Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1643/2026 31.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARI (Açar sözlər: əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilməsi (peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən qərar qəbul edilməsi (Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi)) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, # #### 2026-cı il tarixli qətnaməsindən cavabdeh cavabdeh1 (vəkil vəkil2) tərəfindən verilmiş kassasiya şikayətinə ## #### 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. cavabdeh2 direktorunun ##.##.1997-ci il tarixli **/** nömrəli əmrinə əsasən, iddiaçı İddiaçı ##.##.1997-ci il tarixdə Bağça-Məktəb-Lisey Kompleksinin Müsabiqə komissiyasının müsbət rəyinə əsasən ixtisası üzrə Azərbaycan dili və ədəbiyyatı müəllimi vəzifəsinə işə qəbul edilmişdir.
2. İddiaçı İddiaçı ##.##.2024-cü il tarixdə Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanına dəvətlə bağlı bildiriş göndərilmişdir.
3. Əmək qabiliyyətinin olmaması barədə vərəqəsinə (№ *******) əsasən, İddiaçı ##.##.2024 - ##.##.2024-cü il tarixədək xəstəliyi ilə bağlı Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu Tibb Mərkəzinin kardiologiya şöbəsində stasionar şəraitdə müalicədə olduğuna görə işdən azad edilmişdir.
4. İddiaçı İddiaçı 60 yaşı # ###### 2025-ci il tarixdə tamam olmuşdur.
5. İddiaçı İddiaçı ## ### 2025-ci il tarixdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirinə və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasına ərizə ilə müraciət edərək, 2024-cü ilin iyun ayının 20-də Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu Tibb Mərkəzinin kardiologiya şöbəsində stasionar şəraitdə müalicədə olduğundan üzürlü səbəbdən ##.##.2024-cü il tarixdə keçirilən test imtahanında iştirak etmədiyini, ona Təhsilverənlərin təkrar sertifikatlaşdırılması prosesinin ##.##.2025-ci il tarixdə keçiriləcək test imtahanında iştirak etmək üçün bildiriş göndərilməsini, ##.##.1965-ci il tarixdə doğulduğundan 60 yaş həddini keçməsini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ##### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 1.5-ci bəndinə görə 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakının könüllü olmasını qeyd edərək, ona görə də 60-dan yuxarı yaşını, sertifikatlaşmadan keçməyin həmin yaşda könüllü olmasını nəzərə alaraq onun sertifikasiyadan keçən təhsilverənlərin siyahısından çıxarılmasını xahiş etmişdir.
6. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İddiaçı ünvanladığı ##.##.2025-ci il tarixli cavab məktubuna əsasən, İddiaçı 65 yaşdan sonra əmək müqaviləsinin uzadılmasını istəyən müəllimlərin sertifikasiya imtahanında iştirak etmələrinin arzuolunan olması bildirilərək nəzərə alması xahiş olunmuşdur.
7. Sığortaolunanın xəstəlik vərəqəsinə əsasən (№XV************), İddiaçı ##.##.2025- ##.##.2025-ci il tarixədək yatışda olmuşdur. Diaqnozu: ürəyin III hipertenziv xəstəliyidir.
8. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin ##.##.2025-ci il tarixli *-**-**/*-*-**F/**** nömrəli əmrindən müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ##### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 5.4-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il ## #### tarixli **** nömrəli Fərmanı ilə təsdiq edilmiş “cavabdeh1 Əsasnaməsi”nin 5.5.11-ci yarımbəndini rəhbər tutaraq əmr edilmişdir: 1.Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinə, regional təhsil idarəsinə və Agentliyin Aparatının tabeliyində olan ümumi təhsil müəssisələrinə tapşırılsın ki, ## #### 2025-ci il tarixdə keçirilən təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərin (siyahı əlavə olunur) əmək müqavilələrinin 2025-ci ilin ## #### tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “с” bəndinə əsasən ləğv edilməsini və bununla bağlı qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsini təmin etsinlər.
9. cavabdeh2 ##.##.2025-ci il tarixli OU**********/e nömrəli əmək müqaviləsinin ləğv edilməsi barədə əmrinə əsasən, Təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədilə ##.##.2025-ci il tarixində keçirilmiş təkrar sertifikatlaşdırmada iştirak etmədiyi üçün sertifikatlaşdırmadan keçməmiş hesab edilən Bakı şəhəri Məktəb-Lisey kompleksinin Azərbaycan dili müəllimi İddiaçı ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ##.##.2025-ci il tarixdən ləğv edilmişdir. Əmrin verilməsinə əsas ##.##.2025-ci il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırmanın nəticəsi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin ##.##.2025-ci il tarixli *-**-**/*-*- **F/**** nömrəli əmri olmuşdur.
10. Əmək kitabçasının surətinə əsasən (ИТ-İ № *******), İddiaçı Bağça-Məktəb-Lisey kompleksi müsabiqə komissiyasının müsbət rəyinə əsasən ixtisası üzrə Azərbaycan dili və Ədəbiyyatı müəllimi vəzifəsinə təyin edilmiş, əmək müqaviləsi ##.##.2025-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
11. İddiaçı İddiaçı (bundan sonra iddiaçı) cavabdehlər cavabdeh2 və cavabdeh1 (bundan sonra cavabdeh, yaxud Məktəb-Lisey Kompleksi, Dövlət Agentliyi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Məktəb-Lisey Kompleksi üzrə ##.##.2025-ci il tarixli, OU**********/e nömrəli əmrin, həmçinin cavabdeh Dövlət Agentliyi üzrə ##.##.2025-ci il tarixli 3-29-69/3-2- **F/**** nömrəli əmrin ona aid hissədə ləğv edilməsini, əvvəlki işinə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanıb ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
12. İddia onunla əsaslandırılmışdır ki, o, ##.##.1965-ci ildə doğulmuş, ##.##.2025-ci il tarixdə 60 yaş həddinə çatmışdır. ##.##.1997-ci il tarixli əmrlə cavabdeh Məktəb-Lisey kompleksinə Azərbaycan dili və ədəbiyyatı müəllimi vəzifəsinə təyin edilmişdir. Ona ##.##.2024-cü il tarixdə Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanına dəvətlə bağlı bildiriş göndərilmişdir. 2024-cü ilin 20-28 iyun tarixlərində Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu Tibb Mərkəzinin kardiologiya şöbəsində stasionar müalicədə olduğundan üzrlü səbəbdən sertifikasiya imtahanında iştirak etməmişdir. Ona ##.##.2025-ci il tarixdə Təhsilverənlərin təkrar sertifikasyalaşdırılması prosesinin ##.##.2025-ci il tarixdə keçiriləcək test imtahanına dəvət barədə bildiriş göndərilmişdir. ##.##.2025-ci il tarixdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirinə və Təhsilverənlərin sertifikatlaşdırılması Şurasına müraciət edərək, 60 yaş həddini keçdiyi üçün qanunvericiliyə uyğun olaraq adının imtahan verən şəxslərin siyahısından çıxarılmasını xahiş etmişdir. Şəxsi elektron kabinetində yerləşdirilən ##.##.2025-ci il tarixli cavab məktubunda: “Hörmətli vətəndaş, 65 yaşdan sonra əmək müqaviləsinin uzadılmasını istəyən müəllimlərin sertifikasiya imtahanında iştirakı arzu olunandır. Nəzərə almağınız xahiş olunur.” ##.##.2025-##.##.2025-ci il tarixlərdə Sabunçu tibb mərkəzində stasionar müalicədə; 30 iyun-2 iyul, 3-5 iyul, 6-## #### 2025-ci il tarixlərdə ** nömrəli şəhər poliklinikasının xəstəlik vərəqəsi ilə ambulator müalicədə olmaqla əmək qabiliyyətini müvəqqəti itirdiyindən işdən azad olunmuşdur. Əmək kitabçasında cavabdeh Məktəb-Lisey Kompleksinin direktoru vəzifəsini müvəqqəti icra edən Mövlan Yusifovun ##.##.2025-ci il tarixdə etdiyi qeyd: Təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədilə ##.##.2025-ci il tarixində keçirilmiş təkrar sertifikatlaşdırmada iştirak etmədiyi üçün sertifikatlaşdırmadan keçməmiş hesab edilən məktəbin Azərbaycan dili müəllimi ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilmişdir. Əsas: MÜTDA üzrə ##.##.2025-ci il tarixli *-**-**/*-*-**F/**** nömrəli əmr; Məktəb üzrə ##.##.2025-ci il tarixli, OU**********/e nömrəli əmr. Qarşı tərəfin mediasiya sesiyasında iştirak etməməsi barədə Mediasiya Şurası, Bakı * saylı Mediasiya təşkilatının ##.##.2025-ci il tarixli MŞB/*-***** nömrəli arayışı alınmışdır.
13. Cavabdeh Dövlət Agentliyi tərəfindən iddiaya etirazında bildirilmişdir ki, iddiaçı Bakı şəhəri Məktəb-Lisey kompleksinin sabiq Azərbaycan dili müəllimi (rus bölməsi üzrə) İddiaçı ##.##.2024-cü il tarixində təhsilverənlərin sertifikatlaşdırılması imtahanının test mərhələsində və ##.##.2025-ci il tarixdə təhsilverənlərin təkrar sertifikatlaşdırılmasında iştirak etməmişdir. Onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin *-**-**/*-*-**F/**** nömrəli ##.##.2025ci il tarixli əmrinə əsaslanmaqla həmin məktəbin OU**********/e nömrəli əmri ilə ##.##.2025-ci il tarixindən ləğv edilmişdir. İddiaçı iddia ərizəsində əmək müqaviləsində ləğv edilən zaman müvəqqəti əmək qabiliyyətini itirən şəxs kimi bülletendə olduğunu və əmək müqaviləsinə qanunla qadağan olunduğu halda əmək qabiliyyəti olmadığı halda xitam verildiyini qeyd etmişdir. Məsələ ilə bağlı bildirilir ki, iddiaçının XV************ nömrəli sığorta olunanın xəstəlik vərəqəsindən də göründüyü kimi vərəqənin tərtibi işdən çıxarılma barədə əmr verildikdən sonra tərtib edilmişdir. Belə ki, xəstəlik vərəqi tərtib edilən vaxtda artıq iddiaçının əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı ##.##.2025-ci ildə 60 yaşı tamam olduğundan təkrar sertifikatlaşdırma imtahanında iştirakının könüllü olmasını qeyd etsə də, nəzərə alınmalıdır ki, iddiaçı ##.##.1965ci il təvəllüdlü olmaqla, 2024-cü ildə imtahanda iştirak etməmişdir. İddiaçı ##.##.2024-cü il tarixdə sertifikatlaşdırma imtahanının test mərhələsində üzrlü səbəbdən iştirak etmədiyi üçün təkrar sertifikatlaşdırılma prosesində iştirakı məcburi xarakter daşımışdır, lakin iddiaçı təkrar sertifikatlaşdırma imtahanında iştirak etməmiş, nəticə etibarı ilə keçid balını toplaya bilməmiş və sertifikatlaşdırmadan keçməmiş hesab edilmişdir. Qeyd olunmalıdır ki, iddiaçının təkrar sertifikatlaşdırma prosesində də iştirak etməməsi Sertifikatlaşdırma prosesinə qarşı qeyri- ciddi yanaşmanı əks etdirir və hüquqdan sui-istifadə halları üçün zəmin yaradır. 3. İddiaçının 60 yaşı tamam olduğu üçün sertifikatlaşdırmada iştirakının könüllü olması arqumenti ilə bağlı bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2020-ci il tarixli Qərarı ilə “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydasından da görünür ki, sertifikatlaşdırmanın əsas məqsədi pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılmasıdır. İddiaçı sertifikatlaşdırmada iştirak etməmiş və nəticə etibarilə sertifikatlaşdırmada iştirak etmədiyi üçün təkrar sertifikatlaşdırmada da 60 yaşı tamam olmasına baxmayaraq iştirak etməli idi. Sertifikatlaşdırma ilə bağlı qaydalardan da göründüyü kimi sertifikatlaşdırmanın nəticələri təhsilverənlərin karyera inkişafında və əməyinin stimullaşdırılmasında nəzərə alınır.
14. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) *(***)-****/**** nömrəli, ## ######## 2025-ci il tarixli qətnaməsinə əsasən (hakim Solmaz Ədilova) iddiasının təmin edilməməsi qət olunmuşdur.
15. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, qanunvericinin tələbindən göründüyü kimi, təhsilverənlərin sertifikasiyadan keçmələrinin könüllülüyü 60 və yuxarı yaşdan müəyyən edilmiş, həmin yaş kateqoriyasından aşağı yaşda olan şəxslərin sertifikasiyadan keçmələri isə onların vəzifəsi olaraq müəyyən edilmişdir. Sertifikasiyadan keçməyən şəxslərin 1 il müddətində iş yerində saxlanılmaqla, təkrar sertifikasiyada iştirakı nəzərdə tutulmuşdur. Təkrar sertifikasiyada iştirak etməmənin üzrlülüyü və bu səbəbdən təhsilverənlərin yenidən imtahana cəlb edilməsi isə artıq nəzərdə tutulmamışdır. Həmin hal isə işçi ilə bağlanmış əmək müqaviləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilməsi üçün əsas kimi müəyyən edilmişdir. Həmçinin qanunda göstərilmişdir ki, təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. İşin hallarından müəyyən edilir ki, iddiaçı İddiaçı ilkin olaraq sertifikasiyada iştirak üçün 59 yaşında olan zaman dəvət edilmiş, sonuncunun həmin vaxt müəllimlərin sertifikasiya imtahanında iştirak etməklə bağlı öhdəliyi yaranıb. Qeyd edilən tarixdə iddiaçı xəstəliyi ilə əlaqədar işdən azad edildiyi üçün imtahanda iştirak edə bilməmişdir. Təkrar təhsilverənlərin sertifikasiyadan keçmələri üçün imtahan 2025-ci ildə keçirilən zaman da iddiaçı yenə dəvət edilmiş, bu dəfə də iddiaçı işəgötürənə müraciət edərək, 60 yaş həddini keçdiyi üçün qanunvericiliyə uyğun olaraq adının imtahan verən şəxslərin siyahısından çıxarılmasını xahiş etmişdir.
16. Məhkəmə qeyd etmişdir ki, iddiaçı təkrar sertifikatlaşdırmada iştirak etməməsini 60 yaş həddini keçməsi səbəbindən imtahanda iştirakının könüllü olması ilə əlaqələndirərək, üzrlü səbəb kimi göstərsə də, mövcud münasibətləri tənzimləyən həm əmək qanunvericiliyində, həm də Təhsil və Ümumi Təhsil haqqında qanunlarda təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslərin sertifikasiya keçməsindən azad olunmuş hesab olunmaları konkret olaraq göstərilmişdir. Belə olan halda iddiaçının sertifikatlaşdırmadan azad edilən şəxslərin kateqoriyasına aid edilməsi müəyyən edilmir.
17. Məhkəmə bu qənaətə gəlmişdir ki, iddiaçının daha sonra 60 yaşının olması onun əvvəlki ildən müəllimlərin sertifikasiya imtahanında iştirak ilə bağlı yaranmış öhdəliyindən azad edə bilməzdi. Belə ki, yuxarıda adı çəkilən qaydaların müddəalarına əsasən, təhsilverənlərin sertifikatlaşdırmadan keçməsi mütləqdir. Lakin qaydalarda o nəzərdə tutulmamışdır ki, növbəti il yaşı 60 olan işçilər üçün təkrar sertifikatlaşdırmada iştirak könüllüdür, bu o zaman mümkündür ki, təhsilverənin 60 yaşının tamam olması onun ilk dəfə sertifikatlaşdırmada iştirakı nəzərdə tutulmuş vaxta təsadüf etmiş olsun yaxud da təhsilverənin əvvəlki illərə görə sertifikatlaşdırmada iştiraka görə öhdəliyi olmamış olsun.
18. Məhkəmə iddiaçının üzrlü səbəbləri ilə bağlı qeyd etmişdir ki, iddiaçının XV************ nömrəli sığorta olunanın xəstəlik vərəqəsindən də göründüyü kimi vərəqənin tərtibi işdən çıxarılma barədə əmr verildikdən sonra tərtib edilmişdir. (2025.06.30 saat 17:07)
19. Məhkəmə həmçinin qeyd etmişdir ki, Mülki Məcəllənin 16.1-ci maddəsində isə müəyyən edilmişdir ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Bu müddəa digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl hüquqa uyğun rəftar etmək öhdəliyi qoyur. Konstitusiya Məhkəməsinin istinad olunan mövqeyinə əsaslanaraq belə nəticəyə gəlmək olar ki, bir normanın tətbiqi digər normanı tətbiqini ümumiyyətlə mümkünsüz və əhəmiyyətsiz edə bilməz. Yəni Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydalarının 1.5ci bəndinin 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakının könüllü olması barədə müddəası əsas götürülərək, işəgötürənin mənafeyinə hər hansı formada ziyan dəyməsi ilə nəticələnən hərəkətlərə yol verilməsi zamanı 70-ci maddənin c bəndinin tətbiqi məhdudlaşdırıla bilməz. Bu baxımdan məhkəmə cavabdehin hüquqi mövqeyi ilə razılaşaraq, qeyd edir ki, iddiaçının arqumentləri hüquqdan sui-istifadədir. Çünki o bilirdi ki, əgər birinci imtahanda iştirak etməsə, bir il sonra 60 yaşı olacaq və imtahanda iştirakı könüllü olacaqdır. Lakin qanunverici imtahanda ilk dəfə iştirak etməməni üzrlü hesab etsə də, onu bu vəzifədən azad etməmişdir. Yəni iddiaçı təkrar sertifikasiya imtahanında iştirak etməli idi. Ona görə ki, təhsilverənlərin belə sertifikasiyadan keçmələri onların peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi daşımışdır.
20. Məhkəmə iddiaçının ##.##.2025-ci il tarixli elektron kabinetində yerləşdirilən məktuba münasibətdə qeyd etmişdir ki, həmin məktub ümumi məlumat xarakterli məktub olmuş, konkret olaraq, iddiaçı ilə bağlı olmamış, həmin məktubda məhz iddiaçı İddiaçı müəllimlərin sertifikasiya imtahanında iştirakdan azad edildiyi qeyd edilməmişdir. Bəhs olunan məktubun məzmunundan da göründüyü kimi, orada söhbət müəllimlərin təkrar sertifikasiya imtahanından deyil, müəllimlərin ilkin sertifikasiya imtahanından getmişdir.
21. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsi, 71-ci maddəsinin İ və II hissələri, Azərbaycan Respublikası Mülki Məcəllənin 16.1-ci maddəsinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-2, 68, 70, 300-cü maddələrinə, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 33.3.9, 36- 2.5-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ##### tarixli *** nömrəli Qərarına və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il ## ######## tarixli Qərarına və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81, 217.4, 220.5-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
22. İddiaçının nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
23. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticələrlə razı deyildirlər, qətnaməni qanunsuz, əsassız və ədalətsiz hesab edirlər, aşağıdakılara görə ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş edirlər. “Ümumi Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 28.2-1-ci maddəsində, “Təhsil haqqında” Qanunun 36-2.3-1-ci maddəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-cil 30 aprel tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın 1.5-ci bəndində deyilir: 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür. “Təhsil haqqında” Qanunun 1.0.6-1-ci, “Ümumi təhsil haqqında” Qanunun 1.0.34-cü maddələrində sertifikatlaşdırmaya belə anlayış verilmişdir: - Sertifikatlaşdırma – dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması proseduru; Göründüyü kimi, normanın mətnində “ilkin” sözü yoxdur. Qanunverici normada “sertifikatlaşdırma” sözündən istifadə edilmişdir ki, bu söz təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının həm ilkin, həm də təkrar yoxlanması prosedurunu özündə ehtiva edir. Məhkəmənin 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakının könüllü olması normasının yalnız ilkin sertifikatlaşdırmada iştirak edən təhsilverənlərə aid edilməsinə dair izahı qanunun nə mətninə, nə məzmununa, nə də məqsədinə uyğun deyildir. Belə izah həmin normalarda “şəxslərin” sözündən sonra “ilkin” sözünün əlavə edilməsi ilə normada dəyişiklik aparılması anlamına gəlir ki, belə bir dəyişikliyi aparmaq hüququ yalnız qanun yaratma orqanına məxsusdur. Həmin normanın qanunlara daxil edilməsində məqsəd 60 və daha yuxarı yaşda olan şəxslərin yaş həddi nəzərə alınaraq onlara güzəştlər müəyyən etmək, sertifikatlaşdırmada iştirak etməkdə seçim hüququ tanımaqdır. Həm ilkin, həm də təkrar sertifikatlaşdırma təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanması proseduru olmaqla eyni orqan tərəfindən eyni proqram və eyni qaydalar əsasında keçirilir, hər hansı fərq yoxdur. Qeyd olunan güzəştin hər iki mərhələyə tətbiq edilməməsi qanunun məqsədlərinə zidd olardı. Məhkəmənin həmin izahı təkrar sertifikatlaşdırmada qeyd olunan yaş həddində olan təhsilverənləri seçim hüququndan məhrum etməklə qanunun normalarının tətbiqini məhdudlaşdırır. Məhkəmə nəzərə almamışdır ki, genişləndirici və məhdudlaşdırıcı şərhə yalnız qanun mətni ilə məzmunu arasında uyğunsuzluq olduqda yol verilir və rəsmi şərhi Konstitusiya Məhkəməsi verir. (“Normativ hüquqi aktlar haqqında” Qanunun 90.4-cü maddəsi). Təsadüfi deyildir ki, ilkin vaxtlar bu qəbildən işlərə baxan məhkəmələr iddianı təmin edən, 60 və daha yuxarı yaşda olub təkrar sertifikasiyada iştirak etməyən və bu səbəbdən əmək müqaviləsinə xitam verilən təhsilverənlərin pozulmuş hüquqlarını bərpa edən qətnamələr qəbul edir, apellyasiya və kassasiya instansiyaları isə həmin qərarları dəyişdirmədən saxlayırdı. (Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının qərarı (iş № *(102)- 1097/2025). “Ümumi təhsil haqqında” Qanunun 28.4-cü, “Təhsil haqqında” Qanunun 36-2.5-ci maddələrində və sertifikatlaşdırma Qaydasının 5.2-ci bəndində deyilir: Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslərin 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququ vardır. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Məhkəmə gəldiyi nəticəni izah edərkən qeyd edir ki, sertifikasiya o zaman könüllü olar ki, təhsilverənin əvvəlki illərə görə sertifikatlaşdırmada iştiraka görə öhdəliyi olmamış olsun. Qanunun normalarının məzmunundan göründüyü kimi, təkrar sertifikatlaşdırmada iştirak etmək təhsilverənin öhdəliyi deyil, hüququ kimi müəyyən edilir. 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakının könüllü olmasını müəyyən edən normalarının təkrar sertifikatlaşdırmada nəzərə alınmamasına dair qanunvericilik aktlarında düzünə və ya dolayısı ilə hər hansı istisna yoxdur. Qanunvericinin belə bir məqsədi olsaydı, məsələn “Təhsil haqqında” Qanunun 36-2.5-ci maddəsinə belə bir cümlə əlavə edərdi. “Təkrar sertifikatlaşdırmada bu Qanunun 36-2.3-1-ci maddəsi nəzərə alınmır.” İddiaçının şəxsi elektron kabinetində yerləşdirilən Təhsil Nazirliyinin cavab məktubu ilə bağlı məhkəmənin hüquqi mövqeyi isə nə məntiqə, nə də ağıla sığan deyildir. İddiaçı müraciətində sadə başa düşülən 60-dan yuxarı yaşda olduğu üçün qanunauyğun adının təkrar sertifikatlaşdırmanın da imtahanverənlərin siyahısından çıxarılmasını xahiş edir. İddiaçının elektron kabinetində yerləşdirilən cavab məktubunda onun İddiaçı ünvanlandığı, ##.##.2025-ci il tarixli müraciətin cavab məktubu olduğu açıq-aydın göründüyü halda, məhkəmə onu necə ümumi məlumat xarakterli məktub adlandırır. Konkret olaraq iddiaçı ilə bağlı olmadığını necə göstərir, iddiaçı təkrar sertifikatlaşdırma ilə bağlı müraciət etdiyi halda, məktubun ilkin sertifikatlaşdırmaya aid olmasını necə iddia edir, anlaşılan deyildir. Cavab məktubunda aydın şəkildə imtahanın arzu olunan olması göstərildiyi, təhsilverənin sertifikasiyadan keçməmiş hesab olunacağı barədə qərar qəbul ediləcəyi göstərilmədiyi halda, Məhkəmə məktubda məhz iddiaçı İddiaçı müəllimlərin sertifikasiya imtahanında iştirakdan azad edildiyi qeyd edilməməsinə necə istinad edə bilər. İddiaçının həmin cavab məktubunun məzmunu ilə bağlı günahlandırılması absurddur. “İnzibati icraat haqqında” Qanunun 13.3-cü maddəsində deyilir: Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 13.4-cü maddəsində deyilir: İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. İddiaçı inzibati orqanın-Təhsil Nazirliyinin sertifikatlaşdırmada iştirakının arzu olunan olmasına dair yazılı bəyanatına etimad edərək test imtahanında iştirak etməmənin hər hansı ağır nəticəsi olmayacağına, o cümlədən sertifikasiyadan keçməmiş sayılması barədə qərar qəbul edilməsi ilə nəticələnməyəcəyinə inanaraq sertifikasiyada iştirak etməmişdir. Məhkəmə mübahisəyə Qanunun həmin normalarını tətbiq etməmiş, iddiaçının etimad hüququnun qorunmasını təmin etməmişdir. Bu hal məhkəmənin qətnaməsinin ləğvinə səbəb olan hallardan biridir. Məhkəmənin iddiaçının hərəkətlərini işəgötürənə ziyan vurulmasına yönələn hüquqdan su-istifadə kimi qiymətləndirməsi də absurddur. Hansı hüquqdan, hansı ziyandan söhbət getməsi aydın qeyd edilməsə də, söhbətin xəstəlik vərəqələri ilə bağlı olması anlaşılır. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində deyilir: İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İddiaçının adına açılmış ##.##.2024-cü il tarixli ******* saylı əmək qabiliyyətinin olmaması vərəqəsi işəgötürənə təqdim edilmiş, onun tərəfindən mübahisələndirilməmiş, icra edilmişdir. Həmin inzibati akt dəyişdirilməmiş, ləğv edilməmişdir, qüvvədədir və etibarlıdır. Məhkəmənin etibarlı inzibati aktı şübhə altına alması qeyd olunan Qanunun tələblərini pozur və onun tərəfsizliyini bir daha şübhə altına alır. İddiaçı təkrar sertifikatlaşdırmanın test imtahanı keçirilən vaxt stasionar müalicədə olmuş və işəgötürənə, adına açılmış ##.##.2025-ci il tarixli, XV************ nömrəli sığorta olunanın xəstəlik vərəqəsini təqdim etmişdir. Məhkəmə həmin xəstəlik vərəqəsinə ümumiyyətlə münasibət bildirməmiş, amma belə bir hüquqi mövqe bildirmişdir. “Təkrar sertifikasiyada iştirak etməmənin üzürlülüyü və bu səbəbdən təhsilverənlərin yenidən imtahana cəlb edilməsi isə artıq qanunvericilikdə nəzərdə tutulmamışdır.” Yəni, məhkəmələr deyir ki, məsələn, 20 il stajı olan təhsilverənin yaşayış məntəqəsi ilə imtahanın keçirildiyi məntəqəni birləşdirən yeganə yol sel, daşqın səbəbindən bağlansa, təhsilverən sertifikatlaşdırmanın test imtahanında da iştirak edə bilməsə, 20 illik müəllimlik peşəsindən məhrum olmalıdır. Yüzlərlə belə həyati misallar göstərmək olar. Təkrar sertifikatlaşdırma ali məktəbə qəbul imtahanı deyil ki, bu il gələ bilmədin gələn il gələsən. Təhsilverənin iradəsindən asılı olmayan səbəbdən təkrar sertifikasiyada iştirak29. edə bilməməsi, onun üçün ağır nəticələrə səbəb olmamalıdır. Bu həmin münasibətləri nizama salan qanunların məqsədləri ilə birbaşa ziddiyyət təşkil edir və Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsində təsbit olunan əmək hüququnu kobud şəkildə pozur. “Təhsil haqqında” Qanunun 1.0.6-1-ci maddəsi “Ümumi təhsil haqqında” Qanunun 1.0.34-cü maddəsinə əsasən həmin hüquq normalarında sertifikatlaşdırmaya aşağıdakı kimi anlayış verilir: - Sertifikatlaşdırma – dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması proseduru; Məhkəmə həmin hüquq normalarını mübahisəyə tətbiq etməmişdir. Normaların məzmunundan göründüyü kimi, sertifikatlaşdırma təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının həm ilkin, həm də təkrar yoxlanması prosedurunu özündə ehtiva edir. Məhkəmə nəzərə almamışdır ki, həm ilkin, həm də təkrar sertifikatlaşdırma eyni orqan tərəfindən, eyni proqram və eyni Qaydalar əsasında keçirilməklə fərqlənmirlər. Yaş həddi ilə bağlı güzəştin bir imtahana münasibətdə tətbiq, digərinə münasibətdə tətbiq edilməməsi normanın məqsədlərinə uyğun olmazdı.
24. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) *(***)-****/**** nömrəli, # #### 2026-cı il tarixli qətnaməsi ilə (hakimlər Səadət Səlimova, (sədrlik edən və məruzəçi), Akif İsgəndərov və Azad İmanov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia təmin edilmiş, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin ##.##.2025-ci il tarixli *-**-**/*-*- **F/**** nömrəli əmri iddiaçı İddiaçı aid hissədə ləğv edilmiş, Məktəb-Lisey Kompleksinin ##.##.2025-ci il tarixli OU**********/e nömrəli əmri ləğv edilmiş, iddiaçı İddiaçı məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə, Məktəb-Lisey Kompleksinin Azərbaycan dili müəllimi vəzifəsinə işə bərpa edilmişdir.
25. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, qanunvericiliyə əsasən təhsilverənlərin sertifikatlaşdırılması ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik müəllimlərin peşəkarlıq səviyyələri, peşə yararlılıqlarının yoxlanılması məqsədilə keçirilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-1-ci maddəsi ilə müəyyən edilmiş çalışmanın yaş həddinə çatmamış təhsilverənlərin sertifikatlaşdırma prosesində iştirakı nəzərdə tutulur və qanunvericiliyə edilmiş dəyişikliyə əsasən 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür. Bundan başqa qanunverici sertifikatlaşdırmada könüllü iştirakın yaş həddini müəyyən edərkən bu hüquqdan hansı mərhələdə istifadə edilməsinə məhdudiyyət qoymamışdır. Ona görə də birinci instansiya məhkəməsinin “təhsilverənin 60 yaşının tamam olması onun ilk dəfə sertifikatlaşdırmada iştirakı zamanı nəzərdə tutulması” barədə gəldiyi qənaətinin hüquqi əsası yoxdur.
26. Bu baxımdan ##.##.1965-ci il təvəllüdlü iddiaçının sertifikasiya imtahanında üzrlü səbəbdən iştirak edə bilməməsinə baxmayaraq, 60 yaşında olarkən yenə də həmin imtahana cəlb edilməsinin qanuniliyi mübahisələndirilən əmrlər verilərkən onun təkrar sertifikasiya imtahanında iştirakının məcburi olmaması cavabdehlər tərəfindən nəzərə alınmamışdır.
27. İddiaçının sertifikasiya imtahanında iştirakı məcburi olmadığından, onun bu imtahanda iştirak etməməsi səbəbi onunla bağlanmış əmək müqaviləsinə yuxarıda qeyd edilən əsaslarla xitam verilməsi üçün əsas ola bilməzdi.
28. İddiaçının apellyasiya şikayətində irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşdığından kollegiya apellyasiya şikayətinin dəlilləri ilə razılaşaraq qeyd etmişdir ki, təkrar sertifikatlaşdırma zamanı iddiaçının artıq altmış yaşı tamam olmuşdur. Bu isə o deməkdir ki, onun qiymətləndirmədə iştirakı könüllük əsasında olmuş, o isə sertifikatlaşdırmada iştirakdan imtina etmişdir. Belə vəziyyətdə isə onunla bağlanmış əmək müqaviləsinin istinad olunan normanın tələbinə uyğun ləğv olunması iddiaçının əmək hüquqlarının pozulması ilə nəticələnmişdir. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 12, 25, 35, 60, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 36- 2, “Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 28, Əmək Məcəllənin 2, 11, 12, 14, 67-2, 68, 300, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci 30 aprel tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qayda”larına və Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 77.1, 88, 217, 384.0.2, 385.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
30. Qətnamədən cavabdeh Dövlət Agentliyi (vəkil vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv olunmasını və iddianın rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
31. Kassasiya şikayətində qeyd olunmuşdur ki, məhkəmə tərəfindən Əmək Məcəlləsinin 67-2-ci maddəsi nəzərə alınmamışdır. Həmin maddədə açıq şəkildə göstərilmişdir ki: 3-1. 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür. İddiaçının daha sonra 60 yaşının olması onun əvvəlki ildən müəllimlərin sertifikasiya imtahanında iştirak ilə bağlı yaranmış öhdəliyindən azad edə bilməzdi. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2020-ci il tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırılması Qaydası”nın müddəalarına əsasən, təhsilverənlərin sertifikatlaşdırmadan keçməsi mütləqdir. Lakin Qaydalarda o nəzərdə tutulmamışdır ki, növbəti il yaşı 60 olan işçilər üçün təkrar sertifikatlaşdırmada iştirak könüllüdür, bu o zaman mümkündür ki, təhsilverənin 60 yaşının tamam olması onun ilk dəfə sertifikatlaşdırmada iştirakı nəzərdə tutulmuş vaxta təsadüf etmiş olsun. Məhkəmənin özünün də qeyd etdiyi kimi, iddiaçı sertifikatlaşdırmanın ilkin mərhələsində 59 yaşında olmuşdur və bu mərhələdə sertifikatlaşdırmada iştirakı onun üçün məcburi xarakter daşımışdır. İddiaçının sonradan 60 yaşının tamam olması onun əvvəlki dövrdə yaranmış sertifikatlaşdırma öhdəliyindən azad olunmasına əsas vermir.
32. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1-ci maddəsinə əsasən hüquqlardan yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə istifadə edilməsi, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Bu norma şəxsin ardıcıl və vicdanlı davranmaq öhdəliyini təsbit edir. İddiaçının mövqeyi hüquqdan sui-istifadə xarakteri daşıyır. Belə ki, iddiaçı bilirdi və dərk edirdi ki, sertifikatlaşdırmanın ilkin mərhələsində iştirak etmədiyi təqdirdə növbəti il 60 yaşına çatacaq və sertifikatlaşdırmada iştirakı könüllü olacaqdır. Bu isə onun əvvəlcədən yaranmış hüquqi öhdəlikdən yayınmaq məqsədi ilə ziddiyyətli davranış nümayiş etdirdiyini göstərir.
33. Sertifikatlaşdırma – təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının qiymətləndirilməsi məqsədilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada ilk dəfə keçirilən qiymətləndirmə prosesidir. Sertifikatlaşdırma mərhələsində iştirak edən şəxslər test və müsahibə mərhələlərindən müvəffəqiyyətlə keçdikləri halda sertifikatlaşdırmadan keçmiş, həmin mərhələlərdən müvəffəqiyyət əldə etmədikdə və ya üzrlü səbəbdən iştirak etmədikdə isə sertifikatlaşdırmadan keçməmiş hesab olunmaqla öhdəlik əsasında təkrar sertifikatlaşdırmaya cəlb edilirlər.
34. Təkrar sertifikatlaşdırma isə yalnız sertifikatlaşdırmada üzrlü səbəbdən iştirak etməyən və ya sertifikatlaşdırmadan keçə bilməyən şəxslər üçün nəzərdə tutulmuş müstəqil mərhələdir və bu mərhələdə iştirak edən şəxslər artıq fərqli hüquqi statusa malik subyektlər kimi çıxış edirlər.
35. Məhkəmə bu iki anlayışı eyniləşdirməklə təkrar sertifikatlaşdırmanın hüquqi mahiyyətini və onun sertifikatlaşdırmadan törəmə, lakin ondan müstəqil hüquqi nəticələr doğuran mərhələ olmasını nəzərə almamışdır. Nəticədə, normanın tətbiqi zamanı anlayışların qarışdırılması məhkəmənin səhv hüquqi nəticəyə gəlməsinə səbəb olmuşdur.
36. Beləliklə, sertifikatlaşdırma və təkrar sertifikatlaşdırma anlayışlarının hüquqi mahiyyəti, subyekt tərkibi və nəticələri fərqli olduğu halda, məhkəmə tərəfindən bu fərqin nəzərə alınmaması iş üzrə düzgün hüquqi qiymətləndirmənin verilməsinə mane olmuşdur.
37. Yaş həddinin gələcək ehtimallara əsasən tətbiqi hüquqi baxımdan qeyri-müəyyən və sonsuz şəkildə genişlənən nəticələr doğurur. Halbuki qanunverici yaş meyarını konkret və müəyyən hüquqi fakt kimi təsbit etmişdir. Deməli, qiymətləndirmə şəxsin gələcəkdə çatacağı yaşa görə deyil, məhz sertifikatlaşdırmanın keçirildiyi tarixdə malik olduğu yaş meyarına əsasən aparılmalıdır. Əks yanaşma normanın məqsədini aradan qaldırmaqla yanaşı, sertifikatlaşdırma mexanizminin faktiki tətbiq edilməməsinə səbəb olar. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
38. İddiaçının nümayəndəsi və vəkili vəkil1 kassasiya şikayətinə qarşı etiraz verərək şikayətin rədd edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsi.
39. Maddə 2. (3-cü hissə). Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır.
40. Maddə 35.2. (3-cü hissə). Həmin Məcəllə əmək münasibətlərində olan tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır.
41. Maddə 36-2.1. Dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlər 5 (beş) ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sertifikatlaşdırmadan keçirlər.
42. Maddə 36-2.2. Dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
43. Maddə 36-2.3. Aşağıdakı şəxslər sertifikatlaşdırmadan keçmirlər: 36-2.3.1. hamilə qadınlar; 36-2.3.2. uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 (bir) ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər); 36-2.3.3. ilk dəfə işə qəbul olunanlar, 3 (üç) il müddətində; 36-2.3.4. azı üç dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər; 36-2.3-1. 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür.
44. Maddə 36-2.4. Sertifikatlaşdırmadan keçən şəxslərə 5 (beş) il müddətində dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ verilir.
45. Maddə 36-2.5. Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar.
46. Maddə 36-2.6. Təkrar sertifikatlaşdırmadan keçməyən şəxslərlə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq tənzimlənir.
47. Maddə 67-2. Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırması: 1-ci hissə. Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikatlaşdırmaya cəlb edilirlər. 4-cü hissə. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır.
48. Maddə 70 “c” bəndi. Peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
49. Maddə 288 “x” bəndi. İşçilərin və ya iş yerlərinin attestasiyası komissiyasının qərarının qanunauyğunluğu və ya əsaslılığının müəyyən edilməsi məsələsinin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır. “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu.
50. Maddə 28.1. Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlər 5 (beş) ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sertifikatlaşdırmadan keçirlər. Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
51. Maddə 28.2. Aşağıdakı şəxslər sertifikatlaşdırmadan keçmirlər: 28.2.1. hamilə qadınlar; 28.2.2. uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 (bir) ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər); 28.2.3. ilk dəfə işə qəbul olunanlar, 3 (üç) il müddətində; 28.2.4. azı üç dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər. 28.2-1. 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür.
52. Maddə 28.3. Sertifikatlaşdırmadan keçən şəxslərə 5 (beş) il müddətində dövlət ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ verilir.
53. Maddə 28.4. Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslərin 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququ vardır. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar.
54. Maddə 28.5. Təkrar sertifikatlaşdırmadan keçməyən şəxslərlə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq tənzimlənir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
55. Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
56. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
57. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
58. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
59. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
60. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
61. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
62. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
63. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində
64. nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
65. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
66. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
67. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
68. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh Dövlət Agentliyi tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
69. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
70. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq bu qənaətə gəlmişlər ki, ##.##.1965-ci il təvəllüdlü iddiaçının sertifikasiya imtahanında üzrlü səbəbdən iştirak edə bilməməsinə baxmayaraq, 60 yaşında olarkən yenə də həmin imtahana cəlb edilməsinin qanuniliyi mübahisələndirilən əmrlər verilərkən onun təkrar sertifikasiya imtahanında iştirakının məcburi olmaması cavabdehlər tərəfindən nəzərə alınmamışdır. İddiaçının sertifikasiya imtahanında iştirakı məcburi olmadığından, onun bu imtahanda iştirak etməməsi səbəbi onunla bağlanmış əmək müqaviləsinə yuxarıda qeyd edilən əsaslarla xitam verilməsi üçün əsas ola bilməzdi. Təkrar sertifikatlaşdırma zamanı iddiaçının artıq altmış yaşı tamam olmuşdur. Bu isə o deməkdir ki, onun qiymətləndirmədə iştirakı könüllük əsasında olmuş, o, isə sertifikatlaşdırmada iştirakdan imtina etmişdir. Belə vəziyyətdə isə onunla bağlanmış əmək müqaviləsinin istinad olunan normanın tələbinə uyğun ləğv olunması iddiaçının əmək hüquqlarının pozulması ilə nəticələnmişdir.
71. Kassasiya instansiyası məhkəməsi apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
72. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir. Kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyini ümumi ifadələrlə qeyd etsə də, bununla bağlı mövqeyini əsaslandırmamışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
73. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, cavabdehin kassasiya şikayətində qeyd olunan işin halları apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin hallarla bağlı şikayətin dəlillərini təkrar araşdırmağa lüzum yoxdur.
74. Bununla bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli qərarında ifadə olunmuş belə bir hüquqi mövqeyi diqqətəlayiqdir ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Bu baxımdan şəxsin işə qəbul edilməsi zamanı həyata keçirilmiş sənədləşmənin nəticələrindən irəli gələn anlaşılmazlıq və ziddiyyətlər işçinin xeyrinə həll olunmalıdır.
75. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
76. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası onu da qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə ## ##### 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.
77. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
78. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
79. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
80. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, # #### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.