Məhkəmə qərarları › İş №2(1-8)-2002/2026

Ali Məhkəmə Qərar — İş №2(1-8)-2002/2026

31.07.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-2002/2026 31.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Iddiaçı Iddiaçı cavabdeh Cavabdeh qarşı (Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Nəzarət Agentliyi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilməklə) ilk iddiası; Cavabdeh Iddiaçı qarşı qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə QƏRARI (Açar sözlər: tikililər‐arasında‐ara‐məsafəsi,‐hüquqlarının‐balanslı‐qorunması,‐qeyribərabərlik‐və‐ədalət‐prinsipininin‐pozulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Iddiaçı Iddiaçı cavabdeh Cavabdeh qarşı (Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə Nəzarət Agentliyi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilməklə) “ona məxsus fərdi yaşayış evinin yanında cavabdeh tərəfindən inşa edilməkdə olan tikilinin şəhərsalma və tikinti normaları və qaydalarına uyğun olmayan hesab edilməsi və həmin normaları və qaydalarına uyğun tikilməsi öhdəliyinin üzərinə qoyulması, uyğun olmayan hissəsinin cavabdehin vəsaiti hesabına sökülməsi” tələbinə dair ilk iddiası, Cavabdeh Iddiaçı qarşı “ona məxsus torpaq sahəsinə qonşu ərazidə yerləşən cavabdehə məxsus torpaq sahəsindəki tikilinin qanunsuz inşa edilmiş hissəsinin cavabdehin vəsaiti hesabına sökülməsi” tələbinə dair qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qətnaməsindən iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Iddiaçı (vəkil Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə ## #### 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Işin halları:

1. Daşınmaz əmlakın dövlət reyestrindən ************ reyestr nömrəli daşınmaz əmlakın çıxarışına əsasən, ünvan 1ndə yaşayış məntəqələrinin torpaqları təyinatlı 0,015 ha ölçüdə torpaq sahəsi Cavabdeh xüsusi mülkiyyəti kimi ##.##.2019-cü il tarixdə ** nömrəli reyestr kitabının ** nömrəli vərəqində qeydiyyata alınmışdır.

2. “Torpaq sahəsinin planı və ölçüsü”nə dair ##.##.2019-cu ildə tərtib edilmiş, A seriya nömrəli sənədinə əsasən, ************ reyestr nömrəsi ilə Cavabdeh xüsusi mülkiyyətində ünvan 1ndə yaşayış məntəqələrinin torpaqları təyinatlı 0,015 ha ölçülü torpaq sahəsi vardır. Planı və ölçünün tərtib edilməsinə əsas Şəki Regional “Asan xidmət” mərkəzində Alıcı ilə satıcı arasında bağlanmış 4ə-2567, ##.##.2019-cu il tarixli alğı-satqı müqaviləsi olmuşdur.

3. Daşınmaz əmlakın dövlət reyestrindən ************ reyestr nömrəli çıxarışa əsasən, ünvan 1ndə yaşayış məntəqələrinin torpaqları təyinatlı 0,06 ha ölçüdə torpaq sahəsi Iddiaçı xüsusi mülkiyyəti kimi ##.##.2022-ci il tarixdə *** nömrəli reyestr kitabının ** nömrəli vərəqində qeydiyyata alınmışdır.

4. “Torpaq sahəsinin planı və ölçüsü”nə dair ##.##.2022-ci ildə tərtib edilmiş, A****** seriya nömrəli sənədə əsasən, ************ reyestr nömrəsi ilə Iddiaçı xüsusi mülkiyyətində ünvan 1ndə yaşayış məntəqələrinin torpaqları təyinatlı 0,06 ha ölçülü torpaq sahəsi vardır. Planı və ölçünün tərtib edilməsinə əsas Qax rayonu DNK-da, Alıcı ilə satıcı arasında bağlanmış *ə-*** nömrəli, ##.##.2022-ci il tarixli alğı-satqı müqaviləsi olmuşdur.

5. “xxxx” MMC tərəfindən X1 əsasən tarix qeyd olunmadan tərtib edilmiş “Şəki şəhəri, Z D küçələrinin kəsişməsində tikilməsi nəzərdə tutulan 3 mərtəbəli fərdi yaşayış evinin X4” layihə sənədinə əsasən, sənəd Şəki Şəhər Icra Hakimiyyətinin Baş Memarı tərəfindən təsdiq edilmişdir.

6. “xxxx” MMC tərəfindən Cavabdeh sifarişinə əsasən ##.##.2023-cü il tarixdə tərtib edilmiş “Şəki şəhəri, Mahmud Ismayılov küçələrində layihələndirilən 2 mərtəbəli qeyri-yaşayış mağaza binasının Işçi Layihə MH - Memarlıq Həlli” sənədinə əsasən, sənəd Şəki Şəhər Icra Hakimiyyətinin Baş Memarı və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Planlaşdırma Mərkəzi tərəfindən razılaşdırılıb təsdiq edilmişdir.

7. Şəki şəhər Icra Hakimiyyətinin, obyektin tikintisinə ** saylı, ##.##.2024-cü il tarixli icazəyə əsasən, döngə nöqtələri, koordinatlar, istismar təyinatı və layihə üzrə əsas texniki göstəricilər qeyd olunmuş ünvan 1ndə Cavabdeh xüsusi mülkiyyətində olan 0,015 ha torpaq sahəsində, 2 mərtəbəli qeyri-yaşayış (mağaza) obyektinin tikintisinə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi-Planlaşdırma Mərkəzi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekoloji Ekspertiza Agentliyinin, FHN DYNX-nin, Gigiyena və Epidemiologiya Mərkəzinin rəyləri nəzərə alınmaqla icazə verilmişdir.

8. Şəki şəhər Icra Hakimiyyəti tərəfindən verilmiş */** nömrəli, ##.##.2024-cü il tarixli “tikintiyə icazə barədə xüsusi nişan”a əsasən, həmin sənəd Cavabdeh, mülkiyyətində olan ünvan 1ndə yerləşən 0,015 ha ölçülü torpaq sahəsində tikintisinə icazə verilmiş 2 mərtəbəli qeyri-yaşayış (mağaza) obyektinə verilmişdir.

9. Şəki Şəhər Icra Hakimiyyətinin ## ##### 2026-cı il tarixli, *-*/*-***/**** nömrəli məktubunda qeyd edilmişdir ki, Cavabdeh tərəfindən ünvan 1 ünvanında inşa edilmiş tikili qeyriyaşayış obyekti olduğundan tikintiyə icazə icraatı tətbiq edilərək, onun 2022-ci ilin oktyabr ayında Şəki Şəhər Icra Hakimiyyətinə etdiyi müraciət əsasında şəhərin Z küçəsində onun mülkiyyətində olan 0,015 ha torpaq sahəsində qeyri-yaşayış obyektinin tikintisinə icazə proseduruna başlanmışdır. Belə ki, qeyd edilən ərazinin müfəssəl planı olmadığından Məcəllənin 11-ci maddəsinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2015-ci il ## ###### tarixli, * nömrəli Qərarı ilə təsdiq edilmiş “Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəyi ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi Qaydaları”nın 3.2-ci bəndinə əsasən “Şəhərsalma əsaslandırılması” hazırlanmış və baxılaraq təsdiq edilməsi məqsədilə tərəfimizdən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə (bundan sonra Komitə) göndərilmiş və Komitənin 2023-cü il ## ### tarixli, *-**/*-*-**/**** nömrəli Sərəncamının 1.7-ci bəndi ilə təsdiq edilmiş, qeyri-yaşayış obyektinin X4 layihəçi tərəfindən şəhərsalma əsaslandırılmasına uyğun olaraq hazırlanmış və Komitənin Ərazi Tikinti-Planlaşdırma Mərkəzi tərəfindən şəhərsalma əsaslandırılmasına uyğunluğu yoxlanılaraq (##.##.2023-cü il tarixli, *- **-*/*-****/**** nömrəli məktubla) müsbət rəy verilmişdir. Beləliklə, X2 tərəfindən inşa edilmiş tikilinin (tikinti obyektinin) torpaq sahəsinin sərhədində tikilməsi Komitə tərəfindən təsdiq edilmiş şəhərsalma əsaslandırılmasında nəzərdə tutulmuşdur. Qeyri-yaşayış obyekti haqqında sənəd və məlumatlar Komitə tərəfindən Tikintilərin dövlət reyestrinə daxil edilərək ##.##.2024-cü il tarixli, ********-*-****-******/**** nömrəli kod verilmişdir.

10. Iddiaçı notarial qaydada təsdiq edilməklə “Səlahiyyətli orqanlara” ünvanladığı ##.##.2022-ci il tarixli (22339800*****) 8I-***** reyestr nömrəli ərizəsindən görünür ki, o, ərizəsində bildirmişdir ki, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin yan tərəf qonşusu olan X2 mülkiyyətində olan torpaq sahəsində tikinti işləri aparmasına etiraz etmir, razıdır.

11. Iddiaçı notarial qaydada təsdiq edilməklə Bakı şəhəri ** saylı notariat ofisinə ünvanladığı ##.##.2024-cü il tarixli (247098000****) 8I-**** reyestr nömrəli ərizəsindən görünür ki, o, ərizəsində bildirmişdir ki, ##.##.2022-ci il tarixdə Şəki regional “ASAN xidmət” mərkəzində notarial ofisində 8I-**** reyestr nömrəsi ilə təsdiq edilmiş ərizə vermişdir. Tikinti işlərinin aparılmasına razı olmaması səbəbindən yuxarıda qeyd olunan ərizəsindən imtina edir. Iş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

12. Iddiaçı Iddiaçı nümayəndəsi və vəkili Vəkil cavabdeh Cavabdeh qarşı (Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X5 Agentliyi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki şəhəri Mahmud Ismayılov küçəsində iddiaçı Iddiaçı məxsus fərdi yaşayış evinin yanında cavabdeh Cavabdeh tərəfindən inşa edilməkdə olan tikilinin şəhərsalma və tikinti normaları və qaydalarına uyğun olmayan hesab edilməsi və həmin tikilinin şəhərsalma və tikinti normaları və qaydalarına uyğun tikilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, həmin tikilinin şəhərsalma və tikinti normaları və qaydalarına uyğun olmayan hissəsinin cavabdehin vəsaiti hesabına sökülməsi, həmçinin, hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 300 manat xərcin və ödənilmiş 100,40 manat dövlət rüsumunun cavabdeh Cavabdeh tutularaq iddiaçı Iddiaçı ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Iddiaçı xüsusi mülkiyyətində Şəki şəhəri Mahmud Ismayılov küçəsində 0,06 ha torpaq sahəsi olmuşdur. Həmin torpaq sahəsi üzərində hüquqları ## #### 2022-ci ildə ********** nömrə ilə qeydiyyata alınaraq Iddiaçı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Qeyd olunan torpaq sahəsində tikilməsi nəzərdə tutulan 3 mərtəbəli fərdi yaşayış evinin memarlıqplanlaşdırma

13. həlli hazırlanmış və şəhərin baş memarı tərəfindən təsdiqlənmiş, tərəfindən fərdi yaşayış evinin inşasına başlanmışdır. Hal-hazırda tikinti işləri yekunlaşmış, yaşayış evinin daxili hissələrinin təmirinə başlanmışdır. Bir müddət əvvəl, torpaq sahəsinin qonşuluğunda olan boş torpaq sahəsində, Iddiaçı fərdi yaşayış evi ilə ara məsafəsi gözlənilmədən tikinti işlərinin aparıldığını görüb, tikinti işlərinin kimin tərəfindən aparılması ilə maraqlandıqda Cavabdeh olmasını bilmişdir. Iddiaçı həmin şəxsdən tikinti işlərinin dayandırılmasını və müvafiq ara məsafəsi gözlənilməklə tikinti işlərinin aparılmasını xahiş və aidiyyəti qurumlara şikayətlər etmiş, lakin hər-hansı bir müsbət nəticə əldə etməsi mümkün olmamış və şikayətləri də nəticəsiz qalmışdır. Bu səbəbdən Iddiaçı müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, Şəki Rayon Məhkəməsinin **(***)-**/**** nömrəli, # #### 2024-cü il tarixli qərardadı ilə ərizəsi təmin edilmişdir. Tikinti işləri müvəqqəti olaraq dayandırılsa da, ancaq aparılmış qanunsuz tikinti sökülməmiş və olduğu kimi qalmışdır. Cavabdeh tərəfindən tikintisi aparılan obyekt Iddiaçı qanuni sənədlər əsasında inşa etdirdiyi fərdi yaşayış evinə demək olar ki, bitişdirilərək, ara məsafəsi nəzərə alınmadan, tikinti norma və qaydaları, yanğın təhlükəsizliyi normaları gözlənilmədən insanların həyatı üçün təhlükəli vəziyyət yaradılmaqla inşa edilmişdir. Həmçinin, inşa edilmiş qanunsuz tikili yekunlaşacağı təqdirdə birbaşa Iddiaçı inşa etdiyi fərdi yaşayış evinin pəncərəsinin önünü kəsməklə ondan istifadəni səmərəsiz hala gətirəcəkdir. Yəni faktiki vəziyyətdə Cavabdeh qanunsuz hərəkətləri nəticəsində Iddiaçı öz mülkiyyətindən sərbəst şəkildə istifadə edə bilməyəcəkdir. Odur ki, Iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

14. Cavabdeh iddiaya etiraz verərək etirazında göstərmişdir ki, iddia tələbi tam əsassızdır və təmin edilməməlidir. Iddiaçının özünün etiraflarına görə, ünvan 1ndə yerləşən 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ## #### 2022-ci il tarixli ********** nömrəli çıxarışla rəsmiləşdirildikdən sonra üç mərtəbəli fərdi yaşayış evi tikmək məqsədilə həmin torpaq sahəsində inşaat işlərinə başlamışdır. Sözügedən ərazi ilə qonşuluqda, yəni ünvan 1ndə yerləşən 0,015 ha torpaq sahəsi isə 2019-cu ildən mülkiyyət hüququ ilə ona məxsusdur. Bu fakt daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ## ###### 2019-cu il tarixli ********** qeydiyyat nömrəli (reyestr № ************) çıxarışda öz təsdiqini tapmışdır. Göründüyü kimi, iddiaçı inşaat işlərinə başladığı 2022-ci ildə, qonşuluqdakı torpaq sahəsi onun mülkiyyətində olmuşdur. Iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş fotoşəkillərdən aydın görünür ki, özü inşaat norma və qaydalarını kobud şəkildə pozaraq, qarşılıqlı razılaşma əldə etmədən tikintini ortaq divar vasitəsilə həyata keçirmişdir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.36, 69.7.3-cü maddələrinə görə iki qonşu torpaq sahələrinin sərhədində inşa edilmiş divar ortaq divar hesab edilir və obyektlərin tikintisinin həmin divar vasitəsilə həyata keçirilməsi yalnız qarşılıqlı razılaşma əsasında mümkündür. Həmin Məcəllənin 69.2-ci maddəsinə görə ara məsafəsi hər torpaq sahəsinin öz üzərində olmalıdır və bu məsafəni müəyyənləşdirmək üçün qonşular arasında sərhəd funksiyasını yerinə yetirən ortaq divar koordinatları mühüm əhəmiyyət kəsb edir. Təqdim edilmiş sübutlar açıq şəkildə təsdiq edir ki, tam qanunsuz olaraq həmin divarı öz obyektinin bir elementinə çevirmiş iddiaçı, mülkiyyətindəki torpaq sahəsi üzərində ara məsafəsinə dair riayət etməli olduğu normativ qaydanı kobud şəkildə pozmuş, yol verdiyi nöqsanları aradan qaldırmaq əvəzinə əsassız iddia ilə onun qanunauyğun şəkildə apardığı inşaat işinə əngəl yaratmaq üçün ədalət mühakiməsini öz qərəzli planının realizə vasitəsinə çevirmişdir. Iddiaçının məhkəməyə təqdim etdiyi tikinti layihəsində yer almış obyektin sxematik planından da aydın olur ki, obyekti inşa etdirərkən Iddiaçı öz torpaq sahəsi üzərində aralarında olan sərhəd (ortaq divar) divarına qədər 2 (iki) metrdən çox ara məsafəsi saxlamalı idi. Lakin, öz layihə şərtlərinə də etinasız yanaşmış, ara məsafəsinə dair müfəssəl qaydalara əhəmiyyət verməmişdir. Mühüm bir fakt da məhkəməyə təqdim olunmuş fotoşəkillərdə öz dolğun təsdiqini tapmışdır. Həmin fotoşəkillərdən aydın göründüyü kimi iddiaçı obyektinin həcm-fəza həllində də ciddi nöqsanlara yol vermişdir. Belə ki, obyektinin çıxıntılı pəncərə hissəsini onun mülkiyyətində olan torpaq sahəsinin fəza məkanına çıxarmaqla nəinki ara məsafəsinə dair normativ tələbləri, o cümlədən mülkiyyət hüququnu da kobud şəkildə pozmuşdur. Başqasının mülkiyyət hüququnu pozmaqla insolyasiya və təbii işıqlandırma şəraitinin təmin edilməsi yolverilməzdir. Iddiaçının bu formada özü üçün insolyasiya və təbii işıqlandırma şəraiti yaratması, onu gələcəkdə həmin şəraitdən məhrum edəcəkdir. Bu barədə o, iddiaçıya dəfələrlə xəbərdarlıq etsə də müsbət nəticə hasil olmamışdır. Onun mənafeyi və qanuni maraqları ilə hesablaşmaq istəməyən iddiaçının mülki münasibətlərdəki fərdiyyətçi mövqeyinin nə dərəcədə hüquqa zidd olduğu aydın şəkildə görünmüşdür. Qeyd olunanlar, həmçinin iş materiallarına əlavə edilmiş sənədlər, fotoşəkillər qeyd-şərtsiz ona dəlalət edir ki, ara məsafəsinə dair normativ tələbi pozan məhz, iddiaçının özü olmuşdur. O, isə tikinti işlərinə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin və digər müvafiq normativ aktların tələblərini rəhbər tutaraq (layihəçi “xxxx” MMC tərəfindən işlənmiş tikinti layihəsi; həmin layihənin şəhərsalma sənədlərinə uyğun olması barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin ##.##.2023-cü il tarixli, *-**-*/*-****/**** nömrəli rəyi; Azərbaycan Respublikası FHN DYNX-nin ##.##.2024-cü il tarixli YTNƏŞ-**** nömrəli rəyi; Azərbaycan Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinin ##.##.2023-cü il tarixli *** nömrəli rəyi; Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekoloji Ekspertiza Agentliyinin ##.##.2023-cü il tarixli, ER-**/**** nömrəli rəyi; tikinti layihəsinə dair ekspertiza müəssisəsinin rəyi; obyektin tikintisinə Şəki şəhər Icra Hakimiyyəti tərəfindən verilmiş ## ###### 2024-cü il tarixli, ** saylı icazə; tikintiyə icazə barədə Şəki şəhər Icra Hakimiyyəti tərəfindən verilmiş ## ###### 2024-cü il tarixli, */** nömrəli xüsusi nişan). sənədlər əsasında başlamış və bu günə qədər görülmüş işləri həmin sənədlərdə təsbit edilmiş inşaat-texniki şərtlərə uyğun qaydada aparmışdır. Iddia ərizəsində mübahisə predmeti olan tikinti işlərinin aparıldığını yaxın günlərdə müəyyən etdiyinə, maraqlandıqdan sonra bu işlərin aparıldığının ona bəlli olduğuna dair yalan mülahizələrə yer vermiş iddiaçı, bununla hazırkı işə münasibətdə qeyri-səmimi, qeyri-dürüst mövqeyini açıq-aşkar ortaya qoymuşdur. Belə ki, o, qonşu ərazidə aparılacaq tikinti işləri və onun inşaat-texniki xüsusiyyətləri, o cümlədən həmin işlərin həyata keçiriləcəyi barədə hələ 2022ci ildə ətraflı məlumatlandırılmış və bununla bağlı etirazının olmadığını notarial qaydada təsdiq olunmuş ## ###### 2022-ci il tarixli, 8/-***** reyestr nömrəli ərizəsində bəyan etmişdir. Hazırkı iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət etdiyi tarixdə, yəni 2024-cü ilin mart ayının 15-də iddiaçı Bakı şəhəri ** saylı notariat ofisində imzaladığı ## #### 2024-cü il tarixli, 8I-**** reyestr nömrəli ərizəsində ## ###### 2022-ci il tarixli, 8/***** reyestr nömrəli razılıq ərizəsindən imtina etdiyini, tikinti işlərinin aparılmasına razı olmadığını bəyan etmişdir. Göründüyü kimi hüququn təməl prinsipi olan vicdanlılıq prinsipi ilə uzlaşmayan davranış xəttini seçməklə güvəndiyi əvvəlki rəftarına zidd hərəkət edən iddiaçının qeyri-adekvat mövqeyi hüquqdan sui-istifadə halını yaratmışdır. Istinad etdiyi hüquq normaları, o cümlədən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqe, mülkihüquq münasibətlərinin subyektlərinə qanunla verilmiş hüquqi ixtiyarların hüquqdan suiistifadə yolu ilə realizəsinin qadağan olduğu qənaətinə gəlməyə əsas vermişdir. Vicdanlılıq, dürüstlük mülki-hüquq münasibətləri üçün qanunla müəyyən edilmiş imperativ bir qaydadır və bu qaydaya riayət etmədən mülki-hüquqi ixtiyarın yaranması mümkünsüzdür. Hüquqdan suiistifadə etməklə hüquqi ixtiyarını realizə etmək istəyən mülki-hüquq subyektinin bu davranışı onun subyektiv hüququnun əhatə dairəsindən kənarda qalmış sayılır. Iddiaçının hüquqdan suiistifadə halını yaratmış davranışı, onu hazırkı iddia tələbini yürütmək ixtiyarından (hüquqi ixtiyar) məhrum etmişdir. Subyektiv hüququn əsas elementi olan hüquqi ixtiyarını hazırkı məsələyə münasibətdə itirmiş iddiaçının mübahisə predmeti ilə bağlı tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. O, qeyd olunanlara əsaslanaraq, o cümlədən Azərbaycan Respublikası Konstitusiyasının 13cü, 24cü maddəsinin 2-ci bəndini, 25-ci maddəsinin 3-cü bəndini, 26-cı maddəsinin 2-ci bəndini, Mülki Məcəlləsinin 5.3, 16.1, 560.3.4-cü maddələrini, Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.36, 69.7.3, 69.2-ci maddələrini rəhbər tutaraq iddiaçının ona qarşı irəli sürdüyü iddia tələbini tam əsassız hesab etdiyindən, həmin iddiaya etirazını bildirmiş və təmin edilməməsini xahiş etmişdir.

15. Daha sonra, cavabdeh Cavabdeh (bundan sonra iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh)) iddiaçı Iddiaçı (bundan sonra cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı)) qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1ndəki ona məxsus torpaq sahəsinə qonşu ərazidə yerləşən Iddiaçı məxsus torpaq sahəsindəki tikilinin Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsini, tikintiyə dair digər müfəssəl qaydaları, normativ tələbləri pozmaqla torpaq sahələri arasında sərhəd funksiyasını yerinə yetirən ortaq divar üzərində inşa edilmiş hissəsinin qarşılıqlı iddia üzrə cavabdehin vəsaiti hesabına sökülməsi, ödənilmiş 100,40 manat dövlət rüsumunun Iddiaçı tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

16. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddianın əsassızlığına dair mötəbər sübutlara istinad edən mülahizələri etiraz ərizəsində dolğun ifadə edərək məhkəməyə təqdim etmişdir. Iddiaçının özünün etiraflarına görə, ünvan 1ndə yerləşən 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ## #### 2022-ci il tarixli ********** nömrəli çıxarışla rəsmiləşdirildikdən sonra üç mərtəbəli fərdi yaşayış evi tikmək məqsədilə həmin torpaq sahəsində inşaat işlərinə başlamışdır. Sözügedən ərazi ilə qonşuluqda, yəni ünvan 1ndə yerləşən 0,015 ha torpaq sahəsi 2019-cu ildən mülkiyyət hüququ ilə ona məxsus olmuşdur. Bu fakt daşınmaz əmlakın dövlət reyestrindən verilmiş # ###### 2019-cu il tarixli ********** qeydiyyat nömrəli (reyestr № ************) çıxarışda öz təsdiqini tapmışdır. Göründüyü kimi, iddiaçı inşaat işlərinə başladığı 2022-ci ildə qonşuluqdakı torpaq sahəsi onun mülkiyyətində olmuşdur. Iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş fotoşəkillərdən aydın görünür ki, o, inşaat norma və qaydalarını kobud şəkildə pozaraq, qarşılıqlı razılaşma əldə etmədən tikintini ortaq divar vasitəsilə həyata keçirmişdir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.36, 69.7.3-cü maddələrinə görə iki qonşu torpaq sahələrinin sərhədində inşa edilmiş divar ortaq divar hesab edilir və obyektlərin tikintisinin ortaq divar vasitəsilə həyata keçirilməsi yalnız qarşılıqlı razılaşma əsasında mümkündür. Həmin Məcəllənin 69.2-ci maddəsinə görə ara məsafəsi hər torpaq sahəsinin öz üzərində olmalıdır və bu məsafəni müəyyənləşdirmək üçün qonşular arasında sərhəd funksiyasını yerinə yetirən ortaq divar koordinatları mühüm əhəmiyyət kəsb edir. Iş materiallarına əlavə edilmiş sübutlar açıq şəkildə təsdiq edir ki, tam qanunsuz olaraq ortaq divarı öz obyektinin bir elementinə çevirmiş Iddiaçı, mülkiyyətindəki torpaq sahəsi üzərində ara məsafəsinə dair riayət etməli olduğu normativ qaydanı kobud şəkildə pozmuşdur. Məhkəməyə təqdim etdiyi tikinti layihəsində yer almış obyektin sxematik planından da aydın olur ki, obyekti inşa etdirərkən Iddiaçı öz torpaq sahəsi üzərində arada olan sərhəd (ortaq divar) divarına qədər 2 (iki) metrdən çox ara məsafəsi saxlamalı idi. Lakin, öz layihə şərtlərinə də etinasız yanaşmış, ara məsafəsinə dair müfəssəl qaydalara əhəmiyyət verməmişdir. Sözügedən ortaq divarın ağır yükdaşıyıcı konstruksiyanı saxlamaq üçün yararsız olan zəif bünövrəsi Iddiaçı məxsus obyektin bütövlükdə etibarlılığını, dayanıqlığını uzun müddət təmin etmək iqtidarında deyil. Bu isə inşa etdirməyi planlaşdırdığı obyektin təhlükəsizliyinə və etibarlılığına, o cümlədən həm ona, həm də Iddiaçı məxsus obyektlərdə yaşayacaq, işləyəcək insanların həyat və sağlamlığına təhlükə yaradan ciddi və aradan qaldırılması vacib olan nöqsandır. Torpaq sahələri arasındakı ortaq divarın zəif təməli üzərində ağır yükə səbəb olmuş yükdaşıyıcı konstruksiyanın yerləşdirilməsi heç bir inşaat norma və qaydaları ilə uzlaşmamaqla yanaşı gələcəkdə ciddi qəzaların baş verməsinə də əlverişli zəmin yaratmaqdadır. Istənilən tikinti konstruksiyasının təməlini təşkil edən bünövrə davamlı və etibarlı olmalıdır. Xüsusilə Şəki kimi rütubətli bir rayonda bünövrənin nəmə qarşı izolyasiyası tədbiri obyektin etibarlılığını, dayanıqlığını təmin etmək üçün zəruri şərtdir. Bu baxımdan sözügedən ortaq divarın bünövrəsi heç bir standartlara cavab vermir və belə bir divar böyük obyektin konstruktiv elementi funksiyasını uzun müddət icra edə bilməz. Mühüm bir fakt da məhkəməyə təqdim olunmuş fotoşəkillərdə öz dolğun təsdiqini tapmışdır. Həmin fotoşəkillərdən aydın göründüyü kimi həcmfəza qaydalarında da ciddi nöqsanlara yol vermiş Iddiaçı, obyektinin çıxıntılı pəncərə hissəsini mülkiyyətində olan torpaq sahəsinin fəza məkanına çıxarmaqla nəinki ara məsafəsinə dair normativ tələbləri, o cümlədən mülkiyyət hüququnu da kobud şəkildə pozmuşdur. Bu fakt öz təsdiqini Roma hüququndan miras qalmış və müasir hüququn da fundamental prinsipinə çevrilmiş - “torpaq kimə məxsusdursa, torpağın üstündəki hava məkanı da ona məxsusdur” prinsipində tapmaqdadır. Elmi coğrafi mülahizələrə görə də torpaq sahəsinin üstündəki hava məkanı qarşılıqlı enerji və maddələr mübadiləsi baxımından həmin torpaq sahəsi ilə sıx əlaqədə olduğu üçün onun tərkib hissəsi sayılır. Konstitusiyanın 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətə qəsd konstitusion dəyərləri də qəsdə məruz qoyur. Başqasının mülkiyyət hüququnu pozmaqla insolyasiya və təbii işıqlandırma şəraitinin təmin edilməsi yolverilməzdir. Iddiaçı bu formada özü üçün insolyasiya və təbii işıqlandırma şəraiti yaratması, onu gələcəkdə həmin şəraitdən məhrum edir. Bu barədə o, dəfələrlə xəbərdarlıq etsəm də müsbət nəticə hasil olmamışdır. Onun mənafeyi və qanuni maraqları ilə hesablaşmaq istəməyən qarşı tərəfin mübahisə predmeti ilə əlaqəli mülki münasibətlərdəki qatı fərdiyyətçiliyindən doğan antisosial mövqeyinin nə dərəcədə hüquqa zidd olduğunu Ali Qanunda aydın şəkildə görə bilirik. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 24cü maddəsinin 2-ci bəndi hüquq və azadlıqların hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini əhatə etdiyini, 25ci maddəsinin 3-cü bəndi dövlətin hər kəsin hüquq və bərabərliyinə təminat verdiyini, 26-cı maddəsinin 2-ci bəndi dövlətin hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verdiyini bəyan edir. Bu müddəaların formalaşdırdığı konstitusion prinsipə görə - “hər bir insanın hüquq və azadlıqları digər insanların hüquq və azadlıqlarının başlandığı sərhədədək uzanır. Hər bir insanın hüquqlarının həyata keçirilməsi cəmiyyətin digər üzvlərinin həmin hüquqlardan istifadəsini təmin edən hədlərlə məhdudlaşır”. Obyektinin pəncərə hissəsini mülkiyyətində olan torpaq sahəsinə çıxarmaqla qarşı tərəf şəxsi toxunulmazlıq hüququnun da pozulmasına əlverişli zəmin yaratmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinə görə hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır. Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi həyata müdaxilə etmək qadağandır. Iddiaçı yol verdiyi bu nöqsanlar və bu mübahisəyə münasibətdə qərəzli, qeyri-səmimi, qeyri-dürüst mövqeyi mülkiyyətində olan torpaq sahəsində qanuna və digər normativ tələblərə uyğun şəkildə apardığı tikinti işlərini ləngidir, ona mənsub olan əmlakdan istədiyi kimi istifadə etmək imkanlarını məhdudlaşdırır, dövlət tərəfindən tanınan və qorunan digər hüquqlarının realizəsinə ciddi əngəl yaradır. Mülkiyyətindəki torpaq sahəsindəki tikinti işlərinə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsini, layihəçi “xxxx” MMC tərəfindən işlənmiş tikinti layihəsini, həmin layihənin şəhərsalma sənədlərinə uyğun olması barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin ##.##.2023cü il tarixli, 3-35-2/2- ****/**** nömrəli rəyini, Azərbaycan Respublikası FHN DYNXnin ##.##.2024-cü il tarixli YTNƏŞ-**** nömrəli rəyini, Azərbaycan Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinin ##.##.2023-cü il tarixli *** nömrəli rəyini, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekoloji Ekspertiza Agentliyinin ##.##.2023-cü il tarixli, ER-**/**** nömrəli rəyini, tikinti layihəsinə dair ekspertiza müəssisəsinin rəyini, obyektin tikintisinə Şəki şəhər Icra Hakimiyyəti tərəfindən verilmiş ## ###### 2024-cü il tarixli, ** saylı icazəni, tikintiyə icazə barədə Şəki şəhər Icra Hakimiyyəti tərəfindən verilmiş ## ###### 2024-cü il tarixli, */** nömrəli xüsusi nişanını rəhbər tutaraq başlamış və bu günə qədər görülmüş işləri həmin sənədlərdə təsbit edilmiş inşaat-texniki şərtlərə uyğun qaydada aparmışdır.

17. Məhkəmə tərəfindən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək müvafiq rəy alınmışdır. Belə ki, Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2025-ci il tarixli **/**** nömrəli rəyində göstərilir ki, ##.##.2024-cü il tarixli məhkəmə tikinti-texniki ekspertizasının ekspert vəsatətində qeyd olunan əlavə materiallar (ƏMDX-nin müvafiq mütəxəssis rəyi) Mərkəzə təqdim edilmədiyindən qərardadda ekspert qarşısında qoyulmuş 1, 2 və 3-cü sualların cavablandırılması mümkün olmamışdır. 4-cü sualı üzrə - iddiaçı və cavabdehə məxsus tikililərin mülki iş materiallarında olan (səh.13-24 və səh.61-74) “xxxx” MMC tərəfindən tərtib edilmiş layihə sənədlərinin Şəki Şəhər Icra Hakimiyyətinin Baş Memarı tərəfindən təsdiq edildiyini nəzərə alaraq iddiaçıya və cavabdehə məxsus tikililərin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinin tələblərinə uyğun inşa edildiyi müəyyən olunur. ##.##.2024-cü il tarixli ekspert vəsatətində qeyd olunan əlavə materiallar (ƏMDX-nin müvafiq mütəxəssis rəyi) Mərkəzə təqdim edilmədiyindən mübahisə predmeti olan tikililərin yerləşdiyi torpaq sahələrinin sənəd üzrə sərhədlərinin müəyyən edilməsi mümkün olmamışdır. Qeyd olunan səbəbdən qərardadda ekspert qarşısında qoyulmuş 5-ci və 6-cı sualların cavablandırılması mümkün olmamışdır.

18. Məhkəmə tərəfindən iş üzrə əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək müvafiq rəy alınmışdır. Belə ki, Məhkəmə Ekspertizası Mərkəzinin # #### 2025-ci il tarixli **/**** nömrəli rəyində göstərilir ki, Mülki iş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin ** saylı Şəki Ərazi Idarəsinin mühəndisi tərəfindən tərtib edilmiş ##.##.2024-cü il tarixli müvafiq mütəxəssis rəyinə əsasən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən ## #### 2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında Iddiaçı adına qeydiyyata alınmış ünvan 1ndə ümumi sahəsi 0,06 ha torpaq sahəsi və Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən ##.##.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında Cavabdeh adına qeydiyyata alınmış ünvan 1ndə ümumi sahəsi 0,015 ha torpaq sahəsi bir biri ilə və tərəflərin faktiki istifadəsində olan torpaq sahələrinin ölçülərinin və koordinatlarının Çıxarışlar və texniki pasportlar ilə üst-üstə düşdüyü müəyyən olunur. Mülki iş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin ** saylı Şəki Ərazi Idarəsinin mühəndisi tərəfindən tərtib edilmiş ##.##.2024-cü il tarixli müvafiq mütəxəssis rəyinə əsasən mübahisəli tikililərin Iddiaçı və Cavabdeh adına qeydiyyata alınmış, hər birinin özünə aid torpaq sahəsində inşa edildiyi müəyyən olunur. Mülki iş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin ** saylı Şəki Ərazi Idarəsinin mühəndisi tərəfindən tərtib edilmiş ##.##.2024-cü il tarixli müvafiq mütəxəssis rəyinə əsasən iddiaçının və cavabdehin özlərinə aid torpaq sahəsindən kənara çıxma halının mövcud olmadığı müəyyən olunur. Mülki iş materiallarında olan (səh.13-24 və səh.61-74), “xxxx” MMC tərəfindən mübahisə predmeti olan tikililərə dair tərtib edilmiş “Işçi Layihə” sənədlərinin Şəki Şəhər Icra Hakimiyyətinin Baş Memarı və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Planlaşdırma Mərkəzi tərəfindən təsdiq edildiyini nəzərə alaraq iddiaçıya və cavabdehə məxsus tikililərin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinin tələblərinə uyğun inşa edildiyi müəyyən olunur. Mübahisə predmeti olan tikililərə dair “xxxx” MMC tərəfindən tərtib edilmiş “Işçi Layihə” sənədlərində həmin tikililərin torpaq sahəsinin sərhəd xəttində inşa edildiyini və iddiaçıya məxsus tikiliyə dair (mülki iş materialları səh.13-24) “xxxx” MMC tərəfindən 2019-cu il tarixdə tərtib edilmiş layihə sənədlərinin Şəki Şəhər Icra Hakimiyyətinin Baş Memarı tərəfindən, cavabdehə məxsus tikiliyə dair (mülki iş materialları səh.61-74) “xxxx” MMC tərəfindən 2023cü il tarixdə tərtib edilmiş layihə sənədlərinin Şəki Şəhər Icra Hakimiyyətinin Baş Memarı və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi-Planlaşdırma Mərkəzi tərəfindən təsdiq edildiyini nəzərə alaraq iddiaçıya və cavabdehə məxsus tikililərin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69.1.1.-ci maddəsinin tələbinə uyğun inşa edildiyi müəyyən olunmuşdur.

19. Şəki Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) e-*(***)- **/**** nömrəli, ## ######## 2025-ci il tarixli qətnaməsi (hakim Ceyhun Əhmədov) ilə iddia və qarşılıqlı iddia tələbləri təmin edilməmişdir.

20. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, tərəflərin mübahisələndirdikləri hər ikisinə məxsus tikililər, kənara çıxma halı mövcud olmadan özlərinin xüsusi mülkiyyətində olan torpaq sahələrində, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələbinə və tikinti qaydalarına uyğun inşa edildiyindən həm iddia həm də qarşılıqlı iddia üzrə tələblər əsassızdır və təmin olunmamalıdır.

21. Məhkəmə hesab etmişdir ki, tərəflərin iddia etdikləri hissədə heç birinin digərinin hüquqlarını pozması halı, xüsusi mülkiyyətlərində olan torpaq sahələrinə müdaxilə müəyyən olunmamışdır.

22. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 180.1, 180.2, 180.3, 180.4, 239.2-ci, Torpaq Məcəlləsinin 84, 103.1, 110, 111-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

23. Iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, ilk iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan hallardan biri və ən əsası tərəflərin irəli sürdüyü tələbləri əsaslandıran halların araşdırılması idi. Işə baxan birinci instansiya məhkəməsi isə iş üzrə obyektiv araşdırmanı təmin etməmiş, sadəcə iş üzrə ekspert rəyinə istinad etməklə iddia tələbimi rədd etmişdi. Halbuki, biz həmin ekspert rəyi ilə razılaşmayaraq iş üzrə əlavə ekspertiza təyin edilməsi barədə vəsatətlə məhkəməyə müraciət etmişdik. Məhkəmə isə heç bir əsas olmadan bizim vəsatətimizi təmin etməmişdir. Halbuki, işin həmin halı, yəni həm iddiaçının, həm də cavabdehin layihə sənədlərinin Şəki Şəhər Icra Hakimiyyətinin Baş Memarı və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Planlaşdırma Mərkəzi tərəfindən təsdiq edildiyi işin mübahisəsiz halı olmaqla əvvəldən həmişə baxan hakimə, həmdə prosesin digər iştirakçılarına bəlli idi. Əgər həmin hissədə iş üzrə nəticəyə gəlinməsi üçün layihə sənədlərinin təsdiq edilməsi kifayət edirdisə nəyə görə xüsusi bilik tələb olunduğu əsası ilə ekspertiza təyin edilmişdir.

25. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, cavabdeh bütün qurumlardan icazə alaraq müvafiq tikinti işlərini görməkdədir. Belə ki, tərəfindən inşa edilmiş tikilinin (tikinti obyektinin) torpaq sahəsinin sərhədində tikilməsi Komitə tərəfindən təsdiq edilmiş şəhərsalma əsaslandırılmasında nəzərdə tutulmuşdur. Qeyriyaşayış obyekti haqqında sənəd və məlumatlar Komitə tərəfindən Tikintilərin dövlət reyestrinə daxil edilərək ##.##.2024-cü il tarixli, ********-*-****-******/**** nömrəli kod verilmişdir. Bundan başqa, qanunvericilikdə nəzərdə tutulmasa da, hətta iddiaçının özü də cavabdehə tikinti ilə bağlı notarial qaydada razılıq ərizəsi vermişdir. Bütün bunlardan sonra cavabdeh tikintiyə başlamışdır. Yalnız məhkəmədə iddia qaldıran zaman razılıq ərizəsini ləğv etdirmişdir. Iddiaçının yeganə dəlili “mən tikmişəm sən tikə bilməzsən”dir. Cavabdeh tərəfindən tikilməkdə olan bina iddiaçıya heç bir maneçilik törətməməkdədir. Bundan başqa, iddiaçı tərəfindən tikilən tikilinin özü də ev yox, qeyri-yaşayış sahəsidir (obyektdir). Apellyasiya şikayəti verilməməsinin səbəbi isə qonşular arasında narazılığın daha da böyüməməsi olmuşdur. Odur ki, nəzərə alınmasını xahiş etmişdir.

26. Məhkəmə kollegiyası tərəfindən iş üzrə əlavə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilərək müvafiq rəy alınmışdır. Belə ki, Məhkəmə Ekspertizası Mərkəzinin ## ###### 2026-cı il tarixli **/**** nömrəli ekspert rəyində göstərilmişdir ki: - Iddiaçı tərəfindən torpaq sahəsinin sərhədindən 3,48 metr məsafə gözlənilməklə inşa edilməli olan fərdi yaşayış evinin (mübahisəli tikilinin) (layihə smeta sənədlərinin müvafiq orqanlarda təsdiq edilməsindən asılı olmayaraq) faktiki olaraq Torpaq sahəsinin sərhəd xəttinin üzərində inşa edildiyini nəzərə alaraq inşa edilmiş həmin tikilinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.5.2-1-ci bəndinin tələblərinə uyğun inşa edilmədiyi müəyyən edilmişdir. - Cavabdeh tərəfindən torpaq sahəsinin sərhədindən 0,225 metr məsafə gözlənilməklə inşa edilməli olan yarımçıq tikilinin (layihə-smeta sənədlərinin müvafiq orqanlarda təsdiq edilməsindən asılı olmayaraq) faktiki olaraq torpaq sahəsinin sərhəd xəttinin üzərində inşa edildiyini nəzərə alaraq, inşa edilmiş həmin tikilinin Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu maddəsinin 69.5.3-cü bəndinin tələblərinə uyğun inşa edilmədiyi müəyyən edilmişdir. Eyni zamanda qeyd olunur ki, Cavabdeh tərəfindən inşa edilmiş yarımçıq tikili, iş materiallarına əlavə edilmiş layihə sənədlərində göstərilən ölçülərə (uzunluq, en, hündürlük) uyğun tikiləcəyi təqdirdə torpaq sahəsinin sərhədindən 1,5 metr məsafə gözlənilməklə inşa edilməlidir (layihə-smeta sənədlərinin müvafiq orqanlarda təsdiq edilməsindən asılı olmayaraq).

27. Məhkəmə kollegiyası tərəfindən mübahisəli tikililərə yerində baxış keçirilən zaman müəyyən edilmişdir ki, layihə-smeta sənədlərinə əsasən iddiaçı Iddiaçı inşa etdiyi tikili fərdi yaşayış evi kimi qeyd edilsə də, həmin tikilinin həm xaricdən həmdə daxildən vizual baxış zamanı birmənalı olaraq qeyri-yaşayış sahəsi (obyekt) olması müəyyən edilmişdir. Yəni, baxış zamanı iddiaçının tikilisinin də quruluş (konstruksiya) baxımından qeyri-yaşayış sahəsi olması açıq şəkildə görünür. Baxış zamanı daha sonra müəyyən edilmişdir ki, həm iddiaçı həmdə cavabdeh tərəfindən inşa edilmiş tikililər tərəflərin özlərinə məxsus torpaq sahəsinin sərhəd xəttinin üzərində inşa edilmişdir. Yəni, hər iki tikili tərəflərin öz torpaq sahəsinin tam üzərində inşa edilmişdir. Baxış zamanı daha sonra müəyyən edildi ki, iddiaçıya məxsus tikilinin dam örtüyü örtülmüş, cavabdehə məxsus tikili isə inşa edilməkdədir (məhkəmənin qərardadı ilə cavabdehin tikilisinin inşası müəyyən müddətdir dayandırılıb). Baxış zamanı daha sonra müəyyən edildi ki, iddiaçıya məxsus tikilinin ikinci və üçüncü mərtəbələrinin sol tərəfdən pəncərəsi cavabdehə məxsus tikiliyə baxır. Iddiaçı tərəfində iddiasına görə, cavabdehin tikilisi onun təbii işıqlandırmasını bağlayacaqdır. Işdən görünür ki, cavabdehə məxsus tikili iki mərtəbəli olacaqdır. Bundan başqa, həm yerli baxış zamanı həmdə iş materiallarına əlavə edilmiş fotoşəkillərdən müəyyən edilmişdir ki, iddiaçıya məxsus tikilinin ön hissəsi tamamilə şüşəbənddən (böyük ölçülü pəncərələrdən) ibarətdir (bəzilərinin ölçüsü hətta 3,90 m/3,80 m). Yəni, iddiaçıya məxsus tikilinin kifayət qədər və böyük həcmdə bir çox pəncərələri vardır ki, həmin pəncərələrdə təbii işıqlandırma şəraitini tam şəkildə təmin etməkdədirlər. Bundan başqa, hər iki tikilinin qapısı (layihə üzrə) birbaşa küçəyə açılır. Buda öz növbəsində yanğın təhlükəsizliyini təmin edir (olası yanğın zamanı tikintiyə rahat müdaxilə baxımından). Bundan başqa, yerli baxış zamanı cavabdeh tərəfindən tikilməkdə olan tikilinin iddiaçının evinin girişçıxışına maneə yaratmadığı müəyyən edilmişdir. Belə ki, hər iki tikilinin giriş-çıxışı birbaşa yola açılmaqdadır. Bundan başqa, baxış zamanı cavabdeh tərəfindən (layihəyə əsasən) tikilməkdə olan tikilinin iddiaçının tikilisinin işıqlandırılmasına və havalandırılmasına mane olması müəyyən edilməmişdir.

28. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) *(***)-****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qətnaməsi ilə (hakimlər Əyyub Kərimov (sədrlik edən və məruzəçi), Zülfüqar Sadiqov və Elçin Hüseynov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

29. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməlidir.

30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verən zaman birinci instansiya məhkəməsinin əsaslandırması ilə razılaşmayaraq ilkin olaraq qeyd etmişdir ki, hər hansı üçüncü şəxsin törətdiyi pozuntudan mülkiyyətçinin əşya hüquqları məhkəmə müdafiəsi üsulu ilə müdafiə edilir. Belə hüquqi müdafiə üsulunun əsas məqsədi ya mülkiyyətçiyə ona məxsus olan sahiblik, əmlakdan istifadə və onun üzərində sərəncam vermək hüquqlarını bərpa etməkdən, ya da bu hüquqların həyata keçirilməsinə mane olan halları aradan qaldırmaqdan ibarətdir. Bu üsulun əsas istiqaməti subyektiv hüquq olan mülkiyyət hüququnu bilavasitə müdafiə etməklə şərtlənir.

31. Birinci instansiya məhkəməsi iddia tələblərini rədd edən zaman hüquqi əsaslandırması ondan ibarət olmuşdur ki, tərəflərin mübahisələndirdikləri hər ikisinə məxsus tikililər, kənara çıxma halı mövcud olmadan özlərinin xüsusi mülkiyyətində olan torpaq sahələrində, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələbinə və tikinti qaydalarına uyğun inşa edildiyindən həm iddia, həmdə qarşılıqlı iddia üzrə tələblər əsassızdır və təmin olunmamalıdır.

32. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin əsaslandırması ilə razılaşmayaraq qeyd etmişdir ki, tərəflərin hər ikisinə məxsus tikili özlərinin xüsusi mülkiyyətində olan torpaq sahələrində tikilsə də (hətta iddiaçının tikilisinin bir hissəsi bələdiyyə torpağındadır) yəni, xüsusi mülkiyyətlərində olan torpaq sahələrinə müdaxilə müəyyən olunmamaqla kənara çıxma halı mövcud olmasa da, hər iki tikili Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin ara məsafəsi ilə bağlı tələblərə riayət edilmədən inşa edilmişdir (edilməkdədir).

33. Məhkəmə kollegiyası tərəfindən birinci instansiya məhkəməsi tərəfindən alınmış rəylər araşdırılan zaman müəyyən edilmişdir ki, rəylərdə layihə sənədlərinin Şəki Şəhər Icra Hakimiyyətinin Baş Memarı və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Planlaşdırma Mərkəzi tərəfindən təsdiq edildiyi nəzərə alınaraq pozuntunun olmadığı qeyd edilmişdir.

34. Məhkəmə kollegiyası hesab etmişdir ki, layihə sənədlərinin icra hakimiyyəti tərəfindən təsdiq edilməsi həmin tikilinin layihə-smeta sənədlərinə uyğun inşa edilməsi mənasına gələ bilməz. Belə ki, tərəf layihəni qanunvericiliyin tələbinə uyğun olaraq təsdiqlətsə də, sonradan tikili inşa edilən zaman qəsdən və ya başqa səbəbdən layihədən kənara çıxa bilər və ya ara məsafəsi ilə bağlı qanunvericiliyin tələblərini poza bilər. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən alınmış rəyləri natamam hesab edərək yenidən rəylər əldə etmişdir.

35. Belə ki, məhkəmə kollegiyasının qərardadı ilə təyin edilmiş əlavə məhkəmə mühəndis-texniki ekspertizası üzrə Məhkəmə Ekspertiza Mərkəzindən alınmış ## ###### 2026-cı il tarixli **/**** nömrəli ekspert rəyindən göründüyü kimi, iddiaçı Iddiaçı tərəfindən inşa edilmiş tikili torpaq sahəsinin sərhəddindən 3,48 metr məsafə gözlənilmədən inşa edilmişdir. Yəni, iddiaçıya münasibətdə gözlənilməli ara məsafəsi 3,48 metr olmuşdur.

36. Cavabdehə məxsus tikilinin hazırda tikildiyi hündürlüyə (90 sm) münasibətdə 0,225 metr gözlənilməli idi. Lakin, cavabdeh tərəfindən iş materiallarına əlavə edilmiş layihə-smeta sənədlərinə münasibətdə tikiləcəyi təqdirdə torpaq sahəsinin sərhəddindən gözlənilməli məsafə 1,5 metr olmalıdır. Yəni, cavabdeh iş materiallarına əlavə edilmiş layihə-smeta sənədlərinə tikilini tikəcəyi təqdirdə qanunvericiliyə uyğun olaraq torpaq sahəsinin sərhəddindən gözlənilməli məsafə 1.5 metr pozmuş olacaqdır.

37. Bundan başqa, Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin ** saylı Şəki Ərazi Idarəsinin ##.##.2026-cı il tarixli, *-**-*-**/*-***/**** nömrəli mütəxəssis rəyindən görünür ki: - Iddiaçı mülkiyyətində olan Şəki şəhər, X yerləşən 0,06 ha torpaq sahəsinin faktiki ölçüləri hüquqmüəyyənedici sənədlərdə göstərilən əraziyə uyğundur. Lakin həmin torpaq sahəsi üzərində inşa olunmuş tikilinin 17 kv.m. tikili altı torpaq sahəsi Bələdiyyə mülkiyyətində olan torpaq sahəsi üzərində yerləşir. - Cavabdeh mülkiyyətində olan ünvan 1ndə yerləşən 0,015 ha torpaq sahəsinin faktiki ölçüləri hüquqmüəyyənedici sənədlərdə göstərilən əraziyə uyğundur. – Iddiaçı mülkiyyətində olan 0,06 ha torpaq sahəsi ilə ************ reyestr çıxarışına əsasən Cavabdeh mülkiyyətində olan 0,015 ha torpaq sahəsi üst-üstə düşmür. – Iddiaçı mülkiyyətində olan 0,06 ha torpaq sahəsi Cavabdeh tərəfindən zəbt olunmamışdır.

38. Göründüyü kimi, iddiaçı Iddiaçı məxsus tikilinin 17 kv.m. hissəsi hətta bələdiyyə mülkiyyətində olan torpaq sahəsində yerləşir.

39. Məhkəmə kollegiyası hesab etmişdir ki, sözü gedən rəylər hüquqi qiymət verilərək sübut növü kimi qiymətləndirilməlidir.

40. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, hazırkı ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək olmuş olsa da, bu hal həmin rəyin “xüsusi”, “müstəsna” sübut kimi qiymətləndirilməsi üçün əsas ola bilməz. Məhkəmə üçün ekspert rəyi məcburi əhəmiyyətə malik deyil və o, məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 88-ci maddəsi ilə müəyyən edilmiş qaydalar əsasında qiymətləndirilir.

41. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminatı o vaxt kifayət qədər yüksək ola bilər ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin. Yalnız bu halda və ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olduqda, həmin rəy mötəbər sübut növü kimi qəbul edilməlidir.

42. Məhkəmə kollegiyası hesab etmişdir ki, hazırkı ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Bu səbəbdən məhkəmə kollegiyası ekspert rəyini, tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəylərində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylə razılaşır və belə nəticəyə gəlmişdir ki, hazırkı iş üzrə ekspert rəyi sübut kimi qəbul edilməlidir.

43. Məhkəmə kollegiyası eyni zamanda qeyd etmişdir ki, ekspertizanın verdiyi rəyi hazırkı real vəziyyəti əks etdirdiyi üçün sübut növü kimi qəbul edir və həmin rəylə razılaşır.

44. Beləliklə məhkəmə kollegiyası bundan başqa qeyd etmişdir ki, yuxarıda sadalanan və müvafiq hüquqi qiymət verilmiş rəylərdən görünür ki, hər iki tikiliyə münasibətdə tikinti qanunvericiliyinin ara məsafəsi ilə bağlı tələblərinə riayət edilməmişdir. Həmçinin iş materialları ilə müəyyən edilmişdir ki, şəhərin və ya ayrı-ayrı ərazilərin müfəssəl planı hazırlanmamışdır. Belə ki, məhkəmə kollegiyasının sorğusuna cavab olaraq Şəki Şəhər Icra Hakimiyyətinin ## ##### 2026-cı il tarixli, *-*/*-***/**** nömrəli məktubunda qeyd edilmişdir ki, Şəki şəhərinin 2030cu ilə qədərki dövrdə inkişafına dair Baş planı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2015-ci il ## ###### tarixli, * nömrəli Qərarı ilə təsdiq edilmiş, lakin şəhərin və ya ayrı-ayrı ərazilərinin müfəssəl planı hazırlanmamışdır. Sorğuya cavabdan göründüyü kimi, cavabdeh tərəfindən tikilməkdə olan tikinti obyektinin torpaq sahəsinin sərhədində tikilməsi müfəssəl planda (Şəhərsalma və Tikinti Məcəlləsinin 69.1-ci maddəsinə uyğun olaraq) nəzərdə tutulmamışdır (plan hazır olmadığı üçün).

45. Odur ki, birinci instansiya məhkəməsinin tikililərin tərəflərin özlərinə məxsus torpaq sahəsində tikilməsi ilə bağlı hüquqi əsaslandırması düzgün olmamışdır.

46. Yuxarıda qeyd edilənlərə baxmayaraq məhkəmə kollegiyası hesab etmişdir ki, hazırkı iş üzrə apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

47. Məhkəmə kollegiyası bundan başqa qeyd etmişdir ki, məhkəmə kollegiyasının sorğusuna cavab olaraq Şəki Şəhər Icra Hakimiyyətinin ## ##### 2026-cı il tarixli, *-*/*-***/**** nömrəli məktubunda eyni zamanda qeyd edilmişdir ki, Cavabdeh tərəfindən ünvan 1 ünvanında inşa edilmiş tikili qeyri-yaşayış obyekti olduğundan tikintiyə icazə icraatı tətbiq edilərək, onun 2022-ci ilin oktyabr ayında Şəki Şəhər Icra Hakimiyyətinə etdiyi müraciət əsasında şəhərin Mahmud Ismayılov küçəsində onun mülkiyyətində olan 0,015 ha torpaq sahəsində qeyri-yaşayış obyektinin tikintisinə icazə proseduruna başlanmışdır. Belə ki, qeyd edilən ərazinin müfəssəl planı olmadığından Məcəllənin 11-ci maddəsinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2015-ci il ## ###### tarixli, * nömrəli Qərarı ilə təsdiq edilmiş “Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi Qaydaları”nın 3.2-ci bəndinə əsasən “Şəhərsalma əsaslandırılması” hazırlanmış və baxılaraq təsdiq edilməsi məqsədilə tərəfimizdən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə (bundan sonra Komitə) göndərilmiş və Komitənin 2023-cü il ## ### tarixli, *-**/*-*-**/**** nömrəli Sərəncamının 1.7-ci bəndi ilə təsdiq edilmiş, qeyri-yaşayış obyektinin X4 layihəçi tərəfindən şəhərsalma əsaslandırılmasına uyğun olaraq hazırlanmış və Komitənin Ərazi Tikinti-Planlaşdırma Mərkəzi tərəfindən şəhərsalma əsaslandırılmasına uyğunluğu yoxlanılaraq (##.##.2023-cü il tarixli, *-**-*/*-****/**** nömrəli məktubla) müsbət rəy verilmişdir. Beləliklə, X2 tərəfindən inşa edilmiş tikilinin (tikinti obyektinin) torpaq sahəsinin sərhədində tikilməsi Komitə tərəfindən təsdiq edilmiş şəhərsalma əsaslandırılmasında nəzərdə tutulmuşdur. Qeyri-yaşayış obyekti haqqında sənəd və məlumatlar Komitə tərəfindən Tikintilərin dövlət reyestrinə daxil edilərək ##.##.2024-cü il tarixli, ********-*-****-******/**** nömrəli kod verilmişdir.

48. Göründüyü kimi, şəhərin müfəssəl planı hal-hazırda olmasa da cavabdeh X2 tərəfindən inşa edilmiş tikilinin (tikinti obyektinin) torpaq sahəsinin sərhədində tikilməsi Komitə tərəfindən təsdiq edilmiş şəhərsalma əsaslandırılmasında nəzərdə tutulmuşdur.

49. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hər iki tikili qanunvericiliyə uyğun olaraq müvafiq icazə sənədləri alınmaqla inşa edilmişdir.

50. Lakin, hər iki tikili tikinti norma və qaydalarına əsasən qanunvericiliyin ara məsafəsi ilə bağlı tələblərinə riayət edilmədən inşa edilmişdir.

51. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının ## ###### 2026-cı il tarixli **/**** nömrəli ekspert rəyindən də göründüyü kimi, həm Iddiaçı həm də Cavabdeh bir-birinə münasibətdə qanunvericiliyin tikintilər arasında ara məsafəsi ilə bağlı tələblərini pozmuşlar.

52. Məhkəmə kollegiyası daha sonra bildirmişdir ki, tərəflər iddia etdikləri hissədə qarşılıqlı olaraq bir-birinin hüquqlarını pozmaqdadırlar. Bu səbəbdən pozuntu qarşılıqlı olduğundan, onların birinə münasibətdə iddianın hər hansı formada təmin edilməsi bərabərlik və ədalətlilik prinsipinə də zidd hesab edilə bilər.

53. Məhkəmə kollegiyası eyni zamanda qeyd etmişdir ki, iş üzrə hər iki tərəf qarşılıqlı olaraq iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etsələrdə, apellyasiya şikayətini yalnız ilk iddiaçı vermişdir. Belə olan halda məhkəmə kollegiyası hesab etmişdir ki, tərəflərin hər ikisi tikinti zamanı bir-birinə qarşı qanunvericiliyin tələblərini pozsalarda, yalnız ilk iddianın apellyasiya şikayəti verməsi və iddiaçı tərəfindən tikilinin daha tez tikilməsi əsası ilə ilk iddianın təmin edilməsi düzgün hesab edilə bilməz.

54. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 5.3, 16.1, 139.1, 152.1, 157.4, 170.1, 170.2, 171.1, 171.2, 171.3, 238.1, 240.1, 560-cı, Şəhərsalma və Tikinti Məcəlləsinin 47.4.5, 69, 71.1, 71.2, 72.1, 72.2, 73, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## #### 2014-cü il tarixli ** saylı qərarı ilə təsdiq edilmiş “ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar”a, Torpaq Məcəlləsinin 49.1, 49.2, 55, 84.1, 111-ci, “Ümumdünya Insan Hüquqları Bəyannaməsi”nin 17, “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın İ saylı Protokolunun 1, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il ## #### tarixli qərarına və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

55. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə kollegiyası bu maddələrin məzmununa nəzər yetirməmiş və yalnız cavabdehin mövqeyini üstün tutmaqla kifayətlənmiş, qonşu tərəfindən tikinti normaları həmçinin “yanğın və təhlükəsizlik qaydaları” pozulmaqla mülkiyyətimdə olan torpaq sahəsində qanuni əsaslarla inşa etdirdiyi yaşayış evinin divarına demək olar ki bitişik ucaldılan tikili mülkiyyətindən sərbəst və təhlükəsiz istifadə etmələrinə bir başa maneə törətməsinə baxmayaraq tətbiq olunmalı olan bu normanı tətbiq etməmişdir.

56. Apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarını, yəni qonşunun öz binasını onların divara sıfır məsafədə bitişik tikməsi nəticəsində gələcəkdə onların evlərinin divarlarının hava almayacağını, evin içinin rütubət və kif olacağını nəzərə almayaraq faktiki tətbiq edilməli olan hüquq normasını tətbiq etməmişdir.

57. Apellyasiya məhkəməsi onun həmin evi tikərkən qonşu torpaq sahəsinin əvvəlki mülkiyyətçisindən razılıq almalarını və bundan sonra evi qonşu torpaq sahəsinin sərhədinə yaxın faktiki bir neçə il bundan əvvəl tikib tikintini tamamlamalarına baxmayaraq qonşunun hüquqdan sui-istifadəsinə göz yumaraq tətbiq olunmalı olan göstərilən hüquq normasını tətbiq etməmişdir.

58. Işə baxan məhkəmə kollegiyası onun qonşusunun razılığı ilə evini ara məsafəsinə tam riayət etmədən tikməyini ara məsafəsi saxlamadığını əsas götürərək əsassız olaraq iddianı təmin etməyərək faktiki qonşunun yenicə tikintisinə başladığı obyektin inşasına bilərəkdən rəvac verməklə ədalətli və qərəzsiz qərar çıxarmaq prinsipinə riayət etməmiş ərazidəki mövcud vəziyyəti yəni onun evi tikib başa çatdırmasını nəzərə almamışdır. Halbuki onun vaxtilə ara məsafəsi saxlanması barədə qaydaya tam əməl etməməyi hazırda qonşuya onun evinə bitişik cəmi 90 sm ara məsafəsi saxlayaraq qanunsuz bina tikmək və həmin istiqamətdə olan pəncərəni tam qapatmaq hüququ vermir. Həm birinci həm də apellyasiya instansiyası məhkəmələrinin hər iki tərəf ara məsafəsinin saxlanması qaydalarını pozub bəhanəsi ilə qanunsuzluğu olduğu kimi saxlaması qanunun aliliyinə ziddir. Bir tərəfin keçmişdə qanunu pozması digər tərəfə hazırda qanunu pozmaq hüququ vermir və verə bilməz. Faktiki olaraq iddianın təmin olunmaması gələcəkdə yağış sularının həmin sahəyə dolaraq hər iki binanın bünövrəsinin və divarlarını qəzalı vəziyyətə salacaq nəticədə bu gün qəbul edilən əsassız məhkəmə qətnaməsi gələcək üçün qonşular arasında davaya və daha ağır nəticələrə gətirib çıxaracaqdır. Amma qanunun ədalətli və düzgün tətbiqi bu xoşagəlməz halların baş verməsini həmişəlik aradan qaldırar. Məhkəmə kollegiyası tətbiq olunmalı olan bu maddənin normalarını tətbiq etməməklə maddi hüquq normalarını pozmuşdur.

59. Işə birinci instansiya məhkəməsi qismində baxan Şəki Rayon Məhkəməsi və apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hazırkı iş üzrə iddiaçının (hansı ki, ekspert rəyi ilə onun göstərdiklərinin həqiqət olması təsdiq edilir) vicdanlı olmasını, cavabdehin qanunsuz hərəkətləri nəticəsində onun hüquqlarının kobud şəkildə pozulduğunu, əmlakından sərbəst şəkildə istifadə edə bilməməsini nəzərə almamış, onun qanunla qorunan mülkiyyət hüquqlarını gözardı edərək mübahisələndirilən qətnaməni qəbul etmişdir.

60. Tərəflərin təqdim etdiyi sübutlar ümumiyyətlə qanunvericiliyin tələb etdiyi formada əlaqəli şəkildə araşdırılmamışdır.

61. Hansıki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının ## ###### 2026-cıil tarixli **/**** nömrəli ekspert rəyində də, göstərilmişdir ki, cavabdeh tərəfindən iş materiallarına əlavə edilmiş layihə-smeta sənədlərinə münasibətdə tikiləcəyi təqdirdə torpaq sahəsinin sərhəddindən gözlənilməli məsafə 1,5 metr olmalıdır. Yəni, cavabdeh iş materiallarına əlavə edilmiş layihə-smeta sənədlərinə tikilini tikəcəyi təqdirdə qanunvericiliyə uyğun olaraq torpaq sahəsinin sərhəddindən gözlənilməli məsafə 1,5 metr pozmuş olacaqdır.

62. Məhkəmə kollegiyası isə həmin rəyi heç bir əsaslandırma etmədən sübut kimi qəbul etməmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası.

63. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

64. Maddə 29, II hissə. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

65. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

66. Maddə 6.2. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

67. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.

68. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

69. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

70. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

71. Maddə 170.1. Ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır.

72. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səsküyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır.

73. Maddə 171.1. Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz.

74. Maddə 171.2. Təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur.

75. Maddə 171.3. Əgər mülkiyyətçi bu cür təsirə dözməyə borcludursa, o, təsiri əmələ gətirən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisindən, təsirin həmin ərazi üçün təsdiq edilən adi istifadədən və iqtisadi cəhətdən yol verilən hədlərdən yüksək olduğu hallarda pul formasında müvafiq kompensasiya tələb edə bilər.

76. Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir.

77. Maddə 240.1. Torpaq sahəsinin mülkiyyətçisi şəhərsalma və tikinti normalarını və qaydalarını, habelə torpaq sahəsinin təyinatı ilə bağlı tələbləri gözləmək şərti ilə sahədə binalar və qurğular ucalda bilər, onları yenidən qura və ya uçura bilər, öz sahəsində başqa şəxslərin tikinti aparmasına icazə verə bilər.

78. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

79. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

80. Maddə 560.3.4. Hüquqdan sui-istifadə xüsusən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsidir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi.

81. Maddə 49.1. Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur.

82. Maddə 49.2. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alğı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır.

83. Maddə 55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır.

84. Maddə 84.1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

85. Maddə 111 (1, 2 və 3-cü hissələr). Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi.

86. Maddə 3.0.33. Tikinti ərazisi ilə həmsərhəd olan və ya tikinti ərazisindən 20 metrədək məsafədə yerləşən torpaq sahələrinin mülkiyyətçiləri və ya istifadəçiləri yaxın qonşular sayılırlar.

87. Maddə 47.4.5. Tikinti obyektinin sifarişçisi müvafiq icra hakimiyyəti orqanından (yerli icra hakimiyyəti orqanları) və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan (reklam qurğularının tikintisi zamanı isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan) tikintiyə icazə alır.

88. Maddə 69.1. Binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır. Həmin sahələrin üzərində yerüstü tikinti obyektlərinin inşasına yol verilmir. Aşağıdakı şərtlərin mövcud olduğu hallarda torpaq sahələrinin sərhədlərindəki xarici divarların önündə ara məsafəsi sahəsinin saxlanılması zəruri deyil: 69.1.1. tikinti obyektinin torpaq sahəsinin sərhədində tikilməsi müfəssəl planda nəzərdə tutulduqda (mövcud tikintinin ara məsafəsi sahəsinin saxlanılmasını tələb etdiyi hallar istisna olmaqla); 69.1.2. tikinti obyektinin torpaq sahəsinin sərhədində tikilməsinə yol verilməsi müfəssəl planda nəzərdə tutulduqda və qonşu torpaq sahəsində də tikintinin müvafiq torpaq sahəsinin sərhədində tikilməsi şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələbləri baxımından mümkündürsə.

89. Maddə 69.2. Ara məsafəsi hər torpaq sahəsinin öz üzərində olmalıdır. Nəqliyyat yollarında, ümumi istifadədə olan yaşıllıqlarda və su sahələrində də ara məsafələrinin olmasına yol verilir. Hər iki tərəfdən becərilə bilən torpaq sahələrində isə ara məsafələri yalnız həmin torpaq sahələrinin ortasına qədər nəzərdə tutulur.

90. Maddə 69.3. Ara məsafəsi sahələrinin kəsişməsinə yol verilmir. Bu qayda, biri-birinə münasibətdə 75 dərəcədən çox bucaq altında yerləşən xarici divarlar arasındakı məsafələrə şamil olunmur.

91. Maddə 69.4. Ara məsafəsi divarın hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə isə ara məsafəsini təşkil edir.

92. Maddə 69.5. Ara məsafəsi aşağıdakı qaydada müəyyən edilir: 69.5.1. divar hündürlüyünün 0,6 hissəsi; 69.5.2. xüsusi yaşayış ərazilərində (hərbi şəhərciklər, tələbə şəhərcikləri, müvəqqəti məskunlaşma əraziləri) divar hündürlüyünün 0,4 hissəsi; 69.5.2-1. bu Məcəllənin 80-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə - divar hündürlüyünün 0,3 hissəsi;

93. Maddə 69.5.3. yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmuş ərazilərdə və sənaye ərazilərində divar hündürlüyünün 0,25 hissəsi.

94. Maddə 69.6. Divarlarının hündürlüyü 1 metrdən çox olmayan tikililərin və ya tikili hissələrinin xarici divarlarının önündə ara məsafəsi sahələrinin saxlanılması zəruri deyil. Bundan əlavə, divarlarının hündürlüyü 3 metrdən, sahəsi 25 kvadratmetrdən çox olmayan və yalnız qarajlardan və ya yanaşı otaqlardan ibarət olan, yerli təchizat məqsədlərinə xidmət edən və ya ictimai nəqliyyat ərazilərində yerləşən binaların yaxud bina hissələrinin önündə ara məsafəsi sahəsinin saxlanılması da zəruri deyil.

95. Maddə 69.7. Tikinti obyektinin layihələndirilməsi zamanı aşağıdakılar nəzərə alınmalıdır: 69.7.1. mövcud tikililərlə həmsərhəd torpaqlarda inşası planlaşdırılan tikinti obyektlərinin xarici divarları və hissələri arasında, obyektlərin təyinatından asılı olaraq, şəhərsalma və tikintiyə dair normativ sənədlərlə müəyyən edilmiş ara məsafələrin saxlanılması; 69.7.2. torpaqlardan səmərəli istifadə məqsədilə layihə sənədlərinə uyğun olaraq obyektlərin birləşdirilməsinin mümkünlüyü; 69.7.3. layihəçilərin təklifi nəzərə alınmaqla, qarşılıqlı razılaşma əsasında yanaşı sərhəddə obyektlərin tikintisinin iki paralel və qapalı (boşluqları olmayan) divar və ya ortaq divar vasitəsilə həyata keçirilməsinin mümkünlüyü; 69.7.4. yeni tikiləcək obyektlərin divarının qarşılıqlı razılaşma əsasında yanaşı sərhəddə mövcud olan binanın divarına birləşdirilməsinin mümkünlüyü.

96. Maddə 69.8. Ara məsafəsi ilə bağlı müfəssəl qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

97. Maddə 71.1. Ortaq divarlar şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş tələblərə və hər iki qonşunun tələbatlarına uyğun tikilməlidir.

98. Maddə 71.2. Tikinti obyektində bərpa işləri aparılarkən qonşular arasındakı razılığa, belə razılıq olmadığı təqdirdə isə tərəflərdən birinin ərizəsi ilə məhkəmənin qərarına əsasən mövcud ortaq divar layihəyə uyğun olaraq sökülə və yenidən bərpa edilə bilər.

99. Maddə 72.1. Qonşulardan biri tərəfindən sərhəddə inşa olunmuş yanaşı divarda və ya onun müəyyən hissəsində digər qonşu tərəfindən hər hansı əlavə tikili yalnız həmin qonşunun notariat qaydasında təsdiq olunmuş razılığından sonra inşa edilə bilər. Belə hallarda divarın həmin hissəsi ortaq divar sayılır.

100. Maddə 73.1. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla, hasarların hündürlüyü 2 metr 20 santimetrdən çox olmamalıdır.

101. Maddə 73.2. Iki yanaşı torpaq sahələrinin səviyyələri müxtəlif olduqda, hasarın hündürlüyünün istinad nöqtəsi qismində torpaq sahəsinin ən yuxarı səviyyəsi qəbul edilir.

102. Maddə 73.3. Mühəndis-kommunikasiya təminatı xətlərinin çəkilməsi üçün başqa əlverişli həll yollarının olmadığı təqdirdə, qonşu mühəndis-kommunikasiya təminatı xətlərinin öz sahəsindən keçməsinə icazə verməlidir.

103. Maddə 73.4. Qonşu torpaq sahələrinin şaquli planlaşdırılması zamanı atmosfer yağıntılarının və suvarma sularının bir qonşunun torpağından digərinə axmaması üçün müvafiq tədbirlər görülməlidir. Atmosfer yağıntılarından yaranan suların sahənin relyef mürəkkəbliyi ilə əlaqədar qonşu ərazilərdən keçməklə kənarlaşdırılması şəhərsalma və tikintiyə dair normativ sənədlərdə nəzərdə tutulmuş qaydada həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il ## #### tarixli ** nömrəli qərarı ilə‐təsdiq‐edilmiş‐“Ara‐məsafəsi‐ilə‐bağlı‐müfəssəl‐Qaydalar”ı.

104. Bənd 7. Ara məsafəsi binanın xarici divarının hündürlüyünə əsasən müəyyən edilir. Divarla yerin üst səthinin kəsişmə nöqtəsindən divarın sonuna qədər olan şaquli məsafə divarın hündürlüyünü, binanın xarici divarının səthindən həmin binanın yerləşdiyi torpaq sahəsinin sərhədinə qədər olan məsafə ara məsafəsini təşkil edir. Əgər relyefə əsasən hündürlük dəyişərsə, bu zaman divarın orta hündürlüyü əsas götürülür.

105. Bənd 9. Ara məsafəsi olaraq divar hündürlüyünün 0,6 hissəsi, kənd ərazilərində və xüsusi yaşayış ərazilərində (hərbi şəhərciklər, tələbə şəhərcikləri, müvəqqəti məskunlaşma əraziləri) divar hündürlüyünün 0,4 hissəsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən fərdi yaşayış evlərinə münasibətdə isə divar hündürlüyünün 0,3 hissəsi, yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmuş ərazilərdə və sənaye ərazilərində divar hündürlüyünün 0,25 hissəsi qəbul olunur.

106. Bənd 10.1. Ara məsafələrinin hesablanması zamanı divar səthindən 1,5 metrə qədər irəli çıxan karnizlər, dam çıxıntıları, dayaqsız giriş və terras örtükləri nəzərə alınmır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının # ### 2007‐ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və‐qanunlarına‐uyğunluğunun‐yoxlanılmasına‐dair”‐##‐####‐2008‐ci‐il‐tarixli‐Qərarı.

107. “... subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. Ikinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.” Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

108. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

109. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

110. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

111. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

112. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

113. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

114. Maddə 223.1. Məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərir.

115. Maddə 223.2. Cavabdeh müəyyən edilmiş vaxt ərzində qətnaməni icra etməsə, məhkəmə zəruri hesab etdikdə iddiaçının cavabdehdən zəruri xərcləri almaqla, həmin hərəkətləri cavabdehin hesabına etməyə haqlı olmasını qətnamədə göstərə bilər.

116. Maddə 223.3. Həmin hərəkətlər yalnız cavabdeh tərəfindən edilə bilərsə, məhkəmə qətnamənin icra edilmə müddətini qətnamədə göstərir.

117. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

118. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

119. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

120. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

121. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri:

122. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

123. Hazırkı kassasiya şikayətində iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) tərəfindən qətnamə ilk iddianın təmin edilmədiyi hissədə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

124. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

125. Kassasiya şikayətinin dəlilləri ilə bağlı kassasiya instansiyası məhkəməsi qeyd edir ki, apellyasiya məhkəməsi iddiaçıya (qarşılıqlı iddia üzrə cavabdeh) münasibətdə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlayarkən qeyd etmişdir ki, hər iki tikili qanunvericiliyə uyğun olaraq müvafiq icazə sənədləri alınmaqla inşa edilmişdir. Lakin, hər iki tikili tikinti norma və qaydalarına əsasən qanunvericiliyin ara məsafəsi ilə bağlı tələblərinə riayət edilmədən inşa edilmişdir. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının ## ###### 2026-cı il tarixli **/**** nömrəli ekspert rəyindən də göründüyü kimi, həm Iddiaçı həm də Cavabdeh bir-birinə münasibətdə qanunvericiliyin tikintilər arasında ara məsafəsi ilə bağlı tələblərini pozmuşlar. Tərəflər iddia etdikləri hissədə qarşılıqlı olaraq bir-birinin hüquqlarını pozmaqdadırlar. Bu səbəbdən pozuntu qarşılıqlı olduğundan, onların birinə münasibətdə iddianın hər hansı formada təmin edilməsi bərabərlik və ədalətlilik prinsipinə də zidd hesab edilə bilər. Tərəflərin hər ikisi tikinti zamanı bir-birinə qarşı qanunvericiliyin tələblərini pozsalar da, yalnız ilk iddianın apellyasiya şikayəti verməsi və iddiaçı tərəfindən tikilinin daha tez tikilməsi əsası ilə ilk iddianın təmin edilməsi düzgün hesab edilə bilməz.

126. Bundan başqa iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) ##.##.2022-ci il tarixdə notariat qaydada ərizə verərək, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin yan tərəf qonşusu olan un mülkiyyətində olan torpaq sahəsində tikinti işləri aparmasına etiraz etmədiyini, razı olmasını bildirmiş, daha sonra isə hüquqdan sui-istifadə edərək ##.##.2024-cü il tarixli ərizəsi ilə əvvəlki ərizəsindən imtina etmişdir.

127. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi həmin nəticə və əsaslandırma ilə razılaşır. Kassasiya şikayətinin qeyd olunanlarla bağlı dəlilləri əsassızdır.

128. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə isə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

129. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

130. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.Ibrahimovun şikayəti üzrə ## ##### 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

131. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

132. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

133. Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ##### 2026-cı il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar