Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1843/2026 17.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Şamayev Elşad Yaquboviç və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, MÜƏYYƏN ETDI: Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2026-cı il ## ##### tarixli *(*- *)-**/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti Ali Məhkəmənin Mülki kollegiyasının 2026-cı il ## #### tarixli *(*-*)-****/**** nömrəli qərardadı ilə icraata qəbul edilmişdir. Ali Məhkəməyə daxil olmuş Şirvan Apellyasiya Məhkəməsinin 2026-cı il ## #### tarixli məktubu ilə həmin məhkəmənin 2026-cı il ## ##### tarixli qətnaməsindən iddiaçı X2 tərəfindən kassasiya şikayəti verildiyi qeyd edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Cavabdeh kassasiya şikayəti icraata qəbul olunduqdan sonra iddiaçı kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edildiyinə görə cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Ali Məhkəmənin Mülki kollegiyasının 2026-cı il ## #### tarixli *(*-*)-****/**** nömrəli qərardadı ləğv edilməli, iş kassasiya baxışından çıxarılmaqla iddiaçı X2 tərəfindən verilmiş kassasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 407-409-cu maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. MPM-ə əsasən kassasiya şikayəti yazılı formada apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir (maddə 406.1). Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır (maddə 409). Kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər (maddə 417.1.7). Qeyd olunanlara əsasən və MPM-in 406, 409 və 417-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2026-cı il ## ##### tarixli *(*- *)-**/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsi barədə Ali Məhkəmənin Mülki kollegiyasının 2026-cı il ## #### tarixli *(*-*)-****/**** nömrəli qərardadı ləğv edilsin. Mülki iş kassasiya baxışından çıxarılsın. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2026-cı il ## ##### tarixli *(*- *)-**/**** nömrəli qətnaməsindən iddiaçı X2 tərəfindən verilmiş kassasiya şikayətinin MPMin 407-409-cu maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Şirvan Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(1-8)-1843/2026
Ali Məhkəmə Qərar — İş №2(1-8)-1843/2026
17.07.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver