Məhkəmə qərarları › İş №2(1-8)-1782/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1782/2026

03.09.2026 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1782/2026 03.09.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı Iddiaçı cavabdehlər cavabdeh4 MMC-yə, cavabdeh5, cavabdeh2, cavabdeh1 və DƏDRX Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi Idarəsinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: yeni inşa olunan yaşayış binasında mənzilə dair hüquqların müəyyən edilməsi, yeni inşa olunan binada olan yaşayış sahəsinə dair müqavilənin etibarsızlığı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlundan və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdehlər tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları:

1. cavabdeh4 Mənzil-Tikinti Kooperativi ## ###### 2004-cü il tarixdə, cavabdeh4 Məhdud Məsuliyyətli Cəmiyyət isə həmin MTK-nın hüquqi varisi kimi ## ####### 2011-ci il tarixdə dövlət qeydiyyatından keçmişdir.

2. ## ######## 2006-cı il tarixli müqavilələrlə cavabdeh4 MTK “xxxx Rezidens” adlanan çoxmərtəbəli binanın 14-cü mərtəbəsində sol və sağ tərəfdə yerləşən, hər birinin ümumi sahəsi 202 kv.m. olan 2 mənzili və həmin mərtəbədə sol tərəfdə yerləşən və ümumi sahəsi 248 kv.m. olan 1 mənzili (ümumilikdə 3 ədəd 4 otaqlı, cəmi 652 kv.m) X1.

3. XXX ## #### 2010-cu il tarixdə MTK-ya ərizə ilə müraciət edərək, ona məxsus həmin 3 mənzilin bacısı oğlu Iddiaçı adına sənədləşdirilməsini xahiş etmişdir.

4. cavabdeh4 MTK və Iddiaçı arasında bağlanmış ## ###### 2011-ci il tarixli, 003/11 və ***/** nömrəli 2 ədəd “Alqı-satqı müqaviləsindən” görünür ki, həmin 3 mənzil (sahəsi 202 kv.m. olan mənzillərdən biri sahəsi 248 kv.m. olan mənzil ilə birləşdirilmişdir (ümumi sahə 453 kv.m.), digər 202 kv.m. ölçülü mənzil isə izolə olunmuş vəziyyətdə qalmışdır) MTK tərəfindən Iddiaçı adına rəsmiləşdirilmişdir.

5. MTK tərəfindən verilmiş ## ###### 2011-ci il tarixli, A/009 və A/*** nömrəli Maliyyə arayışlarına əsasən həmin mənzillərin dəyəri MTK-ya ödənilmişdir. Həmin mənzillərə görə MTK-ya borc qalmamışdır.

6. Əvvəllər, iddiaçı cavabdeh4 Mənzil-Tikinti Kooperativi cavabdeh Iddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış ## #### 2010-cu il tarixli, M-**(*) saylı, ümumi sahəsi 202 kv.m olan mənzilə dair və ## ####### 2010-cu il tarixli, M-** saylı ümumi sahəsi 453 kv.m olan mənzilə dair əvəzli müqavilələrin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2020-ci il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir.

8. Iddiaçı nümayəndəsi ## ###### 2021-ci il tarixdə ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək, qiyabi qətnamənin ləğv edilməsini, işə mahiyyəti üzrə baxılmasını xahiş etmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəmənin ## #### 2021-ci il tarixli qərardadı ilə ərizə qəmin olunaraq, qiyabi qətnamə ləğv olunmuş və iş üzrə icraat təzələnərək işə mahiyyəti üzrə baxılması davam etdirilmişdir. Məhkəmə icraatı zamanı cavabdeh4 MTK, cavabdeh4 MMC ilə əvəz olunmuşdur.

9. Həmin işdə iddiaçı Iddiaçı cavabdeh cavabdeh4 MMC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddianın rədd edilməsi, ## ###### 2011-ci il tarixli 003/11 və ***/** nömrəli 2 ədəd müqavilə əsasında cavabdeh4 Mənzil-Tikinti Kooperativi (Məhdud Məsuliyyətli Cəmiyyəti) tərəfindən Ünvan-cı məhəllədə inşa edilmiş hündürmərtəbəli binanın 14-cü mərtəbəsində hər biri 4 otaq olmaqla ümumi sahəsi müvafiq olaraq 453 kv.m və 202 kv.m sahədən ibarət mənzillərin Iddiaçı təhvil verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi, maddi və mənəvi zərərə görə 10000 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 10030 manat məbləğində vəsaitin cavabdehdən tutularaq Iddiaçı ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Həmçinin, ayrı icraatda iddiaçı Iddiaçı cavabdeh cavabdeh4 MTK-ya qarşı iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, ## ###### 2011-ci il tarixdə bağlanmış 003/11 və ***/** nömrəli müqavilələrdə nəzərdə tutulmuş mənzillərə dair hər hansı bir borcun olmaması ilə bağlı Kooperativ sədrinin şəxsi imzası və möhürü ilə təsdiq olunmuş arayışın verilməsi, müqavilələr üzrə mənzil-tikinti kooperativi binasında yaşayış sahələrinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının çıxarılmasının təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

11. Həmin işlər üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ##### 2021-ci il tarixli qərardadı ilə mübahisə predmeti olan mənzillərin özgəninkiləşdirilməsi qadağan edilmiş, həmçinin Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ### 2021-ci il tarixli qərardadı ilə mənzillərin üzərinə həbs qoyulmaqla, həmin mənzillər üzərində hər hansı hərəkətlərin edilməsi, mənzillərin “xxxx” rəsmiləşdirilməsi MMC-yə və bütün şəxslərə qadağan edilməsi qərara alınmışdır.

12. Son nəticədə bir icraatda birləşdirilmiş həmin iddialar üzrə qəbul edilmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ######## 2022-ci il tarixli qətnaməsi ilə cavabdeh4 MMC-nin Iddiaçı qarşı “müqavilələrin ləğv edilməsi” barədə ilkin iddia tələbinin təmin edilməməsi, Iddiaçı cavabdeh4 MMC-yə qarşı “əmlakın təhvil verilməsi, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” barədə qarşılıqlı iddia tələblərinin qismən təmin olunması, cavabdeh4 MTK ilə Iddiaçı arasında bağlanmış ## ###### 2011-ci il tarixli 003/11 və ***/** nömrəli müqavilələr üzrə Ünvan-cı məhəllədə yerləşən hündürmərtəbəli binanın 14-cü mərtəbəsindəki ümumi sahəsi 202 kv.m. və 453 kv.m. olan mənzillərin cavabdeh4 MMC tərəfindən Iddiaçı təhvil verilməsi, Iddiaçı cavabdeh4 MMC-yə qarşı “əmlakın təhvil verilməsi, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” barədə qarşılıqlı iddia tələbinin “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” hissəsində təmin edilməməsi, Iddiaçı cavabdeh4 MMCyə qarşı “müqavilələrdən əmələ gələn öhdəliklərin icra edilməsi” tələbinin təmin olunması, cavabdeh4 MTK ilə ## ###### 2011-ci il tarixdə bağlanmış 003/11 və ***/** nömrəli müqavilələrdə nəzərdə tutulmuş mənzillərə dair hər hansı borcun olmaması ilə bağlı Kooperativ sədrinin (yaxud kooperativin hüquqi varisi olan MMC-nin rəhbərinin) şəxsi imzası və möhürü ilə təsdiq olunmuş arayışın Iddiaçı verilməsi, müqavilələr üzrə mənzil-tikinti kooperativi binasında yaşayış sahələrinin ona verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının çıxarılması vəzifəsinin cavabdeh4 MMC-yə həvalə edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2023cü il tarixli

13. qətnaməsi ilə iddiaçı cavabdeh4 MMC-nin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ######## 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

14. Bu ərəfədə, ## ######## 2020-ci il tarixli Müqavilə ilə Ünvan-cı məhəllədə hündürmərtəbəli binanın 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 248 kv.m olan ** saylı mənzil cavabdeh4 MMC tərəfindən cavabdeh2 satılmışdır. Həmin tarixli Maliyyə arayışına əsasən mənzilin 480.000 manat təşkil edən pay dəyəri cavabdeh2 tərəfindən tam olaraq MMCyə ödənilmişdir.

15. Həmçinin, ## ###### 2020-ci il tarixli Müqavilə ilə ünvan 1 ünvanda yerləşən hündürmərtəbəli binanın 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 208 kv.m olan ** saylı mənzil cavabdeh4 MMC tərəfindən cavabdeh1 satılmışdır. Həmin tarixli Maliyyə arayışına əsasən mənzilin 340.000 manat təşkil edən pay dəyəri cavabdeh1 tərəfindən tam olaraq MMCyə ödənilmişdir.

16. ## ###### 2021-ci il tarixli Müqavilə ilə ünvan 1 ünvanda hündürmərtəbəli binanın 14-cü mərtəbəsində yerləşən ümumi sahəsi 205 kv.m olan ** saylı mənzil cavabdeh4 MMC tərəfindən cavabdeh5 satılmışdır. Həmin tarixli kassa mədaxil orderinin qəbzinə əsasən mənzilin 350.000 manat təşkil edən pay dəyəri cavabdeh5 tərəfindən tam olaraq MMC-yə ödənilmişdir. Bu mənzil üzərində cavabdeh5 mülkiyyət hüququ ## ###### 2025-ci il tarixdə xxxx qeydiyyata alınmışdır.

17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ######## 2022-ci il tarixli qətnaməsi qüvvəyə mindikdən sonra həmin qətnamə əsasında tərtib edilmiş Icra vərəqəsi icra edilməsi üçün Səbail Rayon Icra Şöbəsinə göndərilmişdir. Icra Şöbəsinin ## #### 2024-cı il tarixli qərarı ilə Icra vərəqəsi “Icra haqqında” Azərbaycan Respublikası Qanununun 70.4-cü maddəsinə əsasən onu vermiş məhkəməyə geri qaytarılmışdır. Qərar onunla əsaslandırılmışdır ki, “Icra vərəqəsində” qeyd edilən mənzillər mövcud deyil; “xxxx Rezidens” adlanan çoxmərtəbəli binanın 14-cü mərtəbəsində yerləşən və Iddiaçı anasına məxsus olmasını bildirən mənzillər isə başqa şəxslərə, yəni cavabdeh5, cavabdeh2 və cavabdeh1 satılmışdır.

18. Iddiaçı icra məmurunun həmin qərarından Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət versə də, həmin Məhkəmənin ## ###### 2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmişdir.

19. Iddiaçı birinci instansiya məhkəməsinin qərardadından verdiyi şikayət Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ##### 2025-ci il tarixli qərardadı ilə qismən təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli qərardadı ləğv edilmiş, iş üzrə yeni qərardad qəbul edilərək, Iddiaçı Səbail Rayon Icra Şöbəsinin icra məmurunun ## #### 2024-cü il tarixli qərarından verdiyi şikayət təmin edilməmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktları:

a) Birinci instansiya məhkəməsində icraat

20. Iddiaçı Iddiaçı cavabdehlər cavabdeh4 MMC-yə, cavabdeh5, cavabdeh2, cavabdeh1 və DƏDRX Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi Idarəsinə qarşı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh4 MMC ilə ayrı-ayrılıqda cavabdehlər cavabdeh5 (** saylı mənzil), cavabdeh2 (** saylı mənzil) və cavabdeh1 (** saylı mənzil) arasında bağlanmış müqavilələrin etibarsız hesab edilməsi, cavabdeh5 adına ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı şəhər Idarəsi tərəfindən ## ###### 2025-ci il tarixdə verilmiş 004011001930-05301-093021 reyestr, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışın ləğv edilməsi, cavabdeh5 ** saylı mənzildən, cavabdeh2 ** saylı mənzildən və cavabdeh1 ** saylı mənzildən ailə üzvləri ilə birlikdə çıxarılmaları, ** saylı mənzilin cavabdeh5 tərəfindən, ** saylı mənzilin cavabdeh2 tərəfindən və ** saylı mənzilin cavabdeh1 tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməsi, yaşayış sahələrindən istifadə hüququnun həyata keçirilməsinə cavabdehlər cavabdeh4 Məhdud Məsuliyyətli Cəmiyyəti, habelə cavabdeh5 (** saylı mənzil), cavabdeh2 (** saylı mənzil) və cavabdeh1 (** saylı mənzil) tərəfindən edilən maneələrdən ibarət hərəkətlərə son qoyulması və iddiaçının müvafiq yaşayış sahələrinə buraxılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir

21. Iddia onunla əsaslandırılmışdır ki, cavabdeh4 MMC ilə Iddiaçı dayısı X1 arasında bağlanmış ## ######## 2006-cı il tarixli müqaviləyə əsasən Ünvan-cı məhəllədə yerləşən “xxxx Rezidens” adlanan hündürmərtəbəli binanın 14-cü mərtəbəsində sol və sağ tərəfdən hər birinin ümumi sahəsi 202 kv.m. olan 2 mənzil və həmin mərtəbədə sol tərəfdən ümumi sahəsi 248 kv.m. olan 1 mənzil (3 ədəd 4 otaqlı, cəmi 652 kv.m) payçı X1 ayrılmış, mənzillərin ümumi dəqiqləşdirilmiş sahəsinin binanın tikinti işləri tam sona çatdıqdan sonra təyin edilərək payçı ilə son qarşılıqlı hesablaşmanın aparılmalı olduğu razılaşdırılmışdır. Iddiaçı öncə 202 kv.m, 248 kv.m və 202 kv.m sahədən ibarət 3 ədəd mənzillər dayısı XXXa məxsus olmuş, ## #### 2010-cu il tarixdə XXX rəsmi ərizə ilə müraciət edərək, ona ayrılmış 3 ədəd mənzillərin bacısı oğlu Iddiaçı adına sənədləşdirilməsini xahiş etmiş, ## ###### 2011-ci il tarixli 003/11 və ***/** nömrəli 2 ədəd müqavilə əsasında XXXa məxsus olmuş 3 ədəd mənzillər birləşdirilərək 202 kv.m və 453 kv.m sahələrdən ibarət 2 ədəd mənzil kimi Iddiaçı adına rəsmiləşdirilmişdir. Ünvancı məhəllədə yerləşən hündürmərtəbəli binanın 14-cü mərtəbəsində hər biri 4 otaq olmaqla ümumi sahəsi müvafiq olaraq 453 kv.m və 202 kv.m sahədən ibarət mənzillər alqı-satqı edilmiş, eyni zamanda MMC tərəfindən ## ###### 2011-ci il tarixli A/009 və A/*** nömrəli maliyyə arayışları verilərək müvafiq mənzillərin tam dəyərinin kooperativin kassasına ödənilməsi və MTK-ya heç bir borcun olmaması göstərilmişdir. Mənzillər 2012-2014-cü illər ərzində natamam təmir olunmuş, daha sonra şəxsi işləri ilə əlaqədar Iddiaçı ölkə hüdudlarından kənarda olmasından istifadə edən cavabdeh4 MMC 2019-cu ildə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə iddia ilə müraciət edərək, müqavilələrin ləğv olunmasını xahiş etmiş, məhkəmənin qiyabi qətnaməsi ilə iddia təmin olunsa da, sonradan iddiaçı tərəfindən verilmiş ərizə əsasında qiyabi qətnamə ləğv olunmuşdur. 2019-2023-cü illər ərzində Iddiaçı və cavabdeh4 MMC arasında davam etmiş məhkəmə çəkişmələrinin gedişatında müvafiq məhkəmə qərardadları ilə əmlak üzərində məhdudiyyətlər qoyulmuşdur. Belə ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ##### 2021-ci il tarixli qərardadı ilə mübahisə predmeti olan Ünvan-cı məhəllədə yerləşən “xxxx Rezidens” adlanan hündürmərtəbəli binanın 14-cü mərtəbəsində ümumi sahəsi 202 kv.m olan və həmin mərtəbədə yerləşən ümumi sahəsi 453 kv.m (4 otaqlı) olan mənzillərin özgəninkiləşdirilməsinin qadağan edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ### 2021-ci il tarixli qərardadı ilə iddiaçı Iddiaçı məxsus ## ###### 2011-ci il tarixdə bağlanmış 003/11 və ***/** nömrəli müqavilələrdə nəzərdə tutulmuş mənzillərin (Ünvan-cı məhəllədə yerləşən hündürmərtəbəli binanın 14-cü mərtəbəsində hər biri 4 otaq olmaqla ümumi sahəsi müvafiq olaraq 453 kv.m və 202 kv.m sahədən ibarət mənzillər) üzərinə həbs qoyulması, həmin mənzillər üzərində hər hansı hərəkətləri etmək, mənzillərin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində mülkiyyət hüququ üzrə rəsmiləşdirilməsi cavabdeh4 Məhdud Məsuliyyətli Cəmiyyəti və digər şəxslərə qadağan edilməsi qərara alınmışdır. Daha sonra, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ######## 2022-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ##### 2021-ci il tarixli və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ###### 2021-ci il tarixli qətnamələri ləğv edilməklə, bir icraatda birləşdirilmiş mülki işlər üzrə yeni qətnamənin qəbul olunması, cavabdeh4 MMC-nin Iddiaçı qarşı “müqavilələrin ləğv edilməsi” barədə ilkin iddia tələbinin təmin edilməməsi, Iddiaçı cavabdeh4 MMC-yə qarşı “əmlakın təhvil verilməsi, maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” barədə qarşılıqlı iddia tələblərinin qismən təmin olunması, cavabdeh4 MTK ilə Iddiaçı arasında bağlanmış ## ###### 2011-ci il tarixli 003/11 və ***/** nömrəli müqavilələr üzrə ünvan 2-cı məhəllədə yerləşən hündürmərtəbəli binanın 14-cü mərtəbəsindəki ümumi sahəsi 202 kv.m. və 453 kv.m. olan mənzillərin cavabdeh4 MMC tərəfindən Iddiaçı təhvil verilməsi, Iddiaçı cavabdeh4 MMC-yə qarşı “müqavilələrdən əmələ gələn öhdəliklərin icra edilməsi” tələbinin təmin olunması, cavabdeh4 MTK ilə ## ###### 2011-ci il tarixdə bağlanmış 003/11 və ***/** nömrəli müqavilələrdə nəzərdə tutulmuş mənzillərə dair hər hansı borcun olmaması ilə bağlı Kooperativ sədrinin (yaxud kooperativin hüquqi varisi olan MMC-nin rəhbərinin) şəxsi imzası və möhürü ilə təsdiq olunmuş arayışın Iddiaçı verilməsi, müqavilələr üzrə mənzil-tikinti kooperativi binasında yaşayış sahələrinin ona verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarının çıxarılması vəzifəsinin cavabdeh4 MMCyə həvalə edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ###### 2023cü il tarixli Qərarı ilə iddiaçı cavabdeh4 MMC-nin kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ######## 2022-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Yuxarıda sadalanan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ##### 2021-ci il tarixli qərardadı, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ### 2021-ci il tarixli qərardadı və Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ######## 2022-ci il tarixli qətnaməsi əsasında verilmiş icra sənədləri Bakı şəhəri Səbail rayon Icra şöbəsinin icra məmuru XXXun icraatında olsa da, icra məmuru cavabdeh4 MMC və ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı şəhər Idarəsinin məsul şəxslərinin birgə səyləri nəticəsində əmlakların üzərinə nə həbs qoyulmuş, nə də ki, əmlakların Iddiaçı təhvil verilməsi təşkil edilmişdir. Icra məmurunun hərəkətlərindən məhkəməyə şikayət verilərkən məlum olmuşdur ki, Azərbaycan Respublikası adından çıxarılan məhkəmə aktlarını heçə sayan DƏDRX və icra qurumu mənzillərin saxtakarlıq yolu ilə özgəninkiləşdirilməsini təşkil etmişlər. Belə ki, Iddiaçı məxsus 2 mənzildən biri bölünərək 3 ayrı-ayrı mənzil kimi qanunsuz yollarla cavabdeh5, cavabdeh2 və cavabdeh1 adına rəsmiləşdirilmiş, icra məmurunun hərəkətlərindən şikayətə məhkəmələrdə baxıldığı müddət ərzində isə cavabdeh5 adına reyestrdən ## ###### 2025-ci il tarixli ********** nömrəli çıxarış verilmiş, cavabdeh2 və cavabdeh1 adına müvafiq çıxarışın verilməsi üçün MMC tərəfindən sənədlərin təqdim edilməsi təşkil olunsa da, MTT ilə bağlı məhkəmənin ## ##### 2025-ci il tarixli qərardadının icrası nəticəsində həmin mənzillər üzrə çıxarışların verilməsi dayandırılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ##### 2025-ci il tarixli qərardadının məzmunundan göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən aparılan yerli baxış nəticəsində məlum olmuşdur ki, sözügedən hündürmərtəbəli binanın 14-cü mərtəbəsində 4 ədəd mənzil mövcuddur. Iş materiallarında olan alqı-satqı müqavilələrinə əsasən ümumi sahəsi 248 kv.m olan ** saylı mənzil cavabdeh2, ümumi sahəsi 208 kv.m olan ** saylı mənzil cavabdeh1, ümumi sahəsi 205 kv.m olan ** saylı mənzil cavabdeh5, ümumi sahəsi 224,70 kv.m olan ** saylı mənzil X2 məxsusdur. X2 yeni qaydalarla 14-cü mərtəbədə yerləşən 3 saylı mənzilə (köhnə qaydalarla ** saylı mənzil) ## ###### 2025-ci il tarixdə, cavabdeh5 isə ## ###### 2025-ci il tarixdə ** saylı mənzilə olan mülkiyyət hüquqlarını təsdiq edən Hüquqların dövlət qeydiyyatı haqqında xxxxn Çıxarış əldə etmişlər.

22. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, e-*(***)- ****/**** nömrəli qətnaməsi ilə (hakim İ.Rüstəmli) iddia tələbi təmin edilməmişdir.

23. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, Iddiaçı tərəfindən Səbail rayon icra şöbəsinin icra məmurunun ## #### 2024-cü il tarixli icra sənədinin geri qaytarılması barədə qərarından verilmiş şikayət üzrə Səbail Rayon Məhkəməsinin *(***)- **/**** nömrəli qərardadında əks olunmuşdur ki, Azərbaycan Respublikası FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi “Azkommunlayihə” KLI-nin ## ### 2024-cü il tarixli rəyində qeyd edilmişdir ki, ünvan 2-cı məhəllədə inşa edilmiş 1 girişli, zirzəmili, 19 mərtəbəli (+ texniki mərtəbə) binanın 14-cü mərtəbəsində faktiki olaraq ümumi sahəsi 202 kv.m və 453 kv.m olan mənzillər mövcud deyil. E*****/****-**-**-*** nömrəli Icra işinin materiallarında olan DƏDRX-nin 1 saylı Bakı Ərazi Idarəsinin ## ### 2021-ci il tarixli məktubundan görünmüşdür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ##### 2021-ci il tarixli icra vərəqəsi icra olunaraq cavabdeh4 MMC-yə məxsus Ünvan-cı məhəllədə yerləşən “xxxx Rezidens” adlanan hündürmərtəbəli binanın 14-cü mərtəbəsində ümumi sahəsi 202 kv.m olan və həmin mərtəbədə yerləşən ümumi sahəsi 453 kv.m (4 otaqlı) olan mənzillərin üzərinə qeydiyyatdan keçməyən əmlaklar bazasında qadağa qoyulmuşdur. E******/2021-16-15-004 nömrəli Icra işinin materiallarında olan DƏDRX-nin 1 saylı Bakı Ərazi Idarəsinin ## #### 2021-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ### 2021-ci il tarixli icra vərəqəsi ilə iddiaçı Iddiaçı məxsus ## ###### 2011-ci il tarixdə bağlanmış 003/11 və ***/** nömrəli müqavilələrdə nəzərdə tutulmuş mənzillərin (ünvan 2-cı məhəllədə yerləşən hündürmərtəbəli binanın 14-cü mərtəbəsində hər biri 4 otaq olmaqla ümumi sahəsi müvafiq olaraq 453 kv.m və 202 kv.m sahədən ibarət mənzillər) üzərinə həbs qoyulması qət edilmişdir. Icra vərəqəsində qeyd olunan mənzillərin ünvanları dəqiqliklə göstərilmədiyindən icra vərəqəsinin icrasında müəyyən çətinliklər yaranmış, izah verilməsini zəruri etmişdir.

24. Göründüyü kimi, iddiaçının qeyd etdiyinin əksinə olaraq, əvvəlki məhkəmə mübahisəsi zamanı məhkəmənin Ünvan-cı məhəllədə yerləşən “xxxx Rezidens” adlanan hündürmərtəbəli binanın 14-cü mərtəbəsində ümumi sahəsi 202 kv.m olan və həmin mərtəbədə yerləşən ümumi sahəsi 453 kv.m (4 otaqlı) olan mənzillərin üzərinə qadağa qoyulması ilə bağlı qərarı həmin mənzillərin ünvanları dəqiqliklə göstərilmədiyindən icra edilə bilməmişdir. Bu səbəbdən də MMC ilə hazırkı iş üzrə cavabdehlər arasında bağlanmış müqavilələr üzrə əldə edilən mənzillərin üzərində alqı-satqı həyata keçirilən zaman heç bir yüklülük və məhdudiyyət olmamışdır.

25. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, mübahisəli əmlaklara dair alqı-satqı müqavilələri təsdiq edilərkən həmin mənzillər cavabdeh4 MMC-nin adına xxxx qeydiyyatda olmuş, həmin mənzillərin həbsdə və yüklü olması ilə bağlı xxxx hər hansı qeydiyyat mövcud olmamışdır. Bununla bağlı alqı-satqı müqavilələri imzalanarkən mübahisəli mənzillər üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışı “Elektron notariat” informasiya sistemi vasitəsilə real vaxt rejimində əldə etmişdir.

26. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mübahisəli əmlaklar üzrə alqı-satqı müqaviləsi bağlanan zaman qanunun bütün tələblərinə riayət edilmişdir, evi əldə edənlər cavabdeh5, cavabdeh2 və cavabdeh1 bağladığı əqdin legitimsizliyinə dair şübhələri olmamış, həmçinin hər hansı üçüncü şəxslərin mövcud iddialarından xəbəri olmamışdır. Eyni zamanda onlar mübahisəli mənzilləri əldə edərkən həmin əmlak yüklü (girov və ya ipoteka ilə) olmamışdır.

27. Məhkəmə habelə qeyd etmişdir ki, alıcılar tərəfindən mənzillər əldə edilərkən mənzillərin reyestrdə cavabdeh4 MMC-nin adına qeydiyyatda olması cavabdehlərin satıcıya tam etibar etməsinə səbəb olmuşdur. Belə ki, cavabdehlər mənzili əldə edərkən alqı-satqıdan əvvəl bütün lazımi ehtiyatlılığı göstərərək mənzillərin həqiqətən MMC-yə məxsus olduğu barədə rəsmi reyestr orqanından maraqlanmış və bundan sonra müqavilələri bağlamışlar. Başqa sözlə, cavabdeh4 MMC satıcı qismində özünə məxsus əmlakları satışa çıxarmış, cavabdehlər isə alıcı qismində rəsmi reyestrdə satıcının əmlakları kimi qeydiyyata alınmış mənzilləri dəyərini ödəmək yolu ilə əldə etmişlər. Hazırkı halda da alıcılar əmlakın xxxx mülkiyyət hüququ üzrə satıcı cavabdeh4 MMC-nin adına qeydə alınmasına dair aparılmış və qüvvədə olan reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyasına inanıb, etibar etməklə onunla alqı-satqı müqavilələri bağlamışlar. Əmlakı əldə edən şəxsin vicdanlı əldə edən kimi tanınması üçün hər bir halda o, sübut etməlidir ki, əmlakı özgəninkiləşdirənin buna səlahiyyətli olub-olmadığını müəyyən etmək üçün bütün ağlabatan tədbirləri görüb: məsələn, özgəninkiləşdirənin əmlakın mülkiyyətçisi olmasına dair hüquq müəyyənedici sənədləri tələb edib onları nəzərdən keçirib; səlahiyyətli orqandan əmlakın üzərində hər hansı məhdudiyyətin, yüklülüyün olub-olmamasına dair müvafiq arayış alınıb və sair. Bu səbəbdən mübahisəli mənzillər üzrə sözügedən alqı-satqı müqavilələri bağlanılan zaman qanunun bütün tələblərinə riayət olunduğundan, həmçinin mənzilləri əldə edənlər bağladığı əqdin legitimsizliyinə dair və hər hansı üçüncü şəxslərin mövcud iddialarından xəbəri olmadığından, onlar əmlakı vicdanlı əldə edən kimi hesab edilməlidir.

28. Məhkəmə eyni zamanda cavabdeh cavabdeh4 MMC-nin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı sözügedən müqavilənin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən həmin əqdlərin mübahisələdirməsi üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş bir illik kəsici müddəti ötürmüşdür. Belə ki, işdə olan Səbail Rayon Məhkəməsinin *(***)-***/**** saylı qətnaməsinə əsasən ## ###### 2021-ci il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdeh4 MMC-nin vəkili izahatında bildirmişdir ki, Iddiaçı ilə MMC arasında bağlanmış müqavilələr məhkəmə qətnaməsi əsasında ləğv olunub və həmin mənzillər başqa şəxslərə satılıb. Qətnaməyə əsasən həmin iclasda iddiaçı Iddiaçı nümayəndəsi, vəkili Nümayəndə iştirak etmişdir. Buradan belə nəticəyə gəlinmişdir ki, iddiaçı hazırda mübahisələndirilən müqavilələr barəsində ən geci 2021-ci il tarixdə artıq məlumatlı olmuş və əqdin etibarsızlığının mübahisələndirmək üçün qanunla müəyyən edilmiş 1 illik kəsici müddəti ötürməklə bu hüququnu itirmişdir. Bu səbəbdən hazırkı iddia həm də müddətin ötürülməsi ilə məhkəməyə müraciət edildiyindən əsassızdır.

29. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140, 148.2, 149.2, 182.1, 354.1, 354.2-ci maddəsinə istinad edərək əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsində icraat

30. Iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

31. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim M.Məmmədovun sədrliyi və məruzəsi ilə, hakimlər G.Abbasova və F.Talışinski) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ######## 2025-ci il tarixli qətnamə ləğv edilmiş, iddianın qismən təmin edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilərək, Ünvan-cı məhəllədə yerləşən “xxxx Rezidens” adlanan çoxmərtəbəli binanın 14-cü mərtəbəsindəki ** saylı mənzilə dair cavabdeh cavabdeh4 Məhdud Məsuliyyəti Cəmiyyəti ilə cavabdeh cavabdeh2 arasında bağlanmış ## ######## 2020-ci il tarixli, həmin mərtəbədəki ** saylı mənzilə dair cavabdeh cavabdeh4 Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh cavabdeh1 arasında bağlanmış ## ###### 2020-ci il tarixli, həmin mərtəbədəki ** saylı mənzilə dair cavabdeh cavabdeh4 Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh cavabdeh5 arasında bağlanmış ## ###### 2021-ci il tarixli “Alqı-satqı müqavilələri”nin etibarsız hesab edilməsi, Ünvan-cı məhəllədə yerləşən “xxxx Rezidens” adlanan çoxmərtəbəli binanın 14-cü mərtəbəsindəki ** saylı mənzilə dair “xxxxn” cavabdeh cavabdeh5 adına verilmiş ## ###### 2025-ci il tarixli, 004011001930-05301-093021 reyestr, ********** qeydiyyat nömrəli “Çıxarış”ın ləğv edilməsi, cavabdeh cavabdeh2 Ünvan-cı məhəllədə yerləşən “xxxx Rezidens” adlanan çoxmərtəbəli binanın 14-cü mərtəbəsindəki ** saylı mənzildən, cavabdeh cavabdeh1 həmin mərtəbədəki ** saylı mənzildən, cavabdeh cavabdeh5 həmin mərtəbədəki ** saylı mənzildən çıxarılması, Ünvan-cı məhəllədə yerləşən “xxxx Rezidens” adlanan çoxmərtəbəli binanın 14cü mərtəbəsindəki ** saylı mənzilin cavabdeh cavabdeh2 tərəfindən, həmin mərtəbədəki ** saylı mənzilin cavabdeh cavabdeh1 tərəfindən, həmin mərtəbədəki ** saylı mənzilin cavabdeh cavabdeh5 tərəfindən boşaldılması və həmin mənzillərin iddiaçı Iddiaçı təhvil verilməsi, həmin mənzillərdən iddiaçı Iddiaçı istifadə hüququnun həyata keçirilməsinə cavabdehlər cavabdeh4 Məhdud Məsuliyyətli Cəmiyyəti, cavabdeh5, cavabdeh2 və cavabdeh1 tərəfindən edilən maneələrdən ibarət hərəkətlərə son qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

32. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan apellyasiya məhkəməsi hesab etmişdir ki, icra mərhələsində FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət X3 Ekspertiza Baş Idarəsinin ## ###### 2008-ci il tarixli, ***** saylı rəyində “xxxx Rezidens” adlanan çoxmərtəbəli binanın 14-cü mərtəbəsində qeyd edilən 202 kv.m və 453 kv.m sahəli mənzillərin faktiki olaraq mövcud olmadığı göstərilsə də, mənzillərin faktiki konfiqurasiyanın dəyişdirilməsi hüquqi öhdəliyi ləğv etmir, mülkiyyət hüququna dair məhkəmə aktını qüvvədən salmır və borclunu məsuliyyətdən azad etmir. Əgər məhkəmə aktı ilə müəyyən edilmiş obyekt sonradan bölünmüş və ya struktur dəyişikliklərinə məruz qalmışdırsa, bu hal borclunun davranışının nəticəsidir və hüququn aradan qalxmasına səbəb ola bilməz.

33. Məhkəmə hesab etmişdir ki, hazırkı iş üzrə mübahisə cavabdeh MMC ilə cavabdehlər cavabdeh2, cavabdeh1 və cavabdeh5 ilə mübahisəli mənzillərə dair bağlanmış formal alqı-satqı müqavilələrinin mövcudluğu ilə məhdudlaşmır. Mübahisənin mahiyyəti qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən edilmiş hüquqi vəziyyətin sonradan faktiki və sənədləşdirilmiş hərəkətlərlə neytrallaşdırılıb-neytrallaşdırıla bilməməsi məsələsindən ibarətdir, qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə MMC ilə Iddiaçı arasında bağlanmış müqavilələrin qüvvədə olduğu, həmin müqavilələr üzrə MMC-nin öhdəliklərinin mövcudluğu, mənzillərin iddiaçıya təhvil verilməli olduğu müəyyən edilmişdir. Həmin hüquqi nəticə yenidən qiymətləndirilə bilməz, dolayısı ilə aradan qaldırıla bilməz və sonrakı faktiki dəyişikliklərlə ləğv edilə bilməz. Əks yanaşma məhkəmə qərarının icrasını borclunun iradəsindən asılı vəziyyətə gətirər, hüquqi müəyyənlik prinsipini pozar və məhkəmə müdafiəsinin real təminatını aradan qaldırar.

34. Göstərilənləri nəzərə alan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisəli əmlakın bölünməsi, sahə göstəricilərinin dəyişdirilməsi və sonrakı müqavilələrin (MMC ilə cavabdeh2, cavabdeh1 və cavabdeh5 ilə) bağlanması, yəni MMC tərəfindən qəsdən özgəninkiləşdirilməsi məhkəmə aktının icrasını faktiki olaraq çətinləşdirmişdir. Bu hallar birlikdə qiymətləndirildikdə, vicdanlılıq prezumpsiyasını gücləndirmir, əksinə, risk elementlərinin mövcudluğunu göstərir.

35. Cavabdehlər cavabdeh2, cavabdeh1 və cavabdeh5 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsi baxımından özlərinin vicdanlı alıcı olmalarına istinad etsələr də, vicdanlılıq reyestrin həqiqiliyi prezumpsiyasına əsaslanmaqla, yalnız “xxxx” aparılmış qeydə etimad baxımından qorunur. Yəni vicdanlılıq xxxx qeydiyyatı aparılmış daşınmaz əmlakın alqısatqısı zamanı qorunur.

36. Cavabdehlər cavabdeh2, cavabdeh1 və cavabdeh5 onlar ilə MMC arasında mübahisəli mənzillərə dair müqavilələrin bağlanması zamanı mənzillərin MMC-nin mülkiyyətində olmasını ehtimal etmələrini bildirsələr də, işin hallarından müəyyən edilir ki, həmin mənzillər MMC-nin mülkiyyətində olan daşınmaz əmlak kimi “xxxx” MMC-nin adına qeydiyyatda olmamışlar. Belə olan halda qəbul edilməlidir ki, cavabdeh2, cavabdeh1 və cavabdeh5 “xxxx” qeydiyyat olmadan MMC ilə həmin müqavilələri bağlayarkən bunun nəticələri ilə bağlı riskləri qəbul etmişlər.

37. Həmin mənzillər “xxxx” MMC-nin adına qeydə alınmadan yaşayış binasının tərkib hissəsi qismində cavabdeh2, cavabdeh1 və cavabdeh5 tərəfindən yuxarıda qeyd edilən müqavilələr əsasında alındığından, Mülki Məcəllənin 140-cı maddəsi baxımından vicdanlılığın qorunması nəzərdə tutulmur. Həmçinin, bu müqavilələr əsasında 1 fakt üzrə sonradan çıxarışın alınması da (cavabdeh5 adına ** saylı mənzilə dair “xxxx” alınması) vicdanlılıq baxımından hər hansı əhəmiyyət daşımır.

38. Digər tərəfdən qeyd edilməlidir ki, mübahisəli mənzillərə dair cavabdehlər cavabdeh2, cavabdeh1 və cavabdeh5 ilə MMC arasında 2020-2021-ci illərdə müqavilə bağlanarkən iddiaçı Iddiaçı ilə MTK (MMC) arasında daha əvvəl bağlanmış və mötəbərliyi qanuni qüvvəsini almış məhkəmə qərarı ilə təsbit olunmuş ## #### 2010-cu il tarixli müqavilələr qüvvədə olmuş, lakin Iddiaçı satılmış mənzillər cavabdeh2, cavabdeh1 və cavabdeh5 satılarkən Iddiaçı buna dair razılığı alınmamışdır.

39. Halbuki, Azərbaycan Respublikasının ## ###### 2017-ci il tarixli, ***VQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə qədər Mülki Məcəllənin qüvvədə olmuş 178.8-ci maddəsinin məzmununa görə, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə, həmin əmlaka mülkiyyət hüququ əldə edirlər (Konstitusiya Məhkəməsinin ## ####### 2020-ci il tarixli qərarına əsasən Kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, xxxx qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər).

40. Məhkəmə həmçinin qeyd etmişdir ki, MMC, mübahisəli mənzillərə dair onunla cavabdehlər cavabdeh2, cavabdeh1 və cavabdeh5 arasında bağlanmış müqavilələrin 2021-ci ildə qəbul edilmiş həbs qərardadından əvvəl bağladığını bildirsə də, bu hallar aşağıdakılarla təkzib olunaraq, müqavilələrin məhkəmənin qanuni qüvvəsini almış məhkəmə qərarının icrasından yayınmaq məqsədi ilə geri tarixlə sonradan bağlanması qənaətinə gəlməyə əsas verir: 1) 2019-2023-cü illər ərzində mənzilin təhvil verilməsinə dair məhkəmə çəkişmələrinin gedişatında MMC tərəfindən həmin mənzillərin cavabdeh2, cavabdeh1 və cavabdeh5 satılması barədə məhkəmələrə məlumat verilməmiş, həmçinin məhkəmələrin də belə bir halın mövcudluğu barədə məlumatı olmamışdır. Əks halda, həmin şəxslər iş üzrə üçüncü şəxs qismində cəlb olunardılar; 2) iddiaçıya məxsus mənzillər MMC tərəfindən bölünərək, layihə dəyişikliyi edilməklə icradan yayınma cəhdləri də qanuni qüvvəsini almış məhkəmə qərardadı ilə öz təsdiqini tapmışdır; 3) həbs qərarından əvvəl, yəni 2020 və 2021-ci illərdə bağlanması iddia edilsə də binanın uzun müddət əvvəl təhvil verilməsinə baxmayaraq, yalnız bir şəxs – cavabdeh5 tərəfindən “xxxx” 2025-ci ildə alınması da öz növbəsində MMC ilə cavabdeh2, cavabdeh1 və cavabdeh5 arasındakı müqavilələrin sonradan bağlanması qənaətinə gəlməyə əsas verir.

41. Bundan başqa, apellyasiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh MMC tərəfindən rayon məhkəməsinə nümunə kimi təqdim edilmiş ## ###### 2016-cı il tarixli, A-** nömrəli müqavilədən və ## ###### 2018-ci il tarixli ***-**A nömrəli “Maliyyə arayışından” görünür ki, “xxxx Rezidens” adlanan çoxmərtəbəli binanın 18-ci mərtəbəsində yerləşən, sahəsi 453 kv.m. olan 8 otaqlı mənzil MMC tərəfindən (hazırkı iş üzrə tərəf olmayan) X6 adlı şəxsə 458.850 Avroya satılmışdır.

42. Internet resurslarından görünür ki, həmin zaman qüvvədə olmuş rəsmi məzənnə 1 Avro = 1,8297 manat, 1 ABŞ dolları = 1,7339 manat olmuşdur. Belə olan halda müəyyən edilir ki, XXXa satılmış mənzilin hər 1 kv.m.-nin qiyməti 1.068 ABŞ dolları olmuşdur.

43. MMC ilə (hazırkı iş üzrə tərəf olmayan) X2 arasında bağlanmış ## #### 2006-cı il tarixli müqavilədən görünür ki, “xxxx Rezidens” adlanan çoxmərtəbəli binanın 18-ci mərtəbəsində yerləşən, sahəsi 253 kv.m olan 4 otaqlı mənzil MMC tərəfindən XXXa, hər 1 kv.m. qiyməti 700 ABŞ dolları olmaqla, ümumilikdə 177.100 ABŞ dollarına satılmışdır.

44. Cavabdeh MMC ilə cavabdeh cavabdeh2 arasında ## ######## 2020-ci il tarixdə bağlanmış müqavilədən və həmin müqaviləyə əsasən MMC-nin verdiyi “Maliyyə arayışından” görünür ki, binanın 14-cü mərtəbəsində yerləşən və ümumi sahəsi 248 kv.m olan ** saylı mənzil MMC tərəfindən XXXa, hər 1 kv.m. qiyməti 1.138 ABŞ dolları olmaqla, ümumilikdə 480.000 ABŞ dollarına satılmışdır.

45. MMC ilə cavabdeh cavabdeh1 arasında bağlanmış ## ###### 2020-ci il tarixli müqavilədən və həmin müqaviləyə əsasən MMC-nin verdiyi “Maliyyə arayışından” görünür ki, binanın 14-cü mərtəbəsində yerləşən və ümumi sahəsi 208 kv.m olan ** saylı mənzil MMC tərəfindən cavabdeh1 340.000 manata satılmışdır.

46. Internet resurslarından görünür ki, həmin zaman qüvvədə olmuş rəsmi məzənnə 1 ABŞ dolları = 1,7 manat olmuşdur. Belə olan halda müəyyən edilir ki, cavabdeh1 satılmış mənzilin hər 1 kv.m.-nin qiyməti 961 manat olmuşdur.

47. MMC ilə cavabdeh cavabdeh5 arasında bağlanmış ## ###### 2021-ci il tarixli müqavilə və MMC-nin həmin müqaviləyə əsasən verdiyi “Maliyyə arayışından” isə görünür ki, binanın 14-cü mərtəbəsində yerləşən və ümumi sahəsi 205 kv.m olan ** saylı mənzil MMC tərəfindən cavabdeh5 350.000 manata satılmışdır.

48. Həmin vaxt da məzənnənin 1 ABŞ dolları = 1,700 manat olması nəzərə alındıqda müəyyən edilir ki, cavabdeh5 satılmış həmin mənzilin hər 1 kv.m.-nin qiyməti 1.004 ABŞ dolları olmuşdur.

49. Göründüyü kimi iş materiallarına əsasən cavabdeh cavabdeh2la 2020-ci ildə bağlanmış müqavilə üzrə mənzilin 1 kv.m-nin qiymətinin 1.138 ABŞ dolları, cavabdeh1 ilə 2020ci ildə bağlanmış müqavilə üzrə mənzilin 1 kv.m-nin qiymətinin 961 ABŞ dolları və cavabdeh5 ilə 2021-ci ildə bağlanmış müqavilə üzrə mənzilin 1 kv.m-nin qiymətinin 1.004 ABŞ dolları kimi müəyyən olunsa da, eyni mərtəbədə təxminən 14 il əvvəl, yəni 2006-cı ildə bağlanmış müqavilə əsasında XXXla bağlanmış müqavilə üzrə mənzilin 1 kv.m-nin qiyməti 700 ABŞ dolları, eyni binanın 18-ci mərtəbəsində 4 il əvvəl, yəni 2016-cı ildə bağlanmış müqavilə əsasında XXXla bağlanmış müqavilə üzrə mənzilin isə 1 kv.m-nin qiymətini 1.217 ABŞ dolları olduğu müəyyən olunur.

50. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsindəki istehlak qiymətləri indeksinin hesablanmasına dair kalkulyator vasitəsi ilə 2016-2021-ci illər üzrə statistik hesablamalar apardıqda müəyyən edilir ki, 2021-ci ildə 2016-cı ilə nisbətən istehlak qiymətləri indeksi 129,9% təşkil etmiş, yəni qiymətlərin səviyyəsi 29,9% artmışdır.

51. Qeyd edilən bu hal nəzərə alındıqda müəyyən edilir ki, mübahisəli mənzillərə dair cavabdeh MMC-ilə cavabdehlər cavabdeh2, cavabdeh1 və cavabdeh5 arasında 2020-2021-ci illərdə bağlanmış müqavilələrdə mənzillərin qiyməti kimi qeyd edilən məbləğlər real qiymətlər deyil, qiymətlər həmin dövrdə olan bazar qiymətlərdən xeyli azdır. Bu isə öz növbəsində cavabdehlərin vicdanlı davranışlarını istisna edir.

52. Odur ki, yuxarıda göstərilənləri, o cümlədən mənzillərin qiymətləri ilə bağlı xüsusatı nəzərə alan apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı Iddiaçı MTK-ya mənzillərə görə pay dəyərini ödəməklə (ödənişin edilməsi MTK tərəfindən Iddiaçı adına verdiyi “Maliyyə arayışları” və Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** saylı iş üzrə qəbul etdiyi və artıq qüvvəyə minmiş ## ######## 2022-ci il tarixli qətnaməsi ilə təsdiq edilir) həmin əmlaka sahiblik və əşya hüququ əldə etdiyindən, habelə MTK tərəfindən mübahisəli mənzillərin cavabdeh2, cavabdeh1 və cavabdeh5 satılmasına dair Iddiaçı razılığı alınmadığından, həmin şəxslər ilə bağlanmış müqavilələr Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən etibarsız hesab edilməlidir. Çünki Mülki Məcəllənin həmin maddəsinin tələbinə görə,bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

53. Apellyasiya məhkəməsi həmçinin bildirmişdir ki, cavabdeh2, cavabdeh1 və cavabdeh5 ilə MMC arasında bağlanmış müqavilələr əhəmiyyətsiz olduğundan, eləcə də predmetini fərdi müəyyən əşya olan mənzil təşkil etdiyindən bu kateqoriya işlərdə Mülki Məcəllənin 354.1-ci maddəsində nəzərdə tutulmuş iddia müddətinin tətbiqi də yolverilməzdir.

54. Lakin, rayon məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnamədən görünür ki, işə baxmış Rayon Məhkəməsi “işin müəyyən edilmiş halı” kimi qeyd etdiyi - “Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** saylı, ## ######## 2022-ci il tarixli qətnaməsi ilə MMC tərəfindən Iddiaçı təhvil verilməli olan mənzillərin mövcud olmaması, satıcı olan MMC ilə alıcılar olan cavabdehlər cavabdeh2, cavabdeh1 və cavabdeh5 arasında alqısatqı müqavilələri bağlanılarkən həmin mənzillərin MMC-nin adına xxxx qeydiyyatda olması, mənzillər onlar tərəfindən əldə edilərkən onların bütün lazımi ehtiyatlılığı göstərərək mənzillərin həqiqətən MMC-yə məxsus olduğu barədə rəsmi reyestr orqanından məlumat almaları, buna görə də alıcıların hər birinin “vicdanlı əldə edən şəxs” olmaları, iddiaçının iddia müddətini ötürməsi”ndən ibarət hallar işdə olan sübutlara və işin hallarına uyğun deyil.

55. Beləliklə də, göstərilənlərə, o cümlədən apellyasiya baxışı zamanı işin müəyyən edilmiş həqiqi hallarına əsasən apellyasiya məhkəməsi müəyyən etmişdir ki, rayon məhkəməsi işdə olan sübutları səhv qiymətləndirmiş, işin hallarını səhv müəyyən etmiş, istinad etdiyi maddi hüquq normalarını səhv tətbiq etmiş və nəticədə Iddiaçı tərəfindən cavabdehlərə qarşı irəli sürdüyü iddianın “Iddiaçı ilə cavabdeh MMC arasında ## ###### 2011-ci il tarixdə bağlanmış müqavilələrə əsasən ona məxsus olan və “xxxx Rezidens” adlanan çoxmərtəbəli binanın 14cü mərtəbəsində yerləşən mənzillərə dair MMC-nin cavabdeh cavabdeh2 ilə ** saylı mənzilə dair bağladığı ## ######## 2020-ci il tarixli, cavabdeh cavabdeh1 ilə ** saylı mənzilə dair bağladığı ## ###### 2020-ci il tarixli, cavabdeh cavabdeh5 ilə ** saylı mənzilə dair bağladığı ## ###### 2021-ci il tarixli “Alqı-satqı müqavilələrin” etibarsız hesab edilməsi barədə” hissəsini rədd etməklə səhv və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir.

56. Bununla yanaşı apellyasiya məhkəməsi qeyd etmişdir ki, rayon məhkəməsi qəbul etdiyi qətnamədə mübahisəli mənzillərə dair “xxxxn” cavabdehlər cavabdeh2, cavabdeh1 və cavabdeh5 adına “Çıxarışların” verilməsini qeyd etsə də, işin hallarından və həmin cavabdehlərin məhkəmələrə verdikləri yazılı və şifahi məlumatlardan müəyyən edilir ki, cavabdehlərdən yalnız cavabdeh5 adına ## ###### 2025-ci il tarixdə “Reyestrdən çıxarış” verilmişdir.

57. Məhkəmə, iş üzrə gəldiyi və yuxarıda qeyd edilən mövqeyini nəzərə alaraq həmçinin hesab etmişdir ki, rayon məhkəməsi iddianın “cavabdeh cavabdeh5 adına ** saylı mənzilə dair “xxxxn” verilmiş “Çıxarışın” ləğv edilməsi barədə” hissəsini rədd etməklə səhv və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir.

58. Bundan başqa, məhkəmə hesab etmişdir ki, “cavabdeh cavabdeh2 ailə üzvləri ilə birlikdə ** saylı mənzildən, cavabdeh cavabdeh1 ailə üzvləri ilə birlikdə ** saylı mənzildən, cavabdeh cavabdeh5 ailə üzvləri ilə birlikdə ** saylı mənzildən çıxarılması və mənzillərin cavabdehlər tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə” tələb cavabdehlərin özlərinə aid hissədə əsaslıdır.

59. Belə ki, MMC ilə həmin cavabdehlər arasında mübahisəli mənzillərə dair bağlanmış müqavilələr etibarsız hesab edildiyindən qəbul edilməlidir ki, onların həmin mənzillərdə yaşamalarının, mənzillərdən istifadə etmələrinin hüquqi əsası yoxdur. Onlar həmin mənzillərdən çıxarılmalı, mənzillər boşaldılaraq iddiaçıya təhvil verilməlidir.

60. Amma müzakirə edilən bu tələbin cavabdehlər cavabdeh2, cavabdeh1 və cavabdeh5 ailə üzvlərinə aid hissəsi təmin edilə bilməz. Çünki iddia ərizəsində “cavabdehlərin ailə üzvləri” kimi qeyd olunmuş şəxslərin adları göstərilməmişdir. Belə olan halda şəxsiyyətləri müəyyən edilməmiş şəxslərə qarşı yönəlmiş qeyri-müəyyən iddia təmin oluna bilməz, bu qətnamənin məzmununa və tərtibinə dair qanunvericiliklə müəyyən edilmiş tələblərə (MPM; maddə 149) ziddir.

61. Eyni zamanda, məhkəmə, iş üzrə gəldiyi və yuxarıda qeyd edilən mövqeyini nəzərə alaraq hesab etmişdir ki, rayon məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməklə iddianın “mübahisəli mənzillərdən iddiaçının istifadə hüququnun həyata keçirilməsinə cavabdehlər MMC, cavabdeh2, cavabdeh1 və cavabdeh5 tərəfindən maneələrin törədilməsinə son qoyulması” hissəsi də təmin edilməlidir. Çünki yuxarıda artıq qeyd edildiyi kimi məhkəmənin mövqeyi ondan ibarətdir ki, həmin mənzillər iddiaçıya təhvil verilməlidir.

62. Göstərilənlər ilə yanaşı məhkəmə bildirmişdir ki, Mülki Məcəllənin 337.5-ci maddəsinə görə, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

63. Buna baxmayaraq məhkəmə hesab etmişdir ki, hazırkı işdə qeyd edilən maddədə nəzərdə tutulmuş restitusiya tətbiq edilməməlidir. Çünki işin hallarından görünür ki, iddiaçı Iddiaçı cavabdeh MMC ilə cavabdehlər cavabdeh2, cavabdeh1 və cavabdeh5 arasında bağlanmış müqavilənin tərəfi olmamış, iddiaçı ilə həmin cavabdehlər arasında alış-veriş olmamış, alış-veriş cavabdeh MMC ilə cavabdehlər cavabdeh2, cavabdeh1 və cavabdeh5 arasında olmuş, cavabdehlər cavabdeh2, cavabdeh1 və cavabdeh5 MMC-nin onlara təhvil verdiyi mənzillərdə təmir işləri həyata keçirmiş, həmin təmir işlərinin görülməsi ilə bağlı isə çəkilmiş xərclərin məbləğinin müəyyən edilməsi hazırkı məhkəmə baxışının predmeti olmamışdır.

64. Göstərilənləri nəzərə alan məhkəmə qeyd etmişdir ki, cavabdehlər cavabdeh2, cavabdeh1 və cavabdeh5 onlara dəymiş bütün növdə zərərin əvəzinin ödənilməsi ilə bağlı cavabdeh4 MMC-yə və (və ya) onların hüquqlarının pozulmasına şərait yaratmış şəxsə (şəxslərə) qarşı müvafiq iddialar ilə müvafiq məhkəmələrə müraciət etmək hüququna malikdirlər.

65. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 140, 337.1, 337.5, 354.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri:

66. Cavabdeh cavabdeh5 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

67. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 139, 140, 146, 157, qüvvədən düşmüş 178.8, 182, 337-ci, Mülki Prosessual Məcəllənin 14, 88, 217-ci maddələrinin tələbləri pozulmuşdur.

68. Belə ki, iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ mövcud deyildir və məhkəmə ilkin olaraq bu əsasla iddianı rədd etməli idi. Iddiaçı yalnız MTK-ya qarşı mənzil təhvil verilməsi tələbinə malikdir, digər tərəfdən cavabdeh (hazırkı kassator) dövlət reyestrində qeydə alınmış çıxarış əsasında mülkiyyət hüququna sahibdir. Mülki prosesdə iddia hüququnun maddi-hüquqi əsası ondan ibarətdir ki, iddiaçı məhz özünə məxsus olan və pozulduğunu iddia etdiyi subyektiv hüququnun və ya qanunla qorunan mənafenin müdafiəsini tələb edə bilir. Hazırkı işdə iddiaçı cavabdehlərin əmlak sahibi olduğu ünvanda yerləşən hər hansı mənzilin mülkiyyətçisi olmamışdır. Iş materiallarında olan və iddiaçının istinad etdiyi məhkəmə qərarı ilə ona yalnız cavabdeh4 MMC-yə qarşı mənzilin təhvil verilməsi ilə bağlı öhdəlik üzrə tələb hüququ tanınmışdır. Həmin öhdəlik ikitərəfli münasibət olmaqla keçmiş MTK-nın Iddiaçı qarşısında məhkəmə qərarı ilə də təsdiq edilmiş öhdəliyidir. Heç bir məhkəmə qərarı ilə iddiaçının mübahisə predmetinə dair hər hansı mənzil üzərində mülkiyyət hüququ tanınmamışdır. Hazırkı iddia tələbi əşya hüququ ilə bağlı tələb olmaqla mülkiyyətçiyə məxsus vindikasiya iddiasıdır. Bu tələbin formalaşması üçün ilk növbədə iddiaçı mülkiyyətçi olmalı və mülkiyyət hüququ ilə iddiaçıya məxsus əşya başqa şəxsin qanunsuz sahibliyində olmalıdır. Tələb elə birinci şərtdə öz təsdiqini tapmır. Iddiaçı satıcıya qarşı müəyyən müqavilə tələblərinin mövcudluğu ehtimal olunsa belə, bu hal ona üçüncü şəxslərlə bağlanmış sonrakı alqı-satqı müqavilələrinin etibarsızlığını tələb etmək üçün avtomatik legitimasiya vermir. Çünki belə iddia mahiyyət etibarilə artıq mövcud olan və pozulduğu iddia edilən mülkiyyət hüququnun müdafiəsinə yönəlməlidir. Halbuki, iddiaçının belə bir hüququ yaranmamışdır. Onun hüquqi vəziyyəti, ən çoxu, satıcıya qarşı müqavilənin icrasını, zərərin ödənilməsini və ya digər öhdəlik hüquqi müdafiə vasitələrini tələb etmək səviyyəsində qiymətləndirilə bilər. Digər tərəfdən, məhkəmə qərarı ilə iddiaçıya təhvil verilməli olan göstəricilərə malik mənzil həmin ünvanda və həmin mərtəbədə heç vaxt mövcud olmamışdır. Istinad olunan müqavilədə 4 otaqlı, 453 kv.m ümumi sahəsi olan mənzil qeyd olunur. Iş materiallarında olan ## ### 2024-cü il tarixli rəydən, o cümlədən Bakı Apellyasiya Məhkəməsinin ## ##### 2025-ci il tarixli qərardadından müəyyən edilir ki, müqavilədə qeyd olunan mənzilin mövcud olmaması səbəbindən bu öhdəliyin icrası mümkün deyildir. Fərdi müəyyən edilmiş əşyanın mövcud olmaması naturada icranı obyektiv olaraq qeyri-mümkün edir. Qeyri-mümkün olan öhdəliyin üçüncü şəxsin üzərinə keçirilməsi və ya ondan tələb edilməsi hüquqi baxımdan qəbuledilməzdir. Məhkəmənin bu hissədə binanın layihəsinin 2008ci ildə təsdiq edilməsinə baxmayaraq onun sonradan konfiqurasiyasının dəyişdirilə bilməsinə istinad etməsi qəbul edilən deyildir. Beləliklə, iddiaçının ünvan 2 ünvanında hər hansı mənzil üzərində mülkiyyət hüququ mövcud deyildir və ona mənzil təhvil verilməsi də mümkün deyildir. Mülkiyyətçi olmayan şəxs başqa şəxsin əmlakına dair tələb irəli sürə bilməz. Əgər hətta cavabdeh MMC-nin iddiaçıya təhvil verməli olduğu mənzil kassatora məxsus mənzillə eynilik təşkil etsə belə, mövcud məhkəmə praktikası belə mübahisələr üzrə birmənalı olaraq göstərir ki, əşya artıq üçüncü şəxsin mülkiyyətinə keçmişdirsə, digər şəxsin həmin əşyaya dair tələbi təmin edilə bilməz. Formalaşmış məhkəmə praktikası da göstərir ki, məhkəmələr mənzilin mülkiyyətçisinin və faktiki sahibinin hüquqlarını pozmadan qərarlar qəbul etmə prinsipinə əsaslanır. Məhkəmənin sonrakı alqı-satqı müqavilələrini Mülki Məcəllənin 337.1-ci maddəsinə istinad etməklə etibarsız sayması qanuni və doktrinal baxımdan əsassızdır. 337.1-ci maddə müstəqil etibarsızlıq əsası yaratmır, o yalnız qanunda nəzərdə tutulmuş konkret tələb/forma/etibarlılıq şərti pozulduqda tətbiq oluna bilər. Halbuki, mübahisəli qərarda hansı normativ tələbin pozulduğu göstərilməmişdir. Sadəcə əvvəlki alıcının hüququnun mövcudluğu və ya satıcının başqa şəxs qarşısında öhdəlik daşıması etibarsızlıq üçün kifayət etmir. Hazırkı halda alqı-satqı müqaviləsi bağlandığı anda satıcının sərəncam səlahiyyəti mövcud olmuşdur. Satış anında iddiaçıya məxsus müqavilə məhkəmə qərarı ilə ləğv edilmiş və məhkəmə qərarı qanuni qüvvəyə minmişdir. Sonradan həmin qərarın ləğv edilməsi yalnız əvvəlki alıcı qarşısında müqavilə öhdəliyi yarada bilər, lakin bu hal sonradan üçüncü şəxslə bağlanmış müqavilənin etibarsızlığına səbəb ola bilməz. Bundan əlavə, satıcının hüququna hər hansı məhdudiyyət alqı-satqıdan xeyli sonra – müvəqqəti təminat tədbiri çərçivəsində tətbiq edilmişdir və bu, artıq bağlanmış əqdin hüquqi qüvvəsinə təsir etmir. Mübahisəli əqd nə əhəmiyyətsiz, nə də mübahisə edilən əqd kimi qiymətləndirilə bilər. Əqdin bağlanması zamanı qanunun imperativ tələbləri pozulmamış, forma qaydalarına riayət edilmiş, tərəflərin iradə ifadəsində hər hansı qüsur mövcud olmamışdır. Əqd uydurma və ya yalan xarakter daşımır; tərəflər real hüquqi nəticə yaratmaq niyyəti ilə hərəkət etmiş, mənzilin dəyəri ödənilmiş, çıxarış alınmış və ailə üzvləri həmin mənzildə qeydiyyata alınmışdır. Məhkəmənin “əvvəlki alıcının razılığı olmadan satış” arqumenti də hüquqi əsasdan məhrumdur. Mülki qanunvericilikdə belə bir ümumi qadağa yoxdur ki, əvvəlki müqavilə tərəfinin razılığı olmadan sonrakı müqavilə avtomatik etibarsız sayılsın. Əksinə, belə hallarda məsələ etibarsızlıq prizmasında deyil, öhdəliklərin toqquşması prizmasında həll olunur. Bir şəxs eyni fərdi-müəyyən əşya üzrə bir neçə şəxs qarşısında öhdəlik götürə bilər və bu halda sonrakı müqavilə etibarsız olmur, yalnız borclu bir neçə kreditor qarşısında məsuliyyət daşıyır. Bu baxımdan Mülki Məcəllənin 452-ci maddəsi tətbiq edilməli olan xüsusi normadır. Həmin maddəyə görə, əşya artıq kreditorlardan birinə verilmişdirsə, digər kreditorun həmin əşyanı naturada tələb etmək imkanı aradan qalxır. Yəni məsələ “əqd etibarsızdırmı?” sualı ilə deyil, “əşya kimə verilib və digər kreditorun müdafiə vasitəsi nədir?” sualı ilə həll edilməlidir. Əşya üçüncü şəxsin mülkiyyətinə keçdikdən sonra digər şəxsin naturada icra tələbi mümkün deyil və onun müdafiə vasitəsi yalnız borcluya qarşı zərərin ödənilməsi tələbidir. Beləliklə, məhkəmə etibarsızlıq institutunu əsassız şəkildə genişləndirmiş, öhdəlik hüququ ilə əşya hüququnun sərhədini pozmuş və hüquqi müəyyənlik prinsipinə zidd nəticəyə gəlmişdir. Əgər məhkəmənin yanaşması qəbul edilərsə, bu, əvvəlki öhdəliyin mövcud olduğu bütün hallarda sonrakı əqdlərin avtomatik etibarsız sayılmasına gətirib çıxarar ki, bu da mülki dövriyyənin sabitliyini və proqnozlaşdırılmasını aradan qaldırar. Bu səbəbdən mübahisəli halda düzgün hüquqi nəticə sonrakı alqı-satqı müqaviləsinin etibarsız sayılması deyil. Əgər əvvəlki alıcının hüququ mövcud olmuşdursa, bu, satıcının həmin şəxs qarşısında öhdəliyini pozması kimi qiymətləndirilməli və müvafiq məsuliyyət tədbirləri həmin çərçivədə tətbiq olunmalıdır. Sonrakı müqavilənin etibarsız sayılması isə yalnız qanunda nəzərdə tutulmuş ayrıca etibarsızlıq əsası sübut edildikdə mümkündür; hazırkı işdə isə belə əsas mövcud deyil. Məhkəmənin vicdanlı alıcı ilə bağlı mövqeyi isə ümumiyyətlə qəbuledilən və anlaşılan deyildir. Kassator tərəfindən ünvan 2 ünvanında yerləşən ** nömrəli mənzilin ## ###### 2021-ci il tarixində vicdanlı əldə edən olaraq satın alması işin mübahisəsiz halıdır. Həmin tarixdə mənzil üzərində hər hansı məhdudiyyət mövcud olmamış, tərəflər sərbəst iradələrini ifadə edərək əqd bağlamışlar. Əgər hətta iddiaçının adına müqavilələrin eyni mənzillə bağlı olduğunu ehtimal etsək belə, cavabdeh cavabdeh5 müqavilə bağladığı tarixdə həmin müqavilələrin ləğv edilməsi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcud olmuşdur. Mənzillərin satılmasının qadağan edilməsi ilə bağlı müvəqqəti təminat tədbiri də bu alqı-satqıdan xeyli sonra tətbiq olunmuşdur. Digər tərəfdən cavabdeh5 bina istismara qəbul edilməsi ilə bağlı məlumat verildikdən sonra dövlət reyestr xidmətinə qeydiyyatla bağlı müraciət etmiş və hüquqları xxxx qeydə alınmışdır. Mülki hüquqi əsaslardan əlavə cavabdeh5 hüquqları dövlət orqanının hərəkətlərinə etimad prinsipi ilə də qorunur. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı hüquqi dövriyyədə etimad prinsipinin əsasını təşkil edir. Dövlət tərəfindən aparılan qeydiyyat sistemi hüquq subyektlərinə bu qeydiyyata etibar etməyi diktə edir və şəxslər həmin qeydiyyata əsaslanaraq əmlak əldə etdikdə onların vicdanlılığı prezumpsiya olunur. Məhkəmənin cavabdeh5 mənzili guya “ucuz qiymətə” əldə etməsi barədə nəticəsi isə tamamilə əsassızdır. Birincisi, bu barədə iş üzrə heç bir ekspertiza aparılmamışdır və məhkəmə qiymətləndirməni öz mülahizəsi əsasında etmişdir ki, bu da prosessual hüququn kobud pozuntusudur. Ikincisi, qanunvericiliyə görə satış qiymətinin müəyyən edilməsi tərəflərin sərbəst iradəsinə aiddir və bu hal öz-özlüyündə əqdin şübhə altına alınması üçün əsas ola bilməz. Üçüncüsü və qəribə olan hissəsi isə satış qiymətləri arasında elə bir ciddi fərq yoxdur və ən əsası iddiaçının özünün hansı qiymətə alması ilə bağlı heç bir sübut və məlumat mövcud deyildir. Iddiaçının vəkilinin sonuncu məhkəmə iclasında cavabdehlərin MTK ilə guya “əlbir olması” barədə irəli sürdüyü iddialar isə heç bir sübutla təsdiq olunmamış, tamamilə ehtimallara və fərziyyələrə əsaslanmışdır. Məhkəmə heç bir araşdırma aparmadan, sübutlara əsaslanmadan və prosesdə iştirak etməyən şəxslərin hüquqlarını nəzərə almadan belə nəticəyə gəlmişdir ki, guya müqavilələr geri tarixlə bağlanmış və məhkəmə qərarının icrasından yayınmaq məqsədi daşımışdır. Bu yanaşma hüquqi baxımdan qəbuledilməz olmaqla yanaşı, məntiqi izahı da yoxdur. Cavabdeh cavabdeh5 mənzili əldə etməsi, onun üçün ödəniş etməsi, mənzili təmir etdirməsi, mebel və əşyalar alması və faktiki olaraq həmin mənzildə yaşaması mübahisəsiz haldır. Belə olan halda, onun guya əmlakı itirmək riski ilə hərəkət edərək hansısa “əlbirlik” sxemində iştirak etməsi nə hüquqi, nə də məntiqi baxımdan izah oluna bilər. Eyni zamanda, məhkəmənin binanın konfiqurasiyasının sonradan dəyişdirilməsi ilə bağlı gəldiyi nəticə də heç bir sübutla təsdiq olunmamış, cavabdeh cavabdeh5 ilə isə ümumiyyətlə əlaqəsi yoxdur. Məhkəmə iddiaçının bütün məntiqsiz və absurd mülahizələrini sübuta yetirilmiş fakt kimi qərarda göstərmişdir. Məhkəmə iclasında da cavabdeh dəfələrlə qeyd etmişdir ki, əgər onun vicdanlılığı şübhə yaradırsa, iştirakçılar bildirsinlər ki, o vicdanlı alıcının etməli olduğu hansı hərəkəti etməyib. Məhkəmə iş üzrə ətraflı, tam və obyektiv araşdırma aparmamış, sübutların toplanması və qiymətləndirilməsi ilə bağlı prosessual vəzifələrini yerinə yetirməmişdir. Işdə cavabdeh tərəfin təqdim etdiyi və işin düzgün həlli üçün həlledici əhəmiyyət kəsb edən vəsatətlər (iddiaçının şəxsən dindirilməsi, giriş-çıxış məlumatlarının əldə olunması, ekspertiza təyin edilməsi, şahidlərin dindirilməsi və s.) nəzərə alınmamış, onların təmin edilməsi üçün heç bir tədbir görülməmişdir. Bu isə MPM-in 88 və 89cu maddələrində nəzərdə tutulmuş sübutların hərtərəfli və obyektiv qiymətləndirilməsi tələblərinin pozulmasıdır. Məhkəmə vəsatətlərlə bağlı fikrini ümumiyyətlə bildirməmişdir. Mübahisəli qərarda məhkəmə iş üzrə araşdırılmamış, sübuta yetirilməmiş mülahizələri əsas götürmüş və bu əsasda hüquqi nəticəyə gəlmişdir.

69. Həmçinin, cavabdeh cavabdeh2 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

70. Həmin kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 129-cu, Mülki Məcəllənin 6.1, 6.1.2, 6.1.4, 6.1.5, 6.1.8, 6.1.9, 157.8, 354.1, 390, 572-ci, Mülki Prosessual Məcəllənin 13.1-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarları pozulmuşdur.

71. Belə ki, məhkəmənin iş üzrə gəldiyi nəticə tamamilə əsassızdır və məhkəmə tərəfindən qanunvericiliyin tələbləri pozulmaqla, formal mülahizələr əsasında yekun qətnamə çıxarılmışdır. Işin hallarından müəyyən olunur ki, iddiaçı ilə MMC arasında 2019-2023-cü illər ərzində həmin mənzillər ilə bağlı məhkəmə çəkişmələri olmuş, mənzillərin üzərinə məhkəmə qərardadları ilə məhdudiyyətlər qoyulmuşdur. Apellyasiya məhkəməsi əsassız olaraq cavabdeh cavabdeh2 vicdanlı alıcı olmaması barədə nəticəyə gəlmişdir. Lakin məhkəmə kollegiyası bir tərəfdən alıcıların vicdanlı alıcı olmaması, onların üçüncü şəxsin iddiaları ilə yüklü ola biləcək əmlak əldə etmə riskini bilməklə müqavilə bağlamaları barədə nəticəyə gəlir, digər tərəfdən cavabdehlər cavabdeh2, cavabdeh1 və cavabdeh5 onlara dəymiş bütün növdə zərərin əvəzinin ödənilməsi ilə bağlı cavabdeh4 MMC-yə və (və ya) onların hüquqlarının pozulmasına şərait yaratmış şəxsə (şəxslərə) qarşı müvafiq iddialar ilə müvafiq məhkəmələrə müraciət etmək hüququna malik olduqlarını izah edir. Bununla da məhkəmə kollegiyası dolayı yolla öz gəldiyi nəticəni də şübhə altına almış olur. Qeyd edilənlər onu deməyə əsas verir ki, alıcıların vicdanlı alıcı olmaması barədə məhkəmənin gəldiyi nəticə tamamilə formal mülahizələrə əsaslanır. Apellyasiya məhkəməsi cavabdeh cavabdeh2la MMC arasında müqavilənin iddiaçının tələbi üzrə həbs qərardadlarından əvvəl, ## ######## 2020-ci il tarixdə bağlanmasını nəzərə almamışdır.

72. Bundan əlavə, cavabdeh cavabdeh1 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

73. Bu kassasiya şikayəti onunla əsaslandırımışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 60-cı, Avropa Insan Hüquqları Konvensiyasının 6-cı, Mülki Məcəllənin 337, 452.1-ci, Mülki Prosessual Məcəllənin 9.2, 13.4, 15.2, 82, 88, 153.2.2, 217, 261.0.2, 386-cı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin bir sıra qərarlarının tələbləri pozulmuşdur.

74. Belə ki, apellyasiya instansiyası məhkəməsi işin hallarına düzgün qiymət verməmiş, formal mülahizələr və ehtimallar əsasında qətnamə qəbul etmişdir. Məhkəmə mübahisə predmeti olan mənzillərin mülkiyyətçiləri cavabdeh5, cavabdeh2 və cavabdeh1 qanuni müqavilələr və maliyyə arayışları əsasında əldə edilməsini nəzərə almamışdır. Əsassız olaraq həmin müqavilələrin etibarsızlığına dair qənaətə gəlməklə cavabdehlərin mülkiyyət hüquqları pozulmuşdur. Halbuki, MMC ilə cavabdehlər arasında bağlanmış müqavilələrin tarixinə nəzər yetirdikdə məlum olur ki, iddiaçı Iddiaçı ilə MMC arasında bağlanmış müqavilələr Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2020-ci il tarixli qətnaməsi ilə ləğv edilmiş və qətnamə qanuni qüvvəyə minmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra artıq MMC-nin balansında (mülkiyyətində) olan əmlaklarla bağlı sərəncam verməsi normal və ağlabatan bir haldır. Sözügedən mənzillər MMC-nin balansına və mülkiyyətinə qayıtdıqdan sonra cavabdeh5, cavabdeh2 və cavabdeh1 tam qanuni əsaslarla (müqavilə və maliyyə arayışı ilə) satılmışdır. Apellyasiya instansiyası isə hesab etmişdir ki, guya bütün bu münasibətlər (cavabdehlərlə bağlanan müqavilələr) əslində məhkəmə mübahisəsi başlayandan sonra yaranmış və guya MMC ilə cavabdehlər arasında bağlanmış alqı-satqı müqavilələri bilərəkdən görüntü yaratmaq üçün köhnə tarixə bağlanmışdır. Məhkəmə bu halları sadəcə ehtimallarla əsaslandırmağa çalışmışdır. Halbuki, məhkəmə şübhə etdiyi hallarla bağlı cavabdehlərdən və ya öz təşəbbüsü ilə mübahisəli mənzillərə dair kommunal xidmətlərin (su, işıq, qaz və s.) göstərilməsinə dair müqavilələri və ya ödəniş qəbzlərini əldə edərək çox sadə bir şəkildə müəyyən edə bilərdi. cavabdeh1 ## ###### 2020-ci il tarixli alqı-satqı müqaviləsi üzrə əldə etdiyi ** saylı mənzildə əsaslı təmir işləri apardıqdan sonra artıq 5 ildir ki, ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır və kommunal ödəyir. Cavabdehlə iddiaçı arasında bağlanmış müqavilələr tarix etibarilə daha əvvəl tərtib edilsə də, mənzillər üçüncü şəxslərə təhvil verilmiş və onlardan bəziləri mənzillərə mülkiyyət hüquqlarını qeydə aldırmışlar. Apellyasiya instansiyası öz qətnaməsini “Cavabdeh MMC ilə digər cavabdehlər cavabdeh2, cavabdeh1 və cavabdeh5 arasında bağlanmış müqavilələrin məhkəmənin qanuni qüvvəsini almış məhkəmə qərarının icrasından yayınmaq məqsədi ilə geri tarixlə sonradan bağlanması qənaətinə gəlməsi, 2019-2023-cü illər ərzində mənzilin təhvil verilməsinə dair məhkəmə çəkişmələrinin gedişatında MMC tərəfindən həmin mənzillərin satılması barədə məhkəmələrə məlumat verilməsi, həmçinin məhkəmələrin də belə bir halın mövcudluğu barədə məlum olmasını və iddiaçıya məxsus mənzillər MMC tərəfindən bölünərək, layihə dəyişikliyi edilməklə icradan yayınma cəhdləri” kimi əsaslandırmağa çalışmışdır. Halbuki, iddiaçı tərəf hazırkı iddia tələbinin predmetini təşkil edən mənzillərin artıq satılması barədə 2021-ci ildən məlumatlı idi. Belə ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ###### 2021-ci il tarixli qətnamənin təsviri hissəsində qeyd olunur ki, məhkəmə iclasında iştirak edən cavabdeh cavabdeh4 MMC-nin vəkili X5 izahat verərək bildirmişdir ki, ## #### 2020-ci il tarixində məhkəmə qətnaməsi əsasında müqavilələr ləğv olunub və mənzillər artıq başqa şəxslərə satılıb. Beləliklə aydın olur ki, iddiaçı tərəf mənzillərin başqa şəxslərə satılması ilə bağlı artıq 2021-ci ildə məlumatlı idi. Apellyasiya məhkəməsinin qətnaməsi heç bir mötəbər və tutarlı sübut növləri ilə öz təsdiqini tapmamışdır. Hazırkı məhkəmə qətnaməsi ehtimallara, subyektiv mülahizələrə və təsdiq olunmamış şübhələrə əsaslanır. Belə ki, məhkəmə cavabdehlər MMC ilə cavabdeh1 arasında bağlanmış ## ###### 2020-ci il tarixli müqaviləsi tam qanuni əsaslarla bağlanmasını (müqaviləni səlahiyyətli şəxs tərəfindən imzalanması, öhdəliklərinin dəqiq müəyyən edilməsi və s. şərtlərə əməl edilərək bağlanmasına baxmayaraq) təqdim edilmiş sübutlarla təsdiq edilməsinə baxmayaraq, formal mülahizələri və ehtimalları ilə müqavilənin əslində alqı-satqı deyil digər məhkəmə qətnaməsinin icrasını mümkünsüz etmək niyyəti ilə bağlandığını güman edərək qətnamə qəbul edilmişdir. Bu isə məhkəmənin maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində işin faktiki hallarına uyğun olmayan əsassız və qanunsuz qətnamə qəbul edilməsinə şərait yaratmışdır.

75. Nəhayət, cavabdeh cavabdeh4 MMC kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

76. Həmin kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 129-cu, Mülki Məcəllənin 6.1, 6.1.2, 6.1.4, 6.1.5, 6.1.8, 6.1.9, 157.8, 354.1, 390, 572-ci, Mülki Prosessual Məcəllənin 13.1-ci maddələri, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarları pozulmuşdur.

77. Bu kassasiya şikayəti cavabdeh cavabdeh2 kassasiya şikayətinin dəlillərinə oxşar dəlillərlə əsaslandırılmışdır.

78. Kassasiya şikayətlərinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

79. Kassasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olunmamışdır.

Kassasiya baxışının hədləri

80. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

81. Iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini iddianın təmin edilməyən hissəsində mübahisələndirmədiyindən, hazırkı kassasiya baxışının predmetini cavabdehlərin kassasiya şikayətlərinin dəlillərinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin iddianın təmin olunan hissəsində yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq:

82. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 178.8-ci maddəsinə əsasən (## #### 2018-ci il tarixədək qüvvədə olan redaksiyada) mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.

83. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

84. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

85. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərkən əsaslı olaraq hesab etmişdir ki, cavabdehlər arasında mübahisəli mənzillərlə bağlı bağlanmış müqavilələri etibarsız hesab etmişdir.

86. Qeyd olunmalıdır ki, iddiaçı ilə cavabdeh MMC (MTK) arasında müqavilələr ## ###### 2011-ci il tarixdə bağlanılmış, mübahisəli mənzillərin dəyəri ödənilməklə, Mülki Məcəllənin həmin dövrdə qüvvədə olmuş 178.8-ci maddəsinə əsasən, o, mənzillər üzərində mülkiyyət hüququnu əldə etmişdir.

87. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” ## ####### 2010cu il tarixli qərarında izah olunmuşdur ki, kooperativin üzvü və pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka sahiblik və istifadə etmək hüququnu, xxxx qeydə alındıqdan sonra isə sərəncam vermək hüququnu əldə edirlər.

88. Belə olan halda, iddiaçı mübahisəli mənzillərə mülkiyyət hüququ əldə etdikdən sonra, MMC-nin həmin mənzillərə mülkiyyətçinin razılığı olmadan, təkrarən sərəncam verməsi qanunsuz olmaqla, müqavilələr səlahiyyətsiz şəxs tərəfindən bağlanılmış əqd kimi etibarsızdır.

89. Məhz bu səbəbdən də, hazırkı mübahisəyə Mülki Məcəllənin 452.1-ci maddəsinin tətbiqi mümkünsüzdür. Həmin maddənin məzmununa görə fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Göründüyü kimi, bu normanın tətbiqi üçün kreditorun bir neçə borcluya fərdi-müəyyən əşyanı vermək öhdəliyi yaranmalıdır. Lakin, yuxarıda qeyd olunan əsaslara görə, cavabdeh MMC ilə cavabdehlər fiziki şəxslər arasında bağlanmış müqavilələr etibarsız olduğundan, konkret bu mənzillərlə (fərdi-müəyyən əşyalarla) bağlı etibarlı öhdəlik münasibətləri də yaranmamışdır.

90. Cavabdehlərin vicdanlı alıcı olmalarına dair kassasiya şikayətlərinin dəlilləri həmçinin apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Bu səbəbdən ki, cavabdehlər mübahisələndirilən mənzillərlə bağlı müqavilə bağlayarkən həmin mənzillər üzərində satıcının (hazırkı halda cavabdeh MMC-nin) mülkiyyət hüquqları xxxx qeydə alınmamışdır.

91. Nəzərə alınmalıdır ki, vicdanlı əldəetmə yalnız dövlət reyestrində özgəninkiləşdirənin adına aparılmış qeydə etimad etmiş üçüncü şəxslərin hüquqlarını qoruyur. Ona görə də, bu növ mübahisələr üzrə əvvəlcə özgəninkiləşdirənin adına xxxx əşyaya dair qeydin olub-olmadığı yoxlanılmalıdır. Bu problemə daha çox dövlət reyestrində qeydə alınmamış əşyalara dair müqavilələrin (məsələn, çoxmənzilli yaşayış binasının tərkib hissəsinə dair podrat müqavilələri) bağlanması zamanı təsadüf edilir. Bu zaman alıcı rəsmi reyestrdə qeydə alınmamış əşyanı yazılı müqavilə əsasında əldə etdiyindən reyestrə etimada əsaslanan vicdanlı əldəetmə halı yaranmır. Bəzən məhkəmə təcrübəsində səhvən həmin müqavilələr üzrə də əldə edənin vicdanlılığı məsələsi araşdırılır, halbuki yuxarıda da qeyd edildiyi kimi, qanunverici vicdanlılıq institutu ilə yalnız reyestrdəki qeydə etimad edən üçüncü şəxslərin hüquqlarını qoruyur (“Daşınmaz əşyalara dair əşya hüquqlarının əldə edilməsində üçüncü şəxslərin vicdanlılığı ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının ## ### 2026-cı il tarixli qərardadı).

92. Cavabdehlərdən cavabdeh5 mənzilə yiyələndikdən sonra, mülkiyyət hüququnu xxxx qeydə alınması, ona münasibətdə Mülki Məcəllənin 140-cı maddəsinin tətbiqini də mümkün etmir. Bu səbəbdən ki, yuxarıda qeyd olunduğu kimi, vicdanlılıq əldə etmə zamanı dövlət reyestrində qeydə alınmış daşınmaz əmlakları əldə edən şəxslərin hüquqlarını qoruyur.

93. Işin hallarının tam araşdırılmaması və sübutlara düzgün hüquqi qiymət verilməməsi ilə bağlı kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası yeni sübut qəbul etmir.

94. Həmçinin, məhkəmə kollegiyası bir daha izah edir ki, məhkəmənin gəldiyi yuxarıda qeyd olunan nəticə cavabdehlərin MMC-yə ödədikləri vəsaiti, mənzillərdə etdikləri yaxşılaşmaların dəyərini, əldən çıxmış faydanı və digər zərəri aidiyyəti şəxslərdən tələb etmək hüquqlarını aradan qaldırmır.

95. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayətləri təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

96. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Cavabdehlər cavabdeh5, cavabdeh2, cavabdeh1 və cavabdeh4 MMC tərəfindən ayrıayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi iddianın təmin olunan hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar