Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-89/2026 16.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: maddi zərərin ödənilməsi) Hakim Almaz Məhərrəm qızı Süleymanovanın səxxxxiyi və məruzəsi, Hakimlər X5 və X6 ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, İddiaçının nümayəndəsi və vəkili nümayəndə1, Cavabdehin nümayəndəsi və vəkili nümayəndə3 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı "maddi zərərin ödənilməsi" tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia qaldıraraq cavabdeh Cavabdeh ## ### 2023-cü il tarixli əmək müqaviləsinin və X1 haqqında müqavilənin şərtlərinə əsasən dəymiş olan zərər qismində 16000 manat məbləğin və ödənilmiş 138 manat dövlət rüsumunun tutularaq iddiaçı İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı (əvvəlki adı: “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti) ## ###### 2017-ci il tarixində dövlət qeydiyyatına alınmış və qeydiyyata alındığı dövrdən hal-hazırdakı dövrə qədər peşəkar audit və mühasibat uçotuna dair xidmət göstərən bir hüquqi şəxsdir. Azərbaycan Respublikası Auditorlar Palatasının üzvü olan Cəmiyyət ölkə daxilində tanınmış bir çox kommersiya müəssisələrinə və banklarına peşəkar qaydada audit xidməti göstərməkdədir. Cavabdeh Cavabdeh “xxxx” MMC-də Audit Departamentinin kiçik auditoru vəzifəsinə işə qəbul edilmişdir. Adı qeyd edilən şəxslə ## ### 2023-cü il tarixində əmək müqaviləsi bağlanmışdır. İmzalanmış olan əmək müqaviləsinin 3.1-ci maddəsinin tələblərinə görə işçinin əmək funksiyası onun tərəfindən imzalanmış vəzifə təlimatında göstərilmişdir. Həmin təlimata əsasən Audit Departamentinin kiçik auditoru mövcud məlumatları nəzərdən keçirmək və araşdırma aparmaqla auditin məqsədlərini, planlarını və əhatə dairəsini inkişaf etdirməli, daxili audit prosedurlarının və risklərin qiymətləndirilməsi prosesinin dizaynına, həyata keçirilməsinə və saxlanmasına kömək etməli, bütün tətbiq olunan planlar, siyasətlər və standartları təmin etməli, sənaye tendensiyaları və ən son yaxşı mühasibat uçotu və audit təcrübələri haqqında aktuallığını saxlamalı, maliyyə məlumatlarının düzgünlüyünü təmin etməli və audit tövsiyyələrini verməlidir. Bundan başqa “xxxx” MMC (əvvəlki adı: “xxxx” MMC) ilə cavabdeh Cavabdeh arasında ## ### 2023-cü il tarixində X1 haqqında müqavilə imzalanmışdır. Həmin müqavilənin 1-ci maddəsinin şərtlərinə əsasən işçi tutduğu vəzifəsinə uyğun olaraq əmək münasibətləri prosesində ona işəgötürən tərəfindən etibar edilmiş əmlakları və digər sərvətlərin saxlanması, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması zamanı onların bütünlüyünə, qorunub saxlanmasına və mühafizəsinə görə tam həcmdə məsuliyyət daşıyır. “xxxx” MMC “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlamış olduğu audit xidmətinin göstərilməsi haqqında müqavilə imzalamaışdır. Qeyd edilən müqavilənin qiyməti 36000 manat təşkil edirdi. Bundan başqa “xxxx” MMC ilə “Bank Milli İran” Bakı filialı arasında audit xidmətlərinin göstərilməsi haqqında müqavilə imzalanmış və qeyd edilən müqavilənin dəyəri 15000 manat təşkil edirdi. Bu 2 layihə üzrə işlərin idarə edilməsi Cəmiyyət tərəfindən Cavabdeh təhkim edilmişdir. Belə ki, cavabdeh Cavabdeh ## ###### 2024-## ###### 2025-ci il tarixlərində “xxxx” MMC, “xxxx” MMC, “xxxx” MMC, “xxxx” MMC və “xxxx” MMC-nin audit prosesində göstərilən bütün öhdəlikləri qəbul etmişdir. İmzalanmış olan audit zamanı yaranan öhdəlik vərəqəsinin 3.1-ci maddəsində qeyd edilənlərə əsasən hesabatları müqavilədə müəyyən olunmuş müddətdə təqdim etmək auditorun öhdəliklərinə aid edilmişdir. Həmin öhdəlik vərəqəsinin 4-cü maddəsində qeyd edilənlərə əsasən öhdəliklərini vaxtında yerinə yetirmədikdə auditora xəbərdarlıq edilir. Auditor verilən xəbərdarlıqlara rəğmən o, hər hansı öhdəliyindən yayınarsa, inzibati tənbehə tabe tutulacaqdır. Həmçinin həmin öhdəliyin 6.1-ci maddəsinin şərtlərinə əsasən öhdəlik vərəqəsi imzalandığı gündən qüvvəyə minir və audit prosesi bitənə qədər qüvvədədir. Cavabdeh Cavabdeh ## ###### 2024 – ## ###### 2025-ci il tarixləri arasında aparılan audit zamanı yaranan öhdəlik vərəqəsini də imzalamaq üçün sənədlər təhvil verilmiş, o, qeyd edilən sənədi imzalamayaraq özünün iş stulunun rəfində saxlamışdır. Həmin vərəqədə “Bank Milli İran” Bakı filialının audit prosesini aparmaqla bağlı işin təhkimi də ona həvalə edilmişdir. Cavabdeh ##.##.2024-cü il tarixində ərizə ilə müraciət edərək, ##.##.2024-cü il tarixindən etibarən vəzifəsindən azad olunmasını xahiş etmişdir. Cəmiyyətin direktoru Cavabdeh ilə görüşmüş və sonuncunun üzərinə götürdüyü 2 layihə üzrə işlər yekunlaşıb təhvil verildikdən sonra, ən tez fevral ayı 2025-ci il tarixində işdən azad oluna biləcəyi barədə qarşılıqlı razılığa gəlinmişdir. Bu müddət ərzində Cavabdeh tez-tez işdən icazə alıb, iş görüşmələrinə getmişdir. Cavabdeh ##.##.2025-ci il tarixində ərizə ilə müraciət edərək həmin gün işdən azad olunmasını tələb etmişdir. Cavabdeh Cavabdeh Cəmiyyətin direktoru ilə danışıldığı formada layihəni təhvil verib ən tez fevral ayı 2025-ci ildə işdən ayrılmalı olduğu halda 1 gün ərzində layihəni təhvil vermədən 51000 manatlıq layihəyə ciddi ziyan vuraraq, Cəmiyyətin öhdəliklərinin icrasının gecikdirilməsinə səbəb olmuşdur. Belə ki, “xxxx” MMC-yə audit xidmətinin göstərilməsi layihəsi üzrə 36000 manatlıq layihədə 3 işçi nəzərdə tutulmuşdu və # ###### 2024-cü il tarixindən ## ###### 2025-ci il tarixinə qədər bitməli idi. Audit aparan işçi qrupunun rəhbəri qismində Cavabdeh iştirak edirdi. Hər nə qədər audit xidmətinin göstərilməsinə dair öhdəlik daşıyan İddiaçı MMC olaraq çıxış etsə də, müvafiq sənədlərin yığılması, qeyd edilən audit xidməti üzrə hesabatların hazırlanması və analiz edilməsi üçün rəhbərliyə təqdim edilməsi Cəmiyyət daxilində auditi aparan bir qrupa həvalə edilir ki, bu qrupa da rəhbərlik etmək cavabdehə həvalə edilmişdi. Ancaq həmin layihədə çox ciddi səhvlər etdiyi üçün və ## ###### 2025-ci il tarixində layihəni bitirmiş kimi səhv məlumat verərək getdiyi üçün həmin layihəyə yenidən əlavə 4 işçi cəlb olunmaqla və hər ay 2500 manat olmaqla 10000 manat əlavə xərc çəkilib. Həmçinin “Bank Milli İran” Bakı filialının audit layihəsində də audit qrupuna rəhbərliyi Cavabdeh edirdi. Həmin Lahiyənin dəyəri 15000 manat idi. Layihə ## ###### 2024-cü il tarixindən ## ###### 2025-ci tarixinədək nəzərdə tutulmuşdu. Həmin layihədə də aşkar edilmiş bir çox qüsurlar səbəbindən və səhlənkarlıq nəticəsində layihəni vaxtında çatdırmaq üçün əlavə 3 işçi cəlb olunmuşdur ki, həmin lahiyədə 3 işçiyə cəmi 6000 manat ödəniş edilib. Bu səbəbdən şirkətin 2 sayda cəmi 15000 manat məbləğində audit müqaviləsi təxirə salınıb. Həmin müştərilər “xxxx” MMC və "Temelsu UMHAŞ"-nin Azərbaycan Respublikasındakı filialıdır. Cavabdeh Cəmiyyətə səhv məlumat verərək qəbul olduğu yeni iş yerinin xarici neft şirkəti olduğunu bildirsə də, daha sonradan rəqib audit şirkətinə işə qəbul olunduğu müəyyən edilmişdir. Daha sonradan Cəmiyyətin direktoru tərəfindən rəsmi qaydada məktub göndərilməklə Cavabdeh təhkim edilən layihədə baş verən problemlərin araşdırılması və aradan qaldırılması, o cümlədən ödəniləcək son haqq-hesabın müəyyən edilməsi üçün Cəmiyyətin inzibati binasına dəvət olunmuşdur. Lakin Cavabdeh telefon danışığı zamanı gəlməkdən imtina etmişdir. Cəmiyyətin direktoru layihələrdə yol verilən nöqsanlara görə Cəmiyyətə dəymiş olan zərərin müəyyən edilməsi üçün araşdırılma aparılmasını tələb etmiş, işçiyə ödəniləcək son haqq-hesabın aparılan araşdırmadan sonra ödəniləcəyinə qərar vermişdir. Ən son yazılı məktub ilə vətəndaş Cavabdeh Cəmiyyətin inzibati binasına gəlməsi barədə müraciət edilmişdir. Həmin müraciət məktubunda qeyd edilən vaxta gəlməkdən imtina edəcəyi təqdirdə tərəflər arasında imzalanmış olan əmək müqaviləsinin və X1 haqqında müqavilənin şərtlərinə əsasən Cəmiyyətə dəymiş olan zərərin ödənilməsi məqsədi ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət olunacağı bildirilmişdir. Bütün bunlara baxmayaraq cavabdeh Cavabdeh qeyd edilən bildirişlərə və xəbərdarlıqlara məhəl qoymamış, hər iki layihədə yol verilən pozuntuların və gecikmələrin aradan qaldırılması üçün heç bir tədbir görməmişdir.
3. Cavabdeh Cavabdeh nümayəndəsi və vəkili nümayəndə3 etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək *(***)-****/**** saylı iş üzrə iddiaçı İddiaçı MMC-nin tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, iddia ərizəsi tamamilə əsassızdır. İddiaçı MMC layihələrini vaxtında icra etməsi şirkətin məsuliyyətidir. Şirkət kommersiya fəaliyyəti göstərir, layihə qəbul edərkən müqavilələr hüquqi şəxs adından bağlanır. Yəni, mümkün kommersiya riskini özü daşıyır. Layihələri qəbul edərkən MMC-nin rəhbər şəxsi bilməli idi ki, bu layihələri icra etməyə kifayət qədər işçi heyəti var. Bir işçinin işdən qanunvericiliyin tələblərinə əməl etməklə ayrılmasını hesablamalı idi və bütün layihələrin icrasını bir işçinin üzərində cəmləməməli idi. İddiaçının iddia tələbindən belə çıxır ki, şirkətin götürdüyü layihənin icrası başa çatmadan işçi ölmüş olsaydı şirkət daşıdığı kommersiya riskini ölənin vərəsələrindən tələb edəcəkdi. İddianın nə dərəcədə əsassız olduğu qeyd olunan nümunədən da görünür. Cavabdeh başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı razılığını (job offer) İddiaçı MMC-ə təqdim etmiş və ərizə yazaraq həmin gün işdən azad olunmasını xahiş etmiş və “tərəflərdən birinin təşəbbüsü” ilə işdən azad olunmuşdur. Yəni, işçinin əmək müqaviləsinə xitam verməsi tamamilə qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Fiziki və ya hüquqi şəxsin qanunla nəzərdə tutulmuş hüquqlarını həyata keçirməsi digər şəxslərin hüquq və azadlıqlarına əsassız müdaxilə etmədiyi halda, bu hərəkətlər nəticəsində zərərin əvəzinin tələb olunması üçün hüquqi əsas mövcud deyildir. Bundan əlavə İddiaçı MMC iddia ərizəsində X1 haqqında müqaviləyə istinad edərək iddiasını əsaslandırmağa çalışmışdır. İş materiallarına əlavə edilən, tarixi, bağlanma yeri məlum olmayan X1 haqqında müqavilənin mahiyyəti işçiyə əmək münasibətləri prosesində işəgötürən tərəfindən etibar edilən, həvalə edilən əmlakın, avadanlığın qorunub saxlanması və mühafizəsi öhdəliyinin tam olaraq işçidə olduğunu göstərməkdən ibarətdir. Yəni, İddiaçı MMC Cavabdeh istifadəsinə kompüter, printer, telefon, avtomobil və s. bu kimi əmlak və ya avadanlıq təqdim edirsə onlara görə Cavabdeh X1 daşıdığını bildirmək üçün X1 haqqında müqavilə imzalanmışdır. Göründüyü kimi X1 haqqında müqavilə İddiaçı MMC-nin iddiasının hüquqi əsası, istinad nöqtəsi ola bilməz. Əmək məcəlləsinin 198-ci maddəsinə əsasən “Bu Məcəllənin 199 və 200-cü maddələrində nəzərdə tutulmuş hallardan başqa qalan bütün hallarda işçi işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır.” İşçi əmək funksiyası üzrə ona tapşırılan işləri layiqincə icra etmişdir. Bunun nəticəsidir ki, işəgötürən ona nəinki tənbeh tədbirləri tətbiq etməmiş gördüyü işləri düzgün icra etməsinə, iş bitiriciliyinə görə aylıq bonuslar da vermişdir. Qeyd olunan hallar işçinin işlədiyi dövr ərzində nə dərəcədə işinə məsuliyyətli olmasının göstəriciləridir. İşçi işə götürənə heç bir ziyan vurmadan işdən ayrılmışdır. Həmçinin, İddiaçı MMC iddia ərizəsində (“ən tez fevral ayı 2025-ci ildə işdən ayrılmalı olduğu halda…”) Cavabdeh məcburi əməyə cəlb etmək istədiyini bəyan edir. Cavabdeh işdən çıxması qanunvericiliyin tələblərinə uyğun olmuşdur və işdən çıxarkən yeni işə başlayacağı iş yeri barədə məlumat vermək öhdəliyi daşımırdı. İddiaçının məhkəməyə təqdim etdiyi audit zamanı yaranan öhdəlik vərəqələri cavabdeh tərəfindən imzalanmayıbdır. Yəni, iddiaçının təqdim etdiyi imzalı sənədlərin saxtalaşdırlması ehtimalı yüksəkdir. Belə ki, iddiaçı iddia ərizəsində qeyd edir: “cavabdeh Cavabdeh ## ###### 2024 – ## ###### 2025-ci il tarixləri arasında aparılan audit zamanı yaranan öhdəlik vərəqəsini də imzalamaq üçün sənədlər təhvil verilmiş, o qeyd edilən sənədi imzalamayaraq özünün iş stulunun rəfində saxlamışdır. Həmin vərəqədə “Bank Milli İran” Bakı Filialının audit prosesini aparmaqla bağlı işin təhkimi də ona həvalə edilmişdir.” Məhkəmənin elektron kabinetinə sənəd siyahısında 7-ci sənəd olan “digər sənədlər” başlığı altında iddiaçı tərəfindən yüklənmiş “audit zamanı yaranan öhdəlik vərəqəsinin” imzalı olduğu görünür. Cavabdeh ##.##.2024-cü il tarixində vəzifəsinə dəyişiklik edilərək “kiçik auditor” vəzifəsindən “mütəxəssis” vəzifəsinə keçirilmişdir. ##.##.2024-cü il tarixli sənədi işçi “kiçik auditor” olaraq “imzalamışdır”. İşçi bu sənədi imzalamayıbdır. İddaçı da iddia ərizəsində bildirir ki, bu sənəd imzalanmayaraq rəfdə qalmışdır. Lakin məhkəməyə imzalı olaraq təqdim edilməsi sübutun iddiaçı və ya onun nümayəndəsi tərəfindən saxtlaşdırıldığını ehtimal etməyinə kifayət qədər əsas verir. Sənəddə köhnə vəzifə qeyd edilmiş olması sənədin ikinci səhifəsinin işçinin məhz həmin vəzifədə çalışdığı başqa bir layihənin öhdəlik vərəqəsindən bu sənədə əlavə edilmə ehtimalını yüksək tutur. Öz təsdiqini tapdığı halda əməl Cinayət Məcəlləsinin 294.1-ci maddəsinin tələblərinə uyğun olaraq məsuliyyət yaradır. Sübutların saxtalaşdırılması formal tərkibli cinayətdir, yəni saxtalaşdırılmış sübutun mülki işə əlavə edildiyi andan başa çatmış hesab edilir.
4. “xxxx” MMC-nin ##.##.2023-cü il tarixli, ***/OSH-**** saylı əmrindən görünür ki, Cavabdeh # ### 2023-cü il tarixdən tam ştat olaraq “xxxx” MMC-nin Audit Departamentinin kiçik auditoru vəzifəsinə təyin edilmişdir.
5. Cavabdeh tərəfindən ##.##.2023-cü il tarixdə imzalanmış “xxxx” MMC-nin vəzifə təlimatlarından görünür ki, Audit Departamentinin kiçik auditoru mövcud məlumatları nəzərdən keçirmək və araşdırma aparmaqla auditin məqsədlərini, planlarını və əhatə dairəsini inkişaf etdirməli, daxili audit prosedurlarının və risklərin qiymətləndirilməsi prosesinin dizaynına, həyata keçirilməsinə və saxlanmasına kömək etməli, bütün tətbiq olunan planlar, siyasətlər və standartları təmin etməli, sənaye tendensiyaları və ən son yaxşı mühasibat uçotu və audit təcrübələri haqqında aktuallığını saxlamalı, maliyyə məlumatlarının düzgünlüyünü təmin etməli və audit tövsiyyələrini verməlidir.
6. İddiaçı direktor vəzifəsində işləyən X2, İnsan Resurslarının İdarə Edilməsi şöbəsinin kiçik mütəxəssisi vəzifəsində işləyən X4 və Audit departamentinin kiçik auditoru vəzifəsində işləyən X3 tərəfindən tərtib edilmiş ##.##.2025-ci il tarixli aktdan görünür ki, Cəmiyyətin “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlamış olduğu audit xidmətinin göstərilməsi haqqında müqaviləyə əsasən 36000 manat və “Bank Milli İran” Bakı filialı ilə imzalamış olduğu audit xidmətinin göstərilməsi haqqında müqaviləyə əsasən 15000 manat, ümumilikdə 51000 manat təşkil edən 2 layihə üzrə işlərin idarə edilməsi Cəmiyyət tərəfindən Cavabdeh təhkim edilmişdir. Cavabdeh ##.##.2024-cü il tarixində ərizə ilə müraciət edərək. ##.##.2024-cü il tarixindən etibarən vəzifəsindən azad olunmasını xahiş etmişdir. Cəmiyyətin direktoru Cavabdeh ilə görüşmüş və sonuncunun üzərinə götürdüyü 2 layihə üzrə işlər yekunlaşıb təhvil verildikdən sonra, ən tez fevral ayı 2025-ci il tarixində işdən azad oluna biləcəyi barədə qarşılıqlı razılığa gəlinmişdir. Bu müddət ərzində Cavabdeh tez-tez işdən icazə alıb, iş görüşmələrinə getmişdir. Cavabdeh ##.##.2025-ci il tarixində ərizə ilə müraciət edərək həmin gün işdən azad olunmasını tələb etmişdir. Cavabdeh Cəmiyyətin direktoru ilə danışıldığı formada layihəni təhvil verib ən tez fevral ayı 2025-ci ildə çıxmalı ikən 1 gün ərzində layihəni təhvil vermədən 51000 manatlıq layihəyə ciddi ziyan vuraraq, Cəmiyyətin öhdəliklərinin icrasının gecikdirilməsinə səbəb olmuşdur. Bundan başqa Şironov Səbuhi Ələsgər oğlu Cəmiyyətə səhv məlumat verərək qəbul olduğu yeni iş yerinin xarici neft şirkəti olduğunu bildirsə də, daha sonradan rəqib audit şirkətinə işə qəbul olunduğu müəyyən edilmişdir. Daha sonradan Cəmiyyətin direktoru tərəfindən rəsmi qaydada məktub göndərilməklə Cavabdeh təhkim edilən layihədə baş verən problemlərin araşdırılması və aradan qaldırılması, o cümlədən ödəniləcək son haqqhesabın müəyyən edilməsi üçün Cəmiyyətin inzibati binasına dəvət olunmuşdur. Lakin Cavabdeh telefon danışığı zamanı gəlməkdən imtina etmişdir. Cəmiyyətin direktoru layihələrdə yol verilən nöqsanlara görə Cəmiyyətə dəymiş olan zərərin müəyyən edilməsi üçün araşdırılma aparılmasını tələb etmiş, işçiyə ödəniləcək son haqqhesabın aparılan araşdırmadan sonra ödəniləcəyinə qərar vermişdir. Ən son yazılı məktub ilə vətəndaş Cavabdeh Cəmiyyətin inzibati binasına gəlməsi barədə müraciət edilmişdir. Həmin müraciət məktubunda qeyd edilən vaxta gəlməkdən imtina edəcəyi təqdirdə tərəflər aramda imzalanmış olan əmək müqaviləsinin və X1 haqqında müqavilənin şərtlərinə əsasən Cəmiyyətə dəymiş olan zərərin ödənilməsi məqsədi ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət olunacağı bildirilmişdir.
7. İddiaçı MMC-nin ##.##.2025-ci il tarixli, RNA-***/**** saylı əmrindən görünür ki, ##.##.2025-ci il tarixdən Cavabdeh Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) tutduğu vəzifədən azad edilməsi və onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi əmr edilmişdir.
8. Cavabdeh tərəfindən imzalanmış X1 haqqında müqavilədən görünür ki, işçi bu müqavilədən irəli gələn vəzifələrini yerinə yetirmədikdə və təqsirli hərəkətləri nəticəsində işəgötürənə ziyan vurduqda Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq həmin ziyanın ödənilməsinə X1 daşıyır.
9. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə ##.##.2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı MMC-nin nümayəndəsi nümayəndə2 ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci və 10 manat kargüzarlıq xərci ödəmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
10. Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Vəfa Şirəliyeva) iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı ## ### 2023-cü il tarixli əmək müqaviləsinin və X1 haqqında müqavilənin şərtlərinə əsasən dəymiş olan zərər qismində 16000 manat məbləğin və ödənilmiş 138 manat dövlət rüsumunun cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı MMC-yə ödənilməsinə dair iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 14.1, 14.2.1, 14.2, 21.1, 21.2, 1069.1, 1096.2, 1097.1 və 1115-ci maddələri, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-ci maddəsinin 1-ci hissəsi, 191-ci maddəsinin 2-ci hissəsi, 194-cü maddəsinin 1-ci hissəsi və 199.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 119.1, 218.3, 216-220, 227, 358- 360 və 362-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya şikayəti və onun dəlilləri
12. İddiaçı İddiaçı səlahiyyətli nümayəndəsi nümayəndə1 apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
13. Apellyator şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh ##.##.2024-cü il tarixində ərizə ilə müraciət edərək, ##.##.2024-cü il tarixindən etibarən vəzifəsindən azad olunmasını xahiş etmişdir. Cəmiyyətin direktoru Cavabdeh ilə görüşmüş və sonuncunun üzərinə götürdüyü 2 layihə üzrə işlər yekunlaşıb təhvil verildikdən sonra, ən tez fevral ayı 2025ci il tarixində işdən azad oluna biləcəyi barədə qarşılıqlı razılığa gəlinmişdir. Bu razılaşma tam könüllülük prinsipinə əsaslanmış və tərəflər arasında olan əmək müqaviləsi davam etmişdir. Əgər cavabdeh həmin, yəni ##.##.2024-cü il tarixdə işdən çıxsaydı qeyd edilən layihələr digər əməkdaşlara veriləcəkdi ki, nəticədə şirkət bu qədər ziyan kəçməyəcəkdir. Lakin qeyd etdiyi kimi cavabdeh ##.##.2025-ci il tarixdə, yəni layihənin yekunlaşmasına 1 ay qalmış işdən dərhal azad olunmasını tələb etmişdir. Bu zaman tərəfindən layihələrin cari vəziyyəti barədə məlumat almaq istədikdə cavabdeh hər şeyin planlaşdırılan çərçivədə getdiyini, heç bir gecikmənin olmadığını, audit məlumatlarının dəqiq hesablandığını və layihənin artıq bitirdiyini qeyd etmişdir. Lakin sonradan tərəfindən müəyyən edilmişdir ki, layihə əslində bitirilməmiş, verilən məlumatlar isə səhv olmuşdur. Nəticədə sifarişçi şirkətlər qarşısında olan öhdəliyi vaxtında yerinə yetirmək məqsədilə iddia ərizəsində qeyd edildiyi kimi əlavə işçilər cəlb etməklə əlavə xərcə düşmüşlər. Daha sonradan Cəmiyyətin direktoru tərəfindən rəsmi qaydada məktub göndərilməklə Cavabdeh təhkim edilən layihədə baş verən problemlərin araşdırılması və aradan qaldırılması, o cümlədən ödəniləcək son haqq-hesabın müəyyən edilməsi üçün Cəmiyyətin inzibati binasına dəvət olunmuşdur. Lakin Cavabdeh telefon danışığı zamanı gəlməkdən imtina etmişdir. Cəmiyyətin direktoru layihələrdə yol verilən nöqsanlara görə Cəmiyyətə dəymiş olan zərərin müəyyən edilməsi üçün araşdırılma aparılmasını tələb etmiş, işçiyə ödəniləcək son haqq-hesabın aparılan araşdırmadan sonra ödəniləcəyinə qərar vermişdir. Ən son yazılı məktub ilə vətəndaş Cavabdeh Cəmiyyətin inzibati binasına gəlməsi barədə müraciət edilmişdir. Həmin müraciət məktubunda qeyd edilən vaxta gəlməkdən imtina edəcəyi təqdirdə tərəflər arasında imzalanmış olan əmək müqaviləsinin və X1 haqqında müqavilənin şərtlərinə əsasən Cəmiyyətə dəymiş olan zərərin ödənilməsi məqsədi ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət olunacağı bildirilmişdir. Bütün bunlara baxmayaraq cavabdeh Cavabdeh qeyd edilən bildirişlərə və xəbərdarlıqlara məhəl qoymamış, hər iki layihədə yol verilən pozuntuların və gecikmələrin aradan qaldırılması üçün heç bir tədbir görməmişdir. Aşağıdakı səbəblərdən hesab edir ki, Sumqayıt şəhər Məhkəməsinin e- 2(060)5357\** saylı, ##.##.2025-ci il tarixli Qətnaməsi əsassız və qanunsuz olduğu üçün ləğv edilməlidir. Məhkəmə qəbul etdiyi Qətnaməsinin 19-cu bəndi üzrə: Məhkəmə həmin bənddə AR Əmək Məcəlləsinin 199-cu maddəsinə istinad edərək hesab etmişdir ki, vurulmuş ziyanla bağlı iddiaçı həmin maddənin “a” bəndinə uyğun olaraq “saxlanmaq və başqa məqsədlər üçün cavabdehə verilmiş əmlakın və digər sərvətlərin mövcudluğunu sübuta yetirə bilməmişdir”. Lakin məhkəmə cavabdehin imzaladığı audit zamanı yaranan öhdəlik vərəqəsinin olmasını nəzərə almamışdır. Cavabdeh həmin öhdəlik vərəqəsini imzalamaqla artıq İşəgötürən qarşısında müəyyən bir öhdəlik götürür. Məhkəmə isə hansısa səbəbdən hesab edir ki, cavabdehə məhz hansısa maddi nemətin (kompyuterin, kreslonun və s) saxlanmaq üçün verilməsi sübuta yetirilməlidir. Halbuki, Əmək Məcəlləsinin 199-cu maddəsinin “a” bəndində “əmlak və digər sərvətlər” ifadəsi yer almışdır ki, həmin “digər sərvətlər” qeyri-maddi ola bilər. Eyni zamanda ƏM-nin 199-cu maddəsinin “ç” bəndində qeyd edilmişdir ki, əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda İşçi İşəgötürənə vurduğu ziyana görə X1 daşıyır. Təsadüfi deyildir ki, tərəflər arasında imzalanmış “X1”xxxx“Müəssisədə olan qiymətlilərin qəbulu və verilməsi zamanı əməliyyat prosedurlarını müvafiq qaydalara uyğun olaraq həyata keçirməlidir”. Məhz müqavilənin bu bəndi ilə tanış olduqda Məhkəmə müəyyən etməli idi ki, cavabdeh “qiymətlini” qəbul edərkən və onu İşəgötürənə geri verərkən əməliyyat prosedurlarına riayyət etməli və vəzifə səlahiyyətlərini yerinə yetirməli idi. Bu öhdəlik həmçinin cavabdehin özü tərəfindən imzalanmış ##.##.2023-cü il tarixli “Vəzifə təlimatının” “məsuliyyət” bölməsində də öz əksini tapmışdır. Həmin bölmədə qeyd edilmişdir ki, “İş sahəsi üzrə uçot sənədlərinin vaxtında və düzgün tərtib və təqdim edilməsi” İşçinin məsuliyyətindədir. Həmçinin, işçinin məsuliyyətindən digəri həmin bölmədə qeyd edilən “imzaladığı sənədlərə şəxsən və şərtsiz məsuliyyət daşıması” hissəsidir. Beləliklə, məhkəmə bu hissədə səhv qənaətə gələrək bariz və aşkar edilmiş ziyanı görməzdən gəlməklə hüquqlarını pozmuşdur. Qətnamənin 20-ci bəndi üzrə: Məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən iddiaçıya qarşı hüquqazidd əmələ yol verilməsi, bilavasitə cavabdeh tərəfindən törədilmiş əməl nəticəsində ona ziyan dəyməsini, habelə ziyanla hüquqazidd əməl arasında səbəbli əlaqənin olması barədə məhkəməyə sübut təqdim edilməyibdir. Lakin yenə də hesab edir ki, məhəkəmə bu hissədə də cavabdehin mənafeyini qorumaqla iddiaçının haqlı tələbini nəzərə almamışdır. Belə ki, cavabdeh tərəfindən verilmiş iddia ərizəsinə etirazda qeyd etmişdir ki, “Mümkün kommersiya riskini şirkət özü daşıyır. Layihələri qəbul edərkən MMC-nin rəhbəri bilməli idi ki, bu layihəni icra etməyə kifayət qədər işçi heyəti varmı. Bi işçinin qanunvericiliyin qanunun tələblərinə əməl etməklə işdən ayrılmasını hesablamalı, bütün layihəni bir işçinin üzərində cəmləməməli idi”. Məhz bu qeyd edilənlər və işçinin verdiyi ifadələr kifayət edir ki, işçi özü də etiraf edir ki, o, işdən ayrılanda şirkət hansı risklər qarşısında qalıb və neçə müqavilə icra edilməmiş olmuşdur. Lakin məhkəmə nəzərə almamışdır ki, şirkət olaraq onların risk daşıyacağı hissəni məhz hazırkı cavabdehin verdiyi səhv məlumatlar əsasında müəyyən etməkləri mümkün olmamışdır. Belə ki, cavabdeh layihəni artıq yekunlaşdığını bildirərək, onlara səhv məlumat vermiş və məhz bu məlumatın əsasında layihənin icra mərhələsində gecikmələr baş vermişdir. Eyni zamanda tərəflərindən məhkəməyə təqdim edilən müqavilələr, akt və layihəni yekunlaşdırmaq məqsədilə əlavə cəlb etdikləri işçilərə ödənilən vəsaitləri məhkəmə nəzərə almamış və onları sübut qismində görməmişdir. Qətnamənin 21-ci bəndi üzrə: Məhkəmə hesab etmişdir ki, iddiaçı cavabdehin görməli olduğu işin həcmini müəyyən etməyə imkan verən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Lakin məhkəmə yenə də cavabdehin imzaladığı və ##.##.2024-##.##.2025-ci il tarixlərini əhatə edən “audit zamanı yaranan öhdəlik vərəqəsini” və həmin vərəqədə qeyd edilən öhdəlikləri nəzərə almamışdır. Belə ki, cavabdeh həmin öhdəlik vərəqəsini imzalamaqla artıq görməli olan iş həcmini də qəbul etmişdir. Bu hissə isə məhkəmənin diqqətindən yayınmışdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, təqsirin mövcudluğu hüququn bütün sahələrində nəzərdə tutulan hüquq məsuliyyətinin yaranması üçün ümumi və hamılıqla qəbul edilən şərtdir və bu qaydadan hər hansı istisna qanunvericilikdə mütləq birbaşa və birmənalı göstərilməlidir. Buna müvafiq olaraq təqsirsiz məsuliyyət halları yalnız qanunvericilikdə göstərildiyi təqdirdə mümkündür. Beləliklə, qarşılıqlı maddi məsuliyyətin yaranması üçün təqsirin mövcudluğu vacibdir. Buna müvafiq olaraq qanunverici Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsinin məzmununu müəyyən etmişdir. Həmin maddədə təqsir ayrıca şərt kimi bilavasitə göstərilməsə də, qanunverici bu ünsürü maddi məsuliyyətin yaranması üçün vacib hesab edir. Bu, Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci hissəsinin “b” və “c” bəndlərindən, 192-ci maddəsinin 2-ci hissəsindən, eləcə də 194-cü maddəsinin 1-ci hissəsindən irəli gəlir (“Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2011-ci il ## #### tarixli Qərar). Qanunverici həmçinin təqsirin sübuta yetirilmə vəzifəsinin kimin üzərinə qoyulması məsələsini müəyyən etmişdir. Belə ki, Əmək Məcəlləsinin 192-ci maddəsinin 2-ci hissəsinə müvafiq olaraq, tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Beləliklə, işəgötürənin və işçinin birinin digərinə vurduğu ziyana görə maddi məsuliyyətin yaranmasının sübut edilməsi yükü tərəflər arasında bölünür. İşəgötürən konkret işçinin ona ziyan vurduğunu iddia etdikdə, həqiqətən həmin işçi tərəfindən ziyan vurulduğunu və bu ziyanın məbləğini, işçi isə ziyanın onun tərəfindən vurulmadığını sübut etməlidir. Qətnamədə göstərilən nəticələr işin hallarına uyğun gəlmir. Sadəcə olaraq subyektiv fikrini yazaraq qətnamə qəbul etmişdir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
14. Cavabdeh Cavabdeh tərəfindən ##.##.2026-cı il tarixində elektron kabinet vasitəsi ilə apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuşdur.
15. Etiraz onunla əsaslandırılmışdır ki, o, apellyasiya şikayəti ilə tanış olmuş və hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, iddiaçı 1-ci instansiya məhkəməsində olduğu kimi apellyasiya şikayətində də təsdiqini tapmayan iddialar irəli sürməkdədir. İddiaçı layihə(lər)nin onun rəhbərliyi altında olmasını təsdiq edən (əmr, sərəncam) dəlil təqdim edə bilməmişdir. “Layihəni artıq yekunlaşdırdığını bildirərək bizə səhv məlumat verməsi” iddiası irəli sürən iddiaçı bunu təsdiq edən dəlil(təhviltəslim aktı, işlərin yekunlaşmasına dair akt və s) təqdim edə bilməmişdir. İddiaçı apellyasiya şikayətində cavabdeh tərəfin iddia ərizəsinə etirazında iddianın nə dərəcə əsassız olması, mövcud durumun məhkəmə üçün aydın olması üçün qeyd etdiklərimizə istinad edərək həmin açıqlamanı “cavabdehin zərər vurmasının etirafı” kimi qəbul etmişdir. Mövcud vəziyyətin aydınlaşdırılması, iddianın kifayət qədər əsassız olması ilə bağlı verilən izahatlar, gətirilən nümunələr təqsirin etirafı kimi qəbul oluna bilməz. İddiaçı apellyasiya şikayətində qeyd edir: “... işçinin verdiyi ifadələr kifayət edir ki, işçi özü də etiraf edir ki, o, işdən ayrılanda şirkət hansı risklər qarşısında qalıb...” iş materiallarında bu ifadələrə və ya etiraflara rastlanmır. Həmçinin iddiaçı iddia edilən zərərin məhz onun hansısa təqsirli əməli nəticəsində baş verdiyini təsdiq edən dəlil təqdim edə bilməmişdir. İddiaçı irəli sürülən iddia tələbi ilə hesab etdiyi vurulmuş zərərləri məhkəməyə təqdim edərkən də bu məbləğlər bir-biri ilə üst-üstə düşməmişdir. İddiaçı apellyasiya şikayətində "Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2024-##.##.2025-ci il tarixlərini əhatə edilən “audit zamanı yaranan öhdəlik vərəqəsini” və həmin vərəqədə qeyd edilən öhdəlikləri nəzərə almadan qətnamə qəbul etdiyini" vurğulamışdır. Birinci instansiya məhkəməsində həmin öhdəlik vərəqələrinin qanuniliyini mübahisələndirmiş, sübutun saxtalaşdırılmış olmasına ehtimal verən əsasları 1-ci instansiya məhkəməsinin diqqətinə çatdırmışdıq. Həmçinin iddiaçı sənədin əslinin müxtəlif bəhanələr gətirərək onlarda olmadığını bildirmişdir. Bu isə sübutun saxtalaşdırıldığı ehtimalını daha da gücləndirir. Birinci instansiya məhkəməsi nə xüsusi qərardad qəbul etmiş, nə də qətnamədə məhkəmənin diqqətinə çatdırdığı halları təkzib edən əsaslandırma aparmamışdır. İddiaçı apellyasiya şikayətində təkrarən həmin “sübuta” istinad edir. Görünən odur ki, məhkəmə hüquqi münasibət bildirmədiyi təqdirdə iddiaçı həmin “sübuta” istinad etməkdə davam edəcəkdir. Apellyasiya məhkəməsinin diqqətinə eyni məsələni çatdırır ki, məhkəmənin həmin sübutlara münasibətdə əsaslandırılmış hüquqi mövqe bildirməsini xahiş edir. Mülki Prosessual Məcəllənin 394.1-ci maddəsinə əsasən işə apellyasiya qaydasında baxan məhkəmə bu Məcəllənin 265.4-cü və 265.5-ci maddəsində nəzərdə tutulmuş hallarda, habelə işə birinci instansiya məhkəməsində baxılması zamanı prosessual normaların kobud pozulmasına yol vermiş hakimlər barəsində xüsusi qərardad çıxara bilər. Məhkəmədən xahiş edir ki, yuxarıda qeyd olunan hallar nəzərə alınsın, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın.
Apellyasiya icraatı iştirakçılarının izahatları
16. İddiaçının nümayəndəsi və vəkili nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
17. Cavabdehin nümayəndəsi və vəkili nümayəndə3 apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.
Apellyasiya baxışının hədləri
18. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi iddiaçının nümayəndəsi və vəkili nümayəndə1 verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
20. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: 191-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. 191-ci maddəsinin 2-ci hissəsinə əsasən aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. 194-cü maddəsinin 1-ci hissəsinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. 199.1-ci maddəsinə görə işçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X1 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə; c) inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda; ç) əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda; d) alkoqol, toksik (zəhərli), psixotrop maddələrdən və ya narkotik vasitələrdən sərxoş vəziyyətdə ziyan vurulduqda; e) işəgötürənin kommersiya sirrini yaydıqda; ə) işəgötürənin şəxsiyyətini ləkələyən, şərəf və ləyaqətini alçaldan, habelə həqiqətə uyğun olmayan böhtanlı və təhqirli iftiralar, yalan məlumatlar yaymaqla onun sahibkarlıq fəaliyyətinə ciddi xələl gətirmiş mənəvi ziyan vurulduqda.
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.
23. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh “xxxx” MMC-nin (İddiaçı MMC) ##.##.2023-cü il tarixli, ***/OSH-**** saylı əmrlə # ### 2023-cü il tarixdən tam ştat olaraq “xxxx” MMC-nin Audit Departamentinin kiçik auditoru vəzifəsinə təyin edilmiş, tərəflər arasında “X1 haqqında” müqavilə bağlanmış və ##.##.2025-ci il tarixli, RNA-***/**** saylı əmrlə öz ərizəsinə əsasən işdən azad edilmişdir. Hazırda iddiaçı cavabdehin işdən çıxaraq öz vəzifə öhdəliklərini tam şəkildə yerinə yetirməməsi nəticəsində ona 16000 manat məbləğində ziyan dəydiyini iddia edir.
25. Birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilməmişdir /bax bənd 10/.
26. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı tərəflə Cavabdeh arasında olan əmək münasibətlərinə və həmin əmək münasibətlərini ehtiva edən əmək müqaviləsinə əsasən “X1 haqqında” müqavilə imzalanmışdır. Sözügedən müqaviləyə əsasən iddiaçı İddiaçı MMC cavabdeh Cavabdeh üzərinə işdən çıxaraq öz vəzifə öhdəliklərini tam şəkildə yerinə yetirməməsi nəticəsində maddi məsuliyyətdən doğan pul tələbini qoysa da iş materialları ilə Cavabdeh belə bir öhdəliyinin olması müəyyən edilməmiş, iddia tələbi əsaslı sübutlarla sübuta yeririlə bilməmişdir. Belə ki, iddiaçının iddiasının əsasını təşkil edən “X1 haqqında” müqavilə özlüyündə iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinin şərtləri ilə bağlıdır. İş materiallarında olan ##.##.2023-cü il tarixli əmək müqaviləsi ilə məhkəmə müəyyən etmişdir ki, cavabdeh Cavabdeh «xxxx» MMC-nin “Audit Departamenti”ndə “kiçik auditor” vəzifəsində ##.##.2023-cü il tarixdən işə başlamışdır. Eyni tarixdə tərəflər arasında “X1 haqqında” müqavilə imzalanmış və müqavilənin şərtlərinə əsasən işçi tutduğu vəzifəsinə uyğun olaraq əmək mübasibətləri prosesində ona işəgötürən tərəfindən etibar edilmiş əmlakın və digər sərvətlərin saxlanması, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması zamanı onların bütünlüyünə, qorunub saxlanmasına və mühafizəsinə görə tam həcmdə maddi məsuliyyət daşıyır.
27. Məhkəmə qeyd etmişdir ki, iddiaçının iddia tələbinin əsasını təşkil edən “X1” haqqında müqavilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 199-cu maddəsində bəhs edilən işçinin X1i haqqında hüququn heç bir bəndinin dispozisiyasına uyğun deyildir. Belə ki, həmin maddənin “a” bəndini rəhbər tutaraq qeyd etmək lazımdır ki, iddiaçı əmək münasibətləri prosesində cavabdehin əmək funksiyasının xarakteri ilə əlaqədar olan saxlanmaq və başqa məqsədlər üçün cavabdehə verilmiş əmlakın və digər sərvətlərin mövcudluğunu sübuta yetirə bilməmiş, “b” bəndinə uyğun olaraq, cavabdeh əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında qəbul etməmiş, “c” bəndinə uyğun olaraq isə, iddiaçı tərəfindən cavabdehin inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyi nəticəsində ona dəymiş maddi ziyanla bağlı hüquq mühafizə orqanlarına heç bir müraciət olmamışdır.
28. İddiaçı tələbinin əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün cavabdehlə ayrı-ayrılıqda bağladığı əmək müqavilələri və “X1 haqqında” müqavilələrlə əsaslandırmağa çalışsa da, cavabdeh tərəfindən ona qarşı hüquqa zidd əmələ (hərəkət və ya hərəkətsizliyə) yol verilməsi, bilavasitə cavabdeh tərəfindən törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində ona ziyan və ya zərər vurulması, habelə ziyanla və ya zərərlə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması barədə məhkəməyə heç bir sübut təqdim etməyib. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Məhkəmə daha sonra qed etmişdir ki, iddiaçı ona maddi ziyanın dəyməsinin əsası kimi cavabdehin işdən çıxması ilə başqa şirkətlərlə bağlanmış müqavilələrə əsasən icra edilməli olduğu layihələri icra etmədiyini, bunun nəticəsində başqa işçiləri işə cəlb etməyə məcbur oluğunu və nəticədə ziyana məruz qaldığını göstərmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin görməli olduğu işin həcmini müəyyən etməyə imkan verən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Bunun nəticəsində də cavabdehin görməli olduğu işlərlə bağlı üzərinə hansı həcmdə öhdəlik götürdüyünü, bu öhdəliyin dairəsini, yerinə yetirilməməsinə görə işəgötürənin ziyana uğraması halının mövcudluğunu müəyyən etmək mümkün olmamışdır.
30. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçının istinad etdiyi işçilərin tərtib etdiyi akt cavabdehin iddiaçıya qarşı iddia olunan məbləğdə maddi zərər vurması anlamına gəlməyə əsas vermir. Eyni zamanda sözügedən aktın tərtibi zamanı cavabdehin iştirakı da təmin edilməmişdir.
31. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
32. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, iddia təmin edilməməlidir.
33. İddiaçı İddiaçı səlahiyyətli nümayəndəsi nümayəndə1 apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Kollegiya qeyd edir ki, apellyasiya şikayəti formal mülahizələrdən ibarətdir. Birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.
35. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə, işin faktiki hallarına tam uyğundur.
36. Məhkəmə kollegiyası eləcə də vurğulamağı zəruri hesab edir ki, göründüyü kimi apellyator (iddiaçı) istər iddia ərizəsində, istərsə də apellyasiyası şikayətində cavabdeh tərəfindən ona maddi ziyanın dəyməsini icra edilməli layihələrə dair müqavilələrlə və qusurlu icra nəticəsində başqa işçilərin işə cəlb edilməsi, onlara əlavə vəsait ödənilməsinə dair müvafiq sənədlərlə əsaslandırmışdır.
37. Kollegiyası qeyd edir ki, istinad olunan həmin sənədlər iddianın təmin edilməsinə dair nəticəyə gəlməyə əsas vermir. Həmin sənədlər iddianı sübuta yetirən mötəbər sübut olaraq qiymətləndirilə bilməz.
38. Kollegiya qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.
39. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının istinad etdiyi layihələr üzrə işlərin cavabdeh tərəfindən tam həcmdə yerinə yetirilməməsi və qüsurlu yerinə yetirilməsi iş üzrə toplanmış sübutlarla sübuta yetmir. Qeyd olunmalıdır ki, həmin işlərini cavabdeh tərəfindən təhvil verilməsi və qüsurlu olması cavabdehin iştirakı ilə hər hansı sənədlə sənədləşdirilməmişdir.
40. Eyni zamanda təqdim edilmiş sənədlərlə başqa işçilərin əlavə iş saatlarında işə cəlb edilməsi və onlara əlavə vəsait ödənilməsi öz təsdiqini tapsa da, həmin vəziyyətin cavabdeh tərəfindən görülmüş işlərin qüsurlu nəticələrinin aradan qaldırılması ilə bağlı olduğu müəyyən edilmir.
41. Məhkəmə kollegiyası hesab edir ki, araşdırılan mübahisəyə məhz sübutlar, sübutetmə, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verilməlidir. Bu tələbə əməl edilməməsi ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnə bilər. Oxşar mövqe Konstitusiya Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır.
42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2008ci il tarixli qərarında göstərilmişdir ki, “... Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz”.
43. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosessual qanunvericilik sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki prosessual qanunvericilik məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
44. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsi tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.