Məhkəmə qərarları › İş №2(1-8)-151/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-151/2026

18.02.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(1-8)-151/2026 18.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər “X6 Qrupu” MMC, "xxxx" MMC, "xxxx" MTK, "xxxx" MTK, Azərbaycan Respublikası Xətai rayonu Xətai Bələdiyyəsi, X3, X4 cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmlakın təhvil verilməsi, çoxmənzilli binada idarəetmə Hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh “Yeni Həyat BB Kompleksi MTK-ya qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər “X6 Qrupu” MMC, "xxxx" MMC, "xxxx" MTK, "xxxx" MTK, Azərbaycan Respublikası Xətai rayonu Xətai Bələdiyyəsi, X3 cəlb edilməklə) “əmlakın təhvil verilməsi və sair tələbləri” barədə mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)160/2025 nömrəli, 25 sentyabr 2025-ci il tarixli qətnaməsindən cavabdeh "xxxx" MMC-nin hüquqi varisi "xxxx" QSC tərəfindən verilmiş kassasiya şikayətinə 18 fevral 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İcraçı "xxxx" MTK ilə payçı İddiaçı arasında bağlanmış xx.xx.2010-cu il tarixli müqavilə ilə, icraçı Bakı şəhəri, Xətai rayonu, A.Cəlilov 26 ünvanında inşa edilən çoxmərtəbəli yaşayış evinin 3-cü blok, 14-cü mərtəbəsində, ümumi sahəsi 191,7 kv.metr olan 103 saylı, izolə olunmuş 3 otaqlı mənzili payçıya 1 pay kimi verir. Müqavilə üzrə cəmi m əbləğ 191,7 kv.metr sahə üçün 324.700 manat təşkil edir. 2. xx.xx.2010-cu il tarixli müqaviləyə 1 nömrəli əlavə ilə, icraçı "xxxx" MTK ilə payçı İddiaçı arasında Bakı şəhəri, Xətai rayonu, A.Cəlilov 26 ünvanında yerləşən 47 saylı avtomobil dayanacağında 1 avtomobil yeri üçün pay barədə razılığa gəliblər. Həmin əlavəyə əsasən "xxxx" MTK tikinti işlərini əvvəldən sonadək tam keyfiyyətlə yerinə yetirmək, tikintinin xarici tərtibatı və daxili arakəsmələrini quraşdırmaq, 24 saat mühafizə xidmətini təşkil etmək kimi vəzifələri öz üzərinə götürmüşdür. 3. 11.02.2016-cı il tarixli YHB-MA-160211-05 saylı maliyyə arayışına əsasən, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 15 ünvanında yerləşən kooperativ yaşayış binası "xxxx" MTK-ya məxsusdur. Bu binanın 3-cü giriş, 14-cü mərtəbəsində, ümumi sahəsi 191 kv.metr yaşayış sahəsi 97,2 kv.metr, eyvan sahəsi 23,9 kv.metr olan 3 otaqlı, 103 saylı mənzilin pay dəyəri payçı İddiaçı tərəfindən tam ödənilmişdir. 4. "xxxx" MTK üzvlərinin ümumi iclasının 04 saylı xx.xx.2016-cı il tarixli protokolu ilə, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 15 ünvanında 3-cü giriş, 14-cü mərtəbəsində, ümumi sahəsi 191 kv.metr, yaşayış sahəsi 97,2 kv.metr, eyvan sahəsi 23,9 kv.metr olan 3 otaqlı, 103 saylı mənzilin payçısı olması təsdiq edilmiş və hüquqların dövlət qeydiyyatına alınması üçün sənədlər Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə göndərilmişdir.

5. İddiaçı etibarnamə əsasında nümayəndəsi X2 "xxxx" MTK-ya ünvanladığı (imza edən şəxsin imzası notarial qaydada təsdiq edilmiş) ərizəsində qeyd edilmişdir ki, ünvan 2 ünvanında "xxxx" MTK tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış kompleksinin ona məxsus olan (1 avtomobil üçün qaraj kimi nəzərdə tutulmuş) 47 saylı qeyri-yaşayış sahəsinə dair qanunla ona hazırda məxsus olan (və ya gələcəkdə mövcud olacaq) bütün hüquqlarından imtina etmişdir və heç bir şəkildə hər hansı tələb irəli sürməyəcəkdir. Göstərilənləri nəzərə alaraq həmin qeyri-yaşayış sahəsinə dair xx.xx.2010-cu il tarixli müqavilənin ləğv edilməsinə dair sazişin bağlanmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdeh “Yeni Həyat BB Kompleksi MTK-ya qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər “X6 Qrupu” MMC, "xxxx" MMC, "xxxx" MTK, "xxxx" MTK, Azərbaycan Respublikası Xətai r ayonu Xətai Bələdiyyəsi, X3 cəlb edilməklə) “əmlakın təhvil verilməsi və sair tələbləri” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-nin Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 15 ünvanında yerləşən çoxmənzilli binadan çıxarılması və həmin binanın idarəetməsindən kənarlaşdırılması, çoxmənzilli binaya dair bütün sənədlərin, açarların və idarəetmə ilə bağlı digər aidiyyəti əmlakın Xətai rayon Xətai Bələdiyyəsinə təhvil verilməsi və xx.xx.2010-cu il tarixli müqavilənin 1 saylı əlavəsinə uyğun olaraq MTK tərəfindən 47 saylı avtomobil dayanacağı üçün sahənin iddiaçıya təhvil verilməsi, əgər avtomobil dayanacağı üçün sahə müqavilə ilə başqa şəxsə özgəninkiləşdirilmişdirsə həmin müqavilənin etibarsız hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş dir.

7. İddiaçı işin faktiki hallarına əsaslanaraq tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.2010-cu il tarixdə "xxxx" MTK ilə Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 15A ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 3-cü blok, 14-cü mərtəbəsində yerləşən 103 saylı mənzilin alınması ilə bağlı müqavilə bağlamışdır. Həmin mənzili alarkən qeyd edilən çoxmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən 47 saylı avtomobil dayanacağı üçün sahə xx.xx.2010-cu il tarixli müqaviləyə əlavə edilmiş həmin tarixli 1 saylı “Əlavə” ilə ona hədiyyə edilmişdir. Qaraj sahəsinin hədiyyə edilməsinin səbəbi isə qeyd edilən yaşayış binasından mənzillərin alınmasını stimullaşdırmaq olmuşdur. İddiaçı da qeyd edilən yaşayış evini qaraj hədiyyə edildiyi üçün almışdır. xx.xx.2010-cu il tarixli 1 sayl ı əlavənin 3.2-ci bəndində qeyd edilmişdir ki, "xxxx". MTK tərəfindən qeyd edilən mənzil 2016-cı ilin fevral ayında ona təhvil verilmiş və hüquqları da xx.xx.2016-cı il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti tərəfindən qeydiyyata alınmışdır. Lakin xx.xx.2010-cu il tarixli müqavilənin 1 saylı əlavəsinə uyğun olaraq MTK tərəfindən öz üzərinə düşən öhdəliyi icra edilməyərək 47 saylı avtomobil dayanacağı üçün sahə ona təhvil verilməmiş, bunun tam əksi olaraq dələduzluq və vəzifə saxtakarlığı edilərək ona verilməsi nəzərdə tutulan qaraj sahəsi tərtib edilmiş sənədlərdə iddiaçının imzası saxtalaşdırılaraq əlindən alınmışdır. O, qeyd edilən qarajın saxta səndlərlə əlindən alınmasından 2023-cü ilin yanvar ayında sənədlərin surəti ona təqdim ediləndə məluma t əldə etmişdir. Belə ki, iddiaçıya verilməsi nəzərdə tutulan 47 saylı qaraj sahəsinin yeri binanın 3-cü blokunun zirzəmisində yerləşən (liftlə-1də) arxa hissəsi göstərilmişdir. Bundan əlavə əvvəllər liftin mənfi 1-ci mərtəbəsində hər iki istiqamətə çıxış mövcud olmuşdur. Sonradan binanın zirzəmisində liftdən ön hissəyə çıxış ləğv edilərək bağlanmış, ona verilməsi nəzərdə tutulan qaraj sahəsi liftin birbaşa çıxışında olduğundan, sakinlərin liftdən daim rahat istifadəsini təmin etmək üçün orada daimi avtonəqliyyat vasitəsinin saxlanılmaması üçün 47 saylı qaraj sahəsinin həmin binada digər yerlə dəyişdirilməsi təklif edilmiş, o, bu təkliflə razılaşmışdır. Bunun üçün də 47 saylı qaraj sahəsindən imtina edilməsi və həmin binada yerləşən digər qaraj sahəsinin verilməsi barədə ərizə tələb edilmi şdir. Həmin ərizə iddiaçının nümayəndəsi tərəfindən imzalanmışdır. Lakin həmin ərizədə xx.xx.2010-cu il tarixli müqavilənin ləğv edilməsinə dair sazişin də bağlanması nəzərdə tutulmuşdur. MTK tərəfindən iddiaçını aldatmaq məqsədi ilə qeyd edilən saziş imzalanmamış, tam əksinə olaraq "xxxx" MTK-nın sədri tərəfındən müqavilənin ləğvinə dair saziş tərtib edilmiş (iddiaçı bu sazişdən xx.xx.2023cü il tarixdə sənədlər ona təqdim edilərkən məlumat əldə etmişdir) və həmin sazişdə onun imzası saxtalaşdırılmışdır. İddiaçının həm MTK-ya, həm də kommunal xidmət göstərən təşkilata ünvanlanan və imzalanan sənədlərdə imzası mövcuddur və adi gözlə baxıldıqda belə həmin imzanın ona məxsus olmadığı görünür. Qeyd edilənlərə aid iddiaçıya heç bir sənəd təqdim edilməmişdir. Yalnız "xxxx" MMC-nin direktoru Anje lina Xancanovanın imzası ilə təqdim edilmiş xx.xx.2022-ci il tarixli bildirişlə ona qaraj sahəsinin Park Azure yaşayış kompleksinin 4-cü mərtəbəsində 79 saylı yerin ayrıldığı, avtonəqliyyat vasitəsini digər yerdə saxladığı halda cərimə ediləcəyi barədə bildiriş təqdim edilmiş, qarajdan istifadəsinə məhdudiyyət qoyulmuş və bundan sonra o, kommunal xidmət göstərən təşkilata müraciət edərək, ona qaraj sahəsinin "xxxx" yaşayış kompleksinin 4-cü mərtəbəsində hansı əsaslarla ayrıldığını maraqlanmışdır. Bunun hansı əsaslarla edildiyini dəqiqləşdirdikdə isə özünü şirkətin əməkdaşı kimi təqdim edən Sərvan adlı şəxs ona xx.xx.2016-cı il tarixli PAMH160303-37 saylı maliyyə arayışının surətini təqdim etmiş, narazı qaldığı halda rəhbərliyə müraciət etməyi tövsiyə edilmişdir. Bundan dərhal sonra yeni əl də edilən sənədlər onda mövcud olmadığından o, bu barədə xx.xx.2022-ci il tarixdə “X6 Qrupu” MMC-yə, "xxxx" MMC-yə, "xxxx" MTK-ya və "xxxx" MTK-ya rəsmi ərizə ilə müraciət etməsinə, dəfələrlə rəhbər şəxslərin yanında olmağına baxmayaraq tələb etdiyi sənədlər təxminən 4 ay sonra, yəni xx.xx.2023-cü il tarixdə ona təqdim edilmişdir. Həmin sənədləri aldıqdan sonra isə ona məlum olmuşdur ki, verilmiş qaraj sahəsinin ləğvinə dair sazişdə razılığı və imzası olmadan saxtalaşdırılmış, qaraj sahəsi əlindən dələduzluq yolu ilə alınmışdır. Hazırda "xxxx" yaşayış kompleksinin 4-cü mərtəbəsində qaraj sahəsinin adına rəsmiləşdirlməsi təklif edilir. Ona verilməsi nəzərdə tutulan qaraj sahəsinin isə artıq başqa şəxsin adına rəsmiləşdirildiyi bildirilir. Əldə etdiyi məlumatlara əsasən əslinə qaraj sahələ rinin rəsmiləşdirildiyi şəxslər qeyd edilən MTK-nın təsisçiləri və ya onlara yaxın şəxslərdir. Əldə etdiyi məlumata görə hazırda yaşadığı Xətai rayonu, 8 noyabr prospekti 15 ünvanıda yerləşən yaşayış sahəsinin zirzəmi hissəsi (qaraj kimi istifadə edilən sahə), yəni 8000 kv. metrdən artıq sahə bir nəfərin adına saxtalaşdırılaq rəsmiləşdirilmiş və hazırda aylıq 200 manata icarəyə verilir. “X6 Qrupu” MMC və "xxxx" Mənzil Tikinti Kooperativinin rəhbər vəzifəli şəxslərinin qəbulu zamanı onun həmin qaraj sahəsindən imtina etməsi barədə notarial qaydada təsdiq edilmiş ərizənin olduğu, hər şeyin qanuna uyğun qaydada həyata keçirildiyi bildirilmişdir. İddiaçıya təqdim edilməli qaraj sahəsindən imtina edilməsi üçün həmin qaraj sahəsinin iddiaçıya verilməsi yazılı qaydada müqavilə ilə rəsmiləşdirildi yindən həmin müqavilənin ləğvinə dair saziş də yazılı qaydada rəsmiləşdirilməli idi. Lakin onun ləğv ilə əlaqədar hər hansı yazılı müqaviləsi olmamış, belə bir müqavilə olmadığı üçün onun imzası saxtalaşdırılaraq müqavilənin ləğvinə dair cavabdeh tərəfindən saxta saziş tərtib edilmişdir. Mülkiyyət hüququndan imtina edilməsi barədə notarial təsdiq edilmiş ərizəyə gəldikdə isə, qanunvericiliyə əsasən həmin ərizənin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zəruridir və bu ərizə daşınmaz əmlakın dövlət reyestrində qeydə alındıqdan sonra məcburi qüvvə alır. Bundan başqa həmin ərizənin son cümləsində saziş bağlanması xahiş edilmişdir. Həmin saziş isə qaraj sahəsinin həmin binada digər yerlə dəyişdirilməsi üşün şifahi qaydada razılaşdırılmış, lakin belə bir saziş ümumiyyətlə bağlanmamış dır. İndi isə həmin şifahi razılaşmanın onu aldadaraq qaraj sahəsinin əlindən alınması üçün edildiyi görülür. Onun yaşayış sahəsi və qarajı həmin "xxxx" MTK tərəfindən inşa edilmiş Xətai rayonu, 8 noyabr prospekti ünvanında yerləşən çoxmənzilli yaşayış binasındadır. X5 küçəsində "xxxx" MTK tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış binasından qaraj sahəsi alınması ilə əlaqədar hər hansı müraciəti və ya razılaşması olmamışdır. Bununla bağlı o, "xxxx" MMC-yə xx.xx.2022-ci il tarixdə müraciət etdikdə ona başqa MTK tərəfindən inşa edilmiş yaşayış sahəsinin 4-cü mərtəbəsində yerləşən qaraj sahəsini təklif edilərək və həmin sahənin ona aid olması barədə maliyyə arayışı təqdim edilmişdir. İddiaçıya məxsus 47 saylı qaraj sahəsi əvəzinə payçısı və ya müqavilə münasibətində olmadığı "xxxx" MTK tərə findən inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən 79 saylı qarajla dəyişdirilməsinə dair hər hansı razılığı olmamışdır. Təklif edilən 79 saylı qaraj sahəsindən isə mənzilinə çatmaq üçün üç lift dəyişərək bir kilometrdən artıq məsafə qət etməlidir. Bu isə onun hüquqlarının cavabdeh tərəfindən kobud pozulması deməkdir. MTK öz üzərinə düşən öhdəliyi icra etməyərək, ona məxsus qarajı mənimsəməkdə də məqsədi həmin sahəni digər şəxslərə aylıq 200 manata icarəyə verməklə gəlir əldə etməkdir. Qeyd edilənlərdən də görünür ki, Yeni Həyat BBKompleksi MTK-nın sədri tərəfindən müqavilənin ləğvinə dair saziş tərtib edilmiş və həmin sazişdə onun imzası “Yeni Həyat BB- Kompleksi" MTK tərəfindən saxtalaşdırılıb və faktiki olaraq ona hədiyyə edilmiş 47 saylı qaraj sahəsinə dair m ülkiyyət hüququna xitam verilərək, qanunsuz ələ keçirilmişdir. Bu isə növbəsində ona məxsus mülkiyyətin qanunsuz ələ keçirilməsi ilə nəticələnmişdir. Qeyd edilənlərdən aydın görünür ki, “Yeni Həyat BBKompleksi" MTK ilə olan 07 iyun 2010-cu il tarixli müqavilənin 1 saylı əlavəsinə uyğun olaraq ona verilməsi nəzərdə tutulan 47 saylı qaraj sahəsi cavabdeh tərəfindən üzərinə götürdüyü öhdəlik pozularaq ona təqdim edilməmişdir. Bu səbəbdən də həmin qaraj sahəsinin ona təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmalı, həmin qaraj sahəsi digər şəxsə özgəninkiləşdirildiyi halda isə həmin qaraj sahəsinin təqdim edilməsi barədə müqavilə etibarsız hesab edilməldir. Çünki əldə etdiyi məlumata görə həmin qaraj sahəsini öz adına rəsmiləşdirən şəxs Babək Babayev adlı bi nanın faktiki rəhbəri özüdür və öz adına qeydiyyata aldırdıqdan sonra həmin qaraj sahəsindən istifadə etmək üçün aylıq 200 manat icarə haqqı tələb edir. Bina xx.xx.2007-ci ildə təsis edilmiş "xxxx" MTK tərəfindən tikilmişdir. Bina 5 blokdan, bir qaraj və 4 mərtəbəsi qeyri-yaşayış sahəsindən və yanında yerləşən bir biznes mərkəzindən ibarətdir. MTK-nın pay fondu cəmi 500 manat təşkil edir və bu binanın heç bir sahəsinə görə MTK-nın üzvlərinin ödədiyi əmlak pay haqlarının 1 faizini belə təşkil etmir. MTK üzvlərini idarəetməyə buraxmamaq üçün onların əmlak paylarını pay fondu kimi rəsmiləşdirməyərək yarandığı andan qanun pozuntuları ilə fəaliyyət göstərmişdir. Binanın tikintisi çoxdan tam başa çatmış və binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çox una mülkiyyət hüququ MTK-nın üzvlərinə (sahə mülkiyyətçilərinə) keçmişdir. Buna baxmayaraq, bina MTK-nın faktiki sahibi Babək Babayev adlı şəxsin göstərişinə əsasən müxtəlif şirkətlər tərəfindən idarə edilmişdir. Belə ki, həmin bina 2022-ci ilin 31 dekabr tarixinədək "xxxx" MMC tərəfindən (sonradan adı dəyişdirilərək "xxxx" MMC olmuşdur), xx.xx.2023-cü il tarixdən isə "xxxx" MTK tərəfindən idarə edilməyə başlanmışdır. Qeyd edilən şirkətlərin binanı idarə edilməsi üçün heç bir səlahiyyəti olmamış, binadakı mənzil mülkiyyətçilərinin ümumi yığıncağı çağırılmamış və onlar tərəfindən hər hansı qərar qəbul edilməmişdir. Yalnız binanın faktiki sahibi və qeyriyaşayış sahələrini, o cümlədən ona ayrılmış 47 saylı qaraj sahəsini öz adına keçirmiş və Babək Babayevin göstərişinə əsasən onun təyin etdiy i şirkətlər tərəfindən idarə edilmişdir və hazırda da idarə edilməkdədir. Binanın sakinlərini həmin şirkətlərlə müqavilə bağlamağa məcbur edirlər və buna da nail olmuşlar. Çünki müqavilə bağlamayan mənzillərin liftdən istifadələrinə qadağalar qoyulur, binanın 14-cü, 15-ci mərtəbəsinə piyada qalxmaq tələb edilir və mənzillərə verilmiş istilik sistemləri dayandırılır. İddiaçının liftdən istifadəsinə dəfələrlə məhdudiyyət qoyulmuşdur. İddiaçı cavabdehə və 3-cü şəxslərə müraciət edərək binanın saxlanması üçün çəkilən xərclər barədə məlumat verilməsini, binanın saxlanmasında öz payına uyğun iştirak etmək istədiyini bildirməyinə baxmayaraq, ona həmin məlumatlar təqdim edilməmiş, ondan mənzilin hər kvadratmetrinə görə 1,30 manat xidmət haqqı tələb edilir. Əsas da o göstərilir ki, binadakı mənzill ərin sahiblərinin 50 faizindən çoxu ilə müqavilə bağlanmışıdır. Lakin qeyd edilən müqavilələr də məcburiyyət qarşısında bağlanmış, müqavilə bağlamayan sakinlərin binadan istifadəsinə məhdudiyyətlər qoyulmuşdur. Bundan başqa binadakı sakinlərin 50 faizindən çoxu ilə müqavilənin bağlanması da onlara həmin binanın idarə edilməsinə və onun mənzilindən istifadəsinə məhdudiyyət qoyulmasına səlahiyyət vermir. MTK-nin hətta hüquqi ünvanı da ünvan 5nzil göstərilmədən, sanki bina MTK-ya mənsubdur. Halbuki, binanın sahə mülkiyyətçiləri binanın ləğv olunmalı olan MTK-nın hüquqi ünvanı olmasına razılıqlarını bildirməyiblər. 2023-cü ildən yanvar ayından etibarən binanın yalnız bəzi sahə mülkiyyətçiləri ilə xidmət müqaviləsi bağlayaraq (binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarı olmadan) b inanı idarə etməyə başlamışdır. Əvvəllər isə birbaşa idarə etmişlər. Eyni zamanda heç bir təsdiqedici sənəd təqdim etmədən binanın altındakı avtomobil dayanacaqlarında avtomobillərin saxlanılmasına görə aylıq 250 manat, bir saat üçün isə 1 manatdan başlayaraq pullar yığılır, həmin pullar isə binanın saxlanmasına deyil, şəxsi məqsədlərinə istifadə edilir. Bundan başqa son zamanlar binadakı qeyri-yaşayış sahəsinin sahibi tərəfindən orada əsaslı təmir işləri həyata keçirdiyindən (qeyri-yaşayış sahəsinin təxminən 95 faizi eyni şəxsə mənsubdur) binada bloklarda fəaliyyət göstərən qeydiyyat ləğv edilmişdir. Bunun səbəbi isə binanın əsas qeyri-yaşayış sahəsinin sahibi binanın saxlanması üçün kommunal haqqlar ödəmir, onun da payına düşən məbləğlər sakinlərin hesabına həll edilir. Bundan başqa, MTK kimi cavabdeh də binanın sahə mülkiyyətçilərinə fəaliyyəti üzrə maliyyə hesabatı təqdim etmir. Bu əsnada bina üzrə bəzi gəlirlər (avtodayanacaqlar üzrə toplanılan haqlar, damın antenalar üçün icarəsi və s.) də illər boyu gizlədilib. Üstəlik, binanı zəbt edərək onun ümumi istifadədə olan sahələrinə heç kəsi buraxmayaraq, MTK kimi cavabdeh də bəzi xidmətlər üzrə inhisar (kabel televiziyası, internet və s.) yaratmışdır. Nəticədə, sahə mülkiyyəçilərinin seçim imkanı məhdudlaşdırılıb. Cavabdeh müxtəlif qanunsuz yollarlarla, o cümlədən sahə mülkiyyətçilərini çaşdırmaqla binada qanuni özünüidarəçiliyə mane olur (MTK-nın də ləğv edilməməsi belə maneədən biridir) və qanunsuz fəaliyyətini davam etdirir.

8. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə əri zə ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MTK-nın Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 15A ünvanında yerləşən çoxmənzilli binadan çıxarılması və həmin binanın idarəetməsindən kənarlaşdırılması, cavabdeh "xxxx" MTK-nın Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 15A ünvanında yerləşən çoxmənzilli binaya dair bütün sənədlərin açarların və idarəetmə ilə bağlı digər aidiyyəti əmlakın Azərbaycan Respublikası Xətai rayonu Xətai Bələdiyyəsinə təhvil verilməsi, xx.xx.2010-cu il tarixli müqavilənin 1 saylı əlavəsinə uyğun olaraq MTK tərəfindən 47 saylı avtomobil dayanacağı üçün sahənin ona təhvil verilməsi, əgər avtomobil dayanacağı üçün sahə müqavilə ilə başqa şəxsə özgəninkiləşdirilmişdirsə həmin müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul dilməsini xahiş etmişdir.

9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3499/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia tələbləri üzrə “Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 15 ünvanında yerləşən çoxmənzilli binaya dair bütün sənədlərin, açarların və idarəetmə ilə bağlı digər aidiyyəti əmlakın Azərbaycan Respublikası Xətai rayonu Xətai Bələdiyyəsinə təhvil verilməsi”nə dair hissədə həmin tələblərə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından xitam verilməsi qərara alınmış, iddiaçıya aidiyyatı üzrə inzibati məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.

10. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3499/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh “X6 Qrupu” MMC-yə qarşı (üçüncü şəxslər “X6 Qrupu” MMC, "xxxx" MMC, "xxxx" MTK, "xxxx" MTK, Azərbaycan Respubli kası Xətai rayonu Xətai Bələdiyyəsi, X3, X4 cəlb edilməklə) - cavabdeh "xxxx" MTK-nın Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 15A ünvanında yerləşən çoxmənzilli binadan çıxarılması və həmin binanın idarəetməsindən kənarlaşdırılması, xx.xx.2010-cu il tarixli müqavilənin 1 saylı əlavəsinə uyğun olaraq MTK tərəfindən 47 saylı avtomobil dayanacağı üçün sahənin ona təhvil verilməsi, əgər avtomobil dayanacağı üçün sahə müqavilə ilə başqa şəxsə özgəninkiləşdirilmişdirsə həmin müqavilənin etibarsız hesab edilməsi barədə iddiası təmin edilməmişdir (hakim Aynur Abdullayeva).

11. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-3499/2023 saylı, xx.xx.2023-cü il tarixli əlavə qətnaməsi ilə İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı (üçüncü şəxslər “X6 Qrupu” MMC, "xxxx" MMC, "xxxx" MTK, "xxxx" MTK, Azərbayc an Respublikası Xətai rayonu Xətai Bələdiyyəsi, X3, X4 cəlb edilməklə) “çoxmənzilli binaya dair bütün sənədlərin, açarların və idarəetmə ilə bağlı digər aidiyyəti əmlakın Xətai rayonu Xətai Bələdiyyəsinə təhvil verilməsi” barədə tələblərinin təmin edilməməsi qət edilmişdir.

12. Məhkəmənin qeyd etmişdir ki, qanunvericinin tələbindən göründüyü kimi, çoxmənzilli binanın idarə edilməsi məqsədilə binanın sahə mülkiyyətçiləri üç idarəetmə formasından birini seçməyə borcludur və çoxmənzilli binanın idarəetmə üsulunu seçmək binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərindən biridir.

13. Məhkəmə hesab etmişdir ki, qanunverici çoxmənzilli binanın idarəetməsini binanın sahə mülkiyyətçilərinin səlahiyyətlərinə aid etdiyi üçün İddiaçı cavabdeh "xxxx" MMC-nın Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 15A ünvanında yerləşən çoxmənzilli binadan çıxarılması və həmin binanın idarəetməsindən kənarlaşdırılması barədə iddia tələbləri ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur.

14. Buna görə də məhkəmə hesab etmişdir ki, iddia göstərilən hissədə əsassızdır və təmin edilməməlidir.

15. Məhkəmə iddianın “xx.xx.2010-cu il tarixli müqavilənin 1 saylı əlavəsinə uyğun olaraq MTK tərəfindən 47 saylı avtomobil dayanacağı üçün sahənin iddiaçıya təhvil verilməsi, əgər avtomobil dayanacağı üçün sahə müqavilə ilə başqa şəxsə özgəninkiləşdirilmişdirsə həmin müqavilənin etibarsız hesab edilməsi” barədə iddia tələblərinə hüquqi qiymət verərək hesab etmişdir ki, iddia göstərilən hissələrdə də əsassızdır.

16. İddiaçı ilə "xxxx" MTK arasında bağlanmış xx.xx.2010-cü il tarixli müq aviləyə 01 saylı əlavəyə əsasən, 47 saylı avtomobil dayanacağı iddiaçıya pay dəyəri hədiyyə olunmaqla onun istifadəsinə verilmişdir. İddiaçının etibarnamə əsasında nümayəndəsi X4 "xxxx" MTKya ərizə ünvanlayaraq (imza edən şəxsin imzası notarial qaydada təsdiq edilmiş) bildirmişdir ki, ünvan 2 ünvanında "xxxx" MTK tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış kompleksinin ona məxsus olan (1 avtomobil üçün qaraj kimi nəzərdə tutulmuş) 47 saylı qeyri-yaşayış sahəsinə dair qanunla ona hazırda məxsus olan (və ya gələcəkdə mövcud olacaq) bütün hüquqlarından imtina edir və heç bir şəkildə hər hansı tələb irəli sürməyəcəkdir.

17. Məhkəmə qeyd etmişdir ki, iddiaçı iddia tələblərində üzərindəki imza notarial qaydada təsdiq edilmiş həmin ərizənin etibarlılığını mübahisələndirmir. İddia tələblərində iddiaçı xx.xx.2016-cı il tarixli “müqavilənin ləğvinə dair saziş”in etibarsız olduğunu qeyd edərək bildirmişdir ki, sazişdə iddiaçının imzası saxtalaşdırılmışdır. İddiaçı həmin sazişin etibarsızlığı ilə bağlı iddia tələbləri irəli sürmədiyindən hazırki iddia tələbləri çərçivəsində həmin sazişin etibarlılığı yoxlanılmır.

18. Mübahisəli sahə üzərində hüquqlardan imtina ilə bağlı ərizəyə münasibətdə məhkəmə qeyd etmişdir ki, iş materiallarından göründüyü kimi avtomobil dayanacağının iddiaçıya verilməsi barədə müqavilə özü-özlüyündə podrat müqaviləsidir. Mülkiyyət hüququndan imtina edilməsi barədə ərizənin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasının zəruriliyi ilə bağlı iddia dəlillərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, tərəflər arasında yaranmış münasibətlər podrat münasibətlər i olduğundan həmin müqavilənin ləğvinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması zərurəti mövcud deyil. İş materiallarında iddiaçının mübahisəli sahəyə dair hüquqlarından imtinası ilə bağlı ərizə mövcud olduğundan, həmin ərizənin mötəbərliliyi hazırda mübahisələndirilmədiyindən, və bundan əlavə, iş materiallarında olan xx.xx.2016-cı il tarixli “müqavilənin ləğvinə dair saziş”in mübahisələndirilməsi iddia tələbləri ilə ehtiva edilmədiyindən 47 saylı avtomobil dayancağının iddiaçıya təhvil verilməsi barədə iddia tələbləri təmin edilməməlidir. 19. “Avtomobil dayanacağı müqavilə ilə başqa şəxsə özgəninkiləşdirilmişdirsə həmin müqavilənin etibarsız hesab edilməsi” ilə bağlı iddia tələblərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, mübahisəli sahənin iddiaçıya verilməsi barədə iddia tələbləri təmin edilmədiyindən qeyd olunan tələblər də təmin edilməməlidir.

20. İş materiallarından görünür ki, çoxmənzilli binanın idarə edilməsi üsulunun seçilməsi ilə bağlı ümumi yığıncağın keçirilməsi barədə sənədlər iş materiallarına əlavə edilməmiş, idarə edilmə üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın idarəetmə üsulunun seçilməsi məsələsinin həlli üçün həmin binanın yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada idarəedici təşkilatın seçilməsi üzrə açıq müsabiqə keçirilməsinə dair inzibati qaydada məhkəməyə hər hansı müraciət edilməmişdir. Bununla da, binanın idarəetmə üsulu müəyyənləşdirilmədiyindən çoxmənzilli binaya dair bütün sənəd lərin, açarların və idarəetmə ilə bağlı digər aidiyyəti əmlakın Xətai rayonu Bələdiyyəsinə təhvil verilməsi barədə iddia tələbləri təmin edilməməlidir.

21. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 141.3, 141.4, 141.5, 141.6, 141.8, 759.1, 760.1-ci, Mənzil Məcəlləsinin 43.2.4, 109.3, 109.5, 119.1, 120.1, 141.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Resp ublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” xx.xx.2019-cu il tarixli qərarlarına və Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 218.3, 229.1.1, 229 və 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

22. Qətnamədən və əlavə qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il, e-2(011)3499/2023 nömrəli qətnaməsinin və xx.xx.2023-cü il tarixli, e-2(011)-3499/2023 saylı əlavə qətnaməsinin ləğv edilməsi və iddia tələblərinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

23. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, məhkəmənin iddiaçının subyektiv hüququnun olmaması ilə bağlı mövqeyi tamamilə əsassız olmaqla qanunvericiliyin tələbl ərinə uyğun deyildir. Belə ki, Mənzil Məcəlləsinin 109.5-ci maddəsinə əsasən, kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay ərzində mənzil-tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir. Çoxmənzilli binanın istənilən sahə mülkiyyətçisi bələdiyyə tərəfindən bu Məcəllənin 141.5-ci maddəsinin müddəalarına uyğun olaraq idarəedici təşkilatın seçilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Binanı tikən mənzil-tikinti kooperativi qanunda göstərilən tələblərə əməl etmədikdə və ya qanunazidd hərəkətlər etdikdə çoxmənzilli binanın istənilən sahə mülkiyyətçisinin qanunazidd fəaliyyət göstərən təşkilatın qanunsuz fəaliyyətinin qarşısının alınması və idarəedici təşkilatın bələdiyyə tərəfindən seçilməsi tələbi ilə məhkəməyə müraciət etmək hüququ qanunvericilikdə təsbit edilmişdir. Ona görə də iddiaçının iddia qaldırmağa subyektiv hüququnun olmaması barədə məhkəmənin gəldiyi nəticə yanlışdır. Bundan əlavə, işdən o da görünür ki, istinad olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə işin faktiki halları və iddia tələbi tam uzlaşır. Belə ki, çoxmənzilli binadak ı yaşayış və qeyri-yaşayış sahələri payçıların mülkiyyətinə verilməsinə baxmayaraq, MTK ləğv edilməmiş və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməmişdir. Həmçinin, MTK öz qanunsuz hərəkətlərini davam etdirərək iddiaçının tələblərinə əhəmiyyət verməmiş, idarəedici təşkilatın bələdiyyə tərəfindən seçilməsinə şərait yaradılması məqsədi ilə binaya dair açarların, sənədlərin və aidiyyəti əmlakın bələdiyyəyə təhvil verməkdən yayınmışdır. Bütün bunlar işin mübahisəsiz müəyyən edilmiş halları olmasına baxmayaraq, məhkəmə iddianı əsassız olaraq təmin etməmiş və tətbiq edilməli olan maddi hüquq normalarını işə tətbiq etməmişdir. Bundan əlavə, bu günədək eyni mühüm faktiki hallara və iddia tələbinə malik analoji işlərə yuxarı məhkəmələr tərəfindən baxılmış, çoxmənzilli binanın sahə mülkiyyətçisinin təkbaşına iddia qaldıraraq qanunsuz fəaliyyət göstərən təşkilatın binanın idarə edilməsindən kənarlaşdırılması və idarəedici təşkilatın bələdiyyə tərəfindən seçilməsinə dair iddia tələblərini irəli sürməyə dair subyektiv hüququnun olması müəyyən edilərək iddia tələbləri təmin edilmişdir. Lakin, nədənsə işə baxan məhkəmə nə mənzil qanunvericiliyinin tələblərini, nə də analoji işlərlə bağlı formalaşmış məhkəmə təcrübəsini nəzərə almamış, əksinə həmin mövqelərlə tanış olduğu halda, qəsdən həmin hüquqi mövqelərə zidd qətnamə çıxarmışdır. Məhkəmə nəzərə almamışdır ki, 1 saylı əlavə yazılı şəkildə bağlanıldığından mülki qanunvericiliyin tələblərinə əsasən həmin əlavənin ləğv olunması da eyni qaydada, müqavilə tərəflərinin özü və ya təmsilçisi tərəfindən imzalanmış yazılı müqavil ə ilə ləğv oluna bilər. Lakin, tərəflər arasında belə bir müqavilə bağlanılmamışdır. İş materiallarında olan xx.xx.2016-cı il tarixli “müqavilənin ləğvinə dair saziş” isə iddiaçı tərəfindən imzalanmamışdır və həmin saziş əhəmiyyətsizdir. Demək ki, 1 saylı əlavə ləğv edilməmişdir. İmtina ərizəsinin mübahisələndirilməsinin zəruriliyini qeyd edən məhkəmənin mövqeyindən belə aydın olur ki, qeyri-yaşayış sahəsi ilə bağlı hüquqlardan imtina ərizəsi ilə müqavilənin 1 saylı əlavəsi ləğv edilmişdir. Halbuki, işdən göründüyü kimi, iddiaçının nümayəndəsi xx.xx.2016-cı il tarixli ərizə ilə cavabdehə müraciət edərək 1 saylı əlavənin ləğv edilməsi barədə Saziş bağlanılmasını xahiş etmişdir. Nəzərə almaq lazımdır ki, belə bir ərizə müqavilənin avtomatik ləğvinə səbəb olmur, sadəcə əvvəlki müqavilənin ləğ v olunması barədə mülki qanunvericiliyin tələblərinə uyğun olaraq yeni müqavilənin bağlanması üçün əsas təşkil edir. Ona görə də hazırkı işdə müstəqil qaydada hər hansı hüquqi nəticə yaratmayan ərizənin mübahisələndirilməməsi iddianın rəddinə səbəb ola bilməzdi. Bundan əlavə, o da nəzərə alınmalıdır ki, ümumiyyətlə, ərizə ayrıca məhkəmə icraatı qaydasında mübahisələndirilə bilməz. Ərizədə şəxsin iradə bəyanının mövcud olması onun əqd olması anlamına gəlmir. İşdəki ərizə isə tərəflər arasında hüquq münasibətini yaradan, dəyişdirən və ya xitam edən sənəd növü deyildir. Bu kimi sənədlər (ərizələr, aktlar və s.) ancaq hər hansı faktın mövcduluğunu müəyyən edən sübut kimi çıxış edə bilər. Ona görə də maraqlı tərəf ərizənin (sübutun) deyil, ərizə əsasında müəyyən edilmiş hüquqi nəticəni mübahisə ləndirə bilər. Çünki, sübutun etibarsız hesab edilməsi barədə iddialar yolverilən deyildir. Göründüyü kimi, imtina ərizəsinin mübahisələndirilməməsini iddianın rəddinə əsas kimi göstərən məhkəmə kobud səhvə yol vermişdir. Məhkəmənin özünün qeyd etdiyi kimi, iddia tələbində Sazişin etibarsız hesab edilməsinə dair tələb olmasa da, iddia ərizəsində həmin Saziş mübahisələndirilmiş, müqavilədəki imzanın iddiaçıya aid olmaması və müqavilənin saxta olması qeyd olunmuşdur. Qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi tələbinə baxan məhkəmə cavabdehin etirazının əsasını təşkil edən və iddiaçının da mübahisələndirdiyi Sazişin etibarlılığını yoxlamalı idi. Başqa ifadə ilə, qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi barədə tələbin təmin edilməsinin qarşısını alan sənəd kimi məhkəməyə t əqdim edilmiş sazişin etibarlı olub-olmamasını yoxlamaq məhkəmənin xidməti vəzifəsindən irəli gəlmişdir. Həmin sazişin əhəmiyyətsiz əqd olması müəyyən edildiyi halda, onun etibarsızlığı ilə bağlı hər hansı tələb irəli sürülmədən və ya məhkəmə qərarı olmadan iddia tələbi təmin edilməli idi. Çünki, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Əqdin etibarsızlığı məhkəmə qərarı əsasında yaranmır. Əhəmiyyətsiz əqdi etibarsız edən əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğudur. Ona görə də hazırkı işdə əhəmiyyətsiz əqd barəsində onun etibarsız hesab edilməsi tələbinin irəli sürülməməsi halının iddianın rəddinə əsas hesab edilməsi və əqdin etibarlılığının yoxlanılmaması kobud prosessual pozuntudur və Konstitusiya Məhkəməsi Plenumunun qərarına ziddir. Hazırkı işdə də Saziş əhəmiyyətsiz əqd olduğundan onun etibarsız hesab edilməsi barədə məhkəmə qərarı olmadan və ya etibarsızlıq tələbi irəli sürülmədən də etibarsızlıqla bağlı nəticələrin tətbiqi, yəni qeyri-yaşayış sahəsinin təhvil verilməsinin tələb edilməsi qanunvericiliyə uyğun olmuş, lakin məhkəmə əqdlərin etibarsızlığı ilə bağlı normaları işə düzgün tətbiq etməmişdir. Bundan başqa, xx.xx.2016-cı il tarixli “müqavilənin ləğvinə dair saziş” iddiaçı tərəfindən mübahisələndirilərək sazişin onun tərəfindən bağlanılmadığını və sazişdəki imzanın ona aid olmadığını bildirilməsinə baxmayaraq, məhkəmə bununla bağlı heç bir araşdırma aparmamış, sazişin iddiaçı tərəfindən imzalanıb-imzalanmamasının müəyyən edilməsi üçün müvafiq ekspertiza təyin etməmişdir.

24. Sazişin iddiaçı tərəfindən imzalanıb-imzalanmamasını aydınlaşdırmaq məqsədi ilə məhkəmə kollegiyası tərəfindən məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin 24 sentyabr 2024-cü il tarixli 4/1241 nömrəli ekspert rəyinin nəticə hissəsində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş mülki işin 1-ci cildinin 42-ci vərəqində olan 09 fevral 2016-cı il tarixli “Müqavilənin ləğvinə dair Saziş”-in kserosurətində “İddiaçı” hissəsində əks olunmuş imzanın – İddiaçı tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsində göstərilən səbələrə görə müəyyən etmək mümkün olmamışdır.

25. Ekspert rəyinin təsviri hissəsində isə göstərilmişdir ki, tədqiq olunan imzanı İddiaçı imza nümunələri ilə müqayisə etdikdə məlum oldu ki, tədqiq olunan s ənədin kserosurət olması, nümunələr arasında fərqin olması səbəblərindən müqayisəedici tədqiqat zamanı imkan vermir ki, müəyyən bir qəti (müsbət və ya mənfi) rəyə gəlmək üçün zəruri olan eyniləşdirici əlamətlər külliyatını seçib ayırmaq mümkün olsun. Odur ki, tədqiq olunan imzanın İddiaçı tərəfindən icra olunub olunmamasını müəyyən etmək mümkün olmadı.

26. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-160/2025 nömrəli, 25 sentyabr 2025-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-3499/2023 saylı qətnaməsi və xx.xx.2023-cü il tarixli, 2(011)-3499/2023 saylı əlavə qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi qismən təmin edilmiş, cavabdeh "xxxx" MMC nin Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 15A ünvanında yerləşən çoxmənzilli binadan çıxarılması və həmin binanın idarəetməsindən kənarlaşdırılması, cavabdeh Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 15 A ünvanında yerləşən çoxmənzilli binaya dair bütün sənədlərin açarların və idarəetmə ilə bağlı digər aidiyyəti əmlakın Azərbaycan Respublikası Xətai rayonu Xətai Bələdiyyəsinə təhvil verilməsi öhdəliyinin "xxxx" MMC-nin üzərinə qoyulması qət edilmiş, iddia tələbi qalan hissədə təmin edilməmişdir (hakimlər:Günay Axundova-sədrlik edən və məruzəçi, Məhəmməd Rüstəmli və Fərrux Qasımov).

27. Məhkəmə kollegiyası ilk öncə qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi və əlavə qətnaməsi maddi hüquq normalarının pozulması ilə qəbul edilmişdir.

28. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, iddia tələbi iki hissədən ibarətdir: 1. "xxxx" MMC-nin çoxmənzilli yaşayış binasının idarəetməsindən kənarlaşdırılması, həmin binaya dair bütün sənədlərin açarların və idarəetmə ilə bağlı digər aidiyyəti əmlakın Xətai rayonu Xətai Bələdiyyəsinə təhvil verilməsi; 2. xx.xx.2010-cu il tarixli müqavilənin 1 saylı əlavəsinə uyğun olaraq "xxxx" MMC tərəfindən 47 saylı avtomobil dayanacağı üçün sahənin ona təhvil verilməsi, əgər qeyriyaşayış sahəsi müqavilə ilə başqa şəxsə özgəninkiləşdirilmişdirsə, həmin müqavilənin etibarsız hesab edilməsi.

29. Məhkəmə kollegiyası eyni zamanda qeyd etmişdir ki, iş materiallarında olan ********** nömrəli VÖEN üzrə vergi ödəyicisinin tarixçəsindən görünür ki, "xxxx" MTK sonradan təşkilati-hüquqi formasını dəyişdirirək "xxxx" MMC kimi fəaliyyət göstərir, yəni, onun varisidir.

30. Cavabdeh "xxxx" MMC tərəfindən məhkəməyə çoxmənzilli yaşayış binasının qanuni əsaslarla onun tərəfindən və ya başqa idarəedici təşkilat tərəfindən idarə edilməsinə dair heç bir sənəd təqdim olunmamışdır. Həmçinin, həmin binaya dair sənədlərin, açarların və idarəetmə ilə bağlı digər aidiyyəti əmlakın hər hansı təşkilata təhvil verilməsi də sübuta yetirilməmişdir.

31. Bununla bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, iddia tələbinin birinci hissəsinin əsasını çoxmənzilli binanın idarə edilməsi üsulunun seçilməsi təşkil edir ki, həmin tələbin qanuni əsasını Mənzil Məcəlləsinin 141-ci maddəsi təşkil edir.

32. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən altı ay ərzində həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın idarəetmə üsulunun seçilməsi məsələsinin həlli üçün binanın sahə mülkiyyətçilərinin yığıncağı həmin binanın yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən çağırılmalıdır. Bir il ərzində çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın yerləşdiyi ərazinin bələdiyyəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada idarəedici təşkilatın seçilməsi üzrə açıq müsabiqə keçirməlidir.

33. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh MMC-nin çoxmənzilli binanın idarəçiliyini mənzil qanunvericiliyinin tələblərinə zidd olaraq həyata keçirməsi, eləcə də qa nuni əsaslarla idarəetmə üsulunun seçilməsi və idarəedici təşkilatın seçilməsi üçün binaya dair sənədlərin, açarların və idarəetmə ilə bağlı digər aidiyyəti əmlakın bələdiyyəyə təhvil verilməsindən yayınması işin məhkəmə araşdırması ilə müəyyən edilmiş halıdır.

34. Nəticə etibarilə, mənzil qanunvericiliyinin tələblərindən irəli gələrək, iddiaçının həmin binanın sahə mülkiyyətçisi kimi bələdiyyə tərəfindən idarəedici təşkilatın seçilməsi tələbi ilə məhkəməyə müraciət etmək barədə subyektiv hüququ yaranmışdır.

35. Birinci instansiya məhkəməsinin iddianı rədd edərkən əsas kimi istinad etdiyi hal ondan ibarət olmuşdur ki, iddiaçının hazırkı iddianı irəli sürməkdə subyektiv hüququ yoxdur.

36. Halbuki, bu mövqe Mənzil Məcəlləsinin 141.8-ci maddəsi ilə ziddiyyət təşkil edir. Həmin normada qeyd ol unmuşdur ki, çoxmənzilli binanın istənilən sahə mülkiyyətçisi bələdiyyə tərəfindən bu Məcəllənin 141.5-ci maddəsinin müddəalarına uyğun olaraq idarəedici təşkilatın seçilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər.

37. İddiaçı da hüquqi əsas kimi məhz bu normaya əsaslanaraq hazırkı tələbləri irəli sürmüşdür.

38. Məhkəmə kollegiyasının qənaətinə görə, hazırkı vəziyyətdə "xxxx" MMC-nin binanın idarə edilməsini həyata keçirməsi üçün hər hansı bir qanuni əsas mövcud deyildir. Çünki mənzil qanunvericiliyinin yuxarıda göstərilən normalarında imperativ olaraq qeyd olunur ki, çoxmənzilli binanın yerləşdiyi ərazinin bələdiyyəsi çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən altı ay ərzində həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi bar ədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın idarəetmə üsulunun seçilməsi məsələsinin həlli üçün binanın sahə mülkiyyətçilərinin yığıncağını çağırmalı, yığıncaqda bu Məcəllənin 141.5-ci maddəsinin müddəaları bələdiyyə tərəfindən sahə mülkiyyətçilərinin nəzərinə çatdırılmalıdır.

39. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab etmişdir ki, İnzibati Xətalar Məcəlləsinin 393-1.1-ci maddəsində kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay müddətində mənzil-tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti nə çevrilməsi barədə qərar qəbul edilməməsinə və ya qəbul edilmiş həmin qərarla bağlı hüquqi şəxslərin qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlərin görülməməsinə görə, 393-1.2-ci maddəsində çoxmənzilli binanın idarəetmə üsulunun seçilməsi məsələsinin həlli üçün həmin binanın yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən olunmuş qaydada tədbirlərin görülməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur.

40. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli, 128 nömrəli qərarı ilə “Çoxmənzilli binanın idarəedici təşkilatının seçilməsi üzrə açıq müsabiqə keçirilməsi Qaydası” da təsdiq olunmuşdur.

41. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab etmişdir ki, iddia tələbi cavabdeh "xxxx" M MC-nin Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 15A ünvanında yerləşən çoxmənzilli binadan çıxarılması və həmin binanın idarəetməsindən kənarlaşdırılması, həmin çoxmənzilli binaya dair bütün sənədlərin açarların və idarəetmə ilə bağlı digər aidiyyəti əmlakın Azərbaycan Respublikası Xətai rayonu Xətai Bələdiyyəsinə təhvil verilməsi öhdəliyinin "xxxx" MMC-nin üzərinə qoyulması hissəsində təmin edilməlidir.

42. İddianın xx.xx.2010-cu il tarixli müqavilənin 1 saylı əlavəsinə uyğun olaraq cavabdeh MMC tərəfindən 47 saylı avtomobil dayanacağı üçün sahənin ona təhvil verilməsi, əgər qeyri-yaşayış sahəsi müqavilə ilə başqa şəxsə özgəninkiləşdirilmişdirsə, həmin müqavilənin etibarsız hesab edilməsi hissəsinin rədd edilməsi barədə birinci instansiya məhkəməsi ona əsaslanmışdır ki, İddiaçı etibarna mə əsasında nümayəndəsi X4 "xxxx" MTK-ya ərizə ünvanlayaraq (imza edən şəxsin imzası notarial qaydada təsdiq edilmiş) bildirmişdir ki, ünvan 2 ünvanında "xxxx" MTK tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış kompleksinin ona məxsus olan (1 avtomobil üçün qaraj kimi nəzərdə tutulmuş) 47 saylı qeyri-yaşayış sahəsinə dair qanunla ona hazırda məxsus olan (və ya gələcəkdə mövcud olacaq) bütün hüquqlarından imtina edir və heç bir şəkildə hər hansı tələb irəli sürməyəcəkdir. İddiaçı iddia tələblərində üzərindəki imza notarial qaydada təsdiq edilmiş həmin ərizənin etibarlılığını mübahisələndirmir. İddia tələblərində iddiaçı xx.xx.2016-cı il tarixli “müqavilənin ləvinə dair saziş”in etibarsız olduğunu qeyd edərək bildirmişdir ki, sazişdə iddiaçının imzası saxtalaşdırılmışdır. İddiaçı həmin sazişin etibarsızlığı ilə bağlı iddia tələbləri irəli sürmədiyindən hazırki iddia tələbləri çərçivəsində həmin sazişin etibarlılığı yoxlanılmır. Bu səbəbdən 47 saylı avtomobil dayancağının iddiaçıya təhvil verilməsi barədə iddia tələbləri təmin edilməməlidir.

43. Belə ki, xx.xx.2010-cu il tarixli müqaviləyə 1 nömrəli əlavədən görünür ki, icraçı "xxxx" MTK ilə payçı İddiaçı arasında Bakı şəhəri, Xətai rayonu, A.Cəlilov 26 ünvanında yerləşən 47 saylı avtomobil dayanacağında 1 avtomobil yeri üçün pay barədə razılığa gəliblər. Həmin əlavəyə əsasən "xxxx" MTK tikinti işlərini əvvəldən sonadək tam keyfiyyətlə yerinə yetirmək, tikintinin xarici tərtibatı və daxili arakəsmələrini quraşdırmaq, 24 saat mühafizə xidmətini təşkil etmək kimi vəzifələri öz üzərinə götürmüşdür.

44. İddiaçı etibarnamə əsasında n ümayəndəsi X2 "xxxx" MTK-ya ünvanladığı (imza edən şəxsin imzası xx.xx.2016-cı il tarixdə) notarial qaydada təsdiq edilmiş) ərizəsinin surətindən görünür ki, ünvan 2 ünvanında "xxxx" MTK tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış kompleksinin ona məxsus olan (1 avtomobil üçün qaraj kimi nəzərdə tutulmuş) 47 saylı qeyri-yaşayış sahəsinə dair qanunla ona hazırda məxsus olan (və ya gələcəkdə mövcud olacaq) bütün hüquqlarından imtina etmişdir və heç bir şəkildə hər hansı tələb irəli sürməyəcəkdir. Göstərilənləri nəzərə alaraq həmin qeyri-yaşayış sahəsinə dair xx.xx.2010cu il tarixli müqavilənin ləğv edilməsinə dair sazişin bağlanmasını xahiş etmişdir.

45. Ərizənin sonunda ərizədə göstərilənlərin nəzərə alınaraq həmin qeyri-yaşayış sahəsinə dair xx.xx.2010-cu il tarixli müqavilənin ləğv edi lməsinə dair saziş bağlanması xahiş edilmişdir. Ərizədə müqavilənin ləğv edilməsinə dair ayrıca sazişin bağlanılmasının xahiş olunması da onu göstərir ki, ərizə özü-özlüyündə ərizəçinin avtomobil dayanacağı sahəsi ilə bağlı hüquqlarını xitam edən sənəd deyildir.

46. Məhkəmə kollegiyası qeyd etmişdir ki, ümumiyyətlə, qanunvericiliyə görə də belə bir ərizənin mövcudluğu müqavilənin avtomatik ləğvinə səbəb olmur, sadəcə həmin ərizə müqavilənin ləğv olunması barədə mülki qanunvericiliyin tələblərinə uyğun olaraq müqavilənin ləğv edilməsi üçün yeni müqavilənin bağlanması üçün əsas təşkil edir.

47. Məhkəmə nəzərə almamışdır ki, 1 saylı əlavə ikitərəfli və yazılı formada bağlanıldığından mülki qanunvericiliyin tələblərinə əsasən həmin əlavənin ləğv olunması da eyni qaydada, müqavilə tərəflərinin özü və ya təmsilçisi tərəfindən imzalanmış ikitərəfli yazılı müqavilə ilə ləğv oluna bilər.

48. Məhkəmə kollegiyasının qənaətinə görə, hazırkı işdə məhz iddiaçı tərəfindən ərizənin və sazişin etibarsız hesab edilməsinə dair iddia tələbləri irəli sürülmədiyinə görə digər halların yoxlanılmadan həmin hissədə iddianın rədd edilməsi barədə məhkəmənin mövqeyi səhv olmuşdur. Ona görə də məhkəmə kollegiyası hesab etmişdir ki, 1 saylı əlavənin xitam edilməsi barədə tərəflər arasında qanunverciliyin tələblərinə uyğun hər hansı sazişin bağlanıb-bağlanmaması halı yoxlanılmalı və hüquqi qiymət verilməlidir.

49. Cavabdehin nümayəndəsi 1 saylı əlavənin xx.xx.2016-cı il tarixli “müqavilənin ləğvinə dair saziş” əsasında ləğv edildiyini bildirsə də, iddiaçı bu sazişin onun tərəfindən imzalanmadığını bildir mişdir.

50. Sazişin iddiaçı tərəfindən imzalanıb-imzalanmamasını aydınlaşdırmaq məqsədi ilə məhkəmə tərəfindən məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və aparılmış ekspertizanın nəticəsi olaraq imzanın İddiaçı tərəfindən icra olunub-olunmamasını müəyyən etmək mümkün olmamışdır.

51. İşdən də görünür ki, iddiaçı ekspertizanın aparılması üçün tələb olunan imza və xətt nümunələrini ekspertə təqdim etmişdir. Lakin 1 saylı əlavənin ləğvinə dair tərəflər arasında Saziş bağlandığını iddia edən cavabdeh "xxxx" MMC-dən həmin sazişin əslinin ekspertizaya təqdim edilməsi dəfələrlə tələb edilməsinə baxmayaraq, cavabdeh həmin sazişin əslini məhkəməyə və ya ekspertə təqdim etməmiş, sadəcə həmin sazişin əslinin MMC-də olmadığını bildirmiş və nəyə görə sazişin surəti saxlanıldığı halda, əslinin saxl anılmadığı barədə heç bir açıqlama verməmişdir.

52. Məhkəmə kollegiyası qeyd etmişdir ki, baxılan işdə cavabdeh özünün istinad etdiyi və onun tərəfindən tərtib edilən sazişin əslini ekspertizaya və ya məhkəməyə təqdim etməli olduğu halda və bunu təqdim etməməsi, ona münasibətdə MPM-in 97.5-ci maddəsində nəzərdə tutulan hüquqi nəticələrin tətbiq olunmasını zəruri edir.

53. Deməli, xx.xx.2016-cı il tarixli “müqavilənin ləğvinə dair saziş”də İddiaçı adı qarşısındakı imzanın İddiaçı tərəfindən icra edilməsi halı təsdiq edilmir.

54. Bundan başqa, 1 saylı əlavənin ləğv edilməsi barədə yeni sazişin bağlanılmasının xahiş olunduğu ərizə 16 fevral 2016-cı il tarixdə imzalanaraq notarial qaydada təsdiq edilmişdir. Cavabdeh tərəfindən təqdim edilən “müqavilənin ləğvinə dair” saziş isə 09 fevral 2016-c ı il tarixdə imzalanmışdır. Məntiqi cəhətdən saziş ərizədən sonrakı tarixdə bağlanmalı olduğu halda, saziş ərizədən öncəki tarixə aiddir. Əgər 1 saylı əlavənin ləğvinə dair saziş 09 fevral 2016-cı il tarixdə bağlanmış olsaydı, iddiaçının 7 gün sonra – 16 fevral 2016-cı il tarixdə 1 saylı əlavənin ləğvinə dair sazişin bağlanılmasını xahiş etməsi nə hüquqi, nə də məntiqi baxımdan ağlabatan deyildir. Başqa ifadə ilə əgər iddiaçı 09 fevralda müqavilənin ləğvinə dair Sazişi imzalamış olsaydı, 16 fevralda notarial qaydada təsdiq olunan ərizə ilə müraciət edib müqavilənin ləğvi ilə bağlı saziş bağlanmasını xahiş etməzdi. Bu ziddiyyətlə bağlı cavabdehin nümayəndəsi tərəfindən də hər hansı ağlabatan açıqlama verilməmişdir. Bu halın mövcudluğu da sözügedən sazişin iddiaçı tərəfindən imzalanmamasını bir daha təsdiq etmişdir.

55. Beləliklə, məhkəmə kollegiyası tərəfindən müəyyən edilmişdir ki, 07 iyun 2010-cu il tarixli müqaviləyə 1 saylı əlavə əsasında cavabdeh "xxxx" MTK tərəfindən A.Cəlilov küçəsi, 26 ünvanında yerləşən 47 saylı avtomobil dayanacağı İddiaçı verilməsi öhdəliyi götürülmüş, həmin 1 saylı əlavə ləğv edilməmiş və hazırda qüvvədədir.

56. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab etmişdir ki, 47 saylı avtomobil dayanacağının yeri layihə dəyişikliyi səbəbindən hazırda mövcud olmadığından, mübahisəli avtomobil dayanacağının yerləşdiyi zirzəmi, X1 mülkiyyətinə verildiyindən cavabdeh "xxxx" MMC tərəfindən mübahisəli avtomobil dayanacağının iddiaçıya verilməsi mümkün deyildir.

57. Məhkəmə kollegiyasi hesab etmişdir ki, qətnamə iddianın “xx.xx.2010-cu il tarixli müqavilənin 1 saylı əlavəsinə uyğun olaraq "xxxx" MMC tərəfindən 47 saylı avtomobil dayanacağı üçün sahənin ona təhvil verilməsi, əgər qeyri-yaşayış sahəsi müqavilə ilə başqa şəxsə özgəninkiləşdirilmişdirsə, həmin müqavilənin etibarsız hesab edilməsi” hissəsində də ləğv edilməli və həmin iddia tələbi yuxarıda qeyd olunan əsasla rədd edilməlidir. Əlavə olaraq mübahisəli avtomobil dayancağı sahəsinin əvəzi olaraq müvafiq zərər məbləğini tələb etmək hüququ iddiaçıya izah edilməlidir.

58. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdeh bildirmişdir ki, iddiaçı bir neçə dəfə 79 saylı qarajda saxlayaraq ödənişlər də etmişdir, 79 saylı qarajdan istifadə edə bilər.

59. Lakin, işdən görünür ki, iddiaçı 79 saylı qarajdan istifadəyə etiraz etmişdir. Belə ki, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə ünvanlanm ış bildirişdə qeyd olunur ki, iddiaçının avtomobili 79 saylı avtodayacaqda deyil, digər mülkiyyətçilərə məxsus yerlərdə parklaması müşahidə olunmuşdur (İ cild, i.v. 48). Göründüyü kimi iddiaçı zərurətdən irəli gəldiyi hallarda ondan istifadə etmişdir.

60. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə və əlavə qətnaməsi qanuni və əsaslı olmamışdır.

61. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 324.1, 324.6, 337.3, 423.1, 452.1, 452.2-ci maddələrinə, Mənzil Məcəlləsinin 43.1, 43.2.4, 109.5, 141.1, 141.2, 141.3, 141.4, 141.5, 141.6, 141.7, 141.8-ci maddələrinəistinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlill əri a) Kassasiya şikayətinin dəlilləri

62. Cavabdeh "xxxx" MMC-nin hüquqi varisi "xxxx" QSC (Vəkil2) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, işə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir.

63. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası qətnamə qəbul edərkən Mənzil Məcəlləsinin tələblərini nəzərə almamışdır. Belə ki, həmin Məcəllənin 141-ci maddəsinə əsasən, göstərilən üç idarəetmə üsulundan birinin seçilməsi sahə mülkiyyətçiləri üçün məcburi xarakter daşıyır. Məhkəmənin mövcud qətnaməsində göstərilir ki, mənzil mülkiyyətçiləri tərəfindən Mənzil Məcəlləsində nəzərdə tutulmuş Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti yaradılmamış, habelə binanın idarə olunması üçün hər hansı idarəetmə üsulu rəsmi qaydada seçilməmiş və müəyyən edilməmişdir. Lakin iş materiallarından və faktiki hallardan aydın olur ki, "xxxx" MTK çoxmənzilli yaşayış binasının tikintisini başa çatdırdıqdan sonra həmin binanın idarəçiliyini heç bir zaman həyata keçirməmişdir. Binanın idarə edilməsi müxtəlif dövrlərdə "xxxx" MMC, "xxxx" MMC və digər idarəedici şirkətlər tərəfindən həyata keçirilmişdir. Bu idarəetmə mənzil mülkiyyətçiləri ilə həmin hüquqi şəxslər arasında bağlanmış mülki-hüquqi müqavilələr əsasında icra olunmuşdur. Beləliklə, cavabdeh hüquqi şəxs olan "xxxx" MTK yalnız çoxmənzilli yaşayış binasının inşasını həyata keçirmiş, tikinti işləri başa çatdıqdan sonra binanı qanunvericiliklə müəyyən olunmuş qaydada istismara vermiş və mənzil mülkiyyətçilərinə təhvil vermişdir. Cavabdeh hüquqi şəxs sonradan binanın idarə edilməsində iştirak e tməmiş, idarəçilik funksiyalarını yerinə yetirməmiş və binada faktiki fəaliyyət göstərməmişdir. Eyni zamanda, çoxmənzilli binada yaşayan mənzil mülkiyyətçiləri müstəqil şəkildə digər idarəedici hüquqi şəxslərlə müqavilələr bağlamış, həmin müqavilələr əsasında kommunal və digər xidmətlər göstərilmiş və bu xidmətlərin göstərilməsi hal-hazırda da davam etdirilir. Bu səbəbdən cavabdeh hüquqi şəxsin çoxmənzilli binanın idarə edilməsində iştirak etmədiyi, mənzilləri uzun müddət əvvəl mülkiyyətçilərə təhvil verdiyini və sonrakı dövrdə idarəçilik fəaliyyətini həyata keçirmədiyini nəzərə alınmaqla, şikayətin cavabdehə aid olan hissədə təmin edilməsi hüquqi və faktiki əsaslardan məhrumdur və əsassız hesab edilməlidir.

64. Bundan başqa, apellyasiyan instansiyası qətnamədə 1 saylı əlavənin ikitərəfl i və yazılı formada bağlanıldığını mülki qanunvericiliyin tələblərinə əsasən həmin əlavənin ləğv olunmasının eyni qaydada müqavilə tərəflərinin özü və ya təmsilçisi tərəfindən imzalanmış ikitərəfli yazılı müqavilə ilə ləğv edilə bilməsini göstərmiş və Mülki Məcəllənin 423.1-ci maddəsinə istinad etmişdir. Məhkəmənin yuxarıda qeyd olunan yanaşması əsassızdır və qeyd olunan hallara görə deyil birinci instansiya məhkəməsinin göstərdiyi əsaslara görə iddia təmin edilməməlidir.

65. Belə ki, tərəflər arasında hər iki tərəfin iradə ifadəsi ilə 1 saylı əlavənin xx.xx.2016cı il tarixli “müqavilənin ləğvinə dair saziş” bağlanılmış yazılmış ərizənin isə təsdiq edilərək təqdim olunması iddiaçıdan xahiş olunmuş, məhz bu səbəblə əlaqədar ərizə müqavilə bağlanandan sonra, yəni xx.xx.2016-cı il tarixə təsa düf etmişdir. Bundan əlavə hətta tərəflər arasında Sazış bağlanmasa belə yenə də həmin hissədə şikayət təmin edilə bilməz. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Göründüyü kimi iddiaçı hələ 2016-cı il tarixində həmin yaşayış sahəsindən (avto mobil qarajndan) imtina etmiş, binanın 3cü mərtəbəsinin layihəsi (dəlillər) dəyişdirildiyindən ona əvvəlki müqavilədə göstərilmiş qaraj sahəsinin verilməsinin mümkün olmayacağı barədə məlumatı olmuş və ona Park Azure 4-cü mərtəbədə 79 saylı avtodayanacaq yeri qanuni əsaslarla ayrılmışdır. Həmin avtomobil duracağından həmin müddətdən son aylaradək istifadə etmiş hətta avtodayanacaq xidməti üzrə aylıq 20 manat ödəniş etmişdir. Yəni, iddiaçı öz iradə ifadəsini müqavilə ilə bildirməsini qəbul etməsə belə, ərizə ilə yəni birtərəfli əqdlə öz iradə ifadəsini bildirmişdir. İş materiallarından da müəyyən edilir ki, iddiaçı xx.xx.2016-cı il tarixdə təqdim etdiyi ərizəni mübahisələndirməmiş, həmin ərizənin mövcudluğu isə iş materiallarında olan sübutlarla təsdiq edilmişdir. İddiaçının iradə ifadəsi h əmin ərizədə göstərilmiş və bəyan edilmişdir. Bu isə hazırkı iş üzrə mübahisə etmək hüququnu itirməsinin əsasıdır. Ona görə də xx.xx.2016-cı il tarixdə təqdim olunmuş ərizə eyni məzmunlu yeni müqavilənin bağlanması kimi qiymətləndirilməlidir. Bundan əlavə mülki qanunvericiliyin tələblərinə görə, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.

66. Bundan başqa, məhkəmə tərəfindən işin hərtərəfli, tam və obyektiv araşdırılması üçün tədbirlər görülməmiş, mövcud olan sübütlara düzgün hüquqi qiymət verməmişdir.

67. Eyni zamanda, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının tələbləri pozulm uşdur. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

68. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

69. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

70. Maddə 324.6. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir.

71. Maddə 337.3.Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

72. Maddə 423.1. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə e yni formada bağlanır.

73. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.

74. Maddə 452.2. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

75. Maddə 43.1. Çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığınc ağı binanın idarəetmə orqanıdır;

76. Maddə 43.2.4. Çoxmənzilli binanın idarəetmə üsulunu seçmək çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi yığıncağının səlahiyyətlərinə aiddir;

77. Maddə 109.5. Kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ bu Məcəllə, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay ərzində mənzil-tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olar aq zəruri tədbirlər görülməlidir;

78. Maddə 141.1. Çoxmənzilli binanın idarə edilməsi sakinlərin əlverişli və təhlükəsiz yaşamaq şəraitini, çoxmənzilli binanın ümumi əmlakının lazımi saxlanmasını, həmin əmlakın istifadə edilməsi məsələlərinin həll edilməsini, habelə belə bina sakinlərinə kommunal xidmətlərin göstərilməsini təmin etməlidir;

79. Maddə 141.2. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri binanın aşağıdakı idarə edilməsi üsullarından birini seçməyə borcludur: 141.2.1. binanın sahə mülkiyyətçiləri tərəfindən bilavasitə idarə edilmə; -141.2.2. mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya ixtisaslaşmış istehlak kooperativi tərəfindən idarə edilmə; -141.2.3. idarəedici təşkilat tərəfindən idarə edilmə.

80. Maddə 141.3. Çoxmənzilli binanın idarə edilməsi üsulu binanın sahə mülkiyyətç ilərinin ümumi yığıncağında seçilir və istənilən vaxt onun qərarı əsasında seçilə və ya dəyişdirilə bilər. İdarəetmə üsulunun seçilməsi barədə ümumi yığıncağın qərarı binanın bütün sahə mülkiyyətçiləri üçün məcburidir;

81. Maddə 141.4. Çoxmənzilli binanın yerləşdiyi ərazinin bələdiyyəsi çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən altı ay ərzində həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın idarəetmə üsulunun seçilməsi məsələsinin həlli üçün binanın sahə mülkiyyətçilərinin yığıncağını çağırmalıdır. Belə yığıncaqda bu Məcəllənin 141.5-ci maddəsinin müddəaları bələdiyyə tərəfindən sahə mülkiyyətçilərinin nəzərinə çatdırılmalıdır;

82. Maddə 141.5. Bir il ərzində çoxmənzill i binanın sahə mülkiyyətçiləri tərəfindən həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın yerləşdiyi ərazinin bələdiyyəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada idarəedici təşkilatın seçilməsi üzrə açıq müsabiqə keçirməlidir, bu şərtlə ki, bu Məcəllənin 141.4-cü maddəsinin tələbləri yerinə yetirilmiş olsun. Belə açıq müsabiqə açıq müsabiqənin nəticələri əsasında bağlanmış çoxmənzilli binanın idarə edilməsi müqaviləsinin qüvvədə olma müddəti başa çatanadək, həmin binanın idarə edilməsi üsulu seçilmədiyi halda da keçirilir;

83. Maddə 141.6. Çoxmənzilli binanın yerləşdiyi ərazinin bələdiyyəsi bu Məcəllənin 141.5-ci maddəsində nəzərdə tutulmuş açıq müsabiqənin ke çirildiyi gündən on gün müddətində çoxmənzilli binanın bütün sahə mülkiyyətçilərini açıq müsabiqənin nəticələri və həmin binanın idarə edilməsi müqaviləsinin şərtləri barədə məlumatlandırır. Çoxmənzilli binanın sahə mülkiyyətçiləri bu Məcəllənin 141.5-ci maddəsində nəzərdə tutulmuş açıq müsabiqənin nəticələri əsasında seçilmiş idarəedici təşkilatla bu Məcəllənin 141-1.2-ci maddəsi və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada həmin binanın idarə edilməsi barədə müqavilə bağlamağa borcludur;

84. Maddə 141.7. Çoxmənzilli binanın yerləşdiyi ərazinin bələdiyyəsi bu Məcəllənin 141.6-cı maddəsində nəzərdə tutulmuş çoxmənzilli binanın idarə edilməsi barədə müqavilənin başa çatmasına bir ay qalmışdan gec olmayaraq həmin binanın idarəetmə üsulunun seçilməsi məsələsinin h əlli üçün binanın sahə mülkiyyətçilərinin yığıncağını çağırır, bu şərtlə ki, idarəetmə üsulunun seçilməsi barədə qərar bu Məcəllənin 141.3-cü maddəsinə uyğun olaraq əvvəl qəbul edilməsin;

85. Maddə 141.8. Çoxmənzilli binanın istənilən sahə mülkiyyətçisi bələdiyyə tərəfindən bu Məcəllənin 141.5-ci maddəsinin müddəalarına uyğun olaraq idarəedici təşkilatın seçilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

86. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

87. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq ed ilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

89. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

90. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

91. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

92. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

93. Hazırki kassasiya şikayətində məhkəmə aktı cavabdeh tərəfindən iddianın təmin edilən hissəsində mübahisələndirildiyindən, məhkəmə aktı həmin hissədə yoxlanılır. K assasiya instansiyası məhkəməsinin mövqeyi:

94. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

95. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

96. Məhkəmə tərkibinin mövqeyindən aydın olur ki, çoxmənzilli binanın istənilən sahə mülkiyyətçisi bələdiyyə tərəfindən bu Məcəllənin 141.5-ci maddəsinin müddəalarına uyğun olaraq idarəedici təşkilatın seçilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu baxımdan iddiaçı hazırkı tələbi irəli sürmək üçün subyektiv hüquqa malikdir.

97. Məhkəmə kollegiyası belə qənaətə gəlmişdir, "xxxx" MMC-nin binanın idarə edilməsini həyata keçirməsi üçün hər hansı bir qanuni əsas mövcud deyildir. Çünki mənzil qanunvericiliyinin yuxarıda göstərilən normalarında imperativ olaraq qeyd olunur ki, çoxmənzilli binanın yerləşdiyi ərazinin bələdiyyəsi çoxmənzilli binanın sahə mülkiyyətçiləri tərəfindən altı ay ərzində həmin binanın idarə edilməsi üsulu seçilmədiyi və ya həmin binanın idarə edilməsi üsulunun seçilməsi barədə qərarın həyata keçirilmədiyi təqdirdə həmin binanın idarəetmə üsulunun seçilməsi məsələsinin həlli üçün binanın sahə mülkiyyətçilərinin yığıncağını çağırmalı, yığıncaqda bu Məcəllənin 141.5-ci maddəsinin müddəaları bələdiyyə tərəfindən sahə mülkiyyətçilərinin nəzərinə çatdırılmalıdır.

98. Məhkəmə kollegiyası ümumilikdə qeyd edir ki, kassasiya şikayətində göstərilən dəlillər formal mülahizələrdən ibarətdir.

99. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, dəlillərə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır. 100.Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır. 101.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq o lunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. 102.Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-160/2025 nömrəli, 25 sentyabr 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar