Məhkəmə qərarları › İş №2(1-8)-1740/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1740/2026

09.07.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1740/2026 09.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı İbrahimova Nailə Knyaz qızının cavabdeh “xxxx” Məhdud Məsuliyətli Cəmiyyətə və cavabdeh1 İnqilab qızına qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətinin geri qaytarılması barədə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu, Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qərardadından iddiaçı İbrahimova Nailə Knyaz qızı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə # #### 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı İbrahimova Nailə Knyaz qızı (bundan sonra- iddiaçı) məhkəmədə cavabdehlər X1 Məsuliyətli Cəmiyyətinə və cavabdeh1 İnqilab qızına qarşı iddia qaldıraraq, “Liman Klinikası” və cavabdeh1 İnqilab qızının təqsirli hərəkətləri nəticəsində dəymiş maddi zərərə görə 115.742,77 manat, müalicə xərcinə görə 340.000 manat, mənəvi zərərə görə 100.000 manat, cəmi 555.742,77 manatın tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim Vəfa Şirəliyeva) iddia təmin edilməmişdir.

Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

3. İddiaçı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli qərardadı ilə (hakimlər Almaz Süleymanova (sədrlik edən, məruzəçi), Səyyad Qafari və Fuad Məmmədov) Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin qismən – iddiaçının cavabdeh “xxxx” MMC-nin “Liman Klinikası”na qarşı maddi və mənəzi zərərin ödənilməsinə dair iddianın təmin edilməməsi hissədə- ləğv edilməsi, həmin hissədə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.

5. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin – “iddiaçının cavabdeh cavabdeh1 İnqilab qızına qarşı maddi və mənəvi ziyanın ödənilməsi” barədə iddiasının təmin edilməməsi hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

6. İddiaçının adından vəkili vəkil2 kassasiya şikayəti vermiş, həmin şikayət mülki işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir.

7. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə (hakimlər Elşad Şamayev (sədrlik edən, məruzəçi), Əhliman Xıdırov və Vüqar Həsənov) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçının adından verilmiş kassasiya şikayətinin qeyrimümkün hesab edilməsi, mülki işin kassasiya şikayətinin geri qaytarılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

8. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ##### 2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qərardadı ilə iddiaçının vəkili vəkil2 tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır.

9. İddiaçının vəkili vəkil2 Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli qətnaməsindən kassasiya şikayəti və kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasına dair ərizə ilə məhkəməyə mücariət edərək, yol verilmiş nöqsan aradan qaldırıldığından şikayət vermə müddətinin buraxılmasını üzrlü hesab edərək bərpa edilməsini xahiş etmişdir.

10. Ərizə onunla əsaslandırılmışdır ki, etibarnamə olmadığı halda imzalanmış kassasiya şikayəti Ali Məhkəmənin Mülki kollegiyası tərəfindən geri qaytarılmışdır. Hazırda etibarnamə alınmış, lakin kassasiya şikayəti verilməsi üçün qanunda nəzərdə tutulmuş müddət ötürülmüşdür. Müddətin ötürülməsinin üzürlü hesab edilərək, şikayət vermə müddətinin bərpa edilməsi xahiş olunur.

11. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ##### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasına dair iddiaçının vəkili vəkil2 ərizənin təmin edilməsindən imtina edilmiş və kassasiya şikayəti geri qaytarılmışdır.

12. Qərardad onunla əsaslandırılmışdır ki, qüvvədə olan mülki prosessual qanunvericiliyin göstərişinə əsasən şikayət onun verilməsi üçün müəyyən edilmiş müddət ötürüldükdən sonra verilirsə, qəbul edilmir. Şikayət vermiş şəxs müddət ötürülməsinə səbəb olan hallar göstərməklə həmin müddətin bərpa edilməsi barədə məhkəmə qarşısında vəsatət qaldıra bilər. Lakin vəsatətin veriməsi müddətin mexaniki bərpa edilməsinə səbəb olmur. Məhkəmə ilk növbədə müddətin buraxılmasının səbəblərini arşdırır. Əgər o, müddətin şikayəti verən şəxsdən asılı olmayan səbəblərdən (xəstəlik, ezamiyyət və s.) buraxıldığı qənaətinə gələrsə, vəsatəti təmin edərək müddəti bərpa edir, əks halda isə vəsatəti rədd edir.

13. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini AR MPM-nin 129.3, 130.1, 133.1, 402.2.3, 404.1.1, 405.0.1, 408.1.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Kassasiya məhkəməsində ikinci icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

14. İddiaçı kassasiya şikayəti verərək, iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnamədən şikayət verilməsi üçün AR MPM-in 405.0.1-ci maddəsi ilə müəyyən edilmiş 2 aylıq prosessual müddətin iddiaçı tərəfindən buraxılmasının səbəblərinin üzürlü hesab edilərək, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı görmə qabiliyyətini itirmiş İ qrup əlildir və xroniki baş ağrılarından əziyyət çəkir. Habelə kassasiya şikayətini verən şəxsin nümayəndəsinin sağlamlığında problemlər – xroniki kolit mövcuddur. “İddiaçı” tərəfin sağlamlığındakı göstərilmiş problemlər səbəbindən Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən kassasiya şikayətinin göndərilməsi üçün iddiaçının vəkili vəkil2 müvafiq etibarnamənin vaxtında verilməsi mümkün olmamışdır. Nəticədə göstərilən mülki iş üzrə müvafiq vəkil etibarnaməsi olmadığı halda imzalanmış kassasiya şikayəti AR Ali Məhkəmənin Mülki kollegiyası tərəfindən qeyrimümkün hesab edilərək, apellyasiya instansiyası məhkəməsinə geri qaytarılmışdır. Kassasiya instansiyası məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli qərardadında göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, yenidən ümumi qaydada # ##### 2026-cı il tarixdə kassasiya şikayəti ilə müraciət edilmişdir. Adı çəkilən kassasiya şikayətinə qətnamədən kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasına dair ərizə əlavə edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qərardadı ilə qətnamədən kassasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa olunmasına dair ərizənin təmin edilməsindən imtina edilməsi, kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Nəticədə AR MPM-nin 408.5-ci maddəsinin tələbləri pozulmuşdur. Qətnamədən ## ###### 2026-cı il tarixdə verilmiş kassasiya şikayəti # #### 2026-cı il tarixdə apellyasiya instansiyası məhkəməsi vasitəsilə kassasiya instansiyası məhkəməsinə göndərilmişdir. Həmin dövr ərzində qətnamədən verilmiş kassasiya şikayətinin mülki prosessual normaların tələblərinə uyğunluğunun yoxlanılması məsələsinə dair apellyasiya məhkəməsində heç bir məhkəmə iclası keçirilməmiş, ## ###### 2026-cı il tarixli kassasiya şikayətinin məhkəmə icraatı mümkün hesab edilərək, kassasiya instansiyası məhkəməsinə göndərilmişdir. Nəticədə AR MPM-nin 405.0.1-ci maddəsinin tələbləri pozulmuşdur.

Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Cavabdehlər kassasiya şikayətinə qarşı yazılı etiraz verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

17. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

20. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir.

21. Maddə 128.3. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır.

22. Maddə 129.1. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır.

23. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

24. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.

25. Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

26. Maddə 133.2. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir.

27. Maddə 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.).

28. Maddə 405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində.

29. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

30. Maddə 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.

31. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

32. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

33. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

Kassasiya baxışının hədləri

34. Qanunun tələbinə görə, kassasiya məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

35. İddiaçı Nailə İbrahimovanın kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qərardadı tam mübahisələndirildiyindən, qərardadın əsaslılığı bütövlükdə yoxlanıldı.

Kassasiya məhkəməsinin hüquqi mövqeyi

36. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən prosessual hüquq normalarının tələblərini hazırkı mübahisəli məsələyə düzgün tətbiq etmiş və işdə, iddiaçının kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

37. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən prosessual hüquq normalarının tələblərini pozuduğunu, iş üzrə düzgün olmayan qərardad çıxardığını göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dililləri ilə razılaşmır.

38. Belə ki, apellyasiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı qətnaməni ## ###### 2025ci il tarixdə almış, prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə ## ### 2026-cı il tarixdə müraciət etməklə prosessual müddəti ötürmüşdür.

39. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, qüvvədə olan mülki prosessual qanunvericiliyin göstərişinə əsasən şikayət onun verilməsi üçün müəyyən edilmiş müddət ötürüldükdən sonra verilirsə, qəbul edilmir. Şikayət vermiş şəxs müddət ötürülməsinə səbəb olan hallar göstərməklə həmin müddətin bərpa edilməsi barədə məhkəmə qarşısında vəsatət qaldıra bilər. Lakin vəsatətin veriməsi müddətin mexaniki bərpa edilməsinə səbəb olmur. Məhkəmə ilk növbədə müddətin buraxılmasının səbəblərini arşdırır. Əgər o, müddətin şikayəti verən şəxsdən asılı olmayan səbəblərdən (xəstəlik, ezamiyyət və s.) buraxıldığı qənaətinə gələrsə, vəsatəti təmin edərək müddəti bərpa edir, əks halda isə vəsatəti rədd edir. Hazırkı halda iddiaçı prosessual müddəti üzrsüz səbəblərdən ötürmüşdür.

40. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmiş və prosessual hüquq normalarının tələblərini hazırkı mübahisəli məsələyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Q ə r a r a aldı: İddiaçı İbrahimova Nailə Knyaz qızının kassasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ##### 2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar