Məhkəmə qərarları › İş №2(1-8)-1624/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1624/2026

23.07.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

AzərbaycanǝRespublikasıǝadından Qərar Bakıǝşəhəri İşǝ№ǝ2(1-8)-1624/2026 23.07.2026 ALIǝMƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı İddiaçı cavabdehlər cavabdeh1, cavabdeh2 və cavabdeh3 qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARI (Açar sözlər: maddi zərərin əvəzinin naturada ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdehlər cavabdeh1, cavabdeh2 və cavabdeh3 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsindən cavabdeh cavabdeh1 (vəkil vəkil1) tərəfindən verilmiş kassasiya şikayətinə ## #### 2026-cı il tarixdə Ali Məhkəməninǝinzibatiǝbinasındaǝyazılıǝicraatǝqaydasındaǝbaxaraq,ǝaşağıdakıǝqərarıǝqəbulǝetdi. İşin halları:

1. Torpağa mülkiyyət hüququna dair JN-712 KOD ******** nömrəli Dövlət aktına əsasən, Şəmkir rayon Aqrar İslahat Komissiyasının ##.##.1998-ci il tarixi qərarı ilə X5, Qasımova Zeynəb İdris qızına, cavabdeh1, cavabdeh3 və X6 Şəmkir Rayon, Qapanlı kəndinin ərazisində 4,53ǝhaǝkəndǝtəsərrüfatıǝtəyinatlıǝtorpaqǝsahəsiǝverilmişdir.

2. X7 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş reyestr nömrəsi 504013174192, qeydiyyat nömrəsi 3120002305, qeydiyyat tarixi ##.##.2020-ci il olan çıxarışa əsasən, Şəmkir rayonu, Qapanlı kəndində yerləşən 2,7475 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi cavabdeh1, cavabdeh2, cavabdeh3, X5, Qasımova Zeynəb İdris qızı və X6 ümumi birgə mülkiyyətindədir.

3. Şəmkir Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2022-ci il tarixli qətnaməsinə əsasən, cavabdeh1 iddiası qismən təmin edilərək hüquqların X7 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş reyestr nömrəsi 504013174192, qeydiyyat nömrəsi 3120002305, qeydiyyat tarixi ##.##.2020-ci il olan çıxarış əsasında iddiaçı cavabdeh1 və ailə üzvlərinin ümumi birgə mülkiyyət hüququ ilə məxsus olan Şəmkir rayonu, Qapanlı kəndində yerləşən 2,7475 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yerquruluşu planında mütəxəssisin göstərdiyi zəbt edilmiş 1,14 ha hissəsindən İddiaçı çıxarılması qət edilmişdir. Həminǝqətnaməǝyuxarıǝməhkəməǝinstansiyalarıǝtərəfindənǝdəyişdirilmədənǝsaxlanılmışdır.

4. Şəmkir Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2023-cü il tarixli qətnaməsinə əsasən, iddiaçı İddiaçı cavabdehlər cavabdeh1, cavabdeh2 və cavabdeh3 qarşı alğı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddia tələbi təmin edilməmişdir. Qeyd edilən iş üzrə cavabdeh cavabdeh1 izahatında bildirmişdir ki, “ - anasının sağlığından iddiaçı həmin torpaq sahəsini anası ilə birlikdə əkib– becərmişdir. Anasının vəfatından sonra da iddiaçı həmin torpaq sahəsindən təyinatına uyğun istifadə etmiş, ağaclar əkmişdir. O, həmin vaxtlar iddiaçıya müraciət edərək onlara məxsus torpaq sahəsində əkdiyi məhsullardan onların da payını verməsini istəmiş, lakin iddiaçı ona məhəl qoymamışdır. Bir müddət sonra isə iddiaçıdan onlara məxsus torpaq sahəsindən çıxmasını tələb etmiş, lakin iddiaçı torpaq sahəsini anası Zeynəbdən və qardaşı Tahirdən 3.500 manat müqabilində almasını bildirmişdir.

5. Mübahisəli torpaq sahəsi İddiaçı tərəfindən uzun müddət istifadə edilmiş, o, həmin torpaq sahəsində iş üzrə cavabdehlərin etirazı olmadan 650 ədəddən artıq meyvə ağacları əkərək onlara qulluq etmiş, sonradan cavabdeh cavabdeh1 İddiaçı həmin torpaq sahəsindən çıxarılmasını tələb etmiş və onun iddia tələbi təmin edilmişdir. İddiaçı tərəfindən əkilmiş 650 ədəddən artıq bar verən meyvə ağacı isə həmin torpaq sahəsində cavabdehlərin istifadəsində qalıb.

6. X1 İnkişaf Mərkəzinin Bitkiçilik Sektoru tərəfindən verilmiş tarix qeyd olunmamış arayışda qeyd edilmişdir ki, 1 hektar xurma bağının salınması üçün 600-650 ting əkilir. Bağ salındıqdan 3 il sonra qismən, 4 il sonra isə tam məhsul verməyə başlayır. Bütün aqrotexniki qaydalara əməl olunduğu təqdirdə 1 hektar xurma bağından 180-220 sentner məhsul əldə etmək mümkündür. Aqrotexniki qaydalar dedikdə - cərgəarası şum, quru budama, kultivasiya, suvarma, alaq otlarına, xəstəlik və zərərvericilərə qarşı mübarizə, həmin sahəyə yemləmə gübrəsinin verilməsi və sair tədbirlər nəzərdə tutulur. Sahədə il ərzində şumlama payız və yaz şumu olmaqla 2 dəfə aparılır. Payız şumu noyabr-dekabr ayları aralığında, yaz şumu isə mart ayı ərzində aparılır. Bundan əlavə müasir suvarma sistemi ilə təmin olunmuş xurma bağlarında suvarma 6 dəfə aparılır. 1-ci suvarma 15 mart, 15 aprel, 2-ci suvarma 15 may-15 iyun, 3-cü suvarma 1-15 iyul, 4-cü suvarma 15-30 iyul, 5-ci suvarma 1-15 avqust, 6-cı suvarma 15-30 avqust tarix aralıqlarında aparılır. Suvarma zamanı yemləmə gübrəsinin verilməsi 4 dəfə olmaqla suvarmadan əvvəl aparılır. Kultivasiya 3 dəfə suvarmadan sonra martın əvvəlindən iyunun sonuna qədər həyata keçirilir. Quru budama 1 dəfə olmaqla noyabr-fevral ayları aralığında, alaq otlarına qarşı mübarizə 2-3 dəfə olmaqla may-iyul ayları aralığında, xəstəlik və zərərvericilərə qarşı mübarizə (dərmanlama) 3-4 dəfə olmaqla may-iyul ayları aralığında həyataǝkeçirilir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

7. İddiaçı İddiaçı (bundan sonra iddiaçı) nümayəndəsi və vəkili İsayeva Xalidə İsa qızı cavabdehlər cavabdeh1, cavabdeh2 və cavabdeh3 (bundan sonra cavabdehlər, yaxud ad, soyadı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hər birinin dəyəri 60 manat olmaqla, 670 ədəd meyvə ağacının dəyəri olan 40.200 manat pulun, 500 manat vəkil xidmət haqqının, 213 manat dövlət rüsumunun, cəmi 40.913 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə alınması haqqında qətnamə qəbul olunmasını xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər iddiaçının həmkəndlisidir. Cavabdehlərə ailə olaraq Şəmkir rayonunun, Qapanlı kəndinin ərazisində 4,53 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilib. Cavabdehlər həmin torpaq sahəsinin 1,14 ha hissəsini 2002-ci ildə iddiaçıya 3.500 manata satıblar. İddiaçı isə cavabdehlər tərəfindən satın aldığı torpaq sahəsini təyinatı üzrə istifadə edərək orada kənd təsərrüfatı məhsulları becərmişdir. Eyni zamanda, bir neçə il bundan əvvəl həmin torpaq sahəsində hər birinin qiyməti 60 manat olmaqla 670 ədəd meyvə ağacı əkmişdir. İddiaçı həmin meyvə ağaclarına və torpaq sahəsinə aqrotexniki qaydada qulluq etmişdir. Həmin meyvə ağacları tam sağlam və məhsuldar olmaqla, hazırda bar verir. Bununla belə, cavabdehlər tezliklə torpaq sahəsinə dair notariat qaydada alğı-satqı müqaviləsini bağlayacaqlarına vəd vermişlər. İddiaçı da cavabdehlər tərəfindən torpaq sahəsinin naturada ona təhvil verəcəklərinə inanaraq nağd pul ödəməklə torpağı satın almışdır. Lakin aradan uzun müddət keçməsinə baxmayaraq, cavabdehlərlə notarial qaydada müqavilə bağlanmamış və torpaq sahəsinin hüquqi vəziyyəti qeyri-müəyyən formada qalmışdır. Cavabdehlər torpaq sahəsini iddiaçıya öz razılıqları ilə satsalar da, alğı-satqı müqaviləsini notarial qaydada rəsmi qeydə aldırmaqdan imtina ediblər. Cavabdehlər qanunsuz hərəkətləri ilə iddiaçıya maddi ziyan vurmuşlar. Belə ki, iddiaçı həmin torpaq sahəsində hər birinin dəyəri 60 manat olan 670 ədəd meyvə ağacı əkmişdir. Hesab edir ki, cavabdehlər qanunsuz hərəkətləri nəticəsində iddiaçıya vurmuş olduqları maddi ziyanı tam şəkildə ona geri qaytarmalıdırlar. Cavabdehlərin iddiaçıya vurmuş olduqları maddi ziyanı 40.913 manat dəyərində qiymətləndirir. Buraya daxildir həmin meyvə ağaclarının cəmi dəyəri– 40.200 manat, 500ǝmanatǝvəkilǝxidmətǝhaqqıǝvəǝ213ǝmanatǝdövlətǝrüsumu.

9. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi X1 İnkişaf Mərkəzi tərəfindən verilmiş ## ###### 2024-cü il tarixli *-**-***/***/**** nömrəli rəyə əsasən Torpağa Mülkiyyət Hüququna dair JN-*** nömrəli Dövlət Aktı əsasında cavabdehlərin və digər ailə üzvlərinin mülkiyyətində olan, Şəmkir rayonu Qapanlı kəndi ərazisində yerləşən 4,53 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə baxış keçirilmiş, baxış zamanı 4,53 hektar sahənin orta hissəsində 1,14 hektarda 2016-cı ildə 4x5 ǝkin sxemi ilə xurma ağacları əkilməsi müəyyən edilmişdir. Hal-hazırda həmin sahədə 552 ədəd məhsuldar xurma ağacı vardır. Bundan əlavə 4,53 hektar sahənin 0,28 hektarında 2018-ci ildə xurma və alça ağacları əkilmiş və indiki vaxta qədər əmin sahədə qulluq işləri aparılmışdır. İddiaçı dediyinə görə, həmin sahədə olan meyvə bağıǝözüǝtərəfindənǝsalınmışǝvəǝaqrotexnikiǝtədbirlərǝaparılmışdır.

10. Məhkəmə tərəfindən iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilərək müvafiq rəy alınmışdır. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin *-****-*/**** nömrəli ##.##.2025-ci il tarixli ekspertiza rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş Şəmkir rayonu, Qapanlı kəndində yerləşən 4,53 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1,14 ha hissəsində Şişburun xurma ağacları becərilmişdir. Həmin sahədə cəmi 650 ədəd xurma ağacı olub, onlardan 638 ədəd 10-11 illik (məhsul verən ağaclar), 12 ədədi isə 4-5 illikdir (məhsul verməyən ağaclar); Ekspertiza qarşısında qoyulmuş sualda Şəmkir rayonu Qapanlı kəndi ərazisində yerləşən 4,53 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin 1,14 ha hissəsində iddiaçı İddiaçı tərəfindən meyvə ağacı əkilmişdirsə, həmin ağacların hər birinin ayn-aynlıqda dəyəri neçə manat təşkil etməsi olmuşdur. Bu, məhkəməəmtəəşünaslıq ekspertizaya predmetinə aid olmadığından ekspertiza qarşısında qoyulmuş suallaǝcavabǝverməkǝmümkünǝolmamışdır.

11. Şəmkir Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) *(***)- ***/**** nömrəli, # #### 2025-ci il tarixli qətnaməsi ilə (hakim Həvayət Məhəmmədi) iddia qismən təmin edilmiş, cavabdehlər cavabdeh1, cavabdeh2 və cavabdeh3 müştərək qaydada vurulmuş ziyana görə 39.000 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 207 manat pulun tutularaq iddiaçıya verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qətǝolunmuşdur.

12. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Şəmkir rayonu Qapanlı kəndi ərazisində yerləşən 4,53 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1,14 ha hissəsi 10 ildən çoxdur ki, iddiaçının faktiki istifadəsində olmuş, həmin illərdə iddiaçı həmin torpaq sahəsində şişburun xurma ağacları əkmiş, torpaqda yaxşılaşdırma işləri aparmış və daim istifadəsində olmuşdur. Şəmkir Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2022ci il tarixli qətnaməsi ilə onun mübahisəli torpaq sahəsindən çıxarılması qərara alınmış, Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli qətnaməsi ilə həmin qətnamə dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəmənin ##.##.2024-cü il tarixli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bir sözlə, həmin torpaq sahəsi qeyd edilən dövrdən etibarən 2022-ci il tarixədək etirazsız şəkildə iddiaçının istifadəsində olmuşdur. Həmin sahədə 650 ədəd xurma ağacları var, onlardan 638 ədədi 10-11 illik, 12 ədədi isə 4-5 illikdir. Göründüyü kimi, ən son 2020-ci ildən gec olmayan tarixdə həmin sahəyə ağac əkilmişdir ki, həmin tarixlərdə mübahisəli torpaq sahəsinin İddiaçı istifadəsində olması Şəmkir Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli qətnaməsi ilə müəyyən edilir. İddia tələbinin əsası ondan ibarət olmuşdur ki, Şəmkir Rayonu Qapanlı kəndi ərazisində yerləşən 4,53 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1,14 ha hissəsindən məhkəmə qətnaməsi ilə onun çıxarılmasını, bu səbəbdən də onun tərəfindən əkilmişǝağaclarınǝdəyərinin,ǝyəniǝ40.200ǝmanatǝvəsaitiǝtələbǝetməkdəǝhaqlıdır.

13. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab etmişdir ki, iddia tələbi qismən əsaslıdır. Belə ki, Şəmkir Rayon Məhkəməsində *(***)-****/**** nömrəli mülki işə baxılan zaman cavabdeh cavabdeh1 izahatında mübahisəli torpaq sahəsinin İddiaçı tərəfindən uzun müddət istifadə edilməsini, həmin torpaq sahəsindən əldə etdiyi gəlirdən onlara verməməsi səbəbindən Şəmkir Rayon Məhkəməsinin qətnaməsi ilə torpaq sahəsindən çıxarılması barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin *-****-*/**** nömrəli ##.##.2025-ci il tarixli ekspertiza rəyində isə Şəmkir rayonu Qapanlı kəndində yerləşən 4,53 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1,14 ha hissəsində Şişburun xurma ağacları becərilməsi, həmin sahədə cəmi 650 ədəd xurma ağacının olması, onlardan 688 ədəd 10-11 illik (məhsul verən ağaclar), 12 ədədi isə 4-5 illik olması müəyyən edilmişdir (məhsul verməyən ağaclar). Göründüyü kimi, mübahisəli torpaq sahəsində qeyd edilən ağaclar torpaq sahəsi iddiaçı İddiaçı istifadəsində olan zaman əkilmişdir. Hazırda isə Şəmkir Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2022-ci il tarixli qətnaməsi ilə mübahisəliǝtorpaqǝsahəsindənǝiddiaçıǝİddiaçıǝçıxarılmasıǝqətǝedilmişdir.

14. Bundan başqa, “xxxx” MMC tərəfindən verilmiş ##.##.2025-ci il tarixli məktubdan bir ədədǝ7ǝillikǝşişburunǝxurmaǝağacınınǝqiymətininǝ60ǝmanatǝolmasıǝmüəyyənǝedilir.

15. İddiaçı hazırkı iş üzrə iddia ərizəsində xurma ağacının 670 ədəd olmasını əsas gətirərək 40.200 manat tələb etməsinə baxmayaraq, iş materialları araşdırılarkən mübahisəli torpaq sahəsində 650 ədəd xurma ağacı olması müəyyən edilmişdir. Bu baxımdan, məhkəmə 650 ədəd şişburun xurma ağacının olmasını, xurma ağacının birinin dəyərinin 60 manat olmasını nəzərə alaraq ümumi olaraq 39.000 manat ziyan vurulmasını mübahisənin həlli zamanıǝnəzərəǝalmışdır.

16. Birinci instansiya məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 560.1, 560.3.4, 1096.1, 1097.1, 1115-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4, 106.1-ci maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

17. Cavabdeh cavabdeh1 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasınıǝxahişǝetmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, qeydiyyat tarixi ##.##.2020-ci il, reyestr nömrəsi 504013174192, qeydiyyat nömrəsi 3120002305 olan DƏDRX-dən Çıxarış əsasında cavabdeh1, cavabdeh2, cavabdeh3, X5, Qasımova Zeynəb İdris qızı, X6 ibarət ailə üzvlərinə JN *** saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında Şəmkir rayonun Qapanlı kəndi ərazisindən cəmisi 4,53 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmiş, həmin torpaq sahəsinin 1,78 ha hissəsini həmkəndlilərinə satmış, qalan 2,7475 ha hissəsini 2015-ci ilədək ailəsi tərəfindən kənd təsərrüfatı bitkiləri əkilib becərilməklə istifadə edilmişdir. 2015-ci ildə anası Zeynəb İdris qızı və qardaşı Möhlət Qəhrəman oğlu ilə iddiaçı İddiaçı arasında olan şifahi razılaşma əsasında ildə 500 manat icarə haqqı ödəməklə 2,7475 ha sahənin 1,14 ha hissəsi icarəyə verilmiş, iddiaçı da həmin sahədə mövsümi kənd təsərrüfatı bitkiləri əkərək hər ildə icarə haqqını ailəsinə ödəmiş, 2017-ci ildə anasının vəfatından sonra iddiaçı icarə haqqını ödəməkdən imtina edərək guya anası tərəfindən həmin 1,14 ha sahənin ona şifahi qaydada satılmış olmasını iddia etmişdir. Dəfələrlə, iddiaçıdan ya icarə haqqını ödəməsini, ya da ödəmədiyi halda 1,14 ha torpaq sahəsini boşaldaraq ailələrinin sahibliyinə və istifadəsinə qaytarmasını tələb etsələr də, müxtəlif bəhanə ilə torpaq sahəsini zəbtdən azad etmişdir. İddiaçının qanunsuz əməlləri barəsində Respublikanın ali orqanlarına şikayətlər etsələr də cavabdehin maddi imkanının yüksək olmasına, hər yerə əlinin çatmasına görə onun barəsində etdiyi şikayətlər nəticəsiz qalırdı. Nəticədə, məhkəməyə müraciət etməli olmaları onlara bildirildikdən sonra Şəmkir Rayon Məhkəməsində iddiaçıya qarşı iddia qaldıraraq 1,17 ha torpağın zəbtdən azad edilməsini tələb etmiş və Şəmkir rayon Məhkəməsinin *(***)-**/**** nömrəli, ##.##.2022-ci il tarixli qətnaməsi ilə qismən təmin edilərək 1,14 ha torpaq sahəsindən hazırkı iddiaçının həmin sahədən çıxarılması qət edilmişdir. Həmin iddia üzrə cavabdeh, hazırkı iddia üzrə iddiaçının ailəsinə məxsus 1,14 ha torpaq sahəsini 2017-ci ildən zəbt etməsi məhkəmənin *(***)-**/**** nömrəli, ##.##.2022-ci il tarixli qətnaməsi ilə də tam mənada müəyyən edilmişdir. Həmin qətnamədən cavabdehin verdiyi apellyasiya şikayəti Gəncə Apellyasiya Məhkəməsinin *(***)-**/**** nömrəli, ##.##.2024-cü il tarixli qətnaməsi ilə təmin edilməmiş, eyni ilə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-**/**** nömrəli, ##.##.2024-cü il tarixli qətnaməsindən cavabdehin verdiyi kassasiya şikayəti Ali Məhkəmə Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qərarı ilə təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-**/**** nömrəli, ##.##.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış və artıq icra olunmuşdur. Birinci instansiya məhkəməsi isə cavabdehlərin onlara məxsus 1,14 ha torpaq sahəsini zəbt edərək istifadə etməsi nəticəsində küllü miqdarda maddi zərər çəkdiklərini bildiyi halda, məhkəmə əsassız olaraq iddiaçınıǝzərərçəkmişǝkimiǝtanımışdır.

19. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakimlər Şamil Rzaquliyev (sədrlik edən və məruzəçi), Rüfət Məcidov və İslam Həsənov) cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiyaǝməhkəməsininǝqətnaməsiǝdəyişdirilmədənǝsaxlanılmışdır.

20. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyasının sorğusuna əsasən Şəmkir Aqrar İnkişaf Mərkəzi tərəfindən göndərilmiş ##.##.2026-cı il tarixli *-**-*-**/*-**/**** nömrəli məktubdan görünür ki, Şəmkir rayonu, Qapanlı kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1,14 ha torpaq sahəsində əkilmiş 7–9 illik xurma ağaclarının həmin ərazidən çıxarılaraq başqa yerə köçürülməsi prosesi ciddi aqrotexniki tələbləri və riskləri var. Belə ki, ağacların köçürülməsi zamanı köklərin torpaq topası ilə birlikdə çıxarılması, kök sisteminin zədələnməsinə yol verilməməsi, ağacın yerüstü hissəsində müvafiq budamanın aparılması tələb olunur. Bu tələblərə tam əməl edilmədiyi halda ağacların əhəmiyyətli dərəcədə məhv olması mümkündür. Bununla yanaşı, köçürülmüş xurma ağacları ən azı 1 il yeni əraziyə uyğunlaşma yükü ilə qarşılaşır və bu dövrdə ağacların məhsul verməsi gözlənilmir. Yaranan uyğunlaşma və yaranmış əlavə təsirlər səbəbindən yaxın müddətdə barvermə qabiliyyətinin zəifləməsi ehtimalı böyükdür. Qeyd edilir ki, 7-9 illik xurma ağaclarının həmin ərazidən çıxarılaraq başqa yerə köçürülməsi, həmin ağacların yenidən kök tutub, inkişaf edib,ǝbarǝverməsiǝbaxımındanǝsərfəliǝdeyildir.

21. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, cavabdehlərin və onların hazırda mərhum analarının mülkiyyətində Şəmkir rayonunun, Qapanlı kəndinin ərazisində 4,53 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmuş həmin torpaq sahəsinin bir hissəsi digər şəxsə satıldıqdan sonra 2,7475 ha hissəsi mülkiyyətlərində qalmış, həmin torpaq sahəsinin də 1,14 ha hissəsini iddiaçının istifadəsinə vermiş (iddiaçı həmin torpaq sahəsini rəsmiləşdirilməmiş alğı-satqı müqaviləsi əsasında aldığını bildirmiş olsa da, digər məhkəmə icraatı ilə iddia tələbi təmin edilməmişdir), sonuncu həmin torpaq sahəsində meyvə ağacları əkib yetişdirmiş, hansı ki, hazırda bar verən ağaclar olmaqla 7-9 illikdir. Həmin torpaq sahəsində meyvə ağaclarının əkib yetişdirilməsinə cavabdehlərin etirazı olmamışdır. Aralarında mübahisə yarandığına görə cavabdehlər iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçının həmin torpaq sahəsindən çıxarılmasını xahiş etmiş, məhkəmə tərəfindən iddia təmin edilmişdir. Hazırda iddiaçı İddiaçı həmin torpaq sahəsinin yaxşılaşdırılmasına çəkmiş olduğu xərcin, yəni əkib yetişdirdiyi ağaclarınǝdəyərininǝonaǝödənilməsiniǝxahişǝedir.

22. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşmış məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisəli torpaq sahəsi iddiaçı İddiaçı tərəfindən uzun müddət istifadə edilmiş, o, həmin torpaq sahəsində cavabdehlərin etirazı olmadan 650 ədəddən artıq meyvə ağacları əkərək onlara qulluq etmiş, sonradan cavabdeh cavabdeh1 İddiaçı həmin torpaq sahəsindən çıxarılmasını tələb etmiş və iddia tələbi təmin edilmişdir. İddiaçı tərəfindən əkilmiş 650 ədəddən artıq bar verən meyvə ağacı isə həmin torpaq sahəsində cavabdehlərin istifadəsində qalır ki, Şəmkir Aqrar İnkişaf Mərkəzi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli məktubdan göründüyü kimi 7-9 illik xurma ağaclarının həmin ərazidən çıxarılaraq başqa yerə köçürülməsi, həmin ağacların yenidən kök tutub, inkişaf edib, bar verməsi baxımından sərfəli olmadığından birinci instansiya məhkəməsi iddia tələbini pul şəklindəǝyuxarıdaǝgöstərilənǝqaydadaǝtəminǝetməkdəǝhaqlıǝolmuşdur.

23. Apellyasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi Mülki Məcəllənin 21.1, 21.2, 560.1, 1096.1, 1096.2, 1097.1, 1115-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 80, 217.3, 217.4, 384.0.1-ciǝmaddələrinəǝistinadǝetmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

24. Qətnamədən cavabdeh cavabdeh1 (vəkil vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsiǝbarədəǝyeniǝqərarǝqəbulǝolunmasınıǝxahişǝetmişdir.

25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə iddianın təmin edilməsinin əsasını faktiki olaraq yalnız ekspert və mütəxəssis rəyləri təşkil etmişdir. Halbuki məhkəmələr həmin rəylərin elmi əsaslılığını, mötəbərliyini, digər iş materialları ilə uzlaşmasını və sübut kimi qiymətləndirilməsini lazımi qaydada araşdırmamış, onların düzgünlüyünü təsdiq edən hər hansı əsaslandırma ortaya qoymamışdır. Bununla yanaşı, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən hallara hüquqi qiymət verməmişdir. Belə ki, iş materiallarından da göründüyü kimi, iddiaçı mübahisəli torpaq sahəsinə əkdiyi meyvə ağaclarından uzun illər ərzində istifadə etmiş, həmin ağacların məhsulunu toplamış və onlardan əhəmiyyətli gəlir əldə etmişdir. İddiaçının özü də ağacları əkdiyi zaman torpaq sahəsinin onun müvəqqəti istifadəsində olduğunu bilmiş, həmin torpaq sahəsi üzərində mülkiyyət hüququna malik olmadığını dərk etmişdir. Üstəlik, iddiaçının sonradan torpaq sahəsini əldə etməsi ilə bağlı irəli sürdüyü tələb məhkəmə tərəfindən təmin edilməmişdir. Bu hal bir daha təsdiq edir ki, iddiaçı torpaq sahəsindən yalnız müvəqqəti istifadə hüququna malik olduğunu bilə-bilə həmin ərazidə ağaclar əkmiş və uzun müddət onların məhsulundan istifadə etməklə kifayət qədər gəlir əldə etmişdir. Məhkəmələr isə nəzərə almamışdır ki, meyvə ağaclarının ən məhsuldar dövründə onların bütün bəhrəsindən məhz iddiaçı istifadə etmiş, bunun müqabilində torpaq sahəsindən istifadəyə görə heç bir ödəniş etməmişdir. Belə olan halda, iddiaçının zərərə məruz qalması barədə nəticəyə gəlmək əvəzinə, əslində torpaq sahəsindən əvəzsiz istifadə edilməsi nəticəsində maddi ziyana məruz qalan tərəf cavabdeh olmuşdur. Beləliklə, məhkəmələr iş üzrə əhəmiyyət kəsb edən faktiki halları tam, hərtərəfli və obyektiv araşdırmamış, sübutları qarşılıqlı əlaqədə qiymətləndirməmiş, nəticədəǝişinǝhəqiqiǝhallarınaǝuyğunǝolmayanǝhüquqiǝnəticəyəǝgəlmişlər. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

26. Maddə 135.10. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrininǝmülkiyyətçisidir.

27. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınanǝvəǝqorunanǝhüququdur.

28. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəziniǝödəməyəǝborcluǝdeyildir.

29. Maddə 157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzininǝödənilməsiniǝmülkiyyətçidənǝtələbǝedəǝbilər.

30. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyiǝməsrəflərinǝəvəzininǝödənilməsiniǝtələbǝedəǝbilər.

31. Maddə 163.1. Sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldəǝedənǝəşyayaǝfaktikǝsahibliyiǝhəyataǝkeçirməyəǝqadirǝolduqdaǝverilməǝbaşǝtutur.

32. Maddə 1094. Əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyənǝedilmişǝqaydadaǝhəyataǝkeçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsi.

33. Maddə 84 Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Zərərin ödənilməsinə dair mübahisələrə müvafiq məhkəmədə baxılır. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları yalnız bu Məcəllədə və digər normativ-hüquqi aktlarda nəzərdə tutulmuşǝhallardaǝməhdudlaşdırılaǝbilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardanǝistifadəǝetməlidir.

35. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlarǝsübutlarǝhesabǝolunur.

36. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatlarıǝiləǝmüəyyənǝedilir.

37. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübutǝetməlidir.ǝ

38. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəməǝüçünǝqabaqcadanǝmüəyyənǝedilmişǝqüvvəsiǝyoxdur.

39. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsindəǝmüəyyənǝedilmişǝqaydalarǝüzrəǝməhkəmələrǝtərəfindənǝqiymətləndirilir.

40. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

41. Maddə 206.1. Ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilirǝvəǝonunǝməhkəməǝüçünǝqabaqcadanǝheçǝbirǝqüvvəsiǝyoxdur.ǝ

42. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarlaǝəsaslandırır.

43. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunuǝvəǝiddianınǝtəminǝolunub-olunmadığınıǝmüəyyənǝedir.

44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindənǝmaddiǝvəǝprosessualǝhüquqǝnormalarınınǝdüzgünǝtətbiqǝedilməsiniǝyoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində

45. nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsiǝşikayətinǝhədlərindənǝvəǝdəlillərindənǝasılıǝolmayaraqǝyoxlanılmalıdır.

46. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğvǝedibǝişiǝyenidənǝbaxılmaqǝüçünǝapellyasiyaǝinstansiyasıǝməhkəməsinəǝgöndərəǝbilər.

47. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadınınǝləğvǝedilməsiǝüçünǝəsasdır. Kassasiya baxışının hədləri:

48. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsininǝfaktikiǝhallarıǝaraşdırmasıǝkimiǝqiymətləndirilməməlidir.

49. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh cavabdeh1 tərəfindən tam mübahisələndirildiyindənǝapellyasiyaǝinstansiyasıǝməhkəməsininǝaktıǝbütövlükdəǝyoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsi kassasiya qaydasında yoxlanılarkən, iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymətin verilmədiyi, məhkəmə tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının düzgün tətbiq olunmaması və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilməsi müəyyən edilmişdir.

51. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsi yoxlanılarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmur. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisəninǝhüquqiǝaktlarınaǝtəsirǝgöstərəǝbilər.

52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin tələblərinə riayət etməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyini həmin normaya uyğun yoxlamamışdır.

53. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Tələbin qanuni əsası dedikdə qanunun elə müddəası başa düşülür ki, o, bir tərəfə qarşı tərəfdən nəyisə etməyi və ya nəyəsə etməməyi tələb etməyə imkan verir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. Məhkəmənin vəzifəsi ilk növbədə qanunun mətni ilə işdən, yəni ayrı-ayrı tələblərin qanuni əsaslarının tapılmasından, onların dispozisiya şərtlərinin müəyyənləşdirilməsindən və lazım olduğu halda onların hüquqi mənasını təfsirin köməkliyi ilə aydınlaşdırmaqdan ibarətdir. Sonrakı mərhələdə məhkəmə qanunda yetərincə mücərrəd və ümumi formulə edilmiş dispozisiya şərtlərini konkret hala tətbiq etməlidir.

54. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan hüquq normalarının dispozisiyasına uyğun olaraq qeyd edir ki, qanuna əsasən zərərin ödənilməsi tələbi mövcuddursa, bu tələbin hüquqi nəticələri Mülki Məcəllənin 21-ci maddəsinə əsasən müəyyən edilir. Beləliklə zərərin ödənilməsi ilə bağlı istənilən tələb öncə həmin zərəri ona vuran şəxsə aid edilməsini nəzərdə tutur. İddiaçıya tələb etdiyi yalnız borclunun səbəb olduğu zərərin əvəzi ödənilir. Səbəb olması isə, həmçinin səbəbli əlaqənin olmasını da ehtiva edir. Zərər onun yaranmasına səbəb olmuş şəxsə yalnız o halda aid edilməlidir ki, onun davranışı nəticənin yaranması üçün münasib səbəbli əlaqə yaratmış olsun. Borclu zərər dəymiş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclərin, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərinǝ(əldənǝçıxmışǝfaydanın)ǝəvəziniǝödəməlidir.

55. Həmçinin qeyd olunmalıdır ki, öhdəliyin yaranma əsasları zərər vurma, əsassız varlanma, iştirakçılar arasında müqavilə və qanunla nəzərdə tutulduğu halda digər hallardır. Təqsirli şəxsin mülki hüquq pozuntusu törədən hərəkətləri nəticəsində zərərçəkənə ziyan vurulması delikt öhdəliklərini, yəni zərərçəkənin həmin zərərin əvəzinin tam ödənilməsini tələb etmək hüququnu, cavabdehin isə həmin zərəri tam ödəmək vəzifəsini yaradır. Delikt öhdəliklərindəǝzərərǝdedikdəǝisəǝrealǝzərərǝvəǝəldənǝçıxmışǝfaydaǝbaşaǝdüşülür.

56. Hazırkı iddia tələbindən görünür ki, iddiaçı cavabdehlərin mülkiyyətlərində olan torpaq sahəsinin 1,14 ha hissəsini 2002-ci ildə ona satmalarını, həmin vaxtdan torpaq sahəsini təyinatı üzrə istifadə edərək orada kənd təsərrüfatı məhsulları becərməsini, eyni zamanda torpaq sahəsində hər birinin qiyməti 60 manat olmaqla 670 ədəd meyvə ağacı əkməsini, bar verən vəziyyətə qədər onlara qulluq etməsini, lakin cavabdehlərin tezliklə torpaq sahəsinə dair notariat qaydada alğı-satqı müqaviləsini bağlayacaqlarına vəd vermələrinə baxmayaraq bunu etmələrini, cavabdehlərin torpaq sahəsini ona öz razılıqları ilə satsalar da, alğı-satqı müqaviləsini notarial qaydada rəsmi qeydə aldırmaqdan imtina etmələrini, cavabdehlərin qanunsuz hərəkətləri ilə ona maddi ziyan vurmalarını qeyd edərək, hər birinin dəyəri 60 manat olmaqla, 670 ədəd meyvə ağacının dəyəri olan 40.200 manat pulun, 500 manat vəkil xidmət haqqının, 213 manat dövlət rüsumunun, cəmi 40.913 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə alınması haqqında qətnamə qəbul olunmasını xahiş etmişdir.

57. Birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsi ilə bağlı nəticəyə gələrkən, mübahisəli 1,14 ha torpaq sahəsinin 10 ildən çoxdur ki, iddiaçının faktiki istifadəsində olmasını, həmin illərdə iddiaçının torpaq sahəsində şişburun xurma ağacları əkməsini, torpaqda yaxşılaşdırma işləri aparmasını və daim istifadəsində olmasını, məhkəmə qətnaməsi ilə onun mübahisəli torpaq sahəsindən çıxarılmasının qərara alınmasını, torpaq sahəsinin qeyd edilən dövrdən etibarən 2022-ci il tarixədək etirazsız şəkildə iddiaçının istifadəsində olmasını, həmin sahədə 650 ədəd xurma ağacları olmasını, onlardan 638 ədədinin 10-11 illik, 12 ədədinin isə 4-5 illik olmasını, mübahisəli torpaq sahəsinin iddiaçının istifadəsində olmasının məhkəmə qətnaməsi ilə müəyyən edilməsini, torpaq sahəsinin 1,14 ha hissəsindən məhkəmə qətnaməsi ilə iddiaçının çıxarılmasını, bu səbəbdən də onun tərəfindən əkilmiş ağacların dəyərinin, yəni 40.200 manat vəsaiti tələb etməkdə haqlı olmasını qeyd edərək, gəldiyi nəticəni Mülki Məcəllənin zərərin əvəzinin ödənilməsi, hüquqdan sui-istifadə və deliktlə bağlı normalarınaǝiləǝəsaslandırmışdır.

58. Apellyasiya instansiyası məhkəməsi isə birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi barədə gəldiyi nəticə ilə razılaşmış, eyni zamanda mübahisəli torpaq sahəsinin iddiaçı tərəfindən uzun müddət istifadə edilməsini, onun həmin torpaq sahəsində cavabdehlərin etirazı olmadan 650 ədəddən artıq meyvə ağacları əkərək onlara qulluq etməsini, cavabdeh cavabdeh1 iddiaçıya qarşı torpaq sahəsindən çıxarılması barədə iddia tələbinin məhkəmə tərəfindən təmin edilməsini, iddiaçı tərəfindən əkilmiş 650 ədəddən artıq bar verən meyvə ağacının isə həmin torpaq sahəsində cavabdehlərin istifadəsində qalmasını, 7-9 illik xurma ağaclarının həmin ərazidən çıxarılaraq başqa yerə köçürülməsinin, həmin ağacların yenidən kök tutub, inkişaf edib, bar verməsi baxımından sərfəli olmadığından birinci instansiya məhkəməsinin iddia tələbini pul şəklində yuxarıda göstərilən qaydada təmin etməkdə haqlı olmasını qeyd edərək, qətnaməni qanuni və əsaslı hesab etməklə dəyişdirmədənǝsaxlamışdır.

59. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işdə olan sübutlara Mülki Prosessual Məcəllənin 88, 103.1 və 206.1-ci maddələrinin tələblərinə uyğunǝqiymətǝverilmədiyindənǝqəbulǝedilənǝqətnaməǝqanuniǝvəǝəsaslıǝsayılaǝbilməz.

60. Belə ki, hazırkı iş üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.7-ci maddəsi təşkil edir. Həmin maddənin dispozisiya şərtlərinə əsasən başqasının mülkiyyətində olan əmlaka vicdanlı sahiblik etmiş şəxsdən həmin əmlak geri alınarkən sahibin əmlaka zərər yetirmədən ondan ayrıla bilən yaxşılaşdırmalarını özündə saxlamaq hüququ vardır. Yaxşılaşdırmaları ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakı yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər, lakin bu məsrəflər əmlakın dəyərindən artıqǝolmamalıdır.

61. Beləliklə iddia tələbinin qanuni əsaslarından göründüyü kimi əmlaka vicdanlı sahiblik etdiyini iddia edən şəxs öz yaxşılaşdırmalarını məhz əmlakın mülkiyyətçisindən tələb edə bilər vəǝbuǝtələbǝhüququǝəmlakınǝsahibdənǝalındığıǝandanǝyaranır.

62. İddiaçının cavabdehlərin mülkiyyətində olan1,14 ha torpaq sahəsindən Şəmkir Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2022-ci il tarixli qətnaməsinə əsasən çıxarılması işinǝmübahisəsizǝhalıdır.

63. Hazırkı işin düzgün həlli ilə bağlı məhkəmə kollegiyası, qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 135.10 və 157.7-ci maddələrinin birgə təhlilindən göründüyü kimi əşyanın yaxşılaşdırılması üçün edilmiş əlavələri ondan ayırmaq mümkün deyilsə, vicdanlı sahib əşyanın dəyərindən artıq olmamaq şərti ilə onu yaxşılaşdırmaq üçün çəkdiyi xərcin ödənilməsini tələb edə bilər. Çünki, əşyadan ayrıla bilməyən əlavələr sıx fiziki bağlılıq və ya qarışma nəticəsində əsas əşyanın tərkib hissəsi kimi onun mülkiyyətçisinə məxsus olur. Mülki qanunvericiliyə əsasən əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Əşyanın mülkiyyətçisi onunǝbütünǝtərkibǝhissələrininǝmülkiyyətçisidir.

64. Əşyaya əlavə edilmiş yaxşılaşdırmalar onun ümumi dəyərini artırdığı üçün mülkiyyətçi dəyərin artdığı həcmdə varlanmış olur. Başqa sözlə, artmış dəyər müvafiq yaxşılaşdırmaları ona çəkilmiş xərclərlə birlikdə özündə ehtiva edir. Ona görə də yaxşılaşdırmaları götürə bilməyən sahib həm yaxşılaşdırmanın dəyərini, həm də bu dəyərin əmələǝgəlməsiǝüçünǝçəkilmişǝxərciǝmülkiyyətçidənǝtələbǝedəǝbilməz.

65. Bu baxımdan torpaq sahəsində çoxillik bitkilərin əkilməsi nəticəsində həmin bitkilərin dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən torpaqdan ayrılması mümkün deyilsə belə bitkilərǝartıqǝəşyanınǝ(torpaqǝsahəsinin)ǝtərkibǝhissəsinəǝçevrilir.

66. Torpağa bağlı olan çoxillik bitkilər (ağaclar) bazarda satılmadığından onların ayrıca dəyərini müəyyən etmək mümkün olmadığı halda həmin bitkilərin uzun illər ərzində ərsəyə gəlməsi üçün çəkilmiş xərclərin yaxşılaşdırmanın dəyəri kimi qiymətləndirilməsi Mülki Məcəllənin 157.7-ci maddəsinin məqsədlərinə cavab vermir. Oxşar vəziyyətlərdə vicdanlı sahib mülkiyyətçidən yaxşılaşdırmalarını tələb etdikdə həmin yaxşılaşdırmaların dəyəri torpaq sahəsinin bu cür yaxşılaşdırmalarla birlikdə dəyəri ilə belə yaxşılaşdırılmalardan əvvəlki (onlar olmadan)ǝdəyəriǝarasındakıǝfərqǝəsasındaǝmüəyyənǝedilməlidir.

67. İşə mahiyyəti üzrə baxmış məhkəmələr isə, 7-9 illik xurma ağaclarının həmin ərazidən çıxarılaraq başqa yerə köçürülməsinin, həmin ağacların yenidən kök tutub, inkişaf edib, bar verməsi baxımından sərfəli olmadığını, sonda ağacların sıradan çıxa bilməsi ehtimalının mövcud olmasını müəyyən etsələr də, torpaq sahəsinin yaxşılaşdırmalarla birlikdə dəyəri ilə belə yaxşılaşdırılmalardan əvvəlki (onlar olmadan) dəyəri arasındakı fərqin müəyyən edilməsi istiqamətində hər hansı araşdırma aparmamış, iddiaçının yaxşılaşdırma üçün çəkdiyi xərcin məbləğini müəyyən edərkən, həmin məbləğin torpaq sahəsinin dəyərindən artıq olubolmamasınıǝyoxlamamışlar.

68. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi işin hallarını tam, hərtərəfli və obyektiv olaraq araşdırmamış, işdə olan mövcud sübutlara isə obyektiv baxıb onlara MPM-nin 88, 103.1, 106.1-ci maddələrinin tələbləri baxımından hüquqi qiymət verməmiş, birinci instansiyaǝməhkəməsininǝqətnaməsiniǝdəyişdirmədənǝsaxlamaqǝbarədəǝnəticəyəǝgəlmişdir.

69. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş yenidən baxılmasıǝüçünǝapellyasiyaǝinstansiyasıǝməhkəməsinəǝgöndərilməlidir.

70. İşə yenidən baxılarkən məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, işin müəyyən edilmiş hallarına uyğun olaraq hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq və iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılması üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 106.1, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, qanuni və əsaslı yekun məhkəməǝaktıǝqəbulǝetməlidir.

71. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələriniǝrəhbərǝtutaraq,ǝməhkəməǝkollegiyası Qərara aldı: Cavabdehǝcavabdeh1ǝtərəfindənǝverilmişǝkassasiyaǝşikayətiǝqismənǝtəminǝedilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün həmin apellyasiya instansiyasıǝməhkəməsinəǝgöndərilsin. Qərarǝqətidirǝvəǝqəbulǝedildiyiǝandanǝqüvvəyəǝminir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar