Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(1-8)-193/2026 03.03.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 oğluna, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qanunsuz sahibin götürdüyü və ya götürməli olduğu gəlirlərin qaytarılması və ya əvəzinin ödənilməsi, vicdanlı sahib, vicdansız sahib, sübutetmə yükü, sübutların qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Şamayev Elşad Yaquboviç və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı dəymiş maddi ziyan, əldən çıxmış fayda və mənəvi ziyan tələblərinə dair mülk i iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1103/2025 nömrəli, 8 oktyabr 2025ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 3 mart 2026-cı il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. Quba rayonu İ Nügədi kəndində yerləşən 0,09 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir.
2. Quba Rayon Məhkəməsinin 7 fevral 2019-cu il tarixli, 2(027)-325/2019 saylı qətnaməsi ilə iddiaçılar Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 cavabdeh İddiaçı qarşı çıxarışın ləğv edilməsi tələbinə dair iddia tələbi rədd olunmuş, həmin qətnamə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(105)-1478/2021 saylı qətnaməsi ilə, apellyasiya məhkəməsinin qətnaməsi isə Ali Məhkəmənin xx.xx.2021-c i il tarixli 2(102)6305/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.
3. Quba rayon Polis Şöbəsinin TB-nin baş təhqiqatçısının HK-1/281 saylı, xx.xx.2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarı ilə İddiaçı şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanılmasının rədd edilmiş və ərizəçiyə mülki iddia qaydasında müraciət edilməsi hüququ izah olunmuşdur.
4. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun xx.xx.2022-ci il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, müraciət məktubunda qeyd edildiyi və sahibkarın həyat yoldaşının dediyinə görə 0,09 ha həyətyanı torpaq sahəsinə 3x3 metr əkin sxemi ilə 2000-2006-cı illər ərzində toxmacar (cır) calaq altılar üzərində yetişdirilmiş 16 ədəd alma (5 ədəd Qızıləhmədi, 2 ədəd Sosikol reneti, 3 ədəd Cırhacı, 3 ədəd Aydored və 3 ədəd Vaqner), 15 ədəd armud (4 ədəd Berebosk, 4 ədəd Vilyams, 4 ədəd Qırmızı Vilyams və 3 ədəd Gülşən), 9 ədəd gilas (3 ədəd Romanovka, 3 ədəd Öküzürəyi və 3 ədəd Sarı Draqon), 3 ədəd albalı, 1 ədəd gavalı (Anjelino), 1 ədəd göyəm, 4 ədəd alça (2 ədəd Göycə Soltanı və 2 ədəd Kazvin), 3 ədəd fındıq, 1 ədəd tut, 1 ədəd ərik olmaqla cəmi 54 ədəd meyvə bitkiləri tingləri və sahənin yol kənar çəpər hissəsinə isə 3 ədəd (Ağadayı, Kişmişi və Qara Mahmudi) üzüm tingləri əkilmişdir. Sahibkarın həyat yoldaşı onu da bildirdi ki, əkilmiş 54 ədəd müxtəlif meyvə tingləri və 3 ədəd üzüm tinglərində 100% bitiş əldə edilərək, onlara 2020-ci ilə qədər düzgün aqrotexniki qulluq edilmiş, hamısı da məhsul vermə qabiliyyətli olmaqla, məhsul verirdilər. Baxış zamanı, 23 noyabr 2022-ci il tarixdə, həyətyanı torpaq sahəsində müxtəlif yaşda 5 ədəd armud, 3 ədəd albalı, 10 ədəd alma, 2 ədəd gavalı ağacları və 1 ədəd fındıq kolunun mövcudluğu tərəfimizdən aşkarlandı və sahibkarın həyat yoldaşının dediyinə görə əkilmiş ağacların digər hissəsi, qonşuları Cavabdeh1 ailə üzvləri tərəfindən 2020-ci ildə kökləndirilərək həmin sahədə müxtəlif tərəvəz bitkiləri becərmişlər. Həyətyanı sahədə əkilərək yetişdirilmiş 54 ədəd müxtəlif meyvə bitkiləri ağaclarından 36 ədədi, o cümlədən 6 ədəd alma, 10 ədəd armud, 9 ədəd gilas, 4 ədəd alça, 1 ədəd ərik, 1 ədəd tut və 2 ədəd fındıq ağacları və həmçinin 3 ədəd üzüm tənəyi kökləndirilərək sahədən kənarlaşdırılmışdır. Meyvəçilikdə meyvə ağaclarının orta ömründənsə, onun orta istismar müddəti xüsusi əhəmiyyət kəsb edir və meyvə bağlı əkilərkən onun orta istismar müddəti bitkilərin cinsindən və calaqaltısından asılı olaraq 2530 il nəzərdə tutulur. Hazırki halda meyvə ağacları həyətyanı sahədə əkildiyinə görə onların istismar müddəti əkildiyi il daxil olmaqla 30 il götürülə bilər. Məlumdur ki, toxmacar calaqaltılar üzərində yetişdirilmiş meyvə bitkiləri tingləri bağa əkildikdən 5 il sonra məhsul verməyə başlayır və məhsuldar ağac hesab olunurlar. Buradan aydın olur ki, meyvə ağaclarının həyətyanı sahəyə 2000- 2006-cı illəldə əkilməsinə baxmayaraq, məhsul verməyə 2006-2012-ci illərdə başlanmış, onların istisimar müddəti 2030-2036-cı illərdə bitməklə, məhsul vermə dövrü 25 il təşkil edir. Ağacların ilkin və tam məhsuldarlıq dövrlərini nəz ərə alaraq bir ildə orta hesabla təxmini olaraq bir ağacdan 20 kq alma, 18 kq armud, 15 kq gilas, 12 kq albalı, 22 kq ərik, 22 kq alça, 28 kq tut, 10 kq fındıq və 18 kq üzüm məhsulu istehsal etmək mümkündür. Əgər ağaclar 2020-ci ildə kökləndirilməsəydi, 2000-ci ildə əkilmiş 6 ədəd alma, 10 ədəd armud, 9 ədəd gilas, 2 ədəd üzüm, 1 ədəd tut ağaclarından daha 10 il, 2006-cı ildə əkilmiş 4 ədəd alça, 2 ədəd fındıq, 1 ədəd üzüm və 1 ədəd ərik ağaclarından daha 16 il məhsul istehsal etmək mümkün olardı. Ağacların ilkin və tam məhsuldarlıq dövründə bir ağacdan orta məhsuldarlıq göstəricilərini əsas götürərək kökləndirilmiş meyvə ağaclarından bir ildə:- 6 ağac x 25 kq =150 kq alma, 10 ağac x 22 kq= 220 kq armud, 9 ağac x 26 kq=234 kq gilas, 1 ağac x 26 kq=26 kq ərik, 4 ağac x 28 kq=l 12 kq alça, 1 ağac x 38 kq= 38 kq tut, 2 ağac x 10 kq =20 kq fındıq, 3 ağac x 20 kq= 60 kq üzüm məhsulu istehsal oluna bilərdi. Beləliklə, istisimar müddəti başa çatmadan 2020-ci ildə kökləndirilmiş və istisimar müddətinin bitməsinə 10 il qalmış meyvə ağaclarından 150 kq x 10 il =1500 kq alma, 220 kq x 10 il =2200 kq armud, 234 kq x 10 il = 2340 kq gilas, 38 kq x 10 il =380 kq tut və 40 kq x 10 il = 400 kq üzüm məhsulu, 16 il qalmış meyvə ağaclarından isə 112 kq x 16 il =1792 kq alça, 20 kq x 16 il = 320 kq fındıq, 26 kq x 16 il=416 kq ərik, 20 kq x 16 il = 320 kq üzüm məhsulu istehsal etmək mümkün olardı. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı iddia ərizəsi, sonradan isə dəqiqləşdirməsi ilə müraciət edərək, mülkiyyətində olan Quba rayonu 1 Nügədi k əndində yerləşən 0,09 ha torpaq sahəsində olmuş 54 ədəd meyvə ağacının 36 ədəd (6 alma. 10 ədəd armud. 9 ədəd gilas. 4 ədəd alça, 1 ədəd ərik, 1 ədəd tut və 2 ədəd fındıq ağacları və 3 ədəd üzüm tənəyi) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən kəsilərək məhv edilməsi nəticəsində ona dəymiş 21618 manat məbləğində maddi ziyanın, torpaq sahəsində qalan 15 ədəd ağaclardan 5 ədəd alma ağacı (İ ədəd Sosikol Reneti, 3 ədəd Cırhacı, 1 ədəd Aydored), 5 ədədi armud ağacı (2 ədəd Qırmızı Vilyams və 3 ədəd Gülşən), 3 ədədi albalı ağacı, 1 ədədi gavalı ağacından (Anjelino) 5 il ərzində əldə etdiyi gəlirə görə (əldən çıxmış fayda kimi) cəmi 2880 manat məbləğində pulun, ağacların kəsilməsinə görə keçirdiyi əsəb, mənəvi cəhətdən sarsıntılara və iztirablara görə mənə dəymiş mənəvi ziyan ola raq 10000 (on min) manat məbləğində pulun, dövlət rüsumu olaraq ödədiyi 209 manat məbləğində pulun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Nadirov Cavabdeh3 oğlundan alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi işin hallarına uyğun əsaslandırılaraq əlavə olaraq qeyd edilmişdir ki, mülkiyyətində olan orpaq sahəsi cavabdehlər tərəfindən zəbt edilən vaxtı orada ən azından 54 ədəd ağac olmaqla bunlardan 16 ədədi alma ağacı (5 ədəd Qızıləhmədi, 2 ədəd Sosikol Reneti, 3 ədəd Cırhacı, 3 ədəd Aydored, 3 ədəd Vaqner), 15 ədədi armud ağacı ( 4 ədəd Berebosk, 4 ədəd Vilyams, 4 ədəd Qırmızı Vilyams və 3 ədəd Gülşən), 9 ədədi gilas ağacı (3 ədəd Romanovka, 3 ədəd Öküz Ürəyi, 3 ədəd Sarı Draqon), 3 ədədi albalı, 1 ədədi gavalı (Anjelino), 1 ədədi göyəm, 4 ədədi alça ( 2 ədəd Göyçə Soltanı, 2 ədəd Kazvin), 3 ədədi fındıq, 1 ədədi tut, 1 ədədi ərik və 3 ədədi (Ağadayı, Kişmişi və Qara Mahmudi) üzüm ağacları olmuşdur. 2018-ci ildən sonra cavabdehlər qəsdən ona ziyan vurmaq üçün torpaq sahəsindəki ağaclardan ən azından 36 ədədini hissə-hissə kəsmişlər. Halbuki o, həmin ağacların meyvəsini satmış, onlardan gəlir əldə etmişdir. Cavabdehlərin onun torpaq sahəsini zəbt etməsi və ona məxsus torpaq sahəsindəki ağacları məhv etməsi ilə bağlı Quba rayon Polis şöbəsinə müraciət etmişdir. Quba rayon Polis şöbəsində şikayəti üzrə araşdırma aparılmış, cinayət işinin başlanmasının rədd edilməsi barədə 19 iyun 2022-ci il tarixli qərarda ağacların kəsilməsi faktı bir daha təsdiq edilmişdir. Həmin qərarda ağacların kəsilməsi, kəsilmiş ağaclara görə dəymiş maddi ziyanın vurulması ilə bağlı məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilmişdir. Bundan başqa təqdim edilən fotoşəkillərdən də görünür ki, bağ sahəsindən cavabdehlər 2018-ci ildən bu vaxta kimi istifadə etmiş, daha sonra ağacları kəsərək ona ziyan vurmuşlar. Halbuki həmin ağaclara illərlə müvafiq qaydada aqrotexniki qulluq etmişlər. Həmin meyvə ağaclarının meyvəsini ailələrinin ehtiyacları üçün sərf etmişdir. Beləliklə cavabdehlər 2018-ci ildən 2022-ci ilə kimi 5 il ərzində ona məxsus bağ sahəsindəki ağaclardan qanunsuz istifadə etmiş, meyvələrindən bəhrələnmişlər.
7. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək, iddianın əsassız olduğunu, torpaq sahəsinin 1989-cu ildən halhazıra qədər Daşınmaz Əmlak idarəsində onların adına qeydiyyata alınd ığını, torpaq sahəsinin mərhum qardaşı Mehmana 1996-cı ildə uzunmüddətli istifadə üçün verildiyini bldirmişlər. 2018-ci ildə aralarında İddiaçı ilə, yəni onun həyat yoldaşı Nümayəndəla mübahisə yaranmışdır. Həmin torpaq sahəsində ağacları torpağı alan gündən özü əkmişdir. Sahəni hərtərəfli şəkildə özü hasarlamışdır. Nümayəndə ağacların 11 ədədi quruduğuna görə onları özü kəsdirdiyi halda, onun üzərinə atmağa çalışır. O, ağaclardan 10 ədədi lətifə armud sortu, 1 ağac isə “siqanka” alma olmuşdur. Əgər o, bütün sahənin ağaclarını məhv etmək istəsəydi hamsını kəsərdi. Sahənin sağlam ağacları hamısı yerindədir. Boş yerlərdə isə Firuz gilas ağacları əkmişdir.
8. Məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli ekspert rəyi ilə, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəç ilik və Çayçılıq X1 Mühafizəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyinə əsasən, İddiaçı məxsus Quba rayonu İ Nügədi kəndində yerləşən 0,09 ha torpaq sahəsində olmuş 36 ədəd meyvə ağaclarının (6 alma, 10 ədəd armud, 9 ədəd gilas, 4 ədəd alça, 1 ədəd ərik, 1 ədəd tut və 2 ədəd fındıq ağacları və 3 ədəd üzüm tənəyi) istismar müddəti (orta ömrü) bitkilər cır calaqaltısı üzərində olduqlarından və həyətyanı sahədə əkilib becərildiklərindən 30 il götürülməlidir. İddiaçı məxsus Quba rayonu İ Nügədi kəndində yerləşən 0,09 ha torpaq sahəsində olmuş 36 ədəd meyvə ağaclarının (6 alma, 10 ədəd armud, 9 ədəd gilas, 4 ədəd alça, 1 ədəd ərik, 1 ədəd tut və 2 ədəd fındıq ağacları və 3 ədəd üzüm tənəyi) məhsul vermə dövrü 25 il götürülməli olduğu müəyyən edilmişdir. İddiaçı məxsus Quba rayonu İ Nügədi kəndində yerləşən 0,09 ha torpaq sahəsində olmuş 36 ədəd meyvə ağaclarından (6 alma, 10 ədəd armud, 9 ədəd gilas, 4 ədəd alça, 1 ədəd ərik, 1 ədəd tut və 2 ədəd fındıq ağacları və 3 ədəd üzüm tənəyi) orta hesabla bir ildə bir alma ağacından 20 kq, bir armud ağacından 18 kq, bir gilas ağacından 15 kq, bir albalı ağacından 12 kq, bir ərik ağacından 22 kq, bir alça ağacından 22 kq, bir tut ağacından 28 kq, bir fındıq kolundan 10 kq və bir üzüm tənəyindən 18 kq məhsul almaq mümkün olduğu müəyyən edilmişdir. İddiaçı məxsus Quba rayonu İ Nügədi kəndində yerləşən 0,09 ha torpaq sahəsində olmuş 36 ədəd meyvə ağaclarından (6 alma, 10 ədəd armud, 9 ədəd gilas, 4 ədəd alça, 1 ədəd ərik, 1 ədəd tut və 2 ədəd fındıq ağacları və 3 ədəd üzüm tənəyi) 2020ci ildə kökləndirilməsəydi 16 il ərzində məhsul ist ehsal etmək mümkündür. İddiaçı məxsus Quba rayonu İ Nügədi kəndində yerləşən 0,09 ha torpaq sahəsində olmuş 36 ədəd meyvə ağaclarından (6 alma, 10 ədəd armud, 9 ədəd gilas, 4 ədəd alça, 1 ədəd ərik, 1 ədəd tut və 2 ədəd fındıq ağacları və 3 ədəd üzüm tənəyi) 2020-ci ildə kökləndirilmiş və istismar müddətinin bitməsinə 10 il qalmış meyvə ağaclarından 150 kq x 10 il =1500 kq alma, 220 kq x 10 il =2200 kq armud, 234 kq x 10 il = 2340 kq gilas, 38 kq x 10 il = 380 kq tut və 40 kq x 10 il = 400 kq üzüm məhsulu, 16 il qalmış meyvə ağaclarından isə 112 kq x 16 il = 1792 kq alça, 20 kq x 16 il = 320 kq fındıq, 26 kq x 16 il = 416 kq ərik, 20 kq x 16 il = 320 kq üzüm məhsulu istehsal etmək mümkün olardı.
9. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli ekspert rəyinə əsasən iş mate rillarında olan məlumatlardan istifadə edilməklə, İddiaçı məxsus Quba rayonu İ Nügədi kəndində yerləşən 0,09 ha torpaq sahəsində olmuş 36 ədəd meyvə ağaclarından (6 alma, 10 ədəd armud, 9 ədəd gilas, 4 ədəd alça, 1 ədəd ərik, 1 ədəd tut və 2 ədəd fındıq ağacları və 3 ədəd üzüm tənəyi) 2020-ci ildə kökləndirilmiş və istismar müddətinin bitməsinə 10 il qalmış meyvə ağaclarının məhsulunun dəyəri 11040,00 manat təşkil edir. Həmin torpaq sahəsində olmuş 36 ədəd meyvə ağaclarından (6 alma, 10 ədəd armud, 9 ədəd gilas, 4 ədəd alça, 1 ədəd ərik, 1 ədəd tut və 2 ədəd fındıq ağacları və 3 ədəd üzüm tənəyi) orta hesabla bir ildə bir alma ağacından 20 kq, bir armud ağacından 18 kq, bir gilas ağacından 15 kq, bir albalı ağacından 12 kq, bir ərik ağacından 22 kq, bir alça ağacından 22 kq, bir tut ağacın dan 28 kq, bir fındıq kolundan 10 kq və bir üzüm tənəyindən 18 kq məhsul almaq mümkündür. Həmin məhsulların bazar dəyəri 1257 manat təşkil edir.
10. Quba Rayon Məhkəməsinin 2(027)62/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakim Aydın Babayev) iddia tələbi rədd edilmişdir.
11. Məhkəmə hesab etmişdir ki, iş üzrə ekspertiza rəyləri sahibkarın həyat yoldaşının dedikləri əsasında sayı və növü qeyd edilməklə ümumilikdə ağacların bəhər və artımı üzrə nəticələri üzrə əldə olunmuş məbləğlər müəyyən olunmuş və torpaq sahəsində iddia ərizəsində qeyd olunmuş ağacların daha əvvəl hansı say və növdə olması, habelə yerləşmə vəziyyəti barədə iddiaçı tərəfindən sübut təqdim edilməmişdir. Həmin hissədə sübut növü kimi iş materiallarına əlavə edilmiş fotoşəkillər isə torpaq sahəsinin m üxtəlif fəsilərdə əksi müəyyən olunmaqla qeyd edilən ağacların daha əvvəlki say, növ və yerləşmə vəziyyətinin əskikliyi dəqiq müəyyən oluna bilmir.
12. Həmçinin iddiaçı ağacların 7-8 yaşlı ağaclar olduğunu bildirmiş və xx.xx.2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, Nümayəndə izahatında 2015-ci ildən bağ sahəsinin şifahi razılaşma əsasında cavabdehlərə verildiyini bildirmişdir. Göründüyü kimi, ağacların əkilmə dövrü cavabdehlərin sahibliyində olan dövrə təsadüf edir ki, cavabdehin ifadə etdiyi meyvə ağaclarının bəzilərinin fiziki təsirlərə görə aşınmaqla onun tərəfindən kəsilməsi təbii haldır. Habelə məhkəmənin yerində müayinəsi zamanı torpaq üzərində izlərinin itirilməsi kəsilmiş ağac kötükləri və hər hansı digər halda olan ağac qalıqlar ı müəyyən olunmamışdır. Göstərilənlərə əsasən məhkəmə iddia tələbinin rədd olunması qənaətinə gəlmişdir.
13. Məhkəmə iddia tələbinin mənəvi ziyana aid hissəsində qeyd edib ki, məhkəmə araşdırması zamanı iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehlərin qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirinin olmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də məhkəmə hesab edib ki, iddia tələbi mənəvi zərər hissəsində də əsassız olmaqla, təmin olunmamalıdır.
14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 135.12, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə, Mənəvi zərərin öd ənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77, 88, 119.1 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
15. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Hazırkı iddia tələbi 3 hissədən ibarətdir: iddiaçıya məxsus 0,09 ha torpaq sahəsində əkilmiş, lakin cavabdeh tərəfindən kəsilmiş ağaclara görə ziyan tələbi, iddiaçıya məxsus 0,09 ha torpaq sahəsində n əkilmiş, lakin cavabdeh tərəfindən 2018-2022-ci ilə kimi istifadə edilmiş meyvə ağaclarının meyvəsinə (bəhərinə) görə əldən çıxmış fayda, cavabdehin iddiaçıya məxsus 0,09 ha torpaq sahəsini qanunsuz olaraq 5 il ərzində istifadə etməsinə və həmin torpaq sahəsində olan ağacların kəsilməsinə görə keçirdiyi stres və əsəbdən yaranmış mənəvi ziyan tələbi. Məhkəmə iddia tələbini tamamilə rədd etmişdir. İddia tələbinin rədd edilməsinin əsası kimi iddia tələbində göstərilən sayda və növdə ağacların orada olmasının sübut edilə bilməməsi, həmin ağacların iddiaçının bildirdiyinə görə torpaq sahəsi cavabdehin sahibliyində olduğu dövrdə, yəni 2015-ci ildə əkilməsi, həmin ağacların fiziki təsirlərə görə aşınmaqla cavabdeh tərəfindən kəsilməsinin təbii hal olmasını, məhkəmə tərəfindən müayinə olunduqda torpaq sahəsində ağac kötüklərinə rast gəlinməməsi qeyd edilmişdir. Məhkəmənin gəldiyi nəticə işin faktiki halları ilə ziddiyyət təşkil edir. Məhkəmə cavabdehlərin yazdıqları, məhkəmədə verdiyi izahatını və orada olan ziddiyyətləri araşdırmamış, iddianın etirafı ilə bağlı çoxsaylı sübutlar olan fotoşəkillər, rəylər, yenə də cavabdehin etiraf edici yazıları nəzərə almamışdır. Belə ki, işin mübahisəsiz halıdır ki, hazırkı 0,09 ha torpaq sahəsi 1996-cı ildən iddiaçının və onun ailəsinin sahibliyində olub, iddiaçı yalnız 2015-ci ildə həmin torpaq sahəsində qızılgül şitilləri əkmək üçün, yəni torpaq sahəsindən müvəqqəti istifadə etmək məqsədilə cavabdehlərə vermiş, cavabdehlər 2018-ci ilin may ayından torpaq sahəsinə girişi bağlamış, iddiaçı və ailə üzvləri həmin vaxtdan torpaq sahəsinə daxil ola, torpaq sahəsindən, orada olan meyvə ağaclarından istifadə edə bilməmiş, bundan sonra iddiaçı və cavabdeh arasında məhkəmə mübahisələri başlamış, nəhayət 2022-ci ilin payızında iddiaçı torpaq sahəsinə daxil olmuşdur. Bu hallarla bağlı məhkəməyə müvafiq məhkəmə aktları təqdim edilmişdir. İddiaçıya məxsus Quba rayonu İ Nügədi kəndində yerləşən 0,09 ha torpaq sahəsinin (ərazinin) 2017-2023-cü illər ərzində peyk görüntüləri təqdim edilmişdir. Həmin peyk görüntülərində 2017, 2018, 2019-cu illərdə torpaq sahəsində ağacların olduğu aşkar görünür, daha sonra 2020-ci ildən başlayaraq torpaq sahəsindən ağacların kəsildiyi, 2021-ci ildə tamamilə azaldığı açıq aşkar görünür. Müəyyən olur ki, cavabdehlər torpaq sahəsi onlarda olduğu müddətdə hissə-hissə ağacları kəsmişlər. Məhkəmə iddianı rədd edə rkən iddiaçının həmin torpaq sahəsində iddiada göstərilmiş sayda ağacların olmasını sübut edə bilməməsi qənaətinə gəldiyini göstərsə də, onun əksi, yəni həmin torpaq sahəsində 2018-ci ildən başlayaraq çəkilmiş fotoşəkillər, illər üzrə peyk görüntüləri, həmçinin cavabehlərin gah agacları iddiaçının ərinin kəsməsi, gah özünün kəsməsi, gah ağacların quruduğu üçün kəsildiyini, ağacların sayı və növləri barədə bildirdiyi ziddiyətli fikirlərə heç bir münasibət bildirməmiş, bunun əksini sübut edən dəlil olub-olmadığını qeyd etməmiş, ümumiyyətlə bu sübutlar olmamış kimi hadisəyə yanaşmışdır. Bundan əlavə iddiaçının Quba rayon Polis şöbəsinə və digər hüquq mühafizə orqanlarına çoxsaylı şikayətləri olmuşdur ki, onlar torpaq sahəsi ilə üzbəüz olan ata evlərinə cavabdehlərin onları söyüb, təhqir etməl ərinə görə gedə bilməmişlər. Ümumiyyətlə iddiaçı heç ağlına belə gətirməzdi ki, cavabdehlər torpaq sahəsində olan ağacları kəsəcəklər. İddiaçıya məxsus torpaq sahəsində ağacların kəsilməsi ilə bağlı iddiaçı Quba RPŞ-nə şikayət etmişdir. İş üzrə aparılmış araşdırmanın nəticələrinə dair cinayət işinin başlanılmasının rədd edilməsi barədə 19 iyun 2022-ci il tarixli qərarın cavabdehin izahatı hissəsində Cavabdeh1 torpaq sahəsində özünün əkdiyi ağacları kəsdiyini bildirmişdir. Bu isə iddianın etirafıdır. Bu qərar iş materiallarına əlavə edilsə də, məhkəmə tərəfindən müzakirə edilməmiş, cavabdehə ağacların hansı növdə olduğu, onları niyə kəsməsini, necə ağac olmasına münasibət bidirməmişdir. İddia tələbinin maddi ziyan əsasında əsassız nəticəyə gələn məhkəmə mənəvi zərərlə bağlı hissədə də qanun suz və əsassız qərar qəbul etmişdir. Belə ki, cavabdehlər iddiaçıya məxsus torpaq sahəsini (bağ sahəsini) 5 il ərzində zəbt etmişlər. Bununla bağlı məhkəmə qərarları olub. 5 il ərzində iddiaçıya məxsus torpaq sahəsinin (bağ sahəsini) zəbt edilməsi nəticəsində iddiaçı öz qanuni əmlakından məhrum olub. Ağacların məhv edilməsi halları və s bütün bunlar mənəvi zərəri sübut edən hallardır. Lakin məhkəmə bu hissədə də yanlış nəticəyə gəlmiş və kifayət qədər əsaslı iddia tələbini bütövlükdə rədd etmişdir.
17. Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, torpaq sahəsinin iddiaçıya məxsus olması ilə razılaşmır. Həmin torpaq sahəsi 1989-cu ildə sovxoz tərəfindən orada işlədiyi müddətdə ona verilmişdir, ağacları da həmin sahədə 1989-cu ildə özü əkmişdir. Həmin torpaq sahəsində xəst ə və qurumuş ağacları 2020-ci ildə kəsmişdir. Kəsilən ağaclar 1989-cu ildə onun özü tərəfindən əkilmiş ağaclar idi və müddət keçdiyi üçün bəhər vermirdi. Sağlam ağacların hamısı yerindədir.Mübahisəli əraziyə birinci instansiya məhkəməsi tərəfindən yerli baxış keçirilmişdir. İddiaçı tərəfin məhkəməyə təqdim etdiyi ekspert rəyi əsassızdır. Bu rəy iddiaçı tərəfin bildirdiyi məlumatlar əsasında hazırlanmışdır. Əraziyə ekspert tərəfindən hər hansı baxış keçirilməmişdir. Aralarındakı mübahisə 2018-ci ilin payız aylarından, 2021-ci ilin dekabr ayına kimi davam etmişdir. 2022-ci ildən torpaq sahəsindən istifadə etməmişlər. Ona qarşı irəli sürülən iddia tələbi əsassızdır.
18. Cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, mübahisəli torpaq sahəsinin iddiaçıya məxsus olmasına dair h üquqmüəyyənedici sənədin saxta əsaslarla əldə edilməsi ilə bağlı hazırda onların müraciəti əsasında müvafiq qaydada araşdırma aparılır. Həmin torpaq sahəsi cavabdehlərə məxsusdur və uzun illər onlar istifadəsində olmuşdur. Orada ağacları onlar əkmiş və qulluq etmişlər. Kəsilən ağaclar isə quruduğu üçün kəsilmişdir. İddiaçı tərəf bağ ərazisində heç bir ağac əkməmişlər. Onlar xəstə ağacları kəsib, yerində alça ağacları əkmişlər. Məhkəmə mübahisəsi zamanı torpaq sahəsi üzrərində həbs olan zaman iddiaçı tərəf onların əkdiyi alça ağaclarını çıxarıb, yerində gilas ağacları əkmişlər. Yəni cavabdehlər tərəfindən iddiaçıya hər hansı maddi ziyan vurulmamışdır. Əkilən-kəsilən ağacların hər biri onların özü tərəfindən əkilmiş və daha sonra qulluq məqsədi ilə xəstə olanlar kəsilib yerinə sağlam ağacl ar əkilmişdir.
19. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-203/2025 nömrəli iş üzrə 10 fevral 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ayaz Mahmudov (sədrlik edən və məruzəçi), Afiq Hüseynzadə və Səyyad Qafari) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdir.
20. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, iddia tələbinin mahiyyətindən və ifadə tərzindən görünür ki, iddiaçının tələbi üç hissədən-1) İddiaçıya məxsus 0,09 ha torpaq sahəsində əkilmiş lakin cavabdeh tərəfindən kəsilmiş ağaclara görə ziyan tələbi; 2) iddiaçıya məxsus 0,09 ha torpaq sahəsindən əkilmiş lakin cavabdeh tərəfindən 20182022ci ilə kimi istifadə edilmiş meyvə ağaclarının meyvəsinə (bəhərinə) görə əldən çıxmış fayda; 3)cavabdehin iddiaçıya məxsus 0,09 ha torpaq sahəsini qanunsuz olaraq 5 il ərzində istifadə etməsinə və həmin torpaq sahəsində olan ağacların kəsilməsinə görə keçirdiyi stres və əsəbdən yaranmış mənəvi ziyan tələbindən ibarətdir.
21. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma aparan məhkəmə qeyd etmişdir ki, yalnız iddia tələbində qeyd olunan əsaslarla iddia irəli sürülməsi həmin tələblərin birmənalı olaraq təmin olunması anlamına gəə bilməz. Həmin iddiaların təmin olunması üçün ilk növbədə hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.
22. Məhkəmə onu da qeyd etmişdir ki, hazırkı iddia tələbi həm də bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məlum olduğu kimi hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.
23. Bundan əlavə araşdırılan işdən müəyyən edilir ki, mübahisələndirilmiş torpaq sahəsi sözügedən illər ərzində mülkiyyət hüququ verən sənəd əsasında cavabdeh tərəfin adına olmuş və cavabdeh bu gün də həmin şəhadətnamənin ləğv olunmadığını bildirir. Həmin sənədin əsaslı və ya əsassız olmasından asılı olmayaraq cavabdeh tərəf dövlət qeydiyyatının prezumpsiyasına etimad edərək torpağı, onun üzərindəki meyvə ağaclarını, ağacların bəhərini vicdanlı sahib kimi özününki hesab edərək istifadə etmişdir.
24. Hazırkı mübahisənin düzgün həlli üçün yuxarıda göstərilən qaydalara uyğun olaraq, iddiaçını n irəli sürdüyü tələblər üzrə araşdırma aparılarkən cavabdehin torpaq sahəsinə qanuni və qanunsuz sahiblik etməsinə, hansı tarixədək vicdanlı, hansı tarixdən vicdansız sahiblik olması dəqiqləşdirilməklə mübahisəyə yekun hüquqi qiymət verilməlidir.
25. Məhkəmə hesab etmişdir ki, tələb iddiaçının öz əmlakına sahiblikdən məhrum olduğu üçün məhrum olduğu gəlirlər və düşdüyü zərərlə bağlı olsa da, nəzərə alınmalıdır ki, əşya cavabdehin sahibliyində olduğu dövrdə o da mülkiyyətçi kimi tanınmış, uzunsürən məhkəmə çəkişmələrindən sonra iddiaçının adına verilmiş çıxarış ləğv edilməmişdir. Göründüyü kimi cavabdehlər əllərində olan “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin” DBF-də onların adına olmasından istifadə edərək məhkəmə müdafiəsindən yaralanmağa cəhd etmişlər. Belə olan halda cava bdehin həmin torpaqdan, onun üzərindəki bəhərdən istifadəsi qanunsuz sayıla bilməz.
26. Ağacların kəsilməsi səbəbi ilə bağlı iddiaçı tərəfin arqumentləri (yəni ağacların qərəzli kəsilməsi faktı) araşdırma zamanı öz təsdiqini tapmadığından, hətta həmin ağacların kəsilməsi ehtimalı olsa belə, bu ağacların cavabdehlərin istifadəsi müddətində xəstəlik, quruması və ya bəhər verməmə səbəbindən kəsilməsinə dair cavabdeh tərəfin izahatı daha ağlabatandır. Çünki tərəflərin izahatından da göründüyü kimi həmin ağaclar təxminən 30 il bundan əvvəl əkilmiş, mütəxəssis rəylərinə görə də bu kimi ağacların bar vermə müddəti təxminən 25-30 il olur (İ/m1-ci cild səh 21-22). Əks halda yəni ağacların məhz iddiaçıya ziyan vurmaq niyyəti ilə kəsilməsi halı-ağacların seçmə üsulla deyil, bütövlükdə və ya bəhər v erən ağacların kəsilməsi ilə nəticələnməli idi.
27. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 21.1, 21.2, 157.5, 1091.1, 1091.2, 1092.1, 1092.1.1, 1092.2, 1096.1, 1096.2 və 1097.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88 və 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya instansiya məhkəməsindəki birinci icraat
28. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, qətnamənin qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
29. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1634/2025 nömrəli iş üzrə 29 may 2025-ci il tarixli qərarı ilə (hakimlər Vüqar Həsənov (məruzəçi), Aqil Abbasov və İspəndiyar Şəfiyev) kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-203/2025 nöm rəli iş üzrə 10 fevral 2025-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır.
30. Kassasiya instansiyası məhkəməsinin qərarına görə apellyasiya məhkəməsi tərəfindən iş materiallarında olan və cavabdehlər tərəfindən imzalanmış 12 may 2023-cü il tarixli vəsatətin məhkəmələr tərəfindən nəzərə alınmadığı aşkardır. Həmin vəsətətdə cavabdehlər 1996-cı ildən torpaq sahəsinin iddiaçının atasına verdiklərini (yəni dolayısı ilə satdıqlarını) etiraf edir, həmin torpaq sahəsinin 2018-ci ilin sentyabr ayına kimi iddiaçının istifadəsində olduğunu qeyd edir, 2018-ci ildən məhkəmə mübahisəsi ilə bağlı 2021-ci ilə kimi onların istifadəsində olduğunu qeyd edirlər, torpaq sahəsində alma, armud, alça, gavalı və fındıq ağaclarının olduğunu qeyd edirlər. Cavabdehlərin bu göstə rdikləri onların torpaq sahəsinin vicdanlı sahibi olmalarını rədd edən hal olsa da, məhkəmə həmin halları nəzərə almamışdır. Bununla yanaşı cavabdehlərin məhkəmə iclaslarında verdikləri izahatları da, eyni məzmunlu olsa da, apellyasiya məhkəməsi həmin izahatları da işdə olan digər sübutlara birlikdə qiymətləndirməmişdir. Cavabdehlərin izahatlarında torpaq sahəsində olan meyvə ağaclarını kəsdiyini ifadə etsələr də, məhkəmə bunu nəzərə almamış və ağacların fiziki təsirlər nəticəsində aşındığını, quruduğunu, bəhər vermək qabiliyyətində olmadıqlarını göstərmişlər. Lakin apellyasiya məhkəməsi işdə olan digər sübutlar ilə həmin izahatlarda göstərilənlərin qarşılıqlı qiymətləndirilməsini aparmadan cavabdehlərin izahatlarında göstərilənləri daha ağlabatan hesab etmişdir. Halbuki bu nəticəyə gələn məhkəmə cavabdehlərin bununla bağlı sübut təqdim etməmələrini və bunların sübut edilməsinin məhz cavabdeh tərəfə aid olmasını nəzərə almamışdır.
31. İddiaçı torpaq sahəsinin 2017-2023-cü illərə aid peyk görüntülərini təqdim etmişdir. İşin faktiki hallarını araşdırmaq səlahiyyətinə malik olan məhkəmələr ilkin olaraq həmin peyk görüntülərinin mübahisəli torpaq sahəsinə aid olub-olmamasını müəyyən etməli, həmin peyk görüntülərində torpaq sahəsində ağacların olmasını və 2020-ci ildən başlayaraq ağacların sayının kəskin şəkildə azalmasının səbəbləri ilə bağlı araşdırma aparmalı olduğu halda belə araşdırmanın aparılmasını təmin etməmişdir. Həmçinin, iddia tələbinin “iddiaçıya məxsus 0,09 ha torpaq sahəsindən əkilmiş, lakin cavabdeh tərəfindən 2018-2022-ci ilə kimi istifadə edilmiş meyvə ağacları nın meyvəsinə (bəhərinə) görə əldən çıxmış fayda” tələbinə aid hissədə isə hər hansı araşdırma aparılmamış və hissədə iddia tələbi qiymətləndirmədən kənarda saxlanmışdır. İddiaçı tərəfindən təqdim edilmiş sübutları qiymətləndirməmiş, hansı səbəbdən qəbul edilməli olmaması ilə bağlı mövqeyini aydın şəkildə ifadə etməmişdir.
32. Bu baxımdan kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaraq hesab etmişdir ki, apellyasiya məhkəməsi yuxarıda qeyd edilənlərə uyğun araşdırma və hüquqi dəyərləndirmə aparmamış, sadalanan maddi hüquq normalarını düzgün tətbiq etməmiş, nəticə etibarilə qətnaməni iş üzrə müəyyən edilmiş hallara, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun əsaslandırmamışdır. ç) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icr aat
33. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-1103/2025 nömrəli iş üzrə 8 oktyabr 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər – Fuad Məmmədov (sədrlik edən və məruzəçi), Almaz Süleymanova və Mirbahəddin Hüseynov) apellyasiya şikayəti qismən təmin edilmiş, Quba Rayon Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli, 2(027)-62/2024 nömrəli qətnaməsi ləğv olunaraq, iş üzrə yeni qətnamə qəbul edilmişdir. İddia tələbi qismən təmin edilərək Cavabdeh1 vurulmuş zərərə görə 2010 manat alınaraq İddiaçı ödənilməsi qət edilmişdir.
34. Apellyasiya qeyd etmişdir ki, artıq torpaq sahəsinin mülkiyyətçisinin iddiaçı olması və cavabdehin iddiaçının göstərdiyi müddət ərzində torpaqdan istifadəsinin qanuni əsaslarla həyata keçirilmədiyi qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə öz təsdiqini tap mışdır. İddiaçı müvafiq sübutlar təqdim edərək mülkiyyətində olan torpaq sahəsində 54 adda müxtəlif meyvə ağaclarının olmasını, onların bir hissəsinin cavabdehlər tərəfindən kəsilməsi və digər qalan ağacların isə mövcud olmasını göstərir. Kəsilmiş və mövcud olan ağaclara aid müvafiq hesablamaları özündə əks edirən müvafiq mütəxəssis rəyini təqdim etmiş və buna uyğun qaydada maddi tələbini formalaşdırmışdır. Mübahisəli torpaq sahəsi 1996-cı ildən iddiaçı tərəfin (əvvəl atasının sonra isə onun) mülkiyyətindədir. Belə ki, torpaq sahəsini satan şəxsin artıq torpaq sahəsinin onun olmadığını bildiyi halda, həmin torpaq sahəsini istifadə etməsi onun vicdanlı sahib olmasını deməyə əsas vermir. Belə ki, iş materiallarında olan cavabdehlər tərəfindən imzalanmış 12 may 2023-cü il tarixli vəsətətdə ca vabdehlər 1996-cı ildən torpaq sahəsinin iddiaçının atasına verdiklərini (yəni dolayısı ilə satdıqlarını) etiraf edir, həmin torpaq sahəsinin 2018-ci ilin sentyabr ayına kimi iddiaçının istifadəsində, 2018-ci ildən məhkəmə mübahisəsi ilə bağlı 2021-ci ilə kimi onların istifadəsində olduğunu qeyd edirlər, torpaq sahəsində alma, armud, alça, gavalı və fındıq ağaclarının olduğunu göstərirlər. Cavabdehlərin bu göstərdikləri onların torpaq sahəsinin vicdanlı sahibi olmalarını rədd edən hal olsa da, birinci instansiya məhkəməsi həmin halları nəzərə almamışdır.
35. Məhkəmə hesab etmişdir ki, 2018-2022-ci illər ərzində torpaq sahəsi cavabdeh tərəfin istifadəsində olan dövrdə Cavabdeh1 tərəfindən kəsilmiş (birinci tələb üzrə) 11 ədəd (09 ədəd armud, 02 ədəd alma) ağaca görə (orta hesabla bir armud ağacından 18 kq məhsulun alınması əsas götürülməklə beş il ərzində vurulmuş ziyan: 9 x 18 x 1 = 162 x 5 = 810 manat, orta hesabla bir alma ağacından 20 kq məhsulun alınması əsas götürülməklə beş il ərzində vurulmuş ziyan: 2 x 20 x 0.30 = 12 x 5 = 60 manat) 870 manat, kəsilməmiş digər ağaclara münasibətdə (ikinci tələb üzrə) isə orta hesabla bir alma ağacından 20 kq məhsulun alınması əsas götürülməklə beş il ərzində vurulmuş ziyan: 5 x 20 x 0.30 = 30 x 5 = 150 manat, orta hesabla beş ədəd armud ağacından 18 kq məhsulun alınması əsas götürülməklə beş il ərzində əldən çıxmış fayda: 5 x 18 x 1 = 90 x 5 = 450 manat, orta hesabla bir albalı ağacından 12 kq məhsulun alınması əsas götürülməklə beş il ərzində vurulmuş ziyan: 3 x 12 x 3 = 108 x 5 = 540 manat, cəmi 1140 manat olmaqla ümumilikdə vurul muş ziyan 1140+870=2010 manat təşkil edir. İşin araşdırılmış halları ilə ağacların Cavabdeh1 tərəfindən kəsilməsi və istifadəsi müəyyən edildiyindən, ağacların yaşlı olması və bəhər verməməsi səbəbindən kəsmələri isə sübuta yetmədiyindən vurulmuş zərərə görə 2010 manat Cavabdeh1 alınaraq iddiaçıya ödənilməlidir.
36. Apellyasiya məhkəməsi iddia tələbinin mənəvi ziyana aid hissəsi ilə bağlı qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bu halların cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olmasını təsdiq edən hər hansı mötəbər sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyindən iddia tələbi mənəvi zərər hissəsində təmin olunmamalıdır. Kassasiy a şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
37. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, qətnamənin qətnaməsinin ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
38. Kassasiya şikayəti iddia tələbi və apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılaraq qeyd edilmişdir ki, iş materiallarında olan məhkəmə qərarları, cavabdehlərin izahatlarından da göründüyü kimi mənim torpaq sahəmi caavbdehlərin hər üçün zəbt etmiş, cavabdehlərin hər üçünün təqsirli hərəkəti nəticəsində yəni torpaq sahəmi zəbt etməsi nəticəsində orada qalan ağacların meyvələrini yığmış və digər ağacları kəsmişlər. Lakin məhkəmə iddia tələbinə baxarkən yalnız bir cavabdehə münasibətdə iddianı qismən təmin etmiş, digər cavabdehlərə münas ibətdə iddianın təmin edilməməsini əsaslandırmamışdır. Halbuki üç cavabdeh üçü də birlikdə hərəkət edərək iddiaçının torpaq sahəsini zəbt edərək, iddiaçıya qarşı iddia qaldıraraq, onun torpaq sahəsində olan ağacları kəsərək ziyan vurmuşlar.
39. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Sumqayıt Apellyasiya Məhkəməsi Ali Məhkəmənin göstərişlərinə əməl etməmişdir. Belə ki, qərarın 71-75-ci bəndlərində kəsilən ağaclarla bağlı kifayət qədər sübutların olduğunu qeyd etmiş və həmin ağacların kəsilməsinin araşdırılmasını bildirmişdir. Apellyasiya Məhkəməsi isə kəsilən 54 ağacdan yalnız cavabdehlərin etiraf etdiyi 11 ədəd ağacı qeyd etmiş, digər ağacların kəsilməsini təsdiq edən kifayət qədər sübut olduğu halda həmin hissədə iddianı təmin etməmişdir. Hansı ki, iş materiallarında olan cavabdehlər tərəfindən əvvəlki məhkəmə iclasları zamanı verilmiş vəsətətdə cavabdehlər 1996-cı ildən torpaq sahəsinin iddiaçının atasına verdiklərini (yəni dolaysı ilə satdıqlarını) etiraf edir, həmin torpaq sahəsinin 2018-ci ilin sentyabr ayına kimi iddiaçının istifadəsində olduğunu qeyd edir, 2018-ci ildən məhkəmə mübahisəsi ilə bağlı 2021-ci ilə kimi onların istifadəsində olduğunu qeyd edirlər, torpaq sahəsində alma, armud, alça, gavalı və fındıq ağaclarının olduğunu qeyd edirlər. Belə olan halda məhkəmə hazırda həmin torpaq sahəsində qeyd edilən ağacların olmamasının əsasını cavabdehlərdən soruşmamış, vəsatətə münasibətdə iddianın təmin edilməsi üçün kifayət qədər əsas olduğunu nəzərə almamışdır. Bundan başqa mə hkəmə kəsilən 11 ədəd ağaca nisbətdə belə dəymiş ziyanı 5 illik müddətə hesablamaqla səhv nəticəyə gəlmişdir. Ona görə ki, iş materiallarında olan mütəxəssis rəylərinə əsasən ağaclar kəsilməsəydi ən azından 10 il müddətində meyvə gətirəcəkdi, məhkəmə isə bu müddəti 5 il hesablamaqla səhv nəticəyə gəlmişdir. Həmçinin, Ali Məhkəmənin qərarının 76-cı bəndində göstərilən tələbə əməl etməmiş, yerdə qalan 13 ədəd ağaca münasibətdə 5 illik əldə çıxmış faydanı hesablamamış, iddia tələbinin həmin hissəsinə qiymət verməmişdir. Bundan başqa, apellyasiya məhkəməsi qərarın 78-ci bəndinə uyğun qiymətləndirmə və araşdırma aparmamış, mənəvi zərərin hansı əsasla təmin edilməməsini əsaslandırmamışdır. b)
40. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
41. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
42. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
43. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli o lduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir.
44. Maddə 1091.1. Əsassız v arlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
45. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
46. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
47. Maddə 1092.1.1. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya da şamil edilir.
48. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquql a və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
49. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
50. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
51. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
52. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
53. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
54. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
55. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsimə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır
56. Maddə
386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edil ir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin
57. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
58. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
59. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Mə cəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
60. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
61. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
62. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən iddia tələbinin təmin edilməyən hissədə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
63. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
64. İddiaçı kassasiya şikayətinin dəlilləri iddia ərizəsində, apellyasiya şikayətində, iş üzrə birinci dəfə verilmiş kassasiya şikayətində və işə aşağı instansiya məhkəmələrində baxılan zaman irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə Ali Məhkəmənin 29 may 2024-ci il tarixli qərarındakı göstərişlər nəzərə alınmaqla tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməs inin qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
65. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-nin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
66. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunm uş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1103/2025 nömrəli iş üzrə 8 oktyabr 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.