Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1658/2026 18.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı İddiaçı cavabdeh Cavabdeh (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində “xxxx” ASC cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ipoteka ilə yüklü edilən daşınmaz əmlakda payın naturada ayrılmasının mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər: Həsənov Rəşad Məhəmməd oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli *(***)- ****/**** nömrəli qətnaməsindən Iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc Qəsəbəsi, 46, Ş.Qurbanov adına BYB ünvanda 0,039 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 113,7 m2 olan bağ evi paylı mülkiyyət hüququ üzrə ½ hissədə Musa-zadə Kamil Famil oğlunun və ½ hissədə İddiaçı adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
2. Həmin daşınmaz əmlak tərəflərin “xxxx” ASC qarşısında kredit müqaviləsi üzrə öhdəliklərinin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı (bundan sonra – “iddiaçı”) Cavabdeh (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tərəflərin ümumi paylı mülkiyyətlərində olan Gəncə şəhəri, Kəpəz rayonu, Sevinc Qəsəbəsi, 46, Ş.Qurbanov adına BYB ünvanında 0,039 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 113,7 m2 olan bağ evindən (bundan sonra – “mübahisəli ev”) iddiaçının ½ hissədə olan payının real vəziyyətdə naturada ayrılaraq ayrıca giriş-çıxış yolu müəyyən edilməklə mülkiyyətinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Iddia belə əsaslandırılmışdır ki, iddiaçının ½ hissə payı paylı mülkiyyətdə olduğuna görə, habelə öz payının ayrıca giriş-çıxışı olmadığına görə payından sərbəst sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirə bilmir.
5. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ## #### 2023-cü il tarixli rəyi ilə müəyyən edilmişdir ki, mübahisəli evin tikililərinin planlı yerləşməsini, həmin evdə bir mətbəxin, bir dəhlizin, bir hamam və bir ayaqyolu tikililərinin olduğunu, eləcə də yaşayış otaqlarının sahəsinin tərəflərin paylarına uyğun olmadığını nəzərə alaraq həmin evin təcrid mənzillər şəklində tərəflərin paylarına uyğun bölünməsi texniki cəhətdən mümkün deyildir.
6. Gəncə Şəhər Məhkəməsinin ## ######## 2023-cü il tarixli *(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim – X.Səfərli) iddia rədd edilmişdir.
7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflərin, yəni paylı mülkiyyətçilərin hər birinin mübahisəli əmlakdan istifadə hüquqları vardır. Lakin tərəflər ümumi paylı mülkiyyətdə olan evə sahiblik və ondan istifadə barədə razılığa gələ bilmirlər. Həmçinin paylı mülkiyyətçilər tərəfindən mülkiyyətin öz aralarında naturada bölünməsində də razılıq əldə edilməmişdir.
8. Məhkəmə qeyd etmişdir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının nəticəsinə görə mübahisəli əmlakın iddiaçının payına müvafiq olaraq naturada ayrılması da mümkün deyildir. Bu halda iddiaçının hüquqi vardır ki, paylı mülkiyyətlərində olan əmlakın açıq hərracdan satılmasını və satışdan əldə olunan vəsaitin paylı mülkiyyətçilərin paylarına uyğun olaraq aralarında bölüşdürülməsini tələb etsin. Lakin iddiaçı bu barədə tələb irəli sürməmişdir. Iddiaçı yalnız əmlakda olan payının naturada ayrılmasını tələb etmişdir ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş halları ilə bu tələbi təmin etmək mümkün deyil.
9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 215.1, 220, 220.6-cı, Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
10. Iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya instansiyası məhkəməsi tərəfindən əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ## ####### 2024-cü il tarixli rəyi ilə müəyyən edilmişdir ki, mübahisəli evin əlavə kommunal xidmət sahələri inşa edilməklə və arakəsmə divarı inşa edilməklə 2 hissəyə naturada bölünməsi (ayrılması) Inşaat Norma və Qaydaları 2.08.01.89-un 2.1, 2.2, 2.4, 2.7, 2.9 bəndlərinin və metodik tövsiyənin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkündür. Bunun üçün texniki pasportun məlumatlarında göstərilən 6, 7 və * saylı tikililəri ilə 5 və * saylı tikililərin arasında olan giriş-çıxış qapıları bağlanılmalı 6, 7 və * saylı tikililərin arasında giriş-çıxış qapıları açılmalı və ayrılmış torpaq sahəsinin daxilində dəhliz, hamam və ayaqyolu tikililəri yaradılmalıdır. Ayrılmış torpaq sahəsinə keçid üçün küçə tərəfdə giriş-çıxış qapısı quraşdırılmalıdır.
12. Apellyasiya instansiyası məhkəməsində iştirak etmiş iddiaçının nümayəndəsi X1 qeyd etmişdir ki, hazırkı ekspertiza rəyi ilə razıdır və qətnamənin ekspert rəyinə uyğun çıxarılmasına etiraz etmir. Mübahisəli ünvandakı ev ipotekada olduğuna görə evin bölünməsi ilə bağlı ipoteka saxlayan banka müraciət edilmiş, lakin bank bölgüyə razılıq verməmişdir.
13. Məhkəmə iclasında iştirak etmiş cavabdeh apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş və qeyd etmişdir ki, mübahisəli ünvandakı evin tikintisində Mollacəlilli kəndinin daşından və ağ torpaqdan istifadə olunub, həmin evin tikintisində sementdən istifadə olunmadığına görə divarlarına müdaxilə olunarsa, ev uçula bilər.
14. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının # ###### 2024-cü il tarixli, *(***)- ***/**** nömrəli qətnaməsi ilə (hakimlər: Ş.Rzaquliyev – sədrlik edən və məruzəçi L.Süleymanov və R.Məcidov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiyanın 13-cü, Mülki Məcəllənin 215.2, 220.2, 220.3, 269.2, 269.4, 269.5, 269.6-cı, “Ipoteka haqqında” Qanunun 30.1-ci maddələrinə istinad etməklə qeyd etmişdir ki, hazırkı halda iddiaçı payının cavabdehin payından ayrılmasını xahiş etmiş, bununla bağlı məhkəmə ekspertizası keçirilmiş və mübahisəli evin əlavə kommunal xidmət sahələri inşa edilməklə və arakəsmə divarı inşa edilməklə 2 hissəyə naturada bölünməsinin (ayrılmasının) mümkün olduğu müəyyən olunmuşdur.
16. Lakin ipoteka predmeti olan əşya üzərində sərəncam verilməsi ipoteka saxlayanın razılığı ilə mümkündür. Iddiaçının nümayəndəsinin izahatından da göründüyü kimi ipoteka saxlayan Bankın mübahisəli ünvandakı evin naturada bölünməsinə razılığı yoxdur.
c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
17. Iddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)-***/**** nömrəli qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır.
19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, mübahisəli daşınmaz əmlakın tərəflərin paylı mülkiyyətdə olması və onun ipoteka ilə yüklü olması işin mübahisəsiz hallarıdır. Iddiaçı əmlakın bölünməsi tələbini irəli sürmüş və bu tələbin hüquqi əsasını Mülki Məcəllənin 221-ci maddəsi təşkil edir.
20. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşmayan məhkəmə kollegiyası qeyd etmişdir ki, paylı mülkiyyətdə olan əşyanın fiziki bölünməsi ona “Ipoteka haqqında” Qanunun 30.1-ci maddəsindəki sərəncam verilmə kimi qiymətləndirilməməlidir. Belə ki, paylı mülkiyyətdə olan əmlak, bir neçə şəxsin mülkiyyətində olduğu kimi, fiziki bölünmə nəticəsində də ona həmin şəxslərin mülkiyyət hüquqları qalmaqdadır. Yəni burada əşyanın mənsubluğu dəyişilmir, yalnız mülkiyyətçilərin hər birinin əşyadakı payı fərdi mülkiyyətə çevrilməklə, əmlak onların mülkiyyətlərində qalır.
21. Həmçinin nəzərə alınmalıdır ki, paylı mülkiyyətin bölünməsi ipotekaya xitam verilməsinə də səbəb olmur. Belə ki, ipotekaya xitamın əsasları “Ipoteka haqqında” Qanunun 48.1-ci maddəsində sadalanmışdır ki, bu siyahıda paylı mülkiyyətin bölünməsi, ondan payın ayrılması, habelə ona mülkiyyətçi tərəfindən sərəncam verilməsi qeyd olunmamışdır. Digər tərəfdən, apellyasiya məhkəməsi mövqeyini əsaslandırarkən ipoteka saxlayanın ipoteka predmetinə sərəncam verilməsinə razılığının olmamasına istinad etmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki, ipoteka saxlayanın rəsmi əsaslandırılmış imtinası iş materiallarına əlavə olunmamışdır. Məhkəmə ipoteka saxlayanın mövqeyini iddiaçının nümayəndəsinin məhkəmə iclasında verdiyi ifadəsinə əsasən göstərmişdir.
22. Göstərilənləri ümumiləşdirərək məhkəmə kollegiyası hesab etmişdir ki, paylı mülkiyyətdə olan ipoteka predmetinin bölünməsi paylı mülkiyyətçilərin qanundan irəli gələn hüquqları olduğu, həmin hüququn məhdudlaşdırılması üçün qanuni əsas mövcud olmadığı, habelə bölgü ipoteka saxlayanın ipoteka hüququna xitam verilməsi ilə nəticələnmədiyi üçün tərəflərin ümumi paylı mülkiyyətlərinə olan daşınmaz əmlakın ipoteka ilə yüklü olması əsası ilə iddianın rədd edilməli olmasına dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni hesab oluna bilməz.
23. Bununla belə məhkəmə kollegiyası qeyd etmişdir ki, kassasiya məhkəməsinin bu mövqeyi özü-özlüyündə hazırkı iddianın təmin edilməli olması göstərişi kimi qəbul olunmamalıdır. Belə ki, Mülki Məcəllənin 221-ci maddəsinə görə əşyanın fiziki bölgüsünə əşyanın dəyərinin əhəmiyyətli dərəcədə azalmadan mümkün olması halında yol verilir.
24. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası ilə mübahisəli evin tikililərinin planlı yerləşməsi, həmin evdə bir mətbəxin, bir dəhlizin, bir hamam və bir ayaqyolu tikililərinin olması, yaşayış otaqlarının sahəsinin tərəflərin paylarına uyğun olmaması nəzərə alınmaqla, onun təcrid mənzillər şəklində tərəflərin paylarına uyğun bölünməsinin texniki cəhətdən mümkün olmaması qeyd olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinə tərəfindən təyin edilmiş əlavə məhkəmə tikinti-
25. ekspertizası üzrə ekspert rəyində isə evin əlavə kommunal xidmət sahələri inşa texniki edilməklə və arakəsmə divarı inşa edilməklə 2 hissəyə naturada bölünməsinin texniki cəhətdən mümkünlüyü nəticəsinə gəlinmişdir. Lakin bu zaman mübahisəli evin yerləşdiyi torpaq sahəsinin də tərəflərin ümumi paylı mülkiyyətlərində olması nəzərə alınmaqla, onun bölgüsünün mümkünlüyü ətrafında araşdırma aparılmamış, ekspert rəyində göstərilən əlavə tikililərin inşasının və söküntülərin aparılmasının binanın texniki bütövlüyünə və təhlükəsizliyinə hansı təsir göstərəcəyi əsaslandırılmamışdır.
26. Məhkəmə kollegiyasının qənaətinə görə iddianın düzgün həlli üçün qeyd olunan məsələlər ətrafında əlavə araşdırma aparılmaqla yanaşı, vahid daşınmaz əmlakın (torpaqla onun üzərində yerləşən fərdi yaşayış binasının) tərəflərin paylarına mütənasib bölünməsi nəticəsində onun dəyərinin əhəmiyyətli dərəcədə azalıb-azalmayacağına da hüquqi qiymət verilməlidir. Belə ki, belə qiymətləndirmə həm Mülki Məcəllənin 221-ci maddəsindən irəli gələrək mülkiyyətçilərin, həm də ipoteka saxlayanın qanunla qorunan maraqlarının müdafiəsi üçün zəruridir.
27. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Mülki Məcəlləsinin 135.4, 152.1, 152.4, 213.1, 213.2, 221, 269, “Ipoteka haqqında” Qanunun 30.1, MPM-in 14.2, 76.1, 76.2, 77.1, 88, 101.7, 103.1, 217.4 və 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
28. Apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin # ###### 2025-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, torpaq sahəsi üzərində tərəflərin payları nəzərə alınmaqla əmlakın paylara uyğun naturada ayrılmasının mümkün deyil.
29. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli *(***)- ****/**** nömrəli qətnaməsi (hakimlər: İ.Həsənov – sədrlik edən və məruzəçi, G.Cavadova və T.Məmmədov) ilə apellyasiya şikayəti təmin edilməyərək birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
30. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı iddia üzrə tələb daşınmaz əmlakdakı payın naturada ayrılması barədədir və tələbin qanuni əsası kimi Mülki Məcəllənin 220-ci maddəsi çıxış edir. Naturada ayrılması tələb edilən əmlak torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evindən ibarət vahid daşınmaz əmlakdır. Nəzərə alınmalıdır ki, vahid daşınmaz əmlakda mövcud olan payın naturada ayrılması texniki cəhətdən mümkün olmalıdır. Bu o deməkdir ki, ümumi mülkiyyətdə olan daşınmaz əşyadan, məsələn torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evindən paya uyğun həcmdə ayrılan hissə, özünün müstəqil girişi, köməkçi (sanitar qovşağı, mətbəx və s.) və yaşayış sahələri ilə ayrıca əşya vəziyyətinə gəlməlidir. Yəni paya uyğun hissə təyinatı üzrə ayrıca yaşayış sahəsi kimi ayrılarsa, müstəqil əşya olaraq daşınmaz əmlakın dövlət reyestrində reyestrdə qeydə alına bilər. Bunun üçün aydın bir bölgü planının da tərtib edilməsi zəruridir. Əks halda payın naturada ayrılması tələbi təmin oluna bilməz.
31. Əgər həmin reyestrdə qeydə alınmış daşınmaz əşyanın sərhədləri nəzərə alınmaqla belə ayrılma texniki cəhətdən mümkün deyilsə, hətta bu mümkün olsa belə, ayrılma əşyaya tənasübsüz surətdə zərər vurarsa və digər payçıların hüququnu əhəmiyyətli şəkildə pozarsa ayrılmaya yol verilmir. Birinci instansiya məhkəməsində icraat zamanı, habelə əvvəlki apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza tədqiqatları zamanı yalnız fərdi yaşayış evinin, yəni evin yerləşdiyi torpaq üzərindəki paylar nəzərə alınmadan əmlakdakı payın naturada ayrılmasının mümkünlüyü ətrafında tədqiqat aparıldığından kollegiya həmin rəyləri işin həlli baxımından mötəbər sübut kimi qəbul etməmişdir.
32. Ona görə də tərəflərin torpaq sahəsi üzərindəki payları nəzərə alınmaqla əmlakın naturada bölgüsünün mümkünlüyünün araşdırılması məqsədilə hazırkı apellyasiya baxışı zamanı təkrarən iş üzrə tikinti-texniki ekspertizası təyin edilmiş və alınan rəylə torpaq sahəsi üzərində tərəflərin payları nəzərə alınmaqla əmlakın paylara uyğun naturada ayrılmasının mümkün olmadığı müəyyən edilmişdir.
33. Məhkəmə kollegiyası alınmış rəyin mötəbərliyini və əsaslılığını qəbul etmişdir. Çünki ekspertin rəyi dəqiq və müfəssəl tərtib edilmişdir. Rəyin qeyri-obyektiv olması barədə iddiaçı tərəfin arqumentləri isə kollegiya tərəfindən əsassız sayılmışdır. Ona görə ki, iddiaçı tərəf evin hər iki tərəfdən və həyətdən çıxışı olduğunu, beləliklə, əmlakın naturada paylara uyğun ayrılmasının mümkün olduğunu bildirsə də, lakin məhkəmə kollegiyası tərəfindən ##.##.2026-cı il tarixdə ünvana yerli baxış keçirilmiş və baxış zamanı əmlakın 1 vahid giriş-çıxış qapısı olduğu, həmin giriş-çıxış qapısından başqa torpaq sahəsinə alternativ giriş-çıxış nöqtəsi olmadığı müəyyən edilmişdir. “Ekspert rəy verərkən zəruri sənədlərdən istifadə etməmiş, tikilinin texpasportu və zəruri sənədlər ekspertə təqdim edilməmişdir” barədə iddiaçı tərəfin arqumenti də kollegiya tərəfindən əsassız sayılmışdır. Ona görə ki, ekspertiza tədqiqatı aparılması üçün zəruri sənədlərin surəti Ekspertiza Mərkəzinə rəsmi qaydada göndərilmiş, rəy vermiş ekspert də mübahisəli əmlaka yerində baxış keçirməklə və texniki pasportdakı göstəricilər nəzərə alınmaqla əmlakın naturada ayrılmasının mümkünlüyü üzrə tədqiqat aparılmışdır. Məhkəmə kollegiyası mövqeyini Mülki Məcəllənin 144.5, 213.2, 213.3, 221, 223, MPMin 14.1,
34. 77.1, 88 və 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
35. Iddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
36. Azərbaycan Respublikasının Konstitusiyasının 29, 43, Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 220.2, 220.3, 560.1 və 560.3.3-cü maddələri üzrə - məhkəmə kifayət qədər aydın və tam olmayan, əsaslılığı şübhə doğuran Məhkəmə Ekspertizası Mərkəzinin axırıncı ##.##.2025-ci il tarixli rəyinə istinad etmişdir. Hansı ki, Məhkəmə Ekspertizası Mərkəzinin əvvəlki, ## ####### 2024-cü il tarixli rəyi ilə müəyyən edilmişdir ki, əlavə kommunal xidmət sahələri, arakəsmə divarı inşa edilməklə, küçə tərəfə giriş-çıxış qapısı quraşdırılmaqla istər yaşayış evinin, istərsə də onun yerləşdiyi torpaq sahəsinin 2 hissəyə naturada bölünməsi (ayrılması) texniki cəhətdən mümkündür. Ekspertin bölgü sxemi rəyə əlavə edilmişdir. Məhkəmə nəzərə almamışdır ki, ½ hissədə paylı mülkiyyətində olan mübahisəli yaşayış evi iddiaçının və uşaqlarının yeganə yaşayış yeridir, başqa yaşayış yeri yoxdur. Ancaq cavabdeh qanunsuz hərəkəti ilə həm iddiaçını ½ hissədə mülkiyyətində olan yaşayış evindən istifadə və sahiblik hüququndan, həm də yaşayış hüququndan məhrum etmişdir.
37. MPM-in 14.2, 77.1, 88, 101.7, 103.1, 103.2, 217.3 və 217.4-ci maddələri üzrə apellyasiya məhkəməsi özünün təyin edib aldığı axırıncı əsassız və əvvəlki ekspertiza rəyi ilə ziddiyət təşkil edən ##.##.2025-ci il tarixli rəyi mötəbər sübut kimi qəbul edib, ona istinad etməklə apellyasiya şikayətini təmin etməmişdir. Hansı ki, Ali Məhkəmənin qərarı ilə, iş yeni məhkəmə baxışına qaytarılarkən Ali Məhkəmə əvvəlki ## ####### 2024-cü il tarixli **/**** nömrəli ekspert rəyi ilə razılaşmış, yalnız öz qərarında göstərmişdir ki, mübahisəli yaşayış evinin yerləşdiyi torpaq sahəsinin tərəflər arasında iki yerə bölünməsinin mümkünlüyü araşdırılsın. Ancaq apellyasiya məhkəməsi Ali Məhkəmənin bu göstərişini yerinə yetirməyərək yenidən ekspertiza təyin edərkən mübahisəli yaşayış evinin yerləşdiyi torpaq sahəsinin 2 yerə naturada bölünməsi sualını ekspertiza qarşısında qoymamış, yenidən yaşayış evinin naturada 2 yerə bölünüb payın naturada ayrılmasının mümkünlüyü sualını qoymuşdur. Eyni zamanda da mülki iş materialları rəy verilməsi üçün ekspertə təqdim edilməmiş, ekspert rəy verərkən iş materiallarında olan sənədlərlə, o cümlədən əvvəlki ekspert rəyi ilə, bölgü sxemi ilə tanış olmadan və məlumatı olmadan rəy vermişdir. Çünki ekspert mübahisəli yaşayış evinə iddiaçının iştirakı ilə baxış keçirərkən yalnız əlində apellyasiya məhkəməsinin ekspertiza təyin edilməsi haqqında qərarı olmuş, mülki iş materiallarında olan əvvəlki ekspert rəyinə və bölgü sxemə baxmaq istəyərkən isə ekspert bildirmişdir ki, ona mülki iş materialları təqdim edilməmiş, yalnız qərar təqdim edilmiş, əvvəlki ekspert rəyindən məlumatı yoxdur. Belə bir vəziyyətdə də verilən axırıncı ekspert rəyi əsassız olmaqla, mötəbər sübut kimi qəbul edilə bilməz.
38. Bundan əlavə ekspert rəy verərkən düzgün olmayaraq “Fərdi yaşayış X3” “Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması”nın küçə və yol şəbəkəsi bölməsi kimi normativ hüquqi aktlara istinad etmişdir. Fakt budur ki, həmin yaşayış evi plana uyğun tikilməsə də, yola 2,5 metr ara məsafəsi gözlənilməsə də 2 nəfərin paylı mülkiyyətindədir və tələbdə mülkiyyətdə olan yaşayış evindən naturada payın ayrılmasıdır. Belə bir halda işə mahiyyəti üzrə aidiyyəti olmayan normativ hüquqi aktlara istinad edilib verilən rəy qanuni və əsaslı hesab edilə bilməz. Odur ki, apellyasiya məhkəməsində iddiaçı iş üzrə təkrar məhkəmə tikinti-texniki ekspertizasının təyin edilməsi və ekspertizanın aparılmasının başqa ekspertlərə tapşırılması barədə vəsatət qaldırsa da vəsatətə mübahisəli yaşayış evinin əvvəldən iki giriş-çıxış qapısının olmasını təsdiq edən 2 ədəd fotoşəkil əlavə etsə də, apellyasiya məhkəməsi əsaslı vəsatəti təmin etməmiş, habelə təqdim edilən sübut növü olan fotoşəkillərə hüquqi qiymət verməmişdir.
39. Apellyasiya məhkəməsi mübahisəli yaşayış evinə baxış keçirməsi barədə vəsatəti təmin etsə də, ancaq baxış keçirə bilməmişdir. Belə ki, cavabdeh yaşayış evinin darvazasını bağlayıb, məhkəmə kollegiyası üzvlərinin hasara alınmış həyətə keçməsinə imkan verməməklə baxış baş tutmamışdır. Belə ki, hakim darvazanın açılması və baxış keçirilməsi üçün heç bir tədbir görmədən çöldən öz telefonu ilə hasarın şəkillərini çəkib qayıtmışdır. Evdə aidiyyəti olmayan adamların yaşamasını və onları məcbur edə bilməməsini əsas gətirərək məhkəmə darvazanı açdırmamışdır.
40. Ancaq apellyasiya məhkəməsinin qətnaməsindən görünür ki, baxış keçirilmiş və mübahisəli yaşayış evinin, həyətin iki giriş-çıxış darvazasının olması müəyyən edilməmişdir. Halbuki məhkəməyə təqdim edilən fotoşəkillərdən də görünür ki, yaşayış evinə, həyətə 2 girişçıxış olmuş, ancaq məhkəmədə mübahisə başlayandan sonra cavabdeh 2-ci çıxış olan darvazanı söküb, yerini kərpiclə hörmüşdür və bu fotoşəkillərdə tam aydın görünür. Lakin məhkəmə bu sübutların heç birini araşdırmamış və hüquqi qiymət verməmişdir.
41. Məhkəmə mübahisəli yaşayış evinin 2 hissədə naturada bölünməsinin (ayrılmasının) mümkün olması barədə Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2024-cü il tarixli rəyi ilə nə üçün razılaşmamasını öz qətnaməsində əsaslandırmamışdır. Məhkəmə yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə əməl etməmiş, sübutları tam və hərtərəfli araşdırmamışdır.
b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
42. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
43. Maddə 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir.
44. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
45. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
46. Maddə 213.1. Iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.
47. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.
48. Maddə 221. Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
49. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
50. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
51. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
52. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
53. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
Kassasiya baxışının hədləri
54. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
55. Hazırkı kassasiya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
56. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi).
57. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il ## ###### tarixli Qərarı).
58. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini müzakirə edərək, onları apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsinin ləğvi üçün əsas hesab etmir və bildirir ki, şikayətin dəlillərində göstərilən hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir (bax: bu qərarın §30-33). Kollegiya həmin hüquqi qiymətləndirmə və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, eyni qiymətləndirmənin təkrarlanmasına zərurət görmür.
59. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin cavabdehin qanunsuz hərəkəti ilə həm iddiaçını ½ hissədə mülkiyyətində olan yaşayış evindən istifadə və sahiblik hüququndan, həm də yaşayış hüququndan məhrum etməsi ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, hazırkı tələb payın naturada ayrılması ilə bağlıdır, yəni həmin tələbin təmin edilməməsi özlüyündə iddiaçının mülkiyyət hüququndan məhrum edilməsi nəticəsini doğurmur. Iddiaçı hesab edirsə ki, cavabdehin hərəkətləri onun mülkiyyət hüququnun həyata keçirilməsinə mane olur, bu halda mülkiyyət hüququnun müdafiəsinə dair qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət edə bilər.
60. Kassasiya şikayətinin prosessual hüquq normalarının pozuntusuna dair dəlillərinə gəldikdə isə qeyd edilməlidir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (MPM-in 418.3-cü maddəsi).
61. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-nin 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, mübahisəli hüquq münasibətinə maddi hüquq norması düzgün tətbiq edilmiş, iş üzrə əvvəlki kassasiya icraatı zamanı qəbul edilmiş qərardakı göstərişlərə əməl edilmişdir.
62. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.
63. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:
Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli *(***)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.