Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1545/2026 10.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı "xxxx" X1 cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: mülki hüquq pozuntusu, delikt (real zərər) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" X1 cavabdeh Cavabdeh qarşı vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2026-cı il ## ###### tarixli, *(*-*)-**/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə ## ###### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları
1. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2023-cü il tarixli qərarına əsasən İddiaçı Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 192.1 və 215.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, həmin Məcəllənin 34.3-cü maddəsi nəzərə alınmaqla İddiaçı barəsində 20000 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. İddiaçı ilə Cavabdeh arasında Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi və müvafiq sertifikasiya keçməməsi sübuta yetirilir. Bununla da İddiaçı bir işəgötürən kimi qanunvericiliklə onun üzərinə qoyulmuş öhdəliklərə əməl etməmiş, bununla da əmək qanunvericiliyinin tələblərini pozmaqla yanaşı, inzibati xətaya da yol vermişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. Iddiaçı "xxxx" PHŞ cavabdeh Cavabdeh qarşı vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 21443 manat məbləğində pulun və ödənilmiş 154,33 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Iddiaçı tələbini onunla əsaslandırılmışdır ki, cavabdeh faktiki olaraq qanunvericiliyə uyğun olaraq mamalıq-ginekologiya ixtisası üzrə sertifikasiyadan keçmədən "xxxx"nda həkim-ginekoloq kimi fəaliyyət göstərmiş və praktik tibb fəaliyyəti ilə məşğul olmuş, ##.##.2022-ci il tarixdən ##.##.2022-ci il tarixədək olan müddətdə 10 dəfə ayrı-ayrı hamilə qadınların doğuşlarını qəbul etmiş və həkim-ginekoloq işləməsi üçün müvafiq sertifikasiyadan keçmə barədə şəhadətnamə almamışdır. Həmin qərarın icrası ilə əlaqədar PHŞ-in hesabından ümumilikdə 21443 manat pul vəsaiti tutulmuşdur. Həmin pul cavabdehin təqsirinə görə tutulduğundan ondan alınıb iddiaçıya verilməlidir.
4. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, 2022-ci ilin oktyabr ayında xəstəxanada başqa həkim tərəfindən əməliyyat zamanı ana ölümü baş vermişdir. Prokurorluq tərəfindən aparılmış istintaq zamanı müəyyən olunmuşdur ki, həmin həkim sertifikasiyadan keçməyərək fəaliyyət göstərmişdir. Məhz bu səbəbdən xəstəxana 20000 manat məbləğində cərimələnmişdir. Lakin məhkəmələrdə digər həkimin deyil onun adı qeyd olunmuşdur. O, bu barədə müxtəlif orqanlara da müraciət etmişdir. Hüquqi şəxsə edilən cərimə fiziki şəxsdən tələb edilə bilməz və həmin ölüm onun səhvinə görə olmamışdır. Göstərilən qərarda ona şəxsən istinad olunsaydı o, fiziki şəxs kimi 1500 manat cərimə olunardı. Həmin dövrdə müdiriyyət rəsmi olaraq əməliyyata girməyinə icazə verib və xəstəxanada kimin hansı əməliyyata girməsini özündə əks etdirən jurnallar vardır.
5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin # ###### 2025-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi ilə (hakim Lətifə Məmmədova) iddia tələbi rədd edilmişdir.
6. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçı məhkəməyə öz tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı ciddi tutarlı bir sübut təqdim etməmişdir. Belə ki, ödənilmiş cərimənin cavabdehdən tutulması istənilmiş və məhz onun səhvi ucbatından X1 cərimə edilməsi qeyd edilsə də, iş materillarına əlavə edilmiş sənədlərdən və mövcud qanunvericiliyin tələblərindən görünür ki, işçinin işə götürülməsi, onun hansı praktiki işlərdə işləyib-işləməsinə nəzarət məhz işəgötürən tərəfindən tənzimlənir. Bu halda PHŞ hazırkı iş üzrə cavabdehi müəyyən praktiki işlərə cəlb edərək, ilk öncə həmin işlərə cəlb edilə bilməsinə dair müvafiq sənədin (sertifikasiya şəhadətnaməsinin) olmasını yoxlamalı, daha sonra razılıq verməli idi. X2 Şəxs tərəfindən həmin hallar araşdırılmadan Cavabdeh fəaliyyətinə (doğuşların qəbuluna) icazə vermişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2023-cü il tarixli, *(***)-***/**** nömrəli qərarında qeyd edilmişdir ki, (ikinci səhifə 6cı abzas) iş materiallarında olan sənədə baxış keçirilməsi barədə # ###### 2022-ci il tarixli protokoldan görünür ki, “xxxx PHŞ-də “stasionarda doğuşların qeydiyyat” kitabına baxış keçirilmiş və Cavabdeh # ######## 2022-ci il tarixdən ## ####### 2022-ci il tarixədək olan müddət ərzində, yəni mamalıq-ginekologiya ixtisası üzrə sertifikasiya şəhadətnaməsi olmadan həmin xəstəxanada doğuşlar qəbul etmiş, o cümlədən 0093326, 0093368, 0093437, 0093628, 0093638, 0093893, 0093932, 0093935, 0093965, ******* nömrəli xəstəlik tarixləri üzrə doğuşları qəbul etmiş həkim-ginekoloq qismində onun adı qeyd olunmuşdur.
7. Məhkəmə qeyd etmişdir ki, bu hal iddiaçının nümayəndəsinin cavabdehin xəstəxanada mama-ginekoloq kimi doğuş qəbul etməsindən rəhbərliyin məlumatsız olmasına dair dəlilini təkzib edir.
8. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82, 106.3, 119.1, 191.1, 191.3 və 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” ## ###### 2016-cı il tarixli Qərarına istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsində icraat
9. Iddiaçı qətnamədən apellyasiya şikayəti verərək ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə faktiki halları müəyyən etsə də, həmin hallara maddi hüquq normalarını düzgün tətbiq etməmiş, nəticədə səhv hüquqi qənaətə gəlmişdir. Məhkəmə cavabdehin hüquqazidd və təqsirli hərəkətləri ilə iddiaçıya dəymiş zərər arasında birbaşa səbəb – nəticə əlaqəsinin mövcudluğunu lazımi qaydada qiymətləndirməmişdir. Cavabdehin sertifikasiyasız praktik tibb fəaliyyəti hüquqazidd hərəkət olmaqla, iddiaçı üçün real maddi zərərin yaranmasına səbəb olmuşdur. Cavabdeh mübahisəli dövrdə iddiaçı “xxxx” X1 ilə əmək-hüquqi münasibətlərdə olmamış, yəni tərəflər arasında əmək müqaviləsi bağlanmamışdır. Bu hal iş üzrə təqdim edilmiş rəsmi arayışlar və digər yazılı sübutlarla təsdiqlənir. Cavabdehin iddiaçı tibb müəssisəsində faktiki olaraq praktik tibb fəaliyyəti göstərməsi onun iddiaçı müəssisənin işçisi statusunda çıxış etməsi anlamına gəlmir. Əmək münasibətlərinin mövcudluğu üçün əmək müqaviləsinin bağlanması, işçinin müəyyən vəzifə üzrə işə qəbul edilməsi, daxili əmək intizam qaydalarına tabeçilik və əmək haqqının ödənilməsi kimi hüquqi əlamətlər tələb olunur. Bu əlamətlərin heç biri cavabdehin iddiaçı müəssisə ilə münasibətlərində mövcud olmamışdır. Belə olan halda cavabdehin fəaliyyəti əmək hüququ münasibətləri çərçivəsində deyil, onun şəxsi təşəbbüsü və şəxsi davranışı kimi qiymətləndirilməlidir. Bu isə cavabdehin hərəkətlərinə əmək məsuliyyəti deyil, mülki-hüquqi məsuliyyət normalarının tətbiq edilməsini zəruri edir. Məhkəmə cavabdehin hüquqi statusunu müəyyən edərkən yalnız onun faktiki olaraq müəssisənin ərazisində fəaliyyət göstərməsini əsas götürmüş, lakin əmək münasibətlərinin mövcudluğu üçün zəruri olan hüquqi meyarları nəzərə almamışdır. Nəticədə cavabdehin hüquqi statusu düzgün müəyyən edilməmiş və onun hərəkətlərinə səhv hüquqi qiymət verilmişdir. Bu isə iş üzrə faktiki hallar ilə hüquqi nəticələr arasında uyğunsuzluq yaratmış, cavabdehin məsuliyyətinin düzgün müəyyən edilməməsinə gətirib çıxarmışdır ki, bu hal birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün müstəqil əsas təşkil edir. Cavabdeh tərəfindən irəli sürülən “rəhbərliyin icazəsi ilə fəaliyyət göstərmişəm” arqumenti hüquqi baxımdan əsassızdır və məsuliyyəti aradan qaldıran hal hesab edilə bilməz. Qanunla qadağan edilmiş peşə fəaliyyətinin işəgötürənin razılığı və ya tapşırığı ilə həyata keçirilməsi həmin fəaliyyəti bilavasitə icra etmiş şəxsin şəxsi təqsirini aradan qaldırmır və zərərin hüquqi şəxs tərəfindən ödənilməsi həmin zərərin faktiki səbəbkarı olan şəxsin mülki-hüquqi (delikt) məsuliyyətini istisna etmir. Cavabdeh peşəkar şəxs kimi öz fəaliyyətinin qanunvericiliyə uyğunluğunu təmin etməyə borclu olmuşdur və bu öhdəliyin pozulması onun şəxsi məsuliyyətini yaradır. Inzibati məsuliyyətlə cavabdehin delikt məsuliyyətinin qarışdırılması Birinci instansiya məhkəməsi iddiaçı tibb müəssisəsinin inzibati məsuliyyətə cəlb edilməsini cavabdehin mülki-hüquqi məsuliyyətini istisna edən hal kimi qiymətləndirmişdir ki, bu yanaşma hüquqi baxımdan yanlışdır. Inzibati məsuliyyət hüquqi şəxsə münasibətdə onun təşkilati və nəzarət öhdəliklərinin pozulmasına görə tətbiq edilir. Delikt məsuliyyəti isə zərərin faktiki səbəbkarı olan şəxsin hüquqazidd və təqsirli hərəkətləri nəticəsində yaranır. Bu iki məsuliyyət müstəqil hüquqi institutdur və birinin mövcudluğu digərini istisna etmir. Beləliklə, iddiaçı müəssisənin inzibati məsuliyyət daşıması cavabdehin sertifikasiyasız praktik tibb fəaliyyəti nəticəsində vurulmuş zərərə görə onun şəxsi məsuliyyətini aradan qaldırmır və bu hal birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Iş üzrə müəyyən edilmiş faktiki hallarla cavabdehin müvafiq sertifikasiyaya malik olmadan praktik tibb fəaliyyəti göstərməsi hüquqazidd və təqsirli əməl olmaqla, iddiaçı tibb müəssisəsinə real maddi zərərin vurulmasına birbaşa səbəb olmuşdur. Buna baxmayaraq, birinci instansiya məhkəməsi cavabdehin bu hüquqa zidd hərəkətlərini delikt tərkibi kimi qiymətləndirməmiş, deliktin əsas əlamətləri olan hüquqa zidd, təqsir, zərər və səbəb–nəticə əlaqəsinin mövcudluğunu nəzərə almamışdır. Halbuki, cavabdehin delikt törətməsi faktiki hallarla təsdiqləndiyi halda, birinci instansiya məhkəməsi onun mülki hüquqi məsuliyyətini istisna edən nəticəyə gəlmişdir ki, bu da maddi hüquq normasının düzgün tətbiq edilməməsi ilə nəticələnmişdir. Iş üzrə qətnamə qəbul edərkən mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları tam və hərtərəfli araşdırmamışdır. Xüsusilə cavabdehin sertifikasiyasız praktik tibb fəaliyyəti göstərməsinin hüquqi nəticələri, bu fəaliyyətin hansı əsaslarla və hansı statusda həyata keçirildiyi, habelə cavabdehin hərəkətləri ilə iddiaçıya dəymiş maddi zərər arasında səbəb – nəticə əlaqəsi tam şəkildə aydınlaşdırılmamışdır. Məhkəmə faktiki halları yalnız ümumi formada qeyd etmiş, lakin onların hər birinə ayrıca hüquqi qiymət verməmişdir ki, bu da işin düzgün həllinə mane olmuşdur. Belə ki, cavabdehin fəaliyyətinin iddiaçı müəssisənin daxili təşkilati fəaliyyəti çərçivəsində həyata keçirildiyi və ya iddiaçı tərəfindən nəzarət edilən fəaliyyət olduğu barədə qətnamədə nəticələr göstərilsə də, bu nəticələri təsdiq edən heç bir konkret və mötəbər sübut məhkəmə tərəfindən araşdırılmamış və qətnamədə göstərilməmişdir. Sübutlarla təsdiqlənməyən bu hallar məhkəmənin hüquqi nəticələrinin əsası kimi götürülmüşdür ki, bu da prosessual hüquq normalarının pozulmasıdır. Birinci instansiya məhkəməsinin qətnamədə gəldiyi nəticələr iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun gəlmir. Bir tərəfdən, cavabdehin sertifikasiyasız praktik tibb fəaliyyəti göstərməsi və bu fəaliyyət nəticəsində iddiaçıya real maddi zərərin dəyməsi faktları iş materialları ilə təsdiq olunduğu halda, digər tərəfdən məhkəmə bu halları cavabdehin məsuliyyətini istisna edən nəticə ilə əlaqələndirmişdir.
11. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2026-cı il ## ###### tarixli, *(*-*)-**/**** nömrəli qətnaməsi ilə (hakimlər- Fərrux Qasımov (məruzəçi və sədrlik edən), Günay Axundova və Fuad Babayev) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin # ###### 2025-ci il tarixli, *(***)****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
12. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikasının Inzibati Xətalar Məcəlləsinin 192.1 və 215.4-cü maddələrinə əsasən, əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilən və ya sertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmış fiziki şəxslərin deyil, müvafiq olaraq işəgötürənin və ya buna məsul olan şəxslərin məsuliyyətini müəyyən edir və buna görə cavabdehə münasibətdə mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün zəruri olan şərtlər mövcud deyildir.
Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
13. Iddiaçı (vəkil Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilərək, işin yeni apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
14. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 1114.1-ci maddəsini düzgün tətbiq etməmişdir. Belə ki, məhkəmə mübahisəni yalnız işəgötürənin inzibati məsuliyyəti müstəvisində qiymətləndirmiş, lakin iddiaçının tələbini doğuran əsas hüquqi institut olan reqres hüququna lazımi hüquqi qiymət verməmişdir. Mübahisənin mahiyyəti ondan ibarət deyildir ki, hüquqi şəxs inzibati cəriməyə görə cavabdehlik daşımır. Əksinə, hüquqi şəxs həmin cəriməni artıq ödəmişdir.
15. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi cavabdehin şəxsi peşə məsuliyyətini, onun hüquqa zidd hərəkətinin müstəqil əhəmiyyətini və iddiaçıya dəyən zərərin yaranmasında birbaşa rolunu faktiki olaraq arxa plana keçirmişdir. Bu yanaşma nəticəsində cavabdehin müstəqil delikt subyekti kimi hüquqi statusu lazımi səviyyədə araşdırılmamışdır.
b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
17. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
18. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
19. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
20. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
21. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
22. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.
23. Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun.
24. Maddə 1114.1. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## ##### 2022-ci il tarixli Qərarı:
25. ... Işəgötürənin məsuliyyətinin əsasını tapşırıq, əmr və göstərişlərinin icrası ilə bağlı görülən işin lazımi qaydada təşkil edilməməsi, tələb olunan diqqət və qayğının göstərilməməsi təşkil edir. Görüləcək işi zehni və fiziki qabiliyyətlərinə uyğun peşəkar şəxslərə (işçilərə) həvalə etmək, zəruri təlimat və tapşırıqlar vermək və icrasına nəzarət etmək obyektiv olaraq işəgötürənin vəzifəsidir. Məhz bu obyektiv vəzifənin lazımınca yerinə yetirilmiş olmaması baxımından qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə məsuliyyətə cəlb edilməsini zəruri hesab etmişdir. Odur ki, Mülki Məcəllənin 1099-cu maddəsi öz mənafeyi üçün başqalarının əməyindən (xidmətlərindən) yararlanan şəxslərin – işəgötürənin həmin işin icrası ilə əlaqədar üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyini müəyyən etmişdir. Nəzərə alınmalıdır ki, bu halda işəgötürənin məsuliyyəti təqsirsiz məsuliyyətdir və bu məsuliyyət işəgötürənin mənafeyi üçün və onun nəzarəti altında görülən işin lazımi qaydada, zəruri ehtiyatlılığın tələb etdiyi tərzdə təşkil edilməməsindən irəli gəlir. Məqsəd işəgötürəni onun nəzarəti altında görülən işlərin yerinə yetirilməsi ilə əlaqədar yarana biləcək zərərləri, arzuolunmaz nəticələri önləyici (preventiv) tədbirləri görməyə məcbur etməklə üçüncü şəxsləri, bütövlükdə cəmiyyəti qorumaqdır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
26. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
27. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
28. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
29. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.
Kassasiya baxışının hədləri
30. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
31. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
33. Iddiaçı Respublika Klinik Xəstəxanası PHŞ tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətində və işə aşağı instansiya məhkəmələrində baxılan zaman qeyd edilmiş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
34. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
35. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı: Iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(*-*)-**/**** nömrəli iş üzrə ## ###### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.