Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(1-8)-1582/2026 26.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı Iddiaçı cavabdehlər Bakı Inzibati Məhkəməsinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “məhkəməyə müraciətinə qadağa qoyulmasına, tələbkar kimi verdiyi ərizələrin qəbulundan imtinaya görə pozulmuş məhkəmə təminatı, sosial, mənzil təminatı hüququnun bərpası və maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARDADİ (Açar sözlər: kassasiyanın yolverilməzliyi, barəsində kassasiya şikayəti verilməsi yol verilməyən qərardadlar) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlundan və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ### 2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətini Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, aşağıdakıları müəyyən etdi: Iş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. Iddiaçı Iddiaçı cavabdehlər Bakı Inzibati Məhkəməsinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Inzibati Məhkəməsinin məhkəməyə müraciətinə qadağasından dəyən toplam 355.000 manat məbləğində ziyanın dövlət tərəfindən cavabdehlik daşıyan Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-2(006)- ****/**** nömrəli qərardadı ilə (hakim V.Musayeva) iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmuşdur.
3. Iddiaçı Iddiaçı həmin qərardaddan şikayət vermiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-2(006)- ****/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli qərardadı ilə (hakim R.Səmədovun sədrliyi və məruzəsi ilə, hakimlər V.Sadıqov və X.Mərdanova) şikayət təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
5. Iddiaçı Iddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin ## ###### 2026-cı il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## #### 2026-cı il tarixli, *(*-
6. nömrəli qərardadı ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *)-***/**** 402.2-ci maddəsində apellyasiya instansiyası məhkəməsinin qeyd olunan qərardadından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmaması əsası ilə kassasiya şikayəti geri qaytarılmışdır.
7. Iddiaçı Iddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadının ləğv edilməsini xahiş etmiş, həmin kassasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ##### 2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli qərardadı ilə vəkil tərəfindən imzalanmaması və vəkil orderi əlavə edilməməsi əsası ilə geri qaytarılmışdır.
8. Iddiaçı Iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, qərardaddan kassasiya şikayəti verilməsi üçün dövlət hesabına vəkillə təmin edilməsini xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ##### 2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli qərardadı ilə iddiaçının ərizəsi təmin olunmamışdır.
9. Iddiaçı Iddiaçı növbəti dəfə kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ##### 2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir.
10. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ### 2026-cı il tarixli, *(*-*)- ***/**** nömrəli qərardadı ilə kassasiya şikayəti, Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsində apellyasiya instansiyası məhkəməsinin ## ##### 2026-cı il tarixli qərardadından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmaması əsası ilə geri qaytarılmışdır.
11. Iddiaçı Iddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ### 2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli qərardadının (şikayətdə qərardadın tarixi ## ### 2026-cı il kimi göstərilmişdir) ləğv edilməsi, kassasiya şikayətinin Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsini xahiş etmişdir.
12. Kassasiya şikayəti iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir.
Tətbiq edilən hüquq:
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 67.1-ci maddəsinə əsasən kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. 402.2-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 404-1.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə; 408.1.3-cü maddəsinə əsasən kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
14. Kassasiya şikayəti və iş materialları öyrənilərkən müəyyən olunmuşdur ki, iddiaçının kassasiya şikayəti qeyri-mümkün hesab olunmalıdır.
15. Ilk olaraq qeyd olunmalıdır ki, Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsində kassasiya şikayəti verilə bilinən apellyasiya instansiyası məhkəmələrinin qərardadlarının məhdud siyahısı nəzərdə tutulmuşdur.
16. Həmin prosessual hüquq normasında kassasiya şikayətinin qaytarılması haqqında qərardaddan şikayətin verilməsi nəzərdə tutulmuşdur (maddə 402.2.2).
17. Lakin, nəzərə alınmalıdır ki, hazırkı halda iddiaçı kassasiya şikayəti verilməsi üçün dövlət hesabına vəkillə təmin edilməsini apellyasiya məhkəməsindən xahiş etmiş, məhkəmə ərizəni təmin etməmişdir. Hazırkı kassasiya şikayəti də, məhz bununla bağlı qərardaddan verilmiş kassasiya şikayətinin geri qaytarılmasına dair qərardaddandır. Halbuki, vəkillə təmin edilməsindən imtinaya dair apellyasiya instansiyası məhkəməsinin qərardadlarından kassasiya şikayəti vermək hüququ qanunvericiliklə (MPM-in 402.2-ci maddəsində) nəzərdə tutulmamışdır.
18. Digər tərəfdən müəyyən olunur ki, iddiaçının son hüquqi marağı onun iddia ərizəsinin icraata qəbul etməkdən imtinaya dair birinci instansiya məhkəməsinin qərardadının kassasiya qaydasında yoxlanılmasıdır ki, qanunvericiliklə belə qərardadların yoxlanılması üçün sonuncu instansiya olaraq apellyasiya məhkəmələri müəyyən olunmuşdur. Yəni, iddiaçının hazırkı kassasiya şikayətinin təmin edilməsi, onun vəkillə təmin olunması fərz edilsə belə, kassasiya instansiyası məhkəməsi hazırkı halda Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli qərardadını yoxlamaq səlahiyyətinə malik deyildir.
19. Beləliklə, iddiaçının mübahisələndirdiyi qərardadın əsasında kassasiya şikayəti verilməsi mümkün olmayan digər qərardadlar (iddianın yolverilməzliyinə görə icraata qəbul etməkdən imtina və dövlət hesabına vəkillə təmin edilməsi) dayandığından, hazırkı kassasiya da qeyri-mümkündür.
20. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hazırkı kassasiya şikayəti vəkil tərəfindən imzalanmamış və şikayətə vəkil orderi əlavə olunmamışdır ki, Mülki Prosessual Məcəllənin 408.1.3-cü maddəsinə əsasən bu hal da kassasiya şikayətinin qeyrimümkün hesab olunması üçün müstəqil əsasdır.
21. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırkı halda kassasiya şikayəti verilməsinin istisna olunması vətəndaşın hüquq və azadlıqlarının məhkəmə təminatı və məhkəməyə təkrar müraciət etmək kimi konstitusion hüquqları ilə ziddiyyət təşkil etmir.
22. Belə ki, qanunvericilik belə məsələlərlə bağlı məhkəməyə müraciət etmək hüququnu apellyasiya instansiyası məhkəməsi ilə məhdudlaşdırmışdır.
23. Digər tərəfdən, hazırkı vəziyyətdə iddiaçı qanunla müəyyən olunmuş və birinci instansiya məhkəməsinin də izah etdiyi qaydada inzibati məhkəmə icraatı qaydasında iddia vermək (o cümlədən iddiaçının göstərdiyi kimi, iddiası və ərizələri inzibati icraat qaydasında icraata qəbul edilmədiyi halda, müvafiq məhkəmə aktından şikayətlər vermək) hüququna malikdir.
24. Bu baxımdan MPM-in 402-ci maddəsinin tələbinə görə iddiaçının Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ### 2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli qərardadından verdiyi kassasiya şikayəti kassasiya instansiya məhkəməsinin baxış predmeti ola bilməz.
25. Odur ki, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 408 və 411-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ### 2026-cı il tarixli, *(*-*)- ***/**** nömrəli qərardadından iddiaçı Iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qeyrimümkün hesab edilsin. Kassasiya şikayəti geri qaytarılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.