Məhkəmə qərarları › İş №2(1-8)-1603/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1603/2026

09.07.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1603/2026 09.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı; müstəqil tələb irəli sürən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs cavabdehlər İddiaçı və Cavabdeh qarşı iddiasına dair mülki iş üzrə QƏRARİ (Açar sözlər: “paylı mülkiyyətin açıq hərracdan satılaraq hərracdan əldə olunmuş vəsaitin paya uyğun şəkildə ödənilməsi”; “mənzilə istifadə hüququnun müəyyən edilməsi”; Mülki mübahisənin kateqoriyası: Əşya hüquq münasibətlərindən, o cümlədən mənzil, torpaq münasibətlərindən, habelə əmlakdan istifadə, əmlaka sahiblik və mülkiyyət hüququnun müdafiəsindən irəli gələn mübahisələr; Paylı mülkiyyət) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “paylı mülkiyyətin açıq hərracdan satılaraq hərracdan əldə olunmuş vəsaitin paya uyğun şəkildə ödənilməsi” tələbinə dair, müstəqil tələb irəli sürən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs cavabdehlər İddiaçı və Cavabdeh qarşı “mənzilə istifadə hüququnun müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2026-cı il ## ###### tarixli *(***)-****/**** nömrəli qətnaməsindən müstəqil tələb irəli sürən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən kassasiya şikayəti Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları:

1. Bakı şəhəri * saylı notariat kontorunda təsdiq edilmiş və Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs ilə İddiaçı arasında bağlanılmış ##.##.2015-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətinə əsasən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsində yerləşən * saylı evin ** saylı mənzilinin ½ hissəsini İddiaçı bağışlamışdır.

2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi Idarəsi tərəfindən tərtib edilmiş ##.##.2015-ci il tarixli texniki pasportun surətinə, Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsində yerləşən * saylı evin ** saylı mənzilin hüquqi subyektləri İddiaçı və Cavabdehdur, mənzil 3 otaqdan ibarətdir, ümumi sahəsi 91,4 kv.m., yaşayış sahəsi 47.1 kv.m. təşkil etmişdir.

3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli, ##.##.2015-ci il tarixli çıxarışın surətinə əsasən, İddiaçı məxsus Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsi, * saylı evin ** saylı mənzili paylı mülkiyyət hüququ üzrə Cavabdeh (1/2 hissə) və İddiaçı (1/2 hissə) adlarına qeydiyyata alınmışdır.

4. İddiaçı vəkili Nümayəndə tərəfindən Cavabdeh ünvanlanmış məktubun surətinə əsasən, bacısı İddiaçı ilə Cavabdeh paylı mülkiyyətində Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsi, ev 1, ** saylı mənzil vardır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2015-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən mənzil ½ hissədə Cavabdeh, digər ½ hissədə isə İddiaçı məxsusdur. İddiaçı Konstitusiya ilə ona verilmiş mülkiyyət hüququndan öz istədiyi kimi Cavabdeh hərəkətlər nəticəsində istifadə edə bilmir. Dəfələrlə bu barədə Cavabdehla danışıqlar aparılsa da, heç bir müsbət nəticə əldə olunmamışdır. Ona görə də hazırda həmin mənzilə olan payın naturada bölünməsi, texniki pasport və mülkiyyətə dair hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Bakı Ərazi Idarəsinə həvalə edilməsi barədə iddia ilə məhkəməyə müraciət olunacaqdır. Bildirir ki, tərəflərindən aparılan qiymətləndirmə nəticəsində Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsi, ev 1, ** saylı mənzilin bazar dəyəri 400.000 manat dəyərləndirilmişdir. Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsi, ev 1, ** saylı mənzilin yuxarıda göstərilən dəyərinin ½ hissəsinin, yəni 200.000 manat vəsaitin İddiaçı ödənilməsinə münasibət göstərilməsini xahiş etmişdir.

5. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsinin surətinə əsasən, cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Mingəçevir şəhər Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-****/**** saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs cavabdeh İddiaçı qarşı Bakı şəhəri * saylı Notaria Kontorunda onunla İddiaçı arasında bağlanmış ##.##.2015-ci il tarixli, *Ə-*** nömrəli Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsi, * saylı evin ** saylı mənzilindəki ½ hissədə olan əmlak payının bağışlanmasına dair müqavilənin ləğv edilməsi və İddiaçı adına qeydə alınmış ##.##.2015-ci il tarixli, ********** nömrəli çıxarışın ləğv edilməsi tələbinə dair iddianı təmin edilməmişdir.

6. * saylı MKIS tərəfindən verilmiş ##.##.2025-ci il tarixli arayışına əsasən, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Bakı şəhəri, F.Əmirov küçəsində yerləşən * saylı evin ** saylı mənzilində ##.##.1982-ci ildən qeydiyyatdadır.

7. * saylı MKIS tərəfindən vəkil vəkil1 ünvanlanmış ##.##.2025-ci il tarixli məktubuna əsasən, ##.##.1943-cü il təvəllüdlü Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsi, * saylı evin ** nömrəli mənzilində ##.##.1982-ci ildən qeydiyyatdadır və hal-hazırda qeydiyyatda olduğu ünvanda yaşayır.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat:

8. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı paylı mülkiyyətin açıq hərracdan satılaraq hərracdan əldə olunmuş vəsaitin paya uyğun şəkildə ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsi ev 1, ** saylı mənzilə dair onun paylı mülkiyyət üzrə 1/2 hissəsinin naturada bölünərək cavabdeh Cavabdeh paylı mülkiyyətindən ayrılması, ayrılmış paya dair texniki pasport və mülkiyyətə dair hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrl və Reyestri Publik Hüquqi Şəxsi * saylı Bakı Ərazi idarəsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

9. Iddia tələbi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh paylı mülkiyyətində Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsi ev 1, ** saylı mənzil vardır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2015-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən mənzil 1/2 hissədə Cavabdeh, digər 1/2 hissədə isə İddiaçı məxsusdur. O, Konstitusiya ilə ona verilmiş mülkiyyət hüququndan öz istədiyi kimi cavabdehin hərəkətləri nəticəsində istifadə edə bilmir. Dəfələrlə bu barədə cavabdehlə danışıqlar aparılsa da, heç bir müsbət nəticə əldə olunmamışdır. Hazırda paylı mülkiyyətdə olan mənzilin naturada bölünməsi zərurəti vardır, belə ki, onların paylı mülkiyyətində olan mənzilin sərhədlərini müəyyən edə bilmirlər, buna görə də mənzilin istifadəsində maneələr yaranır. Həmin əmlakdan istifadə zamanı münaqişə və mübahisələrin yaranmasına səbəb olur. Bununla bağlı cavabdehə müraciət edilmişdir, lakin heç bir razılaşma əldə oluna bilməmişdir.

10. Iddiaçı İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, məhkəmənin e-*(***)-***/**** nömrəli ##.##.2024-cü il tarixli qərardadı ilə məhkəmə texnikitikinti ekspertizası təyin edilmiş və ekspert qarşısında Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsində yerləşən * saylı evin ** saylı mənzilin iddiaçı İddiaçı payına (əmlakın 1/2 hissə) uyğun əmlaka tənasübsüz zərər vurmadan naturada ayrılması mümkünlüyü barədə sual qoyulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2024-cü il tarixli *-**-**/*-**/**** saylı rəyi ilə Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsi ev 1, ** saylı mənzilin tərəflər arasında 1/2 paylara uyğun olaraq təcrid mənzillər şəklində iki hissəyə bölünməsi, Inşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.1, 2.2, 2.4, 2.7, 2.9 bəndlərinin və metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmaması nəticəsinə gəlinmişdir. Eyni zamanda mülki işin materiallarına əlavə edilmiş ##.##.2024-cü il tarixli məktubdan görünür ki, o, (onun nümayəndəsi Nümayəndə) cavabdeh Cavabdeh Azərbaycam Respublikası Mülki Məcəlləsinin 220.1, 220.2 və 220.3-cü maddələrini rəhbər tutmaqla müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsi ev 1, ** saylı mənzilin dəyərinin 1/2 hissəsinin, yəni 200.000 manat vəsaitin İddiaçı ödənilməsinə münasibət göstərilməsi xahiş edilmişdir. Həmin məktuba cavabdeh tərəfindən münasibət bildirilməmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsi ev 1, ** saylı mənzilin açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi (İddiaçı 1/2 pay, Cavabdeh 1/2 pay) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Müstəqil tələb irəli sürən 3-cü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs cavabdeh İddiaçı qarşı mənzilə istifadə hüququna tanınması və əmlak hüquqlarının müdafiəsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsi, * saylı evin ** saylı mənzilinə istifadə hüququnun müəyyən edilməsi, mənzildən istifadə hüququnun əvəzi olaraq ona kompensasiya verilmədən həmin mənzilin hərraca çıxarılaraq satılmasının qadağan edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

12. Iddia tələbi onunla əsaslandırılmışdır ki, o, ##.##.1943-cü ildə anadan olmuşdur, 82 yaşı vardır. X2 vəfat etdikdən sonra birgə nikah müddətində əldə etdikləri əmlakları vərəsəlik qaydasında, övladlarının yazılı razılığı əsasında onun adıma qeydə alınmışdır. X3 evliliyindən Vaqif, Rüstəm, Gülnarə adlı 3 övladı olmuşdur. Oğlu Rüstəm ##.##.2023-cü ildə Rusiya Federasiyasında vəfat etmişdir. Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsi * saylı evin, ** saylı mənzili onunla oğlu Vaqif Rustəmovun paylı mülkiyyətində olmuşdur. 2015-ci ildə qızı Gülnarə ona bildirmişdir ki, oğlu Vaqif mənzili satmaq istəyir. Ancaq həmin mənzil atasından qalan əmlak olduğundan, həmin mənzili onların ailəsinə məhz mərhum Heydər Əliyevin göstərişi ilə verildiyindən satılmasını istəmir. O, da həmin vaxt bir az xəstə olduğundan hesab etmişdir ki, o, öldükdən sonra ailəyə X1 Əliyev tərəfindən əri, Sosialist Əməyi Qəhrəmanı Yaqub Rüstəmova bağışlanmış həmin mənzili oğlu satsa, bunun qarşısını yeganə alacaq şəxs qızı Gülnarə ola bilər. Həmin vaxt qızına məhz bu səbəbdən öz payının yarısını bağışlamağa razılaşmışdır. Bu zaman onların arasında ##.##.2015-ci ildə Bakı şəhəri * saylı Notariat Kontorunda daşınmaz əmlakın bağışlanması müqaviləsi bağlanmışdır. Həmin vaxt o, mənzildə olan payının yarısını bağışladığını güman edirdi. O, Bakı şəhəri, Səbail rayonu, F.Əmirov küçəsi, * saylı evin ** saylı mənzilini qızı Gülnarəyə bağışlayarkən güman etmirdi ki, qızı onu yaşayış yerindən məhrum qoyar. Hazırda İddiaçı onun yeganə yaşayış yeri olan Bakı şəhəri, Səbail rayonu, F.Əmirov küçəsi, * saylı evin ** saylı mənzilin hərracdan satılmasına dair iddia qaldırmışdır. Bundan əlavə olaraq cavabdeh İddiaçı ona məxsus Mingəcevir şəhərində olan 2 mənzilini onun iradəsi olmadan digər oğlu Rüstəm Rüstəmovun adına keçirmiş, onun ölümündən 1 gün sonra saxta yollarla öz adına keçirmişdir. Bununla bağlı məhkəmə mübahisəsi olmuş və məhkəmə həmin mənzillərini ona qaytarmamışdır. İddiaçı onun evlərini ələ keçirməklə əmlaksız qoymuş, hazırda isə yeganə yaşayış yeri olan Bakı şəhəri, Səbail rayonu, F.Əmirov küçəsi, * saylı evin ** saylı mənzilini satmaq istəyir.Həmin mənzil satılacağı təqdirdə o, yaşayış yerindən məhrum qalacaq. O, mənzil verilən bir gündən, 1981-ci ildən həmin mənzildə yaşayış yeri üzrə qeydiyyatdadır. 2015-ci ildə həmin mənzili İddiaçı bağışladığından İddiaçı münasibətdə onun həmin mənzilə istifadə hüququ yaranmışdır. Onun istifadə hüququ qeydə alınmadığından cavabdeh İddiaçı onun hüquqlarına istədiyi şəkildə müdaxilə edir.

13. Müstəqil tələb irəli sürən 3-cü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs cavabdehlər İddiaçı və Cavabdeh qarşı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək onun Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsi, * saylı evin, ** saylı mənzilinə istifadə hüququnun müəyyən edilməsi, İddiaçı tərəfindən verilən iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Iddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Iddiaçının nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, müstəqil tələb irəli sürən 3-cü şəxs mübahisəli mənzili miras əmlakı kimi qəbul edib 2015-ci ildə övladlarına bağışlamışdır. Həmin bağışlama müqaviləsində hər hansı qeyri-şərt nəzərdə tutulmamışdır. Digər tərəfdən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs daimi yaşayış yeri Mingəçevir şəhəri olmuşdur, bununla bağlı çıxarılan hökm və onun tərəfindən məhkəməyə verilən iddialarda da yaşayış yerinin Mingəçevir şəhəri olması qeyd edilmişdir. Digər tərəfdən qeydiyyatda olan şəxsin mövcudluğu mənzilin hərracdan satılmasına mane olan hal deyil. Ona görə də müstəqil tələb irəli sürən 3-cü şəxsin iddiasının rədd edlməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış müstəqil tələb irəli sürən 3-cü şəxsin nümayəndəsi və vəkili vəkil1 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. 3-cü şəxsin nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs 1982-ci ildən mübahisəli mənzildə yaşayaraq qeydiyyata alınmışdır. Həmin mənzildə daimi olaraq yaşamışdır, bunu təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir. Mənzilin bağışlanması şəxsin evə istifadə hüquqlarının itirilməsinə səbəb ola bilməz. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs qızı Mingəçevirdə yaşamışdır. Mingəçevir şəhərinə gedib-gəlmişdir. Lakin daimi yaşayış yeri qeydiyyatda olduğu ünvan olmuşdur. Iddiaçının nümayəndəsinin məhkəməyə təqdim etdiyi sübutlar isə hazırlıq iclasından sonra verildiyi üçün qiymətləndirilməməlidir. Ona görə qaldırılan iddianı əsaslı hesab edir.

15. Iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının ##.##.2024-cü il tarixli, *-**- **/***/**** saylı rəyinə əsasən Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsində yerləşən * saylı evin ** saylı ünvanında yerləşən mənzilin tərəflər arasında ½ paylara uyğun olaraq təcrid mənzillər şəklində iki hissəyə bölünməsi, Inşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1,2.1,2.2,2.4,2.7,2.9-cu bəndlərinin və metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyildir.

16. ** saylı Vəkil Bürosunun vəkili Nümayəndə müraciətinə əsasən “xxxx” MMC tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli E-*** nömrəli qiymətləndirmə hesabatından görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilin analoji bazar dəyəri 410.000 manat təşkil etmişdir.

17. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra- birinci instansiya məhkəməsi) ##.##.2025-ci il tarixli e-*(***)-**/**** nömrəli (Ş.Z.Abdullayev) qətnaməsi ilə İddiaçı iddia tələbi təmin edilərək, Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsində yerləşən * saylı evin ** saylı mənzili ilkin satış qiyməti 410.000 (dörd yüz on min) manat müəyyən edilməklə iştirakçılar üçün qapalı hərrac vasitəsilə, bu, mümkün olmadıqda isə açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması və satış pulunun ümumi paylı mülkiyyətin mülkiyyətçiləri olan İddiaçı və Cavabdeh arasında onların paylarına (İddiaçı 1/2 hissə, Cavabdeh 1/2 hissə) mütənasib olaraq bərabər bölüşdürülməsi, Cavabdeh ekspertiza xərcinin əvəzi kimi dövlət nəfinə 100 (yüz) manat məbləğində pulun tutulması, müstəqil tələb irəli sürən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs iddiasının qismən təmin edilməsi, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsi, * saylı evin, ** saylı mənzilinə istifadə hüququnun olmasının müəyyən edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, məhkəmə tərəfindən iddiaçı və cavabdehin paylı mülkiyyətində olan əmlakın paylara uyğun bölünməsinin mümkün olubolmaması

18. ilə əlaqədar ekspertiza təyin edilmiş və məhkəmə tikintitexniki ekspertizasının rəyi ilə mübahisəli mənzilin mülkiyyətçilərin paylarına uyğun şəkildə bölünməsinin texniki cəhətdən mümkün olmaması müəyyən edilmişdir.

19. Mübahisəli mənzilin tərəflərin paylarına uyğun olaraq bölünməsi texniki cəhətdən mümkün olmadığından, bununla da ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıqaşkar məqsədəuyğun olmadığından, iddia tələbi təmin edilməli, əmlakın ilkin satış qiyməti 410.000 manat müəyyən edilməklə iştirakçılar üçün qapalı hərrac vasitəsilə, bu, mümkün olmadıqda isə açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılmalı, satış pulu tərəflər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməlidir. Həmçinin, məhkəmə hesab etmişdir ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs mübahisəli mənzilin özünə məxsus payı (1/2) 2015-ci ildən bağışlama müqaviləsi əsasında cavabdeh İddiaçı mülkiyyətinə keçsə də, hazırkı vaxtadək həmin mənzildə yaşadığından, mülkiyyətçilər isə onun ailə üzvü olduğundan onun mənzilə istifadə hüququ mövcuddur və itirilməmişdir.

20. Məhkəmə gəldiyi nəticəni ##.##.2009-cu il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.3, 30.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» ##.##.2014-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5 və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” ##.##.2013-cü il tarixli qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” ## ###### 2024-cü il tarixli Qərardadına istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat:

21. Qətnamədən narazı qalan cavabdeh Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

22. Apellyasiya şikayəti belə əsaslandırılmışki, o, həmin mənzili almaq istədikdə mənzilin dəyərinin ½ hissəsini tələbkara ödəyəcəyək, nəticədə əldə edən şəxs olaraq ½ hissə ilə bərabər həmin mənzili Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs hüququ ilə yüklü əldə etdiyindən hüquqları pozulacaqdır. Faktiki olaraq o, həmin hərraca bərabər hüquqlu daxil ola bilməyəcək. Nəticə etibarı ilə iddiaçı 410.000 manat pulun yarısını ona ödəyəcəyi təqdirdə həmin pula razılaşmaqla, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs mənzilində istifadə hüququ qaldığından, onun mülkiyyət payının dəyəri azalacaq, İddiaçı isə istənilən məbləğə hərrac qiymətini artırmaqla onun qarşılıq verməyinə maneçilik törədəcəkdir. O isə, 84 yaşlı anasının illər boyu yaşadığı evindən məhrum qalmaması üçün hərracda qeyrimüəyyən vəziyyətdə iştirak edəcək. Bununla da, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6cı maddəsində nəzərdə tutulan öz mülki hüquqlarını və öz mənafelərini gerçəkləşdirmək üçün iradəsinə uyğun həyata keçirə bilməyəcək və onun mülkiyyətinin toxunulmazlığı ilə bağlı hüquqları pozulacaqdır. 23.

24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, iddiaçıya həmin mənzil üzərində ½ hissə mülkiyyət payını bağışlayarkən mərhum ərindən ona miras qalan payını bağışlamışdır. Ancaq mənzildə olan yaşayış hüququndan imtina etməmişdir. Mənzildəki payının bağışlanmasının səbəbi isə İddiaçı həmin mənzili Cavabdeh tərəfindən satılmasının qarşısını almaq olmuşdur. Çünki İddiaçı ona belə məlumat verərək mənzili ona bağışlamağına nail olmuşdur. Hazırda özünün 84 yaşı vardır və mübahisəli mənzil onun yeganə yaşayış yeridir. Mənzilini İddiaçı bağışlayarkən güman etmirdi ki, qızı onu son yaşayış yerindən məhrum edəcəkdir. Həmin mənzil İddiaçı üçün mülkiyyət anlamı daşısa da, onun üçün yaşayış üçün mənzildir. Hesab edir ki, məhkəmə iddianı mənzildən istifadə hüququnun əvəzi olaraq ona kompensasiya verilmədən həmin mənzilin hərraca çıxarılaraq satılmasının qadağan edilməsi hissəsində rədd edərkən maddi hüquq normasının tələblərini pozmuşdur.

25. Müstəqil tələb irəli sürən üçüncü şəxsin nümayəndəsi və vəkili vəkil1 məhkəmə kollegiyasının iclasında izahat verərək, bildirmişdir ki, mübahisəli mənzil 1982-ci ildə üçüncü şəxsin həyat yoldaşı Rüstəmov Yaquba dövlət tərəfindən hədiyyə olunmuşdur. Həmin vaxtdan etibarən üçüncü şəxs mübahisəli mənzilə münasibətdə qeydiyyatda olmaqla, faktiki olaraq orada yaşamaqdadır. Belə ki, üçüncü şəxsin mənzilə dair istifadə hüququnun olması mübahisəsiz haldır. 2011-ci ildə Rüstəmov Yaqubun ölümündən sonra vərəsəlik qaydasında hər birinə ½ hissədə pay müəyyən olunmaqla, mübahisəli mənzilin paylı mülkiyyətçiləri üçüncü şəxs və cavabdeh olmuşdur. 2015-ci ildə iddiaçı üçüncü şəxsə cavabdehin mübahisəli mənzili satmaq niyyətinin qarşısını almaq üçün öz payının yarısını ona bağışlamasını təklif etmiş və üçüncü şəxsin mənzildə yaşamasına maneə törətməyəciyini vəd etmişdir. Üçüncü şəxs də bununla razılaşdığından, tərəflər arasında bağışlama müqaviləsi bağlanmışdır. Sonradan iddiaçı hazırki tələblə məhkəməyə müraciət edərək, faktiki olaraq mənzilin satılmasını xahiş etmişdir. Üçüncü şəxsə sonradan məlum olmuşdur ki, onun yaşından və azərbaycan dilini səlis bilməməsindən istifadə edərək, iddiaçı payının yarısını deyil, tam payının ona bağışlanmasını həyata keçirmişdir. Əvvəlcə iddiaçı anasının mübahisəli mənzildə yaşamasına mane olmayacağını vəd etsə də, sonradan mövqeyini dəyişərək, bu halı inkar etmişdir. Iddiaçı bağışlama müqaviləsi bağlanarək götürdüyü öhdəliyi sonradan inkar etdiyindən, müqavilə şərtləri pozulmuşdur. Mübahisəli mənzil üçüncü şəxsin yeganə yaşayış yeridir və onun başqa yaşayış yeri yoxdur. Odur ki, məhkəmədən apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

26. Iddiaçının nümayəndəsi və vəkili Nümayəndə izahat verərək, bildirmişdir ki, cavabdehin apellyasiya şikayətində istinad etdiyi Mülki Məcəllənin 572.1-ci maddəsinin hazırki mübahisənin mahiyyətinə heç bir aidiyyəti yoxdur. Həmin maddə daşınar əmlaklarla bağlı münasibətləri tənzimləyir. Həmçinin, cavabdeh iddiaçının payının alınmasında maraqlı olduğunu bildirsə də, üçüncü şəxs olan anasının hüquqları ilə yüklü olduğundan iddiaçının payının alınmasının onun üçün əlverişli olmadığı qeyd etmişdir. Eyni zamanda, Rüstəmov Yaqub öldükdən sonra onun vərəsələri kimi üçüncü şəxs və 3 övlad olmaqla, 4 şəxs müəyyən olunmuşdur. Sonradan tərəflərin övladları öz paylarından imtina etdiyindən, tək mülkiyyətçi üçüncü şəxs olmuşdur. 2015-ci ildə isə üçüncü şəxs həmin mənzilin öz övladları arasında bərabər bölgüsünü həyata keçirmişdir. Hazırda mübahisəli mənzildə yalnız cavabdehin həyat yoldaşı və uşaqları yaşamaqdadır, üçüncü şəxs isə Mingəçevir rayonunda yaşayır. Iddiaçının mülkiyyət hüququnun olmasına baxmayaraq, bu hüquqdan istifadə edə bilməmişdir. Odur ki, məhkəmədən apellyasiya şikayətlərinin təmin olunmamasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, üçüncü şəxsin mübahisəli mənzilə dair istifadə hüququnun müəyyən edilməsinə etirazları yoxdur və üçüncü şəxsin mübahisəli mənzilə dair istifadə hüquqları ilə yüklü olduğu təqdirdə, mübahisəli mənzilin açıq hərracdan satılmasında hər hansı məhdudiyyət olacağını güman etmirlər.

27. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) ##.##.2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakimlər- R.Ə.Səmədov (sədrlik edən və məruzəçi), X.A.Mərdanova, V.N.Sadıqov) cavabdeh Cavabdeh və müstəqil tələb irəli sürən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli e-*(***)-**/**** nömrəli qətnaməsinin dəyişdirilməsi, Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsi ev 1, ** saylı mənzil qapalı və yaxud açıq hərracda satıldıqda müstəqil tələb irəli sürən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs həmin mənzilə münasibətdə istifadə hüququnun mövcudluğunun nəzərə alınması, apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləğinin cavabdehə və müstəqil tələb irəli sürən üçüncü şəxsə aid edilməsi qət edilmişdir.

28. Apellyasiya instansiya məhkəməsi ilkin olaraq iddiaçı İddiaçı verdiyi iddia tələbinə qiymət verərək qeyd etmişdir ki, iddiaçının hazırki tələbi əmlakın bölünməsi ilə bağlıdır. Belə ki, qüvvədə olan qanunvericiliyə əsasən ümumi mülkiyyətdə olan əşyanın ideal və real bölgüləri mümkündür. Ideal bölgü əşyanın fiziki cəhətdən bölünmədən əşya üzərində mülkiyyət hüququnda payların müəyyən edilməsini, real bölgü isə əşyanın fiziki cəhətdən mülkiyyətçilər arasında ideal paylarına müvafiq olaraq faktiki bölünməsini nəzərdə tutur. Ideal bölgüdən fərqli olaraq, real bölgüdə hər bir mülkiyyətçi (və ya ayrılan mülkiyyətçi) öz hissəsi üzərində tam mülkiyyət hüququna malik olmaqla, fərdi mülkiyyətçi halına gəlir. Qanunverici paylı mülkiyyətdə olan əşyanın real bölgüsündən əvvəl bütün mülkiyyətçilərin mənafelərini nəzərə almaqla paylı mülkiyyətdə olan əşyaya sahiblik, ondan istifadə və ona (və ya konkret paya) sərəncam verilməsinə dair aralarındakı ixtilafların həll edilməsi ilə bağlı aşağıda sadalanan bir sıra fərqli hüquqi mexanizmlər müəyyən etmişdir ki, bu da mülkiyyət hüququnun toxunulmazlığı prinsipi çərçivəsində bütün payçıların mülkiyyət hüquqlarının əlverişli şəkildə müdafiəsinə xidmət edir.

29. Paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi və ya mülkiyyətçinin əşyadakı payının ayrılması məsələlərini nizamlayan Mülki Məcəllənin 220 və 221-ci maddələrinin məzmunundan belə nəticəyə gəlmək olar ki, bölünmə və ayrılma anlayışları eynilik təşkil etməməklə, fərqli hüquqi mexanizmləri nəzərdə tutur. Paylı mülkiyyətdə olan əşyadan mülkiyyətçilərin birinin (və ya bir neçəsinin) payının ayrılması proseduru Mülki Məcəllənin 220.3- 220.6-cı maddələri, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi ilə əşya üzərində iştirakçıların paylı mülkiyyət hüquqlarına xitam verilməsi proseduru isə 221-ci maddəsi ilə tənzimlənir.

30. Hər iki prosedur ilk olaraq tərəflərin razılığı ilə, bu mümkün olmadıqda isə mübahisənin məhkəmədə həll olunmasını nəzərdə tutur (Mülki Məcəllənin 220.3-cü maddənin birinci cümləsi və 221-ci maddənin 2-ci cümləsi). Qeyd olunan hüquqi prosedurlar arasındakı fərq isə ondan ibarətdir ki, paylı mülkiyyətdə olan əşyanın mülkiyyətçilər arasında bölünməsi maddənin başlığından da göründüyü kimi, bütün hallarda həmin şəxslərin əşya üzərində ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsi ilə nəticələnir. Bu baxımdan əşyanın bölünməsi halı üçün Mülki Məcəllənin 221-ci maddəsində onun fiziki bölgüsü və hərracdan satışından ibarət iki ardıcıl hüquqi mexanizm müəyyən edilmişdir. Həmin maddə bütün paylı mülkiyyətçilər əşyanın bölünməsi ilə bağlı həmfikir olsalar da, aralarında paylı mülkiyyət hüququna xitam verilməsinin növü və ya forması (fiziki bölgü, hərracdan satış və s.) ilə bağlı mübahisə olduğu və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qaldığı, yəni ümumiliyin davam etdirilməsinin mümkün olmadığı hallarda tətbiq edilməlidir. Məsələn, bütün payçıların əşyanın paylarına uyğun bölünməsini tələb etdikləri və ya iki payçıdan biri, üç payçıdan ikisi ayrılmaq istədiyi hallarda əşyanın bölünməsi mexanizmi işə düşür (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının **/**** nömrəli, # ###### 2024-cü il tarixli qərardadının 17-19-cu bəndləri).

31. Mülki Məcəllənin 221-ci maddəsinin məzmunundan müəyyən olunur ki, əgər iştirakçılar (paylı mülkiyyətçilər) arasında ümumi paylı mülkiyyət hüququna xitam verilməsi növünə (fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi) dair razılıq olmazsa və ya payının ayrılmasını tələb etməyən mülkiyyətçi tək qalarsa, yəni ümumiliyin davam etdirilməsi mümkün olmazsa, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi yuxarıda qeyd olunduğu kimi payın ayrılmasından fərqli olaraq aşağdakı iki mərhələdən ibarətdir: 1) ümumi paylı mülkiyyətdə olan əşyanın naturada (fiziki) bölgüsü; 2) əşyanın məhkəmə qərarı ilə hərracdan satılması.

32. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının **/**** nömrəli, # ###### 2024-cü il tarixli qərardadının 59 və 60-cı bəndlərinə əsasən isə, mülki qanunvericilikdə əşyanın açıq hərracdan satılması halında ilkin satış qiymətinin qətnamə ilə müəyyən edilməli olması barədə imperativ tələb yalnız ipoteka predmeti olan əşyaya münasibətdə nəzərdə tutulmuşdur. (“Ipoteka haqqında” Azərbaycan Respublikası Qanunu, 39.3.3-cü maddə). Mülki Məcəllənin 220-ci maddəsində isə paylı mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması barədə qətnamə qəbul edilərkən ilkin satış qiymətinin məhkəmə tərəfindən müəyyən edilməli olması birbaşa göstərilməsə də, Məcəllədə bununla bağlı qadağanedici norma da nəzərdə tutulmamışdır. Odur ki, əşyanın ilkin satış qiyməti ilə bağlı qətnamənin icrası mərhələsində yaranacaq yeni mübahisələrin və tərəflərin sui-istifadə hallarının qarşısının alınması məqsədilə məhkəmə paylı mülkiyyətdə olan əşyanın müəyyən etdiyi bazar qiyməti ilə ilkin satış qiymətini qətnamənin icra qaydası kimi onun nəticə hissəsində göstərməli və izah etməlidir ki, qətnamənin icrası mərhələsində paylı mülkiyyətdə olan əşyanın bazar qiymətinin əhəmiyyətli dərəcədə dəyişməsi səbəbindən tərəflər MPM-in 231-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamənin icra qaydasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ilkin satış qiymətini yenidən müəyyənləşdirə bilərlər.

33. Yuxarıda qeyd olunduğu kimi qanunvericlikdə ümumi paylı mülkiyyət hüququnda payların ayrılması və bölünməsi mexanizmləri fərqləndirilmiş, işə baxan məhkəmə tərəfindən mübahisə üzrə tərəflərin iradə ifadəsi dəqiq müəyyən edilməklə müvafiq olaraq Mülki Məcəllənin 220-ci və 221-ci maddələri tətbiq olunmalıdır.

34. Hazırkı mübahisə üzrə isə, işin faktiki halları və iddiaçının ümumi mülkiyyətdə payının ayrılmasını tələb etdiyi nəzərə alındıqda, digər payçı (cavabdeh) tək qalır. Bu halda isə, ümumiliyin davam etdirilməsinin mümkün olmadığı müəyyən olunur. Buna görə də, ümumi paylı mülkiyyətdə olan əşyanın bölünməsi ilə əşya üzərində iştirakçıların paylı mülkiyyət hüquqlarına xitam verilməsi proseduru 221-ci maddəsinin tələblərinə uyğun olaraq həll edilməlidir.

35. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçı İddiaçı iddia tələbini təmin etməkdə düzgün nəticəyə gəlmişdir.

36. Məhkəmə kollegiyası cavabdeh Cavabdeh apellyasiya şikayətində göstərdiyi – mülkiyyətinin toxunulmazlığı ilə bağlı hüquqlarının pozulacağı ilə bağlı dəlilinə qiymət verərək qeyd etmişdir ki, iddiaçı İddiaçı mübahisəli mənzildə öz mülkiyyət hüquqlarını həyata keçirə bilmədiyindən və bu mənzilin təcrid mənzillər şəklində iki hissəyə bölünməsi (naturada bölünməsi) texniki cəhətdən mümkün olmadığından, cavabdehlə danışıq yolu mübahisəni həll etməyə çalışmış, lakin bunun nəticəsi olmamışdır. Bundan sonra o, həmin mənzilin hərrac yolu ilə satılması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göründüyü kimi, hazırki vəziyyətdə hüququ pozulmuş şəxs iddiaçı İddiaçıdır. Yəni, cavabdeh Cavabdeh hüquqlarının qorunması, iddiaçı İddiaçı hüquqlarının pozulması hesabına həyata keçirilməsi yolverilməzdir.

37. Belə olan halda, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab etmişdir ki, mübahisəli mənzilin qiymətləndirmə hesabatı əsasında müəyyən edilmiş qiymətə, iştirakçılar üçün qapalı hərrac vasitəsilə, bu, mümkün olmadıqda isə açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılmalı və satış pulu ümumi paylı mülkiyyətin mülkiyyətçiləri olan İddiaçı və Cavabdeh arasında onların paylarına (İddiaçı 1/2 hissə, Cavabdeh 1/2 hissə) mütənasib olaraq bərabər bölüşdürülməlidir.

38. Məhkəmə kollegiyası müstəqil tələb irəli sürən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs iddia tələbi və apellyasiya şikayəti ilə bağlı qeyd etmişdir ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs əvvəllər mübahisəli mənzilin paylı mülkiyyətçisi olsa da, öz payını sonradan qızına bağışlamışdır və həmin mənzilə 1982-ci ildə qeydiyyatı mövcud olmuşdur. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs mübahisəli mənzilin özünə məxsus payı (1/2) 2015-ci ildən bağışlama müqaviləsi əsasında İddiaçı mülkiyyətinə keçsə də, hazırkı vaxtadək həmin mənzildə yaşadığından, mülkiyyətçilər isə onun ailə üzvü olduğundan onun faktiki olaraq mənzilə istifadə hüququ mövcuddur və itirilməmişdir.

39. Belə olan halda, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs mübahisəli mənzildən istifadə hüququnun tanınması mövqeyi ilə razılaşaraq əlavə olaraq qeyd etmişdir ki, gələcəkdə bu mənzil açıq və yaxud qapalı hərracda satıldığı halda Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs həmin mənzildə istifadə hüququ nəzərə alınmalı və mənzil açıq hərracdan satıldığı halda alan şəxs bilməlidir ki, bu mənzil Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs istifadə hüququ ilə yüklüdür.

40. Həmçinin qeyd olunmalıdır ki, müstəqil tələb irəli sürən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs apellyasiya şikayətində göstərmişdir ki, qətnamə ilə onun iddia tələbini iddiaçı İddiaçı iddiasının rədd edilməsi hissəsində təmin etməyən birinci instansiya məhkəməsi maddi hüquq normalarının tələblərini pozmuşdur.

41. Bununla bağlı məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, şəxsin paylı mülkiyyət hüququ üzrə digər şəxslərə məxsus əmlakda istifadə hüququnun mövcud olması, mülki qanunvericiliyin tələbləri baxımından əmlakın hərracdan satılmasını istisna edən hal kimi qəbul edilə bilməz. Bununla bağlı mülki qanunvericilikdə imperativ norma nəzərdə tutulmamışdır. Buna görə məhkəmə kollegiyası həmin hissədə tələbi əsassız hesab etmişdir.

42. Beləliklə, məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməli, müstəqil tələb irəli sürən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs mübahisəli mənzildən istifadə hüququ saxlanılmaq şərtilə mənzilin qapalı və yaxud açıq hərracda satılması göstərilməlidir.

43. Məhkəmə öz mövqeyini Azərbayan Respublikasının Mülki Məcəlləsinin 220.1, 220.2 220.3. 220.4, 220.5, 220.6, 221-ci maddələrinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.3-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri:

44.

45. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razı deyil, çünki onun həmin mənzilə istifadə hüququ ##.##.2000-ci ilə qədər qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən yaranmışdır. Belə ki, mübahisəli mənzil 1982-ci ildə həyat yoldaşı Rüstəmov Yaquba dövlət tərəfindən hədiyyə olunmuşdur. Həmin vaxtdan etibarən faktiki olaraq orada yaşayır. Onun həmin mənzilə dair istifadə hüququm işin mübahisəsiz halıdır. 2011-ci ildə Rüstəmov Yaqubun ölümündən sonra vərəsəlik qaydasında hər birimizə ½ hissədə pay müəyyən olunmaqla, mübahisəli mənzilin paylı mülkiyyətçiləri onunla oğlu Cavabdeh olmuşdur. 2015-ci ildə Gülnarə Vaqifin mənzili satmaq niyyətinin qarşısını almaq üçün öz payımın yarısını ona bağışlamasını müstəqil tələb irəli sürən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs təklif etmiş və onun mənzildə yaşamağıma maneə törətməyəciyini vəd etmişdir. O da bununla razılaşıb, aralarında bağışlama müqaviləsi bağlanmışdır. Sonradan Gülnarə hazırki tələblə məhkəməyə müraciət edərək, faktiki olaraq mənzilin satılmasını xahiş etmişdir. Ona sonradan məlum olmuşdur ki, Gülnarə onun yaşından və azərbaycan dilini səlis bilməməsindən istifadə edərək, payının yarısını deyil, tam payın ona bağışlanmasını həyata keçirmişdir. Əvvəlcə iddiaçı onun mübahisəli mənzildə yaşamağıma mane olmayacağını vəd etsə də, sonradan mövqeyini dəyişərək, bu halı inkar etmişdir. Iddiaçı bağışlama müqaviləsi bağlanarkən götürdüyü öhdəliyi sonradan inkar etdiyindən, müqavilə şərtləri pozulmuşdur. Mübahisəli mənzil mənim yeganə yaşayış yeridir və onun başqa yaşayış yeri yoxdur.

46. Bir daha qeyd edir ki, o payını bağışlayarkən mənzildə olan yaşayış hüququndan imtina etməmişdir. Mənzildəki payının bağışlanmasının səbəbi isə həmin mənzili Cavabdeh tərəfindən satılmasının qarşısını almaq olmuşdur. Mübahisəli mənzil onun yeganə yaşayış yeri olduğundan, payını bağışlayarkən qızı qarşısında şərt qoymuşdur ki, mənzili satmasın. Hazırda onun 84 yaşı var və mübahisəli mənzil onun tək yaşayış yeridir. Mənzilini İddiaçı bağışlayarkən güman etmirdi ki, o onu son yaşayış yerindən məhrum qoyacaqdır. Hesab edib ki, məhkəmə iddianı mənzildən istifadə hüququnun əvəzi olaraq ona kompensasiya verilmədən həmin mənzilin hərraca çıxarılaraq satılmasının qadağan edilməsi hissəsində rədd edərkən maddi hüquq normasının tələblərini pozmuşdur. Məhkəmə göstərmişdir ki, qanunvericilikdə bununla bağlı imperativ norma nəzərdə tutulmamışdır. Məhkəmə məhz Mülki Məcəllənin 560.3.4-cü maddəsinə istinad etməklə iddianı rədd etməli idi. Hesab edir ki, İddiaçı onu yeganə yaşayış yerimdən məhrum etməyi birbaşa hüquqdan sui-istifadədir. Belə ki, o bağışlama müqaaviləsinin şərtini pozmuş, yaşlı anasını yaşayış yerindən məhrum etmiş, aliment ödəməkdən belə imtina etmişdir.

47. Apellyasiya instansiyasıməhkəməsi sübutların qiymətləndirilməsində MPM-in tələbləri pozulmuş, məhkəmə üçüncü şəxsin mübahisəli mənzilin mülkiyyətçisi olduğunu, 40 ildən çox həmin mənzildə davamlı olaraq, yaşamağını nəzərə almamış, payı iddiaçıya üçüncü şəxsin hədiyyə etdiyini, mənzildən fasiləsiz istifadəsini, yaşayış və sahiblik hallarını, yeganə yaşayış yerinin olduğunu ümumi sübut məcmusu kimi deyil, ayrı-ayrılıqda və səthi qiymətləndirmişdir.

48. Kassasiya şikayyətinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1, 77.1 və 88-ci maddələrinə istinad edilmişdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

49. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:

50. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.

51. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.

52. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.

53. Maddə 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər.

54. Maddə 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir.

55. Maddə 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.

56. Maddə 221. Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər.

Azərbaycan Respublikası Mənzil Məcəlləsi:

57. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.

58. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.

59. Maddə 30.3. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

55. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

56. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

57. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

58. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

59. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

60. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

61. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

62. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

63. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

Kassasiya baxışının hədləri:

64. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

65. Hazırkı kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi müstəqil tələb irəli sürən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs iddiasının təmin edilməyən hissəsində yoxlanılır.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

66. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

67. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi yoxlanılan hissə üzrə işdəki sübutları araşdırmış, onlara, eləcə də kassasiya şikayətinin dəlillərində göstərilən hüquqi məsələlərə mülki prosessual hüquq normalarına əsasən hüquqi qiymət verməklə yuxarıdakı qənaətə gəlmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə yoxlanılan hissədə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

68. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri həmin hissədə qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

69. Müstəqil tələb irəli sürən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs izah edilir ki, gələcəkdə iş üzrə istifadə hüququnun mövcudluğu müəyyən edilmiş mənzilin satılması ilə ona zərər vurularsa vurulmuş zərərin ödənilməsi ilə əlaqədar məhkəməyə iddia verə bilər.

70. Yuxarıda qeyd edilənlərə görə də müstəqil tələb irəli sürən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi müstəqil tələb irəli sürən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs iddiasının təmin edilməyən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

71. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası

qərara aldı:

Müstəqil tələb irəli sürən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi müstəqil tələb irəli sürən üçüncü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs iddiasının təmin edilməyən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar