Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1917/2026 26.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yazılı şərtə riayət edilmədən bağlanan borc müqaviləsi üzrə pul tələbi; iddia müddəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (məruzəçi hakim), Həsənov Vüqar Təvəkgül oğlu və X2 ibarət tərkibdə, Iddiaçı İddiaçı Cavabdeh qarşı pul və maddi ziyan tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ##### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları
1. Tərəflər arasında borc münasibətləri yaranmışdır, iddiaçı cavabdehə 15500 manat borc pul verdiyini, həmin pulun faiz hissəsindən 900 manat qaytarıldığını, hazırda 15500 manat əsas borcun qaldığını, cavabdeh isə iddiaçıdan 9700 manat borc pul aldığını, həmin borcu hissə-hissə qaytardığını bildirir.
2. ## ####### 2020-ci il tarixdə Nəsimi RPI-nin 19-cu PŞ-nə iddiaçının pulun qaytarılmaması ilə bağlı şikayət ərizəsi daxil olmuş, cinayət işinin başlanmasının rədd edilməsi haqqında, ## ###### 2020-ci il, ## ######## 2021-ci il və ## ###### 2022-ci il tarixli qərarlardan qəbul edilmişdir. Həmin qərarların məzmunundan görünür ki, Cavabdeh (bundan sonra – cavabdeh) izahatlarında qeyd etmişdir ki, xx (bundan sonra – iddiaçı) uşaqlıqdan tanıyır və onunla qonşu olmuşdur. xx faizə pul verdiyini, bunu yaşadığı Salyan şəhərində hamının bildiyini demişdir. 2016-cı il tarixdə ona pul lazım olduğu üçün iddaçıya müraciət etmişdir. Iddiaçıdan hissə-hissə ümumilikdə 9700 manat pulu 10 faizlə götürmüşdür. Sonra faizə götürdüyü 9700 manat pulun əsas hissəsindən 5500 manat ödəmiş və 500 manat pulu isə iddiaçı ondan artıq almışdır. Daha sonra 4700 manat puldan iddiaçıya hər ay 470 manat 10 ay olmaqla ödəmişdir. Bununla yanaşı, 3 dəfə 300 manat olmaqla, 900 manat 4700 manatdan əsas məbləğ olmaqla ödəmişdir. Bundan sonra iddiaçıya 2020-ci ilin sentyabr ayında bildirmişdir ki, maddi vəziyyəti pisdir və ölkə üzrə “COVID-19” pandemiyası ilə əlaqədar işlərin bağlandığından faizin əsas hissəsindən iddiaçıya pulu verə bilmir. Iddiaçı isə onunla razılaşaraq yaxın zamanlarda yerdə qalan 3800 manat pulu qaytarmağını ona bildirmişdir. Yaxın zamanlarda da iddiaçıdan götürdüyü pulun faizini geri qaytaracağını demişdir. Bundan başqa bildirmişdir ki, o, XX faizə götürdüyü ümumilikdə 9700 manat pula görə 5000 manat lotoreya götürüb qaytarmış, yerdə qalan 4700 manat pulu 10 ay faizin verdikdən sonra əsas məbləğdən 900 manat ödəmiş, yerdə qalan 3800 manat pulu isə hissə-hissə ödəyəcəyini bildirmişdir.
3. Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyinin Bakı şəhəri Nəsimi Rayon Polis Idarəsi ##.##.2026-cı il tarixli məktubunla bildirmişdir ki, Idarənin Istintaq şöbəsində X3 müraciəti əsasında toplanmış material üzrə ##.##.2022-ci il tarixdə Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilməmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. Iddiaçı cavabdehdən 15500 (on beş min beş yüz) manat məbləğində pulun, 136.50 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Iddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdeh ona 15500 manat məbləğində pul borcludur. Nəsimi RPI-nin IŞ-də aparılmış araşdırma zamanı cavabdeh aldığı pulu az göstərərək bildirmişdir ki, hissə-hissə olmaqla ümumilikdə 9700 manat olmaqla 10 faizə pul götürmüşdür. Halbuki ona 15500 manat hissə-hissə olmaqla müxtəlif vaxtlarda borca pul vermişdir. Cavabdeh həmin tarixdə götürdüyü 15500 manat pul borcundan 3 dəfə 300 manat olmaqla 900 manat həmin borc götürdüyü 15500 manat borcun faiz üstünü ödəniş etmişdir. Dəfələrlə ona şifahi olaraq xəbərdarlıq edilməsinə baxmayaraq hər dəfə borcunu ödəyəcəyini bildirmiş və bugünə kimi pul ödənməmişdir. Onun evinə pulunu almaq üçün getdiyində onu pulları ilə aldığı qızıllarını lombarda qoyaraq pul götürdüyünü və maddi durumu düzələn kimi pulunu qaytaracağını bildirmişdir. Lombard sənədlərinin surətini də ona vermişdir. Artıq pulu ödəmədiyini görüb polisə şikayət etmişdir. 9700 manat pulu etiraf edərək qaytaracağını desə də, bu günə qədər borcunu qaytarmamışdır.
6. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində qeyd olunanları bir daha təsdiq edərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sədrlik edənin sualına cavab olaraq, o, cavabdehə həmin pul məbləğini, yəni 15500 manatı 2019-cu ildə borca verdiyini, cavabdehin həmin məbləğdən pulu geri qaytarmadığını, aralarındakı razılığa əsasən cəmi 900 manat həmin məbləğin faiz üstünü geri qaytardığını bildirmişdir.
7. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək, bildirmişdir ki, o iddiaçıdan 2016-cı ildə ümumilikdə 9700 manat pul almış, hissə-hissə olmaqla, bir dəfə 5500 manat, daha sonra 3300 manat olmaqla, cəmi 8800 manatını qaytarmışdır. Qalan məbləği də hissə-hissə olmaqla geri qaytarmışdır. Cavabdeh, eyni zamanda, “iddia müddətinin tətbiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbi üzrə iddia müddətinin tətbiq edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
8. Salyan Rayon Məhkəməsinin Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2024-cü il tarixli qətnaməsi ilə (hakim Vəsilə Əliyeva) iddia qismən təmin edilərək cavabdehdən 8800 manat məbləğində pulun, 77,50 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
9. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı ərizəsində cavabdehə 15500 manat pul verdiyini bildirsə də, bu halı təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir.
10. Iddiaçı həm iddia ərizəsində, həm də məhkəmə iclasında 900 manat pul məbləğinin faiz olaraq geri qaytarıldığını bildirsə də, məhkəmə qeyd etmişdir ki, mülki qanunvericiliyə görə faizlər yalnız tərəflər arasında yazılı şəkildə razılaşdırıldığı halda tələb edilə bilər. Yazılı razılaşma yoxdursa, borc verən tərəf yalnız əsas məbləği tələb edə bilər. Məhkəmə hesab etmişdir ki, tərəflər arasındakı münasibət əsassız varlanma kimi qiymətləndirildiyindən, cavabdehdən yalnız əsas məbləğin qaytarılması tələb oluna bilər. Belə olan halda, məhkəmə cavabdeh tərəfindən ümumi borcdan 900 manat qaytarıldığını nəzərə almışdır. Iddiaçının iddia etdiyi 15500 manat puldan cavabdeh 9700 manat məbləğində pul vəsaitini aldığını etiraf etdiyindən, iddiaçı iddia tələbinin həmin hissəsində, yəni cavabdehin ona 9700 manat borcu olmasını sübut etmək yükündən azad olmuş, qalan 5800 manat pulun cavabdehə verilməsini sübuta yetirmək vəzifəsi iddiaçıya keçmişdir. Iddiaçı tərəfindən bu hallar sübuta yetirilə bilməmişdir. Beləliklə, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 9700 manat pul vəsaiti verilməsi etiraf olunduğundan sübuta yetirilmişdir.
11. Məhkəmə iş üzrə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 385.1, 442, 739, 740.1, 740.2, 1091, 1092.1, 1092.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 89.1, 106.3, 119.1, 217.4-cü maddələrinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
12. Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iş üzrə tam və hərtərəfli araşdırma aparmamamış, onun ziyanına qərar çıxarmışdır. Məhkəmə sübutları müqayisəli formada təhlil etməmiş, onun məhkəməyə təqdim etmiş sübutlarına obyektiv qiymət verməmişdir. Məhkəmə əvvəlcədən sübutlara qiymət vermiş bitərəfli qaydada iddaçının xeyrinə qərar çıxarmışdır. Lakin işə baxan hakim işin bu halını nəzərə almamışdır. O, iddiaçıdan faizlə pulu 12 il bundan əvvəl götürmüş və qaytarmışdır. Hazırkı vəziyyətdə isə iddiaçı 10 ildən sonra məhkəməyə müraciət etmişdir. Bununla da, iddiaçı məhkəməyə müraciət etmək üçün iddia müddətini ötürmüşdür. Məhkəmə qətnaməsində qeyd edir ki, iddiaçı iddia müddətini ötürməmişdir.
14. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-***/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Aytən Novruzova - sədrlik edən və məruzəçi, Tofiq Heydərov və Mirlətif Sadıqov) cavabdeh Cavabdeh münasibətdə apellyasiya şikayəti təmin edilməmiş, Salyan Rayon Məhkəməsinin ##.##.2024-cü il, *(***)-****/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
15. Məhkəmə kollegiyası mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh birinci instansiya məhkəməsinə eyni zamanda, “iddia müddətinin tətbiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbi üzrə iddia müddətinin tətbiq edilməsini məhkəmədən xahiş etsə də, onun bu tələbi əsassız hesab edilmişdir. Mübahisələndirilən pul məbləği cavabdeh deməsinə görə 2016-cı ildən başlayaraq hissə-hissə verilmiş, iddiaçı bildirdiyinə görə isə 2019-cu ildə verilmişdir. Pul müəyyən hissəsini cavabdeh ödəmiş, iddiaçı sonuncu ödənişin 2019-cu ilin noyabr ayında, cavabeh isə pulu tam olaraq 2020-ci ildə ödəməsini qeyd etmişdir. Belə ki, “cinayət işinin başlanmasının rədd edilməsi barədə” ##.##.2020-ci il tarixli, həmçinin ##.##.2022-ci il tarixli qərarın surətindən görünür ki, iş üzrə cavabdeh izahat vermişdir. O, həmin izahatında “... yerdə qalan 3800 manat pulu isə hissə-hissə ödəyəcəyini” bildirmişdir. Mülki Məcəllənin 380.1-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Göründüyü kimi, cavabdeh 2020 və 2022-ci illərdə borcunu etiraf etdiyindən, iddia müddətinin axımı kəsilmiş, borcun etiraf edilməsi iddia müddətinin 2024-cü ilə qədər uzanmasına səbəb olmuşdur. Iddiaçı mövcud iddia ərizəsi ilə ##.##.2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Odur ki, əsassız varlanma üçün qanunvericilikdə nəzərdə tutulmuş 2 illik iddia müddəti ötürülməmiş, cavabdehin iddia müddətini tələb etməsi hüququ qüvvədən düşmüşdür.
16. Hazırkı iş üzrə tərəflər arasında hər hansı yazılı borc münasibətini təsdiq edən sənəd olmamışdır. Hazırkı mübahisənin qanuni həlli baxımından Mülki Məcəllənin əsassız varlanmaya dair normaları nəzərdə keçirilməli, işdə iddianın əsaslı sayılması üçün cavabdehlərin iddiaçının hesabına müvafiq əsas olmadan varlandığı müəyyən edilməlidir. Iddiaçı 2020-ci il tarixdə polis orqanına, 2024-cü il tarixdə isə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi cavabdeh polis orqanlarında həmin 2020-ci ildə, həm 2022-ci ildə izahat verərək borcunun olduğunu, həmin borcu hissə-hissə ödəyəcəyini bildirmişdir.
17. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçı iddia ərizəsi ilə 2024-cü ilin avqust ayında məhkəməyə müraciət etdiyi üçün 2 illik iddia müddət ötürülməmişdir.
18. Iddiaçının iddia etdiyi 15500 manat puldan cavabdeh birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı 9700 manat məbləğində pul vəsaitini aldığını etiraf etdiyindən, iddiaçı iddia tələbinin həmin hissəsində, yəni cavabdehin ona 9700 manat borcu olmasını sübut etmək yükündən azad olmuş, qalan 5800 manat pulun cavabdehə verilməsini sübuta yetirmək vəzifəsi iddiaçıya keçmişdir. Iddiaçı tərəfindən bu hallar sübuta yetirilə bilməmişdir. Beləliklə, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 9700 manat pul vəsaiti verilməsi etiraf olunduğundan sübuta yetirilmişdir. Cavabdeh 9700 manat borcun iddiaçıya qaytarıldığını bildirsə də, həmin məbləğin qaytarılması barədə məhkəməyə əsaslı və mötəbər sübut təqdim etməmişdir. Iddiaçı 900 manatın faizdən qaytarılmasını etiraf etmiş, məhkəmə isə bunun ümumi borcdan qaytarılmasını müəyyən etmişdir. Qalan 8800 manatın qaytarılması isə cavabdeh tərəfindən sübuta yetirilə bilməmişdir. Beləliklə, cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 900 manat pul vəsaitinin qaytarılması etiraf olunduğundan sübut olunmuşdur.
Kassasiya instansiyası məhkəməsindəki birinci icraat
19. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının # ###### 2025-ci il tarixli *(***)-****/**** saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## #### 2025-ci il tarixli *(***)-***/**** saylı qətnaməsi ləğv edilərək iş yeni apellyasiya baxışına göndərilmişdir. (hakimlər Zaur Əliyev-məruzəçi, Vüsalə Baxışova və Zəki Babayev)
20. Kassasiya instansiyası məhkəməsi göstərmişdir ki, tələb üzrə iddia müddətinin keçibkeçmədiyinə məhkəmələr tərəfindən qanunvericiliyə uyğun hüquqi qiymət verilməmişdir. Iddia müddəti məsələsinin düzgün həll edilməsi mühüm əhəmiyyət kəsb edir. Çünki, iddia müddəti ötürülməmiş tələbin rədd edilməsi iddiaçının, belə müddət keçdikdən sonra isə iddianın təmin olunması cavabdehin hüquqlarının kobud şəkildə pozulması ilə nəticələnir.
21. Baxılan işdə məhkəmələr belə hesab etmişlər ki, üç min manatdan çox olan məbləğdə borcun verilməsinə dair müqavilə Mülki Məcəllənin 740.2-ci maddəsinə uyğun yazılı formada bağlanmadığına görə etibarsız olmuşdur. Etibarsız əqdin heç bir hüquqi nəticə yaratmadığı nəzərə alınaraq cavabdehin qaytarmalı olduğu 8.800 manatın əsassız varlanma təşkil etdiyi nəticəsinə gəlinmişdir. Bu səbəbdən məhkəmələr iddianın qanuni əsası kimi, varlanmış şəxsin əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalı olması barədə Mülki Məcəllənin 1092.1-ci maddəsinə istinad etmiş, tələbə 1095-ci maddədəki iki illik iddia müddətini tətbiq etmişlər.
22. Bu xüsusda məhkəmələrin yol verdiyi yanlışlıq ondan ibarətdir ki, tərəflər arasında bağlanmış müqavilənin forma şərtinə cavab vermədiyinə görə etibarsız sayılması həmin əqdin əhəmiyyətsizliyinə dəlalət edir. Əhəmiyyətsiz əqd nəticəsində əmələ gəlmiş əsassız varlanma halında əldə edilmişlərin geri tələb edilməsi barədə qanunda xüsusi norma mövcuddur.
23. Belə ki, əhəmiyyətsiz əqd əsasında varlanmış şəxsin əldə etdiklərini qaytarmaq öhdəliyinin qanuni əsası Mülki Məcəllənin 354.1-ci maddəsi təşkil etməklə bu növ əsassız varlanma halında irəli sürülmüş tələbə tətbiq olunan iddia müddəti isə bir ildir. Bu baxımdan məhkəmələr iddiaya həmin Məcəllənin 1092.1-ci və 1095-ci maddələrini tətbiq etməkdə səhvə yol vermişlər.
24. Baxılan işdə iddia müddətinin hesablanması da qanunvericiliyin tələblərinə uyğun şəkildə əsaslandırılmamışdır. Məhkəmələr tərəflər arasında razılaşmanın baş tutduğu və pul vəsaitinin cavabdeh tərəfindən qəbul edildiyi anı aydın şəkildə müəyyən etməmişlər. Cavabdeh pul vəsaitini 2016-cı ildə aldığını bildirir, iddiaçı isə pulu 2019-cu ildə verdiyini deyir. Işdən o da məlumdur ki, iddiaçı artıq 2020-ci ilin oktyabrında pulun qaytarılmaması ilə bağlı polis orqanına şikayət etmişdi. Həmin şikayət əsasında aparılmış ilkin yoxlama materialları üzrə cinayət işinin başlanması əvvəlcə ##.##.2020-ci ildə, daha sonra isə yenidən təzələnmiş icraat üzrə ##.##.2022-ci ildə rədd edilmişdir. Göstərilən dövrdə iddiaçının hazırkı tələbi mülki qaydada irəli sürməsi üçün qanunla müəyyən edilmiş bir illik müddətin ötüb-ötməməsi məhkəmələr tərəfindən aydınlaşdırılmamışdır.
25. Apellyasiya məhkəməsinin cavabdehin polis orqanında borcunu etiraf etməsi barədə verdiyi izahatın iddia müddətini kəsməsi barədə mövqeyi də bir neçə aspektdən doğru görünmür. Ona görə ki, əvvəla, məhkəmə etirafın tarixini dəqiq göstərməli olduğun halda (çünki, bu cür məsələdə nəinki illər və aylar, hətta günlər belə hesablama baxımından əhəmiyyətlidir), bunu etməmişdir. Həmin xüsusat qətnamədə “...cavabdeh 2020 və 2022-ci illərdə borcunu etiraf etdiyindən...” kimi qeyd olunmuşdur. Istinad olunan bu dövrün özü belə bir ildən çox müddət təşkil edir.
26. Bundan başqa, cavabdehin həmin izahatı polisdə verdiyi tarix ##.##.2020-ci ildir (iş vər.110-111). Eyniməzmunlu izahatın 2022-ci ildə verilməsi barədə məhkəmənin mövqeyinin konkret olaraq iş materiallarındakı hansı sənədə əsaslandığı məlum deyil. Həmçinin, polis orqanının 2022-ci ildə çıxardığı rədd qərarında cavabdehin verdiyi izahatın tarixi göstərilməmişdir.
27. Ikincisi, nəzərə alınmalıdır ki, borclunun qanunla müəyyən edilmiş müddət keçdikdən sonra etdiyi etirafedici hərəkət iddia müddətini kəsə və onu yenidən başlada bilməz. Çünki, kəsilmə davam edən iddia müddətinə münasibətdə mümkündür. Artıq başa çatmış iddia müddətinin kəsilməsindən söhbət gedə bilməz.
28. Üçüncüsü, borclunun kreditor qarşısında və ona yönəlik etirafedici hərəkəti iddia müddətinin kəsilməsinə səbəb olar. Bu baxımdan borclunun üçüncü şəxslərə verdiyi məlumatın, o cümlədən polis orqanında aparılan araşdırma çərçivəsində işin halları barədə verdiyi izahatın hansı əsasla iddia müddətini kəsən etirafedici hərəkət olması məhkəmələr tərəfindən əsaslandırılmamışdır.
Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
29. Şirvan Apellyasiya Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilmişdir (hakimlər Pərrviz Əhmədov – sədrlik edən və məruzəçi, Ilham Əsədov və Qasım Əliyev).
30. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri mahiyyət etibarilə ümumi məbləğ vahid niyyətlə əhatə olunmaqla borc münasibətlərindən irəli gəlsə də, bu MM-in 740.2-ci maddəsinin imperativ tələblərinə uyğun olaraq yazılı formada rəsmiləşdirilməmişdir. Qanunun göstərilən normasına əsasən borc müqaviləsinin yazılı formada bağlanması zəruri şərt kimi müəyyən edilmiş və bu forma tələbinə əməl olunmaması əqdin etibarsızlıqdan başqa hüquqi nəticə doğurmasını istisna edir. Bu baxımdan, məhkəmə tərkibi hesab edir ki, tərəflər arasında bağlanmış borc müqaviləsi etibarsızdır və hüquqi nəticə doğurmayan əhəmiyyətsiz əqd kimi qiymətləndirilməlidir. Mülki Məcəllənin 354.1-ci maddəsinin tələblərinə görə isə əhəmiyyətsiz əqd əsasında əldə edilmiş əmlakın (o cümlədən pul vəsaitinin) geri qaytarılması, bu mümkün olmadıqda isə onun dəyərinin ödənilməsi barədə tələb hüququ bir illik iddia müddəti ilə məhdudlaşdırılmışdır.
31. Məhkəmə tərkibi qeyd etmişdir ki, cavabdeh izahatında iddiaçıdan 9700 manat pul vəsaitini - borcu hansı tarixdə götürdüyünü dəqiq xatırlamadığını, ancaq ödəyərək 2020-ci ildə tam olaraq bitirdiyini, hazırda iddiaçıya borcunun olmadığını, Iddiaçı isə izahat verərək cavabdehə ilk dəfə 15500 manat məbləğində borcu konkret müddət müəyyən etmədən hissəhissə qaytarmaq şərtilə 2019-cu ilin mart ayında verdiyini, ancaq cavabdeh 2020-ci ilin oktyabr ayında daha ödəniş etmədiyi üçün polisə müraciət etdiyini, ## ######## 2021-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar çıxarıldığını, daha sonralar polisə şikayət etmədiyini bildirmişdir.
32. Məhkəmə tərkibinin mövqeyinə görə, Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyinin Bakı şəhəri Nəsimi rayon polis idarəsinin ##.##.2026-cı il tarixli məktubuna əsasən Idarənin Istintaq şöbəsində X3 müraciəti əsasında toplanmış material üzrə ##.##.2022-ci il tarixdə Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilməmişdir. Eyni zamanda tərəflərin izahatından da bəlli olur ki, iddiaçının müraciəti əsasında aparılmış araşdırma nəticəsində ## ######## 2021-ci il tarixdə Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar çıxarılmışdır. Bununla yanaşı, qeyd edilməlidir ki, iş materiallarında ## ###### 2022-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar və X3 (eyni) iddiasının baxılmamış saxlanılması haqqında Salyan Rayon Məhkəməsinin # ### 2023-cü il tarixli *(***)-***/**** saylı qərardadı mövcuddur. Beləliklə, X3 hazırkı iddia tələbi ilə məhkəməyə ## ###### 2024-cü il tarixdə müraciət etmiş və hazırkı halda iddia müddəti də ötürülmüşdür. Işdə isə cavabdeh Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi vardır (səh. 49). Yuxarıda göstərilənlər MM-in 379-381-ci maddələrinin tələbləri baxımından iddia müddətinin axımının kəsilməsinə və ya dayandırılmasına səbəb ola bilməzdi.
33. Apellyasiya instansiyası məhkəməsi mövqeyini hüquqi cəhətdən əsaslandırarkən MM-in 739, 337, 372, 373.1 və 373.4, 354.1, 375.2, 377.1 və 380-ci maddələrinə istinad etmişdir.
Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri
a) Kassasiya şikayətinin dəlilləri
34. Iddiaçı (vəkil Vəkil/Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişdir.
35. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ##.##.2022-ci il tarixdə “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərar çıxarıldıqdan sonra Salyan rayon Məhkəməsində iddia qaldırılmış və ##.##.2023-cü il tarixdə 2(057)-494\**** saylı qərardadla iddia baxılmamış saxlanılmışdır. Bu da onu deməyə əsas verir ki, burada heç bir müddətin ötürülməsindən söhbət gedə bilməz.
36. Baxılan işdə məhkəmələr belə hesab etmişlər ki, üç min manatdan çox olan məbləğdə borcun verilməsinə dair müqavilə Mülki Məcəllənin 740.2-ci maddəsinə uyğun yazılı formada bağlanmadığına görə etibarsız olmuşdur. Lakin əsas məsələ borcun etiraf edilməsindən deyil, qaytarılmasından gedir. Cavabdeh pulu qaytardığını bildirir. Məhkəmə isə bu hissədə borcu etiraf etmək qiymətləndirmişdir. Bundan əlavə "Cavabdeh Xuramandan faizə götürdüyü ümumilikdə 9700 manat pula görə 5000 manat lotoreya götürüb qaytarmış, yerdə qalan 4700 manat pulu 10 ay faizin verdikdən sonra əsas məbləğdən 900 manat ödəmiş, yerdə qalan 3800 manat pulu isə hissə hissə ödəyəcəyini bildirmişdir" ifadəsinin detallı şəkildə araşdırmasını təmin etməmiş, səthi olaraq Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyinin Bakı şəhəri Nəsimi rayon polis idarəsinin ##.##.2026-cı il tarixli məktubun almaqla kifayətlənmiş, həmin hal üzrə verilmiş ifadənin əsil mahiyyətini, həmin qərarda göstərilən 3800 manat pulun nə qədər müddətə qaytarılacağını və bu hissədə borcu qaytarmaq üçün bildirdiyi müddətin hansı tarixdə başlayıb hansı tarixdə bitəcəyini müəyyən etmədən bu hissəyə münsibətdə iddia müddətinin axımının başlanma anını düzgün müəyyən etməmişdir.
37. ## ###### 2022-ci il tarixli qərar və iddianın baxılmamış saxlanılması haqqında Salyan Rayon Məhkəməsinin # ### 2023-cü il tarixli *(***)-***/**** saylı qərardad üzrə hansı hissədə müddətin ötürülməsi araşdırılmamışdır. Qətnamədə qeyd edilir ki, "Beləliklə, X3 hazırkı iddia tələbi ilə məhkəməyə ## ###### 2024-cü il tarixdə müraciət etmiş və hazırkı halda iddia müddəti də ötürülmüşdür". Belə olan halda ##.##.2022-ci il, ##.##.2023-cü il tarixlərinə münasibətdə müddətə aydınlıq gətirilməmişdir.
38. Ilk olaraq məhkəmə cavabdehin ifadəsində qaytarmalı olduğu pul məbləğinin hansı müddətdə qaytarmalı olduğunu məhkəmə müəyyən etməli idi. Çünki iddiaçı ilkin olaraq bu halın cinayət kimi qiymətləndirilməsini və cavabdehin cinayət məsuliyyətinə cəlb edilməli olduğunu tələb etmişdir. Buradada ilkin rədd edilmə Qərarının Prokurorluq tərəfindən ləğv edildiyi müəyyən edilir. Son olaraq isə verilən rədd qərarında yenidən cavabdehin verdiyi ifadə qeyd edilir. Lakin pulun qaytarılmasına münasibətdə ayda nə qədər və neçə ay müddətinə qaytarması ilə bağlı heç bir müəyyənləşdirmə aparılmamış və yalnız iş materiallarında olan tarixlərə fikir verilməklə məhkəmə kollegiyasi bu sübutlarla kifayətlənmişdir.
Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
39. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
40. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
41. Maddə 377.1. Iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.
42. Maddə 377.2. Icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.
43. Maddə 377.3. Icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır.
44. Maddə 381.1. Əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir.
45. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
46. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin və 29-cu maddəsinin İ və II hissələrinin tələbləri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1, 337.1 və 739.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## #### 2026-cı il tarixli qərarı:
47. “Borc müqaviləsi üzrə öhdəliyin icrası (borcun geri qaytarılması) tələbi üzrə iddia müddəti geri qaytarma ilə bağlı öhdəliyin icra edilməli olduğu gündən etibarən üç il təşkil etdiyi halda (Mülki Məcəllənin 373, 377-ci maddələri), müqavilənin etibarsızlığı səbəbindən əsassız varlanma tələbi üzrə iddia müddəti icra (pulun qarşı tərəfə-əsassız varlanan şəxsə verildiyi) günündən etibarən bir il təşkil edir.
48. Forma tələbinin etibarlılıq şərti kimi qəbul edildiyi halda, borc alanlar tərəfindən şifahi razılaşma üzrə borcun verilməsindən (müqavilənin icrasından) bir il sonra müqavilənin əhəmiyyətsizliyini irəli sürməklə borcun geri qaytarılmasından yayınmağa şərait yarana bilər. Belə yanaşma borcun verildiyi andan etibarən iddia müddətinin axımının da başlanıldığı nəticəsinə səbəb olmaqla, faktiki olaraq əldə edilmiş əşyanın geri qaytarılması öhdəliyindən yayınmaq məqsədilə hüquqi mexanizmdən istifadə olunması riskini yaradır.
49. Borc alan üçün belə bir əsassız üstünlüyün tanınması, əqdin etibarsızlığı nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş qısa müddət nəticədə borc verənlərin mənafelərinə əhəmiyyətli dərəcədə zidd olmaqla, onların məhkəmə müdafiəsi hüququnu əsassız məhdudlaşdırmaqla hüququn yekun və əsas məqsədi olan ədalətlilik prinsipinin pozulmasına gətirib çıxarar.
50. Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarının 2-ci bəndi Qərar qüvvəyə mindikdən sonra fiziki şəxslər (tərəflər) arasında yaranacaq borc münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
51. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
52. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
53. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
54. Maddə 88. Məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur.
55. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
56. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
57. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
Kassasiya baxışının hədləri
58. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
59. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır.
Kassasiya instansiya məhkəməsinin mövqeyi
60. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı əsaslara görə mübahisələndirilən qətnamə ləğv edilməli, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməlidir
61. Işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçı cavabdehə müəyyən məbləğdə pul vəsaiti vermişdir. Iddiaçı pul vəsaitinin qaytarılması ilə bağlı ## ####### 2020-ci il tarixdə Nəsimi RPI-yə müraciət etmiş, cavabdeh ## ###### 2020-ci il tarixdə izahat verərək borcun böyük hissəsini qaytardığını, qalanını isə hissə-hissə qaytaracağını göstərmiş, cinayət işinin başlanması müvafiq qərarla rədd edilmişdir. Iddiaçı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Salyan Rayon Məhkəməsinin # ### 2023-cü il tarixli *(***)-***/**** saylı qərardadı ilə iddia baxılmamış saxlanılmışdır. Iddiaçı ##.##.2024-cü il tarixdə yenidən məhkəməyə müraciət etmişdir. Cavabdeh isə borcu tam şəkildə qaytardığını bildirərək iddia müddətinin tətbiqinə dair ərizə təqdim etmişdir.
62. Apllyasiya instansiya məhkəməsi Ali Məhkəmənin əvvəlki göstərişlərini yerinə yetirərkən tərəflər arasında yaranan borc müqaviləsini MM-nin 739.2-ci maddəsində nəzərdə tutulmuş forma tələblərinə riayət edilməməsi baxımından etibarsız (əhəmiyyətsiz) əqd hesab etmiş, bu səbəbdən də yaranmış borcu əhəmiyyətsiz əqd üzrə yaranan əsassız varlanma halları ilə bağlı icra edilmişlərin geri qaytarılması hesab edərək Məcəllənin 354.1-ci maddəsində nəzərdə tutulan bir illik iddia müddətini tətbiq etməklə iddianı rədd etmişdir.
63. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin və 29-cu maddəsinin İ və II hissələrinin tələbləri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329.1, 337.1 və 739.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” ## #### 2026-cı il tarixli qərarında sərgilənən mövqeyə görə, borc müqaviləsi üzrə əqdin forması sübutetmənin asanlığını, mötəbərliyini və hüquqi müəyyənliyi təmin edən vasitədir, lakin bu onu heç bir halda real iqtisadi münasibətləri inkar edən hüquqi mexanizmə çevirmir. Fiziki şəxslər (tərəflər) arasında mövcud etimada əsaslanan münasibətlər və ya digər səbəblərdən borc müqaviləsi Mülki Məcəllənin 739.2-ci maddəsində nəzərdə tutulan sadə yazılı formada (kağız üzərində və ya həmin Məcəllənin 331.1-ci maddəsinə əsasən maddi daşıyıcıda əks olunan elektron və ya digər texniki vasitələrin köməyi ilə) bağlanılmasa belə, mübahisə zamanı yazılı və digər sübutların (telefon danışıqları, elektron yazışmalar, ödəniş qəbzi, köçürmə sənədi, borcalanın etirafı və s.) borca dair iddianın təsdiq edilməsi üçün təqdim olunması tərəflərin hüquqlarının qorunması baxımından istisna olunmamalıdır. Fiziki şəxslər (tərəflər) arasında Mülki Məcəllənin 739.2-ci maddəsi üzrə borc müqaviləsi və onun şərtlərinin tərəflərin hər hansı yazılı sübutlara istinad etməklə təsdiqlənməsi imkanı istisna edilməməlidir.
64. Mübahisələndirilən qətnamə Konstitusiya Məhkəməsinin adıçəkilən qərarından əvvəl qəbul edildiyindən sözügedən mövqe apellyasiya instansiyası məhkəməsi tərəfindən nəzərə alına bilməzdi. Lakin, həmin Qərarda o da göstərilmişdir ki, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından Qərar qüvvəyə mindikdən sonra fiziki şəxslər (tərəflər) arasında yaranacaq borc münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilir. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin sözügedən qərarı hazırkı mübahisəyə şamil edilməlidir.
65. Məhkəmə kollegiyası göstərilənlərə əsasən belə qənaətə gəlir ki, borc müqaviləsinin yazılı şərtinin etibarlılıq şərti deyil, sübutetmə şərti kimi çıxış etməsi baxımından tərəflər arasında yaranan mübahisə etibarlı borc müqaviləsindən irəli gələn mübahisə hesab edilməlidir.
66. Mülki qanunvericiliyə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il (maddə 373.2.) təşkil etməklə, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır (maddə 377.2). O da qeyd edilməlidir ki, tərəflər arasındakı borc müqaviləsi üzrə son icra müddəti ilə bağlı şərtin olması müəyyən edilmir. Bu səbəbdən də borc müqaviləsinin müddətsiz bağlanması qənaətinə gəlinməlidir.
67. Mülki Məcəllənin 377.3-cü maddəsinə görə icra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilənin şərtlərində icra müddəti müəyyənləşdirilməmişdir. Bu səbəbdən də iddia müddətinin axımının başlanması MM-nin 377.3-cü maddəsinin təsir dairəsinə düşmüşdür. Beləliklə, iddiaçının ## ####### 2020-ci il tarixdə Nəsimi RPI-yə müraciət etdiyi müddət iddia müddətinnin başlandığı vaxtdır.
68. Cavabdehin etirafedici hərəkətlərinə gəldikdə isə, ## ###### 2020-ci il tarixdə Nəsimi RPI-yə izahat verərkən bildirmişdir ki, “Xuramandan faizə götürdüyü ümumilikdə 9700 manat pula görə 5000 manat lotoreya götürüb qaytarmış, yerdə qalan 4700 manat pulu 10 ay faizin verdikdən sonra əsas məbləğdən 900 manat ödəmiş, yerdə qalan 3800 manat pulu isə hissəhissə ödəyəcək”.
69. ## ######## 2021-ci il tarixli qərarın məzmunundan isə görünür ki, cinayət işinin başlanmasının rədd edilməsinə dair Nəsimi RPI-nin ## ###### 2020-ci il tarixli qərarı Nəsimi Rayon Prokurorluğunun # ######## 2021-ci il tarixli qərarı ilə ləğv edilmiş, yenidən araşdırma aparılmaqla sözgedən qərar qəbul edilmişdir. Qərarın mətninə nəzər saldıqda görünür ki, cavabdehin izahatının tarixi göstərilməmiş, üstəlik izahat əvvəlki izahatla eynidir.
70. ## ###### 2022-ci il tarixli qərarla bağlı isə qeyd edilməlidir ki, həmin qərar məzmunca ## ######## 2021-ci il tarixli qərarın təkrarıdır, yalnız əl üsulu ilə yeni tarix göstərilmişdir. Həmçinin, Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyinin Bakı şəhəri Nəsimi Rayon Polis Idarəsi ##.##.2026-cı il tarixli məktubunla bildirmişdir ki, Idarənin Istintaq şöbəsində X3 müraciəti əsasında toplanmış material üzrə ##.##.2022-ci il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilməmişdir.
71. Göründüyü kimi iddia müddətinin axımı ## ###### 2020-ci il tarixdə iddiaçının etirafedici hərəkətləri ilə bağlı kəsilərək yenidən başlanmış, iddiaçı ##.##.2024-cü il tarixdə müddəti ötürməklə iddia qaldırmışdır. Lakin cavabdehin bu tarixdən sonra etirafedici hərəkətlərinin olması işin halları ilə öz təsdiqini tapmamışdır. Iddiaçının bundan əvvəl iddia müddəti çərçivəsində iddia qaldırması və həmin iddianın baxılmamış saxlanılması isə iddia müddətinin axımına təsir edən hal kimi nəzərə alına bilməz. Belə ki, MM-in 381.1-ci maddəsinə görə, əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir.
72. Odur ki, məhkəmə hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun sözügedən qərarında nümayiş etdirdiyi hüquqi mövqe və bu qərarın əsaslandırıcı hissəsində göstərilən hallar nəzərə alınmaqla mübahisələndirilən qətnamə ləğv edilməli, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməlidir.
73. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
Qərara aldı:
Kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ##### 2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı X4 qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.