Məhkəmə qərarları › İş №2(1-8)-1839/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-1839/2026

10.09.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1839/2026 10.09.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı İddiaçı cavabdeh Cavabdeh və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər:maneənin aradan qaldırılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və X7 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının # ##### 2026-cı il tarixli, *(***)-***/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə ## ######## 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Səbail Rayon İcra Hakimiyyəti başçısının 1999-cu il tarixli sərəncamı ilə İddiaçı fərdi yaşayış evi tikmək üçün Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsindən 6 sot torpaq sahəsi ayrılmış və ## ###### 2005-ci il tarixdə torpaq sahəsinin cizgisi verilmişdir.

2. ##.##.2022-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Allahverdiyev Qiyamət Bayraməli oğlu ünvan 1 “F” saylı ünvanda yerləşən 0.025 ha torpaq sahəsini tam mülkiyyət hüququ üzrə X3 almışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində birinci icraat

3. İddiaçı İddiaçı (bundan sonra- iddiaçı) cavabdehlər Cavabdeh və Allahverdiyev Qiyamət Bayraməli oğluna (bundan sonra- cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan torpaq sahəsində onun tərəfindən çəkilmiş daş hasarın cavabdeh tərəfindən sökülməsinin qanunsuz hesab edilməsi, həmin hasarın cavabdehin vəsaiti hesabına əvvəlki vəziyyətə gətirilməsi və cavabdehin üzərinə özünə məxsus torpaq sahəsinə daxil olmaq üçün əvvəlki yoldan istifadə etməsi öhdəliyinin qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, mübahisəli torpaq sahəsinin, həm də qonşuların yolu yerləşmə cizgisi və torpaq sahəsinin plan-ölçü sənədində öz əksini tapmışdır. Qonşu torpağın sahibi cavabdehin mülkiyyət hüququ ## ###### 2022-ci il tarixdə qeydiyyata aldırmışdır. Lakin o, faktiki yolu olduğu halda iddiaçıya məxsus mişar daşdan olan hasarı uçurtmuş, ona maddi ziyan vurmuş, torpağını zəbt edərək özünə yeni yol çəkmişdir. Özbaşına zəbt etdiyi özgə torpağından çəkdiyi yolla mütəmadi tikinti materialları daşımaqla geniş tikinti işləri aparır.

5. Cavabdeh iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, özünə məxsus olan torpaq sahəsində tikinti aparır. Onun tərəfindən heç bir hasar sökülməmişdir. İddiaçının təqdim etdiyi 1999-cu il sərəncamında həmin torpaq sahəsi iki il müddətində fərdi evin tikintisi üçün verilmiş və qeyd edilmişdir ki, qeyd edilən müddət ərzində tikinti olmazsa, torpaq sahəsi vətəndaşın əlindən alınsın. Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, döngə 2170 trapesiya şəklindədir. İddiaçı iddia edir ki, torpaq sahəsinə çıxış sonradan qoyulmuşdur, amma buna aid hər hansı sübutu yoxdur. İddaçının mübahisə etdiyi torpaq sahəsinin ona məxsus olması barədə heç bir sübutu olmamışdır.

6. X4 bildirmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ** saylı evdə yaşayır. İddaçı qardaşının qonşusudur. İddiaçını bu mübahisə ilə əlaqədar tanıyır. Mövcud torpaq sahəsindəki hasarın sökülməsini iddiaçıya o, demişdir. O, torpaq sahəsini kimin alıb satdığını bilmir. Sadəcə hasarın sökülməsini bilir. Qabaq girişdə olan hasarın hündürlüyü 2 metrdən çox idi. Hasarın iki hissəsi sökülmüşdür. Yer orada trapesiya şəklindədir. Hasarın bir hissəsi hündür yerdə olduğu üçün o, biri tərəfdən fərqlənir. Hasarın giriş və girişdən sağ tərəfdə yerləşən hissəsinin söküldüyünü bildirmişdir.

7. X1 bildirmişdir ki, o torpaq sahəsini internetdə yerləşən elan vasitəsilə Şəhriyar adlı şəxsdən almışdır. ** saylı Notariat Ofisində alğı-satqı müqaviləsi ilə öz adına alıb. 6 sot torpaq sahəsi hər biri 3 sot olmaqla iki yerə bölünmüşdür. Həmin ərazidən yuxarı küçəyə 2 çıxış vardır. İddiaçının qeyd etdiyi ərazidə kanalizasiya xətti vardır. Torpaq sahəsini alanda orada daşlar yox idi. Orada yolu bir yerdə çəkiblər. Həmin ərazidə yerləşən tikili iddiaçıya məxsusdur. Oradakı üçbucaq yerdə elektrik xətti vardır. Qeyd edilən ərazidə yerləşən torpaqların əksəriyyəti iddiaçının adınadır. Həmin torpaqları müxtəlif insanlara satıb pul qazanır.

8. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli iş üzrə ## ######## 2022ci il tarixli qətnaməsi ilə (hakim Şəhla Süleymanova) iddia tələbi təmin edilməmişdir.

9. Məhkəmə qeyd etmişdir ki, məhkəmə tərəfindən iddia tələbində qeyd edilən sökülmüş hasarın yerləşdiyi torpaq sahəsinin iddiaçının qanuni istifadəsində olması müəyyən olunmadığından, iddiaçı tərəfindən irəli sürülmüş iddia tələbləri əsassızdır və təmin edilməməlidir.

10. Məhkəmə qeyd etmişdir ki, iddiaçı ona məxsus və onun tərəfindən inşa edilmiş hasarın cavabdeh tərəfindən söküldüyünü iddia etsə də, bu halları təsdiq edən hər hansı mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir.

11. Məhkəmə qeyd etmişdir, iddiaçı torpaq sahəsinin ona məxsus olması və onun tərəfindən inşa edilmiş hasarın cavabdeh tərəfindən sökülməsini iddia etsə də, bununla bağlı hər hansı mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir.

12. Məhkəmə öz hüquqi mövqeyini AR Konstitusiyasının 127-ci maddəsinin II-ci bəndinə, habelə MPM-nin 14.2, 77.1, 119.1 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

13. İddiaçı apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmədə dindirilən və qətnamədə ifadəsi sübut kimi qəbul edilən X6 torpaq sahsinin qapısı iddiaçının torpaq sahəsinin xaricindədir. Bu baxış zamanı və video yazıda öz əksini tapmışdır. Onun özü də iddiaçının torpaq sahəsindən yol açması iddiasındadır. Onun qeyd etdiyi yolun çəkilməsi həmin ərazidən təxminən 300 metr kənarda olmuşdur. Faktın təsdiqi üçün yenidən baxış keçirilərsə bu hal təsdiq olunar. Bu şəxs iddiada tərəf deyil. Hazırkı iddiaya heç bir aidiyyəti də yoxdur. Bəlli deyil ki, məhkəmə onu nə üçün dindirmiş və ifadəsini sübut kimi götürmüşdür. Halbukı işdə sübutlara söykənən obyektiv ifadə verməyə hazır olan və bu məqsədlə məhkəməyə gələn icra məmurunu iddiaçının israrlı tələblərinə baxmayaraq məhkəmə “ifadənə ehtiyac yoxdur” bəhanəsi ilə dindirməmişdir. Məhkəmə qətnamədə “iddiaçı ona məxsus və onun tərəfindən inşa edilmiş hasarın cavabdeh tərəfindən söküldüyünü iddia etsə də, bu halları təstiq edən hər hansı mötəbər sübutları məhkəməyə təqdim etməməsini” qeyd etsə də, bu fakt izahatlardan əlavə, baxışla və bələdiyyə nümayəndəsinin çəkdiyi video ilə tam təsqiq olunur. İki metr hündürlüyündə mişar daşdan inşa edilmiş hasarın sökülməsi hələ məhkəmədən öncə bələdiyyə və icra nümayəndəliyinin birgə baxış sənədləri ilə də təsdiq olunur. Həm də hasarı özünə 2-ci yol açmaq üçün cavabdehin sökməsinə kifayət qədər fakt mövcuddur. İzahatda deyilənlər sözügedən əraziyə aid olmayan tamamilə uzaq sahədə baş vermişdir. Cavabdehə yol iddiaçının hesabına verilə bilməz. Mülki qanunvericiliyin tələbləri baxımından ona yol üçün yeri torpağı satan adam verməlidir. Bundan əlavə, iddiaçıya torpaq sahəsi veriləndə orada işıq xətti olmamışdır. Sonradan çəkilmişdir ki, buda mülkiyyət hüququnu pozur. İddiaçı bununla bağlı maneənin aradan qaldırılması üçün tədbirlər görür. Belə vəziyyətin yaranması onun mülkiyyət hüququnu məhdudlaşdırmır. Məhkəmənin qətnamədə iddiaçının sahəsinin trapesiya formasında yox, yerli baxışda göstərdiyi torpaq sahəsinin üçbucaq formasında olduğunun müəyyən edilməsini göstərməsi də əsassızdır. Orada üçbucaq formasında yer yoxdur. Hər tərəfin torpağının sxemi, eskiz yerləşmə cizgisi var. Məhkəmə təsdiq olunan rəsmi sənədlərə yox, subyektiv mülahizəyə istinad etmişdir. Sərəncamda heç trapesiya forması sözü də yoxdur. Məhkəmə bu fikri nəyə əsasən göstərməsi işdən bəlli deyil.

15. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2023-cü il tarixli ekspert rəyində göstərilmişdir ki, mübahisəli ərazinin faktiki sahəsi 685.0 kv.metr təşkil edir. Allahverdiyev Qiyamət Bayraməli oğlunun xüsusi mülkiyyətində olan 0.025 ha torpaq sahəsi və həmin sahənin qərb-sərhəd qonşuluğunda olan 0.0255 ha torpaq sahəsi əvvəlki vəziyyətdə (bölgüdən öncə) 0.0505 ha olmaqla dövlət qeydiyyatına alınmışdır. Həmin sahənin arxivi əsaslarında (ilkin yerləşmə cizgisi və keçmiş DTXK-nın kadastr planında) keçid yolları iki tərəfdən (qərb və şərq) işarələnməklə göstərilmişdir. Faktiki vəziyyəti üzrə Allahverdiyev Qiyamət Bayraməli oğluna məxsus torpaq sahəsinə gedən yolun Bakı şəhəri, Səbail Rayon İcra Hakimiyyəti başçısının ## ### 1999-cu il tarixli sərəncamı ilə İddiaçı ayrılmış 0.06 ha torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir.

16. AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2023-cü il tarixli ekspert rəyində göstərilmişdir ki, iddiaçı tərəfindən göstərilən faktiki torpaq sahəsi 685.0 kv.metr təşkil edir. Sahənin daxilindən bir hissə (235.0 kv.metr olan sahə) faktiki yol kimi mübahisələndirilən sahədir. Bundan əlavə, cavabdehin göstərdiyi 250.0 kv.metr sahə üzərində bir mərtəbəli yarımçıq tikili mövcuddur, digər sahə ilə bir sərhəd daxilindədir. Sahənin sərhədləri iki tərəfdən şərti olmaqla çıxarışda qeyd olunmuş ölçülərə uyğundur. Göstərilən torpaq sahəsinin çox hissəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Cavabdehin faktiki göstərdiyi və sənədlə sahəsi iki tərəfdən fiziki sərhəd olmadığından (şərti olduğundan) zəbt etmə halının olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır. Mülkiyyət sənədlərinə əsasən Allahverdiyev Qiyamət Bayraməli oğlunun xüsusi mülkiyyətində olan 250.0 kv.metr torpaq sahəsi və həmin sahənin qərb-sərhəd qonşuluğunda olan 255.0 kv.metr torpaq sahəsi əvvəlki vəziyyətdə (bölgüdən öncə) 505.0 kv.metr olmaqla dövlət qeydiyyatına alınmışdır. Sahənin arxiv əsaslarında (ilkin yerləşmə cizgisi və keçmiş DTXKnin kadastr planında keçid yolları iki tərəfdən (qərb və şərq) işarələnməklə göstərilmişdir. İddiaçı tərəfindən göstərilən faktiki sahə 685.0 kv.metr təşkil etməklə bir hissəsi (235.0 kv.metr) faktiki yol kimi mübahisələndirilən hissədir. Bundan əlavə, İddiaçı ayrılmış torpaq sahəsi və həmin sahənin ayrılmasına əsas olmuş sənədlər barədə elektron bazada məlumat yoxdur. Allahverdiyev Qiyamət Bayraməli oğlunun xüsusi mülkiyyətində olan 250.0 kv.metr torpaq sahəsi bölünəndən əvvəl həmin sahənin qərb sərhəd qonşuluğunda olan 255.0 kv.metr torpaq sahəsi əvvəlki vəziyyətdə 505.0 kv.metr olmaqla qeydiyyata alınmış torpaq sahəsinin arxiv əsaslarında (ilkin yerləşmə cizgisi ve keçmiş DTXK-nın kadastr planında) keçid yolları iki tərəfdən (qərb və şərq) işarələnməklə göstərilmişdir. Bölünmə zamanı (505 kv.metr sahənin bölgüsü zamanı) tərəflər arasında imzaları ilə razılaşdırılaraq notarial qaydada tesdiqlənmiş bölgü sxemində sənədlə sahənin cənub tərəf hissəsindən dalan göstərilmişdir.

17. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər İlham Cəfərov (sədrlik edən, məruzəçi), Fuad Abdıyev və Xəyal Sarıyev) ## ### 2024-cü il tarixli, *(***)-**/**** saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, aparılmış ekspertizalar iddiaçının faktiki qaydada, yəni sənəd üzrə müəyyən edilmiş koordinatlar əsasında yox, şərti olaraq göstərdiyi torpaq sahəsində aparılmışdır. İddiaçıya ayrılmış torpaq sahəsi və həmin sahənin ayrılmasına əsas olmuş sənədlər barədə elektron bazada məlumatlar olmadığına görə göstərdiyi torpaq sahəsinin həqiqətən də sərəncamla ona ayrılmış torpaq sahəsi olması öz təsdiqini tapmır. Həmçinin iddiaçı da bu halı mötəbər sübutlarla əsaslandıra bilməmişdir.

19. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, hazırkı mülki işdə birinci instansiya məhkəməsi “sübut etmək yükünün təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyü” prinsipini rəhbər tutaraq iddia tələbini rədd etməkdə haqlı olmuş, iddiaçı isə birinci instansiya məhkəməsinin qətnaməsindən şikayət verərkən, torpaq sahəsinin ona məxsus olduğunu, habelə torpaq sahəsi üzərindəki hasarın cavabdeh tərəfindən söküldüyünü iddia etsə də, bunu heç bir dəlillə sübuta yetirə bilməmişdir.

20. Məhkəmə gəldiyi nəticəni İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə ##.##.2007-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə və AR MPM-nin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

21. İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın tam təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

22. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının ##.##.2024-cü il tarixli, *(***)-****/**** saylı qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ### 2024-cü il tarixli, *(***)-**/**** saylı qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytaılmışdır.

23. Kassasiya məhkəməsi qeyd etmişdir ki, apellyasiya məhkəməsi qeyd etmişdir ki, aparılmış ekspertizalar iddiaçının faktiki qaydada, yəni sənəd üzrə müəyyən edilmiş koordinatlar əsasında yox, şərti olaraq göstərdiyi torpaq sahəsində aparılmışdır. İddiaçıya ayrılmış torpaq sahəsi və həmin sahənin ayrılmasına əsas olmuş sənədlər barədə elektron bazada məlumatlar olmadığına görə göstərdiyi torpaq sahəsinin həqiqətən də sərəncamla ona ayrılmış torpaq sahəsi olması öz təsdiqini tapmır. Həmçinin iddiaçı bu halı mötəbər sübutlarla əsaslandıra bilməmişdir.

24. Kassasiya məhkəməsi qeyd etmişdir ki, fərdi evin tikintisi üçün torpaq sahəsi ayrılması barədə Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyəti başçısının ## ### 1999-cu il tarixli, *** nömrəli sərəncamı və Səbail rayon İcra Hakimiyyəti başçısının ## ### 1999-cu il tarixli, *** nömrəli sərəncamı ilə Badamdar qəsəbəsindən iddiaçıya ayrılmış torpaq sahəsinin (3 yaşayış massivi, **** nömrəli) cizgisinin surəti mövcuddur. Apellyasiya məhkəməsi iddiaçıya ayrılmış torpaq sahəsi və həmin sahənin ayrılmasına əsas olmuş sənədlər barədə elektron bazada məlumatlar olmadığına görə göstərdiyi torpaq sahəsinin həqiqətən də sərəncamla ona ayrılmış torpaq sahəsi olmasının öz təsdiqini tapmaması barədəki mövqeyini kifayət qədər əsaslandırmamışdır. Elektron bazada müvafiq məlumatların olmaması iş materiallarında olan sübutların araşdırılmasını və araşdırmanın nəticəsindən asılı olaraq qərar qəbul edilməsini istisna etmir.

25. Apellyasiya məhkəməsi AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2023-cü il tarixli ekspert rəyinə əsaslanaraq qeyd etmişdir ki, faktiki vəziyyəti üzrə Allahverdiyev Qiyamət Bayraməli oğluna məxsus torpaq sahəsinə gedən yolun Bakı şəhəri, Səbail Rayon İcra Hakimiyyəti başçısının ## ### 1999- cu il tarixli sərəncamı ilə İddiaçı Hafiz oğluna ayrılmış 0.06 ha torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir.

26. Kassasiya məhkəməsi torpaq sahəsinin hansı formada (trapesiya və ya üçbucaqlı) olması və yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşməsi dəlillərinə münasibətdə qeyd etmişdir ki, Bakı şəhəri, Səbail Rayon İcra Hakimiyyəti başçısının ## ### 1999-cu il tarixli, *** nömrəli sərəncamı ilə iddiaçıya ayrılmış torpaq sahəsinin cizgisi sənədində həmin torpaq sahəsi trapesiya formasında göstərilmişdir. Birinci instansiya məhkəməsi isə ##.##.2022-ci il tarixində hər iki tərəfin göstərdiyi torpaq sahəsinə yerli baxış keçirərkən, iddiaçının ona məxsus olduğunu bildirdiyi torpaq sahəsinin üçkünc formada olduğunu və torpaq sahəsinin tam yaxınlığında işıq dirəyinin yerləşdiyini müəyyən etmiş və bunları ##.##.2022ci il tarixli protokolla rəsmiləşdirmişdir.

27. Kassasiya məhkəməsi qeyd etmişdir ki, apellyasiya məhkəməsi iddiaçının təqdim etdiyi torpaq sahəsinin cizgisi sənədindəki torpaq sahəsi ilə iddiaçının ona məxsus olduğunu bildirdiyi torpaq sahəsinin üst-üstə düşüb-düşməməsini, yəni iddiaçının göstərdiyi torpaq sahəsinin iddiaçıya ayrılmış torpaq sahəsinin cizgisi sənədində göstərilən sərhədlər daxilində olubolmamasını araşdırıb hüquqi qiymət verməmişdir.

28. Apellyasiya məhkəməsi iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş iddiaçıya ayrılmış torpaq sahəsinin cizgisi sənədi üzrə də araşdırma apararaq sübutlara məcmu şəklində AR MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verməli idi. Lakin, apellyasiya məhkəməsi bu istiqamətdə kifayət qədər araşdırma və hüquqi qiymətləndirmə aparmamışdır.

29. Kassasiya məhkəməsi öz hüquqi mövqeyini İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə ##.##.2007-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə və AR MPM-nin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

30. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Bakı Ərazi İdarəsinin ##.##.2025-ci il tarixli mütəxəssis rəyinə əsasən faktiki iddiaçının göstəridiyi sahənin cənub sərhəddindən 5-6 metr aralı məsafədən yüksək gərginlikli (110-kVt-lıq daha çox ola bilər) elektrik hava xətti keçir. Göstərilən mübahisələndirilən sahəyə üç ədəd sahənin (bir darvaza qapısı və iki darvaza qapısı yeri) faktiki giriş-çıxışları vardır. Sahəyə dair hüquqmüəyyənedici sənəd təqdim edilməyib. Əlavə olaraq bildirilir ki, əvvəlki baxış zamanı iddiaçı tərəfindən göstərilən faktiki sahə 685.0 kv.m təşkil etməklə bir hissəsi (235.0 kv.m) faktiki yol kimi mübahisələndirilən hissədir. Bundan əlavə, iddiaçıya ayrılmış torpaq sahəsi və həmin sahənin ayrılmasına əsas olmuş sənədlər barədə elektron bazada məlumat yoxdur. Göstərilən torpaq sahəsinin çox hissəsi yüksək gərginlikli elektrik xəttinin müafizə zonasında yerləşir.

31. ##.##.2026-cı il tarixli məhkəmə kollegiyasının iclasında ünvan 1 “F” saylı sahədə yerləşən, ümumi sahəsi 0.025 ha olan torpaq sahəsi Allahverdiyev Qiyamət Bayraməli oğlu tərəfindən Cavabdeh satıldığından, Allahverdiyev Qiyamət Bayraməli oğlu AR MPM-nin 58-ci maddəsinin tələbinə müvafiq olaraq Cavabdeh Cavanşir qızı ilə əvəz edilmişdir.

32. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər Günay Axundova (sədrlik edən, məruzəçi), Məhəmməd Rüstəmli və Fərrux Qasımov) # ##### 2026-cı il tarixli, *(***)- ***/**** saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddianın qismən təmin olunması, Bakı şəhəri, Səbail Rayon İcra Hakimiyyəti başçısının ## ### 1999-cu il tarixli sərəncamı ilə iddiaçıya ayrılmış 0.06 ha torpaq sahəsinə açılan qapının (darvazanın) cavabdeh tərəfindən bağlanılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

33. Məhkəmə kollegiyası qeyd etmişdir ki, ##.##.2026-cı il tarixdə mübahisələndirilən əraziyə yerli baxış keçirilmiş və müəyyən edilmişdir ki, iddiaçıya ayrılmış torpaq sahəsindən faktiki yol kimi istifadə olunur və cavabdehin evinin darvazası iddiaçıya məxsus torpaq sahəsinə açılır.

34. Məhkəmə kollegiyası eyni zamanda qeyd etmişdir ki, iddiaçıya ayrılmış torpaq sahəsi asfaltlanaraq yol kimi istifadə olunur. İddiaçının tələbi torpaq sahəsində onun tərəfindən çəkilmiş daş hasarın cavabdeh tərəfindən sökülməsinin qanunsuz hesab edilməsi, həmin hasarın cavabdehin vəsaiti hesabına əvvəlki vəziyyətə gətirilməsi və cavabdehin üzərinə özünə məxsus torpaq sahəsinə daxil olmaq üçün əvvəlki yoldan istifadə etməsi öhdəliyinin qoyulması barədə qətnamə çıxarılması təşkil edir.

35. Məhkəmə kollegiyası qeyd etmişdir ki, ilkin sənədlərdə cavabdehə məxsus olan torpaq sahəsi iddiaçının qardaşına ayrılmış torpaq sahəsi idi. İlkin sənədlərdən belə müyyən olunur ki, X5 və Hacıyev İlqar Hafiz oğluna torpaq sahəsi Bakı şəhəri, Səbail rayonu, Badamdar bələdiyyəsinin ## ###### 2006-cı il tarixli qərar əsasında ayrılmışdır. * saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin ## ### 2014-cü il tarixli qərarı ilə Bakı şəhəri Səbail rayonu Badamdar bələdiyyəsinin ## ###### 2006-cı il tarixli qərar əsasında ayrılmış torpaq sahəsinin plan və ölçüsünün verilməsi və alğı-satqının qeydə alınmasının AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə həvalə olunması qərara alınmışdır.

36. Məhkəmə kollegiyası qeyd etmişdir ki, ilkin sənədlərdə torpaq sahəsinə iki tərəfdən yolun olduğu mütəxəssis İlkin İmanov tərəfindən ##.##.2026-cı il tarixli məhkəmə iclasında bildirilmişdir. Bununla belə, torpaq sahəsinin Bakı şəhəri, Səbail Rayon İcra Hakimiyyəti başçısının ## ### 1999-cu il tarixli sərəncamı ilə iddiaçıya fərdi yaşayış evi tikmək üçün ayrıldığı və yerləşmə cizgisinin iş materiallarında olduğu qeyd edilmişdir.

37. Həmçinin, Allahverdiyev Qiyamət Bayraməli oğlunun torpaq sahəsinə gedən yolun İddiaçı ayrılmış 0,06 ha torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir.

38. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehin öz torpaq sahəsinə iddiaçıya ayrılmış torpaq sahəsindən keçməklə daxil olması iddiaçının həmin sahədən istifadəsinə maneçilik törətmişdir.

39. Məhkəmə kollegiyası * saylı Bakı Ərazi İdarəsinin ##.##.2026-cı il tarixli məktubuna əlavə edilmiş ##.##.2025-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən müəyyən etmişdir ki, Allahverdiyev Qiyamət Bayraməli oğlu ünvan 1 “F” saylı sahədə yerləşən 0,025 ha torpaq sahəsindəki mülkiyyət hüququnu Cavabdeh satmışdır.

40. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehin evinə açılan qapının (darvazanın) bağlanılması ilə iddiaçının pozulmuş hüququ bərpa edilə bilər. Bundan sonra iddiaçı torpaq sahəsinin hasarını bərpa etdirə biləcəkdir.

41. Məhkəmə kollegiyası qeyd etmişdir ki, qapının bağlanılması cavabdehin əmlakına girişinə mane olmayacaqdır. Belə ki, ekspert rəyinə əsasən, cavabdehə məxsus 0,025 ha torpaq sahəsinin digər tərəfdən də yola çıxışı olmuş, ilkin yerləşmə cizgisi və kadastr planında keçid yolları qərb və şərq tərəfdən göstərilmişdir. Apellyasiya məhkəməsi öz hüquqi mövqeyini AR Mülki Məcəlləsinin 157.4, 159, 164.1ci, 42. habelə MPM-nin 14.1, 14.2, 77.1, 88-ci maddələrinə istinat etməklə əsaslandırmışdır.

Kassasiya məhkəməsində ikinci icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

43. Cavabdeh Cavabdeh kassasiya şikayəti verərək, iş üzrə apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

44. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, torpaq sahəsinə mülkiyyət hüququnun, o cümlədən sahiblik hüququnun olması yalnız o halda qəbul olunurdu ki, belə hüquq torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış olsun. Göründüyü kimi, iddiaçının iddia etdiyi torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının olması ilə bağlı hər hansı sübut iş materiallarında mövcud olmamışdır. Hətta iddiaçının torpaq sahəsinə faktiki sahibliyi formal olaraq qəbul edilmiş olsa belə, o halda da iddiaçıya yalnız sahibliyinin pozulması ilə bağlı iddia qaldırmaq hüququ verilmişdir. Məhkəmə iddiaçının subyektiv hüquqa malik olmasını qəbul etsə də, işdə olan dəlil və sübutları kifayət qədər tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Belə ki, Bakı şəhəri, Səbail rayon İHB-nın ## ### 1999cu il tarixli Sərəncamından görünür ki, həmin sərəncamla iddiaçıya 0,06 ha torpaq sahəsi ayrılmışdır. İddiaçının həmin torpaq sahəsinə faktiki sahibliyi məhkəmə tərəfindən qəbul olunsa da, onun ötən 27 ilə yaxın müddət ərzində həmin torpaq sahəsinə necə sahiblik və istifadə etdiyi araşdırılmamışdır. Yəni, həqiqətən iddiaçı həmin torpaq üzərində faktiki sahibliyi həyata keçirmişdisə, onun torpaq sahəsindən yüksək gərginlikli elektrik xəttinin keçməsini yalnız üstündən uzun illər vaxt keçdikdən sonra müəyyən etməsinin səbəbləri araşdırılmamışdır. Həmçinin bu sahibliyi və istifadəni təsdiq edən hansı işləri yerinə yetirməsi, ərazini abadlaşdırması, tikinti aparması və gündəlik nəzarəti həyata keçirməsi də araşdırılmamışdır. Bundan əlavə, qeyd olunan sərəncamla iddiaçıya 0,06 ha torpaq sahəsi ayrıldığı halda, iş üzrə keçirilmiş ekspertiza və mütəxəssis rəyləri ilə müəyyən edilmişdir ki, həmin torpaq sahəsinin faktiki ölçüsü 0,685 ha olmuş, yəni torpaq sahəsi iddiaçıya verilmiş ölçüdən 85 kv.m artıq olmuşdur. Lakin nə iş üzrə verilmiş rəylərdə həmin artıq torpaq sahəsinin hansı hissəyə düşməsi müəyyən edilmiş, nə də məhkəmə kollegiyası iş üçün mühüm əhəmiyyət kəsb edən bu halı araşdırmışdır. Yəni cavabdehin yol kimi istifadə etdiyi həmin torpaq sahəsinin hansı hissəsinin iddiaçıya ayrılmış 0,06 ha torpaq sahəsi ilə, hansı hissəsinin isə ekspert rəyləri ilə müəyyən edilmiş əlavə zəbt edilmiş 685 kv.m hissə ilə üst-üstə düşməsi dəqiq müəyyən edilməmişdir. Ona görə də apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün təfsir edilməmiş, hər iki hüquq normalarının tələbləri kobud şəkildə pozulmuşdur. Apellyasiya məhkəməsinin hazırkı iş üzrə çıxardığı qətnamə faktlara və sübutlara deyil, şəxsi mülahizələrə əsaslanmışdır. Bu səbəbdən qətnamə əsassız və ədalətsiz hesab edilmişdir.

Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

45. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

46. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

47. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

48. Maddə 152.1.Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

49. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

50. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.

51. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

52. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

53. Maddə 159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir.

54. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.

Azərbaycan Respublikasının Torpaq Məcəlləsi

55. Maddə 55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır.

56. Maddə 66.1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur.

57. Mddə 66.2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir.

58. Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun yerquruluşu planlarının və təsvirlərinin müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. ( ## ####### 2008-ci il tarixli ***-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilən dəyişikliyədək olan versiya).

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

59. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquqvə vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

60. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

61. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

62. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

63. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

64. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

65. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

66. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

67. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

68. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

69. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

Kassasiya baxışının hədləri

70. Qanunun tələbinə görə, kassasiya məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

71. Hazırki kassasiya şikayətində qətnamə cavabdeh Cavabdeh tərəfindən iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən, apellyasiya məhkəməsinin aktı kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanıldı.

Kassasiya məhkəməsinin hüquqi mövqeyi

72. Kassasiya məhkəməsi, apellyasiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etmiş və işdə, cavabdeh Cavabdeh kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

73. Cavabdeh Cavabdeh kassasiya şikayətində apellyasiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

74. Belə ki, apellyasiya məhkəməsi qeyd etmişdir ki, ##.##.2026-cı il tarixdə mübahisələndirilən əraziyə yerli baxış keçirilmiş və müəyyən edilmişdir ki, iddiaçıya ayrılmış torpaq sahəsindən faktiki yol kimi istifadə olunur və cavabdeh Cavabdeh qızının evinin darvazası iddiaçıya məxsus torpaq sahəsinə açılır.

75. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıya ayrılmış torpaq sahəsi asfaltlanaraq yol kimi istifadə olunur. İddiaçının tələbi torpaq sahəsində onun tərəfindən çəkilmiş daş hasarın cavabdeh tərəfindən sökülməsinin qanunsuz hesab edilməsi, həmin hasarın cavabdehin vəsaiti hesabına əvvəlki vəziyyətə gətirilməsi və cavabdehin üzərinə özünə məxsus torpaq sahəsinə daxil olmaq üçün əvvəlki yoldan istifadə etməsi öhdəliyinin qoyulması barədə qətnamə çıxarılması təşkil edir.

76. Apellyasiya məhkəməsi həmçinin qeyd etmişdir ki, ilkin sənədlərdə cavabdehə məxsus olan torpaq sahəsi iddiaçının qardaşına ayrılmış torpaq sahəsi idi. İlkin sənədlərdən belə müyyən olunur ki, X5 və Hacıyev İlqar Hafiz oğluna torpaq sahəsi Bakı şəhəri, Səbail rayonu, Badamdar bələdiyyəsinin ## ###### 2006-cı il tarixli qərar əsasında ayrılmışdır. * saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin ## ### 2014-cü il tarixli qərarı ilə Bakı şəhəri, Səbail rayonu, Badamdar bələdiyyəsinin ## ###### 2006-cı il tarixli qərar əsasında ayrılmış torpaq sahəsinin plan və ölçüsünün verilməsi və alğı- satqının qeydə alınmasının AR Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə həvalə olunması qərara alınmışdır.

77. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, ilkin sənədlərdə torpaq sahəsinə iki tərəfdən yolun olduğu mütəxəssis İlkin İmanov tərəfindən ##.##.2026-cı il tarixli məhkəmə iclasında bildirilmişdir. Bununla belə, torpaq sahəsinin Bakı şəhəri, Səbail Rayon İcra Hakimiyyəti başçısının ## ### 1999-cu il tarixli sərəncamı ilə iddiaçıya fərdi yaşayış evi tikmək üçün ayrıldığı və yerləşmə cizgisinin iş materiallarında olduğu qeyd edilmişdir. Həmçinin, Allahverdiyev Qiyamət Bayraməli oğlunun torpaq sahəsinə gedən yolun İddiaçı ayrılmış 0,06 ha torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir.

78. Apellyasiya məhkəməsi eyni zamanda qeyd etmişdir ki, cavabdehin öz torpaq sahəsinə iddiaçıya ayrılmış torpaq sahəsindən keçməklə daxil olması iddiaçının həmin sahədən istifadəsinə maneçilik törətmişdir.

79. Belə ki, * saylı Bakı Ərazi İdarəsinin ##.##.2026-cı il tarixli məktubuna əlavə edilmiş ##.##.2025-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən müəyyən etmişdir ki, Allahverdiyev Qiyamət Bayraməli oğlu ünvan 1 “F” saylı sahədə yerləşən 0,025 ha torpaq sahəsindəki mülkiyyət hüququnu Cavabdeh satmışdır.

80. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, cavabdehin evinə açılan qapının (darvazanın) bağlanılması ilə iddiaçının pozulmuş hüququ bərpa edilə bilər. Bundan sonra iddiaçı torpaq sahəsinin hasarını bərpa etdirə biləcəkdir. Qapının bağlanılması isə cavabdehin əmlakına girişinə mane olmayacaqdır.

81. Belə ki, ekspert rəyinə əsasən, cavabdehə məxsus 0,025 ha torpaq sahəsinin digər tərəfdən də yola çıxışı olmuş, ilkin yerləşmə cizgisi və kadastr planında keçid yolları qərb və şərq tərəfdən göstərilmişdir.

82. Göstərilənlərə əsasən, kassasiya məhkəməsi cavabdeh Cavabdeh kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

83. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya məhkəməsi

Q ə r a r a aldı: Cavabdeh Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının # ##### 2026-cı il tarixli, *(***)- ***/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar