Məhkəmə qərarları › İş №2(1-8)-1773/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1773/2026

02.09.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1773/2026 02.09.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdehlər cavabdeh1 və cavabdeh2 (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Şirkətinin və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin də üçüncü şəxs qismində cəlb olunmaqla) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyət hüququnun müdafiəsi; maneələrin aradan qaldırılması tələbi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Şirkətinin və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin də üçüncü şəxs qismində cəlb olunduqları “maneələrin aradan qaldırılması və mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları

1. Tərəflər arasında yaxın qohumluq münasibəti mövcuddur. Belə ki, iddaçı İddiaçı cavabdeh cavabdeh1 qardaşı, digər cavabdeh cavabdeh2 isə cavabdeh1 həyat yoldaşıdır.

2. X10, iddaçı İddiaçı və cavabdeh cavabdeh1 analarıdır. O, ## ###### 2014-cü il tarixdə vəfat etmişdir.

3. Mübahisə predmeti olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi (0.00874 ha torpaq sahəsi) xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına xxxxndə tam hissədə ##.##.2013cü il tarixdə qeydiyyata alınmışdır.

4. Mübahisə predmeti olan ünvan 2 ünvanında yerləşən digər fərdi yaşayış evi (0.01462 ha torpaq sahəsi) xüsusi mülkiyyət hüququ üzrə tərəflərin anası olan X10 adına xxxxndə tam hissədə ##.##.2013-cü il tarixdə qeydiyyata alınmışdır.

5. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi (0.01462 ha torpaq sahəsi) xüsusi mülkiyyət hüququ üzrə cavabdeh1 adına xxxxndə tam hissədə ##.##.2015-ci il tarixdə qeydiyyata alınmışdır.

6. Mübahisəli torpaq sahələri ilə bağlı X10 ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Şirkəti həmçinin Bakı şəhəri Binəqədi Rayon Icra Hakimiyyəti arasında məhkəmə çəkişmələri olmuşdur. (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti)

Iş üzrə qəbul edilmiş məhkəmə aktları

a) Birinci instansiya məhkəməsində icraat

7. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı “maneələrin aradan qaldırılması və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mədən 1, korpus 37, ev 305 ünvanında yerləşən ev mülkiyyətçi tərəfindən A tikilisində yerləşən torpaq sahəsi X10, V tikilisində yerləşən torpaq sahəsi X6 və B tikilisində yerləşən torpaq sahəsi İddiaçı, yəni ona bağışlanmışdır və bu barədə bölgü sxemi tərtib edilmişdir. A tikilisində yerləşən torpaq sahəsinin mülkiyyətçisi X10 onun anasıdır. Anası ## ###### 2014-cü il tarixdə vəfat etmişdir. Anası vəfat etdikdən sonra A tikilisində yerləşən torpaq sahəsində yerləşən evdə qardaşı cavabdeh1 və arvadı cavabdeh2 yaşayırlar. cavabdeh1 faktiki vərəsəliyi qəbul etmiş və hazırda da həmin evdə ailəsi ilə birgə yaşayır. Hər bir tikilinin çıxarışı və bölgü sxemi vardır. Bölgü sxemində həyətyanı sahə də tikililərə uyğun olaraq bölünmüşdür. O, texniki pasportla müəyyən edilmiş bölgü sxeminə uyğun olaraq həyətyanı sahənin özünə məxsus hissəsindən mişar daşları ilə daş hasar çəkmək istəyir, lakin cavabdehlər buna imkan vermirlər. Həmin yerə dəmir borular və daş tökərək ona maneələr yaradırlar. Öz hesabına hasar çəkdirdiyini bildirsə də, buna imkan vermirlər, dava-dalaş salır, mübahisələr yaradır, qarğış edir, nalayiq sözlər və ifadələr işlədir, şərəf və ləyaqətini alçaldır. Hər davadan sonra ona psixoloji travmalar yaşadırlar və ona 1000 manat məbləğində mənəvi ziyan dəymişdir. Özü xəstədir, qulağı eşitmir, eşitmə cihaz ilə gəzir. Həyətində rahat gəzə bilmir, özünü evində rahat hiss edə bilmir.

8. Iddiaçı iddia ərizəsini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 157, 165 və 178.1-ci maddələri ilə əsaslandıraraq, ona məxsus ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin texniki pasportla müəyyən edilmiş torpaq sahəsinin planına uyğun olaraq sərhəd boyu mişar daşı ilə hasarlanmasına yaradılan maneələrin aradan qaldırmaq vəzifəsinin cavabdehlərə həvalə edilməsi, onun mülkiyyət hüquqlarının pozulmasına görə 1000 manat məbləğində mənəvi zərərin cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

9. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Şirkətinin nümayəndəsi X7 iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsi hələ, məlum “Hasilatın pay bölgüsü haqqında” saziş və “Birgə Əməliyyat” sazişi imzalanmamışdan da öncə, Dövlət mülkiyyətində olan, sənaye təyinatlı torpaqlar kateqoriyasına aid edilən torpaq sahələrinin hüdudları daxilində olmaqla, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin qanuni istifadəsində olmuş və məlum Saziş əsasında neftqaz əməliyyatlarının aparılması məqsədilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 şirkətinin qanuni istifadəsinə verilmişdir. Belə ki, ## ######## 2004cü il tarixində “Azərbaycan Respublikasında Binəqədi, Qırməkı, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (“xxxx”), X1 Bi.Vi. və xxxx-in Ortaq Şirkəti (“Podratçılar”) arasında Saziş (“Säzış”) imzalanmış və ## ##### 2005-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin imzaladığı *** saylı Qanuna əsasən Saziş qanun statusunu almışdır. Bildirmişlər ki, “Hasilatın pay bölgüsü haqqında” Saziş əsasında neft-qaz əməliyyatlarını həyata keçirmək hüququnu əldə etdiyi andan Şirkət paralel olaraq Saziş ərazisində inşa edilmiş özbaşına tikililərə qarşı da daima mübarizə aparmış, qanunsuz tikililərin sökülməsi, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının sərəncamlarının etibarsızlığının tanınması tələbi ilə bağlı aidiyyatı qurumlara müraciət etmişdir. Bundan başqa, iş materiallarında olan ##.##.2024- cü il tarixli, *-**-**/*-**/**** saylı ekspert rəyindən görünür ki, vahid elektron kadastr baza məlumatlarına əsasən tək koordinatla sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (X3) istifadəsinə verilmiş ərazidir və sahə Dövlət mülkiyyəti torpağıdır. Iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, “Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən ##.##.2013-cü il tarixli RX ******* saylı çıxarışı ilə, fərdi yaşayış evi üzrə mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır”. Ali Məhkəmənin 2- *(***)-****/** saylı, ## ###### 2015-ci II tarixli Qərarı ilə (sədrlik edən hakim Nigar Rəsulbəyova, hakimlər Rahib Nəbizadə, Ilqar Hüseynovdan ibarət tərkibdə) Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)- ****/** saylı, ## #### 2015-ci il tarixli qərarı ləğv edilmiş və Şirkətin Binəqədi rayon Icra Hakimiyyətinə qarşı (X14 üçüncü şəxs olmaqla) “Binəqədi rayon Icra Hakimiyyətinin X14sın istifadəsinə torpaq sahəsinin ayrılmasına dair **** saylı, ## ###### 2001- ci il tarixli sərəncamının ləğv edilməsi tələbinə dair” iddiası mümkünsüz sayılmışdır (Surəti əlavə olunur). Yuxarıda qeyd edilənlərə əsasən iddiaçı tərəfindən təqdim olunmuş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş ##.##.2013-cü il tarixli, RX *** **** saylı çıxarış özü-özlüyündə etibarsız inzibati aktdır. Göstərilənləri nəzərə alaraq, etiraz ərizəsində iddiaçı İddiaçı cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı “maneələrin aradan qaldırılması və mənəvi zərərin ödənilməsi’’ tələbinə dair iddia tələbinin təmin edilməməsi məhkəmədən xahiş edilmişdir.

10. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi nümayəndə1 iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, iş üzrə koordinatlar elektron məhkəmə sisteminə əlavə edilməmişdir. Lakin “xxxx” Şirkətinin yerli baxış zamanı götürdüyü və elektron məhkəmə sistemində (şəxsi kabinetdə) olan cizgisində qeyd edilən koordinatlar əsasında müvafiq qaydada araşdırma aparılmışdır. Müəyyən olunmuşdur ki, cizgidə göstərilən koordinatlarda yerləşən 1456 kv.m torpaq sahəsi uzun illər ərzində neft-qaz əməliyyatlarının aparılması məqsədilə SOCAR-ın daimi istifadəsinə ayrılmış ərazilərin hüdudları daxilində olmuş, daha sonra neft-qaz əməliyyatlarının aparılması üçün Azərbaycan Respublikasının ## ##### 2005-ci il tarixli 901- IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinə daxil edilmişdir. Həmçinin müəyyən olunmuşdur ki, cizgidə göstərilən koordinatlarda yerləşən torpaq sahəsinin hüdudları daxilində ****** saylı ləğv olunmuş neft-qaz quyusu mövcuddur. Eləcə də cizgidə göstərilən koordinatlarda yerləşən torpaq sahəsi piezometrik fondda olan ****** saylı işlək neft-qaz quyusunun 25 metrlik məsafəsində, mancanaq dəzgahı ilə istismar olunan ****** saylı işlək neft-qaz quyusunun 58 metrlik məsafəsində, mancanaq dəzgahı ilə istismar olunan ****** saylı işlək neft-qaz quyusunun 63 metrlik məsafəsində, mancanaq dəzgahı ilə istismar olunan ****** saylı işlək neft-qaz quyusunun 66 metrlik məsafəsində, mancanaq dəzgahı ilə istismar olunan ****** saylı işlək neft-qaz quyusunun 75 metrlik məsafəsində, mancanaq dəzgahı ilə istismar olunan ****** saylı işlək neft-qaz quyusunun 90 metrlik məsafəsində, ****** saylı ləğv olunmuş neft-qaz quyusunun 23 metrlik məsafəsində, ****** saylı ləğv olunmuş neft-qaz quyusunun 25 metrlik məsafəsində, ****** saylı ləğv olunmuş neft-qaz quyusunun 40 metrlik məsafəsində, ****** saylı ləğv olunmuş neft-qaz quyusunun 43 metrlik məsafəsində, ****** saylı ləğv olunmuş neft-qaz quyusunun 68 metrlik məsafəsində, ****** saylı ləğv olunmuş neft-qaz quyusunun 70 metrlik məsafəsində mühafizə zonası daxilində yerləşir. Məlum olduğu kimi, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 11-ci maddəsinə əsasən torpaq sahələrindən məhdudiyyətli istifadə rejimi müəyyən edilmişdir ki, həmin rejim torpaq sahəsindən onun məqsədli təyinatı üzrə istifadəsini nəzərdə tutur. Həmin Məcəllənin 22-ci maddəsinin 1-ci hissəsinə əsasən “sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlarda” sənaye, rabitə, nəqliyyat və digər bu kimi obyektlərin yerləşdirilməsinə icazə verilir. Torpaq Məcəlləsinin 22-ci maddəsinin 5-ci hissəsinə əsasən, sənaye təyinatlı torpaqların istifadəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq aktına əsasən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2000-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqların istifadəsi” Qaydalarının 2-ci bəndinə əsasən sənaye obyektlərinin yerləşdirilməsi (tikinti, yenidənqurma, genişləndirmə işlərinin aparılması) və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada ayrılan və əldə edilən torpaq sahələri sənaye təyinatlı torpaqlar sayılır. Göründüyü kimi sənaye təyinatlı torpaqlarda yalnız sənaye obyektlərinin yerləşdirilməsi (tikinti, yenidənqurma, genişləndirmə işlərinin aparılması) və fəaliyyəti nəzərdə tutulmuşdur

11. Birinci instansiya mərhələsində əldə edilmiş Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli, **/**** nömrəli ekspert rəyinə əsasən Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “xxxx” publik hüquqi şəxsi * saylı Bakı Ərazi Idarəsinin ##.##.2024cü il tarixli *-**-*-**/*-*****/**** nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunmuşdur ki, göstərilən torpaq sahəsi faktiki olaraq 944.0 kv.m təşkil edir. Iki torpaq sahəsi ümumi hasar daxilindədir (ara sərhədləri yoxdur). Hər bir sahənin ayrı giriş darvaza qapısı vardır. Ümumi torpaq sahəsində iki ədəd birmərtəbəli yaşayış evi və köməkçi tikililər mövcuddur. Iddiaçı İddiaçı adına olan hissə 001011004779-10301, digər hissə isə cavabdeh1 adına olmaqla 001011004780- 10301 reyestr nömrəsi ilə qeydiyyatdan keçmişdir. Sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazisidir (Binəqədi Oil).

12. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, iddiaçı İddiaçı məxsus ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin texniki pasportla müəyyən edilmiş torpaq sahəsinin planına uyğun olaraq sərhəd boyu mişar daşı ilə hasarlanmasına cavabdehlər cavabdeh1 və cavabdeh2 tərəfindən yaradılan maneələrin aradan qaldırılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. (Hakim- Pərviz Məmmədov).

13. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mübahisəli Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mədən 1, korpus 37, ***b saylı fərdi yaşayış evi iddiaçı İddiaçı məxsusdur və müvafiq ekspert rəyi ilə təsdiq edilmişdir ki, göstərilən torpaq sahəsi faktiki olaraq 944.0 kv.m təşkil edir. Iki torpaq sahəsi ümumi hasar daxilindədir (ara sərhədləri yoxdur). Hər bir sahənin ayrı giriş darvaza qapısı vardır. Ümumi torpaq sahəsində iki ədəd birmərtəbəli yaşayış evi və köməkçi tikililər mövcuddur. Iddiaçı İddiaçı adına olan hissə 001011004779-10301, digər hissə isə cavabdeh1 adına olmaqla 001011004780-10301 reyestr nömrəsi ilə qeydiyyatdan keçmişdir. Belə olduğu təqdirdə məhkəmə hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməli, iddiaçı İddiaçı məxsus ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin texniki pasportla müəyyən edilmiş torpaq sahəsinin planına uyğun olaraq sərhəd boyu mişar daşı ilə hasarlanmasına cavabdehlər cavabdeh1 və cavabdeh2 tərəfindən yaradılan maneələr aradan qaldırılmalıdır. Mənəvi zərərlə bağlı iddia tələbini əsassız hesab edən məhkəmə qeyd etmişdir ki, məsuliyyətin yaranması üçün mülki-hüquq pozuntsunun tərkibini təşkil edən aşağıdakı elementlərin olması zəruridir: ziyanın vurulması; ziyanvuranın hüquqa və ya qanunazidd hərəkəti; əvvəlki iki elementlər arasında səbəbli əlaqə; ziyanvuranın təqsiri. Məhkəmə belə qənaətə gəlmişir ki, hazırkı işdə qeyd olunan dörd elementin mövcudluğu obyektiv olaraq öz təsdiqini tapmadığından iddia tələbi həmin hissədə təmin edilməməlidir.

14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13-cü və 29cu maddələrinə, Mülki Məcəlləsinin 152, 157.2, 157.4, 157.8, 165-ci; “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının * saylı Protokolunun 1 – ci; “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2008-ci il tarixli * nömrəli qərarı və Mülki Prosessual Məcəllənin 77.1, 81, 14.2, 218.3 və 216-220-ci maddəsinə istinadla əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Qətnamədən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti apellyasiya şikayəti verərək qətnamənin iddianın qismən təmin edilən hissədə ləğv edilməsini və həmin hissədə iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdmişdir.

16. Apellyasiya şikayətində göstərilmişdir ki, iddia tələbinin əsasını təşkil edən “maneələrin aradan qaldırılması” hissəsində maneələrin məhz nədən ibarət olduğu, kim tərəfindən edildiyi, hansı formada özünü göstərdiyi, iş materiallarında olan hansı sübutlarla öz əksini tapdığına dair heç bir araşdırma və ya əsaslandırma mövcud deyildir. Bununla belə, iddiaya dair yazılı etiraz təqdim etsələr də, birinci instansiya məhkəməsi tərəfindən həmin etiraza ümumiyyətlə münasibət bildirilməmişdir. Bildirir ki, iş üzrə koordinatlar elektron məhkəmə sisteminə əlavə edilməmişdir. Lakin, xxxx-un yerli baxış zamanı götürdüyü və elektron məhkəmə sistemində (şəxsi kabinetdə) olan cizigisində qeyd edilən koordinatlar əsasında müvafiq qaydada araşdırma aparılmışdır. Müəyyən olunmuşdur ki, cizgidə göstərilən koordinatlarda yerləşən 1456 m2 torpaq sahəsi uzun illər ərzində neft-qaz əməliyyatlarının aparılması məqsədilə SOCAR-ın daimi istifadəsinə ayrılmış ərazilərin hüdudları daxilində olmuş, daha sonra neft-qaz əməliyyatlarının aparılması üçün Azərbaycan Respublikasının ## ##### 2005-ci il tarixli ***-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinə daxil edilmişdir. Həmçinin müəyyən olunmuşdur ki, cizgidə göstərilən koordinatlarda yerləşən torpaq sahəsinin hüdudları daxilində ****** saylı ləğv olunmuş neft-qaz quyusu mövcuddur. Eləcə də cizgidə göstərilən koordinatlarda yerləşən torpaq sahəsi piezometrik fondda olan ****** saylı işlək neft-qaz quyusunun 25 metrlik məsafəsində, mancanaq dəzgahı ilə istismar olunan ****** saylı işlək neft-qaz quyusunun 58 metrlik məsafəsində, mancanaq dəzgahı ilə istismar olunan ****** saylı işlək neft-qaz quyusunun 63 metrlik məsafəsində, mancanaq dəzgahı ilə istismar olunan ****** saylı işlək neft-qaz quyusunun 66 metrlik məsafəsində, mancanaq dəzgahı ilə istismar olunan ****** saylı işlək neft-qaz quyusunun 75 metrlik məsafəsində, mancanaq dəzgahı ilə istismar olunan ****** saylı işlək neft-qaz quyusunun 90 metrlik məsafəsində, ****** saylı ləğv olunmuş neft-qaz quyusunun 23 metrlik məsafəsində, ****** saylı ləğv olunmuş neft-qaz quyusunun 25 metrlik məsafəsində, ****** saylı ləğv olunmuş neft-qaz quyusunun 40 metrlik məsafəsində, ****** saylı ləğv olunmuş neft-qaz quyusunun 43 metrlik məsafəsində, ****** saylı ləğv olunmuş neft-qaz quyusunun 68 metrlik məsafəsində, ****** saylı ləğv olunmuş neft-qaz quyusunun 70 metrlik məsafəsində mühafizə zonası daxilində yerləşir. Göründüyü kimi, sözügedən ərazidə hətta işlək neft quyularının olmasına belə birinci instansiya məhkəməsi tərəfindən heç bir münasibət bildirilməmişdir. Halbuki, SOCAR-ın daimi istifadəsinə ayrılmış sənaye təyinatlı ərazilərin, Saziş ərazilərinin hüdudları və eləcə də neft-qaz boru kəmərlərinin mühafizə zonası daxilində yerləşən ərazilərin bu və ya digər formada ayrı-ayrı fiziki və ya hüquqi şəxslərin adına özgəninkiləşdirilməsi halları, həmin ərazidə nəzərdə tutulmuş neft-qaz əməliyyatlarının aparılması işlərinə, bu da öz növbəsində Azərbaycan Respublikası Hökumətinin, eləcə də SOCAR-ın xarici investorlar qarşısında qanun əsasında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə, eyni zamanda SOCAR-ın Nizamnaməsi ilə əmlakı üzərində müəyyən olunmuş sahiblik, istifadə və sərəncam vermək hüquqlarının həyata keçirilməsinə ciddi şəkildə maneələr yaratmaqla bərabər, Konstitusiyanın və Mülki Məcəllənin qeyd olunan normalarına əsasən, vətəndaşların kompensasiya tələblərinə gətirib çıxarır və nəticə etibarı ilə Dövlətə əsaslı şəkildə maddi ziyan dəyir. Iş materiallarında olan Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyinin Məhkəmə Ekspertizаsı Mərkəzi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli, **/**** nömrəli ekspert rəyindən görünür ki, sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazisidir (Binəqədi Oil). Beləliklə də, ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə əsaslandırılmalı olduğu halda birinci instansiya məhkəməsində əsaslandırılmamışdır.

17. Qətnamədən həmçinin cavabdeh cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

18. Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə mühüm halların tam araşdırılmaması və təqdim edilmiş sübutlara düzgün hüquqi qiymət verilməməsi səbəbindən əsaslı deyildir.Tərəflər qardaşdır və onların hər birinin ayrıca yaşayış evi və torpaq sahəsi vardır. Iddiaçı İddiaçı adına ##.##.2013-cü il tarixində RX seriyalı ******* nömrəli çıxarış, cavabdehin adına isə ##.##.2015-ci il tarixində RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. Həmin çıxarışlarda hər bir tərəfin istifadəsində olan torpaq sahəsinin ölçüsü və həmin torpaq üzərində yerləşən yaşayış evinin sahəsi ayrıca göstərilmişdir.Cavabdeh tərəflər arasında daş hasarın çəkilməsinə etiraz etmir. Əksinə, sərhədin dəqiq müəyyən edilməsində maraqlıdır. Lakin hasarın haradan çəkilməli olduğu dövlət reyestrində olan məlumatlar, texniki pasportlar və digər ilkin sənədlər əsasında müəyyən edilməlidir. Sərhəd xəttinin müəyyən edilməsində xüsusi bilik tələb olunduğundan, bu məsələnin mütəxəssis və ya ekspert tərəfindən araşdırılması zəruri olmuşdur. Lakin birinci instansiya məhkəməsi cavabdehin bu barədə vəsatətlərini təmin etməmiş və müvafiq mütəxəssis rəyi almadan sərhəd xəttinin müəyyən edilməsinə dair qərar qəbul etmişdir.Iş üzrə əsas mübahisə doğuran sənədlərdən biri iddiaçı tərəfindən təqdim edilmiş bölgü sxemidir. Cavabdeh həmin sxemin hansı sənəd əsasında və kim tərəfindən tərtib edildiyini, təsdiq olunub-olunmadığını və dövlət qeydiyyatında olubolmadığını mübahisələndirmişdir. Cavabdeh məhkəmədən həmin sxemin əsasını təşkil edən ilkin sənədlərin arxivdən tələb edilməsini xahiş etmişdir. Lakin bu məsələ tam araşdırılmamışdır. Digər tərəfdən, cavabdeh məhkəmənin diqqətinə çatdırmışdır ki, iddiaçıya 2013-cü ildə verilmiş dövlət reyestrindən çıxarışla 2015-ci ildə verilmiş texniki pasport arasında torpaq və əmlak sahələrinə dair uyğunsuzluqlar mövcuddur. Həmin uyğunsuzluqların səbəbi müəyyən edilmədən sərhədin müəyyən edilməsi düzgün nəticəyə gəlməyə imkan vermir. Cavabdeh dəfələrlə xahiş etmişdir ki, torpaq sahəsinin ilkin sənədləri, əvvəlki texniki pasportlar, dövlət reyestrindən çıxarışların verilməsinə əsas olmuş sənədlər və mübahisəli bölgü sxeminin hazırlanmasına əsas olan sənədlər müvafiq dövlət orqanlarından və arxivlərdən tələb edilsin. Lakin bu vəsatətlər lazımi qaydada təmin edilməmişdir. MPM-in 76-cı maddəsinə əsasən iş üçün əhəmiyyətli hallar sübutlarla müəyyən edilir. MPM-in 78-ci maddəsinə əsasən isə tərəfin müstəqil şəkildə əldə edə bilmədiyi sübutların məhkəmə tərəfindən tələb edilməsi mümkündür. Məhkəmə iş üçün əhəmiyyətli sənədlərin tələb edilməsinə dair vəsatətləri araşdırmalı və onların iş üzrə əhəmiyyətini nəzərə almalıdır. MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət verməlidir. Bu halda isə dövlət reyestrindən verilmiş çıxarışlar və texniki pasportlarla yanaşı, mübahisəli bölgü sxeminin də hüquqi əsası və digər sənədlərlə uyğunluğu tam araşdırılmamışdır. Bundan başqa, cavabdeh iş üzrə əhəmiyyətli məlumat verə biləcək X11, X8 və X9 məhkəmədə dindirilməsini xahiş etmişdir. Onların tərəflər arasında faktiki sərhədin necə müəyyən edilməsi və valideynlərin sağlığında əmlakın istifadəyə verilməsi barədə məlumatları mövcud olmuşdur. Lakin həmin şəxslərin ifadələrinin alınması təmin edilməmişdir. MPM-in 97-ci maddəsinə əsasən, iş üzrə xüsusi bilik tələb olunan məsələlərin müəyyən edilməsi üçün ekspertiza təyin edilə bilər. Hazırkı işdə mübahisənin əsas məsələlərindən biri torpaq sahələrinin faktiki və sənədlərdə göstərilən sərhədlərinin müəyyən edilməsidir. Bu səbəbdən müvafiq ekspert araşdırmasının aparılması və sərhəd xəttinin dövlət qeydiyyatı sənədlərinə uyğun müəyyən edilməsi zəruri olmuşdur. Beləliklə, birinci instansiya məhkəməsi iş üzrə əhəmiyyətli olan dövlət reyestrindən çıxarışları, texniki pasportları, ilkin arxiv sənədlərini, bölgü sxeminin hüquqi əsasını və cavabdehin vəsatətlərini tam araşdırmadan nəticəyə gəlmişdir. Bu isə işin hallarının tam və obyektiv müəyyən edilməsinə mane olmuşdur. Cavabdeh hesab edir ki, tərəflər arasında daş hasarın çəkilməsi məsələsi həll edilə bilər, lakin hasarın keçəcəyi sərhəd xətti əvvəlcə dövlət reyestrində olan məlumatlar, texniki pasportlar, ilkin arxiv sənədləri və müvafiq ekspert və ya mütəxəssis araşdırması əsasında dəqiq müəyyən edilməlidir.

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsi və vəkili nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək izahatında qeyd etdi ki, torpaq Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ərazisidir. Bu ərazidə ləğv edilmiş və işlək neft quyuları var. Qarşı tərəf digər mülki işə istinad etsə də bildirmək istəyir ki, o iş mənzildən çıxarılma ilə bağlı idi. Həmin iş üzrə iddianın təmin edilməməsi, ərazinin Dövlət Neft Şirkətinin ərazisi olmadığını deməyə əsas vermir, həmin ərazi saziş ərazisidir.

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək izahatında qeyd etdi ki, onun hasar çəkilməsinə etirazı yoxdur. Bu adam iki dəfə ata evindən mülk alıb. Anası və atası ona ev tikib verir. Qarşı tərəf saxta bölgü sxemi çıxarıb.

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətlərini qəbul etmədi, izahatında qeyd etdi ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ərazisindən söhbət gedə bilməz, bununla bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin qanuni qüvvəyə minmiş qərarı var, həmin torpaq Dövlət Neft Şirkətinin ərazisi deyil. Mülkiyyətçilərin hər ikisində çıxarış var. Torpağın sənədləri var, texniki pasportu da var. Onların məqsədi hasar çəkilməsidir.

22. Apellyasiya mərhələsində əldə edilmiş Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “xxxx” publik hüquqi şəxsi * saylı Bakı Ərazi Idarəsinin ##.##.2025-ci il tarixli 3-21-3-30/2- *****/**** nömrəli mütəxəssis yərinə əsasən: 1. Iddiaçının iştirakı ilə torpaq sahəsinə baxış keçirilmiş, göstərilən torpaq sahəsi fakitki olaraq 944,0 kv.m təşkil edir. Iki torpaq sahəsi ümumi hasar daxilindədir (ara sərhədləri yoxdur). Hər bir sahənin özünün istifadə etdiyi ayrı giriş darvaza qapısı vardır. Ümumi torpaq sahəsində iki ədəd birmərtələbi yaşayış evi və köməkçi tikililər mövcuddur. Texniki baxış zamanı sahədə yerləşən digər yaşayış evində yaşayan cavabdeh tərəflər iddiaçı arasında (torpaq sahələrinin ara sərhəddinin haradan olması barədə) mübahisə yaşandı. Sözügedən torpaq sahələrinə dair hüquqmüəyyənedici sənədlər təqdim edilməyib. 2.Vahid Elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə iki hissədən ibarət olmaqla hər birinin ayrıca sənədləri mövcuddur. Iddiaçı İddiaçı adına olan hissə 001011004779-10301 (***b saylı ev), digər hissə isə cavabdeh1 adına olmaqla 001011004780-10301 (***a saylı ev) reyestr nömrəsi ilə qeydiyyatdan keçmişdir. Sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazisidir (Binəqədi Oil).

23. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətlərinin təmin edilməsi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsinin mübahisələndirilən – iddianın təmin edilən hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissədə təmin edilməməsi qət edilmişdir (hakimlər X4 (sədrlik edən və məruzəçi), X12 və X5 ibarət tərkibdə).

24. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayan apellyasiya instansiya məhkəməsi öz hüquqi mövqeyinə həmçinin apellyasiya şikayətinə münasibətdə ilk növbədə qeyd etmişdir ki, iddiaçı İddiaçı məxsus 0.00874 ha torpaq sahəsi üzərində yerləşən ***b saylı ev onun adına, cavabdehə məxsus 0.01462 ha torpaq sahəsi üzərində yerləşən ***a saylı ev isə cavabdeh cavabdeh1 adında dövlət reystrində qeydiyyata alınmışdır. Mübahisələndirilən torpaq sahəsi ümumilikdə 944,0 kv.m təşkil edir, torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər təqdim edilməyib. Torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidir. Göründüyü kimi iddiaçının mülkiyyətində olan torpaq sahəsi onun evinin yerləşdiyi sahə ilə məhdudlaşır. Hasarın çəkilməsi tələb edilən sahəyə dair hüquqmüəyyənedici sənədlər təqdim edilməyib. Deməli, iddiaçının mübahisə predmeti olan torpaq sahəsinə dair mülkiyyət hüququ yoxdur. Həmin torpaq sahəsi hər iki cavabdehin istifadəsindədir.

25. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 139.1, 139.3, 157.2 və 157.4-cü; Torpaq Məcəlləsinin 55, 66.1, 66.2 və 68-ci; Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 115.0.1, 119.1, 384.0.1 və 385.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Kassasiya şikayətinin dəlilləri

26. Qətnamədən iddiaçı (vəkil-Vəkil) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3719/2025saylı, ##.##.2025-ci tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

27. Kassasiya şikayətinin dəlillərində qeyd olunmuşdur ki, mülkiyyət özlüyündə ondan zəruri olan sahədən sərbəst istifadəni nəzərdə tutur. Iki qonşu arasında mülkiyyət sahəsində yaranan mübahisədir. Hasarın çəkilməsi 3-cü şəxsin heç bir maraqlarına toxunmur. Hasar müvəəqti xarakterlidir. Torpaq sahəsi Binəqədi Oil-in istifadəsində olsa belə onun hərhansı hüquqlarını və maraqlarını pozmur və şirkətin maraqlarına toxunmur. Gələcəkdə dövlət ehtiyacları üçün torpaq sahəsi alınarsa, hər bir halda evlə birlikdə hasarla söküləcək, bu mənada da hasar mərzdir və müvəqqəti xarakterli tədbirdir ki, iki qonşu arasındakı mübahisənin həllinə yönəlmiş bir addımdır. Subyektiv hüqüqu təkcə şəxsin iddia qaldırmaq hüqüqu ilə məhdudlaşmır, eyni zamanda cavabdeh tərəfin dediyi şəxslərin hüquqlarını pozulub pozulmaması ilə özünü göstərir. Bu zamanda araşdırılmalıdır ki 3- cü şəxsin hansı hüququ pozulur burda. Heç bir hüququ pozulmur. Eyni zamanda şərt deyilki daş hasarın çəkilməyi, hər hansı yüngül konstruktorla da, həmin mərz əvəz oluna bilər. Mahiyyət etibarı ilə həmin hasarın çəkilməyi heç bir hər hansı şəxsin hüqüqlarını pozmur tam tərsinə mülkiyyət hüqüqlarını tam sərbəst həyata keçirməsinə xidmət edir. Hesab edirik ki, qətnamə qərarı əsassızıdr. Məhkəmə cavabdeh və 3-cü şəxslərin hansı hüqüqlarının pozulub pozulmamasını araşdırmadan belə bir qərar vermişdir. Burada mübahisəli torpaq sahəsindən söhbət getmir sadəcə olaraq iki qonşu arasında qonşu hüqülarını pozan münasibətlər var ki, hasarın çəkilməyi ona xidmət edir. Hər hansı bir mübahisə halında, torpaq mülkiyyətçisinin iddiası halında gələcəkdə hasar sökülə bilər. Bundan başqa cavabdehin özü hasarın çəkilməsinə razı olduğunu dəfələrlə məhkəmə zalında etiraf etmişdir. Hazırda apellyasiya şikayətini verməyidə əsassızdır. Iddiaçının çıxarışı vardır. Hətda neft şirkəti torpaq sahəsində çıxarılma tələbinə dair iddia qaldırsada iddia tələbləri təmin olunmamışdır. Hazırda qonşular arasında böyük mübahisə vardır. O hasarın çəkilməsi heçkəsin hüquqlarını pozmur və maraqlarına toxunmur. Öz mülkiyyətimdə mən tam rahat hərəkət edə bilmirəm, həmçinin təhlükəsiz yaşamaq istəyirəm evimi bağlayıb heç bir yerə gedə bilmirəm. Əksinə mənim mülkiyyət hüquqlarım kobud şəkildə pozulmuşdur. Əlavə olaraq bildirirəm ki, iddaçı ermənistan Respublikasından məlum hadisələrlə bağlı qaçqın düşmüşdür. Ermənistandakı evini hal-hazırda yaşadıqları evlə dəyişmişlər. O vaxtı Ermənistandakı evlərini Bakı şəhərində olan qanunsuz tikililərlə yaşayan erməni əslilli vətəndaşlarla dəyişənlərin sayı çox olduğundan Bakı şəhəri Kirov rayon XDS-nin icraiyyə Komitəsinin ## #### 1989-cu il tarixli 51\*** saylı qərarı ilə Ermənistandan gəlmiş vətəndaşların özbaşına tikililərdə yaşayış yeri üzrə qeydiyyata alınmasına icazə verilmişdir. Həmin vaxtdan da o və ailə üzvləri göstərilən ünvanda yaşayış yeri üzrə qeydiyyatdadır. Yaşadığı evə mülkiyyət hüququnun və dövlət qeydiyyatına alınması və ona qeydiyyat vəsiqəsinin verilməsi Bakı şəhər icra Hakimiyyətinə müraciəti əsasında Bakı şəhər Icra Hakimiyyəti Aparatının Mənzil Məsələləri üzrə ictimai Komissiyasının ##.##.2002-ci il tarixli 6 N -li protokolundan çıxarışla qeydiyyat vəsiqəsinin verilməsinə çıxarış verilmişdir. Həmin evdə biz 38 ildən artıqdır ki, yaşayırıq. Azərbaycan Dövlət Neft Şirkəti İddiaçıqarşı ünvan 1 ünvanında yerləşən özbaşına tikilinin cavabdehin hesabına sökülməsi tələbinə dair 2012-ci ildən iddia qaldırmışdır. Lakin iddia tələbləti təmin edilməmişdir.

b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Kassasiya şikayətinə qarşı cavabdeh cavabdeh1 etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək kassasiya şikayətinin təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası

29. Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. II. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. III. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

30. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. IV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. VII. Dövlət vərəsəlik hüququna təminat verir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

31. Maddə 2.1. Azərbaycan Respublikasının mülki qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına əsaslanır və bu Məcəllədən, digər qanunlardan və onların əsasında qəbul edilən, mülki hüquq normalarını müəyyənləşdirən başqa normativ hüquqi aktlardan ibarətdir.

32. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

33. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan xxxxndə həyata keçirilir.

34. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:

35. Maddə 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı;

36. Maddə 139-1.1.8. “xxxx haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər;

37. Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın xxxxndə ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.

38. Maddə 146.3. xxxxndə qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır.

39. Maddə 148.2. xxxxndəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.

40. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

41. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

42. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

43. Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir.

44. Maddə 153.3. Əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər.

45. Maddə 153.4. Bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir.

46. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.

47. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

48. Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: girov hüququ; əmlakdan istifadə hüququ; servitutlar.

49. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.

50. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

51. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.

52. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir.

53. Maddə 166.3. Yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin xxxxndə qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər.

54. Maddə 178.1 Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin xxxxndə qeydə alındığı andan əldə edənə keçir.

55. Maddə 176.1. Hasarlama xərclərini hasarın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi çəkir. Iki torpaq sahəsi arasında barı vasitəsilə və ya sərhəd kimi istifadə edilən başqa qurğu ilə mərz çəkildikdə ehtimal edilir ki, torpaq sahələrinin mülkiyyətçiləri həmin qurğudan istifadə etməkdə bərabər hüquqlara malikdirlər və onunla bağlı xərcləri öz mənafelərinə mütənasib surətdə ödəməlidirlər. Əgər hər iki qonşunun sərhəd kimi istifadə edilən qurğudan birlikdə yararlanmağa haqqı çatırsa, onlardan hər biri qurğudan elə istifadə edə bilər ki, birgə istifadə zamanı qonşuya maneçilik yaranmasın.

56. Maddə 176.2. Torpaq sahəsinin mülkiyyətçisi qonşu sahənin mülkiyyətçisindən möhkəm ayırıcı mərz çəkilməsində və ya mövcud olmuş, lakin uçmuş və ya zədələnmiş mərzin bərpasında iştirak etməyi tələb edə bilər. Mərz çəkilməsi xərcləri, iki qonşunun razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onların arasında bərabər bölünür. Nə qədər ki qonşulardan biri mərz qurğusunun olmasında maraqlıdır, həmin mərz onun razılığı olmadan uçurula və ya dəyişdirilə bilməz.

57. Maddə 176.3. Əgər dəqiq sərhədləri müəyyənləşdirmək mümkün deyildirsə, mərz çəkilməsi üçün qonşuların faktik sahibliyi həlledici əhəmiyyət daşıyır. Faktik sahibliyi müəyyənləşdirmək mümkün olmadıqda, mübahisəli ərazi sahələr arasında bərabər bölüşdürülür. Əgər belə bölgü ədalətsiz nəticələr doğurarsa, tərəflərdən birinin ərizəsi ilə sərhədi məhkəmə müəyyənləşdirir.

Azərbaycan Respublikası Torpaq Məcəlləsi

58. Maddə 4 hissə 1 Torpaq sahəsi — daşınmaz əmlakın dövlət kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir.

59. Maddə 4 hissə 3. Torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını, torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə və ya icarə hüququ), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) əhatə edir. Torpaq sahəsinin hüquqi statusu onun üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu əhatə edir.

60. Maddə 84.1. Topaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

61. Maddə 84.3. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. “xxxx haqqında” Azərbaycan Respublikası Qanunu

62. Maddə 1.1.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir.

63. Maddə 1.0.4. Qeydiyyat orqanı - xxxxni tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır;

64. Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.

65. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir

66. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ####### 2015-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur” Qaydaları:

67. Maddə 4.1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əmlaka dair texniki sənəd mərzçəkmə və inventarlaşdırma işləri hüquqların dövlət qeydiyyatı ilə bağlı verilən ərizəyə əsasən ərazi idarəsinin mərzçəkmə və texniki inventarlaşdırılmasını həyata keçirən şöbəsi tərəfindən ərizələrin qəbul edilməsi ardıcıllığı və icra müddətləri nəzərə alınmaqla ən geci 5 (beş) gün müddətində icra edilir.

68. Maddə Mərzçəkmə və texniki inventarlaşdırma işlərinin nəticəsində torpaq sahələrinə münasibətdə torpaq sahəsinin planı və ölçüsü, onlar üzərindəki daşınmaz əmlak obyektlərinə münasibətdə texniki pasport, plan-cizgi tərtib edilir, sonra bu sənədlər ərazi idarəsinin qeydiyyat şöbəsinə təqdim olunur.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

69. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

70. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

71. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

72. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

73. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

74. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

75. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

Kassasiya baxışının hədləri

76. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

77. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

Kassasiya instansiya məhkəməsinin mövqeyi

78. Iddiaçı məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mədən 1, korpus 37, ***b saylı fərdi yaşayış evinin mülkiyyətçisidir. Həmin fərdi yaşayış evinin istifadəsində olan 0,00874 ha, yəni 87,4 kv.m torpaq sahəsi dövlət mülkiyyətində olmaqla onun istifadə hüququ ilə xxxxndə qeydə alınmışdır.

79. Cavabdeh isə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mədən 1, korpus 37, ***a saylı ümumi sahəsi 116,4 kv.m olan fərdi yaşayış evinin mülkiyyətçisidir. Həmin evin yerləşdiyi dövlət mülkiyyətində olan 0,01462 ha, yəni 146,2 kv.m torpaq sahəsindən B istifadə edir.

80. Iş materiallarından müəyyən olunur ki, tərəflərə məxsus fərdi yaşayış evləri hazırda bir hasarın daxilində ümumi sahəsi 944 kv.m olan həyətyanı sahədə yerləşir. Hər iki evin ayrıca giriş darvazası mövcuddur və tərəflər həmin ümumi həyətyanı ərazidən faktiki olaraq istifadə edirlər.

81. Iddiaçı göstərir ki, normal və maneəsiz yaşayışın təmin edilməsi, həmçinin tərəflərin faktiki istifadə etdikləri ərazilərin bir-birindən ayrılması məqsədilə 944 kv.m-lik ümumi həyətyanı sahənin daxilində sərhəd müəyyən edərək öz hesabına mişar daşından hasar çəkmək istəyir.

82. Cavabdeh hasarın çəkilməsinə etiraz etmir, lakin hasarın iddiaçı tərəfindən göstərilən yerdən deyil, cavabdehin özü tərəfindən müəyyən etdiyi başqa xətt üzrə çəkilməsini tələb edir.

83. Tərəflər arasında yaranmış mübahisə məhz hasarın çəkilməli olduğu sərhəd xəttinin müəyyən edilməsi ilə bağlıdır.

84. Iddiaçı həmçinin göstərir ki, cavabdeh və onunla birlikdə hərəkət edən şəxslər hasarın çəkilməsinə mane olmaq məqsədilə mübahisəli sahəyə dəmir borular, daş və digər əşyalar qoymuş, onun tikinti işlərinə mane olmuş, mübahisələr yaratmış, nalayiq ifadələr işlətmiş, şərəf və ləyaqətini alçaltmışlar.

85. Beləliklə cavabdeh hasarın çəkilməsinin zəruriliyini inkar etməmiş, lakin hasarın iddiaçı tərəfindən təklif olunan yerdə çəkilməsinə etiraz edərək, özünün göstərdiyi xətt üzrə çəkilməli olduğunu bildirmişdir.

86. Birinci instansiya məhkəməsi iddia tələbi ilə qismən razılaşaraq belə nəticəyə gəlmişdir ki, mübahisəli Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mədən 1, korpus 37, ***b saylı fərdi yaşayış evi iddiaçı İddiaçı məxsusdur və müvafiq ekspert rəyi ilə təsdiq edilmişdir ki, göstərilən torpaq sahəsi faktiki olaraq 944.0 kv.m təşkil edir. Iki torpaq sahəsi ümumi hasar daxilindədir (ara sərhədləri yoxdur). Hər bir sahənin ayrı giriş darvaza qapısı vardır. Ümumi torpaq sahəsində iki ədəd birmərtəbəli yaşayış evi və köməkçi tikililər mövcuddur. Iddiaçı İddiaçı adına olan hissə 001011004779-10301, digər hissə isə cavabdeh1 adına olmaqla 001011004780-10301 reyestr nömrəsi ilə qeydiyyatdan keçmişdir. Məhkəmə iddiaçı İddiaçı məxsus ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin texniki pasportla müəyyən edilmiş torpaq sahəsinin planına uyğun olaraq sərhəd boyu mişar daşı ilə hasarlanmasına cavabdehlər cavabdeh1 və cavabdeh2 tərəfindən yaradılan maneələr aradan qaldırılmalı olması nəticəsinə gəlmişdir.

87. Apellyasiya instansiya məhkəməsi həmin nəticə ilə razılaşmamış, özünü müəyyən etdiyi hallar baxımından qeyd etmişdir ki, iddiaçı İddiaçı məxsus 0.00874 ha torpaq sahəsi üzərində yerləşən ***b saylı ev onun adına, cavabdehə məxsus 0.01462 ha torpaq sahəsi üzərində yerləşən ***a saylı ev isə cavabdeh cavabdeh1 adında dövlət reyestrində qeydiyyata alınmışdır. Mübahisələndirilən torpaq sahəsi ümumilikdə 944,0 kv.m təşkil edir, torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər təqdim edilməyib. Torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidir. Göründüyü kimi iddiaçının mülkiyyətində olan torpaq sahəsi onun evinin yerləşdiyi sahə ilə məhdudlaşır. Hasarın çəkilməsi tələb edilən sahəyə dair hüquqmüəyyənedici sənədlər təqdim edilməyib. Deməli, iddiaçının mübahisə predmeti olan torpaq sahəsinə dair mülkiyyət hüququ yoxdur. Həmin torpaq sahəsi hər iki cavabdehin istifadəsindədir.

88. Məhkəmə tərkibi apelyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır.

89. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 176-cı maddəsi torpaq sahələrinin hasarlanması və mərzlənməsi məsələlərini xüsusi olaraq tənzimləyir. Məcəllənin 176.2-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi qonşu sahənin mülkiyyətçisindən möhkəm ayırıcı mərz çəkilməsində iştirak etməyi tələb edə bilər. Həmin norma mərz çəkilməsi ilə bağlı münasibətlərdə tərəflərin qarşılıqlı marağını nəzərdə tutur.

90. Mülki Məcəllənin 176.3-cü maddəsinə əsasən, dəqiq sərhədləri müəyyənləşdirmək mümkün olmadıqda, mərz çəkilməsi üçün qonşuların faktiki sahibliyi həlledici əhəmiyyət daşıyır. Faktiki sahibliyi müəyyən etmək mümkün olmadıqda mübahisəli ərazi sahələr arasında bərabər bölüşdürülür. Belə bölgü ədalətsiz nəticə doğurarsa, tərəflərdən birinin ərizəsi ilə sərhədi məhkəmə müəyyən edir.

91. Hazırkı işdə tərəflər 944 kv.m-lik vahid həyətyanı sahədən faktiki istifadə etsələr də, həmin ərazinin daxilində istifadə etdikləri hissələr arasında fiziki ayırıcı mərz mövcud deyil. Belə olan halda tərəflərin normal yaşayışının təmin edilməsi, istifadə hüquqlarının faktiki həyata keçirilməsi və gələcək mübahisələrin qarşısının alınması üçün həyətyanı sahənin tərəflərin hüquqlarına uyğun sərhədləndirilməsi zəruridir.

92. Məhkəmə tərkibi nəzərə alır ki, mübahisəli torpağın dövlət mülkiyyətində olması tərəflərin həmin torpaqdan faktiki olaraq əldə edilmiş istifadə hüquqlarının müdafiəsini istisna etmir. Bu halda onun torpağın mülkiyyətçisi olmasına dair sübutlara malik olmasına ehtiyac yoxdur. Çünki o, iddiası ilə sahibliyinin və istifadə hüququnun müdafiəsini tələb edir.

93. Mülki Məcəllənin 158.1.2-ci maddəsində əmlakdan istifadə hüququ əmlak hüququ kimi tanınır, 158.4-cü maddəyə əsasən isə mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları da müdafiə edilir.

94. Mülki Məcəllənin 166.3-cü maddəsinə əsasən torpaq sahəsinin xxxxndə qeydiyyatından irəli gələn sahiblik hüququ olan şəxs üçün müəyyən ehtimal mövcuddur; eyni zamanda faktiki sahib də sahibliyin pozulmasından müdafiə tələb edə bilər.

95. Müəyyən edildiyi kimi iddiaçının istifadəsində olan 0,00874 ha və cavabdehin istifadəsində olan 0,01462 ha torpaq sahələrinə dair hüquqlar dövlət qeydiyyatında əks olunmuşdur. 944 kv metr sahə isə texniki pasportda təsvir edilmişdir. Bu baxımdan tərəflərin istifadə etdiyi 944 kv.m həyətyanı sahənin daxilində sərhəd müəyyən edilərkən yalnız tərəflərin şifahi iddiaları deyil, dövlət reyestrindəki məlumatlar, texniki pasportlar, plan-ölçü sənədləri, faktiki istifadə vəziyyəti və digər mötəbər sübutlar nəzərə alınmalıdır.

96. Torpaq Məcəlləsi torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsini və torpaq sahəsinin hüquqi statusunun nəzərə alınmasını nəzərdə tutur. Torpaq sahələrinin sərhədlərinin naturada müəyyənləşdirilməsi yerquruluşu sənədləri və müvafiq ölçmələr əsasında həyata keçirilməlidir.

97. Torpaq Məcəlləsinin 4-cü maddəsinə əsasən torpaq sahəsi sərhədləri, ölçüləri və hüquqi statusu müəyyən edilmiş yer səthinin hissəsidir. Torpaq sahəsinin hüquqi statusu onun üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu əhatə edir.

98. Məhkəmələr müəyyən etmişlər ki, cavabdeh hasarın çəkilməsinə əsasən etiraz etmir. Deməli, tərəflər arasında mübahisə hasarın mövcudluğunun özündən deyil, onun hansı xətt üzrə çəkilməsindən ibarətdir. Hasarın yerləşdirilməli olduğu xətti tərəflərdən birinin subyektiv seçimi ilə deyil, onların torpaqdan istifadə hüquqlarını təsdiq edən sənədlər, faktiki istifadə və iş üzrə əldə edilmiş xüsusi bilik tələb edən sübutlar əsasında müəyyən etməlidir.

99. Iş üzrə birinci instansiya məhkəməsi tərəfindən aparılmış məhkəmə ekspertizasının rəyindən müəyyən edilir ki, “... torpaq sahəsi üzərində hasar inşa edilməklə naturada ayrılması mümkündürmü? Mümkündürsə, sərhədləri, koordinatları və digər məlumatları dəqiq göstərilməklə müəyyən edilsin?” sualları qoyulmuş, həmin sualara cavab olaraq hər iki hissənin ayrıca giriş darvazasının olması müəyyən olunsa da, kadastr baza məlumatlarına əsasən iki hissədən ibarət olmaqla hər birinin ayrıca sənədlərinin olması, müstəqil reyestr qeydiyyatlarının mövcud olması müəyyən olunmuşdur. Lakin mütəxəssis rəyində və onun rəyi əsasında verilmiş ekspert tərəfindən mübahisə predmeti olan torpaq sahəsini ayrıcı hasarın çəkilməsinin mümkünlüyü barədə sual cavablandırılmamışdır.

100. Apellyasiya instansiya məhkəməsi öz növbəsində yenidən mütəxəssis və ekspert rəyinin alınmasının zəruri hesab etmiş və “Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mədən 1, korpus 37, 305b ünvanda yerləşən fərdi yaşayış evinin torpaq sahəsi ilə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, mədən 1, korpus 37, 305a ünvanında yerləşən fərdi yaşayış evinin torpaq sahəsinin sərhəd boyu mişar daşı ilə hasarlanması hansı qaydada (cizgi, sxem və ölçülər) həyata keçirilə bilər” məzmununda sual qoyulmuşdur. Məhkəməyə təqdim olunmuş mütəxəssis rəyində yenə də mübahisənin həllinə aid olan yeganə sual cavablandırılmamış ( rəydə göstərilir ki, “Texniki baxış zamanı sahədə yerləşən digər yaşayış evində yaşayan cavabdeh tərəflə iddiaçı arasında (torpaq sahələrinin ara sərhədinin harada olması barədə mübahisə yaşandı”) qalmışdır.

101. Məhkəmə tərkibi qeyd etməyi zəruri hesab edir ki, müvafiq olaraq 944 kv.m-lik ümumi həyətyanı sahənin faktiki vəziyyəti, tərəflərin yaşayış evlərinin yerləşməsi, dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrinin ölçüləri və texniki pasport məlumatları nəzərə alınmaqla tərəflərin istifadəsində olan sahələri ayıran sərhəd xəttinin müəyyən edilməsi mümkündür. Mülki Prosessual Məcəllənin 97.1-ci maddəsinə əsasən işə baxılarkən xüsusi bilik tələb olunan məsələlərin izahı üçün məhkəmə ekspertiza təyin edə bilər. Məhkəmə qətnaməsi yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandırılmalıdır. MPM-in 218.1-ci maddəsi isə hakimdən iş üçün əhəmiyyətli halları, tərəflərin hüquqi münasibətlərini, tətbiq edilməli qanunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməyi tələb edir. Işə mahiyyəti üzrə həll edən məhkəmələr iş üçün əhəmiyyəti olan halın müvafiq ekspertiza rəyi əsasında müəyyən olunmalı olmasına dair qənaətdə olmuş olsalar da, belə rəyin alınmadığı ( 944 kv.m-lik ümumi həyətyanı sahənin faktiki sərhədləri hansılardır, iddiaçının dövlət reyestrində qeydiyyatda olan 87,4 kv.m istifadə sahəsi həmin 944 kv.m sahənin hansı hissəsində yerləşir, cavabdehin dövlət reyestrində qeydiyyatda olan 146,2 kv.m istifadə sahəsi həmin 944 kv.m sahənin hansı hissəsində yerləşir, qalan sahədən faktiki olaraq tərəflər hansı hissələrdə və hansı qaydada istifadə edirlər, tərəflərin faktiki istifadə etdikləri sahələr arasında naturada müəyyən edilə bilən sərhəd mövcuddurmu, mövcud girişlər, tikililər, darvazalar, yardımçı tikililər, keçidlər və digər obyektlər nəzərə alınmaqla tərəflərin normal yaşayışını təmin edən ayırıcı hasarın çəkilməsi texniki cəhətdən hansı xətt üzrə mümkündür, təklif olunan müxtəlif hasar variantlarından hansı tərəflərin hər birinin dövlət reyestrində qeydiyyata alınmış istifadə hüquqlarını pozmur və mövcud faktiki istifadə vəziyyətinə daha çox uyğun gəlir) halda iddianın rədd edilməsi işin hallarına uyğun olmamış və mübahisəni həll edilmədən saxlamışdır. Göstərilən sualların cavablandırılması tərəflərin istifadə hüquqları qeydə alınmış sahələri deyil, bütün faktiki münasibəti görməyə imkan verə bilər.

102. Bununla yanaşı qeyd edilməlidir ki, reyestrdə istifadə hüquqları qeydə alınmış hissədə artıq qalan sahələrə görə tərəflərin hüquqi vəziyyəti bərabərdir, onların heç birinin həmin hissəyə ayrıca qeydiyyatdan keçmiş mülkiyyət və ya istifadə hüququ yoxdur, lakin torpaq sahəsindən hər ikisi faktiki olaraq istifadə edir. Bu fakt Mülki Məcəllənin 176.3-cü maddəsinin tətbiqi baxımından əhəmiyyətlidir. Həmin norma dəqiq sərhədlər müəyyən edilə bilmədikdə mərz çəkilməsi üçün qonşuların faktiki sahibliyinə əhəmiyyət verir; faktiki sahibliyi müəyyən etmək mümkün olmadıqda isə bərabər bölüşdürməni nəzərdə tutur.

103. Digər tərəfdən artıq sahənin tərəflərdən birinə verilməsi və onda qalması mövqeyindən yox, tərəflərin həmin sahədən mövcud faktiki istifadəsinin sərhədlərinin müəyyən edilməsi və hər iki tərəfin hüquqlarına eyni meyarın tətbiq edilməsi əhəmiyyətli ola bilər. Hər ikisinin həmin sahədən eyni statusda və faktiki istifadə etdiyi diqqətdən qaçırılmamalıdır.

104. Nəzərə alınmalıdır ki, tərəflərdən hər hansı birinin digərinə nisbətən üstün hüququnu təsdiq edən hüquqmüəyyənedici sənədi yoxdur. Belə olan halda yalnız iddiaçının əlavə sahəyə dair ayrıca hüquqmüəyyənedici sənəd təqdim etməməsi əsası ilə onun hasarlanma tələbini rədd etmək, eyni hüquqi və faktiki vəziyyətdə olan cavabdehin həmin sahədən faktiki istifadəsinin dəyişməz saxlanılması ilə nəticələnə bilər. Bu baxımdan iddiaçının tələbi istifadə hüququnun qeydə alınmayan hissəsinin ona verilməsi və ya həmin sahə üzərində mülkiyyət/istifadə hüququnun tanınması kimi deyil, tərəflərin eyni hüquqi statusda faktiki istifadə etdikləri ümumi sahənin ayırıcı mərzlə sərhədləndirilməsi və mövcud istifadə hüquqlarının bir-birinə mane olmadan həyata keçirilməsi kimi qiymətləndirilə bilər.

105. Bununla yanaşı ümumi torpaq sahəsinin Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş torpaq sahəsinin hüdudlarında yerləşməsi mərz çəkilməsinin mümkünlüyü təsbit olunduğu halda həmin əsasla iddianın rədd edilməsi yolverilən hesab edilə bilməz. Çünki torpaq sahəsinin bir hissəsi rəsmi reyestrdə qeydə alınmaqla tərəflərin istifadəsindədir, üzərində olan tikililərə üzərində isə tərəflərin mülkiyyət hüquqları mövcuddur. Həmin hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu zaman isə torpaq sahəsinin adi halda Neft Şirkətinin istifadəsinə qaytarılması tərəflərin istifadə və mülkiyyət hüquqlarına müdaxilə ilə nəticələnə bilər.

106. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, işi hərtərəfli və düzgün araşdırmadan, iddiaçının dəlilini qiymətləndirmədən göstərilən nəticəyə gəlmişdir. Bu isə Konstitusiyada və mülki prosessual qanunvericilikdə təsbit olunmuş tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinin mahiyyəti ilə uzlaşmır və nəticədə mübahisəli məsələ üzrə işin düzgün və ədalətli həll edilməsini istisna edir.

107. Avropa Insan Hüquqları Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə ## ##### 1994-cü il tarixli qərarında sübutların qiymətləndirilməsi, onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.

108. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.

109. Göründüyü kimi hazırkı iş üzrə mübahisənin düzgün həll edilməsi üçün apellyasiya instansiyası məhkəməsi MPM-in 88-ci maddəsinin tələblərinə riayət etməklə qeyd edilən sübutlara məcmu halında hüquqi qiymət verməmişdir.

110. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yenidən baxılması apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

111. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419cu maddələrini rəhbər tutaraq,

qərara aldı:

Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar