Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1703/2026 08.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh (ləğv prosesində olan mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Açıq Səhmdar Cəmiyyəti və Bank “xxxx” Açıq Səhmdar Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: buraxılmış prosessual müddətin bərpası) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Baxışova Vüsalə Ələkbər qızı (məruzəçi), Babayev Zəki Baba oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı (ləğv prosesində olan mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Açıq Səhmdar Cəmiyyəti və Bank “xxxx” Açıq Səhmdar Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) “pul” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında ## #### 2026-cı il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ## ###### 2024-cü il tarixində Bank xxxx ASC-nə ünvan 1 ünvanında yerləşən mənzilini ipotekaya qoyaraq kredit götürən borcalan Cavabdeh əvəzinə ödədiyi 32407.39 manat əsas borcun, məhkəməyə ödədiyi 189 manat dövlət rüsumunun, hüquqi xidmətə görə ödədiyi 200 manat rüsumun borcalan Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ailə münasibətləri və razılaşmalar əsasında daşınmaz əmlak kredit müqaviləsi üzrə ipotekaya qoyulmuş və borcalan kimi cavabdeh rəsmiləşdirilmiş, lakin ödənişlər icra olunmadığından iddiaçı öz vəsaiti hesabına 32.407,39 manat məbləğində ipoteka borcunu ödəyərək əmlakı girovdan çıxarmış, bundan əvvəl isə digər kredit öhdəliyi üzrə 100.000 ABŞ dolları məbləğinin də üçüncü şəxsin əvəzinə ödənildiyini iddia etmişdir; lakin həmin vəsaitlərin geri qaytarılmaması səbəbindən iddiaçı hesab edir ki, başqasının borcunu öz hesabına ödədiyi üçün qanunvericiliyə əsasən reqres hüququ yaranmış və ödədiyi məbləğlərin cavabdehdən tutularaq ona qaytarılması tələb olunmalıdır.
3. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli ## #### 2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh Cavabdeh 32.407,39 manat məbləğində pul vəsaiti, 200 manat hüquqi xidmət xərci və 189 manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir (Hakim- Rəna Qafarova).
b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
4. Cavabdeh Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək, iddianın rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, e-2(009) ****/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. (Hakimlər Qasımov Fərrux (sədrlik edən və məruzəçi), Əkbərov Kamran və Rüstəmli Məhəmməd ibarət tərkibdə).
6. Həmin qətnamədən kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsinə dair cavabdeh tərəfindən ərizə verilmişdir. Müddətin bərpası barədə ərizənin dəlillərinə görə, “Elektron məhkəmə” sistemində aparılan texniki işlərlə əlaqədar olaraq 20-## #### 2026-cı il tarixləri aralığında sistemə daxil olmaq, hər hansı əməliyyat aparmaq mümkün olmamışdır. Həmçinin, qeyd olunan tarixlərin qeyri-iş günlərinə təsadüf etməsi də bu vəziyyəti daha da çətinləşdirmişdir. Sözügedən texniki problemlər səbəbindən həmin tarixlərdən sonra da uzun müddət sistemə giriş mümkün olmamışdır ki, bu da kassasiya şikayətinin tərəfindən sistemə yüklənməsinə maneə yaratmışdır.
7. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasına dair cavabdeh tərəfindən verilmiş ərizənin təmin edilməməsi, müddətin bərpasından imtina edilməsi qərara alınmışdır (hakimlər - Qasımov Fərrux (sədrlik edən və məruzəçi), Axundova Günay və Rüstəmli Məhəmməddən ibarət tərkibdə).
8. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli qətnaməsi ## ###### 2026-cı il tarixində “Elektron məhkəmə” informasiya sistemində elektron kabinetə yerləşdirilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edilmişdir. Bu səbəbdən kassasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət ## #### 2026-cı il tarixində başa çatmışdır. Lakin həmin müddətin ötürülməsindən sonra, yəni ## #### 2026-cı il tarixində müddətin bərpası barədə ərizə, vəkil orderi və dövlət rüsumunun ödənilməsi ilə bağlı sənədlər məhkəməyə təqdim olunmuşdur.
9. Məhkəmə kollegiyası qeyd etmişdir ki, ərizədə istinad olunan “Elektron məhkəmə” sistemində 20–## #### 2026-cı il tarixlərində aparıldığı iddia edilən texniki işlər prosessual müddətin artıq başa çatmasından sonrakı dövrə təsadüf etdiyindən, bu hallar şikayətin vaxtında verilməsinə mane olan üzrlü səbəb kimi qiymətləndirilə bilməz. Bundan əlavə, müddətin bitdiyi tarixədək cavabdeh tərəfindən kassasiya şikayətinin hazırlanması və ya təqdim olunması istiqamətində hər hansı aktiv prosessual hərəkətin mövcud olmaması da nəzərə alınaraq, müddətin bərpası üçün əsasların olmadığı qənaətinə gəlinmişdir. Buna görə də, məhkəmə prosessual müddətin bərpasına dair ərizənin təmin edilməsini mümkün saymamışdır.
10. Apellyasiya məhkəməsi əlavə olaraq vurğulamışdır ki, kassasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət ## #### 2026-cı il tarixində başa çatmışdır. Həmin dövrə kimi isə “Elektron məhkəmə” informasiya sistemində hər hansı bir texniki iş aparılmamış və sənədlərin yüklənməsində heç bir çətinlik yaranmamışdır. Ərizədə istinad olunan 20-30 mart tarixlərində “Elektron məhkəmə” informasiya sistemində texniki işlərin aparılması isə prosessual müddət bitdikdən sonrakı dövrə təsadüf etdiyindən, şikayətin qanunla müəyyən edilmiş müddətdə təqdim edilməsinə maneə yaradan üzrlü səbəb hesab edilə bilməz.
11. Qeyd olunmalıdır ki, prosessual müddətin bərpası yalnız şəxsin iradəsindən asılı olmayan və prosessual hərəkətin vaxtında həyata keçirilməsinə mane olan üzrlü səbəblərin mövcudluğu hallarında mümkündür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, belə səbəblər şəxsin öz imkanları ilə aradan qaldıra bilmədiyi və prosessual hüquqların həyata keçirilməsinə real maneə yaradan hallarla bağlı olmalıdır. Qüvvədə olan mülki prosessual qanunvericiliyə əsasən, şikayət müəyyən edilmiş müddət ötürüldükdən sonra verildikdə qəbul edilmir, lakin müddətin buraxılmasına səbəb olan hallar göstərilməklə onun bərpası barədə vəsatət verilə bilər; məhkəmə isə bu vəsatəti müddətin şəxsdən asılı olmayan səbəblərdən buraxıldığı qənaətinə gəldiyi halda təmin edir, əks halda rədd edir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
12. Cavabdeh Cavabdeh şikayətində göstərmişdir ki, məhkəmə tərəfindən prosessual müddətin başlanğıcı və hesablanması düzgün müəyyən edilməmiş, nəticədə müddətin faktiki son tarixi yanlış qiymətləndirilmişdir. Onun fikrincə, qətnamənin elektron qaydada təqdim edildiyi ## ###### 2026-cı il tarixindən deyil, MPM-in 128.3-cü maddəsinə uyğun olaraq növbəti gündən – ## ###### 2026-cı ildən etibarən müddətin axını başlamalı idi. Bu yanaşma ilə hesablandıqda, kassasiya şikayətinin verilməsi üçün son tarix ## #### 2026-cı il kimi müəyyən edilməli, həmin tarix isə qeyri-iş gününə düşdüyündən MPM-in 129.2-ci maddəsinə uyğun olaraq müddət növbəti iş gününə uzadılmalı idi.
13. Eyni zamanda kassator qeyd etmişdir ki, 2026-cı ilin mart ayının ikinci yarısında “Elektron məhkəmə” informasiya sistemində aparılan texniki yenilənmələr və fasilələr nəticəsində sistemə giriş və prosessual sənədlərin elektron qaydada təqdim edilməsi obyektiv olaraq mümkünsüz olmuşdur. Bu hal, onun fikrincə, təkcə fərdi istifadəçi üçün deyil, ümumilikdə sistemdən istifadə edən bütün şəxslər üçün ümumi və obyektiv maneə yaratmış, nəticədə məhkəməyə çıxış hüququnun elektron vasitələrlə həyata keçirilməsində real məhdudiyyətlər meydana çıxarmışdır. O, prosessual hərəkətsizlik nümayiş etdirməmiş, əksinə, ilk mümkün imkan yaranan kimi – ## #### 2026-cı il tarixində kassasiya şikayətini poçt vasitəsilə göndərmiş, daha sonra isə elektron sistemin fəaliyyəti qismən bərpa olunduqdan sonra müddətin bərpası barədə ərizə ilə birlikdə kassasiya şikayətini məhkəməyə təqdim etmişdir. Onun mövqeyinə görə, bu hallar müddətin buraxılmasının subyektiv səbəblərdən deyil, iradədən kənar obyektiv şəraitdən irəli gəldiyini təsdiq edir və MPM-in 133.1-ci maddəsində nəzərdə tutulmuş “üzrlü səbəb” anlayışına uyğundur.
14. Nəticə etibarilə, kassator hesab edir ki, apellyasiya instansiyası məhkəməsi prosessual müddətin hesablanması və onun bərpası ilə bağlı maddi və prosessual hüquq normalarını formal və dar yanaşma ilə tətbiq etmiş, xüsusilə MPM-in 128.3 və 133-cü maddələrinin məqsədinə uyğun olmayan nəticəyə gəlmişdir. Buna görə də müddətin bərpasından imtina barədə qərardadın ləğv edilməsi, buraxılmış müddətin üzrlü sayılması və kassasiya şikayətinin icraata qəbul edilməsi tələb olunur.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz ərizəsi daxil olmamışdır.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
16. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir.
17. Maddə 128.3. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır.
18. Maddə 129.1.Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır.
19. Maddə 129.2. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur.
20. Maddə 129.3. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur.
21. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.
22. Maddə 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddət buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.).
23. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Kassasiya baxışının hədləri
24. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
25. Hazırkı kassasiya şikayətində qərardad tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar mövcud deyildir.
27. Kollegiya hesab edir ki, hazırkı halda cavabdeh tərəfindən ötürülmüş müddətin bərpası barədə irəli sürülmüş əsaslar məhkəmə tərəfindən düzgün qiymətləndirilmiş, ərizəyə baxılarkən hər hansı prosessual pozuntuya yol verilməmişdir.
28. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, prosessual müddətin qurtarması tarixi apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilmişdir. Belə ki, qanuna əsasən prosessual müddətin axımı sonrakı gündən başlasa da MPM-nin 129.1-ci maddəsinə əsasən aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Hazırkı halda cavabdeh tərəfindən qətnamədən kassasiya şikayəti verilməsi üçün müddətin axımı ##.##.2026-cı il tarixdə bitmiş, həmin tarixədək kassasiya şikayətinin verilməməsi üçün hər hansı üzürlü səbəb olduğuna dair sübutlar təqdim edilməmişdir.
29. Hər bir şəxsin məhkəməyə müraciət etmək, o cümlədən məhkəmə aktlarından şikayət vermək hüququnun (məhkəməyə əlçatımlılıq) təmin edilməsi “ədalətli məhkəmə araşdırması hüququ”nun elementlərindən biri olsa da, bu hüquqların qanunla müəyyən edilmiş prosessual müddətlər daxilində həyata keçirilməsi də hüquqi müəyyənlik və işlərə ağlabatan müddətlərdə baxılması prinsiplərinin təmin edilməsi məqsədi daşıyır. Prosessual müddətin ötürülməsinin səbəbi o zaman üzürlü hesab edilə bilər ki, işdə iştirak edən şəxs həmin halların baş verməsi səbəbindən özündən asılı olmayaraq qanunla müəyyən edilmiş müddət ərzində məhkəməyə müraciət etmək imkanından məhrum olur.
30. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual müddətin bərpası üçün əsasların mövcud olmaması barədə gəlinmiş nəticə maddi və prosessual hüquq normalarına uyğun olmaqla, iş üzrə toplanmış sübutların məcmusu ilə ziddiyyət təşkil etmir. Kassasiya instansiyası məhkəməsi hesab edir ki, qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar mövcud deyildir və şikayətin dəlilləri həmin nəticəni dəyişdirməyə kifayət etmir. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
31. Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ### 2026-cı il tarixli, 2(103)- ****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.