Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1608/2026 09.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı Iddiaçı cavabdehlər cavabdeh3, cavabdeh1 və cavabdeh2 qarşı “torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinin qanunsuz istifadəsindən alınması, torpaq sahəsi və üzərindəki fərdi yaşayış evindən çıxarılma, torpaq sahəsi və üzərindəki fərdi yaşayış evinin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətin müdafiəsi, əmlakın başqa şəxsin qeyri-qanuni sahibliyindən geri tələb edilməsi, yaşayış sahəsindən çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlundan və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## #### 2026-cı il tarixli, *(*-*)- ***/**** nömrəli qətnaməsindən cavabdehlər cavabdeh1 və cavabdeh2 tərəfindən ayrıayrılıqda verilmiş kassasiya şikayətlərinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları:
1. Iddiaçı ünvan 1 ünvanında yerləşən 0,03 ha torpaq sahəsini və üzərində inşa edilmiş fərdi yaşayış evini Bakı şəhəri ** saylı notariat ofisində ## ###### 2023-cü il tarixli alqı-satqı müqaviləsi ilə X8 50000 manata almışdır.
2. Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh3 ilə X3 arasında Bakı şəhəri, ** saylı Notariat Ofisində bağlanmış 4Ə*** reyestr nömrəli, ## ###### 2022-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, X3 ilə X8 arasında Bakı şəhəri ** saylı Notariat Ofisində bağlanmış 4Ə-*** reyestr nömrəli, ## ###### 2023-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, X8 ilə X4 arasında Bakı şəhəri, ** saylı Notariat Ofisində bağlanmış 4Ə-*** reyestr nömrəli ## #### 2023ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri ** saylı Notariat Ofisində bağlanmış 4Ə-*** reyestr nömrəli, ## ###### 2022-ci il tarixli alqı-satqı müqaviləsi əsasında X3 adına ünvanndə yerləşən 0,06 ha torpaq sahəsinə dair DƏDRX-də aparılmış qeydiyyatın və onun adına verilmiş çıxarışın ləğv edilməsi, Bakı şəhəri ** saylı Notariat Ofisində bağlanmış 4Ə-*** reyestr nömrəli, ## ###### 2023-ci il tarixli alqı-satqı müqaviləsi əsasında X8 adına ünvanndə yerləşən 0,06 ha torpaq sahəsinə dair DƏDRX-də aparılmış qeydiyyat və onun adına verilmiş çıxarışın ləğv edilməsi, Bakı şəhər ** saylı Notariat Ofisində bağlanmış 4Ə*** reyestr nömrəli, ## #### 2023-ci il tarixli alqı-satqı müqaviləsi əsasında X4 adına ünvanndə yerləşən 0,03 ha torpaq sahəsinə dair DƏDRX-də aparılmış qeydiyyatın və onun adına verilmiş çıxarışın ləğv edilməsi, ünvanndə yerləşən, cavabdeh XXXun istifadəsində olan 0,06 ha torpaq sahəsinin boşaldılaraq iddiaçı cavabdeh2 qaytarılması, cavabdeh2 12.000 manatın alınaraq X3, X3 70.000 manatın alınaraq X8, X8 48.000 manatın alınaraq X4 verilməsi qət edilmişdir.
3. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2024-cü il tarixli qətnaməsi ilə cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən X3 ilə X8 arasında 4Ə-*** reyestr nömrəli, ## ###### 2023-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, X8 ilə X4 arasında 4Ə-*** reyestr nömrəli, ## #### 2023ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, 4Ə-*** reyestr nömrəli, ## ###### 2023-ci il tarixli alqı-satqı müqaviləsi əsasında X8 adına ünvanndə yerləşən 0,06 ha torpaq sahəsinə dair DƏDRK-də aparılmış qeydiyyatın və onun adına verilmiş çıxarışın ləğv edilməsi, 4Ə-*** reyestr nömrəli, ## #### 2023-ci il tarixli alqı-satqı müqaviləsi əsasında X4 adına ünvanndə yerləşən 0,03 ha torpaq sahəsinə dair DƏDR-də aparılmış qeydiyyatın və onun adına verilmiş çıxarışın ləğv edilməsi, ünvanndə yerləşən, cavabdeh XXXun istifadəsində olan 0,06 ha torpaq sahəsinin boşaldılaraq iddiaçı cavabdeh2 qaytarılması, X3 70.000 manatın alınaraq X8, X8 48.000 manatın alınaraq X4 verilməsi hissələrində ləğv edilmiş və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi təmin edilməmişdir.
4. Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ### 2025-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları:
a) Birinci instansiya məhkəməsində icraat
5. Iddiaçı Iddiaçı cavabdehlər cavabdeh3, cavabdeh1 və cavabdeh2 qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 0,03 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş fərdi yaşayış evinin cavabdehlərin qanunsuz istifadəsindən (qeyri-qanuni sahibliyindən) alınması, cavabdehlərin mübahisəli fərdi yaşayış evindən və torpaq sahəsindən öz hesablarına əşyaları ilə birlikdə boşaldılaraq çıxarılmaları, torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evinin iddiaçıya təhvil verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Iddia onunla əsaslandırılmışdır ki, iddiaçı evi aldıqdan sonra orada yaşaya bilməmiş, başqa evi olduğundan digər evində yaşamış, evi aldıqdan sonra iki dəfə evə getmişdir. Övladı sümük xərçəngi xəstəliyi olduğundan 14 noyabr - ## ###### 2023-cü il tarixlərində ailəsi ilə Türkiyə Respublikasına getmiş, daha sonra isə anası dünyasını dəyişmiş və bu səbəblə həmin müddətlərdə də evə gedib-gələ bilməmişdir. Sonradan isə aldığı evə dair mübahisənin olduğunu bilmiş, ya evini, ya da pulunun qaytarılmasını istəmiş, ona bir az səbirli olmağı, evin əvvəlki sahibləri ilə əvvəlki alıcıları arasında mübahisənin olmasını və onlara heç bir aidiyyətinin olmaması deyilərək, məhkəmə araşdırmalarının nəticələrini gözləməyini tövsiyə edilmişdir. Bakı Apellyasiya Məhkəməsində üçüncü şəxs qismində mülki işə cəlb edilmişdir. Ali Məhkəmə tərəfindən qərar qəbul edilərək, evi və torpaq sahəsini ona satan şəxs X8 vicdanlı alıcı hesab edilmiş və iddiaçıların iddiası ona qarşı təmin edilməmişdir. Lakin, hazırda da evinə və torpaq sahəsinə sahib ola bilmir, oranı zəbt edən cavabdehlər evini və torpağını boşaltmırlar.
7. Cavabdeh cavabdeh1 iddiaya etiraz edərək izahatında göstərmişdir ki, o, 2013-cü ildən ünvan 1 ünvanında yerləşən torpaq sahəsində ev tikmiş və ev onun anasının cavabdeh2 adına olmuşdur. Bu evdə o, anası və qardaşı yaşayırlar. Odur ki, o, həmin evdə yaşamalarının təmin edilməsini və iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir.
8. Abşeron Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim H.Əhmədov) iddia təmin edilmiş, ünvan ünvanında yerləşən 0,03 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş ünvan 1 saylı fərdi yaşayış evinin cavabdehlər cavabdeh3, cavabdeh1 və cavabdeh2 qanunsuz istifadəsindən (qeyri-qanuni sahibliyindən) alınması, cavabdehlərin mübahisəli fərdi yaşayış evindən və torpaq sahəsindən öz hesablarına əşyaları ilə birlikdə boşaldılaraq çıxarılmaları, torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evinin iddiaçı Iddiaçı təhvil verilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı Iddiaçı mübahisə predmeti olan daşınmaz əmlaka mülkiyyət hüququ əldə etdiyindən, qanuni istifadəsində və sahibliyində olan daşınmaz əmlakdan istifadə ilə bağlı yaranmış maneələrin aradan qaldırılmasını tələb etmək hüququna malik olduğundan, iddiaçının mülkiyyət hüququ olan daşınmaz əmlaka münasibətdə hüquqları məhdudlaşdırıldığından, mülkiyyət hüququ toxunulmaz olduğundan və qanunvericiliklə məhdudlaşdırılmasına yol verilmədiyindən iddiaçının iddia tələbləri əsaslıdır, ona görə də təmin edilməlidir.
10. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 152, 157.2, 157.4, 139.1, 139.3-cü, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsində icraat
11. Cavabdehlər cavabdeh1 və cavabdeh2 ayrı-ayrılıqda apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişlər.
12. Cavabdeh cavabdeh1 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən qanunsuz və əsassız olaraq işin faktiki halları qismində müəyyən edilmişdir ki, guya iddiaçının onların yaşadığı evə dair mülkiyyət hüquqları vardır. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş Bakı şəhəri ** saylı Notariat Ofisində bağlanmış ## ###### 2023cü il tarixli, AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, iddiaçı onun tikdiyi və yaşadığı evi deyil, X7ndan ünvan ünvanında yerləşən 0,03 ha torpaq sahəsini almışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan ünvanında yerləşən 0,03 ha torpaq sahəsi Iddiaçı adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində 1623037026 qeydiyyat nömrəsi, 308013142660 reyestr nömrəsi ilə ## ######## 2023-cü il tarixində qeydiyyata alınmışdır. Yəni, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, ünvan ünvanında yerləşən 0,03 ha torpaq sahəsi iddiaçı Iddiaçı alqı-satqı müqaviləsi əsasında sonuncunun mülkiyyətinə verilməklə bu barədə ona daşınmaz əmlakın Dövlət reyestrindən 1623037026 qeydiyyat nömrəsi, 308013142660 reyestr nömrəsi ilə qeydə alınmış çıxarış verilmişdir. Həmin fərdi yaşayış evi onun tərəfindən qeyd edilən alqı-satqı müqaviləsindən 10 il əvvəl 2013-cü ildə aşağıdakı sənədlərə əsasən tikilmişdir. Abşeron Rayon Icra Hakimiyyətinin ## ######## 2013-cü il tarixli məktubuna əsasən sözügedən 0,06 ha torpaq sahəsində bir mərtəbəli fərdi yaşayış evlərinin qüvvədə olan tikinti norma və qaydalarına uyğun şəkildə razılaşdırılmış eskiz əsasında tikintisinə razılıq verilmiş, Abşeron Rayon Icra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Şöbəsi ilə razılaşdırılmış “xxxx” MMC tərəfindən tərtib edilmiş eskiz layihəsi ilə sözügedən torpaq sahəsində bir mərtəbəli fərdi yaşayış evlərinin qüvvədə olan tikinti norma və qaydalarına uyğun şəkildə tikintisi planlaşdırılmışdır. Fərdi yaşayış evi tikiləndən ailə üzvləri ilə birlikdə həmin fərdi yaşayış evində yaşayır. Hər hansı şəxsə nə fərdi yaşayış evini, nə də torpaq sahəsini satmamışdır. Iddiaçının onun tikdiyi və ailəsi ilə 13 ildir ki, yaşadığı fərdi yaşayış evinə hər hansı mülkiyyət hüququ olmadığı halda, məhkəmə istinad edilən maddi hüquq normalarını işə səhv tətbiq etmişdir. Həmin fərdi yaşayış evi üzərində onun və ailəsinin sahiblik və istifadə hüquqları vardır, mülkiyyət hüququ gözləntiləri vardır. Evi tikinti norma və qaydalarına uyğun, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış eskiz və sərəncam əsasında inşa etmişlər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar” ## ###### 2010cu il tarixli qərarında belə bir mövqe ortaya qoymuşdur ki, sahiblik və istifadə hüquqlarını həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanının mövcud olması əmlak sahibinin hüquqlarının da mülkiyyətçi hüquqları ilə bərabər həddə müdafiə olunması zərurətini doğurur. Hazırkı halda əmlak – yəni yaşayış evi şəxsi vəsaitim hesabına inşa edilməklə cavabdeh və ailəsi üçün faktiki mövcud olmaqla, maddi dəyər ifadə edir və onu qanunvericiliyə uyğun olaraq özəlləşdirmək və digər hüquqları həyata keçirmək gözləntiləri yaratmışdır. Iddiaçı isə həmin fərdi yaşayış evinə hər hansı vəsait sərf etmədən və alqı-satqı etmədən hansısa hüququnun olmasını iddia edir, məhkəmə bunu təmin edir ki, işin bu faktiki halında iddiaçı ilə cavabdehlərin həmin fərdi yaşayış evinə eyni hüququnun (bərabərlik hüququnun) olmasından söhbət gedə bilməz və bu nəticə absurddur. Məhkəmə qətnamədə Mülki Məcəllənin 152 və 139-cu maddələrinə istinad etsə də, hazırkı halda iddiaçının fərdi yaşayış evinə hansı əsasla mülkiyyət hüququna malik olması barədə heç bir əsaslı dəlilə və sübuta istinad etməmişdir. Lakin, məhkəmə tərəfindən istinad edilən maddi hüquq normalarının tələbləri pozulmaqla iddia təmin edilmişdir. Məhkəmə tərəfindən iddiaçının onun müvafiq icra hakimiyyəti orqanının razılığı və sərəncamı ilə tikdiyi fərdi yaşayış evinə iddiaçının hər hansı hüququnun olmasının təsdiq edilmədiyini və sübuta yetirilmədiyini nəzərə almadan, işin faktiki halları düzgün qiymətləndirilmədən iddia təmin edilmişdir.
13. Cavabdeh cavabdeh2 apellyasiya şikayəti cavabdeh cavabdeh1 apellyasiya şikayəti ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd etmişdir ki, satıcı X1 ilə alıcı cavabdeh2 arasında bağlanmış ## ###### 2013-cü il tarixli alqı-satqısı müqaviləsinə əsasən ünvanndə yerləşən ümumi sahəsi 0,06 ha olan torpaq sahəsi satıcı tərəfindən alıcıya 20.000 manata satılmışdır. Sözügedən müqavilə üzrə cavabdeh2 torpaq sahəsinə mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət reyestrində ## #### 2013-cü il tarixdə qeydiyyata alınmışdır. O, ## ##### 2015-ci il tarixli etibarnamə ilə oğulları cavabdeh1 və cavabdeh3 ## ##### 2065-ci il tarixinədək bütün əmlakını idarə etməyi, o cümlədən: satmaq, bağışlamaq və s. səlahiyyətləri etibar etmişdir. O, (etibarnamə əsasında nümayəndəsi cavabdeh3 vasitəsilə) ilə alıcı X3 arasında bağlanmış ## ###### 2022-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən ünvan ünvanında yerləşən, 0,06 ha torpaq sahəsi 12.000 manata alıcı tərəfindən satıcıya satılmışdır. X3 torpaq sahəsinə mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət reyestrində ## ###### 2023-cü il tarixdə qeydiyyata alınmışdır. X9 ilə alıcı X8 arasında bağlanmış ## ###### 2023-cü il tarixli AN-İ seriyalı, ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən sözügedən 0,06 ha torpaq sahəsi satıcı tərəfindən alıcıya 70.000 manata satılmışdır. X8 torpaq sahəsinə mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət reyestrində ## #### 2023-cü il tarixdə qeydiyyata alınmışdır. X7 ilə (etibarnamə əsasında nümayəndəsi X5 vasitəsilə) alıcı X4 arasında bağlanmış ## #### 2023-cü il tarixli AN-İ ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən sözügedən 0,06 ha torpaq sahəsinin 0,03 hissəsi 48.000 manata satılmışdır. X4 torpaq sahəsinə mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət reyestrində qeydiyyata alınmışdır. X7 ilə (etibarnamə əsasında nümayəndəsi X6 vasitəsilə) alıcı Iddiaçı arasında bağlanmış ## ###### 2023-cü il tarixli AN-İ № ******* nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən sözügedən 0,06 ha torpaq sahəsinin 0,03 hissəsi 50.000 manata satılmışdır. Iddiaçı torpaq sahəsinə mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət reyestrində ## ######## 2023-cü il tarixdə qeydiyyata alınmışdır. Bakı şəhər Prokurorluğunun *-*-***-xid-*** nömrəli məktubunda müəyyən edilmişdir ki, cavabdeh2 **-*****-**-****** nömrəli müraciəti Bakı şəhər prokurorluğuna ## #### 2024-cü il tarixdə daxil olmuş, ## #### 2024-cü il tarixdə müraciət qanunamüvafiq qaydada baxılmasının təmin edilməsi üçün aidiyyəti üzrə Sabunçu Rayon Prokurorluğuna göndərilmişdir. Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı şəhəri Sabunçu RPI-nin 15-ci Polis Bölməsinin ## #### 2024-cü il tarixli məktubunda bildirilmişdir ki, vətəndaş cavabdeh2 müraciəti əsasında 15-ci PB-də toplanmış material araşdırmanın davam etdirilməsi üçün Binəqədi RPI-nə göndərilmişdir. Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Bakı şəhəri Nizami RPI-nin Istintaq Şöbəsinin ## ###### 2024-cü il tarixli məktubu və qoşmasına əlavə olunmuş sənədlərdən görünür ki, hazırkı iş üzrə cavabdeh X3 və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 barəsində ********* saylı cinayət işinin istintaqı aparılır, vətəndaş cavabdeh2 əmlakının dələduzluq yolu ilə ələ keçirilməsi ilə bağlı Bakı şəhəri Binəqədi RPI-nin IŞ-də toplanmış HK- */**** saylı material ## ##### 2024cü il tarixli qərarla qeyd edilən cinayət işinə əlavə edilməklə araşdırma davam etdirilir. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin ## ##### 2024-cü il tarixli məktublarından görünür ki, X2 ## ###### 2023-cü il tarixindən və X3 ## ###### 2024-cü il tarixindən ölkə hüdudlarından kənara çıxmış və Azərbaycana Respublikasına qayıtmamışlar.
14. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## #### 2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli qətnaməsi ilə (hakim A.Hüseynzadənin sədrliyi və məruzəsi ilə, hakimlər A.Mahmudov və L.Rəhimli) apellyasiya şikayətləri təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi cavabdehlər cavabdeh1 və cavabdeh2 apellyasiya şikayətinə aid hissədə dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya kollegiyası iddiaçının yalnız torpaq sahəsini alması və cavabdehin torpaq sahəsi üzərində inşa edilmiş ev üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeyd alınmaması ilə bağlı apellyasiya şikayətinin dəlilini əsassız hesab edərək qeyd etmişdir ki, torpaq sahəsi və üzərindəki evlə birlikdə vahid daşınmaz əmlak obyekti sayıldığından, xüsusi bir istisna nəzərdə tutulmadığı halda, mübahisəli fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaması səbəbindən onun altında yerləşən və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınan torpaq sahəsinin alqı-satqısının evə şamil olunmaması əsaslı və ağlabatan hesab olunmur.
16. Bundan başqa iş materiallarında olan qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2024-cü il tarixli qətnaməsinin 61-ci bəndindən görünür ki, apellyasiya instansiyası məhkəməsi mübahisəli torpaq sahəsi onun üzərində yerləşən evlərlə birlikdə cavabdeh2 oğlu cavabdeh3 tərəfindən X3, X3 tərəfindən isə X8 ki, bununla da iddiaçı Iddiaçı da torpaq sahəsini evlə birlikdə X8 alması müəyyən olunur.
17. Buna görə də, apellyasiya kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab etmişdir.
18. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab etmişdir ki, birinci instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir.
19. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 139.1, 139.3, 152.1, 157.2, 157.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:
20. Cavabdeh cavabdeh1 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
21. Həmçinin, cavabdeh cavabdeh2 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
22. Məzmunları oxşar olan kassasiya şikayətləri onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 139, 152, 158.2-ci, Mülki Prosessual Məcəllənin 14.1, 14.2, 77.1, 217.1, 217.3-cü maddələrinin tələbləri pozulmuşdur.
23. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmələr qətnamədə Mülki Məcəllənin 152 və 139-cu maddələrinə istinad etsə də, hazırkı halda iddiaçının fərdi yaşayış evinə hansı əsasla mülkiyyət hüququna malik olması barədə heç bir əsaslı dəlilə və sübuta istinad etməmişdir. Lakin, məhkəmələr tərəfindən istinad edilən maddi hüquq normalarının tələbləri pozulmaqla iddia təmin edilmişdir. Məhkəmə prosessual hüquq normalarının tələblərini pozmaqla ədalətə söykənməyən, obyektiv həqiqəti əks etdirməyən və iddiaçının hüquqlarını pozan qətnamə qəbul etmişdir. Məhkəmə tərəfindən iddiaçının cavabdeh cavabdeh2 müvafiq icra hakimiyyəti orqanının razılığı və sərəncamı ilə tikdiyi fərdi yaşayış evinə iddiaçının hər hansı hüququnun olmasının təsdiq edilmədiyini və sübuta yetirilmədiyini nəzərə almadan iddianın təmini üçün qanuni əsasların olmaması nəzərə alınmamış, işin faktiki halları düzgün qiymətləndirilmədən iddia təmin edilmişdir. Məhkəmə həmin sübutu sübutların qiymətləndirilməsi ilə bağlı prosessual hüquq normalarını pozmaqla, heç bir qiymət vermədən rədd etmişdir.
24. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
25. Iddiaçı kassasiya şikayətinə qarşı etiraz verərək, təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
26. Etiraz belə əsaslandırılmışdır ki, kassasiya şikayətləri formal cəhətdən əsaslandırılmış, kassatorlar torpaq sahəsini və yaşayış evini boşaltmamaq üçün və vaxt qazanmaq üçün məhkəmə kollegiyasının qətnaməsinin qanuni qüvvəsini almasını gecikdirməyə çalışmışlar.
Kassasiya baxışının hədləri
27. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
28. Cavabdehlər apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə ləğv olunmasını xahiş etdiyindən, hazırkı kassasiya baxışının predmetini kassasiya şikayətlərinin dəlillərinə uyğun olaraq həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq:
29. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur və heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 144.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 240.2-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi özünə mənsub sahədə ucaldılmış və ya yaradılmış binaya, qurğuya və digər daşınmaz əmlaka mülkiyyət hüququ əldə edir.
31. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
33. Belə ki, apellyasiya instansiyası məhkəməsi cavabdehlərin hazırkı kassasiya şikayətlərinin dəlilləri ilə oxşar olan apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparmış, iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində işin hallarına hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası gəlinən nəticə ilə tam razılaşır.
34. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası bir daha qeyd edir ki, iddiaçı mübahisələndirilən əmlakı etibarlılığı mübahisə predmeti olan alqı-satqı müqaviləsi əsasında əldə edərək, onun həmin əmlak üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
35. Belə olan halda, cavabdehlərin iddiaçının mübahisəli torpaq sahəsi üzərində mülkiyyət hüququnun yaranmamasına dair dəlilləri Mülki Məcəllənin 140-cı maddəsinə görə əsassızdır.
36. Torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evi isə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatda olmasa da, apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq hesab etmişdir ki, torpaq sahəsi və üzərindəki ev vahid daşınmaz əmlak obyekti olduğundan, cavabdehlərin bu evdən çıxmaqdan imtinaları əsassızdır. Belə ki, Mülki Məcəllənin 240.2-ci maddəsinin tələbinə görə, iddiaçı mübahisəli torpaq sahəsinə mülkiyyət hüququnu əldə etməklə, həmin sahədə inşa edilmiş tikililərə də mülkiyyət hüququ əldə etmişdir.
37. Odur ki, cavabdehin mübahisəli yaşayış sahəsində istifadə və başqa əşya hüququnun olmaması, buna baxmayaraq orada yaşamaqla iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdırılması nəzərə alınmaqla, Mülki Məcəllənin 157.2-ci maddəsinə istinad edərək iddianı təmin edən apellyasiya instansiyası məhkəməsinin mövqeyi əsaslı olmuşdur.
38. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
39. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Cavabdehlər cavabdeh2 və cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## #### 2026-cı il tarixli, *(*- *)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.