Məhkəmə qərarları › İş №2(1-8)-1654/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1654/2026

15.07.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1654/2026 15.07.2026 ALI MƏHKƏMƏ XXXbaycan Respublikası adından XXXbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı Iddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ Açar sözlər: borc tələbi XXXbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlundan və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının ## #### 2026-cı il tarixli, *(*-*)-**/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə XXXbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları:

1. Naxçıvan Muxtar Respublikası DIN-in Istintaq və Təhqiqat Idarəsinin baş müstəntiqi R XXXun cinayət işi başlanmasının rədd edilməsi haqqında ##.##.2025-ci il tarixli qərarı ilə təhqiqat araşdırması zamanı toplanmış materialda cinayət hadisəsi kimi qiymətləndirilə biləcək hadisənin (faktın) olmaması müəyyən edildiyindən material üzrə cinayət işinin başlanması rədd edilməli, şikayətçiyə mülki qanunvericiliyə əsasən aidiyyəti üzrə mülki qaydada məhkəmə orqanlarına müraciət etmək hüququnun olması izah edilməli olduğu üçün Iddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət hadisəsi olmadığından XXXbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir.

2. Naxçıvan Şəhər prokurorluğunun müstəntiqi R X2 cinayət işi başlanmasının rədd edilməsi haqqında ##.##.2025-ci il tarixli qərarı ilə XXXə qarşı maddi, xidməti və ya sair cəhətdən asılı olduğu hər hansı bir şəxs tərəfindən amansız rəftar edilməmiş, ləyaqəti alçaldılmamış, hədə-qorxu gəlinməmişdir. Bundan başqa araşdırma zamanı XXXin barəsində şikayət etdiyi Iddiaçı maddi, xidməti və ya sair cəhətdən asılı olmadığı, habelə həmin şəxsin ona qarşı amansız rəftar etmədiyi, ləyaqəti alçaltmadığı və hədə-qorxu gəlmədiyi müəyyənləşdirildiyindən toplanmış **C-** nömrəli material üzrə CPM-nin 39.1.2-ci maddələrinə əsasən cinayət işinin başlanması rədd edilmişdir.

3. Iddiaçı kart hesabına ## ###### 2024-cü il tarixdə 100 manat, ## #### 2024-cü il tarixdə 3500 manat, ## ######## 2024-cü il tarixdə 350 manat, ## #### 2024-cü il tarixdə 1000 manat, ## #### 2024-cü il tarixdə 400 manat, ## ######## 2024-cü il tarixdə 1600 manat mədaxil edilmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları:

a) Birinci instansiya məhkəməsində icraat

4. Iddiaçı Iddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 129.000 manat, gecikdirilmiş vaxt üçün 6.450 manat, hüquqi yardıma görə ödədiyi 300 manat və dövlət rüsumu olaraq ödədiyi 425,75 manat, ümumilikdə, 136.175,75 pulun alınaraq, iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Iddia onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh ilə bir neçə il əvvəl tanış olmuş, əvvəlcə qohumu XXX vasitəsilə, daha sonra isə birbaşa cavabdehlə qızıl-zinət əşyalarının alqısatqısı üzrə birgə fəaliyyət göstərmişdir. Iddiaçı tərəfindən müxtəlif vaxtlarda (2023-2024-cü illər ərzində) qızıl alışı üçün cavabdehə hissə-hissə pul vəsaitləri verilmişdir. Borc münasibətləri gedişatında cavabdehə verilən məbləğlərin cəmi 150.000 manata çatmış, bu vəsaitin bir hissəsi (60.000 manat) qayınatası XXX tərəfindən təmin edilmişdir. Cavabdeh qeyd olunan borcun bir hissəsini qaytarsa da, qalıq məbləğ 125.000 manat təşkil etdiyi vaxtda, ## ###### 2024-cü il tarixdə yenidən 4.000 manat almış, lakin həmin vəsaiti və əvvəlki borclarını qaytarmaqdan imtina etmişdir. Borcun qaytarılması ilə bağlı cavabdehin atası XXXlə görüşsələr də, qarşı tərəf borcun olmadığını iddia edərək ödənişdən yayınmışdır. Məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikası Daxili Işlər Nazirliyinə edilən müraciət əsasında aparılan araşdırma nəticəsində ## ###### 2025-ci il tarixdə cinayət işinin başlanması rədd edilmiş və mübahisənin mülki qaydada həlli tövsiyə edilmişdir.

6. Cavabdeh Cavabdeh iddiaya etiraz verərək bildirmişdir ki, iddiaçı Naxçıvan MR Daxili Işlər Nazirliyinə müraciət etmiş, ondan əvvəl də atası XXXə müraciət etmiş, atasına 20.000 manat borcunun olduğunu, daha sonra nədənsə və “bilinməyən səbəblərdən” bu məbləğin birdən-birə 129.000 manat olması bu iddianın tamamilə yalandan ibarət olduğunu bir daha təsdiq edir. Iddiaçı iddia ərizəsində müxtəlif vaxtlarda ona pul verdiyini qeyd etsə də, bu pulların konkret olaraq hansı tarixdə verildiyini qeyd etməmiş, həmçinin bunlara dair mötəbər sübutları iddia ərizəsinə əlavə etməmişdir. Iddiaçı iddia ərizəsində onun 125.000 manat borcu qalanadək borcunu qaytardığını yalnız bu məbləği isə qaytarmadığını qeyd etmişdir. Bu tamamilə yalandır. O iddiaçı ilə ticari münasibətlərdə olmuş, müxtəlif vaxtlarda qızıl alış-verişi ilə məşğul olmuşdur. Lakin o bütün ödəmələri, yəni ona məxsus olan pulları vaxtı-vaxtında qaytarmışdır. Belə ki, bununla bağlı bir sıra sübutlar vardır. Belə ki, iddiaçı cavabdehə məxsus olan “xxxx” ASC-yə məxsus XXX; **************** nömrəli DEBIT kartlarından müxtəlif vaxtlarda və müxtəlif məbləğlərdə pullar çəkmiş, həmçinin “xxxx” ASC-yə məxsus XXX DEBIT kartından və “xxxx” ASC-yə məxsus **************** nömrəli DEBIT kartlarından özü şəxsən “BANKOMAT” aparatlarından pullar çəkmiş, həmçinin ona məxsus olan bu kartlar vasitəsilə onun “xxxx” ASC-yə məxsus sonu 0314 olan kartına müxtəlif məbləğlərdə pullar odənilmişdir. Yəni aralarında olan bütün ticari münasibətlərə son qoyulmuş aralarında olan bütün pul-borc münasibətləri sıfırlanmışdır. Həmçinin bundan əlavə, o, cavabdehə şahid2 yanında və onun şahidliyi ilə 19.800 manat dəyərində qızıl və 14.200 manat məbləğində pulu, yəni ümumilikdə 34.000 manat pulu ona qaytarmışdır. Yəni iddiaçının iddia etdiyi borc məbləği tamamilə yalan və uydurmadır. Belə ki, iddia ərizəsində heç bir sübutu olmayan fikirlər və ifadələr səsləndirilmişdir. Həmçinin iddia ərizəsində gecikdirilmiş borc məbləğindən söhbət gedir ki, məhkəmənin nəzərinə çatdırmışdır ki, aralarında borc müqaviləsi və ya hər hansısa bir müqavilə bağlanılmamış, gecikdirilmiş borca görə hər hansı faizin ödənilməsi nəzərdə tutulmamışdır. Iddia ərizəsində istinad olunan XXXbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq normalarının və Plenum qərarlarının hazırkı iddia tələbinə tətbiq edilməsi ilə bağlı hər hansı hüquqi əsas yoxdur Belə ki, tərəflər arasında işgüzar ticari münasibətlər olmuş, borc və ya öhdəlik münasibətləri olmamışdır. Məhkəmənin buna xüsusi olaraq fikir verməsini xahiş etmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq iddiaçı Iddiaçı ona qarşı “pul tələbi”nə dair iddiasının əsassız olduğundan rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim G.Səfərəliyeva) iddia qismən təmin edilmiş, cavabdeh Cavabdeh 129.000 manat məbləğində pulun alınaraq iddiaçı Iddiaçı verilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, Cavabdeh 419 manat miqdarında dövlət rüsumunun əvəzi tutularaq Iddiaçı qaytarılması, qalan hissədə ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı və cavabdeh arasında olan pul verilməsi qarşılığında aşağı qiymətə qızıl alınması, sonradan qızılın yüksək qiymətə satılaraq qazancın bərabər qaydada bölünməsi barədə razılıqlarının olmasını həm Iddiaçı, həm də Cavabdeh hər ikisi bildirmişlər. Eləcə də, iddiaçı tərəfindən cavabdehə pulun hansı şəkildə verilməsi isə bağlı məsələni araşdıran zaman müəyyən edilmişdir ki, hər iki tərəf pulun bir dəfəlik deyil hissəhissə, iş

9. görüldükcə verildiyini təsdiq edirlər.

10. Bununla yanaşı ümumi görülən iş üzrə verilən pulun məbləğini hansı məbləğdə olması məhkəmə tərəfindən araşdırılan zaman iddiaçı 150000 manata qədər yarandığını qeyd etmiş, cavabdeh isə ümumi dövriyyənin 90000 manat həcmində olmasını, həmin həcmdə işin görüldüyünü bildirmiş, həmin pulu da qaytardığını qeyd etmişdir.

11. Məhkəmə pulun qaytarılıb-qaytarılmamasına dair münasibət bildirməzdən əvvəl tərəflər arasında 90000 manat pul qarşılığında qızıl işi ilə məşğul olmasına dair cavabdehin izahatını iddianı qismən qəbul etməsi kimi qiymətləndirmişdir.

12. Belə ki, məhz həmin pulun qaytarılmasını qeyd edərək cavabdeh kart hesablarına köçürülən müəyyən pul vəsaitlərinə dair ödənişləri təqdim etmiş, eləcə də özünə aid bank kartlarından iddiaçının pul vəsaitlərini çəkdiyini qeyd edərək bankomatlardan pulun çəkilməsi barədə fotogörüntülərin təqdim edilməsi üçün banklara sorğu verilməsini xahiş etmişdir.

13. Halbuki, iddiaçı tərəfindən təqdim edən məhkəmə iclasında tədqiq edilən səs yazısından aydın olmuşdur ki, həmin səs yazısı aparılan zaman cavabdeh Cavabdeh iddiaçı Iddiaçı 4000 dollar pul vermişdir. Səs yazısı tədqiq edilən zaman hər iki şəxs tədqiq edilən səslərin məhz özlərinə aid olduğunu bildirmişlər. Həmin vaxt pul verilən zaman ümumi pul məbləği qeyd edilir və 138000 manat puldan 4000 dolları verildiyi, həmin dollar məzənnəsinin təxminən 7000 manat məbləğinə çevrilərək ümumi puldan çıxılaraq qalıq pulun 131000 manat olması barədə söhbət qeydə alınmışdır. Hətta cavabdeh qalan pulun məbləğinin ona yazmasını iddiaçıya bildirir.

14. Iddiaçı sözügedən səs yazısının 2024-cü ilin noyabr ayında qeydə alındığını, həmin vaxtdan sonra münasibətlərin pisləşdiyi dövrə qədər 2024-cü ilin dekabr ayına qədər 6000 manat pulu cavabdehin qaytardığını, 125000 manat pulun qaldığını və dekabr ayının son günlərində əlavə 4000 manat pul verildiyini və qalıq pulun 129000 manat olduğunu, bundan sonra cavabdehin pulu qaytarmadığını bildirmişdir.

15. Cavabdeh həqiqətən 2024-cü ilin dekabr ayında iddiaçıdan 4000 manat pul aldığını təsdiq etmiş, həmin pulun borc olaraq deyil, verilən haqq-hesabdan ona çatmalı olan artıq vəsait kimi qeyd etmişdir.

16. Bununla bağlı iddiaçının təqdim etdiyi vatsapp yazıları tərəflərin iştirakı ilə tədqiq edilmişdir. Həmin vatsapp yazılarından aydın olmuşdur ki, cavabdeh iddiaçıdan 4000 manat pulu qaytarmaq şərtilə verilməsini xahiş etmiş, haqq-hesab edilərkən ona çatmalı olan vəsait kimi tələb etməmişdir.

17. Həmçinin cavabdehin iddiaçı ilə gördükləri işin müqabilində ümumi dövriyyənin 90000 olmasını bildirməsinə baxmayaraq, iddiaçının təqdim etdiyi səs yazısında qalan pulun 131000 manat olmasını özünün bildirməsi artıq iddiaçının bu tələbinin əsaslı olmasını təsdiq edir.

18. Məhkəmə cavabdehin dəfələrlə iddiaçıya pul vəsaitləri qaytarmasına dair təqdim etdiyi sübutları, təqdim etdiyi şahid ifadəsini tədqiq etmiş və qeyd etmişdir ki, 2024-cü ilin noyabr ayından sonra yaranmış borca münasibətdə cavabdeh pulun qaytarılmasına dair hər hansı sübut təqdim etmir.

19. Təqdim edilən sübutlar həmin vaxta qədər ödənilən pul vəsaitləri olmuşdur ki, iddiaçı yaranmış ümumi borcun cavabdeh tərəfindən hissə-hissə ödənilərək 125000 manata qədər azaldıldığını bildirmişdir.

20. Bu hissədə iddiaçının izahatı inandırıcıdır və təqdim edilən iş materiallarında olan sübutlara uyğundur. Ona görə ki, ümumi borcun qalıq hissəsinin 131000 manat olmasını təsdiq edən səs yazısından sonra (həmin vaxt belə 4000 dollar qaytarılmışdır) cavabdeh tərəfindən müxtəlif vaxtlarda 6000 manat pulun iddiaçıya ödənilməsini iddiaçı bildirmişdir ki, bu halın belə cavabdeh sübutunu təqdim edə bilməmişdir və iddiaçı özü cavabdehi həmin 6000 manat məbləğini qaytardığını bildirməklə onu o hissədə sübutetmə yükündən azad etmişdir.

21. Həmin pul məbləğinin iddiaçıya qaytarılmasını təsdiq edən heç bir sübut olmadığı halda iddiaçı ümumiyyətlə bu məbləğin də qaytarılmadığını deyə bilərdi və bu məbləğdə borca münasibətdə səs yazısı mövcud idi.

22. Bu halları nəzərə alaraq məhkəmə iddiaçının izahatını işin hallarına daha uyğun olması nəticəsinə gəlmişdir.

23. Belə ki, qalan pul vəsaitinin miqdarının 131000 manat olmasını cavabdeh Cavabdeh səs yazısında bildirmiş, səsin ona məxsus olduğunu təsdiq etmişdir.

24. Məhkəmə yuxarıda şərh olunmuş hallara əsasən iddiaçının cavabdehə gördükləri birgə fəaliyyət nəticəsində məhz 129000 manat qaytarmalı olduğu pul vəsaiti olmasını sübuta yetirmişdir.

25. Məhkəmə cavabdeh tərəfindən pul vəsaitin qaytarılması barədə təqdim edilən sübutları tədqiq edərək, həmin sübutların iddia tələbinin rədd edilməsi üçün əsas hesab etməmişdir.

26. Belə ki, pul köçürmələrinə dair ödəniş sənədlərinin tarixinə nəzər saldıqda aydın olmuşdur ki, Iddiaçı kart hesabına ##.##.2024-cü il tarixdə 100 manat, ## #### 2024-cü il tarixdə 3500 manat, ##.##.2024-cü il tarixdə 350 manat, ## #### 2024-cü il tarixdə 1000 manat, ## #### 2024-cü il tarixdə 400 manat, ##.##.2024-cü il tarixdə 1600 manat pul köçürülmüşdür. Həmin pul köçürmələrindən heç biri tərəflər arasında qalıq borcun məbləğinin dəqiqləşdirmələrinə dair 2024-cü ilin noyabr ayında qeydə alınan səs yazısından sonrakı dövrə təsadüf etmədiyi aydın olmuşdur. Həmçinin bank kartlarından pul vəsaitlərinin nağdlaşdırılması barədə bankomatlardan çəkilən fotogörüntülərdən aydın olur ki, pul vəsaitlərindən sadəcə bir dəfə Iddiaçı tərəfindən nağdlaşdırma aparılmışdır. Qalan hallarda pul vəsaitləri cavabdeh X1 özü tərəfindən nağdlaşdırılmışdır. “xxxx Bank” kartına məxsus nağdlaşdırma əməliyyatlarının aparılması zamanı fotogörüntülər isə bank tərəfindən saxlanma müddəti bitdiyindən təqdim edilməsi mümkün olmamışdır. Bu halda isə sübutun təqdim edilməsinin etiraz edən tərəfin vəzifəsi hesab edilməsi əsası ilə cavabdeh tərəfindən sübuta yetirilməməsi kimi qəbul edilməlidir. Hüseynov Hicran Rəşid oğlu tərəfindən cavabdeh Cavabdeh məxsus bank kartından pul vəsaitinin nağdlaşdırılması zamanı fotogörüntünün tarixindən aydın olmuşdur ki, həmin pul vəsaiti də tərəflər arasında qalıq borcun məbləğinin dəqiqləşdirmələri zamanı qeydə alınan səs yazısından sonrakı dövrə təsadüf etməmişdir.

27. Cavabdeh Cavabdeh tərəfindən təqdim edilən şahid ifadəsinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, sözügedən şahid pulun iddiaçıya verilməsində bilavasitə iştirak etməmişdir. Həmçinin şahid pulun verilməsi vaxtını xatırlamır, hansı aylarda olmasını dəqiq ifadə edə bilmir. Keçən ilin bu vaxtları olaraq cavab vermişdir ki, onun dindirilməsi vaxtına nəzər saldıqda hətta pul vəsaitinin bir hissəsinin qaytarılması barədə ifadəsi əsaslı hesab edilsə belə oktyabr ayına təsadüf edir ki, bu hal da məhz tərəflər arasında qalıq borcun məbləğinin dəqiqləşdirməsi zamanı qeydə alınan səs yazısından əvvəlki dövrə təsadüf edir.

28. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında olan şifahi razılıqlarına əsasən görülən işdən əldə edilən qazancın bərabər qaydada bölünməsi barədə razılıq olduğundan qazancın verilməsi əsas pul vəsaitinin qaytarılması hesab edilə bilməz. Bununla yanaşı təqdim edilən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarların təhlilindən də borcun mövcudluğu, məbləğinin məhz məhkəmə tərəfindən təsdiq edilmiş miqdarda olması müəyyən edilməkdədir.

29. Məhkəmə cavabdeh tərəfin iddiaçı tərəfindən təqdim edilən səs yazıları ilə bağlı sübutların gizli olaraq qeydə alınması əsası ilə sübut qismində dəyərləndirilməsinin yolverilməzliyi ilə bildirdiyi halları əsassız hesab etmiş və bununla bağlı qeyd etmişdir ki, iddiaçının tərəflər arasında olan razılaşma üzrə öz öhdəliyini sübuta yetirməsi işin məhkəmə araşdırılması zamanı öz təsdiqini tapdığından məhkəmə qeyd etmişdir ki, XXXbaycan Respublikası Mülki Məcəlləsinin 389.3-cü maddəsinin mahiyyətinə əsasən Mülki Məcəllədə “Öhdəliklər haqqında ümumi müddəalar” fəslinin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. Qeyd edilən maddi hüquq normasının tələbindən yola çıxan məhkəmə belə nəticəyə gəlmişdir ki, tərəflər arasında bağlanmış və şərtlərini özlərinin müəyyən etdiyi müqavilə münasibətləri üzrə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilməlidir.

30. Məhkəmə hesab etmişdir ki, cavabdeh Cavabdeh 129000 manat pul alınaraq iddiaçı Iddiaçı verilməlidir.

31. Birinci instansiya məhkəməsi gecikmə məbləğinin 6450 manat qeyd edilməsi səbəbinin əsaslandırılmasını iddiaçının vəkili və nümayəndəsindən soruşaraq aydınlaşdırmış, iddiaçının vəkili və nümayəndəsi həmin məbləğin sadə hesablama yolu ilə illik 5% olaraq hesablayaraq qeyd etdiyini bildirmişdir. Tərəflərin şifahi razılıqlarına nəzər saldıqda müəyyən edilmişdir ki, pulun qaytarılması müəyyən vaxtla şərtləndirilməmiş, vaxtı keçdikdən sonra pulun qaytarıldığı halda gecikdirilmə üçün əlavə tələb razılaşdırılmamışdır. Eləcə də tərəflər arasında pul birdəfəlik verilməmiş, hiss-hissə verilmiş, hər məbləğ üzrə, hər il üçün gecikmə faizini müəyyən etmək mümkün olmamışdır. Belə olan halda məhkəmə bu hissədə tələbin rədd edilməsi nəticəsinə gəlmişdir.

32. Məhkəmə öz mövqeyini XXXbaycan Respublikasının Mülki Məcəlləsinin 6.1, 6.1.2, 6.1.5, 14.1, 390.1, 441.1, 740-ci maddələrinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsində icraat

33. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv olunmasını və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

34. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilk olaraq Naxçıvan Muxtar Respublikası Daxili Işlər Nazirliyinə müraciət etmiş, ondan əvvəl də atası XXXə müraciət etmiş, atasına cavabdehin ona 20.000 manat borcu olduğunu, daha sonra nədənsə və “bilinməyən səbəblərdən” bu məbləğin birdən-birə 129.000 manat olması bu iddianın tamamilə yalandan ibarət olduğunu bir daha təsdiq edir. Iddiaçı iddia ərizəsində müxtəlif vaxtlarda ona pul verdiyini qeyd etsə də, bu pulların konkret olaraq hansı tarixdə verildiyini qeyd etməmiş, həmçinin bunlara dair mötəbər sübutları iddia ərizəsinə əlavə etməmişdir. Iddiaçı iddia ərizəsində onun 125.000 manat borcu qalanadək borcunu qaytardığını, yalnız bu məbləği isə qaytarmadığını qeyd etmişdir. Bu tamamilə yalandır. O, iddiaçı ilə ticarət münasibətlərdə olmuş, müxtəlif vaxtlarda qızıl alış-verişi ilə məşğul olmuşlar. Lakin o bütün ödəmələri, yəni iddiaçıya məxsus olan pulları vaxtı-vaxtında qaytarıb. Belə ki, iddiaçı cavabdehə məxsus olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinə məxsus XXX; **************** nömrəli debit kartlarından müxtəlif vaxtlarda və müxtəlif məbləğlərdə pullar çəkmiş, həmçinin “xxxx” Açıq Səhmdar Cəmiyyətinə məxsus XXX debit kartından və “xxxx” Açıq Səhmdar Cəmiyyətinə məxsus **************** nömrəli debit kartlarından özü şəxsən “Bankomat” aparatlarından pullar çəkmiş, həmçinin o özünə məxsus olan bu kartlar vasitəsilə onun “xxxx” Açıq Səhmdar Cəmiyyətinə məxsus sonu 0314 olan kartına müxtəlif məbləğlərdə pullar ödənilmişdir. Yəni aralarında olan bütün ticari münasibətlərə son qoyulmuş, aralarında olan bütün pul-borc münasibətləri sıfırlanmışdır. Həmçinin bundan əlavə o, cavabdehə şahid2 yanında və onun şahidliyi ilə 19.800 manat dəyərində qızıl və 14.200 manat məbləğində pulu, yəni ümumilikdə 34.000 manat pulu ona qaytarmışdı. Məhkəmənin nəzərinə çatdırmışdır ki, aralarında borc müqaviləsi və ya hər hansısa bir müqavilə bağlanılmamış, gecikdirilmiş borca görə hər hansı faizin ödənilməsi nəzərdə tutulmamışdır. Iddia ərizəsində istinad olunan XXXbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq normalarının və plenum qərarlarının hazırkı iddia tələbinə tətbiq edilməsi ilə bağlı hər hansı hüquqi əsas yoxdur. Eyni zamanda tərəflərindən məhkəməyə müvafiq banklara sorğu göndərilməsi məqsədilə yazılı qaydada aşağıdakı məzmunda vəsatət verilmişdir: “Mülki mübahisənin həlli baxımından bir sıra sənədlərin bankdan (banklardan) məhkəmə tərəfindən alınıb mülki işin materiallarına əlavə edilməsi zərurəti vardır. Cavabdehin bir neçə bank kartı iddiaçıda olmuş və iddiaçıda həmin kartlardan bankomatlar vasitəsilə pulları çəkmiş və götürmüşdür. Həmin bankomatların qarşısında məlumdur ki, video çəkiliş gedir və pulların kim tərəfindən götürülməsi də açıq-aşkar görsənir. Həmin kartlar vasitəsilə hazırkı iş üzrə iddiaçı cavabdehə məxsus kartlardan (kartlarda iddiaçıda olub) pulları özü çəkmişdir. “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialı (**************** nömrəli kart) 1. ##.##.2023 - 1640 manat 2. ##.##.2023 - 250 manat 3. ##.##.2023 - 540 manat 4. ##.##.2024 - 130 manat

5. ##.##.2024 - 400 manat 6. ##.##.2024 - 400 manat 7. ##.##.2024 - 1000 manat 8. ##.##.2024 - 700 manat 9. ##.##.2024 - 1880 manat 10. ##.##.2024 - 300 manat 11. ## #### 2024 - 2000 manat 12. ## #### 2024 - 990 manat 13. ##.##.2024 - 2650 manat 14. ##.##.2024 - 2970 manat 15. ##.##.2024 - 1150 manat 16. ##.##.2024 - 2000 manat 17. ##.##.2024 - 1800 manat 18. ##.##.2024 - 800 manat 19. ##.##.2024 - 10.000 manat 20. ##.##.2024 - 100 manat 21. ##.##.2024 - 4000 manat 22. ##.##.2024 - 5000 manat 23. ##.##.2023 - 1550 manat ##.##.2024 - 9900 manat “xxxx” ASC NAXÇIVAN FILIALI (XXX) 1. ##.##.2023 - 2000 manat

2. ##.##.2023 - 3000 manat 3. ##.##.2023 - 400 manat 4. ##.##.2023 - 2000 manat 5. ##.##.2023 - 2600 manat 6. ##.##.2023 - 900 manat 7. ##.##.2023 - 2000 manat 8. ##.##.2023 - 1278 manat 9. ##.##.2023 - 170 manat 11. ##.##.2023 - 1500 manat 12. ##.##.2023 - 4500 manat 13. ##.##.2023 - 400 manat 14. ##.##.2023 - 1180 manat 15.##.##.2023 - 3100 manat 16.##.##.2023 - 3000 manat 17.##.##.2023 - 8150 manat 18. ##.##.2023 - 1500 manat

19. ##.##.2023 - 1010 manat 20. ##.##.2023 - 3600 manat 21. ##.##.2023 - 4000 manat 22.##.##.2023 - 4485 manat 23. ##.##.2023 - 1400 manat 24. ##.##.2023 - 6000 manat 25.##.##.2023 - 1000 manat 26. ##.##.2023 - 1995 manat 27. ##.##.2024 - 1000 manat 28. ##.##.2024 - 1972 manat 29. ##.##.2024 - 4860 manat 30. ##.##.2024 - 10.000 manat 31.##.##.2024 – 120 manat 32. ##.##.2024 - 1360 manat 33. ##.##.2024 - 2500 manat 34. ##.##.2024 - 887 manat 35. ##.##.2024 – 1998 manat 36. ##.##.2024 - 1000 manat 37 ##.##.2024 - 2900 manat 38. ##.##.2024 - 2500 manat 39. ##.##.2024 - 3300 manat 40. ##.##.2024 - 4250 manat 41 iyul 11.2024 - 400 manat 42.##.##.2024 - 1740 manat 43.##.##.2024 - 2000 manat 44. ##.##.2024 - 1600 manat “xxxx Bank” Açıq Səhmdar Cəmiyyəti 43.##.##.2024 - 2000 manat 44. ##.##.2024 - 1600 manat, “xxxx Bank” Açıq Səhmdar Cəmiyyəti Naxçıvan Filialı (XXX və 4613860204135030) 1. ##.##.2024 - 10.000 manat 2. ##.##.2024 - 4500 manat 3. ##.##.2024 - 11900 manat 4. ##.##.2023 - 1300 manat

5. ##.##.2024 - 6000 manat. Qeyd edilən tarixlərdə müvafiq adları çəkilən bankların bankomatlarından kim tərəfindən hazırkı iş cavabdehə məxsus kartlardan pulların nağdlaşdırılması, bunlara dair müvafiq banklara ayrı ayrılıqda sorğuların göndərilməsi, bu barədə yazılı məlumatın və çəkilişə dair müvafiq görüntülərin məhkəməyə göndərilməsinin təmin edilməsinə dair müvafiq sorğuların banklara göndərilməsini xahiş edirəm”. Məhkəmə vəsatəti təmin etmiş, bununla bağlı müvafiq qərardad qəbul etmiş və müvafiq banklara sorğuların göndərilməsi qərara alınmışdır. Işə baxan birinci instansiya məhkəməsi tərəflər arasında olan münasibətlərə düzgün hüquqi qiymət verməmiş və məhkəmə qətnaməsi ilə də bu münasibətlərə düzgün normalarla yanaşmamışdır. Belə ki, məhkəmə qətnamənin 12-ci səhifəsinin 3-cü abzasında tərəflər arasında olan münasibətləri borc münasibətləri hesab etmək olmaz deyə qeyd etmişdir. Hansı ki, bu yanaşmanı tərəflərindən iddiaya etiraz da nümayiş etdirmiş, borc münasibətlərinin olması üçün (əgər borc məbləği) 3000 manatdan çoxdursa) münasibətlər mütləq şəkildə yazılı şəkildə və müqavilə ilə rəsmiləşdirilməli idi. Iddiaçının özü də məhkəmədə izahat verərkən “borc münasibətlərinə” toxunmuş, hətta tələbin adı belə pul tələbi nə dair iddia olmuşdur. Iddiaçı hətta gecikdirilmiş borca görə məhz müəyyən miqdarda (hansı ki məhkəmə həmin hissə də tələbi təmin etməmişdir) faizlər də tələb edirdi ki, bu da iddiaçının məhkəməyə təqdim etdiyi iddiada hüquqi əsasın məhz borc münasibətlərindən yaranmış borc məbləği olaraq qeyd etdiyini açıq-aşkar görsədir. Yəni yuxarıda istinad edilən hissədə məhkəmə münasibətin borc münasibəti olmamasını düzgün qiymətləndirsə də, sonradan qətnamənin 13-cü səhifəsinin 1-ci abzasında tərəflər arasında borc münasibətləri olmasa belə, müqavilə münasibətlərinin olmamasının istisna edilməməsini qeyd etmiş, həmin səhifənin 6-cı abzasında tərəflər arasında mövcud olmuş müqavilə növünün XXXbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulmasa belə, işin hallarına əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, “tərəflər arasında birgə fəaliyyət göstərməklə bağlı” müqavilə növü olduğunu qeyd etmişdir. Bu hüquqi münasibəti ümumiyyətlə qəbul etmirlər. Məhkəmə tərəflərin özlərinin müəyyən etməli olduğu (əgər belə bir müqavilə münasibəti mövcud olsa idi, hansı ki, şifahi şəkildə bağlanılmış olan və ya bağlanılmalı olan) iddiaçı məhz məhkəməyə müraciət edən zaman iddiasının hüquqi əsasını məhz bu cür formalaşdırmalı və eyni zamanda iddiasının hüquqi əsası da məhz bu münasibətə uyğun yazılmalı və ya tərtib olunmalı idi. Məhkəmə “öz mülahizəsi əsasında” iddianın hüquqi əsasını formalaşdırmış və münasibətlərə hüquqi qiymət vermişdir. Hətta məhkəmə öz təşəbbüsü ilə “müqavilənin predmetini” müəyyən etmişdir. Həmin predmet üzərində məsələyə hüquqi qiymət vermişdir. Iddiaçı isə iddia ərizəsində pul və ya borc münasibətləri üzərindən məsələyə yanaşmış, hətta gecikdirilmiş faiz belə cavabdehdən tələb edilmişdir. Odur ki, məhkəmə tərəflərin münasibətlərinə düzgün hüquqi qiymət verməmişdir. Tərəflər arasında şifahi formada qızılın alıb-verilməsi onlar arasında müqavilə münasibətlərinin olması anlamına gəlmir. Cavabdeh iddiaçı qarşısında yazılı və şifahi forma da hər hansı formada öhdəliyi belə olmamışdır. Tərəflər arasındakı münasibətlərdə Cavabdeh iddiaçı ilə aralarında olan münasibətlərdə pulu tamamilə iddiaçıya qaytarmışdır. Məhkəmə qətnamənin 14-cü səhifəsinin 4-cü abzasında cavabdehin izahatını iddianı qismən qəbul etmə kimi qiymətləndirmişdir. Hesab edir ki, bu da heç bir halda qəbul edilən deyildir. Cavabdeh Cavabdeh iddiaçı ilə aralarında olan pul münasibətinin miqdarını bildirmiş, həmin pulun isə tamamilə iddiaçıya qaytarıldığını həm yazılı etiraz ərizəsində, həm də şifahi məhkəmə iclasında izahatı zamanı məhkəməyə bildirmişdir. Məhkəmənin isə həmin hissəni iddianı qismən qəbul etmə kimi qiymətləndirməsi işə baxan məhkəmənin obyektivliyini ciddi şübhə altına atır. Belə ki, cavabdeh olaraq Cavabdeh bütün sübutetmə vasitələri ilə iddianın əsasız olmasına dair sübutlar məhkəməyə təqdim etmiş və pulun qaytarıldığını sübut etməyə çalışmışdır. Onu da qeyd etmişdir ki, tərəflər arasında öhdəliyin əmələ gəlmə əsası kimi əgər qanunda ayrı qayda nəzərdə tutulmamışdırsa, tərəflər arasında mütləq şəkildə müqavilənin olması vacib şərtdir. Yəni hər bir halda hazırkı mübahisədə iştirakçılar arasında mütləq şəkildə müqavilənin olması, xüsusilə də yazılı şəkildə olması mütləq şərtdir. Hansı ki, iddiaçı özünə məxsus olan borcu tələb edirdisə, bu borcun məbləği də məcəllədə qeyd olunandan çoxdursa, o zaman müqavilə (borc müqaviləsi) mütləq şəkildə yazılı olmalı idi. Bu pulun borc olması həm iddiaçının izahatı ilə, həmçinin məhkəmədə izahat verən şahid ifadələri ilə də öz təsdiqini tapmış olur. Qeyd etmək lazımdır ki, məhkəmə işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. Belə ki, iddianın təmin olunmasının əsasını məhz səs yazısı və həmin səs yazısında olan “bir cümlə” təşkil edir. Hansı ki, Cavabdeh həmin səs yazısında borcunun olduğunu etiraf etməmiş, iddia tələbində qeyd olunan borcunun olduğunu iddiaçıya bildirməmişdir. Həmçinin işin ən önəmli halı ondan ibarətdir ki, həmin səs yazısı gizlin yola, Cavabdeh xəbəri olmadan yazılmışdır. Bu vəkil-nümayəndə Nümayəndə tərəfindən iddiaçıya verilən sualın cavabı ilə də öz təsdiqini tapmışdır. Iddiaçı səs yazısını gizlin yazdığını etiraf etmişdir. Yəni XXXbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin konkret olaraq imperativ olaraq göstərilən normasından da aydın olur ki, gizli yola əldə edilən səs yazısı sübut kimi qəbul oluna bilməz. Tərəflərindən bu məhkəmə çıxışı zamanı bildirilsə də, məhkəmə buna düzgün hüquqi qiymət verməmişdir. Əksinə iddianın təmini üçün bu səs yazısını sübut kimi qəbul etmişdir. Eyni zamanda məhkəmə həmin səs yazısının hansı tarixdə qeydə alınmasını və yazılmasını da müəyyən etməmişdir. Hansı ki, bu mübahisənin düzgün həlli üçün olduqca vacib və əhəmiyyətlidir. Məhkəmə sadəcə iddiaçının dediyi ilə kifayətlənmiş, səs yazısının yazılma tarixini iddiaçının dediyi tarixlə götürmüş və digər sübutlara da məhz bu baxımdan hüquqi qiymət vermişdir. Bundan əlavə tərəflərindən məhkəməyə bank hesabından (kartdan) çıxarışlar təqdim olunmuş, şahid ifadəsi ilə də Cavabdeh tərəfindən cavabdehə pulların qaytarılması öz təsdiqini tapmışdır. Məhkəmə çox təəssüf ki, tərəflərindən verilmiş sübutlara səs yazısının tarixinə münasibətdə hüquqi qiymət vermiş, halbuki səs yazısının hansı tarixdə yazılması məhkəmə tərəfindən müəyyən olunmamışdır. Lakin məhkəmə tərəflərindən təqdim edilmiş bütün sübutlara həmin səs yazısından əvvəlki tarix olduğu üçün iddianın rəddinə səbəb olacaq sübut kimi qiymət vermişdir. Yuxarıda qeyd olunduğu kimi tərəflərindən təqdim edilmiş şahid ifadəsi ilə iddiaçıya pulun qaytarılması təsdiq olunmuş, kart hesabından çıxarışlarla da pulların qaytarılması öz təsdiqini tapmışdır. Lakin nədənsə məhkəmə iddiaçının təqdim etdiyi sübutun tarixini araşdırmamış, tərəflərindən təqdim edilən sübutlara isə tarixi müəyyən olunmayan səs yazısına münasibətdə tarixə görə hüquqi qiymət vermişdir. Bu da hesab edirlər ki, ədalətli məhkəmə araşdırmasının pozulduğunu açıq aşkar ortaya qoyur. Məhz buna görədir ki, məhkəmə qətnamənin 15-ci səhifəsinin 1-ci abzasında cavabdehin təqdim etdiyi sübutları 2024-cü ilin noyabr ayından sonraya aid olmayan sübut kimi qiymət vermişdir. Halbuki yuxarıda qeyd olunduğu kimi məhkəmə həmin gizlin yolla yazılmış səs yazısını nəinki sübut kimi qəbul etmiş, hətta onun yazılma tarixini müəyyən etmədən iddianın təmin üçün yetərli sübut kimi qəbul etmiş və tərəflərindən təqdim edilmiş sübutlara tarixə münasibətdə hüquqi qiymət vermişdir. Onu da nəzərə almaz lazımdır ki, iddiaçı tərəfindən təqdim edilən şahid ifadəsi də (XXX adlı şahid) məhkəmə zalında verdiyi ifadəsində tarixi dəqiq bildirməmiş, eyni zamanda onun pulu iddiaçıya verdiyini (60.000 manat), cavabdeh Cavabdeh borc vermədiyini qeyd etmişdir. Yəni iddiaçının əgər tələb etdiyi pulu borc kimi qəbul etsələr, həmin pulun tələb olunması belə hazırkı iş üzrə iddiaçının tələb edəcəyi bir pul deyildir. Həmçinin Cavabdeh bir dəfə XXX adlı şəxsin evində olması belə bu borc alınması və borc münasibətinin olması anlamına gəlmir. Iddiaçı bunu ona verilən sual zamanı inkar etməmiş, hətta banklardan alınan görüntülərin birində cavabdehə məxsus bank kartından pulun çəkilməsi açıq-aşkar görsənir. Hansı ki, həmin görüntüdə və sənədlərdə bir gündə bir neçə dəfə iddiaçının cavabdehin bank kartından pul çəkdiyi açıq-aşkar görünür. Lakin məhkəmə buna da düzgün hüquqi qiymət verməmişdir.

35. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının ## #### 2026cı il tarixli, *(*-*)-**/**** nömrəli qətnaməsi ilə (hakim Z.Əliyevin sədrliyi və məruzəsi ilə, hakimlər M.Allahverdiyev və S.Qarayev) apellyasiya şikayəti təmin edilməmiş, Naxçıvan Şəhər Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə (tam mübahisələndirmə) dəyişdirilmədən saxlanılmışdır.

36. Apellyasiya kollegiyası qeyd etmişdir ki, cavabdeh tərəf apellyasiya şikayətində müqavilənin yazılı formanın mütləq olduğunu iddia edərək, şifahi razılaşmanı hüquqi əhəmiyyətsiz hesab etsə də, tərəflər arasındakı münasibətlər mürəkkəb xarakter daşıyır və burada həm tapşırıq, həm də birgə fəaliyyət elementləri mövcuddur. Şifahi formanın seçilməsi tərəflərin qarşılıqlı etimadına əsaslanmışdır və cavabdehin vəsaiti qəbul etməsi, onun müəyyən hissəsini qaytarması faktiki olaraq bu öhdəliyin qəbul edilməsini təsdiq edir.

37. Beləliklə, kollegiya hesab etmişdir ki, tərəflər arasında yaranmış münasibət iddiaçının maliyyə vəsaiti qoyması, cavabdehin isə bu vəsaitlə ticarət dövriyyəsi yaradaraq yekunda vəsaiti qaytarmaq və gəliri bölmək öhdəliyi götürməsi ilə bağlı şifahi qaydada bağlanmış mülki-hüquqi müqavilədir.

38. Cavabdeh tərəf apellyasiya şikayətində iddiaçının ilkin olaraq “borc müqaviləsi”nə istinad etdiyini, birinci instansiya məhkəməsinin isə münasibətləri “birgə fəaliyyət” kimi qiymətləndirməklə öz səlahiyyət hədlərini aşdığını və iddianın əsasını dəyişdirdiyini iddia edir. Lakin, apellyasiya kollegiyası qeyd etmişdir ki, mülki hüquqda qəbul edilmiş “iura novit curia” (məhkəmə hüququ bilir) prinsipinə əsasən, işin hallarına hüquqi qiymət verilməsi, tərəflər arasındakı münasibətlərin hüquqi təbiətinin müəyyən edilməsi və tətbiq edilməli olan maddi hüquq normasının seçilməsi məhkəmənin vəzifəsi və müstəsna səlahiyyətidir. Beləliklə, birinci instansiya məhkəməsinin tərəflər arasındakı şifahi razılaşmanı (maliyyə qoyuluşu və ticarət dövriyyəsi) “borc” deyil, mahiyyəti üzrə “birgə fəaliyyət - xüsusi növ müqavilə” kimi tövsif etməsi prosessual pozuntu deyil, əksinə, maddi hüquq normalarının işin real hallarına uyğunlaşdırılması və düzgün tətbiqi kimi qiymətləndirilməlidir. Münasibətlərin hüquqi təbiəti bu qaydada müəyyən edildikdən sonra, həmin münasibətlər çərçivəsində yaranmış öhdəliklərin icra edilib-edilməməsi vəziyyəti araşdırılmalıdır. Bu baxımdan kollegiya qeyd etmişdir ki, hazırkı iş üzrə cavabdeh tərəf borcun (vəsaitin) alındığını inkar etmir, lakin onun tamamilə qaytarıldığını iddia edərək sübut kimi bank kartlarından pulun çıxarılmasına dair fotovideogörüntüləri, ödəniş qəbzlərini və şahid ifadələrini təqdim etmişdi. Bu dəlillərin obyektivliyini yoxlamaq üçün kollegiya onları işdə olan digər mötəbər sübutlarla, xüsusilə səs yazıları, videogörüntü və “WhatsApp” yazışmaları ilə qarşılıqlı əlaqədə təhlil etmişdir.

39. Səs yazılarının tədqiqinə keçməzdən öncə cavabdeh tərəfin həmin yazıların gizli yolla əldə edilməsinin qanunsuz olması ilə bağlı dəlilinə hüquqi münasibət bildirən kollegiya qeyd etmişdir ki, cavabdeh tərəfin həmin səs yazılarının sübutlar siyahısından çıxarılması barədə dəlillərini əsassız hesab edərək, onları işin faktiki hallarının müəyyən edilməsi üçün mötəbər və yol verilən sübut kimi qəbul etmişdir. Bu hüquqi yanaşmadan çıxış edərək, kollegiya tərəflər arasındakı öhdəliyin qalıq məbləğini və onun qaytarılma vəziyyətini müəyyən etmək üçün işdə olan həmin səs yazılarını, digər video görüntülər və şahid ifadələri ilə birlikdə xronoloji ardıcıllıqla təhlil etməyi zəruri hesab etmişdir.

40. Apellyasiya instansiyası məhkəməsi cavabdeh tərəfindən təqdim edilmiş və cavabdehlə iddiaçının qohumu arasında baş tutmuş telefon danışığını əks etdirən səs yazısını tədqiq edərək bildirmişdir ki, həmin səs yazısı hazırkı iş üzrə mötəbər sübut kimi qəbul edilə bilməz. Iddiaçının iştirakı olmadan, onun qohumu ilə aparılan danışıqlar iddiaçının iradəsini əks etdirə bilməz və həmin şəxsin hər hansı ifadəsi iddiaçı üçün maddi-hüquqi öhdəlik yaratmır. Cavabdehin üçüncü şəxslərlə subyektiv söhbətləri tərəflər arasında mövcud olan 129.000 manatlıq real borc öhdəliyinin icra edilməsini sübut edən birbaşa və mötəbər fakt hesab olunmadığından, kollegiya həmin səs yazısının sübutlar siyahısından çıxarılmasını və hüquqi qiymətləndirmə zamanı nəzərə alınmamasını qərara almışdır.

41. Apellyasiya kollegiyası iş materiallarına əlavə edilmiş “Səs 003” adlı səs yazısını tədqiq edərək müəyyən etmişdir ki, hərçənd sözügedən audio faylın elektron daşıyıcıdakı texniki xüsusiyyətlərində yazılma tarixi ## ###### 2025-ci il kimi əks olunsa da, bu göstərici real faktiki hallarla və danışığın məzmunu ilə tam ziddiyyət təşkil edir. Belə ki, apellyasiya instansiyası məhkəməsində vəsatətin araşdırılması mərhələsində iddiaçıya məxsus və səs yazısının ilkin mənbəyi olan mobil telefona baxış keçirilmiş, cihazın yaddaşındakı faylın yaradılma tarixinin ## ###### 2024-cü il olduğu vizual və texniki qaydada təsbit edilmişdir. Eyni zamanda, səs yazısının daxili məzmunu da məhz bu tarixi (## ###### 2024-cü il) birmənalı şəkildə təsdiqləyir. Dialoq zamanı cavabdeh gələcək zaman formasında “noyabr ayının sonunda mənə pul gələcək” ifadəsini işlədir ki, bu da danışığın faktiki olaraq noyabr ayının sonundan əvvəl, yəni telefonda qeyd olunan ## ###### 2024-cü il tarixində baş tutduğunu sübut edir. Əks halda, əgər yazı texniki göstəricidə (CD-də) qeyd olunan ## ###### 2025-ci ildə yazılsaydı, cavabdehin keçmişdə qalmış noyabr ayı barədə gələcək zaman formasında danışması məntiqsiz olardı.

42. Beləliklə, apellyasiya məhkəməsi hesab etmişdir ki, CD-dəki ## ###### 2025-ci il tarixi səs yazısının ilkin qeydə alınma vaxtını deyil, onun bir daşıyıcıdan digərinə (kompüterə və ya diskə) köçürülmə və ya kopyalanma vaxtını əks etdirən texniki göstəricidir. Bu isə cavabdeh tərəfin səs yazısının vaxtı ilə bağlı şübhələrini tamamilə təkzib edir və ekspertiza təyin edilməsi üçün irəli sürülən arqumenti əsassız edir. Həmin səs yazısında cavabdeh borc münasibətlərinin başlanğıcında məbləğin 150.000 manatdan artıq olduğunu və onu hissəhissə qaytardığını özü etiraf edir. Bu etiraf iddiaçının ilkin borc məbləği barədə verdiyi izahatlarla tam üst-üstə düşür və borcun mövcudluğunu bir daha təsdiqləyir. Danışıq zamanı yaranmış gərginlik fonunda cavabdehin iddiaçıya ünvanladığı “get qayınatan XXXə de məni versin polisə, pulu danaram, bir qəpik də vermərəm, gedib yataram” ifadələri onun öhdəliyi icra etmək imkanının olmasına baxmayaraq, ondan qəsdən yayınmaq və iddiaçıya psixoloji təzyiq göstərmək niyyətini nümayiş etdirir.

43. Kollegiya onu da mühüm hal kimi qeyd etmişdir ki, cavabdehin bu səs yazısındakı üslubu və iddiaçını “qorxaq” adlandırması, ## ###### 2024-cü il tarixli “WhatsApp” yazışmasındakı ifadələrlə tam eynilik təşkil edir. Bu üslub oxşarlığı səs yazısının həqiqiliyini və tərəflər arasındakı mübahisənin real xarakterini sübut edən əlavə bir detaldır. Bundan əlavə, iddiaçının borcun əvəzində cavabdehə məxsus üç evdən birinin onun adına keçirilməsini təklif etməsi, tərəflər arasında həmin dövrdə borcun məbləğinin daşınmaz əmlak dəyəri ilə müqayisə ediləcək dərəcədə böyük (yəni 129.000 - 131.000 manat civarında) olduğunu göstərən dolayı sübutdur. ## ###### 2024-cü il tarixli səs yazısı (Səs 004) tərəflər arasında borcun bir hissəsinin ödənilməsi barədə dialoqu əks etdirir. Həmin danışıqdan aydın olmuşdur ki, cavabdeh iddiaçıya 4.000 ABŞ dolları (6.800 manat ekvivalentində) vəsait vermiş və tərəflər qarşılıqlı olaraq qalıq borcun 131.000 manat təşkil etdiyini təsbit etmişlər. Cavabdeh tərəfindən təqdim olunan və borcun bağlandığını sübut etməyə yönəlmiş video görüntülər (## ######## 2024-cü ildə qızılların təklif edilməsi və ## ####### 2024-cü ildə qayınatası Həsənlə qızıl aparılması) kollegiya tərəfindən öhdəliyi xitam edən sübut kimi qəbul edilə bilməz. Çünki bu hadisələrdən sonra, yəni 31 oktyabr və 06 noyabr tarixlərində baş tutmuş səs yazılarında cavabdeh hələ də 130000 manatdan çox borcu olduğunu şəxsən etiraf etmişdir.

44. Apellyasiya kollegiyası cavabdeh tərəfin apellyasiya şikayətindəki “bank kartlarım iddiaçıda olub və o, bankomatlar vasitəsilə pulları çəkərək borcun əvəzini götürüb, beləliklə borcum qalmayıb” arqumentini araşdıraraq müəyyən etmişdir ki, bu iddia işin xronoloji faktları ilə tam ziddiyyət təşkil edir. Belə ki, tərəflər arasında borcun 131.000 manat olduğu sonuncu dəfə ## ###### 2024-cü il tarixində (Səs 004) təsbit edilmişdir. Əgər cavabdehin iddia etdiyi kimi, kartlardan pul çəkilməsi borcun qaytarılmasına xidmət edirdisə, bu proses 06 noyabrdan sonrakı dövrü əhatə etməli idi. Lakin banklardan alınan rəsmi cavablar və foto-video görüntülər təhlil edilərkən məlum olur ki, 06 noyabr tarixindən sonra iddiaçı Iddiaçı cavabdehə məxsus kartdan pul çəkməsi faktı cəmi bir dəfə - ## ###### 2024-cü il tarixdə qeydə alınmışdır. Həmin tarixdə əldə edilən pulun miqdarı barədə sübut təqdim edilmədiyindən kollegiya bildirmişdir ki, bunu cavabdeh tərəfin banklara sorğu göndərilməsi barədə vəsatətində göstərdiyi tarixlər və məbləğlər təhlil edildikdə, noyabrın sonuna aid olan ən yaxın əməliyyatın ## ###### 2024-cü il tarixində icra edildiyi və məbləğin 1.600 manat olduğu görünür. Apellyasiya kollegiyası onu da qeyd etmişdir ki, cavabdehin istinad etdiyi digər bütün pulçəkmə görüntüləri və təqdim edilmiş iddiaçının kart hesabına pul köçürmə qəbzləri 06 noyabrdakı “131.000 manat borcum var” etirafından əvvəlki tarixlərə aiddir. Məntiq baxımından bir şəxs borcun bağlandığını iddia etdiyi hərəkətlərdən sonra (noyabrın 6-da) təkrarən böyük məbləğdə borclu olduğunu etiraf edirsə, deməli ondan əvvəlki kart hərəkətləri borcun qaytarılmasına deyil, tərəflərin birgə ticarət dövriyyəsinə aid olmuşdur. Beləliklə, 6 noyabrdan sonra iddiaçı tərəfindən kartdan cəmi bir dəfə pul çəkilməsi faktı, iddiaçının tələb etdiyi 129.000 manatın hələ də ödənilməmiş qalıq borc olduğu barədə qənaəti tam təsdiq edir.

45. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, Naxçıvan Muxtar Respublikası Daxili Işlər Nazirliyinin ## ###### 2025-ci il tarixli və Naxçıvan Şəhər Prokurorluğunun # ###### 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarlarında əks olunmuş faktlar, habelə ## ###### 2024-cü il tarixli “WhatsApp” yazışmaları mübahisənin real mənzərəsini müəyyən edir. XXXbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, cinayət təqibi üzrə qüvvəyə minmiş qərar mülki işə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Bu baxımdan, Naxçıvan Muxtar Respublikası Daxili Işlər Nazirliyinin ## ###### 2025-ci il tarixli və Naxçıvan Şəhər Prokurorluğunun ## ###### 2025-ci il tarixli qərarları ilə cavabdeh Cavabdeh iddiaçıdan müxtəlif vaxtlarda ümumilikdə 147.000 manat pul vəsaitini alması hadisəsinin və həmin vəsaitin müəyyən hissəsinin ödənilməməsi faktının təsbit edilməsi hazırkı mülki mübahisənin həlli üçün mühüm hüquqi əhəmiyyət kəsb edir və təkrar sübutetmə tələb etmir. Beləliklə, toplanmış sənədlər və hadisələrin xronologiyası birmənalı sübut edir ki, 2024-cü ilin dekabr ayının sonuna olan vəziyyətə görə cavabdehin iddiaçıya 129.000 manat borcu ödənilməmiş qalmışdır.

46. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 6.1, 6.1.2, 6.1.5, 14.1, 14.2, 14.2.1, 385.1, 386.1, 389.1, 389.3., 406.1, 406.2, 425.1, 442, 448.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

47. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

48. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 6, 14.2, 389, 739.1, 739.2-ci maddələrinin tələbləri pozulmuşdur.

49. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir.

50. Kassasiya şikayətinə XXXbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

51. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Kassasiya baxışının hədləri

52. XXXbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

53. Cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırkı kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq:

54. XXXbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 6.1.5-ci maddəsinə əsasən müqavilələr azadlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 389.3-cü maddəsinə əsasən bu fəslin qaydalarında və müqavilələrin ayrı-ayrı növlərinə dair bu Məcəllənin qaydalarında ayrı hal nəzərdə tutulmayıbsa, müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 406.1-ci maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. 406.2-ci maddəsinə əsasən əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

55. XXXbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

56. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

57. Belə ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin hazırkı şikayətinin dəlillərinə oxşar apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparmış, iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara müfəssəl və ardıcıl hüquqi qiymət verərək (bənd 36-46) hesab etmişdir ki, cavabdehin iddiaçıya ödənilməmiş öhdəliyi qalmışdır. Məhkəmə kollegiyası həmin əsaslandırma ilə tam razılaşır.

58. Kassasiya şikayətinin dəlilləri işin hallarının düzgün müəyyən edilməməsi, sübutların qiymətləndirilməməsi ilə bağlıdır. Lakin, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.Ibrahimovun şikayəti üzrə ## ##### 2004cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

59. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

60. Göstərilənlərə əsasən və XXXbaycan Respublikası MPM-in 416, 417, 419 və 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının ## #### 2026-cı il tarixli, *(*-*)-**/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar