavabdehin heç bir aidiyyatı olmamış və olmuş olsa idi belə, yazılmış borc məbləğinin ona aid olması sübuta yetirilməmişdir.

50. Bundan başqa iş materiallarından iddiaçı tərəfindən tərtib edilmiş aktlar cavabdeh tərəfindən imzalanmamasından əlavə, həmin aktlar iddiaçı təşkilatın əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilməsi də müəyyən edilmişdir. Həmçinin aktların bir nüsxəsinin iddiaçı tərəfindən cavabdehə təqdim edilməsi, habelə ondan vurulmuş zərərin tələb edilməsi barədə sübutlar iddiaçı tərəfindən təqdim edilməmişdir.

51. Yuxarıda istinad edilən qaydaların tələblərinə əsasən akt 2 nüsxədən ibarət olmaqla tərtib olunmalı və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməli olsa da, iş materiallarında olan müvafiq aktlar istehlakçıya təqdim edilməmişdir.

52. Bununla da işin faktiki halları ilə müəyyən edilmişdir ki, zərərin hesablanmasına əsas olmuş aktlar tərtib edilərkən cavabdeh tərəfindən imzalanması barədə xüsusi qeyd edilməmiş, abonentin və ya ailə üzvlərindən hər hansı bir şəxsin iştirakı təmin edilməməklə aktların bir surəti digər tərəfə təqdim edilməmiş, formal olaraq abonentin imtina etməsi qeyd edilmişdir.

53. Beləliklə də, məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya baxışı zamanı aktlara əsasən hesablanmış zərərin miqdarının hesablanması üçün iş üzrə mütəxəssis (ekspert) rəyi ilə 2018-ci ildən 2024-cü ilin ilk 4 ayına qədər ümumi itirilmiş qazın məbləği 986.08+2257.24+2257.24-2637.38+3776.05+3983.80+639.70= 16537.49 manat təşkil edə bilməsi müəyyən edilsə də, işin qeyd edilən halları ilə cavabdehin ünvan 1 ünvanında 2017- 2019 illərdə və sonrakı vaxtlarda da yaşamaması, həmçinin iddiaçı ##.##.2017-ci il tarixində **- **** nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilədəki imzanın cavabdehə aid olmaması müəyyən edimiş, eyni zamanda həmin aktların bir nüsxəsinin iddiaçı tərəfindən cavabdehə təqdim edilməsi barədə iddiaçı tərəfindən hər hansı sübut təqdim edilməmişdir.

54. Göründüyü kimi işin qeyd edilən halları fonunda mütəxəssis tərəfindən hesablanmış borc Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ** saylı, ##.##.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X2”na uyğun olsa belə cavabdehdən tələb edilə bilməz.

55. Bu kontekstdə məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Çünki iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşdüyü halda o, iddia tələbində istinad etdiyi faktiki halları biri digərini tamamlayan mötəbər sübutlarla sübut edə bilməmişdir.

56. Məhkəmə kollegiyası qeyd etmişdir ki, verilmiş apellyasiya şikayətinin məzmunu yol verilmiş nöqsanların göstərilməsindən daha çox iş üzrə formal şikayət verilmişdir. Belə ki, əvvəla apellyatorun nümayəndəsi şikayətlə bağlı apellyasiya instansiyası məhkəməsinin iclasında iştirak etməyərək ümumiyyətlə öz mövqelərini bildirməmişlər.

57. Həmçinin də iddia müddətinin tətbiqi ilə bağlı məsələ birinci instansiya məhkəməsinin qətnaməsində göstərilməsə də, apellyator apellyasiya şikayətində qətnaməni iddia müddətinin keçməsi ilə əlaqələndirilmişdir. Bu da apellyasiya şikayətinin şikayət vermək xətrinə şikayət verməsi məqsədi daşımasının aşkar göstəricidir.

58. Məhkəmə Kollegiyası belə nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Çünki iddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, müvafiq sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmamışdır.

59. Beləliklə məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə düzgün nəticəyə gəlmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

60. Həmçinin apellyasiya baxışı zamanı aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq cəmi 185 (65+120) manat məbləğində pul iddiaçı İddiaçı Istehsalat Birliyindən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir.

61. Məhkəmə öz mövqeyini “Qaz təchizatı haqqında” Qanunun 11.6-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2011-ci il tarixli ** saylı qərarı ilə təsdiq edilən “X2”nın 1.3, 1.4, 2.5, 2.12, 3.1.7, 3.4, 3.4.1, 3.4.4, 6.5, 6.6, 6.7-ci bəndlərinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2., 77.1, 80, 88, 103.1, 106.1, 206.1, 217.1, 217.3, 218.1, 384.0.1, 405-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri:

62. Iddiaçı İddiaçı IB (vəkil – Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin ## ###### 2026-ci il tarixli *(***)-***/**** nömrəli qətnaməsini ləğv edərək iddianın təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

63. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Iddiaçı IB-nin iddia tələbi əslində cavabdehə vurulmuş zərər olmasına baxmayaraq, məhkəmə iddia tələbinin böyük bir qismini əsassız olaraq təmin etməmişdir. Həmçinin zərər iddiaçının tərtib etdiyi aktlarla təsbit olunaraq öz təsdiqini tapsa belə məhkəmələr iddianın böyük bir qismini təmin etməmişlər. Belə ki, birinci instansiya məhkəməsinin icraatında olarkən yerində müayinə zamanı cavabdehin təbii qazdan MM-nin 21-ci kənar istifadə halı aşkar sürətdə məlum olsa da məhkəmələr bu hala etinasız yanaşaraq hüquqi qiymət maddəsi verməmişlər. Belə ki, mülki işə əlavə olunmuş saldo və fotoşəkillərdən də aşkar sürətdə əsəsən, cavabdeh təbii qazdan qeyri qanuni istifadə etmişdir. Məhkəmə isə foraml mülahizələrə əsaslanar apellyasiya şikayətini təmin etməyərək birliyə dəymiş ziyana hüquqi qiymət verməmişdir. Məhkəmələr mülki işi tədqiq edərkən cavabdehin hansı dövrləri nə qədər təbii qazı istehlak etməsi və həmçinin iddianın təmin olunmuş hissəsi işin həqiqi faktiki hallarına uyğun olub olmamasını diqqətdən kənarda buraxmışdılar bu da iddiaçının hüquqlarının pozulmasına gətirib çıxarmaqdadır. Mülki işə əlavə olunmuş ödəniş cədvəlindəki göstəricilər yuxarıda qeyd etdiyim halları təsbit etməkdədir. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Belə ki, cavabdeh iddiaçi arasında abonent müqaviləsi bağlanarkən müqavilənin tələblərinə əsasən cavabdeh də digər abonentlər kimi sayğacla təhciz olunmuşdur. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Yuxarıda qeyd edilən qanunvericiliyini nəzərə alsaq görünür ki, cavabdeh əslində əldə etdiyi iddiaçının mülkiyyətindəki qazdır bu qazı isə müqavilədə nəzərdə tutlmuş şəkildə yox qeyri qanuni əldə etməsinə və qeyri-qanuni qazı əldə etmiş cavabdeh vicdansız sahib olmasına baxmayaraq məhkəmələr bu halı araşdırmamış və qəynamə qəbul edərkən nəzərə almamışlar. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, işin halları üzrə mühüm əhəmiyyət kəsb edən abonentin saldosu düzgün və hərtərəfli araşdırılmayıb. MM-nin 21-ci maddəsini əsas götürməklə, təqdim olunmuş sübutların obyektiv və hərtərəfli araşdırılmaması nəticəsində abonent tərəfindən heç bir ödənişin olunmadığı müəyyən olunmamışdır. Işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Məhkəmələr işin obyektiv araşdırılmasına maraqlı olmamış mülki iş üçün nə ekspertiza keçirilmiş nə də yerli baxış həyata keçirilmişdir. Yuxarıda qeyd edilən hər hansı prosessual hərəkətləri keçirməyərək əsassız mülahizələrlə qətanmə qəbul edilmişdir. Bununla yanaşı məhkəmələr işin faktiki halını müəyyən etmək məqsədi ilə yerində müayinə apara bilərdilər. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəməyə təqdim edilmiş aktlar və şəkillər hadisənin həqiqiliyini o cümlədən zərərin reallığını əks etdirsə də, məhkəmələr demək olar ki, bu xüsusatlara diqqət yetirməyərək qətnamə qəbul edilmişdir. Qanunvericilikdə hər bir tərəf öz tələblərini sübut etmək vəzifə kimi qeyd edilsə də, məhkəmə nə bu sübutları cavabdehdən heç bir sübut tələb etmiş nə də ki tərəfimizdən təqdim edilmiş sübutlara diqqət yetirmişdir. Bu da o deməkdir ki, məhkəmə qətnaməsi heç bir sübuta əsaslanmadan qəbul edilmişdir.

64. Məhkəmə qətnaməsində qeyd edib ki, mübahisə olunan və ya tələb olunan məbləğ şişirdilmişdir. Qətnamədə qeyd etməsinə baxmayaraq iş üzrə hər hansı ekspertiza təyin etməyərək, işin tam hər tərəfli və obyektiv həlli üçün hər hansı prosessual hərəkət etməmişdir. Belə ki, məhkəmələr cavabdehin etiraf etdiyi məbləğlə kifayətlənmişdir. Cavabdeh iddianı tamamilə qəbul edib və ya etməməsinə əsaslanaraq məhkəmələr qətnaməsini o şəkildə qəbul edə bilərdilər. Məhkəmələr cavabdehin təbii qazdan qeyri qanuni istifadəsini qəbul edir və ya iddiaçının buna dair sübutları məqbul sayılmağına baxmaraq dəymiş ziyanın həcmi məhkəmələrin formal mülahizələrinə əsaslanaraq qənamələr işin faktiki tərəflərində uzaq qətnamə qəbul edilmişdir.

65. Kassasiya şikayyətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəllənin 21, 157.5, 1091.2-ci maddələrinə, Azərbaycan Respublikasının Nazirlər Kabineti ** saylı Qazpaylayıcı ##.##.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X2” –nın 6.5-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77, 88, 97-ci maddələrinə istinad etmişdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

66. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq:

“Qaz təchizatı haqqında” Qanun(# ###### 2026-cı il tarixədək qüvvədə olmuş):

Maddə 11.

6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X2 ilə tənzimlənir. X2 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2011-ci il tarixli ** saylı qərarı ilə təsdiq edilən “X2”:

Bənd 1.3. Qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (* nömrəli əlavə) əlavə edilir. Bənd 1.4. Istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Bənd 2. Qaz qurğuları istismara qəbul olunduqdan və qazpaylayıcı şəbəkəyə qoşulduqdan sonra 5 (beş) iş günü müddətində qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə imzalanır və həmin andan etibarən istehlakçıya qazın verilməsi müqaviləyə uyğun təmin edilir. Bənd 2.12. Istehlakçılar qaz qurğularının “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar. Bənd 3.1.7. Qaz qurğularına altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməli. Istehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. Bənd 3.4. Istehlakçılara aşağıdakılar qadağandır: 3.4.1. özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq; 3.4.4. qaz qurğularında avtomatlaşdırılmış təhlükəsizlik və tənzimləmə vasitələrini ləğv etmək, nasaz qaz avadanlıqlarından, xüsusilə onlarda qaz sızması aşkar edildikdə qazdan istifadə etmək. Maddə 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Maddə 6.6. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Bənd 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu qaydaların 6.1.2-ci yarımbəndi istisna olmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

67. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

68. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

69. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

70. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

71. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

72. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

73. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

74. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

75. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

76. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Kassasiya baxışının hədləri:

77. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

78. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlüklə yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

79. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə məcmu şəklində hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddianın 1384,2 manat məbləğində qaz sərfiyyatı borcu tələbinə dair hissəsi istisna olmaqla digər hissələrdə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Digər hissələrdə iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın 1384,2 manat məbləğində qaz sərfiyatı borcu tələbinə dair hissəsi istisna olmaqla digər hissələrdə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

80. Məhkəmə kollegiyası kassasiya şikayətinin iş üzrə hər hansı ekspertiza təyin edilməməsi, məhkəmələrin cavabdehin etiraf etdiyi məbləğlə kifayətləndiyi barədə olan dəlilləri ilə əlaqədar qeyd edir ki, həmin dəlillərin hazırkı iş üzrə məhkəmə qətnamələri ilə əlaqəsi yoxdur. Belə ki, iş üzrə müvafiq ekspertizalar təyin edilib və ümumiyyətlə iddia rədd edilib.

81. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddianın 1384,2 manat məbləğində qaz sərfiyyatı borcu tələbinə dair hissəsi üzrə sübutlara prosessual hüquq normalarının tələbinə uyğun hüquqi qiymət verməmişdir.Belə ki iddiaçının tələbinin bir hissəsi tərtib edilmiş aktlar üzrə borcdan əlavə cavabdehin iddiaçıya 1384,2 manat məbləğində qaz sərfiyyatı borcu olması barədədir.

82. Iş materialları ilə göstərilən borc məbləğinin yazıldığı Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Ramil Qasımov küçəsi, ev 96, mənzil 25 ünvanındakı mənzilin Adıgözəlova Səyyarə Daşdı qızına məxsus olmasının mübahisələndirilməsi təsdiqlənmir.

83. Həmin ünvana sayğac quraşdırılması da işin mübahisəsiz halıdır. Faktiki olaraq Adıgözəlova Səyyarə Daşdı qızına məxsus olması mübahisələndirilməyən mənzildə quraşdırılmış sayğacın göstəricilərini nəzərə almaqla sərf edilmiş qazın dəyərinin ödənilməsi məsələsi apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılıb hüquqi qiymət verilməmişdir.

84. Aparılmış araşdırma nəticəsində sayğac göstəricilərinə müvafiq olaraq qaz sərfiyyatı müəyyən edildiyi təqdirdə hüquq münasibətinin xarakteri müəyyənləşdirilərək buna uyğun maddi hüquq normaları tətbiq edilməlidir.

85. Nəzərə almaq lazımdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçı ilə cavabdeh arasında mübahisəli ünvan barədə qazdan istifadə ilə əlaqədar etibarlı müqavilə bağlanması müəyyən edilməsə də, Adıgözəlova Səyyarə Daşdı qızı həmin ünvanda yaşamasa da, faktiki olaraq həmin ünvana sayğac quraşdırılıb və sayğacın sərf edilən qazın qeydiyyatını aparıb-aparmadığı araşdırılmalıdır. Faktiki olaraq Adıgözəlova Səyyarə Daşdı qızına məxsus olan mənzildə istifadə olunmuş qazın dəyərinin sayğacın göstəricilərinə uyğun olaraq onun tərəfindən ödənilməli olmaması apellyasiya instansiyası məhkəməsi tərəfindən kifayət qədər araşdırılıb hüquqi qiymət verilməmişdir.

86. Nəzərə almaq lazımdır ki, həmin mənzildə mənzilin faktiki olaraq məxsus olduğu şəxsin razılığı ilə başqa şəxslər də yaşayıb qazdan istifadə edə bilər.

87. Şəxsə məxsus olan mənzildə sayğac vasitəsilə uçotu aparılmış sərf edilmiş qazın dəyərinin ödənilməsinə cavabdehlik daşımamasını, həmin şəxs mötəbər sübutlarla sübut etməlidir.

88. Yuxarıda qeyd edilənlərə baxmayaraq apellyasiya instansiyası məhkəməsi iddianın 1384,2 manat məbləğində qaz sərfiyatı borcu tələbinə dair hissəsi üzrə sübutları kifayət qədər araşdırıb hüquqi qiymət verməyərək prosessual hüquq normalarının tələbini pozmuşdur. Prosessual hüquq normalarının belə pozuntusu iddianın qeyd edilən hissəsi üzrə maddi hüquq normalarının da düzgün tətbiq edildiyi qənaətinə gəlməyə imkan vermir.

89. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir.

90. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» ## ###### 2005-ci il tarixli * saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

91. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2008-ci il tarixli qərarı).

92. Məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2006-cı il tarixli qərarı).

93. Yuxarıda göstərilənlərə görə də iddiaçı İddiaçı IB tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, 2(103)- ***/**** nömrəli qətnaməsi iddianın 1384,2 manat məbləğində qaz sərfiyatı borcu tələbinə dair hissədə ləğv edilməli və iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Apellyasiya instansiyası məhkəməsi həmin hissədə işə yenidən baxarkən şərh edilən nöqsanları aradan qaldırmalı, maddi və prosessual hüquq normalarının tələbinə uyğun, qanuni və əsaslı məhkəmə aktı qəbul etməlidir.Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, 2(103)- ***/**** nömrəli qətnaməsi mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

94. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası

qərara aldı: Iddiaçı İddiaçı IB tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, 2(103)- ***/**** nömrəli qətnaməsi iddianın 1384,2 manat məbləğində qaz sərfiyatı borcu tələbinə dair hissədə ləğv edilsin və iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, 2(103)- ***/**** nömrəli qətnaməsi mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar