Məhkəmə qərarları › İş №2(1-8)-1660/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1660/2026

23.06.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1660/2026 23.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı cavabdeh * saylı Bakı “ASAN Xidmət” Mərkəzi Notariat ofisinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: apellyasiya şikayətinin mümkünlüyü Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Baxışova Vüsalə Ələkbər qızından və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(*-*)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərardadından müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi Iş üzrə qəbul edilmiş məhkəmə aktları

1. Iddiaçı (nümayəndəsi-vəkili X1 oğlu) cavabdeh * saylı Bakı “ASAN Xidmət” Mərkəzi Notariat ofisinə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “##.##.2023-cü il tarixli, AN İ №******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən daşınmaz əmlakın (ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 147,8 kv/m, yaşayış sahəsi 90,8 kv/m, yardımçı sahəsi 57 kv/m olan 3 otaqlı mənzil) alqı-satqı müqaviləsi üzrə vergi öhdəliyi kimi tərəflərindən ödənilmiş 3.887,40 manat məbləğin və Vergi Məcəlləsinin 59.3-cü maddəsinə uyğun olaraq gecikdirilməyə görə faizlərin geri qaytarılması üçün xüsusi notarius tərəfindən müvafiq sənədlər əlavə edilməklə vergi orqanına ərizə forması ilə müraciət edilməsi” öhdəliyinin * saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir;

2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, “##.##.2023-cü il tarixli, AN-İ №******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən daşınmaz əmlakın (ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 147,8 kv/m, yaşayış sahəsi 90,8 kv/m, yardımçı sahəsi 57 kv/m olan 3 otaqlı mənzil) alqı-satqı müqaviləsi üzrə vergi öhdəliyi kimi tərəflərindən ödənilmiş 3.887,40 manat məbləğin və Vergi Məcəlləsinin 59.3-cü maddəsinə uyğun olaraq gecikdirilməyə görə faizlərin geri qaytarılması üçün xüsusi notarius tərəfindən müvafiq sənədlər əlavə edilməklə vergi orqanına ərizə forması ilə müraciət etmə öhdəliyi * saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin üzərinə qoyulması qət edilmişdir.

3. Həmin qətnamədən Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

4. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(*-*)-***/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti üzrə аpellyasiya qeyri-mümkün hesab edilmiş və apellyasiya şikayətinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 qaytarılması üçün mülki iş materialları Bakı şəhəri Xətai rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakimlər: Xumar Mərdanova - sədrlik edən və məruzəçi, Vahid Sadıqov və Rəşid Səmədov).

5. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, * saylı Bakı “ASAN Xidmət” Mərkəzinin Notariat Ofisində bağlanmış ##.##.2023-cü il tarixli, AN-İ№******* saylı daşınmaz əmlakın alqısatqı müqaviləsi ilə satıcı Yakubova Elionoranın nümayəndəsi nümayəndə2 Bakı şəhər, Nəsimi rayon, Üzeyir Hacıbəyov küçəsi, ev 57, ** nömrəli mənzili alıcı Şirəliyeva Səadət Şirəli qızına 445.000 manata satmışdır. Həmin müqavilədən görünür ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 220.8-ci maddəsinə əsasən mülkiyyətində olan mənzilə görə satıcı Yakubova Elionoradan 3.887,40 manat məbləğində sadələşdirilmiş vergi tutulmuşdur.

6. * saylı Bakı “ASAN Xidmət” X4 Hikmət Yusif oğlu tərəfindən “Azərbaycan Beynəlxalq Bankı” ASAN 2 şöbəsinə ünvanladığı ##.##.2023-cü il tarixli məktubdan görünür ki, Şirəliyeva Səadət Şirəli qızı Bakı Şəhəri, Nəsimi Rayonu. X2, Ev 57, Mənzil 44 (ŞV:AA0373217, ##.##.2019. ASAN 2; FIN: 36FPM1Y; d/t:##.##.1976) daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə ödənilməli olan cəmi 445.000 manat 00 qəpik məbləğindən 3.887 manat 40 qəpik manat vergi öhdəliyi məbləğini əmlakın satış dəyərindən çıxaraq dövlət xəzinədarlığına ödənilməsi və qalan məbləğ 441.112 manat 60 qəpik məbləği nümayəndə2 Bakı Şəhəri, Nəsimi Rayonu, Nizami Küçəsi, Ev 137, Mənzil 36, Mən (AA0566612, ##.##.2019, ASAN 1; FIN: *******; d/t: ##.##.1978) müvafiq müqavilə tərəflərindən təsdiq edildikdən sonra onun məktubu əsasında verilməsi üçün bankda olan ******************** №li Depozit hesabına qəbul olunmasını xahiş etmişdir.

7. Iş materiallarında olan ******* nömrəli ABB tərəfindən verilən çekdən görünür ki, 441.112 manat pul ##.##.2023-cü il tarixli müqaviləyə əsasən, nümayəndə2 ödənilmişdir.

8. Göründüyü kimi tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış, əsas məbləğ iddiaçının nümayəndəsinə ödənilmiş ümumi məbləğdən 3.887,40 manat sadələşdirilmiş vergi məbləği tutulmuşdur.

9. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı ##.##.2025-ci il tarixdə * saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə müraciət edərək, ərizənin təmin edilməsini və ##.##.2023-cü il tarixli, AN-İ №******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən daşınmaz əmlakın (ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 147,8 kv/m, yaşayış sahəsi 90,8 kv/m, yardımçı sahəsi 57 kv/m olan 3 otaqlı mənzil) alqı-satqı müqaviləsi üzrə vergi öhdəliyi kimi ödənilmiş 3.887,40 manat məbləğin geri qaytarılması üçün müvafiq göstərişlərin yerinə yetirilməsini xahiş etmişdir.

10. Lakin cavabdeh * saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi müraciəti cavabsız qoymuş, artıq ödənilmiş məbləğin geri qaytarılması üçün heç bir tədbir görməmişdir.

11. Bundan sonra iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “##.##.2023-cü il tarixli, AN-İ №******* nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən daşınmaz əmlakın (ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 147,8 kv/m, yaşayış sahəsi 90,8 kv/m, yardımçı sahəsi 57 kv/m olan 3 otaqlı mənzil) alqı-satqı müqaviləsi üzrə vergi öhdəliyi kimi tərəflərindən ödənilmiş 3.887,40 manat məbləğin və Vergi Məcəlləsinin 59.3-cü maddəsinə uyğun olaraq gecikdirilməyə görə faizlərin geri qaytarılması üçün xüsusi notarius tərəfindən müvafiq sənədlər əlavə edilməklə vergi orqanına ərizə forması ilə müraciət edilməsi” öhdəliyinin * saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Göründüyü kimi hazırki iddia tələbi * saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin üzərinə vergi öhdəliyi kimi ödənilmiş məbləğin faizlərlə geri qaytarılması üçün müvafiq sənədlərlə birlikdə vergi orqanına müraciət etmək öhdəliyinin qoyulmasından ibarət olmuşdur ki, bu zaman notarius tərəfindən vergi orqanına müraciət edilməsi nəzərdə tutulur, yəni hazırki tələblə konkret olaraq məbləğin vergi orqanından tutulması və ya vergi orqanın üzərinə hər hansı bir öhdəliyin qoyulmasından ibarət olmamışdır.

13. Məhkəmə Kollegiyası eyni zamanda qeyd etmişdir ki, qətnamə vergi orqanı üçün hər hansı mənfi hüquqi nəticə doğurmur, sadəcə notariusun prosessual hərəkətini (müraciətini) tənzimləyir.

14. Həmçinin notariuslar müəyyən əməliyyatlar üzrə vergi agenti kimi çıxış edirlər və artıq ödənilmiş məbləğin geri qaytarılması üçün müraciət etmək notariusun prosessual vəzifəsidir və notariusun vergi orqanına müraciət etməsi vergi orqanının qərar qəbul etmə sərbəstliyini məhdudlaşdırmır.

15. Məhkəmə Kollegiyası eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, hazırki iddia tələbi ilə notariusun üzərinə yalnız "müraciət etmək" öhdəliyi qoyulub, bu, işin son həlli deyil, sadəcə müəyyən prosedurun başlanmasıdır. Vergi orqanının bu mərhələdə şikayət verməsi məhkəmə prosesini əsassız uzadır və "prosessual qənaət" prinsipinə ziddir. Vergi orqanı yalnız müraciət daxil olduqdan sonra onu mahiyyəti üzrə araşdırıb imtina və ya təmin qərarı verə bilər.

16. Belə ki, hazırki mərhələdə isə vergi orqanının "şikayət etmək üçün marağı" yaranmayıb, çünki onun qarşısında icra edilməli olan məcburi bir pul tələbi qoyulmamışdır.

17. Iddiaçı tərəfindən ödənilmiş 3.887,40 manat məbləğin və Vergi Məcəlləsinin 59.3-cü maddəsinə uyğun olaraq gecikdirilməyə görə faizlərin geri qaytarılması üçün xüsusi notarius tərəfindən müvafiq sənədlər əlavə edilməklə vergi orqanına ərizə forması ilə müraciət etmə öhdəliyi * saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin üzərinə qoyulması məsələsi ərizə veriləndən sonra vergi orqanı tərəfindən həmin ərizəyə məhz vergi qanunvericiliyinin tələbləri baxımından hüquqi qiymət verilməsi (cavab verilməsi) anlamına gəlir.

18. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, hazırki iş üzrə qəbul edilmiş qətnamə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 hər hansı hüquq və vəzifələrinə toxunmamışdır.

19. Qeyd edilənləri ümumiləşdirərək Məhkəmə Kollegiyası hesab etmişdir ki, iddia tələbi yalnız notarius tərəfindən müvafiq sənədlərin vergi orqanına təqdim edilməsi öhdəliyinin müəyyən edilməsinə yönəlmişdir, qətnamə ilə vergi orqanının üzərinə məbləğin qaytarılmasına dair imperativ tələb qoyulmadığı üçün, həmin akt vergi orqanının maddi və ya prosessual hüquqlarını pozmur, hüququ pozulmayan və ya üzərinə əlavə öhdəlik qoyulmayan şəxsin isə (dövlət orqanının) apellyasiya şikayəti vermək hüququ yaranmır, bu səbəbdən apellyasiya şikayət qeyri-mümkün hesab edilməlidir.

20. Apellyasiya məhkəməsi qərardadını Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 357.1, 357.2, 366.2, 384.0.6-cı maddələrinə istinad etməklə əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

21. Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (vəkil vəkil1) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(*-*)- ***/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərardadının ləğv olunması və apellyasiya şikayətinin mümkün sayılaraq, işin yenidən baxılması üçün apellyasiya instansiyasına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.

22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi yanlış olaraq belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi vergi orqanının hüquq və maraqlarına təsir göstərmir. Halbuki qətnamənin məzmunundan görünür ki, məhkəmə yalnız notariusun vergi orqanına müraciət etməsi barədə göstəriş verməmiş, eyni zamanda iddiaçının Vergi Məcəlləsinin 218-1.1.5.1-1-ci maddəsində nəzərdə tutulmuş vergi güzəştindən istifadə hüququna malik olduğunu müəyyən etmişdir.

23. Birinci instansiya məhkəməsi iddiaçının mülkiyyətində başqa yaşayış sahəsinin olmadığını, satılmış mənzilin onun yeganə yaşayış yeri olduğunu və həmin ünvanda faktiki yaşadığını müəyyən edərək 3.887,40 manat məbləğində verginin əsassız tutulduğu qənaətinə gəlmişdir. Bununla da məhkəmə vergi öhdəliyinin mövcudluğu məsələsinə hüquqi qiymət vermiş və vergi orqanının hüquqi mövqeyini faktiki olaraq rədd etmişdir.

24. Belə bir hüquqi qiymətləndirmə artıq ödənilmiş verginin dövlət büdcəsindən geri qaytarılması üçün hüquqi əsas yaratdığından, qətnamə vergi orqanının hüquq və maraqlarına birbaşa təsir göstərir. Bu səbəbdən Dövlət Vergi Xidmətinin apellyasiya şikayəti vermək üçün hüquqi marağının olmadığı barədə nəticə əsassızdır.

25. Bundan başqa, birinci instansiya məhkəməsi Vergi Məcəlləsinin 59.3-cü maddəsinə dair hissədə də maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Belə ki, artıq ödənilmiş verginin qaytarılması barədə vergi orqanına müraciət edilmədən, habelə həmin müraciətə baxılmasının gecikdirilməsi faktı müəyyən olunmadan faizlərin qaytarılması ilə bağlı hüquqi nəticə çıxarılmışdır.

26. Halbuki Vergi Məcəlləsinin 59.3-cü maddəsinə əsasən faizlərin hesablanması yalnız artıq ödənilmiş məbləğin qaytarılması barədə ərizə təqdim edildikdən və həmin müraciətin qanunla müəyyən edilmiş müddətdə icra edilmədiyi hallarda mümkündür. Hazırkı işdə isə belə hallar mövcud olmadığından məhkəmə gələcəkdə yarana biləcək hüquqi münasibət üzrə əvvəlcədən nəticə çıxarmışdır.

27. Beləliklə, birinci instansiya məhkəməsinin qətnaməsi vergi güzəştinin tətbiqi, vergi öhdəliyinin mövcudluğu və artıq ödənilmiş verginin qaytarılması məsələlərinə hüquqi qiymət verdiyindən vergi orqanının maddi və prosessual hüquqlarına birbaşa təsir göstərmişdir. Buna görə də apellyasiya instansiyası məhkəməsinin Dövlət Vergi Xidmətinin apellyasiya şikayətini qeyri-mümkün hesab etməsi qanunsuz və əsassız olmuşdur.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

29. Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər.

30. Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.

Kassasiya baxışının hədləri:

31. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

32. Apellyasiya instansiyası məhkəməsinin qərardadı kassasiya şikayəti əsasında tam yoxlanılır.

Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

33. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. Apellyasiya məhkəməsi iş materiallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, iddia tələbi vergi orqanından hər hansı məbləğin tutulmasına və ya onun üzərinə öhdəlik qoyulmasına deyil, yalnız notariusun vergi orqanına müraciət etməsinə yönəlmişdir. Qətnamə vergi orqanı üçün hüquqi nəticə yaratmır, onun qərar qəbul etmək səlahiyyətini məhdudlaşdırmır və yalnız prosedurun başlanmasını təmin edir. Notariusun vergi orqanına müraciəti artıq ödənilmiş məbləğin geri qaytarılması prosedurunun bir hissəsidir və vergi orqanı müraciət daxil olduqdan sonra ona qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verə bilər. Bu səbəbdən qəbul edilmiş qətnamə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 hüquq və vəzifələrinə toxunmur. Mübahisələndirilən qətnamə ilə vergi orqanının üzərinə məbləğin qaytarılması barədə imperativ öhdəlik qoyulmadığından, onun maddi və ya prosessual hüquqları pozulmamışdır. Buna görə də vergi orqanının apellyasiya şikayəti vermək hüququ yaranmadığından, həmin şikayət qeyrimümkün hesab edilməlidir.

35. Kollegiya bildirir ki, şikayətin mümkünlüyünü araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən iş üzrə çıxarılmış qətnamənin apellyatorun mənafelərinə təsir edib-etməməsi araşdırılmış, məsələyə mülki prosessual qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır.

36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən kassatorun dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qərardadın ləğv edilməsi üçün əsas təşkil etmir.

37. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

38. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

Qərara aldı:

Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(*-*)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar