Məhkəmə qərarları › İş №2(1-8)-1820/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1820/2026

17.07.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1820/2026 17.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: iş üzrə icraata xitam verilməsi; tərəflər barışıq sazişi bağladıqları halda iş üzrə icraata xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlundan və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: Işin halları: a) Birinci instansiya məhkəməsində icraat

1. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən iddiaçıya vurulmuş 38.000 manat məbləğində maddi zərərin və 5.000 manat məbləğində mənəvi zərərin, iddia ərizəsini məhkəməyə verdiyi zaman ödədiyi 219 manat dövlət rüsumunun, cəmi 43.219 manat məbləğində pulun cavabdehlərdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim R.Qafarova) iddia qismən təmin edilmiş, cavabdehlər cavabdeh2 və cavabdeh1 müştərək qaydada vurulmuş maddi zərərə görə 38.000 manat, mənəvi zərərə görə 1000 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

b) Apellyasiya instansiyası məhkəməsində icraat

3. Cavabdehlər cavabdeh2 və cavabdeh1 apellyasiya şikayətləri verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

4. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim F.Talışinskinin sədrliyi və məruzəsi ilə, hakimlər G.Abbasova və M.Məmmədov) apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ## ### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi maddi zərərə görə 38.000 manat hissəsində dəyişdirilmiş və maddi zərərə görə tutulmalı olan məbləğin dəyəri 32.000 manat müəyyən edilmişdir.

Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

a) Kassasiya şikayətinin dəlilləri

5. Cavabdehlər cavabdeh2 və cavabdeh1 ayrı-ayrılıqda kassasiya şikayətləri verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər.

6. Kassasiya şikayətləri onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 1096.1-ci, Mülki Prosessual Məcəllənin 15.1, 76 və 77-ci maddələrinin tələbləri pozulmuşdur.

b) Məhkəmə icraatında tərəflərin barışıq sazişi bağlamaları

7. Daha sonra tərəflər məhkəməyə notariat qaydasında təsdiq olunmuş ## #### 2026-cı il tarixli barışıq sazişini təqdim etmişlər.

8. Tərəflər arasında bağlanmış barışıq sazişinə əsasən:

...

2. Tərəflərin öhdəlikləri Bu barışıq sazişi aşağıdakı şərtlərlə bağlanılır: 2.1. ##.##.2023-cü il tarixdə ünvan 1 ünvanında yerləşən avtoyuma məntəqəsində baş vermiş qəza səbəbindən iddiaçı İddiaçı məxsus, təmizlənmək üçün məntəqəyə saxlanılmış “X1” markalı, **-MD-*** dövlət qeydiyyat nişanlı minik avtomobili tamamilə istifadəyə tam yarasız hala düşməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsinə əsasən cavabdehlər cavabdeh2 və cavabdeh1 maddi zərərə görə müəyyən olunmuş 32000 manat iddiaçı İddiaçı verilməlidir. 2.2. Cavabdehlər tərəfindən kassasiya şikayəti verilmiş və iş hazırda Ali Məhkəmənin icraatındadır (iş nömrəsi: 2(1-8)-1820/2026). Tərəflərin öhdəlikləri və ödəniş şərtləri 2.3. Cavabdehlər İddiaçı ümumilikdə 15.000 manat kompensasiya ödənilməsi müqabilində iddiaçı İddiaçı tələbin qalan hissəsindən imtina edir və bu məbləğdən başqa cavabdehlərdən maddi və mənəvi ziyan, o cümlədən məhkəmə qətnaməsində qət edilən 32.000 manat pul vəsaitini tələb etməməyi öhdəsinə götürür. 2.4. Cavabdehlər cavabdeh2 və cavabdeh1 baş vermiş hadisə nəticəsində iddiaçıya dəymiş maddi və mənəvi zərərin əvəzi kimi, müştərək qaydada iddiaçı İddiaçı ümumilikdə 15.000 manat kompensasiya ödəməyi öhdələrinə götürürlər. 2.5. Tərəflər bəyan edir ki, 15.000 manat ödəniş həyata keçirildikdən sonra tərəflər arasında mübahisə bitmiş hesab ediləcəkdir. 2.6. Iddiaçı tərəf bəyan edir ki, mübahisə predmeti olan avtomobil üçüncü şəxslərin tələblərindən azad yalnız onun mülkiyyətində və sahibliyində olmuşdur. 2.7. Ödəniş saziş imzalandığı anda tam şəkildə iddiaçıya veriləcəkdir. Iddiaçı bu sazişi imzalamaqla 15.000 manat kompensasiyanı aldığını təsdiq etmiş hesab edilir.

3. Yekun müddəalar və hüquqi nəticələr 3.1. Tərəflər razılaşırlar ki, bu barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməsi MPMin 191.2-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməsi üçün əsasdır. Işə xitam verildikdən sonra eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla yenidən məhkəməyə iddia verilə bilməz. ...

9. Iddiaçı İddiaçı notariat qaydasında təsdiq olunmuş ## #### 2026-cı il tarixli ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək, Ali Məhkəmənin icraatında olan *(*-*)-****/**** nömrəli iş üzrə iddiaçı və cavabdehlər arasında Bakı şəhəri ** saylı notariat ofisində bağlanan reyestr *M-*** nömrəli ## #### 2026-cı il tarixli barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir.

10. Cavabdehlərin etibarnamə əsasında səlahiyyətli nümayəndəsi, vəkil vəkil2 məhkəməyə ərizə ilə müraciət edərək, tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.

11. Barışıq sazişinə əlavə olunan ## #### 2026-cı il tarixli əlyazma qəbzinə əsasən İddiaçı sazişə uyğun olaraq 15.000 manat pulu cavabdeh2 və cavabdeh1 oğlu Nümayəndə iştirakı ilə almışdır.

Tətbiq edilən hüquq:

12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. Iddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Iddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.2-ci maddəsinə əsasən məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. 417.1.5-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.3-cü və 259.0.8-259.0.10-cu maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya və ya bu Məcəllənin 261.0.1-261.0.7ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər.

Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

13. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında mübahisə məhkəmədənkənar qaydada həll olunduğundan və tərəflər barışıq sazişi bağladıqlarından, həmin barışıq sazişi səlahiyyətli şəxslər tərəfindən imzalandığından, qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından bu hərəkətlər qəbul edilərək barışıq sazişi təsdiq edilməli və Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilməklə, iş üzrə icraata xitam verilməlidir.

14. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 261.0.5, 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi ləğv edilsin. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə tərəflərin məhkəməyə təqdim etdikləri Bakı şəhəri ** saylı notariat ofisində təsdiq etdikləri ## #### 2026-cı il tarixli aşağıdakı məzmununda barışıq sazişi təsdiq edilsin: ... Tərəflərin öhdəlikləri və ödəniş şərtləri 2.3. Cavabdehlər İddiaçı ümumilikdə 15.000 manat kompensasiya ödənilməsi müqabilində iddiaçı İddiaçı tələbin qalan hissəsindən imtina edir və bu məbləğdən başqa cavabdehlərdən maddi və mənəvi ziyan, o cümlədən məhkəmə qətnaməsində qət edilən 32.000 manat pul vəsaitini tələb etməməyi öhdəsinə götürür. 2.4. Cavabdehlər cavabdeh2 və cavabdeh1 baş vermiş hadisə nəticəsində iddiaçıya dəymiş maddi və mənəvi zərərin əvəzi kimi, müştərək qaydada iddiaçı İddiaçı ümumilikdə 15.000 manat kompensasiya ödəməyi öhdələrinə götürürlər. 2.5. Tərəflər bəyan edir ki, 15.000 manat ödəniş həyata keçirildikdən sonra tərəflər arasında mübahisə bitmiş hesab ediləcəkdir. 2.6. Iddiaçı tərəf bəyan edir ki, mübahisə predmeti olan avtomobil üçüncü şəxslərin tələblərindən azad yalnız onun mülkiyyətində və sahibliyində olmuşdur. 2.7. Ödəniş saziş imzalandığı anda tam şəkildə iddiaçıya veriləcəkdir. Iddiaçı bu sazişi imzalamaqla 15.000 manat kompensasiyanı aldığını təsdiq etmiş hesab edilir.

3. Yekun müddəalar və hüquqi nəticələr 3.1. Tərəflər razılaşırlar ki, bu barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməsi MPMin 191.2-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməsi üçün əsasdır. Işə xitam verildikdən sonra eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla yenidən məhkəməyə iddia verilə bilməz. ...

Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar