Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1576/2026 08.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı İddiaçı cavabdehlər X2, cavabdeh5, cavabdeh3, cavabdeh6, cavabdeh1 və cavabdeh4 qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARI (Açar sözlər: paylı mülkiyyətdəki əşyadan payın naturada ayrılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdehlər X2, cavabdeh5, cavabdeh3, cavabdeh6, cavabdeh1 və cavabdeh4 qarşı “miras əmlakın naturada bölünməsi və sair” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(*-*)-**/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsindən cavabdeh cavabdeh5 (vəkil X14) tərəfindən verilmiş kassasiya şikayətinə # #### 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Badamdar qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi X1 adına xüsusi mülkiyyət kimi hüquqi ##.##.2005-ci il tarixdə qeydiyyatdan keçirilmişdir.
2. Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı, ****** nömrəli qeydiyyat vəsiqəsinə əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsi, ** saylı evin 55,4 kv.m. yaşayış sahəsindən ibarət 4 otaqlı * saylı mənzili X1 adına xüsusi mülkiyyət kimi hüquqi ##.##.2006-cı il tarixdə qeydiyyatdan keçirilmişdir.
3. “Mercedes Benz 180” minik markalı **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobil ##.##.2007-ci il tarixdə X1 adına qeydiyyatdan keçmişdir.
4. X1 üç dəfə rəsmi nikahda olmuşdur. Belə ki, X7 Həsənova ilə olan nikahdan iddiaçı İddiaçı; Əfruzə Quliyeva ilə olan nikahından cavabdeh X2; Təhminə Həsənova ilə olan nikahından isə beş övladı – cavabdehlər cavabdeh5, cavabdeh3, cavabdeh6, cavabdeh1 və cavabdeh4 doğulmuşlar.
5. X1 X8 ilə nikahı ##.##.1973-cü il tarixdə bağlanmış və ##.##.2012-ci il tarixdə məhkəmə qaydasında pozulmuşdur.
6. X1 ##.##.2015-ci il tarixdə ölmüşdür.
7. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2015-ci il tarixli qətnaməsinə əsasən iddiaçı X8 cavabdehlər cavabdeh4, cavabdeh1, cavabdeh3, X3 və X11 qarşı “birgə nikah dövründə əldə edilmiş əmlaklarda payın müəyyən edilməsinə və mülkiyyət hüququnun tanınması”na dair iddiası təmin edilməmişdir.
8. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2015-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)- ****/**** nömrəli, ##.##.2015-ci il tarixli qətnaməsindən iddiaçı X9 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, həmin qətnamə ləğv edilmiş, iddia tələbi qismən təmin edilərək, iddiaçı X9 Badamdar qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsi və “Mercedes Benz 180” minik markalı **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobilə dair 1/2 payda mülkiyyət hüququnun tanınması qət edilmişdir.
9. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsi, ev 19 ünvanında yerləşən ümumi sahəsi 80,45 kv.m. olan * saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə X8 adına ##.##.2016-cı il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
10. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2017-ci il tarixli qətnaməsinə əsasən iddiaçılar X4 və İddiaçı cavabdehlər * saylı Bakı “ASAN xidmət” mərkəzində xüsusi notariat kontoruna, X11, cavabdeh3, cavabdeh6, cavabdeh1, cavabdeh4 və X8 qarşı “qanun üzrə vərəsəlik haqqında şəhadətnamələrin, bunun əsasında verilmiş çıxarışların, eləcə də, nəqliyyat vasitəsinə dair nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin etibarsız hesab edilməsi və həmin əmlaklara dair qeydiyyatların ləğv edilməsi” tələbinə dair iddiası təmin edilmiş, Bakı şəhəri * saylı Bakı “ASAN xidmət” mərkəzinin Notariat kontorunun xüsusi notariusu X6 tərəfindən verilmiş ##.##.2016-cı il tarixli 2V/375, 2V/376 və 2V/*** reyestr nömrəli vərəsəlik hüququ haqqında şəhadətnamələr, həmin şəhadətnamələr əsasında bağlanmış ##.##.2016-cı il tarixli, 3M-324, 3M-325 və 3M-*** reyestr nömrəli miras payın bağışlanması barədə müqavilələr, həmin müqavilələr əsasında X8 adına verilmiş Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsi, ** saylı evin * saylı mənzilinə və Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar və “Mercedes Benz-180” minik markalı **-UN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin etibarsız hesab edilməsi və həmin əmlaklara dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin Bakı şəhər Ərazi İdarəsində və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİdə aparılmış rəsmi qeydiyyatların ləğv edilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır.
11. ##.##.2018-ci il tarixli, *V-** saylı Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Bakı şəhəri ** saylı notariat kontorunun xüsusi notariusu Səmədov Səristan Məcid oğlu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq etmişdir ki, ##.##.2015-ci il tarixdə ölmüş X1 vərəsəsi Bakı şəhəri, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsi, ev 9, mənzil 81 ünvanında qeydiyyatda olan İddiaçıdır və o, miras əmlakdan 1/7 hissədə pay almalıdır. Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən ##.##.2006-cı il tarixdə X1 verilmiş 30/214621 qeydəalma nömrəsi ilə **** nömrəli kitabın 214621-ci səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsi, ev 19, mənzil 9 ünvanında yerləşən 55,4 kv.m. yaşayış sahəsindən ibarət olan mənzildən ibarətdir.
12. ##.##.2018-ci il tarixli, *V-** saylı Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Bakı şəhəri ** saylı notariat kontorunun xüsusi notariusu Səmədov Səristan Məcid oğlu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq etmişdir ki, ##.##.2015-ci il tarixdə ölmüş X1 vərəsəsi Bakı şəhəri, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsi, ev 9, mənzil 81 ünvanında qeydiyyatda olan İddiaçıdır və o, miras əmlakdan 1/7 hissədə pay almalıdır. Şəhadətnamə üzrə verilən miras əmlak Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən verilmiş 10/.04.2007-ci il tarixli AB****** nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi WDB2020181F530891, mühərrikin nömrəsi 11192110019230 və buraxılış ili 1**6 olan “Mercedes Benz C180” minik markalı 10-UN463 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir.
13. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsi, ev 19 ünvanında yerləşən ümumi sahəsi 80,45 kv.m. olan * saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə 1/7 hissədə İddiaçı adına ##.##.2022-ci il tarixdə, 1/7 hissədə cavabdeh1 adına ##.##.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X1 aid 5/7 hissə açıq qalmışdır.
14. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2023-cü il tarixli qətnaməsinə əsasən iddiaçı X8 cavabdehlər Bakı şəhəri ** saylı notariat ofisinə, İddiaçı, X4 və cavabdeh1 qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsinə və sair” tələbinə dair iddiası təmin edilmiş, İddiaçı verilmiş Bakı şəhəri ** saylı notariat ofisi tərəfindən verilmiş ##.##.2018-ci il tarixli 2V-** reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, İddiaçı verilmiş Bakı şəhəri ** saylı notariat ofisi tərəfindən verilmiş ##.##.2018-ci il tarixli 2V-** reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, cavabdeh2 verilmiş Bakı şəhəri ** saylı notariat ofisi tərəfindən verilmiş ##.##.2019-cu il tarixli 2V-** reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, cavabdeh1 verilmiş Bakı şəhəri ** saylı notariat ofisi tərəfindən verilmiş ##.##.2021-ci il tarixli 2V-*** reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi 0,06 ha torpaq sahəsinə dair cavabdeh1 və İddiaçı Oktay qızının adına mülkiyyət hüquqlarının qeydə alınmasına dair Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışların ləğv edilməsi qət olunmuşdur.
15. Həmin iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və müvafiq rəy alınmışdır. Belə ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş */**** saylı, ##.##.2023-cü il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən 0,06 ha torpaq sahəsinə baxış keçirilməsi mümkün olmadığından qərardadın bu sualı üzrə tədqiqat aparılmamışdır. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsi, ev 19 ünvanında yerləşən * saylı mənzilin iddiaçı İddiaçı payına düşən 1/7 hissənin (ayrılması) bölünməsi, İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.1, 2.2, 2.4, 2.7, 2.9. bəndlərinin və metodik tövsiyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyildir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
16. İddiaçı İddiaçı (bundan sonra iddiaçı) cavabdehlər X2, cavabdeh5, cavabdeh3, cavabdeh6, cavabdeh1 və cavabdeh4 (bundan sonra cavabdehlər, yaxud ad, soyadı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsində yerləşən ümumi sahəsi 55,4 kv.m. olan ** saylı evin * saylı mənzilinin vərəsələrin yəni, onun və cavabdehlərin arasında şəhadətnaməyə uyğun olaraq hər birinə 1/7 hissə olmaqla naturada bölünməsi, naturada bölünmə mümkün olmadıqda həmin mənzilin açıq hərracda satılaraq əldə olunan vəsaitin onun payına düşən 1/7 hissəsinin ona verilməsi və “Mercedes Benz-180” minik markalı avtomobilin açıq hərracda satılaraq əldə olunan məbləğin onun payına düşən 1/7 hissəsinin ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
17. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsində yerləşən ** saylı evin * saylı mənzilində yerləşən ümumi sahəsi 55,4 kv.m. olan yaşayış evi və “Mercedes Benz-180” minik markalı avtomobili mərhum atası X1 onlara miras qalmışdır və həmin əmlaklara dair onlara vərəsəlik şəhadətnaməsi verilərək hər birinin payı 1/7 hissədə müəyyənləşdirilmişdir. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsində yerləşən ** saylı evin * saylı mənzilinə dair Daşınmaz Əmlakın Dövlət Reyestrindən 1/7 hissəsinə ilkin olaraq ##.##.2021-ci il tarixdə cavabdeh1, sonra isə ##.##.2022-ci il tarixdə 1/7 hissəyə ona çıxarış verilmişdir. # #### 2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə “Mercedes Benz-180” minik markalı avtomobilinin də ümumi dəyərinin 1/7 hissəsi ona mirasdan pay kimi müəyyən olunmuşdur. Həmin əmlaklar üzərində mülkiyyət hüququnun olmasına baxmayaraq, cavabdehlər onu əmlakdan sərbəst istifadə etməyə qoymurlar. O, bu səbəbdən də, Bakı şəhəri, Biləcəri rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsi ** saylı evin * saylı mənzilində yerləşən ümumi sahəsi 55,4 kv.m. olan yaşayış evinin və “Mercedes Benz-180” minik markalı avtomobilin açıq hərracda satılmasını və onun payına düşən 1/7 hissə olmaqla pul vəsaitinin ona verilməsini cavabdehlərə təklif etmişdir. Qeyd olunan əmlak üzərində olan mülkiyyət hüququ əsasında ona aid hissədə payının naturada bölünməsi və əgər bölünməsi mümkün olmadıqda həmin əmlakın qiymətləndirilərək açıq hərracdan satılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlər cavabdeh5 və cavabdeh3 hər biri ayrıayrılıqda
18. onlara qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişlər. Bundan əlavə, cavabdehlər cavabdeh5 və cavabdeh3 maddi imkanlarının olmadığını əsas gətirərək, iddiaçıya kompensasiya verilməsinə etiraz etməklə yanaşı, iddiaçının gəlib onlarla birlikdə həmin evdə yaşamasına etiraz etmədiklərini bildirmişlər.
19. Məhkəmə iclasında iştirak edən cavabdeh cavabdeh1 ona qarşı irəli sürülmüş iddia tələbinə münasibətdə mənzilin açıq hərracdan satılmasına etiraz etmədiyini və iddia tələbinin həmin hissədə təmin edilməsini məhkəmədən xahiş etmişdir.
20. Məhkəmə tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və müvafiq ekspert rəyi əldə edilmişdir. Belə ki, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin **/**** saylı ## ##### 2025-ci il tarixli ekspert rəyində qeyd edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsində yerləşən ** saylı evin * saylı mənzilinin yerləşmə vəziyyətini, yəni 8 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşdiyini, yalnız bir giriş-çıxış qapısı olduğunu, mənzilin tərkibində yalnız bir mətbəx, bir hamam, bir tualet olduğunu nəzərə alaraq, həmin mənzilin tərəflərin paylarına uyğun olaraq naturada bölünməsinin nəzərə alaraq, həmin mənzilin tərəflərin paylarına uyğun olaraq naturada bölünməsinin “AzDTN 2.7-2 “Yaşayış Binaları Layihələndirmə Normaları”nın 5.2, 5.5, 5.6, 5.7 və 5.8 bəndlərində göstərilənlərə və “Yaşayış evlərinin real bölgüsünün mümkünlüyünün təyini və bölgü variantlarının işlənib hazırlanması” metodikasının tələblərinə əsasən texniki cəhətdən mümkün olmadığı müəyyən olunmuşdur.
21. “xxxx” MMC tərəfindən verilmiş QCM/N **-***/** saylı, ##.##.2024-cü il tarixli hesabata əsasən, “Mercedes Benz C-180” minik markalı **-UN-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin ## ###### 2024-cü il tarixinə bazar dəyəri 6.600 manat təşkil edir.
22. “xxxx” MMC tərəfindən verilmiş CVN/S *****/** saylı, ##.##.2025-ci il tarixli hesabatdan görünür ki, mütəxəssis qarşısında qoyulmuş suallara uyğun olaraq, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsi, ev 19, mənzil 9 ünvanına baxış keçirilmiş, ərazi üzrə monitorinq aparılmışdır. Aparılmış hesablamalara və təhlillərə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsi, ev 19, mənzil 19 ünvanında yerləşən, ümumi sahəsi 80,45 kv.m. təşkil edən 4 (dörd) otaqlı mənzilin ## ######## 2025-ci il tarixinə bazar dəyəri 133.000 manat təşkil edir.
23. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) *(***)-***/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakim Pərviz Məmmədov) iddianın təmin edilməsi, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsində yerləşən ** saylı evin * saylı mənzilin ilkin satış qiyməti 133.000 manat və “Mercedes Benz C-180” minik markalı **-UN-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin ilkin satış qiyməti 6.600 manat müəyyən edilməklə açıq hərracda satılması, həmin əmlakların satışından əldə edilmiş pul məbləğinin ümumi mülkiyyətin mülkiyyətçilərinə onların paylarına mütənasib surətdə, o cümlədən 1/7 hissədə İddiaçı ödənilməsi qət edilmişdir.
24. Birinci instansiya məhkəməsi mövqeyini əsaslandıraraq qeyd etmişdir ki, ilk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanları olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil.
25. Payın naturada ayrılması mümkün olmadıqda ikinci mərhələ üzrə məhkəmə araşdırmasının aparılması iddiaçının iradəsindən asılı olmaqla, yalnız o, digər mülkiyyətçilərdən payının dəyəri kimi ona kompensasiyanın ödənilməsini tələb etdiyi halda mümkündür. İddiaçı payının dəyəri kimi kompensasiya ödənilməsini tələb etmədiyi halda isə məhkəmə araşdırması yekunlaşdırılmaqla ümumi mülkiyyətdən payın naturada ayrılması barədə iddiası rədd olunmalı və ona gələcəkdə ikinci mərhələdən başlanmaqla müvafiq ardıcıllıq üzrə iddia qaldırmaq hüququ izah edilməlidir.
26. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının naturada bölünməsini tələb etdiyi Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsində yerləşən ** saylı evin * saylı mənzili və “Mercedes Benz C-180” minik markalı **-UN- *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi paylı mülkiyyətdə olan əmlaklardır və müvafiq ekspert rəyi ilə təsdiq edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsində yerləşən ** saylı evin * saylı mənzilin yerləşmə vəziyyətini, yəni 8 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşdiyini, yalnız bir giriş-çıxış qapısı olduğunu, mənzilin tərkibində yalnız bir mətbəx, bir hamam, bir tualet olduğunu nəzərə alaraq, həmin mənzilin tərəflərin paylarına uyğun olaraq naturada bölünməsinin “AzDTN 2.7-2 “Yaşayış Binaları Layihələndirmə Normaları”nın 5.2, 5.5, 5.6, 5.7 və 5.8 bəndlərində göstərilənlərə və “Yaşayış evlərinin real bölgüsünün mümkünlüyünün təyini və bölgü variantlarının işlənib hazırlanması” metodikasının tələblərinə əsasən texniki cəhətdən mümkün deyildir. Eyni zamanda, tərəflər ümumi paylı əmlaklar üzərində sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirə bilmirlər və tərəflər arasında iddia tələbində göstərilən əmlakların məhkəmədənkənar satılması barədə razılıq əldə olunmamışdır.
27. Buna görə də məhkəmə hesab etmişdir ki, iddia tələbi təmin edilməli, sözügedən mübahisənin həllinin çıxış yolu kimi yalnız sözügedən fərdi yaşayış evinin – daşınmaz əmlakın və avtomobilin açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi qət edilməlidir.
28. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 213.1-213-3, 214.1-214.4, 215.1, 215.2, 215.3.1, 215.3.2, 215.4-215.6, 220.1-220.6-cı; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” ##.##.2014-cü il tarixli qərarı, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları # ###### 2024-cü il tarixli 02/2024 №li qərardadı və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 218.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
29. Cavabdeh cavabdeh5 nümayəndəsi və vəkili X14 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
30. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnaməsi qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edilmişdir. Belə ki onlar məhkəmə iclasında iddiaçı İddiaçı mübahisə predmeti olan mənzildə yaşamasına razılıq verdiklərini və bununla əlaqədar ona heç bir maneə etməyəcəklərini bildirmişdir. Lakin məhkəmə tərəfindən işin bu halı nəzərə alınmamışdır. Məhkəmə bu ümumi əmlakda payı olan 6 nəfər şəxsin mülkiyyətçi kimi mənafeyini nəzərə almamış və yalnız 1/7 hissədə cüzi paya malik olan iddiaçının mənafeyini daha üstün tutmuşdur. İşin hallarından görünür ki, iddiaçının əsas tələbi bir mülkiyyətçi kimi onun hüquqlarının qorunmasından deyil, qərəzli şəkildə həmin bu evi satmasından ibarətdir. Həmçinin məhkəmə tərəfindən mübahisə predmeti olan avtomobilə dair də düzgün qərar qəbul edilməmişdir. Belə ki, həmin avtomobildə Bakı Apellyasiya Məhkəməsinin ##.##.2015-ci il tarixli qətnaməsi ilə anası X9 1/2 hissədə payı müəyyən edilmişdir. Yəni bu avtomobilin faktiki olaraq yarısı anasına məxsusdur. Məhkəmə tərəfindən işin bu halı da düzgün qiymətləndirilməmişdir. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Mülki işin sənədlərindən görünür ki, onlar iddiaçının bu mənzildən istifadəsi ilə əlaqədar hər hansı maneə yaratmamış və hal hazırda da yaratmırlar. Lakin iddiaçı bunu bildiyi halda hal hazırkı iddia ərizəsi ilə qərəzli şəkildə məhkəməyə müraciət edərək bu mənzilin cavabdehlərin mülkiyyətindən çıxarılmasına nail olmaq istəyir. Təbii ki, qanunvericiliyə görə mülkiyyətçinin ümumi paylı mülkiyyətdəki hüquqları kobud şəkildə pozularsa onda məhkəmə onun hüquqlarının müdafiəsi ilə əlaqədar müvafiq qərarlar qəbul edə bilər, lakin iddiaçı məhkəmə gedişində onun hüquqlarının pozulması ilə əlaqədar hər hansı bir sübutu məhkəməyə təqdim edə bilmədi.
31. Məhkəmə kollegiyasının iclasında cavabdeh cavabdeh5 apellyasiya şikayətini müdafiə edərək izahatında və ona verilən suala cavab olaraq qeyd etmişdir ki, onların ataları sağ olanda iddiaçı İddiaçı ev verilib. Onun yaşamağa yeri var, amma onun anasının yaşamağa evi yoxdur. Ev satılsa belə anasının həmin evdə yaşamaq hüququ var. 1/7 pay üçün iddiaçıya pul verməyə imkanları yoxdur.
32. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) *(*-*)-**/**** nömrəli,## ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakimlər Günay Axundova (sədrlik edən və məruzəçi), Məhəmməd Rüstəmli və Fərrux Qasımov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən - Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsində yerləşən ** saylı evin * saylı mənzilə aid hissədə dəyişdirilmədən saxlanılmışdır.
33. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, ##.##.2018-ci il tarixli *V-** saylı Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Bakı şəhəri ** saylı notariat kontorunun xüsusi notariusu Səmədov Səristan Məcid oğlu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinə əsasən təsdiq etmişdir ki, ##.##.2015-ci il tarixdə ölmüş X1 vərəsəsi Bakı şəhəri, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsi, ev 9, mənzil 81 ünvanında qeydiyyatda olan İddiaçıdır və o, miras əmlakdan 1/7 hissədə pay almalıdır. Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən ##.##.2006-cı il tarixdə X1 verilmiş 30/214621 qeydəalma nömrəsi ilə **** nömrəli kitabın 214621-ci səhifəsində qeyd edilmiş qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsi, ev 19, mənzil 9 ünvanında yerləşən 55,4 kv.m. yaşayış sahəsindən ibarət olan mənzildən ibarətdir. Mübahisə predmeti olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid İsmayılov küçəsi, ev 19 ünvanında yerləşən ümumi sahəsi 80,45 kv.m. olan * saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə 1/7 hissədə İddiaçı adına ##.##.2022-ci il tarixdə, 1/7 hissədə cavabdeh1 adına ##.##.2021-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, X1 aid 5/7 hissə açıq qalmışdır.
34. Cavabdehin apellyasiya şikayətinin dəlillərindən biri odur ki, cavabdehlər tərəfindən iddiaçının həmin mənzildən sərbəst istifadəsinə maneə olunmur. Məhkəmə kollegiyası iddiaçının mənzildən istifadəsinə maneənin mövcud olmaması barədə cavabdehin şikayətinin dəlilini həmin iş materiallarına əsasən həmin əmlakla bağlı çoxsaylı məhkəmə mübahisəsinin mövcudluğunu nəzərə alaraq əsassız hesab etmişdir. O cümlədən paylı mülkiyyətçinin payının ayrılmasını tələb etmək onun hüququdur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının # ###### 2024-cü il tarixli, **/**** nömrəli birgə Qərardadında qeyd olunur ki, iddia tələbinin hansı formada ifadə olunmasından asılı olmayaraq, qaldırılan iddianın predmeti ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya payın ayrılmasından ibarət olduğundan, məhkəmə hər bir halda həmin tələbin qanuni əsasını təşkil edən maddənin dispozisiya şərtlərinə uyğun olaraq mübahisənin qanunla müəyyən edilmiş ardıcıllıq gözlənilməklə hər bir mərhələ üzrə həll edilməsinin mümkünlüyünü aydınlaşdırmalıdır. Bu, məhkəmənin qanundan irəli gələn xidməti vəzifəsi olmaqla, tələbdən kənara çıxma kimi qiymətləndirilə bilməz.
35. İddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 220-ci maddəsi təşkil edir. Qanuna əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Bu Məcəllənin 220.3 - 220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.
36. İş materiallarında olan Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin **/**** saylı ## ##### 2025-ci il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsində yerləşən ** saylı evin * saylı mənzilinin yerləşmə vəziyyətini, yəni 8 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşdiyini, yalnız bir giriş-çıxış qapısı olduğunu, mənzilin tərkibində yalnız bir mətbəx, bir hamam, bir tualet olduğunu nəzərə alaraq, həmin mənzilin tərəflərin paylarına uyğun olaraq naturada bölünməsinin “AzDTN 2.7-2 “Yaşayış Binaları Layihələndirmə Normaları”nın 5.2, 5.5, 5.6, 5.7 və 5.8 bəndlərində göstərilənlərə və “Yaşayış evlərinin real bölgüsünün mümkünlüyünün təyini və bölgü variantlarının işlənib hazırlanması” metodikasının tələblərinə əsasən texniki cəhətdən mümkün olmadığı müəyyən olunmuşdur. Buna görə də məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının payının naturada ayrılması mümkün olmadığından, iddiaçının payına uyğun kompensasiya verilməsi barədə razılıq olmadığından, ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməli olması barədə birinci instansiya məhkəməsinin mövqeyi mənzilə münasibətdə qanuni və əsaslıdır.
37. Apellyasiya şikayətinin digər dəlili odur ki, “Mercedes Benz-180” minik markalı avtomobil üzərində Bakı Apellyasiya Məhkəməsinin ##.##.2015-ci il tarixli qətnaməsi ilə cavabdehin anası X9 1/2 hissədə payı müəyyən edilmiş, bu hal məhkəmə tərəfindən nəzərə alınmamışdır. Məhkəmə kollegiyası dəlilə münasibətdə qeyd etmişdir ki, “Mercedes Benz C- 180” minik markalı avtomobil üzərində cavabdehin anası X9 1/2 hissədə payının nəzərə alınmaması ilə bağlı hallar X9 tərəfindən mübahisələndirilə bilər. İşdən də görünür ki, X9 mülki iş üzrə nə cavabdeh, nə də üçüncü şəxsdir. “Mercedes Benz C-180” minik markalı avtomobil üzərində X9 1/2 hissədə payının müəyyən edilməsi ilə bağlı halların nəzərə alınmamasına məhkəmə kollegiyası digər paylı mülkiyyətçi olan cavabdeh5 apellyasiya şikayəti üzrə baxıb hüquqi qiymət verməsi mümkün deyil. X5 onun hüququnun pozulduğunu hesab edirsə “Mercedes Benz C-180” minik markalı avtomobilə aid hissədə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsindən məhkəmə aktları ilə marağına toxunan şəxs qismində apellyasiya şikayəti verə bilər.
38. Apellyasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi Mülki Məcəllənin 135.4, 213.1, 213.2, 220.1, 220.2, 220.3, 220.4, 220.5, 220.6-cı və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 384.0.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
39. Qətnamədən cavabdeh cavabdeh5 (vəkil X14) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
40. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarından görünür ki, mübahisə predmeti olan mənzil ümumi paylı mülkiyyət obyektidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215-ci maddəsinə əsasən, ümumi paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə bütün mülkiyyətçilərin razılığı əsasında, razılıq əldə edilmədikdə isə məhkəmə tərəfindən müəyyən edilən qaydada həyata keçirilir.
41. İş materialları ilə təsdiq olunur ki, iddiaçının mənzildən istifadəsinə cavabdehlər tərəfindən hər hansı maneə yaradılmamış, iddiaçı isə hüquqlarının pozulduğunu təsdiq edən mötəbər və kifayət qədər sübut məhkəməyə təqdim etməmişdir. Buna baxmayaraq, məhkəmələr iddia tələblərini təmin etmiş, işin faktiki hallarını tam və obyektiv araşdırmamış, nəticədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215-ci maddəsinin tələblərini düzgün tətbiq etməmişlər.
42. Bundan başqa, naturada bölünməsi tələb olunan avtomobil üzrə iddiaçının payı iş materiallarına uyğun müəyyən edilməmiş, sübutlar tam və obyektiv qiymətləndirilməmişdir. Bununla da Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsində nəzərdə tutulmuş çəkişmə və sübutetmə prinsipləri pozulmuşdur.
43. İş materiallarından görünür ki, X9 naturada bölünməsi tələb olunan avtomobilin paylı mülkiyyətçisidir. Mübahisə üzrə qəbul edilən məhkəmə aktı onun hüquq və qanuni mənafelərinə birbaşa təsir göstərdiyi halda, birinci instansiya məhkəməsi tərəfindən işə üçüncü şəxs qismində cəlb edilməmiş, apellyasiya instansiyası məhkəməsi isə həmin prosessual pozuntunu aradan qaldırmamışdır. Bununla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 57-ci maddəsinin tələbləri pozulmuş, üçüncü şəxsin işdə iştirak etmək, izahat vermək, sübut təqdim etmək və digər prosessual hüquqlarını həyata keçirmək imkanları məhdudlaşdırılmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası.
44. Maddə 13 (hissə İ). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
45. Maddə 29 (hissə IV). Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
46. Maddə 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir.
47. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
48. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.
49. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.
50. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.
51. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.
52. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.
53. Maddə 220.4. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər.
54. Maddə 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir.
55. Maddə 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.
56. Maddə 221. Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər.
57. Maddə 223.2. Birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2014-cü il # ##### tarixli Qərarı. “... əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-
58. maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı 220.4-cü mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanları olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər...” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” # ###### 2024-cü il tarixli **/**** saylı Qərardadı.
59. “...Paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi və ya mülkiyyətçinin əşyadakı payının ayrılması – bu məsələləri nizamlayan Mülki Məcəllənin 220 və 221-ci maddələrinin məzmunundan belə nəticəyə gəlmək olar ki, bölünmə və ayrılma anlayışları eynilik təşkil etməməklə, fərqli hüquqi mexanizmləri nəzərdə tutur. Paylı mülkiyyətdə olan əşyadan mülkiyyətçilərin birinin (və ya bir neçəsinin) payının ayrılması proseduru Mülki Məcəllənin 220.3-220.6-cı maddələri, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi ilə əşya üzərində iştirakçıların paylı mülkiyyət hüquqlarına xitam verilməsi proseduru isə 221-ci maddəsi ilə tənzimlənir. Hər iki prosedur ilk olaraq tərəflərin razılığı ilə, bu mümkün olmadıqda isə mübahisənin məhkəmədə həll olunmasını nəzərdə tutur (Mülki Məcəllə, 220.3-cü maddənin birinci cümləsi və 221-ci maddənin 2-ci cümləsi). Qeyd olunan hüquqi prosedurlar arasındakı fərq isə ondan ibarətdir ki, paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi maddənin başlığından da göründüyü kimi, bütün hallarda həmin şəxslərin əşya üzərində ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsi ilə nəticələnir. Bu baxımdan əşyanın bölünməsi halı üçün Mülki Məcəllənin 221-ci maddəsində onun fiziki bölgüsü və hərracdan satışından ibarət iki ardıcıl hüquqi mexanizm müəyyən edilmişdir. Həmin maddə bütün paylı mülkiyyətçilər əşyanın bölünməsi ilə bağlı həmfikir olsalar da, aralarında paylı mülkiyyət hüququna xitam verilməsinin növü və ya forması (fiziki bölgü, hərracdan satış və s.) ilə bağlı mübahisə olduğu və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qaldığı, yəni ümumiliyin davam etdirilməsinin mümkün olmadığı hallarda tətbiq edilməlidir. Məsələn, bütün payçıların əşyanın paylarına uyğun bölünməsini tələb etdikləri və ya iki payçıdan biri, üç payçıdan ikisi ayrılmaq istədiyi hallarda əşyanın bölünməsi mexanizmi işə düşür. Əşya üzərində mülkiyyət hüququndakı payın ayrılması isə bütün hallarda ümumi paylı mülkiyyət hüququna xitam verilməsi ilə nəticələnmir. Bu baxımdan əşyanın bölünməsi halından fərqli olaraq, payın ayrılması halı üçün Mülki Məcəllənin 220.2-220.6-cı maddələrində payın naturada ayrılması, bu mümkün olmadıqda kompensasiya ödənilməklə paya xitam verilməsi və əşyanın açıq hərracdan satışından ibarət üç ardıcıl hüquqi mexanizm müəyyən edilmişdir. Bu zaman həmin ardıcıllıq gözlənilməklə payın naturada ayrılması baş tutduqda yalnız ayrılan şəxs(lər) ümumilikdən çıxaraq fərdi mülkiyyətçiyə çevrilir, bu mümkün olmadıqda isə kompensasiya ödənilməklə yalnız həmin şəxs(lər)in əşya üzərində mülkiyyət hüququna xitam verilir. Ayrılmayan iki və ya daha artıq payçı isə ümumi paylı mülkiyyət vəziyyətində qalmaqda davam edirlər. Məsələn, üç payçıdan birinin və ya dörd payçıdan ikisinin ayrılmaq istədiyi halda payın ayrılmasına dair prosedur tətbiq edilir. Yalnız əşyanın açıq hərracdan payçı olmayan digər şəxslərə satılması halında əvvəlki həmmülkiyyətçilərin əşya üzərində ümumi paylı mülkiyyət hüquqlarına xitam verilmiş olur. Nəzərə alınmalıdır ki, paylı mülkiyyətçilər aralarındakı mübahisəli vəziyyətin həlli məqsədilə yuxarıda qeyd olunan hüquqi mexanizmlərdən (əşyaya sahiblik və ondan istifadə qaydasının müəyyən edilməsi, paylı mülkiyyətçinin öz payı üzərində sərəncam verməsi, paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi və mülkiyyətçinin əşyadakı payının ayrılması) hər hansı birini seçməkdə sərbəstdirlər. Qanunverici bu mexanizmlərdən mərhələli şəkildə istifadə edilməsi ilə bağlı hər hansı imperativ qayda müəyyən etməmişdir. Paylı mülkiyyətçilər öz seçimləri əsasında onlardan mərhələli şəkildə istifadə edə və ya hər hansı birini seçməklə digərlərini aradan qaldıra bilərlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
60. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
61. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
62. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
63. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
64. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
65. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
66. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
67. Maddə **6.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
68. Maddə **6,2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin **8.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
69. Maddə **7.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
70. Maddə **8.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
71. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
72. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh cavabdeh5 tərəfindən bütünlüklə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
73. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
74. Məhkəmə kollegiyası kassasiya şikayətinin, X9 naturada bölünməsi tələb olunan avtomobilin paylı mülkiyyətçisi olması, qəbul edilən məhkəmə aktının onun hüquq və qanuni mənafelərinə təsir göstərməsi, məhkəmələr tərəfindən onun işə üçüncü şəxs qismində cəlb edilməməsi barədə dəlilinə münasibət bildirərək hesab edir ki, həmin dəlil əsassızdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi cavabdeh cavabdeh5 eyni məzmunlu apellyasiya şikayətinin dəlilinə münasibət bildirərək qeyd etmişdir ki, “Mercedes Benz C-180” minik markalı avtomobil üzərində cavabdehin anası X9 1/2 hissədə payının nəzərə alınmaması ilə bağlı hallar X9 tərəfindən mübahisələndirilə bilər. İşdən də görünür ki, X9 mülki iş üzrə nə cavabdeh, nə də üçüncü şəxsdir. “Mercedes Benz C-180” minik markalı avtomobil üzərində X9 1/2 hissədə payının müəyyən edilməsi ilə bağlı halların nəzərə alınmamasına məhkəmə kollegiyası digər paylı mülkiyyətçi olan cavabdeh5 apellyasiya şikayəti üzrə baxıb hüquqi qiymət verməsi mümkün deyil. X5 onun hüququnun pozulduğunu hesab edirsə “Mercedes Benz C-180” minik markalı avtomobilə aid hissədə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsindən məhkəmə aktları ilə marağına toxunan şəxs qismində apellyasiya şikayəti verə bilər.
75. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi cavabdeh cavabdeh5 apellyasiya şikayətinə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsində yerləşən ** saylı evin * saylı mənzilə aid hissədə baxaraq, yalnız həmin hissədə birinci instansiya məhkəməsinin qətnaməsini həmin hissədə dəyişdirilmədən saxlamışdır.
76. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
77. Məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
78. Məhkəmə kollegiyası onu da qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə ## ##### 2004cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və **6-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
79. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
80. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
81. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin **6, **7 və **9-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh cavabdeh5 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(*-*)-**/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi cavabdeh cavabdeh5 münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.