Məhkəmə qərarları › İş №2(1-8)-1516/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1516/2026

01.07.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1516/2026 01.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı Iddiaçı cavabdeh Cavabdeh qarşı “əmlakın sahibliyə qaytarılması” tələbinə dair ilk və iddiaçı Cavabdeh cavabdeh Iddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə QƏRARİ Açar sözlər: pul tələbi, əsassız varlanma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlundan və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsindən ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları:

1. “xxxx” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobil ## ### 2017-ci il tarixdə Iddiaçı adına qeydə alınmışdır.

2. Iddiaçı mülkiyyətindəki “xxxx” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair qardaşı Cavabdeh 7 il 3 ay 10 gün müddətinə, yəni ## ######## 2024-cü il tarixədək nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti vermişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları:

a) Birinci instansiya məhkəməsində icraat

3. Iddiaçı Iddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Iddia onunla əsaslandırılmışdır ki, “xxxx” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçının mülkiyyətindədir. Iddiaçı həmin avtomobili idarə etmək üçün cavabdehin istifadəsinə vermişdir. Buna görə, cavabdehə idarəetmə ilə bağlı etibarnamə verilmişdir. Etibarnamənin etibarlılıq müddəti bitsə də, maşın iddiaçının mülkiyyətinə qaytarılmır. Avtomobil cavabdehin sahibliyindədir və sonuncu avtomobili qaytarmaq istəmir. Avtomobil cavabdeh tərəfindən ələ keçirildiyindən, mülkiyyətçiyə verilməsindən imtina edildiyindən dəymiş zərəri müəyyən etmək mümkün olmamışdır.

5. Iddiaçı Cavabdeh cavabdeh Iddiaçı qarşı qarşılıqlı iddia verərək, həmin tələb üzrə cavabdehdən 19500 manatın və ödənilmiş 150 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Qarşılıqlı iddia onunla əsaslandırmışdır ki, həmin iddia üzrə cavabdeh onun qardaşıdır. “BMW” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobili rəhmətlik atası ilə qardaşı gedib Gürcüstandan gətirmiş və o, bunun müqabilində Iddiaçıa 19500 manat pul vermişdir. Belə ki, ona məxsus pulun yerini demiş və onun xahişi ilə anası evdən 19500 manat pulu götürüb Iddiaçıa vermişdir.

7. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, tərəflər onun qardaşlarıdır. O, hər zaman qeyd edilən avtomobilin qardaşı Cavabdehin idarəçiliyində görmüşdür. Həmin vaxt avtomobilin Iddiaçı adına olub-olmamasını bilməmişdir. Qardaşı Iddiaçıın özünə məxsus digər avtomobili vardır. Həmin avtomobil 19000 manata alınmış və pulu qardaşı Cavabdeh vermişdir.

8. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, mübahisəli avtomobil hər zaman Cavabdehin idarəçiliyində olmuşdur. Cavabdeh Goranboy şəhərində yerləşən “XXX” adlı studiyanı işlədir və avtomobil studiyanın qarşısında dayanır.

9. Iş üzrə birinci instansiya məhkəməsinə təqdim edilmiş “xxxx” MMC-nin ## ###### 2025-ci il tarixli hesabatına əsasən “xxxx” markalı, 99-BR505 dövlət qeydiyyat nişanlı avtomobilin 2017-ci ilə bazar dəyəri 21000 manat təşkil edirdi, hazırkı bazar dəyəri 12000 manat təşkil edir. Iddiaçı məxsus “xxxx” markalı, **-BR-*** dövlət qeydiyyat nömrəli avtomobilin Lökbatan Bakı Gömrük Buraxılış Məntəqəsi vasitəsilə ## ### 2017-ci il tarixdə Meyvəli bazar deyilən yerdə olduğu qeydə alınmışdır.

10. Goranboy Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim H.Əliyev) ilkin iddia təmin edilərək, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh istifadəsində olan “xxxx” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin həmin şəxsdən alınaraq ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Iddiaçı qaytarılması; qarşılıqlı iddia qismən təmin edilərək, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Iddiaçı 12000 manat pulun və ödənilmiş 126 manat dövlət rüsumunun əvəzinin alınaraq ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh verilməsi, ekspertiza tədqiqatının dəyəri olan 200 manat məbləğində ekspertiza xərcinin tərəflərin hər birindən 100 manat olmaqla tutularaq “xxxx” MMC-nin hesabına köçürülməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi ilkin iddia tələbinə münasibətdə qeyd etmişdir ki, “xxxx” markalı, **-BR-*** qeydiyyat nömrə nişanlı avtomobil ilkin iddia üzrə iddiaçı Iddiaçı adına qeydə alınmış və bununla bağlı ona AC seriyalı ****** nömrəli şəhadətnamə verilmişdir. Avtomobil etibarnamə ilə qardaşı, hazırkı iş üzrə cavabdeh Cavabdeh verilmiş, həmin etibarnamə ## ######## 2024-cü il tarixdə qüvvədən düşmüşdür.

12. Göründüyü kimi, mübahisə predmeti olan avtomobilə dair verilmiş etibarnamə ## ######## 2024-cü il tarixdə qüvvədən düşdüyündən, həmin avtomobil Cavabdeh artıq qanunsuz hesab edilən sahibliyindən alınaraq geri qaytarılmalıdır.

13. Məhkəmə maddi hüquq normasının tətbiqi ilə bağlı qeyd etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh “xxxx” markalı, **-BR-*** qeydiyyat nömrə nişanlı avtomobili özü üçün almış, lakin qarşılıqlı iddia üzrə cavabdehin adına rəsmiləşdirmişlər. “xxxx” markalı, **-BR-*** qeydiyyat nömrə nişanlı avtomobilin alınması üçün qarşılıqlı iddia üzrə iddiaçının 19000 manat verməsinin təsdiqini tapdığı halda, cavabdehin iddiaçının ona heç bir pul verilmədiyini və avtomobili öz vəsaiti hesabına almasını bildirməsi məhkəmə belə nəticəyə gəlməyə imkan verir ki, “xxxx” markalı, **-BR-*** qeydiyyat nömrə nişanlı avtomobilə görə 19000 manat ödənilməklə avtomobil Cavabdeh özü üçün almış, sadəcə cavabdehin adına rəsmiləşdirmişdir. Cavabdeh isə hazırda həmin avtomobili özünə məxsus olmasını bildirməklə və mənzilə sahiblənməklə heç bir hüquqi əsas olmadan varlanmış olur. Bu baxımdan məhkəmə hesab etmişdir ki, hazırkı iş üzrə iddianın hüquqi əsasını əsassız varlanma təşkil edir və həmin münasibətlərə mülki qanunvericiliyin əsassız varlanma ilə bağlı münasibətləri tənzimləyən normaları tətbiq edilməli idi.

14. Məhkəmə avtomobilin dəyəri hissəsində qeyd etmişdir ki, qarşılıqlı iddiaçı Cavabdeh tələb etdiyi avtomobilin dəyəri ilə bağlı məhkəməyə hər hansı mötəbər dəlil təqdim etməmişdir. Halbuki, sübutetmə yükü də qanunla iddiaçının üzərinə düşür. Belə ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tələbdə göstərdiyi avtomobilin dəyərini 19000 manat məbləğində qeyd etsə də, bu halları məhkəmə iclasında sübut edə bilməmişdir. Lakin, məhkəmə “xxxx” MMC-nin ## ###### 2025-ci il tarixli rəyini daha mötəbər sübut növü kimi qəbul etmişdir.

15. Məhkəmə həmçinin ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Iddiaçı iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə dair qeyd etmişdir ki, qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. Məhkəmə qeyd olunanlara əsasən hesab etmişdir ki, bu mübahisə üzrə ümumi iddia müddəti tətbiq edilməlidir. Belə olan halda isə iddia müddəti ötürülməmişdir. Digər tərəfdən icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun (tələbkarın) öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır. Həmçinin qeyd edilmişdir ki, qanunla müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Tərəflərin arasında olan telefon danışıqları və məhkəmə iclasında verilən izahatlarla müəyyən edilmişdir ki, cavabdeh aldığı pulu qaytarmaqla bağlı iddiaçıya söz verir, lakin qaytara bilməyəcəyini qeyd edir. Qeyd olunanlar isə qarşılıqlı iddia üzrə iddiaçının tələb etmə müddətini ötürmədiyinə dəlalət edir. Bu əsasla qarşılıqlı iddia üzrə cavabdehin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsini məhkəmə əsassız hesab etmişdir.

16. Birinci instansiya məhkəməsi nəticəyə gələrkən Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 152.1, 157.2, 157.4, 157.5, 362.1, 365.2, 377.3, 385.1, 386.1, 1091.1, 1091.2, 1092.1, 1092.2 və 1092.3-cü, Mülki Prosessual Məcəllənin 77.1, 107, 115.0.1 və 119.1-ci maddələrinə istinad etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsində icraat

17. Ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qarşılıqlı iddianın qismən təmin edilmiş hissəsində ləğv edilməsi və həmin hissədə qarşılıqlı iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, “xxxx” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobil onun mülkiyyətindədir, 2017-ci ildən avtomobil etibarnamə üzrə Cavabdeh istifadəsinə verilmişdir. Cavabdeh iddia etmişdir ki, avtomobil onun vəsaiti hesabına əldə olunub və o qarşılıqlı iddiaçının hesabına 19000 manat dəyərində əsassız varlanmışdır. Belə ki, əsassız varlanma halı sübut olunsa belə, əsassız varlanma obyektini, yəni 19000 manat pul vəsaitini qaytarmaq tələbi müddətsiz deyildir. Əgər fərz edilsə ki, qarşılıqlı iddia ərizəsi üzrə münasibətlərə əsassız varlanmanın müddəaları tətbiq edilməlidir, bu halda da iddia müddəti 2019-cu ildə bitmiş, başqa sözlə, məhkəməyə müraciət 2025-ci ildə edilmişdir ki, bununla da müvafiq olaraq 2 və 3 illik müddət ötürülmüşdür. Birinci instansiya məhkəməsi yalnız iki şahidin (mübahisə tərəflərinin anası və bacısı) ifadələrinə istinad edərək, “xxxx” markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh pul vəsaiti hesabına əldə edilməsi qənaətinə gəlmişdir. Bu isə özlüyündə mülki işdə mühüm olan faktların müəyyən edilməsi üçün kifayət deyildir. Nəzərə alınmalıdır ki, Iddiaçıla digər ailə üzvləri (ana, bacı və qardaş) arasında təxminən 5 ildir ki, vərəsəliklə bağlı onlarla məhkəmə mübahisələri olmuş, digər ailə üzvləri ona qarşı qərəzlidirlər, onun barəsində polisə, prokurorluğa əsassız şikayətlər edilmişdir. Bu isə onların şahid ifadələrinin qərəzsiz və həqiqi hallara əsaslanmasını inkar edir. Birinci instansiya məhkəməsi heç bir sübut olmadan avtomobilin dəyərinin Cavabdeh tərəfindən ödənilməsi qənaətinə gəlməsi başa düşülən deyildir. Odur ki, qarşılıqlı iddia üzrə işin həlli üçün məhkəmə tərəfindən yalnız həmin ifadələrə istinad edərək kifayətlənməsi yolverilməzdir.

19. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim İ.Həsənovun sədrliyi və məruzəsi ilə, hakimlər R.Məcidov və Ş.Rzaquliyev) apellyasiya şikayəti təmin edilmiş, Goranboy Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi yoxlanılan, yəni “Ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Iddiaçı 12000 manat pul və ödənilmiş 126 manat dövlət rüsumunun əvəzi alınaraq ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X3 verilməsi” hissədə ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək, qarşılıqlı iddia həmin hissədə təmin edilməmiş, qətnamə “Ekspertiza tədqiqatının dəyəri olan – 200 (iki yüz) manat məbləğində ekspertiza xərcinin 100 manatının ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Iddiaçı, qalan 100 manat hissəsinin isə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tutularaq “xxxx” MMC-nin hesabına köçürülməsi” hissədə ləğv edilmiş, ekspertiza tədqiqatının dəyəri 200 manat ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tutularaq “xxxx” MMC-nin hesabına köçürülməsi qət edilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, “xxxx” markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdeh Iddiaçı mülkiyyətindədir. Işin mübahisəsiz halı həmçinin ondan ibarətdir ki, sözügedən avtomobil cavabdeh Iddiaçı tərəfindən Gürcüstan Respublikasından ölkəyə gətirilmiş və avtomobilin dəyəri, habelə əmlakın adına rəsmiləşdirilməsi ilə bağlı xərclər onun tərəfindən qarşılanmışdır.

21. Iddiaçı Cavabdeh isə iddia etmişdir ki, avtomobil cavabdeh Iddiaçı deyil də, onun vəsaiti hesabına alınmışdır. Lakin, bu hal məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır.

22. Bu baxımdan işin hallarına yanaşıldıqda müəyyən edilmişdir ki, iddia tələbi sübutların çatışmamazlığı nöqteyi-nəzərindən əsassızdır. Çünki, iddiaçı iddia tələbində göstərilən halları təsdiq edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Birinci instansiya məhkəməsində dindirilmiş şahid ifadələri ilə də iddianın əsaslı olması kimi bir qənaətə gəlmək mümkün deyildir.

23. Belə ki, şahidlərdən XXX iş üzrə tərəflərin anasıdır və işin hallarından göründüyü kimi onun mərhum ərindən iş üzrə tərəflərin atası miras qalmış əmlakla bağlı qanun üzrə birinci növbəli vərəsələri olan ailə üzvləri arasında ixtilaf vardır və vərəsəliklə bağlı mübahisələrinə dair iş məhkəmənin icraatındadır. Hansı ki, həmin işdə şahid XXX iddiaçı qismində, oğlu Iddiaçı isə cavabdeh qismində iştirak edir.

24. Odur ki, şahid XXXnın vərəsəlik münasibətlərindən dolayı ixtilaflı olduğu miras şəriki olan oğlunun əleyhinə ifadə verməsi ehtimal olduğundan kollegiya həmin şahidin ifadəsini mötəbər sübut kimi qəbul etməmişdir.

25. Digər şahidlər XXX və XXXun ifadələrinə gəldikdə isə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, həmin ifadələrdə “xxxx” markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin kimin vəsaiti hesabına alınmasını müəyyən etmək üçün kifayət qədər dəqiq məlumatlar bildirilməmişdir.

26. Iddia müddətinin buraxılması barədə apellyatorun arqumentinə gəldikdə apellyasiya məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 1095-ci maddəsində əsassız varlanma obyektinin geri qaytarılması üçün nəzərdə tutulmuş iddia müddətinin tətbiqinin mümkün hesab edilməsi üçün ilk növbədə cavabdeh iddiaçının hesabına əsassız varlanmış olmalıdır. Lakin, hazırkı işdə belə bir hal mövcud olmadığından iddia müddətinin tətbiqi istisna edilir.

27. Məhkəmə kollegiyası qeyd etmişdir ki, qarşılıqlı iddia təmin edilmədiyindən həmin iddia ilə bağlı məhkəmə xərci də qarşılıqlı iddiaçıya aid edilməli, birinci instansiya məhkəməsində icraat zamanı keçirilmiş ekspertiza tədqiqatının dəyəri 200 manat qarşılıqlı iddiaçıdan tutularaq “xxxx” MMC-nin müvafiq bank hesabına ödənilməlidir.

28. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 1091.1, 1091.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

29. Ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin qismən, qarşılıqlı iddia tələbinin təmin edilməmiş hissəsində ləğv edilməklə, qarşılıqlı iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

30. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 152, 157.2, 158-ci, Mülki Prosessual Məcəllənin 88, 217.1, 217.2, 217.3-cü maddələrinin tələbləri pozulmuşdur.

31. Belə ki, Iddiaçı əsassız varlanan şəxsdir. Kassator mübahisələndirilən avtomobilə sahiblik hüququ ilə, həmin əmlakın hüquqi cəhətdən müqəddəratını təmin etmişdir. Əslində, daşınar əmlaklara münasibətdə sahiblik hüququ mülkiyyət hüququnun dövlət tərəfindən tanınan əsasıdır. Hazırda Iddiaçı hazırkı iddia tələbi hüquqdan sui-istifadədir, o cümlədən Cavabdeh qarşılıqlı iddia tələbinin apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin edilməməsi, hüquqdan sui-istifadənin mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadəsinə gətirib çıxarmışdır. Iddiaçı Iddiaçı özünü mübahisələndirilən avtomobilin mülkiyyətçisi hesab etsə də, özgəsinin qanunsuz sahibliyində olan əmlakını geri tələb edə bilər. Əslində, mübahisələndirilən əmlak (avtomobil) Cavabdeh qanunsuz sahibliyində deyildir. Avtomobil Cavabdeh pulu vəsaiti hesabına alınmışdır. Avtomobil, Cavabdeh tələb edilirsə, onun haqqı da tam olaraq ödənilməlidir. Apellyasiya instansiyası məhkəməsi sübut yetərsizliyi ilə Cavabdeh qarşılıqlı iddia tələbini təmin etməmişdir. Əslində, apellyasiya instansiyası məhkəməsi bütün sübutları süzgəcdən keçirməklə daxili inamını əsas tutmalı, qanuni, əsaslı, o cümlədən ədalətli məhkəmə aktı qəbul etməli idi.

32. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

33. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olunmamışdır.

Kassasiya baxışının hədləri

34. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

35. Kassator apellyasiya instansiyası məhkəməsinin qətnaməsini qarşılıqlı iddianın təmin olunmayan hissəsində ləğv olunmasını xahiş etdiyindən, hazırkı kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq həmin qətnamənin qanuniliyinin mübahisələndirilən hissədə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq:

36. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1 və 1092.1.1-ci maddələrinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya da şamil edilir.

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

39. Belə ki, apellyasiya instansiyası məhkəməsi ilk iddia üzrə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparmış, iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verərək (bənd 20-27) hesab etmişdir ki, apellyatorun qarşılıqlı iddia üzrə iddiaçının qarşısında öhdəliyin yaranması sübut olunmamışdır. Məhkəmə kollegiyası həmin əsaslandırma ilə tam razılaşır.

40. Izah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

41. Işin hallarının araşdırılmaması, sübutların düzgün qiymətləndirilməməsi və gəlinən nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlı kassasiya şikayətinin dəlilləri üzrə qeyd olunmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.Ibrahimovun şikayəti üzrə ## ##### 2004cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

42. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılmalıdır.

43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi qarşılıqlı iddianın rədd olunması hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar