Məhkəmə qərarları › İş №2(1-8)-1547/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1547/2026

15.07.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1547/2026 15.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı İddiaçı cavabdeh X1 və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: maddi, mənəvi zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının *(*-*)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə ## #### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı ilə cavabdeh2 arasında Bakı şəhəri, ** saylı Notariat ofisində bağlanmış ##.##.2022-ci il tarixli icarə müqaviləsinə əsasən, İddiaçı xüsusi mülkiyyətində olan ünvan 6 “A” saylı ünvanda yerləşən ümumi sahəsi 50 kv.m ibarət qeyri-yaşayış sahəsini cavabdeh2 aylıq 1.000 manat icarə haqqı məbləği ödəmək şərti ilə 1 il müddətinə icarəyə vermişdir.

2. Müqavilənin 2-ci bəndinə əsasən müddətin bitməsinə 1 ay qalmış tərəflərdən müqavilənin pozulmasına dair təklif irəli sürülməzsə icarə müddəti daha 1 il müddətinə uzanmış hesab edilir.

3. cavabdeh2 saxta etibarnamə əsasında ünvan 6 “A” ünvanında yerləşən ümumi sahəsi 50 kv.mdən ibarət qeyri-yaşayış sahəsini ##.##.2022-ci il tarixli alğı-satqı müqaviləsi əsasında cavabdeh3 satmış, sonuncunun adına daşınmaz əmlakın dövlət reytrindən ##.##.2022-ci il tarixli çıxarış verilmişdir.

4. İddiaçı Reyestr Xidmətinin * saylı Bakı ərazi idarəsi, cavabdeh2, cavabdeh3, X1 və Bakı şəhəri ** saylı Notariat ofisinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh2 ilə cavabdeh3 arasında ünvan 3 “A” saylı ünvanda yerləşən qeyriyaşayış sahəsinə dair ##.##.2022-ci il tarixdə Bakı şəhəri ** saylı Notariat ofisində bağlanmış alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, cavabdeh3 adına ünvan 1 “A” saylı ünvanda yerləşən qeyri yaşayış sahəsinə Reyestr Xidməti tərəfindən verilmiş, ##.##.2022-ci il tarixli çıxarışın etibarsız sayılaraq ləğv edilməsi, ünvan 2 “A” saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsinin alınaraq İddiaçı təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

5. cavabdeh3 İddiaçı, cavabdeh2, X1 və Bakı şəhəri, ** saylı Notariat Ofisinə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 6 “A” saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsinin alğı-satqısı üçün ödənilmiş 280.000 manatın İddiaçı, cavabdeh2 və Bakı şəhəri ** saylı Notariat Ofisinin xüsusi notariusu Hünər Hacıyevdən müştərək qaydada tutularaq vicdanlı alıcı olan cavabdeh3 ödənilməsinə dair qətnamə qəbul olunmasını, İddiaçı, Bakı şəhəri ** saylı Notariat Ofisinin xüsusi notariusu Hünər Hacıyev və cavabdeh2 barəsində xüsusi qərardad şəxararaq prokurorluğa göndərilməsini xahiş etmişdir.

6. Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli qətnaməsi ilə ilk və qarşılıqlı iddiaların rədd edilməsi qət olunmuşdur.

7. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ##.##.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, ilk iddia tələbi təmin edilmiş, İddiaçı (cavabdeh2 tərəfindən imzalanmış) ilə cavabdeh3 arasında ünvan 6 “A” saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair Bakı şəhəri ** saylı Notariat ofisində bağlanmış ##.##.2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, cavabdeh3 adına ünvan 6 “A” saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair ##.##.2022ci il tarixli çıxarışın ləğv edilməsi, ünvan 6 “A” saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsinin cavabdehdən alınaraq İddiaçı təhvil verilməsi, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, ünvan 6 “A” saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsinin alğı-satqısı müqaviləsi üzrə ödənilmiş 280.000 manatın cavabdeh2 cavabdeh3 xeyrinə tutulması, qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur.

8. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının ##.##.2024-cü il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ##.##.2023-cü il tarixli qətnaməsinin qarşılıqlı iddia üzrə X1 münasibətdə qarşılıqlı iddianın təmin edilməməsi hissəsində ləğv edilməsi və işin ləğv edilən hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır.

9. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ##.##.2024-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin ## ##### 2023-cü il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə, yəni cavabdeh3 ünvan 6 “A” saylı ünvanda yerləşən qeyriyaşayış sahəsinin alğı-satqısı müqaviləsi üzrə ödənilmiş 280.000 manatın Bakı şəhəri, ** saylı Notariat ofisinin xüsusi notariusu Hünər Hacıyevdən tutulub ona ödənilməsi tələbinin təmin olunmaması hissəsində dəyişdirilmədən saxlanmışdır.

10. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının ##.##.2025-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ##.##.2024-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanması qərara alınmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı İddiaçı (bundan sonra- iddiaçı) cavabdehlər X1 və digərlərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada vurulmuş maddi zərərə görə 1.560 manat, əldən çıxmış faydaya görə 28.800 manat, mənəvi zərərə görə 10.000 manatın iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 4 “A” saylı ünvanda yerləşən qeyriyaşayış sahəsi mülkiyyət hüququ ilə ona məxsus olmuşdur. Cavabdehlərdən cavabdeh2 ona müraciət edərək, əmlakı icrayə götürmək istədiyini bildirmiş və razılaşdıqdan sonra ##.##.2022ci il tarixdə Bakı şəhər ** saylı notariat ofisində icarə müqaviləsi bağlanmışdır. İcarə müqaviləsi bağlandıqdan bir müddət sonra cavabdehlərdən cavabdeh2 saxta sənədlər əsasında onun adından Rusiya Federasiyasının Tümen Vilayətində saxta etibarnamə hazırlatdırmaqla ##.##.2022-ci il tarixdə ** saylı Bakı Notariat ofisində alğı-satqı müqaviləsi bağlamaqla cavabdeh3 satmışdır. Həmin müqavilənin etibarsızlığı ilə bağlı məhkəməyə müraciət etmiş və Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı (cavabdeh2 tərəfindən imzalanmış) ilə cavabdeh3 arasında ünvan 6 “A” saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair Bakı şəhəri ** saylı notariat ofisində bağlanmış ##.##.2022-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, cavabdeh3 adına ünvan 6 “A” saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair verilmiş ##.##.2022-ci il tarixli çıxarışın ləğv edilməsi, ünvan 6 “A” saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsinin cavabdehdən alınaraq iddiaçıya təhvil verilməsi, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, ünvan 6 “A” saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsinin alqı-satqısı müqaviləsi üzrə ödənilmiş 280.000 manatın cavabdeh2 cavabdeh3 xeyrinə tutulması, qarşılıqlı iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Qətnamədən cavabdeh3 tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının ##.##.2024-cü il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ##.##.2023-cü il tarixli qətnaməsinin X1 münasibətdə qarşılıqlı iddianın təmin edilməməsi hissəsində ləğv edilməsi və işin ləğv edilən hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının qətnaməsi ilə Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə, yəni cavabdeh3 “ünvan 5 “A” saylı ünvanda yerləşən qeyri-yaşayış sahəsinin alqı-satqısı üçün ödənilmiş 280.000 manatın Bakı şəhəri, ** saylı notariat ofisinin xüsusi notariusu Hünər Hacıyevdən tutulub ona ödənilməsi” tələbinin təmin olunmaması hissəsində dəyişdirilmədən saxlanılsı qət edilmişdir. İş üzrə iddiaçıya münasibətdə yekun məhkəmə aktı qəbul edilmiş və qanuni qüvvəsini almışdır. ##.##.2022-ci il tarixdən cavabdeh2 tərəfindən ödənilməli olan icarə haqqı hazırkı günə kimi ödənilməmiş, 24 ay müddətində aylıq 1.200 manat olmaqla ümumilikdə 28.800 manat əldən çıxmış fayda olmuşdur. Bundan başqa saxta etibarnamə ilə iddiaçıya məxsus əmlakın digər şəxsə satılması və cavabdehlərin qanunsuz hərəkəti nəticəsində mənəvi sarsıntı keçirmiş, 1 il ərzində müayinə və müalicələrdə olmuşdur ki, bu da ona dəyşmiş mənəvi zərər kimi qiymətləndirilməlidir.

13. Cavabdeh cavabdeh3 vəkili və nümayəndəsi Qanuni nümayəndə Ağakişi oğlu izahatında bildirmişdir ki, iddianı onlara münasibətdə qəbul etmirlər, əlavə olaraq bildirmişdir ki, cavabdeh2 və Hünər Hacıyev qeyd olunan məsələ ilə bağlı notariat orqanına müraciət edirlər, hansı ki onlara da qeyd olunan məsələ ilə bağlı zərər vurulmuşdur. cavabdeh3 adı çəlkilən qeyri-yaşayış sahəsini məhz həmin notariusda öz mülkiyyətinə almış və ondan sonra iddiaçı tərəfindən məhz həmin iş üzrə müvafiq iddia qaldırılmışdır. Son nəticə bundan ibarətdir ki, cavabdeh2 ödədiyi 280.000 manatın tutulub geri qaytarılmasına dair müvafiq məhkəmə aktları var. Hazırda həmin məhkəmənin qərarı ilə cavabdeh2 və qeyriləri barəsində Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi ilə məhkəmə qərardadı çıxarılıb və orqana verilmişdir. Ona görə də bu hissədə onlara da zərər vurulmuşdur. Amma cavabdeh3 hazırkı iş üzrə tələb predmetinə dair aidiyyəti belə yoxdur. Belə ki, şəxs əmlakı alıb, əmlakın açarı təqdim olunub, alqı-satqı həyata keçirilib. Şəxs qarşı tərəfdən ona verilmiş hüquq əsasında əmlaka sahiblik etmişdir. Növbəti mərhələdə isə, məhkəmə aktı çıxdıqdan sonra isə müvafiq icra qurumu vasitəsilə əmlak şəxsə geri qaytarılmışdır. Amma cavabdeh2 və notariat ofisindən məhz cavabdeh3 iddia tələb etdiyi hissə də məhkəmənin səlahiyyətindədir. O sadəcə ona aid olan hissənin bərpa olunmasını, qalan hissədə isə təmin olunmasının tərəfdarıdır. Müvafiq xüsusi qərardad Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinə göndərilmişdir. Hər iki tərəfin müvafiq izahatları alınmışdır.

14. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə (hakim Aytəkin Əsədzadə) iddia qismən təmin edilərək, 24.000 manat və dövlət rüsumuna görə 162 manat olmaqla, cəmi 24.162 manatın cavabdeh2 tutularaq iddiaçıya ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

15. Məhkəmənin mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı işin halları baxımından iddiaçıya zərər vurulduğu - əmlakından qanunsuz məhrum olduğu sübut olunur, nəticədə əmlakdan adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirləri əldə edə bilməməsi aşkardır. Bu halda iddiaçı vurulan zərərin əvəzi ödənilməlidir.

16. Zərərin hesablanması ilə bağlı məhkəmə qeyd etmişdir ki, əmlaka dair ##.##.2022-ci il tarixdə icarə müqaviləsi bağlanmış, lakin müqavilə bağlandıqdan və əmlak cavabdeh2 tərəfindən təhvil alındıqdan qısa bir müddət sonra əmlak saxta etibarnamə ilə özgəninkiləşdirilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ##.##.2023-cü il tarixli qətnaməsi ilə mübahisəli əmlakın iddiaçıya qaytarılması qət edilmiş, bu qətnamədən verilmiş şikayət isə Ali Məhkəmənin ##.##.2024-cü il tarixli qərarı ilə əmlakın qaytarılması hissədə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni qüvvəsini almışdır. Lakin, mübahisə tam yekunlaşmadığından, qətnamə bir hissədə ləğv edilib, yenidən apellyasiya baxışına göndəriliyindən iş üzrə sonralar Bakı Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli qətnaməsi və Ali Məhkəmənin ##.##.2025-ci il tarixli qərarları qəbul olunmuşdur.

17. İddiaçının bildirdiyinə görə mübahisə tam yekunlaşdıqdan sonra, cari ilin iyul ayında əmlak akt əsasında iddiaçıya qaytarılmışdır. Lakin bu akt iş materiallarına əlavə edilməmişdir.

18. Göründüyü kimi, iddiaçının əmlakdan məhrum olduğu başlanğıc tarix bəlli olsa da, məhrumetmənin sonu- əmlakın iddiaçıya faktiki qaytarıldığı tarix hazırkı işin halları baxımından müəyyən olunmur.

19. Bu halda iddiaçının özünün göstərdiyi 24 aylıq müddət rəhbər götürülməli, icarə müqaviləsində göstərilmiş qiymətə uyğun, aylıq 1.000 manat olmaqla, cəmi 24.000 manat əldən çıxmış fayda – zərər hesablanmalıdır.

20. Məhkəmə qeyd etmişdir ki, iddiaçı əmlaka dair tərəflərin razılaşdıqları icarə haqqı məbləğinin 1.200 manat olduğunu qeyd etsə də, bu hal öz təsdiqini tapmır. Ona görə də əmlakın mülki dövriyyədəki real icarə məbləği olaraq elə müqavilədə göstərilmiş 1.000 manat qəbul edilməlidir.

21. Eyni zamanda, cavabdehlərdən cavabdeh3 və ** saylı Notariat ofisinin iddiaçıya qarşı təqsirli hərəkətləri sübut olunmadığından, iddia onlara münasibətdə rədd edilməli, zərər məbləği yalnız cavabdehlərdən cavabdeh2 tutulmalıdır.

22. Əvvəlki məhkəmə mübahisələri üzrə ödənilmiş vəkil haqqları isə hazırkı mübahisə çərçivəsində zərər qismində cavabdehlərdən tutula bilməz.

23. Belə ki, vəkilə ödənilmiş xidmət haqqının tam həcmdə, birmənalı olaraq qarşı tərəfdən tutulmalı olması qanunvericilikdə təsbit edilməmişdir. Bu zaman konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, ağlabatan məbləğ müəyyən edilməlidir ki, digər mübahisədəki işin hallarına uyğun ağlabatanlıq meyarı hazırkı mübahisə çərçivəsində qiymətləndirilə bilməz. Hazırkı iddia üzrə isə vəkil xidmət haqqının ödənilməsinə dair qəbz iş materiallarına əlavə edilməmişdir.

24. İddiaçı eyni zamanda mənəvi zərərin əvəzinin tutulmasını da xahiş edir ki, məhkəmə bu hissədə də iddia tələbinin təmin olunmaması qənaətinə gəlmişdir. Belə ki, iddiaçı bu hissədə tələbini sübuta yetirməmişdir.

25. Məhkəmə öz hüquqi mövqeyini AR Mülki Məcəlləsinin 21.1, 21.2, 442, 675, 684.1, 700.1, 1096.1, 1097.1-ci, habelə MPM-nin 14.1, 14.2, 77.1, 82.3, 88, 106.1, 119, 121.1, 217.1ci maddələrinə istinad edərək əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

26. İddiaçı İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

27. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin hallardan göründüyü kimi, cavabdehlərdən cavabdeh3 iddiaçıya məxsus əmlakı aldığı zaman həmin əmlakın mülkiyətçisinin cavabdeh2 olmadığını bilirdi və bunu bilərəkdə həmin əmlaka dair alqı-satqı müqaviləsi imzalamışdır. Bundan başqa yenə iş materiallarına nəzər saldıqda müəyyən edilir ki, cavabdeh2la iddiaçı arasında ##.##.2022-ci il tarixdə Bakı şəhər ** saylı notariat ofisində icarə müqaviləsi bağlanmışdır. İcarə müqaviləsi bağlandıqdan bir müddət sonra cavabdeh cavabdeh2 saxta sənədlər əsasında iddiaçının adından öz adına guya Rusiya Federasiyasının Tümen Vilayətində saxta etibarnamə hazırlatdırmaqla ##.##.2022-ci il tarixdə ** saylı Bakı Notariat ofisində alqı-satqı müqaviləsi bağlamaqla cavabdeh3 satmışdır. İş üzrə qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə işin halları sübuta yetirilmişdir. Hazırki mübahisə iddiaçıya vurulmuş maddi və mənəvi zərərlə bağlı olmaqla zərərin bütün cavabdehlər tərəfindən vurulmasından ibarətdir. Belə ki, qeyri-yaşayış sahəsi cavabdeh3 tərəfindən əldə edilmiş olsa da, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2023-cü il tarixli qətnaməsi ilə həmin əqd etibarsız hesab edilmişdir. Qətnamədən məhz cavabdeh3 tərəfindən dəfələrlə şikayət verilməklə qətnamənin qanuni qüvvəsinin alınması gecikdirilmiş və əmlak könüllü olaraq deyil, icra məmurunun məcburi icra tədbirləri nəticəsində iddiaçıya təhvil verilmişdir. Bu hissədə birinci inistansiya məhkəməsi düzgün yanaşmamış və iddianın qismən təmin edilməsində düzgün hüquqi nəticəyə gəlməmişdir. Notariusun qanunsuz hərəkətləri nəticəsində ayrı-ayrı şəxslərə, təşkilata və ya dövlətə maddi ziyan vurularsa, o, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada maddi məsuliyyət daşımalıdır. Vurulmuş ziyanın məbləği tərəflərin razılığı ilə və ya məhkəmə qaydasında müəyyən edilir. İş materialları ilə müəyyən edilir ki, müvafiq alqı-satqı müqaviləsi notarius tərəfindən təsdiq edilərkən notariat haqqında qanunun tələbləri pozulmuş və nəticədə əqd etibarsız hesab edilmişdir. Belə ki, notariat qaydada rəsmiləşdirilmiş və icarə müqaviləsi olan qeyri-yaşayış sahəsinə dair bağlanmış alqı-satqı müqaviləsi əsasında iddiaçı öz əmlakını itirməklə yanaşı həmin əmlakdan gəlir götürmək hüququndan da məhrum olmuşdur. Birinci inistansiya məhkəməsi tərəfindən iddia tələbi üzrə cavabdeh notariat ofisi və notarius Hünər Hacıyevə münasibətdə nəticəyə gələrkən maddi hüquq normalarını düzgün tətbiq etməmiş, həmin hissədə düzgün qətnamə qəbul etməmişdir. Bundan başqa iddiaçı həm hazırkı iddianın verilməsi həm də bundan öncəki məhkəmə mübahisələrində hüquqi yardım göstərilməsi üçün vəkil ilə müqavilə bağlamış və bununla bağlı müvafiq məbləğlər rəsmi hesab şəklində Vəkil Bürosunun bank hesabına ödənilmişdir. Göründüyü kimi, cavabdehlərin səhvi nəticəsində iddiaçı əmlak hüquqlarından məhrum olmaqla yanaşı əlavə olaraq da maddi zərərə düşmüşdür. Eyni zamanda işin məhkəmədə baxılması üçün müəyyən edilmiş dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir. Azərbayacan Respublikası MPM-in 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İddiaçıya yuxarıda qeyd edilən məbləğdə maddi zərərin dəyməsi təqdim olunmuş sübutlarla təsdiq edilir. Məhkəmə tərəfindən məhkəmə araşdırması zamanı tərəflər arasında yaranmış problem və mübahisənin nəticəsinə bir başa təsir edəcək bütün faktiki hallar araşdırılmamış cavabdehlərdən yalnız cavabdeh2 maddi zərərin əvəzi tutularkən düzgün hüquqi nəticəyə gəlinməmişdir. Zərərin vurulması hissəsində notariat ofisi bilavasitə təqsirli olmuş və notariusun səhvi nəticəsində iddiaçıya kifayət qədər maddi zərər vurulmuşdur. Digər cavabdeh cavabdeh3 tərəfindən qanuni və ədalətli olan məhkəmə aktı əsassız olaraq mübahisələndirilmiş, əmlakın iddiaçıya məxsus olmasını bildiyi halda əmlakı qərəzli olaraq özündə saxlamış və məhkəmə aktı qanuni qüvvəsini aldıqdan sonra da əmlakı könüllü şəkildə geri qaytarmamaqla iddiaçıya maddi zərər vurmaqda davam edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən sübutlar və dəllillər tərəflərin qarşılıqlı münasibəti əsasında qiymətləndirilmədiyindən və işin faktiki halları tam araşdırılmadığı üçün nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir. Qanunvericiliyin tələblərindən də aydın olduğu kimi iş üzrə qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməli, müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verilməlidir. Mənəvi zərərlə bağlı isə qeyd etmək zərurəti vardır ki, təqdim edilmiş sənədlərdən aşkar şəkildə görünür ki, iddiaçı əsassız yerə əmlakından məhrum edilmiş, rahatlığı əlindən alınmış, kifayət qədər maliyyə itkisi ilə rastlaşmaqla uzun müddət mənəvi iztirab çəkmiş, təqsiri olmadan çətin dönəmdən keçmişdir. Birinci inistansiya məhkəməsi öz qətnaməsində mənəvi zərərlə bağlı hissəyə düzgün hüquqi qiymət verməmişdir.

28. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(*-*)-***/**** nömrəli, ## #### 2026cı il tarixli qətnaməsi ilə (hakimlər Azad İmanov (sədrlik edən, məruzəçi), Səadət Səlimova və Akif İsgəndərov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmışdır.

29. Məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi əldən çıxmış fayda – zərəri 24.000 manat müəyyən etməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, Əmlaka dair ##.##.2022-ci il tarixdə icarə müqaviləsi bağlanmış, lakin müqavilə bağlandıqdan və əmlak cavabdeh2 tərəfindən təhvil alındıqdan qısa bir müddət sonra əmlak saxta etibarnamə ilə özgəninkiləşdirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2023-cü il tarixli qətnaməsi ilə mübahisəli əmlakın iddiaçıya qaytarılması qət edilmiş, bu qətnamədən verilmiş şikayət üzrə Ali Məhkəmənin ##.##.2024-cü il tarixli qərarı ilə əmlakın qaytarılması hissədə apellyasiya məhkəməsinin qətnaməsi qanuni qüvvəsini almışdır.

30. Lakin mübahisə tam yekunlaşmadığından, qətnamə bir hissədə ləğv edilib, yenidən apellyasiya baxışına göndəriliyindən iş üzrə sonralar Bakı Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli qətnaməsi və Ali Məhkəmənin ##.##.2025-ci il tarixli qərarları qəbul olunmuşdur. İddiaçının bildirdiyinə görə mübahisə tam yekunlaşdıqdan sonra, cari ilin iyul ayında əmlak akt əsasında iddiaçıya qaytarılmışdır. Lakin bu akt iş materiallarına əlavə edilməmişdir.

31. Göründüyü kimi, iddiaçının əmlakından məhrum olduğu başlanğıc tarix bəlli olsa da, məhrumetmənin sonu - əmlakın iddiaçıya faktiki qaytarıldığı tarix hazırkı işin halları baxımından müəyyən olunmur. Həmçinin iddiaçı əmlaka dair tərəflərin razılaşdıqları icarə haqqı məbləğinin 1200 manat olduğunu qeyd etsə də, bu hal öz təsdiqini tapmır.

32. Ona görə də əmlakın mülki dövriyyədəki real icarə məbləği olaraq müqavilədə göstərilmiş 1.000 manat qəbul edilməlidir. Belə olan halda birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçının özünün göstərdiyi 24 aylıq müddət rəhbər götürülməli, icarə müqaviləsində göstərilmiş qiymətə uyğun, aylıq 1.000 manat olmaqla, cəmi 24.000 manat əldən çıxmış fayda – zərər hesablanmalıdır.

33. İddiaçı apellyasiya şikayətində zərərin bütün cavabdehlər tərəfindən vurulmasını qeyd etsə də, cavabdehlərdən cavabdeh3 və ** saylı Notariat ofisinin iddiaçıya qarşı təqsirli hərəkətləri sübut olunmamışdır. Belə olan halda məhkəmə onlara münasibətdə iddianı rədd etməklə, zərər məbləğinin yalnız cavabdeh2 tutulması qənaətinə gəlməkdə haqlı olmuşdur.

34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin hüquqi yardıma görə ödənilmiş məbləğlər hissəsinə münasibətdə qeyd etmişdir ki, əvvəlki məhkəmə mübahisələri üzrə ödənilmiş vəkil haqqları isə hazırkı mübahisə çərçivəsində zərər qismində cavabdehlərdən tutula bilməz. Hazırkı iddia üzrə isə vəkil xidmət haqqının ödənilməsinə dair qəbz iş materiallarına əlavə edilməmişdir.

35. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddia tələbi mənəvi ziyanın vurulması hissəsində əsaslı deyil. Mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunması sübuta yetirilmir.

36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə qiymət verərək qeyd etmişdir ki, apellyasiya şikayətində göstərilənlər işin halları ilə təkzib olunduğundan apellyasiya şikayəti təmin edilə və məhkəmənin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

37. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini AR Mülki Məcəlləsinin 21.1, 21.2, 442, 675, 684.1, 700.1, 1096.1, 1097.1-ci, habelə MPM-in 14.2, 77.1, 82.3, 106.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

Kassasiya məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

38. İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

39. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh cavabdeh3 iddiaçıya məxsus əmlakı aldığı zaman həmin əmlakın mülkiyətçisinin cavabdeh2 olmadığını bilirdi və bunu bilərəkdə həmin əmlaka dair alqı-satqı müqaviləsi imzalamışdır. Bundan başqa yenə iş materiallarına nəzər salsaq müəyyən edilir ki, cavabdeh2la ilə iddiaçı arasında ##.##.2022-ci il tarixdə Bakı şəhər ** saylı notariat ofisində icarə müqaviləsi bağlanmışdır. İcarə müqaviləsi bağlandıqdan bir müddət sonra cavabdeh2 saxta sənədlər əsasında iddiaçının adından öz adına guya Rusiya Federasiyasının Tümen Vilayətində saxta etibarnamə hazırlatdırmaqla ##.##.2022-ci il tarixdə ** saylı Bakı Notariat ofisində alqı-satqı müqaviləsi bağlamaqla cavabdeh3 satmışdır. İş üzrə qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə işin halları sübuta yetirilmişdir. Hazırkı mübahisə iddiaçıya vurulmuş maddi və mənəvi zərərlə bağlı olmaqla zərərin bütün cavabdehlər tərəfindən vurlmasından ibarətdir. Belə ki, qeyri-yaşayış sahəsi cavabdeh3 tərəfindən əldə edilmiş olsa da Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2023-cü il tarixli qətnaməsi ilə həmin əqd etibarsız hesab edilmişdir. Qətnamədən məhz cavabdeh3 tərəfindən dəfələrlə şikayət verilməklə qətnamənin qanuni qüvvəsinin alınması gecikdirilmiş və əmlak könüllü olaraq deyil, icra məmurunun məcburi icra tədbirləri nəticəsində iddiaçıya təhvil verilmişdir. cavabdeh3 əmlakı iddiaçıya geri qaytarmamaqla qəsdən iddiaçının əmlaka sahiblik və əmlakdan fayda götürməsini məhdudlaşdırmışdır. Apellyasiya məhkəməsi qətnaməsində əmlakın qaytarılması hissəsində ##.##.2024-cü il tarixli apellyasiya məhkəməsinin qətnaməsinin qanuni qüvvəsini almasını qeyd etsədə, daha sonra yenə cavabdeh3 tərəfindən işin şikayətlərlə uzadılması və həmin əmlakın geri qaytarılmamasını məsələsinə aydınlıq gətirməmişdir. Bu hissədə həm 1-ci inistansiya həm də apellyasiya məhkəməsi düzgün yanaşmamış və iddianın tam təmin edilməməsində düzgün hüquqi nəticəyə gəlməmişdirlər. Notariusun qanunsuz hərəkətləri nəticəsində ayrı-ayrı şəxslərə, təşkilata və ya dövlətə maddi ziyan vurularsa, o, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada maddi məsuliyyət daşımalıdır. Vurulmuş ziyanın məbləği tərəflərin razılığı ilə və ya məhkəmə qaydasında müəyyən edilir. İş materialları ilə müəyəyn edilir ki, müvafiq alqı-satqı müqaviləsi notarius tərəfindən təsdiq edilərkən notariat haqqında qanunun tələbləri pozulmuş və nəticədə əqd etibarsız hesab edilmişdir. Belə ki, notariat qaydada rəsmiləşdirilmiş və icarə müqaviləsi olan qeyri-yaşayış sahəsinə dair bağlanmış alqı-satqı müqaviləsi əsasında iddiaçı öz əmlakını itirməklə yanaşı həmin əmlakdan gəlir götürmək hüququndan da məhrum olmşdur. Birinci inistansiya məhkəməsi tərəfindən iddia tələbi üzrə cavabdeh notariat ofisi və notarius Hünər Hacıyevə münasibətdə nəticəyə gələrkən maddi hüquq normalarını düzgün tətbiq etməmiş, həmin hissədə düzgün qətnamə qəbul etməmişdir. Bundan başqa ididaçı həm hazırkı iddianın verilməsi həm də bundan öncəki məhkəmə mübahisələrində hüquqi yardım göstərilməsi üçün vəkil ilə müqavilə bağlamış və bununla bağlı müvafiq məbləğlər rəsmi hesab şəklində Vəkil Bürosunun bank hesabına ödənilmişdir. Göründüyü kimi cavabdehlərin səhvi nəticəsində iddiaçı əmlak hüquqlarından məhrum olmaqla yanaşı əlavə olaraq da maddi zərərə düşmüşdür. Eyni zamanda işin məhkəmədə baxılması üçün müəyyən edilmiş dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir. İddiaçıya maddi zərərin dəyməsi təqdim olunmuş sübutlarla təsdiq edilir. Məhkəmə tərəfindən məhkəmə araşdırması zamanı tərəflər arasında yaranmış problem və mübahisənin nəticəsinə bir başa təsir edəcək bütün faktiki hallar araşdırılmamış cavabdehlərdən yalnız cavabdeh2 maddi zərərin əvəzi tutularkən düzgün hüquqi nəticəyə gəlinməmişdir. Zərərin vurulması hissəsində notariat ofisi bilavasitə təqsirli olmuş və notariusun səhvi nəticəsinə iddiaçıya kifayət qədər maddi zərər vurulmuşdur. Digər cavabdeh cavabdeh3 tərəfindən qanuni və ədalətli olan məhkəmə aktı əsassız olaraq mübahisələndirilmiş, əmlakın iddiaçıya məxsus olmasını bildiyi halda əmlakı qərəzli olaraq özündə saxlamış və məhkəmə aktı qanuni qüvvəsini aldıqdan sonra da əmlakı könülü şəkildə geri qaytarmamaqla iddiaçıya maddi zərər vurmaqda davam edilmişdir. Hüquqi yardımın göstərilməsi ilə bağlı bütün müqavilə və qəbzlər birinci inistansiya məhkəməsində iddia ərizəsi təqdim edilərkən elektron şəkildə təqdim edilmişdir. Mənəvi zərərlə bağlı isə qeyd etmək zərurəti vardır ki, təqdim edilmiş sənədlərdən aşkar şəkildə görünür ki, iddiaçı əsassız yerə əmlakından mərhum edilmiş, rahatlığı əlindən alınmış, kifayət qədər maliyyə itkisi ilə rastlaşmaqla uzun müddət mənəvi iztirab çəkmiş, təqsiri olmadan çətin dönəmdən keçmişdir. İstər birinci inistansiya məhkəməsi istərsə də işə baxan apelyyasiya məhkəməsi öz qətnaməsində mənəvi zərərlə bağlı hissəyə düzgün hüquqi qiymət verməmişdir.

Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

40. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

41. Maddə 21.1 zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

42. Maddə 21.2 zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür;

43. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;

44. Maddə 675. Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür;

45. Maddə 684.1. Əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissəhissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrıayrı zaman hissələrinin sonunda ödənilir;

46. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur;

47. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir);

48. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

49. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

50. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 51.Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 52.Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 53.Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 54.Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 55.Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

Kassasiya baxışının hədləri

56. Qanunun tələbinə görə, kassasiya məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

57. İddiaçının kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən, apellyasiya məhkəməsinin aktı bütövlükdə yoxlanıldı.

Kassasiya məhkəməsinin hüquqi mövqeyi

58. Kassasiya məhkəməsi, apellyasiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmiş və işdə, iddiaçının kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

59. İddiaçı kassasiya şikayətində apellyasiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

60. Belə ki, apellyasiya məhkəməsi müəyyən etmişdir ki, birinci instansiya məhkəməsi əldən çıxmış fayda- zərəri 24.000 manat müəyyən etməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, əmlaka dair ## ###### 2022-ci il tarixdə icarə müqaviləsi bağlanmış, lakin müqavilə bağlandıqdan və əmlak cavabdeh2 tərəfindən təhvil alındıqdan qısa bir müddət sonra əmlak saxta etibarnamə ilə özgəninkiləşdirilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2023-cü il tarixli qətnaməsi ilə mübahisəli əmlakın iddiaçıya qaytarılması qət edilmiş, bu qətnamədən verilmiş şikayət üzrə Ali Məhkəmənin ## #### 2024-cü il tarixli qərarı ilə əmlakın qaytarılması hissədə apellyasiya məhkəməsinin qətnaməsi qanuni qüvvəsini almışdır.

61. Lakin, mübahisə tam yekunlaşmadığından, qətnamə bir hissədə ləğv edilib, yenidən apellyasiya baxışına göndəriliyindən iş üzrə sonralar Bakı Apellyasiya Məhkəməsinin ## ###### 2024-cü il tarixli qətnaməsi və Ali Məhkəmənin ## ##### 2025-ci il tarixli qərarları qəbul olunmuşdur. İddiaçının bildirdiyinə görə mübahisə tam yekunlaşdıqdan sonra, cari ilin iyul ayında əmlak akt əsasında iddiaçıya qaytarılmışdır. Lakin bu akt iş materiallarına əlavə edilməmişdir.

62. Göründüyü kimi, iddiaçının əmlakından məhrum olduğu başlanğıc tarix bəlli olsa da, məhrumetmənin sonu - əmlakın iddiaçıya faktiki qaytarıldığı tarix hazırkı işin halları baxımından müəyyən olunmur. Həmçinin iddiaçı əmlaka dair tərəflərin razılaşdıqları icarə haqqı məbləğinin 1200 manat olduğunu qeyd etsə də, bu hal öz təsdiqini tapmamışdır.

63. Ona görə də əmlakın mülki dövriyyədəki real icarə məbləği olaraq müqavilədə göstərilmiş 1.000 manat qəbul edilməlidir. Belə olan halda birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının özünün göstərdiyi 24 aylıq müddət rəhbər götürülməli, icarə müqaviləsində göstərilmiş qiymətə uyğun, aylıq 1.000 manat olmaqla, cəmi 24.000 manat əldən çıxmış fayda- zərər hesablanmalıdır.

64. İddiaçı, kassasiya şikayəti eyni məzmunlu olan apellyasiya şikayətində zərərin bütün cavabdehlər tərəfindən vurulmasını qeyd etsə də, cavabdehlərdən cavabdeh3 və ** saylı Notariat ofisinin iddiaçıya qarşı təqsirli hərəkətləri sübut olunmamışdır. Belə olan halda məhkəmə onlara münasibətdə iddianı rədd etməklə, zərər məbləğinin yalnız cavabdeh2 tutulması qənaətinə gəlməkdə haqlı olmuşdur.

65. Apellyasiya məhkəməsi apellyasiya şikayətinin hüquqi yardıma görə ödənilmiş məbləğlər hissəsinə münasibətdə qeyd etmişdir ki, əvvəlki məhkəmə mübahisələri üzrə ödənilmiş vəkil haqqları isə hazırkı mübahisə çərçivəsində zərər qismində cavabdehlərdən tutula bilməz. Hazırkı iddia üzrə isə vəkilin xidmət haqqının ödənilməsinə dair qəbz mülki iş materiallarına əlavə edilməmişdir.

66. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddia tələbi mənəvi ziyanın vurulması hissəsində əsaslı deyil və iddiaçının mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunması sübuta yetirilmir və apellyasiya şikayətində göstərilənlər işin halları ilə təkzib olunduğundan, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.

67. Göstərilənlərə əsasən, kassasiya məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

68. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi

Q ə r a r a aldı: İddiaçı İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## #### 2026-cı il tarixli, *(*-*)- ***/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar